text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Çinarə Şirinova opera sənəti festivalında. TÜRKSOY xətti ilə Türkiyədə hər il Beynəlxalq opera sənəti festivalı keçirilir. Builki festival Mersində və Kiprin Girne şəhərlərində iyunun ikinci ongünlüyündən başlayaraq keçirilib. Festivalda Azərbaycan opera sənətini Akademik Opera və Balet Teatrının gənc və istedadlı soli... | ANL |
Onlar filmfonda hədiyyə edilib. Azərbaycanın görkəmli dirijoru və bəstəkarı maestro Niyazinin indiyədək heç yerdə nümayiş olunmayan yeni fotoları aşkarlanıb. Bu fotoların neqativi Azərbaycan Dövlət Film Fonduna hədiyyə verilib. Film Fondunun direktoru Cəmil Quliyevin bildirdiyinə görə, foto neqativlərin sayı 27-dir. Te... | ANL |
İki film bərpa edilib. Bu il Azərbaycanın görkəmli rejissoru Həsən Seyidbəylinin 90 illik yubileyidir. Yubiley münasibəti ilə rejissorun quruluş verdiyi "Nəsimi" filmi bərpa olunaraq Dövlət Film Fonduna daxil olub. Bunu qəzetimizə filmfondun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev söylədi. Fond rəhbəri bildir... | ANL |
Bakının baş rəssamının Gəncə sərgisi. Paytaxtın baş rəssamı Cavanşir Əliyevin Gəncə şəhərində ilk sərgisi açılmışdır. Rəssam Gəncə sənətsevərlərinin mühakiməsinə özünün 30-a yaxın əsərini təqdim etmişdir. Onların arasında müxtəlif ölkələrin dövlət və hökumət başçılarının xalça üzərində toxunmuş və onlara bağışlanmış po... | ANL |
Rəbiyyət Aslanova: "Şəxsi işimə görə heç bir nazirə ağız açmamışam". Zamanla bağlı özünəməxsus fəlsəfəsi var. Deyir ki, zaman heç kəsin sona qədər dərk etmədiyi, hardan başlayıb harda bitəcəyini anlamadığı bir ölçüdür. Zamanla oyunda o kəslər udur ki, ona verdiyi imkanlardan istifadə edib nüfuz, el hörməti, ağıl, bilik... | ANL |
Birgə hərbi təlimlərin görünməyən tərəfləri. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 92-ci ildönümüdür. Bu mühüm tarix ərəfəsində, iyunun 21-dən 24-dək Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının və Dövlət Sərhəd Xidmətinin birləşmə və hissələrinin irimiqyaslı Birgə Əməliyyat-Taktiki tə... | ANL |
Qubad İbadoğlu: "Aztəminatlı ailələri yoxsulluqdan qurtarmaq üçün...". Ayrıca proqrama ehtiyac var. Sosial yardımlar, şəffaflığın yoxluğu, təkrar sosial yardım alanların aztəminatlı ailə olduğuna şübhələr... Bu ötən müddətdə Ünvanlı Sosial Yardım (ÜSY) sistemi səmərəli fəaliyyət göstərən bir mexanizmə çevrilmədi. Bunun... | ANL |
Vaqif Bayatlı Odər: "Hərdən ölümlə oynayırıq". Ədib ölümün olduğuna inanmır. Oxucuların bədbin ruhlu şair kimi tanıdığı Vaqif Bayatlı Odər əslində çox nikbin insan imiş. Özü də oxucuların münasibətinə təəccüb edir. Şeirlərində ilahi gözəllikdən, sevgidən yazır. Amma əsas hədəfi qarışqalardır. Onların simasında bir çox ... | ANL |
"Azərbaycanda mədəniyyətə böyük hörmət bəsləyirlər". Ötən həftəyə Gürcüstan Mədəniyyət Günləri möhür vurdu. Ötən həftə paytaxtın mədəni həyatına Gürcüstan Mədəniyyət Günləri öz möhrünü vurdu. Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın beşinci Protokoluna əsasən, iyunun ... | ANL |
Azərin: "Azərbaycanda konsert fəaliyyəti görmək istəyirəm". Sənətçi Bakıda səviyyəli konsertə az-az rast gəlib... Payızda növbəti solo konsertinə hazırlaşan əməkdar artist Azərinin çıxış edəcəyi məkan Heydər Əliyev Sarayıdır. Konsert işini müəyyən tərəddüdlərdən sonra gündəmə gətirən sənətçi "Ayna" qəzetinə bunun səbəb... | ANL |
Prezident İlham Əliyev müasir Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, SSRİ xalq rəssamı Toğrul Fərman oğlu Nərimanbəyovun 80 illik yubileyinin qeyd olunması haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Rəssamlar İttif... | ANL |
İsmayıl Əfəndiyevin yubileyi keçirildi. Görkəmli aktyor və rejissor, bir müddət "Azərbaycanfilm" Kinostudiyasının direktoru olmuş İsmayıl Əfəndiyevin 100 illik yubileyi qeyd olunmuşdur. Mərasim Muzey Mərkəzində təşkil olunmuşdu. Yubiley münasibəti İsmayıl Əfəndiyevin yaradıcılığını əks etdioən foto-sərgi də nümayiş etd... | ANL |
Martın 5-də R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş "Qadın ətri" təsviri sənət sərgisinin açılışı keçirilib. APA-nın xəbərinə görə, Mədəniyyət və Turizm Nazirliyi ilə Rəssamlar İttifaqı tərəfindən birgə təşkil olunan sərgi Hüseyn Cavidə məxsus "Bəşəriyyət ... | ANL |
