text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Xəzər Universiteti Türkiyənin daha iki universiteti ilə əlaqələr qurdu. Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı və universitetin ictimai əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəyli yanvarın 26-dan fevralın 2-dək Türkiyədə olmuşlar. Universitetin mətbua...
ANL
DİA-da kursu bitirənlərə sertifikatlar təqdim olunub. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında rəhbər kadrların ixtisasının artırılması fakültəsində "Azərbaycan Respublikasında ailə, qadın və uşaq" istiqaməti üzrə qısamüddətli ixtisasartırma kursu təşkil olunmuşdur. Kursa dövlət ha...
ANL
Uşaqların əl işlərindən ibarət rəsm sərgisi. Fevralın 1-də Bakıdakı "Buggy Bug" Uşaq Tədris Əyləncə Mərkəzində 4-12 yaşlı uşaqların əl işlərindən ibarət rəsm sərgisi keçirildi. Sərgidə mərkəzin müəllimləri, dərnək rəhbərləri, dərnək üzvləri, valideynlər və digər şəxslər iştirak edirdilər. Öncə iştirakçılar dərnək üzvlə...
ANL
İKT-dən düzgün istifadə kadr hazırlığında mühüm rol oynayır. Astara Pedaqoji Kollecində Respublikamızın 35-dən artıq şəhər və rayonundan olan oğlan və qızlar təhsil alır. Tələbələrin təhsilinin və məişət şəraitinin yaxşılaşdırılması daim diqqət mərkəzindədir. Təcrübəli və gənc müəllimlərin müstəqil işləmələri, elmi və ...
ANL
Azərbaycan Müəllimlər İnstitutu Tələbə Gənclər Təşkilatı diplomla təltif olundu. 1996-cı il fevral ayının 2-də ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Bakıda müstəqil Azərbaycan Respublikası gənclərinin I Forumu keçirildi. Həmin günün əhəmiyyətini nəzərə alaraq, 2 fevral tarixi Azərbaycan Gəncləri Günü kimi elan ...
ANL
İnsanlar arasında ünsiyyət vasitəsi olan dil insan cəmiyyəti yarananda formalaşmağa başlamışdır. Cəmiyyət dəyişib, təkmilləşdikcə, dil də yeni-yeni ifadələrlə təkmilləşir və inkişaf edir. Hər bir xalqın özünəməxsus ən qiymətli sərvəti onun doğma dilidir. Xalqımızın dövlət dili türk dilləri ailəsinin cənub-qərb qrupuna ...
ANL
"Kurikulumun öyrənilməsi, tətbiqi və məktəbdə psixoloji xidmətin aktual problemləri" müzakirə olunub. Yanvarın 31-də Naxçıvan MR Təhsil Nazirliyi və Naxçıvan Müəllimlər İnstitutu Şərur Rayon Təhsil Şöbəsi ilə birlikdə rayonun Tumaslı kənd tam orta məktəbində "Kurikulumun öyrənilməsi, tətbiqi və məktəbdə psixoloji xidmə...
ANL
NDU-da "Gənclik və müasirlik" mövzusunda elmi konfrans keçirilib. Naxçıvan Dövlət Universitetində 2 fevral - Gənclər günü münasibəti ilə "Gənclik və müasirlik" mövzusunda elmi konfrans keçirilmişdir. NDU-nun tərbiyə işləri üzrə prorektoru, fəlsəfə elmləri doktoru, professor, əməkdar müəllim Məmməd Rzayev konfransı açar...
ANL
"Elektron təhsil" zamanın tələbidir. Təbiətin, bəlkə də bütün kainatın ən qiymətli sirri insanın düşünmək imkanı əldə etməsidir. İnsanın sinir sisteminin başqa canlıların sinir sistemindən mühüm üstünlüyü düşünmək və dərk etmək üstünlüyüdür. Bu imkanı qazandığı gündən insan bir sıra suallara cavablar axtarmış, müasirlə...
ANL
Fəal təlimin mahiyyəti və məzmunu. Dünya təcrübəsi göstərir ki, fəal (interaktiv) təlim metodu dərsin keyfiyyətini artırmaq məqsədi ilə güclü vasitə ola bilir. Fəal təlim həm məzmunun öyrənilməsinin, həm də tətbiqinin səmərəliliyini artırır və şagirdlərin dərketmə fəaliyyətini daha da inkişaf etdirir. Fəal təlim üsulla...
ANL
Şagirdlər fəallığı ilə seçilirdilər. Tarix humanitar elmlər sırasında mühüm yer tutur. Bu fənnin müasir tələblər səviyyəsində tədrisi dövlətçilik tariximizin vacib ənənələrini yaşadır. Tarix fənnini dərindən öyrənmək, dövlətçilik ruhunda tərbiyə olunmaqla bərabər, şagirdlərimiz həm də dünya tarixinin əsasları ilə yaxın...
ANL
Bu günlərdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində nəfəs və zərb alətləri ifaçılarının ümumşəhər festivalı keçirilib. İstedad və bacarığına, yüksək musiqi duyumuna güvənən musiqiçilər festivalda öz məharətlərini nümayiş etdiriblər. Münsiflər heyətinin qərarına əsasən 17 nəfər gənc ifaçı laureat adını qazanıb. Sonr...
