text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Torpaq qisməti. Ermənilər Ağdama girəndə yerli camaat pərən-pərən olub hərə bir yana qaçmış, imkan tapanlar isə mal-mülkünü yük maşınlarına doldurub bir təhər ailələri ilə birlikdə Bakıya və ya müharibə getməyən rayonlara axışırdılar. Döyüşçülər isə vuruşa-vuruşa arxaya çəkilirdilər. Əliyalın insanlar torpaqlarını müd... | ANL |
Xəzərin kəhrəba qumlu sahillərinə keçmiş sovetlər ölkəsindən yeni şəhər salmaq məqsədi ilə 74 il bundan əvvəl axışıb gələnlərin əksəriyyətini gənclər təşkil edirdi. Üfüq boyu qağayıların, göyərçinlərin nəğməsini eşidənlər buranı əvvəlcə qağayılar sığınacağı kimi tanıyırdı. Sonra isə əl-ələ verib gecə-gündüz böyük həvəs... | ANL |
Əliyar Fərzəliyev sən kimsən? Mənim Əliyar müəllimlə tanışlığımın, dostluğumun üç ildən çox tarixçəsi var. Biz, Sumqayıt Dostlar Klubu idarə heyyətinin üzvləriyik. Və bu müddətdə də yaxından tanış olub, dostlaşmışıq. Tez-tez məmlkətimizin ayrı-ayrı yerləinə gəzməyə gedirik. Yol boyu və eləcə də həmin yerlərdə olanda Əl... | ANL |
Budur Vətən sevgisi, Heydər Əliyev sevgisi, millət təəssübkeşliyi! Hüseyn Tanrıverdi-Pur həmin günü hələ də ermənilərə qarşı dərin nifrətlə, hiddətlə xatırlayır... O vaxt Sumqayıtdakı Boru-prokat zavodunun oksigen sexində növbə rəisi vəzifəsində çalışan Hüseyn 3-cü mikrorayondakı evlərinin həyətinə yaxınlaşanda axşam... | ANL |
Zəngəzur dəhlizi böyük siyasi əhəmiyyət kəsb edir. İkinci Qarabağ müharibəsinin sonunda Azərbaycanın qələbəsi regionda qüvvələr balansının yenidən formalaşmasına səbəb oldu. Müharibənin sonunda imzalanan müqaviləyə əsasən, Ermənistanın 30 ilə yaxındır ki, əlində saxladığı torpaqlardan çıxması gözlənilirdi. Zəngəzur d... | ANL |
Yaddan çıxan çox istedadlı aktrisa aktrisa. Bakıdan çox böyük sevinc və fərəhlə qayitdiq”. Müstəqilliyimizin ilk illərində bölgə teatrlarımız demək olar ki, yaddan çıxmışdı. Bəlkə də bu ondan irəli gəlib ki, məmləkətimizdə müharibə gedirdi. Başımız Qarabağ müharibəsinə qarışmışdı və teatr sənəti yaddan çıxmışdı.... | ANL |
Rusiyada keçirilən Beynəlxalq Forumda. Azərbaycanı şairə Xatirə Fərəcli təmsil edib. O, tədbirə Dağıstanın Xalq şairi Rəsul Həmzətovun 100 illik yubileyi münasibətilə keçirilən ədəbi müsabiqənin qalibi kimi dəvət olunub. Sovet dövründə “Mənim Dağıstanım” əsəri və milli koloritli şeirlərilə milyonlarla oxucunun dərin rə... | ANL |
Şəhid kapitan Hüseynli Türkay. Hüseynlinin anım mərasimi keçirilib. Qaradağ rayon İcra Hakimiyyətinin Başçısı Süleyman Mikayılov, Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Rayonun Polis İdarəsinin rəisi Ədalət Abbasov, rayon icra hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri və ictim... | ANL |
Əl boyda ürəyin min dərdi. Sağlam deyilsənsə, yediyin bal da zəhər dadacaq. Sumqayıt şəhərindəki 1 nömrəli xəstəxana mənə çox əziz və doğmadır. Çünki 2001-ci ildə mən ilk dəfə infarkt olanda həyata qayıtmağımda bu xəstəxananın kardiologiya şöbəsinin həkimlərinin, şöbə müdiri Cabir Məcidov və aparıcı həkim Sevinc Əl... | ANL |
3 oktyabr Azərbaycan. dövlətçiliyində tarixi gündür. Xalqımız Gülüstan müqaviləsindən sonra müstəqillik, suverenlik mübarizəsi aparırdı. Xalqın milli-azadlıq hərəkatının kükrəyişi daha əhatəli, daha dönməz mübarizə ilə sonuclanmışdı. Bu yolda illərlə imperiyanın sərt küləkləri əsmişdi, bu yoldan ayrılan siyasət... | ANL |
təhsili” adlı konfrans keçirilib. "Unikal" xəbər verir ki, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatı Səbinə Xasayeva, rayon icra hakimiyyətinin məsul işçiləri, Yeni Azərbaycan Partiyası Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev, Qaradağ rayon Təhsil İşçilə... | ANL |
Qaradağ rayonunda “Qayıdışdan xilasa”. mövzusunda dəyirmi masa keçirilib. 2023-cü il oktyabrın 3-də Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində YAP Qaradağ rayon təşkilatının, Qaradağ Rayon İcra Hakimiyyətinin və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev ili” çərçivəsi... | ANL |
