text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Polyak əsilli şamaxılı memar xatırlandı. Bu kitab-albom üç dildə nəşr olunub. Şamaxıdan millət vəkili seçilmiş Elxan Süleymanovun fərdi saytı 3 dildə yeni kitab çap edib. Azərbaycan, polyak və ingilis dillərində işıq üzü görən “Keçmiş Persidskaya küçəsindəki sehrli bina və onun şamaxılı müəllifi” kitabı polyak əsilli ş...
ANL
Şarovski “Puşkin medalı” ilə təltif edildi. Rusiya prezidenti Vladimir Putin Azərbaycan Dövlət Rus Dram Teatrının baş rejissoru Aleksandr Şarovskini mədəniyyətin və incəsənətin inkişafına töhfəyə görə “Puşkin medalı” ilə təltif edib (“Trend”). Bəlli olduğu kimi, “Puşkin medalı” ilə Rusiya vətəndaşları və əcnəbilər incə...
ANL
Bu il öncə Tofiq Abdini, sonra da Muğannanı itirdik. Tanışlar, dostlar birər payız yarpaqları kimi tökülməkdə və ətraf səssizləşməkdə…Şair Cahit Sıtkının dediyi kimi: “Gördüm yapraklarımın bir-bir döküldüğünü…”. İllər öncə ustad İsa Muğannanın kiçik bir hekayəsini oxumuşdum. Hekayədə Bakıya olduqca uzaqda olan bir kənd...
ANL
Cümhuriyyətin banisi. Məhəmməd Əmin Rəsulzadənin yubileyinə sözardı. “Corc Vaşinqton amerikalılar üçün kimdirsə, Məhəmməd Əmin Rəsulzadə də azərbaycanlılar üçün həmin şəxsdir”. Prezidentin sərəncamı ruh yüksəkliyi ilə qarşılandı, amma yubiley tədbirləri sönük keçdi. Deyəsən, yağan qarın da təsiri oldu, toplantı, görüş ...
ANL
Belə məmləkətdə…. Əlində əsa, başında çalma, çiynində xurcun, uzun əbasının ətəkləri yellənə-yellənə yol gedən insan övladı səhranı başına götürən bu zəhmli səsdən diksindi. Vahimə içində ətrafa boylandı və qumlu təpələrdən, hardasa xışıldayan sirkən kollarından başqa heç nə görməyəndə dilinə kəlmeyi-şəhadət gətirib yo...
ANL
ÖMRÜMÜN SONUNA KİMİ BİR NEÇƏ MAHNI BƏSTƏLƏYƏCƏYƏM". Bəstəkar Oqtay Kazımi mövzu axtarır. Vaxtilə müəllifi olduğu mahnıların improvizələr üzərində yeniləndiyini eşidəndə qəzəbini gizlədə bilməyən xalq artisti 77 yaşlı bəstəkar Oqtay Kazımi artıq taleyi ilə barışmalı olub. Gənclərin həyatın nəbzini tutaraq belə bir addım...
ANL
Sayad Zeynalov, Osman ağa Gülməmmədov və başqa qəhrəmanların ömür yolundan ştrixlər. Onlardan bəziləri, o cümlədən ailələrdəki azyaşlı, zəif uşaqlardan neçəsi sürgün yerində məşəqqətlərə dözməyib həyatdan köçdü. Yeri gəlmişkən, burada cəsur eloğlumuz - Birinci Dünya Müharibəsində Gəncə Süvari Tatar Alayının və "Vəhşi d...
ANL
Sülhəddin ƏKBƏR: "AZƏRBAYCAN STRATEJİ SEÇİM ETMƏLİDİR". Ekspertin fikrincə, ölkənin milli maraqlara əsaslanan balanslı siyasətinin kökündə Avroatlantik məkana inteqrasiya xətti durmalıdır. Aprel ayının əsas diqqətçəkən hadisələrindən biri NATO-nun Kehl-Strasburqda keçirilən 60 illik yubiley sammiti oldu. Bu tədbir düny...
ANL
Röya: "Həyatımda elə məqamlar olub ki, küçəyə çıxsam, məni daşa basacaqlarını düşünürdüm". Rəqib tanımadığını həm səs imkanları, həm də səhnə göstərisi ilə sübuta yetirməyə çalışan Röya Ayxan ən böyük uğuruna keçən il ailə qurmaqla imza atdı. Bu onun həyatının ən unudulmaz hadisəsinə çevrildi. Bir il ərzində Röya və hə...
ANL
BİZƏ "ORTAQ ÜNSİYYƏT DİLİ" GƏRƏKDİR. Türkiyə türkcəsi bu gün Türk Dünyasında ünsiyyət vasitəsi rolunu oynaya bilir. Türk Dünyasının məhsuldar araşdırmaçısı kimi tanıdığımız məşhur türkoloq professor Əhməd Bican Ərcilasun "ortaq türk dili" ideyası barədə "Ayna"nın sualını bu şəkildə dəyərləndirdi. Hörmətli professor "or...
ANL
FİRƏNGİZ MÜTƏLLİMOVA 50 YAŞINI QEYD EDƏCƏK. Aktrisa yubiley proqramı üzərində çalışır. Mayın 1-də Azərbaycanın xalq artisti aktrisa Firəngiz Mütəllimovanın 50 yaşı tamam olur. Bu münasibətlə sənətçi xanım geniş və maraqlı proqram hazırlayır. Lakin yubiley proqramı mayın 1-də deyil, bir neçə gün sonra həllini tapacaq. B...
ANL
Bəstəkarın yubiley tədbirində mahnıları səsləndirilməyib. Bu həftə Azərbaycanın xalq artisti, bəstəkar Ramiz Mirişlinin 75 yaşı tamam olub. Yubileyini ailə üzvləri ilə birlikdə kiçik çevrədə qeyd edən bəstəkarı sənət dostları və dövlət nümayəndələri ötən gün təbrik ediblər. Qeyd edək ki, aprelin 17-də M.Maqomayev adına...
