text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Onların özünütəsdiqinə imkan yaradan xeyirxah insanlar var. Yaşadığımız cəmiyyətdə sağlamlığında məhdudiyyətlər olan insanlar var. Biz onları hər gün görürük. Təbii ki, hər bir sağlam insan kimi, onların da öz həyatlarını, yaşayışlarını öz zəhmətləri ilə təmin etmək imkanları olmalıdır. Bu kimi həmvətənlərimizin arasın...
ANL
"Azərbaycan haqqında nə bilirsiniz?". Daşkənddə bu adda müsabiqənin yekun turu keçirilib. Özbəkistanın "Kamolot" gənclər təşkilatı ilə Azərbaycan Gənclər və İdman Nazirliyi arasında imzalanmış protokola əsasən Daşkənddə "Azərbaycan haqqında nə bilirsiniz?" mövzusunda uşaq və gənclərin rəsm əsərlərinin yekun müsabiqəsi ...
ANL
Brüsseldə Azərbaycan Mədəniyyət Günləri. Milli mətbəximiz də təqdim olunmuşdur. Bu həftə Brüsseldə Avropa Parlamenti binasında Azərbaycan Mədəniyyət Günləri keçirilib. Heydər Əliyev Fondunun məlumatına görə, tədbir fondla Azərbaycanın Avropa Birliyi yanında daimi nümayəndəliyinin birgə layihəsidir. Ötən günə kimi davam...
ANL
Bazeldə "Baku Unlimited" sərgisi. Bu həftədən başlayaraq noyabrın 29-dək Bazel şəhərində İsveçrədə Azərbaycan Mədəniyyət İli "Culture-2009 Azerbaiyan" layihəsi çərçivəsində "Baku Unlimited" adlı sərgi keçirilir. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov bildirir. Sərginin təşkili məqsə...
ANL
III beynəlxalq karikatura müsabiqəsi başlandı. "Molla Nəsrəddin-Azərbaycan" III beynəlxalq karikatura müsabiqəsinə start verilib. Karikaturaçılar Birliyinin sədri Bayram Hacızadənin məlumatına görə, müsabiqə Azərbaycanın görkəmli karikatura ustası Əzim Əzimzadənin 130, Rəssamlar İttifaqının yaradılmasının isə 75 illiyi...
ANL
Çin dilinə tərcümə ediləcək. Xalq yazıçısı Çingiz Abdullayevin əsərləri Çin dilinə tərcümə olunacaq. Çingiz Abdullayevin sözlərinə görə, artıq Çindən zəng edərək onun əsərlərinin Çin dilində tərcüməsi üçün icazə istəyiblər: "Mənim əsərlərim artıq 28 dilə tərcümə olunub. Bu sırada növbəti dil isə Çin dili olacaq. Mən bu...
ANL
Üzeyir Hacıbəyovun xatirəsinə. Əbədiyyət qazanmaq hər kəsə nəsib olmur. Radio səhər xəbərlərində kədərli bir məlumat yayıb: öz xalqının böyük oğlu, görkəmli bəstəkar Üzeyir Hacıbəyov vəfat etmişdir. Elmlər Akademiyasının geniş zalı ağzınadək dolub. Bütün Bakı, bütün Azərbaycan öz sevimli bəstəkarı ilə vidalaşır. Xalq ş...
ANL
Fonda yeni və qiymətli materiallar daxil olub. Azərbaycan Dövlət Film Fondunun yeni binasının fotoşəkli Beynəlxalq Arxivlər Federasiyasının 2010-cu ildə nəşr olunacaq kino arxivləri kataloquna daxil ediləcək. Cəmil Quliyev bildirdi ki, cari ilin nəticələrinə əsasən Dövlət Film Fondu dünyanın ən yaxşı və nümunəvi, eyni ...
ANL
Gövhər Həsənzadə: "Gəlin sərvətlərimizi qoruyaq, özümüz öz ayranımıza turş deməyək". Deyirlər, nikbinlik böyük insanların sərvətidir. Səhifəmizin bugünkü qonağı çox nikbin insandır. Onun böyüklüyü isə sadəliyində, ləyaqətli və istedadlı olmağındadır. Belə olmasaydı, ulu Tanrı ona bugünkü uğurları bəxş etməzdi. 1986-cı ...
ANL
Bakı Slavyan Universitetində filologiya fakültəsi tələbələrinin geniş iştirakı ilə xalq yazıçısı İsmayıl Şıxlının 90 illik yubiley tədbiri olaraq toplantı keçirilmişdir. Mərasimi fakültənin dekanı İbrahimpaşa Babayev açmışdır. Filologiya elmləri doktoru, professor Bədirxan Əhmədov mərhum yazıçının ömür yolu və yaradıcı...
ANL
Rasim Ocaqovun bu filmi yaxın günlərdə göstəriləcək. Görkəmli kinorejissorun ad günü ilə əlaqədar olaraq Dövlət Film Fondu Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Rusiya Dövlət Film Fondunun köməyi ilə Rasim Ocaqovun 1979-cu ildə çəkdiyi "İstintaq" bədii filmini bərpa edib. Dövlət Film Fondunun direktoru, əmə...
ANL
Tofiq Bakıxanovun bəstəkar palitrasında yeni boyalar. "Mütərcim" nəşriyyatı bəstəkar, xalq artisti Tofiq Bakıxanovun skripka və simfonik orkestr üçün "Cazsayağı 6 saylı konsert"ini nəşr edib. ABŞ-ın Azərbaycan səfirliyinin maliyyə dəstəyi ilə işıq üzü görən yeni nəşr Tofiq Bakıxanovun bəstəkar palitrasında yeni boyalar...
