text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Azərbaycanlı gənc Almaniyada mükafata layiq görülmüşdür. Yetişməkdə olan nəsil tükənməz güc deməkdir. Cəmiyyətdə öz sözünü deməyi bacaran fəal gənclərimiz çoxdur. Dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsinin nəticəsidir ki, gənclərimizin beynəlxalq aləmdə öz potensialını nümayiş etdirməsi üçün münbit zəmin y... | ANL |
Əziz Əfəndizadə məktəbinin layiqli davamçısı. Pedaqogika üzrə fəlsəfə doktoru, dosent Vaqif Tapdıq oğlu Qurbanov professor Əziz Əfəndizadənin metodika məktəbinin layiqli davamçısı kimi tanınır. O, Azərbaycan Müəllimlər İnstitutunda "Azərbaycan dili tədrisinin aktual problemləri", "Azərbaycan dilinin tədrisi metodikası"... | ANL |
İki dəfə Nobel mükafatı laureatı. Amerikalı alim Con Bardinin elmi kəşfləri XXI əsrdə İKT-nin tətbiqinə geniş yol açmışdır. Ötən əsrin 50-ci illərində bərk cismlər və yarımkeçiricilər fizikası sahəsində bir sıra elmi kəşflər edilmişdir ki, onların da sayəsində müasir informasiya-kommunikasiya texnologiyalarını yaratmaq... | ANL |
1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Ümumiyyətlə, uşaqları görəndə hər bir yaşlı insan, ata-ana, valideyn sevinir. Çünki uşaqlar bizim sevincimizdir, həyatımızın mənasıdır, uşaqlar bizim gələcəyimizdir. Uşaqlar həyatımızı şənləndirən, bəzəyən, gözəlləşdirən doğma övladlarımızdır. Hər bir insan üçün dünyada uş... | ANL |
İmtahan sessiyasının təşkili və keçirilməsi barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Ali və orta ixtisas təhsili müəssisələrində 2012/2013-cü tədris ilinin yaz semestrinin imtahan sessiyasını (bundan sonra imtahan sessiyası) mövcud qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində ... | ANL |
BDU-nun alimləri Nobel mükafatçıları ilə. nanotexnologiyaların perspektivlərini müzakirə ediblər. Oktyabrın 30-da Bakı Dövlət Universitetində Nobel mükafatı laureatları Laflin Robert Betts (fizika), David Gross (fizika), Markus Rudolf Arturun (kimya) iştirakı ilə "Nanotexnologiyaların perspektivləri mövzusunda qabaqcıl... | ANL |
İlk peşə-ixtisas təhsili müəssisələrinin. fəaliyyətinin dəstəklənməsi barədə. ikitərəfli əməkdaşlıq memorandumları imzalanıb. Oktyabrın 25-də Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Dövlət Neft Şirkəti və "Azərsu" Açıq Səhmdar Cəmiyyəti arasında ilk peşə-ixtisas təhsili müəssisələrinin fəaliyyətinin dəstəklənməsi ... | ANL |
Bakı Dövlət Universitetinin. yeni tələbə şəhərciyi tikiləcək. Yeni layihənin eksklüziv görüntüləri ilk dəfə qəzetimizdə. Son illər respublikamızda aparılan abadlıq-quruculuq işləri, müxtəlif sahələrdə infrastrukturların yaxşılaşdırılması istiqamətində atılan addımlar ictimaiyyət tərəfindən müsbət qarşılanır. Ölkə Prezi... | ANL |
Azərbaycan Müəllimlər İnstitutunda. Respublika elmi konfransı. Oktyabrın 25-də Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) təşkilatçılığı ilə "Tarixi-mədəni irsin tədqiqi, tədrisi, təbliği, mühafizəsi və diyarşünaslıq işinin təşkilində təhsil müəssisələrinin rolu" mövzusunda respublika elmi konfransı keçirilib. Konfrans i... | ANL |
Təbiət fənləri üzrə innovativ təcrübə texnologiyalarının. tətbiqi ilə bağlı təlimlərə yekun vurulub. "Demokratik İnkişaf Platforması" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Təbiət fənləri üzrə Avropanın innovativ təcrübə t... | ANL |
və Yenidənhazırlanma İnstitutu daha bir. beynəlxalq elmi konfransa ev sahibliyi edib. Oktyabrın 30-da Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu, Azərbaycan Dillər Universiteti və Britaniya Şurasının (British Council) birgə təşkilatçılığı ilə "Xarici dillərin tədrisində yeni tendensiyalar: mö... | ANL |
"Təhsil Nazirliyinin təbrik məktubu. mənim üçün gözlənilməz oldu". Rubrikamızın ilk qonağı Respublika Təhsil Şurasının sədri, professor Əjdər Ağayevdir. Cəmiyyətdə böyük nüfuz sahibi olan tanınmış dövlət, elm, təhsil, mədəniyyət, idman xadimlərini biz həmişə rəsmi şəraitdə, iş yerlərində, tədbirlərdə görməyə alışmışıq.... | ANL |