Həmişə yenilik axtarışında olan sənətkar. Həyatda insanların çox az qismi yenilik axtarışında olurlar. Onlar heç vaxt gördüyü işlərdən tam razı qalmırlar və həmişə də çalışırlar daha yüksəkliklərə can atsınlar. Yeni işlər onları daha çox maraqlandırır. Belə insanlar həm də çox zəhmətkeş olurlar. Yorğulmaq nə olduğunu b... | ANL |
Pul tapa bilmirsən ki, biz də Novruz bayramını adam balası kimi keçirək. Bankdan vermirlər. Bu şəhərdə hamı bilir ki, onun əli böyüklərin ətəyindədi. Özü istəmir. Baxmayaraq siz alimsiz mən isə orta məktəbi qutarmışam. Mən də yaşadığımız beş mərtəbəli evin beşinci mərtəbəsindən fıkirli-fikirli düşüb “marşrutkaya” ... | ANL |
GÖNDƏRİM, GÖNDƏRMƏYİM... Əvvəli ötən sayımızda. Mənim qızımın çox qəribə xasiyyəti var. Çox zaman ürəyindən keçən sözləri dilinə gətirib demir. Lap birinci sinifdə oxuyandan öz ürəyindən keçənləri kağızlara yazıb, mənə, anasına, qardaşına verir. Mənim pencəyimin cibinə. Qardaşının dərs çantasına. Nə başınızı ağrıdım,... | ANL |
Sevinir Azərbaycan, Tən Vətənim! Yazım möhtəşəm olan bu tarixdən, Çatıb vüsala, qurtulduq niskildən. “Müstəqillik günü”nə müjdə verən, Azad günəşli çıraq Xankəndimdən. Daha yanmayacaq, alışmayacaq, Hər uca təpədə bir bayraq sancaq! Bənövşətək boynu bükük duyğular, Artıq xoş günlərdən sevinc vurğular. Üç rəngli libası ə... | ANL |
Şəhid Kəlbiyev Şaiqin şəhadətə. Dünən torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş igidlərimizdən birinin Kəlbiyev Şaiq Namiq oğlunun şəhadətə ucaldığı gündən 3 il ötür. 2012-2014-cü illərdə Sosial-İqtisadi Kollecində təhsil alıb.27 sentyabrda düşmənə qarşı aparılan ədalət mübarizəmizd... | ANL |
Vətənin sipərləri. Abidin atası və əmisi Qarabağ qazisi, özü isə Vətən şəhidi oldu. Vətən - sadəcə coğrafi sərhədləri olan bir məkan deyildir. Vətən - xüsusi sevgi ilə əzizlənən, süslənən, sinəsində övladların daim rahatlıq tapdığı, xoşbəxt yaşadığı ulu, gözəl bir məkandır! Vətən torpağı bizim üçün səcdəgahdır, tox... | ANL |
Sumqayıt şəhərindəki kitab sərgisində. Mədəniyyət Nazirliyi, Azərbaycan Nəşriyyatları Assosiasiyası (ANAİB), Sumqayıt Şəhər İcra Hakimiyyəti və Abşeron-Xızı Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə III Sumqayıt Kitab Sərgisi keçirilib. Ölkənin 30-adək nəşriyyatının iştirakı ilə təşkil olunan sərgi Kimyaçı ... | ANL |
"QONAQ TEATR" LAYİHƏSİNİN NÖVBƏTİ İŞTİRAKÇISI. Teatr xadimləri ittifaqının məsul katibi Aida Qafarovanın verdiyi məlumata görə, 16 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının «QONAQ TEATR» layihəsi çərçivəsində Lənkəran Dövlət Dram Teatrının... | ANL |
Qaradağda “Ümummilli lider Heydər Əliyevin dövlət müstəqilliyinin. bərpasında rolu” mövzusunda dəyirmi masa keçirilib. Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində “Heydər Əliyev İli” çərçivəsində “Ümummilli lider Heydər Əliyevin dövlət müstəqilliyinin bərpasında rolu” mövzusunda dəyirm... | ANL |
Vəzipərəstin dilindən. - Atam-qardaşım, nə yapışmısız mənim yaxamdan? Bəli, vəzifəpərəstəm. Niyə də olmayım? Bəlkə elə deyil? Heç evdə arvad da, uşaqlar da üzünə dürüst baxmırlar. Səni saya salmırlar. Sizinkini bilmirəm, mən vəzifədən çıxanda, pulum olmayanda bizim arvad üzünü elə turşudurdu ki, elə bil rəhmətlik dədə... | ANL |
Mir Cəlal yaradıcılığında milli ruh. Azərbaycan nəsrinin görkəmli nümayəndəsi Mir Cəlal Paşayevin zamanüstü yaradıcılığı milli ədəbiyyatımızın tarixinə işıq salan müdrik qoca, çağdaş dövrümüzdən gələcəyə salam verən gəncidir. Sözsüz ki, böyük ədibin zəngin yaradıcılığına işıq tutan çoxsaylı yazılar mövcuddur. Lakin, Mi... | ANL |
Xuraman xanım Muradovanın ad gününə, yeni uğurları. Xuraman xanım Muradova- sahibkar, xeyriyyəçi, iş adamı, Türk dünyası “Onur-Şərəf” medalı mükafatçısı, Azərbaycan Yazıçılar Birliyinin üzvü,Türkiyə İlisam Birliyinin üzvü, “Vektor” Beynəlxalq Akademiyasının fəxri professoru, çox istedadlı yazar vəoxucular tərəfindən s... | ANL |
Xuraman xanım Muradova- sahibkar, xeyriyyəçi, iş adamı, Türk dünyası “Onur-Şərəf” medalı mükafatçısı, Azərbaycan Yazıçılar Birliyinin üzvü,Türkiyə İlisam Birliyinin üzvü, “Vektor” Beynəlxalq Akademiyasının fəxri professoru, çox istedadlı yazar vəoxucular tərəfindən sevilə-sevilə qarşılanan “Sənə məktub yazacam... | ANL |
