text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Mənalı ömrün səhifələri. Həyatda hər kəsin ömür yaşantılarının özünə xas məziyyətləri, parlaq nişanələri olur. Mənalı həyat sürüb, xoşbəxt ömür sahibi olmaq insan övladı üçün bəni-bəşərdən əzəmət, şücaət mənbəyidir. Belələri şərəfli əməlləri, xeyirxahlığı özlərinə peşə etməyi həyat idealı bilib, bir qayda olaraq, öz xi...
ANL
Xədicə rolunun ifaçısı Leyli Axundova ilə söhbət. Deyirlər ki, səadət insanın öz əlindədir. Bu deyim nə qədər həqiqətəuyğun olsa da bəxt, uğurlu tale, alın yazısı, şans deyilən bir həyat həqiqətinin də olduğuna inanmamaq mümkün deyil. Xoş bir təsadüf nəticəsində "Qaraca qız" filmində bəy qızı Xədicə roluna çəkilən Leyl...
ANL
Bakı Avropa Liseyinin şagirdi Yaponiyada keçirilən Beynəlxalq rəsm sərgisinin qalibi olub. Təsviri incəsənət fənnində xalqımızın adət-ənənələri haqda məlumatların, incəsənət əsərlərinin dərk olunaraq şagirdlərə çatdırılması xüsusi əhəmiyyət daşıyır. Cəmiyyət və təsviri incəsənət əlaqələrini əks etdirən məzmun xətti üzr...
ANL
Həyatdan gileyli, qayğıdan razıdırlar. Bu günlər yolumuz Mərdəkan qəsəbəsində yerləşən Oğlanlar üçün açıq tipli xüsusi təlim-tərbiyə müəssisəsinə düşmüşdü. Buraya respublikamızın bütün regionlarından- yerli icra hakimiyyətlərində fəaliyyət göstərən yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə ko...
ANL
Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün distant təhsil. Bu tədris ilindən etibarən xüsusi qayğıya ehtiyacı olan uşaqların məsafədən təhsilinin idarə olunmasına başlanılıb. "Elektron təlimləndirən sistemlər" adlı layihə əsasında həyata keçirilən bu işlərə Təhsil Nazirliyi tərəfindən seçilmiş 20 nömrəli məktəb-liseydə ...
ANL
Mənim unudulmaz müəllimim. Keçən yüzilliyin ortalarından başlayaraq bölgələrdə, kənd yerlərində elə bir ziyalı nəsli yetişdi ki, onlar həm doğulduqları, həm də fəaliyyət göstərdikləri yerlərdə qələmə sarılıb həm keçmişdən, həm də günümüzdən bəhs edən əsərlər yazmağa başladılar. Hərə Vətən divarına bir daş qoysa, bu, gə...
ANL
Avropa Birliyinin nümayəndələri ADU-da. ADU-nun İnformasiya Resurs Kompleksində Avropa Birliyinin ölkəmizdəki nümayəndəsi Roland Kobia və həmin təşkilatın "Şərq tərəfdaşlığı" ölkələri üzrə şöbəsinin müdiri, Azərbaycanla assosiativ saziş üzrə danışıqlarda iştirak edən AB-nin nümayəndə heyətinin rəhbəri Con Krayer univer...
ANL
Dövlət İdarəçilik Akademiyasında elmi-praktik konfrans. DİA-nın Mətbuat xidmətindən aldığımız məlumatda bildirilir ki, oktyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyinə həsr olunmuş "Müstəqil Azərbaycanın 20 illik tarixi inkişa...
ANL
Kimya üzrə Nobel mükafatı laureatına BDU-nun fəxri doktoru diplomu təqdim olunub. Bakı Dövlət Universitetində ABŞ-ın Kaliforniya Texnologiya İnstitutunun kimya və fizika üzrə professoru, dünya şöhrətli alim, kimya üzrə Nobel mükafatı laureatı, Yaxın və Orta Şərqdə elm müşaviri, Amerika Birləşmiş Ştatlarının Prezidenti ...
ANL
AMİ-də Mirzə İbrahimova həsr olunmuş konfrans keçirilib. Oktyabrın 19-da Azərbaycan Müəllimlər İnstitutunda xalq yazıçısı Mirzə İbrahimovun 100 illik yubileyinə həsr olunmuş böyük konfrans keçirildi. Konfransı giriş sözü ilə institutun rektoru, millət vəkili, professor A.Naxçıvanlı açaraq bildirdi ki, görkəmli dövlət x...
ANL
Orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında ifa üzrə respublika müsabiqəsinin keçirilməsi haqqında. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında ifa mədəniyyətlərini yüksəltmək, musiqi alətlərində Azərbaycan bəstəkarlarının əsərlərinin, xalq mahnıl...
ANL
İlk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri arasında ifa üzrə II Respublika müsabiqəsinin keçirilməsi haqqında. Azərbaycan Respublikası təhsil nazirinin əmri. İlk peşə-ixtisas təhsili müəssisələri şagirdlərinin ifa mədəniyyətlərini yüksəltmək, musiqi alətlərində Azərbaycan bəstəkarlarının əsərlərinin, xalq mahn...
ANL
Respublika ifa müsabiqəsinin keçirilməsi barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünün təhsil müəssisələrində qeyd olunması haqqında" Təhsil Nazirliyinin 10 fevral 2011-ci il tarixli, 247 nömrəli əmri ilə təsdiq olunmuş tədbirl...