Azərbaycan təhsilinin uğurları. Prezident təqaüdçüləri. Nərmin MƏMMƏDLİ, Azərbaycan Respublikasının Prezidenti yanında. Dövlət İdarəçilik Akademiyasının tələbəsi. Oxuduğu illərdə respublika fənn olimpiadalarında ingilis dili üzrə II, tarix fənni üzrə III yerə layiq görülüb. Ali məktəbə qəbul imtahanında 700 bal toplaya... | ANL |
"Microsoft Azərbaycan" şirkəti təhsillə bağlı. layihələrini bundan sonra da davam etdirəcək. Azərbaycan hökuməti ölkədə təhsil sisteminin inkişafı üçün bu sahəyə özəl sektorun iştirakçılarını cəlb etmək niyyətindədir. Təhsil sisteminin inkişafında özəl və dövlət sektoru əməkdaşlığının vacıbliyini dəyərləndirən "Microso... | ANL |
Yeniyetməlik dövründə uşaqlarla necə davranmalı? Yeniyetməlik dövrü hər bir şəxsiyyətin həyatında mühüm rol oynayan bir dövrdür. Bir çox hallarda bu dövrü necə başa vurması şəxsiyyətin gələcək həyatında həlledici rol oynayır. Şəxsiyyətin və onu əhatə edən yaxınların bu dövrdən nə dərəcədə müvəffəqiyyətlə çıxacaqları hə... | ANL |
Vətənpərvərlik mövzusunda interaktiv dərs. Ümumi təhsilin məqsədi dövlət və cəmiyyətimiz üçün vətəndaş formalaşdırmaqdır. Yeni təlim metodları müəllimə şagirdlərlə daha səmərəli işləməyə, onların intellektual potensialını aşkara çıxarmağa imkan verir. İnteraktiv dərsin təşkilində əsas məqsəd mövzunu hərtərəfli, geniş ş... | ANL |
Azərbaycanın Milli Qəhrəmanı Sahil Məmmədovla söhbət. İlk dəfə Sahil Məmmədovdan 20 il əvvəl "Əsgər poçtu" verilişində müsahibə götürmüşdüm. Onda hələ yaraları təzə olsa da, qüruru, nikbinliyi diqqətimi çəkmişdi. Bu gün- ilk müsahibəmizdən iki on il ötdükdən sonra da döyüşçü qardaşımızı eynilə ondakı kimi nikbin, qətiy... | ANL |
2013-cü ilin elm sahəsində Nobel mükafatı laureatlarından söz düşəndə, ilk növbədə, müasir fizikanın inkişafında yeni mərhələnin banisi kimi britaniyalı fizik, 84 yaşlı nəzəriyyəçi alim Piter Xiqqsin adı çəkilir. O, zəif elektromaqnit sahəsinin simmetriyasının spontan pozulma mexanizminə dair 1960-cı illərdə irəli sürd... | ANL |
İbtidai təhsil müstəqillik illərində. Azərbaycanın öz müstəqilliyini bərpa etdiyi ötən əsrin 90-cı illərinin əvvəllərindən başlayaraq müəyyən bir dövr ərzində digər sahələrdə olduğu kimi pedaqoji elmlərdə də tədqiqat işlərinin aparılmasında, sürətlə dəyişən, yeniləşən təhsilin inkişaf meyillərinin ümumiləşdirilməsində ... | ANL |
Qürur mənbəyimiz. Sinif müəllimi, "Ən yaxşı müəllim" müsabiqəsinin 2012-ci il qalibi Sevinc Əliyevanın təşkilatçılığı ilə keçirilən bayram tədbiri Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi ilə başladı. Sonra əsgər paltarı geyinmiş 3 şagird "Azərbaycan" mahnısının sədaları altında əlində bayraq zala daxil ol... | ANL |
Azərbaycan bayrağıdır. Əzəmətli Günəş kimi üfüqlərdə dalğalanan, Qızıl rəngi əbədilik könüllərdə yuvalanan, Zəncirləri qıran xalqla haqqa doğru ünvanlanan, Al bayrağım yanan məşəl, əbədiyyət çırağıdır, Fəxr etdiyim şərəf-şanım Azərbaycan bayrağıdır. Şanlı Bayraq Meydanımız qəhrəmanlıq simvoludur, Bayraq altda həmrəy mi... | ANL |
"Bircə tez böyüsəydim, anama, qardaşıma sahib çıxardım". Bakıdakı 2 nömrəli uşaq evinin sakini Corc Qafarovla söhbət. Mən onu efirdə çox görmüşəm. Yaratdığı rollarda yaşından böyük təmkini ilə daha çox qalıb yaddaşımda. Tez-tez və ən müxtəlif janrlarda çəkilən bir çox filmlərdə rol aldığından, düzü, hər dəfə onu efirdə... | ANL |
Gədəbəydən Almaniyaya aparan yol. Almaniyanın orta məktəblərindən birində. çalışan azərbaycanlı müəllimin təəssüratları. Şəfəq Azər 1976-cı ildə Gədəbəy rayonunun Pərizamanlı kəndində doğulub. 1994-cü ildə Nəsirəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin pedaqogika fakültəsinə daxil olub. Orta məktəbdə ... | ANL |
Bu münasibətlə Mahnı Teatrında yubiley mərasimi keçirildi. Hamı bilməsə də, ölkənin musiqi ictimaiyyətinə yaxşı məlumdur ki, söhbət qarmonun virtuoz ifaçısı, bu günlərdə yetmiş yaşı tamam olmuş qüdrətli sənətkar, tanınmış musiqi xadimi, pedaqoq, bəstəkar, respublikanın əməkdar artisti Zakir Mirzəyevdən gedir. "Qarmonun... | ANL |
Təhsil müəssisələrində Dövlət. Bayrağı Günü qeyd olunub. Azərbaycan Müəllimlər İnstitutunda Dövlət Bayrağı Günü münasibətilə tədbirlər keçirilib. İnstitutda Dövlət Bayrağı Gününə həsr olunmuş "dəyirmi masa" təşkil olunub. Dövlət himni səsləndirildikdən sonra institutun rektoru, Milli Məclisin deputatı, professor Aqiyə ... | ANL |