ANL
Pentaqon Azərbaycan Ordusuna yardımlara başlayır. Gələn il üçün əməkdaşlıq qrafiki sıxdır. Noyabrın 3-5-də ABŞ və Azərbaycan arasında təhlükəsizlik məsələlərinə dair illik məsləhətləşmələr perspektiv əməkdaşlıq üçün konkret çərçivələri müəyyən etmək baxımından önəmli idi. Əldə edilən bilgilərə görə, tərəflər bir sıra m...
ANL
“Müsahibə zamanı aktyorluq etmək lazım deyil”. Həmişə özümə dərd edirdim ki, qocalandan sonra nə edəcəyəm, kim məni filmə çəkər? Amma bu gün çəkiliş meydanında, kamera qarşısındayam, mənim üçün ən böyük xoşbəxtlik də budur. Bir ara kinomuzun vəziyyətindən nigaranlıq vardı. Prezidentin məlum sərəncamından sonra isə kino...
ANL
Uşaqlara həsr edilən Teatr ömrü. Gənc Tamaşaçılar Teatrının aktrisası Almaz Mustafayeva sənət yolundan söz açır. Bəlli olduğu kimi, Gənc Tamaşaçılar Teatrının xarakteri çox mürəkkəbdir. Onlar isə olduqca tələbkar seyrçilər sayılır. Aktrisa Almaz Mustafayeva bu teatrla doğmalaşıb - 40 ilə yaxındır bu teatrda çalışır. Öz...
ANL
Azərbaycanın etnomədəniyyəti Moldovada sərgilənib. Moldovada 55 dövlətin təmsil olunduğu "Müxtəliflikdən keçən birlik" adlı festival keçirilir. Festival çərçivəsində sentyabrın 29-da Azərbaycanın etnomədəniyyətini əks etdirən rəsm və stendlər nümayiş etdirilib. Ölkəmizi bu tədbirdə Moldovadakı Azərbaycan Konqresinin nü...
ANL
Muskomediya truppası Gəncə səfərindən qayıdıb. Azərbaycan Dövlət Musiqili Komediya Teatrının balet truppası Gəncə şəhərində səfərdə idi. Teatrın mətbuat xidmətinin məlumatına görə, burada keçirilən şəhər gününə dəvət olunan balet artistləri "Gəncə - 2503" bayram şənliklərində iştirak ediblər. Təkcə ötən bir il ərzində ...
ANL
Gəncə Dram Teatrı repertuarını təzələyir. Gəncə Dövlət Dram Teatrı 114-cü mövsümünə xalq yazıçısı Elçinin "Qatil" pyesi əsasında hazırlanan tamaşa ilə başlayıb. Bu barədə teatrın rəhbərliyi məlumat verir. Xəbərdə qeyd olunur ki, dövlət sifarişi ilə hazırlanan tamaşada teatrın əsas yaradıcı qüvvəsindən istifadə edilib. ...
ANL
Dərbənddə antitürk ehtirasları. Azərbaycanlı namizəd şəhərin mer seçkisindən zorla uzaqlaşdırılıb. Azərbaycan türklərinin qədim şəhəri Dərbənddə oktyabrın 11-də mer seçkisi olacaq. Bu dəfə də seçki sandığından milliyyətcə ləzgi - şəhərdəki azlığın namizədi çıxacaq. Çünki iki aydır davam edən seçki marafonunda yeganə az...
ANL
Xaricdəki abidələrimiz - həssas yerimiz. Bəs ölkədaxili abidələrimiz nə vəziyyətdədir? Keçmiş postsovet məkanı ölkələrində, eləcə də bu coğrafiyadan kənarda Azərbaycana və azərbaycanlılara aid abidələr var. Bunlardan keçmiş dönəmdə ucaldılanlar da var, son dönəmə aid olanlar da. Sevastopolda Sapun-dağda 77-ci Azərbayca...
ANL
Yaşıla boyanmış görkəminə qarşı təvazökar Qazax. İki günə dolu-dolu sığdırılmış yaşam... Axşam sərinliyində, dəvət edildiyimiz evin kiçik ormanın kənarındakı bağçasında hovuzdan gələn suyun şırıltısı, göy üzündəki ulduzların parıltısı altında, böyük bir səylə hazırlanmış masada şam edərkən professor Peter Rasselin "The...
ANL
Müəllim var, dərs demir, tələbələri olur. Ölkənin bir çox klarnetistləri ifanı Vaqif Mirzəyevdən, onun "Azərbaycan təranələri"ndən öyrənib. Əməkdar artist Vaqif Mirzəyev klarnet ifaçısıdır. Sənətdə öz missiyasını nəfəsli alətdə görüb və ona nəfəs verib. Onun bu yeni nəfəsi, ifalarının qaynar ruhu ən fərqli ölkələrdə in...
ANL
Xalid Səid zamanın yaddaşından silinməyəcək. "Öldükdən sonra bizim məzarımızı yer üzərində axtarmayın! Bizim məzarımız ariflərin könlündədir" - bu sözləri nə zamansa Mövlana Cəlaləddin Rumi deyib. Elə şəxsiyyətlər var ki, onların məzarını yer üzündə axtarmağa ehtiyac yoxdur. Bir neçə il öncə Azərbaycan televiziyasında ...
ANL
Bakı kəndlərinin birində qədim bir qəbristanlıqda ziyalılarımız tərəfindən unudulmuş bir məzar var. Bu tək məzarda əbədi yuxuya gedən gözəl ziyalı, şair, tərcüməçi, həyatdan vaxtsız getmiş Vilayət Rüstəmzadə yatır. Ətrafını ot basmış, çoxdan gəlib-gedənlərin seyrəldiyini bildirən bu məzara baxanda Vilayətin öz dilindən...
ANL
Mənim şeirlərimin ana xətti ümiddir. Nəğməkar-şair İsmayıl Dadaşov 30 ildir mahnı yazır. Müsahibə verməyi bir o qədər sevmir. Amma onun geniş yaradıcılığı barədə günlərlə danışmaq olar. Nəğməkar şairdir, 1978-ci ildən bəri onun sözlərinə yazılan mahnılar dillərdən düşmür. Təbii ki, bunlar təsəvvürə gətirdiyim rəqəmlərd...
