text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
"Məqsədim Avropa və dünya birincisi olmaqdır". O, Bakı Sosial Pedaqoji Kollecinin fiziki tərbiyə fakültəsinin II kurs tələbəsidir. Atası İldırım Mehdizadə idmanın sərbəst güləş növü ilə məşğul olduğundan Əlizamanda da bu idman növünə həvəs yaranıb. Yunan-Roma güləşinin sirlərini məşqçi-müəllim İmran Qədirovdan öyrənməy...
ANL
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş respublika çempionatı. Bu günlərdə Biləsuvar şəhərində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş idmanın ensin-karate növü üzrə birinci respublika çempionatı keçirilib. Biləsuvar Rayon Təhsil Şöbəsindən aldığımız məl...
ANL
Yeniyetmələr arasında voleybol üzrə zona birinciliyi. Astara Rayon Təhsil Şöbəsindən aldığımız məlumatda bildirilir ki, rayonun Olimpiya İdman Kompleksində 1996-1997-ci il təvəllüdlü yeniyetmələr arasında voleybol üzrə zona birinciliyi keçirilmişdir. Azərbaycan Voleybol Federasiyasının, Astara Rayon Gənclər və İdman İd...
ANL
Azərbaycanlı alim Hindistanda keçirilən elmi konfransdan qayıdıb. Bu yaxınlarda Astara Pedaqoji Kollecinin direktoru, fəlsəfə doktoru, dosent, əməkdar müəllim Əlihəsən Həmzəyev Hindistanda Maunt Abu şəhərində keçirilən beynəlxalq elmi tədbirdə iştirak edib. 4-9 oktyabr tarixində Braxma Kumaris Ümumdünya Mənəviyyat Univ...
ANL
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatının təsis edilməsi haqqında" imzaladığı müvafiq sərəncam Bakıdakı 16 nömrəli Texniki-Humanitar Liseyin pedaqoji kollektivi üçün də geniş imkanlar açdı. Belə ki, bütün uğurlarını və qarşıda duran problemləri düz...
ANL
Onları sevmək azdır... Ölkənin gələcəyi onların fəaliyyətindən birbaşa asılıdır. Son illərdə Azərbaycanın təhsil sisteminin inkişafına göstərilən xüsusi dövlət qayğısı bu insanların fəaliyyət imkanlarını daha da genişləndirir. Təhsil ocaqlarında balalarımızın təlim-tərbiyəsi yolunda özünü fəda edən minlərlə pedaqoq çal...
ANL
Müəlliminin nəzəriyyəsində səhv tapan istedadlı tələbə. Verner Heyzenberq Nobel mükafatına layiq görülmüş ən gənc alimlərdən biridir. Onun adı fizika elminin XX əsrdə inkişaf istiqamətlərini müəyyən etmiş dahi alimlər sırasında çəkilir. V.Heyzenberq kvant mexanikasının müəlliflərindən biridir. Bundan əlavə, o, nüvə fiz...
ANL
Naxçıvan Müəllimlər İnstitutunda təqdimat mərasimi. Naxçıvan Müəllimlər İnstitutunda Naxçıvan Muxtar Respublikasının əməkdar həkimi, tibb elmləri üzrə fəlsəfə doktoru, dosent Adil Məmmədovun yeni çapdan çıxmış "Tibbi biliklərin əsasları" kitabının təqdimat mərasimi keçirilib. Mərasimi giriş sözü ilə ali təhsil ocağının...
ANL
SDU-da növbəti elmi konfrans. Sumqayıt Dövlət Universitetində (SDU) "Monomerlər və polimerlər kimyasının müasir problemləri" II Respublika elmi konfransı öz işinə başladı. Plenar iclası universitetin rektoru, professor Nadir Qəhrəmanov açaraq konfrans barədə məlumat verdi, tədbirin bu ali məktəbin 50 illik yubileyi çər...
ANL
İngilis dilində danışığı öyrənmənin beş əsas qaydası. Mən 1986-cı ildə Xarici Dillər İnstitutunu bitirmişəm və həmin ildən də ingilis dili müəllimi kimi fəaliyyətə başlamışam. İşlədiyim bu illər ərzində "Mədəd", "Mimio" təşkilatlarının və "British Council"in təşkil etdiyi "Primary Essentials" kurslarını müvəffəqiyyətlə...
ANL
Elm ziyası ilə şəfəqlənən ömür. Gəncə Dövlət Universiteti ölkəmizin şərəfli tarixi, zəngin ənənələri olan ali təhsil müəssisələrindəndir. Fəaliyyət göstərdiyi 77 il ərzində dövrün, zamanın çətinliklərinə baxmayaraq, Azərbaycan milli mədəniyyətinin, elminin, təhsilinin inkişafında xüsusi xidmətləri olan, müəllim kadrlar...
ANL
Xarici dil təliminin təşkili prinsipləri. Xarici dilin tədrisi dil və sosial-mədəni biliklər əsasında kommunikativ nitq bacarıqlarının formalaşdırılmasını əhatə etməklə nəticəyönümlülüyə uyğun olaraq sadədən mürəkkəbə, asandan çətinə prinsipləri əsasında qurulur, şagird nailiyyətlərini izləməyə və qiymətləndirməyə imka...
ANL
İlin ən yaxşı məktəbi. Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq 2011-2012-ci tədris ilində keçirilmiş "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qaliblərindən biri də Bakıdakı 276 nömrəli tam orta məktəbdir. Qeyd edək ki, 276 nömrəli məktəb öz ənənələri və uğurları ilə tanınan qabaqcıl təh...