Həqiqətə və ədalətə çağıran əsər. (Yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlunun “İnan mənə” dramı üstündə gəzişmələr). Həyat yoldaşı Aysel və oğlu Eminlə Ayselin xalası Yasəməngildə yaşayır. Az maaşla güc-bəla dolanır. “Narkomafiya” məqaləsi respublikada böyük rezonans doğurur. Məqalədə kəskin tənqid... | ANL |
Nüvədiyə son səfər. Ermənilərə əsir düşməkdən necə xilas olduq... Nüvədinin işğalından 32 il ötdü... 1991-ci ilin avqustunda ölkə jurnalistləri Prezident Aparatı tərəfindən niyə təcili olaraq Zəngəzurda sonuncu olaraq qalmış Azərbaycan kəndi Nüvədiyə ezam edilmişdilər? Uşaqlar cəld maşınlara əyləşdilər. Komandir və onu... | ANL |
Yeni Tarix yazdın, sən qalacaqsan, Vətən yaşadıqca, yaşıyacaqsan! Vətəndə doğulan hər bir igidin, Adında yenidən bir şəhid yaşar! Qarabağ doğuldu, yeni tarixdən! Xalidə Hicran SEYİDOVA. | ANL |
Yerləşir: Sinqapur Respublikası, Kent Ric rayonu. Sinqapur Milli Universiteti (National University of Singapore) Sinqapur Respublikasında yaranan ilk ali təhsil müəssisəsidir. Universitet tələbələrin çoxluğuna və tədris proqramının zənginliyinə görə də ölkənin ali məktəbləri arasında birinci yeri tutur. Böyük Britaniya... | ANL |
Braun Universiteti (Brown University) ABŞ-ın Rod Aylend ştatının paytaxtı Providens şəhərində yerləşən qədim ali təhsil ocağıdır. Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Braun Universiteti 100 ən... | ANL |
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış. (Əvvəli qəzetimizin ötən saylarında). Hörmətli oxucular, bu məqalədə Təhsil Nazirliyinin Amerika Birləşmiş Ştatları təşkilatları ilə təhsil sahəsində əlaqələri, həyata keçirilən birgə layihə və proqramlar barədə məlumatı diqqətinizə çatdıracağam. Qeyd et... | ANL |
Şimal-Qərb Universiteti. Şimal-Qərb Universiteti (Northwestern University) ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərindən şimalda Evanston adlanan şəhərətrafı qəsəbədə yerləşir. Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin ... | ANL |
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış. (Əvvəli qəzetimizin ötən saylarında). Hörmətli oxucular, bu məqalədə Təhsil Nazirliyinin Amerika Birləşmiş Ştatları təşkilatları ilə təhsil sahəsində həyata keçirilən birgə layihə və proqramlar barədə fikirlərimi davam etdirəcəyəm. ABŞ-ın Açıq Cəmiyyət İ... | ANL |
İnşa müsabiqəsinin yekun mərhələsinin keçirilməsi barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Respublikanın rayon və şəhərlərindən, nazirlik nəzdindəki və özəl ümumtəhsil müəssisələrindən toplanmış məlumatlar əsasında inşa müsabiqəsinin yekun mərhələsi iştirakçılarının adlı siyahısı təsdiq edilsin (1 nömrəli... | ANL |
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış. (Əvvəli qəzetimizin ötən saylarında). Hörmətli oxucular, bu məqalədə Təhsil Nazirliyinin Amerika Birləşmiş Ştatları təşkilatları ilə təhsil sahəsində həyata keçirilən birgə layihə və proqramları barədə fikirlərimi davam etdirəcəyəm. Dünyaya Baxış (World ... | ANL |
Təhsildə informasiya texnologiyalarının tətbiqi sahəsində. "Elektron təhsil" Respublika müsabiqəsinin keçirilməsi barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. 2010-cu ildə təhsildə informasiya texnologiyalarının tətbiqi sahəsində "Təhsildə İnternet texnologiyaları" və "Müasir məktəbdə elektron resursları" ist... | ANL |
Azərbaycan Respublikası təhsil nazirinin əmri. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında... | ANL |
Yerləşir: ABŞ, Kaliforniya ştatı, Los-Anceles şəhəri. Los-Anceles Kaliforniya Universiteti (University of California, Los Angeles) ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində yerləşir. Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya un... | ANL |
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış. (Əvvəli qəzetimizin ötən saylarında). Hörmətli oxucular, bu məqalədə Təhsil Nazirliyi və Avropa Şurası arasında əməkdaşlıq əlaqələri, təhsil sahəsində həyata keçirilən birgə layihə və proqramlar barədə fikirlərimi diqqətinizə çatdırmağa çalışacağam. Məlu... | ANL |
