text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Sumqayıtda şəhər məktəblilərinin elmi-praktik konfransı keçirildi. Fevralın 25-də Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə şəhərin icra hakimiyyətinin akt zalında ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibəti ilə "Azərbaycanın dövlətçilik tarixi" mövzusunda elmi-praktik konfrans ... | ANL |
Azərbaycan təhsilinin uğurları. Beynəlxalq fənn olimpiadalarının qalibləri. Təhsil ictimaiyyətimizi hər il beynəlxalq fənn olimpiadalarındakı qələbələri ilə sevindirən "Çağ" Öyrətim İşlətmələri Şirkəti Azərbaycan - Türkiyə özəl liseylərinin şagirdləri ötən ilin dekabrı və bu ilin yanvarında növbəti uğurlara imza atmışl... | ANL |
BDU-da Xocalı faciəsinin qurbanları anılıb. Fevralın 25-də Bakı Dövlət Universitetində Xocalı faciəsinin 21-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, akademik Abel Məhərrəmov ən qəddar və amansız terror hadisələrindən biri olan Xocalı soyqırımı haqqında danışıb. Bil... | ANL |
"Google SketchUp qrafik redaktorunda hazırlanmış ən yaxşı üçölçülü model" adlı müsabiqə keçirildi. Google SketchUp proqramı obyektlərin üçölçülü modellərini yaratmaq üçün nəzərdə tutulan müasir proqramlardandır. Autodesk Maya, 3D Max, AutoCAD kimi mükəmməl və mürəkkəb proqramlarda işləmək üçün Google SketchUp proqramı ... | ANL |
Türk dərslikləri və kurikulum əsaslı Azərbaycan dili dərslikləri. Son zamanlar ölkəmizin media qurumlarında ümumtəhsil məktəblərimizdə istifadədə olan dərsliklər ciddi müzakirə olunur. Təhsil sistemimizdə 2008-ci ildən başlayaraq ibtidai siniflərdə həyata keçirilən fənn kurikulumları əsasında yazılmış dərsliklərin yeni... | ANL |
İrəvan Pedaqoji İnstitutu Azərbaycan bölməsinin acı taleyi. Azərbaycan elmi-pedaqoji fikir sferasında İrəvan Pedaqoji Texnikumu və İrəvan Pedaqoji İnstitutunun öz yeri vardır. Onlar haqqında ədəbiyyatda az yazılsa da bu təhsil ocaqları tariximizdə müəyyən izlər qoymuşdur. Azərbaycan elminin və təhsilinin inkişafında bu... | ANL |
Kvant saatları zəlzələnin qarşısını ala bilər. 69 yaşlı fransalı nobelçi alimin kəşfi bundan xəbər verir. 2012-ci ilin oktyabrında Nobel mükafatı komitəsi dünyanın ali elm mükafatına layiq görülmüş tədqiqatçı alimlərin adlarını açıqlayanda Fransanın fizika sahəsində ən görkəmli alimlərindən olan Serj Aroşun sevincinin ... | ANL |
Distant təhsil məsafələri qısaldır. Ölkəmizdə "İnformasiya-kommunikasiya texnologiyaları ili" çərçivəsində İKT-nin təhsilə tətbiqi istiqamətində işlər davam etdirilir. Distant təhsilin inkişaf etdirilməsi və sağlamlıq imkanları məhdud olan uşaqların təhsil imkanlarının artırılması məqsədilə həyata keçirilən işlər xüsus... | ANL |
Heç təsadüfi deyildir ki, hələ XV əsrdə Azərbaycanı birləşdirib qüvvətli bir dövlət yaratmış, Azərbaycan dilini də dövlət dili elan etmiş Şah İsmayıl Xətai zamanından başlayaraq Azərbaycan dilinin nüfuz dairəsi artmış, rəsmi dillər sırasında xüsusi yer tutmuş və inkişaf etmişdir. Həm Şah İsmayıl Xətai, həm də onun müas... | ANL |
Sərgidə tələbələrin əl işləri nümayiş olunub. Bəşər tarixinin ən qanlı faciəsi olan Xocalı soyqırımı Gəncə Humanitar Kollecində də yad edildi. Kollecin akt zalında "Təsviri incəsənət və rəsmxət" ixtisası üzrə təhsil alan tələbələrin Xocalı soyqırımına həsr olunmuş əl işlərindən ibarət sərgisi təşkil olundu. Sərgini sey... | ANL |
İnternetdən faydalı istifadə etmək lazımdır. Müasir dövrdə müstəqil Azərbaycan öz tarixinin hərtərəfli inkişafı dövrünü keçirir. Bütün bunlar ulu öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş inkişaf strategiyasının nəticəsidir. Bu strategiya hörmətli Prezidentimiz İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Ö... | ANL |
İnformatikadan fəal dərs. Artıq beşinci ildir ki, ölkəmizin ümumi təhsil sistemində yeni fənn kurikulumları tətbiq olunur. Bu müddət ərzində fənn kurikulumlarında öz əksini tapmış yeni təlim standartlarının reallaşdırılması, qiymətləndirmə sisteminin tətbiqi, yeni təlim strategiyalarından istifadə sahəsində xeyli müsbə... | ANL |
