text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
"Sabahın alimləri" Respublika müsabiqəsinin yekunları haqqında. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Müsabiqənin həmtəşkilatçıları və sponsorları Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, "Mədəd" təşkilatı və İntel korporasiyası olmuş, elmi dəstək isə Bakı Dövlət Universiteti və Sumqayıt Dövlət Universite... | ANL |
Qərarın elan edilməsi barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nda dəyişiklikl... | ANL |
"Ümumi orta və tam orta təhsil səviyyələri üzrə sərbəst (eksternat) təhsilalma formasında təhsil alan şəxslərin buraxılış imtahanlarının təşkili haqqında Qaydalar"ın təsdiq edilməsi barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. "Ümumi orta və tam orta təhsil səviyyələri üzrə sərbəst (eksternat) təhsilalma form... | ANL |
Genetik kodun sirləri. İnsan genomunun müəyyən edilməsi adi laborator prosedur olacaq. 2001-ci ilin fevralında Amerikanın Celera Genomics özəl kompaniyası və mütəxəssislərdən ibarət Beynəlxalq konsorsium (Human Genome Project) insan genomu şifrinin oxunması üzrə tədqiqatların ilkin nəticələrinə dair xəbər yaydılar. Bu ... | ANL |
Peterburqda oxumuş tələbələrimiz. (Sankt-Peterburq Mərkəzi Tarix Arxivinin materialları əsasında). Giriş yerinə. Əlimərdan bəy Topçubaşov/Topçubaşı XIX yüzilin sonu - XX yüzilin ilk yarısında Azərbaycanın mədəni, ictimai və siyasi həyatında çox böyük rol oynamış ən nəhəng şəxsiyyətlərimizdən biridir. Məhəmmədəmin Rəsul... | ANL |
İstedadlı alim, böyük müəllim, xeyirxah insan. Biz keçmişimizi xatırlamasaq, gənclərimizə yaxşı nümunə olmarıq, üstəlik bizi də xatırlamazlar. Həyatının və elmi-pedaqoji fəaliyyətinin bəzi məqamları ilə bağlı məlumatları hörmətli oxucularımızla paylaşdığımız fizika-riyaziyyat elmləri doktoru, professor Hüseyn İsgəndər ... | ANL |
Tanınmış tənqidçi, ədəbiyyatşünas alim. BDU-nun filologiya fakültəsi dünya ədəbiyyatı kafedrasının professoru, filologiya elmləri doktoru Əmirxan Məhərrəm oğlu Xəlilovun bu günlərdə 75 yaşı tamam oldu. O, 1987-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş və professor vəzifəsini tutmuşdur. Moskva, Riqa, Daşkənd şəhərl... | ANL |
Dərslərində İKT-dən yaradıcılıqla istifadə edən müəllimin təcrübəsi seminarda müzakirə olundu. Son illər ölkəmizdə təhsil sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi və təhsildə İKT-nin tətbiqinin dünya standartları səviyyəsinə çatdırılması prioritet istiqamətlərdən birinə çevrilmiş, bu məqsədlə müxtəlif layih... | ANL |
Bakıdakı 87 nömrəli tam orta məktəbdə Azərbaycanın böyük satirik şairi Mirzə Ələkbər Sabirin 150 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib. AMEA-nın əməkdaşı, folklorşünas Elxan Məmmədli, 226 nömrəli tam orta məktəbin direktoru Əli Məmmədov, Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti rejissorluq fak... | ANL |
Təhsil Nazirliyində görüş. Martın 16-da təhsil naziri Misir Mərdanov Qafqaz Universitetində keçiriləcək "Müasir Azərbaycan təhsili və "Çağ" Öyrətim" mövzusunda konfransda iştirak etmək üçün Türkiyədən Azərbaycana gəlmiş nümayəndə heyəti ilə görüşüb. Qonaqları salamlayan təhsil naziri Azərbaycanla Türkiyə arasında mövcu... | ANL |
"Tələbə-məzun" dövlət elektron məlumat sisteminin təqdimatı olub. Martın 28-də "Kempinski Hotel-Badamdar" mehmanxanasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən yaradılmış "Tələbə-məzun" dövlət elektron məlumat sisteminin təqdimatı olmuşdur. TQDK-nın sədri Məleykə Abbaszadə Prezident İlham Əliyevin 201... | ANL |
Peterburqda oxumuş tələbələrimiz. (Sankt-Peterburq Mərkəzi Tarix Arxivinin materialları əsasında). Əfəndiyev Əbdülqədir Molla Şüayb oğlu. Axtılılar - dünənki qardaşlarımız. Çar dönəmində Samur dairəsində yerləşən Axtı kəndi bu gün Dağıstanın Axtı rayonunun mərkəzidir. Əhalisi əsasən ləzgilərdən oluşan bu kənd hətta sov... | ANL |
