text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
İbtidai təhsil səviyyəsində riyaziyyat və informatikadan məktəbdaxili. qiymətləndirmədə istifadə olunan qiymətləndirmə vasitələri barədə. Ölkəmizin ümumi orta təhsil müəssisələrində həyata keçirilən təhsil islahatının əsas məqsədi gənc nəslə yaşamaq üçün öyrənməyi öyrətməkdən, öyrəndiklərindən həyatda istifadə etmək ba... | ANL |
Xızı və Qusar rayonlarının ümumtəhsil məktəblərində tam orta təhsil pilləsi üzrə buraxılış imtahanlarının keyfiyyət göstəricilərinə görə təhlili. Mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarında şimal rayonlarının (Xızı, Siyəzən, Xaçmaz, Şabran, Quba və Qusar) keyfiyyət və müvəffəqiyyət göstəriciləri aşağı... | ANL |
Məktəblilərin intellekt yarışına yekun vuruldu. Şəhərin ümumtəhsil məktəblərində və məktəbdənkənar təhsil müəssisələrində təhsil alan IX - XI sinif şagirdləri və dərnək üzvləri arasında keçirilən intellekt yarışında 22 komandanı 66 məktəbli təmsil etmişdir. Yarışın final mərhələsi Azərbaycan Dövlət Pedaqoji Universitet... | ANL |
Futbolçu qızlar Yeni ili uğurla qarşıladılar. "Azərbaycan Respublikasında Futbolun inkişafına dair Dövlət Proqramı (2005-2015-ci illər)"-nın tələblərinə uyğun olaraq digər təhsil müəssisələrində olduğu kimi, Bakı şəhərinin idman məktəblərində də çox mühüm işlər həyata keçirilir. Bu münasibətlə daxili imkanlar hesabına ... | ANL |
Azərbaycan müəllimləri və orta məktəb şagirdləri "Xalq kompüteri" layihəsi çərçivəsində bir il yarım ərzində 10000 kompüterə sahib olublar. HP ProBook 4510s noutbukunun sahibi Sumqayıt şəhər sakini, 27 nömrəli orta ümumtəhsil məktəbinin müəllimi Xalidə İsgəndərova olmuşdur. Layihənin tərəfdaşları ona 10000-ci kompüteri... | ANL |
Məktəblilərin idman uğurları. O, uşaq yaşlarından təsnifat yarışlarında fərqlənərək II-III yerləri tutub. Əli dəfələrlə Bakı və respublika birinciliyində iştirak edərək fərqlənib. Yeniyetmə idmançı ötən il ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş yarışlarda iştirak edərək I dərəcəni qazanıb və beynəlxalq "Temp... | ANL |
Azərbaycan şahmatçıları Bazel turnirinin mükafatçıları olublar. Azərbaycan şahmatçıları Azər Mirzəyev və Fərid Abbasov İsveçrənin Bazel şəhərində başa çatmış beynəlxalq şahmat turnirinin mükafatçıları sırasında olmuşlar. İsveçrə sistemi üzrə keçirilən yarışda 59 şahmatçı mübarizə aparırdı. | ANL |
Azərbaycan ədəbiyyatını əks etdirən mədəniyyət və elm ocağı. Ötən əsrdə, 1940-cı ilin 14 mayında Bakıda, qədim Qız qalasına yaxın bir məkanda mütəfəkkir şair Nizami Gəncəvinin anadan olmasının 800 illik yubileyi münasibətilə ədəbiyyat təmayüllü muzey açıldı. İllər ötdükcə muzeyin ekspozisiya zallarının sahəsi genişlənd... | ANL |
Bakıdakı 36 nömrəli orta məktəbin VIII "A" sinfində ingilis dilində "Vacib peşələr" mövzusunda intel proqramı ilə "açıq dərs" keçirildi. Dərsdə kartoçka sistemindən istifadə olundu. Dörd qrupda təmsil olunan şagirdlər 44 sənət, peşə adını öyrəndilər. Lətifələr, şeirlər, tapmacalar, atalar sözlərini də ingilis dilində s... | ANL |
Uğurlara gedən yol arzulardan başlayır. Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodik Şurasının "Avropa dilləri və ədəbiyyatı" bölməsinin sədri, Azərbaycan Dillər Universitetinin elmi işlər üzrə prorektoru, filologiya elmləri doktoru, professor Dünyamin Yunusovun bu günlərdə 60 yaşı tamam olur. İstər alim, istə... | ANL |
Naxçıvan memarlığı Ukraynada təbliğ olunur. NDU-nun Elmi Kitabxanasında universitetin Memarlıq kafedrasının müdiri, memarlıq namizədi Qadir Əliyevin "Memar Əcəmi Naxçıvani yaradıcılığında ahəngdarlıq" kitabının təqdimatı keçirildi. Xatırladaq ki, 2007-ci ildə Azərbaycan dilində nəşr olunan, Ukraynada yenicə işıq üzü gö... | ANL |
Kollecdə yüksək intellektli kadrlar hazırlanır. Ölkəmizin bütün sahələrində olduğu kimi, təhsil sahəsində də aparılan məqsədyönlü islahatlar bu gün öz bəhrəsini verməkdədir. Gənclərimizin hərtərəfli inkişafını prioritet istiqamət kimi qəbul edən orta və ali təhsil ocaqları bu sahədə ardıcıl və məqsədyönlü iş aparmaqla ... | ANL |
