text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
"Səadət" uşaq xoru istedadlarla işin nəticəsidir. İstedadlı uşaqların aşkar edilməsi, onların inkişafı üçün əlverişli mühitin yaradılması təhsil sisteminin prioritet vəzifələrindəndir. Məhz bunu nəzərə alaraq son illər bütün təhsil müəssisələrində olduğu kimi, bağçamızda da istedadlı və qabiliyyətli uşaqların aşkara çı...
ANL
Ələsgər poeziyasının qüdrəti. Gərdişin ictimai-siyasi hadisələrini dərindən dərk edən, tərəqqinin, tənəzzülün kamançasını zamanın ruhuna uyğun həm bəmdə, həm də zildə çalan, yazdıqlarını pozan, pozduqlarını yenidən nizama salmağa can atan, fani dünyanın gəlişini-gedişini şair həssaslığı ilə duyan ustad sənətkar dağları...
ANL
Azərbaycan tarixi tədrisində diyarşünaslıq materiallarından istifadə. Azərbaycan tarixinin diyarşünaslıq materialları ilə əlaqələndirilməsi müəllimdən tarixi dərindən bilmək, müvafiq materialları seçib qruplaşdırmaq bacarığı, bunlardan dərslərdə fəal interaktiv təlim metodları əsasında istifadə etmək ustalığı tələb edi...
ANL
Dəyərli dərslik. "Elm" nəşriyyatı görkəmli iqtisadçı alim, Milli Elmlər Akademiyasının müxbir üzvü, iqtisad elmləri doktoru, əməkdar elm xadimi, professor Əli Xudu oğlu Nuriyevin "Regional idarəetmənin əsasları" kitabını çapdan buraxmışdır. Özünün elmi təhlilinə görə diqqəti cəlb edən kitab Azərbaycan Respublikasının P...
ANL
Bakıdakı 5 nömrəli tam orta məktəbdə Azərbaycan Dövlət Milli Dram Teatrının aktyorları İlham Əsgərov, Firəngiz Mütəllimova və Azər Mirzəyevlə görüş keçirilib. Məktəbin direktoru Nərminə Gündüzlü bildirib ki, bu tədbiri keçirməkdə məqsədimiz məktəblilərdə milli dramaturgiyaya marağı artırmaqdır. İstəyirik ki, şagirdləri...
ANL
İfası ilə dünya musiqiçilərini heyran edən gənc skripkaçı. 2002-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin skripka şöbəsinə daxil olan Ceyla hazırda həmin məktəbin 10-cu sinif şagirdidir. Prezident təqaüdçüsü, beynəlxalq müsabiqələr laureatıdır. Adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na yazılıb. Əs...
ANL
Respublika fənn olimpiadalarının qalibləri haqqında. Azərbaycan Respublikası təhsil nazirinin əmri. qalibləri aşağıdakı qaydada müəyyənləşdirilsin: I YER. Azərbaycan dili və ədəbiyyat fənni üzrə. Əhmədov Kamran Aydın oğlu - İsmayıllı rayonu Qoşakənd kənd tam orta məktəbinin IX sinif şagirdi. Pirməmmədov Ülfət İlham oğl...
ANL
Cenevrə Universiteti. Yerləşir: İsveçrə Konfederasiyası, Cenevrə şəhəri. Cenevrə Universiteti (University of Geneva) İsveçrədə, Cenevrə şəhərinin mərkəzində yerləşir və Sürix Universitetindən sonra ölkənin ikinci ən böyük ali məktəbidir. Cenevrə Universiteti Avropa Tədqiqat Universitetləri Liqasının, Koimbra Qrupunun,...
ANL
Söhbət Hüseyn Cavidin nəşinin uzaq Sibirdən Vətənə gətirilməsindən gedir. "Xalqımız, tariximiz nə qədər yaşayacaqsa, Hüseyn Cavidin irsi də o qədər yaşayacaq və xalqımız ondan istifadə edəcəkdir". Heydər ƏLİYEV. Azərbaycan xalqının görkəmli şairi, dramaturq Hüseyn Cavidin nəşinin uzaq Sibirdən Vətənə gətirilməsindən ot...
ANL
Təhsil Nazirliyində görüş. Aprelin 5-də təhsil naziri Misir Mərdanov "Kasperski Laboratoriya" antivirus kompaniyasının baş direktoru Yevgeni Kasperskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Qonaqları Təhsil Nazirliyində görməkdən məmnunluq duyduğunu bildirən nazir Azərbaycanda tədris ocaqlarının kompüter tex...
ANL
Təhsil naziri "Zəngi" liseyində olub. Aprelin 2-də təhsil naziri Misir Mərdanov Təhsil Nazirliyinin tabeliyindəki "Zəngi" liseyində olub, bu tədris ocağının Valideyn-Müəllim Assosiasiyası İdarə Heyətinin üzvləri ilə görüşüb. Görüşdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov, Azərbaycan Milli Valideyn-Müəll...
ANL
Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları Təhsil Nazirliyində olublar. Aprelin 6-da Təhsil Nazirliyində "İNEPO-AVRASİYA" Ətraf Mühitin Mühafizəsi V Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüş keçirilib. Təhsil naziri Misir Mərdanov qonaqları səmimi salamlayıb və onlara olimpiadada uğurlar qazanmağı ar...
