text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Gülüstan qalası öz sirrini açır. Arxeoloji ekspedisiyalardan maraqlı xəbərlər var. Gülüstan qalası tarixən Şirvanşahların əsas iqamətgahlarından biri olub, sonralar isə dağılıb. Şamaxı yaxınlığındakı bu yerdə hazırda tədqiqat işləri gedir. Verilən xəbərlərə görə, orada çoxlu sayda maddi-mədəniyyət örnəkləri aşkarlanıb.... | ANL |
XXX London Yay Olimpiya Oyunları hələ ötən həftə başa çatsa da, yarışlarla bağlı məlumatlar, əldə olunan nəticələr idman mətbuatının gündəmindən düşmür. London Oyunları Azərbaycan yığması üçün tarixi qələbə ilə yekunlaşdı. Belə ki, müstəqillik qazandıqdan sonra 5-ci Olimpiadada iştirak edən ölkəmiz iştirakçılarla yanaş... | ANL |
Vokalçılar akademik tərzdə ifadan uzaqlaşıblar? Milli və dünya operalarında əsas partiyaların mahir ifaçısı SSRİ və Azərbaycanın Xalq artisti, Dövlət mükafatı laureatı, "Şöhrət" və "Şərəf" ordenli vokal ustası Fidan Qasımova ifa etdiyi hər əsərə xüsusi yanaşır. Xalq mahnısından tutmuş mürəkkəb opera obrazları üzərində ... | ANL |
Tahir Salahov irsi Bakıda cəmləşir. Azərbaycan rəssamlıq məktəbinin dünyaca tanınan təmsilçisi Tahir Salahovun "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunda yerləşən ev-muzeyində rəssamın yaradıcılığına və ictimai fəaliyyətinə həsr olunmuş sərgisinin açılışı keçirilib. APA-nın xəbərinə görə, sərginin açılışında çıxış ed... | ANL |
Təhminə Milani: “İran kinosunun mövqeyi zəifləyib”. Baiskar - senzura, sərt nəzarət... Təhminə Milani… Rejissor, ssenarist, bir neçə dəfə beynəlxalq mükafat alıb, beynəlxalq müsabiqələrdə münsif… Bakıda “START” Gənclərin VIII Beynəlxalq Film Festivalında da münsiflər heyətində yer alırdı. Azərbaycanlı jurnalistlərlə sö... | ANL |
Azərbaycan tarı ayrı, İran tarı ayrı. Azərbaycanlıların tar ifaçılıq sənəti UNESCO-nun siyahısına daxil edildi və bu mədəni hadisə ilə bağlı Bakıda Beynəlxalq Muğam Mərkəzində törən keçirildi. Söhbət ondan gedir ki, bizim ölkədə orijinal tar ifaçılıq sənəti UNESCO-nun bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezenta... | ANL |
Filmin çəkilişləri müvəqqəti dayandırılıb. Bu barədə qəzetimizə açıqlamasında ekran əsərinin ssenari müəllifi və rejissoru, xalq artisti Oktay Mir-Qasım bildirdi. “Qisas almadan ölmə!” Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm”də ekranlaşdırılır. Mir-Qasımın sözlərinə görə, montaj prosesi və dialoq... | ANL |
Azərbaycan futbolunun əfsanəsi Anatoli Banişevskinin vəfatının 15 ili tamam olub. Ölkə futboluna adını qızıl hərflərlə yazdıran, “Neftçi” klubunun və SSRİ yığmasının heyətində müstəsna əməyi olan məşhur hücumçu 1997-ci il dekabrın 10-da gözlərini əbədi yumub. İstedadlı, qabiliyyətli olmaqla yanaşı, sadiqliyi ilə də seç... | ANL |
Dünən dünyanın sonu olmadı. Şamaxı Rəsədxanası: hələ 5 milyard il yaşayacağıq Merkuri, Saturn və Veneradan ibarət mini parad isə davam edir. Xeyli vaxtdır “21 dekabr”la bağlı insanlarda vahimə doğuran əsassız proqnozlar və dünyanın sonunun gəldiyini inadla təsdiq etməyə cəhd edən bəzi üzdəniraq “alimlər” biabırcasına i... | ANL |
Bu şeirlər sazın sehrindən doğulub. Onlarda Borçalı hərarəti duyulur. Hidayət Nurun “Azərbaycan deyəndə” şeirlər toplusunu vərəqlərkən diqqətimi bir şeir cəlb etdi. Deyir ki, həcc ziyarətinə gedənlər çoxdur, lakin hər gedib-gələnə hacı deyilməz, şeytanı tuşlayıb, ona daş atanların çoxu xislətcə şeytanlardır ki, var. Mə... | ANL |
Bu ovqata hər kəs köklənə bilmir. Bayatı nədir? Belə cavablamaq olardı: bayatı – bizim insanın damarda axan qanına hopmuş, etnik tariximizlə yanaşı addımlayan mənəvi sərvət… Bədii yaradıcılıq qəribə, müəmmalı bir möcüzədir. O, görünməz əli Tanrıya yetən və ondan ilahi enerji alan barlı ağacdır. Bayatılar isə ölmür. Bay... | ANL |
Oqtay Kazıminin əsərləri yeni təqdimatda. Unudulmaz bəstəkar Oqtay Kazıminin 80 illik yubileyi ilə bağlı onun musiqiləri əsasında hazırlanmış “Ağla mənim üçün bu şəhər və Sən” adlı layihə təqdimata hazırlanır. Dekabrın 25-də Rəşid Behbudov adına Mahnı Teatrında planlaşdırılan təqdimatla yanaşı, görkəmli bəstəkarın sənə... | ANL |