ANL
Uşaq yaradıcılıq mərkəzlərinin dərnək üzvlərinin əl işlərinin respublika müsabiqəsinin keçirilməsi barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Uşaq və yeniyetmələrin yaradıcılıq potensialının üzə çıxarılması, onların yaradıcılığının inkişaf etdirilməsi üçün stimulların yaradılması və onlar arasında təcrübə m...
ANL
Təhsil Nazirliyində görüş. Oktyabrın 27-də təhsil naziri Misir Mərdanov Avstraliya İttifaqının Azərbaycanda akkreditə olunmuş səfiri Yan Biqqslə görüşüb. Misir Mərdanov qonağı səmimi salamlayaraq onu Təhsil Nazirliyində görməkdən məmnunluğunu ifadə edib. Avstraliya ilə Azərbaycan arasında mövcud olan əlaqələrdən söz aç...
ANL
Tədqiqat mövzularının müzakirəsinə həsr olunmuş növbəti iclas keçirilib. Oktyabrın 21-də Təhsil Nazirliyində nazirliyin sifarişi əsasında Təhsil Problemləri İnstitutunda yerinə yetiriləcək tədqiqat mövzularının müzakirəsinə həsr olunmuş növbəti iclas keçirilib. Təhsil naziri Misir Mərdanov iclası giriş sözü ilə açaraq ...
ANL
Ölkəmizin ümumi təhsil müəssisələrində şahmatın müstəqil fənn kimi tədrisi məsələsi müzakirə olunub. Oktyabrın 21-də Təhsil Nazirliyində ölkəmizin ümumi təhsil müəssisələrində şahmatın müstəqil fənn kimi tədrisi məsələsinin müzakirəsinə həsr olunmuş iclas keçirilib. Tədbirdə Təhsil Nazirliyinin məsul əməkdaşları, Azərb...
ANL
Fəxr edirəm ki, bizim Azərbaycanın gözəl, göyçək, istedadlı balaları, övladları var. Fəxr edirəm ki, Azərbaycanın gələcəyi bu qədər gözəl təməl əsasında qurulur. Siz bugünkü həyatınızla, təhsilinizlə, öz istedadınızı inkişaf etdirməklə Azərbaycanın gələcəyinin binasını qurursunuz, böyük binanı qurursunuz. Heydər ƏLİYEV...
ANL
Atamın ən böyük arzusu müəllim olmaq idi. Xalq yazıçısı Süleyman Rəhimovun oğlu Şamo Arifin atası ilə bağlı xatirələri. Böyük söz ustası, qüdrətli nasir və görkəmli ictimai xadim Süleyman Rəhimov haqqında yazı hazırlamaq mənim üçün nə qədər çətin idisə, bir o qədər də məsuliyyətli idi. Xəyalımda yazıçının cild-cild kit...
ANL
Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyası və təhsilə dövlət qayğısı müstəqilliyimizin 20 ilində. Müstəqilliyin ilk illərində Azərbaycanda mövcud olan sosial-iqtisadi vəziyyət. Hər bir ölkənin davamlı və sürətli inkişafı onun müstəqil və azad olması ilə səciyyələnir. Ölkəmiz müstəqilliyinə qovuşduğu tarixdən ind...
ANL
"Tur Heyerdal və Azərbaycan" mövzusunda elmi-praktik konfransın açılışı olub. Oktyabrın 26-da Azərbaycan Dillər Universitetində ADU-nun və Norveçin Oslo Universitetinin təşkilatçılığı ilə "Tur Heyerdal və Azərbaycan" mövzusunda elmi-praktik konfrans öz işinə başlayıb. Açılış mərasimində çıxış edən ADU-nun rektoru, mill...
ANL
İğdır Universiteti ilə NDU arasında protokol imzalandı. Bu günlərdə Türkiyə Respublikasının İğdır Dövlət Universitetinin rektoru professor-doktor İbrahim Hakkı Yılmazın rəhbərliyi altında 11 nəfərlik nümayəndə heyəti Naxçıvan Dövlət Universitetində olmuşdur. Tələbə şəhərciyi ilə əyani tanışlıq zamanı qonaqlara universi...
ANL
Yeni təhsil sistemində aşağı sinif şagirdlərinin yaradıcılıq qabiliyyətlərinin inkişafı. Hazırda cəmiyyətimizin bütün sahələrində baş verən dinamik proseslər insan fəaliyyəti və onun yaradıcılığının inkişafı problemini ön plana çıxarır. Ölkənin inkişafının aktual problemlərini isə qeyri-ordinar və yaradıcı düşünən insa...
ANL
Xarici dil kurikulumu və onun xarakterik cəhətləri. Xarici dil kurikulumu şagird, müəllim, valideyn və cəmiyyətin digər üzvləri üçün maraq doğuran konseptual bir sənəd olub, xarici dil təliminin məqsədlərini, bu məqsədlərə nail olmaq üçün bütün fəaliyyətləri əhatə edir. Bu sənəd hər bir şagirdin maraq və meyilləri nəzə...
ANL
Kanadanın təhsil sistemi. Paytaxtı: Ottava şəhəri. Dövlət dili: ingilis və fransız dilləri. Pul vahidi: Kanada dolları. Şimali Amerikada yerləşən Kanadanın təhsil sistemi dünyada mövcud olan ən mükəmməl təhsil sistemlərindən biri hesab edilir. Digər ölkələrlə müqayisədə Kanada təhsilin inkişafına daha çox maliyyə vəsai...