ANL
Məktəbdə ilk addımlar. Məktəbə yenicə qədəm qoyan şagirdlər üçün çox vacibdir ki, özlərini məktəb ailəsinə qəbul edilmiş hiss etsinlər və böyüklər tərəfindən eşidilib anlansınlar. Məhz buna görə, təxminən bir həftə davam edən məktəbə adaptasiya dövrünün ilk mərhələsində I sinif müəlliminin qarşısında mühüm vəzifələr du...
ANL
ABŞ səfiri Qafqaz Universitetində olub. ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morninqstarla Qafqaz Universitetində görüş keçirilib. Səfir öncə Qafqaz Universitetində tələbələr üçün yaradılmış şəraitlə, onların istifadəsinə verilmiş laboratoriyalarla yaxından tanış olub və buradakı təhsil imkanlarından razı qaldığını bildiri...
ANL
Alternativ qayğı xidmətlərinin maliyyələşmə mexanizmləri müzakirə olunub. Oktyabrın 29-da Təhsil Nazirliyində "Yerli hakimiyyət orqanları ilə qeyri-hökumət təşkilatları arasında himayədar (foster) qayğı və ailə əsaslı xidmətlər üzrə əməkdaşlıq modelinin işlənib hazırlanması" layihəsinin icrasına dair tədbir keçirildi. ...
ANL
Təhsil Nazirliyində İtaliya nümayəndə heyəti ilə görüş keçirilib. Noyabrın 1-də Təhsil Nazirliyində "Azərbaycan ilə İtaliya arasında təhsil sahəsində əməkdaşlıq: mövcud vəziyyət və perspektivlər" mövzusunda ikigünlük konfrans çərçivəsində ölkəmizdə səfərdə olan İtaliya nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə Azər...
ANL
Azərbaycan ilə İtaliya arasında təhsil sahəsində əməkdaşlıq əlaqələrinə həsr olunmuş konfrans. 31 oktyabr - 1 noyabr tarixlərində "Avropa" otelində "Azərbaycan ilə İtaliya arasında təhsil sahəsində əməkdaşlıq: mövcud vəziyyət və perspektivlər" mövzusunda konfrans keçirildi. Açılış mərasimində Prezident Administrasiyası...
ANL
(Başlanğıcı ötən saylarımızda). Ukraynanın keçmiş paytaxtı. Kiyevdən 405 kilometr aralıda yerləşən Xarkov Ukraynanın gündoğan hissəsində ən böyük şəhərdir. görə Ukraynanın ikinci şəhəridir. Moskva və Leninqraddan sonra Xarkov SSRİ-nin üçüncü ən böyük sənaye, elm və nəqliyyat mərkəzi, XX yüzilin ikinci yarısında Güney-G...
ANL
Estoniyanın təhsil sistemi. Estoniya Respublikası. Paytaxtı: Tallin. Estoniyada təhsil sistemi eston xalqının, o cümlədən ölkədəki etnik azlıqların qorunması, inkişafı məqsədlərinə xidmət edir. Ölkə təhsili humanizm, demokratiklik və qanunun aliliyi prinsiplərinə əsaslanır. 1992-ci ildə qəbul edilmiş Təhsil aktına görə...
ANL
Ukraynalı tələbələr BSU-da "Yay məktəbi"ndə. Yarandığı gündən BSU-nun beynəlxalq əlaqələri sürətlə inkişaf edir. Bu dövrdə xarici ölkələrin bir çox qabaqcıl təhsil və elm mərkəzləri ilə əlaqələr qurulmuş, əməkdaşlığa başlanılmışdır. Əməkdaşlıq universitetlər arasında bağlanılmış müqavilələr əsasında qurulur və müəllim-...
ANL
9 Noyabr Dövlət Bayrağı Günüdür. "Bu gün ölkəmizin həyatında bir daha demək istəyirəm ki, tarixi, unudulmaz bir hadisə baş verir. Bu meydan nadir memarlıq abidəsidir. Bu bayraq bizim milli dəyərimizdir. Söhbət ondan getmir ki, bu gün bu bayraq dünyanın ən hündür bayrağıdır. Bəlkə nə vaxtsa, bir neçə ildən sonra başqa y...
ANL
"Müəllim özü nümunə olmaqla tələbəsini tərbiyələndirə bilər". Səhifəmizin bugünkü qonağı BDU-nun jurnalistika fakültəsinin mətbuat tarixi kafedrasının professoru, Prezident təqaüdçüsü Şirməmməd Hüseynovdur. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsi 1925-ci ildə yaradılıb. 25 iyun 1954-cü ...
ANL
Azərbaycan Respublikası təhsil nazirinin əmri. Azərbaycan Respublikası Prezidentinin "Ən yaxşı ümumtəhsil məktəbi müsabiqəsinin keçirilməsi Qaydaları və ümumtəhsil məktəblərinə verilmiş mükafatın istifadə istiqamətləri"nin və "Ən yaxşı müəllim müsabiqəsinin keçirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" 2008-ci il...
ANL
Ölkələrimiz arasında təhsil sahəsində genişlənən əməkdaşlıq milli maraqlarımıza xidmət edir. Noyabrın 7-də təhsil naziri Misir Mərdanov Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İsmail Alper Coşkun ilə görüşüb. Qonağı Təhsil Nazirliyində görməkdən məmnunluğunu ifadə edən Misir Mərdanov öncə s...