Hardasa pul oğurlayanları, stol "silənləri" isə müdafiə etməyəcək. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ötən ili uğurlu saydı. “Nizami” Kino Mərkəzində ilin yekunlarına həsr olunmuş kollegiya iclasında etdiyi məruzəsində məmnunluq hissi ilə qeyd edib ki, Azərbaycan mədəniyyətinin beynəlxalq sahədə qazandığı uğur... | ANL |
Rus rejissorun Azərbaycanda çəkdiyi "Amazonlar" filmi... və ya layihə oğurluğu. Rusiyanın "Zvezda" telekanalının "Dünya müharibələri ("Voynı mira")" silsiləsindən növbəti filmi amazonlara həsr edilib. Bu filmin ən maraqlı özəlliklərindən biri isə onun Azərbaycanda çəkilməsidir. Astra Art studiyasının istehsalı olan fil... | ANL |
Aleksandr Düma haqqında film çəkilir. Fransız kino mütəxəssisləri Bakıya gəliblər Fransız kino mütəxəssisləri Jan Pier Dublyer (Jean Pierre Dubilier) və Stefani Laşevr (Stephanie Lachevre) Bakıya gəlmişlər. APA-nın məlumatına görə, fransız kino mütəxəssislərinin Azərbaycana səfəri Aleksandr Düma-ata haqda filmin çəkili... | ANL |
Onu görkəmli alim, fəlsəfədə yorulmaz tədqiqatçı kimi tanıyırıq. Öncə bunu söyləmək istəyirik. İzzət müəllimin indiyəcən xeyli sayda dəyərli kitabları işıq üzü görmüşdür. F.Köçərli ilə müştərək) "Abbasqulu ağa Bakıxanov", "Mirzə Fətəli Axundov", "Müasir təbiətşünaslığa konseptual yanaşma", "Həsən bəy Zərdabi ilə əlaqəd... | ANL |
GAMAC sədri Qulamrza Səbri Təbrizi: "Bizim bir millət olaraq buna haqqımız var!". Güney Azərbaycanın müstəqilliyi uğrunda. mücadilənin yeni mərhələsi başlanır. Yanvarın 7-8-də Almaniyanın Köln şəhərinin "Youth Hostel" (Gənclər Evi) binasında Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC) 2-ci qurultayı keçirildi. Qu... | ANL |
Azərbaycan - NATO əməkdaşlığı: hədəflər bəlli oldu. Brüssel görüşündə mühüm bəyanatlar verildi. Bəlli olduğu kimi, fevralın 15-də Belçika Krallığında işgüzar səfərdə olan prezident İlham Əliyev NATO baş katibi Anders Foq Rasmussenlə görüşüb. Azərbaycan-NATO tərəfdaşlığını yüksək qiymətləndirən baş katib ölkəmizin BMT T... | ANL |
və "Azərbaycandan salam"ları... Onun "Ayrılıq" mahnısını dinləməyən, heç olmasa hərdənbir zümzümə etməyən bir azərbaycanli çətin ki, tapılsın. Sovet dönəmində xeyli müddət bu mahnının, eləcə də "Sizə salam gətirmişəm", "Təbrizim" kimi mahnıların bəstəkarının kim olduğu bəlli deyildi, ya gizli saxlanır, ya da anonim old... | ANL |
Azərbaycan-NATO münasibətləri: problemlər və gözləntilər. Vətəndaş cəmiyyəti təmsilçiləri Bakının alyansla əməkdaşlığının vəziyyətinə qiymət verirlər. "Ordunun Aynası" çərçivəsində əsas diqqətdə olan məsələlərdən biri də Azərbaycan-NATO münasibətlərinə ictimai fəal insanların münasibətidir. Bu kontekstdə əsasən QHT və ... | ANL |
Bu münasibətlə "Nizami" kinoteatrında tədbir keçiriləcək. Vaqif Səmədoğlunun eyniadlı pyesi əsasında çəkilmiş və xalq arasında populyar olan "Bəxt üzüyü" bədii filminin ekranlara çıxmasının 20 illiyinə həsr olunmuş bədii axşam keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyi mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, f... | ANL |
Bu suala birbaşa cavab almaq mümkün olmaz. O, çoxdandır təqaüddədir... Qohum-qonşuları bu adamın hansı peşənin sahibi olduğunu, necə cətin və şərəfli həyat yolu keçdiyini təbii ki, bilməzlər. Ancaq bu daim gülərüz ağsaqqalın xeyirxah adam olduğunu çoxları bilir. Uşaqları onu qayğıkeş ata, nəvələri isə sevimli baba kimi... | ANL |
Təranə Muradova: "Qadınlara rəqslə məşğul olmağı tövsiyə edirəm" Gözəl görünməyin yolu budur. "Rəqs incəsənətin tam fərqli növüdür. Rəqsə sadəcə əyləncə kimi baxmaq, onu yaxşı vaxt keçirmək üçün bir məşğuliyyət hesab etmək heç də doğru olmaz. Rəqs bir çox xəstəliklərdən can qurtarmaq, səhhəti möhkəmlətmək üçün ən gözəl... | ANL |
İki azərbaycanlı rəssama "Vera" mükafatı verildi. Onlar Moskvada beynəlxalq festivalda seyrçi rəğbətini qazanıblar. Azərbaycanlı rəssamlar Məryəm Ələkbərli və Rəşad Mehdiyev Moskvada beynəlxalq incəsənət festivalında "Vera" mükafatına layiq görülüblər. Onlar bu festivalda uğurla çıxış edərək münsiflər heyətinin və sərg... | ANL |
Bəzən bizə elə gəlir ki, məşhur adamlar, tanınmış şəxsiyyətlər heç uşaq olmayıblar. Onları həmişə şöhrətli anlarından tanıyıb, sevmişik. Amma onların bu yerlərə gələnəcən keçdikləri enişli-yoxuşlu yolları bilmirik. Ancaq onlar da nə vaxtsa uşaq olublar, ayaq açıb yeriyiblər, dil açıb danışıblar, məktəbli olublar. Arala... | ANL |
