text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Riyaziyyatdan fəal dərs nümunəsi. Riyaziyyat fənni. Uzunluğu məlum olan parçanı, dərəcə ölçüsü verilən bucağı, iki tərəfi və onlar arasında qalan bucağa görə üçbucağı, tərəflərinə görə üçbucağı qurur. Üçbucaqların tərəflərinə və bucaqlarına görə təsnifatını aparır. Üçbucağı tərəflərinə və bucağına görə növlərə ayırır. ...
ANL
Musiqi Kollecində dahi. bəstəkar Arif Məlikovla görüş. Azərbaycan Milli Konservatoriyasi nəzdində Musiqi Kollecində mütəmadi olaraq respublikanın görkəmli mədəniyyət və incəsənət xadimləri ilə görüşlər keçirilir. Bu günlərdə növbəti görüş görkəmli bəstəkar, SSRİ xalq artisti, Dövlət mükafatı laureatı, akademik Arif Məl...
ANL
Bəstəkar-pianoçu İstanbulda müəllim və. tələbələr üçün ustad dərsləri keçib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi və doktorantı, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, Prezident təqaüdçüsü, Beynəlxalq müsabiqələr laureatı, bəstəkar-pianoçu Pikə Axundova-Talıblı 16-18 noyabr tarixlərində ...
ANL
il üzrə yeni reytinq cədvəli. Qəzetimizin 19 sentyabr 2015-ci il tarixli sayında Böyük Britaniyanın "Quacquarelli Symonds" şirkətinin dünyanın ən nüfuzlu ali məktəblərinin reytinq cədvəli (QS World University Rankings) dərc olunub. Ali məktəblərin akademik nüfuzunun ən böyük beynəlxalq tədqiqatçılarından hesab olunan T...
ANL
"İlk peşə-ixtisas təhsili üzrə ixtisasların Təsnifatı"na. yeni ixtisasın əlavə edilməsi haqqında. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2011-ci il tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş "İlk peşə-ixtisas təhsili üzrə ixtisasların Təsnifatı"nın qeyd...
ANL
Təhsil işçilərinin bayram təbrikləri. Peşə bayramımızı direktor kimi ilk dəfə qeyd edirəm. orta məktəbin direktoru. Payız fəsli biz müəllimlər üçün iki hadisə ilə əlamətdardır. Yeni dərs ilimiz bu fəsildə başlayır. Biz müəllimlərin ənənəvi peşə bayramı da bu fəsilə təsadüf edir. Bu iki hadisəyə görə də biz müəllimlər p...
ANL
Bilik Fondu jurnalist olmaq istəyənlərə üz tutur: "Yazmağı bacaracaqsan". Dördüncü hakimiyyət sayılan ictimai institut - kütləvi informasiya vasitələri cəmiyyətdə xəbərləmə funksiyasını yerinə yetirməklə yanaşı, bir növ nəzarətçi, nizamlayıcı, toplumun rəy və qərarlarına təsir gücünə malik bir mövqedədir. Cəmiyyətdə ic...
ANL
"Bilik Fondu kitabın, bədii mütaliənin təbliği. istiqamətində ciddi addımlar atmaq niyyətindədir". Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu artıq ikinci ildir ki, "İlboyu bilik" proqramı çərçivəsində 15 sentyabr - Bilik Günündə ölkənin bütün rayonlarında mühazirələr təşkil edir. Layihə ötən il 70-dən ç...
ANL
Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının direktoru, əməkdar elm xadimi, ATU-nun I uşaq xəstəlikləri kafedrasının professoru Surxay Musayevlə müsahibə. Uşaq və yeniyetmələrin sağlamlığının hər bir cəmiyyət və dövlət üçün nə dərəcədə mühüm əhəmiyyət kəsb etməsi bizə yaxşı məlumdur. Təsadüfi deyil ki...
ANL
Prezident təqaüdçüsü İsa Məmmədli ilə söhbət. Tədris illəri dövründə müxtəlif tədbirlərdə, o cümlədən bilik yarışmalarında iştirak edib, məktəbdaxili tədbirlərin aparıcısı, iştirakçısı, təşkilatçısı olub. Məktəbdə fəaliyyət göstərən "Kiçik Akademiya"nın keçirdiyi bilik viktorinalarında daim fəallıq nümayiş etdirib və k...