ANL
İlk milli fotoarxiv yaradıldı. Azərbaycanda milli fotoarxiv fondu yaradılıb. Fotoqraflar Birliyi nəzdində fəaliyyətə başlayan arxivdə bütün sahələr üzrə fotomateriallar yığılacaq. Qurumdan verilən məlumata görə, fondda hər bir fotonun tarixi ilə yanaşı, onu çəkən fotoqraf haqqında məlumatlar toplanacaq. Xəbərdə qeyd ol...
ANL
Əlixan Səmədovun xalq mahnıları albomu. 20 ilə yaxındır Türkiyədə yaşayan, indiyə kimi dünyanın 45 ölkəsində konsertlər verən, Azərbaycan xalq mahnılarından ibarət 7 diski işıq üzü görən azərbaycanlı balaban ifaçısı Əlixan Səmədovun 8-ci albomu hazırlanır. Yeniliklə bağlı yerli media mənsublarına məlumat verən musiqiçi...
ANL
Erməni vandalizmi-bəşər mədəniyyətinə təcavüzdür. Əbülfəs Qarayev bu sözləri 45-dən çox dövlətin təmsilçisinin diqqətinə çatdırıb. Bu həftə Bakıda keçirilən İslam Konfransı Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin IV konfransında Azərbaycanla bağlı bir sıra qərarlar qəbul edilib. Bunlardan biri 2018-ci ildə Na...
ANL
Naxçıvan payızı rəsmlərdə. Naxçıvanda keçirilən rəsm sərgisində payız fəslinin gözəlliklərini əks etdirən əsərlər nümayiş etdirilir. Naxçıvan Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda təşkil edilən tədbirdə 20-yə qədər rəssamın 50-dən çox əl işi nümayişə çıxarılıb. Sərgi salonundan verilən bilgiyə görə...
ANL
Şəkidə Səbuhi Məmmədovun sərgisi açılıb. Rəssam Səbuhi Məmmədovun Şəki Sənətkarlar Mərkəzində açılan yubiley sərgisi bu həftə sonuna kimi davam edəcək. Rəssamın dediyinə görə, tədbir onun 50 illik yubileyinə həsr olunub. Bir sıra sərgilərin və beynəlxalq müsabiqələrin iştirakçısı və qalibi olan Səbuhi Məmmədov xatırlat...
ANL
Rusiyadakı "Dərviş" Teatrı mövsümü açıb. Onlar bu ölkəni şəhərbəşəhər gəzir. Rusiyada fəaliyyət göstərən peşəkar Azərbaycan Teatrı - "Dərviş" mövsümü ötən gün açıq elan edib. Teatr rəhbərliyinin məlumatına görə, truppa bu mövsümdə Mirzə Fətəli Axundovun dramaturgiyasına müraciət edib. "Lənkəran xanının vəziri" tamaşası...
ANL
Muzeydə təlim seminarı. Muzey işini yaxşılaşdırmaq xətti götürülüb. Lətif Kərimov adına Azərbaycan xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində "Muzeylərə dəstək şəbəkələrinin yaradılması və əhəmiyyəti" mövzusunda təlim-seminar keçirilib. Təlim-seminar Lətif Kərimov adına Azərbaycan xalçası və Xalq Tətbiqi Sənəti Mu...
ANL
Zülfiyyə Xanbabayeva: "Tamaşaçıların zövqü çaşıb, çünki mahnılarda bir yadlıq yaranıb". Odur ki, avropasayağı mahnıları ifa edəndə də milli koloriti saxlamağa çalışır. Onun işıqlı simasında paklıq var, hər oxuduğu mahnısında isə yaşanmış bir ömür. Onun hər sözündə və davranışında bir gözəllik var. Çox incə və kövrək qə...
ANL
Güney Azərbaycan ədəbiyyatına dair yeni nəşr. Belə bir nəşr Güney Azərbaycan türklərinin arzusu idi. Güney Azərbaycan ədəbiyyatı haqqında yeni kitab işıq üzü görüb. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsi tərəfindən hazırlanan "Cənubi Azərbay...
ANL
Maykl Ceksondan bəhs edən film nümayiş olunub. Bu həftə dünyanın 18 şəhərinin kinoteatrlarında Maykl Ceksonun həyatının son günlərinə həsr olunmuş sənədli film nümayiş etdirilir. Xarici mətbuatın yazdığına görə, "Bu da son" adlı filmdə pop kralının Londonda keçirilməli olan konsert öncəsi məşq zamanı lentə alınan kadrl...
ANL
Eldəniz İbrahimov: "İsti yer axtarmamışam, isti problemlər daha maraqlıdır". Onlardan biri - yaxın perspektivdə sənətdə hansı rəssamları görəcəyimizdir. "Abşeron" Rəsm Qalereyasının direktoru Eldəniz İbrahimov ilə müsahibəmizin mövzusu incəsənətdir. - İncəsənətə gəlişim və bioqrafiyam çox geniş bir söhbətin mövzusudur....
ANL
“Mahmud və Məryəm”ə Türkiyədə ekran həyatı. Yazıçı Elçinin "Mahmud və Məryəm" romanı Türkiyədə Sevda Kayqısızın təşəbbüsü ilə ekran həllini tapacaq. Türk mətbuatının yazdığına görə, film Türkiyədə fantastik türk filmi olma özəlliyinə sahib olacaq. Xatırladaq ki, Çaldıran döyüşü dövründən bəhs edən "Mahmud və Məryəm" ro...