ANL
Təhsil Nazirliyində görüş. Noyabrın 7-də təhsil naziri Misir Mərdanov Macarıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Jolt Çutora ilə görüşüb. Misir Mərdanov qonağı Təhsil Nazirliyində görməkdən məmnunluğunu bildirib, ölkələrimiz arasındakı əlaqələrin son illərdə daha da inkişaf etdiyini, qar...
ANL
Naxçıvan Dövlət Universitetində Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib. Naxçıvan Dövlət Universitetində 9 noyabr Dövlət Bayrağı Gününə həsr olunmuş mərasim keçirildi. Tədbiri giriş sözü ilə açan rektor, akademik İsa Həbibbəyli xalqın müstəqillik, suverenlik, milli azadlıq, istiqlal ideallarının simvolu, əs...
ANL
Azərbaycan-Fransa təhsil əlaqələrinin inkişafı üçün geniş imkanlar mövcuddur. Noyabrın 7-də təhsil naziri Misir Mərdanov Fransa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Paskal Mönye ilə görüşüb. Misir Mərdanov qonağı səmimi salamlayaraq son illər Azərbaycanla Fransa arasındakı əlaqələrin inkişafı is...
ANL
Niderland Krallığı Azərbaycanla münasibətlərində təhsil sahəsinə böyük önəm verir. Noyabrın 8-də təhsil naziri Misir Mərdanov Niderland Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Aryen Peter Uyterlinde ilə görüşüb. Təhsil naziri ölkəmizlə Niderland Krallığı arasındakı münasibətlərdən və təhsil sahəsində ə...
ANL
Təhsil müəssisələrində Dövlət Bayrağı Gününə həsr olunmuş silsilə tədbirlər. Noyabrın 8-də Bakıdakı E.Məmmədov adına 21 nömrəli tam orta məktəbdə Yasamal rayonu Gənclər və İdman İdarəsinin dəstəyi ilə 9 noyabr Dövlət Bayrağı Gününə həsr olunmuş yuxarı sinif şagirdləri arasında idmanın stend atıcılığı növü üzrə yarış ke...
ANL
Dövlət bayrağına sayğı və sevgi ilə. Noyabrın 8-də Azərbaycan Müəllimlər İnstitutunda 9 noyabr Dövlət Bayrağı Günü münasibətilə müxtəlif tədbirlər keçirildi. Azərbaycan Müəllimlər İnstitutunda bu bayram tədbirləri AMİ-nin Tələbə Həmkarlar İttifaqı Komitəsinin və Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə fərqli şək...
ANL
Müəllim-tələbə heyəti əsgərlər qarşısında. 9 noyabr Dövlət Bayrağı Günü münasibətilə Naxçıvan Müəllimlər İnstitutunun təhsildə sosial psixoloji xidmət ixtisasının hərbi psixologiya üzrə ixtisaslaşdırılmış tələbələrinin və professor-müəllim heyətinin Şahbuz rayon "N" saylı hərbi hissəsində əsgər və zabitlərlə görüşü keç...
ANL
AMİ-nin Şamaxı filialında Hüseyn Cavidə həsr olunmuş konfrans. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan Müəllimlər İnstitutu və onun bölgələrdəki filialları respublikanı yüksək hazırlıqlı pedaqoji kadrlarla təmin etmək üçün məqsədyönlü iş aparır. İnstitutun rektoru, Milli Məclisin deputatı, pro...
ANL
Şərəfli ömür yolu. Müasir Azərbaycan fəlsəfi ictimaiyyətinin görkəmli nümayəndəsi Fərrux Fətulla oğlu Ramazanov 1922-ci ilin noyabr ayında Azərbaycanın qədim diyarı Naxçıvanın Şərur mahalında dünyaya gəlmişdir. F.Ramazanovun valideynlərinin onu həkim kimi görmək istəyinə baxmayaraq hələ tibb texnikumunda oxuyarkən onun...
ANL
Sumqayıt Dövlət Universitetində Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə rektor, professor Nadir Qəhrəmanov çıxış edərək universitetin müəllim və tələbə heyətini, tədbir iştirakçılarını Dövlət Bayrağı Günü və Konstitusiya Günü münasibətilə təbrik etdi. Rektor bu günün mahiyyətindən bəhs etdi, üçrən...
ANL
V sinif "Azərbaycan dili" dərsliyi barədə mülahizələrim. Təhsil islahatı dövlətin təhsil siyasətinin bir hissəsidir. 1999-cu ildə ümummilli liderimiz Heydər Əliyev tərəfindən imzalanmış və mərhələ-mərhələ həyata keçirilən bu islahat bütün ölkəmizi əhatə edir. Beləliklə, bu islahat hər bir şəhərdə, rayonda, hər bir kənd...
ANL
Nizami yaradıcılığında tərbiyə motivləri. N.Gəncəvinin, M.Füzulinin, C.Məmmədquluzadənin, A.Şaiqin, Mir Cəlalın, S.Vurğunun, M.Hüseynin və bir sıra digər klassiklərimizin əsərləri ədəbiyyat təlimində layiqli yerini tutmuşdur. Bu baxımdan bədii əsərlər şəxsiyyətin formalaşmasında bir vasitədir və əslində təlimdə yenilik...