ANL
Xarici dildə lüğət mənimsəmə. İkinci dilin mənimsənilməsində lüğət biliyinin vacibliyi hər kəsə aydındır. Dilşünas Devid Vilkins qeyd edir ki, "qrammatika olmadan çox az məlumat çatdırmaq olar, lüğətsiz isə heç bir şey". Lüğət ehtiyatına mükəmməl yiyələnmək nəinki ikinci dil öyrənənlər üçün, eləcə də dil daşıyıcıları ü...
ANL
İngilis dilindən dərs nümunəsi. Azərbaycanın orta ümumtəhsil məktəblərinin ingilis dili proqramında baş verən əsaslı dəyişikliklər və hazırda həyata keçirilən kurikulum islahatı, respublikanın dünya ölkələrinə inteqrasiyası tədris prosesində yeniliklərin tətbiqini labüdləşdirir. Müasir dərs müəllimdən fəal təlim mühiti...
ANL
"Amerikalı uşaqlara riyaziyyat. fənnini tədris edirəm". ABŞ-ın Texas ştatının azərbaycanlı müəllimi Naseh Mirizadə ilə söhbət. Naseh Mirqələm oğlu Mirizadə 1987-ci il sentyabrın 26-da Zəngilan rayonunun Mincivan qəsəbəsində müəllim ailəsində anadan olub. Nasehin atası Mirqələm müəllim Zəngilan rayonu ermənilər tərəfind...
ANL
Ən yaxşı müəllimə bayram arzularım. İlk müəllim ilk məhəbbət kimidir, heç zaman yaddaşlardan silinmir. Hər birimiz ilk müəllimimizi yəqin ki, gözəl, rəngarəng tablolarla xatırlayırıq. Əlimizdən tutub ilk hərfləri bizə öyrədən, tanımadığımız kəlmələri bizə anladan, bilmədiyimiz varlıqlar haqqında məlumat verən, əxlaqımı...
ANL
Tərbiyəçi və müəllim. "Tərbiyəçi və müəllim kimi doğulmaq lazımdır, onları anadangəlmə bacarıqlar idarə edir". Böyük alman mütəfəkkiri və pedaqoqu A.Disterveqə məxsus olan bu sözlər Azərbaycan Respublikasının əməkdar müəllimi, Bakı şəhərindəki 145 nömrəli tam orta məktəbin direktoru, gözəl insan, bacarıqlı müəllim, həy...
ANL
Prezident təqaüdü alan müəllim. Hələ orta məktəbdə oxuduğu illərdə ətrafda baş verən hadisələrə yaradıcılıqla yanaşmağı bacaran Fərhad Əsgərov gördüklərini kiçik məqalələr şəklində qələmə almağı xoşlayırdı. Onun buna xüsusi marağı var idi. Məktəb illərində bu yazılarını bir dəftərdə toplayardı. Arzusu müəllim olmaq idi...
ANL
Fikrət müəllim 75 illik ömür yolunun əlli ildən çoxunu şərəfli peşəyə - müəllimliyə həsr edib. Bu sənətlə ucalıb və yaşının kamillik çağına çatıb. Elə həmin il APİ-nin (indiki ADPU) fizika-riyaziyyat fakültəsinə daxil olmuşdur. O, 1963-cü ildə ali məktəbi bitirdikdən sonra Şabran rayonu Gilgiçay kənd orta məktəbində fi...
ANL
Təhsil naziri Mikayıl Cabbarov. Gürcüstanda səfərdə olub. Azərbaycanın təhsil naziri Tbilisidə ulu. öndər Heydər Əliyevin abidəsini ziyarət edib. Gürcüstanda səfərdə olan Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov oktyabrın 8-də Tbilisinin mərkəzindəki Heydər Əliyev Parkında ulu öndərin abidəsini ziyarət...
ANL
Bilik Fondunun rəhbərliyi "Azərbaycan. müəllimi" qəzetinin redaksiyasında olub. Əsas məqsədi ölkə əhalisini maarifləndirmək, dövlətin daxili və xarici siyasətini, ictimai-siyasi, sosial-iqtisadi proseslərin mahiyyətini ictimaiyyətə çatdırmaq olan Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə təhsil siya...
ANL
Azərbaycan Dövlət Neft və Sənaye. Universitetinin rektoru tələbələrlə görüşüb. Görüşdə qaldırılan problemlərin operativ həlli ilə bağlı müvafiq göstərişlər verilib. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru Mustafa Babanlı akt zalında tələbələrlə görüş keçirdi. Bakalavr təhsili alan I və IV kurs ...
