text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Bakı Dövlət Universitetinin Tədris Elektron Mərkəzi. Müasir təhsilimizin sürətlə inkişafı və dünya təhsil sisteminə inteqrasiya yolunda ali təhsil müəssisələrinin Boloniya prosesinə qoşulması zəruri məsələlərdən birinə çevrilmişdir. Azərbaycan Boloniya Bəyannaməsini imzaladıqdan sonra qarşıda duran əsas məsələ bu vacib... | ANL |
Biz idmanın inkişafına geniş prizmadan yanaşırıq və kompleks tədbirlər görülür. Əlbəttə, ilk növbədə, dövlət siyasəti bu istiqamətdə çox uğurla aparılır. Dövlət siyasətinin nəticəsidir ki, bu gün biz Azərbaycanı dünya birliyinə idman dövləti kimi təqdim edə bilirik. Bu, özlüyündə bir göstəricidir. İlham ƏLİYEV, Azərbay... | ANL |
Şagirdlərin öz fikirlərini sərbəst ifadə etməsinə çalışıram. Məktəb bəşəriyyətin gələcəyini müəyyən edən, onu istiqamətləndirən bir məbəddir. Bu məbədə gələn hər bir müəllim, birinci növbədə, özü şəxsiyyət kimi dünyanı, insanı dərk etməli, gələcək insanların taleyində necə mühüm rol oynadığını anlamalı, yalnız ondan so... | ANL |
5 Oktyabr Beynəlxalq Müəllimlər Günüdür. Faktlar və rəqəmlər. * Hazırda ölkəmizin ümumtəhsil məktəblərində 151 minədək müəllim çalışır. * Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində 330 ümumi təhsil müəssisəsi var. * Azərbaycanda xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələri də daxil olmaqla 58 dövlət orta ixti... | ANL |
Gələn il Sumqayıt Kimya Sənaye Parkının nəzdində Peşə Tədris Mərkəzinin fəaliyyətə başlaması nəzərdə tutulur. Oktyabrın 3-də təhsil naziri Misir Mərdanov Almaniya-Azərbaycan Forumunun sədri, Azərbaycanın Almaniyanın Ştutqart şəhərindəki fəxri konsulu Otto Hauzer ilə görüşüb. Qonağı Təhsil Nazirliyində görməkdən məmnunl... | ANL |
BDU-da "Qloballaşma şəraitində elm və təhsil sahəsində inteqrasiya prosesləri" mövzusunda tədbir keçirilib. Oktyabrın 2-də Bakı Dövlət Universitetində (BDU) "Qloballaşma şəraitində elm və təhsil sahəsində inteqrasiya prosesləri" mövzusunda tədbir keçirilmişdir. AzərTAc xəbər verir ki, Böyük Britaniya, Misir, Latviya Qı... | ANL |
Almaniyanın Azərbaycandakı səfiri Lənkəran Dövlət Universitetində olub. Almaniyanın Azərbaycandakı səfiri cənab Herbert Quelle Lənkəran Dövlət Universitetində olmuşdur. Universitetdə keçirilən görüşdə fikir mübadiləsi aparılmış, Almaniya-Azərbaycan dostluq əlaqələrindən söhbət getmişdir. Universitetlə tanışlıq almaniya... | ANL |
Xarici ölkə vətəndaşlarında Naxçıvan Dövlət Universitetində təhsil almağa maraq artır. Naxçıvan Dövlət Universitetində bakalavr pilləsinin hazırlıq kursunda dinləyici qismində təhsil alacaq xarici ölkə vətəndaşları ilə görüş keçirildi. Görüşdə universitetin rektoru, akademik İsa Həbibbəyli çıxış edərək ali məktəbə buil... | ANL |
"Zəngi" liseyi VMA-nın fəaliyyəti yüksək qiymətləndirildi. "Zəngi" liseyində "Azərbaycan Valideyn-Müəllim Assosiasiyası" İctimai Birliyinin Bakı şəhəri Nizami rayonu üzrə 1 saylı filialının II konfransı keçirildi. Tədbirdə liseyin müəllim-şagird kollektivi ilə yanaşı, Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının ... | ANL |
SDU-da beynəlxalq elmi konfrans. Sumqayıt Dövlət Universitetində (SDU) bu ali məktəbin yaranmasının 50 illik yubileyi ilə bağlı keçirilən silsilə tədbirlər davam edir. Bu silsilədən Sumqayıt Dövlət Universitetində növbəti beynəlxalq elmi konfrans keçirildi. "İnnovasiya yönümlü inkişafın sosial-iqtisadi problemləri" möv... | ANL |
"Ən yaxşı ümumtəhsil məktəbi" uğurlarını daha da artırmaq əzmindədir. Bu danılmaz bir həqiqətdir ki, müxtəlif xalqların görkəmli oğul və qızları öz uğurları üçün, ilk növbədə, məktəbə, müəllimlərinə borclu və minnətdar olduqlarını söyləyiblər. Deməli, bütün ağıl və bilik, fiziki güc və qüdrət sahiblərinin hamısının yol... | ANL |
Əməyimizə verilən qiymət bizi sevindirir. Ölkəmizdə digər sahələrdə olduğu kimi, təhsildə də əsaslı islahatlar gedir. Təhsil sisteminin informasiyalaşdırılması, kurikulumların, təhsil standartlarının, pedaqoji texnologiyaların, informasiya-kommunikasiya texnologiyalarının uğurlu tətbiqi, təhsilin kompüterləşdirilməsi, ... | ANL |