9 Noyabr Dövlət Bayrağı Günüdür. Vətəndaşlarımıza, xüsusən gənclərimizə dövlət atributlarına dərin ehtiram hisslərinin aşılanması cəmiyyətdə vətənpərvərlik ruhunun möhkəmləndirilməsi işinə bilavasitə xidmət edir. Dövlət atributlarının mahiyyətinin və əhəmiyyətinin əhali arasında geniş təbliğ olunması, gənc nəslin Azərb... | ANL |
Qafqaz Universitetində "Türkmənistan günü". Noyabrın 2-də Qafqaz Universitetində Türkmənistanın müstəqilliyinin 22-ci ildönümünə həsr olunmuş "Türkmənistan günü" keçirilib. Tədbirdə ölkəmizin bir sıra dövlət qurumlarının rəsmiləri, Milli Məclisin deputatları, Türkmənistanın ölkəmizdəki səfirliyinin və xarici ölkələrin ... | ANL |
müasir problemləri müzakirə olunub. Bu günlərdə Rusiyanın Sankt-Peterburq şəhərində Rusiya Təhsil Akademiyasının Pedaqoji Təhsil və Yaşlıların Təhsili İnstitutunun təşkil etdiyi VI Beynəlxalq elmi-praktik konfrans müasir dövrün təhsil sahəsini əhatə edən ən mühüm problemlərə həsr olunmusdu. Onların arasında Azərbaycan,... | ANL |
İncəsənət Gimnaziyasında. Kurikulum Mərkəzi açılıb. Oktyabrın 31-də Milli Konservatoriyanın tərkibində Respublika İncəsənət Gimnaziyasında Kurikulum Mərkəzinin açılışı oldu. Tədbirdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsil Problemləri İnstitutunun direktoru Qulu Novruzov, institutun direktor müavini, Kurikul... | ANL |
BDU ilə dünyanın 6 universiteti arasında. III Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində Bakı Dövlət Universiteti ilə dünyanın 6 universiteti arasında anlaşma memorandumları imzalanıb. Memorandumları BDU-nun rektoru, akademik Abel Məhərrəmov, Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universitetinin rektoru Pyotr Ku... | ANL |
"Gələcək nəsillərlə üz-üzə" V ümumrespublika. inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb. Noyabrın 4-də Təhsil Nazirliyində "Gələcək nəsillərlə üz-üzə" V ümumrespublika inşa müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi, Rabitə və İnformasiya Texnologi... | ANL |
Sosial şəbəkədə "Azərbaycan dili və Ədəbiyyat. Müəllimləri Birliyi" qrupu yaradılıb. Respublikanın ayrı-ayrı bölgələrində işləyən bir qrup müəllimin təşəbbüsü ilə Facebook sosial şəbəkəsində "Azərbaycan dili və Ədəbiyyat Müəllimləri Birliyi" qrupu yaradılıb. Qrupun təsisçisi Saatlı rayonundakı S.Vurğun adına 1 nömrəli ... | ANL |
Asif Nəbiyev 1978-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirərək o vaxtdan həyatını müəllimliyə bağlayıb. 30 ildən artıqdır ki, gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olan Asif müəllim pedaqogika üzrə fəlsəfə doktorudur. 20-dən çox metodiki məqalə və bir metodiki vəsaitin müəllifidir. Bu yaxınlarda onun "B... | ANL |
Azərbaycan təhsilinin uğurları. Prezident təqaüdçüləri. Anar DADAŞZADƏ, Azərbaycan Respublikasının Prezidenti yanında. Dövlət İdarəçilik Akademiyasının tələbəsi. Bu il ali məktəblərə III qrup üzrə keçirilən qəbul imtahanında 670 bal toplayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasın... | ANL |
Mərkəzin yetirmələri. Bakı şəhəri Nizami Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi nümunəvi məktəbdənkənar tərbiyə müəssisəsidir. Burada uşaq, yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli və faydalı təşkili üçün hər cür şərait yaradılıb. Mərkəzin başlıca vəzifəsi hərtərəfli biliyə, bacarığa, yüksək mədəniyyətə və int... | ANL |
Türkiyə universitetlərində kompüter elmləri. bölümünü ilk dəfə mən qurmuşam. Dokuz Eylül Universitetində çalışan azərbaycanlı müəllimin təəssüratları. Orta məktəbi bitirdikdən sonra 1978-ci ildə Azərbaycan Dövlət Universitetinin tətbiqi riyaziyyat fakültəsinə qəbul olunaraq Bakıda təhsilini davam etdirib. 1983-cü ildə ... | ANL |
Xarici dilin mətnin komponentləri. əsasında tədrisi təcrübəsindən. Xarici dilin öyrənmə vasitəsi kimi dərk olunması onun ən mühüm ünsiyyət vasitəsi kimi zəruriliyini şərtləndirir, yazılı və şifahi dil formalarına yiyələnməyin vacibliyini meydana çıxarır. Şagirdlər öz fəaliyyətlərində tədris olunan xarici dilə yeni bili... | ANL |