ANL
işçiləri ölkə başçısına minnətdarlıq edirlər. Dövlətimizin diqqət və qayğısını. hər zaman hiss etmişəm. Gülnarə İBRAHİMOVA, Bakı şəhəri 6 nömrəli məktəb-liseyin. riyaziyyat müəllimi, əməkdar müəllim. İki dəfə "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olmuşam. 2004-cü ildə Azərbaycan Respublikasının "Təhsil" mərkəzi tərəf...
ANL
Müasir nəzəri-pedaqoji ideyalardan. pedaqoji prosesdə istifadə imkanları. Bu gün Azərbaycan Respublikasının təhsili qarşısında böyük vəzifələr durur. Müasir gənclərimizə Azərbaycan mənəviyyatı, dil və ədəbiyyatımız, Azərbaycanın tarixi, coğrafiyası, incəsənəti, habelə zəngin maddi və mənəvi sərvətlərimiz barəsində dəri...
ANL
Təhsil Nazirliyi cavab verir. Hüquqi məsələlər. Sual: Təhsil prosesinin iştirakçıları kimlərdir? Təhsilverənlərin hüquq və vəzifələrinə nələr daxildir? Cavab: "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə görə təhsil prosesinin iştirakçıları aşağıdakılardır: 1. təhsilalanlar - uşaqlar, şagirdlər, ...
ANL
"Birdən özümdən asılı olmayaraq. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi Xəyalə Əfəndiyeva ilə söhbət. Xəyalə Əfəndiyeva 1998-ci ildə Qəbələ rayonunun Vəndam kəndində anadan olub. Vəndam qəsəbə 3 nömrəli tam orta məktəbi bitirib. Məktəb illərində müxtəlif tədbirlərdə işti...
ANL
İsveçin paytaxtı Stokholmda Nobel Mükafatları Komitəsi ənənəyə uyğun olaraq ayrı-ayrı elm sahələrində 2015-ci ilin Nobel mükafatı laureatlarının adlarını açıqlayıb. Hər il oktyabrın ilk günlərində Nobel həftəliyi (5-12 oktyabr) çərçivəsində tibb və fiziologiya, fizika, kimya, ədəbiyyat üzrə laureatların adları açıqlanı...
ANL
"Repetitor köməyi olmadan. ali məktəbə qəbul ola bilərəm". Bakı şəhəri 220 nömrəli tam orta məktəbin uşaq evindən olan məzun və şagirdləri bu fikirdədirlər. Məktəbin şagirdlərinin bir hissəsi məhz bu uşaq evinin yetirmələridir. Bu barədə məktəbin direktoru Almaz Əsgərova 1news.az-ın müxbiri ilə söhbətdə bildirib. "Bu c...
ANL
Rəşid bəy Əfəndiyev. Maarif fədailərimiz. Azərbaycan xalqının həyatında, inkişafında, ictimai fikir tarixində, millətinin maariflənməsində mühüm rolu olmuş şəxsiyyətlərin gənc nəslə təqdim edilməsi olduqca əhəmiyyətlidir. XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycanda xalq maarifi, pedaqoji və ədəbi fikrin inkişafın...
ANL
İçərişəhər Ənənəvi İncəsənət. Mərkəzində sərginin açılışı olub. Oktyabrın 3-də İçərişəhər Ənənəvi İncəsənət Mərkəzinin 3 illik fəaliyyətinin yekunlarına həsr olunmuş sərginin açılış mərasimi keçirilib. Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Samir Nuriyev, Böy...
ANL
İtaliya mətbuatında təhsil naziri Mikayıl Cabbarovun. bu ölkəyə səfəri ilə bağlı yazılar dərc olunub. Sentyabrın 29-da Milan şəhərində keçirilən Azərbaycan-İtaliya Universitetlərarası Forumu İtaliya mətbuatında geniş şərh olunub. Yerli mətbuat forumun iki ölkə arasında təhsil əlaqələrinin inkişafına yeni töhfə verəcəyi...
ANL
Orta məktəblərdə çalışan. laborantlar nə ilə məşğuldur? Budəfəki yazımızda Azərbaycan təhsilinin uzun illərdən bəri kök salmış, daşlaşmış problemlərindən birini - orta ümumi təhsil müəssisələrində çalışan laborantların fəaliyyətini, daha dəqiq desək, fəaliyyətsizliklərini, mövcud problemlərin real səbəblərini araşdırma...
