text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
I və V siniflər üçün dərslik komplektlərinin hazırlanması və çapı məsələləri müzakirə olunub. Aprelin 18-də Təhsil Nazirliyində 2012-2013-cü tədris ilinə ümumtəhsil məktəblərinin I və V sinifləri üçün dərslik komplektlərinin hazırlanması və çapına dair tenderqabağı iclas keçirildi. İclasda Təhsil Nazirliyi Tender komis...
ANL
Ali təhsil müəssisələri arasında futbol üzrə IV ölkə çempionatına start verildi. Aprelin 13-də Bakıdakı "Şəfa" stadionunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş ali təhsil müəssisələri arasında futbol üzrə IV ölkə çempionatının açılış mərasimi keçirildi. Tədbirdə təhsil nazirini...
ANL
İnformatika müəllimləri üçün zona seminarı keçirilib. Son illərdə informatika fənninin tədrisi ilə bağlı bir sıra məsələlər həllini tapmış, dövlət proqramları çərçivəsində məktəblərimiz kompüter texnikası ilə təmin edilmiş, fənn üzrə bütün siniflər üçün dərsliklər, o cümlədən yeni kurikulum əsasında ibtidai siniflər üç...
ANL
NDU-da distant təhsil vasitəsilə informatika fənninin yaz semestri üzrə tədrisinə başlanıldı. AMEA İnformasiya Texnologiyaları İnstitutunun alim və mütəxəssislərinin distant təhsil sistemi vasitəsilə Naxçıvan Dövlət Universitetində elmi tədqiqat və təhsil müəssisələrinin doktorant və dissertantları üçün informatika fən...
ANL
1956-cı ildə GDU-ya - o vaxtkı H.Zərdabi adına KDPİ-nin fizika-riyaziyyat fakültəsinə qəbul olunan, 4 il sonra müəllim kimi müstəqil həyata atılan gənclər indi ömürlərinin müdrik çağında görüşə gəlmişdilər. Universitetin rektoru, professor Elman Məmmədovun, riyaziyyat-informatika fakültəsinin dekanı, dosent Fəxrəddin M...
ANL
"Azərbaycan dilində mürəkkəb sintaktik bütövlər" adlı dərs vəsaitinin təqdimatı keçirilib. Aprelin 10-da Bakı Slavyan Universitetində "Azərbaycan dilində mürəkkəb sintaktik bütövlər" adlı dərs vəsaitinin təqdimatı keçirildi. Bu əsər AMEA-nın müxbir üzvü, BSU-nun rektoru, professor Kamal Abdullayevin rəhbərliyi və iştir...
ANL
Respublika ifa müsabiqəsinin keçirilməsi barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Ümumtəhsil məktəblərinin şagirdləri arasında 28 may - Respublika gününə həsr olunmuş vətənpərvərlik mövzusunda ifa üzrə respublika müsabiqəsi keçirilsin. Müsabiqənin əsasnaməsi və təşkilat komitəsinin tərkibi təsdiq olunsun ...
ANL
Azərbaycan Dövlət Pedaqoji Universitetinin 90 illik yubileyi qeyd edildi. Aprelin 20-də Azərbaycan Dövlət Pedaqoji Universitetində bu təhsil ocağının 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirildi. Təhsil naziri Misir Mərdanov mərasimi açıq elan etdikdən sonra universitetin tələbələrindən ibarət xor kolle...
ANL
Müsahibimiz Rəsul Rza Fondunun sədri, xalq şairi Fikrət Qocadır. Çünki hər kəs özü-özünü daha yaxşı tanıyır, hər bir yaradıcı insanın içində başqalarının görmədiyi bir gizli 40-cı qapı var. Rəsul Rza öz sanbalını, öz gücünü bilən şəxsiyyət olub... Şairin yaradıcılığında ən qabarıq cəhət müasirlikdir. İstər poeziyasında...
ANL
İnşa yazı müsabiqəsinin qalibləri mükafatlandırıldılar. Aprelin 25-də Təhsil Nazirliyində respublikanın ümumi təhsil məktəblərinin şagirdləri arasında "Böyük Azərbaycan şairi Mirzə Ələkbər Sabir haqqında düşüncələrim" mövzusunda keçirilmiş inşa yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi oldu. Tədbiri təh...
ANL
Çexiya Respublikasının təhsil sistemi. Çexiya Respublikası. Paytaxtı: Praqa. Avropanın mərkəzində yerləşən Çexiya Respublikası zəngin dövlətçilik ənənələrinə malikdir. Hələ əsrlər öncə ölkədə təhsil sahəsinə göstərilən həssas münasibət və bunun üçün yaradılan əlverişli şərait nəinki yerli əhalinin, hətta digər xalqları...
ANL
Öz müəlliminin nəzəriyyəsini alt-üst edən tələbə. Lakin qəzetdə dərc olunmuş məqalədə məlum deyildi ki, Bor Nobel mükafatını nəyə görə alıb: futbola və ya digər hansısa başqa işə görə. Danimarkalı alim Nils Bor müasir fizikanın yaradıcılarından biridir. Kvant mexanikası, atom nəzəriyyəsi, nüvə reaksiyaları sahəsində əs...