ANL
Şamaxı idmanının fəxri. Bu yaxınlarda bir şad xəbər Şamaxı pedaqoji ictimaiyyəti və idmançılarının sevincinə səbəb oldu. Belə ki, Şamaxı Rayon Təhsil Şöbəsində 40 ilə yaxın bədən tərbiyəsi və idman üzrə metodist vəzifəsində çalışan vətən təəssübkeşli Əhliman Qəhrəmanov Azərbaycan Respublikasının fəxri bədən tərbiyəsi v...
ANL
Quşların nəğməsinə sirdaş, təbiətin fəsillərinə yoldaş olaydım. İnsanlara gərək olaydım. Torpağın sinəsində öz izim qalaydı. Elə haqqında söhbət açmaq istədiyimiz, elmi redaktoru pedaqogika üzrə elmlər doktoru, professor, əməkdar elm xadimi Fərrux Rüstəmov, tərtibçiləri Bəhruz Cabbarlı, Aynur Cabbarlı və Aytən Məmmədov...
ANL
"Sehrbaz qadın" tamaşası maraqla qarşılanıb. A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında dünya uşaq ədəbiyyatının korifeyi, məşhur Fransa yazıçısı S.Perronun eyniadlı nağılı əsasında Ələsgər Qurbanovun səhnələşdirdiyi "Sehrbaz qadın" adlı tamaşanın premyerası olmuşdur. Balaca tamaşaçılar tərəfindən maraqla qarşılana...
ANL
Gənc cüdoçunun uğurları. Uşaqlıqdan idmana böyük həvəsi olan Ayşə valideynlərinin dəstəyi ilə 2005-ci ildə idmanın cüdo bölməsinə yazılıb. Təcrübəli müəllimlərindən cüdo idman növünün sirlərini öyrənən Ayşə 2006-cı ildə ilk uğuruna imza atıb. Belə ki, A.Qurbanova "Bakı open" Bakı çempionatında rəqiblərinə qalib gələrək...
ANL
Uşaq-gənclər idman və şahmat məktəblərinin yetirmələri beynəlxalq və ölkə səviyyəli yarışlarda 654 medal qazanıblar. Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman və şahmat məktəblərinin yetirmələri 2012-ci ildə respublika yarışlarında, Avropa və dünya çempionatlarında, digər beynəlxalq turnirlərdə ...
ANL
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə ümumtəhsil və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında gənc ifaçıların II respublika müsabiqəsinin keçirilməsi barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Mədəni irsimizin qorunub saxlanılmasında, inkişa...
ANL
Başa çatmış "Səmərəli məktəb" layihəsinin hesabatı dinlənildi. Fevralın 8-də Təhsil Nazirliyində "Səmərəli məktəb" layihəsinin başa çatmasına həsr olunmuş hesabat iclası keçirildi. Təhsil Nazirliyinin müvafiq qurumlarının rəhbərlərinin, "Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi" İctimai Birliyinin əməkdaşlarının, layihə...
ANL
"Sabahın alimləri" II respublika müsabiqəsinin qalibləri mükafatlandırıldı. Fevralın 8-də "Kempinski Badamdar" hotelində "Sabahın alimləri" II Respublika müsabiqəsinin açılış mərasimi keçirildi. Azərbaycan Respublikası Təhsil, Gənclər və İdman nazirliklərinin və "Mədəd" təşkilatının birgə təşkilatçılığı ilə keçirilən m...
ANL
Beşyaşlıların məktəb təliminə hazırlanması işinin vəziyyəti və yaxşılaşdırılması istiqamətləri üzrə tədqiqatlar müzakirə olundu. Fevralın 9-da Təhsil Nazirliyində "Beşyaşlıların məktəb təliminə hazırlanması üzrə işin vəziyyəti və yaxşılaşdırılması istiqamətləri" mövzusunda Təhsil Problemləri İnstitutunun əməkdaşları tə...
ANL
Akkreditasiya Şurasının növbəti iclası. Fevralın 13-də Təhsil Nazirliyində Akkreditasiya Şurasının növbəti iclası keçirilib. İclasda Bakı şəhər 225 nömrəli tam orta məktəb, Gəncə şəhər İ.Məmmədov adına 27 nömrəli fizika-riyaziyyat və informatika təmayüllü məktəb-lisey, Mingəçevir şəhər 10 nömrəli tam orta məktəbin akkr...
ANL
"Yeni ixtisasartırma modelinə keçid" mövzusuna həsr olunmuş müşavirə. Fevralın 14-də Təhsil Nazirliyində "Yeni ixtisasartırma modelinə keçid" mövzusuna həsr olunmuş müşavirə keçirilib. Təhsil naziri Misir Mərdanov müasir dünyada ixtisasartırma təhsilinə mühüm əhəmiyyət verildiyini nəzərə çatdıraraq son illər ölkəmizdə ...