Daha sonra informatika ixtisası üzrə magistraturanın əyani şöbəsinə daxil olmuş və bu il həmin universiteti bitirmişəm. Universiteti bitirdikdən dərhal sonra Təhsil Nazirliyinin müəllimlərin işə qəbulu ilə bağlı keçirəcəyi müsabiqədə iştirak etməyi qərara aldım, elektron ərizə formasını doldurdum. İyulun 27-də keçirilə... | ANL |
Müəllim kimi peşə bayramımı ilk dəfə qeyd edirəm. Sonra təhsilimi Bakıda davam etdirərək 2003-cü ildə Binəqədi rayonu 3 nömrəli tam orta məktəbi bitirmişəm. Həmin ildə Azərbaycan Müəllimlər İnstitutunun ibtidai təhsilin pedaqogikası və metodikası fakültəsinə daxil olmuşam. İnstitutu bitirdikdən sonra müəllim işləmək is... | ANL |
Üç həftəyə yaxındır ki, yeni dərs ili başlayıb. Ölkəmizin bütün təhsil ocaqları, pedaqoji kollektivləri kimi biz də yeni dərs ilinə son illər təhsilimizdə gedən islahatları daha da dərinləşdirmək, əldə olunmuş uğurları artırmaq əzmi ilə başlamışıq. Uğurlarımız isə az deyildir və peşə bayramımızı qeyd etdiyimiz bu günlə... | ANL |
5 Oktyabr Beynəlxalq Müəllimlər Günüdür. Bu tarixi dünyanın 100-dən çox ölkəsinin müəllimləri özlərinin peşə bayramı kimi qeyd edirlər. Beynəlxalq Müəllimlər günü artıq neçə illərdir ki, müstəqil ölkəmizdə də təntənə ilə bayram edilir və bu münasibətlə təhsil işçilərinin böyük bir qrupu təhsilin cəmiyyətdəki mühüm rolu... | ANL |
Təhsil işçilərinə göstərilən diqqət və qayğının növbəti bariz nümunəsi. Təməl daşı ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bugünkü inkişafı ilə küreyi-ərzin diqqətini çəkən müasir Azərbaycanımızın daha xoşbəxt sabahı naminə hər bir Azərbaycan vətəndaşı, xüsusilə biz təhsil işçiləri böyük əzmlə çalışmalı, üzərimiz... | ANL |
Yüksək təhsil işıqlı gələcəyə aparan yoldur. Sonra X.Rəfibəyli adına 2 nömrəli tibb texnikumunda təhsil almışam. Bu illər ərzində elmi işçi, hazırlıq kurslarında müəllim kimi bir sıra fəaliyyətlərim olub. Ailə vəziyyətimlə əlaqədar bir il işsiz qaldım. İşə ehtiyacımın olduğu vaxtda bacım Jalə Təhsil Nazirliyinin müsabi... | ANL |
Şərəfli müəllim peşəsinin vurğunu. O müəllim xoşbəxtdir ki, bütün fəaliyyəti dövründə gərgin əməyi ilə təhsil sahəsində gərəkli xidmət göstərərək, qəlbinin hərarətini və zəkasını Vətən övladlarının maariflənməsinə, onların hərtərəfli inkişafına və tərəqqisinə həsr edir. Məşhur pedaqoq B.A.Suxomlinski deyib: "Müəllim hə... | ANL |
Müəllimlik ən şərəfli peşədir. 51 nömrəli tam orta məktəb Bakı şəhərinin qabaqcıl təhsil müəssisələrindən biridir. Məktəbdə yaradılan nizam-intizam, kadrların öz işinə məsuliyyətlə yanaşması şagirdlərin dərsə hazırlaşmasına, biliklərə dərindən yiyələnməsinə müsbət təsir göstərir. Şagirdlərin məktəb illərində qazandığı ... | ANL |
Ömründən şagirdlərinə pay verən. Bütün zamanların ən şərəfli, müqəddəs peşələrindən sayılıb. Bu sözün işığı, ziyası, nuru hər birimizin ürəyinə həmişə bir rahatlıq gətirib, ruhuna öz şöləsi ilə işıq salıb. Bu müqəddəs peşə sahibləri uşaqlara, fidan balalara ilk hərfi, ilk rəqəmi öyrədərək onları gələcək həyata hazırlay... | ANL |
"Şagirdlərimi öz doğma balam kimi sevirəm". "İnsanlar təbiətinə görə heç bir şeyi başqasına vermək istəmirlər. Onlar təkcə bir şeyi - öz biliklərini başqalarına verməyə hərisdirlər. Bilik elə bir şeydir ki, başqalarına bağışlanılmasa, onun sahibi dərdə düşər, ömrü qüssə və kədər içində keçər". Görkəmli mütəfəkkirimiz M... | ANL |
Təlim-tərbiyə prosesində əsas sima. Müstəqil respublikamızda həyata keçirilən təhsil islahatının ilk addımı təhsilin humanistləşdirilməsi, müəllim-şagird, şagird-müəllim münasibətlərinin insaniləşdirilməsidir. Bu, təhsil işçilərinin, əsasən müəllimlərin nəinki birinci dərəcəli vəzifəsinə, eyni zamanda onların müqəddəs ... | ANL |
İstedadın Vasim Məmmədəliyev zirvəsi. Akademik Vasim Məmmədəliyevin ilahi lütfdən gələn istedadı, güclü hafizəsi, dərin elmi təfəkkürü, yorulmaz pedaqoji fəaliyyəti, Azərbaycan "milli ictimai şüurunun zənginləşdirilməsində" (Nizami Cəfərov) rolu, ziyalı və şəxsiyyət məfhumlarını qürurla birləşdirmək bacarığı, çoxları ü... | ANL |
Təhsildə informasiya-kommunikasiya texnologiyalarından istifadənin üstünlükləri. Müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişaf etdirilməsi hər bir ölkənin intellektual və elmi potensialının vacib göstəricilərindən biridir və bu prosesin zəruriliyi indiki qloballaşma dövründə daha çox hiss olu... | ANL |