ANL
Azərbaycan dili və ədəbiyyat dərslərində motivasiyanın yaradılması. Fəal təlimdə dərsin ilk mərhələsi motivasiyadır. Bu mərhələ iki-yeddi dəqiqə müddətində başa çatmalıdır. Baxmayaraq ki, mərhələ bu qədər qısamüddətlidir, lakin onun dərsin əvvəlindən sona qədər nə dərəcədə uğurlu alınmasında müstəsna rolu vardır. Əgər ...
ANL
Azərbaycan Respublikası təhsil nazirinin əmri. "Dövlət büdcəsindən maliyyələşdirilən ali təhsil müəssisələrində çalışan işçilərin yeni vəzifə maaşlarının və vəzifə maaşlarına əlavələrin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 12 sentyabr tarixli 210 nömrəli qərarının ləğv edilm...
ANL
Azərbaycan Müəllimlər İnstitutunda "Nizami Gəncəvi yaradıcılığında psixoloji motivlər" mövzusunda tədbir. Noyabrın 5-də Azərbaycan Müəllimlər İnstitutunda "Nizami Gəncəvi yaradıcılığında psixoloji motivlər" mövzusunda tədbir keçirildi. AMİ-nin rektoru, millət vəkili, professor Aqiyə Naxçıvanlı tədbiri giriş sözü ilə aç...
ANL
Naxçıvan Dövlət Universitetində elmi konfrans. Naxçıvan Dövlət Universitetində Yeni Azərbaycan Partiyasının 20 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirildi. Yeni Azərbaycan Partiyasının universitet şəhərciyi ərazi ilk təşkilatının təşkil etdiyi konfransı rektor, akademik İsa Həbibbəyli açaraq partiyanın 20 il ...
ANL
"Konstitusiya və uşaq hüquqları" mövzusunda ədəbi-bədii kompozisiya. Tədbiri məktəbin direktoru Ziba Rzayeva açaraq bildirib ki, toplantıda məqsəd Azərbaycan Respublikasının Konstitusiyasının qəbul olunduğu tarixi xatırlatmaq, Əsas qanunumuzun hüquq və azadlıqlarımızın tam təsbit olunduğu mütərəqqi bir konstitusiya olm...
ANL
Bakının Binəqədi rayonunda yerləşən 182 nömrəli tam orta məktəbdə 12 noyabr - Konstitusiya Gününə həsr olunmuş "Göz açıb ey vətən, mən səni gördüm" mövzusunda ədəbi-bədii tədbir keçirilib. Məktəbin akt zalında şagirdlər, müəllimlər və valideynlərin iştirakı ilə reallaşan tədbiri giriş sözü ilə məktəbin direktoru Zinyət...
ANL
Azərbaycanlı gənc bəstəkarın əsəri Beynəlxalq "ALEA III" müsabiqəsinin finalında səsləndirilib. Gənc azərbaycanlı bəstəkar Türkər Qasımzadənin əsəri ABŞ-ın Massaçusets ştatının Boston şəhərində keçirilən bəstəkarların ənənəvi 30-cu Beynəlxalq "ALEA III" müsabiqəsinin finalında səsləndirilib. Üzeyir Hacıbəyli adına Bakı...
ANL
BDU-nun tələbələri "Gənc istedadlar" liseyində istehsalat təcrübəsində olublar. BDU-nun filologiya fakültəsinin IV kurs tələbələri sentyabrın 17-dən beş həftə müddətində istehsalat təcrübəsi keçmək üçün Bakının müxtəlif məktəblərinə təhkim olunmuşlar. Universitetin filologiya fakültəsinin 019-cu qrup tələbələri isə BDU...
ANL
Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin Elm və İnnovasiya Departamentinin nümayəndə heyəti AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda olub. Ölkəmizdə səfərdə olan Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin Elm və İnnovasiya Departamentinin nümayəndə heyəti Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnf...
ANL
Müdafiə Sənayesi Nazirliyinin Azərbaycan Texniki Universiteti ilə birgə layihəsi. Cari tədris ilindən Azərbaycan Texniki Universiteti (AzTU) Respublika Müdafiə Sənayesi Nazirliyinin müəssisələri üçün bir neçə ixtisas üzrə mütəxəssislər hazırlamağa başlamışdır. Universitetdə yeni yaradılmış xüsusi texnika və texnologiya...
ANL
Yeni Azərbaycan Partiyasının 20 illiyinə həsr olunmuş "dəyirmi masa". Noyabrın 8-də Azərbaycan Müəllimlər İnstitutunda Yeni Azərbaycan Partiyasının 20 illiyinə həsr olunmuş "dəyirmi masa" keçirildi. Tədbirdə institutun rəhbərliyi, professor-müəllim heyəti, gənc fəallar iştirak etdilər. "Dəyirmi masa"da YAP-ın AMİ təşki...
ANL
Ədəbiyyat təliminə yeni yanaşma. Müasir mərhələdə şagirdlərdə elmə, biliyə marağı artırmaq, yaradıcı fəaliyyət bacarığı tərbiyə etmək, humanist dünyagörüşü, milli özünüdərk, vətəndaşlıq mövqeyi formalaşdırmaq, milli dəyərlərə hörmət və məhəbbət hissi aşılamaq məktəbin, müəllimin qarşısında duran əsas vəzifələrdəndir. E...
ANL
Kimya dərslərində fəndaxili və fənlərarası inteqrasiya. Milli Kurikulumda orta təhsilin hər bir pilləsinin və eləcə də ayrı-ayrı fənlərin məqsəd və vəzifələri, təlim nəticələri ətraflı izah edilmişdir. Bu konsepsiyada qarşıda qoyulan məqsəd və nəticələrə nail olmaq üçün şagirdlərin fənlər üzrə əldə etdiyi bilik və baca...