Göygöldən Xəzərədək uzanan musiqili ömür. "Göygöl" ansamblının yaradıcısı Fikrət Verdiyev musiqimizə xidmətini davam etdirir. Gəncədə fəaliyyət göstərən və bu yaxınlarda 40 illik yubileyi qeyd edilən "Göygöl" Dövlət Mahnı və Rəqs Ansamblının yaradıcısı, əməkdar artist Fikrət Verdiyev "Ayna"ya müsahibəsində ansamblın bö... | ANL |
Onun repertuarına müraciət olunur, lakin onun kimi oxuya bilirlərmi? Tofiq Quliyev adına 12 saylı onbirillik uşaq musiqi məktəbinin direktoru Gülnarə Səfərova ilə söhbətimiz ondan başladı ki, bu təhsil ocağı başqa musiqi məktəblərindən fəallığı ilə seçilir. Gülnarə Səfərova bunu belə izah edir: - Ən başlıcası, bu məktə... | ANL |
Orta əsrlərə aid qalıqlar aşkar edilib. İçərişəhərdə qazıntı işləri aparılacaq. "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən Qoruq ərazisindəki binaların dam və fasadlarının təmiri, yeraltı kommunikasiya xətlərinin tamamilə dəyişdirilməsi işləri həyata keçirilir. Nazirlər Kabineti yanında "İçərişəhər" D... | ANL |
İlhamə Quliyeva adına mədəniyyət mərkəzi. İstanbulda ayın sonunda belə bir mərkəzin açılışı olacaq. Son aylar ara-sıra xarici ölkələrə yollanan xalq artisti İlhamə Quliyeva bunun yaradıcılıq işləri ilə bağlı olduğunu deyir. Martın son günlərində isə İstanbula yollanacaq. Sənətçi özünün İstanbul səfərinin məqsədini "Ayn... | ANL |
Qurban Xəlilovdan dinlədiyim bir söhbət. On beş yaşındaykən Bakının Keşlə qəsəbəsində "Nobel zavodu" adlanan müəssisədə fəhlə kimi əmək fəaliyyətinə başlayan çalışqan, saf mənəviyyatlı bu insan şərəfli həyat yolu keçmiş, xalqımıza, vətənimiz Azərbaycana fədakar əməyi ilə, ağsaqqal mövqeyi ilə xidmət etmişdi. Bu il düny... | ANL |
Bu böyük sənət adamlarının yubileyləri qeyd olunacaq. Aprelin 2-də Azərbaycanın görkəmli kino və teatr aktyoru, SSRİ xalq artisti, dövlət mükafatı laureatı Ələsgər Ələkbərovun 100 illik yubileyi qeyd olunacaq. Dövlət Film Fondunun direktoru Cəmil Quliyevin məlumatına görə, tədbirdə aktyorun həyat və yaradıcılığına nəzə... | ANL |
Qrup daha iki teatra baş çəkib. Regionlarda fəaliyyət göstərən teatrların monitorinqi aparılıb. Gəncə, Şəki, Qax və Mingəçevirdə fəaliyyət göstərən teatrları əhatə edən monitorinq Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyi tərəfindən reallaşdırılıb. Monitorinq Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun mali... | ANL |
S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktyorları, Xalq artisti Səfa Mirzəhəsənov və onun həyat yoldaşı Əməkdar artist Yevgeniya Nevmerjitskaya ilə söhbətimizdə Yevgeniya xanımın bu sözü yaddaşıma həkk olundu: "Hər bir rolumuz uşaq kimidir, o, ürəyimizin bir hissəsidir, bizim qanımızdır, əsəblərimizdir". B... | ANL |
Yaşar Nuri: "Türk kinematoqrafçıları məni kinolarında görməkdən vaz keçdilər". İncəsənət arenasında baş verən mübahisələrin bir hissəsi teatr adamlarının payına düşür desək, yanılmarıq. Bəsti Cəfərovanın Akademik Milli Dram Teatrında rəhbərliyin istedadlıların qarşısını kəsdiyi, onları qılıncladığı, Rüstəm İbrahimbəyov... | ANL |
Generalın siması kətan üzərinə köçdü. Rəssam Sakit Məmmədov Əli ağa Şıxlinskinin mükəmməl bir portretini işləyib. Artilleriya generalı Əli ağa Şıxlinski portretə köçdü. Port-Artur qəhrəmanı, rus ordusunda "artilleriyanın allahı" kimi şöhrətlənmiş, Birinci Cahan hərbində Sankt-Peterburq hərbi dairəsinin artilleriya rəis... | ANL |
Bağanıs Ayrım soyqırımı barədə kitab. Qənirə Paşayeva və Akif Aşırlının ssenarisi üzrə bu barədə film də çəkilir. Millət vəkili Qənirə Paşayeva və "Şərq" qəzetinin baş redaktoru, tədqiqatçı jurnalist Akif Aşırlı həmmüəllif olaraq "Ermənilərin törətdiyi soyqırımın qurbanı - Bağanıs Ayrım" adlı kitabı çapa hazırlayıblar.... | ANL |
"Qızıl Çarx" sahiblərini tapdı. Azərbaycan - Türkiyə İş Adamları Birilyinin (ATİB) "Qızıl Çarx" mükafatının təqdimetmə mərasimi keçirilib. Hər il ənənəvi olaraq qurum Azərbaycan və Türkiyə arasında münasibətlərin inkişaf etdirilməsi və iki ölkənin regional nüfuzunun artmasına ən çox töhfə verən hadisə üzrə müxtəlif nom... | ANL |