ANL
Azərbaycan Rəssamlar İttifaqına 40-a yaxın üzv qəbul olunub. İttifaqın katibi Ənvər Qarayev bildirib ki, birliyə qəbul olunan yeni üzvlərin hamısı gənclərdir. Gələn ay isə ittifaqa qəbul olunan gənc rəssamların sərgisi keçiriləcək və həmin sərgidə onlara üzvlük vəsiqəsi təqdim ediləcəkdir. Ənvər Qarayev demişdir: "Rəss...
ANL
Qərb səfəri. Yəqin, bu başlığı oxuyanda ağlınıza gələn o Qərb olacaq: Avropa, Amerika. Amma yox, bizim söhbətimiz nə Avropalıqdı, nə də Amerikalıq. Azərbaycandan başlayıb, elə Azərbaycandaca qurtarasıyıq inşallah. Gələk mətləb üstə. Allah hamınızın yolunu xoş səfərlərə calasın, bu günlərdə mən də yolun ağını almışdım ə...
ANL
Kitabların və yazarların sərgiləndiyi gün. İsa Muğanna da oxucuların qarşısına çıxmışdı. Sentyabrın 10-dan paytaxt Bakı eyni vaxtda iki mədəniyyət tədbirinə ev sahibliyi etdi. Əl Oyunları Sarayında III Azərbaycan Beynəlxalq "Təhsil və Karyera" sərgisi, Muzey Mərkəzində isə I Beynəlxalq Kitab Sərgi-Yarmarkası açıldı. Hə...
ANL
Kino gününə-“Azərbaycan xalçaları”. Kinorejissor Şamil Əliyevin "Azərbaycan xalçaları" qısametrajlı filmi Moskvada sentyabrın 28-dən oktyabrın 3-dək keçiriləcək Etnoqrafik Kino Günündə nümayiş etdiriləcək. Rejissorun bildirdiyinə görə, festival Rusiya Mədəniyyətşünaslıq İnstitutu, Lixaçov adına Rusiya Mədəni və Təbii İ...
ANL
Nizami Cəfərov: "Atatürkçülük istinad edə biləcəyimiz ən möhkəm ideya təməllərindəndir". Atatürk Mərkəzinin rəhbəri Türk Dünyasının dağınıq halından məyusdur. "Atatürkçülük yalnız tarix deyil, həm də müasirlikdir, gələcəkdir. Türkiyə üçün də, türk dünyası üçün də... Əsaslana, istinad edə biləcəyimiz ən möhkəm ideya təm...
ANL
Dirijor Yalçın Adıgözəlov öz sənət duyumundan söz açır. Bir əsərin ifasını dinləyən musiqi avtoritetinin qulağı nə qədər həssas olursa-olsun, şübhəsiz, əsərin bəstəçisi qədər əsəri hiss edə bilməz. Bu mövzuda Bethoven ilə ilgili söylənən kiçik bir xatirə bu düşüncəni doğrular. Bir gün Bethoven əsərinin sınaq ifasını di...
ANL
Teymur Göyçayev bu barədə düşünməyi təklif edir. Günümüzdə baş alıb gedən bayağı toyxana musiqisi ilə klassik musiqini müqayisə edən Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin bədii rəhbəri və dirijoru, xalq artisti Teymur Göyçayev ikincinin xeyrinə əsasən nikbindir. Lakin onu narahat edən hallar da az dey...
ANL
Aktrisa Nahidə Orucovanın gileyi. Yaxşı həndbolçu idim, bu sənətə gəldiyimə hardasa heyifsilənirəm. Musiqili Komediya Teatrının aktrisası Nahidə Orucova artıq 16 ildir bu teatrda çalışır və onun bütün tamaşalarında iştirak edir. Onu səhnə ustası adlandırmaq olar, belə ki, bu teatrda bir tamaşa da onsuz olmur. Bu müddət...
ANL
Ölümün fövqündə duran qəhrəman. Cavad xanın hökmranlığını şərti olaraq iki dövrə ayırmaq olar. XVIII əsrin sonlarınadək sürmüş birinci dövrdə o, son dərəcə ehtiyatlı, çəkingən davranış sərgiləyirdi. O öz sələfləri kimi daha güclü qonşuları - İrakli və İbrahim xanla münasibətlərində güzəştli mövqe tutmaq, qüdrətli Rusiy...
ANL
“Taleyimlə bağlı ssenaridə baş nazirin müavini, yaxud millət vəkili abzasları yoxdur”. Seyran Səxavət ona verilən taleyi halallıqla qəbul etdiyini söylədi. "Yazanda özümü yaxşı hiss edirəm, yüngülləşir, mehribanlaşıram. Ümumiyyətlə, mənim üçün gündəm anlayışı yoxdur, dünyada ki varam. Gündəm dünyadan böyük deyil ki? Bu...
ANL
"Hökumət təhlükəsizlik "yastıq"ını arxayınlıq "yastıq"ına çevirməyi düşünür". Ekspert iqtisadiyyatın xilas planı olmadan qlobal maliyyə böhranının təsirlərindən qorunmaq üçün Dövlət Neft Fondunun vəsaitlərindən istifadənin əleyhinədir. Ölkə başçısının sədrliyi ilə keçirilən iclasda, nəhayət ki, hökumət nümayəndələri ql...
ANL
İnsan alveri ilə məşğul olan mütəşəkkil dəstəyə hökm oxundu. Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə insan alverində təqsirləndirilən Sənubər Məmmədova, Bayram İsgəndərov, Anar Rzaquliyev, Zeynal Zeynalov, Nazim Zeynalov, Namiq Həsənov, Rafiq Əliyev, Sədaqət Muxammetyazova, Çiçək Ələsgərovanın məhkəməsi başa çatıb. ...
ANL
Ombudsman Azərbaycanda rüşvət və işgəncə hallarının mövcud olduğunu bildirib. Amma o hesab edir ki, rüşvət aşağı səviyyədədir, işgəncəyə isə müvafiq qurumlarda rast gəlinir. Dünən Azərbaycanın insan hüquqları üzrə müvəkkilinin təşkilatçılığı ilə Avropa Şurasının 60, Avropa İnsan Hüquqları Məhkəməsinin isə 50 illiyinə h...