ANL
"VƏZİYYƏT DURULDUQCA ÖMRÜMÜZ BULANIR". Xalq şairinin fikrincə, dəyərsiz əsərlər uğurla təbliğ olunur. Bu həftə bir çox ölkələr Ümumdünya Kitab gününü qeyd edib. Azərbaycanda kitaba marağın göstəricisi yüksək olmadığından bu bayram təmtəraqla qeyd olunmayıb. Ədəbiyyat adamlarını həvəsdən salan oxucu problemi özünü açıq ...
ANL
Əməkdar memar Nəriman Əliyev deyir ki, məscidlər şəhərin arxitekturasında aparıcı yer tutmalıdır. Məlum olduğu kimi, bu il Bakı şəhəri İslam Mədəniyyətinin paytaxtı seçilib. Təbii ki, Azərbaycan əhalisinin mütləq əksəriyyətinin müsəlman olması Bakının belə mühüm statusa sahib çıxmasını şərtləndirən əsas amildir. Amma p...
ANL
Rəqs incəsənətin mühüm tərkib hissəsidir. Rəqsə, sadəcə, əyləncə növü kimi baxmaq, onu yaxşı vaxt keçirmək üçün məşğuliyyət hesab etmək heç də doğru olmazdı. Rəqs həm də bir çox xəstəliklərdən can qurtarmaq, səhhəti möhkəmləndirmək üçün ən gözəl dərmandır. Rəqs başqalarına öz duyğuların haqqında hərəkətlə danışmaq üçün...
ANL
ALİM QASIMOVUN İKİ ÖLKƏDƏ İNTERNET SƏHİFƏSİ HAZIRLANIR. Hər iki sayt mayın sonlarında təhvil veriləcək. Azərbaycanın xalq aritsti dünyaşöhrətli xanəndə Alim Qasımovun iki İnternet səhifəsi hazırlanır. Xanəndənin "Ayna"ya bildirdiyinə görə, ilk dəfə hazırlanan saytın biri Azərbaycanda, digəri isə xarici ölkələrdən birin...
ANL
Bu gündən müğənni turneyə başlayır. Azərbaycanın əməkdar artisti Sevda Ələkbərzadənin Almaniyanın "Network Medien" musiqi şirkəti ilə müqaviləsi əsasında ikinci albomunun işıq üzü görəcəyi barədə məlumat vermişdik. Hazırda Almaniyada səfərdə olan müğənni bizimlə telefon bağlantısı zamanı son məlumatları çatdırdı. Bildi...
ANL
"AZƏRBAYCANIN GƏLƏCƏKDƏ NATO-ya ÜZV OLMASI MƏSƏLƏSİ VAR". Siyavuş Novruzov: "Biz bu işləri bəyanat vermədən həyata keçiririk". Postsovet məkanına daxil olan ölkələr sırasında Azərbaycan NATO-nun proqramlarında iştirak edən ilk ölkələrdəndir. Keçmiş SSRİ ölkələri arasında NATO-nun proqramlarında ən çox iştirak edən ölkə...
ANL
Ölməz sənətkarın “Ölən dünya”sı. "Ölən dünyam" (1995) romanının "Müəllifdən" adlı giriş sözündə İsmayıl Şıxlı yazırdı: "Mən "Dəli Kür" romanını yazdıqdan sonra Azərbaycanda 20-ci illərdə baş verən inqilab tariximizdən yazmaq qərarına gəldim, müəyyən materiallar topladım, hətta əsərin adını da oxuculara çatdırdım. Lakin...
ANL
Əgər 50 milyonuqsa... Yola saldığımız il Dünya Azərbaycanlıları Konqresinin (DAK) önəmli işləri ilə yadda qaldı. Dekabrda isə DAK-ın 25 nəfərlik heyətinin Belçika və İsveçə turnesi baş tutdu və səfərin yekunu ilə bağlı Bakıda mətbuat konfransı təşkil olundu. DAK həmsədri, millət vəkili Sabir Rüstəmxanlı ilə söhbətimizd...
ANL
Məlahət Abbasova Atatürkün bacısını oynayır. Azərbaycanlı aktrisa Hollivudun tanınmış kino isimləri ilə çalışır. Türkiyədə yaşayan və fəaliyyət göstərən aktrisa Məlahət Abbasova yeni filmdə çəkilir. Telefon bağlantısı zamanı aktrisa xəbəri "Ayna" ilə bölüşdü. Söylədi ki, film Türkiyənin birinci cümhurbaşqanı Mustafa Ka...
ANL
Müharibənin "qara " xəbərləri kamança ifaçısının yaradıcılığında öz izini buraxıb. Azərbaycanın xalq artisti 82 yaşlı kamança ifaçısı Habil Əliyev uzun illər içində daşıdığı sirrini" Ayna"ya açdı. O, repertuarının yalnız lirika üzərində köklənməsinin səbəbindən danışdı. Dedi ki, sənətə başladığı ilk illərdə şahidi oldu...
ANL
Bəstəkar Cavanşir Quliyev hesab edir ki, kanallar sovet dövrünün qalıqlarını hələ də üzərindən ata bilməyib. 2006-cı ildən Şimali Kipr Türk Respublikasının Yaxın Doğu Universitetinin aktyorluq və dramaturji yazıçılıq fakültəsində çalışan bəstəkar Cavanşir Quliyev tətil günlərini, hər il olduğu kimi, Bakıda keçirir. Son...
ANL
Ənvər SADIQOV: "ÖZÜMÜ ZƏİF HİSS EDƏCƏYİM SAHƏDƏ QALA BİLMƏRƏM". Məşhur ifaçı deyir ki, bir qrup bekarın SMS səsverməsi estradanın gələcəyini müəyyən edə bilməz. Robert Şuman deyirdi ki, barmaqlar alətdə beynin istədiyini yaratmalıdır. Ənvər Sadıqovu dinləyəndə açıq-aydın başa düşürəm ki, ənənəvi alət tamamilə başqa cür...
