text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
İlk peşə-ixtisas təhsilinin statusunun yüksəldilməsinə hər bir peşə təhsili müəssisəsi öz töhfəsini verməlidir. Ən inkişaf etmiş dövlətlərin təcrübəsi sübut edir ki, yalnız təhsil sistemi yüksək səviyyədə olan ölkələr hərtərəfli tərəqqiyə nail olurlar. Müasir qloballaşma əsrində hər bir dövlətin, xalqın gələcək taleyi ...
ANL
"Orta ümumtəhsil məktəbin idarə edilməsinin əsas istiqamətləri". Şagirdləri demokratik, hüquqi dövlətdə yaşamağa hazırlamaq, cəmiyyətin prinsipləri ruhunda tərbiyə etmək əsas məqsədi sayılan ümumtəhsil məktəbinin idarə olunması, özü də elmi-pedaqoji əsasda idarə olunması çoxşaxəli və müxtəlifistiqamətli, dünyaya inteqr...
ANL
Fəal təlim yaradıcı axtarışlar tələb edir. Son illər təhsilimizdə baş verən yeniliklər, təlimin təşkilinə innovativ yanaşma, onun forma və üsullarının təkmilləşdirilməsi istiqamətində atılan addımlar müəllimlərin fəallığını artırmış, yaradıcı axtarışlarını gücləndirmişdir. Hazırda təhsil müəssisələrimizdə getdikcə daha...
ANL
Dağ kəndində doğulub boya-başa çatmaq da bir səadətdir. Keçili kəndi Şahbuzda erməni təcavüzü, qırmızı bolşevik terrorizminə müqavimətilə tanınan məntəqələrdən biridir. Bir il sonra Bakıda ali təhsil almış Həsən Abdullayevi bolşevizmə "müqavimət" göstərən kənd kimi bura sürgün sayağı müəllim təyin edirlər. Sonralar nəi...
ANL
Təbiəti qoruyaq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2010-cu ilin ölkəmizdə "Ekologiya ili" elan olunması ilə bağlı Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun rəhbərliyi, diqqət və qayğısı ilə regionda əhəmiyyətli tədbirlər həyata keçirilməkdədir. Naxçıvan Dövlət Univ...
ANL
Uşaqların gigiyenası: sağlamlığın vacib şərti. Çox vaxt mənə analar deyirlər ki, siz həmişə uşaq və yeniyetmələrin təlim-tərbiyə müəssisələrində olmağını məsləhət bilirsiniz, amma uşaq evdə sağlam olur, bağçaya, məktəbə gedəndə çox vaxt xəstələnir. İnsanın sağlam olması üçün o, uşaqlıdan sağlam həyat tərzində böyüməlid...
ANL
Azərbaycanın Milli Qəhrəmanları. Həsənov Eldar İsfəndiyar oğlu. Bir il sonra ordu sıralarına çağırılmış və 1986-cı ildə hərbi xidmətini başa çatdıraraq doğma kəndlərinə qayıtmışdı. O, döyüşlərdə əsl igidlik nümayiş etdirmişdi. Subay idi. Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 nömrəli Fər...
ANL
Yerləşir: İrlandiya, Dublin şəhəri. Dublin Triniti Kolleci (Trinity College Dublin) İrlandiyanın paytaxtı Dublin şəhərində yerləşir və Böyük Britaniyadan kənarda yerləşən ingilisdilli ölkələrin yeddi ən qədim universitetindən biridir. Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Ranking...
ANL
Kadr hazırlığı: ənənələr, yeniliklər. Respublikamızda səhiyyənin inkişafı və ümumən vətəndaşlarımızın sağlamlığı ulu öndər Heydər Əliyev fəaliyyətinin ana xətlərindən birini təşkil edirdi. Respublikamızda təhsili, xüsusilə səhiyyə təhsilini daim diqqət mərkəzində saxlayan ulu öndərimiz dəfələrlə Azərbaycan Tibb Univers...
ANL
Bakı Avropa Liseyi. Direktoru: Zülfiyyə Veysova. Rəsmi saytı: www.evrolyceum.az. Yaranma tarixindən. BDU-nun nəzdində fəaliyyət göstərən "Yaradıcı istedad" Elmi Praktik Mərkəzin və QHT olan "İstedad" Assosiasiyasının təşəbbüsü və təşkilatçılığı nəticəsində yaranan liseyin 19 buraxılışı olub. Assosiasiya və elmi mərkəz ...
ANL
Moskva Dövlət Açıq Universitetinin Bakı filialının fəaliyyətinə verilmiş lisenziyanın ləğvi barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Akkreditasiya şöbəsi (H.Zərbəliyev) və Hüquq sektoru (E.Həsənov) "Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar"...
ANL
Dünyada elə insanlar var ki, İlahi tərəfindən ona bəxş edilmiş ömür yolunda yaşadığı zamanın hökmünə görə çoxlu əzab-əziyyətlərlə rastlaşır, bəzən dözülməz işgəncəli anlardan keçməli olur. Gələcək arzularına çatmaq üçün qorxmadan sinəsini çətinliklərə sipər edərək mübarizə aparanlar qalib gəlir. Belə insanlar nisgilli,...
