text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Riyaziyyat dərslərində inteqrasiya imkanları. Müasir dərsə verilən əsas tələblərdən biri də fəndaxili və fənlərarası inteqrasiyadır. Fənlərarası inteqrasiya bir neçə fənnin əhatə etdiyi ortaq bilik və bacarıqların sintezi olmaqla bir fənnə aid anlayışların və metodların digər bir fənnin öyrənilməsində istifadəsini nəzə... | ANL |
Böyük alim, vətənpərvər ziyalı. Adətim üzrə yorğun halda işdən çıxıb evə tələsirdim. Payızın qızılı rəngə çalan yarpaq tökümü xalı kimi yol boyu sərilmişdi. Sərin, bir az da dəlisov Bakı küləyi elə bil doğma adamlar kimi saçıma sığal çəkirdi. Mən isə yorğunluğumu unudub xəyalımda qəlbimin diqtəsi ilə haqqında yazmaq is... | ANL |
Azərbaycan Təhsil Şurasının mətbu orqanı "Təhsil və zaman" qəzetinin 10 yaşı tamam oldu. Bu müddət ərzində qəzet təhsil sisteminin müxtəlif sahələrinə, təlim prosesinin təşkili və həyata keçirilməsinə, tərbiyəvi işlərin keyfiyyətinin artırılmasına, təhsili idarəetmə və digər məsələlərə aid onlarla məqalə dərc etmişdir.... | ANL |
Parlaq istedadın, zəhmətin bəhrəsi... Elə insanlar var ki, əli qələm tutandan yazıb yaratmaq eşqi ilə çalışır, yaradıcılıq yolunda rast gəldiyi çətinlikləri aradan qaldırmaq naminə bədii təfəkkür enerjisini fəaliyyət enerjisinə çevirə bilir. Bax bu səyin, zəhmətin nəticəsində yaradıcılığın ilk anlarından tanınır, rəğbə... | ANL |
Turizm-diyarşünaslıq geniş təbliğ olunur. Gənc nəslə doğma diyarı sevdirmək, onlara vətənpərvərlik hissləri aşılamaq, məktəblilər arasında turizm-diyarşünaslıq işini təbliğ etmək respublikamızda prioritet məsələlərdən biridir. Təhsil Nazirliyinin tabeliyində olan Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzi də öz... | ANL |
"Müasir Azərbaycan dilində üslubi sinonimlər". Bu yaxınlarda filologiya elmləri doktoru, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun baş elmi işçisi Nəriman Seyidəliyevin "Elm və Təhsil" nəşriyyatında "Müasir Azərbaycan dilində üslubi sinonimlər" kitabı çap olunub. Əsər (redaktor: İ.Məmmədli, filologiya elmləri doktoru... | ANL |
Müasir dərsdə İKT-nin rolu böyükdür. "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində görülən işlər şagirdlərin İKT biliklərinin artırılmasında böyük rol oynamışdır. Bakıdakı 64 nömrəli tam orta məktəbin direktoru Rəfael Mehdiyev bildirdi ki, ... | ANL |
"İndiyə qədər yolka oyuncaqlarımı saxlayıram". - Xalq artisti, professor Xuraman Qasımova ilə söhbət. Bakımızın ənənəvi tıxacından çətinliklə qurtulub yaxınlıqdakı ilk həyətdə maşından düşdüm. Binanın mühafizəçisindən axtardığım ünvanı soruşdum. Verilən cavabdan rahat nəfəs aldım. Bura Azərbaycanın musiqi tarixində özü... | ANL |
Əl işlərindən ibarət Respublika. müsabiqəsinə yekun vuruldu. Dekabrın 27-də Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının "Uşaq dünyası" rəsm qalereyasında uşaq yaradıcılıq mərkəzlərinin dərnək üzvlərinin əl işlərinin respublika müsabiqəsinin yekun sərgisi və qaliblərin mükafatlandırılması mərasimi keçirildi... | ANL |
* Fevralın 8-də Prezident İlham Əliyev Nərimanov və Suraxanı rayonlarındakı körpələr evi-uşaq bağçalarının əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub. * Prezident İlham Əliyev fevralın 16-da Qusara səfəri çərçivəsində Şahmat Mərkəzinin açılışında iştirak edib. * Azərbaycan Respublikasının Preziden... | ANL |
Təhsil Nazirliyində görüş. Dekabrın 25-də təhsil naziri Misir Mərdanov Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının (AMVMA) İdarə Heyətinin üzvləri ilə görüşüb. Görüşdə AMVMA-nın illik hesabatı dinlənilib, müvafiq istiqamətdə görülmüş işlər və qarşıda duran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Təhsil nazi... | ANL |
Sumqayıt Dövlət Universitetinin 50 illik yubileyi qeyd edildi. Dekabrın 21-də Sumqayıt Dövlət Universitetində (SDU) bu ali təhsil ocağının yaranmasının 50 illik yubileyi münasibətilə tədbir keçirildi. Tədbirdə təhsil naziri Misir Mərdanov, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, SDU-nun rektoru Nadir Q... | ANL |