Bakıda 44-cü Beynəlxalq Mendeleyev Olimpiadasının açılışı oldu. Aprelin 28-də Bakıdakı "Crescent Beach" otelində məktəblilərin kimya üzrə 44-cü Beynəlxalq Mendeleyev Olimpiadasının açılışı oldu. Tədbir iştirakçıları öncə Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla andılar. G... | ANL |
Yerləşir: Böyük Britaniya, İngiltərə, Bristol şəhəri. Bristol Universiteti (University of Bristol) Böyük Britaniyada, İngiltərənin cənub-qərbindəki Bristol şəhərində yerləşir. Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərini... | ANL |
Filologiyada yaşanmış ömür. Bəkir Nəbiyev böyük ədəbiyyat dünyasına novator kimi gəldi. Həmişə bədii ədəbiyyat tarixi tələbata görə, cəmiyyətin zövqünə görə formalaşıb. İctimai sifariş olaraq, əsl ədəbiyyat, bəşəri ədəbiyyat həmişə ömrünü belə yaşayıb və bu gün də elə yaşayır. Daha iki əsr sonra Vidadi ilə Vaqif dedilə... | ANL |
"Atam həmişə təhlükəsizlik orqanları tərəfindən təqib edilib". Cəfər Cabbarlının qızı Gülarə Cabbarlı ilə söhbət. Bu böyük və unudulmaz sənətkarın keçdiyi ömür yoluna bir daha nəzər salmaq üçün qızı, Cəfər Cabbarlı ev-muzeyinin direktoru Gülarə Cabbarlı ilə görüşdük. O, bizi mehribanlıqla qarşılayıb, iri bir masanın ar... | ANL |
Təhsil Nazirliyində görüş. Aprelin 29-da Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov Türkiyənin Yıldız Texniki Universitetinin rektoru İsmayıl Yüksək və Qazi Universitetinin rektoru Rza Ayxanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Azərbaycanla Türkiyə arasında təhsil sahəsində mövcud olan ... | ANL |
Aprelin 23-də Azərbaycan Müəllimlər İnstitutunda tanınmış alim və ictimai xadim, institutun Təhsilin idarəedilməsi və peşə təlimi kafedrasının müdiri, professor Ramiz Məmmədzadənin 80 illik yubileyi qeyd olundu. Bu münasibətlə keçirilən mərasimi institutun rektoru, professor Aqiyə Naxçıvanlı açaraq zala gözəl insan, is... | ANL |
Moskva Dövlət Açıq Universitetinin Bakı filialının fəaliyyətinə verilmiş xüsusi razılığın (lisenziyanın) ləğv olunması barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Azərbaycan Respublikası Prezidentinin 02 sentyabr 2002-ci il tarixli, 782 N-li fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında bəzi fəaliyy... | ANL |
Moskvada elmi-praktik konfrans keçirilib. Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, tədris işləri üzrə prorektor, professor Vüsət Əfəndiyev, Nanomaterialların kimyəvi fizikası kafedrasının müdiri, dosent Məmmədəli Ramazanov, Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin dekan müavini Ami... | ANL |
Malayziya, Tailand və Polşa məktəblilərinin Azərbaycanla bağlı təəssüratları. Təxminən üç həftə öncə ölkəmizin paytaxtında Ətraf Mühitin Mühafizəsi IV Beynəlxalq Layihə Olimpiadası (İNEPO-EUROASİA) keçirildi. 4 gün davam edən olimpiadanın proqramına qaliblərin müəyyənləşdirilib mükafatlandırılması ilə yanaşı müxtəlif g... | ANL |
İngilis dilində tamaşanın nümayişi olub. Azərbaycan Dillər Universitetində I kurs tələbələrinin ifasında məşhur fransız dramaturqu Rober Tomanın "Səkkiz qadın" əsərinin İngilis dilində səhnələşdirilmiş tamaşasının nümayişi olub. Tamaşa Xarici dillərin tədrisi metodikası kafedrasının müdiri, professor Gülnar Hüseynzadən... | ANL |
"Atam deyirdi ki, oğlumun barmaqlarından musiqi damır". Korifey sənətkarımız Niyazidən otuz il əvvəl alınmış müsahibə. Çağdaş dövrümüzün böyük sənətkarı, klassik musiqimizin əvəzsiz ifaçısı, dirijor və bəstəkar, hamımızın Niyazi kimi tanıdığımız Knyaz Zülfüqar oğlu Hacıbəyov-Tağızadənin xalqımız, onun musiqi mədəniyyət... | ANL |
Əli Sultanlı yaddaşlarda necə qalıb. Dəqiqələr saata, günlər həftələrə, həftələr aylara dönür, fəsillər dəyişir, illər bir-birini əvəz edir. Özümüz də bilmədən hər gün bir addım son mənzilimizə yaxınlaşırıq. Və bu gəldi-gedər dünyaya göz açan hər bir insan İlahi tərəfindən ona bəxş edilmiş ömür payını özünəməxsus tərzd... | ANL |