Mən də uşaq olmuşam... Bəzən bizə elə gəlir ki, məşhur adamlar, tanınmış şəxsiyyətlər heç uşaq olmayıblar. Onları həmişə şöhrətli anlarından tanıyıb, sevmişik. Amma onların bu yerlərə gələnəcən keçdikləri enişli-yoxuşlu yolları bilmirik. Ancaq onlar da nə vaxtsa uşaq olublar, ayaq açıb yeriyiblər, dil açıb danışıblar, ... | ANL |
Təbii fəlakətlər. Son illərdə baş verən təbii fəlakətlər atsteklərin bəlkə də haqlı olduqlarını və dünyanın sonuna az vaxtın qalması fikrinə gətirib çıxarır. Şübhəsiz, təbii fəlakətlərin qarşısını almaq mümkün deyil. Lakin onların bir çoxlarını proqnozlaşdırmaq üçün alimlər artıq müəyyən metodlar icad ediblər. Hər hans... | ANL |
Bu günlərdə "Araz" nəşriyyatında tanınmış alim Sabir Bəşirovun yeni kitabı çapdan çıxmışdır. "Firuz Mustafa: idrakla hissin vəhdəti" adlı əsər ədəbi portret janrında qələmə alınmışdır. Yeni tədqiqat əsərində yazıçı-filosof Firuz Mustafanın geniş ədəbi-bədii fəaliyyətindən söhbət açılır. Ötən illər ərzində sənətkarın on... | ANL |
İşləmək istəyən işsiz qalmaz. Lalə Məmmədova yol göstərir - çalışqan olun! Opera və Balet Teatrının səhnəsində özünü Leyli kimi sınayan əməkdar artist Lalə Məmmədova yaşıdlarından seçilir. Səsinin yetdiyi qədər musiqinin fərqli janrlarında özünü sınayır. Yeniliklər etməyə, seyrçini heyrətləndirməyə çalışır. Öz yaşam pr... | ANL |
Macarıstan: Avropadan Doğuya baxış. Qədim hunların varisləri üzlərini Türk Dünyasına çeviriblər. Onlar bir zamanlar Doğudan gəldilər, Avropanın mərkəzini özlərinə yurd seçdilər. Türk Dünyasının Fin-Uqor qoluna mənsub olan macarlar bir zamanlar Fin-Uqorların Suur Suomi (Böyük Finlandiya) ideyasını müdafiə etdiklərini gi... | ANL |
Yüz Türk etnosu ensiklopedik lüğətdə. Biz tarixin axarında necə görünürük? Adətən Türk soylu xalqların dünyanın üç qitəsində məskunlaşmış olması vurğulanır. Əslində isə bu xalqların təmsilçilərini dünyanın hər nöqtəsində görmək mümkündür. Müəllifi Azərbaycanda tanınmış yazıçı, dramaturq, hekayə və esse yazarı, fəlsəfi ... | ANL |
Unudulmaz rolları ilə yadda qaldı. Dövlət Film Fondunda xalq artisti, teatr və kino aktyoru Eldəniz Zeynalovun 75 illik yubileyinə həsr olunmuş toplantı keçirilib (APA). Yubiley mərasimində çıxış edən Dövlət Film Fondunun rəhbəri, əməkdar incəsənət xadimi Cəmil Quliyev mərhum aktyorun ömür yolundan danışıb, onun Azərba... | ANL |
Vaqif Səmədoğludan Nazim Hikmət xatirəsi. Yazı Ankarada "Bütün dünya" dərgisində çap edilib. Vaqif Səmədoğlu unudulmaz Nazim Hikmətin 110-cu doğum günü ilə bağlı onunla üç görüşünün xatirəsini qələmə almış və Səriyyə Gəncəliyeva Tamer bu xatirəni çalışdığı Başkənd Universitetinin (Ankara) kültür yayını olan "Bütün düny... | ANL |
Milli İncəsənət Muzeyində "Fransa inciləri" mövzusunda sərgi açıldı. Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə təşkil olunmuş bu sərginin açılışında Fondun prezidenti, millət vəkili Mehriban Əliyeva, ölkəmizdə səfərdə olan Fransa mədəniyyət və kommunikasiya naziri Frederik Mitteran, siyasət və incəsənət adamları,... | ANL |
Finalın biletləri isə bir neçə saata satılıb qurtarıb. "Eurovision" şousunun ayrılmaz hissəsi olan postkardların çəkilişləri başlayıb. Çəkilişlər "Eurovision-2012" mahnı müsabiqəsi şousunun istehsalı üzrə tərəfdaş olan Almaniyanın "Brainpool GmbH" şirkəti ilə birgə həyata keçirilir. "Eurovision-2012" mahnı müsabiqəsini... | ANL |
Azərbaycanın sərhəd təhlükəsizliyinin təmin olunmasında NATO-nun rolu. İranla bağlı vəziyyətin gərginləşməsi müxtəlif yanaşmaları ortaya çıxarır. İranın nüvə proqramı ətrafında regional durumun gərginləşəcəyi, hərbi əməliyyatlar ssenarisinin gerçəkləşəcəyi təqdirdə Azərbaycan bu ölkə ilə sərhədlərinin təhlükəsizliyinin... | ANL |
Daxili Qoşunlar: islahatlar və perspektivlər. Yaxın vaxtlarda bu qurumda mülki şəxslərin sayı iki dəfə artırılacaq. Bu hadisə münasibətilə Daxili Qoşunların komandanı general-leytenant Zakir Həsənov bir qrup media mənsubu üçün mətbuat konfransı düzənlədi. Konfransda "Ordunun Aynası" əlavəsinin bir neçə sualı da Zakir H... | ANL |