ANL
"HEYİF Kİ, HƏR KƏS ALLAHIN NEMƏTLƏRİNDƏN ZÖVQ ALMAĞI BACARMIR". Lalə Məmmədova: "Mən şöhrət dalınca qaçmamışam, ucuz yollara getməmişəm və kiminsə yanında başım aşağı deyil". Bu mahnılara həyat verən məlahətli səs sahibi Lalə Məmmədovadır. Sadədir, kübardır, tərbiyə və mədəniyyət sahibidir. Bugünkü şou-biznes sferasınd...
ANL
AZƏRBAYCANIN İLK ORDU MARŞI. Bu, 16 yaşlı bir yeniyetmənin Gəncəyə gəlmiş Nuru Paşaya həsr etdiyi şeirə bəstəkar-tarzən Məşədi Cəmil Əmirovun musiqi yazması ilə yarandı. Yenicə yaranmış Azərbaycan Cümhuriyyətinin xilası üçün 1918-ci ilin iyununda Qafqaz İslam Ordusunun hissələri ilə Gəncəyə gəlmiş komandan Nuru Paşa şə...
ANL
AZƏRİN TÜRKİYƏ TELEKANALLARINDA ÇIXIŞ EDİB. Müğənninin səfər proqramını Xocalı soyqırımının ildönümü ilə bağlı təbliğat kampaniyası təşkil edib. Azərbaycanın əməkdar artisti Azərin ötən gün Türkiyə səfərindən qayıdıb. Səfər proqramı barədə danışan müğənni bunun bir növ təbliğat xarakteri daşıdığını söylədi. Xəbəri təfə...
ANL
Polad Bülbüloğlu ifa etdiyi xalq mahnılarının simfonik variantı üzərində işləyir. Bəstəkarın baleti ölkələr gəzir. Rusiyanın Yekaterinburq şəhərinin Dövlət Opera və Balet Teatrında Azərbaycanın bu ölkədəki səfiri bəstəkar Polad Bülbüloğlunun "Sevgi və ölüm" baleti səhnələşdirilib. Fikirlərini yerli və rus mətbuatı ilə ...
ANL
Alim Qasımov yenidən Məcnun olmaq istəyir. Xanəndə bu məşhur operaya yeni nəfəs gətirmək arzusuna düşüb. Son günlər "İlahi" adlı yeni mahnısı ilə musiqi zövqümüzü təzələyən xalq artisti Alim Qasımov bir sıra yeniliklər iddiasındadır. Bu mahnı xanəndənin rok janrında göstərə biləcəyi imkanlarını açdı. Əvvəlcə bu üslubda...
ANL
"Azərbaycan incəsənəti dünya muzeylərində". AMEA Memarlıq və İncəsənət İnstitutu bu adda toplu nəşr etdirib. AMEA Memarlıq və İncəsənət İnstitutu "Azərbaycan incəsənəti dünya muzeylərində" adlı nəfis bir toplu nəşr etdirmişdir. Onun müəllifləri akademik Rasim Əfəndi və Toğrul Əfəndiyevdir. Topluda ABŞ, Almaniya, Böyük ...
ANL
Moskvada Azərbaycan Mədəniyyəti günləri başa çatıb. Bu həftə Moskvada başlayan Azərbaycan Mədəniyyət günləri başa çatıb. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyevanın "Ayna"ya verdiyi bilgiyə görə, Moskvada Azərbaycan Mədəniyyət günləri iyulun 2-də yekunlaşıb. Kazanda isə iyulun 3-də başlayacaq mədə...
ANL
Milli teatr Türkiyə səfərindən qayıtdı. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Türkiyənin 4 şəhərində qastrol səfərindən qayıdıb. Teatrın direktoru Maqbet Bünyadov qastrolun teatrın tarixində yeni dönüş nöqtəsi olduğunu vurğulayır: "Son iki il ərzində keçirilən qastrol səfərləri Türkiyədə Azərbaycan teatrı, onun ...
ANL
Aktyorların yaradıcılığı elektron layihədə əksini tapacaq. Həmidə Ömərova belə bir sayt yaradır. Aktyorların yaradıcılığından bəhs edən portal hazırlanır. Bu işin təşəbbüskarı xalq artisti Həmidə Ömərovadır. Aktrisanın məlumatına görə, sayt Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının verdiyi...
ANL
Lalə Məmmədova: "Mən mahnılarımı tək deyil, yoldaşım - məsləhətçimlə seçirəm". "O mənim mahnılarımın ilk dinləyicisidir. Sənətçi Lalə Məmmədova sərin Skandinaviya ölkəsi Norveçdən təzəlikcə isti Bakıya dönüb. Onun Norveç, Oslo təəssüratları özlüyündə maraqlı idi. Söhbətimiz onun yaradıcı həyatının detalları üzərinə yön...
ANL
“Azərbaycan Ordusunun güclü olduğu sübut edildi”. Dünən Hərbi Analitik Tədqiqatlar Mərkəzi (HATM) və Müdafiə və Təhlükəsizlik Sektoruna İctimai Nəzarət Koalisiyası iyunda Azərbaycanda və ümumilikdə, Cənubi Qafqazın müdafiə və təhlükəsizlik sektorunda baş verən proseslərlə bağlı mətbuat konfransı keçirdi. IPAP açıqlansa...
ANL
Ali məktəblərə qəbul imtahanının son qaydaları açıqlandı. "Ali məktəblərin bütün ixtisas qrupları üzrə ixtisas seçimi abituriyentlərin qəbul imtahanlarında topladığı ballar elan olunduqdan sonra iyulun 25-dən avqustun 3-dək internet vasitəsilə aparılacaq. Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədr m...
ANL
Hüseyn Arif sözü adamları dörd saat yerindən tərpənməyə qoymadı. Yayın bu istisinə baxmayaraq axşam saat 18-də artıq Musiqili Komediya Teatrının zalında oturmağa yer qalmamışdı. Mərhum şairimiz Hüseyn Arifin 85 illiyi törəninə bu qədər adamın toplaşmasını burada bir çoxları onun şəxsiyyətinə və poeziyasına marağın hələ...