ANL
Təhsil Nazirliyində Beynəlxalq fənn olimpiadalarında mükafata layiq görülən şagirdlərlə görüş keçirilib. Məlum olduğu kimi, "Çağ" Öyrətim İşlətmələri Şirkətinin beynəlxalq fənn olimpiadalarında, bilik yarışları və müsabiqələrində iştirak edən şagirdləri hər il fəaliyyət sahəsini daha da genişləndirir, daha çox ölkədə d...
ANL
Sumqayıt Dövlət Universiteti ilə ABŞ universiteti arasında təcrübə mübadiləsinə başlanılıb. Sumqayıt Dövlət Universiteti (SDU) ilə ABŞ-ın Yuta ştatının Yuta Valli Universiteti arasında təcrübə mübadiləsinə başlanılıb. Belə ki, Sumqayıt Dövlət Universitetinin rektoru, professor Nadir Qəhrəmanovun təşəbbüsü ilə ABŞ-ın Yu...
ANL
Naxçıvan Özəl Universiteti ilə daha üç ali təhsil müəssisəsi arasında əməkdaşlıq müqavilələri imzalandı. Bu günlərdə Naxçıvan Özəl Universitetinin bir qrup əməkdaşı Azərbaycan Turizm İnstitutunda, Xəzər və Qafqaz universitetlərində olmuş, hər üç ali təhsil ocağı ilə əməkdaşlıq müqaviləsi imzalamışlar. Müqavilələr unive...
ANL
ADU-nun Polşa universitetləri ilə əlaqələri genişlənir. Fevralın 7-də Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov Polşa Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mikal Labenda ilə görüşdü. Rektor Səməd Seyidov ADU-nun regionşünaslıq və beynəlxalq mün...
ANL
Pedaqoq alimin yaradıcılığına həsr olunmuş tədbir keçirilib. Bu günlərdə Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda tanınmış alim-pedaqoq Allahverdi Eminovun yaradıcılıq fəaliyyətinə həsr olunmuş yığıncaq keçirilmişdir. Yığıncaqda institutun rektoru, professor Asəf Zamanov yaradıcı ziyalıl...
ANL
Respublika rəsm müsabiqəsinin keçirilməsi haqqında. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz tarixi xidmətlərini, o cümlədən xalqımızın müstəqillik arzusunun həyata keçməsində, milli dövlətçilik ideyasının gerçəkləşməsində və müasir A...
ANL
"Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik yubileyinin keçirilməsi haqqında". Azərbaycan Respublikası təhsil nazirinin əmri. Azərbaycan poeziyasının tanınmış nümayəndəsi, parlaq bədii istedada malik söz sənətkarı Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik yubileyinin keçirilməsinə dair Azərbaycan Respublikası Təhs...
ANL
Azərbaycan Respublikası təhsil nazirinin əmri. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 11 fevral tarixli 21 nömrəli qərarını elan edirəm: «AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ. Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerindən m...
ANL
"Sabahın alimləri" II Respublika müsabiqəsinin yekunları haqqında. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Müsabiqə İntel İSEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində təşkil olunmuşdur. Müsabiqənin həmtəşkilatçıları və sponsorları Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, "Mədəd" təşkilatı və İn...
ANL
Məktəblilərin fənn olimpiadalarının yekun turunun keçirilməsi haqqında. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Məktəblilərin fənn olimpiadalarının yekun turunun keçirilməsi məqsədilə. Olimpiadaların yekun turu Azərbaycan dili və ədəbiyyat, Azərbaycan tarixi, riyaziyyat, fizika, kimya, biologiya fənlərindən işti...
ANL
Xocalı soyqırımının iyirmi birinci ildönümünün keçirilməsi barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Xocalı soyqırımının iyirmi birinci ildönümünün təhsil müəssisələrində qeyd olunması məqsədilə. Xocalı soyqırımının iyirmi birinci ildönümünün keçirilməsi ilə əlaqədar Təhsil Nazirliyinin tədbirlər planı təs...
ANL
"Ana dilimizi sevək, sevdirək" mövzusunda respublika müsabiqəsi. Fevralın 18-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Dilimiz varlığımızdır" devizi altında məktəblilər arasında ənənəvi onuncu "Ana dilimizi sevək, sevdirək" mövzusunda respublika müsabiqəsinin yekun mərhələsi keçirildi. 21 fevral - Beynəlxalq ...
ANL
Fəlsəfə doktoru proqramlarının müzakirəsinə həsr olunmuş seminar işə başlayıb. Fevralın 21-də Bakıdakı "Excelsior" hotelində Təhsil Nazirliyi və Bakı Dövlət Universitetinin təşkilatçılığı ilə Boloniya prosesi çərçivəsində həyata keçirilən fəlsəfə doktoru proqramlarının müzakirəsinə həsr olunmuş seminar işə başlayıb. Av...
ANL
Elmi tədqiqatların nəticələrinin müzakirəsinə həsr olunmuş növbəti seminar. Fevralın 16-da Təhsil Nazirliyində Təhsil Problemləri İnstitutunun əməkdaşları tərəfindən aparılan elmi tədqiqatların nəticələrinin müzakirəsinə həsr olunmuş növbəti seminar keçirilib. "İbtidai sinfin bir müəllim və ya fənn müəllimləri tərəfind...