"Azərbaycan dilini auditoriyada öyrəndim". Bakı Avropa Liseyinin direktoru Zülfiyyə Veysova ilə söhbət. Moskva Dövlət Universitetinin psixologiya fakültəsinin məzunu, psixologiya elmləri üzrə fəlsəfə doktorudur. Deyirəm ona görə ki, mən uşaqlarla işləyirəm. Təhsil sahəsində görmək istədiyim layihələrə köklənəndə özümü ... | ANL |
Mən özümü Azərbaycanın Koreyada. kiçik bir səfiri hesab edirəm. Koreyada təhsil alan azərbaycanlı tələbənin təəssüratları. Ali məktəblərə qəbul imtahanında I qrup üzrə 639 bal toplayaraq Azərbaycan Dövlət Neft Akademiyasının mühəndis iqtisadiyyatı, beynəlxalq iqtisadi münasibətlər və menecment ixtisasına qəbul olunub. ... | ANL |
Heydər Əliyev Azərbaycan. Naxçıvan Dövlət Universitetinin sosial idarəetmə və hüquq fakültəsində "Heydər Əliyev Azərbaycan Konstitusiyasının memarıdır" mövzusunda tədbir keçirilib. Universitetin tərbiyə işləri üzrə prorektoru, fəlsəfə elmləri doktoru, professor Məmməd Rzayev çıxış edərək Konstitusiya günü münasibətilə ... | ANL |
və Yenidənhazırlanma İnstitutunda Dövlət. Bayrağı və Konstitusiya günləri qeyd edilib. Noyabrın 8-də Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda ümumxalq bayramları - Dövlət Bayrağı və Konstitusiya günlərinə həsr edilmiş təntənəli yığıncaq keçirildi. İnstitutun professor-müəllim heyətinin, ... | ANL |
Azərbaycan Dövlət Neft Akademiyası. tələbələrinin 62-ci elmi-texniki konfransı. Bakıda Azərbaycan Dövlət Neft Akademiyası (ADNA) və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə ADNA tələbələrinin akademik Azad Mirzəcanzadənin 85 illik yubileyinə həsr olunmuş 62-ci elmi-texniki konfransı keçirilir. AzərTAc xəbər verir k... | ANL |
Yaponiyanın "Tokyo Boeki Technology Ltd" şirkətinin. nümayəndələri Bakı Dövlət Universitetində olublar. Yaponiyanın "Tokyo Boeki Technology Ltd" şirkətinin prezidenti Kazuey Uçida, satış və marketinq şöbəsinin direktoru Keiji Takigawa, şirkətin Ukrayna ofisinin direktoru Aleksey Şpak və mühəndisi Vitaliy Tinkov Bakı Dö... | ANL |
"Ən yaxşı videotədris resursu". müsabiqəsinin qalibləri müəyyən olundu. Noyabrın 11-də "Bakı" nəşriyyatının dəstəyi ilə respublikanın ümumi təhsil məktəblərinin informatika müəllimləri arasında keçirilən "Ən yaxşı videotədris resursu" müsabiqəsinə yekun vuruldu. Azərbaycan dilində videotədris resurslarının az olduğunu ... | ANL |
Təhsil Problemləri İnstitutunda "Fənn üzrə. məktəb kurikulumu" mövzusunda seminar keçirildi. Noyabrın 8-də Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzində "Fənn üzrə məktəb kurikulumu" mövzusunda seminar keçirildi. Tədbirdə Təhsil Problemləri İnstitutunun direktoru Qulu Novruzov, Təhsil Nazirliyinin şöbə müdiri Ay... | ANL |
Necə yaşayırsan, tələbə? Azərbaycan Memarlıq və İnşaat. Universitetinin tələbələri ilə söhbət. Tələbəlik insan ömrünün ən yaddaqalan, tez-tez xatırlanan bir dövrüdür. Acılı-şirinli bu həyat insana həm də müstəqil yaşamağı, enişli-yoxuşlu yollarda öz ayaqları üstə necə durmağı öyrədən bir dövrdür. Tələbəlikdən söz açand... | ANL |
Üçcildlik Azərbaycan. dilçiliyi müntəxəbatı. Hər bir elm öz tarixini yaratmaq, özünü təsdiq etmək üçün müəyyən inkişaf yolu keçməlidir. Dünya dilçiliyindən, türkolojidən heç də geri qalmayan Azərbaycan dilçiliyi yüksələn xətt üzrə inkişaf etməkdədir. Orta yüzilliklərdə təməli qoyulmuş Azərbaycan dilçiliyi çox sürətlə i... | ANL |
Şamaxıda şahmat turniri. Noyabrın 9-dan 16-na kimi Şamaxı Şahmat Məktəbində Dövlət Bayrağı, Konstitusiya və Milli Dirçəliş günlərinə həsr edilmiş şahmat turniri keçirilib. Şamaxı Şahmat Məktəbinin direktoru Asif Ağayevdən aldığımız məlumata görə, turnirdə 92 məktəbli mübarizə aparıb. Əvvəlcə iştirakçılar Heydər Əliyev ... | ANL |
Günümün çox hissəsini tədqiqat. laboratoriyalarında keçirirəm. 2010-cu ildə TCS (Türkiyə Cümhuriyyəti Sınavı) imtahanında respublika üzrə yüksək nəticə göstərərək 45 şagirddən biri kimi Türkiyə Respublikası İstanbul Universitetinin genetika fakültəsinə daxil olmuşam. Hazırda bu təhsil ocağında "2007-2015-ci illərdə Azə... | ANL |
Formativ qiymətləndirmə ilə bağlı. yeniliklər müəllimləri qane edirmi? Formativ qiymətləndirmə jurnalının ləğvini müəllimlər müsbət qiymətləndirirlər. Formativ qiymətləndirmə nədir? "Ümumi təhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin. aparılmasına dair müvəqqəti təlimat"dan çıxarış. Formativ qiymətləndirmənin mə... | ANL |