Hesabat konserti maraqla qarşılandı. NDU-nun incəsənət fakültəsi universitet kollektivini növbəti hesabat konserti ilə sevindirdi. Fakültənin Fortepiano kafedrasının müəllim və tələbələri geniş musiqi proqramı ilə çıxış etdilər. Proqramda Azərbaycan klassik musiqisinin görkəmli nümayəndələri F.Əmirovun, Niyazinin, A.Mə... | ANL |
Bağçada uşaqlar üçün hər cür şərait yaradılıb. Bakıdakı 46 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Solmaz Verdiyevadan aldığımız məlumatda bildirilir ki, ötən ildə əsaslı təmir olunan müəssisəyə Təhsil Nazirliyi tərəfindən müxtəlif adda vəsait verilib. Bütün bunlar 2011-ci ildə tərbiyəçiləri daha yaxşı işləməyə həv... | ANL |
Oklənd Universiteti. Yerləşir: Yeni Zelandiya, Oklənd şəhəri. Oklənd Universiteti (Auckland University) Yeni Zelandiyanın Oklənd şəhərində yerləşir və ölkənin ən nüfuzlu ali təhsil ocaqlarından biridir. Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apard... | ANL |
Azərbaycanın Milli Qəhrəmanları. Müslümov Valeh Əlizaid oğlu. 1983-cü ildə rayondakı 2 nömrəli orta məktəbin səkkizinci sinfini bitirib və Sumqayıt şəhər 17 nömrəli peşə məktəbində dülgər peşəsinə yiyələnib. Bir müddət Tikinti Trestinin Səyyar Mexanikləşdirilmiş Dəstəsində çalışıb. Ordudan tərxis olunaraq Sumqayıta qay... | ANL |
Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün coğrafiya fənni kurikulumu (VI-XI siniflər). Coğrafiya fənni kurikulumu və onun xarakterik cəhətləri. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 15 iyun 1999-cu il tarixli, 168 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının təhsil sahəsin... | ANL |
"Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 dekabr 2010-cu il tarixli, 235 nömrəli qərarının icrası barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. "Doktoranturalar yar... | ANL |
İsmayıllı Peşə Tədris Mərkəzinin yaradılması haqqında. Azərbaycan Respublikası təhsil nazirinin əmri. "İsmayıllı Peşə Tədris Mərkəzinin yaradılması haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarını elan edirəm: Azərbaycan Respublikasının Nazirlər Kabineti. İsmayıllı Peşə Tədris Mərkəzinin yaradılması ha... | ANL |
Təhsil Nazirliyi şöbələrinin illik hesabatları dinlənildi. Yanvarın 7-də Təhsil Nazirliyində De-İnstitutlaşma və Uşaqların Müdafiəsi İdarəsi, Dərslik və nəşriyyat şöbəsinin 2010-cu ilin yekunlarına dair hesabatları dinlənildi. De-İnstitutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin rəisi Məlahət Hacıyeva öncə rəhbərlik etdi... | ANL |
Fənn olimpiadalarının ikinci turu keçirilib. Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, yanvarın 9-da respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsinin ikinci turu keçirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən aldığımız məlumata görə, bu turda paytaxtın ümumtəhsil məktəblərinin 1000-ə yaxın şagirdi iştirak e... | ANL |
İlin ən yaxşı akrobatika gimnastı. Müstəqilliyimizə nail olduqdan sonra respublikamızda bütün sahələrdə olduğu kimi, idman sahəsinə də dövlətimiz tərəfindən diqqət böyükdür. İdmançılarımız ölkəmizi beynəlxalq turnirlərdə layiqincə təmsil edərək bayrağımızı ucaldır, Vətənimizə medallar qazandırırlar. Belə idmançılarımız... | ANL |
Yanvarın 11-də Azərbaycan Dillər Universitetində Dünya Hind Dili Gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Debnat Şou iştirak etdi. Səfir ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidovla İnformasiya Resurs Kompleksində (İRK) regionşünaslıq və bey... | ANL |
Şagirdlər seçdikləri peşələrə həvəslə yiyələnirlər. 2 nömrəli Bakı Peşə Liseyinin uğurları əvvəlki illərlə müqayisədə xeyli artıb. Liseyin maddi bazası ildən-ilə möhkəmlənib və inkişaf etdirilib. Liseydə zəngin fənn kabinetləri və laboratoriyalar fəaliyyət göstərir. Onlar təmirçi, çilingər-qaynaqçı, xarrat-dülgər, park... | ANL |
Ali təhsilin İKT əsaslı innovativ inkişafı. 1.Ali təhsilin informatlaşmasi pedaqoji innovasiyalarin nüvəsidir. İnformasiya cəmiyyətində biliklər iqtisadiyyatı ilə təhsil sistemi arasında sıx əlaqə var. Biliklər iqtisadiyyatına gedən yol təhsildən keçir. Biliklər iqtisadiyyatının formalaşmasında xüsusən ali təhsilin müh... | ANL |