Azərbaycan və ingilis dillərinin müqayisəli tədrisi. Müasir ingilis dilinin qrammatik-morfoloji strukturu üçün xarakterik cəhət ona xas olan analitizmdir. Sintetik dil olan Azərbaycan dili ilə müqayisəli şəkildə ingilis dilini öyrənmək sintetik və analitik vasitələrin qarşılıqlı ifadə edilməsi baxımından müəyyən çətinl... | ANL |
(Başlanğıcı ötən sayımızda). Yaşıllıqlar şəhəri Kiyev. Ukrayna torpağına təyyarədən baxanda ən çox gördüyün şey meşələr, ağaclıqlar, yaşıllıqlar olur. Bu ölkənin, demək olar ki, bütün yaşayış məskənləri yaşıllıq içində üzür. Doğrudur, bu yaşıllığı Ukrayna xalqına Allah bəxş edib, ancaq xalqın da üstünlüyü ondadır ki, ö... | ANL |
Kurikulum standartları ilə hazırlanmış dərsliklər. Təhsil sistemindəki dəyişikliklər bütün sahələrdə olduğu kimi dərsliklərin hazırlanmasında da özünü göstərir. Kurikulum sisteminə keçidlə əlaqədar olaraq dərsliklər də bu sistemin tələblərinə cavab verməlidir. Buna görə də yeni dərsliklərə tələbat yarandı. Qısa müddət ... | ANL |
Şagirdlərin yaradıcılıq qabiliyyətlərinin formalaşmasına təsir göstərən fəaliyyətlər. Şagirdlərin öyrənmə fəalliyyəti təlim vəzifələrinin yerinə yetirilməsinə yönələn idrak əməliyyatlarının sistemi kimi özünü göstərir. Şagird tədris tapşırığını əməli şəkildə və ya fikrən yerinə yetirərkən istər-istəməz psixoloji fəaliy... | ANL |
İnformatikadan fənn kurikulumu informasiyalaşmış cəmiyyətin tələbidir. Müasir cəmiyyətdə informasiya axını çox sürətlə inkişaf edir. Artıq informasiya mübadiləsi həyatın və cəmiyyətin əsas resurslarından biri kimi inkişafın yeni mərhələsini təşkil edir. Məhz dünyadakı elektron informasiya resurslarını təhlil etmək baca... | ANL |
Təşəkkür elan edilməsi barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. 04-05 oktyabr 2012-ci il tarixlərində Bakı şəhərində keçirilmiş II Bakı Beynəlxalq Humanitar Forumda qloballaşmaqda olan dünyanın reallıqlarını nəzərə almaqla humanitar problemlər, perspektivlər və çağırışlar muzakirə edilmiş, təbiət, iqtisad... | ANL |
Beynəlxalq humanitar forum çərçivəsində videokonfrans. Beynəlxalq Humanitar Forum çərçivəsində Bakıda səfərdə olan Amerika astrofiziki, ABŞ-ın Massaçusets Texnologiya Universitetinin məzunu, Kaliforniya və Paris universitetlərinin professoru, Nobel mükafatı laureatı George Fitzgerald Smootun Naxçıvan Dövlət Universitet... | ANL |
Beynəlxalq Müəllimlər Günü təntənəli şəkildə qeyd olundu. Oktyabrın 4-də Heydər Əliyev adına Sarayda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə 5 oktyabr Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə təhsil naziri Misir Mərdanov, BŞTİ-nin müdiri Nailə Rzaquliyeva, Milli Məclisin deputa... | ANL |
Azərbaycanla Koreya arasında tələbə mübadiləsi ilbəil artır. Oktyabrın 8-də təhsil naziri Misir Mərdanov Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Çoi Suk-İn ilə görüşüb. Qonağı Təhsil Nazirliyində görməkdən məmnunluq duyduğunu qeyd edən Misir Mərdanov təhsil sahəsində Azərbaycanla Koreya aras... | ANL |
Xarici diplomların tanınması və ekvivalentliyinin müəyyən edilməsi sistemi layihəsinin təqdimatı keçirildi. Oktyabrın 8-də Təhsil Nazirliyində xarici diplomların tanınması və ekvivalentliyinin müəyyən edilməsi sistemi layihəsinin təqdimat mərasimi keçirildi. Tədbiri giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov ulu ... | ANL |
BSU-nun beynəlxalq əlaqələri genişlənir. Oktyabrın 10-da Humbolt adına Berlin Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri Eva Mariya Aux Bakı Slavyan Universitetinin qonağı oldu. Xanım Eva Mariya Auxun gəlişinin məqsədi BSU ilə Almaniyanın Humbolt adına Berlin Universitetinin Azərbaycan tarixi kafedrası və Al... | ANL |
(Başlanğıcı ötən saylarımızda). Bazar günü şəhəri gəzməyə çıxdım. İlk növbədə Qolodomor muzeyi’ni görmək istəyirdim. "Amarant"ın Yuliya’ları (otelin 4 inzibatçı qızından 3-ünün adı YuliyaTydı; ukraynalılar bu adı çox sevirlər) oranı asan tapmaqçün İnternetin yardımıyla mənə sadə yol xəritəsi tərtib etmişdilər. Metronun... | ANL |