ANL
Münəvvər Rzayevanın heykəllər və büstlər dünyasından ştrixlər. Bu günlərdə İncəsənət Muzeyində əməkdar rəssam, Azərbaycanın ilk monumentalçı qadın heykəltəraşı Münəvvər Rzayevanın 80 illik yubileyinə həsr olunmuş anım mərasimi təqdim olundu. Muzeyin zalında sənətkarın əsərləri, onun həyat və yaradıcılığını əks etdirən ...
ANL
“Yarımçıq əlyazma” Braziliyada çap olunub. Müəllif bildirib ki, müasir dünya ədəbiyyatının ən zəngin qollarından birini təşkil edən Latın Amerikası ədəbiyyatı ilk dəfə olaraq öz coğrafiyasında Azərbaycan ədəbiyyatının təmsilçisi ilə görüşür və bu görüş onların öz təşəbbüsü ilə baş tutur. Nəfis tərtibatla nəşr olunmuş, ...
ANL
Oğuzda arxeoloqlar qızıl maska tapıblar. Ölkənin şimal-qərbində yerləşən Oğuz rayonunun Kərimli kəndi yaxınlığındakı kurqanda Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloq Nəsib Muxtarovun başçılıq etdiyi ekspedisiyası buğa başının təsviri olan qızıl maska tapmışdır. Xəbərə görə, Kərimli kəndi yaxınlığında 7 kurqan ...
ANL
Mehdixan Vəkilovun şəxsi arxivi mühafizəyə təhvil verildi. İctimai xadim, tarixçi alim və yazıçı Mehdixan Vəkilovun zəngin arxivi bu günlərdə oğlu Cavanşir Vəkilov tərəfindən qorunub saxlanmaq üçün Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə təhvil verilmişdir. Arxivin direktoru Maarif Teymur bildirdi ki, yeddi iri bağlamad...
ANL
Dövlət başçısının sərəncamı ilə Dram Teatr əsaslı təmirə dayanıb, bina 50 ildən çox idi təmir olunmurdu, avadanlıqlar, stullar köhnəlmişdi və günün tələbatına cavab vermirdi. Teatrın, nəhayət, təmirə dayanmağı bizi, əlbəttə, sevindirir. Təmir gələn ilin mayında başa çatandan sonra həm texniki, həm də binanın gözəlliyi ...
ANL
Palçıq vulkanlarından tibbi istifadə gündəmdədir. Ölkəmizdəki palçıq vulkanları sayına, morfoloji xüsusiyyətlərinə, yüksək aktivliyinə, gözəl görünüşünə görə digər ölkələrdə olanlardan xeyli fərqlənir. Ölkəmizdəki bu tip vulkanların əksəriyyəti aktiv fəaliyyətdədir. Vulkanlarımızın bəzilərinin hündürlüyü 400 metrə çatı...
ANL
Torpaqlarımız səhralaşır. Hazırda dünyada həllini gözləyən vacib ekoloji məsələlər sırasında yer almış başlıca problemlərdən biri də səhralaşmadır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) mütəxəssisləri bu fikirdədirlər ki, quru iqlim şəraitində yerləşən Azərbaycan üçün də səhralaşma problemi son dərəcə aktualdır...
ANL
Xoş gördük, Ülviyyə xanım! Yetərincə maraqlı və mürəkkəb sənətdir. Psixologiyaya aid biliklər hər kəsə lazımdır, xüsusilə də rejissora. Bəs yada sala bilərsinizmi, hansı ekran əsəri, hansı filmin təsiri altında rejissor olmağı qərara aldınız? - Sözün düzü, bu qərarı verəndə dördüncü sinifdə oxuyurdum. Heç bir başqa sah...
ANL
Bəstəkar Kamalın külliyyatı işıq üzü görüb. Onlarla mahnının müəllifi olan bəstəkar Kamalın "Sənə güvəndiyim dağlar" adlı albomu işıq üzü görüb. Maraqlı tərtibatla "Gilan" holdinqdə buraxılan albom musiqi müəllifinin bütün külliyatını özündə birləşdirib. Topluda yer alan mahnılardan ikisinin söz müəllifi Leyla Əliyeva,...
ANL
“Bakı gecələri” II estrada müsabiqəsi başlayır. Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyi və Bakı şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən "Bakı gecələri" II estrada mahnı müsabiqəsinin seçmə turuna start verilir. Mədəniyyət və Turizm İdarəsi bildirir ki, müsabiqəd...
ANL
İstirahət mərkəzləri azdır. Azərbaycanlılar xaricdə istirahətə üstünlük verirlər. Baxmayaraq ki ölkə ərazisində fəaliyyət göstərən 300-dən artıq istirahət mərkəzi artıq turistlərin ixtiyarındadır. Ancaq qonşu ölkələrdəki turistlərdən fərqli olaraq əhali nədənsə yerli istirahət mərkəzlərində deyil, xaricdə istirahətə da...
ANL
Görkəmli yazıçı İsmayıl Şıxlının məşhur "Dəli Kür" romanı İstanbulda Yıldız Yayıncılık və Reklamcılık Ltd. şirkəti tərəfindən böyük tirajla nəşr edilmişdir. Bu, İsmayıl Şıxlının əsərlərinin Türkiyədə ilk nəşridir. "Dəli Kür" romanını Türkiyə türkcəsinə Azərbaycan ədəbiyyatının bu qardaş ölkədə ən böyük təbliğatçılarınd...
ANL
Əflatun Amaşov: "Mətbuat Şurası işlək bir təşkilatdır və hesabat verməyə də hər zaman hazırdır". Payızda Mətbuat Şurasının hesabat konfransı keçiriləcək. Payızda Mətbuat Şurasının hesabat konfransı keçiriləcək. Bunu MŞ sədri Əflatun Amaşov "Mediaforum"a açıqlamasında bildirib. Nizamnaməyə 2008-ci ildə edilən dəyişikliy...