Rənglər dünyasının sultanı. Səttar Bəhlulzadə çox böyük, dəyərli və qiymətli əsərlər yaratmışdır.Səttar Bəhlulzadə Azərbaycan deməkdir. Onun əsərləri Azərbaycanı təsvir edir, göstərir, əks etdirir. Bu, rəssamın öz torpağına, öz Vətəninə və xalqına nə qədər bağlı olduğunu göstərir. O, elə bir böyük sənətkardır ki, istən... | ANL |
"Dialoq Avrasiya" Platforması çərçivəsində ailə problemləri. Ötən ilin sonlarında "Dialoq Avrasiya" Platforması çərçivəsində Türkiyə Respublikasının Antalya şəhərində "Ailə dini, ənənələri və müasirliyi öz ətrafında birləşdirən dəyər kimi" mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Azərbaycan nümayəndə heyətinə Ailə... | ANL |
Ötən il "Microsoft-Azərbaycan" üçün uğurlarla yadda qaldı. Microsoft korporasiyası ötən ili müvəffəqiyyətlə başa vurub. Şirkətdən verilən xəbərə görə, 2010-cu ildə Microsoft ölkəmizdə yeni Windows 7 əməliyyat sistemini və azərbaycandilli versiyasını təqdim etdi. Windows 7-nin lokallaşdırılması nəticəsində Microsoft məh... | ANL |
"İçərişəhərin əbədi sakini". Kitab Allahın məsum və pak bəndəsi olan Mir Möhsün Ağaya həsr olunmuşdur. 67 il nurlu, insanlara kömək məqamları ilə naxışlanmış bir ömür yaşamış Mir Möhsün Ağa haqqında televerilişlər çəkilib, qəzet və jurnal məqalələri dərc edilib, kitablar nəşr olunub. Doğma Bakının kəndlərini, bu məskən... | ANL |
SSRİ-nin həbsxana və düşərgələr şəhəri. Maqadana 10 mindən çox azərbaycanlı sürgün olunub. Onun Rusiyanın Maqadan Vilayət Daxili İşlər İdarəsinin Xüsusi Fondlar və İnformasiya Mərkəzində tədqiqatlar apararaq sürgunə məruz qalmış soydaşlarımızın buradakı son aqibəti barədə məlumatlar topladığını eşitmişdik. Bu günlər is... | ANL |
2009-2010-cu dərs ilində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarında riyaziyyat fənni üzrə nəticələr barədə. Azərbaycan Respublikasında ümumi təhsilin Milli Kurikulumu çərçivə sənədində ümumtəhsil məktəblərində riyaziyyat fənninin əhəmiyyəti, məqsəd və vəzifələri aşağıdakı kimi müəyyənləşdirilmişdir: ... | ANL |
Gəncə şəhəri ümumtəhsil məktəblərində tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının keyfiyyət göstəricilərinə görə təhlili. Mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarında Gəncə şəhəri ümumtəhsil məktəblərinin keyfiyyət göstəricilərinə görə nəticələri, bu nəticələrin keçən il ilə müqayisəli təhl... | ANL |
Azərbaycanın Milli Qəhrəmanları. Nəsirov Yalçın Canhəsən oğlu. 1992-ci ildə orta təhsilini başa çatdıraraq rayonda sürücü peşəsinə yiyələnib. 1994-cü ildə Astara Rayon Hərbi Komissarlığı tərəfindən Milli Ordu sıralarına çağırılıb. O, 2 ay daxili qoşunların tərkibində təlim keçdikdən sonra hərbi xidmətini Şamaxı və Tərt... | ANL |
Yerləşir: ABŞ, Viskonsin ştatı, Medison şəhəri. Viskonsin-Medison Universiteti (University of Wisconsin-Madison) ABŞ-da Viskonsin ştatının Medison şəhərində yerləşir və ölkənin ən nüfuzlu ali təhsil ocaqlarından biridir. Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının ... | ANL |
Azərbaycan dilçilik elminin yaradıcılarından biri. Ana dilinə sonsuz məhəbbətlə yaşanmış ömür sahibi. Ötən əsrin başlanğıcında - 1900-cü ildə Cənubi Azərbaycanda, Mərəndin Zunuz qəsəbəsində fəhlə ailəsində dünyaya gəlmiş Muxtar Hüseynzadə 13 yaşında Şimali Azərbaycana gəlmiş, Allahverdi və Gədəbəy mis mədənlərində, 17 ... | ANL |
"Demokratiya sizinlə başlayır" layihəsi maraqla qarşılanıb. Bakıdakı 5 nömrəli orta məktəbdə Almaniyanın Konrad Adenauer Fondu Təhsil Nazirliyi ilə birgə Avropa Birliyinin maliyyə dəstəyi ilə "Demokratiya sizinlə başlayır" 3 illik Regional layihənin ilk dörd günlük simulyasiya oyununun yekun mərhələsini başa çatdırıb. ... | ANL |
O qanlı gecəni xatırlayarkən. Yaxşı yadımdadır, 1990-cı il yanvarın 19-da gündüz saat 12-dən bizi-idarə və müəssisə rəhbərlərini, kommunistləri, şəhərin fəallarını iclas adı ilə çağırıb yığmışdılar şəhər partiya komitəsinin (indiki icra hakimiyyətinin) akt zalına. Mühüm xəbərin deyilməsi gecə yarıya qədər çəkdi. Adamla... | ANL |