"Times Higher Education" jurnalı 2012-ci il üzrə dünya universitetlərinin reytinqini açıqlayıb. Bu siyahıda birinci yeri yenə də Kaliforniya Texnologiya İnstitutu tutub. Ümumilikdə, ilk onluğa yeddi ABŞ ali məktəbi daxil olub. İkinci yerə ötən il dördüncü olan Böyük Britaniyanın Oksford Universiteti və ABŞ-ın Stenford ... | ANL |
Stokholmda İsveç Nobel Komitəsi ənənəyə uyğun olaraq elm sahəsində 2012-ci il üzrə Nobel mükafatı laureatlarının adlarını açıqlayıb. Bu barədə Nobel mükafatları Komitəsi məlumat yayıb. Hər il oktyabrın ilk günlərində Nobel həftəliyi çərçivəsində tibb, fizika, kimya və ədəbiyyat üzrə laureatların adları açıqlanır. Oktya... | ANL |
Məktəbin iki idmançısı dünya çempionudur. Son illər respublikamızda hər sahədə olduğu kimi, idman sahəsində də sürətli inkişaf gedir. Ölkə Prezidenti cənab İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğının nəticəsində idmançılarımız beynəlxalq arenalarda uğurla çıxış edərək dövlətimizin bayrağını ucaldırlar. Belə idm... | ANL |
"Ölkədaxili turizmin inkişafı" layihəsinin təqdimatı oldu. Bu günlərdə Beynəlxalq Mətbuat Mərkəzində Təhsil Nazirliyi Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzi, Dünya Azərbaycanlı Gənclər Birliyi və "Gənclərin Həmrəyliyinə Dəstək" İctimai Birliyinin birgə həyata keçirdiyi "Ölkədaxili turizmin inkişafı" layihəs... | ANL |
Coğrafiya dərslərində müstəqil işlərin təşkili. Hər bir cəmiyyətin gələcəyi onun yetişməkdə olan gənc nəslidir. Artıq neçə illərdir ki, respublikamızda təhsil sisteminin müxtəlif istiqamətləri üzrə ciddi islahatlar həyata keçirilir. Ümumi təhsil sistemində aparılan tədqiqat və təhlil nəticəsində islahat hədəfləri düzgü... | ANL |
"Azərbaycan musiqi məktəbinin layiqli davamçılarından olacağam". "Eşidəndə ki, Bolqarıstanda gənc musiqiçilərin "Ümid. İstedadlar. Ustadlar" adlı XVII beynəlxalq müsabiqəsində mən də iştirak edəcəyəm, çox sevindim. Sevindim ki, 23 ölkədən 150 nəfərin iştirak edəcəyi müsabiqədə Azərbaycanı mən təmsil edəcəyəm...Və həmin... | ANL |
Sumqayıt Dövlət Universitetində görüş. Oktyabrın 5-də Sumqayıt Dövlət Universitetində bu ali təhsil ocağının rəhbərliyi ilə Türkiyənin Ağrı İbrahim Çeçen Universitetinin rəhbərliyi arasında görüş keçirildi. Görüşdə iki qardaş ölkə arasındakı isti münasibətlərin təhsil sektorunda da davam etdirildiyi diqqətə çatdırıldı.... | ANL |
Uşaq yaradıcılıq mərkəzlərinin dərnək üzvlərinin əl işlərinin respublika müsabiqəsinin keçirilməsi barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Uşaq və yeniyetmələrin yaradıcılıq potensialının üzə çıxarılması, onların yaradıcılığının inkişaf etdirilməsi üçün stimulların yaradılması və onlar arasında təcrübə m... | ANL |
Azərbaycan Müəllimlər İnstitutu və onun filialları, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti, Lənkəran Dövlət Universiteti və fəaliyyətinə icazə verilmiş digər əlavə təhsil müəssisələrinin rə... | ANL |
"Ən yaxşı ümumi təhsil müəssisəsi" və "Ən yaxşı müəllim" müsabiqələrinin Təşkilat Komitəsinin yekun iclası. Oktyabrın 13-də Təhsil Nazirliyində "Ən yaxşı ümumi təhsil müəssisəsi" və "Ən yaxşı müəllim" müsabiqələrinin Təşkilat Komitəsinin yekun iclası oldu. İclası açan təhsil naziri, Təşkilat Komitəsinin sədri Misir Mər... | ANL |
"Məktəbdaxili qiymətləndirmə: problemlər və qarşıda duran vəzifələr" mövzusunda müşavirə. Oktyabrın 12-də Təhsil Nazirliyində "Məktəbdaxili qiymətləndirmə: problemlər və qarşıda duran vəzifələr" mövzusunda müşavirə keçirildi. Tədbirdə nazirliyin şöbələrinin və müvafiq struktur bölmələrinin rəhbərləri, Sumqayıt Şəhər Tə... | ANL |
Təhsil Nazirliyində ölkə başçısı tərəfindən təltif olunmuş təhsil işçilərinə mükafatlar təqdim olundu. Oktyabrın 13-də Təhsil Nazirliyində ölkə başçısı cənab İlham Əliyevin sərəncamları ilə Beynəlxalq Müəllimlər Günü ərəfəsində medal və fəxri ada layiq görülmüş təhsil işçilərinə mükafatların təqdim olunması mərasimi ke... | ANL |
İzmirdə Heydər Əliyev adına Texniki-Sənaye Peşə Liseyinin tikintisi başa çatıb. Ötən il oktyabrın 25-də Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsində ''Star'' neft emalı zavodu ilə eyni vaxtda təməli qoyulmuş Heydər Əliyev adına Texniki-Sənaye Peşə Liseyinin inşası tamamlanmış və məktəb Əliağa Milli Təhsil İdarəsinə təh... | ANL |