Coğrafiya fənninin tədrisində. fəal təlimin əhəmiyyəti. Bütün dünya kimi Azərbaycan Respublikası da III minilliyə qədəm qoymuşdur. Bu gün məktəbdə təlim alan uşaqlar yaxın gələcəkdə cəmiyyətimizin tamhüquqlu üzvləri olacaqlar. Qarşıya belə bir sual çıxır: "Gələcəyin təlimi necə olmalıdır? XXI əsrdə insanlara vacib olan... | ANL |
İsveçrənin səfiri Naxçıvan. Dövlət Universiteti ilə tanış olub. İsveçrə Konfederasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Paskal Obişer Naxçıvan Muxtar Respublikasına rəsmi səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində də olub. NDU ilə tanışlıq zamanı qonağa universitetin strukturu, maddi-texniki... | ANL |
"Gənc istedadlar" liseyinin məzunlarının hamısı. dövlət ali məktəblərinə qəbul olunub. Noyabrın 19-da Bakı Dövlət Universitetində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 6 avqust 2013-cü il tarixli sərəncamı ilə BDU-nun nəzdində fəaliyyət göstərən "Gənc istedadlar" liseyinin 2012-2013-cü tədris ilində keçiril... | ANL |
Bakıda Beynəlxalq Tələbə Günü qeyd edilib. Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində (RİMM) Beynəlxalq Tələbə Gününü qeyd etmişlər. RİMM-in mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, tədbirə Bakı ali məktəblərinin rəhbərləri, müəllim və tələbələri, gənclərin "Sozvezdiye" yaradıcılıq klubunun üzvləri toplaşmışlar.... | ANL |
Əlil uşaqların əl işlərindən ibarət sərgi. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Respublika Qadınlar Cəmiyyətinin təşkilatçılığı ilə əlil və kimsəsiz uşaqların əl işlərindən ibarət satış-sərgi nümayiş olunub. "SOS" Uşaq kəndinin, "Ümid yeri" uşaq sığınacağının və Bakıdakı uşaq evlərinin sakinlərinin əl işlərində... | ANL |
Zərdabda şahmat turniri keçirilib. "Təhsil" Respublika İdman Mərkəzi və Zərdab Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Zərdab Rayon Şahmat Məktəbində böyük ziyalı Həsən bəy Zərdabinin xatirəsinə həsr olunmuş ənənəvi IX respublika şahmat turniri keçirilib. Turnirdən əvvəl iştirakçılar və qonaqlar turnirin təşkil edild... | ANL |
Üçüncü İslam Həmrəyliyi. Oyunlarının qalibi. 11 yaşından atletika idman növünün üçtəkanla tullanma bölməsi ilə məşğul olur. Hazırda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının I kurs tələbəsidir. Yekaterina sentyabrın 27-də İndoneziyanın Palembanq şəhərində keçirilən 3-cü İslam Həmrəyliyi Oyunlarında atle... | ANL |
Əl işlərinə həsr olunmuş müsabiqə. Respublika Texniki Yaradıcılıq Mərkəzində məşğul olan dərnək üzvlərinin əl işlərinə həsr olunmuş respublika baxış müsabiqəsi keçirilib. Müsabiqədə Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin aparıcı məsləhətçisi Təranə Aslanova, texniki yaradıcılıq mərkəzl... | ANL |
Muğam müsabiqəsinin 12 yaşlı mükafatçısı. “Mirpaşanın səsi işğal olunmuş Ağdamın harayı, fəryadıdır”. Ağdam şəhər Cabbar Qaryağdıoğlu adına I nömrəli Uşaq Musiqi Məktəbinin V sinfini bitirib. İlk muğam müəllimi Barat Fərhadov olub. Hazırda xalq artisti Mənsum İbrahimovun şagirdidir. 2012-ci ildə adı Azərbaycanın gənc i... | ANL |
tamaşaları şagirdlərin ifasında. Milli Konservatoriyanın tərkibində Respublika İncəsənət Gimnaziyasında teatr şöbəsinin şagirdlərinin iştirakı ilə Süleyman Sani Axundovun "Qaraca qız" və Ələsgər Qurbanovun "Keçəlin kələyi" nağıllarının tamaşaları göstərilib. Tamaşa başlamamışdan əvvəl gimnaziyanın şagirdləri Rəvan Hüse... | ANL |
Uşaqların (şagirdlərin) ümumi təhsil. müəssisələrinə qəbulu və yerdəyişməsi. Azərbaycan Respublikasının təhsil nazirinin. əmri ilə təsdiq edilib. "Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları" (bundan sonra - Qaydalar) Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrinə (bunda... | ANL |
Naxçıvan Dövlət Universitetində "Qədim yurda. gənc baxış" mövzusunda tədbir keçirildi. Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin "27 sentyabr - Beynəlxalq turizm günü" ilə əlaqədar Naxçıvan Dövlət Universiteti ilə birgə təşkil etdiyi "Qədim yurda gənc baxış" adlı tədbir keçirildi. Tədbiri giriş söz... | ANL |