İstanbulda Fərəcoğlunun yeni fərdi sərgisi açılıb. İstanbulda azərbaycanlı rəssamın fərdi sərgisi açılıb (APA). Azərbaycanlı rəssam Əbülfəz Fərəcoğlunun İstanbulun Çəmbərlitaş səmtində yerləşən Mətbuat Muzeyinin sərgi salonunda açılan fərdi rəsm sərgisində onun yağlı və sulu boya və həmçinin, pastellə işlədiyi tablolar... | ANL |
Musiqi təhsilində boşluq doldurulur. Yeni vəsaitlərdə seçim üçün bol material var. Əlbəttə, uşaqların daxili yaradıcılıq potensialının açılması, mənəvi mədəniyyətinin formalaşması düzgün aparılan estetik tərbiyədən asılıdır. Estetik tərbiyədə musiqiyə xüsusi rol ayrılır. İlk ifaçılıq vərdişləri və bacarıqlar əldə edilm... | ANL |
Fərhad Xəlilovun Moskvada fərdi sərgisi açılıb. Moskvanın Mərkəzi Rəssamlar Evində Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilovun fərdi sərgisinin açılış mərasimi keçirilib (APA). Sərginin açılışında tanınmış mədəniyyət, incəsənət və elm xadimləri, Moskvada yaşayan həmyerlilərimiz iştirak ediblər. Sərgi çərçiv... | ANL |
"Şamaxı torpağının yetirdiyi böyük Azərbaycan şairləri". Mərhum akademik Bəkir Nəbiyevin "Şamaxı torpağının yetirdiyi böyük Azərbaycan şairləri" kitabı işıq üzü görüb. Kitabda akademik Bəkir Nəbiyevin qədim və zəngin Şirvan ədəbi mühitinin yetirdiyi böyük Azərbaycan şairləri - Əfzələddin Xaqani, İmadəddin Nəsimi, Seyid... | ANL |
Azərbaycanlıların soyqırımı fotolarda və sənədlərdə". Solmaz Rüstəmova-Tohidi bu adda kitab-albom nəşr edib. Azərbaycanlıların soyqırımı fotolarda və sənədlərdə" kitab-albomu çapdan çıxdı. Kitabı tarix elmləri doktoru Solmaz Rüstəmova-Tohidi hazırlayıb ("Turan") və MTN-in dəstəyi ilə nəşr olunmuşdur. Nəşrə Birinci Düny... | ANL |
Xəstələnmiş torpaqlara düzgün diaqnoz qoyurdu. Görkəmli torpaqşünas alimi xatırlayarkən. Torpaq da insan kimidir. Onun da sağlamı və xəstəsi olur. Sağlam torpaqlar bəzən "xəstələnir". Torpağın da həkimi olur, ona diaqnoz qoyur və müalicə yolunu göstərir. Professor Muxtar Abduyev ömrünü torpaqlarımızın dərd-sərini anlam... | ANL |
Azərbaycan - Dağıstan münasibətləri yeni mərhələdə. Bu iki diyarı bir-birindən ayırmaq mümkün olmayacaq. Azərbaycan və Dağıstan sovet ilhaqına qədər heç zaman mənən və cismən bir-birindən ayrı olmamışdır. Bölgədə fərqli etnosların yaşamasına baxmayaraq, hamını ortaq kulturoloji, etnokonfessional, sosial dəyərlər deyil,... | ANL |
Əsgər təmizlik işlərindən uzaqlaşdırılır. Silahlı Qüvvələrdə bu mühüm islahat gündəmdədir. Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Orucun mətbuata açıqlamasında səsləndirdiyi bir məlumat əsas müzakirə mövzularından biridir. Deputat bildirib ki, Azərbaycanda hərbi xidmət keçənlərin təsərrüfat işlə... | ANL |
Qürbətdə uyuyan Yusif Vəzir. Onun məzarı tapılıb vətənə gətirilsəydi. Mən bu yazımda söhbətə birbaşa repressiyaya məruz qalmış Yusif Vəzir Çəmənzəminlinin məzarı ilə bağlı əldə olunan faktlardan başlamaq istəyirdim. Amma istər-istəməz ortaya çıxan bəzi suallar söhbəti bir az başqa nöqtədən başlamağa vadar etdi. Məzarla... | ANL |
Arxeoloji qazıntılar mövsümü başlanır. İsmayıllı və Ağsudan iki xəbər. Arxeoloji qazıntılar mövsümündən ilk xəbərlər gəlir. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun mütəxəssisləri tərəfindən İsmayıllı rayonunun Çərmədil kəndində aparılan arxeoloji qazıntılar müsbət nəticə verib. Arxeoloji ekspedisiyanın rəhbəri tar... | ANL |
Rəssam Timur Taştekin: "Bütün əsərlərimdə bölgəmi əks etdirməyə çalışmışam". İstanbulda çıldırlı rəssamın sərgisi açılıb. İstanbul Bəyoğlu bələdiyyəsinin sənət qalereyasında azərbaycanlı rəssam Timur Taştekinin yağlı boya rəsmlərindən ibarət sərgisi açılıb. Sərgidə Belçikada yaşayan türk rəssam Sevim Ünalın da yağlı bo... | ANL |
Olimpiya lisenziyalarının sayı 50-yə çatdı. Bu rekord rəqəm medalların sayında da əksini tapacaqmı? Ölkəmizin olimpiya yığma komandası London Yay Olimpiya Oyunlarında iştirak hüququ verən lisenziyaların sayını bu həftə 50-yə çatdırdı. Beləliklə də, idmançılarımız say baxımından minimum vəzifənin öhdəsindən gəldilər. Çü... | ANL |
Təhsil ocaqlarının infrastrukturu dəyişməlidir. O dərəcədə ki, əlil uşaq kənar kömək olmadan binalara rahat daxil olub, hərəkət edə bilsin. Əlil uşaqların bütün təhsil pillələri üzrə maneəsiz təhsil ala bilməsi üçün şərait yaradılması nəzərdə tutulur. TN De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin rəisi Məlahət ... | ANL |