Seyid Əzim Şirvani yaradıcılığının orta məktəblərdə öyrənilməsi. XIX əsr ədəbiyyatından danışarkən, ilk növbədə, maarifçilik ideyalarının yayılması kimi böyük bir hərəkat yada düşür. Bu hərəkatın təkanverici qüvvələri ayrı-ayrı növ və janrlarda yazıb-yaradan sənətkarlar olsalar da, onları bir ideya - maarifçilik ideyas... | ANL |
Kurikulum islahatı və müasir dərs. Əsası 1998-ci ildə ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan təhsil islahatları ölkəmizdə uğurla həyata keçirilməkdədir. İslahat proqramı ölkəmizin inkişafının yeni dövründə təhsil siyasətinin əsas istiqamətlərini müəyyən etməklə bu sistemin inkişafının, keyfiyyətinin və rə... | ANL |
Müəllim məsuliyyəti. Müəllimlik sənəti, peşəsi cəmiyyətdə ən yüksək qiymətə layiq olan bir peşədir. Müəllim olmaq kimi şərəfli bir iş yoxdur. Heydər ƏLİYEV. Keçən dərs ilinin sonu, buraxılış imtahanları ərəfəsində Bakı şəhərinin orta ümumtəhsil məktəblərindən birinin təlim Azərbaycan dilində aparılan bölməsinin XI sinf... | ANL |
Xatun" bədii-musiqili məclisi keçirilib. Aprelin 24-də Bakıdakı 164 nömrəli orta məktəbdə "Kimlik" şagird studiyasının və məktəbin kollektivinin hazırladığı "Xatun" adlı bədii-musiqili məclis keçirildi. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş tədbirin keçirilməsində məqsəq tür... | ANL |
Musiqi Kolleci tələbələrinin hesabat konserti. Aprelin 27-də Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Milli Konservatoriyası tərkibində Musiqi Kollecinin tələbələri hesabat konserti verdilər. Konsert dahi bəstəkar Üzeyir Hacıbəylinin 125 illik yubileyinə həsr olunmuşdu. Konsert başlamazdan əvvəl ön söz söyləyən əm... | ANL |
Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş idman yarışları keçirilib. Azərbaycan Müəllimlər İnstitutunda hər il ümummilli lider Heydər Əliyevin doğum gününə həsr olunmuş idman yarışlarının keçirilməsi artıq ənənə halını alıb. Bu günlərdə Mülki Müdafiə, tibbi biliklərin əsasları və fiziki tərbiyə kafedrasının təş... | ANL |
Respublika elmi konfransı. Sumqayıt Dövlət Universitetində 22 apreldə keçirilmiş respublika elmi konfransı xalq şairi Zəlimxan Yaquba həsr olunmuşdur. Xalqa, geniş ictimaiyyətə yaxın və doğma olan, "xalqın öz yaradıcılığı" (Ü.Hacıbəyov) sayılan aşıq sənəti yüz illərdir ki, Azərbaycan ellərinin sevinc və həyəcanını, arz... | ANL |
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış. (Əvvəli qəzetimizin ötən saylarında). Hörmətli oxucular, bu məqalədə təhsilin idarəolunması, bu sahədə mövcud problemlər və onların həlli yolları barədə mülahizələrimi diqqətinizə təqdim etmək istəyirəm. Məlumdur ki, müasir dövrdə menecment, başqa sözlə,... | ANL |
Azərbaycanın Milli Qəhrəmanları. 1991-ci ildən Milli Təhlükəsizlik Nazirliyində həqiqi hərbi xidmətdə olan Nadir 1992-ci ildən etibarən MTN-nin Qarabağ üzrə İdarəsinin Ağdərə rayon bölməsində baş əməliyyat müvəkkili vəzifəsində çalışmışdı. 1993-cü ilin yanvarından MTN Ağdam rayon şöbəsinə baş əməliyyat müvəkkili vəzifə... | ANL |
İxtisasartırma günün tələbidir. Hərtərəfli inkişaf etmiş şəxsiyyətin formalaşmasını təmin etmək üçün təhsilin keyfiyyətinin yüksəldilməsinə nail olmaq naminə hər bir müəllimin professional səviyyəsini, peşə ustalığını artırmaq ixtisasartırma müəssisələrinin əsas vəzifəsidir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin ... | ANL |
Müasir dövrdə təhsilin məzmunu və onun idarə edilməsi. Azərbaycan Respublikası vətəndaşlarının təhsil hüququ Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsi ilə təyin olunur. Bu maddəyə əsasən hər bir vətəndaşın fasiləsiz təhsil almaq hüququ vardır. Respublikanın hər bir vətəndaşının keyfiyyətli və fasiləsiz tə... | ANL |
"Tarixi və çağdaş ədəbi prosesə dair araşdırmalar". XXI əsr Azərbaycan ədəbiyyatşünaslığında öz dəst-xəti ilə tanınan filologiya elmlər doktoru, ADPU-nun professoru Təyyar Salamoğlunun yeni çapdan çıxmış "Tarixi və çağdaş ədəbi prosesə dair araşdırmalar" əsəri 3 bölmədən ibarətdir. Birinci bölmədə müasir Azərbaycan ədə... | ANL |