ANL
Dərslərini fəal metodlarla aparan müəllim. Dünyanın hər tərəfində müəllimlər insan cəmiyyətinin ən fədakar və möhtərəm üzvləridir. Müəllimlər sözün əsl mənasında gənc nəsillərə, eləcə də cəmiyyətdə örnək sayılır. Belə müəllimlərdən biri də Bakıdakı 207 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Zemfira Məmmədovad...
ANL
Noyabrın 8-də Bakı Modern məktəbində Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirildi. Təhsil müəssisəsinin bayraq meydanında başlanan tədbir "açıq dərs" kimi təşkil edilmişdi. Açılışda iştirak edən məktəblilər və qonaqlar Dövlət himnini ifa etdilər, Dövlət bayrağı qaldırıldı. Öncə mərasimdə məktəbin direktoru, qabaqc...
ANL
Fəal təlim zamanın tələbidir. Elmin, texnikanın sürətlə inkişaf etdiyi müasir dövrdə ənənəvi üsullardan əl çəkmək, yeni fəal təlim metodlarından istifadə etmək müəllimdən yüksək hazırlıq, cəsarət tələb edir. Fəal təlimin ənənəvi tədrisdən əsas fərqi onun şəxsiyyətyönümlü olmasıdır. Hər bir müəllim çalışmalıdır ki, qarş...
ANL
Bir qrup təhsil işçisi məktəbəqədər təhsil sahəsində Finlandiya təcrübəsini öyrənib. Azərbaycan Respublikası təhsil nazirinin əmrinə əsasən biz - bir qrup nümayəndə heyəti məktəbəqədər təhsil sahəsində qazanılmış təcrübələri öyrənmək məqsədilə Finlandiyada birhəftəlik tədris səfərində olduq. Finlandiya Avropanın şimalı...
ANL
Hüseyn Cavidin pedaqoji düşüncələri. 1897-ci ildə Türkiyənin tanınmış pedaqoq və maarifçisi Ayşə Sədiqə İstanbulda "Üsuli-təlim və tərbiyə dərsləri" adlı bir kitab nəşr etdirir və kitab ölkənin pedaqoji fikir tarixində əhəmiyyətli yer tutur. Cavid "Həsbi-hal" məqaləsinin üçüncü hissəsində sözünə Ayşə xanımın kitabından...
ANL
Jurnalist həmkarımızın dörd cilddə seçilmiş əsərləri çapdan çıxıb. "Elm və təhsil" nəşriyyatı tanınmış tədqiqatçı-jurnalist Məhəmməd Baharlının "Seçilmiş əsərləri"ni çapdan buraxıb. Nəfis tərtibatla, yüksək poliqrafik icra keyfiyyəti ilə çap olunmuş dördcildlikdə müəllifin çoxşaxəli və zəngin yaradıcılığının ən dəyərli...
ANL
Avropa çempionu və dünya ikincisi. Hazırda isə həmin məktəbin XI sinfində oxuyur. Fəridin idmana olan sonsuz marağı 2007-ci ildə onu Kapoeyra Federasiyasının birinci vitse-prezidenti Elmar Bayramovun yanına gətirib çıxarıb. Elmar müəllim onun idman qabiliyyətini yoxladıqdan sonra məşqlərə gəlməyə icazə verib. Fərid 2-3...
ANL
Haqqında söhbət açmaq istədiyimiz Nicat Niftəliyev 1996-cı ildə Bakıda anadan olub. IX sinfi bitirdikdən sonra Bakı Sənaye Pedaqoji Kollecinə qaxil olub. Hazıda həmin kollecin ikinci kursunda təhsil alır. 2008-ci ildə Bakı şəhəri 8 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin məşqçi müəllimi, idman ustası Əbülfəz Məmmədovun t...
ANL
Nobel mükafatından imtina etməyə hazır olan alim. XX əsrdə nəzəri fizika elminin inkişafında ən öncül yerlərdən biri ingilis nəzəriyyəçisi Pol Adrien Moris Diraka məxsusdur. Hər hansı elm klassiki haqqında danışanda, ilk növbədə, onun adı ilə bağlı olan elmi kəşflər, tədqiqat işlərinin sayı qeyd olunur. Bu kriteriya əs...
ANL
Məktəbdə yazıçı ilə görüş. Noyabrın 3-də Bakıdakı 190 nömrəli tam orta məktəbdə yazıçı-dramaturq, Milli Məclisin deputatı Hüseynbala Mirələmovla görüş keçirildi. Tədbiri giriş sözü ilə məktəbin direktoru Afət Bakıxanova açaraq qonaqları salamladı. Məktəbin direktor müavini Qənirə Əmircanova Hüseynbala Mirələmovun yarad...
ANL
Yeniyetmə tarzənin böyük uğurları. İlk günlərdən çalışqanlığı və istedadı ilə seçilib. Çox keçməyib ki, məktəb, rayon, ümumşəhər tədbirlərində çıxış edib. Müxtəlif illərdə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, R.Behbudov adına Mahnı teatrında, Kirxa konsert zalında solo çıxışları maraqla qarşılanıb. 200...