ANL
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin. ayının sosial-iqtisadi inkişafının yekunlarına və. qarşıda duran vəzifələrə həsr olunmuş iclasında. təhsil naziri Mikayıl Cabbarovun çıxışı. - Möhtərəm cənab Prezident! Hörmətli toplantı iştirakçıları! Ümummilli liderimiz Heydər Əliyev tərəfindən təməli qoyulmuş siy...
ANL
Səmərəli planlaşdırma. nailiyyətlərin əsasıdır. Bütün dövrlərdə təhsil fərdin, dövlətin və cəmiyyətin tələbatına uyğun olaraq inkişaf etmiş, təhsilin keyfiyyəti isə bu tələblərə hansı səviyyədə cavab verməsi ilə ölçülmüşdür. Tələbat yüksəldikcə təhsilin strateji məqsəd və hədəfləri də dəyişmişdir. Bununla belə, müəyyən...
ANL
Bilik Fondu xarici əlaqələrini genişləndirir. Polşanın səfiri Bilik Fondunun qonağı oldu. Polşanın fövqəladə və səlahiyyətli səfiri cənab Marek Calka Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda olub. Fondun icraçı direktoru Oktay Səmədov Polşa ilə Azərbaycan arasındakı dostluq əlaqələrindən, iki ölkə a...
ANL
Prezident təqaüdçüsü, tələbə Arzu Həsənli ilə söhbət. 2015-ci ildə Bərdə şəhər akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseyi əla qiymətlərlə bitirib. Təhsil aldığı müddətdə ictimai tədbirlərdə fəal iştirak edib. Respublika üzrə keçirilən bilik yarışlarında məktəb-liseyi layiqincə təmsil edib. Bak...
ANL
“Azərbaycan tələbələrində təhsilə, öyrənməyə böyük maraq var”. Almaniyanın Vürtsburq Universitetinin professoru, Osvald fon Volkenştayn Cəmiyyətinin prezidenti Ziqlinde Hartmann ilə müsahibə. Alimlərimizin respublikamızın hüdudlarından kənarda Azərbaycanı layiqincə təmsil etmələri danılmaz faktdır. Elm adamlarımızın mü...
ANL
Ümumi təhsil müəssisələrində işləyən. müəllimlərin bilik və bacarıqlarının. diaqnostik qiymətləndirilməsinin aparılması. Azərbaycan Respublikası Təhsil Nazirliyinin. “Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması Qaydaları” (bundan sonra - Qaydalar...
ANL
Təltif barədə Azərbaycan. Respublikası təhsil nazirinin əmri. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və qayğısı nəticəsində son illərdə ölkəmizdə təhsilin inkişafı sahəsində əhəmiyyətli nailiyyətlər əldə edilmişdir. Bu nailiyyətlərin qazanılmasında təhsil müəssisələrində çalışan qabaqcıl ...
ANL
Müəllimlərin bilik və bacarıqlarının diaqnostik. qiymətləndirilməsi tədbirlərinin davam etdirilməsi barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli 13 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət...
ANL
Məktəb kitabxanalarının işinin. təkmilləşdirilməsi və modernləşdirilməsi. Bu gün məktəb kitabxanaları təhsil işçilərinin öz axtardıqları məlumatları tapmağa müvəffəq olduqları bir müəssisə, şagirdlərin və müəllimlərin şəxsi təhsil bazası kimi qiymətləndirilir. Bütün dünyada məktəb kitabxanaları müxtəlif formada olsa da...
ANL
“Pedaqogika” dərsliyi nəşr olunub. Azərbaycan ali məktəblərinin rus qruplarında təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdur. Qeyd edək ki, indiyə qədər tələbələr Rusiyanın pedaqogika dərsliklərindən istifadə edirdilər. İndi isə artıq Azərbaycan nəfəsi duyulan, Azərbaycan pedaqoji fikrini əks etdirən rus dilində dərs...
ANL
Əli bəy Hüseynzadə haqqında. məqalələr toplusu. Bu günlərdə “Böyük ədib və mütəfəkkir Əli bəy Hüseynzadə” məqalələr toplusu “Elm” nəşriyyatında çapdan çıxıb. Toplu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi haqqında” 21 yanvar 2014-cü il tarixli S...
ANL
Müəllim, tələbə və şagirdlər. üçün dəyərli kitab. Azərbaycan MEA-nın əməkdaşları, biologiya üzrə fəlsəfə doktorları A.B.Bayramov, M.M.Məhərrəmov və A.R.Əliyev tərəfindən yazılmış “Çay sularında üzvi çirklənmənin bioloji analizinin sadə üsulları” kitabı “Əcəmi” nəşriyyatında çapdan çıxmışdır. Kitab universitetlərdə və o...