ANL
Ümumi orta təhsil səviyyəsində icbariliyin tətbiq edilməsi barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda (19.14-cü maddə) ümumi orta təhsilin icbariliyinin təsbit olunması ilə əlaqədar bu sahədə müvafiq tənzimləmə tədbirlərinin həyata keçirilməsi zərurətin...
ANL
Avqustun 30-da 7 nömrəli Bakı Peşə Liseyinin akt zalında Təhsil Nazirliyinin "Sənətkar" elmi-pedaqoji və metodik jurnalının 40 illik yubileyinə həsr olunmuş təntənəli iclas keçirildi. İclasda Təhsil Nazirliyinin rəhbər işçiləri, tanınmış pedaqoq alimlər, ilk peşə-ixtisas təhsili müəssisələrindən və KİV-dən nümayəndələr...
ANL
Latın Amerikasından ilk qonaq. Braziliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Paulo Antonio Pereira Pinto Naxçıvan Muxtar Respublikasına rəsmi səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində də olmuşdur. Universitetin rektoru, akademik İsa Həbibbəylinin qəbulunda olan səfir Azərbaycan və Naxçıvan haqq...
ANL
Təhsil Nazirliyi mətbuat xidmətinin məlumatı. Sentyabrın 1-də təhsil naziri Misir Mərdanov Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyətinə verilmiş xüsusi razılığın (lisenziyanın) qüvvədə olma müddətinin uzadılmaması barədə əmr imzalayıb. Cari ilin iyul ayının 8-də Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyətinə ...
ANL
Mentalitetlə bağlı düşüncələr. Hər millətin öz mentaliteti, milli ruhu, milli təfəkkürü var. Azərbaycanlı təfəkkürü poetik-fəlsəfi təfəkkürdür. Bu təfəkkür tərzinin daşıyıcısı olan professor Ramiz Əliyev son illərdə hamının yeri gəldi, gəlmədi işlətdiyi mentalitet və onun formalaşmasının sosial-psixoloji əsaslarını ara...
ANL
"Məktəbin fəaliyyətinin planlaşdırılması təcrübəsi". Dünya təhsilinə inteqrasiya milli təhsilin elmi-nəzəri, elmi-pedaqoji əsaslarla idarə olunmasını tarixi bir tələb kimi qarşıya qoyur. Bu idarəolunma demokratikləşdirmə, humanitarlaşdırma, humanistləşdirmə... kimi prinsiplər əsasında, tarixi təcrübə və müasir dövrün t...
ANL
"Sülh korpusu" Bərdədə məktəb üçün əlavə korpus inşa edir. ABŞ-ın "Sülh korpusu" humanitar təşkilatı son illər ölkəmizdə məktəb tikintisi və təmirinə sanballı töhfələr verib. Təşkilat Bərdədə bir neçə məktəb və uşaq bağçasının tikinti və təmirini həyata keçirib. Son vaxtlar isə "Sülh korpusu"nun maliyyə dəstəyi ilə Bər...
ANL
Hüseyn Cavidin "İblis" faciəsinin tədrisində yeni təlim texnologiyalarının tətbiqi. Azərbaycan bədii ədəbiyyatında və fəlsəfi fikir tarixində özünə əbədiyyəti təmin etmiş ulu söz sənətkarımız Hüseyn Cavidin yaradıcılığı elə ədəbi qaynaqlarımızdandır ki, buraya hər dəfə müraciət edəndə sənətkar dühasının yeni-yeni möcüz...
ANL
Yeni tədris ilinə hazırlıq işləri görülür. Bakıdakı Ə.Eyvazov adına 275 nömrəli orta məktəb yeni dərs ilinə diqqətəlayiq uğurlar və mütəşəkkil hazırlıqla gəlir. Tədris ocağının pedaqoji kollektivinin ötən dərs ilində əldə etdiyi ən böyük uğur möhtərəm Prezidentimiz İlham Əliyevin sərəncamı ilə ölkədə artıq üçüncü ildir...
ANL
"Təhsil" Respublika İdman Mərkəzinin yetirməsi Sinqapurdan qələbə ilə qayıdıb. Bu il avqustun14-dən 26-dək Sinqapurda keçirilən Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında Azərbaycan idmançılarının əldə etdikləri qələbələr hər birimizin qəlbində qürur hissi oyatdı. 204 ölkənin idmançılarının təmsil olunduğu bu oyunlarda ...
ANL
Qafqaz Universitetində təşkil olunmuş "Yay məktəbi" başa çatıb. AzərTAc xəbər verir ki, Qafqaz Universitetində bu ali məktəbin Almaniyanın Siegen Universiteti ilə birgə təşkil etdiyi "Yay məktəbi" başa çatmışdır. Alman Akademik Mübadilə Xidmətinin (DAAD) dəstəyi ilə keçirilən "Yay məktəbi"ndə Azərbaycan, Almaniya, Gürc...
ANL
Azərbaycanın Milli Qəhrəmanları. Məmmədov Seymur Qəhrəman oğlu. Elə həmin il Azərbaycan Politexnik İnstitutunun elektrotexnika fakültəsinə daxil olmuşdu. O, qiyabi təhsil almaqla yanaşı, həm də Füzuli şəhər rabitə şöbəsində çalışmışdı. Seymur 1991-ci ildə hərbi xidmətə çağırılaraq Vladimir vilayətinin Kovrov şəhərində ...
