text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Məsələ həlli şagirdlərin idrak fəallığını və məntiqi təfəkkürünü inkişaf etdirir. Ümumtəhsil məktəblərində tədris olunan hər bir fənnin özünəməxsus xüsusiyyətləri vardır və ayrı-ayrı fənlərin tədrisi prosesində bu xüsusiyyətlərin nəzərə alınması zəruridir. Orta məktəbdə həndəsə kursu məzmun xətti vasitəsilə müstəvi və ... | ANL |
İngilis fizika məktəbinin XX əsrdə yetişdirdiyi dahilərdən biri atomun quruluşuna dair ilk nəzəriyyənin müəllifi məşhur Cozef Con Tomsondur. Bu alimlər onun rəhbərliyi altında fizika elminin müxtəlif aktual problemlərini araşdırmış və dünya elmini öz kəşfləri ilə zənginləşdirərək ali Nobel mükafatına layiq görülüblər. ... | ANL |
"Mənim musiqi aləminə gəlişim Üzeyir bəyin xeyir-duası ilə oldu". -Xalq artisti Sara Qədimova ilə səkkiz il əvvəl olan söhbət. Müğənni kimi yetişməsində Xan Şuşinskinin, Seyid Şuşinskinin, Hüseynqulu Sarabskinin böyük təsiri olub. 1941-ci ildən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında solist kimi fəali... | ANL |
İnformatika müəllimləri yeni dərsliklərlə "Facebook" şəbəkəsində tanış olur. Dərs ilinin başlanmasına bir həftə qalır. Artıq 1 və 5-ci siniflər üçün hazırlanmış dərsliklər yerlərə çatdırılır. Müasir informasiya texnologiyalarından səmərəli istifadə edilməsi dərslik komplektləri hələ çapa göndərilməmiş pedaqoji ictimaiy... | ANL |
Yeniyetmə ifaçımız beynəlxalq müsabiqədə uğurla çıxış edib. Bakı şəhəri G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi məktəbinin VII sinif şagirdi, Prezident təqaüdçüsü Nəriman Əmiraslanov və onun müəllimi Siala Sinamdzqvarişvili bu ilin 16-23 avqust tarixlərində Avstriyanın paytaxtı Vyanada pianoçuların XII beynəlxalq mü... | ANL |
Şamaxıda "Mototurizm" turu keçirilib. Azərbaycan Respublikası DİN Dövlət Yol Polisi Baş İdarəsinin razılığı, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin dəstəyi, Dünya Azərbaycanlı Gənclər və Gənclərin Həmrəyliyinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə bu il se... | ANL |
Praqa şəhərində keçirilmiş Avropa çempionatı şahmatçılarımız üçün uğurlu olub. I nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat-Dama məktəbinin yetirməsi Çexiya Respublikasının Praqa şəhərində 8-18 yaşlı idmançılar arasında 15-27 avqust tarixlərində keçirilmiş Avropa çempionatında yaxşı nəticə qaza... | ANL |
"Dəcəl olduğuma görə, valideynlərim məni idman sahəsinə istiqamətləndirdilər". Redaksiyamızın qonağı XXVIII Afina Yay Olimpiya Oyunlarının qızıl mükafatçısı Fərid Mansurovdur. Fərid Salman oğlu Mansurov yunan-Roma güləşi üzrə 2004-cü ildə Afinada keçirilən XXVIII Yay Olimpiya Oyunlarının qızıl mükafatçısı, ikiqat dünya... | ANL |
Səfərov Orxan Arif oğlu. Sonra təhsilini Qazax rayonunun Ürkməzli kənd tam orta məktəbinin 7-ci sinfində davam etdirib. X və XI siniflərdə oxuyarkən rayon və respublika olimpiadalarında iştirak edib. Bu günlərdə redaksiyamızın qonağı olan Orxan Səfərov qəbul imtahanları zamanı topladığı 700 balın sevincini bizimlə bölü... | ANL |
Azərbaycan Texniki Universitetində yeni mərkəzin açılışı olub. Bu günlərdə N.E.Bauman adına Moskva Dövlət Texniki Universitetinin professor-müəllim heyətinin bir qrupu Müstəqil Dövlətlər Birliyi ölkələrinin Dövlətlərarası Hümanitar Əməkdaşlıq Fondunun layihəsi çərçivəsində Mühəndislik İxtisasları Proqramlarının Əməkdaş... | ANL |
6 yaşı tamam olmamış balacalar məktəbə getmək üçün xüsusi komissiyadan keçir. Sabah yeni tədris ili başlanır. Tədris ilinin başlanmasına isə ən çox ilk dəfə əlinə çanta alib məktəbə qədəm qoyacaq balacalar sevinir. "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununun 19.11 bəndinə uyğun olaraq ölkəmizdə ibtidai təhsi... | ANL |
Növbəti dərs ilinin başlanması və "Bilik günü" münasibəti ilə ölkəmizin bütün təhsil işçilərini, çoxminli müəllim ordusunu, şagirdləri və tələbələri təbrik edirəm. Artıq tarixə çevrilmiş 2011-2012-ci dərs ili ölkəmizin həyatında, eləcə də təhsil sistemimizdə bir sıra hadisələrlə və əhəmiyyətli tədbirlərin həyata keçiri... | ANL |