ANL
İnşa yazı müsabiqəsinin. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin “Təhsil müəssisələrində uşaq və gənclərin milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilm...
ANL
Universitetlərdə beynəlxalq akkreditasiya: beynəlxalq təmayüllər, reallıqlar və perspektivlər. Universitetlərin akkreditasiyasında. beynəlxalq təcrübə və təmayüllər. Dünya universitetlərinin, ali təhsilin inkişaf tarixi göstərir ki, ali məktəblərin, ali təhsilin göstəricilərinin inkişafı ilə cəmiyyətin bütün sahələrind...
ANL
Azərbaycan Tibb Universitetinin tələbəsi Asya Mahmudova ilə söhbət. Asya Mahmudova 1996-cı ildə Zaqatala rayonunun Əliabad qəsəbəsində anadan olub. Orta məktəb illərində tədris ocağının ictimai işlərində fəal iştirak edib, “İlin şagirdi” adını qazanıb. Məktəbi bitirən il fəxri fərmana layiq görülüb. Ölkə rəhbərinin müv...
ANL
“Azərbaycan müəllimi” qəzetinin yaradıcı kollektivi. Təhsil Nazirliyi ilə Azərbaycan Milli Elmlər Akademiyası arasında əməkdaşlıqla bağlı əldə olunmuş razılığa əsasən “Azərbaycan müəllimi” qəzetinin yaradıcı heyəti oktyabrın 22-də AMEA-nın İnformasiya Texnologiyaları İnstitutuna mediatur keçirib. Mediatur iştirakçıları...
ANL
Naxçıvan Dövlət Universitetində. elmi-nəzəri seminar keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamının icrası məqsədilə Naxçıvan Dövlət Universitetində silsilə t...
ANL
müsabiqələrinin keçirilməsi haqqında. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Azərbaycan Respublikası Prezidentinin “Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında” 4 sentyabr 2007-ci il tarixli 2373 nömrəli Sərəncamını rəhbər tutaraq 2015-ci ildə “Ən yaxşı ümumtəhsil məkt...
ANL
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin. mərasimindəki nitqindən irəli gələn vəzifələrin icrası barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 sentyabr Bilik günündə Bakıdakı 148 nömrəli tam orta məktəbin açılış mərasimindəki proqram xar...
ANL
“Seçdiyim ixtisas dünyada. Böyük Britaniyanın London İmperial Kollecinin tələbəsi Nərmin Talıbova ilə söhbət. Bakıdakı Xarici Dillər Təmayüllü Gimnaziyada oxuyub. 2004-cü ildə Azərbaycan Tibb Universitetinin pediatriya fakültəsinə daxil olub. 2010-cu ildə universiteti pediatr -neonatoloq ixtisası üzrə bitirib və həkim ...
ANL
Birinci sinif şagirdinə məktəbə. uyğunlaşmaqda necə kömək etməli? Məktəb dövrünün ilk 3-4 həftəsi uşaq orqanizmində əsl fırtınaya səbəb olur. Belə ki, həmin müddət zamanı uşağın orqanizmi artmış gərginliyə necə reaksiya verəcəyini “düşünür”, bu zaman faktiki olaraq bütün (ürək-damar, endokrin, tənəffüs, sinir-psixi) si...
ANL
otağı, fərqli tədris mühiti. Əsas məqsədi təhsilalanların təlim nailiyyətlərini yüksəltməklə yanaşı, tədris şəraitindən irəli gələn hərəkət məhdudiyyətini və digər amilləri aradan qaldırmaq, onların sağlamlığını qorumaqdan ibarət olan “Sağlam təhsil-sağlam millət” layihəsi bu gün valideynlər tərəfindən böyük maraq və r...
ANL
Multikulturalizm və təhsil. Dünyada baş verən siyasi, iqtisadi, sosial, mədəni-mənəvi hadisələr yeni terminlərin yaranmasına səbəb olduğu kimi, bəzi bəlli terminlərin işlək hala gətirilməsinə də təsir göstərir. Məsələn, qloballaşma, multikulturalizm terminləri bu qəbildəndir. Yeni terminlərin meydana çıxması, yaxud işl...