ANL
"Buta" Yeni il şənliklərinə hazırlaşır. 42 üzvü öz ətrafında birləşdirən ansambl tez-tez müxtəlif tədbirlərdə, şənliklərdə iştirak edir. Kollektiv nümunəvi çıxışlarına görə dəfələrlə fəxri fərman və diplomlarla mükafatlandırılıb. Hazırda balaca istedadlar Yeni il şənliyinə səylə hazırlaşırlar. Milli və dünya rəqslərini...
ANL
Yerləşir: Almaniya FR, Bavariya vilayəti, Münhen şəhəri. Münhen Texniki Universiteti (almanca Technische Universitat München) Almaniya Federativ Respublikasında, Bavariya vilayətinin Münhen şəhərində yerləşir və Avropanın ən nüfuzlu elmi-tədqiqat mərkəzkərindən biridir. Universitet dəqiq və texniki elmlər üzrə ixtisasl...
ANL
Monitorinq və qiymətləndirmə. keçirilmiş buraxılış imtahanlarının nəticələri barədə. Artıq ikinci ildir ki, respublikanın ümumtəhsil müəssisələrinin buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada həyata keçirilir. Məlumdur ki, keçirilən hər bir qiymətləndirmə toplanmış məlumat kimi monitorinqin obyektinə çevrilir. İki...
ANL
mütəxəssislərlə İKT-nin tətbiqi məsələləri müzakirə olundu. Son illər ölkəmizdə milli ənənələri qorumaqla Avropa təhsil məkanına inteqrasiya prosesinin sürətləndirilməsi, inkişaf etmiş dövlətlərin bu sahədəki təcrübəsinin öyrənilərək yayılması, orta ümumtəhsil məktəblərində, ali təhsil müəssisələrində informasiya- komm...
ANL
"Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası. haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. "Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə" təsdiq edilsin (əlavə olunur). Təhsil Nazirliyinin "Ümumtəhsil məktəbinin pedaqoji şurası haqqında Əsasnamənin təsdiq e...
ANL
Uşaq və yeniyetmələrin elmi-texniki. yaradıcılıq müsabiqəsinin keçirilməsi barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Uşaq və yeniyetmələrin elmi-texniki potensialının üzə çıxarılması, yaradıcılıqlarının inkişaf etdirilməsi üçün stimulların yaradılması və onlar arasında təcrübə mübadiləsinin təşkili məqsədi...
ANL
Universitetində mühazirə oxuyub. Noyabrın 24-25-də Rusiya Xalqlar Dostluğu Universitetinin Çin üzrə strateji araşdırmalar mərkəzinin direktoru, tarix elmləri doktoru, professor Aleksey Maslov Bakı Slavyan Universitetində tələbələrlə görüşmüşdür. AzərTAc xəbər verir ki, şərqşünaslıq sahəsində böyük xidmətləri olan A.Mas...
ANL
Azərbaycan Diplomatik Akademiyası ilə. Argentinanın Diplomatik Xidmət İnstitutu arasında. əməkdaşlıq haqqında memorandum imzalanıb. AzərTAc xəbər verir ki, ölkəmizdə səfərdə olan Argentinanın xarici işlər, beynəlxalq ticarət və din məsələləri üzrə nazir müavini Alberto Pedro DTAlotto noyabrın 25-də Azərbaycan Diplomati...
ANL
Məktəblilərin idman uğurları. Xəyalə Abdulla şahmat üzrə beynəlxalq usta, yığma komandanın üzvü, 18 yaşlı qızlar arasında Azərbaycan 2-cisi, 20 yaşlı qızlar arasında Azərbaycan çempionudur. O, idmanın bu növü ilə uşaq yaşlarından məşğul olur. Dəfələrlə Azərbaycan birinciliyinin mükafatçısı olub. Bu ilin sentyabrında Gü...
ANL
"Nəzəriyyədən praktikaya dövrün tələbidir". mövzusunda elmi-praktik konfrans. Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutu və Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialının birgə təşkilatçılığı ilə "Nəzəriyyədən praktikaya dövrün tələbidir" adlı elmi-praktik konfrans keçirildi. Konf...
ANL
Musiqi Kollecində gənc. ifaçıların müsabiqəsi keçirilir. Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kollecində dahi bəstəkarımız Üzeyir Hacıbəylinin 125 illik yubileyinə həsr olunmuş gənc ifaçıların müsabiqəsi keçirilir. 3 günlük proqram üzrə təşkil olunan müsabiqənin açılışı dekabrın 1-də Musiqi Kollecinin b...
ANL
"Azərbaycanca-ingiliscə-rusca. frazeoloji lüğət"in təqdimatı olub. Dekabrın 1-də Bakıdakı "Park İNN" otelinin konfrans zalında Azərbaycan Dillər Universitetinin professoru, filologiya elmləri doktoru Nigar Vəliyevanın "Azərbaycanca-ingiliscə-rusca frazeoloji lüğət"inin təqdimat mərasimi keçirildi. Tədbirdə elm adamları...