Xarici tələbələr Azərbaycanda təhsil. almalarından məmnundurlar. Azərbaycandan müxtəlif xarici ölkələrə ali təhsil almaq üçün gedən gənclərimizin sayı ildən-ilə artdığı kimi, xarici ölkələrdən də respublikamızın müxtəlif ali məktəblərində oxuyan tələbələrın sayı xeyli çoxalıb. Biz ölkəmizdə təhsil alan əcnəbi tələbələr... | ANL |
Xarici ölkələrin ali təhsil müəssisələrində. təhsil almaq üçün sənəd vermiş növbəti. Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 2013-2014-cü tədris ilində xarici ölkələrin ali təh... | ANL |
Azərbaycan müəllimlərinin qurultayları. XX əsrin əvvəllərində təhsil, müəllim kadrları ilə bağlı məsələlər kəskin bir durumda olarkən bunların həllinə milli birlik kontekstində nail olmaq zərurəti meydana çıxıb. Azərbaycanda maarifçilik cəmiyyət həyatında bir hərəkat olmaqdan çıxaraq siyasi-ictimai və mədəni-sosial bir... | ANL |
Ensiklopedik təfəkkürə malik böyük alim. 1944-1949-cu illərdə Azərbaycan Sənaye İnstitutunun neft-mədən fakültəsində ali təhsil alaraq dağ mühəndisi ixtisasına yiyələnib. Azad Mirzəcanzadənin aldığı mükafatlar. 7.Azərbaycan Respublikasının "İstiqlal" ordeni. Akademikin elmi və pedaqoji fəaliyyəti. Azad Mirzəcanzadə ped... | ANL |
Azərbaycan Respublikasının təhsil naziri. Mikayıl Cabbarovun 5 oktyabr - Beynəlxalq. Müəllimlər Günü münasibəti ilə təbriki. Əziz müəllimlər, hörmətli təhsil işçiləri! Təhsil cəmiyyətin inkişafında, insanların layiqli vətəndaş kimi formalaşmasında müstəsna əhəmiyyətə malikdir. Bütün dövrlərdə hər bir ölkənin uğurlu gəl... | ANL |
"Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə. qəbulu və yerdəyişməsi Qaydaları"nın təsdiq edilməsi barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edildikdən sonra onun tətbiqi ilə bağlı bir sıra normativ hüquqi aktlar qəbul edilmiş, o cümlədən Az... | ANL |
Təbriklərə bayram arzuları da qatılır. 5 OKTYABR BEYNƏLXALQ MÜƏLLİMLƏR GÜNÜDÜR. Altmış yaşı, otuz səkkiz il iş stajı olan Yunis müəllimi yəqin ki, bu ildəki qədər təbrik edən olmayıb. Yunis müəllim bu il "Ən yaxşı müəllim" müsabiqəsində qalib gəlib və qaliblərin mükafatlandırılması haqqında Prezident sərəncamı mətbuatd... | ANL |
5 OKTYABR BEYNƏLXALQ MÜƏLLİMLƏR GÜNÜDÜR. Bu yaşa qədər bu cür düşünmüşəm və yəqin ki, bundan sonra da belə düşünəcəm ki, ömrümün ən şirin vaxtını məktəb illərində yaşamışam. Məktəb illərimi tez-tez xatırlayıram və təbii ki, o illəri mənə xatırladan dəyərli insanlar olur. Rəna Seyidova belə insanlardandır. Rəna müəllim ... | ANL |
Ən yaxşı müəllim kimi peşə bayramımızı. qarşılamağım ikiqat sevindiricidir. 5 OKTYABR BEYNƏLXALQ MÜƏLLİMLƏR GÜNÜDÜR. Uşaqlıqdan tarixçi, tarix müəllimi olmaq arzusunda olmuşam. Bu arzumu reallaşdırmaq üçün elə həmin il sənədlərimi Azərbaycan Dövlət Pedaqoji İnstitutuna (hazırkı Azərbaycan Dövlət Pedaqoji Universitetinə... | ANL |
Müəllim sözünün ziyası. 5 OKTYABR BEYNƏLXALQ MÜƏLLİMLƏR GÜNÜDÜR. Bütün zamanların ən şərəfli, müqəddəs peşələrindən sayılan müəllim sözünün ziyası, nuru hər birimizin ürəyinə bir rahatlıq gətirib, ruhuna öz şöləsi ilə işıq salıb. Müəllim sözünün qüdrəti qılıncdan belə kəsərli olub. Uzun illər müqəddəs sözlərini, dəyərl... | ANL |
Müəllim adımla fəxr edirəm. 5 OKTYABR BEYNƏLXALQ MÜƏLLİMLƏR GÜNÜDÜR. Nəsimi rayonu 42 nömrəli tam orta məktəbdə çalışmağım mənim iş həyatımda bir dönüşə çevrildi. Məktəbimizdə müəllimlər arasında sağlam rəqabət hökm sürməkdədir. Tez-tez "açıq dərs"lərin, müxtəlif ədəbi-bədii gecələrin təşkil olunması, müəllimlərin İKT ... | ANL |
Bakı Slavyan Universiteti Bolqarıstanın. Sofiya Universitetində yeni mərkəz açıb. Bu günlərdə Bolqarıstan Respublikasının 125 illiyini qeyd edən Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetində Bakı Slavyan Universiteti tərəfindən yaradılmış Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin təntənəli açılış mərasimi keçi... | ANL |
Doktorantların və gənc tədqiqatçıların XVIII. Respublika elmi konfransının keçirilməsi barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Doktorantların və gənc tədqiqatçıların elmin müxtəlif sahələrində əldə etdiyi nəticələri müzakirə etmək, habelə elmi yaradıcılığını stimullaşdırmaq məqsədi ilə. Doktorantların və... | ANL |