Şamaxıda 5 yeni məktəb binası müəllim və şagirdlərin ixtiyarına verilib. Müasir tələblərə cavab verən binaların hər biri istilik sistemi ilə təchiz edilib, bütün lazımi inventar və texniki avadanlıqlarla tam təmin olunub. Yeni məktəblərin açılış mərasimlərində çıxış edənlər Prezident İlham Əliyevin ölkəmizdə təhsilin i... | ANL |
Akkreditasiya Şurasının növbəti iclası keçirilib. Oktyabrın 16-da Təhsil Nazirliyində Akkreditasiya Şurasının növbəti iclası keçirilib. Təhsil naziri Misir Mərdanov iclası giriş sözü ilə açaraq Abşeron-Ceyranbatan Peşə Liseyi, 15 nömrəli Bakı Peşə Liseyi, 1 nömrəli Bakı Peşə Məktəbi və Yevlax Peşə Məktəbinin akkreditas... | ANL |
Müstəqilliyimiz sarsılmazdır, əbədidir. Naxçıvan Müəllimlər İnstitutunda 18 oktyabr - Dövlət Müstəqilliyi Günü münasibətilə elmi-praktik konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə institutun rektoru, professor Oruc Həsənli açaraq bu günün tarixi əhəmiyyətindən danışmışdır. Qeyd olunmuşdur ki, müstəqilliyin qorunm... | ANL |
Beynəlxalq türk xalqları uşaq ədəbiyyatı konfransı keçirildi. Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, "Çağ" Öyrətim İşlətmələri Qafqaz Universiteti, Turkiyə Yazarlar Birliyinin həmsədrliyi ilə təşkil olunmuş konfransda 9 ölkədən nümayəndələr -alimlər, şairlər, yazıçılar və uşaq jurnallar... | ANL |
BPKİYİ-də "Azərbaycan dövlət müstəqilliyinin 21 ili: reallıqlar və perspektivlər" mövzusunda elmi-praktik konfrans. Oktyabrın 18-də Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda Binəqədi Rayon İcra Hakimiyyəti ilə birgə "Azərbaycan dövlət müstəqilliyinin 21 ili: reallıqlar və perspektivlər" m... | ANL |
SDU-da müstəqillik günü qeyd edilib. SDU-da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 21-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Universitetin rektoru, professor Nadir Qəhrəmanov ilk öncə tədbir iştirakçılarını bu gün münasibətilə təbrik edib. Azərbaycanın öz müstəqilliyini çətin şərtlər altında qazandığını d... | ANL |
Azərbaycan Müəllimlər İnstitutunda "dəyirmi masa". Oktyabrın 18-də Azərbaycan Müəllimlər İnstitutunda 18 oktyabr - Dövlət Müstəqilliyi Gününə həsr olunmuş "dəyirmi masa" keçirildi. Tədbiri giriş sözü ilə açan Azərbaycan Müəllimlər İnstitutunun rektoru, Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı mərasim iştirak... | ANL |
Dövlət müstəqilliyi günü qeyd olundu. Naxçıvan Dövlət Universitetində 18 oktyabr Dövlət Müstəqilliyi Günü ilə bağlı mərasim keçirildi. Tədbiri giriş sözü ilə açan rektor, akademik İsa Həbibbəyli Azərbaycan xalqının milli müstəqillik uğrunda əsrlər boyu apardığı şərəfli mübarizədən, Şərqdə ilk dəfə məhz Azərbaycanda, 19... | ANL |
İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESKO) "Elm və Texnologiya sahəsində 2012-ci ilin İSESKO mükafatı"nın Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmova verilməsi haqqında qərar qəbul edib. Bu yüksək mükafat akademik Abel Məhərrəmova kimya (nanomateriallar və nanotexnologiyalar) sahəsindəki böyü... | ANL |
(Başlanğıcı ötən saylarımızda). Ukraynaya, Odessaya gedəcəyimi bilən köhnə naşir dostum Abbas bəy məndən "Odessanın Türk şəhəri olduğu sənə bəllidirmi?" soruşduqda, açığı, bunun gerçəkliyi haqqında heç nə bilmirdim. "Tarixi-Nadir"i yarıya qədər oxuduğum halda, mənim bilmədiyimi oxucularımızın çoxunun da bilməyəcəyini g... | ANL |
“Azərbaycan təhsilində yeniliklər çoxdur". Bu fikri Azərbaycan əsilli tanınmış Türkiyə cərrahı və araşdırıcısı İbrahim Yıldırım redaksiyamızın kollektivi ilə görüşündə bildirib. Tanınmış filoloq, dəyərli ziyalı, Avrasiya Universitetinin professoru Ədalət Tahirzadə artıq neçə müddətdir ki, qəzetimizlə sıx əməkdaşlıq edə... | ANL |
Müsahibimiz xalq şairi Süleyman Rüstəmin oğlu, filologiya elmləri üzrə fəlsəfə doktoru Azad Rüstəmzadədir. Xalq şairi Süleyman Rüstəmin yaradıcılığı oxucularımıza yaxşı tanışdır. Səhifəmizin qonağı şairin oğlu, filologiya elmləri üzrə fəlsəfə doktoru, ərəb filologiyası mütəxəssisi Azad Rüstəmzadə ilə söhbətimizi ona kö... | ANL |