ANL
Berlindəki Humbold Universitetində "Azərbaycan tarixi. beynəlxalq araşdırmalarda - müasir vəziyyət və perspektivlər". mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Almaniyada Azərbaycan Elm və Mədəniyyət Həftəsi çərçivəsində məşhur Humbold Universitetində "Azərbaycan tarixi beynəlxalq araşdırmalarda - müasir vəziyyət ...
ANL
Yeni məktəblərimiz. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin "Qəza vəziyyətində olan ümumtəhsil məktəb binalarının yenidən qurulması işinin davam etdirilməsi barədə" 23 iyun 2009-cu il tarixli Sərəncamına əsasən Prezidentin ehtiyat fondundan ayrılan vəsait hesabına Ağstafa rayonu Qıraq Kəsəmən kəndində orta mə...
ANL
Azərbaycan müəllimi innovativ. müəllimlərin dünya müsabiqəsində iştirak edib. Xəbər verdiyimiz kimi, Bakıdakı 8 nömrəli orta məktəbin riyaziyyat müəllimi İlhamə Əkbərova "Microsoft" şirkətinin keçirdiyi "İnnovativ müəllimlər" müsabiqəsinin ölkə üzrə qalibi olaraq növbəti mərhələyə - Avropa müsabiqəsinə qatılmışdır. Həm...
ANL
Bakı Dövlət Universitetinin rektoru. İranın yeni səfirini qəbul edib. BDU-nun rektoru, akademik Abel Məhərrəmov İran İslam Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Məmmədbağır Bəhramini qəbul edib. BDU-nun yaranma tarixi, inkişaf mərhələləri, beynəlxalq əlaqələri haqqında danışan ...
ANL
"Təhsil nailiyyətlərinin qiymətləndirilməsi. üzrə magistratura proqramı". Dekabrın 2-də Təhsil Nazirliyi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Pedaqoji fakültəsində Dünya Bankının dəstəyi ilə "Təhsil nailiyyətlərinin qiymətləndirilməsi üzrə magistratura proqramı" mövzusunda tədbir keçirdi. Tədbirdə Təhsil Nazirliy...
ANL
"Peşə təhsili və təlimi sahəsində. islahatlar strategiyası və Azərbaycanın. Dekabrın 1-də 12 nömrəli Bakı Peşə Liseyində Avropa İttifaqı tərəfindən maliyyələşdirilən "Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası və Azərbaycanın seçilmiş rayonunda pilot icrası" (AzVET) layihəsinə həsr olunmuş tədbir keçirild...
ANL
"Nəzəriyyədən praktikaya dövrün tələbidir". mövzusunda elmi-praktik konfrans. Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutu və Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialının birgə təşkilatçılığı ilə "Nəzəriyyədən praktikaya dövrün tələbidir" adlı elmi-praktik konfrans keçirildi. Konf...
ANL
BDU-da elmi əməkdaşlıq. məsələləri müzakirə olunub. Moskva Dövlət Universitetinin Biofizika kafedrasının müdiri, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Dövlət mükafatı laureatı, professor Andrey Borisoviç Rubin BDU-da olub. Rusiyalı qonaqla görüşündə BDU haqqında ətraflı məlumat verən rektor, akademik Abel Məhərrəmo...
ANL
Berlində Azərbaycan elm. və mədəniyyət həftəsi açılıb. Berlində Azərbaycan elm və mədəniyyət həftəsi başlanmışdır. Həftənin təntənəli açılış mərasimi Almaniya paytaxtının tarixi hissəsində yerləşən "Gendarmenmarkt" meydanındakı məşhur "Konzerthaus Berlin" konsert zalında olmuşdur. Mərasimdə hər iki ölkənin elm və mədən...
ANL
Dünya Azərbaycanlı Gənclər. Konqresi "Xocalıya ədalət". kampaniyasına qoşulub. Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF) Avrasiya Regional Mərkəzindən AzərTAc-a bildirmişlər ki, Almaniyanın Frankfurt şəhərində keçirilmiş Dünya Azərbaycanlı Gənclərinin (DAG) I konqresinin açılış mərasimind...
ANL
Azərbaycan Dillər Universitetində Almaniyanın Frayburq Universitetinin professoru Hans Verner-Huneke ilə görüş oldu. Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının təşkilatçılığı ilə keçirilən görüşdə dosent Sevinc Rzayeva çıxış edərək rəhbərlik etdiyi kafedra və onun fəaliyyəti barədə almaniyalı professora ...
ANL
Amerikalı qonaqlar Lənkəran. Dövlət Universitetində. ABŞ-ın Kaliforniya ştatının Monterey şəhərinin nümayəndələri Lənkəran Dövlət Universitetində olmuşlar. Tələbələrlə keçirilən görüşü universitetin rektoru, fizika-riyaziyyat elmləri doktoru, əməkdar elm xadimi, professor Asəf İsgəndərov açaraq qonaqlara ali məktəbin f...
ANL
Azərbaycan Dillər Universitetində Təhsil Nazirliyi, "Azəriqazbank", "Azərsun" Şirkətlər Qrupu və "British Council"in dəstəyi ilə "Mədəniyyətlərarası dialoq: Linqvistik, pedaqoji və ədəbi aspektlər" mövzusunda ikigünlük beynəlxalq elmi konfrans 26 noyabrda öz işini yekunlaşdırdı. ADU-nun Heydər Əliyev adına muzey-lektor...