Solmayan sənətin şöhrəti. Teatr, kino mədəniyyətimizin inkişafında əvəzsiz xidmətləri olan SSRİ xalq artisti Ələsgər Ələkbərovun dünyaya gəlişinin 100 illiyidir. Artıq xəbər verildiyi kimi, bu ildönüm teatr və kino mühitində ehtiramla qeyd olunacaqdır. Bu böyük sənətkar artıq həyatda yoxsa da, çəkildiyi filmlərə indi d... | ANL |
Yalnız həqiqəti söyləməyə çalışır. Üzeyir Hacıbəylinin bu möhtəşəm əsərini dünyanın hər bir yerindən olan, dilimizi bilməyən seyrçilər ayaq üstə alqışlayırdılar. Səhnəmiz çox Leyli və Məcnunlar görüb, amma yüzüncü tamaşada Məcnunu oynamaq həmsöhbətimə qismət olmuşdu. Müsahibim Xalq artisti, Dövlət mükafatçısı, Opera və... | ANL |
İki rəssam qızın birgə sərgisi. Baxmayaraq ki, onlar gimnaziya tələbələridir. Aprelin 28-də İncəsənət Gimnaziyasında təsviri incəsənət bölməsinin iki tələbəsi Fidan Həsənova və Kamilə Şirinovanın fərdi sərgisinin açılış mərasimi idi. Təntənəli açılış mərasimində Gimnaziyanın direktor müavini Kamilə Kərimova çıxış edərə... | ANL |
Xalq artisti Faiq Ağayevin konsert fasiləsi çox uzun sürdü. Bu günlərdə isə öyrəndik ki, yeni konsert layihəsi mayda həllini tapacaq - Heydər Əliyev Sarayında 4 günlük konsert proqramı ilə çıxış etməyə hazırlaşır. Sənətçi boş dayanmadığını, çalışdığını deyir: - Efirlərdə varam, şou-proqramlarda iştirak edirəm. Yəni böy... | ANL |
"Azərbaycanın kitab abidələri". Bu elektron nəşr iki hissədən ibarətdir. Azərbaycan kitabxanalarında aşkar edilmiş nadir və qiymətli nəşrlər (kitab abidələri) Azərbaycan Respublikasının milli-mədəni sərvətlər reyestrinə daxil edilib. Toplanmış materiallar əsasında respublikada mövcud unikal və nadir nüsxəli kitablar, x... | ANL |
Şəhriyar Məmmədyarov dünya çempionuna üstün gəldi. Bakıda dünyanın tanınmış şahmatçılarının iştirakı ilə "Prezident kuboku" uğrunda beynəlxalq turnir başlanıb. İştirakçılar əvvəlcə rapid partiyalarda, daha sonra isə blits turnirdə qüvvələrini sınayacaqlar. Mərhum prezident Heydər Əliyevin xatirəsinə həsr olunmuş turnir... | ANL |
Zülfiyyə Xanbabayeva: "Bu gün məişət jarqonları ilə səhnədə tərbiyəsizlik edirlər". Sənətçi tənqidi tərbiyə metodu saymır. Son konsert turnesindən uzun zaman keçən xalq artisti Zülfiyyə Xanbabayevanın paytaxt üçün növbəti layihə hazırladığı deyilir. Müğənnini Rəşad Haşımovun rəhbərlik etdiyi musiqiçi heyətinin müşayiət... | ANL |
Milli Kitab Mükafatının qalibləri üçün sürpriz. Müəlliflərlə müqavilə imzalanır. Milli Kitab Mükafatı qaliblərinin adları mayın 23-də bəlli olacaq. Bu barədə layihənin təsisçisi, "Əli və Nino" Kitab Evinin rəhbəri Nigar Köçərli danışıb. Xatırladaq ki, əslində mərasim mayın 1-də keçirilməli idi. Lakin sonradan mükafatın... | ANL |
Əlçatmaz yerlərə ayaq basanların özəlliyi. Ölkəmiz ekstremal idman növlərində sözünü deməyə başlayıb. Ekstremal idman növləri üzrə çıxışları teleekranlardan maraqla seyr etsəm ki, etiraf edim ki, bunun mənəvi, hətta siyasi tərəflərinin də olduğunun o qədər fərqində deyildim. Bunu sadəcə ayrı-ayrı insanların özünütəsdiq... | ANL |
Bəzi dini mülahizələri əsas götürərək siğə, muta və müvəqqəti kəbin kimi tanınan qondarma "izdivac" təzahürləri, deyəsən, bir əsrlik fəsilədən sonra yenidən boy verir. Bu sözləri bir ağsaqqal məscid önünə yığılmış əli təsbehli, nəyi isə kəskin müzakirə edən saqqallı gəncləri süzərək söylədi. "Bir neçə il əvvəl dul bir ... | ANL |
Bələdiyyə böyüsə də, büdcələr kiçik qaldı. yaxud böyüyən bələdiyyələrin böyük problemləri. Nəhayət ki, bələdiyyələr birləşdirildi. Bir sıra bələdiyyələr birləşmə fikrinə isti yanaşmasa da, hökumət 2757 bələdiyyənin özünüidarəetmənin inkişafını ləngitməsi fikri ilə razılaşdı və birləşməni inzibati yolla gerçəkləşdirdi. ... | ANL |
Gənc dirijorun uğurlu debütü. Fuad İbrahimov indi dünyanın ünlü orkestrlərində çıxış edir. Onda maestro Mstislav Rostropoviçin master-klasını yenicə keçmişdi, Bakı Musiqi Akademiyasını bitirmək üzrə idi, Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestrində 1-ci pultda alt çalırdı və bu əzəmətli okrestrlə tez-tez Avropaya... | ANL |
"Dünya ədəbiyyatı" dərgisinin baş redaktoru, gənc şair, tərcüməçi Səlim Babullaoğlunun Tiflisdəki "Qafqaz Evi"ndə "Qarın şərhi" adlı kitabı nəşr olunub. Bu barədə şairin özü danışaraq bildirib ki, kitabdakı şeirləri gürcü və azərbaycanlı şair-tərcüməçilər - Şota İataşvili, İmir Məmmədli, Zviad Ratiani, Oqtay Kazımov və... | ANL |