ANL
Azərbaycan dili və ədəbiyyat müəllimləri ən yaxşı "açıq dərs" uğrunda yarışdılar. Bakı Şəhəri üzrə Təhsil İdarəsi təhsilin keyfiyyətinin yüksəldilməsi, fənn müəllimlərinin tədris prosesində yaradıcı fəaliyyətinin səviyyəsinin öyrənilməsi və təbliği məqsədi ilə ötən ilin dekabrından start verdiyi fənn aylıqlarını davam ...
ANL
Bərdə rayonunda coğrafiya müəlliminin iş təcrübəsi öyrənilir. Ümumtəhsil məktəblərində tədrisin keyfiyyətinin yüksəldilməsi bütövlükdə təhsilin inkişafına xidmət edir. Fənn kurikulumlarının tətbiqi tədrisdə dönüş yaratmışdır. Şagirdlərin aldıqları biliklər təkcə nəzəri biliklər deyil, həm də tətbiqi biliklərlə silahlan...
ANL
Şamaxı şahmatçıları respublika birinciliyinin finalına vəsiqə qazanıblar. Şamaxı Şahmat Məktəbinin direktoru, əməkdar müəllim Asif Ağayevdən aldığımız məlumatda bildirilir ki, bu ilin 6-15 aprel tarixlərində İsmayıllı rayonunda Uşaq-Gənclər Şahmat Məktəbləri komandalarının respublika birinciliyinin seçmə yarışları keçi...
ANL
Ofelya xanım sözün özəl əriş-arğacını, nurlu-dürlü çeşnilərini incəliklərinə qədər bilir. Buna görə də qələmiylə gözəl ilmələr vurub əlvan duyğu xalıları toxuyur. Söhbət müəllim kimi ömrünü-gününü şam edib balalarımızın yolunda əridən, şair kimi mənəvi dünyamızı zənginləşdirmək amacına bələnən Ofelya Babayevadan gedir....
ANL
Musiqi Kollecində Azərbaycan Bəstəkarlar İttifaqının sədri ilə görüş keçirilib. Aprelin 16-da Azərbaycan Milli Konservatoriyası tərkibində Musiqi Kollecində görkəmli bəstəkar, Azərbaycan Respublikasının xalq artisti, Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadə ilə görüş keçirildi. Tədbiri giriş sözü ilə a...
ANL
AMİ-nin Ağcabədi filialında "Ürək dözmür ayrılığa..." kitabının təqdimatı olub. Aprelin 18-də AMİ-nin Ağcabədi filialında tanınmış yazıçı-publisist, əməkdar jurnalist, "Xalq qəzeti"nin bölgə müxbiri Ziyəddin Sultanovun "Ürək dözmür ayrılığa..." kitabının təqdimat mərasimi keçirildi. Mərasimdə filialın professor-müəllim...
ANL
Təhsil Şurasının iclasında musiqi təhsilinin vəziyyəti müzakirə olunub. Aprelin 13-də Azərbaycan Milli Konservatoriyası tərkibində Musiqi Kollecində respublika Təhsil Şurası İdarə Heyətinin genişləndirilmiş iclası keçirildi. Öz yığıncaqlarını hər dəfə təhsilimizin aktual problemlərindən birinə həsr edən Şuranın budəfək...
ANL
Eskişəhər valisi Bakı Dövlət Universitetində olub. Türkiyənin Eskişəhər valisi Qədir Qoçdəmirin başçılıq etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində olub. Qonaqları qəbul edən rektor, akademik Abel Məhərrəmov BDU-nun tarixi, xarici əlaqələri barədə və Türkiyə universitetləri ilə əməkdaşlığından danışıb. Azərbay...
ANL
"Naxçıvan: ilkin şəhər və Duzdağ" mövzusunda Beynəlxalq Simpozium keçirildi. İyulun 27-də Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında "Naxçıvan: ilkin şəhər və Duzdağ" mövzusunda Beynəlxalq Simpoziumun açılış mərasimi oldu. Simpoziumun iştirakçıları əvvəlcə Naxçıvanın tarixi ilə bağlı yazılmış kitab və monoqrafiyalard...
ANL
Səmərəli məktəb modelində məktəb kitabxanası və onun rolu. Məlum olduğu kimi, Təhsil Nazirliyi ümumtəhsil məktəb kitabxanalarının fəaliyyətinin yaxşılaşdırılması, kitabxana fondlarının zənginləşdirilməsi, nümunəvi məktəb kitabxanalarının yaradılması sahəsində, o cümlədən Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin...
ANL
İKT-nin ingilis dili dərslərində uğurlu tətbiqi. İngilis dili müəllimi kimi dərs dediyim məktəbdə İKT-dən elektron dərsliklərdən, İnternet resurslarından istifadəyə geniş yer verirəm. Xüsusilə İKT-dən fəal dərs prosesinin bütün mərhələlərində motivasiya, tədqiqat işi, məlumat mübadiləsi, məlumatın müzakirəsi və təşkili...
ANL
Naxçıvan Dövlət Universitetində qarşıya qoyulan prioritet vəzifələr müzakirə olunub. NDU-da dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyası və Naxçıvan Dövlət Universiteti qarşısında duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilmişdir. Yığıncağı giriş sözü ilə açan universitetin rektoru,...