ANL
O, yaşanmış illərə heyifsilənmədən baxa bilir. Belə ki, ölkəmizdən başqa, xarici ölkələrin müasir kino çevrələrində adını tanıda bilmiş çox az sayda azərbaycanlıdan biri olan Əmir Pəhləvan indiyədək dolğun və intensiv yaradıcılıq həyatı yaşamış və bir sıra uğurlara imza atmışdır. Şahbuzun Mahmudoba kəndində dünyaya göz...
ANL
Alim Qasımov və qızı Fərqanə səfərdən qayıdıblar. Xalq artisti muğam ifaçısı Alim Qasımov, əməkdar artist Fərqanə Qasımova ilə birgə Polşaya qastrol səfərindən qayıdıb. Xanəndənin ailəsindən verilən xəbərə görə, səfər çərçivəsində muğam ifaçıları Polşada keçirilən musiqi festivalında 90 dəqiqəlik xüsusi proqramla çıxış...
ANL
“Azərbaycan simfonik musiqisi yaşayır və inkişaf edir”. Bəstəkar ədalətin hər yanda bərqərar olmasını arzulayır. Bugünkü həmsöhbətim Brilliant Dadaşovanın, Zülfiyyə Xanbabayevanın, Aygün Kazımova kimi ulduzların ilk mahnılarının müəllifidir. Cavanşir Quliyevin mahnılarını dinləyərkən insan bir neçə dəqiqəlik arzular, x...
ANL
"Mənim tələblərimlə nəzərdə tutuduğum konserti gözləyənlər çoxdur. Özümə gəlincə, əslində, mənim operada hər çıxışım bir konsertdir. Ancaq solokonsertim olmayıb. Bakıda solokonsertimin keçirilməməsinə səbəb sırf maliyyə problemidir. Solisti olduğum Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında yaxın ayların birin...
ANL
VAQİF SƏMƏDOĞLU YETMİŞİ HAQLADI. Bu maraqlı insan şair və dramaturq üçün əbəs yaşanmamış bir ömür ilə qürur duya bilər. Bizim günlərin sayılıb-seçilən şairi və dramaturqu Vaqif Səmədoğlunun 70 yaşı tamam olur. Səməd Vurğun ocağından pərvazlanan ikinci fenomen... Bizim bənzərsiz Xalq Şairimiz. Günümüzün ovqatını, təzadl...
ANL
VAQİF SƏMƏDOĞLU YETMİŞİ HAQLADI. Bu maraqlı insan şair və dramaturq üçün əbəs yaşanmamış bir ömür ilə qürur duya bilər. Bizim günlərin sayılıb-seçilən şairi və dramaturqu Vaqif Səmədoğlunun 70 yaşı tamam olur. Səməd Vurğun ocağından pərvazlanan ikinci fenomen... Bizim bənzərsiz Xalq Şairimiz. Günümüzün ovqatını, təzadl...
ANL
Aysel Teymurzadə: MƏN ARTIQ BU YOLA GƏLMİŞƏM VƏ DAYANMAĞIN HEÇ BİR MƏNASI YOXDUR. "Eurovision" müsabiqəsində Azərbaycanı təmsil edən və bürünc medala layiq görülən gənc sənətçi "Ayna"nın suallarını cavablandırır. Onun bioqrafiyası Bakı ilə, təhsilə önəm verən bir ziyalı ailəsilə bağlıdır. Lap erkən yaşlarından ona çalı...
ANL
Öz həyat yolundan danışan Ruhi bir vaxt valideynlərinin sözünə baxmayıb. "Hazırda Gəncə Texnologiya Universitetinin dördüncü kurs tələbəsiyəm. Qismət olsa, bu il ikinci təhsil kimi Rəssamlıq Akademiyasına qəbul olunmaq istəyirəm. İki il bundan əvvəl sənətə gəlmişəm, amma pul qazanmaq fikrim olmayıb. Bu sahəyə gəlmək iç...
ANL
ƏDƏBİ OVQATA KÖKLƏNMİŞ GÜNLƏR. Bu böyük söz adamlarının hər üçü elə bu bahar günlərində bu yurdun Şıxlı elində dünyaya göz açıblar və qədirbilən, sözə qiymət qoymağı bacaran insanlarımız onların adını əziz tuturlar. Bu millət, bu ölkə qaldıqca onların hər üçü onun ədəbiyyatında yaşayacaq, adları anılacaq, irsləri öyrən...
ANL
MEHDİ HÜSEYNİN KİTABLARI SƏRGİLƏNDİ. Xalq yazıçısı, ədəbiyyatımızın klassiki Mehdi Hüseynin 100 illiyi ilə bağlı tədbirlər silsiləsində M.F.Axundov adına Milli Kitabxana öz geniş foyesində yazıçının kitablarından ibarət sərgi təşkil etmişdi və bu sərgi ziyalıların iştirakı ilə publikaya təqdim olundu. Burada yazıçının ...
ANL
AYGÜN BAYRAMOVA İRANDA ÇIXIŞ EDİB. Xanəndənin daha bir çıxışı Bakıda gözlənir. Azərbaycanın Xalq artisti Aygün Bayramova İran qastrolundan qayıdıb. Xanəndə xanımın dediyinə görə, üç günlük səfər çərçivəsində bir neçə həmkarı ilə birlikdə çıxış edib. Öyrəndik ki, səfər Azərbaycanın Tehrandakı səlahiyyətli nümayəndəsinin...
ANL
SƏNİ ANLAYIRLARSA, ÖZÜNÜ XOŞBƏXT SAYA BİLƏRSƏN. Xalq artisti, rejissor Ramiz Həsənoğlu öz gələcək işləri ilə yaşayır. Anası milli teatr sənətimizdə bənzərsiz ifa qabiliyyəti olan əməkdar artist Ətayə Əliyeva, atası əməkdar mədəniyyət işçisi Həsənağa Mirzəyevdir. 1948-ci ildə ermənilərin yenidən azğınlaşmasından sonra İ...