Məmməd Səid Ordubadinin ev muzeyinin açılışı olub. Məmməd Səid Ordubadinin ev muzeyinin açılışı olub. Məmməd Səid Ordubadi yazıçı, dramaturq, jurnalist, librettolar müəllifi kimi tanınmış, "Dumanlı Təbriz" ilə ədəbiyyatımızda novator romançı kimi yeni ədəbi örnək yaratmış və Azərbaycanda tarixi roman janrının təməlini ... | ANL |
Alim Qasımov David Vendetta ilə klip çəkdirib. Xalq artisti Alim Qasımovun fransalı DJ David Vendetta ilə I'm your Goddess" adlı mahnını duet şəklində ifa etdiyi barədə xəbər verilib. Xanəndənin qəzetimizə bildirdiyinə görə, bu günlərdə Bakıda mahnıya klip çəkilir: "Çəkilişlərin bir hissəsi Bakıda nəzərdə tutulmuşdu. E... | ANL |
Diqqətimi çəkən iri gözləri, sadə, səmimi davranışı, sakit, amma güclü xarakteri oldu. Və onun həm universitetdə, həm də Milli Məclisdə bacarıqlı olduğunu; işlərini böyük bir ciddiyyət və həssaslıqla yerinə yetirdiyini dərk etdim. Gövhər xanım ilə söhbət edərkən yadıma yeniyetməlik illərində atamızdan eşitdiyimiz sözlə... | ANL |
Ahısqa türkləri üçün yeni problemlər. Onlar Quzey Qafqazdan da deportasiya oluna bilərlər. Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Tacikistanda 1988-ci ildə Ahısqa türklərinə qarşı gözlənilmədən qəddarcasına repressiyalar aparıldı. Bu olayların gedişində Ahısqa türkləri 46 il ərzində sürgünlərdə yaşadıqları regionlarda ... | ANL |
Müdafiə sənayesi gəlir gətirməyə başlayır. Dünən İordaniyada başa çatan SOFEX-2010 Xüsusi Qüvvələr Sərgisi, deyəsən, milli hərbi sənaye kompleksimiz üçün düşərli olub. Müdafiə sənayesi naziri Yavər Camalov APA-ya açıqlamasında Azərbaycanın bu mötəbər sərgidə 55-dən artıq adda müdafiə təyinatlı məhsulu nümayiş etdirdiyi... | ANL |
Alim Qasımov şəhərdə sıxılır. Odur ki, yaradıcılıq həvəsini kənd yerində tapır. Xalq artisti Alim Qasımov yaşlanmaqdan qorxmur. Yəni gördüyüm iş, həyat tərzi, yaşatdığım musiqini nəzərə alsam, deyə bilərəm ki, mən çox yaşamışam". Söhbət əsnasında öyrəndik ki, bu yaşda onu narahat edən məsələlər var. Xanəndənin dediyinə... | ANL |
Azərin repçi ilə oxudu. Əməkdar artist Azərin repin dünya çatında daha çox dinləndiyini nəzərə alaraq, bu janrın ifaçılarından biri ilə duet oxuyub. Bu barədə danışarkən bildirdi ki, onun tərəf-müqabili Urandır: "Bu gün sivil ölkələrdə rep daha çox dinlənən bir janrdır. Məşhurların çoxu ifalarında repə yer ayırırlar. M... | ANL |
Elza Seyidcahana pul təklif olunub. Sənətçi isə mahnısını Veysin həyat yoldaşına bağışlayıb. Müğənni Elza Seyidcahanın İstanbulda ekranlaşdırdığı "Həsrət nəğməsi" mahnısına müştəri çıxıb. Musiqisi özünə, sözləri millət vəkili Qənirə Paşayevaya məxsus olan mahnını türkiyəli müğənni Veysin həyat yoldaşı oxumaq qərarına g... | ANL |
"Vətənimizi öyrənək". Dünən toplu təqdim olundu. Mayın 14-də Azərbaycan Dövlət İncəsənət Muzeyində yeni nəşrin təqdimatı keçirilib. Kitab Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə "Bizim Nəsil" Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyi tərəfindən həyata keçirilən "Vətənimizi öyrənək" layihəsi çər... | ANL |
"Mənim doğma vətənim" müsabiqəsinə həsr olunan fotosərgi. "Avropa: Ümumi irs" və "Avropa mədəni irs günləri" kampaniyası çərçivəsində aprel-may aylarında "Mənim doğma Vətənim" mövzusunda keçirilmiş fotomüsabiqənin yekunlarına həsr olunmuş fotosərgi təşkil olunacaq. Gənclər və İdman Nazirliyi mətbuat xidmətindən verilən... | ANL |
Bu - Beynəlxalq Muzeylər Günündə olacaq. Hər il olduğu kimi, bu il də Azərbaycanda bu gün müxtəlif törənlərlə qeyd olunacaq. Məsələn, bütün muzeylərdə açıq qapı günü elan olunacaq. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində də həmin gün açıq qapı günü və "Muzeylər sosial harmoniya üçün" adı altında layihə həyata ke... | ANL |
"Azərbaycan dastanlarının struktur poetikası". AMEA Naxçıvan bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Məhərrəm Səfərlinin bu günlərdə yeni kitabı işıq üzü görüb. "Nurlan" nəşriyyatında olduqca nəfis tərtibatda çap olunan kitab "Azərbayca... | ANL |