Ölməzlər haqqında "ölməzlik" dastanı. Azadlıq uğrunda ölüm şərəfli və gözəldir. Şəhidlər öz ölümsüzlükləri ilə ölümə qalib gəlir, ölümü də gözəlləşdirir və mənalı edir. Əsərlərin ən gözəli vətən, xalq və azadlıq uğrunda vuruşanlara, mücadilə aparanlara və bu yolda şəhidlik zirvəsi fəth edənlərə həsr olunmuş əsərlərdir.... | ANL |
Akademik İsa Həbibbəylinin məqaləsi Kimçonq Universitetinin "Elmi əsərlər" jurnalında çap olunub. Naxçıvan Dövlət Universiteti ilə Cənubi Koreyanın Kimçonq Universiteti arasında elm, təhsil və yeni texnologiyanın tətbiqi istiqamətində geniş əlaqələr mövcuddur. Bu günlərdə Kimçonq Universitetinin "Elmi əsərlər" jurnalı ... | ANL |
Bakı şəhəri 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər (İOEUG) Şahmat-Dama İdman Məktəbinin yetirmələri həm beynəlxalq, həm də ölkə miqyasında keçirilən yarışlarda iştirak edərək yeni uğurlara imza atmaqda davam edirlər. Festivalda 10 yaşlı oğlanlar arasında şahmat məktəbinin yetirməsi Məhəmməd Mura... | ANL |
Azərbaycan təhsilinin uğurları. İntel Beynəlxalq Elm və Mühəndislik Sərgisinin mükafatçıları olan əkiz qardaşlar. Əkizlər Yaradanın bir möcüzəsidir. Əkiz övladların valideyni olmaq isə həm də Tanrı tərəfindən mükafatlandırılmaq deməkdir. Akademik Zərifə Əliyeva adına liseyin 11-ci sinif şagirdləri Elxanla Orxanı analar... | ANL |
8 mart Beynəlxalq Qadınlar günüdür. Bu gün yer üzünün əşrəfi olan qadınların bayramıdır. Xanım müəllimlərimizin bayram təəssüratları. Ölkəmizə bahar gəlir. Güllü-çiçəkli, yaşıl örtüklü, həyat eşqi ilə dolu, yeni-yeni arzulara qol-qanad verən bahar. Baharın gəlişinin bir özəlliyi də özü ilə xalqımızın sevimli bayramları... | ANL |
"Azərbaycan qadını və cəmiyyət" mövzusunda konfrans. Martın 4-də Qafqaz Universitetində 8 mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş "Azərbaycan qadını və cəmiyyət" mövzusunda respublika konfransı keçirildi. Öncə Qafqaz Universitetinin fəaliyyətindən bəhs edən videoçarx nümayiş olundu. Konfransı Qafqaz Universiteti... | ANL |
İki universitet arasında növbəti onlayn bağlantı. Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Riçard Morninqstarın Naxçıvana səfəri çərçivəsində əldə olunan razılığa əsasən hər həftə Naxçıvan Dövlət Universiteti ilə Azərbaycan Dillər Universiteti arasında Amerikanın tarixinə, mədəniyyətinə, milli mənəvi dəyərlə... | ANL |
ADU-da "Milli-mədəni irsimizi qoruyaq" adlı altıncı əl işləri sərgisi. Azərbaycan Dillər Universitetinin İnformasiya Resurs Kompleksində Folklor mərkəzinin müdiri Rəna Salehovanın təşkilatçılığı ilə "Milli-mədəni irsimizi qoruyaq" adlı ənənəvi əl işləri sərgisi keçirildi. Sərgidə Zəngilan orta məktəbinin şagirdlərinin,... | ANL |
Monitorinqdə vergül maniyası. TQDK-nın dərsliklərin monitorinqi üzrə ekspert şurası artıq 1, 2, 4-cü sinif dərsliklərinin son müzakirəsini keçirmiş və bir sıra dərsliklərin qüsurlu olduğu haqda yekun rəy vermişdir. "Azərbaycan dili" dərslikləri də adları açıqlanmayan ekspertlər tərəfindən qüsurlu sayılmışdır. Qüsursuz ... | ANL |
İntriqa mərəzi, yoxsa ekspert qərəzi? Bu günlər ölkənin gündəmini təkcə siyasət fantaziyaları məşğul etmir. Arada şou əhlinin duzsuz söhbətləri də bu fantaziyalara "rəng" qatır. Pis odur ki, indi təhsil adamlarının dərslik mübahisələri də cəmiyyətə təxminən bu havada təqdim olunur. Cida çuvaldan çıxarılıb və ölkənin ey... | ANL |
Təhsildə fəlakət riskinin azaldılmasına həsr edilmiş beynəlxalq seminar. Təhsil sahəsində aparılan məqsədyönlü islahatlar daim innovasiyaların tətbiqinə, müasir təlim texnologiyalarının reallaşdırılmasına və təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Ölkəmizin dinamik inkişafı təhsil ocaqları qarşısında da müh... | ANL |
AMİ-də elmi-praktik seminar. Martın 1-də Azərbaycan Müəllimlər İnstitutunda 1 mart - Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş elmi-praktik seminar keçirildi. Tədbiri giriş sözü ilə açan institutun tədris işləri üzrə prorektoru, dosent Razim Məmmədov bildirdi ki, müasir dövrdə insanların təhlükəsizliyinin təminatı ço... | ANL |
Şərəfli ömür yolu. Qadınların cəmiyyətin inkişafında əməyi danılmazdır. Hansı sahəyə baxırsan, orada qadın əməyini, qadın zəhmətini görürsən. Mən də sizlərə belə qadınlardan biri haqqında danışmaq istəyirəm. Sədaqət Səmədova əslən Masallıdan olsa da, çoxları onu Astaralı kimi tanıyır. Özü söhbətlərinin birində deyirdi ... | ANL |