ANL
Şagirdlərin tərbiyəsində "Dədə Qorqud" dastanlarının əhəmiyyəti. Bilikli, savadlı, vətəni ürəkdən sevən, onun yolunda hər cür fədakarlığa hazır olan, gələcəkdə onu inkişaf etdirən vətəndaş tərbiyə etmək bu gün məktəbin, müəllimin qarşısında duran ən vacib vəzifədir. Buna görə də bu müqəddəs peşənin - müəllimliyin bizə ...
ANL
Yerləşir: Yaponiya, Senday şəhəri. Tohoku Universiteti (Tohoku University) Yaponiyanın Senday şəhərində, Honsyu adasının şimal-şərqində Tohoku coğrafi regionunda yerləşir və 7 imperiya universitetindən (Yaponiya İmperatorluğu tərəfindən 1877-ci və 1939-cu illərdə yaradılmış 9 universitetdən 7-si Yaponiyada (Bu universi...
ANL
ADA Kitab Mərkəzi ispan dilində film gecəsi keçirib. Azərbaycan Diplomatik Akademiyasının (ADA) Kitab Mərkəzi "Azərbaycan-Latın Amerikası Gəncləri" İctimai Birliyi (ALAG) ilə birlikdə "İspan dilində film gecəsi-mədəniyyətlərarası dialoq" layihəsinə start vermişdir. ADA-nın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki,...
ANL
Müsabiqə qalibi olmağımız kollektivimizi daha da ruhlandırıb. Müstəqil Azərbaycan təhsilinin bütün pillələrində, o cümlədən ümumi təhsil sahəsində 1999-cu ildən başlayaraq ulu öndərimiz Heydər Əliyev tərəfindən təməli qoyulmuş islahatlar möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında planlı və ardıcıl ş...
ANL
Bakının Əmircan qəsəbəsindəki A.Səfərov adına 114 nömrəli orta məktəbdə "Narkomaniyaya yox deyirik" adlı tədbir keçirildi. Öncə üçrəngli dövlət bayrağı səhnəyə gətirildi. Şagirdlərin ifasında Dövlət himni səsləndi. Şagirdlərin hazırladıqları "Zərərli vərdişlər və cinayətkarlıq" və "Susmuş vicdan" səhnəcikləri göstərild...
ANL
Rəhim Kərəm oğlu Rəhimov. 1941-ci ildə Naxçıvan Müəllimlər İnstitutunun fizika-riyaziyyat şöbəsini bitirib. 1944-cü ildə Azərbaycan KP MK-nın nəzdində birillik partiya məktəbinə oxumağa göndərilib. Sonra Azərbaycan KP-nin Naxçıvan Vilayət Partiya Komitəsində təlimatçı, Culfa rayon Partiya Komitəsinin ikinci katibi və N...
ANL
XI siniflər üçün fənn kurikulumuna müəllim baxışı. Respublikamızın bütün fəaliyyət sahələrində olduğu kimi, təhsil sahəsində də bir çox islahatlar hazırlanıb həyata keçirilmişdir. Belə ki, 2008-ci ildə "Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu)" qəbul olunmuş, I-IV siniflər üçün fənn kur...
ANL
Mirzə Rəhim oğlu Məmmədov. Lerikdən xoş güzəran ümidi ilə Bakıya gəlmiş ailələrdən biri də Mirzənin atası Rəhim Məmmədovun ailəsi idi. Dörd nəfərdən ibarət olan ailə Bakıda gördüklərindən dəhşətə gəlir, 1918-ci ilin mart soyqırımı ən ağrılı hadisə kimi Mirzənin yaddaşında həkk olunur. Sabunçu qəsəbəsində bir nəfər onun...
ANL
Beynəlxalq musiqi müsabiqəsinin 8 yaşlı qalibi. Yaşıdlarından qeyri-adi istedadı və bacarığı ilə fərqlənən 8 yaşlı Züleyxa Abdullayeva Bakıda anadan olub. O, Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət gimnaziyasının fortepiano şöbəsinin şagirdidir. Təhsil ocağında keçirilən tədbirlərdə, ədəbi-bədii gecələr...
ANL
Yönü bəri baxan dağlar. Respublikamızın ən gözəl guşələrindən olan Qubadlı bölgəsinə tez-tez gedirdim. Bağ-bağatları, buz bulaqları, yarpızlı dərələri, uca dağları, yaşıl təpələri, allı-güllü yaylaqları, müqəddəs qəbirləri, ocaqları, pirləri, yağı tapdağında qalan, perik düşmüş sakinlərini intizarla gözləyən, başına mü...
ANL
Azərbaycan Respublikasında məktəbəqədər təhsilin proqramı (kurikulumu). GİRİŞ. Məktəbəqədər təhsilin əhəmiyyəti və rolu. Məktəbəqədər təhsil uşaqların intellektual, fiziki və psixoloji inkişafında, potensial imkanlarının üzə çıxarılmasında, məktəbə hazırlanmasında, sadə əmək vərdişlərinə yiyələnməsi, istedad və qabiliy...