İnsan həyatında musiqinin yeri. Ziyalı qadınlar bunu araşdırmaq üçün yığışmışdılar. SRBS "Beynəlxlaq Tədris Mərkəzi"ndə "Aydınlığa doğru" milli-mənəvi dəyərlərin qorunması ictimai birliyinin "Ziyalı ünsiyyəti" çərçivəsində növbəti toplantı "İnsan həyatında musiqinin yeri" mövzusuna həsr edilmişdi. Bu mövzunun seçilməsi... | ANL |
Ədalət Şükürov: "Azərbaycanda konsert və albomdan pul qazanmaq şansımız yoxdur". Müğənni deyir ki, "belə bir müğənni görsəniz mənim üçün avtoqraf götürün". Son aylar yolunu xarici ölkələrdən salıb, əcnəbilər üçün oxuyan əməkdar artist Ədalət Şükürov burada özünə məhdudiyyət yaratdığını etiraf edir. Müğənni "Ayna"ya müs... | ANL |
Mənim tanıdığım Mircəlal müəllim. Gərək insan təkcə özü üçün yaşamasın. Uzun illər ötməsinə baxmayaraq, yaddaşımdan silinməyən, hər dəfə qəlbimdə xoş xatirələr oyadan genişqəlbli insan, müəllim və yazıçı Mircəlal Paşayev haqqında söhbət açmaq istəyirəm. Tale mənə onun tələbəsi olmaq, evində qonaq olmaq, xatirələrini və... | ANL |
Kür və Araz Mərkəzi Aranı viran qoyur. Müvafiq qurumlar fəlakətin qarşısını almaqda hələ ki aciz qalıblar. Sabirabad, Saatlı, Salyan, Şirvan, İmişli, Hacıqabul və bəzi digər yaşayış məntəqələrində Kür və Araz çaylarının bəndləri dağıtması nəticəsində 10 minlərlə insan evsiz-eşiksiz, mal-mülksüz qalıb. Rəsmi məlumatlara... | ANL |
BDU-da alimin barelyef vurulub və guşəsi yaradılıb. Görkəmli ədəbiyyatşünas alim, tənqidçi, ictimai xadim, professor Cəfər Xəndanın 100 illik yubileyi bir zaman tədris fəaliyyəti ilə məşğul olduğu BDU-da qeyd edilmişdir. BDU filologiya fakültəsində bu böyük filoloq alimin barelyefi vurulub və guşəsi yaradılmışdır. Univ... | ANL |
Milli Kitab Mükafatının namizədlərinin kitabları pulsuz paylanacaq. Milli Kitab Mükafatının 10-luğuna düşmüş daha üç yazarın kitabı işıq üzü görüb. Nəriman Əbdülrəhmanlının "Yalqız" romanı, Əjdər Olun portret hekayələri və Rafiq Tağının hekayələr toplusu artıq nəfis tərtibatda oxucuların ixtiyarına verilib. Bankın İdar... | ANL |
Həmidə Ömərova: "Çoxseriyalı filmlərə ehtiyac var". Aktrisa hesab edir ki, aktyorların imkanlarını açmaq lazımdır. Son illər filmlərə çəkilmədiyinin səbəbindən danışan kinoşünas, xalq artisti Həmidə Ömərova qəzetimizə belə bir açıqlama verdi. Filmə çəkilmədiyini şəxsi yox, bütün Azərbaycan kinosunu əhatə edən problem h... | ANL |
Yeganə Axundova: "Hər zaman sevilmək və gözəl qalmaq istəyirəm". Azərbaycanın əməkdar artisti, tanınmış pianoçu, bəstəkar, Bakı Musiqi Akademiyasının beynəlxalq əlaqələr üzrə prorektoru, fortepiano kafedrasının professoru Yeganə Axundovanın milli musiqimizin inkişafında xidmətləri olmuşdur. Hisslərinin dərinliyini və i... | ANL |
Şair Qəşəm Nəcəfzadənin "Yazıçı" nəşriyyatında "Şeirin içindəki adam" publisistik kitabı nəşr olunub. Bu barədə şair özü məlumat verib. O bildirib ki, 400 səhifədən və 1000 tirajdan ibarət olan bu kitaba müxtəlif illərdə yazdığı məqalələr, esselər, mətbu orqanlara verdiyi müsahibələr, haqqında yazılan məqalələr və şeir... | ANL |
Məlahət Abbasova festivala dəvət alıb. Azərbaycanlı aktrisa Belqradda teatr tədbirinə qatılacaq. Türkiyədə çəkilən və azərbaycanlı aktrisa Məlahət Abbasovanın da oynadığı "1001 gecə" serialının Balkan ölkələrində və Yunanıstanda nümayişinə başlanıb. Bu barədə məlumat verən Məlahət Abbasova Mehriban obrazını canlandırdı... | ANL |
Simli alətlər üzrə müsabiqə sona çatdı. Ötən gün yekun konserti idi. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin simli alətlər üzrə respublika müsabiqəsinə yekun vurulub. Qurumun mətbuat xidmətindən verilən bilgiyə görə, respublikada simli alətlər üzr... | ANL |
Və dünya kitabla fəth olunur. Mayın 26-da M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının qarşısındakı bağda Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə keçirilən "Kitab bayramı-2010" çoxlu insan cəlb edə bilmişdi. Belə ki, burada qonaqlar həm sərgilənən kitablarla tanış olur, həm də bəyəndiklər... | ANL |
Tahir Salahov haqqında film çəkilir. Bakıda məşhur azərbaycanlı rəssam Tahir Salahov haqqında sənədli filmin çəkilişləri başlayıb. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, film hələlik şərti olaraq "Ürəklə şəkil çəkən rəssam" adlanır. 1957-ci ildə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İ... | ANL |