Görkəmli alim, tanınmış pedaqoq. Tanrının ona ilk hədiyyəsi Səməd Vurğun torpağında dünyaya göz açması oldu. 1937-ci ilin 1 aprelində Qazax rayonunun Çaylı kəndində, mayası halallıqla yoğrulmuş, zəhmətkeş, saf mənəviyyatlı, sadə bir ailədə doğulan Mirzəli İsmayıl oğlu Murquzov saz və söz aləmində, pedaqoji fikrin günü-... | ANL |
Şamaxı şahmatçılarının "Novruz turniri" keçirilib. Şamaxı Rayon Uşaq-Gənclər Şahmat Məktəbinin direktoru Asif Ağayevdən aldığımız məlumatda bildirilir ki, məktəbdə ənənəvi "Novruz turniri" adı altında şəhər birinciliyi keçirilib. Qızlar arasında müvafiq yaş qruplarında İlahə Xudiyeva (şəhər 1 nömrəli tam orta məktəb), ... | ANL |
Şuşa məktəblərində təlim kursları keçirilir. Azərbaycan Respublikası Təhsil Nazirliyi "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində təhsil sisteminin pedaqoji heyətinin İKT üzrə savadlılığının artırılmasına yönəldilmiş treninqlər və digər k... | ANL |
Azərbaycan dili və ədəbiyyat fənni üzrə. humanitar fənlər gimnaziyasının IX sinif şagirdi. 4.Şəkərəliyev Samir Ağabala oğlu – Naxçıvan MR Şahbuz rayonu Keçili kənd tam. orta məktəbinin XI sinif şagirdi. İbrahimli Aytac Seyfulla qızı – Nazirlik nəzdindəki xarici dillər təmayüllü. gimnaziyanın IX sinif şagirdi. məktəbin ... | ANL |
Söz sırası analitik ifadə vasitəsi kimi. Ünsiyyət yaratmaq üçün insanlar müxtəlif məqsədli fikirlər ifadə etməli olurlar, bu və ya digər həyat faktı haqqında məlumat verir, onun haqqında soruşur, yaxud da onu əhatə edən aləmdən aldığı təsirə cavab olaraq öz hiss-həyəcanlarını bildirirlər. Bütün bunlar ünsiyyət zamanı c... | ANL |
Millətsevər şair anıldı. Bu il Azərbaycan ədəbiyyatının korifeylərindən biri, dünya şöhrətli "Molla Nəsrəddin" ədəbi məktəbinin təməlçilərindən olan millətsevər şair və pedaqoq Mirzə Ələkbər Sabirin anadan olmasının 150 illiyi tamam olur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin böyük Azərbaycan şairi... | ANL |
Sələflərini heyrətləndirmiş alim. Albert Eynşteynə əbədi şöhrət gətirmiş nəzəriyyə. 1999-cu ildə "Taym" jurnalı nisbilik nəzəriyyəsinin banisi, Nobel mükafatı laureatı Albert Eynşteyni XX əsrin adamı elan edib. Lakin dahi alimin bəşəriyyətin elm məbədində xidmətləri bu günə qədər qızğın mübahisələr mövzusudur. Bu əfsan... | ANL |
Qəhrəmanlar unudulmurlar. Şabran şəhər Roman Yusifov adına 2 nömrəli texniki fənlər təmayüllü tam orta məktəbdə Azərbaycanın Milli Qəhrəmanı Roman Yusifovun büstü açılmışdır. Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda mücadiləsi tarixində şanlı səhifələr çox olmuşdur. Xalqımızın igid və qəhrəman oğulları bu yol... | ANL |
Erməni-daşnak birləşmələrinin türk-müsəlman əhalisinə qarşı soyqırımları. Bir əsrə yaxındır erməni ideoloqları və onların havadarları dünyanı inandırmaq istəyirlər ki, 1915-ci ildə Osmanlı ərazisində "zavallı" erməni xalqına qarşı dövlət səviyyəsində qırğın törədilmişdir. SSRİ dağılana qədər bu təbliğat bilavasitə Türk... | ANL |
Tələbələr onun hər dərsini səbirsizliklə gözləyirlər. Müasir Azərbaycan cəmiyyətinin və dövlət quruculuğumuzun formalaşmasında təhsil sisteminin və burada çalışan çoxsaylı dəyərli ziyalılarımızın xüsusi əməyi danılmazdır. Bu sahədə çalışan insanların əməyini, onların elmi-pedaqoji fəaliyyətini və ictimai fikir tariximi... | ANL |
Azərbaycanlı müəllimlərin layihəsi beynəlxalq forumda uğur qazanıb. "İnnovativ müəllimlər" müsabiqəsinin ölkə üzrə qalibləri Avropa Təhsildə Əməkdaşlıq Forumunda Azərbaycanı layiqincə təmsil ediblər. Məlumat üçün qeyd edək ki, "Microsoft" şirkətinin təşəbbüsü olan "İnnovativ müəllimlər" müsabiqəsi hazırda dünyanın 100-... | ANL |
Köln Tətbiqi Elmlər Universiteti Azərbaycanda növbəti TEMPUS layihəsini həyata keçirəcək. Köln Tətbiqi Elmlər Universiteti professor-doktor Reza Talebi-Daryaninin rəhbərliyi altında "Azərbaycan üçün mühəndis təhsilində tədris müəssisəsinin Boloniya prosesinə uyğunlaşması" mövzusunda Azərbaycanda V TEMPUS layihəsi həyat... | ANL |
"Həmkara dəstək" layihəsi və onu labüd edən səbəblər. Bu gün böyütdüyümüz, tərbiyə etdiyimiz uşaqlar yaxın gələcəkdə cəmiyyətin tamhüquqlu üzvü, aparıcı qüvvəsi olacaq, bizim yaratdıqlarımızı inkişaf etdirəcəklər. Qarşımızda oturub bizdən elm, savad, bilik almaq istəyən şagirdlərimizi biz sadəcə olaraq yeni biliklərlə ... | ANL |