Beynəlxalq Müəllimlər Gününə. həsr olunmuş tədbir keçirilib. Oktyabrın 5-də Təhsil Nazirliyində Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir keçirilmişdir. Öncə tədbir iştirakçıları Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın məzarlarını ziyarət etmiş, məzarları önünə gül dəs... | ANL |
Məqsədimiz Dünya şahmat tacını. Azərbaycana gətirməkdir. 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Şahmat-Dama Uşaq-Gənclər İdman Məktəbi bunu hədəf götürüb. Ölkəmizdə bütün sahələrdə olduğu kimi, idman sahəsində də uğurlarımız artmaqdadır. Məhz bu inkişafın nəticəsidir ki, hər il idmançılarımız dünya, Avropa v... | ANL |
İsveçin paytaxtı Stokholmda Nobel Mükafatları Komitəsi ənənəyə uyğun olaraq elm sahəsində 2013-cü il üzrə Nobel mükafatı laureatlarının adlarını açıqlayıb. Bu barədə Nobel Mükafatları Komitəsi məlumat yayıb. Hər il oktyabrın ilk günlərində Nobel həftəliyi (7-14 oktyabr) çərçivəsində tibb və fiziologiya, fizika, kimya, ... | ANL |
"Məktəbli avtobusları" orta. təhsil müəssisələrinə niyə lazımdır? Mütəxəssislərin fikrincə bu, tədrisin keyfiyyətinə müsbət təsir edə bilər. Məktəbin xüsusi nəqliyyatının mövcud olmasının təhsilin keyfiyyətinə müsbət təsir göstərən amillər sırasında əsas yerlərdən birini tutduğu və belə bir mövzunun ictimai müzakirələr... | ANL |
Tələbələr "facebook"-dan necə faydalanırlar? Hazırda qloballaşan dünyada günümüzün aktual mövzularından biri də sosial şəbəkələrdir. Artıq günün tələblərinə uyğun olaraq hər birimiz sosial şəbəkələrdən istifadə etmək, müasir cəmiyyətlə uyğunlaşmaq məcburiyyətindəyik. Azərbaycanda təxminən yarım milyona yaxın sosial şəb... | ANL |
üzrə növbəti reytinq cədvəli açıqlanıb. Ali məktəblərin akademik nüfuzunun ən böyük beynəlxalq tədqiqatçılarından hesab olunan Times Higher Education-un növbəti araşdırması dünya ölkələrindən 10 minə yaxın ali məktəbi əhatə edir. Reytinq Thomson Reuters kompaniyasının təqdim etdiyi ali məktəblərin fəaliyyətini əks etdi... | ANL |
Təhsil işçiləri ölkə Prezidentinə. minnətdarlıqlarını bildirirlər. Azərbaycan təhsilinə, təhsil işçilərinə daim böyük diqqət və qayğı göstərən dövlət başçısı ənənəyə uyğun olaraq, builki peşə bayramları ərəfəsində də bir qrup təhsil işçisinin təhsilin inkişafındakı xidmətlərinə görə "Əməkdar müəllim" fəxri adı və "Tərə... | ANL |
Valideynləri rus dilində danışa bilməyən uşaqların. bu dildə təhsil alması hansı çətinliklər yaradır? Övladının yüksək biliyə sahib olması, geniş dünyagörüşü, bacarığı ilə fərqlənməsi hər bir valideynin arzusudur. Bu arzunu reallaşdırmaq üçün valideynlər uşaqlarının məktəb yaşı çatdıqda, hətta 1-2 il daha erkəndən tanı... | ANL |
Azərbaycanda yeni təhsilalma forması –. distant (məsafədən) təhsil bizə nə verəcək? Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə aparılmış tədqiqatların nəticələri. Tətbiqi Tədqiqatlar Fondunun Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri... | ANL |
Azərbaycan Diplomatik Akademiyasında. İngilis Dili Mərkəzi yaradılıb. Oktyabrın 10-da Azərbaycan Diplomatik Akademiyası (ADA) ilə Böyük Britaniyanın "British Council" təşkilatı arasında İngilis Dili Mərkəzinin yaradılmasına dair Anlaşma Memorandumu imzalanmışdır. AzərTAc xəbər verir ki, qonaqları salamlayan Azərbaycan ... | ANL |
BDU ilə Türkiyənin 3 universiteti. arasında müqavilə imzalanıb. Oktyabrın 4-də Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Sinop Universitetinin rektoru, professor Recep Bircan, Canık Başarı Universitetinin rektoru, professor Yunus Bekdemir, Kastamonu Universitetinin rektoru Seyit Aydının daxil olduğu... | ANL |
"Azərbaycanın təhsil siyasəti: nəticələr və qarşıda duran. vəzifələr" mövzusunda respublika elmi-praktik konfransı. Lənkəran Dövlət Universitetində "Azərbaycanın təhsil siyasəti: nəticələr və qarşıda duran vəzifələr" mövzusunda respublika elmi-praktik konfransı keçirildi. Lənkəran Şəhər İcra Hakimiyyəti, Lənkəran Dövlə... | ANL |
Bakı Dövlət Universitetinin rektoru. Yaponiyanın ölkəmizdəki səfiri ilə görüşüb. Oktyabrın 12-də Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Yaponiyanın ölkəmizdəki səfiri Şusuke Vatanabeni qəbul edib. Rektor səfirin fəaliyyəti dövründə respublikamızda elmin və təhsilin inkişafına dəstəyindən, şərqşün... | ANL |