ANL
Turin şəhərində Avropa. Təlim Fondunun İdarəetmə. Noyabrın 23-24-də Avropa Təhsil Fondunun təşkilatçılığı ilə İtaliyanın Turin şəhərində Avropa Təlim Fondunun İdarəetmə Şurasının iclası keçirilib. İclasa Avropa Birliyinə üzv olan ölkələrlə yanaşı, Avropa Qonşuluq Siyasəti üzrə Müşahidəçi Şuraya üzv seçilmiş 3 ölkə - Az...
ANL
Fəal müəllimlər üçün. "Həmkara dəstək" proqramı. Azərbaycan təhsil sisteminin informasiyalaşdırılmasında müəllimlərin rolu olduqca böyükdür. Məhz müəllim məktəbdə informasiya texnologiyalarının əsas istifadəçisi kimi çıxış edərək yeni alətlər vasitəsilə tədrisin effektivliyini təmin etmiş olur. Buna görə də onların tex...
ANL
"Elektron məktəb" layihəsi çərçivəsində. videozəng funksiyası tətbiq olunur. Azərbaycan Təhsil Şəbəkəsinin (AzEduNet) rəhbəri Səməd Abbasovun bildirdiyinə görə, "Elektron məktəb" layihəsi çərçivəsində məktəblərə kommunikasiyaları daha effektli şəkildə qurmağa imkan verən videozəng funksiyası tətbiq olunur. Bu layihə "A...
ANL
yubileyi gimnaziyada qeyd olundu. Dekabrın 2-də Respublika İncəsənət Gimnaziyasında Azərbaycan musiqisinin klassiki, görkəmli publisist, opera sənətinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin 125 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. Əvvəlcə gimnaziyanın rəsm şöbəsinin şagirdlərinin hazırladıqları Üzeyir H...
ANL
Kimsəsiz yeniyetmələr üçün. "Avropa gecəsi" adlı mədəni tədbir keçirilib. "İnsan hüquqları XXI əsr - Azərbaycan" Fondu icrasına başladığı "Kimsəsiz yeniyetmələr üçün sosial inteqrasiya imkanları yaradaq" layihəsi çərçivəsində Mərdəkandakı 2 nömrəli internat-məktəbdə "Avropa gecəsi" adlı mədəni tədbir keçirmişdir. Fondd...
ANL
Biləsuvar rayonunun İsmətli kəndində. yeni məktəb binası istifadəyə verildi. Noyabrın 27-də Biləsuvar rayonunun İsmətli kəndində yeni tikilmiş orta məktəbin açılış mərasimi oldu. Tədbirdə Təhsil Nazirliyinin, Biləsuvar Rayon İcra Hakimiyyətinin nümayəndələri, idarə və müəssisə rəhbərləri, təhsil, səhiyyə işçiləri və Kİ...
ANL
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 19 noyabr. Ümumi təhsil müəssisəsinin Pedaqoji. Şurası haqqında Əsasnamə. Bu Əsasnamə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş "Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları)" sən...
ANL
Heydər Əliyev ideyaları müasir. təhsil quruculuğunun əsasıdır. Bu prosesdə uğurla iştirak etmək üçün insan müasir tələblərə uyğun olan təhsilə malik olmalıdır. Təhsil də daim təkmilləşdirilməlidir. Heydər ƏLİYEV. Azərbaycan xalqının böyük oğlu, dünya azərbaycanlılarının milli lideri Heydər Əliyev tarix baxımından cismə...
ANL
Ulu öndər Heydər Əliyev təhsil haqqında. * Təhsil millətin gələcəyidir. * Mən dünyada müəllimdən yüksək ad tanımıram. * Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq. * Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək...
ANL
Dünya siyasətçiləri Heydər Əliyev haqqında. Mərhum Heydər Əliyevin müdrik və uzaqgörən idarəçiliyi sayəsində Azərbaycan bu gün xarici siyasətində etibar və sabitlik amili kimi çıxış edən, iqtisadi inkişaf və sosial rifah yolunda möhkəm addımlarla irəliləyən, beynəlxalq birliyin nüfuzlu bir üzvü kimi etibarlı mövqeyini ...
ANL
Yerləşir: Yaponiya, Tokio şəhəri. Tokio Texnologiya İnstitutu (Tokyo Institute of Technology) dünyanın ən nüfuzlu elmi tədqiqat mərkəzlərindən biridir və Yaponiyanın paytaxtı Tokio şəhərində yerləşir. Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığ...
ANL
Gənc ifaçıların. müsabiqəsi başa çatıb. Xəbər verdiyimiz kimi, 1-3 dekabr 2010-cu il tarixlərində Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecində gənc ifaçıların müsabiqəsi keçirilib. Dahi bəstəkarımız Üzeyir Hacıbəylinin 125 illik yubileyinə həsr olunmuş müsabiqədə sözügedən Musiqi Kolleci ilə yanaşı, Sum...
ANL
Tələbə elmi cəmiyyətinin. Bakalavriat pilləsində təhsil alan gənclər sabahın magistrantı, doktorantı olacaqlar. Onlar elə bu illərdə tədqiqat aparmalı, hər hansı bir sahə üzrə mütəxəssis kimi hazırlanmalıdırlar. Sumqayıt Dövlət Universitetində bu istiqamətdə görülən işlər Tələbə Elmi Cəmiyyətində (TEC-in sədri, dosent ...