Yeni maliyyələşmə mexanizminin ali təhsil müəssisələrində tətbiqinin nəticələri və qarşıda duran vəzifələr. Ali təhsildə aparılan islahatın əsas xətti- yeni maliyyələşmə mexanizmi. Müasir dövrdə dünyada baş verən qloballaşma prosesi tədricən sosial həyatın bütün sferalarına, o cümlədən təhsil sferasına da sirayət edir.... | ANL |
Təhsil Nazirliyində görüş. Sentyabrın 6-da təhsil naziri Misir Mərdanov Türkiyə Respublikası Anadolu Universitetinin rektoru Davut Aydının rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Qonaqları salamlayan nazir Azərbaycanla Türkiyə arasındakı münasibətlərdən, qarşılıqlı əlaqələrin inkişafından söhbət açıb. Nazir Anad... | ANL |
Bakı şəhəri təhsil işçilərinin konfransı keçirildi. Sentyabrın 10-da Bakıdakı "Hyatt Regensy" otelinin Quba zalında Bakı şəhəri təhsil işçilərinin konfransı keçirildi. Konfrans başlanmazdan əvvəl nümayəndələr Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad etdilər, məzarı önünə gül ... | ANL |
İsmayıllı rayon təhsil işçilərinin konfransı. Sentyabrın 8-də İsmayıllı rayonunda təhsil naziri Misir Mərdanovun iştirakı ilə rayon təhsil işçilərinin 2012-2013-cü dərs ilinə həsr olunmuş sentyabr konfransı keçirildi. Konfransda İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərov, təhsil müəssisələrinin rəhbər... | ANL |
Qazaxda ötən dərs ilinin yekunları və qarşıda duran vəzifələr müzakirə olundu. Sentyabrın 11-də Qazax rayon təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirildi. Konfransda millət vəkilləri Əhməd Vəliyev, İlyas İsmayılov, Təhsil Nazirliyinin Aparat rəhbəri İlham Pirməmmədov və Qazax Rayon İcra Hakimiyyətinin başçısı... | ANL |
Ümumi təhsil sistemində əsas hədəflər və vəzifələr. "İndiki zamanda yaxşı təhsil almaq çox önəmlidir. Bu, o deməkdir ki, gələcəkdə uşaqlar, gənclər həyatda özlərinə layiq yer tutacaqlar. İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq, görərik ki, o ölkələr inkişaf edir ki, orada təhsil yüksək səviyyədədir, yeni texno... | ANL |
Bakı Slavyan Universitetində Şuşa rayon təhsil işçilərinin konfransı keçirilib. Sentyabrın 11-də Bakı Slavyan Universitetində Şuşa rayon təhsil işçilərinin konfransı keçirildi. Konfransda Təhsil Nazirliyinin, Şuşa Rayon İcra Hakimiyyətinin, rayon təhsil şöbəsinin nümayəndələri, millət vəkilləri və digər qonaqlar iştira... | ANL |
Yeni tədris ilində Bakı şəhərindəki ümumi təhsil məktəblərinin I sinfinə 36102 şagirdin qəbulu gözlənilir. Məlumat üçün bildiririk ki, təhsil nazirinin əmri ilə təsdiq olunmuş müvafiq qaydalara əsasən, ümumi təhsil məktəblərinə, bir qayda olaraq, hər il sentyabrın 15-dək 6 yaşı tamam olmuş əqli və fizioloji cəhətdən sa... | ANL |
"Elektron məktəb" layihəsinə cəlb olunan təhsil müəssisələrinin sayı 40-a çatıb. 2011-2012-ci tədris ilində elektron təhsil texnologiyalarının tətbiqinin genişləndirilməsi və İKT infrastrukturunun inkişaf etdirilməsi istiqamətində həyata keçirilmiş tədbirlər çərçivəsində "Elektron məktəb" layihəsinə cəlb olunan təhsil ... | ANL |
Ümumi təhsil sahəsində bir neçə istiqamət üzrə islahatyönümlü tədbirlər həyata keçirilir. Son illər ümumi təhsil sahəsində bir sıra prioritet istiqamət üzrə aparılan islahatlar 2011-2012-ci dərs ilində də davam etdirilmiş, il ərzində xeyli islahatyönümlü tədbir həyata keçirilmişdir. Bu baxımdan dərs ilinin ən mühüm had... | ANL |
Qiymətləndirmə və monitorinq üzrə kadr hazırlığına başlanıb. 2011-2012-ci dərs ilində şagird nailiyyətlərinin qiymətləndirilməsi istiqamətində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi davam etdirilmişdir. Belə ki, respublikanın 300 məktəbinin IV sinif şagirdləri ilə fənn kurikulumlarını qiymətləndirmək məqsədilə... | ANL |
Məktəbli idmançılar böyük uğur qazanıblar. Təhsil Nazirliyinin fəaliyyətində uşaq və gənclərin tərbiyəsi, təhsil alan gənclərin müxtəlif tərbiyəvi tədbirlərə cəlb olunması, onların yaradıcılıq qabiliyyətinin inkişaf etdirilməsi xüsusi yer tutur. Dərs ili ərzində uşaq və gənclərin Azərbaycan xalqının böyük oğlu, ümummil... | ANL |
Ötən il 64 təhsil müəssisəsinin akkreditasiyası keçirilib. Ötən tədris ilində şöbənin fəaliyyəti üçün zəruri olan sənədlər, ali, orta ixtisas, ilk peşə-ixtisas təhsili və ümumi təhsil müəssisələrinin akkreditasiyası qrafiki hazırlanmış və təsdiq edilmiş, lisenziya müddəti başa çatmış özəl ali, ümumi və məktəbəqədər təh... | ANL |