Respublika müsabiqəsinin qalibləri mükafatlandırıldı. Dekabrın 26-da Təhsil Nazirliyində Uşaq-Gənclər İdman və Şahmat məktəbləri, müəllim və idmançılar arasında 12 nominasiya üzrə keçirilmiş Respublika müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirildi. Mərasimi təhsil naziri Misir Mərdanov açaraq öncə işti... | ANL |
Təlim kurslarının təşkili vəziyyəti ilə bağlı müşavirə. Dekabrın 27-də Təhsil Nazirliyində "Ümumi təhsildə kurikulum islahatı və onun idarəolunması" mövzusunda təlim kurslarının təşkili vəziyyətinə həsr olunmuş müşavirə keçirildi. Müşavirəni təhsil naziri Misir Mərdanov açaraq öncə zala toplaşanları 31 dekabr - Dünya A... | ANL |
"Heydər Əliyev və dünya azərbaycanlılarının həmrəyliyi". Naxçıvan Dövlət Universitetinin xalq çalğı alətləri kafedrasının "Heydər Əliyev və dünya azərbaycanlılarının həmrəyliyi" mövzusuna həsr olunmuş hesabat konserti keçirildi. Tədbiri giriş sözü ilə universitetin rektoru, akademik İsa Həbibbəyli açaraq qeyd etdi ki, ... | ANL |
Dünya xalqlarının yeni il ənənələri. Dünya xalqları növbəti Yeni il bayramına hazırlaşır. Bu bayram dünya xalqlarının ən başlıca və ən mühüm bayramı hesab olunur. Yeni il bayramı ilin sonuncu günündən növbəti təqvim ilinə keçid ilə əlaqədar keçirilən ən populyar bayramdır. Dünyanın müxtəlif xalqları üçün Yeni il bayram... | ANL |
Mənalı ziyalı ömrü. Qürurla səslənən bu məfhumun dərin hikməti var. Ziyalı dedikdə, yüksək intellektə malik kamil insan obrazı gözlərimiz önündə canlanır. Onun nail olduğu hər bir uğur, qazandığı hər bir ad gərgin əməyinin bəhrəsidir. Bu əməyin bəhrəsindən faydalananlar həmin ziyalıya dərin hörmətlə yanaşır, onunla fəx... | ANL |
Dünya və Avropa birincisi. Biz Bakıdakı 221 nömrəli tam orta məktəbə çatanda birinci növbədə dərslər başa çatmışdı. Direktor Nizami Əzizova məktəbin şagirdi Babək Mustafazadə ilə görüşmək istəyimizi bildirdik. Direktor əlaqə yaratdı. Çox çəkmədi ki, Babək atası ilə birlikdə məktəbə gəldi. Tanış olduq. Hazırda da həmin ... | ANL |
İxtisasartırma təhsili zamanın tələbidir. Ümummilli liderimiz Heydər Əliyev təhsil sisteminin bütün sahələrində olduğu kimi, pedaqoji kadrların ixtisasının artırılması, təkmilləşdirilməsi prosesinin yeniləşdirilməsi məsələsinə xüsusi əhəmiyyət verirdi. Məhz bu nöqteyi-nəzərdən ixtisasartırma təhsili və təkmilləşmə pros... | ANL |
Ədəbiyyat dərslərində şəxsiyyətin formalaşdırılması təcrübəsindən. İndiki həyat tərzimizdə, cəmiyyətdə inteqrasiyaya can atmağa çalışan gənc nəsli fiziki cəhətdən yetkin, sağlam, şəxsiyyətcə bütöv, ideyaca humanist yetişdirmək dövr və zamanımızın ən aktual vəzifələrindən biridir. Dil-ədəbiyyat müəllimi kimi mən də üzər... | ANL |
Müəllim əsil ziyalı deməkdir. Öz səksən üç illik ömrünü şərəflə yaşayan, müəllim ömrünü şam kimi əridib gələcək nəsillərin həyat yoluna işıq salan belə ziyalılardan biri Ağsu rayonunun Kalva kənd orta məktəbində 60 il fəaliyyət göstərən Tərlan müəllimdir. O, 60 ildir ki, Ağsu rayonundakı Kalva kənd orta məktəbində coğr... | ANL |
Azərbaycanın işıqlı məkanlarından biri - 130 yaşlı Qubadlı məktəbi. XIX əsrin axırlarında çar hakimiyyəti birdən-birə hiss etdi ki, milli ucqarlarda rusca yazı-pozu bacaran, rus dilini bilən və yerli əhali arasından seçilmiş məmurlar olmadığından hakimiyyəti idarə etmək çətinləşir. Digər tərəfdən, əsrlərlə İranın ilhaq... | ANL |
5-ci sinif Azərbaycan dili dərsliyinin ümumtəhsil məktəblərində Azərbaycan dilinin tədrisindəki rolu. Azərbaycan dili ümumtəhsil məktəblərində tədris olunmaqla şagirdlərdə nitq mədəniyyətinin formalaşmasına xidmət edir. Şagirdlər bu fənnin vasitəsilə milli mədəniyyət nümunəsi kimi ana dilini öyrənir, onun səs sisteminə... | ANL |
Dərsliklərə qərəzsiz yanaşmaq lazımdır. Hazırda ən aktual problemlərdən biri orta məktəb dərslikləridir. Ancaq qəribədir ki, danışanların bir qismi dərsliklərdə ancaq nöqsan və səhv axtarır. Bu səhvi isə az qala "cinayət tərkibli nöqsan" kimi qələmə verir, məsələnin mahiyyətinə varmadan hər yerdə qınaq obyekti axtarırl... | ANL |
Yeni dərsliklərlə işləyərkən. Respublikamızın sürətlə inkişaf etdiyi son dövrlərdə cəmiyyətin bütün sahələrində, o cümlədən təhsil sahəsində də bir çox yeniliklər özünü göstərdi. Əsası 2006-cı ildə qoyulmuş Milli Kurikulum sənədi təhsilimizin məzmununu əsaslı şəkildə dəyişdirməyə yönəldi. İbtidai sinif müəllimi kimi tə... | ANL |