Monitorinq və qiymətləndirmə. Sumqayıt şəhəri ümumtəhsil məktəblərində tam orta təhsil pilləsi üzrə buraxılış imtahanlarının keyfiyyət göstəricilərinə görə təhlili. Mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarında Sumqayıt şəhəri ümumtəhsil məktəblərinin keyfiyyət göstəricilərinə görə nəticələri, bu nəticə... | ANL |
Yanvarın 6-da Təhsil Nazirliyində Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsi və Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin 2010-cu ilə dair illik hesabatları dinlənilib. Qeyd edək ki, hesabat iclasları Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi işinin təşkili barədə "... | ANL |
Bakı Şəhəri üzrə Təhsil İdarəsi hesabat verdi. Yanvarın 18-də Təhsil Nazirliyində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin illik hesabatı dinlənildi. Hesabatı təqdim edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri, əməkdar müəllim Nailə Rzaquliyeva öncə rəhbərlik etdiyi idarənin yaranması tarixi və strukturu haqqında məlumat ... | ANL |
Fakt və rəqəmlər. Faciə SSRİ Daxili İşlər və Müdafiə nazirliklərinin və Dövlət Təhlükəsizlik Komitəsinin təşkilatçılığı ilə müdafiə naziri Yazovun komandanlığı altında törədildi. | ANL |
Hər bir fərdin həyatı özlüyündə ümumilikdə xalqın, yaşadığı dövrdə cəmiyyətin, dar mənada ömür sürdüyü kəndin, şəhərin həyatı ilə görünməz xətlərlə bağlıdır. Ayrılıqda götürüləndə hər hansı şəxsin həyatı aşağıdaki məqamlarda ictimai əhəmiyyət kəsb edir: fərd özünün şüurlu həyatını cəmiyyətin ümumi rifahı ilə uyğunlaşdı... | ANL |
BDU-nun rektoru, akademik Abel Məhərrəmov Ankara Universitetinin rektoru, professor, doktor Cemal Taluğun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Akademik Abel Məhərrəmov Bakı Dövlət Universitetinin Türkiyənin ali təhsil ocaqları ilə əməkdaşlığa xüsusi əhəmiyyət verməsindən, universitetlərin daha sıx və səmərəl... | ANL |
Azərbaycanın Milli Qəhrəmanları. Novruzov Ələsgər Xanlar oğlu. Hərbi xidmətini başa çatdırdıqdan sonra 1971-ci ildə Şuşa Pedaqoji Texnikumuna daxil olub. 1973-cü ildə texnikumu bitirərək bədən tərbiyəsi (indiki fiziki tərbiyə) müəllimi ixtisasına yiyələnib. Azğınlaşmış erməni işğalçılarına qarşı keçirilən əməliyyatlard... | ANL |
Yerləşir: Danimarka, Orhus şəhəri. Orhus Universiteti (Aarhus University) Danimarkanın Orhus şəhərində yerləşir və Kopenhagen Universitetindən sonra ölkənin ikinci ən böyük və qədim ali məktəbidir. Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı d... | ANL |
SSRİ-nin həbsxana və düşərgələr şəhəri. Maqadana 10 mindən çox azərbaycanlı sürgün olunub. Heç yana qaçmaq mümkün deyildi... Vilayətin əbədi buzlaq ərazi olduğunu nəzərə alsaq, buraya ərzaq, geyim, ümumiyyətlə, hər şey səkkiz min kilometr uzaqdan gəmilərlə gətirilirdi. O da yalnız simal dənizlərinin buzu əriyəndə mümkü... | ANL |
Bakı Avropa Liseyi təlimdə innovative yanaşmalara dair seminar keçirdi. Son illər liseyin uğurla tətbiq etdiyi İnkişafetdirici Fənlərarası Təlim (FAT) proqramının təqdimatı oldu. Əsasən intellektual cəhətdən istedadlı uşaqların ümumi təhsil alması üçün nəzərdə tutulmuş Bakı Avropa Liseyi yarandığı gündən özünün yüksək ... | ANL |
Akkreditasiyanın nəticələrinə dair iclas. Yanvarın 21-də Təhsil Nazirliyində Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) 2010-cu ilin may ayında aparılmış akkreditasiyanın nəticələrinə dair iclas keçirilib. İclasda çıxış edən Azərbaycan Dövlət Neft Akademiyası üzrə Akkreditasiya Komissiyasının sədri Xalid Yahudov bild... | ANL |
Təhsil Nazirliyində kollegiya iclası keçirilib. Yanvarın 27-də Təhsil Nazirliyində ötən ilin yekunları və bu il qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib. İclasda kollegiya üzvləri ilə yanaşı, Prezident Administrasiyasından, Nazirlər Kabinetindən, digər dövlət qurumlarından, YAP-dan nümayən... | ANL |
"Elektron təhsil" layihəsinin təqdimatı. Yanvarın 25-də Təhsil Nazirliyində "Elektron təhsil" layihəsinin təqdimat mərasimi keçirilib. Mərasim iştirakçılarını salamlayan təhsil naziri Misir Mərdanov ölkəmizdə təhsil sisteminin informasiya-kommunikasiya texnologiyaları ilə təminatı məsələlərinə xüsusi diqqət yetirildiyi... | ANL |