Ali və orta ixtisas təhsilində islahatlar üzrə dövlət proqramları uğurla yerinə yetirilir. Ali və orta ixtisas təhsili cəmiyyətin sosial-iqtisadi tərəqqisində, rəqabətqabiliyyətli insan kapitalının formalaşmasında, davamlı inkişafa zəmin yaradan bilik iqtisadiyyatının qurulmasinda əsas faktor hesab edildiyindən təhsili... | ANL |
Dərslik siyasəti. Təhsil Nazirliyinin Dərslik və nəşriyyat şöbəsi 2012-ci ildə öz işini təsdiq olunmuş iş planına müvafiq olaraq dərslik və dərslik komplektlərinin hazırlanması və qiymətləndirilməsinin təşkili, bölgüsü və yerlərə çatdırılması, ali və orta ixtisas təhsili müəssisələrindən daxil olmuş tədris ədəbiyyatını... | ANL |
İKT təhsil üçün effektiv vasitədir. Azərbaycan Respublikası Prezidentinin 10 iyun 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"nın həyata keçirilməsi nəticəsində ölkədə ümumtəhsil məktəblərinin informasiya... | ANL |
TİMS bazasında məlumatlar müntəzəm yenilənir. Belə ki, TİMS məlumat bazasında olan məlumatlar mütəmadi olaraq dəqiqləşdirilmiş və əlavələr edilmişdir. IX və XI sinifləri bitirən şagirdlərə verilmiş şəhadətnamə və attestatların seriyaları, nömrələri və fənlər üzrə qiymətləri bazaya daxil edilmişdir. 2011-2012-ci tədris ... | ANL |
İlk peşə-ixtisas təhsilinin nüfuzu artır. Son zamanlar ölkənin sosial-iqtisadi həyatında baş verən müsbət dəyişikliklər peşə təhsilinin inkişafını da zərurətə çevirmiş, cənab Prezident İlham Əliyevin 2007-ci il 3 iyul tarixli 2282 nömrəli sərəncamı ilə qəbul edilmiş "Azərbaycan Respublikasında texniki peşə təhsilinin i... | ANL |
Rus pedaqoji məktəbinin banisi. "Möcüzəvi binanın tikintisi üzərində işləyəcəyik, onu öz adlarını verəcək nəvələrimizə verəcəyik, lakin əsl qurucuları heç kim və heç vaxt tanımayacaq". Bu sözlər rus pedaqoji məktəbinin, müasir pedaqogikanın banilərindən biri, jurnalist, yazıçı, maarifçi Konstantin Uşinskiyə məxsusdur. ... | ANL |
Azərbaycanın elm və təhsil ictimaiyyətinə ağır itki üz vermişdir. Respublikamızın tanınmış alimi, fəlsəfə elmləri doktoru, əməkdar müəllim, Azərbaycan Müəllimlər İnstitutunun tədris işləri üzrə prorektoru, professor Şamil Ağababa oğlu Qasımlı 2012-ci il sentyabrın 16-da 71 yaşında vəfat etmişdir. Gənc mütəxəssis Şamil ... | ANL |
Həsən bəy Zərdabinin 170 illik yubileyinin keçirilməsi haqqında. Azərbaycan Respublikası təhsil nazirinin əmri. "Azərbaycan milli mətbuatının banisi, görkəmli ictimai xadim, böyük maarifpərvər, tanınmış publisist, pedaqoq və təbiətşünas alim Həsən bəy Zərdabinin 170 illik yubileyinin keçirilməsinə dair Azərbaycan Respu... | ANL |
"Sabahın alimləri" II Respublika müsabiqəsinin keçirilməsi haqqında. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri tərəfindən yerinə yetirilmiş tədqiqat layihələrinə baxış keçirmək və ciddi tədqiqat nəticələri əldə etm... | ANL |
Bakı Modern Məktəbinin açılış mərasimi keçirilib. Sentyabrın 17-də paytaxtın Nərimanov rayonunda Bakı Modern Məktəbinin açılmasına həsr olunmuş mərasim keçirilmişdir. Mərasimdə təhsil naziri Misir Mərdanov, ABŞ-ın Harvard Universitetinin beynəlxalq layihələr üzrə prezidenti, professor Farhud Kaffi, Kaliforniya Universi... | ANL |
Xırdalan şəhərində 5 nömrəli tam orta məktəbin yeni binası istifadəyə verilib. Abşeron rayonunun Xırdalan şəhərində 5 nömrəli tam orta məktəbin yeni binası istifadəyə verilmişdir. Bu münasibətlə keçirilən mərasimdə təhsil naziri Misir Mərdanov, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Milli Məclisin dep... | ANL |
Bakıda 6-cı Azərbaycan Beynəlxalq təhsil və karyera sərgisi açılıb. Sentyabrın 20-də Bakı Ekspo Mərkəzində 6-cı Azərbaycan Beynəlxalq təhsil və karyera sərgisi açılmışdır. AzərTAc xəbər verir ki, müvafiq qurumların, ayrı-ayrı ölkələrin Azərbaycandakı diplomatik korpusu nümayəndələrinin, gənclərin iştirak etdikləri açıl... | ANL |
Onlayn təhsil sisteminin Azərbaycana inteqrasiyası müzakirə olunub. Sentyabrın 17-də təhsil naziri Misir Mərdanov İsveçrənin Bern Beynəlxalq Məktəbinin direktoru Kevin Peyc, Dünya Beynəlxalq Məktəblər Birliyi Müşahidə Şurasının üzvü, təhsil üzrə beynəlxalq ekspert Vladimir Kuskovski və Xəzər İnvestisiya Mərkəzinin prez... | ANL |