Azərbaycanlı rəssamlar rəsm simpoziumunda iştirak ediblər. Türkiyənin Ərzurum şəhərindəki Atatürk Universiteti 9 ölkədən 20 rəssamın iştirakı ilə I Beynəlxalq rəsm simpoziumu keçirib. Tədbirdə azərbaycanlı rəssam Fikrət Həşimov da iştirak edib. Rəssamlar 15 gün ərzində Ərzurumun füsunkar təbiəti ilə tanış olub, "Mədəni... | ANL |
Təhsil desantı Azərbaycanda. Ukrayna bizim gənclərə öz ali məktəblərini təklif edir. Ukraynanın aparıcı ali məktəblərini təmsil edən sanballı bir heyət Azərbaycandadır. Onlar paytaxtın orta məktəblərində olmuş, məzunlar və onların valideynləri ilə görüşlər keçirmiş, təmsil etdikləri ali məktəblərin, eləcə də Ukraynada ... | ANL |
"İndiki bəstələrdə milli ab-hava duyulmur". Natəvan Şeyxova hesab edir ki, dirçəlişə sanballı əsərlərlə nail olmaq olar. Estrada sənətində vaxtilə sözünü demiş xalq artisti Natəvan Şeyxova "Ayna"ya maraqlı açıqlamalar verdi. O, gənc müğənnilərin əksəriyyətinin retro mahnılara qayıdışının səbəbini açıqlayarkən bunları d... | ANL |
Faiq Ağayevin sürprizi bəlli oldu. Cənab şlyager yenilikləri konsertində sərgiləyəcək. Xalq artisti Faiq Ağayev bu günlərdə sözləri və musiqisi Murad Arifə məxsus "Bal kimi" mahnısına klip çəkdirir. Xatırladaq ki, cənab şlyager yeni klipini uzun fasilədən sonra çəkdirir və rejissor işini İlham Məhərrəmova həvalə edib. ... | ANL |
Mənim tanıdığım Mircəlal müəllim. Gərək insan təkcə özü üçün yaşamasın. Uzun illər ötməsinə baxmayaraq, yaddaşımdan silinməyən, hər dəfə qəlbimdə xoş xatirələr oyadan genişqəlbli insan, müəllim və yazıçı Mircəlal Paşayev haqqında söhbət açmaq istəyirəm. Tale mənə onun tələbəsi olmaq, evində qonaq olmaq, xatirələrini və... | ANL |
"Gənclərin musiqiyə münasibəti dəyişib". Amma az məşq edirlər. "Notu əzbərləyib çalmaq olar. Amma mən bu qənaətdəyəm ki, gərək ifaçının ürəyi, dəst-xətti, yaradıcılıq yolu olsun. Bunlar olmayanda hər şey süni görünür". Xalq artisti, tarzən Firuz Əliyev bu qənaətdədir. Onun sözlərinə görə, tar sənəti çox çətindir. Ona g... | ANL |
"Harda Azərbaycan xalçası var, bu mahnı orada səslənəcək". Yeni nəğmə üç xalq artistinin ifasında. Milli-maddi sərvətlərimizin ön sırasında yer tutan xalçalarımız haqqında nəğmə yaranıb. Mahnının söz müəllifi əməkdar incəsənət xadimi Baba Vəziroğludur, musiqisi isə Kamal müəllimə aiddir. Xəbəri təfərrüatı ilə açıqlayan... | ANL |
"Miras" Moskvada diplom qazandı. Rejissor Fariz Əhmədovun "Miras" sənədli filmi Rusiyanın paytaxtı Moskvada Rusiya Dövlət Kinematoqrafiya Universitetinin (keçmiş Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutu) keçirdiyi 30-cu beynəlxalq kinofestivalda iştirak edib. Azərbaycanlı rejissorun işi festivalın "Kinematoqrafiya ... | ANL |
Elçinin "Şekspir"i Moskvanı fəth etdi. Moskvada "Jar-ptitsa" Teatrının səhnəsində Azərbaycanın tanınmış yazıçı və dramaturqu Elçin Əfəndiyevin eyniadlı pyesi əsasında hazırlanmış "Şekspir" tamaşasının premyerası Rusiya paytaxtındakı "Dərviş teatrı"nın quruluşunda böyük uğurla keçib. Bakı şəhər Mədəniyyət və Turizm İdar... | ANL |
Onlar bizim günlərin teatr problemlərini müzakirə edirlər. Regionun mədəniyyət və incəsənət mərkəzi statusunu inamla əlində saxlayan Bakı bu dəfə dünyanın teatr xadimlərini bir araya gətirib və önəmli bir məclisə ev sahibliyi edir. Akademik Milli Dram Teatrında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə müasi... | ANL |
"Milli bomba" Tbilisi festivalında. Film sanki bu tədbir üçün çəkilibmiş. Tbilisidə keçirilən MDB ölkələri ilk kino festivalının yekunları kinoşünaslarda xoş təəssürat doğurub. Gürcüstan paytaxtında Rusiya və digər MDB ölkələrinin ilk kino festivalının yekunlarına həsr olunan mətbuat konfransında xoş notlar üzərində fi... | ANL |
Bu sərgi perspektivli istedadlara işıq salır. Muzey Mərkəzində Azərbaycan rəssamlarının "X nöqtəsi..." adlı sərgisinin açılışı keçirildi. Sərginin nümayişi noyabrın 14-dək davam edəcək. APA-nın xəbərinə görə, açılış mərasimində çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin incəsənət şöbəsinin müdiri Fərəh Əliyeva bildir... | ANL |