Artıq beşinci ildir ki, ölkəmizdə yeni fənn kurikulumları tətbiq edilməkdədir. Təhsildə aparılan bütün islahatlar kimi, kurikulum islahatında da aparıcı sima müəllimlərdir. Bu mənada yeni fənn kurikulumlarının uğurlu tətbiqi, ilk növbədə, müəllimlərin bu prosesə necə hazırlaşmalarından, yeniliyin mahiyyətini necə dərk ... | ANL |
"Akademik Həsən Əliyev və Azərbaycan təbiəti" mövzusunda elmi-praktik konfrans. Dekabrın 25-də Bakıdakı 132-134 nömrəli Təhsil Kompleksində mütəfəkkir alim, görkəmli ictimai xadim, akademik Həsən Əliyevin 105 illik yubileyi münasibətilə və məktəblilərin ekoloji maarifləndirilməsini genişləndirmək məqsədilə Azərbaycan R... | ANL |
18 nömrəli Bakı Peşə Liseyində ilk vergi tədris otağı açıldı. Dekabrın 25-də 18 nömrəli Bakı Peşə Liseyində Azərbaycan Respublikası Vergilər və Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə ilk vergi tədris otağının açılış mərasimi oldu. Mərasimi vergilər nazirinin müşaviri Ələkbər Məmmədov açaraq yeni layihəyə 18 nö... | ANL |
Vətən tarixinin daha dərindən öyrənilməsinə xidmət edən tədbirlər. "Tariximiz - dünənimiz, bu günümüz və gələcəyimizdir" mövzusundakı aylıq çərçivəsində məktəblərdə tarix fənninin tədrisinin səmərəsini artırmağa xidmət edən bir sıra tədbirlərin keçirilməsi, ayrı-ayrı nominasiyalar üzrə müsabiqənin təşkili nəzərdə tutul... | ANL |
"Tariximiz-dünənimiz, bu günümüz və gələcəyimizdir". Bu günlərdə Bakıdakı M.Müşfiq adına 18 nömrəli tam orta məktəbdə "Tariximiz - dünənimiz, bu günümüz və gələcəyimizdir" mövzusunda "Azərbaycan tarixi fənn aylığı"nın yekununa həsr olunmuş tədbir keçirildi. Mərasimdə iştirak edən Yasamal Rayon İcra Hakimiyyətinin başçı... | ANL |
ADU-da ingilis dilində bayram tədbiri. Dekabrın 20-də Azərbaycan Dillər Universitetinin İnformasiya Resurs Kompleksində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş "A guest from England" (İngiltərədən gələn qonaq) adlı tədbir keçirildi. Tədbir təlimdə innovasiyalar və əlavə təhsil kafedrasının m... | ANL |
BDU-da ilin ən yaxşı tələbələrinə diplomlar verilib. Dekabrın 26-da BDU Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) tələbələr arasında tədris göstəriciləri, nümunəvi nizam-intizamı, universitetin ictimai həyatında fəallığı ilə fərqlənən, yoldaşları arasında xüsusi nüfuza malik olan tələbələrin müəyyən edilməsi məqsədi il... | ANL |
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində beynəlxalq elmi-nəzəri konfrans. Bu günlərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Qloballaşma şəraitində kulturoloji innovasiyalar və sosial-mədəni inkişaf" mövzusunda beynəlxalq elmi-nəzəri konfrans keçirildi. Tədbir iştirakçıları öncə uni... | ANL |
"Bütün zərərli vərdişlərə STOP" mövzusunda tədbir keçirilib. Dekabrın 24-də Azərbaycan Müəllimlər İnstitutunda "Bütün zərərli vərdişlərə STOP" başlığı altında birinci tədbir keçirildi. "Zərərli vərdişlərin profilaktikası" mövzusunda hazırlanmış tədbir institutun mülki müdafiə, tibbi biliklərin əsasları və fiziki tərbiy... | ANL |
Təhsil eksperti Əlövsət Osmanlıya. Hörmətli Əlövsət müəllim! Məqalədəki müəllif həyəcanı və "faciə" sözü məni də narahat etdi. "Riyaziyyat -1" dərsliyini əldə edib onu diqqətlə nəzərdən keçirdim. Tezliklə aydın oldu ki, həqiqət heç də Sizin düşündüyünüz kimi deyil. Odur ki, Sizin iradlarınıza münasibət bildirmək qərarı... | ANL |
Türkiyə Respublikasının millət vəkili Qafqaz Universitetində olub. Dekabrın 24-də Türkiyə Böyük Millət Məclisinin Zonquldağdan millət vəkili Köksal Toptan Azərbaycana 2 günlük səfərə gəlmişdi. Səfərdə məqsəd Türkiyədə oxuyan tələbələrin təhsil almalarının 20 illiyi münasibəti ilə keçirilən tədbirdə iştirak etmək idi. S... | ANL |
Bağça-Məktəb-Lisey Kompleksində həmrəylik günü qeyd olundu. Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra əldə etdiyimiz ən böyük uğurlardan biri və xaricdə yaşayan soydaşlarımızın və həmvətənlərimizin ölkəmizlə əlaqələrinin daha da möhkəmlənməsi, dünya azərbaycanlıları arasında birliyə və həmrəyliyə nail olmağ... | ANL |