Tədbirdə əvvəlcə "Kaspi" TM-nin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunmuşdur. "Kaspi" Təhsil Şurasının sədri Sona Vəliyeva yeni dərs ili qarşısında TM-də görülən işlər, qazanılan uğurlar barədə danışmış, gələcək planlar barədə məlumat vermişdir. Bu ilədək minə yaxın abituriyent hazırlıq keçərək həm Azərbaycanı... | ANL |
Təhsil Nazirliyində görüş. Sentyabrın 14-də Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefortun başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi. Qonaqları səmimi salamlayan təhsil naziri onları Təhsil Nazirliyində görməsindən məmnun olduğunu bild... | ANL |
Yeni tədris ilinə qiymətli töhfə. Ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da böyük təntənə ilə qeyd olunan "Bilik günü"ndə yeni tədris obyektlərinin istifadəyə verilməsi artıq ənənə şəklini almışdır. Müasir tələblər səviyyəsində inşa olunmuş yeni təhsil müəssisələri muxtar respublikada təhsil... | ANL |
ADU-da I kurs tələbələri ilə görüş keçirilib. Sentyabrın 15-də Azərbaycan Dillər Universitetində "Bilik günü" münasibətilə rektor, millət vəkili, professor Səməd Seyidov I kurs tələbələri ilə görüşdü. ADU-nun akt zalında keçirilən görüş Azərbaycanın Dövlət himninin səslənməsi ilə başladı. Sonra rektor Səməd Seyidov "Bi... | ANL |
Tədbirdə universitetin professor-müəllim heyəti, tələbələr, valideynlər, iş dünyasının təmsilçiləri, mətbuat nümayəndələri iştirak edirdilər. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün, hər iki ölkənin müstəqilliyi uğrunda mübarizədə şəhidlik zirvəsi... | ANL |
Bakı Dövlət Universiteti yeni tədris ilinə bir sıra yeniliklərlə başlayıb. 15 sentyabr - "Bilik günü" münasibətilə Bakı Dövlət Universitetində tədbir keçirilib. Universitetin rektoru, akademik Abel Məhərrəmov tələbələri, onların valideynlərini, müəllim və tədbir iştirakçılarını təbrik edib. Abel Məhərrəmov xüsusi olara... | ANL |
Təhsil müəssisələrində "Bilik günü" qeyd olundu. Bakıdakı 54 nömrəli tam orta məktəbdə 15 sentyabr - "Bilik günü" münasibətilə keçirilən tədbir Dövlət himnimizin səslənməsi ilə başlayıb. Direktor Sahibə Abbasova məktəbin qarşısına toplaşan birinciləri, onların valideynlərini, bütün pedaqoji kollektivi təbrik edərək yen... | ANL |
Azərbaycan Müəllimlər İnstitutunda "Bilik günü". Tədbirdən əvvəl AMİ-nin professor-müəllim heyəti, qonaqlar və tələbələr institutun Heydər Əliyev Mərkəzini ziyarət etdilər və ulu öndərin büstü önünə əklil qoydular. İnstitutun rektoru, Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı çıxış edərək yeni dərs ilinin baş... | ANL |
İrəvan Pedaqoji Texnikumunun acı taleyi. Qərbi Azərbaycanın məktəb, təhsil tarixi həmişə Azərbaycanla sıx bağlı olmuşdur. Təsadüfi deyildir ki, İrəvanda maarif ziyası yayanların arasında Azərbaycanın görkəmli şəxsiyyətlərindən Cəlil Məmmədquluzadə, Firudin bəy Köçərlinin də adı vardır. F.Köçərli on il İrəvan seminariya... | ANL |
Marneulidə Azərbaycan aliminin 75 illik yubileyi qeyd olunub. Bu günlərdə Gürcüstanda - soydaşlarımızın kompakt yaşadığı Marneuli şəhərindəki Ata-Holdinq İdman Sarayında əslən Bolnisi rayonunun Darbaz kəndindən olan Azərbaycan alimi, dilçi-türkoloq, Nyu-York Elmlər Akademiyasının akademiki, filologiya elmləri doktoru, ... | ANL |
Şəxsiyyətin formalaşmasında fəal təlim metodlarının rolu. İnsan fərd kimi dünyaya gəlir, şəxsiyyət kimi formalaşır. Şəxsiyyətin formalaşması uşagın özünü dərk edib, "mən" kəlməsini işlətməsindən başlayır. Bu proses ilk ailə tərbiyəsindən insanın ömrünün sonuna kimi davam edir. Uşaqlar hələ kiçık yaşlarından ətraf aləmi... | ANL |
Liseyn bütün məzunları tələbə adını qazanıblar. Sentyabrın 15-də Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən "Gənc istedadlar" liseyində "Bilik günü"nə həsr edilmiş təntənəli mərasim keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi ilə başladı. Sonra BDU-nun rektoru, Milli Məclisin de... | ANL |