ANL
Müəllim və şagirdlərimiz Sankt-Peterburqda beynəlxalq festivalda iştirak ediblər. 18-24 oktyabr tarixlərində Sankt-Peterburq şəhərində Mstislav Rostropoviçin anadan olmasının 85 illik yubileyi ilə əlaqədar beynəlxalq festival keçirilib. Dahi maestronun adını daşıyan musiqi və incəsənət məktəblərinin iştirakı ilə keçiri...
ANL
Beynəlxalq müsabiqələr qalibi. Son illər istedad və bacarıqları ilə seçilən, müxtəlif beynəlxalq müsabiqə və festivallarda iştirak edərək mütəmadi olaraq uğurlar qazanan uşaq, yeniyetmə və gənclərimizin sayı durmadan artır və bizi sevindirir. Onların səsi dünyanın ən mötəbər müsabiqələrində eşidilir. Qazanılan hər bir ...
ANL
Tarixiliyi və müasirliyi ilə seçilən əsərlər. Azərbaycanda təhsilin və pedaqoji fikrin öncül tədqiqatçılarından olan professor Əjdər Ağayevin "Seçilmiş pedaqoji əsərləri"nin 2 cildliyini bu günlərdə nəzərdən keçirdim. I cildə müəllifin Azərbaycan dilində, II cildə isə rus dilində çap olunmuş məqalələri daxil edilmişdir...
ANL
Sambo idman növü üzrə dünya və Avropa üçüncüsü. Söhbət Umbayev Nəsimi Mübariz oğlundan gedir. Yeddinci sinfə kimi burada oxuyub. Sonra idmana olan marağı onu 277 nömrəli idman təmayüllü tam orta məktəbə gətirib çıxarıb. Nəsimi 2004-cü ildən məşqçi-müəllim, idman ustası, respublika dərəcəli hakim Nazim Umbayevin rəhbərl...
ANL
Orta ixtisas musiqi məktəblərinin tələbələri arasında gənc ifaçıların Respublika müsabiqəsi. 20-22 noyabr 2012-ci il tarixlərində görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasının 90 illiyinə həsr olunmuş orta ixtisas musiqi məktəblərinin tələbələri arasında gənc ifaçıların Respublika müsabiqəsi keçirilmiş...
ANL
Voleybolçu qızlar Bakı turnirində birinci yeri tutublar. Burada voleybol, basketbol, üzgüçülük, şahmat və futbol bölmələri var. Bir qədər ətraflı söhbət açmaq istədiyimiz voleybol bölməsində 162 şagird bu idman növünün sirlərinə baş məşqçi Tatyana Karijovanın rəhbərliyi altında yiyələnir. Müxtəlif yaş qrupları üzrə yar...
ANL
Müəllimlərini əvəz edən şagird. Maks Karl Ernest Lüdviq Plank görkəmli alman nəzəri fiziki, kvant nəzəriyyəsinin banisi kimi XX əsrin əvvəllərində fizika elminin inkişaf istiqamətini müəyyənləşdirib. Termodinamika, nisbilik nəzəriyyəsi, idrak fəlsəfəsinə dair elmi işləri ilə böyük nüfuz qazanıb. Fizikanın tarixi və met...
ANL
Yarım əsrdən artıq elm və təhsilin xidmətində. Azərbaycan kitabxanaları Azərbaycan xalqının milli sərvətidir. Hörmətli redaksiya! 2012-ci ilin noyabr ayında Bakı Dövlət Universiteti kitabxanaçılıq-informasiya fakültəsinin 65 illiyi tamam olur. Fakültənin respublikamızda yüksək ixtisaslı - peşəkar kitabxanaçı kadrlar ha...
ANL
Amerika Birləşmiş Ştatlarında ali məktəblərə qəbul qaydaları. Amerika Birləşmiş Ştatlarında 12 illik orta təhsil pilləsini başa vuran şagirdlər 2 illik və ya 4 illik kolleclərə, eləcə də universitetlərə daxil ola bilərlər. 2 illik kolleclər icma kollecləri kimi tanınır. Bu kolleclərə daxil olmaq istəyən şagirdlər əsasə...
ANL
Paytaxt məktəblərində reydlər. Noyabrın 21-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşəbbüsü və media nümayəndələrinin iştirakı ilə paytaxtın Yasamal rayonundakı ümumtəhsil məktəblərində reydlər keçirildi. Reydlərdə məqsəd təhsil ocaqlarında məktəbli formasından istifadə edilməsi vəziyyətini və istilik sistemini yoxlamaq...
ANL
Müəllimim haqqında xatirələrim. Yeni dərs ilinin başlanmasına hamıdan çox uşaqlar sevinirlər. Mən VII sinifdə oxuyurdum. Dedilər ki, indi ədəbiyyat dərsi olacaq. Adəti üzrə keçənilki müəllimimizi gözləyirdik. Budur, Feyruz müəllim sinfə daxil oldu. Bu müəllim məktəbimizin müəllimi olsa da, bizə hələ dərs deməmişdi. Fey...
ANL
Yeni təlim strategiyası, yeni dərslik və dərs vəsaitləri. Bu məqsədlə ölkəmizin bütün bölgələrində V siniflərdə dərs deyəcək müəllimlər 10 günlük təlimlərdən keçərək yeni təlim metod və üsullarına yiyələnməklə bu sahədə öz biliklərini artırmış oldular. Bununla bərabər, müəllimlərimizi düşündürən vacib məqamlardan biri ...
ANL
Qətərin paytaxtı Doha şəhərində "Təhsildə innovasiyalar üzrə Dünya Sammiti" keçirilib. Sammitdə Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdiri Fərzəli Qədirov və Bakı şəhəri 23 nömrəli məktəbin müəllimi, 2011-ci ildə "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi Vəfa Zeynalova i...