ANL
Humbolt Universitetində Azərbaycan tarixi öyrənilir. Aprelin 6-da təhsil naziri Misir Mərdanov Almaniyanın Humbolt Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri, professor Eva-Mariya Aux ilə görüşüb. Qonağı Təhsil Nazirliyində görməkdən məmnunluğunu ifadə edən nazir Almaniya ilə Azərbaycan arasında təhsil sahəs...
ANL
Azərbaycan dilində Sinif.az interaktiv təlim sistemi yaradılıb. Azərbaycan dilində Sinif.az interaktiv təlim sistemi yaradılmışdır. Layihə orta və gələcəkdə ali distant təhsil üçün universal platformanın yaradılması məqsədilə bir qrup azərbaycanlı alim və proqramçılar tərəfindən hazırlanmışdır. Sistem xüsusi tədris pro...
ANL
"İNEPO-AVRASİYA" Layihə Olimpiadası başlandı. Bakı şəhərində ekologiya və təbiəti mühafizə problemlərinə həsr olunan "İNEPO-AVRASİYA" Ətraf Mühitin Mühafizəsi V Beynəlxalq Layihə Olimpiadası başlandı. Bu münasibətlə aprelin 5-də "Çağ" Öyrətim İşlətmələri Şirkətində KİV nümayəndələri üçün mətbuat konfransı keçirildi. Tə...
ANL
Türkiyə universitetləri ilə sarsılmaz əlaqələr. Naxçıvan Dövlət Universiteti çoxşaxəli beynəlxalq əməkdaşlığa, xüsusilə də qardaş Türkiyə Cümhuriyyətinin əksər tanınmış ali məktəbləri ilə dayanıqlı tərəfdaşlığa malikdir. Bu əlaqələrdə Qars Qafqaz və Ankara universitetlərinin xüsusi yeri var. Qars Qafqaz Universiteti il...
ANL
Ali təhsildə yeni maliyyələşmə mexanizminin tətbiqi üzrə ilkin nəticələr və təkliflər. Ali təhsildə yeni maliyyələşmə mexanizmi. Müasir dövrdə ali təhsilin inkişafı ölkəmizin sosial-iqtisadi inkişafının əsas prioritet istiqamətlərindən hesab edilir. Belə ki, hər bir ölkənin inkişafı təhsilin səviyyəsi və keyfiyyətindən...
ANL
Fəal təlim dərsin keyfiyyətini artırmaqda güclü vasitədir. Yeni fənn kurikulumlarının tətbiq olunduğu hazırkı şəraitdə ibtidai siniflərin I-III siniflərində dərs deyən müəllimlərin fəaliyyətində əsas məsələlər kurikulumlarda öz əksini tapmış yeni təlim standartlarının reallaşdırılması, qiymətləndirmə sisteminin səmərəl...
ANL
Tələbələrin XVI Respublika fənn olimpiadasının keçirilməsi haqqında. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin 31 mart 2011-ci il tarixli, 509 nömrəli qərarını nəzərə alaraq. Tələbələrin XVI Res...
ANL
Tələbələrin XVI Respublika fənn olimpiadasının keçirilməsi haqqında. Azərbaycan Respublikası təhsil nazirinin və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin qərarı. Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi. Tələbələrin ...
ANL
Azərbaycan Respublikası təhsil nazirinin əmri. "Əcnəbi vətəndaşların Azərbaycan Respublikasında təhsili və qarşıda duran vəzifələr" ilə bağlı 02 aprel 2010-cu il 122 saylı Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiya qərarının icrasını təmin etmək üçün Təhsil Nazirliyinin 14 may 2010-cu il tarixli əmrində nəzə...
ANL
"Elektron təhsil" Respublika müsabiqəsinə start verildi. Aprelin 11-də Təhsil Nazirliyinin təşkil etdiyi "Elektron təhsil" Respublika müsabiqəsinə başlanılıb. Müsabiqədə iştirak üçün www.musabiqe.edu.az rəsmi İnternet səhifəsində qeydiyyatdan keçmək və buradan ətraflı məlumat almaq mümkündür. "Təhsildə İnternet texnolo...
ANL
Rumıniyada yaşayan və təhsil alan azərbaycanlı gənclər Prezident İlham Əliyevə müraciət qəbul ediblər. Rumıniyada yaşayan və təhsil alan azərbaycanlı gənclər Prezident İlham Əliyevə müraciət qəbul etmişlər. AzərTAc xəbər verir ki, müraciəti Rumıniyada yaşayan və təhsil alan azərbaycanlı gənclər adından Rumıniya-Azərbay...
ANL
"İNEPO-AVRASİYA" Layihə Olimpiadasının qalibləri mükafatlandırıldı. Aprelin 9-da Bakı Əl Oyunları İdman Sarayında ekologiya və təbiəti mühafizə problemlərinə həsr olunan "İNEPO-AVRASİYA" Ətraf Mühitin Mühafizəsi V Beynəlxalq Layihə Olimpiadasının qaliblərinin mükafatlandırılması mərasimi oldu. Tədbirdə dövlət rəsmiləri...