ANL
Beynəlxalq Bakalavriat Proqramı üzrə təhsilin ölkəmizdə gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb. Fevralın 21-də təhsil naziri Misir Mərdanov Beynəlxalq Bakalavriat Təşkilatının Afrika, Avropa və Yaxın Şərq üzrə regional direktoru Adrian Kerney ilə görüşüb. Görüş iştirakçılarını salamlayan təhsil naziri Mis...
ANL
Azərbaycan təhsilinin uğurları. "Beynəlxalq Elm və Mühəndislik Sərgisində qalib gəlmək üçün əlimizdən gələni edəcəyik". IV sinifdən isə Qərb Universiteti nəzdində məktəbdə təhsilini davam etdirib. IX sinifdən akademik Zərifə Əliyeva adına liseydə oxuyur və hazırda bu liseyin XI sinif şagirdidir. Texniki təmayül üzrə tə...
ANL
Faciənin dəhşətləri rəqəmlərin dili ilə. O gecənin səkkiz aylıq şahidi. Mən Xocalı faciəsinin ağrılarını gözündə, ürəyində gəzdirən Salatını Bakıdakı 39 nömrəli orta məktəbdə tapdım. Əslində, o faciədə başıma gələnləri çox sonralar, yəni, səkkizinci sinifdə bilmişəm. Aşağı siniflərdə oxuyanda məktəbimizdə keçirilən təd...
ANL
Veteran məşqçi, beşqat dünya çempionu. Sambo üzrə idman ustası Vahid Hüseynov bütün həyatını idmana bağlamış fədakar bir insandır. Uşaq yaşlarından idmana böyük maraq göstərən V.Hüseynov ilk vaxtlarda məşhur pəhləvanlardan güləşin sirlərini öyrənməyə başlayıb. Qurşaq tutmaq, toy mağarlarında güləşmək, ağır çəki daşları...
ANL
Bu dünyada elə insanlar var ki, ömrü yaşadığı illərlə hesablanır. İnsanlar da var ki, nə qədər, neçə il yaşamağının fərqinə varılmadan gördüyü işlər, unudulmaz, əvəzsiz əməlləri, yazıb yaratdıqları əsərləri, təmənnasız yaxşılıqları ilə həmişə diqqət mərkəzində olur. Məncə bunun özü də böyük bir xoşbəxtlikdir. Belə bir ...
ANL
Musiqi məktəbi 45 illik yubileyinə böyük uğurla gəlib. Ölkəmizdə musiqi təhsilinin və uşaq yaradıcılığının inkişafı daim diqqət mərkəzində saxlanılan sahələrdəndir. Dövlətimizin başçısının istedadlı gənclərin sosial, iqtisadi və digər problemlərinin həlli məqsədi ilə imzaladığı sərəncamlar istedadlı gəncləri daha da hə...
ANL
Təlimçilərin fəaliyyətləri və aparılan işlərin nəticələri müzakirə olundu. Fevralın 20-də Bakıdakı 152 nömrəli tam orta məktəbdə "Öyrədənləri öyrədən" statusu almış təlimçilərin fəaliyyətlərinə nəzarət və aparılan işlərin nəticələrinə dair tədbir keçirildi. Tədbirdə Təhsil Nazirliyinin Kənd rayonları üzrə ümumi təhsil ...
ANL
NDU ilə Cənubi Koreyanın Kimçonq Universiteti arasında tələbə mübadiləsinə başlanıldı. Naxçıvan Dövlət Universiteti ilə Cənubi Koreyanın Kimçonq Universiteti arasında tələbə mübadiləsi başlanıldı. Bu münasibətlə keçirilən tədbirdə universitetin rektoru, akademik İsa Həbibbəyli çıxış edərək Cənubi Koreya ilə ölkələraras...
ANL
Dilimizi sevək və sevdirək! "Ey türk oğulları, bir ovuc torpağımızı dünyanın var-dövlətinə, dilimizin bir sözünü ləl-cavahirata dəyişməyin". Dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il keçirilən Beynəlxalq Ana Dili Günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq...
ANL
Azərbaycan Müəllimlər İnstitutunda Beynəlxalq Ana Dili Gününə həsr olunmuş "dəyirmi masa". Fevralın 20-də Azərbaycan Müəllimlər İnstitutunda (AMİ) professor-müəllim heyətinin və tələbələrin iştirakı ilə Beynəlxalq Ana Dili Gününə həsr olunmuş "dəyirmi masa" keçirildi. Dövlət himni səsləndirildikdən sonra AMİ-nin tərbiy...
ANL
Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin birinci sinif şagirdidir. Ailəsinin şahmata olan marağından sonra Ümidin də bu idman növünə sevgisi yaranmışdır. O, 5 yaşından 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat-Dama Məktəbinə qəbul olaraq, şahmatın sirlərini öyrənməyə başlamışdır. Təcrübəli...
ANL
Həyatda xeyirxah, işdə tələbkar. Ağıl və kamalı ən qiymətli xəzinə hesab edən Xalıq Yahudov otuz ildən yuxarıdır ki, Azərbaycan Texniki Universitetində elmi-pedaqoji fəaliyyətlə məşğul olur. O, XVI əsr məşhur fransız riyaziyyatçısı, fizik və filosofu Blez Paskalın "Elm sənin məsləhətçindir, mülayimlik dostun, ağıl yolg...