Professor Səlahəddin Xəlilov: "İkiləşmiş" təhsilə son qoymağın vaxtı çatıb". Elmin yeri çox arxa planda, alimin mövqeyi isə passiv görünür. Bu gün alimlərə münasibət adekvat deyil. Yeni iqtisadi münasibətlərə keçdik, Qərb dünyasına qapılar taybatay açıldı. Lakin MEA müxbir üzvü, professor, "Şöhrət" ordenli Səlahəddin X... | ANL |
Amaliya Pənahova: "Özünü sənət fədaisi etmək istəyən gənclər sonda tükənirlər". Bələdiyyə Teatrının rəhbəri, xalq artisti Amaliya Pənahova çıxışlarında teatrın durumundan yorulmadan danışır. Aktrisa söhbətində teatrın dirçəlməyə doğru getdiyini bildirsə də, müəyyən problemlərin mövcudluğunu da inkar eləmədi: "Teatrda h... | ANL |
Sənətçiyə sığorta lazımdırmı? Onlar bu xidmətin hansı növünü vacib sayır? Sığorta xidmətlərindən faydalanan insanlar çoxdur. Bir çox dünya ulduzları kimi, bizim sənətçilər də sığortalanmağa dəb kimi baxmaqla yanaşı, sahib olduqları mülklərinin taleyini göz altına almaq üçün bu imkandan bəhrələnirlər. Avtomobili tez-tez... | ANL |
Onlara Rusiya muzeyləri də dəyər verir. Ötən çağların əsrarəngiz xalça örnəklərimizin xeyli hissəsi ölkəmizdən kənarda, bir çox dünya muzeylərində, özəl kolleksiyalarda, qalereya və şəxsi toplularda saxlanılmaqdadır. Öz zərif və keyfiyyətli toxunuşuna, yüksək zövqlü tərtibatına görə geniş şöhrət qazanmış Azərbaycan xal... | ANL |
Xumar Qədimova özəlliyindən danışdı. Xumar Qədimova uzun fasilədən sonra yenidən gündəmdədir. Qəzetimizdə olan bilgiyə görə, mahnı ifaçısı bu dəfə "Şükür ki, ölməmişəm" adlı kompozisiyasını təqdim edib. Yeni mahnısı haqqında açıqlama verərkən bildirib ki, sözügedən mahnıya tezliklə klip də çəkdirəcək. Qeyd edək ki, söz... | ANL |
Görüşdük nə çətin, ayrıldıq nə asan... Emin Sabitoğlunun xatirəsinə. Elə bəstəkarlar var ki, iri həcmli janrlara yer ayırsalar da, mahnı janrına daha çox diqqət yetirir və bu janr onların az qala bütün yaradıcılığını əhatə edir. Emin Sabitoğlunun dəfələrlə dinləməkdən yorulmadığımız bu və digər mahnıları Ş.Ələkbərova, ... | ANL |
Üçrəngli bayrağımızın mənası. Bunu hər kəs bilirmi? Yüz ilə yaxın bir müddətdir ki, Üçrəngli dövlət bayrağımız insanlarımız üçün müqəddəs ideal rəmzinə çevrilmişdir. Sovetlər Birliyi rejimi Üçrəngli bayrağımızın başımız üzərindən asılmasını və hətta təsvirini belə qadağan etsə də, onu ürəklərində yaşadan insanlar istiq... | ANL |
"Rusiya istəməyənə qədər Azərbaycanın NATO yolunu tutması mümkün deyil". Elxan Mehdiyev: "Ciddi araşdırılsa, güc strukturlarında korrupsiyanın dərin izlərinin olduğu üzə çıxar". "Ordunun Aynası"nın növbəti müsahibi regionda tanınmış siyasi ekspert Elxan Mehdiyevdir. Onunla söhbətimizdə Gürcüstanda hökumət dəyişikliyini... | ANL |
Moldovada Azərbaycan Mədəniyyəti Günləri başa çatdı. Maraqlı tədbirlər bir-birini əvəz edib. Moldovada Azərbaycan Mədəniyyəti Günləri başa çatıb. Mədəniyyət və Turizm Nazirliyindən bildirilir ki, Mədəniyyət Günləri çərçivəsində bizim Rus Dram Teatrı "Müsyö Jordan və Dərviş Məstəli şah" tamaşası ilə Beltsı şəhərinin tea... | ANL |
Azərbaycan-NATO əməkdaşlığı: enerji təhlükəsizliyi. Alyans ölkəmizin enerji infrastrukturunu qorumağı vəd edir. Enerji təhlükəsizliyi məsələləri müasir mərhələdə NATO siyasətinin prioritetinə, Azərbaycan isə bu sahədə Alyansın mühüm tərəfdaşlarından birinə çevrilir. "Xəzər hövzəsində enerji təhlükəsizliyinin təmini və ... | ANL |
İndi bu əlaqələr öz dinamik günlərini yaşayır. Bu il Azərbaycan-YUNESKO mədəni əməkdaşlığının 20 illiyidir. Hesab etmək olar ki, indi bu əlaqələr öz dinamik günlərini yaşayır. Bu əlamətdar tarixi qeyd etmək məqsədilə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycanın YUNESKO üzrə Milli Komissiyasının təşkilatçıl... | ANL |
Azərbaycan səhnəsi Yaşar Nurisiz qaldı. Azərbaycan səhnəsi Yaşar Nurisiz qaldı. Bənzərsiz aktyor idi. Öz üslubu vardı və yaratdığı obrazlar yaddaşlara köçürdü. Sənət həyatında çoxlu rollar oynamışdı. Onda sarkazm, kinayə, qrotesk güclü idi. Yaşar Nuri nə vaxtdan bəri xəstəliklə əlləşirdi. Türkiyə həkimləri onun ömrünün... | ANL |