ANL
Təhsil Nazirliyində Fransa səfərinə dair təqdimat-məruzə dinlənilib. Aprelin 8-də Təhsil Nazirliyində İctimaiyyətlə əlaqə şöbəsinin müdiri Bayram Hüseynzadənin Təhsil Nazirliyi əməkdaşlarının və təhsildən yazan jurnalistlərin Fransa Respublikasına tədris səfərinə dair təqdimat-məruzəsi dinlənilib. Səfərin martın 27-dən...
ANL
BDU-nun rektoru Rumıniyada səfərdə olub. BDU-nun rektoru, akademik Abel Məhərrəmovun rəhbərlik etdiyi nümayəndə heyəti Rumıniyanın Konstanta şəhərinin Ovidius Universitetində Qara Dəniz Hövzəsi Ölkələri Universitetləri Assosiasiyası tərəfindən təşkil olunmuş "Davamlı inkişaf üçün təhsil və idarəetmə" mövzusunda beynəlx...
ANL
"Müasir texnologiyaların təhsildə tətbiqi" mövzusunda konfrans. Qubada "Müasir texnologiyaların təhsildə tətbiqi" mövzusunda regional konfrans keçirilib. Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən təşkil olunmuş konfransda Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının m...
ANL
Təhsil Nazirliyi Masallıda regional konfrans keçirib. Aprelin 11-də Masallı şəhəri 4 nömrəli Digah tam orta məktəbində təhsil naziri Misir Mərdanovun iştirakı ilə "Müasir dövrdə innovativ təhsil ideyalarının tətbiqi təcrübəsindən" mövzusunda zona elmi-praktik konfrans keçirildi. Konfransda Masallı Rayon İcra Hakimiyyət...
ANL
Təhsildən yazan jurnalistlər Fransa təcrübəsini öyrəniblər. Bu günlərdə Təhsil Nazirliyinin əməkdaşlarından və təhsildən yazan jurnalistlərdən ibarət nümayəndə heyəti Fransa Respublikasında səfərdə oldu. Martın 27-dən aprelin 3-nə kimi davam edən səfərin əsas məqsədi Fransanın təhsili idarəetmə orqanlarının KİV-lə qarş...
ANL
"İnnovasiyaya doğru" mövzusunda seminar. Bu günlərdə Almaniyanın Mitra təşkilatının nümayəndələri paytaxtımızın qabaqcıl təhsil müəssisələrindən biri olan 7 nömrəli orta məktəbin dəvəti ilə şəhərimizə qonaq gəlib. Qonaqlar təhsil ocağı ilə tanış olduqdan sonra Fəxri xiyabanda ulu öndərimiz Heydər Əliyevin məzarını və Ş...
ANL
Türkiyə Respublikası. Paytaxtı: Ankara şəhəri. XX əsrin birinci yarısında Türkiyədə əhalinin böyük əksəriyyəti savadsız olsa da, hazırda ölkədə savadlılıq səviyyəsi 90 faizdən yüksəkdir. Türkiyənin ümumi orta təhsil sistemi 8 illik ibtidai, 4 illik orta təhsilə əsaslanır. Ölkə Konstitusiyasına əsasən təhsil müəssisələr...
ANL
Yerləşir: Sinqapur Respublikası, Nanyanq şəhəri. Nanyanq Texnoloji Universiteti (Nanyang Technological University) Sinqapur Respublikasının iki ən böyük dövlət ali təhsil müəssisəsindən biridir və Nanyanq şəhərində yerləşir. Universitetin Mühəndislik Kolleci bu sahə üzrə dünyanın ən böyük təhsil ocağıdır. Böyük Britani...
ANL
"Təhsilin əsasları" fənni çərçivəsində gələcək müəllimlərin məktəb təcrübəsinin yeni modeli. Respublikada təhsilin müxtəlif istiqamətləri üzrə ciddi islahatlar həyata keçirilir. Kadr təminatı sahəsi üzrə də müasir tələblərə cavab verən pedaqoji kadrların hazırlanması siyasəti və strategiyası qurulur. Məhz bu prosesin m...
ANL
Xalq şairi Fikrət Qoca ilə görüş. Bakıdakı A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə xalq şairi Fikrət Qoca ilə görüş keçirildi. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Yasamal rayonu üzrə məsləhətçisi Fəttah Quluyevin, tanınmış şair Əjdər Olun, "Müəllim sözü" qəzetinin baş redaktoru, şair Vahid Aslanın, valideyn, profes...
ANL
Tərcümə problemlərinə həsr olunmuş seminar. Bakı Slavyan Universitetinin "Tərcümə problemləri" ETL-da elmi seminarların təşkili ənənə halını almışdır. BSU hər zaman öz yenilikləri ilə digər tədris ocaqlarından fərqlənib. Universitetdə tələbələrin bilik səviyyələrinin yüksəldilməsinə və əməkdaşlarının elmi-pedaqoji pote...
ANL
Azərbaycanlı alimlər Ukraynada keçirilmiş beynəlxalq konfransda iştirak ediblər. Təhsil Nazirliyinin 1 aprel 2011-ci il tarixli əmrinə əsasən Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun nümayəndə heyəti 11-16 aprel tarixlərində Ukraynada səfərdə olmuşdur. Səfərdən məqsəd Ukrayna Təhsil Mene...