Gəncənin ziyalı xanımı. Yaxşı işlərdən, xeyirxah əməllərdən yazmaq neçə də xoşdur. Amma hər dəfə Sevda xanım haqqında yazmaq istəyəndə özümdə dərin məsuliyyət hiss edir, ehtiyatlanırdım. Ehtiyatlanırdım ki, gördüyü işin fövqündə gənc olmasına baxmayaraq ona layiq sözlər tapmaqda çətinlik çəkim, onu necə varsa təqdim et... | ANL |
Görkəmli müəllim, əziz insan xatirələr işığında. Həyatda elə insanlar var ki, onları bizdən vaxt uzaqlaşdırandan sonra məhz onlarla bir yerdə olduğumuza görə "nə xoşbəxt imişik o zaman, Allah" deyə etiraf edirik, həmin əlçatmaz günlərin həsrətini çəkirik. Bir də yanımıza qayıtmayacağını bilsək də, məşhur mahnıda deyild... | ANL |
Mən körpələrlə nəfəs alıram. Uşaqlarla, özü də bağça uşaqları ilə işləmək müəllimdən ikiqat səbr, hövsələ tələb edir. Amma mən uşaqlarla işləməkdən yorulmuram, bezmirəm. Uşaqlara o qədər bağlıyam, onları o qədər sevirəm ki, gündə neçə dəfə qrupları yoxlayıram. Bağçamızdakı bütün uşaqların adını əzbər bilirəm, hamısını ... | ANL |
Gənc nəslin estetik tərbiyəsində musiqinin rolu. Məlum olduğu kimi, şəxsiyyətin hərtərəfli inkişafı mürəkkəb bir prosesdir. Şəxsiyyətin bütövlüyü onun müntəzəm inkişafının nəticəsidir. Şəxsiyyət bütövlüyü yaradıcılığa, bədii surətdə özünütəsdiqə meyildə təzahür edir. Estetik tərbiyə ümumi tərbiyənin tərkib hissəsi kimi... | ANL |
Yeni təlim üsulları zamanın tələbidir. Bu ifadə artıq sinif otağına daxil olan hər müəllimi düşündürür. Bu günün müəllimi sinifdə canlanma yaratmaq, şagirdlərdə təlim marağını gücləndirmək üçün daim axtarışdadır. Çünki hər dərs bir tarixdir. Və bu dərslər yaxşı mənada şagirdlərin həyatında öz izini qoymaqla, onların tə... | ANL |
Ana dilimizi şagirdlərə sevdirirəm. Azərbaycan dili və ədəbiyyat müəllimlərindən ana dilimizi bir varlıq qədər sevdirmək, onun zərif və incə bir dil olduğunu şagirdlərə anlatmaq böyük məsuliyyət tələb edir. Hər yeni mövzu keçəndə dilin daxili aləmini, toxunulmazlığını, möcüzəsini şagirdlərimə faktlarla başa salmağa çal... | ANL |
Naxçıvan Dövlət Universitetində voleybol yarışı. Naxçıvan Dövlət Universitetində 5 mart - Bədən tərbiyəsi və idman gününə həsr olunmuş tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, akademik İsa Həbibbəyli Azərbaycanın qədim idman tarixindən, ölkədə idmanın inkişafına göstərilən diqqət və qayğıdan... | ANL |
Hər dəfə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə daxil olanda ayrı-ayrı auditoriyalardan eşidilən musiqi əsərlərinin sehrinə düşürsən. Bu sehrli aləmi bütün əzəməti ilə öz yetirmələrinə çatdıran, gənc, istedadlı ifaçılarımızı peşəkər musiqi həyatına, nüfuzlu beynəlxalq müsabiqələrə hazırlayanlar isə bizim müəllimlər... | ANL |
Yan Amos Komenskinin pedaqoji irsinin Azərbaycanda yayılması. Görkəmli ictimai xadim, humanist filosof, dilçi, tarixçi, dünya pedaqogikasının korifeyi Yan Amos Komenski xələflərinə qiymətli irs qoymuş və orijinal pedaqoji nəzəriyyələri ilə zəmanəsindəki pedaqoji görüşlərdə köklü dəyişikliklər əmələ gətirmişdir. Avropa ... | ANL |
276 nömrəli məktəbdə Beynəlxalq Mülki Müdafiə Günü qeyd edildi. Martın 1-də paytaxtın Binəqədi rayonunda yerləşən 276 nömrəli tam orta məktəbdə Beynəlxalq Mülki Müdafiə gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə məktəbin müəllim-şagird kollektivi ilə yanaşı Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsal İ... | ANL |
"Mülki müdafiə və əhalinin fəlakət riskinin qarşısının alınmasına hazırlanması" mövzusunda tədbir. Bakıdakı 170 nömrəli tam orta məktəbdə "Mülki müdafiə və əhalinin fəlakət riskinin qarşısının alınmasına hazırlanması" mövzusunda tədbir keçirilib. Tədbirə başlamazdan əvvəl məktəbin foyesində mülki müdafiəyə aid təşkil o... | ANL |
Əlimərdan bəy Topçubaşovun 150 illik yubileyinin keçirilməsi haqqında. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Azərbaycan Xalq Cümhuriyyətinin təşəkkül tapmasında, onun beynəlxalq aləmin subyekti olaraq dünya dövlətləri tərəfindən tanınması və diplomatik münasibətlərin qurulmasında böyük xidmətlər göstərmiş görk... | ANL |