Avropa Film Festivalı başlandı. Məqsəd - Avropa dəyərləri haqda anlayışları artırmaqdır. Bakıda Avropa Film Festivalına həsr olunmuş mətbuat konfransı və açılış mərasimi keçirilib. Mətbuat konfransında Avropa Birliyi Azərbaycan nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia, "Park Cinema" kinoteatrının rəhbəri Namik Quli... | ANL |
Oskar Milli Komitəsinin üzvü Əli İsa Cabbarovun qəzetimizə bildirdiyinə görə, film ilkin mərhələdən uğurla keçib. Film beynəlxalq festival və müsabiqələrdə qazandığı uğurlara görə komitənin seçimi ilə Amerikaya göndərilib: "Buta" filmi artıq "Oskar"ın ilkin siyahısına daxil edilib və bu siyahıda 40 film var. Komitə üzv... | ANL |
Sara Xatun: rəqabətdə işıqlı səhifələr. Daha çox bu işıqlı səhifələrə isnad etmək gərəkdir. Bu gün sosial şəbəkələrdə bəzən görürsən ki, orta əsrlərin tarixi şəxsiyyətlərini qarşı-qarşıya qoyur, birinə haqq qazandırır, digərini pisləyirlər. Bir tarixi şəxsiyyətin ünvanına hansısa mənfi fikirləri az qala ölkəyə təhqir k... | ANL |
"Təbii ehtiyatları az olan Yaponiya üçün Azərbaycanla iqtisadi münasibətlər vacib məsələdir". - deyə Yaponiya xarici işlər naziri Koikiro Qemba AYNAya eksklüziv müsahibəsində bildirir. - Yaponiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin 20-ci ildönümünü qeyd etdik və iki ölkə arasında münasibətlərin bu günə qə... | ANL |
Müasir və hesabatlı ordu yaratmaq öhdəliyi götürülüb. Aleksandr Verbşou: "Gözləntilərimizi doğrultmayanlara açıq narahatlığımızı bəyan edirik". "Ermənistan və Azərbaycan NATO-nun uzunmüddətli və dəyərli tərəfdaşlarıdır. Biz artıq birlikdə bir çox böyük məsələlərə nail olmuşuq. Amma siyasi dialoqumuzu dərinləşdirmək və ... | ANL |
AFFA ilin ən yaxşılarını mükafatlandırdı. Beynəlxalq Muğam Mərkəzində Premyer Liqanın 2011-2012-ci il mövsümünün qaliblərinin mükafatlandırma mərasimində ilk olaraq AFFA prezidenti Rövnəq Abdullayev çıxış edərək qalibləri təbrik etdi, onalara cari mövsümdə də uğurlar arzuladı. Sonra müxtəlif nominasiyalar üzrə mükafatl... | ANL |
Orduda məvaciblər kəskin artırılımalı, mənzil təminatı gücləndirilməlidir. SQ-də sosial rifah problemlərinin həlli üçün təkliflər irəli sürülür. Məlumata görə, müharibə şəraitində yaşayan Azərbaycan gələn il özünün müdafiə xərclərini artıracaq. Nazirlər Kabinetindən bildirilib ki, burada məqsəd, milli təhlükəsizliyi və... | ANL |
Beynəlxalq Caz Festivalı başlandı. Açılışda üç "Grammy" sahibi Mike Stern Babylon çıxış etdi. Bakıda ənənəvi Beynəlxalq Caz Festivalının təntənəli açılış mərasimi keçirildi. APA-nın məlumatına görə, Beynəlxalq Muğam Mərkəzində keçirilən festivalın açılış mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qaraye... | ANL |
deyəcək qədər sadəlövh deyil. Mədəniyyət qurumlarında yaş senzi ilə bağlı ixtisarlar olub. Gənc Tamaşaçılar Teatrından ixtisara düşənlər arasında teatrın baş rejissoru, Xalq artisti Cənnət Səlimova da var. Bununla bağlı Cənnət Səlimova deyir ki, həyatın elə qanunları var ki, onları dəyişmək, nə də yan keçmək olmaz. Odu... | ANL |
Mən bu həyatla mücadilədən qalib çıxmışam. Bir vaxt istedadlı şair kimi tanınan, lakin indi əməkdar artist adını fəxrlə daşıyan Baba Vəziroğlu son illər yaradıcılığının əsas qolunu mahnılara ayırıb. Vaxtilə hekayələr də yazarmış, indi, ancaq şeir yazır. Söhbətimizdə publikanın "nəbzini tuta" bildiyi üçün nəğməli şeiriy... | ANL |
Vokalçıların Moskva müsabiqəsi başa çatdı. Qalib Özbəkistan təmsilçisi Jenizbek Piyazov olub. Rusiya paytaxtında Müslüm Maqomayev adına vokalçıların II Beynəlxalq müsabiqəsi başa çatıb. Müsabiqə Moskvanın ən böyük konsert zalında - "Krokus Siti Holl"da təşkil edilmişdi. Müsabiqə ilə bağlı "Metropol" hotelinin konfrans ... | ANL |
Kaliforniyada Türk Mədəniyyət və İncəsənət Festivalı keçirilib. Ölkəmiz burada uğurla təmsil olunub. Kaliforniyanın Monterey şəhərində Türk Mədəniyyət və İncəsənət Festivalı keçirilib. Festivalda Azərbaycan da uğurla təmsil olunub. Azərbaycanın Los- Anceles Baş Konsulluğundan APA-ya verilən məlumata görə, konsulluğun d... | ANL |
Ramil Səfərov azadlıqda!!! Fitnəkar erməni zabiti ağır cəzalandırmağa məcbur olmuşdu. Budapeştdə neçə il məhbus həyatı yaşadı. Budapeştdə məhbus həyatı yaşayan Azərbaycan Ordusunun zabiti Ramil Səfərov dünən saat 13.40-da "Azərbaycan Hava Yolları" Şirkətinin xüsusi reysi ilə Bakıya gətirilib və Vətənə ayaq basan kimi ö... | ANL |