ANL
Şahmat üzrə səkkiz yaşlı Azərbaycan çempionu ilə müsahibə. Ölkəmizdə idmana və idmançılara dövlət tərəfindən yüksək qayğı və diqqət göstərilir. Məhz bunun nəticəsi olaraq bu gün yeniyetmə və gənclərimiz idmanın müxtəlif növləri ilə ciddi məşğul olurlar. Təsadüfi deyildir ki, ölkəmizə gətirilən medalların sayı ildən-ilə...
ANL
Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, millət vəkili, professor Səməd Seyidovun "Menecmentin psixologiyası" adlı yeni kitabı işıq üzü görüb. Müəllifin rus dilində qələmə aldığı və Azərbaycan dilində nəşr olunan kitabı 3 fəsildən ibarətdir. "Menecmentin psixologiyasının əsasları" adlanan birinci fəsildə "Menec...
ANL
"Azərbaycanda yazılı və şifahi tərcümənin tədrisində islahatlar" mövzusunda seminar. Sentyabrın 6-da Azərbaycan Dillər Universitetinin İnformasiya Resurs Kompleksində TEMPUS layihəsi çərçivəsində "Azərbaycanda yazılı və şifahi tərcümənin tədrisində islahatlar" mövzusunda seminar keçirildi. Seminarda ADU ilə bərabər Nax...
ANL
Təhsildə qlobal trendlər. Yeni dövrdə bilik qazanma anlayışları dəyişir. Artıq təhsilalanlar təhsilverənlərdən klassik bilik qazanma metodlarının əvəzində araşdırmaya və öyrənməyə qabil dəyərlər tələb edirlər. Dünyanın dəyişmə sürəti xüsusilə son 20 il ərzində o qədər artıb ki, iqtisadi həyatda, sosio-mədəni dəyərlərdə...
ANL
Ümumi təhsil sahəsində islahatlar. Mülahizə və düşüncələrim. Müstəqil Azərbaycanda son illər təhsil sahəsində geniş islahatlar aparılır. Bu islahatlar Azərbaycanın təhsil sistemini, o cümlədən təhsilin səviyyəsini daha da təkmilləşdirir, dünya standartlarına uyğunlaşdırır. Heydər ƏLİYEV. Müstəqil Azərbaycanın ümumi təh...
ANL
Mirzə Əjdər oğlu İbrahimov. Mirzə Əjdər oğlu İbrahimov 1911-ci il oktyabr ayının 28-də Cənubi Azərbaycanın Sərab şəhəri yaxınlığındakı Evə kəndində anadan olub. 1918-ci ildə anası və bacısı aclıqdan öləndən sonra atası və böyük qardaşı ilə Bakıya gələn Mirzə onları da itirib, dayısının himayəsində böyüyüb. Yaşamaq üçün...
ANL
Emori Universiteti (Emory University) ABŞ-ın Corciya ştatının Atlanta şəhərində yerləşən özəl elmi-tədqiqat müəssisəsidir. Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Emori Universiteti 100 ən yaxşı ...
ANL
Müseyib Ağababa oğlu Müseyibov. Azərbaycanın təhsil ictimaiyyətinə ağır itki üz vermişdir. Bakı Dövlət Universitetinin Fiziki coğrafiya kafedrasının müdiri, əməkdar elm xadimi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, professor Müseyib Ağababa oğlu Müseyibov ömrünün 84-cü ilində vəfat etmişdir. Müseyib A...
ANL
İsaq Mustafa oğlu Məmmədov. Azərbaycan tarix elminə ağır itki üz vermişdir. Görkəmli təhsil işçisi, əməkdar elm xadimi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüş, Azərbaycan Dövlət Neft Akademiyasının professoru İsaq Mustafa oğlu Məmmədov ömrünün 87-ci ilində vəfat etmişdir. Professor İsaq Mu...
ANL
NDU-da "Dövlət müstəqilliyinin bünövrəsi" mövzusunda elmi konfrans keçirilib. Naxçıvan Dövlət Univesitetində görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsinə seçilməsinin 20 illiyinə həsr olunmuş "Dövlət müstəqilliyinin bünövrəsi" mövzusunda elmi konfrans keçirilmişdir...
ANL
Yeni dərs ilində qarşıda duran vəzifələr müzakirə olundu. Sentyabrın 7-də Neftçala rayonunda təhsil işçilərinin konfransı keçirilib. Konfransın işində Təhsil Nazirliyinin nümayəndəsi Elxan Cəfərov, Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev və məktəbəqədər, ümumtəhsil, məktəbdənkənar tərbiyə müəssisələr...
ANL
Bakı şəhəri təhsil işçilərinin konfransı keçirildi. Sentyabrın 6-da Bakıdakı "Hyatt Regency" otelinin Quba zalında Bakı şəhəri təhsil işçilərinin konfransı keçirildi. Konfrans başlanmazdan əvvəl nümayəndələr Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad etdilər, məzarı önünə gül d...
ANL
Təhsil işçilərinin respublika konfransı. Sentyabrın 3-də Bakıdakı "Gülüstan" sarayında təhsil işçilərinin ənənəvi respublika konfransı keçirildi. Konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla anıb məzarı önünə tər güllər qoydular. Görkəmli oftalm...
ANL
Bakı Dövlət Universitetində Bilik günü keçirilib. Bakı Dövlət Universitetində 15 sentyabr - Bilik günü münasibətilə tədbir keçirilib. BDU-nun rektoru, akademik Abel Məhərrəmov tələbələri, onların valideynlərini, müəllim və tədbir iştirakçılarını Bilik günü münasibətilə təbrik edib. Akademik Abel Məhərrəmov bildirib ki,...