ANL
Bir muzey işçisi olaraq fədakarlıq mücəssəməsi idi. Aybəniz xanımın vəfatının muzey mədəniyyətimiz üçün nə məna daşıdığını gün keçdikcə daha dərindən hiss edəcəyik. Bir həftədir bu dünyadan ayrılıb Aybəniz xanım. Səməd Vurğun Ev-Muzeyində maraqlı ədəbi axşamlar, ədəbi mərasimlər, olsun ki, yenə də öz qaydası ilə davam ...
ANL
Zeynəb Xanlarova: "Gecəni fikirdən yata bilməmişəm". "Şou əhlinə verilən qiymətdən Səməd Vurğuna da verilsin". Xalq artisti, millət vəkili Zeynəb Xanlarova Səməd Vurğunun qızının yasından qayıdandan sonra bütün gecəni yata bilməyib. Çünki şairin ev muzeyində gördükləri onu dəhşətə gətirib: "Səhərə qədər narahat olmuşam...
ANL
DAXİLİ QOŞUNLARIN NATO İLƏ ƏMƏKDAŞLIĞI. Qurum NATO ilə əməkdaşlığa böyük önəm verir. Bildiyiniz kimi, Azərbaycan Respublikası MDB dövlətləri arasında NATO-nun Sülh Naminə Tərəfdaşlıq (SNT) proqramına qoşulan ilk dövlətlərdən biri olub. Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyev tərəfindən 1994-cü ildə SN...
ANL
DÖVLƏT SƏRHƏD XİDMƏTİNİN NATO İLƏ ƏMƏKDAŞLIĞI. Təlim-tədris sahəsində DSX-nin regional mərkəzə çevrilməsi imkanları artıb. Azərbaycan Respublikası Avroatlantik təhlükəsizlik məkanının bir hissəsi olaraq özünün müəyyən etdiyi xarici siyasət prioritetləri çərçivəsində sərhəd təhlükəsizliyi məsələləri ilə bağlı NATO ilə q...
ANL
LERİK NÖVBƏTİ DƏFƏ PREZİDENTİ QARŞILAMAĞA HAZIRLAŞIR. Dövlət başçısı dağ zonasına da baş çəksə, məmurların ona nə cavab verəcəyi bəlli deyil. Lerik haqqında gözümlə görüb, qulaqlarımla eşitdiklərimi nəql etməyə başlamazdan əvvəl, internet xidmətindən istifadə edib bu cənub şəhəri barədə bəzi məlumatları gözdən keçirməy...
ANL
Misir Mərdanov: "YENİ QANUNUN ÜZƏRİNƏ KÖLGƏ SALMAQ OLMAZ". Son günlər gündəmin təhsil sektorunda "Təhsil haqqında" qanun ətrafında ajiotaj, Goranboy təhsil şöbəsi müdiri və bir neçə məktəb direktorunun həbsi, orta təhsil kursu üzrə buraxılış imtahanlarının nəticələri, magistraturaya qəbul aparıcı mövzulardır. Bu baxımd...
ANL
KİTAB TƏQDİMATI ORDUYA SEVGİ TOPLANTISINA ÇEVRİLDİ. Şəmistan Nəzirlinin "1920-ci ildə Qarabağ döyüşləri" kitabı tariximizin maraqlı səhifələrindən söz açır. Yazıçı-publisist, hərbi tarixçi, polkovnik-leytenant Şəmistan Nəzirlinin yeni nəşr edilmiş "1920-ci ildə Qarabağ döyüşləri" kitabının təqdimatı orduya sevgi, orduy...
ANL
NATO İLƏ ƏMƏKDAŞLIQ KONTEKSTİNDƏ. Müdafiə Nazirliyi ilə NATO arasında qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan fəaliyyət davam etdiriləcək. "SÜLH NAMİNƏ TƏRƏFDAŞLIQ" PROQRAMI. Proqramın əsas məqsədi Avroatlantik məkanda siyasi və hərbi əməkdaşlığın genişləndirilməsi, sabitliyin bərqərar olunması, beynəlxalq sülh və təh...
ANL
"ŞƏHRİYAR" XALQ ROMANININ DAHA BİR ƏLYAZMASI VAR. Buna qədər hesab edilirdi ki, XVIII yüzil nəsr abidəsinin yalnız bir nüsxəsi mövcuddur. Bu sətirlərin müəllifinin aldə etdiyi əlyazmanın "Şəhriyar" romanının bir nüsxəsi olduğu müəyyən edildi. Xatırladaq ki, "Şəhriyar" xalq romanı hazırda MEA Məhəmməd Füzuli adına Əlyaz...
ANL
"YÜNGÜL MUSİQİLƏR KÜÇƏDƏN EFİRƏ SEL KİMİ AXIR". Yenilik adı altında insanların zövqünü korlamağa çalışırlar. Musiqidəki xaosa biganə qalmayan bəstəkar bəzən peşəkar həmkarlarının dedikləri ilə razılaşa bilmir. Deyir ki, həvəskar ordusunun musiqi barəsində danışdıqları onu qətiyyən düşündürmür, lakin hörmət etdiyi insan...
ANL
Nailə Mirməmmədli: "Əvvəllər Hikmətdən xoşum gəlmirdi. Düşünürdüm ki, ansambla o gəlibsə, mən getməli olacağam". Bəstəkar, əməkdar incəsənət xadimi Nailə Mirməmmədlinin əlavə təqdimata ehtiyacı yoxdur. Onunla müsahibəmiz mərhum həyat yoldaşı - əməkdar incəsənət xadimi Hikmət Mirməmmədlinin doğum günü ərəfəsində, bu iki...
ANL
Dünya ictimaiyyətinin diqqəti bu təntənəyə yönəldi. İslam mədəniyyətinin paytaxtı Bakı bir həftə ərzində dünya mədəniyyətinin şah əsəri adlandırılan muğamın məkanına çevrildi, Şərq dünyasının ən qiymətli incisi sayılan muğam dünya ictimaiyyətinin nəzərlərini bir daha Azərbaycana yönəltdi. Festival çərçivəsində muğama h...