Peşə Tədris Mərkəzinin yaradılması layihəsi müzakirə edildi. Yanvarın 24-də Təhsil Nazirliyində Qabaqcıl Texnologiyalar üzrə Peşə Tədris Mərkəzinin yaradılması layihəsinin müzakirəsinə dair iclas keçirilib. İclas iştirakçılarını salamlayan təhsil naziri Misir Mərdanov Azərbaycanda texniki peşə təhsilinin inkişafı istiq... | ANL |
Kimyaçı qadınlar BDU-da "dəyirmi masa" keçirdilər. Bakı Dövlət Universitetində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə "Azərbaycan kimyaçı qadınları "Beynəlxalq Kimya ili"ndə: problemlər və perspektivlər" mövzusunda "dəyirmi masa" keçirilib. Tədbiri giriş sözü ilə açan un... | ANL |
Bakıdakı 164 nömrəli orta məktəbdə kurikulumların tətbiqi yüksək qiymətləndirildi. Yanvarın 24-də Bakıdakı 164 nömrəli orta məktəbdə I-III siniflərdə fənn kurikulumlarının tətbiqi, IV siniflərdə isə fəal təlim metodları ilə aparılan "açıq dərs"lərlə bağlı tədbir keçirildi. Tədbirə Təhsil Nazirliyindən, Bakı Şəhəri üzrə... | ANL |
Azərbaycanın ilk folklorşünas alimi. Görkəmli alim, istedadlı dramaturq, gözəl müəllim Məmmədhüseyn Abbasqulu bəy oğlu Təhmasib 12 aprel 1907-ci ildə Naxçıvanda anadan olmuşdur. Hər bir əsilli ailə kimi ruhani tacir Abbasqulu bəyin də ailəsini əhatə edən mədəni mühitdə dini dəyərlər, xalq ədəbiyyatı və yazılı sənət əsə... | ANL |
Musiqi dərslik komplekti barədə. Təhsil sisteminin yeni inkişaf istiqamətlərini özündə ehtiva edən Milli Kurikulum sənədində musiqi kurikulumu da mühüm konsepsiya kimi irəli sürülmüşdür. Mənəvi-estetik təsirinə, didaktik mahiyyətinə, vətənpərvərlik, humanizm ruhunda tərbiyəedici təsir qüvvəsinə görə bu fənn çox böyük ə... | ANL |
"Şahmat dünyası" adlı kitab və elektron tədris vəsaiti hazırlanıb. Son illər ölkəmizdə uşaq şahmatının inkişafına böyük diqqət yetirilir. Hazırda respublikamızda 66 uşaq-gənclər şahmat məktəbi fəaliyyət göstərir. Son 30 ildə ilk dəfə olaraq Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada bütün şahmat məktəbləri ü... | ANL |
Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda "dəyirmi masa" keçirildi. Yanvarın 26-da Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda "Sosial iş" ixtisası üzrə "I yarım ilin yekunları və perspektivləri" mövzusunda "dəyirmi masa" keçirildi. Tədbirdə institutun profess... | ANL |
ADU-da Misir səfiri ilə görüş keçirilib. Yanvarın 21-də ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov Misir Ərəb Respublikasının ölkəmizdəki səfiri, cənab Sabir Əbdülqadir Mənsuru qəbul etdi. Qonağı salamlayan rektor yeni tədris ilindən 10 azərbaycanlı tələbənin ADU-da ərəbşünaslıq ixtisası üzrə təhsil alacağ... | ANL |
Qardaş ölkədən qonaqlar Naxçıvan Dövlət Universitetində olublar. Qars Qafqaz Universitetinin rektoru, professor doktor Sami Özcan və ali məktəbin 23 nəfərlik akademik heyəti Naxçıvan Dövlət Universitetində səfərdə olmuşlar. Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli heyəti qəbul edərək universitet... | ANL |
Respublikamızda təhsil sisteminin inkişafı çox mühüm təşkilati və idarəetmə amilləri ilə yanaşı, həm də onun pedaqoji təminatından asılıdır. Məlumdur ki, istər təlimin, istər inkişafın, istərsə də tərbiyənin mütəşəkkil təşkilinin ilk addımları məktəbəqədər müəssisələrdə, xüsusilə ibtidai siniflərdə atılır. Fəaliyyətini... | ANL |
Mingəçevir şəhəri ümumtəhsil məktəblərində tam orta təhsil pilləsi üzrə buraxılış imtahanlarının keyfiyyət göstəricilərinə görə təhlili. Mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarında Mingəçevir şəhəri ümumtəhsil məktəblərinin keyfiyyət göstəricilərinə görə nəticələri, bu nəticələrin keçən il ilə müqayis... | ANL |
2009-2010-cu dərs ilində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarında Azərbaycan tarixi fənni üzrə nəticələr barədə. Qədim zamanlardan başlayaraq insan cəmiyyətində baş vermiş hadisələri, ictimai, iqtisadi, sosial və mədəni prosesləri öyrənən elm tarix adlanır. Müasir cəmiyyətdə gedən proseslərin demək... | ANL |
İnsan alverinin qarşısının alınması çərçivəsində regional konfrans. İyirmi birinci yüzillik yaşadığımız dünyanın, elmin, texnikanın, təhsilin, mədəniyyətin son dərəcə sürətli və yüksək səviyyədə inkişaf etməsi ilə səciyyələnir. Lakin bütün bunlarla yanaşı, cəmiyyətin bir sıra bəlaları vardır ki, onlar hər bir ölkənin v... | ANL |