ANL
Sazın, sözün beşiyi, Azərbaycanda ilk elektrik enerjisi və dəmir yolunun salındığı, vaxtilə dünyanın sayılıb-seçilən sənaye mərkəzlərindən olan, hər daşında bir tarix bəsləyən, Azərbaycanın əfsanələr paytaxtı Gədəbəyin adının hardan qaynaqlanması, etimoloji araşdırmaların kasadlığı bəzi mübahisələrə səbəb olur. Bəlkə d...
ANL
ADPU-da Təlim Resurs Mərkəzinin təqdimatı olub. ADPU-da Müasir Təlim Texnologiyaları Təlim və Resurs Mərkəzinin təqdimatı keçirilib Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Müasir Təlim Texnologiyaları Təlim və Resurs Mərkəzinin təqdimatı və həmin mərkəzdə aparılmış təlimlərin yekunlarına həsr olunmuş tədbir k...
ANL
Tarixin sirr beşiyi, alman heyrəti Quzey Azərbaycanı tanıdaq. Səfər elədiyimiz bu yurd yeri Azərbaycanın qədim mədəniyyət zolaqlarının biri üzərində yerləşir. Gədəbəy-Xocalı mədəniyyətinin izlərini özündə yaşadan bu bölgə, həm də uzaq olmayan tarixdən bizə soraq verir. Çox maraqlıdır ki, bu yurd yeri qədimliyi, gözəl t...
ANL
Azərbaycan Respublikası “Kitab” Cəmiyyəti tərəfindən “Bağır Seyidzadə 100” miniatür kitabı “İndiqo” mətbəəsində nəfis şəkildə çapdan çıxıb. AzərTAc xəbər verir ki, miniatür kitab Əməkdar İncəsənət Xadimi Aydın Kazımzadənin “O özünə inanır, tək özünə arxalanırdı” məqaləsi ilə açılır. “Doğru deyiblər ki, ailə dövlət için...
ANL
Girov qoyulan saqqal. Səyyad Aranın hekayəsi. Bu il Aranın şiddətli istiləri erkən başladığından Qaradonlu bəylərinin və hacılarının say-seçmə kişiləri arvad-uşaqlarını, qul qaravaşlarını, nökər-naiblərini, mal-qaralarını toparlayıb hələ mayın əvvəllərindən üz tutmuşdular Sarıyer yaylaqlarına. Qaradonluda qalmışdı əsna...
ANL
Girov qoyulan saqqal. Səyyad Aranın hekayəsi. Hacı Rüstəmin oğlanları oğrun-oğrun, əlaltdan yəhər-yüyənlərini, qayışlarını, xurcunlarını yerbəyer edirdilər. Ürəklə yır-yığış etməsələr də, ümidlərini də üzmürdülər. Atalarının Bakıdan dönüşünü gözləyirdilər. Sabah, inşallah, dediyi kimi evdə olmalıydı. İndiyə qədər vədin...
ANL
"Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və qanlı cinayətləri". Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri akademik İsmayıl Hacıyev Azərbaycanın, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanın yeni dövr tarixşünaslığında özünəməxsus yer tutan məhsuldar alimlərdən biri kimi tanınır. Görkəmli alimi...
ANL
12 oktyabr 2012-ci ildə BSU-nun Azərbaycanşünaslıq tədris-mədəniyyət mərkəzinin təşkilatçılığı ilə görkəmli alim, tanınmış türkoloq, "Varlıq” dərgisinin baş redaktoru, Paris Cərrahlar Akademiyasının fəxri üzvü Dr. Cavad Heyətin "Dilimiz, ədəbiyyatımız və kimliyimiz uğrunda” kitabının təqdimat mərasimi keçirildi. Univer...
ANL
Osmanlının zühuru. Bizə iki qitə üzərində hökm etmək yetməz. Qobu çölündən qopub möhtəşəm Xarəzmi yerlə-yeksan etdikdən sonra monqollar iki hissəyə bölündülər. Çingiz xanın əmri ilə Cəbə və Sabutay noyonların başçılığı altında 30 minlik monqol ordu ilə Xarəzmşah Məhəmmədin oğlu Cəlaləddini təqib etmək üçün Azərbaycana ...
ANL
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin konfransı keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin konfransı keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov və konfrans iştirakçıları əvvəlcə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının foyes...
ANL
Milli Kitabxanada kitabların hamısı elektron versiyada olmayacaq. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi 2020-ci ilədək kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması məqsədilə konsepsiya layihəsi hazırlayıb. Layihədə kitabxanaların modernləşdirilməsini təmin etmək, kitabxanaları inkişaf etdirməklə əhal...
ANL
Qutsal ocaqlar, əski inanc yerlərimiz: Düldül ocağı və əski türk yazısı. Mirəli Seyidov “Azərbaycan mifik təfəkkürünün qaynaqları” adlı monoqrafiyasında bildirir ki, son vaxtlara qədər Azərbaycanın bir çox yerlərində ağac pirləri olmuşdur. Həmin pirlər əsasən uşaq - doğum pirləri kimi də məşhurdur. Buraya doğmayan qadı...
ANL
Bir qalanın sirri, yaxud “Yenilməz batalyon”un gerçək üzü. Cəzalanmış matros, güllələnmiş podpolkovnik və Demeşkoya qoyulmuş büst... Azərbaycanın bu bölgəsi özünün qədim tarixi, mədəniyyəti, etnoqrafiyası ilə xeyli maraq doğurur. Ancaq bu gün “Azərbaycanın Parisi” adlandırılan bölgədə daha maraqlı hadisələr XIX əsrin ə...