ANL
Şamaxı güləş məktəbinin fəxri. Bu günlərdə Şamaxı ictimaiyyətinin, xüsusən idmansevərlərin sevincinə səbəb olan bir hadisə baş vermişdir. Belə ki, şamaxılıların ən sevimli güləşçilərindən biri olan Qüdrət Tacı oğlu Məmmədyarov "Azərbaycan Respublikasının əməkdar məşqçisi" fəxri adına layiq görülmüşdür. Bildiyimiz kimi,...
ANL
Təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Televiziyasının "Günün nəbzi" proqramına müsahibə vermişdir. İyunun 27-də təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Televiziyasının "Günün nəbzi" proqramına müsahibə vermişdir. Televiziya ilə birbaşa yayımlanan müsahibəsində nazir təhsil sisteminin müxtəlif sahələri ilə bağlı a...
ANL
Ali məktəb tələbələrinin bədii yaradıcılıqfestivalının qalibləri mükafatlandırılmışlar. Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə qərarına uyğun olaraq 2013-cü ilin aprel ayında ali məktəb tələbələrinin bədii yaradıcılıq festivalı keçirilmişdir. ...
ANL
Respublika şahmat turnirinə yekun vurulmuşdur. Bu günlərdə Oğuz Olimpiya İdman Kompleksində məktəblilər arasında Silahlı Qüvvələr Gününə həsr olunmuş Respublika şahmat turniri start götürmüşdür. Azərbaycan Respublikası Təhsil Nazirliyi "Təhsil" Respublika İdman Mərkəzinin Oğuz Rayon Təhsil Şöbəsi ilə birgə keçirdiyi tu...
ANL
Alfred Nobelin imtina etdiyi dərman. Nobelçi alim Fərid Muradın kəşfi milyonlarla insanın həyatını xilas etmişdir. XX əsrdə ürək-damar xəstəliklərinin öyrənilməsi və yeni dərman preparatlarının hazırlanması sahəsində bir sıra parlaq elmi kəşflər baş vermişdir. Bu kəşflər sayəsində milyonlarla insanın həyatını xilas etm...
ANL
"Yerin daxili quruluşu" mövzusunda dərs nümunəsi. Fənn: Coğrafiya. Dərsin mövzusu: Yerin daxili quruluşu. Yerin daxili təbəqələri haqqında məlumat vermək. Şagirdlərdə əməkdaşlıq vərdişlərini və düşüncələrini müstəqil şəkildə düzgün ifadə etmək bacarıqlarını inkişaf etdirmək. Metod: Beyin həmləsi, müzakirə, anlayışın çı...
ANL
Təlim prosesində informasiya-kommunikasiya texnologiyalarından istifadə. Müasir təlim metodlarından və İKT-dən istifadə tədris mühitində dəyişiklik etməyə və müəllimlə tələbə arasında, tələbələrin öz aralarında qarşılıqlı əlaqələr qurmağa imkan yaradır. Bu prosesin bütün mərhələlərində problemin və ya hər hansı bir məs...
ANL
"Məktəbimizdə qələbəyə imza atan ilk şagird idim". Müsahibimiz stend atıcılığı üzrə ikiqat olimpiya, altıqat dünya rekordçusu Zemfira Meftaxetdinovadır. 1976-cı ildən SSRİ-nin əməkdar məşqçisi Hafiz Cəfərovun rəhbərliyi altında stend atıcılığı ilə məşğul olmağa başlamışdır. 1984-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəs...
ANL
Naxçıvan Dövlət Universitetində "Elektron Naxçıvan - 8"mövzusunda elmi konfrans keçirilmişdir. Naxçıvan Dövlət Universitetində "Elektron Naxçıvan - 8" mövzusunda elmi konfrans keçirilmişdir. Konfransdan öncə Naxçıvan Dövlət Universiteti Elektron kitabxanasının açılış mərasimi olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali ...
ANL
Ümumtəhsil məktəblərinin məzunlarının qızıl medalla təltifi haqqında. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 yanvar 2010-cu il tarixli 8 nömrəli qərarı ilə təsdiq olunmuş “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif o...
ANL
Ümumtəhsil məktəblərinin məzunlarının gümüş medalla təltifi haqqında. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 yanvar 2010-cu il tarixli 8 nömrəli qərarı ilə təsdiq olunmuş "Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif o...
ANL
Azərbaycan Respublikası təhsil nazirinin əmri. Azərbaycan Respublikasının tədris Azərbaycan, rus, gürcü dillərində aparılan, ləzgi dili və azsaylı xalqların dilləri öyrədilən ümumtəhsil məktəbləri üçün 2013-2014-cü dərs ilinə aid aşağıdakı tədris planları təsdiq edilsin: 1. Ləzgi dili öyrədilən ümumtəhsil məktəblərinin...
ANL
Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu. Azərbaycan Respublikası təhsil nazirinin. əmri ilə təsdiq edilmişdir. Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları (bundan sonra - Qaydalar) "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 19.12-ci maddəsinə əsasən hazırlanm...