Metodiki ədəbiyyatın hazırlanmasına dair. Tədrisin təşkili, təlim prosesinin səmərəli qurulması, müasir təlim metod və texnologiyalarının tətbiqi, idarəetmə və qiymətləndirmə kimi müxtəlif pedaqoji mahiyyətli işlərin, eləcə də təhsilin bütün sahələrini, tərbiyə işini, o cümlədən iqtisadi, sosial, texnoloji əsasların uğ... | ANL |
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin XVI hesabat-seçki konfransı keçirildi. Oktyabrın 10-da Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin XVI hesabat-seçki konfransı keçirildi. Konfransdan əvvəl tədbir iştirakçıları Fəxri xiyabana gələrək ümummilli lider ... | ANL |
Oktyabrın 12-də ADU-da universitetin, BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycan nümayəndəliyinin və Bakı Oksford Məktəbinin təşkilatçılığı ilə "İspan dili günü"nə həsr olunmuş tədbir keçirildi. Tədbirdə ADU-nun professor-müəllim heyəti və tələbələr iştirak edirdilər. Qonaqları salamlayan ADU-nun tərbiyə iş... | ANL |
İlk müsəlman Nobel mükafatı laureatı. XX əsr fizika elminin ən görkəmli nümayəndələrindən biri elm sahəsində müsəlman şərqinin ilk Nobel mükafatı laureatı, pakistanlı alim Abdus Salamdır. Öz elmi uğurları ilə sağlığında Pakistanın milli qəhrəmanı zirvəsinə yüksəlmiş, ölkəsində elmin inkişafı naminə fədakarcasına çalışm... | ANL |
YAP-ın 20 illiyi ilə əlaqədar futbol komandaları arasında mübarizəyə start verilib. Oktyabrın 15-də Bakı Dövlət Universitetində Yeni Azərbaycan Partiyasının yaranmasının 20 illiyi ilə əlaqədar olaraq YAP Yasamal rayonu ərazi ilk partiya təşkilatlarının futbol komandaları arasında açılış mərasimi keçirilib. Qonaqları və... | ANL |
Şagird şəxsiyyətinin formalaşmasında müəllim-şagird münasibətlərinin rolu. Təhsilin müasir vəzifələri hər şeydən əvvəl şagirdin tam bir şəxsiyyət olaraq sərbəstlik əldə etməsini tələb edir. Məktəbdə şagird üçün elə demokratik bir şərait yaradılmalıdır ki, təlim əməyi və tərbiyəvi təsirlər şagird üçün cansıxıcı fəaliyyə... | ANL |
Peşə təhsili: Günün tələbi. Ötən əsrin 90-cı illərinin ortalarından iqtisadi sahədə həyata keçirilən islahatlar ölkədə sahibkarlığın inkişafına təkan vermiş, müasir texnologiyalardan istifadə etməklə və qabaqcıl idarəetmə təcrübəsindən faydalanmaqla rəqabətədavamlı məhsul istehsal edən müəssisələrin meydana çıxmasına s... | ANL |
Musiqi kurikulumu təlimin yüksək səviyyədə təşkilinə imkan verir. Son illər işlənib hazırlanmış, ötən dərs ilində ibtidai siniflərdə tətbiqi başa çatmış, bu dərs ilindən isə ümumi orta təhsil pilləsində tətbiqinə başlanmış yeni fənn kurikulumları təlimin təşkilinə yeni yanaşma nümunəsi olub müasir dövrdə ümumtəhsil mək... | ANL |
Xurşidbanu Natəvan - incə qəlbli şair, böyük xeyriyyəçi. Həm ata, həm ana tərəfi xan nəslindən olan Xurşidbanu Natəvan ədəbiyyat tarixində məşhur simalardan biridir. Atası Mehdiqulu xan məşhur Qarabağ xanı İbrahimxəlil xanın kiçik oğlu, anası Bədircahan bəyim məşhur Gəncə xanı Cavad xanın oğlu Uğurlu xanın qızıdır. Xur... | ANL |
Naxçıvan Müəllimlər İnstitutunda elmi-praktik konfrans. Məlum olduğu kimi, ölkə başçısı İlham Əliyev görkəmli Azərbaycan şairi Xurşidbanu Natəvanın 180 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalamışdır.Həmin sərəncama əsasən Naxçıvan Müəllimlər İnstitutunda elmi-praktik konfrans keçirilmişdir. Konfransı ins... | ANL |
AMİ-də ali məktəblərin müəllimləri üçün ixtisasartırma kursları keçirilir. Azərbaycan Müəllimlər İnstitutunun əlavə təhsil üzrə prorektoru Rahim Əzizovdan aldığımız məlumatda bildirilir ki, AMİ-də keçirilən kursda 15 ali məktəbdən 68 müəllim iştirak edir. Üçaylıq kurslarda dinləyicilərin Milli Məclisin deputatları, mər... | ANL |
Almaniyanın XX əsrdə yetişdirdiyi ən görkəmli elm simalarından biri Volfqanq Paulidir. V.Pauli kvant, nisbilik nəzəriyyələri və elementar hissəciklər fizikası sahəsində bir sıra fundamental işlərinə görə dünya şöhrəti qazanıb. O, Gettingen, Kopenhagen, Hamburq, Prinston universitetlərində və Sürix Ali Elektrotexniki Mə... | ANL |
Ali məktəblərdə aparılan elmi tədqiqat işlərinin sayı və maliyyələşmə həcmi artıb. Təhsil Nazirliyi sistemindəki ali təhsil müəssisələrində elmi tədqiqatların müasir səviyyədə aparılması, məqsədli kompleks elmi proqramların həyata keçirilməsi istiqamətində qarşıya qoyulmuş vəzifələr uğurla yerinə yetirilir. Məlumat üçü... | ANL |