ANL
Sənət adamları. məktəblilərin qonağı oldular. Dekabrın 4-də Bakıdakı 151 nömrəli orta ümumtəhsil məktəbində xalq artistləri Rafiq Əzimov, Firəngiz Mütəllibova, Rəfael Dadaşov, Azərbaycan Dövlət Dram Teatrının ədəbi hissəsinin müdiri, teatrşünas Atababa Hacıbabayev və teatrın direktor müavini Azər Mirzəyevlə görüş keçir...
ANL
Açıq respublika. Əmircan qəsəbəsində keçirilən birinciliyə 12 çəki dərəcəsi üzrə respublikanın şəhər və rayonlarından 10 komanda dəvət olunub. Dekabrın 14-dən 19-dək Bakı şəhərində voleybol üzrə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş 1994-1995-ci il təvəllüdlü oğlanlar arasında "Təhsil" Resp...
ANL
Təhsil Nazirliyi ilə KNAUF. Dekabrın 8-də Təhsil Nazirliyi ilə Avropanın ən iri tikinti materialları istehsalçılarından biri olan "KNAUF İnternational GmbH" arasında Niyyət Protokolu imzalandı. Protokola əsasən, ölkəmizin ilk peşə-ixtisas təhsili müəssisələrində "Quru inşaat ustası" peşəsi üzrə ixtisaslı kadrların hazı...
ANL
Məktəblilərin fənn. olimpiadalarının rayon (şəhər). mərhələsinin I turu keçirildi. Dekabrın 5-də ölkənin bütün şəhər və rayonlarında məktəblilərin ənənəvi fənn olimpiadalarının rayon (şəhər) mərhələsinin birinci turu keçirildi. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən aldığımız məlumata görə, paytaxtda keçirilən bilik yarış...
ANL
Milli Qəhrəman Mübariz. Tələbələrin yüksək təhsil almaları ilə yanaşı, onların bir vətəndaş, şəxsiyyət kimi formalaşması işini də diqqət mərkəzində saxlayan Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dekabrın 8-də Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr oluna...
ANL
Noyabrın 30-da Azərbaycan Müəllimlər İnstitutunda narkomaniya ilə bağlı "dəyirmi masa" keçirildi. Tədbiri giriş sözü ilə institutun rektoru, professor A.Naxçıvanlı açaraq narkomaniyanın yalnız Azərbaycanın deyil, həm də bütün dünyanın problemi olduğunu vurğuladı. O qeyd etdi ki, narkomaniya ilə mübarizə psixoloji, psix...
ANL
Elmi seminarda fizika və onun tədrisi. problemləri müzakirə olundu. Dekabrın 3-də Təhsil Nazirliyinin Elmi-Metodik Şurası fizika bölməsinin Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika fakültəsində elmi seminarı keçirildi. Tədbirdə universitetin professor-müəllim heyətinin nümayəndələri ilə birgə orta məktəb müəll...
ANL
Təhsil Nazirliyinin İnternet saytı. Dekabrın 4-də "Ambassador" otelində Milli Net - Milli İnternet Mükafatlarının təqdimetmə mərasimi keçirilib. Təqdimat mərasimində Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz Milli Net Təşkilat Komitəsinin adından çıxış edərək müsabiqənin keçirilməsi ilə bağlı görülmüş...
ANL
Təhsil Nazirliyində. seminar-müşavirə keçirilib. Dekabrın 3-də Təhsil Nazirliyində "Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi, qarşıya çıxan problemlər, onların həlli yolları və təkliflər" mövzusunda 2010-2011-ci tədris ilində dövlət sifarişinin yerinə yetirilməsində iştirak etmiş ali məktəbləri...
ANL
Ulu öndərin xatirəsinə ehtiram. Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin xatirə günü ilə əlaqədar olaraq Naxçıvan Dövlət Universitetində bir həftə ərzində silsilə tədbirlərin keçirilməsi planlaşdırılıb. Heydər Əliyev həftəsinin ilk tədbiri kimi universitetin professor-müəllim heyəti ...
ANL
İnnovasiya yönümlü iqtisadi inkişafın. problemləri və bunların həlli yolları. Azərbaycan müstəqillik yollarında müxtəlif istiqamətlərdə uğurlar qazanır, dünya təcrübəsindən bəhrələnməklə sosial, mədəni və iqtisadi yönlü problemlərin həllinə nail olur. Sumqayıt Dövlət Universiteti və Azərbaycan MEA-nın İqtisadiyyat İnst...
ANL
Dekabrın 7-də Dövlət Gənc Tamaşaçılar Teatrında Azərbaycanda ilk qəza məktəbinin - Üzeyir bəy Hacıbəyli adına Şuşa şəhər 1 nömrəli orta məktəbin 180 illik yubileyi təntənəli şəkildə qeyd olundu. Yubiley mərasiminin iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini ...
ANL
Səfir Polşa universitetlərində Azərbaycan. dilinin tədrisinin mümkünlüyündən söz açıb. Dekabrın 3-də ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov Polşa Respublikasının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mikal Labenda ilə görüşdü. Azərbaycanda diplomatik fəaliyyətə başlaması münas...