"Pedaqoji fəaliyyətə həsr etdiyim illərimi həyatımın ən mənalı dövrü hesab edirəm". Müsahibimiz xalq artisti Elmira RƏHİMOVADIR. Yaddaşlardan, ötən əsrin altmış-yetmişinci illərindən Zeynəb Xanlarova, Elmira Rəhimova, Rübabə Muradova, Fatma Mehrəliyeva kimi ünlü sənətkarlarımızın təkrarsız səsləri bu günümüzə süzülür. ... | ANL |
Gənc meşəçilərin yeni uğurları. Azərbaycanın gənc ekoloqları Rusiya Meşə Təsərrüfatı Federal Agentliyi tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyinə göndərilən dəvətnamə məktubuna əsasən 11-15 sentyabr 2012-ci il tarixlərində Moskva şəhərində keçirilən Gənclərin 9-cu Beynəlxalq Meşə Müsabiqəsində iştirak etmişl... | ANL |
"Müəllimlərimə borcluyam!". Uşaq və yeniyetmələrin istedad və qabiliyyətlərinin aşkara çıxarılması və inkişaf etdirilməsi bu gün təhsildə aparılan islahatların prioritet istiqamətlərindən biridir. Təhsil ocaqlarında onların potensial imkanlarının inkişaf etdirilməsi və səmərəli təhsil almaları üçün hər cür şərait yarad... | ANL |
Ölümüylə zirvəni fəth edən igid. İnsan yalnız öz kimliyini, hansı xalqa, hansı torpağa məxsus olduğunu, öz gücünü, qüdrətini dərk etdiyi halda qəhrəmanlıq, igidlik nümayiş etdirə bilər. Belə olan halda onu seçdiyi yoldan heç kim döndərə bilməz, əgər bu inad onu ölümə doğru aparsa belə. Məhz buna görə də "vətəni basılma... | ANL |
Təhsil Nazirliyində görüş. Sentyabrın 20-də Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov İslam Əməkdaşlıq Təşkilatı (İƏT) baş katibinin müavini Abdul Moiz Buxari ilə görüşüb. Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı ilə qarşılıqlı əlaqələrində təhsil sahəsinin xüsusi əhəmiyyət kəsb etdiyini söyləyən nazir, hə... | ANL |
İnformasiya texnologiyaları ilə bağlı daha bir yenilik tətbiq edildi. Sentyabrın 25-də Bakı Özəl Türk Liseyində "Çağ" Öyrətim İşlətmələri Şirkətinin təhsil müəssisələrində yeni informasiya texnologiyalarının tətbiqinə həsr olunan mətbuat konfransı keçirildi. Təhsil işçilərinin və KİV nümayəndələrinin iştirak etdiyi təd... | ANL |
Azərbaycanla Türkiyə arasında təhsil sahəsində əlaqələr sürətlə inkişaf edir. Sentyabrın 26-da təhsil naziri Misir Mərdanov Qafqaz Universitetinin rektoru Ahmet Saniç və Orta Doğu Texniki Universiteti texnoparkının müdir müavini Ufuk Bulut ilə görüşüb. Görüşdə Qafqaz Universitetində Orta Doğu Texniki Universitetinin də... | ANL |
Hindistanın nüfuzlu ali təhsil müəssisələri Azərbaycanla tələbə mübadiləsinin aparılmasında da maraqlıdır. Sentyabrın 26-da təhsil naziri Misir Mərdanov Hindistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vinod Kumar ilə görüşüb. Təhsil naziri Misir Mərdanov Azərbaycanla Hindistan arasında elm və ... | ANL |
Mən oxuculara belə bir insan haqqında danışmaq istəyirəm. Əvvəlcə onu deyim ki, Azərbaycan maarifinin yaranması, inkişafı və bugünkü səviyyəyə çatmasında əməyi olan insanların xalqa, pedaqoji ictimaiyyətə tanıdılmasında "Azərbaycan müəllimi" qəzetinin və "Azərbaycan məktəbi" jurnalının nə kimi rol oynadığını mən çoxdan... | ANL |
Beynəlxalq turnirlərin qalibi. Kiçik yaşlarından şahmata marağı böyük olan Nərmin 5 yaşından idmanın şahmat növü ilə məşğul olmağa başlayıb. Sonradan valideynləri də şahmatla məşğul olmağına şərait yaradaraq Nərmini 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat - Dama Məktəbinə qoyurlar. Nərmin ... | ANL |
Şagirdin məktəbə hazırlığı qarşısında irəli sürülən tələblər. Müasir təhsil sistemində bərqərar olan yeni pedaqoji təfəkkür və kurikulum islahatları şagirdin məktəbə hazırlığı səviyyəsinə də yeni yanaşmanın formalaşmasını tələb edir. Uşağın məktəb təliminə hazırlığı dedikdə, bəzən yanlış olaraq ilkin savad təlimi vərdi... | ANL |
Diaqnostik qiymətləndirmənin əsas mahiyyəti və ədəbiyyat dərslərində ondan istifadə. Azərbaycan Respublikası müstəqilliyə qovuşduqdan sonra keçən müddət ərzində ölkəmizdə istər milli dövlətçilik, istərsə də sosial-iqtisadi və mədəni quruculuq sahəsində əsaslı islahatlara başlanılmışdır. Təhsilimizin milli və ümumbəşəri... | ANL |
İnteqrativlik ədəbiyyat fənn kurikulumunun əsas prinsipidir. Bu gün ölkəmizdə istər milli dövlətçilik, istərsə də sosial-iqtisadi və mədəni quruculuq sahəsində əsaslı islahatlar gedir. Təhsilimizin milli və ümumbəşəri dəyərlər, demokratik, dünyəvi prinsiplər əsasında xalqımızın, millətimizin tarixinə, mənəviyyatına, mi... | ANL |