ANL
Üzeyir Hacıbəylinin Paris məktubları. Ceyhun Hacıbəylinin qürbəti. Kreml.Moskvada keçirilən Azərbaycan İncəsənəti ongünlüyünün sonuncu günü. Üzeyir Hacıbəyli başda olmaqla Azərbaycan İncəsənət nümayəndələrinin şərəfinə təşkil edilmiş ziyafət zamanı Stalin deyir: - Üzeyir bəy, bildiyimə görə sizin kiçik qardaşınız Frans...
ANL
Beynəlxalq təşkilatlar Ermənistanın terror təhdidlərinə etinasız yanaşır. “Beynəlxalq aləmin Serj Sərkisyanın hərəkətlərinə göz yumması insanlığa hörmətsizlikdir”. Müsahibimiz millət vəkili Tahir Rzayevdir. -Tahir müəllim, Macarıstanda həbsdə olan Azərbaycan zabiti Ramil Səfərovun ekstradisiyası, onun dövlət başçısı İl...
ANL
Daşkəsən rayonunda təhsilin inkişafına və keyfiyyətinin yüksəldilməsinə böyük önəm verilir. Əhəd Abıyev :“Öz mənbəyini xalqdan alan ulu öndər Heydər Əliyev siyasəti ona görə güclüdür, həmişə qələbə çalır ki, bu siyasət xalqa xidmət edir,onu xoş gələcə aparır.”. Daşkəsən rayonunun ümumtəhsil məktəbləri cari tədris ilinə...
ANL
Vidadi Babanlı: “Partbileti tulladım Mirzə İbrahimovun üstünə”. Müəlliflər, onların yaxınları, ədəbiyyat adamları çap olunandan sonra böyük ajiotaj yaratmış, geniş oxucu kütləsi tərəfindən sevilmiş, müəllifinə böyük şöhrət qazandırmış əsərlər haqqında danışacaqlar. Uğur qazanmış əsərləri yenidən xatırlayacağıq. Layihəy...
ANL
Sentyabrın 14-də Miniatür Kitab Muzeyində "Ziya Bünyadov - qəhrəman kimi döyüşdü, qəhrəman kimi yaşadı" miniatür kitabının təqdimatı keçirilmişdir. AzərTAc xəbər verir ki, miniatür kitab görkəmli tarixçi və şərqşünas, tanınmış ictimai xadim, akademik Ziya Bünyadovun 90 illiyinə həsr olunmuşdur. Akademik Ziya Bünyadovun...
ANL
Xilafətin səngəri, Teymurun viran qoyduğu yurd. Güney Azərbaycandakı yurdlarımız barədə yazıları davam etdirir. Bu dəfə Zəncan əyalətinin mərkəzi Zəncan mahalı haqda söz açacağıq. Coğrafi mövqeyi, əhalisi. Zəncan (Zəngan) - Azərbaycanın ən böyük mahallarından birinin, Zəncanın (qacarlar dövründə «Xəmsə» adlanırmış) mər...
ANL
Ququşun həyat hekayəsi. Əslən azərbaycanlı olan bu xanım həyatının ən gözəl günlərini elə gəncliyində yaşadı. Tale onu imtahana çəkirdi; həyatının ən uzun gecələri başlayırdı artıq…. Kasıb bir məhəllədə, yoxsul ailədə dünyaya gözlərini açdı. Valideynləri Azərbaycandan idi, əvvəlcə Gəncədən Bakıya, daha sonra isə Bakıda...
ANL
Prezidentlə oturub-duran yetim. O, bütün mükafatları aldı– birindən başqa. 80 illik ömrünün yarıdan çoxunu rəyasətlərdə oturdu, prezidentlərlə başa-baş görüşlər keçirdi, sayıldı, seçildi. O, SSRİ-nin ən yaxşı yazıçısı sayılırdı, doğulub böyüdüyü respublikanın milli qəhrəmanıydı, sinəsində iki “Lenin” ordeni, bir neçə ö...
ANL
Divanə və dahi Lev Landau. Azərbaycanda doğulanlar. 1962-ci ilin yanvar ayının 7-dən Moskvanın Timirzyayev rayonundakı 50 saylı xəstəxananın qarşısındakı izdiham, Amerikadan, Avropanın müxtəlif ölkələrindən nadir tapılan dərmanları və adlı-sanlı cərrahları Sovet İttifaqının paytaxtına çatdıran təyyarələr yalnız bir ada...
ANL
Azərbaycançılıq və ailə-məişət şəraitləri. Azərbaycançılıq ideyalarının daşıyıcılarından biri ailə-məişət mərasimləridir. Ailə-məişət mərasimlərinin əhatə dairəsi mövsüm mərasimlərinə nisbətən məhdud xarakter kəsb edir. Mövsüm mərasimini bütöv bir xalq kütləvi halda keçirdiyi halda ailə-məişət mərasimi məhdud şəkildə a...
ANL
Mədəniyyət və Turizm Nazirliyi indiyədək şəbəkəsindəki 500-ə yaxın kitabxananı birləşdirib. Bunu nazirliyin kitabxana sektorunun müdiri Lətifə Məmmədova bildirib. Onun sözlərinə görə, kitabxanaların birləşdirilməsi işinə 2008-ci ildən başlanılıb. "Bütün rayonlarda oxucusu az olan, aktiv fəaliyyət göstərməyən kiitabxana...
ANL
Azərbaycançılıq və milli yaddaş. Bütün millətlər və xalqlar kimi Azərbaycan xalqı da milli özünüdərk prosesini yaşayır. Milli özünüdərkin əsas komponenti milli yaddaşdır. AMEA-nın müxbir üzvü Yaşar Qarayev göstərirdi ki, tarixdə hər bir xalq inteqrasiya prosesinə özünün milli yaddaşı, ədəbi-bədii, mədəni irsilə gəlir. ...