ANL
Bu il Prezident təqaüdünə layiq görülən tələbələrdən 25-i Qafqaz Universitetində oxuyur. Tədbirdə "Çağ" Öyrətim İşlətmələri şirkətinin prezidenti Ənvər Özərən, universitetin professor-müəllim heyəti, valideynlər və tələbələr iştirak edirdilər. Mərasim Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Türkiyə Cümhur...
ANL
Azərbaycan Texniki Universitetində Bilik günü. Azərbaycan Texniki Universitetində Bilik günü münasibəti ilə professor-müəllim heyəti və tələbələrin iştirakı ilə tədbir keçirildi. Tədbir iştirakçıları - universitetin rektoru və gələn qonaqlar əvvəlcə universitetin foyesindəki ümummilli lider Heydər Əliyevin büstü önünə ...
ANL
Azərbaycanda təhsilə dövlət qayğısının iqtisadi aspektləri və təhsildə yeni maliyyələşmə mexanizmləri. Təhsilin ölkənin iqtisadi inkişafında mühüm əhəmiyyəti. Hər bir ölkənin uzunmüddətli iqtisadi inkişaf strategiyası keyfiyyətli təhsil mühitinin formalaşdırılması ilə səciyyələnir. Belə ki, millətin təhsilinin və elmi ...
ANL
AMEA İnformasiya Texnologiyaları İnstitutunda informatikanın tədrisinin aktual problemləri müzakirə edildi. Gənc nəslin müasir dövrün tələblərinə uyğun formalaşmasında başlıca rol oynayan təhsil sistemində modernləşmə strategiyasının həyata keçirilməsi hər bir sivil dövlətin gələcək müqəddəratını müəyyən edən taleyüklü...
ANL
Bölgələrdə təhsil işçilərinin sentyabr konfransları keçirilib. Sentyabrın 6-da Ağsu şəhər mədəniyyət sarayında təhsil işçilərinin konfransı keçirildi. İlk öncə konfrans iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoydular. Konfransın işində Təhsil Nazirliyinin şöbə müdiri Faiq Şahbazlı, Ağ...
ANL
Küveytin təhsil sistemi. Küveyt dövləti. Paytaxtı: Küveyt şəhəri. Pul vahidi: Küveyt dinarı. Cənub-Qərbi Asiyada yerləşən Küveytdə XX əsrin əvvəllərində, neft ehtiyatları kəşf olunmazdan öncə yalnız Əl-Katatib adlandırılan dini məktəblərdə təhsil almaq mümkün idi. Belə tədris ocaqlarında təhsil prosesi müqəddəs Qurani-...
ANL
Folklorşünaslıq salnaməmizin canlı bələdçisi. Müəllim ailəsində doğulmuş Paşa Əfəndiyevdə uşaq yaşlarından mütaliəyə böyük maraq olub. Əməkdar müəllim Şərif Əfəndiyevin kitabxanasındakı "Atalar sözləri", "Aşıqlar", "Koroğlu", "Nizami əsərlərinin el variantları"nı həvəslə oxuyan gənc filologiyaya meyilli olub. Azərbayca...
ANL
Yerləşir: Böyük Britaniya, İngiltərə, Nottingem şəhəri. Nottingem Universiteti (University of Nottingham) İngiltərənin Nottingem şəhərində yerləşir və Böyük Britaniyanın ən nüfuzlu təhsil ocaqlarından biridir. Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ild...
ANL
Doğma yurda ata-baba irsindən gələn bağlılıq onu kənddən ayıra bilməmişdir. Keçmiş SSRİ məkanında öz şəxsi təşəbbüsü ilə "dostluq klubu" və "dostluq kitabxanası" yaradan, ən məşhur və görkəmli elm və mədəniyyət xadimləri, hərbçilər, generallar, admirallar, marşallar, Sovet İttifaqı və Sosialist Əməyi qəhrəmanları, part...
ANL
"Azərbaycan ədəbiyyatının qaynaqları: Mirzə Şəfi Vazeh". Bilik və istedadı, cəsarət və xeyirxahlığı özünə bəla olan tarixi şəxsiyyətlər, insanlar az deyil. Bunların sırasında Gəncə torpağının XIX əsrdə Azərbaycan ədəbiyyatına bəxş etdiyi Mirzə Şəfi Vazehin adı ön sırada yer alıb. Poetik dühası, sadəliyi və ülvi məhəbbə...
ANL
Yerləşir: Naqoya şəhəri. Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Naqoya Universiteti 100 ən yaxşı ali məktəb arasında 92-ci yerdə olub. Naqoya Universitetinin tarixi 1871-ci ildə yaradılmış Tibb ...
ANL
Akademik Zərifə Əliyeva adına məktəb. Akademik Zərifə Əliyeva adına məktəb Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşir. Məktəb Heydər Əliyev Fondunun dəstəyi ilə 28 aprel 2008-ci ildə görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın anadan olmasının 85 illik yubileyi ərəfəsində açılıb. Açılış mərasimində Azərbaycan ...
ANL
"Müstəqil Azərbaycanın 20 il ərzində keçdiyi tarixi yol" mövzusunda elmi-praktik konfrans. Sentyabrın 21-də AMEA-da Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə "Müstəqil Azərbaycanın 20 il ərzində keçdiyi tarixi yol" mövzusunda elmi-praktik konfrans keçirildi. Konfransda tanınmış...