"Çağ" Öyrətim Şirkəti ötən dərs ilində fərqlənmiş şagird, müdavim və tələbələri mükafatlandırdı. Oktyabrın 20-də Qafqaz Universitetində "Çağ" Öyrətim İşlətmələri Şirkətinin liseylərinin, "Araz" hazırlıq kurslarının və Qafqaz Universitetinin ötən dərs ilində respublika və beynəlxalq olimpiadalarında, müsabiqələrində uğu... | ANL |
Müasir təhsil proqramlarının tətbiqi ilə bağlı elmi-praktik konfrans. Oktyabrın 23-də Bakının Sabunçu rayonundakı 252 nömrəli məktəb-liseydə "Müasir təhsil proqramlarının (kurikulumun) tətbiqi: reallıqlar və perspektivlər" mövzusunda elmi-praktik konfrans keçirildi. Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil et... | ANL |
Dövlət İdarəçilik Akademiyasında elmi-praktik konfrans. Oktyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət Müstəqilliyi Gününə həsr olunmuş elmi-praktik konfrans keçirilib. Tədbirdən öncə iştirakçılar ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyublar. ... | ANL |
"Hüseyn Cavid: ədəbiyyatda mühitin və idealın rolu" mövzusunda elmi konfrans. Naxçıvan Dövlət Universitetində böyük Azərbaycan dramaturqu və şairi Hüseyn Cavidin anadan olmasının 130 illik yubileyi münasibətilə "Hüseyn Cavid: ədəbiyyatda mühitin və idealın rolu" mövzusunda elmi konfrans keçirilib. Konfransı giriş sözü ... | ANL |
Tələbələrin XVII Respublika fənn olimpiadasının qalibləri mükafatlandırıldılar. Oktyabrın 24-də Təhsil Nazirliyində tələbələrin XVII Respublika fənn olimpiadasının qaliblərinin mükafatlandırılması mərasimi keçirildi. Tədbiri təhsil naziri Misir Mərdanov açaraq öncə mərasim iştirakçılarını müqəddəs Qurban bayramı münasi... | ANL |
Çexiya Respublikasının BSU-ya hədiyyəsi. Bu günlərdə Çexiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Radek Matula BSU-nun qonağı olmuşdur. Cənab Radek Matulanın budəfəki gəlişinin səbəbi BSU-da fəaliyyət göstərən "Heydər Əliyev məktəbi" tələbə teleradiostudiyası və Çex dili və Mədəniyyəti M... | ANL |
Azərbaycan Müəllimlər İnstitutunda Nizami Gəncəvinin 870 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. Oktyabrın 17-də Azərbaycan Müəllimlər İnstitutunda dahi şair, böyük mütəfəkkir Nizami Gəncəvinin 870 illik yubileyi ilə əlaqədar geniş tədbir keçirilmişdir. İnstitutun rektoru, Milli Məclisin deputatı, professor Aqi... | ANL |
"Təhsil qanunvericiliyinə dair normativ-hüquqi sənədlər toplusu" işıq üzü gördü. Azərbaycan Respublikasının təhsil naziri, professor Misir Mərdanovun rəhbərliyi ilə hazırlanmış "Təhsil qanunvericiliyinə dair normativ-hüquqi sənədlər toplusu" ikicildliyi cari ilin oktyabrında Bakı "Şərq-Qərb" Nəşriyyat Evi tərəfindən ça... | ANL |
Gədəbəydə təhsil işçilərinin zona müşavirəsi keçirilib. Oktyabrın 19-da Gədəbəydə Qazax, Ağstafa, Gədəbəy, Tovuz, Daşkəsən və Şəmkir rayonları təhsil işçilərinin iştirakı ilə zona müşavirəsi keçirildi. Tədbirdə təhsil naziri Misir Mərdanov, Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov, təhsil şöbə müdirlər... | ANL |
Professor Qoşqar Əhmədovun 95 illik yubileyi qeyd edildi. Oktyabrın 19-da Gədəbəy rayonunda Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, tanınmış pedaqoq, professor Qoşqar Əhmədovun 95 illik yubileyi ilə əlaqədar mərasim keçirildi. Tədbirdə təhsil naziri Misir Mərdanov, Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı ... | ANL |
Riyaziyyat təliminin təşkilində nəzərə alınmalı əsas tələblər. Riyaziyyat fənninin təliminin yeni konsepsiyası tədrisin strukturu ilə əlaqədardır. Təlimə müasir baxışlar konstruktivist və situativ təlim konsepsiyalarına əsaslanır. Bilik əsasən sabit obyekt kimi qəbul olunmur, o, fərdin obyektə dair təcrübələri əsasında... | ANL |
Savad təliminin şagirdlərin həyatında rolu. Ana dili ibtidai siniflərdə təlim fənlərinin əsasıdır. Şagirdlər ana dilinə yiyələnmədən, onun incəliklərinə bələd olmadan digər fənlər üzrə proqram materiallarını müvəffəqiyyətlə mənimsəyə bilməzlər. Ana dili xarakteri etibarilə inteqrativ fəndir. Bu fənn lap başlanğıcından ... | ANL |