ANL
məktəblilərin respublika. müsabiqəsinin keçirilməsi barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. "Əhalinin ekoloji təhsili və maarifləndirilməsi" haqqında Azərbaycan Respublikası Qanunundan və Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-20...
ANL
Doktorant və gənc tədqiqatçıların. XV Respublika elmi konfransı. Dekabrın 9-da Bakı Dövlət Universitetində doktorant və gənc tədqiqatçıların XV Respublika elmi konfransının açılış mərasimi keçirildi. Tədbirdə Təhsil Nazirliyinin əməkdaşları, ali məktəb rektorları, professor - müəllim heyətlərinin nümayəndələri, tələbəl...
ANL
Oktyabr və noyabr aylarında Təhsil Nazirliyinin. Qeyd edək ki, bu aylar ərzində sorğu xarakterli müraciətlərin çoxu məktəbəqədər, ümumtəhsil, texniki peşə, orta ixtisas və ali məktəblərə dair məsələlərlə bağlı olub. Müraciətlərin digər qismi isə məktəbli forması, dərs bölgüsü, xaricdə təhsil, özəl ali məktəblər və s. m...
ANL
Almaniyada keçirilən Azərbaycan. Elm və Mədəniyyət Həftəsi başa çatıb. Tədbirlərdə təhsil naziri Misir Mərdanovun rəhbərlik. etdiyi nümayəndə heyəti də iştirak edib. Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndə heyəti 2010-cu ilin 29 noyabr n 5 dekabr tarixlərində Almaniyanın Berlin şəhərində keçirilən Azərbay...
ANL
"Ətraf mühiti qoruyaq" məktəblilərin. respublika müsabiqəsinin keçirilməsi barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. "Əhalinin ekoloji təhsili və maarifləndirilməsi" haqqında Azərbaycan Respublikası Qanunundan və Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşd...
ANL
"Ekologiya ili"nə töhfəmiz. mövzusunda məktəblilərin respublika. ekoloji forumunun keçirilməsi barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. "Əhalinin ekoloji təhsili və maarifləndirilməsi" haqqında Azərbaycan Respublikası Qanunundan və Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında ekoloji ...
ANL
Azərbaycan Respublikası təhsil nazirinin əmri. "Şəfaət Mehdiyevin 100 illik yubileyinin keçirilməsi haqqında" Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 noyabr 2010-cu il tarixli, 1181 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədi ilə, habelə Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respubli...
ANL
Yerləşir: Almaniya, Heydelberq şəhəri. Ruprext Karl Heydelberq Universiteti (almanca Ruprecht-Karls-Universitat Heidelberg) Almaniya Federativ Respublikasının beşinci ən böyük şəhəri olan Heydelberq şəhərində yerləşir. Bu ali təhsil müəssisəsi Müqəddəs Roma imperiyasında yaranmış dördüncü, Almaniyada isə ən qədim unive...
ANL
Azərbaycanın Milli Qəhrəmanları. Məhərrəmov Səxavət Ələmdar oğlu. Məlum səbəblərdən ailə üzvləri ilə birlikdə Gürcüstana köçüb. Bir müddət orada yaşadıqdan sonra onlar Bakının Lökbatan qəsəbəsinə pənah gətirib. 1991-ci ilin noyabrında isə könüllü olaraq əvvəlcə daxili qoşunlarda, sonra yenicə yaranmış Milli Ordu sırala...
ANL
"Şagirdlərin ümumtəhsil məktəblərinə. qəbulu və yerdəyişməsi haqqında. Qaydalar"ın təsdiq edilməsi barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. "Şagirdlərin ümumtəhsil məktəblərinə qəbulu və yerdəyişməsi haqqında Qaydalar" təsdiq edilsin (əlavə olunur). İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin əlavəsi ...
ANL
Məktəb "Ekologiya ili"nə "Gəlin dünyamızı. qoruyaq" tədbiri ilə yekun vurdu. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölkəmizdə "Ekologiya ili" elan olunmuş 2010-cu il başa çatmaqdadır. İlboyu ölkəmizin ekoloji cəhətdən sağlamlaşdırılması, ətraf mühitin mühafizəsi və yaşıllaşdırılması istiqamətlərində çox bö...
ANL
Narkomaniyaya qarşı mübarizə aylığı. Ölkə Prezidentinin 28 iyun 2007-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə qarşı, narkomanlığın yayılması ilə mübarizə üzrə Proqramı" 2007-2012-ci illərdə Azərbaycanda bu dəhşətli bəla ilə mübarizənin...
ANL
Sumqayıtda kitab bayramı. Bu günlərdə Sumqayıt şəhərindəki "Kimyaçı" Mədəniyyət Sarayında Azərbaycan və dünya ədəbiyyatı nümunələrinin təbliğinə, yetişməkdə olan gənc nəslin kitablara marağının artırılmasına xidmət edən yarmarka təşkil olunmuşdu. Yarmarkada 500-dən artıq ədəbi-bədii, tarixi, ensiklopedik məlumat xarakt...