Məqsəd intellektual vətəndaşlar yetişdirməkdir. Azərbaycan təhsili sürətlə inkişaf edir. Təhsilin məzmununun milli və bəşəri dəyərlər əsasında formalaşması, yeni pedaqoji texnologiyaların mənimsənilməsi, pedaqoji prosesin təhsil islahatı prinsipləri üzərində qurulması, müəllimin peşəkarlığının artması, elmi-pedaqoji, m... | ANL |
Ömrü uzun, yükü ağır dünyada... Çaylar geri dönmədən öz məcrasında axaraq uzun bir məsafəni qət edib mənsəbinə qovuşduğu kimi, insanlar da Allah dərgahından onlara pay verilmiş ömür yolunda yorulmadan addımlayırlar. Və hər bir insan sevib-seçdiyi peşəsində fəaliyyət göstərməklə yaşayıb arxada qoyduğu ötən illərdə qazan... | ANL |
Pedaqoji prosesdə diferensiasiya və inteqrasiya. Bunu bilib nəzərə almağın mənimsəmədə rolu. Diferensiasiya və inteqrasiya yunan sözləridir. Birinci söz vahidin, bütövün fikrən hissələrə ayrılması, ikinci söz isə əksinə, hissələr arasında qarşılıqlı əlaqə sayəsində tama, bütövə çevrilməsi prosesidir. Bu hadisə pedaqoji... | ANL |
Ali təhsilin İKT əsaslı innovativ inkişafı. Ali təhsilin innovativ inkişafi. Məlum olduğu kimi, müasir ali təhsilin müxtəlif istiqamətləri var: ali iqtisadi təhsil, ali texniki təhsil, ali tibbi təhsil, ali aqrar təhsil, ali hüquqi təhsil, ali pedaqoji təhsil və s. Bu təhsil istiqamətlərinin ümumi cəhətləri olduğu kimi... | ANL |
Kurikulumlarda təlim forması və üsulları. Azərbaycan təhsili günbəgün dəyişir, inkişaf edir, yeniliklərlə zənginləşir. Əvvəllər tədris prosesində biliklərin şagirdlərə hazır şəkildə mənimsədilməsi tələb olunurdusa, indi şagirdlərin özünün tədris olunan mövzu ətrafında müstəqil fikir yürüdə bilməsinə, bir-birinin biliyi... | ANL |
Şimali Kipr Türk Respublikasının təhsil sistemi. Şimali Kipr Türk Respublikası. Şimali Kipr Türk Respublikası Aralıq dənizinin şərq sahillərində yerləşir. Ölkənin müstəqilliyi Türkiyə Cümhuriyyətindən başqa heç bir dövlət tərəfindən tanınmayıb. Bununla belə, Şimali Kipr Türk Respublikası de-fakto müstəqil dövlətdir. 19... | ANL |
Azərbaycan təhsili yeni inkişaf mərhələsində. Əməkdar elm xadimi, professor Misir Mərdanovun bu fundamental əsəri müstəqil dövlətimizin indiki mərhələsində milli təhsilimizin uğurlu yolla irəlilədiyini təsdiq edir. Azərbaycan Respublikasının müstəqilliyinin ilk illərində əsasını ulu öndər Heydər Əliyevin qoyduğu siyasi... | ANL |
İlk Nobelçi ailə. Bu qadının adı həmişəlik olaraq tarixə düşüb - məşhur kimyaçı, fizik, iki dəfə Nobel mükafatı laureatı Mariya Skladovskaya Küri. Onun həyatında adi qadın sevincləri də - sevgi, ailə, uşaqlar da vardı... Mariya Kürinin bütün həyatı elm naminə fədakarlıq, qəhrəmanlıq nümunəsidir. O, radioaktivliyin tədq... | ANL |
Gəncə Dövlət Universiteti "Avropa keyfiyyəti" beynəlxalq mükafatına layiq görülüb. Professor Elman Məmmədov isə "Elmdə fəxri ad" qızıl medalı ilə təltif olunub. Azərbaycan təhsilində xüsusi yeri olan Gəncə Dövlət Universiteti son illər bir çox nailiyyətlər əldə edərək Avropa standartlarına uyğun, müasir təhsilin bütün ... | ANL |
Respublika rəsm müsabiqəsinin keçirilməsi haqqında. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz tarixi xidmətlərini, o cümlədən xalqımızın müstəqillik arzusunun həyata keçməsində, milli dövlətçilik ideyasının gerçəkləşməsində və müasir A... | ANL |
Respublika rəsm müsabiqəsinin qalibləri mükafatlandırıldı. Aprelin 5-də T.İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının "Uşaq dünyası" rəsm qalereyasında "Ən çox sevdiyim idman növü" mövzusunda ümumtəhsil məktəblərinin sagirdləri arasında təşkil olunmuş Respublika rəsm müsabiqəsi qaliblərinin mükafatlandırılması m... | ANL |
Azərbaycanın görkəmli alimi, akademik Ziya Bünyadovun 90 illik yubileyi AMİ-də böyük ehtiramla qeyd edildi. Tədbirdə ilk olaraq Ziya Bünyadovun əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Sonra institutun tədris işləri üzrə prorektoru Şamil Qasımlı çıxış edərək bildirdi ki, böyük vətəndaş, böyük alim, böyük siyasət... | ANL |