Əfsər Cavanşirovla Müslüm Maqomayev yad edildi. Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonunda tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Əfsər Cavanşirovun 80 illik yubileyinə həsr edilən xatirə gecəsi keçirilib. İttifaqın sədri, xalq artisti Firəngiz Əlizadə bəstəkarın həyat və yaradıcılığından dan... | ANL |
"Sintezatoru orkestrə Eldar Mansurovla mən gətirmişəm". Tahir Əkbər hesab edir ki, onun imkanlarından düzgün istifadə olunmur. Milli musiqinin inkişafında xidmətləri olan bəstəkar Tahir Əkbər bir çox musiqiçilərin tənqid hədəfinə çevrilən sintezator aləti barədə maraqlı açıqlama verərək bildirib ki, bu aləti orkestrə h... | ANL |
Rus Dram Teatrı yubileyinə hazırlaşır. Səməd Vurğun adına Dövlət Rus Dram Teatrının 90 illiyi dövlət səviyyəsində qeyd olunacaq. Bu barədə məlumat verən teatrın direktoru Ədalət Hacıyev deyib ki, yubiley dekabrın 21-də baş tutacaq. Həmin gün Azərbaycanın digər dövlət teatrlarının kollektivləri Rus Dram Teatrını təbrikə... | ANL |
Xanəndə Çita müsabiqəsinin laureatı oldu. Babək Niftəliyev musiqi sənətimizi uğurla təmsil edib. Bu günlərdə Rusiyada professor Nikolay Budaşkin adına xalq çalğı alətləri orketstrləri və ansambllarının dördüncü beynəlxalq müsabiqəsi keçirilib. 1976-cı ildən başlayaraq keçirilən bu sənət bayramı orkestr və milli musiqi ... | ANL |
"Muğamı anlamaq üçün Azərbaycanda doğulmaq gərəkdir". Aqşin Əlizadə bu qənaətdədir. "Bu gün əsas çalışanlar yaşlı nəsil bəstəkarlardır. Ballada əsərlərin yaranması çox çətin olur. İstedad hər yerdə bilinir. Mənə elə gəlir ki, çox adamlar reklamla, özlərini tərifləməklə məşğul olur, amma əslində sənət ciddi yanaşma tələ... | ANL |
"Kənar" filminə Ukraynada baxılıb. Xarkov şəhərində keçirilən İnsan Hüquqlarına həsr olunmuş IV Beynəlxalq "Pillələr" Kinofestivalında Azərbaycan da təmsil olunub. Kinofestivalda Murad Muradovun rejissorluğu ilə çəkilən, Azərbaycan, Gürcüstan və "Internews"un birgə işi olan "Kənar" filmi festivalın müsabiqə bölməsinə d... | ANL |
Zərifin zərif barmaqları. Musiqi tariximizdən. 1979-cu ildə konservatoriyaya daxil olduqdan bir neçə ay sonra xəbər tutdum ki, Səid Rüstəmov xəstəxanada yatır. Tələbə dostlarımla birlikdə yığışıb Səid müəllimə baş çəkməyə getdik. Əsərlərini sevə-sevə ifa etdiyim xalq artisti, professor Səid Rüstəmovun hələ üzünü görməm... | ANL |
Aşıq sənəti xaricdə təbliğ edilir. Norveçdə fəaliyyət göstərən Norveç Azərbaycanlıları Gənclər Təşkilatı (NAGT-NAYO) Azərbaycanın qədim və zəngin mədəni irsinə daxil olan aşıq sənətinin xaricdə təbliği istiqamətində növbəti layihəni həyata keçirib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məluma... | ANL |
Əyyub Quliyev Polşada çıxış edib. Polşanın Belostok şəhərində dahi polyak bəstəkarı Şopenin 200 illik yubileyinə həsr olunmuş təntənəli konsert keçirilib. Polşanın Mədəniyyət Nazirliyi, Podlyaziya Opera Teatrı və Dövlət Filarmoniyasının təşkilatçılığı ilə keçirilən konsertdə Arturo Toskanini adına dirijorların IX Beynə... | ANL |
Füzulinin ərəbcə külliyyatı Sankt-Peterburqda tapılıb. "Azərbaycanın qədim dövrünə aid materiallar dünya kitabxanalarında çoxdur. İstər tarix, istər ədəbiyyat, istərsə mədəniyyətə aid olan bütün materiallar dünya kitabxanalarından tapılaraq Azərbaycana gətirilməlidir". APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqla... | ANL |
"XV-XVII Yüzil Rus Ədəbiyyatında Türklər". Bizim müəllifin monoqrafiyası Ankarada işıq üzü görüb Bakı Slavyan Universitetinin professoru, filologiya elmləri doktoru Telman Cəfərovun (Vəlixanlı) Ankarada, Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu tərəfindən 2010-cu ilin noyabrında işıq üzü görmüş "XV-XVII Yüzil Rus Ede... | ANL |
Qədim musiqi alətləri niyə tədris olunmasın? Məcnun Kərimov bunu önəmli sayır. Adlarını aşağıda çəkəcəyimiz qədim musiqi alətləri bu gün yalnız bir musiqi ocağının işığını yandırır - Qədim Xalq Çalğı Alətləri Ansamblı... Onların ifası sintezatorun səs-küyü və fonoqram hesabına el şənliklərinin repertuarını bəz... | ANL |
Diplomlu müğənnilər. Səhnədə isə diplomu yox, sənətini nümayiş etdirməlisən. Sirr deyil ki, ölkənin indiki şou ulduzlarının çoxu məhz məşhurlaşandan sonra ali təhsil almaq barədə düşünürlər. Onların çoxu səs, səhnə standartlarına cavab vermə göstəricilərindən daha çox məhz sonradan əldə etdikləri bu diplomları əsas gət... | ANL |