ANL
Heydər Əliyevin təhsil strategiyası: Sumqayıt Dövlət Universitetinin dünəni və bu günü. XXI əsr elm, təhsil və qlobal düşüncə, Azərbaycan təhsilinin dünyaya inteqrasiyası dövrü kimi səciyyələnir, zaman və məkan müstəvisi baxımından yeni təfəkkürün formalaşması, sivilizasiyanın yeni mərhələsi kimi tarixə yazılır, əbədil...
ANL
təqdimat mərasimi keçirildi. Azərbaycan Dillər Universitetinin İnformasiya Resurs Kompleksində "Buta" müasir Azərbaycan, Türkiyə və ABŞ qadın yazarlarının nəsr və poeziya toplusunun təqdimat mərasimi keçirildi. Təqdimat mərasimində "Sönməz məşəl" mədəni əlaqələr ictimai birliyinin sədr əvəzi Rəşad Həsənov bildirdi ki, ...
ANL
həsr olunmuş multimedia dərsi. Bu il dahi bəstəkar, dramaturq, publisist və alim, müəllim və ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 125 illik yubileyi Azərbaycanda, o cümlədən bir sıra xarici ölkələrdə yüksək səviyyədə qeyd olunur. Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının direkt...
ANL
Səfir tələbələrin yapon dilini. öyrənmələrindən razı qalıb. BDU-nun rektoru, akademik Abel Məhərrəmov Yaponiyanın ölkəmizdəki səfiri Şusuki Vatanabeni qəbul edib. BDU haqqında səfirə məlumat verən rektor əsasən Yaponiya universitetləri ilə əməkdaşlıqdan bəhs edib. Bildirilib ki, bu ölkənin ali təhsil ocaqları, xüsusən ...
ANL
Naxçıvan MR təhsil nazirinə, rayon, şəhər təhsil şöbələrinin, idarələrinin müdirlərinə. Bildiririk ki, Azərbaycan Respublikasının Təhsil və Fövqəladə Hallar nazirliklərinin birgə razılaşmasına əsasən, Fövqəladə Hallar Nazirliyinin 18 oktyabr 2010-cu il tarixli əmri ilə ümumtəhsil məktəblərinin şagirdləri arasında "Fövq...
ANL
Bir qrup tədqiqatçıya Təhsil. Dekabrın 9-da Bakı Dövlət Universitetində doktorant və gənc tədqiqatçıların XV Respublika elmi konfransının yekununa həsr olunmuş yığıncaq keçirildi. Tədbirdə Təhsil Nazirliyinin nümayəndələri, ali məktəb rektorları, professor-müəllim heyətlərinin üzvləri, tədqiqatçılar iştirak edirdilər. ...
ANL
Mədəniyyət və incəsənət ixtisasları. ilə bağlı təkliflər müzakirə olunub. Dekabrın 15-də Təhsil Nazirliyində mədəniyyət və incəsənət ixtisasları üzrə mütəxəssis hazırlayan ali məktəb rəhbərlərinin iştirakı ilə iclas keçirilib. Müvafiq ali məktəblərin xüsusiyyətləri nəzərə alınaraq tədrisin təşkilinin yaxşılaşdırılması ...
ANL
Müsabiqə qaliblərinə mükafatlar təqdim edildi. Dekabrın 14-də Təhsil Nazirliyində orta məktəblərin IX-XI sinif şagirdləri və tələbələr arasında keçirilmiş "Gələcək nəsillərlə üz-üzə" III Ümumrespublika inşa müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi oldu. Qeyd edək ki, inşa müsabiqəsi Azərbaycan Respublikası ...
ANL
Şagirdlər fəallığı. ilə seçilirdilər. Bakıdakı 236 nömrəli orta məktəbin VI sinfində "Adi kəsrlərin üzərində bütün əməllərə aid məsələlərin həlli" mövzusunda "açıq dərs" keçirildi. Fənn müəllimi Şəhla Əhmədova bildirdi ki, adi kəsrlərin toplanması, çıxılması, vurulması, bölünməsi, ədədi hissəsinin tapılması şagirdlərin...
ANL
Dekabrın 9-da Bakıdakı 147 nömrəli texniki humanitar liseydə Azərbaycanın vətənpərvər oğlu, Milli Qəhrəman Mübariz İbrahimova həsr olunmuş "Vətən mənə oğul desə... "adlı tədbir keçirildi. Liseyin şagirdlərinin ifasında Dövlət himninin oxunması ilə başlayan gecədə təhsil ocağının direktoru Həlimə Mehdiyeva vətənpərvərli...
ANL
"Mübarizləri olan. Vətən basılmaz". Bu günlərdə Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzində məktəbliləri vətənpərvər, azərbaycançılıq ruhunda tərbiyə etmək, onları müstəqillik uğrunda mübarizədə şəhid olan qəhrəmanların həyat yolunu öyrənməyə sövq etmək məqsədilə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov...
ANL
Elm adlı bir xəzinənin açarını bizə təqdim edən müəllimdir. Müəllim zəka, müəllim ziyadır. Odur bizi maarifləndirən. Odur insanlara həyatı sevdirən, insanlığı, yaxşını yamandan, düzü əyridən seçməyi öyrədən. Müəllim adı şərəfli və müqəddəsdir. Gənc nəslin fəal həyata layiqincə hazırlaşması müəllimin şəxsiyyətindən, onu...
ANL