Bakı Dövlət Universiteti ilə Ankara Universiteti arasında memorandum imzalanıb. Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Türkiyə Respublikasının Ankara Universitetinin prorektoru, professor Argun Karacabeyin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Rektor bir müddət əvvəl BDU ilə Ankara Univ... | ANL |
"Gənc istedadlar" liseyinin şagirdi Beynəlxalq Mendeleyev Olimpiadasına vəsiqə qazanıb. Bu günlərdə Bakı Dövlət Universiteti nəzdindəki "Gənc istedadlar" liseyinin şagirdi Sona Quluzadə Moskva Dövlət Universitetinin Bakı filialında kimya fənni üzrə keçirilən bilik yarışında yüksək nəticə əldə etmiş və bu ilin aprel ayı... | ANL |
Təhsil Nazirliyində Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüş keçirilib. Aprelin 4-də Təhsil Nazirliyində məktəblilərin 6-7 aprel 2012-ci il tarixlərində Bakı şəhərində keçiriləcək ekologiya və təbiəti mühafizə problemlərinə həsr olunmuş ənənəvi Ətraf Mühitin Mühafizəsi VI Bey... | ANL |
Məktəb mənim ikinci evimdir. Həyatını müəllimliyə həsr edənlər fədakar, doğma xalqına, torpağına sədaqətlə xidmət göstərən insanlardır. Məhz buna görədir ki, bizim hər birimiz qazandığımız bütün uğurlara görə müəllimlərimizə borcluyuq. Dərin bilik, geniş dünyagörüşü şagirdlər qarşısında elmin, biliyin, fənnin, tədris p... | ANL |
Fizika sahəsində Nobel mükafatı alan ilk alim. Rentgen şüalarının qeyri-adi kəşfi. 1901-ci ildə İsveç Elmlər Akademiyası yeni təsis edilmiş Nobel mükafatına ilk dəfə kimin layiq görülməsi məsələsini müzakirə edirdi. Fizika üzrə ilk mükafatın kimə təqdim olunması çoxlarında heç bir şübhə oyatmırdı. Əlbəttə ki, mükafat o... | ANL |
Səudiyyə Ərəbistanı Krallığının təhsil sistemi. Səudiyyə Ərəbistanı Krallığı. Pul vahidi: Səudiyyə rialı. Ərəbistan yarımadasında yerləşən Səudiyyə Ərəbistanı Krallığı zəngin təbii ehtiyatları, yüksək inkişaf səviyyəsi və özünəməxsus ənənələri ilə nəinki Şərqdə, eləcə də bütün dünyada fərqlənən bir ölkədir. Olduqca gen... | ANL |
Ümumtəhsil məktəbi strukturunun təşəkkülünə dair. Ümumtəhsil məktəbi uşaqların və yeniyetmələrin təlimini və tərbiyəsini mütəşəkkil surətdə həyata keçirən maarif müəssisəsidir. İlk məktəblər qədim Şərqdə - Babilistan, Assuriya, Misir, Hindistan və s. meydana gəlmişdir. Azərbaycan ərazisində ilk məktəblər - "saray məktə... | ANL |
"Bizim uşaq dünyamız" adlı hesabat tədbiri. Aprelin 10-da Heydər Əliyev Sarayında Nizami Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin "Bizim uşaq dünyamız" adlı musiqili hesabat tədbiri keçirildi. Tədbirdə Azərbaycan Respublikası təhsil nazirinin müavini Qulu Novruzov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsin... | ANL |
Bir ömrün izi ilə... Təqvimin vərəqlərini çevirib aprel ayının rəqəmlərini sadalayırdım ki, nəzərlərim bir anlıq 13 rəqəminin üzərində dayandı, elə bil baxışlarım nəyə isə ilişdi. Sanki hansısa bir sehrli qüvvə məni özünə çəkir, nəyi isə xatırlatmaq istəyirdi. 13 rəqəminin arxasında nə gizlənirdi? Hər şey aydınlaşdı və... | ANL |
"Müasir təhsilin metodoloji problemləri"nə yeni baxış. Respublikamızda yerinə yetirilən məqsədyönlü təhsil islahatları elmi-pedaqoji tədqiqatlar qarşısında da ciddi vəzifələr qoymuşdur. Müasir dövrdə tətbiqi tədqiqatlarla yanaşı, bu tədqiqatların aparılması üçün istiqamətverici elmi baza rolunu oynayan nəzəri araşdırma... | ANL |
Qaliblər mükafatlandırıldı. 12-də Bakıdakı Heydər Əliyev adına liseydə Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən texniki yaradıcılıq mərkəzlərinin dərnək üzvləri arasında keçirilmiş "Uşaq və yeniyetmələrin Respublika elmi-texniki yaradıcılıq müsabiqəsi" qalibləri mükafatlandırıldı. Tədbirdə təhsil nazirinin müavin... | ANL |
Aprelin 11-də Bakıdakı akademik Zərifə Əliyeva adına liseydə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Səhiyyə Nazirliyinin birgə təşəbbüsü ilə "Narkotiklərə yox deyək!" Kampaniya gənclərin narkomaniyanın zərəri barədə məlumatlandırılması və onlarda sağlam həyat tərzinin formalaşdırılması məqsədini daşıyırdı. Tədbird... | ANL |