TEMPUS-RİTSA layihəsi çərçivəsində növbəti təlimlər BPKİYİ-də keçirildi. Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun beynəlxalq layihələrdə iştirakı institutun prioritet fəaliyyət istiqamətlərindəndir. İnstitut 2010-cu ildən ADU-nun baş koordinatorluğu ilə TEMPUS-RİTSA layihəsində də iştira... | ANL |
Professor Əbdül Əlizadəyə açıq məktub. Hörmətli Əbdül müəllim! Bu gün doğma respublikamızın - Azərbaycanın təhsil ehtiyacları dünyanın hər hansı bir ölkəsindəki kimi daha önəmli olmaqla hamını düşündürür. Hər kəs bu böyük cəmiyyət hadisəsinin qlobal məkanda həlli yollarını axtarır, müəyyən nailiyyətlər əldə etməyə çalı... | ANL |
Züleyxa İsmayıl qızı Hüseynova. Özünəməxsus ənənələri olan 132 nömrəli orta məktəbi bitirib. 1942-ci ildə Azərbaycan Sənaye İnstitutunun neft-mexanika fakültəsinə qəbul olunub, ali təhsilini başa vurduqdan sonra Yesman adına Energetika İnstitutunun aspiranturasında oxuyub. 1953-cü ildə namizədlik dissertasiyası müdafiə... | ANL |
İbtidai sinif müəlliminin işində İnternet-bloqun rolu. Müasir məktəbin əsas vəzifəsi hər bir şagirdin bacarığını aşkar etmək, yüksək texnoloji, rəqabətli dünyaya hazır olan şəxsiyyət yetişdirməkdən ibarətdir. İnsan həyatının bütün sahələrində modernləşmə və innovasiya proseslərinin getdiyi XXI əsrdə yetişməkdə olan nəs... | ANL |
Kitabın təqdimat mərasimi keçirildi. Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Təhsil Şurasının təşəbbüsü və təşkilatçılığı ilə ADPU-nun pedaqoji fakültəsinin dekanı, pedaqoji elmlər doktoru, professor Fərrux Rüstəmovun 50 illik yubileyinə həsr olunmuş "Professor Fərrux Rüstəmov-50" adlı kitabının təqdim... | ANL |
Yasin Həsənovun adı gənc istedadların "Qızıl kitabı"na yazılıb. "Ən böyük arzum tarixin yaddaşında şəxsiyyət kimi qalmaqdır. Bunun üçünsə daim irəli can atmaq, "Mən dövlətim üçün, xalqım üçün nə etdim" sualına cavab tapacaq işlər görmək əzmindəyəm. Ötən hər günü, açılan hər sabahı mənalı və məzmunlu yaşamaq məqsədilə y... | ANL |
Ali təhsil tariximizdən. Yazardan bir neçə söz. Orada Azərbaycanın indi adı və xidmətləri unudulmuş görkəmli kişiləri haqqında bilgilərə ilk dəfə "bismillah" deyilir. "Azərbaycan müəllimi" qəzetində də eyni məzmunlu, ancaq təhsil tariximizlə bağlı yazılarla çıxış etmək qərarına gəldim. "Azərbaycan müəllimi"ndə "Təhsil ... | ANL |
Ümumtəhsil məktəblərində sağlam həyat tərzinin formalaşdırılması üzrə respublika konfransı. Yanvarın 31-də "Ambasador" otelində Azərbaycan Respublikası Təhsil Nazirliyi və QİÇS, Vərəm və Malyariya üzrə Qlobal Fondun birgə təşkilatçılığı ilə ölkənin ümumtəhsil məktəblərində İİV/QİÇS-in profilaktikası və sağlam həyat tər... | ANL |
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 03.12.2011-ci il tarixli kollegiya iclasında 2011-2012-ci tədris ilində respublikanın ümumi təhsil müəssisələrində vakant yerlərə müəllimlərin işə qəbulu üzrə müsabiqəni... | ANL |
"Azərbaycanın ali təhsil sisteminin tənzimlənməsi üzrə mövcud qanunvericiliyin qiymətləndirilməsi" mövzusunda seminar. Yanvarın 30-da Təhsil Nazirliyində Avropa İttifaqının (Aİ) TAİEX proqramı çərçivəsində "Azərbaycanın ali təhsil sisteminin tənzimlənməsi üzrə mövcud qanunvericiliyin qiymətləndirilməsi" mövzusunda semi... | ANL |
Cənubi Afrika Respublikasının təhsil sistemi. Cənubi Afrika Respublikası. Doqquz əyalətdən ibarət olan Cənubi Afrika Respublikasının üç paytaxtı var. Ölkənin icraedici, qanunvericilik və hüquq-mühafizə orqanları üç paytaxtda yerləşir. Paytaxtlardan Pretoriyada icraedici, Blumfonteyndə hüquq-mühafizə, Keyptaunda isə qan... | ANL |
Haqqında söhbət açmaq istədiyimiz Quliyev Turqut Yavər oğlu 1999-cu ildə İmişli şəhərində anadan olub. Şəhər 1 nömrəli humanitar fənlər təmayüllü məktəb- liseyin VI "ç" sinfində təhsil alır. Dərs əlaçısıdır. Turqut dərslərini "əla" qiymətlərlə oxumaqla bərabər həm də idmanın karate növü ilə məşğul olur. O, 9 yaşından m... | ANL |
Gənc rəssamın ilk fərdi sərgisi. Fevralın 1-də Azərbaycan Müəllimlər İnstitutunda Gənclər günü münasibətilə filologiya və təhsildə sosial psixologiya fakültəsinin III kurs tələbəsi, gənc rəssam Nərmin Əliyevanın ilk fərdi yaradıcılıq sərgisi təşkil olundu. Sərgini institutun rektoru, millət vəkili, professor Aqiyə Naxç... | ANL |