ANL
Bakıdakı 49 nömrəli məktəbdə akademik Yusif Məmmədəliyevə həsr olunmuş elmi-praktik konfrans keçirilib. Azərbaycan Respublikası təhsil nazirinin "Beynəlxalq Kimya İli"nə həsr olunmuş Tədbirlər Planının təsdiq edilməsi haqqında" əmrinə əsasən aprelin 15-də Bakıdakı 49 nömrəli "İntellekt" məktəb-liseydə akademik Yusif Mə...
ANL
"Boloniya prosesində ali təhsildə keyfiyyətin idarə olunması". Aprelin 15-də Azərbaycan Dövlət Pedaqoji Universitetində ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş "Boloniya prosesində ali təhsildə keyfiyyətin idarə olunması" mövzusunda beynəlxalq elmi konfrans keçirildi. Azərbayc...
ANL
"Ən yaxşı müəllim" müsabiqəsi davam edir. "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin isə III turu başa çatıb. Onlardan 10-unun sənədi müvafiq tələblərə cavab vermədiyi üçün baxılmayıb, 415 müəllimin sənədi isə ekspertizadan keçirilib. Bu il Naftalan şəhəri, Ağdam, Qobustan, Daşkəsən, Yardımlı, Kəlbəcər, Neftçala, Gədə...
ANL
Akademik Zərifə Əliyeva adına məktəbin qızıl və gümüş medalçıları. Bu medallar V Beynəlxalq Layihə Olimpiadasında qazanılıb. Xəbər verdiyimiz kimi, aprelin 8-9-da Bakı şəhərində ekologiya və təbiəti mühafizə problemlərinə həsr olunan "İNEPO-AVRASİYA" Ətraf Mühitin Mühafizəsi V Beynəlxalq Layihə Olimpiadası keçirilib. O...
ANL
Cəfər Cabbarlıya həsr olunmuş tədbir. Saatlı şəhər S.Vurğun adına 1 nömrəli tam orta məktəbdə tez-tez sinifdənxaric tədbirlər keçirilir. Maraqlı təşkil olunan bu tədbirlərdə məqsəd şagirdlərin dünyagörüşünü genişləndirməkdir. Bu günlərdə C.Cabbarlıya həsr edilmiş "Mən bir solmaz yarpağam ki..." adlı gecə də bu baxımdan...
ANL
Gənc istedadın uğurları. Minirə Nəcəfzadə Azərbaycan Milli Konservatoriyasının tərkibində Respublika İncəsənət Gimnaziyasının VIII sinif şagirdidir. Yaşıdlarından qeyri-adi istedadı ilə fərqlənən Minirə fortepiano ifaçılığının sirlərini uşaq yaşlarından öyrənməyə başlayıb. Dərslərini "əla" oxumaqla bərabər, Azərbaycan ...
ANL
Qafqaz Universitetində təhsildən yazan jurnalistlərlə görüş keçirilib. Aprelin 20-də Qafqaz Universitetində təhsil sahəsini işıqlandıran bir qrup KİV əməkdaşı ilə görüş keçirilib. Jurnalistlər öncə universiteti gəzərək burada təhsil üçün yaradılmış yüksək şəraitlə tanış olublar. Sonra tədbir "dəyirmi masa" ətrafında da...
ANL
Respublika rəsm müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri. "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünün təhsil müəssisələrində qeyd olunması haqqında" Təhsil Nazirliyinin 10 fevral 2011-ci il tarixli, 247 nömrəli əmri ilə təsdiq olunmuş tədbirl...
ANL
"Şöbəmiz fəaliyyətə başladığı vaxtdan 25 təhsil müəssisəsinin akkreditasiyası keçirilib". Müsahibimiz Təhsil Nazirliyinin Akkreditasiya şöbəsinin müdiri, professor Həbib Zərbəliyevdir. - Həbib müəllim, son illər təhsil sahəsində aparılan islahatların uğurlu nəticələri göz qabağındadır. Ölkəmizdə təhsilin səviyyəsinin a...
ANL
Bəşəriyyətin inkişafında və tarixi maddi və mənəvi dəyərlərin qorunub saxlanılmasında və çağdaş dövrdə qaynaq kimi rol oynamasında nəsillərin sınağından çıxmış, özünün əhəmiyyətini təsdiqləmiş ənənələr milli faktorlardan olduğunu təsdiqləyir. Bu gün, qloballaşmalar dövründə, Təhsil əsrində belə təlim, tədris və tərbiyə...
ANL
Fəal təlim müəllimdən yaradıcı axtarışlar tələb edir. Ümumtəhsil məktəblərində hazırda özünün geniş tətbiqini tapmış fəal təlimi son illər ölkəmizdə həyata keçirilən təhsil islahatlarının ən uğurlu nəticələrindən biri hesab etmək olar. Dərsin səmərəliliyini yüksəltməyə böyük imkanlar açan fəal təlimin ən mühüm üstünlüy...
ANL
İlk peşə-ixtisas təhsilində distant təhsilin rolu və imkanları. Distant təhsil ənənəvi təhsilə inteqrasiya olmuş bütöv bir şəbəkə halında olan müəllimlərin rəhbərliyi altında aparılan təhsil formasıdır. Bunun əsasını isə kompüter telekommunikasiyası, İnternet-texnologiyası təşkil edir. Məhz bu texnologiyaların yayılmas...