ANL
Onlar III ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında bu uğura imza atmışlar. Müsabiqə şərtlərinə əsasən ümumi balı 250-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayanlar (dövlət sifarişli ixtisaslar üzrə ümumi balı 350-dən,...
ANL
Şərəfli ömür yolu. Ömürdən səhifələr: Telman Həmzağa oğlu Cəfərov (Vəlixanlı) 1963-cü ildə Yardımlı rayonunun Vəlixanlı kəndində anadan olmuşdur. Elmə olan həvəsi onu 1988-ci ildə Bakı Slavyan Universitetinin (əvvəlki M.F.Axundov adına APRDƏİ) aspiranturasına gətirmişdir. Aspirantura müddətində əsgəri borcunu yerinə ye...
ANL
İnkişaf Konsepsiyası: ümumi təhsilin perspektivləri. Azərbaycanın gələcək inkişafı məhz təhsillə bağlıdır. Azərbaycan Respublikasının Prezidenti. Müasir Azərbaycanın sosial, iqtisadi, mədəni həyatı durmadan dəyişir, inkişaf edir. Bu dəyişikliklərin mahiyyətini cəmiyyətimizin gələcək uğurlarını təmin edən, onun dünya ar...
ANL
NDU-nun tələbələri Cənubi Koreyanın Kimçonq Universitetində təhsillərini başa vurmuşlar. Naxçıvan Dövlət Universitetində Cənubi Koreyanın Kimçonq Universitetində tələbələrin təhsillərini başa vurmaları münasibətilə tədbir keçirilmişdir. NDU-nun rektoru, biologiya elmləri doktoru, professor Saleh Məhərrəmov çıxış edərək...
ANL
Bakı Slavyan Universitetinin Azərbaycanı xaricdə tanıdan tədris-mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Bakı Slavyan Universitetində Azərbaycanı xaricdə tanıdan tədris-mədəniyyət mərkəzlərinin fəaliyyət göstərməsinə aid tədbir keçirilmişdir. Tədbirdə BSU-nun prorektorları Asif Hacıyev, Sahibə Qafarova və Oktay Səmədo...
ANL
Bu məbədə doğru gedən yolun hər addımında çətinlik var. Addım-addım irəlilədikcə onu hiss edirsən. Amma hər tapdığın, müəyyən etdiyin yeniliyə bağlanırsan. O, səni növbəti addımlara sövq edir. Çəkdiyin əziyyətləri unudursan. Sanki çətinliklər stimullaşdırıcı bir vasitəyə çevrilərək adama rahatlıq gətirir. Elm məbədində...
ANL
Ədəbiyyatdan təlim materiallarının seçilməsinə dair düşüncələrim. Respublikamızda təhsil islahatı uğurla davam etdirilir. Əsas məqsəd dünya təhsil sisteminə inteqrasiya olunmaqdır. İslahat başqa sahələrdə olduğu kimi, təlimin məzmununda da dəqiqləşməni tələb edir. Hazırda bütün fənlər, o cümlədən ədəbiyyatdan kurikulum...
ANL
Vətəndaşların qəbulu qaydalarının təsdiq edilməsi barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" 10 iyun 1997-ci il tarixli Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 1998-ci il tarixli 52 nömrəli Fərmanı ilə təs...
ANL
Təhsil naziri Bağça-Məktəb-Lisey Kompleksində keçirilən "Son zəng" mərasimində iştirak etmişdir. Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov mayın 31-də Bakı şəhərindəki Bağça-Məktəb-Lisey Kompleksində keçirilən "Son zəng" mərasimində iştirak etmişdir. Müəllimlər, şagirdlər, məzunlar və onların valideynlə...
ANL
Məktəbdə kimya həftəliyinin təşkili. Şagirdlərin hər hansı fənnə marağını artırmaq yollarından biri də sinifdənxaric işlərdir. Buna məktəblərdə məzmunlu və səmərəli təşkil olunmuş fənn həftələri də aiddir. Kimya həftələri də digər sinifdənxaric işlər kimi şagirdlərin dünyagörüşünün və dərsləri mənimsəmə səviyyəsini art...
ANL
İtaliyalı qonaqlar Bakı Dövlət Universitetində. Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov İtaliyanın La Sapienza Universitetinin prorektoru Antonello Biagini, Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov və İtaliya Araşdırmalar Mərkəzinin nümayəndə heyəti ilə görüşmüşdür. İtaliyanın elm və təhsil m...
ANL
Tələbələrin yaradıcılıq müsabiqəsinə yekun vurulmuşdur. Lənkəran Dövlət Universitetində 28 May-Respublika Günü münasibətilə "Azərbaycan mənim doğma vətənimdir!" devizi altında tələbələrin yaradıcılıq müsabiqəsi keçirilmişdir. Universitetin rektoru, fizika-riyaziyyat elmləri doktoru, əməkdar elm xadimi, professor Asəf İ...
ANL
İyunun 12-də Azərbaycan Dillər Universitetində Çin Mərkəzinin və "Açıq kitabxana"nın açılış mərasimi keçirilmişdir. Açılışda müxtəlif dövlət və hökumət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, ziyalılar, beynəlxalq təşkilatların, səfirliklərin nümayəndələri iştirak etmişlər. Tədbir qədim Çinin milli ənən...