ANL
Peşə təhsili müəssisələrində "Fərdi kompüter operatoru" peşəsi üzrə təlim aparan müəllimlər üçün seminar keçirilib. Azərbaycan Respublikası müstəqil dövlət kimi inkişaf etdikcə bütün sahələrdə qabaqcıl ölkələrin müsbət təcrübəsini öyrənir, yeni mütərəqqi cəhətləri tətbiq edir. Milli və bəşəri dəyərlər əsasında təhsilim...
ANL
"Elektron təlimləndirən sistemlər" layihəsinə həsr olunmuş tədbir keçirilib. 20 nömrəli tam orta məktəb-liseydə yerləşən Distant təhsil mərkəzində "Elektron təlimləndirən sistemlər" layihəsinin başlanması ilə əlaqədar tədbir keçirilib. Tədbirdə məktəb direktorları, valideynlər, 219 nömrəli evdə məktəbin bir qrup şagird...
ANL
Beynəlxalq əlaqələr genişlənir. 2008-ci ildən yeni strukturla fəaliyyətə başlayan Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu xarici ölkələrin müvafiq elm və ali təhsil müəssisələri ilə əməkdaşlığın inkişafını daim diqqət mərkəzində saxlayır. Bu fəaliyyətin nəticəsidir ki, qısa müddət ərzində ...
ANL
BDU və ADNA arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Neft Akademiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləni BDU-nun rektoru, akademik Abel Məhərrəmov və ADNA-nın rektoru, professor Siyavuş Qarayev imzalayıblar. İki təhsil ocağı arasında uzun illər əməkdaşlıq...
ANL
Böyük Britaniyanın təhsil ekspertləri ADU-nun rektoru ilə görüşüb. Sentyabrın 20-də Azərbaycan Dillər Universitetinin rektoru, millət vəkili, professor Səməd Seyidov Böyük Britaniyada təhsil üzrə fəaliyyət göstərən ekspert Ömür Yeginsunu və Londonun Uimbildon İngilis dili Məktəbinin marketinq meneceri İzabel Klarkla gö...
ANL
"Babək və hürrəmilik (yalanlar və gerçəklər)" kitabının təqdimatı keçirildi. Sentyabrın 17-də Gəncliyə Yardım Fondunda "Oğuz" Müstəqil Araşdırmaçılar Qrupunun həmtəsisçisi və İdarə Heyətinin üzvü Ceyhun Bayramlının "Babək və hürrəmilik (yalanlar və gerçəklər)" kitabının təqdimat mərasimi keçirildi. "Oğuz" Müstəqil Araş...
ANL
Alim-vətəndaş ömrünün izi ilə. "Ömür dedikləri coşqun çay kimidir" deyən kəs haqlıdır. İlləri yaşayanlar, sevib seçdiyi peşənin fövqündə durmağı bacaranlar üçün bu sualın cavabının nisgili, ağrı-acısı olmur. Yeddillik təhsili burada, orta məktəbi indi Gədəbəy rayonuna daxil olan Qoşabulaq kəndində alıb (O vaxtlar kənd ...
ANL
Ədəbiyyat fənn kurikulumu haqqında mülahizələr. Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün ədəbiyyat fənn kurikulumu konseptual sənəd olmaqla ədəbiyyat təliminin məqsəd və vəzifələrini, təlim pillələri üzrə məzmun xətlərini və standartlarını müəyyənləşdirir. Sənədin layihə şəklində çap edilməsi biz ədəbiyyat...
ANL
Kiçikyaşlı məktəblilərin milli ruhda tərbiyəsi. Məlumdur ki, təlimin milli zəmində təşkili prosesində müxtəlif vasitələrdən istifadə etmək olar. Bunlardan biri də xalqımızın mənəvi sərvəti olan şifahi xalq ədəbiyyatından istifadədir. Yetişən nəslin tərbiyəsinin əsas məhvəri sayılan xalq qaynaqlarımız, nağıllarımız, das...
ANL
Ali təhsil ocağında milli musiqi gününün təntənəsi. Dahi bəstəkar, Azərbaycan klassik musiqisinin banisi, musiqişünas alim, ictimai xadim Üzeyir Hacıbəyovun anadan olmasının 126-cı ildönümü və Milli musiqi günü münasibətilə Naxçıvan Dövlət Universitetində yubiley tədbiri keçirilib. Mərasimdə giriş sözü ilə çıxış edən a...
ANL
Kiyev şəhərinin üç məktəbində soydaşlarımıza Azərbaycan dili öyrədilir. Bu ilin əvvəllərində Ukraynanın paytaxtı Kiyev şəhərinin Təhsil və Elm İdarəsi ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Hər iki şəhərin təhsil sahəsində əməkdaşlıq əlaqələrini daha da inkişaf etdirmək məq...
ANL
Yerləşir: İsveçrə Konfederasiyası, Sürix şəhəri. Sürix Universiteti (University of Zurich) İsveçrənin Sürix şəhərinin mərkəzində yerləşir və ölkənin ən böyük ali məktəbidir. Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin ...
ANL
Birləşmiş Ərəb Əmirliklərinin təhsil sistemi. Birləşmiş Ərəb Əmirlikləri. Paytaxtı: Abu-Dabi şəhəri. Ərəbistan yarımadasının şərq hissəsində, Fars və Oman körfəzləri sahilində yerləşən Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) neft yataqlarının işlənilməsinə başlandıqdan sonra təhsilin inkişafına daha böyük diqqət yetirilib,...