ANL
müəllimin yaxın köməkçisidir. Elm və texnikanın sürətlə inkişaf etdiyi müasir dövrdə müəllim də yeni texnologiyalardan istifadə etmək bacarıqlarına yiyələnməlidir. Əgər biz bu gün şagirdləri dünənki kimi öyrədiriksə, deməli onların gələcəyini oğurlayırıq. XXI əsr yüksək kompüter texnologiyaları əsridir. Müasir təlim me...
ANL
Fizika dərsində yeni. təlim üsullarından istifadə. Uzun illərin təcrübəsi göstərir ki, müəllimin şagirdləri maraqlandıran tədris metodlarından istifadə etməsi dərsin səmərəliliyini artırması, təlimdə uğurlu nəticələr əldə etmək üçün mühüm şərtdir. Əlverişli təlim şəraitini yaratmaqla şagirdlərin potensial imkanlarını o...
ANL
Dövlət təltiflərinə layiq görülmüş təhsil. işçilərinə mükafatlar təqdim olunub. Oktyabrın 29-da Tahir Həsənov adına 23 nömrəli tam orta məktəbdə dövlət təltiflərinə layiq görülmüş təhsil işçilərinə mükafatların təqdim olunması mərasimi keçirilib. Mərasimdən öncə təhsil naziri Mikayıl Cabbarov, rəhbər təhsil işçiləri və...
ANL
Valideyn-məktəb münasibətləri necə olmalıdır? Oxucularımıza məlumdur ki, qəzetimizin hər nömrəsində təhsilimizlə bağlı müxtəlif aktual mövzulara toxunuruq. Həmin mövzuları müzakirə obyektinə çevirərək, mütəxəssislərin və təhsil prosesində iştirak edən şəxslərin fikirlərini onlara çatdırırıq. Budəfəki mövzumuz isə təhsi...
ANL
Zəlzələ vaxtı nə etməli? Zəlzələ - qəflətən baş verən, cəmi bir neçə saniyə davam edən, insan tələfatına səbəb ola və böyük miqdarda maddi ziyan vura bilən təbii fövqəladə hadisədir. Respublikamızın ərazisi fəal seysmik zonada yerləşdiyindən burada hər an zəlzələ başvermə ehtimalı var. Odur ki, aşağıdakıları hər birini...
ANL
Məktəbəqədər təhsil müəssisələrində öyrədilən. bacarıqların iş yerində mühüm əhəmiyyət. kəsb etməsinin səbəbi nədir? Hal-hazırda texnoloji aparatlar vasitəsilə görülən bütün işlərdə (məsələn, cərrahiyyə əməliyyatını həyata keçirmək, avtomobili idarə etmək, yaxud ərzaqla təmin etmək) hələ də insanlara məxsus bir səciyyə...
ANL
Heydər Əliyev adına. liseydə “Şənbə görüşləri”. Oktyabrın 24-də Bakıdakı Heydər Əliyev adına liseydə təşkil olunan “Şənbə görüşləri”nin budəfəki mövzusu “Məktəb direktorunun gündəliyi” idi. Qeyd edək ki, Təhsil Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən “Şənbə görüşləri” artıq ikinci dəfədir təşkil olunur v...
ANL
“Prezident təqaüdçüsü adını. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi Lalə Novruzova ilə söhbət. Onunla Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının 1 nömrəli qızlar yataqxanasında görüşdüm. Gəlişimin məqsədini biləndə çox sevindi. Məni də...
ANL
Türk dünyasının elm sahəsində ilk Nobel. mükafatı laureatının uğur hekayəti. Ötən əsrin əvvəllərindən, 1901-ci ildən başlayaraq elmin ayrı-ayrı sahələrində ciddi töhfələri ilə seçilən praktik əhəmiyyətli kəşflərə görə Nobel mükafatı verilir. Hər il oktyabrın ilk günlərində dünya elmi ictimaiyyətinin diqqəti Stokholma y...
ANL
Azərbaycanın üç ali məktəbi. dünya reytinqində. Böyük Britaniyanın Quacquarelli Symonds şirkəti oktyabrın 22-də Şərqi Avropa və Orta Asiyanın inkişaf etməkdə olan ölkələrinin ən yaxşı ali məktəblərinin reytinq cədvəlini (Emerging Europe & Central Asia 2015) hazırlayıb. Tərtibçilər adıçəkilən regionlardan 500 universite...
ANL
“Uşaqların bir çoxu sadəcə özlərinə. əziyyət vermək istəmirlər”. İnformatika və proqramlaşdırmaya dair müəllim təcrübəsi. Orta məktəbi bitirdikdən sonra F.Skorina adına Qomel Dövlət Universitetində təhsil alıb, dəniz aviasiyasında xidmət edib, sonra isə yenə də artıq müəllim kimi doğma universitetə qayıdıb. Hazırda Mix...