ANL
Belarusun xarici işlər naziri Bakı Slavyan Universitetində olmuşdur. İyunun 10-da Belarusun xarici işlər naziri Vladimir Makey BSU-nun qonağı olmuşdur. BSU-da fəaliyyət göstərən Belarus Dili və Mədəniyyəti Mərkəzində baş tutan görüşdə bu ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Nikolay Patskeviç, A...
ANL
Çinin Minzu Universiteti BDU ilə əməkdaşlıqda maraqlıdır. İyunun 10-da Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Çinin Minzu Universitetinin prorektoru Song Minin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Akademik Abel Məhərrəmov nümayəndə heyətinə BDU haqqında məlumat vermişdir. Çinin Minzu...
ANL
Kimya üzrə iki dəfə Nobel mükafatı laureatı. Dünya elmi tarixində yalnız 4 alim parlaq elmi kəşflərinə görə iki dəfə Nobel mükafatına layiq görülmüşdür. Onların arasında hazırda yaşayan yeganə alim, ingilis biokimyaçısı 95 yaşlı Frederik Senger yeni elmi istiqamətin əsasını qoymaqla kimya elmində etdiyi kəşfləri ilə tə...
ANL
"Gərgin məşqlərim, çəkdiyim zəhmət səmərəsiz qalmadı". XXX Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Emin Əhmədovla söhbət. Emin Əhmədovun yunan-Roma güləşi üzrə idman göstəriciləri: 2001-ci ildə İranda yeniyetmələr arasında keçirilən beynəlxalq turnirdə 42 kq çəki dərəcəsində bürünc medal;. XXX London Yay Olimpiya O...
ANL
Universitet - iş dünyası əməkdaşlığına dair beynəlxalq konfrans. İyunun 7-də Qafqaz Universitetində bu ali təhsil müəssisəsinin və Türkiyənin Fatih Universitetinin birgə təşkilatçılığı ilə "Universitet - iş dünyası əməkdaşlığı" mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Konfransda Azərbaycandan dövlət və özəl sektor...
ANL
Coğrafiya fənni və şagirdlərin vətənpərvərlik tərbiyəsi. Orta məktəblərdə tədris olunan elmlər içərisində coğrafiya fənninin öz yeri, öz xüsusiyyətləri var. Şagirdlərin dünyagörüşünün formalaşmasında, onların vətənpərvərlik ruhunda tərbiyə olunmalarında bu fənnin rolu çox böyükdür. Belə ki, hələ XX əsrin əvvəllərində A...
ANL
"Ağıllı lövhə" proqramı üzrə kursdan keçən müəllimlərə sertifikatlar verilmişdir. Naxçıvan Müəllimlər İnstitutunda mayın 11-də "Ağıllı lövhə" proqramı üzrə Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərində işləyən bir qrup müəllim üçün 60 saatlıq əyani-qiyabi kurs təşkil edilmişdir. Elektron lövhənin geniş imkan...
ANL
Bizim qürur yerimiz. Azərbaycan Dövlət Pedaqoji Universitetinin şəhid tələbələri. Böyük türk şairi və mütəfəkkiri Tofiq Fikrətin bütün türk dünyası üçün aforizmə çevrilmiş bu misrası Yer üzündə yaşayan 200 milyondan çox türk övladlarına hərbi çağırışdır, vətənpərvərlik marşıdır. Doğma Azərbaycanımızın zorla Qarabağ müh...
ANL
İki cəbhənin veteranı. O, şagirdlərini vətənpərvərlik ruhunda tərbiyə edirdi. Böyük Vətən müharibəsində qazandığımız tarixi qələbədən bizi 68 il ayırır. Dünyanın faşizm taunundan xilas olunmasında, müxtəlif cəbhələrdə düşmənə sarsıdıcı zərbələr endirilməsində Azərbaycanın şərəfli döyüş yolu keçmiş oğul və qızlarının da...
ANL
Ali təhsil sistemində yeni texnologiyalar və elmmetrik meyarlar. "Azərbaycan 2020: gələcəyə baxış" inkişaf konsepsiyasının hədəflərinin formalaşmasında əsas prioritetlər innovasiya cəmiyyətinin yeni mərhələsinin-biliyin generasiyası, yayımı və istifadəsi əsasında qurulmuş iqtisadiyyatın formalaşmasına yönəldilmişdir. U...
ANL
Bayrağımızı yüksəklərə qaldıran Azərbaycan gənci. Naxçıvan Müəllimlər İnstitutunun tələbəsi beynəlxalq türk dili olimpiadasında qızıl və gümüş medal qazanmışdır. Müstəqil fəaliyyətinin 10 illiyini qeyd etməyə hazırlaşdığımız Naxçıvan Müəllimlər İnstitutu son dövrlərdə bir sıra uğurlara imza atmışdır. İstər tədrisin key...