ANL
Son illərdə BSU-nun ixtisasları sırasına yeni ixtisaslar - jurnalistika və Azərbaycan filologiyası da əlavə olundu və filologiya fakültəsinin nəzdində jurnalistika, Azərbaycan filologiyası şöbələri yaradıldı. Həmin dövrdən peşəkar kadr potensialı, elmi-metodik və texniki baza formalaşdı, səmərəli beynəlxalq əməkdaşlıq ...
ANL
Kanadanın Ottava şəhərində Azərbaycan dili məktəbi fəaliyyətə başlayıb. Kanadanın Ottava şəhərində ilk dəfə olaraq "Qarabağ" adlı Azərbaycan dili məktəbi fəaliyyətə başlamışdır. Azərbaycanın Kanadadakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, yeni məktəb Ottavada yaşayan həmvətənlərimiz Nigar Əliyeva və Vüsalə Əhmədova...
ANL
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təhsilin İdarəolunmasının Məlumat Sistemləri (TİMS) sektorunun təşkilatçılığı ilə "TİMS proqramı və onun mahiyyəti" mövzusunda treninq-seminarlar keçirilir. Sentyabrın 5-dən başlamış treninq-seminarlar paytaxtın 11 rayonunu əhatə edir. Belə treninq-seminarlardan biri də sentyabrın 29-...
ANL
Səyyah gündəliklərindən başlanan axtarışların bəhrəsi. Həmin ildən də Əsgəran rayonunun Xocalı kəndində ilk pedaqoji fəaliyyətinə başlayıb. 1990-cı ildə Azərbaycan Pedaqoji İnstitutunun Şuşa filialına müəllim vəzifəsinə təyin edilib. 1996-cı ildə "XVII əsrin 40-cı illərində Azərbaycanın sosial-iqtisadi vəziyyəti və məd...
ANL
Azərbaycan məktəblisi qitə birinciliyinin gümüş medalına sahib oldu. Bolqarıstanın Albena şəhərində 8-18 yaşlı oğlan və qızlar arasında şahmat üzrə Avropa çempionatı başa çatıb. Həmin mötəbər yarışda Azərbaycan şahmatçısı, 287 nömrəli "Zəkalar" liseyinin şagirdi Abdulla Qədimbəyli qitə birinciliyinin gümüş medalına sah...
ANL
Uşaqlar sülhə səsləyirlər. Sentyabrın 25-də Bakı SOS Uşaq kəndində Bakcell şirkətinin dəstəyi ilə Beynəlxalq Sülh Gününə həsr edilmiş "Uşaqlar sülhə səsləyir" adlı tədbir keçirilib. Bu barədə SOS Uşaq Kəndləri- Azərbaycan Assosiasiyasının İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi İlhamiyyə Rzayevadan aldığımız məlumatda ...
ANL
Son illər çox sayda müsabiqələrin keçirilməsi, nəticələrin obyektiv qiymətləndirilməsi müəllimlərin fəallaşmalarına, onlarda pedaqoji işə yaradıcı yanaşma meyilinin xeyli artmasına səbəb olmuşdur. Təbiidir ki, bunun başlıca səbəblərindən biri də yeni təlim texnologiyalarının mövcudluğu və onlardan istifadəyə marağın gü...
ANL
Bizim Zeynəb müəllim. Onu hamı belə çağırır. Ömür yolu olduqca sadə, ibrətamiz və məhsuldardır. Uzun müddət şimal bölgəsinin ucqar dağ kəndində fəaliyyət göstərib, elə ilk uğurları da oranın adı ilə bağlıdır. Bu təhsil ocağında neçə-neçə nəsil uşaqların təlim-tərbiyəsi ilə məşğul olub. Zeynəb müəllim belə hesab edir ki...
ANL
Müsabiqədə qalib gəlməyimiz müstəqilliyimizin 20 illiyinə ən yaxşı töhfəmizdir. Bu günlər xalqımız ölkəmizin dövlət müstəqilliyinin bərpasının 20 illiyini böyük təntənə ilə, həyatın bütün sahələrində qazanılmış diqqətəlayiq uğurlarla qeyd edir. Müstəqillik illərində ölkəmiz böyük inkişaf yolu keçmişdir. Əsası ulu öndər...
ANL
ADİU-nun bir qrup əməkdaşına mükafatlar təqdim olundu. Sentyabrın 29-da Azərbaycan Dövlət İqtisad Universitetində Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə bu ali təhsil ocağının bir qrup əməkdaşına "Şöhrət" ordeni, "Tərəqqi" medalı və "Əməkdar müəllim" fəxri adlarının verilməsi ilə əlaqədar təqdimat mərasimi...
ANL
Hindistanlı diplomat ADU-da hindi dilini öyrənən tələbələrlə görüşüb. Sentyabrın 23-də Azərbaycan Dillər Universitetinin rektoru, millət vəkili, professor Səməd Seyidov Hindistan Respublikasının Xarici İşlər Nazirliyinin Şərq ölkələri üzrə dövlət katibi Sanjay Sinqi qəbul etdi. Görüşdə Hindistanın Azərbaycandakı fövqəl...