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə ali təhsil müəssisələrinin tələbələri arasında musiqi ifaçılarının müsabiqəsinin keçirilməsi barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Mədəni irsimizin qorunub saxlanılmasında, inkişaf etdirilməsində, onun geniş təbliğində, dün... | ANL |
İlk peşə-ixtisas təhsili müəssisələrində ixtisas və fənn proqramları üzrə imtahanların təşkilinin və istehsalat təcrübəsinə hazırlıq vəziyyətinin monitorinqi barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Monitorinq keçirilən təhsil müəssisələrində imtahanlar ümumilikdə "Peşə məktəbi və peşə liseylərində imtaha... | ANL |
Təhsil naziri müsabiqə üzrə fənn komissiyalarının üzvləri ilə görüşüb. Martın 9-da təhsil naziri Misir Mərdanov "Ən yaxşı müəllim" müsabiqəsi üzrə fənn komissiyalarının üzvləri ilə görüşdü. Görüş iştirakçılarını salamlayan nazir qarşıdan gələn Novruz bayramı münasibəti ilə onları təbrik etdi. Əvvəlki illərdə keçirilən ... | ANL |
"Biz Heydər Əliyev irsindən öyrənirik" mövzusunda elmi konfrans. Naxçıvan Dövlət Universitetində "Biz Heydər Əliyev irsindən öyrənirik" mövzusunda elmi konfrans keçirildi. Universitetin gənclər təşkilatının və magistratura üzrə dekanlığının birgə təşkil etdiyi konfransı giriş sözü ilə açan rektor, akademik İsa Həbibbəy... | ANL |
ADU-da "Ağacəkmə günü" adlı Çin milli bayramı keçirildi. Martın 12-də Azərbaycan Dillər Universitetində (ADU) Çin dili və mədəniyyəti mərkəzinin təşkilatçılığı ilə Çinin "Ağacəkmə günü" adlı milli bayramına həsr olunmuş tədbir keçirildi. Tədbir Çində kütləvi ağacəkmə təşəbbüsünə qatılmış görkəmli Çin inqilabçısı Sun Ya... | ANL |
Beynəlxalq turnirin qalibi. İdmançılarımız parlaq qələbələri ilə hamımızı sevindirir və ölkəmizi beynəlxalq turnirlərdə layiqli təmsil edirlər. Belə idmançılarımızdan biri də Anar Kərimlidir. Bu yaxınlarda redaksiyamızın qonağı olan Anar əldə etdiyi yeni qələbəsi haqqında danışdı. Bildirdi ki, 2013-cü il fevralın 2-də ... | ANL |
Tanınmış alim, şairlə görüş. Fevralın 28-də Şuşa şəhər 12 nömrəli tam orta məktəbdə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, fizika-riyaziyyat elmləri doktoru, professor, şair Hamlet İsaxanlı ilə görüş keçirilib. Tanınmış alim və şairlə görüşdə məktəbin müəllim və şagirdləri ilə bərabə... | ANL |
Amerikalı nobelçi alim ətraf aləmin dərk olunması mexanizmini açıb. Uzun illər ərzində insan hüceyrələrinin ətraf aləmi necə hiss etməsi bir tapmaca olaraq qalıb. Alimlər bu suala cavab axtarıblar. Ötən əsrin əvvəllərində elmin müxtəlif sahələrində parlaq elmi kəşflərin baş verdiyi dövrdə bu məsələ də zaman-zaman gündə... | ANL |
Təhsilin informatlaşması pedaqoji elmin yeni sahəsidir. İnformasiya cəmiyyətinin inkişafı təhsil sisteminə ciddi təsir göstərir. Bu səbəbdən informasiya cəmiyyətinin texnologiyaları təhsildə geniş tətbiq edilir. Bu proses təhsilin informatlaşması istiqamətində silsilə layihələrin reallaşmasını tələb edir. Bu tip layihə... | ANL |
Mənim qayğıkeş müəllimim. Dünyaca məşhur fransız yazarı Viktor Hüqo deyirdi ki, əməllərimiz bizi göylərə də ucalda bilər, dərin uçurumun dibinə də ata bilər. Biz öz əməllərimizin övladlarıyıq. Böyük alim, filologiya elmləri doktoru, professor və mənim elmi rəhbərim Kamran İmran oğlu Əliyev məhz öz xeyirxah əməllərinin ... | ANL |
Tələbə rəssamın fərdi sərgisi. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında" müvafiq sərəncamı və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2013-cü ili "Heydər Əliyev ili" elan etməsi ilə bağlı olaraq Naxçıvan Müəllimlər İnstitutunda silsilə tə... | ANL |
A.S.Makarenko və Azərbaycan. Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələrin bir sıra idarə və elmi-pedaqoji müəssisələrində, elmi-tədqiqat institutları və universitetlərində bu unudulmaz pedaqoqun anadan olmasının 125 illik yubileyi qeyd edilir. Moskva şəhərində xüsusi elmi-pedaqoji konfranslar və digər tədbirlər hə... | ANL |