Professor İbrahim Yıldırımdan ərməğan. İstanbulda sevimli bir dostumuz yaşayır - Amasya doğumlu Azərbaycan Türkü, Türkiyədə plastik cərrahlığın ən məşhur ustalarından biri olan Prof. Dr. İbrahim Yıldırım! O, qardaş ölkədə öz sahəsi üzrə şöhrət qazanmış ən ünlü cərrahlardan biridir. Yeri gəlmişkən, 1980-ci illərin sonu-... | ANL |
Qafqaz Universitetində "IV Gənclik şənliyi". Mayın 7-də Qafqaz Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş "IV Gənclik şənliyi" keçirildi. Tələbələrin təşkilatçılığı ilə hazırlanmış tədbir çərçivəsində universitetin həyətində onların bədii və intellektual yaradıcılığın... | ANL |
Dəyərli dərslik. Ali məktəblərin biologiya, kənd təsərrüfatı fakültələrində və tibb kolleclərində təhsil alan tələbələr, həmçinin ixtisas müəllimləri üçün nəzərdə tutulmuş "Latın dili: qrammatika və terminologiyanın əsasları" kitabı səriştəli mütəxəssislər - Naxçıvan Tibb Kollecinin direktoru, tibb üzrə fəlsəfə doktoru... | ANL |
Şahmat üzrə Azərbaycan çempionu. Məğrurə Məhəmməd qızı İmanlı idmanı çox sevir. İdmanın şahmat növü üzrə məşğul olur. O, iki dəfə Azərbaycan və üç dəfə Bakı çempionudur. Sonralar valideynləri bu idman növünə olan böyük həvəsini görüb onu Bakı Şəhəri üzrə 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq - Gənclər ... | ANL |
Ənvərin adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na yazılıb. Anası, əməkdar artist Töhvə Kərimovanın ifa etdiyi musiqilər sanki balaca Ənvərin ilk laylaları olub. Beləcə, illər ötdükcə musiqi sədaları altında o, böyüyüb boya-başa çatıb. Musiqinin sehrindən ayrıla bilməyən, istedad və bacarığı ilə hələ uşaq ik... | ANL |
12 yetirməsi Nobel mükafatı almış müəllim. Yeni Zelandiya dünya elminə bir sıra dahilər bəxş edib. Onların arasında ən məşhuru, mübaliğəsiz olaraq demək olar ki, radioaktivlik və atomun quruluş nəzəriyyəsinin banilərindən biri Ernest Rezervorddur. Rezervordun adı elm tarixində həm də ona görə yüksək zirvədədir ki, onun... | ANL |
Ədəbiyyat dərslərində vətənpərvərlik hisslərinin aşılanması. Tarixin qəhrəmanlıq səhifəsini vərəqlədikcə gözümüz önündə gözəl bir məmləkət - Odlar yurdu Azərbaycan canlanır. Elə bir məmləkət ki, neçə-neçə illərin, əsrlərin sınağından iftixarla çıxıb. Neçə-neçə ərənlər, qəhrəmanlar bu torpağın qoynunda öz əbədiyaşar adı... | ANL |
İxtisasartırma təhsili kredit-modul sistemində. Azərbaycan Respublikasının təhsil sistemində ixtisasartırma təhsilinin özünəməxsus yeri var. Azərbaycan təhsilində çalışan hər bir rəhbər və digər pedaqoji işçilər qloballaşan dünyada baş verən yeniliklərdən, elmi-texniki tərəqqinin nailiyyətlərindən xəbərdar olmasa, ölkə... | ANL |
Ümumtəhsil məktəblərində ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin daha dərindən öyrədilməsi tədbirləri haqqında. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Ulu öndər Heydər Əliyev XX əsr tarixində Azərbaycanın inkişafı yolunda ən böyük xidmətlər göstərmiş dahi şəxsiyyətdir. Onun ömür yolu Vətənə, doğma xalq... | ANL |
"Heydər Əliyev və Azərbaycanın intellektual potensialının inkişafı" mövzusunda elmi-praktik konfrans. Mayın 10-da Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr edilmiş "Heydər Əliyev və Azərbaycanın intellektual potensialı... | ANL |
"Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və əbədi rəmzidir". "Gülüstan" sarayında inşa müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirildi. Mayın 7-də "Gülüstan" sarayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə Azərbaycan Respublikası Təhsil Nazirliyi, ... | ANL |
Respublika rəsm müsabiqəsinin qalibləri mükafatlandırıldı. Mayın 8-də T.İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının "Uşaq dünyası" Rəsm Qalereyasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş ümumtəhsil məktəblərinin şagirdləri arasında "Heydər Əliyev və müstəqil Azərbaycan" ... | ANL |