XX uluslararası Akçaabat musiqi və xalq oyunları festivalı. Bu yaxınlarda Naxçıvan Dövlət Universitetinin Tələbə Teatr Studiyasının nəzdindəki yallı və rəqs qruru Türkiyədə keçirilən XX Uluslararası Akçaabat musiqi və xalq oyunları festivalı, Xıdırnəbi yayla şənliyində Azərbaycanı layiqincə təmsil etmişdir. Qeyd edək k... | ANL |
Təhsil işçilərinin 2010-cu il sentyabr konfranslarının keçirilməsi haqqında. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu və uzaqgörən siyasəti sayəsində ölkəmizin sürətli iqtisadi tərəqqisinin nəticəsi olaraq ümumi təhsil müəssisələrində əlverişli təl... | ANL |
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış. (Əvvəli qəzetimizin ötən saylarında). Hörmətli oxucular, bu məqalədə təhsilin idarəolunması, bu sahədə mövcud olan bəzi problemlər və perspektivlər barədə mülahizələrimi diqqətinizə təqdim etmək istəyirəm. İnkar etmək olmaz ki, idarəetmə bütün səviyyələr... | ANL |
Azərbaycanın Milli Qəhrəmanları. Əsədov Rəfael Əvəz oğlu. 1969-cu ildə orta məktəbi bitirdikdən sonra Tbilisi Ali Artilleriya Məktəbinə daxil olmuşdu. Rəfael 1973-cü ildə hərbi məktəbi bitirərək, təhsilini Leninqrad Hərbi Artilleriya Akademiyasında davam etdirmişdi. O, burada təhsilini başa çatdırdıqdan sonra SSRİ Sila... | ANL |
Sumqayıt məktəblərindəki yay istirahət düşərgələrində 2300 şagird dincəlib. Sumqayıtda yay tətili dövründə şagirdlərin istirahətlərinin təşkili diqqət mərkəzində saxlanılır. Belə ki, şəhər rəhbərliyinin təşəbbüsü ilə şəhər gənclər və idman baş idarəsinin və təhsil şöbəsinin maliyyə vəsaiti hesabına 2003-cü ildən başlay... | ANL |
Arxeoloqun, vətəndaşın həyat salnaməsindən sətirlər. Alimlik bəşəriyyətə xidmətdir. Məsələ budur ki, elmin elə sahəsi var dünyəviliklə xəlqiliyi, milliliyi özündə üzvi şəkildə birləşdirir. Bu mənada tarixşünas və arxeoloqlar qeyri-adi tale sahibləridir. İ.Cəfərzadə, Ə.Ələkbərov, S.Qazıyev, O.Həbibullayev, V.Əliyev və b... | ANL |
Goranboyda birinci sinif müəllimləri üçün təlim kursları keçirilib. Məşğələlər Goranboy şəhər 1 nömrəli orta məktəbdə təşkil edilən mərkəzdə 4 qrup üzrə aparıldı. Azad Müəllimlər Birliyinin rəhbəri Məlahət Mürşüdlünün ümumi rəhbərliyi altında qruplarda məşğələ aparan təlimçilər Gülarə Babayeva, Təranə Əliyeva, Gülarə H... | ANL |
Bölgələrdə yeni dərs ilinə hazırlıq işləri görülür. Belə ki, Qaraqaya kəndində inşa edilən məktəb binasında son tamamlama işləri gedir. Obyektin sentyabrın 15-də istifadəyə veriləcəyi nəzərdə tutulur. Aşıqbayram kənd orta məktəbi əsaslı təmir edilir. Tircan, Uştal kənd orta və Xanagah kənd əsas məktəblərinin istilik si... | ANL |
2010-2011-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərində olan vakant yerlərə müəllimlərin işə qəbulu ilə bağlı reqlament. Təhsil Nazirliyinin www.edu.gov.az saytında "Müəllimlərin işə qəbulu üzrə müsabiqə" səhifəsində respublikanın ümumtəhsil məktəblərində olan vakant yerlər, elektron ərizə forması, vakant yer... | ANL |
Azərbaycanın Milli Qəhrəmanları. Əhmədov Mübariz Əlizadə oğlu. 1980-ci ildə kəndlərindəki beynəlmiləl orta məktəbi bitirdikdən sonra M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutuna (Bakı Slavyan Universiteti) qəbul olmuşdu. Üçüncü kursda oxuyarkən hərbi xidmətə çağırılmış, 1985-ci ildə ordudan tərxis edilmişdi... | ANL |
"Rəssamlıq həyatımın əsas hissəsi, ömrümün mənasıdır". Hər bir rəssam daxilindəki hissləri müxtəlif rəng çalarları və kompozisiyalarıyla ətrafdakılara çatdırmaqla sanki mənəvi varlığını nümayiş etdirir. Belə rəssamlardan biri də Bakı şəhər Nizami rayonu Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin rəsm dərnəyinin rəhbəri Nərmin... | ANL |
Təhsil islahatı metodik kabinetlərin işinin təkmilləşdirilməsini tələb edir. Azərbaycanda təhsilin demokratik, humanist prinsiplər əsasında inkişaf etdirilməsi məzmunun, texnologiyaların və idarəolunma sisteminin yenidən qurulmasını, bu sistemin cəmiyyətin ehtiyac və tələbatlarına uyğunlaşdırılmasını prioritet istiqamə... | ANL |
Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün Azərbaycan tarixi fənni kurikulumu (V-XI siniflər). GİRİŞ. Azərbaycan tarixi fənni kurikulumu və onun xarakterik cəhətləri. Azərbaycan tarixi fənni kurikulumu ümumtəhsil məktəblərində Azərbaycan tarixi fənninin fəlsəfəsini, bu fənnin təlimi sahəsində fəaliyyətləri ə... | ANL |