Martın 12-də paytaxtın Xətai rayonunda yerləşən 171 nömrəli tam orta məktəbdə "Narkomaniya əsrin bəlası" mövzusunda "Ağ ölümə yox deyək" devizi altında tədbir keçirildi. Tədbirdə məktəbin müəllim-şagird kollektivi ilə yanaşı, Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Xeyrulla Hüseynli, Xətai Rayon Polis İdarəsini... | ANL |
Novruz xalqımızın qədim və milli bayramıdır. Novruz bizim ən qədim milli bayramımızdır. Xalqımız çoxəsrlik tarixində böyük sınaqlardan keçibdir. Tariximizin ağır, çətin dövrləri olubdur. İnsanlar ağır günlər, çətin illər yaşayıblar. Ancaq bunlara baxmayaraq, Novruz bayramını heç kəs heç vaxt unutmayıbdır. Əksinə Novruz... | ANL |
Xalqımızın ən gözəl milli bayramı - Novruz bayramının artıq üçünçü çərşənbəsini də yola salmışıq. Novruz bayramı haqqında nə bilirik? Novruz bayramı xalq arasında təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Novruzun gəlişi ilə təbiətin, həyatın oyanması başlanır. Bu fikrin təsdiqinə Firdovsinin, Rudakinin, Avitse... | ANL |
Naxçıvan Dövlət Universitetində Novruz şənliyi. Naxçıvan Dövlət Universitetinin sosial idarəetmə və hüquq fakültəsində yazın gəlişini simvolizə edən qədim xalq bayramı - Novruz qeyd edildi. Bayram tədbirində universitetin Cənubi Koreyadan, Gürcüstandan olan tələbələri də iştirak edirdi. Mərasimdə iştirak edən ali məktə... | ANL |
Azərbaycan Müəllimlər İnstitutunda bayram tədbiri. Martın 14-də Azərbaycan Müəllimlər İnstitutunda (AMİ) Novruz bayramı münasibətilə AMİ Tələbə Gənclər Təşkilatı və Nərimanov rayonu Gənclər və İdman İdarəsi ilə birgə bayram tədbiri keçirildi. İlk növbədə, Azərbaycan Müəllimlər İnstitutunun rektoru, Milli Məclisin deput... | ANL |
Azərbaycan təhsilinin uğurları. Dünya Kimya Olimpiadasının bir bürünc, iki qızıl mükafatçısı. Respublikamız müstəqillik qazandıqdan sonra bir çox sahələrdə olduğu kimi, təhsil və elm sahəsində də sürətli inkişaf getmişdir. Bu inkişafın nəticəsində istedadlı gənclərimiz ölkəmizi beynəlxalq arenalarda uğurla təmsil edərə... | ANL |
Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdi daha bir uğura imza atdı. Martın 3-4-də Belçikada keçirilən gənc skripkaçıların V "Bravo" Beynəlxalq müsabiqəsində Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin IX sinif şagirdi Aytən İbrahimova I yerə layiq görülərək laureat adını qazanmışdır. Bu, Aytən İbrahimovanın b... | ANL |
Kənd məktəbində əməkdar müəllimə həsr edilmiş kitabın təqdimatı. Lənkəran rayonunun Osakücə kənd tam orta məktəbində Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, yazıçı-jurnalist Hacı Etibar Əhədovun respublikanın əməkdar müəllimi Hacı Hacırza Kişiyevə həsr etdiyi "Şərəfli ömür yolu" kitabının təqdimatı keç... | ANL |
Azərbaycan təhsilinin uğurları. Beynəlxalq riyaziyyat olimpiadalarının 3 qızıl, 1 gümüş və 1 bürünc mükafatçısı. İlk təhsilini Mingəçevir şəhər 9 nömrəli tam orta məktəbində alıb. Elə həmin il liseyin fənn olimpiadalarına hazırlıq qrupuna seçilən Cəfər 2004-2007-ci illərdə riyaziyyat üzrə respublika və beynəlxalq fənn ... | ANL |
Muğam aləmi" Üçüncü Beynəlxalq Muğam Festivalı başa çatdı. Məlum olduğu kimi, bu il martın 9-dan 19-dək Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə ölkəmizdə "Muğam aləmi" Üçüncü Beynəlxalq Muğam Festivalı keçirilmişdir. Festivalın açılış məra... | ANL |
Beynəlxalq müsabiqələr qalibi. Azərbaycan dövlətinin və Heydər Əliyev Fondunun dəstəyi ilə milli musiqimizin inkişafı istiqamətində həyata keçirilən müxtəlif layihələr uşaq və yeniyetmələrin incəsənətin bu növünə maraqlarını daha da artırır. Məhz bu diqqət və qayğının nəticəsidir ki, musiqi məktəblərində, dərnəklərdə ç... | ANL |
Müəllimlər Skype vasitəsilə fikir mübadiləsi aparıblar. Martın 25-də Bakıda Azərbaycanın müxtəlif bölgələrindən olan müəllimlərin iştirakı ilə "Möhtəşəm Novruz Bayramı" şərti adı altında elmi-mədəni görüş keçirilib. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsil Problemləri İnstitutunun (TPİ) akt zalında Azərbaycan... | ANL |
Müəllimdən hansı keyfiyyətlər tələb olunur. Son illər ölkəmizdə böyük vüsətlə həyata keçirilən təhsil islahatları təhsilin keyfiyyətinin yüksəldilməsinə, dünyanın mütərəqqi və qabaqcıl təhsil sistemlərinə inteqrasiyaya yönəlmişdir. Bu istiqamətlərdə artıq xeyli uğurlar əldə edilmişdir ki, bunlardan da ən mühümü, mənim ... | ANL |