Heydər Əliyev və Azərbaycan dövlətçiliyi" mövzusunda sərgi keçirilib. BDU-nun kitabxanaçılıq-informasiya fakültəsində ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə "Heydər Əliyev və Azərbaycan dövlətçiliyi" mövzusunda sərgi keçirilib. Sərgidə ümummilli liderin həyat və yaradıcılığının bütün ist... | ANL |
Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialında elmi-praktik konfrans. Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə "Heydər Əliyev: elm və təhsil" mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Konfrans... | ANL |
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə Naxçıvan Müəllimlər İnstitutunda "Müasir təlim metodları və yeni pedaqoji texnologiyanın təlim-tərbiyə prosesində tətbiqi" mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə institutun rektoru, professor Oruc Həsənli açar... | ANL |
Peterburqda oxumuş tələbələrimiz. (Sankt-Peterburq Mərkəzi Tarix Arxivinin materialları əsasında). İsrafilov Əbumüslüm Cəbrayıl bəy oğlu. Doğum şəhadətnaməsi. Anamız Azərbaycanın 5 min ildən artıq yaşı olan ən qədim şəhərlərindən biri Dərbəndin yetirmələri də Piter ali məktəblərində ən müxtəlif ixtisaslara yiyələnərək ... | ANL |
"Müasir elmin aktual problemləri" müzakirə olundu. Lənkəran Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr edilmiş "Müasir elmin aktual problemləri" mövzusunda respublika elmi konfransı keçirilib. Tədbir iştirakçıları konfransdan əvvəl universitetdə fəaliyyət göstərən Heyd... | ANL |
BSU-nun Məktəb-Lisey Kompleksində ənənəvi şagird-tələbə elmi konfransı keçirildi. Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksində ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş "Müasir Azərbaycan ulu öndər Heydər Əliyevin ideyaları işığında" mövzusunda ənənəvi şagird-tələbə elmi konfran... | ANL |
Astara Pedaqoji Kollecində elmi-praktik konfrans. Astara Pedaqoji Kollecində ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş "Heydər Əliyevin elm və təhsilin inkişafında rolu" mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Konfransda rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının, idarə, ... | ANL |
İstedadlı uşaqlar intellektual sərvətimizdir. Ölkəmizdə istedadlı uşaq və gənclərin aşkara çıxarılmasına xüsusi diqqət yetirilir və bu istiqamətdə dövlət səviyyəsində mühüm tədbirlər həyata keçirilir. Aydındır ki, qabiliyyətli və istedadlı şagirdlərin üzə çıxarılması və inkişaf etdirilməsində məktəbin, müəllimin üzərin... | ANL |
Bakıdakı M.Rahim adına 7 nömrəli tam orta məktəb respublikamızın qabaqcıl təhsil ocaqlarındandır. Məktəb ötən əsrin əvvəllərində, yəni 1921-ci ildə ibtidai orta məktəb (I-VII siniflər) kimi fəaliyyətə başlayıb və Paris Kommunasının adını daşıyıb. Dərslər rus dilində keçirilib. İlk direktor Popova Yekatrina Minayevna ol... | ANL |
Peşə təhsilinin qarşısında duran əsas vəzifə yüksək peşəkarlığa malik mütəxəssislər hazırlamaqdır. Respublikamızda təhsil quruculuğu istiqamətində əsaslı islahatların aparılması artıq öz müsbət nəticələrini verməkdədir. Bu istiqamətdə geniş imkanların yaradılması, bütün fəaliyyət növləri üzrə keyfiyyətin yaxşılaşdırılm... | ANL |
Vətəndaş şairin elmi tərcümeyi-halı. Azərbaycan jurnalistlərinin ağsaqqalı Şirməmməd müəllimin belə bir sözü var: "Böyük şəxsiyyətlərdən yazmaq üçün öncə özün şəxsiyyət olasan gərək!". Bu gün ədəbiyyatşünaslığa, mətbuatşünaslığa dair faydalı və məhsuldar araşdırmaları ilə tanınan Alxan Bayramoğlunun böyük Azərbaycan şa... | ANL |
Karate üzrə Azərbaycan çempionu. Rüfət Adil oğlu Abbasov idmanın kikboksinq və uşu-sanda karate növü üzrə 30 kq çəki dərəcəsində Azərbaycan çempionudur. Kiçik yaşlarından idmana böyük sevgisi olan Rüfət Bakının Sabunçu rayonundakı Rixard Zorge adına 90 nömrəli tam orta məktəbin VI sinif şagirdidir. Karate ilə doqquz ya... | ANL |
Bu sözlər hələ sağlığında ikən bütün dünyada fizika elminin canlı klassiki hesab olunan akademik, 2 dəfə Sosialist Əməyi Qəhrəmanı, görkəmli sovet fiziki, sovet elminin təşkilatçılarından biri, böyük elm, yüksək səviyyəli eksperimentator və istedadlı konstruktor Pyotr Kapitsaya məxsusdur. Uşaqlıq illəri. Pyotr Leonidov... | ANL |