ANL
İnklüziv təhsil diqqət mərkəzindədir. Xüsusi qayğıya ehtiyacı olan uşaqlara keyfiyyətli təhsil almaq imkanı yaratmaq, onların ailələrinə dəstək vermək məqsədilə 2001-ci ilin iyulunda "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Qanunda xüsus...
ANL
Sent-Luis Vaşinqton Universiteti (Washington University in St. Louis) ABŞ-ın Missuri ştatının Sent-Luis şəhərində yerləşir və ölkənin nüfuzlu özəl ali təhsil ocaqlarından biridir. Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlə...
ANL
Təhsil muzeyi ölkəmizin təhsil tarixi məbədidir. Azərbaycanın təhsil tarixi hər birimizin fəxr etdiyi nailiyyətlərlə zəngindir. Muzeylər hər hansı bir xalqın əsrlər boyu yaratdığı milli mənəvi dəyərləri, maddi və mədəni irsini qoruyub saxlayan, nəsildən-nəslə, keçmişdən gələcəyə ötürən bir məbəddir. Muza - qədim yunan ...
ANL
Tələbələrin fəaliyyətinə verilən psixoloji tələblər. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında apardığımız müşahidələr bəzi qənaətlərə gəlməyə imkan vermişdir. Psixoloqların tədqiqatlarına istinadən söyləmək mümkündür ki, hər bir insanın təlim və tərbiyə prosesində əqli keyfiyyətlərinin inkişaf etdirilm...
ANL
Tələbənin fərdi rəsm sərgisi. Naxçıvan Dövlət Universitetində daha bir rəsm sərgisi tamaşaçılara təqdim edildi. İncəsənət fakültəsinin IV kurs tələbəsi Nəsib Nəsirovun müxtəlif janrlarda yaratdığı 25 əsəri sərgidə nümayiş olundu. Bu münasibətlə keçirilən tədbirdə çıxış edən rektor, akademik İsa Həbibbəyli universitetim...
ANL
Gəncədə zona elmi-praktik konfransı keçirilib. Xəbər verdiyimiz kimi, aprelin 21-də Gəncədəki 27 nömrəli məktəb-liseydə təhsil naziri Misir Mərdanovun iştirakı ilə "Müasir təhsilin davamlı inkişafı: reallıqlar, perspektivlər" mövzusunda zona elmi-praktik konfransı keçirildi. Konfransda Gəncə Şəhər İcra Hakimiyyətinin b...
ANL
Ulu öndərin xatirəsinə həsr olunan inşa müsabiqəsinin yekun mərhələsi keçirildi. Aprelin 24-də akademik Zərifə Əliyeva adına məktəbdə ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibəti ilə ümumtəhsil məktəblərinin şagirdləri arasında təşkil olunan inşa müsabiqəsinin yekun mərhələsi keçirildi. Müsabiqə...
ANL
Direktoru: Təhminə Əsədova, əməkdar müəllim. 49 nömrəli "İntellekt" məktəb-liseyi respublikamızda öz ənənələri və uğurları ilə tanınan qabaqcıl təhsil ocaqlarından biridir. Tədris ocağının binasında II Dünya müharibəsi illərində 369-cu atıcı diviziya yerləşdirilmiş, sonra isə məktəb hərbi hospital olmuşdur. Müasir dövr...
ANL
Yaponiyanın təhsil sistemi. Paytaxtı: Tokio şəhəri. Şərqi Asiyada, Sakit okeanın qərb hissəsində yerləşən, dörd böyük (Honsü, Küsü, Hokkaydo, Sikoku) və çoxlu sayda kiçik adalardan ibarət olan Yaponiya 47 prefekturaya (bölgəyə) bölünüb. Yaponiyada təhsil dövlət, ailə və ümumilikdə cəmiyyət tərəfindən himayə olunur. Yap...
ANL
"Qulu Xəlilli jurnalistika fakültəsinə milli ruh, vətənpərvərlik gətirdi". Qulu Xəlilli Qərbi Azərbaycanın Sisyan bölgəsində Qızılcuq kəndində sadə, əməksevər ailədə 1930-cu ildə anadan olmuşdur. Uşaqlıq illərində qoyun-quzu otarmış Q.Qasım oğlu əməkdə bərkimişdir. Mənfur düşmənin növbəti alçaq siyasətinin nəticəsi ola...
ANL
Yerləşir: İsveç Krallığı, Uppsala şəhəri. Uppsala Universiteti (Uppsala University) İsveç Krallığının Uppsala əyalətinin eyniadlı şəhərində yerləşir və Şimali Avropanın ən qədim ali təhsil ocaqlarından biridir. Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu il...
ANL
Peşə təhsilinin əsas prinsipləri. Azərbaycan Respublikası Prezidentinin 3 iyul 2007-ci il tarixli, 2282 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)nın" əsas məqsədi ölkə iqtisadiyyatının inkişaf tələblərinə uyğun peşə-ixtisa...