ANL
Təqdimatları bayrama bənzədirəm. Səidə Quliyeva: "Teatrda oynamağın məsuliyyəti daha çoxdur". 1978-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsini bitirdikdən sonra elə həmin il təyinatla Akademik Milli Dram Teatrına göndərilib. Bundan sonra aktrisa teatrda müxtəlif rejissorların qur...
ANL
Xanım İsmayılqızı deyir ki, kiminsə aşiq olmaq hissi yoxdursa, bu, onun problemidir. Şairə, bəstəkar, mənim üçün isə maraqlı müsahib Xanım İsmayılqızı bu günlərdə doğum gününü qeyd edib. Zövqümüzü oxşayan mahnıların müəllifi ilə müsahibəmizdə bir çox maraqlı məqamlara toxunduq. - Əvvəla, sizi ad gününüz münasibətilə tə...
ANL
İNSAN ZƏHMƏTKEŞ DEYİLSƏ, XOŞBƏXT OLA BİLMƏZ". Göz həkimi "ictimai korluğu" maariflənmə ilə müalicə etməyi tövsiyə edir. Burada Müşfiq adına kənd orta məktəbini qızıl medalla bitirib. N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsində təhsilini davam etdirib. Gəncə şəhər göz xəstəxan...
ANL
Samiranı çoxları bizim musiqimizi layiqincə xaricdə təmsil edə biləcək müğənnilər sırasında görürlər. Azərbaycan mahnılarını məharətlə ifa etdiyi kimi xarici mahnıların da öhdəsindən eləcə gəlir. Gənclərin sevimlisidir, özü də hər zaman gənclərə dəstək olmağa çalışır. Qalmaqalları heç bir formada qəbul etmir, elə bu sə...
ANL
Heydər Əliyevi doğum günündə xatırlarkən. Vəfatından isə bizi altı il ayırır. Azərbaycanın ictimai-siyasi tarixinin son qırx ilinə öz möhrünü vurmuş bu insanı sevənlər hər il onun 10 may doğum gününü rəngarəng tədbirlərlə qeyd edirlər və biz mətbuat mənsubları da bu gün onu xatırlarkən ilk növbədə yaşadığı siyasi həyat...
ANL
Sənubər İsgəndərli: "KİNODA VƏ TEATRDA OYNAMAQ EYNİ DƏRƏCƏDƏ MARAQLIDIR". Və bir gün başa düşüb ki, müğənni olmaq iqtidarında deyil. Necə deyərlər, yarı yaşını haqlayan Əməkdar artist Sənubər İsgəndərli ömrünün 20 ilini teatra həsr etmişdir. Bakıda doğulub, M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədə...
ANL
Gürsel TEKİN: "PROBLEMİ YARADAN YANLIŞ İQTİDARIN YANLIŞ SİYASƏTİDİR". CXP İstanbul şəhər təşkilatı başqanının fikrincə, Azərbaycan heç bir zaman Ermənistan olayının bir parçası kimi dəyərləndirilə bilməz. Son bələdiyyə seçkilərində Gürsel Tekin və Kamal Kılıçdaroğlu Atatürkün əsəri kimi tanınan Cümhuriyyət Xalq Partiya...
ANL
BAKI VAŞİNQTONDAN NARAZIDIR. Novruz Məmmədov: "Azərbaycanın dönməz dostluğuna baxmayaraq, Obama administrasiyası Ermənistana təəssübkeşlik edir". "Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Bakıya səfəri son zamanlar Türkiyə ilə Azərbaycan arasında yaşanan gərginliyi aradan qaldırdı. İki dövlət arasında yaranmış bu g...
ANL
ƏDƏBİYYAT, ZƏMANƏ VƏ ÜRƏYİN DÖZÜMÜ. Bu bahar günlərində Mehdi Hüseynin dünyaya gəlişinin 100 illiyi Qazaxda və Bakıda ədəbiyyatımıza, mənəviyyatımıza, milli mədəniyyətimizə bağlı olan insanlar tərəfindən ehtiramla anılır. Ədəbi mərasimlər, toplantılar keçirilir, mediada ədəbi yazılar dərc olunur. Fəqət onun alın yazısı...
ANL
O, xalqların qəlbində, ruhunda yaranıb. 1988-ci ildə beynəlxalq Səmərqənd festivalının birinci mükafatını qazanıb. Həmin ildən başlayaraq muğam sənətini dünyada təmsil etməyə başlayıb. Yaradıcı bioqrafiyası ABŞ, Fransa, Almaniya, İsveçrə, Hollandiya, İran və s. ölkələrdə qatıldığı festivallar, verdiyi konsertlərlə zəng...
ANL
NATO-dan AZƏRBAYCANA ANTİTERROR DƏSTƏYİ. Alyans ölkəmizlə Terrorizm Əleyhinə Tərəfdaşlıq Fəaliyyət Planı çərçivəsində əməkdaşlığı gücləndirmək istəyir. Azərbaycan paytaxtında baş verən son qanlı olaylardan sonra NATO Azərbaycanla Terrorizm Əleyhinə Tərəfdaşlıq Fəaliyyət Planı çərçivəsində (PAP-T) əməkdaşlığı gücləndirm...
ANL
Eldəniz İbrahimov: "İsti yer axtarmamışam, isti problemlər daha maraqlıdır". Onlardan biri - yaxın perspektivdə sənətdə hansı rəssamları görəcəyimizdir. "Abşeron" Rəsm Qalereyasının direktoru Eldəniz İbrahimov ilə müsahibəmizin mövzusu incəsənətdir. - İncəsənətə gəlişim və bioqrafiyam çox geniş bir söhbətin mövzusudur....
ANL
"Türkiyə birdev" Azərinə mükafat verdi. Sənətçi Türk Dünyasına mədəni xidmətlərinə görə təltif olunub. Türk dövlətləri ilə mədəni əlaqələr quran "Türkiyə birdev" şirkəti azərbaycanlı sənətçi Azərinə mükafat təqdim edib. Ötən gün Türkiyədən qayıdan sənətçi bildirdi ki, bu mükafat ona Türk Dünyasına mədəni xidmətlərinə g...