Müəllim nüfuzu - şagird sevgisi. Bəzən həyatda insan sənət seçərkən valideynlərinin məsləhətinə, arzu və istəyinə uyğun hərəkət edir. Bu cür seçim çoxlarına uğur gətirir. Bəzən də elə olur ki, haqqında düşünmədiyin, bir qədər çətin görünən bir peşənin yolçusu olursan. Bizə təsadüf kimi görünən bu seçim isə bəlkə də bir... | ANL |
Bu gün Laçının işğalı günüdür. Allah elə günləri heç Tanrı bəndəsinə göstərməsin. Evdə oturmuşduq. Kəndimiz - Piçənizdən yuxarıda Meşəli deyilən kənd vardı. Meşəli kəndində böyük mal ferması vardı. Bax, o fermanın mallarını doldurdular o maşınların kuzovuna... Kəndə qaçaqaç düşdü. Həyat yoldaşım Təvəkkül məni də o mal-... | ANL |
ADU-da İspan dili mərkəzi açılıb. Azərbaycan Dillər Universitetində İspan dili mərkəzinin açılış mərasimi keçirildi. Açılış rəmzini bildirən qırmızı lent kəsildi. Mərasimdə çıxış edən ADU-nun rektoru Səməd Seyidov rəhbərlik etdiyi ali təhsil ocağında tarixi bir gün yaşandığını bildirdi. Cənubi Qafqaz regionunda ən böyü... | ANL |
Yaponiya səfəri maraqlı görüşlərlə zəngin olub. Dünyanın dörd qitəsindəki 62 universitetlə qarşılıqlı əməkdaşlıq əlaqələrini uğurla davam etdirən, bir sıra beynəlxalq səviyyəli elm və ali təhsil qurumlarında təmsil olunan Naxçıvan Dövlət Universitetinin tərəfdaş olduğu ali məktəblərin sırasına Yaponiya universitetləri ... | ANL |
"Məktəbimiz Rusiya ilə Azərbaycan arasında körpüdür". Tarixçidir. Universiteti bitirdikdən sonra aspiranturaya daxil olub, AMEA-nın Tarix İnstitutunda baş laborant işləyib. Təhsil sahəsindəki xidmətlərinə görə 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Əməkdar müəllim" fəxri adına ... | ANL |
Qafqaz Universiteti beynəlxalq mükafata layiq görülüb. Qafqaz Universiteti 29-30 aprel tarixlərində Almaniyanın Frankfurt şəhərində keçirilmiş Keyfiyyət üzrə 38-ci "Business Intiative Directions" (BID) beynəlxalq konqresində "International Arch of Europe" nominasiyası üzrə qızıl mükafata layiq görülüb. Bu barədə univer... | ANL |
Doğu Akdeniz Universitetində Azərbaycan mədəniyyəti gecəsi maraqla qarşılandı. Mən Naxçıvan şəhərində doğulsam da orta təhsilimi Bakıda, Bağça-Məktəb-Lisey Kompleksində almışam. Hazırda Şimali Kipr Doğu Akdeniz Universitetində təhsil alıram. Şimali Kiprdə yeganə dövlət ali təhsil müəssisəsi olan Doğu Akdeniz Universite... | ANL |
Azərbaycan təhsilinin dünya elminə bəxş etdiyi gənc alimlər. Hörmətli oxucular! Artıq 20 ildir ki, məktəblilərin kimya olimpiadasını keçirən münsiflər heyətinin sədri kimi bu illər ərzində çox istedadlı gəncləri gördüm, onların beynəlxalq və dünya olimpiadalarına hazırlıqları üçün şərait yaratdım, komandaların rəhbəri ... | ANL |
Ürəklərdə yeri olan müəllim. Bu günlərdə Azərbaycan Bəstəkarlar İttifaqında təntənəli tədbir keçirilirdi. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professorları, tələbələri, Azərbaycanın tanınmış bəstəkarları, digər ziyalılar - hamının üzündə fərəh, sevinc hissi sezilirdi. Onlar sevimli müəllimləri, istedadlı alim ... | ANL |
Tədbirlər planının təsdiq edilməsi haqqında. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli, 1938 nömrəli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyy... | ANL |
Azərbaycan Respublikası təhsil nazirinin əmri. 2011/2012-ci dərs ilində məktəblilərin fənn olimpiadalarını yüksək səviyyədə keçirmək, istedadlı şagirdləri üzə çıxarmaqla onların yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək sahəsində müəyyən işlər görülmüş, müvafiq təşkilati tədbirlər həyata keçirilmişdir. Azərbaycan R... | ANL |
Təhsil naziri İtaliyanın ölkəmizdəki səfiri ilə görüşüb. Mayın 14-də təhsil naziri Misir Mərdanov İtaliya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mario Baldi ilə görüşüb. İtaliya Respublikasının Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu vurğulayan nazir son illər ölkələrim... | ANL |