Yaqub Zurufçu Təbrizli günlərindən danışırdı. Gözəl bir tabloya, əzəmətli bir memarlıq abidəsinə, çiçəklərlə- güllərlə qol-boyun olan şehli çəmənə və ən nəhayət, istedadlı, ecazkar səsli, böyük səhnə mədəniyyəti olan bir ifaçıya qulaq asanda gözümüz dincəlir, könlümüz rahatlanır, ruhumuz qidalanır. Bir anlıq olsa da xə... | ANL |
Şəkərli diabet: hüquqlar qorunurmu? Qorunmur, lakin tələb edirik, qorunsun. Bu elə məkrli xəstəlikdir ki, onun fəsadlarından hər səkkiz saniyədə bir nəfər, il ərzində isə 4 milyon insan dünyasını dəyişir. Diabet əlilliyə gətirən əsas xəstəliklərdən biridir; nəticədə ürək-damar xəstəlikləri, böyrək çatışmazlığı, gözləri... | ANL |
Hətta buranın atmosferində özünü yad hesab edir. Uzun illərdir Moskvada yaşayan azərbaycanlı sənətçi Sərxan Sərxan Azərbaycan şou-biznesində köhnə mahnıları ilə xatırlanır. İldə bir neçə dəfə Bakıya yolu düşür. Amma Moskvadakı işindən nisbətən razı qalıb, bura təməlli dönmək barədə düşünmür. Arabir köhnə mahnıları ilə ... | ANL |
Əgər gələcəkdə yaxşı pensiya istəyiriksə... Hər bir işləyən şəxsin gələcək pensiya təminatında birbaşa rol oynaması lazım gəlir. Sovet pensiya təminatının maliyyə modeli, habelə pensiyaçıların sayının müntəzəm olaraq artması mövcud pensiya sisteminin sabit fəaliyyətinə mənfi təsir göstərirdi. 1992-ci ilə qədər Azərbayc... | ANL |
Güneylə nəfəs alan alim. Ata məzarı o tayda, ana məzarı bu tayda... Azərbaycan MEA Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu Cənubi Azərbaycan bölməsinin rəhbəri, görkəmli alim Əkrəm Rəhimli 80 yaşını qeyd edir. Əkrəm müəllim məhsuldar alimdir. Güney Azərbaycan şöbəsinə gələn gündən indiyədək "Güney Azərbaycan" ensiklo... | ANL |
Əbədiyyətə qovuşmuş böyük şəxsiyyət. Dünya professional musiqi mədəniyyətinin meydana gəlməsi və formalaşması prosesi Qlük, Montoverdi, Hendel, Korelli, Bax, Haydn, Motsart, Bethoven, Brams, Şopen, List, Berlioz, Bize, Qrik, Rodriges, Qlinka, Çaykovski, Smetana və b. adları ilə əlaqələndirilir. Bu adlar bir çox milli ç... | ANL |
Davud Kazımovun fərdi sərgisi açıldı. Onun "səyahət coğrafiyası" genişdir. Milli İncəsənət Muzeyində Davud Kazımovun fərdi sərgisi açılıb və bu sərgi bir neçə gün davam edəcək. Xalq rəssamı Davud Kazımov (1926) ilk sənət dərslərini rəssamlıq dərnəyində məşhur rəssam Kamil Xanlarovdan alıb, 1945-ci ildə Azərbaycan Dövlə... | ANL |
İranda müasirliyin simvolu idi. Ququşu sənətdən uzaq salmaq mümkün olmadı. Məşhur "Ayrılıq" mahnısının ilk ifaçısı Ququş 70-ci illərin ən çox sevilən sənətçisi idi. Azərbaycan kökənli bəstəçi Əli Səliminin bu mahnısını sonralar digərləri səsləndirsə də, ən gözəl ifaçısı həmişə Ququş olub. Sovet dönəmində İranda yaşayan... | ANL |
Peşə liseyi: inkişaf tendensiyalarına baxış. Baza güclənir, məzmun dəyişir, müsbət nəticələr göz önündədir. Bizim günlərdə müəllim və mühəndis-pedaqoji işçilərin mütəmadi qaydada yeni biliklərə, müasir texnologiyalara yiyələnməsi aktualdır. Kollektivin 15 pedaqoji kadrı ötən il ixtisasartırma kurslarında peşəkarlıq səv... | ANL |
Peşə liseyi: inkişaf tendensiyalarına baxış. Baza güclənir, məzmun dəyişir, müsbət nəticələr göz önündədir. Aparıcı ekspertlərin qənaətinə görə, ölkə iqtisadiyyatının dinamik inkişafı üçün ən önəmli sahələrdən biri və bəlkə də ən başlıcası ilk peşə-ixtisas təhsilidir. İkinci Dünya müharibəsindən sonra qısa zaman kəsimi... | ANL |
Əlilliyi olan uşaqların təhsili: formatlar nə göstərir? Bu yöndə təhsilin təşkilində problemlər qalır. Hələ 1992-ci ildə ölkəmiz BMT Uşaq hüquqları Konvensiyasına qoşulub və bununla uşaqların və özəlliklə əlilliyi olan uşaqların hüquqlarını daha yaxşı müdafiə üçün bir sıra sahələrdə, o cümlədən qanunvericilikdə, sosial... | ANL |
"Qovduğu tələbələrin dalınca özü adam göndərirdi". Ramiz Məlikli də imtahandan qovulub geri çağırılan məşhurlar siyahısındadır. Bu aktyor teatrsevərlərin yaddaşında hələ də romantik qəhrəman kimi qalır. Xalq artisti Ramiz Məlikli daha çox "İblis"dəki Arif obrazı ilə xatırlanır. Baxmayaraq ki, bu aktyorun yaradıcılığı b... | ANL |