Oktyabrın 11-də Nobel Mükafatları Komitəsi 2013-cü il Nobel sülh mükafatına Kimyəvi Silahların Qadağan Olunması Təşkilatını (OPCW) layiq görüb. Komitənin qərarında təşkilatın "kimyəvi silahlara qarşı ümumi mübarizənin təşkilinə görə" fəaliyyətinə yüksək qiymət verilib. Nobel komitəsinin məlumatında qeyd olunur ki, 1925... | ANL |
Pedaqoqlar vahid müəllim formasına. keçməyi necə qiymətləndirirlər? Son illər respublikamızda şagirdlərin vahid məktəbli formasına keçidi müvəffəqiyyətlə həyata keçirilib. Hazırda gündəmdə olan məsələlərdən biri isə müəllimlərin vahid formaya keçidi ilə bağlıdır. Qeyd edək ki, bir çox inkişaf etmiş ölkələrdə müəllimlər... | ANL |
Ümumtəhsil məktəblərində xarici dil fənləri. düzgün metodika ilə tədris olunurmu? Məktəbdə 11 il təhsil alan məzunlar xarici dildə niyə danışa bilmirlər? İnsanların qədim zamanlardan xarici dilləri öyrənməyə can atması sübuta ehtiyacı olmayan bir həqiqətdir. Xüsusilə son dövrlərdə bu məsələ daha çox aktualdır. Qloballa... | ANL |
İngilis dilinin kommunikativ bacarıqlara. yiyələnmədəki rolu və onun. tədrisində diqqətəlayiq məqamlar. İngilis dili beynəlmiləl bir dildir. Hazırda dünyada elə bir yer yoxdur ki, orada ingilis dilini bilməsinlər. Hamıya məlumdur ki, ingilis dilinin vətəni İngiltərədir. Dünya tarixində gedən proseslər nəticəsində bu di... | ANL |
"Azərbaycan müəllimi". Bu illər ərzində qəzet şərəfli bir inkişaf yolu keçib. "Azərbaycan müəllimi" qəzeti respublikamızın mətbuat tarixinə şərəfli yaradıcılıq yolu keçmiş, pedaqoji ənənələrin inkişafında silinməz izlər buraxmış, özünəməxsus dəst-xətti ilə seçilən nəşrlərdən biri kimi daxil olmuşdur. Azərbaycanda pedaq... | ANL |
"Bələdiyyə demokratik dövlət idarəetməsinin. təsisatı kimi" mövzusunda diskussiya. Naxçıvan Dövlət Universitetinin sosial idarəetmə hüquq fakültəsində "Bələdiyyə demokratik dövlət idarəetməsinin təsisatı kimi" mövzusunda diskussiya keçirildi. Tədbiri giriş sözü ilə universitetin rektoru, biologiya elmləri doktoru, prof... | ANL |
Dövlət İdarəçilik Akademiyasında. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında müstəqillik gününə həsr olunmuş elmi-praktik konfrans keçirilib. Tədbirdən əvvəl konfrans iştirakçıları DİA-da ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək büstü önünə güllər qoyublar. DİA... | ANL |
Gülüstan müqaviləsinin. Azərbaycanın tarixində silinməz izlər qoymuş Gülüstan sülh müqaviləsinin imzalanmasının 200 ili tamam oldu. 1813-cü ilin 12 oktyabrında Qarabağın Gülüstan kəndində (indiki Goranboy rayonunun inzibati ərazi vahidində kənd) Rusiya ilə İran arasında müqavilə imzalanıb. Rusiya tarixşünaslığında "sül... | ANL |
Görkəmli muğam ustaları Naxçıvan. Dövlət Universitetində olublar. Heydər Əliyev Fondunun, Azərbaycan Mədəniyyəti Fondunun və Azərbaycan Televiziyasının dəstəyi ilə "IV Muğam televiziya müsabiqəsi"nin növbəti seçim mərhələsi Naxçıvan şəhərində keçirilir. Müsabiqənin münsiflər heyətinin üzvləri, Azərbaycan Respublikasını... | ANL |
"İnformasiya-Kommunikasiya Texnologiyalarının. tətbiqi üzrə VII beynəlxalq konfrans keçirilib. Oktyabrın 23-də Bakı Dövlət Universitetində (BDU) "İnformasiya-Kommunikasiya texnologiyalarının tətbiqi - AİCT 2013" VII Beynəlxalq konfrans öz işinə başlayıb. AICT 2013 Konfransı informasiya-kommunikasiya texnologiyaları (İK... | ANL |
Kanadada müəllim olmaq üçün bir müddət müəllim. köməkçisi kimi fəaliyyət göstərmək tələb olunur. Xaricdə işləyən müəllim həmvətənlərimiz. Dünyanın müxtəlif ölkələrində yaşayıb işləyən həmvətənlərimiz çoxdur. Tale onları müxtəlif səbəblərdən hazırda yaşadıqları ölkələrə gətirib çıxarıb. Xaricdə təhsil aldıqdan sonra oxu... | ANL |
Qarşılaşdığı məsələni həll edərkən məntiqi düşünmə, ətraf aləmə yaradıcı yanaşma, bilikləri müxtəlif yollarla müstəqil əldə etmə, kimi bacarıqlar aşılanaraq formalaşır. Bu isə ümumi təhsil sistemində qarşıya qoyulan aktual və vacib məsələlərdəndir. Bu baxımdan da hər bir müəllim öz potensialını, yaradıcı professionallı... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.