ANL
Azərbaycanlı şagirdlər "Dünyanı yaxşılığa doğru dəyişək!" adlı XI beynəlxalq uşaq festivalında iştirak ediblər. 21 iyul - 2 avqust tarixlərində ölkəmizin ümumi təhsil müəssisələrinin 15 şagirdi Ukraynada yerləşən "Artek" Beynəlxalq Uşaq Mərkəzində (BUM) keçirilmiş "Dünyanı yaxşılığa doğru dəyişək!" adlı XI beynəlxalq u...
ANL
Nobel mükafatı almış ilk rus alimi. İvan Petroviç Pavlov haqlı olaraq dünyanın ilk fizioloqu qəbul edilir. Rusiya elminin fəxri hesab olunan görkəmli alim dünyanın 130-dan çox elmlər akademiyası və elmi cəmiyyətlərin fəxri üzvü seçilib. Fiziologiya və tibb sahəsində fundamental işlərinə görə 1904-cü ildə Nobel mükafatı...
ANL
Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamının elan edilməsi barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 avqust 2012-ci il tarixli 208 S nömrəli sərəncamını elan edirəm: "Azərbaycan Respublikasının Nazirlər Kabineti. "Təhsil haqqında" Azərbaycan Resp...
ANL
Naxçıvan Dövlət Universitetinin tələbələri Türkiyədə təcrübə keçiblər. Naxçıvan Dövlət Universitetinin 1999-cu ildə pediatriya ixtisası ilə təməli qoyulan, 2007-ci ildə tibbi profilaktika və 2011-ci ildə müalicə işi ixtisasları ilə formalaşan tibb fakültəsi ixtisasli elmi-pedaqoji heyətə, fundamental tədris bazasına ma...
ANL
Səbail məktəblilərinin Qubadakı yay istirahəti yaddaqalan olub. Böyüməkdə olan gənc nəslin yay istirahətinin mənalı təşkili, onların vətənə məhəbbət, dövlətçilik ruhunda tərbiyəsi istiqamətində Səbail Rayon İcra Hakimiyyəti, Quba Rayon İcra Hakimiyyəti, DİN Daxili Qoşunlar Komandanlığı və "Çağ" Öyrətim İşlətmələri Şirk...
ANL
Təhsil işçilərinin 2012-ci il sentyabr konfranslarının keçirilməsi haqqında. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Belə ki, ibtidai təhsil səviyyəsində yeni fənn proqramlarının (kurikulumlarının) tətbiqi başa çatmış və əldə edilən nəticələrin təhlili üzrə aparılacaq işlərin istiqamətləri müəyyənləşdirilmişdir....
ANL
Bakı Dövlət Universitetində Azərbaycan-Koreya İnformasiya Təminatı Mərkəzi açılıb. Avqustun 17-də Bakı Dövlət Universitetində (BDU) Koreya Respublikasının Dövlət İdarəçiliyi və Təhlükəsizlik Nazirliyinin nəzdində Milli İnformasiya İctimai Agentliyinin dəstəyi ilə Azərbaycan-Koreya İnformasiya Təminatı Mərkəzinin yenidə...
ANL
Elmin zirvəsini fəth etmiş Nobelçi ailə. Onlar haqqında ayrı-ayrılıqda danışmaq və yazmaq düzgün olmazdı. XX əsrin görkəmli fransız tədqiqatçıları, süni radioaktivliyi kəşf etmiş Jan Frederik Jolio və İren Kürilər ailəsi haqqında danışanda istər-istəməz dünya şöhrətli böyük fiziklər, iki dəfə Nobel mükafatı laureatı Ma...
ANL
İstedadlı şagirdlər üçün xüsusi lisey siniflərinə şagird qəbulunun aparılması barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17.04.2006-cı il tarixli, 1414 nömrəli sərəncamı ilə təsdiq olunmuş "Xüsusi istedada malik uşaqların (gənclərin) yaradıcılıq pot...
ANL
İstedadlı şagirdlər üçün xüsusi lisey siniflərində oxuyan VI-VII sinif şagirdlərinin qiymətləndirilməsi barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17.04.2006-cı il tarixli, 1414 nömrəli sərəncamı ilə təsdiq olunmuş "Xüsusi istedada malik uşaqların (...
ANL
Təhsil Nazirliyində görüş. Avqustun 24-də təhsil naziri Misir Mərdanov Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Şerzod Fayziyev ilə görüşüb. Azərbaycanla Özbəkistan arasında yüksək səviyyəli ikitərəfli əlaqələrin mövcud olduğunu bildirən Misir Mərdanov təhsil sahəsində qarşılıqlı əməkdaşlığın daha d...
ANL
Azərbaycanla Cənubi Koreya arasında təhsil sahəsində əməkdaşlıq inkişaf edir. Avqustun 24-də təhsil naziri Misir Mərdanov Cənubi Koreyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Li Ci Ha ilə görüşüb. Qonağı səmimi salamlayan təhsil naziri Misir Mərdanov son illər Azərbaycanla Cənubi Koreya arasında təhsil sahəsin...