Təhsil Nazirliyinin www.edu.gov.az saytında "Müəllimlərin işə qəbulu üzrə müsabiqə" səhifəsində respublikanın ümumtəhsil məktəblərində olan vakant yerlər, elektron ərizə forması, vakant yerlərə müəllimlərin işə qəbulu ilə bağlı reqlament yerləşdirilmişdir. Reqlamentdə göstərilən tələblərə riayət edilməsi zəruridi... | ANL |
Həyat enerjisini tükənməyə qoymayan məhəbbət. Ömür payını hamıya qadir Allah verir. Lakin onu hərə bir cür yaşayır. Xoşbəxt o kəslərdir ki, öz ağlı, əməli, zəhməti, ədəb-ərkanı ilə ona verilmiş həyatı daha da gözəlləşdirir, onu nəinki özü, həm də əhatəsində olduğu insanlar, doğmaları, yaxınları üçün sevinc mənbəyinə, s... | ANL |
Müasir təhsilin konseptual problemlərinə dair dəyərli vəsait. Ötən əsrin 90-cı illərinədək SSRİ-nin tərkibində olan Azərbaycan Respublikası müstəqillik, suverenlik əldə etdikdən sonra dünyada, dünya siyasətində özünün geosiyasi yerini müəyyənləşdirməyə başladı. İndi Azərbaycan dövləti öz xarici siyasətini, iqtisadi, mə... | ANL |
"Həyati bacarıqlara əsaslanan təhsil" fakültativ kursunun tədrisi barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Azərbaycanda həyata keçirilən təhsil islahatlarının əsas istiqamətlərindən biri məzmun islahatlarıdır. Hazırlanmaqda olan yeni fənn kurikulumları da şəxsiyyətyönümlü, nəticəyönümlü, inkişafetdirici x... | ANL |
Ümumi orta təhsil səviyyəsi üzrə payız buraxılış imtahanlarının aparılması barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. 2009-2010-cu dərs ilində respublikanın bütün ümumtəhsil məktəblərində və peşə liseylərində ümumi orta təhsil səviyyəsi üzrə payız buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada aparılmas... | ANL |
Ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə. Bununla əlaqədar ali və orta ixtisas təhsili müəssisələri tələbə və magistrlər, akademik müvəffəqiyyət, ixtisas dəyişmələri, başqa təhsil müəssisəsindən köçürmələr, (o cümlədən xarici ölkələrdən), tələbələr sırasından xaric edilmələr, bərpalar və Əsasnamədə göst... | ANL |
Yaşlıların təhsili mərkəzləri: yoxsulluğun azaldılması, təhsil və sosial həmrəylik imkanı. dvv international Almaniya Xalq Universitetləri Birliyinin Beynəlxalq Əməkdaşlıq İnstitutu olaraq 2002-ci ildən Azərbaycanda yerli təhsil sisteminin təkmilləşdirilməsi və Avropa təhsil sisteminə inteqrasiyası məqsədi ilə yaşlılar... | ANL |
Bölgələrdə yeni tədris ilinə hazırlıq işləri görülür. Belə ki, təhsil şöbəsinin fəaliyyət planına uyğun olaraq ümumtəhsil məktəblərinin ehtiyac duyulan pedaqoji kadrlarla təmin olunmasına diqqət yetirilir. Təhsil müəssisələrinin cari və əsaslı təmiri aparılır. Bununla yanaşı, RTŞ-ın tabeliyində olan digər təhsil müəssi... | ANL |
Onlar ali məktəblərə builki qəbul imtahanlarında 700 bal toplayıblar. Bu il isə estafeti İsmayıl Kazımov, Nəriman Məmmədli, Esmira Baxşəliyeva, İlkin Məsimov, Aygül Tanrıverdiyeva, Günel Abdullayeva və Aydan Həsənova davam etdirmişlər. Tələbə adını qazanmış bu yeddi gənc 700 ballıq nəticə ilə imtahan verdikləri qruplar... | ANL |
Məhəmməd Əleyhissəlamın bu məşhur kəlamı xarici ölkələrə gedib mükəmməl elm və təhsil almaq istəyən hər bir kəs üçün ülvi bir tövsiyədir. Eləcə də "Təhsil millətin gələcəyidir" - söyləyən ümummilli lider Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün zamanlarda savadlı kadrların hazırlanıb yetişməsini, gənclərin xaricdə... | ANL |
NDU-nun tələbələri Türkiyənin Erciyez Universitetində elmi istehsalat təcrübəsində olublar. Naxçıvan Dövlət Universiteti dünya elminə uğurla inteqrasiya etmək məqsədilə ABŞ-ın, İngiltərənin, Fransanın, Türkiyənin, İranın məşhur ali təhsil ocaqları ilə çoxşaxəli beynəlxalq əlaqələr qurmaqdadır. 1999-cu ildə universiteti... | ANL |
Azərbaycanın Milli Qəhrəmanları. 1982-ci ildə orta məktəbi bitirdikdən sonra hərbi xidmətə çağırılmışdı. O, 1989-cu ildə Poltava Kooperativ İnstitutunun Bakı filialının iqtisadiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirərək, Laçın Rayon Daxili İşlər Şöbəsində pasport bölməsində baş inspektor, sonra isə polis rotasını... | ANL |