ANL
Cəlil Məmmədquluzadə və azərbaycançılıq ideyası. Azərbaycançılıq ideyasının inkişafında mühüm rol oynayan yaradıcı ziyalılarımızdan biri Cəlil Məmmədquluzadə olmuşdur. Cəlil Məmmədquluzadənin nəşr etdirdiyi “Molla Nəsrəddin” jurnalı azərbaycançılıq ideyalarının alovlu təbliğatçısı idi. Tədqiqatçı V.Məmmədovun yerindəcə...
ANL
Azərbaycan dilinin Şahbuz Şivələrinin leksikası. Dil millətin ən əsas milli dəyəri və onun milliliyini təmin edən vacib atributudur. Milli varlığımızı mədəni təməllərə bağlayan məhz ana dilimizdir. Ana dilimiz millətimizin təsdiqini və milli özünüdərkini müəyyənləşdirən əsas amillərdən biridir. Milli-mənəvi sərvətimizd...
ANL
Azərbaycançılıq və ədəbi-bədii irs. Ədəbi-bədii irs Azərbaycan söz sənəti korifeylərinin yaratdığı zəngin mənəvi xəzinədir. Mənəvi mədəniyyətimizin tərkib hissəsi olan ədəbi-bədii irsdə azərbaycançılıq ideyaları öz dərin təzahürünü tapmışdır. Varisliyə, irsə, o cümlədən, ədəbi-bədii irsə, özündə azərbaycançılığı əks et...
ANL
Heydər Əliyev Mərkəzində düzənlənən tədbir rayonda çıxan “Xalq sözü” qəzetinin 80 illik yubileyinə həsr olunub. Mövzu ətrafında müzakirələrdə rayon ictimaiyyətinin nümayəndələri, Azərbaycan Mətbuat Şurasının, Milli Televiziya və Radio Şurasının təmsilçiləri, ölkədə müntəzəm yayımlanan, ictimai fikrə təsir göstərən kütl...
ANL
Azərbaycan milli incəsənəti və azərbaycançılıq. Uzun tarixi inkişaf yolu keçmiş milli incəsənətimiz özündə azərbaycançılıq ideyalarını əks etdirən müxtəlif növlü əsərlərin məcmusundan ibarətdir. Humanizm, azərbaycançılıq ruhu aşılanmış milli incəsənətimiz bütün dünyada məşhurdur. İncəsənətdə humanizmə yüksək qiymət ver...
ANL
Yazıçılarımız haqqında bir neçə il bundan qabaq nəşr olunan ensiklopediyada onun haqqında da qısaca belə bir məlumat var: “Əliyev Məmmədhüseyn Rüstəm oğlu-nasir. Lerik və Lənkəran rayonlarında müəllimlik etmişdir. Azərbaycan Yazıçılar Birliyi Lənkəran zona şöbəsinin məsul katibi işləmişdir. 1959-cu ildən başlayaraq Lən...
ANL
Azərbaycançılıq və milli-mədəni irs. Hər bir xalqın mədəni irsi özündə maddi və mənəvi mədəni irsi əks etdirir. Mədəni irsə malik olmaq hər bir xalqın toxunulmaz hüququdur. Ümumdünya mədəni irsin və təbii sərvətlərin qorunması haqqında “YUNESKO-nun 16 noyabr 1972-ci il tarixli Konvensiyasında (Azərbaycan bu sənədə 1993...
ANL
Bişkekdəki Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu (TDSDF), “Qırğızıstan Azərbaycanlılarının Əlaqələndirmə Mərkəzi” İctimai Birliyi, İssıkkuldakı “Xəzər” İctimai Birliyi, “Qırğızıstan Azərbaycanlıları Konqresi” İctimai Birliyi, Kara Balta Azərbaycanlılarının “Содружество” Cəmiyyəti Qırğızıstan Milli Elmlər Akadem...
ANL
Azərbaycanın iqtisadi yüksəlişi və azərbaycançılıq ideyaları. Azərbaycançılıq ideyaları iqtisadi yüksəlişdən ayrılmazdır. Hələ sovet dövründə Azərbaycanın gələcək müstəqilliyi üçün iqtisadi bazanın yaradılmasında Ulu Öndər Heydər Əliyevin əvəzsiz xidməti olmuşdur: “O dövrlərdə (sovet dövrü) yaranmış iqtisadi potensial ...
ANL
Dağa çiyin verən ədib... Məmmədhüseyn Əliyev isə elə bu filialda da çalışa-çalışa böyük coşqu ilə yazıb yaratdı, “Dağlar oğlu”, “Dağda bahar”, “Torpağın ətri” kimi neçə-neçə əbədiyaşar əsərlərini irs olaraq bu günün və sabahın oxucularına ərməğan elədi. Uzaq əyalətdə bir ədəbi məktəb və ədəbiyyatımız naminə bir ədəbi m...
ANL
Azərbaycançılıq və milli musiqi mədəniyyəti. Azərbaycanın milli musiqi mədəniyyəti dünyada şöhrət qazanmış mənəvi xəzinə olmaqla azərbaycançılıq ideyalarını da özündə təcəssüm etdirir. Azərbaycan milli musiqi mədəniyyəti professional və xalq musiqisindən ibarətdir. Ulu Öndər Heydər Əliyev azərbaycançılıq ideyalarının t...
ANL
Azərbaycançılıq və milli musiqi mədəniyyətimizin tarixi. Azərbaycançılıq ideyaları qədim dövrlərdən başlayaraq orta əsrlər, yeni dövr, XIX-XXI əsrlərdə milli musiqi mədəniyyətimizdə müxtəlif formalarda təbliğ olunmuş, öz təzahürünü tapmışdır. Orta əsrlər Azərbaycan musiqi mədəniyyətinin bir çox cəhətləri Nizami, Məhsət...
ANL
Milli musiqi mədəniyyətimiz və azərbaycançılıq. Ulu Öndər Heydər Əliyevin birinci hakimiyyəti illərində, məhz bu böyük şəxsiyyətin qayğısı nəticəsində milli ideyaların təcəssümü olan dünya şöhrətli sənət əsərləri yarandı. Bunlardan biri də Fikrət Əmirovun dünya şöhrətli “Min bir gecə” baleti idi. Sənətşünas Fərəh Əliye...