Tələbələrin XVII Respublika fənn olimpiadası keçirildi. Mayın 11-də Azərbaycan Dövlət Pedaqoji Universitetində Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən tələbələrin XVII Respublika fənn olimpiadasının açılış mərasimi oldu. Tədbiri tə... | ANL |
İfa üzrə II Respublika müsabiqəsi qalibləri yekun konsert ilə çıxış etdilər. Mayın 15-də Bakı Slavyan Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə ilk peşə-ixtisas təhsili şagirdləri və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirilmiş ifa üzrə II Respub... | ANL |
Fevziyyə Tansel Prof. Dr. Dilşad Talıbxan haqqında. Orada başlıca məqsədim Azərbaycan oxucusunda Dilşad xanımın ömür yolu və alimlik fəaliyyəti haqqında təsəvvür yaratmaq, onu öz xalqına ilk dəfə tanıtmaqdı. Bakıdan aldığım bilgilərə görə, həmin yazı maraqla qarşılanıb. Azərbaycanda, təbii ki, onu da tanımırlar, buna g... | ANL |
Azərbaycanın tanınmış, siyasi hayatında mühüm yeri olan ailələrindən Talıbxanlar’a mənsub Dilşad Elbrusla İstanbul Qız Liseyindəki şagirdlik illərində tanışmışdıq. Sinfinin ən çalışqan şagirdlərindən idi. Türkiyəyə Cümhuriyyətin elanından sonra anası və böyük bacıları ilə Bakıdan qaçıb gəlmişdilər; bizə hər zaman necə ... | ANL |
Tədqiqat xarakterli yeni dərs vəsaiti. Təbiidir ki, Azərbaycan bir Avropa ölkəsi olaraq təkcə Şərqlə bağlı olmayıb, həm də Qərb dünyası ilə yaxından təmasda olmaq, yeni vüsət və inkişaf yolu seçmək əzmindədir. Elə buna görə də Qərb mədəniyyəti ilə paralel surətdə Şərq müdriklik məktəbinin, görkəmli Azərbaycan şair və ə... | ANL |
"Əsl müəllim bildiyi yaxşı nə varsa tələbəsinə öyrətməlidir". Xalq artisti Mələkxanım Əyyubova ilə söhbət. Sabunçu rayonundakı 155 nömrəli orta məktəbi bitirib. İndiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. "İrs" folklor ansamblının, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin soli... | ANL |
Bacarıqlı müəllim, zəhmətkeş alim. Məmmədlə uzun illərdir bir yerdə işləyirəm. O, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Naxçıvan filialının ikinci ilinin məzunlarındandır. Atası - şair, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Hüseyn Razi ilə möhkəm dost olmuşam. O zamandan Məmmədi tanımışam. Dünyada mü... | ANL |
Tanınmış alimin 60 illik yubileyi qeyd edilib. Naxçıvan Dövlət Universitetində fəlsəfə elmləri doktoru, professor, əməkdar müəllim Məmməd Rzayevin anadan olmasının 60 illiyinə həsr olunmuş yubiley mərasimi keçirilmişdir. Yubiley mərasimini giriş sözü ilə açan rektor, akademik İsa Həbibbəyli professor Məmməd Rzayevin el... | ANL |
BDU-da Azərbaycan-Koreya məlumat mərkəzinin yenilənməsinə dair müqavilə imzalanıb. Koreya Milli İnformasiya Cəmiyyətinin nümayəndələri Bakı Dövlət Universitetində olublar. Qonaqları qəbul edən rektor, akademik Abel Məhərrəmov Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən birinin Cənubi Koreya olduğuna diqqət çək... | ANL |
Qərib ölkədən dost haqqında ürək sözləri. Hörmətli redaksiya, Azərbaycan Respublikası Təhsil Nazirliyinin şöbə müdiri İsmayıl Sadıqovu çoxdan tanıyıram. Bir həmkar və dost kimi birgə fəaliyyət göstərir, müntəzəm olaraq əlaqə saxlayır, beynəlxalq tədbirlərdə iştirak edirik. Bu münasibətlərin qarşısında bircə onu bilirəm... | ANL |
Təhsil Nazirliyində Akkreditasiya komissiyasının növbəti iclası keçirilib. Mayın 17-də Təhsil Nazirliyində Akkreditasiya komissiyasının növbəti iclası keçirilib. İclasda Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci, Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kolleci, Bakı Dövlət Sosial İqtisadi Kollecinin akk... | ANL |
20 nömrəli məktəb-liseydə Distant Təhsil Mərkəzi açılıb. Mayın 23-də Bakıdakı 20 nömrəli məktəb-liseydə Distant Təhsil Mərkəzinin açılış mərasimi oldu. Tədbirdə həmçinin www.mesafedenmekteb.edu.az İnternet portalının da təqdimatı keçirildi. Qeyd edək ki, "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sistemini... | ANL |
Təhsil naziri Litvanın ölkəmizdəki səfiri ilə görüşüb. Mayın 23-də təhsil naziri Misir Mərdanov Litva Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kestutis Kudzmanas ilə görüşüb. Qonağı səmimi salamlayan Misir Mərdanov Kestutis Kudzmanası Heydər Əliyev Fondunun təhsil sahəsindəki fəaliyyətinə göstərd... | ANL |