ANL
Sumqayıt Dövlət Universiteti 50 ildə. Müstəqil Azərbaycan dövlətinin ictimai-siyasi həyatında, iqtisadi və sosial inkişafında olduğu kimi, elm və təhsil sahəsində də islahatlar uğurla həyata keçirilir, mədəniyyətlər, sivilizasiyalar və konfessiyalararası qarşılıqlı əməkdaşlıq, anlaşma mövqeyinin güclənməsi, qloballaşma...
ANL
Təhsil Nazirliyinin kollegiya iclası. İclasda təhsilin müxtəlif istiqamətləri ilə bağlı 4 məsələ müzakirə olunub. Noyabrın 17-də Təhsil Nazirliyində növbəti genişləndirilmiş kollegiya iclası keçirildi. İclasda "2012-2013-cü tədris ilində respublikanın ümumtəhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin n...
ANL
Akkreditasiya Şurasının növbəti iclası. Noyabrın 21-də Təhsil Nazirliyində Akkreditasiya Şurasının növbəti iclası keçirilib. İclasda Milli Aviasiya Akademiyası, Əmək və Sosial Münasibətlər Akademiyası, Bakı Qızlar Universitetinin akkreditasiyasının nəticələri müzakirə olunub. Tədbiri giriş sözü ilə təhsil naziri Misir ...
ANL
Respublika müsabiqəsinin keçirilməsi haqqında. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26 aprel 2012-ci il tarixli 651 nömrəli əmri ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında 2012-ci ilin "İdman ili" elan edilməsi ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı"nın 3...
ANL
Bakıda növbəti təhsil sərgisi. Bu günlərdə Bakıda növbəti beynəlxalq təhsil sərgisi keçirildi. Hazırda dünyanın bir sıra ölkələrində gənclər təhsillərini xaricdə davam etdirməyə can atırlar. Təhsil almaq məqsədilə başqa ölkələrə getmək istəyənlər yetərli məlumatları olmadığı üçün bir sıra məsələlərlə bağlı müxtəlif pro...
ANL
Ordubadın Behrud kəndində yeni məktəb binasının açılışı olub. Noyabrın 19-da Ordubad rayonunun Behrud kənd tam orta məktəbinin yeni binası istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Behrud kənd tam orta məktəbinin yeni binasının istifadəyə verilməsi münasibətilə kollektivi t...
ANL
Ali təhsil ocağının nümayəndə heyəti Kars Qafqaz Universitetində. Naxçıvan Müəllimlər İnstitutunun professor-müəllim heyətinin bir qrupu Türkiyə Respublikasının Kars Qafqaz Universitetində olub. Səfər zamanı institutun rektoru, professor Oruc Həsənli çıxışında bildirmişdir ki, Naxçıvan Müəllimlər İnstitutu ölkəmizin in...
ANL
ADPU-da Müasir Təlim Texnologiyaları Təlim və Resurs Mərkəzinin təqdimatı oldu. Noyabrın 21-də Azərbaycan Dövlət Pedaqoji Universitetində Müasir Təlim Texnologiyaları Təlim və Resurs Mərkəzinin təqdimatı və həmin mərkəzdə aparılmış təlimlərin yekunlarına həsr olunmuş tədbir keçirildi. Tədbirdə ADPU-nun əməkdaşları, Təh...
ANL
Azərbaycanlı tələbələrin xaricdə təhsil alması üçün geniş imkanlar yaradılıb. Kaspi Təhsil Mərkəzinin əməkdaşı Günel Abdullayeva Şimali Kiprin və Avropanın qabaqcıl universitetlərindən biri olan Doğu Akdeniz Universitetində (DAU) olmuşdur. Kaspi Təhsil Mərkəzindən AzərTAc-a bildirmişlər ki, məqsəd Şimali Kipr Türk Cümh...
ANL
İsrailin ölkəmizdəki səfiri Azərbaycan Dillər Universitetində olub. Bu günlərdə İsrailin ölkəmizdəki səfiri Rafael Harpaz Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidovla görüşmüşdür. S.Seyidov qonağa rəhbərlik etdiyi ali təhsil müəssisəsinin fəaliyyəti, beynəlxalq əlaqələri...
ANL
III respublika muğam müsabiqəsinin keçirilməsi barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Respublika muğam ifaçılarının Beynəlxalq Muğam Festivalında iştirakını təmin etmək, istedadlı muğam ifaçılarını üzə çıxarmaq məqsədilə. III respublika muğam müsabiqəsi vokal və instrumental musiqi nominasiyaları üzrə 2...
ANL
Bakı Dövlət Universitetində "Çin - Şərqdən gələn dostluq" adlı fotosərgi açılıb. Noyabrın 24-də Bakı Dövlət Universitetində (BDU) Çinin Sinxua Xəbər Agentliyinin və BDU nəzdində Konfutsi İnstitutunun "Çin - Şərqdən gələn dostluq" adlı ilk fotosərginin açılış mərasimi olmuşdur. AzərTAc xəbər verir ki, Azərbaycan ilə Çin...
ANL
Musiqi müəllimləri təlim kurslarından nə öyrəndilər. Məlum olduğu kimi, Təhsil Nazirliyinin 25 may 2012-ci il tarixli əmrinə uyğun olaraq bu il respublikanın dövlət ümumtəhsil məktəblərinin V siniflərində dərs deyəcək müəllimlər üçün iyun-sentyabr ayları ərzində 60 saatlıq təlim kursları keçirilmişdir. Təhsil Sektorunu...