"Rəhbər dövlət qulluqçuları üçün əsas İKT bilikləri. Akademiyası" mövzusunda seminar keçirilib. Fevralın 6-8-də Qafqaz Universitetində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, BMT-nin İnkişaf Proqramı (UNDP), BMT-nin Koreya Respublikasında yerləşən Asiya və Sakit Okean Höv... | ANL |
Səmərəli məktəb modeli: ilk addımlar və kəşflər. Təhsil Nazirliyi və Dünya Bankının birgə təşəbbüsü olan Səmərəli məktəb layihəsi özünün birinci ilinə yekun vurdu. İki il üçün nəzərdə tutulmuş layihə ölkənin 12 məktəbini əhatə edir. Məktəblər ölkənin ən müxtəlif regionlarının lisey statusu almış və ya bu statusu almağa... | ANL |
Avropa İttifaqı - Azərbaycan Əməkdaşlıq. Komitəsi çərçivəsində iclas keçirildi. Fevralın 9-da Bakıdakı Land Mark Hoteldə Avropa İttifaqı - Azərbaycan Əməkdaşlıq Komitəsi çərçivəsində yaradılmış alt-komitənin iclası keçirildi. Tədbirdə təhsil nazirinin müavini Qulu Novruzov, Azərbaycanın müxtəlif qurumlarının sektor və ... | ANL |
Pilot tədris proqramlarının təsdiqi barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Azərbaycan Respublikası Prezidentinin 3 iyul 2007-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında Texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)"nın icrası ilə bağlı Avropa İttif... | ANL |
Uşaq və yeniyetmələrin elmi-texniki. yaradıcılıq müsabiqəsinin keçirilməsi barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Uşaq və yeniyetmələrin elmi-texniki potensialının üzə çıxarılması, yaradıcılıqlarının inkişaf etdirilməsi üçün stimulların yaradılması və onlar arasında təcrübə mübadiləsinin təşkili məqsədi... | ANL |
Peterburq ali məktəblərində. oxumuş tələbələrimiz. AMEA Şəki Regional Elmi Mərkəzinin direktoru, professor Zəkəriyyə Əlizadə və mən 7-16 sentyabr 2011-ci il tarixində Sankt-Peterburq şəhərinə elmi ezamiyyətə gedərək Sankt-Peterburq Mərkəzi Tarix Arxivində (SPb. MTA) və Sankt-Peterburq Rusiya Dövlət Tarix Arxivində (SPb... | ANL |
Şərəfli müəllim ömrü. Sizə ömrünü müqəddəs müəllimlik peşəsinə bağlayan bir insan haqqında söhbət açmaq istəyirəm. Həyatının 35 ildən artıq bir dövrünü şagirdlərin təlim-tərbiyəsinə, onlara tarix fənnini elmi əsaslarla öyrədilməsinə həsr edib. Bu gün təhsil sistemində islahatlar aparıldığı bir dövrdə çalışdığı Lənkəran... | ANL |
Şagird-müəllim fəaliyyətini təmin. edən xüsusi şərait və nailiyyətlər. Gələcəyimiz olan uşaqları daim inkişaf edən cəmiyyət üçün layiqli vətəndaş kimi formalaşdırmaq, sülh və əməkdaşlıq şəraitində yaşayıb fəaliyyət göstərə bilməsini təmin etmək üçün onların təlim-tərbiyəsi ilə məşğul olan şəxslərin qarşısında icrası bö... | ANL |
Fənn olimpiadalarının yekun turunun keçirilməsi haqqında. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Fənn olimpiadalarının yekun turunun keçirilməsi məqsədilə. Olimpiadaların yekun turunun iştirakçıları 17 mart 2012-ci il tarixdə qəbul edilib aşağıdakı müəssisələrdə yerləşdirilsinlər: - Azərbaycan dili və ədəbiyyat... | ANL |
Tələbələrin ХVII Respublika fənn olimpiadasının keçirilməsi haqqında qərar. Azərbaycan Respublikası Təhsil Nazirliyi. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı. Tələbələrin XVII Respublika fənn olimpiadasının keçirilməsi haqqında. Respublika ali təhsil müəssisələrində təhsil alan tələbələrin müxtəlif fənlərə m... | ANL |
Fevralın 13-də Milli Aviasiya Akademiyasında bu ali təhsil müəssisəsi ilə Qafqaz Universitetinin birgə seminarı keçirilib. Seminarda hər iki universitetin professor-müəllim heyətinin 100-dən çox üzvü iştirak edib. Seminarı Milli Aviasiya Akademiyasının tədris işləri üzrə prorektoru, professor Ədalət Səmədov açaraq qona... | ANL |
Təhsil naziri Belarusun ölkəmizdəki fövqəladə. və səlahiyyətli səfiri ilə görüşüb. Fevralın 13-də təhsil naziri Misir Mərdanov Belarus Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Nikolay Paskeviçlə görüşüb. Misir Mərdanov qonağı salamlayaraq son illər ölkələrimiz arasında təhsil sahəsindəki əlaqələrin ... | ANL |
müsabiqələrinin Təşkilat Komitəsinin iclası keçirilib. Fevralın 14-də Təhsil Nazirliyində "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin Təşkilat Komitəsinin iclası keçirilib. İclas iştirakçılarını salamlayan təhsil naziri, "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin Təşkila... | ANL |