ANL
Gənc karikaturaçıların əsərləri maraqla qarşılandı. Naxçıvan Dövlət Universitetində "Mirzə Cəlil günləri" çərçivəsində incəsənət fakültəsinin tələbə və müəllimlərinin böyük ədib, publisist Cəlil Məmmədquluzadəyə həsr olunmuş 44 əsərinin nümayiş olunduğu karikatura sərgisinə baxış keçirilmişdir. Qeyd edək ki, bu, "Mirzə...
ANL
Bakı Avropa Liseyinin iki şagirdi V Beynəlxalq Layihə Olimpiadasının qızıl medalına layiq görülüb. Xəbər verdiyimiz kimi, bu il aprelin 8-9-da Bakıda "İNEPO-AVRASİYA" Ətraf Mühitin Mühafizəsi V Beynəlxalq Layihə Olimpiadası keçirilib. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr ol...
ANL
ADPU-da "Azərbaycan təhsili və elmi XXI əsrdə: inteqrasiya və qloballaşma" mövzusunda seminar keçirilib. Aprelin 27-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) "Azərbaycan təhsili və elmi XXI əsrdə: inteqrasiya və qloballaşma" mövzusunda elmi-nəzəri seminar keçirilmişdir. AzərTAc xəbər verir ki, rektor, AMEA-n...
ANL
Kamilliyin yolu mütaliədən keçir. Naxçıvan Dövlət Universitetinin Elmi kitabxanasında Ümumdünya Kitab və Müəllif Hüquqları Gününə həsr olunmuş tədbir keçirildi. Tədbiri giriş sözü ilə rektor, akademik İsa Həbibbəyli açaraq müasir dövrdə informasiya vasitələrinin günbəgün çoxalmasına baxmayaraq, kitabın, mütaliənin gənc...
ANL
Bakı Dövlət Universitetində Konfutsi İnstitutunun açılışı olub. Bakı Dövlət Universitetində Konfutsi İnstitutunun açılışı olub. Açılış mərasimindən sonra tədbir işini böyük akt zalında davam etdirib. Çıxış edən rektor, akademik Abel Məhərrəmov bildirib ki, institutun yaradılması Çin Xalq Respublikasının Anhoy Universit...
ANL
Biblioqrafiya: "Rafiq Yusifoğlu". Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin F.Köçərli adına Respublika Uşaq Kitabxanası "Azərbaycanın görkəmli elm və mədəniyyət xadimləri" seriyasından növbəti biblioqrafik göstəricilər kitabını şair, ədəbiyyatşünas, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, ...
ANL
Coğrafiya fənninin tədrisində müşahidə və təcrübələr. Coğrafiyadan təcrübə və müşahidələr şagirdlərin idrak qabiliyyətlərini fəallaşdırır, onlarda coğrafiyaya marağı artırır ki, bu da nəticə etibarı ilə təlim və tərbiyə işinin keyfiyyətinin yaxşılaşmasına kömək edir. Müxtəlif əyani vasitələrin tətbiqindən fəqli olaraq,...
ANL
Ömrünü təhsilimizin inkişafına həsr etmiş insan. Həyatını vətəninin çiçəklənməsinə, xalqının tərəqqisinə, elmin, təhsilin inkişafına sərf edən insanlar bu dünyadan köçəndən sonra da qədirbilənlər tərəfindən hörmət və ehtiramla yad edilir, xatirələrdə yaşayırlar. Belə insanlardan biri, harada işləməsindən asılı olmayara...
ANL
Müseyib Əli oğlu Şahbazov. İlk təhsilini kənd məktəbində alan Müseyib atası ilə Həştərxana gedib, bir müddət sonra Dərbənddəki realnı məktəbdə təhsilini davam etdirib. Həmin dövrdə burada təhsil alan Məzahir Rzayev, İsay Yakimoviç, Kərim Məmmədbəyov və başqaları ilə tanışlıq onda ictimai işlərə maraq yaradıb. "İşıq" də...
ANL
Yerləşir: ABŞ, İndiana ştatı, Uest-Lafayett şəhəri. Perdyu Universiteti (Purdue University) ABŞ-da İndiana ştatının Uest-Lafayett şəhərində yerləşir və ölkənin ən nüfuzlu ali məktəblərindən biridir. Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə tərtib et...
ANL
Mirzə İbrahimovun 100 illik yubileyinin keçirilməsi haqqında. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Milli ədəbi-estetik fikrin inkişafı sahəsində təqdirəlayiq xidmətlər göstərmiş Azərbaycanın xalq yazıçısı, dramaturq, ədəbiyyatşünas və publisist, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Respublikasının Dö...
ANL
Tədbirlər planının təsdiqi barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Azərbaycan Respublikasında 2011-ci ilin "Turizm ili" elan edilməsi ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı təsdiq edilsin (əlavə olunur). Nazirliyin icraya məsul strukturlarının, yerli təhsili idarəetmə orqanlarının, təhsil müəssisə...
ANL
Təhsilimiz onlarla fəxr edə bilər. Azərbaycan kimya elminin uğurlu gələcəyinə etibarlı zəmin yaradan gənclər. Son illərdə bütün istiqamətlərdə sürətli inkişaf olduğu kimi təhsildə də sevindirici uğurlar var. İndi ölkəmizin ümumi təhsil müəssisələrinin məzunlarının sorağı dünyanın ən aparıcı universitetlərindən gəlir. B...