ANL
XXI əsrin "Təhsil əsri" olması cəmiyyətin bütün sahələri ilə yanaşı, bilavasitə təhsilə daha çox diqqət yetirilməsi, müasir dünyamızın qlobal problemi kimi onu bütün fəaliyyətlərin fövqünə qaldırılması ilə nəticələndi. İnsanlığın formalaşması üçün əsas əlamətlərdən biri sayılan təhsil indiki zamanda önəmli olmaqla daha...
ANL
Təhsildə aparılan islahatlar öz bəhrəsini verir. Ölkədə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasi və iqtisadi kurs Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir, müxtəlif sahələrdə, o cümlədən təhsil sahəsində islahatlar mərhələ-mərhələ həyata keçirilir. Son i...
ANL
İngilis dili və müasir təlim metodları. Bu gün Azərbaycanımızın müstəqil dövlət olaraq sürətlə inkişaf etdiyi bir dövrdə təhsildə də böyük islahatlar həyata keçirilir. Bu islahatlar biz müəllimlərin qarşısında önəmli vəzifələr qoyur. Hazırda milli zəminə və bəşəri dəyərlərə əsaslanan, yüksək insani keyfiyyətləri özündə...
ANL
Şagirdlərə düzgün və savadlı yazı mədəniyyəti aşılamaq məktəbin vəzifəsidir. Dilimizin gözəlliyini duymaq, mənimsəmək, bu gözəlliyi hər zaman təbliğ etmək, bu dildə düzgün və gözəl damşmaqla hamıya nümunə olmaq hər şəxsin ümdə vəzifəsidir. Hazırda təhsilimizin qarşısında duran mühüm vəzifələrdən biri də yüksək bilik və...
ANL
Ən gənc Nobel mükafatı laureatı. Dahi ingilis fiziki Uilyam Lourens Breqq Nobel mükafatları tarixində bu ali elmi mükafata layiq görülmüş ən gənc alim hesab olunur. Kavendiş laboratoriyasında məhz onun rəhbərlik etdiyi dövrdə - 1953-cü ilin fevralında Ceyms Uotson, F.Krik və R.Franklin tərəfindən DNK strukturu kəşf olu...
ANL
Gənc bəstəkar beynəlxalq müsabiqənin finalında iştirak etmək hüququ qazanıb. Gənc azərbaycanlı bəstəkar Türkər Qasımzadə ABŞ-ın Massaçusets ştatının Boston şəhərində keçirilən bəstəkarların ənənəvi 30-cu Beynəlxalq "ALEA III" müsabiqəsinin finalına vəsiqə qazanıb. 200-dən çox müraciət daxil olmasına baxmayaraq, yalnız ...
ANL
Azərbaycan Təhsil Şurasının mətbu orqanı "Təhsil və zaman" qəzetinin 10 yaşı tamam oldu. Bu müddət ərzində qəzet təhsil sisteminin müxtəlif sahələrinə, təlim prosesinin təşkili və həyata keçirilməsinə, tərbiyəvi işlərin keyfiyyətinin artırılmasına, təhsili idarəetmə və digər məsələlərə aid onlarla məqalə dərc etmişdir....
ANL
Tar ifaçılarının muğam müsabiqəsi. Dekabrın 4-də Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecində tar ifaçılarının muğam müsabiqəsi keçirilib. Kollec üzrə 1 dekabr 2012-ci il tarixli 30/9 saylı əmrlə istedadlı muğam ifaçılarını üzə çıxarmaq məqsədi ilə keçirilən müsabiqə görkəmli tarzən, Azərbaycan Respubli...
ANL
Tar ifaçılarının muğam müsabiqəsi. Dekabrın 4-də Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecində tar ifaçılarının muğam müsabiqəsi keçirilib. Kollec üzrə 1 dekabr 2012-ci il tarixli 30/9 saylı əmrlə istedadlı muğam ifaçılarını üzə çıxarmaq məqsədi ilə keçirilən müsabiqə görkəmli tarzən, Azərbaycan Respubli...
ANL
Həqiqət kimi görünənlərə yox, həqiqətə inanmaq lazımdır... Ən gözəl fikir də pis ifadə edildikdə öz dəyərini itirir. Məni bu məqaləni yazmağa vadar edən səbəb 30.11.2012-ci il tarixdə Azərbaycan dili və ədəbiyyat müəllimi işlədiyim liseyə mənim üçün "Dərslik terroru, yaxud ikimərhələli tenderlə başlayan ikipərdəli trag...
ANL
Dekabrın 1-də Təhsil Nazirliyində ali. məktəb rektorları ilə müşavirə keçirildi. Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov tədbiri açaraq iştirakçıları salamladı. Nazir Azərbaycan Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanovu 65 yaşının tamam olması və Bakı Dövlət Universitetinin rektoru, ak...
ANL
"Elektron universitet" layihəsi həyata keçiriləcək. Naxçıvan Dövlət Universitetində "Elektron universitet" layihəsinin yaradılması və həyata keçirilməsi ilə bağlı müşavirə keçirildi. NDU-nun rektoru, akademik İsa Həbibbəyli Azərbaycanda elektron cəmiyyət və elektron hökumət yaradılması istiqamətində görülən mühüm işlər...