Təhsil proqramlarının (kurikulumların) tətbiqinə dair təlimatların hazırlanması müzakirə edilib. Sentyabrın 20-də Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzində təhsil proqramlarının (kurikulumların) tətbiqi ilə bağlı müvafiq sənədlərin hazırlanması barədə məsələ müzakirə edilmişdir. Nələri əhatə etməlidir? Onlar... | ANL |
Tədris plan və proqramlarının hazırlanması barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2011-ci il tarixli 178 №-li Qərarı ilə təsdiq edilmiş "İlk peşə-ixtisas təhsili üzrə ixtisasların təsnifatı"nda göstərilən peşələrin məzmununun müasir dövrə uyğun dəyişdiy... | ANL |
"Universitetdə təhsil aldığım müddətdə liseyimizin adını uca tutacağam". Ölkəmizdə istedadlı uşaqlara dövlət tərəfindən daim xüsusi diqqət və qayğı göstərilir. Xüsusilə son illər istedadlı uşaq və gənclərin aşkara çıxarılması, onların potensial imkanlarının inkişaf etdirilməsi və səmərəli təhsil almaları üçün lazımi şə... | ANL |
"Ali təhsil və cəmiyyət" jurnalının ikinci nömrəsi çapdan çıxıb. Təhsil Nazirliyinin "Ali təhsil və cəmiyyət" elmi-metodik jurnalının 2-ci nömrəsi çapdan çıxıb. Rüblük jurnalın bu nömrəsi "Müasir tendensiyalar və texnologiyalar" rubrikası ilə açılır. Həmin rubrika altında Azərbaycan Respublikasının Prezidenti yanında D... | ANL |
Bu günlərdə eşitdiyimiz acı xəbər onu tanıyanları, dostlarını, xüsusilə də Təhsil Nazirliyində on illərlə çiyin-çiyinə çalışmış həmkarlarını dərindən sarsıtdı. Bəlli oldu ki, nurlu ziyalı ömrünün yarım əsrdən çoxunu təhsil sistemində yorulmadan çalışmış, ali məktəb laborantlığından respublikanın Ali və Orta İxtisas Təh... | ANL |
Maks Born - Kvant mexanikasının banisi. Onun adı Maks Plank, Albert Eynşteyn, Nils Bor, Verner Qeyzenberq kimi dünya şöhrətli alimlərlə yanaşı çəkilir. Alman nəzəri-fiziki Maks Born çox haqlı olaraq kvant mexanikasının banilərindən biri hesab olunur. Kristal qəfəsin dinamik nəzəriyyəsi, atom fizikası, təbiətşünaslığın ... | ANL |
Cavid müəllimlik peşəsindən zövq alırdı. İlk ibtidai təhsilini evdə, atasından alıb. 1899-1903-cü illərdə regionun pedaqoji mərkəzlərindən sayılan Təbrizdəki "Talibiyyə" mədrəsəsinin müdavimi olub və həmin illərdə fars dilini mükəmməl öyrənib. Təsadüfi deyildir ki, Cavidin ilk qələm təcrübələri də məhz fars dilində olu... | ANL |
Yazardan bir neçə söz. "Azərbaycan müəllimi"nin sevimli oxucularını indiyədək bütünlüklə Azərbaycanın təhsil tarixinə aid yazılarımla tanış etmişəm. Bu saydan başlayaraq mövzunu bir qədər dəyişirəm. Doğrudur, dolayısıyla amacım yenə təhsil tariximizlə bağlı olsa da, bu yazıda konkret şəxslərin həyatından, yeni bəlgələr... | ANL |
Dövlət İdarəçilik Akademiyasında "Layihələrin idarəolunması" ixtisası üzrə yeni magistr proqramının təqdimatı olub. Sentyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Təhsil Nazirliyinin "Dövlət investisiyaları üzrə kadr potensialının gücləndirilməsi" layihəsi çərçivəs... | ANL |
Naxçıvan Dövlət Universitetinin 45 illik yubileyi qeyd olunub. Naxçıvan Dövlət Universitetində bu ali məktəbin yaradılmasının 45 illiyinə həsr olunmuş yubiley tədbiri keçirildi. Tədbiri giriş sözü ilə açan rektor, akademik İsa Həbibbəyli Naxçıvan elmi ictimaiyyətini, universitet kollektivini və çoxsaylı tələbə kontinge... | ANL |
LDU-da Türkiyə-Azərbaycan münasibətlərinə həsr edilmiş konfrans keçirilib. Lənkəran Dövlət Universitetində Azərbaycanda "Türkiyə həftəsi" çərçivəsində "Türkiyə-Azərbaycan münasibətləri regional hadisələr kontekstində" mövzusunda konfrans keçirilmişdir. Lənkəran Şəhər İcra Hakimiyyəti, Lənkəran Dövlət Universiteti və AM... | ANL |
Heydər Əliyev adına tam orta məktəb yeni dərs ilinə yeni uğurlarla başlayıb. Böyüyən gənc nəsli sağlam və savadlı görmək hər bir insanın ən böyük arzusudur. Cəmiyyətdə artıq hər kəs ölkənin qüdrətini daha da artırmağın, onun gələcəyini etibarlı əllərə həvalə etməyin tək yolunun məhz insan amilindən keçdiyini bir gerçək... | ANL |