ANL
İqtisadi yüksəlişi və azərbaycançılıq ideyaları. Azərbaycançılıq ideyaları iqtisadi yüksəlişdən ayrılmazdır. Hələ sovet dövründə Azərbaycanın gələcək müstəqilliyi üçün iqtisadi bazanın yaradılmasında Ulu Öndər Heydər Əliyevin əvəzsiz xidməti olmuşdur: “O dövrlərdə (sovet dövrü) yaranmış iqtisadi potensial da bizim böyü...
ANL
“Göyçə mahalı- Kəsəmən: Bir kəndin tarixindən səhifələr”. Filologiya elmləri doktoru, yazıçı-publisist Almaz Ülvinin “Göyçə mahalı Kəsəmən: Bir kəndin tarixindən səhifələr” kitabı. Kitab Qərbi Azərbaycanın Göyçə mahalının Kəsəmən kəndi ilə bağlı müəllifin elmi-tarixi qeydlərini, portretlərini, publisistik düşüncələrini...
ANL
Azərbaycançılıq və qədim milli musiqimiz. Musiqi tarixinin öyrənilməsi azərbaycançılıq ideyaları ilə vəhdət təşkil edir. Müəyyən dövrlər, ictimai-iqtisadi formasiyalar çərçivəsində, etnik və milli birliklərin mövcudluğu şəraitində meydana çıxan mədəniyyət və incəsənət, o cümlədən, musiqi müxtəlif estetik, konsepsiya və...
ANL
Azərbaycançılıq və Azərbaycan tarı. Azərbaycançılıq ruhunun aşılanmasında qədim milli musiqi aləti olan Azərbaycan tarı xüsusi rol oynayır. Tar mizrabla çalınan simli, peşəkar alətdir. Onu X əsrdə Türküstan türklərindən olan Tərxanın oğlu Məhəmməd Cərco şəhərinin Frab kəndində icad edb. Bəzi mənbələrə görə tara qədimdə...
ANL
Milli Kitabxanada "Zərifə Əliyeva" kitabının təqdimatı olub. AzərTAc xəbər verir ki, aprelin 22-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında yazıçı, Milli Məclisin deputatı Hüseynbala Mirələmovun “Görkəmli adamların həyatı” biblioqrafik silsiləsindən Azərbaycan və ingilis dillərində nəşr edilmiş “Zərifə Əliye...
ANL
Azərbaycan Xalq Cümhuriyyətinin ideoloqları və azərbaycançılıq. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasında milli ideya zəmini rolunu oynayan azərbaycançılıqla yanaşı, Əlibəy Hüseynzadənin siyasi türkçülük ideyası da mühüm rol oynamışdır. Ə.Hüseynzadənin sistemli siyasi türkçülük baxışı aşağıdakıları əhatə edirdi: 1.M...
ANL
Azərbaycançılıq və qloballaşma. Qloballaşma prosesi Azərbaycanın iqtisadi, siyasi, mədəni həyatına, milli-mənəvi dəyərlərinə və mənəvi-əxlaqi meyarlarına da təsir göstərir. Qloballaşma ayrı-ayrı mədəniyyətləri və milli ənənələri, ideyaları, milli-mənəvi dəyərləri ümumdünya sistemi daxilinə qataraq sivilzasiyaların dial...
ANL
Azərbaycançılıq və vətənpərvərlik tərbiyəsi. Vətən amalında və azərbaycançılıq ideologiyasında azərbaycanlıların milli mədəniyyət, milli mənlik şüuru, milli təfəkkürü və xarakterinin mental xüsusiyyətləri öz əksini tapır. Vətənçilik hissi, vətənçilik əxlaqi vətənpərvərlik mənəvi-əxlaqi fenomen kimi vətəndə - azərbaycan...
ANL
Azərbaycançılıq və islam dini dəyərləri. Azərbaycançılıq ideya sistemində islam dini dəyərlərinin mühüm yeri və əhəmiyyəti vardır. Azərbaycançılıq və dünyəviliyi, müasirliyi, avropalaşmanı, tərəqqini, milli birlik kimi ideyaları özündə birləşdirən Azərbaycan türk-islam mədəniyəti azərbaycanlıların əsrlərdən gələn milli...
ANL
Şamaxı zəlzələsi xatirələrdə. Yeraltı təkanlar nəticəsində şəhərdəki 5 min evdən 4 mini tamamilə dağıldı, 3 mindən çox sakin həlak oldu. Artıq səhərisi gün - fevralın 1-də - Bakı qubernatorunun səlahiyyətlərini icra edən vitse-qubernator Liliyev Şamaxıdan aşağıdakı mətnlə teleqram aldı: “Günün birinci yarısında tayı-bə...
ANL
Azərbaycançılıq və qloballaşma. Qloballaşma prosesi Azərbaycanın iqtisadi, siyasi, mədəni həyatına, milli-mənəvi dəyərlərinə və mənəvi-əxlaqi meyarlarına da təsir göstərir. Qloballaşma ayrı-ayrı mədəniyyətləri və milli ənənələri, ideyaları, milli-mənəvi dəyərləri ümumdünya sistemi daxilinə qataraq sivilzasiyaların dial...
ANL
Əsl adı İsfəndiyar Aslan oğlu Cavanşirdir. 12-13 yaşlarında Şuşa məclislərinin birində onun məharətli ifası bütün qonaqları heyran etdiyindən, ustadı İslam Abdullayev ona “Xan” adını vermişdir. Böyük sənətkar Şuşanın bünövrəsini qoyan Cavanşir sülaləsindən olan Aslan bəyin ailəsində dünyaya göz açıb. Ancaq sovet hakimi...
ANL