ANL
Hindistanın ölkəmizdəki səfiri ADU-da. Dekabrın 4-də Azərbaycan Dillər Universitetinin rektoru, professor Səməd Seyidov Hindistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Vinod Kumarı qəbul etdi. Qonağı salamlayan rektor onu ADU-da görməkdən məmnun olduğunu bildirdi. Ölkələrimiz arasında əlaqələrin çox vaci...
ANL
Xurşidbanu Natəvanın 180 illiyinə həsr olunan ədəbi məclis. Lirik şair və rəssam kimi şöhrət tapan Xurşidbanu Natəvan zəngin şifahi xalq ədəbiyyatı və klassik poeziya ənənələrinin vəhdəti ilə formalaşmış, poeziyamızda özünəməxsus üslubu, dəst-xətti ilə seçilmişdir. Xurşidbanu Natəvan 1832-ci il avqustun 15-də əzəli-əbə...
ANL
Azərbaycan Avropa təhsil məkanına gedən yolda. Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. Cəmiyyət təhsilsiz inkişaf edə bilməz. Heydər ƏLİYEV. Dünyanın inkişafının bugünkü mərhələsində cəmiyyətin formalaşma dərəcəsini xarakterizə edən ən mühüm amil onun insan kapitalıdır...
ANL
Yolunu çoxdan gözlədiyimiz dərslik. Bakı Dövlət Universiteti beynəlxalq jurnalistika kafedrasının müdiri, professor Həmid Vəliyevin "Xarici ölkələrin jurnalistikası tarixi" dərsliyi 40 çap vərəqi (640 səhifə) həcmində nəfis şəkildə çapdan çıxmışdır. Həmin kurs jurnalistika təhsili sistemində ixtisas fənlərinin tərkibin...
ANL
Milli Məclisin deputatı Aydın Mirzəzadənin "Qarabağ. düyünü" kitabının təqdimat mərasimi keçirildi. Dekabrın 5-də Bakıdakı 56 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Aydın Mirzəzadənin "Qarabağ düyünü" kitabının təqdimat mərasimi keçirildi. 55 nömrəli tam orta məktəbin təşkilatçılığı...
ANL
Biologiya dərslərində İKT-dən istifadə. "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 10 iyun 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilib. Bu strateji əhəmiyyətli sənədin nəinki təhsil sektoru, ...
ANL
Yetirmələri ilə fəxr edən idman məktəbi. Bu günlərdə Bakıdakı 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbində olduq. İdman məktəbi ilə tanışlıqdan sonra direktor Rüfət Eyyubov məktəbin fəaliyyəti barədə qısaca məlumat verdi. İdman məktəbi fəaliyyət göstərdiyi dövr ərzində bir çox uğurla...
ANL
Təlimin forma və metodlarının düzgün. seçimi dərsin səmərəsini artırır. Son illər ölkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlar bu sahənin getdikcə inkişaf edən, dövrün tələblərinə cavab verən bir sistemə çevrilməsinə səbəb olmuşdur. İslahatlardan əldə olunan səmərənin ən mühüm göstəricilərindən biri isə, məni...
ANL
Dekabrın 1-də Zərdab Rayon Təhsil Şöbəsində "Müasir mərhələdə fəal interaktiv ədəbiyyat dərslərinin təşkili: reallıqlar və perspektivlər" mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransı giriş sözü ilə Zərdab Rayon Təhsil Şöbəsinin müdiri, filologiya elmləri doktoru Baba Babayev açaraq bildirib ki, müasir dərsi ya...
ANL
Xəzər Universitetinin Dünya məktəbi. Dünyada baş verən yeni proseslər cəmiyyətin mənəvi həyatında elmin, mədəniyyətin rolunu daha da artırır. İnkişafı təmin etmək və müasir cəmiyyətə inteqrasiya olunmaq üçün təhsilin təkmilləşdirilməsi vacib amilə çevrilir. Son illər respublikamızda bütün sahələrdə olduğu kimi təhsil s...
ANL
Siyəzəndə konfrans keçirildi. Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialı noyabrın 24-də Siyəzən və Xızı rayonlarının müəllimləri ilə birgə "5-ci siniflərdə fənlərin tədrisində yeni təlim texnologiyalarından istifadənin aktual problemləri" mövzusunda konfrans keçirdi. Konfransı AMİ-nin Sumqayıt filialının direk...
ANL
Şairin könül səltənəti. Bütün şüurlu həyatını, ömrünü balalarımızın, gənc nəslin təlim-tərbiyəsinə həsr edən görkəmli şair, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Rafiq Yusifoğlu ali və orta məktəblər üçün yazılan neçə-neçə dərsliyin, dərs vəsaitlərinin, tədris proqramlarının, elmi monoqrafiyaların müəll...
ANL
1-ci siniflər üçün "Riyaziyyat" dərsliyinə qarşı çıxanlara. obyektivlik, qərəzsizlik və vətənpərvərlik çağırışı ilə. Öz "araşdırmaları" ilə ibtidai məktəblərin birinci sinifləri üçün qəbul olunmuş "Riyaziyyat" dərsliyinin "yararsızlığını" sübuta yetirməyə cəhd göstərən İlham Tumas bu mövzuda yazılarını eyni zamanda bir...