Xarici dil kurikulumu cəmiyyətimizin hər bir üzvündə maraq doğuran bir sənəddir. Kurikulum hər bir şagirdin maraq və meyillərini nəzərə alaraq nitq və dil bacarıq və vərdişlərini inkişaf etdirməyi nəzərdə tutur. Müasir, qloballaşan dünyamızda xarici dil bilməyin bir çox üstünlükləri vardır. Belə ki, xarici dilə sahib o... | ANL |
"Səmərəli məktəb" modelində müəllim peşəkarlığının inkişafı yolları. Dünya Bankı və Təhsil Nazirliyinin birgə "Səmərəli məktəb" layihəsi öz fəaliyyətini başa vurmaq üzrədir. Layihənin icraçısı Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi 2 il ərzində ölkənin müxtəlif bölgələrində yerləşən 12 məktəblə birgə işi 6 əsas kompon... | ANL |
İngilis dilində mürəkkəb sözlər və onları təşkil edən komponentlər. İngilis dili öz mükəmməl tərkibi ilə dil kommunikasiyasının yaranmasında mühüm rol oynaya biləcək bir dildir. Ümumdünya kütləvi informasiya vasitələrinin dünyaya çatdırılmasında ingilis dilinin rolu əvəzsizdir. Bu dilin dünyanın bir çox ölkələrində iki... | ANL |
Azərbaycan məktəblisi erməni idmançısını məğlub edərək Avropa çempionu oldu. Haqqında söhbət açmaq istədiyimiz boks üzrə Avropa çempionu Ümid Rüstəmov barədə ətraflı məlumat almaq üçün əvvəlcə onun təhsil aldığı Binəqədi rayonundakı 143 nömrəli tam orta məktəblə əlaqə yaratdıq. Məktəbin direktoru Elmar Həşimov bildirdi... | ANL |
İsmayıllıda "Təhsil və təbliğat naminə idman" devizi altında tədbir keçirilib. Oktyabrın 15-də Milli Olimpiya Komitəsinin, İdman və Gənclər, Təhsil nazirliklərinin təşkilatçılığı, BMT-nin Uşaq Fondunun (UNİSEF) maliyyə dəstəyi ilə İsmayıllı rayonunun Olimpiya İdman Kompleksində Azərbaycan Respublikasının Prezidenti cən... | ANL |
Bakı birinciliyinin qalibi. Hazırda həmin məktəbin V sinif şagirdidir. Kiçik yaşlarından idmanın bədii gimnastika növünə maraq göstərib. Həmişə idmanın bu növünü televiziyadan izləyib. Dediyinə görə, valideynlərinin də onun seçdiyi bu idman növünə razılığı və həvəsi olub. Valideynlərinin razılığı və dəstəyi nəticəsində... | ANL |
Bədii gimnastika üzrə Bakı çempionları məlum oldu. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən bildirmişlər ki, medallar uğrunda ən maraqlı yarış gənc gimnastlar arasında olmuşdur. "Avro-2011" çempionatlarında birlikdə bürünc medal qazanmış Lalə Yusifova və Ayşə Mustafayeva çoxnövçülük yarışlarında mübari... | ANL |
Dərsliyimiz-gələcəyimiz. 2005-ci ildə hazırlanmış və təsdiq edilmiş "Ümumi təhsil sistemində dərslik siyasəti" sənədində göstərilmişdir ki, "Dərslik... şagirdlərə müstəqil tədqiqatçılıq və yaradıcılıq vərdişləri aşılamalı, onları düşünməyə sövq etməli, məntiqi təfəkkürü inkişaf etdirməlidir". Bəli, həqiqətən də dərslik... | ANL |
"Savadlılıq sahəsində proqramların təşviqi, hazırlanması və həyata keçirilməsi" mövzusunda regional seminar. Sentyabrın 4-dən 6-dək Bakıda Azərbaycan Respublikası Təhsil Nazirliyi və İSESKO-nun təşkilatçılığı ilə "Savadlılıq sahəsində proqramların təşviqi, hazırlanması və həyata keçirilməsi" mövzusunda regional seminar... | ANL |
Qusar rayon təhsil işçilərinin sentyabr konfransı keçirildi. Sentyabrın 5-də Qusar rayonunda təhsil naziri Misir Mərdanovun iştirakı ilə rayon təhsil işçilərinin konfransı keçirildi. Konfransda Qusar Rayon İcra Hakimiyyəti başçısının müavini Elman Mustafayev, Milli Məclisin deputatı Azər Badamov, ümumi təhsil, məktəbəq... | ANL |
Anadolu Universitetinin nümayəndə heyəti Bakı Dövlət Universitetində olub. Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Türkiyə Respublikasının Anadolu Universitetinin nümayəndə heyətini qəbul edib. Görüşdə Anadolu Universitetinin rektoru, professor Davut Aydın, rektor müavini, professor Mustafa Cavcar... | ANL |
Türkiyə universitetləri ilə tərəfdaşlığa doğru yeni addım. Türkiyə Respublikasının Anadolu və İqdır universitetlərinin nümayəndə heyəti Naxçıvan Dövlət Universitetində oldu. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət etməklə başlanan səfər universitet kollektivi ilə keçi... | ANL |
Azərbaycan Dillər Universitetində çinşünaslıq ixtisası açılıb. Bu yaxınlarda ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Honq Fiuyin ilə görüşüb. Görüşdə ADU-da çinşünaslıq ixtisasının açılması, Çin mədəniyyəti və dil m... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.