"Sosial iş" ixtisası üzrə yenidənhazırlanma təhsilinin təşkili barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Azərbaycan Respublikası Prezidentinin 30 mart 2006-cı il tarixli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-İnstitutlaşma) və ... | ANL |
Çoxşaxəli fəaliyyətin istiqamətləri. Mehriban Əliyeva: "Təhsil, səhiyyə və mədəniyyət sahəsində son beş il ərzində gördüyümüz işlər Heydər Əliyev Fonduna həm Azərbaycanda, həm də beynəlxalq ictimaiyyət arasında hörmət və ehtiram qazandırmışdır". Qloballaşma prosesinin və çoxqütblü inteqrasiyaların mənfi təzahürlərinin ... | ANL |
Təhsil naziri Almaniya-Azərbaycan Forumunun sədrini və Bundestaqın deputatını qəbul edib. Avqustun 25-də təhsil naziri Misir Mərdanov Almaniya-Azərbaycan Forumunun sədri, Azərbaycanın Almaniyanın Ştutqart şəhərindəki fəxri konsulu Otto Hauzer və Almaniya Bundestaqının deputatı Tomas Barays ilə görüşüb. Qonaqları səmimi... | ANL |
Xarici ölkələrin nüfuzlu ali məktəblərinə qəbul olunan tələbələrlə görüş keçirildi. Avqustun 20-də Təhsil Nazirliyində "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində dünyanın nüfuzlu ali məktəblərinə qəbul olunan tələbələrlə görüş keçirildi. Tədbiri təhsil nazir... | ANL |
Təhsil naziri İraqın Azərbaycandakı səfiri ilə görüşüb. Avqustun 19-da təhsil naziri Misir Mərdanov İraqın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Heydər Şiyə Qubeyşi əl-Barrak ilə görüşüb. Azərbaycanla İraq arasında yüksək səviyyəli ikitərəfli əlaqələrin mövcud olduğunu bildirən Misir Mərdanov təhsil sahəsində... | ANL |
Xalqın sevgisini qazanmış sənətkar. Bioqrafiyasından sətirlər. Yeddi yaşı olmamış məktəbə gedən Vahabzadənin ailəsi 1934-cü ildə Bakıya köçmüş, Bəxtiyar Vahabzadə təhsilini paytaxt məktəbində almış, 1942-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşdu. Buradakı təhsil illərində o, yazıçı-... | ANL |
Müstəqil Azərbaycanın ictimai, iqtisadi, mədəni həyatı sürətlə dəyişir, bütün sahələrdə uğurla başlanmış islahatlar davam etdirilir. Bu islahatlar cəsarətli olduğu kimi, həm də möhtəşəm və əzəmətlidir. Çünki onun özülü, bünövrəsi çox yüksək peşəkarlıqla qoyulmuşdur. Ulu öndər Heydər Əliyev təhsil islahatlarının başland... | ANL |
Sabah bu gündən başlanır. Görkəmli Azərbaycan maarifçisi, alimi, ictimai xadimi A.A.Bakıxanov yazırdı: "Var-dövlət və vəzifə puç olacaq, əldən gedəcəkdir. Uşaqlarımıza həmin elmi və biliyi verəsi Azərbaycan məktəbi bütün çətinliklərə rəğmən, inkişafının mühüm mərhələsinə qədəm qoyub. Çətinliklər sözünü elə-belə işlətmə... | ANL |
Pedaqoji şura: idarəetmə və əlaqələndirmə forması. Qələm məhsuluna özümlə bağlı sətirlərlə başladığım üçün oxuculardan üzr istəyirəm. Bakının Əzizbəyov (indiki Xəzər) rayonundakı 181 nömrəli orta məktəbdə pedaqoji fəaliyyətə başlamışdım. Ali məktəbi təzə bitirmiş müəllim kimi hər şey mənim üçün qeyri-adi idi. Pedaqoji ... | ANL |
Ali məktəbə qəbul olmuş tələbələrlə görüş. Elə bu münasibətlə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevin yüksək nəticə əldə edərək tələbə adını qazanmış məzunlarla görüşü keçirilib. Tədbir, iştirakçıların ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etməsi və abidə önünə təzə-tər güllər düzməsi ilə başl... | ANL |
Şagirdlərdə idarəetmə vərdişlərinin formalaşdırılmasında sinifdənxaric və məktəbdənkənar tədbirlərin əhəmiyyəti. Şagirdlərin elmi və bədii təfəkkürünün inkişafı çətin, həm də uzun proses olduğu üçün onu yalnız dərslə məhdudlaşdırmaq olmaz. Təcrübə göstərir ki, sinifdənxaric tədbirlər (xüsusilə Azərbaycan dili və ədəbiy... | ANL |
Yeni dərs ilinə hazırlıq işləri görülür. Milli Qəhrəman Vüqar Mürsəlov adına 9 nömrəli Bakı Peşə Liseyinin direktoru Əlyar Allahverdiyevdən aldığımız məlumata görə, liseydə yeni dərs ilinə hazırlıq işləri sürətlə gedir. Belə ki, liseyin bütün sinif otaqları, laboratoriyaları və tədris emalatxanalarında, dəhlizlərdə car... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.