ANL
İbtidai təhsil pilləsində həyat bilgisi fənn kurikulumunun. tətbiqində nəzərdə tutulan fəaliyyət xətləri. Həyat bilgisi fənn kurikulumunda fənnin məzmunu bacarıqlar şəklində ifadə olunmuş standartların köməyi ilə verilir. Bacarıqlar isə şagirdin müxtəlif fəaliyyətləri nəticəsində əldə olunur və onların köməyi ilə nümay...
ANL
Əlavə təhsil: mövcud problemlər və yeni yanaşmalar. Köklü islahatların həyata keçirildiyi təhsil sektorunda baş verən yeniliklər daim dövlətin diqqət mərkəzindədir. Azərbaycan Respublikası Prezidentinin imzaladığı çoxlu sayda fərman və sərəncamları, dövlət proqramları təhsilin müasir və beynəlxalq standartlara uyğunlaş...
ANL
Musiqi dərslərinin səmərəli təşkili. Azərbaycan XXI əsri yaşamaqdadır. Dünya təcrübəsindən məlum olduğu kimi XXI əsrdə həm cəmiyyətin, həm də hər bir cəmiyyət üzvünün yaşamasında və inkişafında başlıca dəyər yaradıcı, özünü inkişaf etdirən şəxsiyyətdir. Bu gün təhsil alan uşaqlar yaxın gələcəkdə cəmiyyətimizin tamhüquq...
ANL
Birincilərin ilk "açıq dərs"i. Paytaxtın Nərimanov rayonunda yeni açılmış yüksək texnologiyalı Bakı Modern məktəbində Dövlət Bayrağı Gününə həsr olunmuş maraqlı bir tədbir keçirilirdi. Bu sinfə dərs deyən müəllim, "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi Sevinc Əliyevanın Azərbaycan dili fənnindən "Yy" hərfi mövzusunda ...
ANL
Nizami dühasının işığında. Dekabrın 6-da Bakıdakı 147 nömrəli texniki-humanitar liseydə böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinə həsr olunmuş ədəbi-bədii tədbir keçirildi. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin elan etdiyi ədəbiyyat fənn aylığı çərçivəsində keçirilən tədbirdə liseyin müə...
ANL
Heydər Əliyev adına liseydə ulu. öndərin anım günü keçirildi. Bakıdakı Heydər Əliyev adına liseydə müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirildi. Tədbirdə liseyin müəllim-şagird kollektivi ilə yanaşı valideynlər və digər şəxslər də iştirak edirdil...
ANL
"Heydər Əliyev irsi və müasir Azərbaycanın inkişaf siyasəti". mövzusunda respublika elmi-praktik konfransı. Dekabrın 10-da Azərbaycan Müəllimlər İnstitutunda "Heydər Əliyev irsi və müasir Azərbaycanın inkişaf siyasəti" mövzusunda respublika elmi-praktik konfransı keçirildi. Azərbaycan Müəllimlər İnstitutu və Azərbaycan...
ANL
Dekabrın 6-da Bakı Dövlət Universitetində dünya ədəbiyyatı kafedrasının professoru, filologiya elmləri doktoru Əmirxan Xəlilovun 75 illik yubiley mərasimi keçirildi. Tədbiri giriş sözü ilə açan filologiya fakültəsinin dekanı Məhərrəm Vəliyev professor Əmirxan Xəlilovun həyat və yaradıcılığı haqqında iştirakçılara qısa ...
ANL
Şagirdlər İKT biliklərinə dərindən yiyələnirlər. "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində paytaxtın ümumtəhsil müəssisələrində bir çox işlər görülmüş, uğurlu layihələr həyata keçirilmişdir. Bakıdakı 61 nömrəli tam orta məktəbin direkto...
ANL
Təhsil müəssisələrində ulu öndərin xatirəsi yad edildi. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirildi. Mərasim iştirakçıları öncə ulu öndər Heydər Əliyevin büstü önünə əklil qoyaraq əziz xatirəsini bir dəqiq...
ANL
Qafqaz Universitetində I Beynəlxalq. Bəxtiyar Vahabzadə simpoziumu keçirilir. Dekabrın 13-də Qafqaz Universitetində I Beynəlxalq Bəxtiyar Vahabzadə simpoziumu öz işinə başladı. Simpozium iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini hörmətlə yad edib məzarı üzərinə əklil qoydul...
ANL
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günləri ərəfəsində Naxçıvan Dövlət Universitetində bu il də ənənəvi silsilə tədbirlər keçirilir. Heydər Əliyev Universitetinin növbəti məşğələsi, fakültə elmi konfransları, kitab və rəsm sərgiləri, müxtəlif idman yarışları ulu öndərin xatirəsinə dərin ehtiramın ...
ANL
Ümummilli lider Heydər Əliyevin xatirəsi Bakı Pedaqoji Kadrların. İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda anıldı. Dekabrın 11-də Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda "Heydər Əliyev və Azərbaycanın davamlı inkişafı" mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Tədbirdə res...
ANL
Təhsil naziri Misir Mərdanovun rəhbərlik etdiyi nümayəndə. heyətinin İsveçrə Konfederasiyasına rəsmi səfəri. Azərbaycanın İsveçrə Konfederasiyasındakı səfirliyində. Təhsil naziri Misir Mərdanovun rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 3-dən 11-dək İsveçrə Konfederasiyasında rəsmi səfərdə olub. Dekabrın 4-də təhsil ...