YAP İdarə Heyətinin təşəbbüsü ilə "Milli təhsilimizin gələcəyi: əsas hədəflər və vəzifələr" mövzusunda "dəyirmi masa" keçirilib. Fevralın 16-da "Park inn" otelində Yeni Azərbaycan Partiyası İdarə Heyətinin təşəbbüsü ilə "Azərbaycan - 2020: Gələcəyə baxış" konsepsiyası çərçivəsində "Milli təhsilimizin gələcəyi: əsas həd... | ANL |
Qafqazda Azərbaycan xalqının daha qədimdən. məskunlaşdığını sübuta yetirən böyük alim. Akademik Ziya Bünyadov xatirələrdə. Elə həmin ildən təhsilini Bakı Ali Birləşmiş Komandirlər Məktəbində davam etdirməyə başlayıb. II Dünya müharibəsində düz Berlinə kimi döyüş yolu keçib. 1954-cü ildə namizədlik dissertasiyası müdafi... | ANL |
Arzuları bitib-tükənməyən insan. Məktəb rəhbəri ən yaxşı təşkilatçı-pedaqoq, ən yaxşı müəllim, ən yaxşı tərbiyəçi olmalıdır. Bu keyfiyyətləri özündə birləşdirən məktəb rəhbəri biliyi, savadı, bacarığı, işgüzarlığı, təşəbbüskarlığı, bütün varlığı və mənəviyyatı ilə hamıya nümunə olmaqla seçilməlidir. Belə ziyalılardan b... | ANL |
Mərkəzləşdirilmiş buraxılış imtahanları: reallıqlar və nəticələr. Son vaxtlar respublika ictimaiyyəti arasında təhsillə bağlı müxtəlif səviyyələrdə geniş müzakirə olunan məsələlərdən biri ümumi orta və tam orta təhsil kursları üzrə buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada aparılması ilə bağlıdır. Bu cür müzak... | ANL |
"Uşaqlar və müharibə" mövzusunda respublika rəsm sərgisi keçirilib. Fevralın 22-də "Gülüstan" sarayında Xocalı soyqırımının iyirminci ildönümünə həsr olunmuş "Uşaqlar və müharibə" mövzusunda respublika rəsm sərgisi keçirildi. Heydər Əliyev Fondunun və Təhsil Nazirliyinin birgə təşkil etdiyi sərgiyə 1200-dən artıq rəsm ... | ANL |
Təhsil naziri Daşkənddə beynəlxalq konfransda iştirak edib. Fevralın 17-də təhsil naziri Misir Mərdanov Özbəkistanın paytaxtı Daşkənd şəhərində "Təhsilli və intellektual inkişaf etmiş nəslin yetişdirilməsi - ölkənin davamlı inkişafı və modernləşdirilməsinin mühüm amili kimi" adlı beynəlxalq konfransda iştirak edib. Kon... | ANL |
"Ən yaxşı müəllim" müsabiqəsi iştirakçılarının dərslərini dinləyib qiymətləndirəcək ekspert komissiyalarının üzvləri ilə görüş. Fevralın 21-də Təhsil Nazirliyində "Ən yaxşı müəllim" müsabiqəsi iştirakçılarının dərslərini dinləyib qiymətləndirəcək ekspert komissiyalarının üzvləri ilə görüş keçirilib. Təhsil naziri Misir... | ANL |
"Sabahın alimləri" adlı respublika müsabiqəsi. Fevralın 23-də "Park İNN" otelinin "Dan ulduzu" zalında Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və "Mədəd-Azərbaycan" təşkilatının təşkilatçılığı ilə keçirilən "Sabahın alimləri" adlı respublika müsabiqəsinin açılışı oldu. Açılış mərasimində təhsil naziri Misir Mərdan... | ANL |
"Ana dilimizi sevək, sevdirək" mövzusunda müsabiqəyə yekun vuruldu. Fevralın 17-də Akademik Milli Dram Teatrında Təhsil Nazirliyi və "Çağ" Öyrətim İşlətmələri Şirkəti tərəfindən "Dilimiz varlığımızdır" devizi altında təşkil olunmuş IX ənənəvi "Ana dilimizi sevək, sevdirək" müsabiqəsinin yekun mərhələsi keçirildi. Məras... | ANL |
BDU-da alman alimi Heiko Krügerin "Dağlıq Qarabağ konflikti- hüquqi araşdırmalar" kitabının təqdimatı keçirilib. Bakı Dövlət Universitetində Xocalı faciəsinin 20-ci ildönümünə həsr olunmuş tədbir və alman alimi Heiko Krügerin "Dağlıq Qarabağ konflikti - hüquqi araşdırmalar" kitabının BDU-nun təşəbbüsü ilə ingilis dilin... | ANL |
"Ən yaxşı müəllim" müsabiqəsinin növbəti mərhələsində iştirak etmək hüququ qazanmış müəllimlərin bir qrupu ilə görüş. Fevralın 21-də Təhsil Nazirliyində "Ən yaxşı müəllim" müsabiqəsinin növbəti mərhələsində iştirak etmək hüququ qazanmış müəllimlərin bir qrupu ilə görüş keçirilib. Təhsil naziri Misir Mərdanov müsabiqəni... | ANL |
"Dilimiz mənəvi sərvətimizdir". Ey türk oğulları, Vətənin bir ovuc torpağını dünyanın var-dövlətinə, dilimizin bir sözünü ləl-cəvahirata dəyişməyin! Nə qədər möhtəşəm, müqəddəs, nə qədər əzəmətli bir qüvvə! 1999-cu ilin noyabrında keçirilmiş YUNESKO-nun baş konfransının qərarı ilə 21 fevral Beynəlxalq Ana Dili Günü ela... | ANL |