Görkəmli alim, böyük vətəndaş. Dünya elminin möhtəşəm simalarından biri olmuş görkəmli fizik Albert Eynşteyn yazırdı: "Bəşəriyyətin gələcəyi elmi-tərəqqinin sabahından bir o qədər asılı deyil, insani əxlaqın və mənəviyyatın sabahkı mənzərəsindən asılıdır". İnsan övladı ağlın və kamalın gücü ilə əldə etdiyi mənəvi sərvə... | ANL |
20 Yanvar faciəsinin iyirmi ikinci ildönümünün qeyd edilməsi barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. 20 Yanvar faciəsinin iyirmi ikinci ildönümünün keçirilməsi ilə əlaqədar Təhsil Nazirliyinin tədbirlər planı təsdiq edilsin (əlavə olunur). Tədbirlər planına müvafiq olaraq bütün təhsil müəssisələrində 11-... | ANL |
"Ən çox sevdiyim idman növü" mövzusunda Respublika rəsm müsabiqəsinin keçirilməsi barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. 2012-ci ilin iyun ayında Londonda keçiriləcək XXX Yay Olimpiya Oyunlarına maraq oyatmaq, olimpiya idman növlərini məktəblilər arasında təbliğ etmək məqsədilə. Ümumtəhsil məktəblərinin... | ANL |
İlk peşə-ixtisas təhsili müəssisələrində sahibkarlıq fəaliyyətinin təşkili. Azərbaycan Respublikası Prezidentinin 3 iyul 2007-ci il tarixli, 2282 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)"nın həyata keçirilməsi üzrə tədbir... | ANL |
Vətən mənə oğul desə... Xalq şairi Məmməd Araz xatirələr işığında. Orta təhsilini Nursda başa vurub. Məktəb illərində ən çox oxuduğu aşıq şeirləri, bir də Aşıq Ələsgərin kitabı olub. Şagird yoldaşlarından birinin qoltuğunda Səməd Vurğunun "İstiqlal təranəsi" kitabını görənə qədər, oradakı şeirləri oxuyana qədər, bir mi... | ANL |
ATİAHİ Respublika Komitəsi Avropa Komissiyasının "Təhsildə İKT-nin rolu" layihəsinə qoşulub. Avropa Komissiyasının təkliflərinə uyğun olaraq Beynəlxalq Təhsil Birliyi təhsildə İKT-dən istifadə üzrə beynəlxalq layihədə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi ilə əməkdaşlıq edir. Qeyd edək ... | ANL |
Tofiq Əliheydər oğlu Allahverdiyev. 1930-cu ildə Paris Kommunası adına zavodun fabrikzavod məktəbinə daxil olub, qaynaqçı ixtisasına yiyələnib. Komsomol təşkilatlarında seçkili vəzifələrdə çalışıb, 1940-cı ildə Məşədi Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunu dağ mühəndisi ixtisası üzrə bitirib. Böyük Vətən müharib... | ANL |
"Dayanıqlı inkişaf və idarəetmə modelləri" mövzusunda beynəlxalq konfrans. Lənkəran Dövlət Universitetində (LDU) "Dayanıqlı inkişaf və idaretmə modelləri: nəzəriyyə və praktika" mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Tədbir iştirakçıları konfransdan əvvəl universitetin müasir tələblərə cavab verən tədris korpusu... | ANL |
Nümayəndə heyətinin Cənubi Koreya səfəri faydalı oldu. Ölkəmizdə təhsilin inkişafı və yüksək ixtisaslı kadrların hazırlanması sahəsində xarici investorlar tərəfindən müxtəlif təqdirəlayiq layihələr həyata keçirilir. Bu layihələrdən biri də Dünya Bankı tərəfindən maliyyələşdirilən "Dövlət investisiyaları üzrə kadr poten... | ANL |
Tokio Xarici Dillər Universitetində Azərbaycan dili dərnəyi fəaliyyətə başlayıb. Tokio Xarici Dillər Universitetində Yaponiyanın Vaseda Universitetinin magistri Emil Cəfərzadə və Tokio Xarici Dillər Universitetinin doktorantı, türk dili üzrə mütəxəssis Masahiro Okunun təşəbbüsü ilə Azərbaycan dili dərnəyi fəaliyyətə ba... | ANL |
Heydər İsa oğlu İsayev. 1959-cu ildə Məşədi Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun geoloji-kəşfiyyat fakültəsinin məzunu kimi Əli Bayramlıya (indiki Şirvan şəhəri) neftçıxarma üzrə operator göndərilib, mühəndis, baş mühəndis vəzifələrində işləyib. 1962-ci ilin dekabrında Azərbaycan Neft və Kimya İnstitut... | ANL |
Xəttatlığa həsr olunmuş seminar. Qafqaz Universiteti Mədəniyyət şöbəsinin nəzdində fəaliyyət göstərən sənət kurslarında "Türk sənətləri haqqında bilgilər" mövzusunda silsilə seminarlara start verilib. Bu günlərdə keçirilən ilk seminarın mövzusu "Ebru və hüsnxət" adlanırdı. Universitetin dövlət və bələdiyyə idarəetməsi ... | ANL |
Millətin məişətinə ətraflı bələd olan fitri istedad, yaradıcı qüvvə sahibi. Zəngin, minilliklə ölçülən tarixi olan Azərbaycan ədəbiyyatı tarixində Mirzə Fətəli Axundovun öz yeri, təsiri və əbədi nüfuzu var. Tarixin ədalətini sınamağa ehtiyac yoxdur. qədrini bilsə idik, haqqında bir yaxşılıq və ehsanat edərdik; yadigara... | ANL |