ANL
İmtahan sessiyasının təşkili və keçirilməsi barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Ali və orta ixtisas təhsili müəssisələrində 2012/2013-cü tədris ilinin payız semestrinin imtahan sessiyasını mövcud qaydalara uyğun təşkil etmək, (bundan sonra imtahan sessiyası) tələbələrin biliyinin qiymətləndirilməsind...
ANL
"Elektron məktəb" layihəsinə yeni. məktəblərin cəlb olunması barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. "Elektron məktəb" layihəsini tətbiq etmək üçün seçilmiş əlavə 11 təhsil müəssisəsinin siyahısı təsdiq edilsin (1 saylı Əlavə). Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi (S.Məmmədov): 2.1. "Elektro...
ANL
Dövlət İdarəçilik Akademiyasında akademik Ramiz. Mehdiyevin "Şah İsmayıl Səfəvi ali məramlı tarixi. şəxsiyyət kimi" məqaləsi müzakirə olunub. Dekabrın 11-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Şah İsmayılın siyas...
ANL
Dekabrın 14-də Azərbaycan Dillər Universitetində Həsən bəy Zərdabinin 170 illiyinə həsr olunmuş tədbir keçirildi. Tədbir ADU-nun ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri, Azərbaycan dili və ədəbiyyatı kafedrasının müəllimi Zeynab Kazımova və filologiya fakültəsinin jurnalistika ixtisasında təhsil alan tələb...
ANL
Azərbaycan Müəllimlər İnstitutunda yubiley tədbirləri. Dekabrın 6-da Azərbaycan Müəllimlər İnstitutunda professor-müəllim heyətinin və tələbələrin iştirakı ilə Məmməd Səid Ordubadinin 140 illik yubileyinə həsr edilmiş tədbir keçirildi. AMİ-nin rektoru, Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı giriş sözündə b...
ANL
Doktorantların və gənc tədqiqatçıların. XVII Respublika elmi konfransı. 18-19 dekabr tarixlərində Təhsil Nazirliyinin təşkilatçılığı ilə doktorantların və gənc tədqiqatçıların XVII Respublika elmi konfransı keçirildi. Dekabrın 18-də "Avropa" otelində keçirilən konfransın açılış mərasimində təhsil naziri Misir Mərdanov,...
ANL
Dövlət Proqramının icrasına həsr. Dekabrın 20-də paytaxtdakı "Avropa" otelində "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)" çərçivəsində "2012-ci ilin yekunları və qarşıda duran vəzifələr" mövzus...
ANL
Azərbaycan Dövlət Pedaqoji Universitetində professor. Əbdül Əlizadənin 80 illik yubileyi qeyd olundu. Dekabrın 19-da Azərbaycan Dövlət Pedaqoji Universitetində bu ali təhsil müəssisəsinin ümumi psixologiya kafedrasının müdiri, Prezident təqaüdçüsü, Şöhrət ordenli, əməkdar elm xadimi, professor Əbdül Əlizadənin 80 illik...
ANL
Azərbaycan-ABŞ münasibətlərində təhsil. sahəsi mühüm əhəmiyyət kəsb edir. Dekabrın 17-də təhsil naziri Misir Mərdanov Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstar ilə görüşüb. Öncə Riçard Morninqstarı ölkəmizə səfir təyin olunması münasibətilə təbrik edən təhsil naziri o...
ANL
İyirmi illik əməkdaşlıq yeni inkişaf mərhələsində. Türkiyə Respublikasının Ərzurum Atatürk Universitetinin rektoru, professor doktor Hikmet Koçakın rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Dövlət Universitetində işgüzar səfərdə olmuşdur. Türkiyəli qonaqlar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Naxçıvan...
ANL
BDU-da Yunis İmrə Mədəniyyət Mərkəzinin. yaradılması barədə protokol imzalanıb. Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Yunis İmrə Vəqfi prezidenti və Yunis İmrə İnstitutununun müdirü prof. dr. Ali Fuat Bilkanı, Yunis İmrə İnstitutu Türkologiya Koordinatoru Yasin Tunçu, Tbilisi Yunis İmrə Mədəniyy...
ANL
"Xalq kompüteri" layihəsinə. həsr edilmiş mətbuat konfransı. Dekabrın 20-də Abşeron-Bakı Mehmanxanasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, HP Microsoft və "Bestcomp Group" şirkətlərinin birgə iştirakı ilə "Xalq kompüteri" layihəsinə həsr edilmiş mətbuat konfransı keçirildi. Tədbiri "Mic...
ANL
kurikulumları orta təhsil pilləsində. Dərslərin yeni təlim metodları ilə qurulması şagirdlərdə müstəqil yaradıcı düşünmə qabiliyyətini, yeni biliklərə sərbəst yiyələnmək bacarığını inkişaf etdirir. Mən də dərslərimdə bu təlim metodlarından hər zaman istifadə etməyə çalışıram. Ənənəvi üsuldan fərqli olaraq, fəal təlimdə...