Alternativ dərsliklər yaradılacaq. Bu imkan verəcək ki, şagird yiyələndiyi biliyi bacarıq və vərdişə çevirsin. Orta məktəb dərslikləri heç bir psixoloji, fizioloji tədqiqatlar aparılmadan hazırlanır. Bunu Təhsil Şurasının sədri Əjdər Ağayev qurumun ümumi yığıncağında çıxışı zamanı bildirib. Onun sözlərinə görə, hazırda... | ANL |
Nisə Qasımova bu dəfə də keçmişə körpü saldı. Bugünkü səhnə həyatından isə danışmadı. Nisə Qasımova ilə hər söhbət keçmişi bu günə bağlayır. Nəsə keçmiş sənət həyatından ayrıla bilmir. Bəlkə də sənət ömrünün ən gözəl anlarının keçmişdə qalması ilə bağlıdır. Bir zamanların sarışın qıvrım saçları çiyinlərinə dağılmış, ir... | ANL |
“Sükut zonasına düşmüşdüm”. Məbud Məhərrəmov sənəti ilə bağlı düşüncələrini bölüşür. Məbud Məhərrəmov az danışıb çox çalışan sənət adamıdır. Rus Dram Teatrında çalışan aktyor illərin, hətta aktyor sənətinin onun xarakterini zərrə qədər olsun dəyişmədiyinin deyir. - Aktyor sənətinin bəzən insana köməyi də olur, maneçili... | ANL |
Təhsilin yeni strategiyası. Yeni sənəddə hədəflərə baxaq. Yeni qüvvəyə minmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” ölkədə keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında aparıcı mövqe tutan, səriştəli müəllim və təhsil menecerlərinə, qabaqcıl texnologiyalara əsasla... | ANL |
Azərbaycanda hərbi təhsil: problemlər və perspektivlər. Müdafiə Sahəsində Təhsilin Təkmilləşdirilməsi Proqramının yerinə yetirilməsində lənglik var. Bu günlərdə ölkə mətbuatında Azərbaycan Silahlı Qüvvələrinin müasir təcrübəli kadrlarla təmin olunması prosesində ciddi əngəllər yaranması barədə məlumatlar əksini tapıb. ... | ANL |
Ordu üzərində ciddi dövlət. və vətəndaş nəzarəti olmalıdır. Əks halda qeyri-döyüş itkilərinin sayı daha da arta bilər. Belə ki, əvvəllər ilkin hərbi uçota götürülərkən və ya hərbi xidmətə çağırılarkən, vətəndaşın hərbi xidmətə müvəqqəti yararsızlığı haqqında qərar 3 aydan 12 aya qədər olan müddətə çıxarılırdı. Bu müddə... | ANL |
Dünyaya göz açanda valideynləri adını Anaxanım qoymuşdular, yəni xanımların anası. Bu gün isə öz sənəti ilə “Türk dünyasının səsi”nə çevrilmiş bu xanımı hamı Azərin kimi tanıyır. Müəyyən fasilədən sonra yenidən TRT-də müəllif proqramında aparıcılıq edən Azərin Türkiyə telekanalı vasitəsi ilə bütün dünyada eşidilir. O h... | ANL |
İlham Əsgərovdan Moskva teatr təəssüratları. Bolşoy Teatrda biletlər 2 ay öncədən satılıb qurtarır. Bu günlərdə Akademik Milli Dram Teatrının bədii-quruluş hissəsinin əməkdaşları Moskvadan qayıdıblar. Yaradıcı və texniki heyətin peşəkarlıq səviyyəsini yüksəltmək məqsədilə bədii quruluş hissə müdiri İlham Əsgərov, işıq ... | ANL |
Avropada ən böyük sərgimiz Çexiyada açılır. Bu sərgi bütün Avropa çərçivəsində təqdim olunacaq. Çexiyanın Ostrava şəhər muzeyində “Əbədi odlar diyarı – Azərbaycanın min illik mədəniyyəti” adlı sərgi fəaliyyətə başlayacaq. Qeyd edək ki, bütün Avropa çərçivəsində keçiriləcək sərgi fevralın 28-dək davam edəcək. Ostrava mu... | ANL |
Ziqmund Freydin nəticəsindən “Ailə dəyərləri” sərgisi. Ulu dədəsi onun üçün bir mələk, bir ilham pərisidir. Dünyaca məşhur psixoanalitik Ziqmund Freydin nəticəsi xanım Ceyn Makadam Freyd ilk dəfə olaraq Azərbaycana gəlib. APA-nın məlumatına görə, xanım C.M.Freydin Bakıya səfərinin məqsədi xanım Mila Əsgərovanın rəhbərl... | ANL |
BERLIN UM VELT FILM studiyasının çəkmiş olduğu ikiseriyali sənədli film tamamlandı. Film 2004-cü ildən bəri Almaniyada, Avstriyada, İtaliyada və Azərbaycanda çəkilmişdir. 1 milyon avroya başa gələn bu film hələlik yalnız alman dilindədir. Filmdə Əsəd Bəyin Qurban Səid təxəllüsü ilə yazmış olduğu son əlyazması olan “Sev... | ANL |
Elmimizin ağsaqqalı, elimizin ağsaqqalı…. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, humanitar və ictimai elmlər bölməsi sədrinin müavini, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının nəzdində arxeologiya və etnoqrafiya üzrə Müdafiə Şurasının sədri, Arxeologiya və Etnoqrafiya İnsti... | ANL |
Lalə Məmmədova artıq Opera və Balet Teatrında “Leyli və Məcnun”un əsas qəhrəmanıdır. Deyir ki, indi səhv edib, sonra onu düzəltməyə çalışan çılğın bir qız yaşında deyil. Ötən illərdən bəri çox şeylər dəyişib. Əvvəllər səhv etməyə yaşı çatırdısa, indi səhv etmək hüququ azalıb. Qorxur ki, illər boyu sənətində topladıqlar... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.