ANL
Təhsil işçilərinin 2011-ci il sentyabr konfranslarının keçirilməsi haqqında. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 iyul 2011-ci il tarixli Sərəncamına əsasən, "2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya"nın hazırlanmas...
ANL
Tədbirlər planının təsdiqi barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Nazirliyin icraya məsul strukturlarının, yerli təhsili idarəetmə orqanlarının, təhsil müəssisələrinin rəhbərləri planda nəzərdə tutulan tədbirlərin icrasını təmin etsinlər və görülmüş işlər barədə hər ilin dekabr ayının 5-dək nazirliyin r...
ANL
Ümumi orta təhsil səviyyəsi üzrə payız buraxılış imtahanlarının aparılması barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. 2010/11-ci dərs ilində respublikanın bütün ümumtəhsil məktəblərində ümumi orta təhsil səviyyəsi üzrə payız buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada aparılması ilə bağlı. - məcburi ...
ANL
Təhsil Nazirliyində görüş. Avqustun 18-də Təhsil Nazirliyində "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində dünyanın bir çox nüfuzlu ali təhsil müəssisələrinin bakalavr, magistr və doktorantura pillələrinə daxil olmuş tələbələrlə görüş keçirildi. Təhsil nazirin...
ANL
Yerləşir: Böyük Britaniya, Şotlandiya, Sent-Endryus şəhəri. Sent-Endryus Universiteti (University of St Andrews) Şotlandiyanın Fayf vilayətinin Sent-Endryus şəhərində yerləşir. Şotlandiyanın birinci, Böyük Britaniyanın isə üçüncü (Oksford və Kembric universitetlərindən sonra) ən qədim təhsil ocaqlarından biridir. Böyük...
ANL
"Atam Qabilin qəribə əhvalatları". Xalq şairi Qabil dövrümüzün ən çox sevilən, oxunan və sayılan şairlərdən biridir. Onun yaradıcılıq yolu şəxsiyyəti ilə həmahəngdir. Elə həmin ilin sonlarında isə "Azərbaycan müəllimi" qəzetində müxbir kimi fəaliyyət göstərib. Bütün bunlarla bərabər o, yaradıcılığı, poeziyası ilə Azərb...
ANL
Beynəlxalq İnformatika Olimpiadasının bürünc medalçısı. Bu günlərdə respublikamızın hüdudlarından çox-çox uzaqlarda daha bir gəncimizin xoş sorağını aldıq. Daha bir gəncimiz nüfuzlu bilik yarışında növbəti uğura imza atdı. 2011-ci il iyulun 22-dən 28-dək Tailandın kurort məkanı sayılan Pattayada keçirilən məktəblilərin...
ANL
Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün riyaziyyat fənni kurikulumu (V-XI siniflər). Təhsil səviyyələri üzrə təlim nəticələri. Ədədlər və əməllər. * ədədlər üzərində şifahi, yazılı formada dəqiq və ya təqribi hesablamalar aparır;. * müxtəlif həyati məsələlərin həllində riyazi bilikləri tətbiq edir. Cəbr v...
ANL
Məmmədsadıq Əhməd oğlu Əfəndiyev. Məmmədsadıq Əhməd oğlu Əfəndiyev 1902-ci ildə Türkmənistanın Aşqabad şəhərində anadan olub. Maddi çətinliklər ucbatından 1919-cu ildən təhsilini davam etdirməklə yanaşı, həm də mətbəədə çalışıb və Nuxa Bolşevik Təşkilatına üzv yazılıb. Ordu sıralarında olarkən Bakıda hərbi məktəbdə oxu...
ANL
Görkəmli maarif xadimi. XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan pedaqoji fikir tarixində silinməz iz qoymuş onlarca parlaq simalar fəaliyyət göstərmişlər. Bütün həyat və fəaliyyətini həmvətənlərinin təhsilə, elmə, maarifə və mədəniyyətə yiyələnmələrinə həsr etmiş görkəmli ziyalılarımızdan biri də Teymur bəy Mə...
ANL
Yerləşir: İrlandiya, Dublin şəhəri. Dublin Universitet Kolleci (University College Dublin) İrlandiyanın paytaxtı Dublin şəhərində yerləşir və ölkənin ikinci ən böyük ali məktəbidir. Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə tərtib etdiyi dünya univer...
ANL
Bu il estafeti Ləman Məmmədova, Cahandar Camallı, Xavər Feyzullayeva və Əli Əliyev davam etdiriblər. Onların hamısı Bakı məktəblərinin builki məzunlarıdır. Tələbə adını qazanmış bu 4 gənc 700 ballıq nəticə ilə imtahan verdiyi I qrupun və bütövlükdə builki abituriyentlərin liderinə çevrilib. Həmin qalib gənclər haqqında...
ANL
Yeni dərs ili qarşısında. Bəşəriyyət yarandığı gündən özünün inkişafını təmin etmək üçün həmişə axtarışlar aparmış, yeni mexanizmlər düşünülmüşdür. Bu zaman insanın böyüyüb boya-başa çatması, rəqabətədavamlı şəxsiyyət kimi formalaşması həmişə diqqət mərkəzində saxlanılmışdır. Təhsil bəşəriyyətin bu tarixi inkişaf yolun...