ANL
Ən yaxşı müəllimin dərs nümunəsi. Azərbaycan dili fənni. Mövzu: Orxon-Yenisey abidələri. Yeniyetmələrin timsalında şəxsiyyət-vətəndaş yetişdirmək, onların dünyagöruşünü genişləndirmək, milli mənlik şüurunu oyatmaq, onlara milli kimliyini və qüdrətini, soykökünü, gen kodlarını tanıtmaq Azərbaycan dili və ədəbiyyat tədri...
ANL
Azərbaycan dilindən dərs nümunəsi. Deyəcəyi əsas fikri müəyyənləşdirir. Mətndə tanış olmadığı sözlərin mənasını lüğətdən istifadə etməklə müəyyənləşdirir. Topladığı fakt və məlumatlara əsasən plan tərtib edir. Məqsəd: - mətndəki əsas fikri müəyyənləşdirir;. - mətndə tanış olmayan sözlərin mənasını lüğətdən istifadə etm...
ANL
Mənəvi borc. Müəllimim Sayalı xanımın əziz xatirəsinə ithaf edirəm. Deyilən bu müdrik fikri, uzun illərin yaşam təcrübəsi, ağrılı-şirinli, enişli-yoxuşlu ömrün müəyyən zirvəsinə çatanda anlayırsan, öz həyat tərzində duyursan. Əlbəttə, bu isti, əziz duyğuların ünvanı analardır. Onun haqqında keçmiş zamanda danışmaq məni...
ANL
“Media və təhsil dialoqu: peşəkarlığın inkişafı”. mövzusunda növbəti təlim konfransı. Oktyabrın 30-da Təhsil Nazirliyinin təşəbbüsü ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Media və təhsil dialoqu: peşəkarlığın inkişafı” mövzusunda növbəti təlim konfransı keçirilib. Təhsil Nazirliyinin və Azərbaycan Dövlət...
ANL
Birincilərin məktəbə hazırlığı və fərdi. inkişafının qiymətləndirilməsi təcrübəsindən. Bir sıra ölkələrdə birincilərin məktəbə hazırlığı məsələsi aktual mövzu kimi təhsil sistemi qarşısında durur. Dünya təcrübəsində uşaqların məktəbə hazırlığı və təhsilin birinci ili ərzində onların fərdi inkişafının qiymətləndirilməsi...
ANL
Vətənpərvərlik tərbiyəsinə. xidmət edən bilik yarışı. Tarixini bilməyən xalqın gələcəyi olmaz - deyiblər. Bir xalq kimi bizim də tariximizin kökü çox qədimdir. Hər birimiz tariximizi bilməli, onu gələcək nəslə layiqincə çatdırmalıyıq. Bu şərəfli iş biz müəllimlərin üzərinə daha çox düşür. Çalışırıq ki, dilimizi, tarixi...
ANL
Təkrar mətn yaradan. sintaktik üslubi vasitə kimi. Mürəkkəb sintaktik bütövün spesifik struktur-semantik birlik kimi formalaşmasında əsas mətndaxili əlaqələrdən biri olan təkrarların rolu xüsusi maraq kəsb edir. Təkrar fikri daha qabarıq nəzərə çatdırmaq, vurğulamaqla yanaşı, həm də mətnin formalaşmasını təmin edir, mə...
ANL
Mirzə Ələkbər Sabir haqqında. yeni kitab çapdan çıxıb. İstedadlı alim, yorulmaz tədqiqatçı, bütün həyatını elmə həsr edən, ədəbiyyat tarixi, ədəbiyyatşünaslıq, çağdaş ədəbi proses, ədəbi tənqid tarixi, türk xalqları ədəbiyyatı kimi müxtəlif sahələrdə maraqlı araşdırmalar aparan və bu araşdırmaların nəticəsi olaraq dəyə...
ANL
Nazir təhsildə yüksək nəticə. qazanmış tələbələrlə görüşüb. Sentyabrın 9-da Azərbaycan Dövlət İqtisad Universitetində təhsil naziri Mikayıl Cabbarovun təhsildə yüksək nəticə qazanmış tələbələrlə görüşü keçirilib. Görüşdə Bakı ilə yanaşı, ölkəmizin müxtəlif bölgələrini - Gəncə, Abşeron, Bərdə, Qəbələ, Cəbrayıl, Zaqatala...