ANL
Respublika baxış-müsabiqəsinə yekun vuruldu. Noyabrın 28-də Təhsil Nazirliyinin tabeliyində olan texniki yaradıcılıq mərkəzlərində fəaliyyət göstərən dərnək üzvlərinin əl işlərinin respublika baxış-müsabiqəsi keçirildi. Respublika Texniki Yaradıcılıq Mərkəzində təşkil olunan tədbiri açan mərkəzin direktoru Qorxmaz Əliy...
ANL
Moskvada IX Beynəlxalq Rus Dili Olimpiadası keçirilib. Noyabrın 12-dən 16-dək A.S.Puşkin adına Moskva Dövlət Rus Dili İnstitutunda MDB iştirakçısı olan dövlətlərin və Baltikyanı ölkələrin təhsilin rus dilində olduğu məktəblərinin şagirdləri arasında IX Beynəlxalq Rus Dili Olimpiadası keçirilmişdir. Rusiya İnformasiya-M...
ANL
Şərur rayonunun Danyeri kəndində. yeni məktəb binası istifadəyə verilib. Noyabrın 27-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Danyeri kənd tam orta məktəbinin yeni binası istifadəyə verilmişdir. AzərTAc xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Tal...
ANL
Şagird və müəllimlər Londonda dil kursları keçiblər. Bakı Slavyan Universiteti Məktəb-Lisey Kompleksindən verilən məlumata görə, bu təhsil ocağının 20 nəfər şagird və müəllimi, o cümlədən valideyn komitəsinin 4 üzvü "London House" ingilis dili məktəbi ilə bağlanmış müqaviləyə əsasən Londonda payız tətili günlərində qıs...
ANL
poçt xidmətindən istifadə edir. Korporativ elektron poçt xidmətindən qeydiyyatdan keçmiş müəllimlərin sayı 5000 nəfərə çatmışdır. Müəllimlər ad.soyad@teacher.edu.az elektron poçtu ilə Təhsil Nazirliyi, "Microsoft-Azərbaycan" şirkəti və "Mədəd-Azərbaycan" təşkilatının birgə fəaliyyəti sayəsində "2008-2012-ci illərdə Azə...
ANL
mövzusunda konfrans keçirildi. Noyabrın 27-də Bakıda "XXI əsrdə yeni təhsil yanaşması" mövzusunda konfrans keçirildi. Tədbirdə Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov, nazirliyin müvafiq şöbələrinin və struktur bölmələrinin rəhbərləri, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi, "Prometean" şirkə...
ANL
İsveçrə Konfederasiyası Azərbaycanla. təhsil sahəsində əməkdaşlıqda maraqlıdır. Noyabrın 26-da təhsil naziri Misir Mərdanov İsveçrə Konfederasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Sabine Ulmann Şaban ilə görüşüb. Misir Mərdanov qonağı Təhsil Nazirliyində görməkdən məmnun olduğunu ...
ANL
Bu il "Çağ" Öyrətim İşlətmələri Şirkətinin Azərbaycanda fəaliyyətə başlamasının 20 ili tamam olur. Həmin gün şirkətin əməkdaşları Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin xatirəsini hörmətlə yad etmiş, məzarı önünə əklil qoymuşlar. Görkəmli oftalmoloq al...
ANL
Avropa İttifaqının nümayəndə heyəti ilə görüş. Noyabrın 29-da təhsil naziri Misir Mərdanov Avropa İttifaqının (Aİ) Azərbaycan üzrə əlaqələndiricisi Yurgen Kettnerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin Əməliyyatlar bölməsinin rəhbəri Federiko Berna, H...
ANL
Beynəlxalq konfransın iştirakçıları təəssüratlarını bölüşdülər. Məlum olduğu kimi, noyabrın 26-28-də Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Müəllimlər İnstitutu və Ukrayna Milli Pedaqoji Elmlər Akademiyası Təhsil Menecmenti Universitetinin birgə təşkilatçılığı ilə "Müəllim hazırlığının müasir problemləri:...
ANL
Azərbaycan Müəllimlər İnstitutunda. Beynəlxalq elmi konfrans keçirildi. Noyabrın 26-28 tarixlərində Azərbaycan Müəllimlər İnstitutunda "Müəllim hazırlığının müasir problemləri: təhsildə elmi və texnoloji innovasiyalar" mövzusunda II Beynəlxalq elmi konfrans keçirildi. Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbayca...
ANL
Pedaqogikanın aktual problemlərinə. Naxçıvan Dövlət Universitetində "Ümumi orta təhsilin müasir problemləri" mövzusunda beynəlxalq elmi konfrans keçirildi. Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu, Naxçıvan Müəllimlər İnstitutu ilə birgə təşkil olunmuş konfransı NDU-nun rektoru, akademik İsa Həbibbəyli açar...
ANL
Son vaxtlar VMA-ların yaranması ilə bağlı valideynlərin və məktəb kollektivlərinin müraciətləri çoxalıb. Bununla əlaqədar Azərbaycan Valideyn-Müəllim Assosiasiyası İctimai Birliyi öz maarifləndirmə işlərini genişləndirib. Təkcə noyabr ayının əvvəlindən başlayaraq Bakının Xəzər, respublikanın İsmayıllı və Şamaxı rayonla...
ANL