ANL
Təhsilin və elmin inkişafına böyük töhfə. Azərbaycanda elmin, təhsilin tərəqqisi istiqamətində aparılan uğurlu dövlət siyasəti bu gün öz bəhrələrini verməkdədir. Məqsədyönlü təhsil strategiyasının nəticəsidir ki, Naxçıvanda möhkəm milli əsaslara malik, güclü maddi-texniki bazası olan müasir tipli universitet formalaşmı...
ANL
Almaniyalı qonaqlar BDU ilə daha geniş əlaqələr qurmaq istəyirlər. BDU-nun rektoru, akademik Abel Məhərrəmov Almaniyanın Manheim Universitetinin Molekulyar və Hüceyrə İnstitutunun direktoru, Manheim Tədqiqi Elmlər Universiteti Biotexnologiya fakültəsinin dekan əvəzi, Almaniya Akkreditasiya mərkəzinin üzvü Mathias Hafne...
ANL
ABŞ-ın Corciya Dövlət Universiteti ölkəmizin üç ali məktəbi ilə əməkdaşlıq edir. Sentyabrın 29-da təhsil naziri Misir Mərdanov ABŞ-ın Corciya Dövlət Universitetinin prezidenti Mark Beker, universitetin Robinson Biznes Kollecinin dekanı Fenvik Hass, universitetin professoru, Keçid İqtisadiyyatında Biznesin İnkişafı Mərk...
ANL
Təhsil Nazirliyində görüş keçirilib. Sentyabrın 23-də təhsil naziri Misir Mərdanov ali təhsildə keyfiyyətin təminatı üzrə beynəlxalq ekspert Mariya Xose Limatr, Dünya Bankının nümayəndələri Saçiko Kataoka və Meskerem Mulatu ilə görüşüb. Azərbaycanda ali təhsildə keyfiyyətin təminatı istiqamətində həyata keçirilmiş tədb...
ANL
"Kənd təsərrüfatı sahəsində ilkin peşə təhsilinin inkişafı layihəsi" yüksək qiymətləndirilib. Sentyabrın 23-də təhsil naziri Misir Mərdanov Almaniyanın Vaynştefan-Trisdorf Tətbiqi Elmlər Universitetinin professoru, "Kənd təsərrüfatı sahəsində ilkin peşə təhsilinin inkişafı layihəsi"nin Almaniya tərəfdən meneceri Herber...
ANL
Təhsil Nazirliyində görüş. Yanvarın 12-də təhsil naziri Misir Mərdanov Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Li Ji-ha, səfirliyin müşaviri Kim Yonq Soq və Koreya İnsan Resursları İnkişafı Xidmətinin layihə meneceri Jeong Jai Munun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Təh...
ANL
Yerləşir: Niderland Krallığı, Leyden şəhəri. Leyden Universiteti (Leiden University) Niderlandın Leyden şəhərində yerləşir və ölkənin ən qədim ali təhsil ocaqlarından biridir. Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərini...
ANL
Azərbaycanın Milli Qəhrəmanları. Musayev Aqil Hüseyn oğlu. Burada sürücülük peşəsinə yiyələnən Aqil 1993-cü ildə Milli Ordu sıralarına çağırılıb. Təlim-məşq toplantılarında iştirak edərək 777 nömrəli hərbi hissənin tərkibində cəbhəyə yollanıb. Aqilin ilk döyüş yolu Ağdam bölgəsindən başlanıb. Sonralar o, Füzuli və Tərt...
ANL
20 Yanvar faciəsinin iyirmi birinci ildönümünün qeyd edilməsi barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. 20 Yanvar faciəsinin iyirmi birinci ildönümünün keçirilməsi ilə əlaqədar Təhsil Nazirliyinin tədbirlər planı təsdiq edilsin (əlavə olunur). Tədbirlər planına müvafiq olaraq bütün təhsil müəssisələrində 1...
ANL
BDU-da qış imtahan sessiyası başlayıb. BDU-nun rektoru, akademik Abel Məhərrəmovun imzaladığı əmrə əsasən, Bakı Dövlət Universitetinin əyani şöbəsində qış imtahan sessiyası başlayıb. Yanvarın 31-də başa çatacaq imtahanlar 3 növbəli olacaq və bütün fakültələr üzrə elektron və alternativ test, o cümlədən monitorinq üsulu...
ANL
Yanvarın 6-da Təhsil Nazirliyində Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsi və Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin 2010-cu ilə dair illik hesabatları dinlənilib. Qeyd edək ki, hesabat iclasları Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi işinin təşkili barədə "...
ANL
"Bakı" nəşriyyatı respublikada ilk distant peşə təhsili portalını (avel.edu.az) təqdim etdi. Dekabrın 27-də Təhsil Nazirliyində İnternet texnologiyaları əsasında yaradılmış Elektron Peşə Təhsili Sisteminin təqdimatı keçirildi. Layihənin meneceri, "Bakı" nəşriyyatının direktoru, fizika-riyaziyyat elmləri namizədi Zaur İ...
ANL
PISA 2009 beynəlxalq tədqiqatının nəticələri barədə. Beynəlxalq qiymətləndirmə tədqiqatında iştirak edən ölkələrin sırasına Amerika Birləşmiş Ştatları, Kanada, Meksika, Yaponiya, Koreya, Sinqapur, Avstraliya, Yeni Zelandiya, Almaniya, Avstriya, Belçika, Böyük Britaniya, Fransa, İrlandiya, İsveçrə, Lüksemburq, Danimarka...
ANL