Uşaq mahnıları niyə yazılmır? Oqtay Zülfüqarov bu boşluğu doldurmağa çalışır. Uşaq mahnılarının yazılmaması xalq artisti, bəstəkar Oqtay Zülfüqarovu narahat edir. Konservatoriyanın bəstəkarlıq fakültəsinə tələbat bir o qədər də zəif deyil, amma onların arasında uşaq mahnıları yazanlar yetişmir. Bu heç də yaxşı göstəric... | ANL |
"Berlin: Sənətkarların və alimlərin Məkkəsi". Burada "Tarix Günü Konfransı" başa çatdı. Berlində Avropanın ən nüfuzlu və geniş əhatəli Tarix Günü Konfransı dünən başa çatdı. Sayca 48-ci olan bu üçgünlük konfrans Almaniya Tarixçilər Birliyi tərəfindən Almaniyanın tarix müəllimləri və Humboldt Universiteti ilə birgə keçi... | ANL |
Film Fondunda iki fotoarxiv fondu yaradılıb. Ukrayna vətəndaşının şəxsi arxivindən bəstəkar Süleyman Ələsgərovun 10-a yaxın fotosənədi Dövlət Film Fonduna təqdim olunub. Fondun rəhbəri, əməkdar incəsənət xadimi Cəmil Quliyev bildirib ki, artıq Film Fondunda bəstəkarın fotoarxiv fondu yaradılıb. Daxil olan yeni fotosənə... | ANL |
Kino tənqidi niyə görünmür? Kinorejissor Eldar Quliyev bunu mənfi hal sayır. "Kinodakı dirçəlişləri görürük. Amma kinonun inkişafı tək dövlətin ayırdığı maliyyədən asılı olmamalıdır. Hətta işıqçının dekorasiyalara hansı istiqamətdən yanaşması kinonun keyfiyyətinə təsir göstərə bilir. Məncə, kinoya öncə peşəkarların cəl... | ANL |
Rusiyalı aktyorlar Rus Dram Teatrının səhnəsində. Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində Rusiyanın tanınmış kino və teatr aktyorlarının ifasında "Salam, mən Sizin... qayınananızam!" tamaşası nümayiş etdiriləcək. Teatrdan qəzetimizə verilən bilgiyə görə, bu tamaşa Sergey Belovun "Mamulya" əsə... | ANL |
Kinorejissor Şamil Nəcəfzadə: "Kino gəlir gətirən sahədir". Lakin kino şəbəkəsinin yoxluğu... Təbii ki, kino kifayət qədər vəsait tələb edən sənət sahəsidir. Təkcə yaradıcılıq deyil, həm də istehsalatdır. Xərclənən vəsaiti bütövlüklə və ya qismən qaytarmaq lazımdır. Bu da kifayət qədər vacib məsələdir. Yəqin elə bu səb... | ANL |
"Gənc nəsil aktyorlar əməksevər deyil". Xalq artisti Yasin Qarayev məvacib azlığından cavanların teatrı tərk etdiyini söyləyir. Gənc Tamaşaçılar Teatrının aktyoru, xalq artisti Yasin Qarayev sənət aləmində və həyatda qazandıqlarına görə daha çox Allaha şükür edir. Müsahibim söhbətinə gənclik illərinin teatr mühitini xa... | ANL |
Sənətçilərin mütaliə problemi. Görəsən, niyə savadlanmaq istəmirlər? Son illər kitaba marağın azaldığını nəzərə alsaq, sənət adamlarının bir qisminin mütaliə həvəsinin qalmadığını açıq şəkildə deyə bilərik. Çünki peşə sahiblərinin yeni biliklərə maraqlarının az olduğu görünür. Onlar yuxudan günorta saatlarında oyanıb y... | ANL |
Fidan Hacıyeva müsabiqədə birinci oldu. Azərbaycanlı sənətçi İtaliyada uzunmüddətli müqavilə imzalayıb. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, əməkdar artist Fidan Hacıyeva İtaliya teatrlarında işləmək üçün keçirilən peşəkar vokalçıların beynəlxalq müsabiqəsində birincilik qazanıb. Bununla bağlı b... | ANL |
Hamı müğənni olmaz ki. Yalçın Rzazadə bunu anormal sayır. "Təəssüflər olsun ki, Azərbaycanda şou anlamı düzgün formalaşmayıb. Çünki hər yerindən duran müğənni olmaq həvəsinə düşür. Bunun nəticəsidir ki, səhnəyə əcnəbi musiqilərin təsiri altında, istedadsız, ifrat dərəcədə soyunmağa meyilli gənclər gəlirlər". Bu sözləri... | ANL |
"Həyatda obraza girə bilmirəm". Brilyant Dadaşova aqressiv olmağından danışdı. Son illər yaradıcılığını Azərbaycanla yanaşı Türkiyə şou-biznesi ilə bağlayan xalq artisti Brilyant Dadaşovanın tezliklə yeni albomu işıq üzü görür. Türkiyədə şirkətlərin birində ərsəyə gələn toplunun hazırlanması qarşı tərəfə məxsus ideyadı... | ANL |
Onları məhvolma təhlükəsi gözləyirdi Məhv olmaq təhlükəsi ilə üzləşmiş 4000-dən artıq qiymətli val Dövlət Səs Yazıları Arxivinə təqdim edilib. Arxivin direktoru Yaqub Mədətov APA-ya bildirib ki, ötən əsrin ortalarında Ümumittifaq Melodiya Səsyazma Şirkətinin Bakıda yaradılan anbarında Azərbaycana aid bütün qrammofon va... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.