ANL
İyunun 18-də Hollandiyanın Yeni Avropa Universitetinin rektoru, professor E.Didyen Bakı Slavyan Universitetinin qonağı olmuşdur. Qonaq universitetlə tanışlıq çərçivəsində muzey, müasir standartlara uyğun yenidən qurulmuş kitabxanada olmuş, xarici ölkələrin BSU-da fəaliyyət göstərən tədris-mədəniyyət mərkəzlərini gəzmiş...
ANL
Yaponiyalı tədqiqatçı Bakı Dövlət Universitetində olub. İyunun 27-də Yaponiyanın Torpaq və Nəqliyyat Nazirliyinin turizm komitəsinin üzvü, "Kuşiro Şimbun" jurnalının müşaviri İtaru İşi Bakı Dövlət Universitetində olub. Rektor, akademik Abel Məhərrəmovla görüşən qonaq səfərinin məqsədi haqqında danışıb. Bildirib ki, ilk...
ANL
Argentinanın Plata Universitetində Azərbaycan tədqiqatlar kafedrası fəaliyyət göstərir. İyunun 21-də Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov Argentinanın Plata Universitetinin Beynəlxalq Əlaqələr İnstitutunun tərkibində Avrasiya proqramının və Plata Universitetində Az...
ANL
Türkiyəli qonaqlar Naxçıvan Dövlət Universitetində. Türkiyə Cümhuriyyəti universitetlərinin təmsilçilərindən ibarət heyət Naxçıvan Muxtar Respublikasına səfər çərçivəsində Naxçıvan Dövlət Universitetində də olmuşdur. Universitetin rektoru, biologiya elmləri doktoru Saleh Məhərrəmov qonaqları salamlayaraq Azərbaycan - T...
ANL
"Məqsədim ikiqat olimpiya çempionu adını qazanmaqdır". Müsahibimiz London Yay Olimpiya Oyunlarının 20 yaşlı qızıl medalçısı, "Şöhrət" ordenli güləşçimiz Toğrul Əsgərovdur. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin XXX London Yay Olimpiya Oyunlarında iştirak etmiş idmanç...
ANL
Beynəlxalq Mendeleyev Olimpiadasının gümüş medalçısı. Bu yaxınlarda Özbəkistanın Daşkənd şəhərində kimya fənni üzrə 47-ci Beynəlxalq Mendeleyev Olimpiadası keçirilmişdir. Olimpiadada müxtəlif ölkələrdən - Azərbaycan, Belarus, Bolqarıstan, Macarıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Makedoniya, Moldova, Rusiya, Türkməni...
ANL
İnternetdən faydalı istifadə etmək lazımdır. Müasir dövrdə müstəqil Azərbaycan öz tarixinin hərtərəfli inkişafı dövrünü keçirir. Bütün bunlar ulu öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş inkişaf strategiyasının nəticəsidir. Bu strategiya hörmətli Prezidentimiz İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Ö...
ANL
Respublika ifa müsabiqəsinin keçirilməsi barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Ümumtəhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri arasında 28 may - Respublika gününə həsr olunmuş vətənpərvərlik mövzusunda ifa üzrə respublika müsabiqəsi keçirilsin. Müsabiqənin əsasnaməsi, təşkilat komitəs...
ANL
"Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələri üzrə Təşkilat Komitəsinin iclası. Fevralın 27-də Təhsil Nazirliyində "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələri üzrə Təşkilat Komitəsinin iclası keçirilib. İclasda təhsil naziri, "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" mü...
ANL
Təhsil Nazirliyində xaricdə təhsilə dair Məlumat İdarəetmə Sisteminin və yeni veb-saytın təqdimatı keçirildi. Fevralın 22-də Təhsil Nazirliyində "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"na dair Məlumat İdarəetmə Sisteminin və yeni veb-saytın (www.xaricdetehsil.edu.gov.a...
ANL
Təhsil naziri VMA üzvləri ilə görüşdü. Fevralın 23-də Təhsil Nazirliyində Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının (AMVMA) üzvləri ilə görüş keçirildi. Tədbiri giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov görüşün əsas məqsədinin valideynlərin tədris prosesinə cəlb edilməsindən və məktəblərin idarə edilməs...
ANL
Təhsil Nazirliyində görüş. Fevralın 25-də təhsil naziri Misir Mərdanov Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycan ofisinin rezident nümayəndəsi Kim Eun-Sukun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Təhsil naziri Misir Mərdanov Azərbaycanla Koreya arasında mövcud olan əlaqələrdən və birgə əməkda...
ANL
Böyük mütəfəkkirə ehtiram. Böyük demokrat yazıçı, görkəmli dramaturq Cəlil Məmmədquluzadənin doğum günü Naxçıvan Dövlət Universitetinin çoxsaylı kollektivi tərəfindən ənənəvi olaraq bu il də qeyd olundu. Bu münasibətlə universitet rektorluğu, professor-müəllim heyətinin və tələbələrin bir qrupu Azərbaycan xalqının ümum...
ANL
"Müəllimlərin distant əlavə təhsili" və "Azərbaycan təhsil sistemində elektron sənəd dövriyyəsi" layihələrinin təqdimatı olub. Fevralın 28-də Təhsil Nazirliyində Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycan ofisinin rezident nümayəndəsi Kim Eun-Sukun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib...
ANL