Orta-ixtisas musiqi məktəblərinin tələbələri arasında gənc ifaçıların Respublika müsabiqəsinin keçirilməsi haqqında. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Orta-ixtisas təhsili müəssisələrinin tələbələri arasında tanınmış ictimai xadim, Azərbaycan musiqi sənəti tarixinə parlaq səhifələr yazmış Fikrət Əmirovun ə... | ANL |
Məmməd Səid Ordubadinin 140 illik yubileyinin keçirilməsi haqqında. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Azərbaycan Respublikası Prezidentinin "Görkəmli Azərbaycan yazıçısı, şair, dramaturq, publisist və ictimai xadim Məmməd Səid Ordubadinin 140 illik yubileyinin keçirilməsi haqqında" 10 aprel 2012-ci il tari... | ANL |
Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının iyirminci ildönümünün qeyd edilməsi barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının iyirminci ildönümünün keçirilməsi ilə əlaqədar Təhsil Nazirliyinin tədbirlər planı təsdiq edilsin (... | ANL |
Tədbirlər planının təsdiqi barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Azərbaycan Respublikası Prezidentinin 29 mart 2012-ci il tarixli, 2112 nömrəli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında 2012-ci ilin "İdman ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı"nda Təhsil Nazirliyi tərəfindən həyat... | ANL |
Azərbaycan Respublikası təhsil nazirinin əmri. Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsinə dair Təhsil Nazirliyinin tədbirlər planı təsdiq edilsin (əlavə olunur). Naxçıvan MR təhsil naziri, rayon, şəhər təhsil şöbələrinin, idarələrinin müdirləri, ali, orta ixtisas, ilk-peşə ixtisas təhsili müəssisələrinin rəh... | ANL |
Təhsil Nazirliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə anım mərasimi keçirilib. Mayın 2-də Təhsil Nazirliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə anım mərasimi keçirildi. Təhsil Nazirliyinin əməkdaşları, təhsil müəssisələrinin rəhbərlər... | ANL |
Heydər Əliyev təhsil haqqında. * Cəmiyyət təhsilsiz inkişaf edə bilməz. Təhsilsiz xalq müasir şəraitdə öz imkanlarını həyatına sərf etmək üçün çox problemlərlə rastlaşar. Bu prosesdə uğurla iştirak etmək üçün insan müasir tələblərə uyğun olan təhsilə malik olmalıdır. Təhsil də daim təkmilləşdirilməlidir. Siz və sizin k... | ANL |
Peterburqda oxumuş tələbələrimiz. (Sankt-Peterburq Mərkəzi Tarix Arxivinin materialları əsasında). Mirbağırov Mirməhəmməd Mirəhməd oğlu. Ən çox sevindiyim işlərdən biri. Araşdırıcı üçün arxivdə tapdığı hər yeni iş, bəlgə bir sevinc qaynağıdır. Ancaq bu da danılmazdır ki, bəzən araşdırıcını hədsiz sevindirən bəlgələr də... | ANL |
Azərbaycanlı alimlər beynəlxalq elmi konfransda yüksək səviyyədə çıxış ediblər. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş, hazırda Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasət bütün sahələrdə olduğu kimi, elmin və təhs... | ANL |
Əsir Şuşam, yağı əlində yesir Şuşam. Düşmən tapdağında qalan Şuşa böyük və çirkin siyasi oyunların güdazına getdi. "Qüdrətdən səngərli, qalalı" Şuşa son anda öz harayını özü eşitdi, yağı əlində əsir-yesir qaldı. İndi daha əlimiz Şuşaya çatmır. Yollar uzanır, gedir, amma heç biri bizi Şuşaya qədər apara bilmir. Yenə baş... | ANL |
Yaşadığım binanın həyətində kiçicik bir bağça var. Binanın sakinləri bu bağçanı çox sevirlər. Hər kəs imkan tapan kimi bağçadakı ağacları sulayır, onların dibini belləyir, torpağı alaq otlarından təmizləyirdi. Mən hər gün işə gedərkən yolum bu bağçanın yanından düşürdü. İstər-istəməz boylanıb ağaclara, çiçəklərə baxırd... | ANL |
"Beynəlxalq informatika olimpiadaları" kitabının təqdimatı oldu. Aprelin 29-da AMEA İnformasiya Texnologiyaları İnstitutunda "Beynəlxalq informatika olimpiadaları" kitabının təqdimat mərasimi keçirildi. Təhsil Nazirliyinin Təhsilin idarəolunmasının məlumat sistemləri şöbəsinin müdiri İsmayıl Sadıqovun (Calallı) müəllif... | ANL |