Beynəlxalq layihə olimpiadasında Azərbaycan məktəbliləri. Aprelin 7-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində ekologiya və təbiəti mühafizə problemlərinə həsr olunan Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının (İNEPO-AVRASİYA) qaliblərinin mükafatlandırılması mərasimi keçirildi. Tədbirdə müvafi... | ANL |
Dördüncülər "Ağıl dəryası" bilik yarışında mübarizə apardılar. Aprelin 6-da Bakı şəhərindəki 42 nömrəli tam orta məktəbdə dördüncülərin "Ağıl dəryası" adlı bilik yarışı keçirildi. ADPU-nun dosenti, respublikanın əməkdar müəllimi Tinatin Əliyevanın, VMA-nın üzvü, valideyn Camal Paşayevin, qonşu məktəblərin rəhbərlərinin... | ANL |
Naxçıvan Dövlət Universitetində yeni laboratoriya istifadəyə verildi. Naxçıvan Dövlət Universitetinin memarlıq və mühəndislik fakültəsində kompüter şəbəkələri və proqramlaşdırma laboratoriyasının açılışı oldu. Tədbirdə universitetin rektoru, akademik İsa Həbibbəyli çıxış edərək XXI əsrin informasiya texnologiyaları əsr... | ANL |
Peterburqda oxumuş tələbələrimiz. (Sankt-Peterburq Mərkəzi Tarix Arxivinin materialları əsasında). Aslan bəy Səfikürdski Azərbaycan tarixində önəmli iz buraxmış kişilərdəndir. Onun haqqında yetərincə olmasa da, müəyyən qədər araşdırma aparılıb, yazılar yazılıb. Azərbaycan Türk aydınlarının qabaqcıl nümayəndələrindən ol... | ANL |
Öz sənətinin fədaisi. Elm adamının ağlı bəşəriyyətin yolunu işıqlandırır, qabiliyyəti və zəkası insanın qüdrətini artırıb, onu yenilməz edir, təbiətin sirləri labirintində daim məşəl yandırır. Belələri ilə ünsiyyətdə olmaq böyük xoşbəxtlikdir. Bu xoşbəxtlikdən pay almaq üçün yolumuzu ali təhsilimizin avanqardı olan Bak... | ANL |
Hörmətli dostum professor Ədalət Tahirzadənin "Azərbaycan müəllimi" qəzetindəki silsilə yazılarını maraqla oxuyuram. 30 mart tarixli son məqalədə İstanbuldan olan hörmətli professor İbrahim Yıldırım bəyin, göndərdiyi çox qiymətli bir foto ilə bağlı verdiyi dəyərli bilgilər məni də bu yazını yazmağa həvəsləndirdi. Hər ş... | ANL |
Veteran idman mütəxəssisi. Bu dünyada hər bir insan həyatı anladığı andan öz səadətini, xoşbəxtliyini tapmaq üçün yol gedir. Bu yol isə hər kəsin doğulub boya-başa çatdığı yurddan, yuvadan, eldən, obadan başlayır. Kimi bu yolun ayazına, şaxtasına dözmür, çənində, dumanında azır... Kimi də bu yolun bütün əzab-əziyyətlər... | ANL |
İnşa yazı müsabiqəsi qaliblərinin təltif edilməsi barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Azərbaycan Respublikası Prezidentinin "Mirzə Ələkbər Sabirin 150 illik yubileyinin keçirilməsi haqqında" 01 iyun 2010-cu il tarixli, 941 nömrəli Sərəncamının icrası ilə bağlı Təhsil Nazirliyinin 04 oktyabr 2011-ci i... | ANL |
On beş ildən artıq bir dövrdə Azərbaycan Dövlət Neft Akademiyasına rəhbərlik edən, bacarıqlı təhsil təşkilatçısı, səmimi, qayğıkeş insan, prinsipial, möhkəm əqidəli vətəndaş, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi, kimya elmləri doktoru, professor Siyavuş Fərhad oğlu Qarayevin 70 illik y... | ANL |
Təhsil naziri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi ilə görüşüb. Aprelin 18-də təhsil naziri Misir Mərdanov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncı ilə görüşüb. Qonağı səmimi salamlayan nazir onu Təhsil Nazirliyində görməyindən məmnunluq hissi keçirdiyini bildirdi. 2009-cu ild... | ANL |
Müsabiqənin yekun mərhələsi keçirildi. Aprelin 17-də akademik Zərifə Əliyeva adına tam orta məktəbdə ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə ümumtəhsil məktəbləri və ilk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri arasında keçirilən inşa yazı müsabiqəsinin yekun mərhələsi oldu. Tədbir... | ANL |
Azərbaycan Memarlıq və İnşaat Universitetində Professor Ənvər Qasımzadənin 100 illik yubileyinə həsr olunmuş konfrans keçirilib. Aprelin 19-da Azərbaycan Memarlıq və İnşaat Universitetində Azərbaycanın görkəmli memarı və dövlət xadimi, memarlıq doktoru, professor, AMEA-nın müxbir üzvü Ənvər Əli oğlu Qasımzadənin anadan... | ANL |
"Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası"na start verilib. Heydər Əliyev Fondu, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə 17 May - Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.