ANL
Təhsil Nazirliyində görüş. Avqustun 22-də təhsil naziri Misir Mərdanov Avropa Gənclər Kartı Assosiasiyasının prezidenti Jarkko Lehikoynenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Təhsil naziri Misir Mərdanov qonaqları səmimi salamlayaraq onların Azərbaycana gəlişindən məmnun olduğunu ifadə edib. Avropa Gənclər ...
ANL
Belçika Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ADU-da olub. Avqustun 23-də Azərbaycan Dillər Universitetinin rektoru, millət vəkili, professor Səməd Seyidov Belçika Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Luk Troyeni qəbul etdi. Qonağı salamlayan rektor onu Azərbaycan Dillər Uni...
ANL
BDU Yaponiya universitetləri ilə əməkdaşlığını genişləndirir. Bakı Dövlət Universitetinin rektoru, millət vəkili, parlamentin Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, akademik Abel Məhərrəmov Azərbaycan Respublikasının Yaponiyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilən...
ANL
Vahid Tofiq oğlu Məhərrəmov idmanın Qocyu-Ryu Okinava karate növü üzrə 30 kq çəki dərəcəsində dünya çempionudur. Bakının Yasamal rayonunda yerləşən 176 nömrəli tam orta məktəbin IX sinif şagirdidir. Yaşıdlarından həmişə qeyri-adi istedadı və bacarığı ilə fərqlənən Vahid karate ilə doqquz yaşından məşğul olur. O, altıqa...
ANL
Əhməd Cavad haqqında yeni kitab. Ədəbiyyatımızda elə yaradıcı şəxsiyyətlər, ictimai-siyasi xadimlər olub ki, onların keçdiyi ömür yolu, həyat tərzi, yaradıcılığı haqqında dəfələrlə yazılsa belə azdır. Çünki onlar bütün varlığı ilə vətəninə, millətinə, onun azadlığına bağlı idilər. Belə söz sahiblərindən biri də vətənpə...
ANL
Respublika ekoloji müsabiqəsinin keçirilməsi haqqında. Azərbaycan Respublikası təhsil nazirinin əmri. 2011-ci ilin Azərbaycan Respublikası Prezidenti tərəfindən "Turizm ili" və BMT tərəfindən beynəlxalq "Meşə ili" elan edilməsi ilə əlaqədar olaraq meşələrin qorunması və davamlı istifadəsi sahəsində məktəblilərin ekoloj...
ANL
Respublika müsabiqəsinin keçirilməsi haqqında. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman və şahmat məktəblərinin, həmin məktəblərdə çalışan məşqçi-müəllimlərin fəaliyyətlərini qiymətləndirmək, istedadlı idmançıları aşkar etmək və onları rəğbətləndir...
ANL
Qərarın elan olunması və icrası barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. "İlk peşə-ixtisas təhsili üzrə ixtisasların Təsnifatı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarını elan edirəm: "Azərbaycan Respublikası Nazirlər Kabineti. "İlk peşə-ixtisas təhsili üzrə ixtisasl...
ANL
və qarşıda duran vəzifələr" mövzusunda beynəlxalq konfrans. Noyabrın 25-də "Avropa" otelində "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı" çərçivəsində "2011-ci ilin yekunları və qarşıda duran vəzifələr" mövzusunda be...
ANL
"Biliyə əsaslanan cəmiyyətdə müəllimlərin. kompetensiyaları: siyasət, pedaqogika, sosial. vərdişlər" mövzusunda beynəlxalq konfrans. Dekabrın 1-də Bakıdakı "Park İNN" otelində "Biliyə əsaslanan cəmiyyətdə müəllimlərin kompetensiyaları: siyasət, pedaqogika, sosial vərdişlər" mövzusunda beynəlxalq konfrans öz işinə başla...
ANL
Ali məktəb tələbələrinin XXII Respublika. elmi konfransı və "Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir" adlı müsabiqə keçirildi. 29-30 noyabr tarixlərində Təhsil Nazirliyinin təşkilatçılığı ilə Bakı Slavyan Universitetində ali məktəb tələbələrinin XXII Respublika elmi konfransı və konfrans çərçivəsində "Müstəqilliy...
ANL
Tanınmış ədəbiyyatşünas alim Abbas. Noyabrın 29-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin akt zalında tanınmış ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Abbas Zamanovun anadan olmasının 100 illiyinə həsr olunmuş yubiley mərasimi keçirilib. Azərbaycan Milli E...
ANL
Respublika rəsm müsabiqəsinin. qalibləri mükafatlandırıldı. Noyabrın 30-da T.İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının "Uşaq dünyası" rəsm qalereyasında ali məktəb tələbələri arasında "Azərbaycan-çiçəklənən diyar" mövzusunda təşkil olunmuş respublika rəsm müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi ke...
ANL
Xüsusi lisey siniflərində təhsil alan VI sinif şagirdlərinin. bilik və bacarıqlarının Azərbaycan dili və riyaziyyat. fənlərindən meyarlar üzrə təhlili. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 aprel 2006-cı il tarixli 1414 nömrəli Sərəncamı ilə təsdiq olunmuş "Xüsusi istedada malik uşaqların (gəncl...
ANL