Beynəlxalq Ana Dili Günü qeyd olundu. Bakının Səbail Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında 21 fevral- Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə kitabxananın direktoru Nüşabə Ələkbərova açaraq bildirdi ki, bizim sevimli dilimiz olan Azərbaycan dilini u... | ANL |
Qax rayonunun ümumtəhsil məktəblərində birinci dərslər Beynəlxalq Ana Dili Gününə həsr olunub. Qax RTŞ-ın metodisti Aybəniz Məmmədovadan aldığımız məlumatda bildirilir ki, 21 fevral - Beynəlxalq Ana Dili Gününün qeyd olunması münasibəti ilə rayonun təhsil şöbəsinin xətti ilə geniş tədbirlər planı hazırlanmışdır. Həmin ... | ANL |
Yunanıstan Respublikasının təhsil sistemi. Yunanıstan Respublikası. Avropanın cənub-şərqində, Balkan yarımadasında yerləşən Yunanıstan Respublikasında təhsil bütün pillələr üzrə demək olar ki, ödənişsizdir. Vətəndaşlarının təhsil hüququ ölkə konstitusiyasının müvafiq maddələri ilə təsbit olunur. Ölkənin məktəbəqədər tə... | ANL |
Bəlkə də bu baxımdan özümü narahat hiss edir, jurnalın növbəti nömrəsinə məqalə hazırlamalı olsam da, əlimə qələm götürüb bir sətir belə yaza bilmirdim. Bir gün bundan qabaq gördüyüm yuxunun təsiri altında idim. Yuxuda Şamxəlil müəllimi görmüşdüm. Onunla redaksiyanın dəhlizində qarşılaşmışdıq... Ağ köynək, qara kostyum... | ANL |
Xocalı soyqırımı qurbanları yad edildi. Azərbaycan Dövlət Pedaqoji Kollecində Xocalı faciəsinin 20-ci ildönümünə həsr olunmuş "Xocalı - qan yaddaşımız" adlı ədəbi-bədii gecə keçirildi. Əvvəlcə kollecin tələbələri Dövlət himnini söylədilər. Üçrəngli Dövlət bayrağı səhnəyə gətirildi. Vətənimizin suverenliyi, ərazi bütövl... | ANL |
"Qələbəyə doğru irəli" mövzusunda ədəbi-bədii gecə. Fevralın 23-də Rəşid Behbudov adına Mahnı Teatrında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş "Qələbəyə doğru irəli" mövzusunda ədəbi-bədii gecə keçirildi. Qeyd edək ki, BŞTİ-nin müdiri Nailə Rzaquliyevanın... | ANL |
Təhsil Nazirliyində Akkreditasiya Şurasının növbəti iclası. İyulun 7-də Təhsil Nazirliyində Akkreditasiya Şurasının növbəti iclası keçirilib. İclasda Quba Dövlət Sosial-İqtisadi Kolleci, Bakı Qida Sənayesi Kolleci, Bakı Neft-Energetika Kolleci və Bakı Sənaye-Pedaqoji Kollecinin akkreditasiyasının nəticələri müzakirə ol... | ANL |
"Elektron Naxçıvan - 7: lokal şəbəkədə İKT-dən istifadə imkanları" mövzusunda beynəlxalq simpozium. Naxçıvan Dövlət Universitetində "Elektron Naxçıvan - 7: lokal şəbəkədə İKT-dən istifadə imkanları" mövzusunda beynəlxalq simpozium keçirildi. Gürcüstanın Batumi Dövlət Universitetinin professorlarının, Cənubi Koreyanın b... | ANL |
Təhsil Nazirliyində görüş. İyulun 10-da təhsil naziri Misir Mərdanov Konsolideyted Kontraktors Beynəlxalq Şirkətinin (CCC) Avrasiya bölməsinin rəhbəri Juan Bulos və şirkətin Azərbaycan nümayəndəliyinin təhlükəsizlik və daxili məsələlər üzrə meneceri Hamlet Süleymanovla görüşüb. Qonağı səmimi salamlayan təhsil naziri so... | ANL |
Moskva Dövlət Universitetinin rektoru BDU-da olub. BDU-nun rektoru, akademik Abel Məhərrəmov M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, universitetin fəxri doktoru, akademik Viktor Sadovniçinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə universitetlərarası elm, təhsil və innovasiyalar sahəs... | ANL |
Azərbaycan Texniki Universiteti ilə Rostok Universiteti arasında memorandum imzalanıb. Almaniyanın Rostok Universitetinin rektoru, professor Volfqanq Şarek və onun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Texniki Universitetinin rektoru, professor Havar Məmmədovun dəvəti ilə bu günlərdə AzTU-da olub. AzTU-nun profe... | ANL |
Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinə Bakı Slavyan Universitetinin fəxri doktoru adı verilib. Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinə Bakı Slavyan Universitetinin (BSU) fəxri doktoru adı verilmişdir. AzərTAc xəbər verir ki, iyulun 9-da Sergey Narışkinə fəxri doktor diplomunun və mantiyasının təqdim olun... | ANL |
Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuya Azərbaycan Dillər Universitetinin fəxri doktoru diplomu təqdim edilib. İyulun 5-də Azərbaycan Dillər Universitetində (ADU) Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Herman Van Rompuya universitetin fəxri doktoru diplomunun təqdim olunmasına həsr edilmiş mərasim ke... | ANL |