ANL
Naxçıvan Müəllimlər İnstitutunda yubiley tədbiri. Naxçıvan Müəllimlər İnstitutunun elmi-metodiki işlər üzrə prorektoru, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yaqub Məmmədovun anadan olmasının 60 illik yubileyinə həsr edilmiş tədbir keçirilmişdir. Tədbiri ali təhsil ocağının rektoru, professor Oruc Həsənli açaraq yubi...
ANL
Hüseyn Cavidin 130 illik yubileyi Bakı Pedaqoji Kadrların. İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda qeyd edildi. Dekabrın 14-də Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda dahi Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 130 illik yubileyinə həsr edilmiş elmi-praktik konfrans və i...
ANL
Açıq məktub. 2012-2013-cü dərs ilinə ümumtəhsil məktəblərinin I və V sinifləri üçün dərslik komplektlərinin hazırlanması və çapının satınalınması üzrə tenderə təqdim edilən beş ədəbiyyat dərsliyindən ikisi (birinin müəllifləri - Afət Süleymanova, Təranə Bağırova, İlhamə Muradova, digərinin isə Soltan Hüseynoğlu, Bilal ...
ANL
adlı tədbir keçirildi. Dekabrın 14-də T.İsmayılov adına "Uşaq Dünyası" rəsm qalereyasında sağlamlıq imkanları məhdud olan uşaqlara həsr olunmuş "Dünya bizim gözümüzlə" adlı tədbir keçirildi. Tədbir Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzi tərəfindən təşkil edilmişdir. Öncə iştirakçılar sağlamlıq imkanları...
ANL
Kurikulum konkret hədəflərə. ünvanlanmış milli təhsil konsepsiyasıdır. Ana dilimizə tərcümədə "istiqamət", "yol" mənasını verən "kurikulum" bu gün ən çox eşitdiyimiz və işlətdiyimiz sözlərdən biri olduğundan və onun əhatə etdiyi elmi-metodiki ədəbiyyatlar, təhsil qanunvericiliyi aktları, ən əsası da fəaliyyət sahəsi cə...
ANL
Misir Ərəb Respublikası dünya elminə bir sıra görkəmli alimlər bəxş edib. Qədim elm, təhsil ənənələrinə malik Misirin XX əsrdə yetişdirdiyi görkəmli alimlərdən biri hazırda Amerikanın Kaliforniya Texnologiya İnstitutunda fizika və kimya laboratoriyasına rəhbərlik edən Əhməd Zevayldır. Misirdə dünyaya göz açmış, Amerika...
ANL
Müasir dərs necə olmalıdır? Riyaziyyat ümumtəhsil məktəblərində tədris olunan ən mühüm və vacib fənlərdən biridir. Riyaziyyat zehni inkişafın əvəzedilməz vasitəsidir, müasir ixtisas sahələrinin çoxu ilə birbaşa bağlıdır. Riyaziyyatın öyrənilməsində ən ağrılı öyrənmə forması "tədrisin təbaşir metodu"nun dominant rol oyn...
ANL
Müasir təlim metodları və yeni pedaqoji. texnologiyaların təlim-tərbiyə prosesində tətbiqi. Müstəqil respublikanın davamlı inkişafı insan potensialının inkişafından, insan potensialının inkişafı keyfiyyətli təhsil sistemindən, təhsil sisteminin inkişafı isə bu sistemdə çalışanların pedaqoji ustalığından asılıdır. Qeyd ...
ANL
İbtidai siniflərdə Azərbaycan dilindən sintaksisə. aid mövzuların tədrisi təcrübəsindən. Müasir fənn kurikulumlarının tətbiqi Azərbaycan dilinin ibtidai siniflərdə tədrisinə geniş imkanlar açır. Azərbaycan dilinin əsas məqsədi şagirdlərdə oxu, yazı, dinləmə və danışma bacarıqlarının formalaşmasını təmin etməkdən, onlar...
ANL
Coğrafiyadan interaktiv dərs. Son illər təhsil sahəsində aparılan islahatlar tədris prosesinə xeyli yeniliklər gətirib. Bunların bir qismi dərsin təşkili forma və üsulları ilə bağlıdır. Bu baxımdan fəal, interaktiv dərsləri, böyük və kiçik qruplarla işi, dərsdə İKT vasitələrindən, interaktiv təlim üsullarından istifadə...
ANL
Xarici dilin mənimsənilməsinin səmərəli üsulları. Xarici dil təkçə insanın ümumi mədəni səviyyəsini, düşünmək və yaratmaq qabiliyyətini inkişaf etdirmir, həmçinin ona yad mədəniyyətə, yad yaradıcılığa öz münasibətini ifadə etməyə imkan verir. Artıq bir neçə ildir ki, iptidai siniflərdə dərslər kurikuluma uyğun aparılır...
ANL
İngilis dili fənninin fəal təlim metodları ilə tədrisi. Müasir dövrdə xarici dillərin tədrisində fəal təlim metodlarından geniş istifadə olunur. Fəal təlim metodları müəllimlərin işini asanlaşdırır. Yəni onlar gün ərzində keçdiyi dərsin nəticəsini bütün şagirdlərdən 45 dəqiqə ərzində ala bilirlər. Bu zaman uşaqların bö...
ANL