İtaliyanın təhsil sistemi. İtaliya Demokratik Respublikası. Dövlət dili: italyan. Avropanın cənubunda yerləşən İtaliya Respublikasında müasir təhsil sisteminin təşəkkül tarixi XIX əsrin ikinci yarısından başlayıb. 1859-cu ildə qəbul edilmiş Kasati Aktı ölkədə savadsızlığın aradan qaldırılmasına layiqli töhfələr verib. ... | ANL |
"Azərbaycanın himnini ilk dəfə mən oxumuşam". Şərqdə opera yazan ilk qadın bəstəkar Şəfiqə Axundova ilə söhbət. İlk musiqi təhsilini Üzeyir Hacıbəyovdan alıb. 1956-cı ildə Üzeyir Hacıbəyov adına Dövlət Konservatoriyasını bəstəkarlıq ixtisası üzrə B.Zeydmanın sinfini bitirib. 40 il tamaşanın musiqi tərtibatı fənnindən A... | ANL |
Azərbaycan Dövlət Pedaqoji Universitetində pedaqoji təcrübənin təşkili tarixindən. Azərbaycan Dövlət Pedaqoji Universiteti 90 illik fəaliyyəti dövründə özünəlayiq şərəfli bir yol keçmiş, nəinki respublikamız üçün, hətta qonşu, mərkəzi Asiya respublikaları və digər xarici ölkələr üçün də yüksək ixtisaslı müəllimlər və e... | ANL |
Naxçıvan Dövlət Universitetində Prezident təqaüdçüsü, Azərbaycan Respublikasının əməkdar müəllimi, filologiya elmləri doktoru, professor Yavuz Axundlunun anadan olmasının 85 illiyinə həsr edilmiş yubiley mərasimi keçirildi. Tədbiri giriş sözü ilə universitetin rektoru, akademik İsa Həbibbəyli açaraq professor Yavuz Axu... | ANL |
Müsabiqə qaliblərinə mükafatlar təqdim edildi. Yanvarın 10-da Təhsil Nazirliyində gənc meşəçilərin "Meşələri qoruyaq" adlı respublika müsabiqəsinin yekunlarına həsr olunmuş tədbir keçirildi. Tədbirdə Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq şöbələrinin əməkdaşları, respublika üzrə fəaliyyət gös... | ANL |
Fənn olimpiadalarının II rayon (şəhər) mərhələsi keçirilib. Təhsil Nazirliyinin müvafiq təlimati məktubuna uyğun olaraq yanvarın 8-də respublikanın bütün şəhər və rayonlarında fənn olimpiadalarının rayon (şəhər) turunun ikinci mərhələsi keçirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən aldığımız məlumata görə, olimpiadala... | ANL |
Tanınmış vokalistdən ustad dərsi. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, əməkdar artist Samir Cəfərov Naxçıvan Dövlət Universitetində incəsənət fakültəsinin tələbələri üçün növbəti ustad dərsi keçmişdir. Dərsdən öncə universitetin rektoru, akademik İsa Həbibbəyli tanınmış sənətkarı salamlayaraq Az... | ANL |
"Qəlbən şair olmayan əsl riyaziyyatçı ola bilməz". Müdriklərdən birinin dediyi bu aforistik fikir ötən il dekabrın 24-də Bakıdakı 311 nömrəli tam orta məktəbdə "Riyaziyyat və poeziya" mövzusunda keçirilən ədəbi-bədii gecənin əsas leytmotivini təşkil edirdi. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmri ilə paytaxtın ... | ANL |
Şirəli Nəsir oğlu Məmmədov (Nəsirzadə). Şirəli Nəsir oğlu Məmmədov (Nəsirzadə) 1904-cü ildə Naxçıvanın Ordubad bölgəsinin Dəstə kəndində anadan olub. Uşaqlıqdan zamanın çətinliklərinə sinə gərməli olan Şirəli Məmmədov 1916-cı ildə Bakıya gəlib, dayısının himayəsində yaşayıb. məktəbində təhsil alıb və dəmir yolunda çili... | ANL |
Mühəndis kadrları hazırlığı sahəsində öncül mövqeyini qoruyub saxlayan ali məktəb. Ötən ilin sonlarında ölkəmizin təhsil ictimaiyyəti Azərbaycanın nüfuzlu ali təhsil ocaqlarından birinin –milli kadr hazırlığına, cəmiyyətin elmi intellektual inkişafına əvəzsiz töhfələr verən Azərbaycan Texniki Universitetinin (AzTU) 60 ... | ANL |
Şəhidlər. Qatil gülləsinə qurban gedirkən, Gözünü sabaha dikdi şəhidlər. Üçrəngli bayrağı öz qanlarıyla. Vətən göylərinə çəkdi şəhidlər. Zalim öyünməsin zülümləriylə, Minbir böhtanıyla, minbir şəriylə, Həqiqət uğrunda ölümləriylə. Ölümü kamına çəkdi şəhidlər. Mümkünə döndərdik çox namümkünü. Xalqın qəlbindəki qorxu-hür... | ANL |
Azərbaycan Respublikasının təhsil naziri Dünya Təhsil Forumunda iştirak edib. 7-13 yanvar 2012-ci il tarixlərində Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov Böyük Britaniyada rəsmi səfərdə olmuşdur. Britaniya Şurasının təşəbbüsü və maliyyə dəstəyi ilə təşkil edilən səfərin məqsədi Londonda keçirilən "Dəyiş... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.