ANL
Yuğ Teatrının gənc rejissoru Tural Mustafayev Polşanın Krakov Milli Teatrında təcrübə keçəcək. Mədəniyyət və Turizm Nazirliyinin teatr sektorundan verilən xəbərə görə, Tural Mustafayevin Polşada təcrübə keçməsi bizim ölkə prezidentinin "Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)" və "Azərbaycan teatr sənə...
ANL
BDU-nun tarixindən bəhs edən kitab çap olunub. Bu həftə 90 illik yubileyini qeyd edən ilk ali təhsil ocağımız - Bakı Dövlət Universiteti haqqında kitab nəşr edilib. Toplunun müəllifi BDU-nun rektoru, akademik Abel Məhərrəmovdur. Təhsil ocağından verilən məlumata görə, toplunun redaktorları professor İsmayıl Əliyev və d...
ANL
Sumqayıt Musiqili Dram Teatrı mövsümünü açıb. Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrı ötən gün mövsümünü açıb. Teatrın mətbuat əlaqələndiricisi bildirir ki, 41-ci mövsümdə teatr truppası Fərhad Məhərrəmovun rejissor yozumunda səhnə həllini tapmış "Karıxmış sultan" (Taufiq əl-Hakimi) tamaşasını göst...
ANL
Azdrama Konya festivalına dəvət alıb. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının repertuarında yer alan "Müsyö Jordan və dərviş Məstəli şah" (Mirzə Fətəli Axundzadə) tamaşası Türkiyənin Konya şəhərində "Bin nəfəs bir səs" Uluslararası Türkce Tiatro Yapan Ulkeler Festivalına dəvət alıb. Teatrın mətbuat əlaqələndiri...
ANL
Azərbaycan "Deboşir" film festivalında təmsil olunacaq. Festivalın rəsmi internet saytının yazdığı xəbərə görə, beynəlxalq tədbirdə Azərbaycan da təmsil olunacaq. Belə ki, beynəlxalq layihənin əsas müsabiqə proqramına Azərbaycandan bir neçə film salınıb. Müsabiqənin bədii filmlər üzrə nominasiyasında ölkəmizi Şamil Nəc...
ANL
Bəstəkar xanım mahnılarını yalnız peşəkarlara etibar edir. Özümdən sonra nələri qoyub gedəcəyəm? Özümlə hansı əməllərimi aparacağam?" Budəfəki həmsöhbətimin bu sualları cavabsız qoymayacağına əminəm. Düşünürəm ki, insanın daxili aləmi onun zahiri görünüşünə böyük təsir göstərir. Həm daxilən, həm zahirən gözəl olan xanı...
ANL
Biz NATO standartlarında silah istehsal etməliyik. Köhnəlmiş sovet "qəlib"lərində silah istehsalı mənasızdır. Ötən ay Azərbaycanın hərbi sahədə beynəlxalq əməkdaşlığını gücləndirmək istiqamətində diqqətçəkən addımlar atılıb. Bu barədə Hərbi Analitik Tədqiqatlar Mərkəzinin (HATM) direktoru İldırım Məmmədov oktyabrda Azə...
ANL
"Mərkəzi Asiya örtükləri" Bakıda. Sərgini Viktoriya və Albert muzeyi təqdim edir. Bakıda Londonun Viktoriya və Albert muzeyinin təqdimatında Raunun kolleksiyasından "Mərkəzi Asiya örtükləri" sərgisinin açılışı keçirilib. Sərgi Mədəniyyət və Turizm Nazirliyinin və Rövşən Mustafayev ad. Azərbaycan Dövlət İncəsənət Muzeyi...
ANL
Səttar Bəhlulzadənin yubileyinə müsabiqə. Gənc rəssamlar yarışa dəvət olunur. Gənclər və İdman Nazirliyi Azərbaycan Rəssamlar İttifaqının iştirakı ilə gənc rəssamlar arasında Azərbaycanın xalq rəssamı Səttar Bəhlulzadənin 100 illik yubileyinə həsr olunmuş müsabiqə elan edib. Gənclər və İdman Nazirliyinin mətbuat xidmət...
ANL
Yeni kitab tapıntıları. Kişvərinin əlyazması, Hüseyn Cavid və Abdulla Şaiqin isə kitablarının orijinal nüsxələri tapılıb. Kitab əski əlifbadan yeni qrafikaya köçürülür. XI-XVI əsrlərdə yaşamış Azərbaycan şairi Nemətullah Kişvərinin Azərbaycan türkcəsi ilə yazdığı divanın avtoqraf nüsxəsi aşkar edilib. Əlyazmalar İnstit...
ANL
Naxçıvanda teatr studiyası yaradılıb. Burada gənclər aktyorluq dərsi alır. Naxçıvanda yeni teatr studiyası fəaliyyət göstərir. "Təməl" adlanan studiya Muxtar Respublikada fəaliyyət göstərən Dövlət Musiqili Dram Teatrı nəzdində yaradılıb. Teatr rəhbərliyi bildirir ki, studiyanın yaradılmasında məqsəd yeni aktyor nəslini...
ANL
O illərə qayıdanda. Yaddaqalan anlardan ştrixlər. Xalq yazıçısı və xalq müəllimi, ictimai xadim, millət vəkili İsmayıl Şıxlı şərəfli, mənalı bir ömür yaşadı. Bunu deməmək, xatırlamamaq olmaz. Qürur hissi ilə deyirəm ki, Xalq yazıçısı fəxri adına layiq görüləndə onun ayrı-ayrı yaradıcılıq məqamlarını, xarakterlər sənətk...
ANL
Musiqiçilərimiz dumanlı Albionda. "Elizabet holl"dakı konsert ən uğurlu çıxış olub. Bu həftənin ilk günü İngiltərəyə səfər edən bir qrup azərbaycanlı musiqiçi müxtəlif şəhərlərdə silsilə konsertlərlə çıxış edirlər. İfaçılardan biri, Milli Konservatoriyanın məzunu, Beynəlxalq Muğam Müsabiqəsinin iştirakçısı Qoçaq Əsgəro...
ANL