Müasir coğrafiya dərsi. Azərbaycan Respublikasının təhsil sistemində islahatların aparıldığı müasir zaman kəsiyində coğrafiyanın tədrisi metodikasına olan münasibət xeyli dəyişmişdir. Müasir coğrafiya mürəkkəb quruluşa malik olub "Təbiət-cəmiyyət-insan" qarşılıqlı sistemini əhatə edir. Coğrafiyanın tədrisi prosesində m... | ANL |
Təsviri incəsənət dərsliklərdə. Şagirdlərin inkişaf etmiş intellektual şəxsiyyət kimi formalaşmasında hər bir fənnin öz yeri var. Ümumtəhsil məktəblərində tədris olunan təsviri incəsənət fənni isə şagirdin psixoloji inkişafındakı roluna görə xüsusilə fərqlənir. Təsviri incəsənət fənni şagirdin emosional hissiyyatını in... | ANL |
Fəal təlim metodlarından səmərəli istifadə edirəm. Fəal təlim metodlarına əsaslanan dərsin xarakterik cəhəti ondadır ki, müəllim təlim prosesində şagirdlərə təkcə yeni elmi biliklər vermir, həm də onların təfəkkürünü inkişaf etdirir, şəxsi keyfiyyət və qabiliyyətlərini aşkara çıxarır. Coğrafiya fənninin tədrisində yeni... | ANL |
Təhsil naziri Türkiyənin Qazi Universitetinin nümayəndələri ilə görüşmüşdür. Aprelin 26-da təhsil naziri Mikayıl Cabbarov Türkiyənin Qazi Universitetinin rektoru Süleyman Böyükbərbərin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Qonaqları Təhsil Nazirliyində görməkdən məmnunluğunu ifadə edən Mikayıl Cabbarov Azə... | ANL |
Naxçıvan Dövlət Universitetinin Elmi Şurasının növbəti iclası. Naxçıvan Dövlət Universitetinin Elmi Şurasının növbəti iclası keçirilmişdir. Elmi Şura sədrinin müavini, universitetin tədris işləri üzrə prorektoru, dosent Seyid Surə iclası açaraq Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəylinin Azərbay... | ANL |
"Müasir Azərbaycan ulu öndər Heydər Əliyev ideyaları işığında". BSU-da X şagird-tələbə elmi konfransı. Bakı Slavyan Universitetində ulu öndər Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş "Müasir Azərbaycan ulu öndər Heydər Əliyev ideyaları işığında" mövzusunda X şagird-tələbə elmi konfransı keçirilmiş... | ANL |
AMİ-də "Heydər Əliyev ideya-nəzəri irsində insan amili" mövzusunda elmi-praktik konfrans. Aprelin 27-də Azərbaycan Müəllimlər İnstitutunda (AMİ) ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev ideya-nəzəri irsində insan amili" mövzusunda elmi-praktik konfrans keçirilmişdir. İlk öncə konf... | ANL |
BSU-da ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr olunmuş IV Beynəlxalq elmi konfrans keçirilir. Mayın 1-dən 4-dək Bakı Slavyan Universitetində AMEA-nın Humanitar və ictimai elmlər bölməsi və BSU-nun təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illiyinə həsr olunmuş "Azərbaycanşünasl... | ANL |
ADPU-nun əməkdaşları Beynəlxalq elmi seminarda iştirak etmişlər. Keçən əsrin 90-cı illərindən başlayaraq ADPU-nun beynəlxalq əlaqələri ildən-ilə genişlənir, müxtəlif ölkələrlə tələbə mübadiləsi aparılır, birgə elmi-tədqiqatlar, beynəlxalq forum, konfrans, simpoziumlar keçirilir. Universitetin əməkdaşları beynəlxalq və ... | ANL |
Azərbaycan təhsilinin uğurları. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş "Ətraf mühitin mühafizəsi" VII Beynəlxalq Layihə Olimpiadasının qızıl medalçıları. Xəbər verdiyimiz kimi, aprelin 5-də Bakıdakı Heydər Əliyev adına İdman-Konsert Kompleksində məktəblilərin ümummilli lider Heydər Əl... | ANL |
Kvant saatları ətraf mühitə təsiri idarə etməyə imkan verəcək. Amerikalı Devid Uaylendin bu kəşfi 2012-ci ildə Nobel mükafatına layiq görülmüşdür. Ötən əsrin əvvəllərində təbiət qanunlarını kəşf edən Albert Eynşteyn, Nils Bor, Maks Plank, Ernest Rezervord kimi dahilər müasir fizikanın bir sıra fundamental əsaslarını tə... | ANL |
Elmə və təhsilə həsr olunmuş ömür. Həzrəti Məhəmməd əleyhissəlam (s.ə.s) alimləri yer üzünün çırağı, nuru adlandırır, biliyi bilməyənlər arasında yaymağı son dərəcə böyük sədəqə sayırdı. Peyğəmbərimiz deyirdi: "Kimə hikmət bəxş edilmişsə, ona çoxlu xeyir, əbədi səadət verilmişdir. Bu sözləri oxuyanda yada Abdulla Oruc ... | ANL |