Ədəbi-elmi fikrin tanınmış siması. Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, istedadlı filoloq alim, jurnalist, respublikanın əməkdar müəllimi Zahid Xəlilin - Xəlilov Zahid Abdulla oğlunun 70 yaşı tamam olur. 1959-cu ildə orta məktəbi, 1964-cü ildə hazırkı Bakı Dövlət Universitetinin filologiya fakültəs... | ANL |
Mirzə Fətəli Axundzadənin 200 illik yubileyi Şəkidə qeyd edildi. Böyük Azərbaycan mütəfəkkiri, milli dramaturgiyamızın banisi, görkəmli ictimai-siyasi xadim və maarifçi M.F.Axundzadənin 200 illik yubileyi onun doğma torpağı olan Şəki şəhərində qeyd edilmişdir. Tədbir Şəki Şəhər İcra Hakimiyyəti, Azərbaycan Müəllimlər İ... | ANL |
Buxarestdə Boloniya prosesinə üzv ölkələrin təhsil nazirlərinin konfransı keçirilib. 26-27 aprel 2012-ci il tarixlərində Rumıniyanın paytaxtı Buxarest şəhərində Boloniya prosesinə üzv ölkələrin təhsil nazirlərinin konfransı keçirilib. Azərbaycan Respublikası Təhsil Nazirliyini konfransda təhsil nazirinin müavini Qulu N... | ANL |
Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika. Olimpiadasının final mərhələsi keçirildi. Aprelin 29-da AMEA İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) Heydər Əliyev Fondu, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi və İTİ-nin birgə təşkilatçılığı ilə 17 may-Telekommunikasiya ... | ANL |
"Düşüncələrdən rənglərə" adlı fərdi rəsm sərgisi. Mayın 1-də T.İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının "Uşaq dünyası" qalereyasında Azərbaycan Respublikası Təhsil Nazirliyinin Xalq Təhsili Muzeyinin təşkilatçılığı ilə respublika və beynəlxalq rəsm müsabiqələrinin qalibi Tural Həsənovun "Düşüncələrdən rənglər... | ANL |
Ümummilli lider Heydər Əliyev müasir, müstəqil Azərbaycan dövlətinin qurucusudur. Mayın 2-də Bakı Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş "Heydər Əliyev məktəbi" mövzusunda tədbir keçirilmişdir. AzərTAc xəbər verir ki, universitetin rektoru, Milli Məclisin d... | ANL |
Şəkidə "Müasir təhsilin davamlı inkişafı: reallıqlar, perspektivlər" mövzusunda zona elmi-praktik konfransı keçirilib. Aprelin 30-da Şəki Şəhər İcra Hakimiyyətində "Müasir təhsilin davamlı inkişafı: reallıqlar, perspektivlər" mövzusunda zona elmi-praktik konfransı keçirildi. Konfransda təhsil naziri Misir Mərdanov, Şək... | ANL |
BSU-da "Azərbaycanşünaslığın aktual problemləri" mövzusunda Beynəlxalq Elmi Konfransın açılışı oldu. Mayın 2-də Bakı Slavyan Universitetində AMEA-nın Humanitar və ictimai elmlər bölməsi və BSU-nun birgə təşkilatçılığı ilə "Azərbaycanşünaslığın aktual problemləri" mövzusunda III Beynəlxalq Elmi Konfransı öz işinə başlad... | ANL |
Şüvəlan qəsəbəsində Kiçik qrup evi açılıb. Aprelin 27-də Bakının Şüvəlan qəsəbəsində "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)"nın icrası ilə bağlı Azərbaycan Respublikasının Təhsil Nazirliyi i... | ANL |
Azərbaycan Respublikasının Nazirlər Kabineti. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Naxçıvan Musiqi Kollecinin və Naxçıvan Dövlət Texniki Kollecinin Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı i... | ANL |
Fransada ali məktəblərə qəbul qaydaları. "Azərbaycan müəllimi" qəzeti gənclərin xaricdə təhsilə, nüfuzlu universitetlərə, dünya təhsilinə marağını nəzərə alaraq artıq bir neçə ildir ki, "Dünya universitetləri", "Dünya təhsili" və "Dünyanın təhsil yenilikləri" adlı layihələr həyata keçirir. Bu layihələr çərçivəsində oxu... | ANL |
Oxucularımızla tanış etmək istədiyimiz dünya çempionu İlqar Hüseynzadə 1998-ci ildə Bakı şəhərində dünyaya göz açıb. Altı yaşında Bakının Xətai rayonundakı Ayaz Məhərrəmov adına 95 nömrəli tam orta məktəbin 1-ci sinfinə gedib. Hazırda da həmin məktəbin IX sinfində oxuyur. İlqar 5 yaşından rayonda fəaliyyət göstərən "Ru... | ANL |
Məktəblilərin şahmat üzrə Dünya çempionatının ikincisi. Onda şahmata həvəs 4 yaşından babası ilə bu müdrik oyunu oynamaqdan başlayıb. İsmayılın şahmata olan marağını görən valideynləri 7 yaşından onu 2 nömrəli UGŞİM-nin baş məşqçisi, idman ustalığına namizəd Valeriy Suselinin rəhbərlik etdiyi təlim-məşq qrupuna yazdırı... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.