Səmərəli məktəb modelində məktəb-valideyn münasibətləri. Təhsil Nazirliyi və Dünya Bankının birgə layihəsi olan "Səmərəli məktəb" layihəsi Təhsil Nazirliyinin sifarişi ilə Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi tərəfindən xidmət müqaviləsi əsasında həyata keçirilir və artıq il yarımdır fəaliyyətdədir. Layihənin əsas m... | ANL |
Beynəlxalq elm olimpiadasının qızıl mükafatçısı. Orta təhsilə Rusiyanın Yekaterinburq şəhərində başlasa da, sonradan valideynləri onu Azərbaycana gətirir. Üç il Şəmkir rayonunda orta təhsilini davam etdirir. Altıncı sinfi bitirdikdən sonra imtahanları müvəffəqiyyətlə verərək Mingəçevirdəki Özəl Türk Liseyinə daxil olur... | ANL |
Şamaxı şahmatçılarının növbəti uğuru. Şamaxı Rayon Uşaq-Gənclər Şahmat Məktəbinin direktoru, əməkdar müəllim Asif Ağayevdən aldığımız məlumatda bildirilir ki, bu ilin 14-22 iyun tarixlərində Astara şəhərində Milli Qurtuluş Gününə həsr olunmuş Respublika şahmat turniri keçirilib. Bu turnirdə 10 yaşa qədər şahmatçılar ar... | ANL |
Peterburqda oxumuş tələbələrimiz. (Sankt-Peterburq Mərkəzi Tarix Arxivinin materialları əsasında). Heydərov qardaşları. Yazardan bir neçə söz. Qəzetdə bu silsilədən verdiyimiz yazılarda indiyədək "qayda-qanun gözləməyə" çalışmışıq; başqa sözlə, tələbələri ali məktəbdə oxuma tarixinə görə ardıcıllıqla təqdim etmişik. An... | ANL |
Təhsil sahəsində əməkdaşlığa dair saziş imzalandı. İyulun 13-də Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında 2012-2015-ci illərdə təhsil sahəsində əməkdaşlığa dair sazişin imzalanması mərasimi keçirildi. Təhsil Nazirliyində təşkil olunmuş imzalanma mərasimində nazir... | ANL |
Təhsil Nazirliyində görüş. İyulun 13-də təhsil naziri Misir Mərdanov İran İslam Respublikasının təhsil və təlim naziri Həmidrza Hacıbabayinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Təhsil naziri qonaqları Azərbaycanda və Təhsil Nazirliyində görməkdən məmnunluq hissi keçirdiyini bildirərək iki ölkə arasındakı tar... | ANL |
Azərbaycan Respublikası təhsil nazirinin əmri. Azərbaycan Respublikasının tədris Azərbaycan, rus, gürcü dillərində aparılan, ləzgi dili və azsaylı xalqların dilləri öyrədilən ümumtəhsil məktəbləri üçün 2012-2013-cü dərs ilinə aid aşağıdakı tədris planları təsdiq edilsin: 1. Azsaylı xalqların dilləri öyrədilən ümumtəhsi... | ANL |
Azərbaycan Respublikasının ümumtəhsil məktəbində tədrisi nəzərdə tutulan xarici dil (dillər) ingilis, alman, fransız, rus, ərəb, fars dilləri arasından seçilir. Tədris dilindən asılı olmayaraq, bütün ümumtəhsil məktəblərində xarici dilin tədrisi I (birinci) sinifdən başlanır. Tədrisi I (birinci) sinifdən başlanan xaric... | ANL |
Əhməd bəy Ağayevin "Dəbistan" və "Molla Nəsrəddin" məqaləsi və mətbuata dair fikirləri haqqında. Azərbaycan milli mətbuatı tarixində hər birinin özgün yeri olan, hərəsi yeni bir jurnalistik istiqamətin başlanğıcını qoyan "Molla Nəsrəddin" və "Dəbistan" jurnalları haqqında söz düşəndə elmi dairənin və geniş ictimaiyyəti... | ANL |
Min şükürlər olsun ki, günü gündən maarifimiz tərəqqi eyləyib rəhbər-nicat olan mətbuatımız artmaqdadır. Küll Rusiyanı bir qəribə cəşbü qəlbanə görən ümumi hərəkat biz bədbəxt, min illərcə xabi-qəflətə (qəflət, qanmazlıq yuxusuna - A.B.) uyub hər bir şeydən məhrum müsəlmanlara da sirayət etdi; bizim də qanımız hərəkətə... | ANL |
İxtisasartırma kurslarında yeni təlim strategiyasına əsaslanan "açıq dərs"lər. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və BPKİYİ-nin birlikdə təşkil etdikləri ixtisasartırma kurslarına kimya müəllimləri də cəlb edilmişdir. Bu il iyunun 4-dən Bakıdakı 190 nömrəli tam orta məktəbdə aparılan kurslara mühazirəçi kimi Təhsil Pro... | ANL |
Beynəlxalq müsabiqələr laureatı. İstedad və bacarığını görən anası bəstəkar Sevda Məmmədli 2003-cü ildə onu Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Orta ixtisas musiqi məktəb-studiyasına - fortepiano ixtisası üzrə Ayişə Əliyevanın sinfinə gətirib. 2011-ci ildə Vüsalə Bolqarıstanın Dobriç-Albena şəhərində keçi... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.