Pedaqoji mətbuatımızın fədailərindən biri. Özünü bir qədər yaxşı hiss edən kimi zəng edir, jurnalın işi ilə maraqlanır, hansı materialın gedəcəyi, hansı məqalənin hansı hissədə veriləcəyi və s. barədə tapşırıqlar verir, hətta hər birimizi ayrı-ayrı soruşurdu. Bu gün də belə olmuşdu: səhər saatlarında növbəti zəngini ed... | ANL |
"Danışan rənglərim" adlı fərdi rəsm sərgisi. Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində yeniyetmə rəssam Nərmin Hümmətzadənin "Danışan rənglərim" adlı rəsm sərgisinin açılışı olmuşdur. Tədbiri mərkəzin direktor müavini Kəmalə Əncümənur açaraq qeyd etmişdir ki, mərkəzin başlıca və ümdə vəzifəsi dərin və hərtərəfli... | ANL |
O, birinci sinfə Mingəçevir şəhər 7 nömrəli tam orta məktəbdə getmişdir. Şahin özü haqqında bunları dedi: - Orta məktəbdə dərslərimi "əla" qiymətlərlə oxuyuram. Əvvəl riyaziyyat məni cəlb edirdi. Sonra isə sevimli fənnim həyat bilgisi oldu. Təbiət elmləri məni daha çox maraqlandırır. Lap kiçik yaşlarımdan isə allergik ... | ANL |
Nobel mükafatı laureatı Frensis Krikin kəşfi insan genomunun öyrənilməsində açar olmuşdur. 60 il əvvəl dünya elminin, xüsusən də biologiya elminin inkişafına fövqəladə təsir etmiş bir hadisə baş verdi. Həmin gün elm aləmində əsasən fizik kimi tanınan, ingilis tədqiqatçısı Frensis Krik və onun amerikalı həmkarları Ceyms... | ANL |
Azərbaycan idmançılarının bəxti onda gətirib ki, onların İlham Əliyev kimi Prezidenti var. İkiqat Paralimpiya çempionu İlham Zəkiyevlə söhbət. İlk dəfə onun haqqında illər öncə cəbhə bölgəsində çəkilişdə olarkən eşitmişdim. "N" saylı hərbi hissənin ən mahir kəşfiyyatçısı, 19 yaşlı İlham Zəkiyev düşmən snayperinin hədəf... | ANL |
Universitet-texnopark vəhdəti yüksək texnologiyaların və innovativ fəaliyyətlərin inkişaf etdirildiyi məkandır. Müasir dövrümüz dünya iqtisadiyyatının biliklər, texnologiyalar və innovasiyalar əsasında formalaşması və inkişaf etdirilməsi ilə xarakterizə olunur. İnnovasiya adı altında yeni texnologiyalar, yeni məhsul və... | ANL |
Ümumi təhsildə inteqrasiya: müasir yanaşmalar. Təhsil sistemində islahatların məqsədi ondan ibarətdir ki, Azərbaycanın təhsil sistemi dünya təhsil sisteminin standartları ilə uyğunlaşsın. Heydər ƏLİYEV, Azərbaycan xalqının ümummilli lideri. Dünyanın təhsil məkanında daha geniş istifadə edilən təhsildə inteqrasiya anlay... | ANL |
Dünya siyasətçiləri Heydər Əliyev haqqında. Uzun illər ərzində Heydər Əlirza oğlu Əliyevin səmərəli fəaliyyəti xalqlarımızın ümumi tarixi ilə bilavasitə bağlı olmuşdur. O, Rusiya və Azərbaycanın strateji tərəfdaşlığının təməlini qoymuş, dostluğumuzun və qarşılıqlı anlaşmamızın möhkəmlənməsinə böyük şəxsi töhfə vermişdi... | ANL |
Respublika inşa yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilmişdir. Mayın 4-də Bakıdakı "Gülüstan" sarayında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş məktəblilərin respublika inşa yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilmişdir. M... | ANL |
Təhsil naziri Mikayıl Cabbarovun çıxışı. Əziz şagirdlər! Hörmətli qonaqlar! Bu gün biz çox əlamətdar bir hadisə münasibətilə - Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş məktəblilərin respublika inşa yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması münasibətilə "Gülüstan" s... | ANL |
Daim bizimlə olan böyük insan. Olduqca zəngin və şərəfli bir həyat yolu keçmək, yüksək keyfiyyətləri ilə milyonların qəlbində özünə heykəl ucaltmaq, azadlıq hissini bütün varlığı ilə xalqına yaşatmaq xoşbəxtliyi çox az liderə nəsib olur. Tanrının hökmü ilə belə şəxsiyyətlər həm də xilaskarlıq missiyasını yerinə yetirir... | ANL |
ADU ilə Böyük Britaniyanın Qlazqo Universiteti arasında müqavilə imzalanmışdır. Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyəti Böyük Britaniyaya səfəri çərçivəsində Qlazqo Universitetində olmuşdur. Səməd Seyidov Qlazqo Universitetinin rekt... | ANL |
Ulu öndər Heydər Əliyev təhsil haqqında. * Təhsil millətin gələcəyidir. * Mən dünyada müəllimdən yüksək ad tanımıram. * Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq. Azərbaycanda, demək olar ki, təhsil almayan adam yoxd... | ANL |
Respublika inşa yazı müsabiqəsinin qalibləri. Artıq yeddinci ildir ki, müasir müstəqil Azərbaycan dövlətinin yaradıcısı, ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümü münasibəti ilə məktəblilər arasında "Heydər Əliyev məktəblilərin gözü ilə" mövzusunda respublika inşa yazı müsabiqəsi keçirilir. Ulu öndərin ... | ANL |
Azərbaycanlı müəllimlər Türkiyədə keçirilmiş beynəlxalq simpoziumda iştirak etmişlər. 9-11 may tarixlərində Türkiyənin Ankara şəhərində yerləşən Hacəttəpə Universitetində "Müəllimlərin hazırlanmasında yeni istiqamətlər" adlı beynəlxalq simpozium keçirilmişdir. Simpoziumda ABŞ, Fransa, Ukrayna, Finlandiya, Yunanıstan, N... | ANL |
Azərbaycanlı yeniyetmə İtaliyada keçirilən beynəlxalq "San-Remo-Junior" müsabiqəsinin əsas mükafatını almışdır. 13 yaşlı vokalçı Yasin Həsənov İtaliyada keçirilən beynəlxalq "San-Remo-Junior" müsabiqəsində iştirak etmişdir. O, ilk dəfə bu möhtəşəm musiqi yarışmasına qatılmasına baxmayaraq vətənə qələbə ilə qayıtmışdır.... | ANL |
Professor Səməd Seyidovun kitabı dünyanın 100 bestselleri siyahısında. Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidovun "Yaradıcılığın fenomenologiyası: tarix, paradokslar, şəxsiyyət" (Phenomenology of Creativity: "History", "Paradoxes", "Personality") kitabı dünyanın məşhur... | ANL |
"Heydər Əliyev: Mədəniyyət və əbədiyyət". Müstəqil Azərbaycanın memarı Heydər Əliyevin tarixi rolu ilə bağlı yeni bir mərhələ başlanır. Heydər Əliyevin siyasi, dövlətçilik, diplomatik və iqtisadiyyat sahəsində cahanşümul fəaliyyətini əks etdirən yeni tədqiqat əsərləri yazılır. Onun tarixi fəaliyyətinin əsas istiqamətlə... | ANL |
"İnformasiya-kommunikasiya texnologiyaları və qloballaşma" mövzusunda beynəlxalq konfrans. Astara şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan "İnformasiya-kommunikasiya texnologiyaları və qloballaşma" mövzusunda beynəlxalq elmi konfrans keçirilmişdir. Astara Rayon İcra... | ANL |
"Elektron təhsil" respublika müsabiqəsinə 230 layihə təqdim edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən hər il keçirilən "Elektron təhsil" respublika müsabiqəsinə bu günədək 230 layihə təqdim olunmuşdur. Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsindən verilən məlumata əsasə... | ANL |
Bakıda Qafqaz Universitetlər Birliyinin üçüncü illik konqresi keçirilmişdir. Mayın 21-də Bakıdakı "Sheraton" otelində Qafqaz Universitetlər Birliyinin üçüncü illik konqresi keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov, Türkiyə Respublikasının milli təhsil naziri Nabi Avçı, Türkiyəni... | ANL |
Xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri də dərsi maraqla dinləmişlər. Bakıdakı İlyas Əfəndiyev adına "Elitar" Gimnaziyada "Şuşa - əsirlikdə olan mədəniyyət şəhərimiz" adlı tədbir keçirilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi, "Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbayc... | ANL |
Müəllim və şagirdlərin əl işləri sərgidə. Bu günlərdə Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda 28 May - Respublika Gününə həsr olunmuş sərgidə institutun incəsənət, əmək, mülki müdafiə və fiziki tərbiyə kafedrası əməkdaşlarının, Bakı şəhər tam orta məktəb müəllimlərinin və şagirdlərin əl... | ANL |
Hər il qoynundan neçə-neçə gəncin pərvazlandığı Cəlilabad rayonu, Göytəpə 2 nömrəli orta məktəbi Nəhməd müəllimin məktəbi kimi tanınır. Hələ Böyük Vətən müharibəsi illərində 9-cu sinifdə oxuyarkən Nəhməd Əzizov digər yuxarı siniflərin əlaçı şagirdləri kimi müəllimlik fəaliyyətinə cəlb olunmuşdur. O, 1948-ci ildə Lənkər... | ANL |
Azərbaycan təhsilinin uğurları. "Ətraf mühitin mühafizəsi" VII Beynəlxalq Layihə Olimpiadasının gümüş medalçıları. Məlum olduğu kimi, bu ilin aprelində Bakıda məktəblilərin "Ətraf mühitin mühafizəsi" VII Beynəlxalq Layihə Olimpiadası ("İNEPO-Euroasia") keçirilmişdir. Beynəlxalq yarışmada uğur qazananlardan biri də gümü... | ANL |
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi "Eurovision-2013" mahnı müsabiqəsində ikinci olmuşdur. İsveçin Malmö şəhərində keçirilən "Eurovision-2013" mahnı müsabiqəsi uğurla sona yetmişdir. Müsabiqədə Azərbaycan təmsilçisinin çıxışı ölkəmizin ünvanına dünyanın hər yerindən təbriklər gətirmişdir.... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.