ANL
Azərbaycan təhsili yeni. dərs ili ərəfəsində. Yeni dərs ilinin başlanmasına sayılı günlər qalır. Təhsil islahatlarının daha da dərinləşdirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində son illər başlanan işlər daha qətiyyətlə davam etdirilib, bir sıra yeni layihələrə start verilib, təhsil sistemimizin Avrop...
ANL
Təhsil Nazirliyi cavab verir. Hüquqi məsələlər. Sual: Əvəzçilik qaydasında əmək fəaliyyəti ilə məşğul olmanın proseduru necədir? Cavab: Əmək Məcəlləsinin 58-ci maddəsinə əsasən, əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzç...
ANL
Ötən dərs ilində təhsil müəssisələrinə 9. min ədəd kompüter və noutbuk verilib. "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın dördüncü strateji istiqaməti müasir tələblərə uyğun və ömür boyu təhsili təmin edən təhsil infrastrukturunun yaradılmasını nəzərdə tutur. Bu istiqamət üzrə görüləcək...
ANL
Azərbaycan Dövlət Aqrar Universiteti. "Mənim universitetim" layihəsinin budəfəki hədəfi. Azərbaycan Dövlət Aqrar Universitetidir. Aqrar Universitet 6 tədris korpusundan ibarətdir. Hazırda universitetdə struktur bölmə kimi tədris-təcrübə təsərrüfatı, tədris, elm, kadrlar, tələbə, ümumi, redaksiya-nəşriyyat, informasiya ...
ANL
Təhsil işçilərinin sentyabr konfransları. Şuşa təhsil işçilərinin dərs ili qabağı sevinci. Şuşa rayonu təhsil işçilərinin sentyabrın 9-da Bakıdakı 276 nömrəli tam orta məktəb-liseyin akt zalında keçirilən ənənəvi konfransında iştirak edən müəllimlərin, rayonun rəhbər işçilərinin simasından bir sevinc və məmnunluq hissl...
ANL
üzrə eksperimentə başlayır. Seçilmiş tədris ocaqları buna hazırdırmı? Son illər ölkəmizdə ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində atılmış mühüm addımlardan biri də tam orta təhsil səviyyəsi üzrə təhsilin təmayüllər üzrə təşkilinə başlanılmasıdır. 2009-cu ildə qəbul olunmuş "Təhsil haqqında" Azərbaycan ...
ANL
Azərbaycan təhsil sistemində ilk dəfə... ADU-nun 10 tələbəsi universitet hesabına Çində təhsil alır. Ölkəmizin təhsil sistemində özünəməxsus yer tutan Azərbaycan Dillər Universiteti qarşısında qoyduğu bütün vəzifə və öhdəlikləri layiqincə yerinə yetirir. Universitet inkişaf prosesində uğurla addımlayan ölkəmiz üçün xar...
ANL
"Bu uğurumda təhsil aldığım. məktəbin xidməti çox böyükdür". Müsahibimiz 700 bal toplayan tələbə Əli İsgəndərovdur. Xırdalan şəhər Bəxtiyar Cəfərov adına 3 nömrəli məktəb-liseyi bitirib. I sinifdən XI sinfə kimi bütün fənlərdən əla qiymətlər alıb. Abşeron rayonu üzrə riyaziyyat fənni olimpiadalarında birinci yeri tutub...
ANL
"Ən yüksək bal topladığımı. eşidəndə çox sevindim". Müsabiqənin birincisi Firuzə Kərimli ilə söhbət. Artıq bir neçə ildir ki, Təhsil Nazirliyi tərəfindən ümumtəhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulu üzrə müsabiqə keçirilir. Nəticədə müsabiqənin hər 3 mərhələsini uğurla başa vuran 2445 müəllim v...
ANL
ölkələrində nə vaxt başlayır? Ölkəmizdə yeni dərs ilinin başlanmasına günlər qalıb. Dünyanın bir sıra ölkələrində isə yeni dərs ili ənənəyə uyğun olaraq sentyabrın 1-də başlayır. "Bilik günü"nün dünyanın ayrı-ayrı ölkələrində fərqli vaxtda və fərqli qaydada keçirilməsi ənənəsi də vardır. Beləliklə də dünya ölkələrində ...
ANL
Məşhur ingilis dramaturqu Şekspirin müdrik fikirlərindən birini xatırlamaq istərdik: "Həyat bir səhnədir, insanlar isə aktyorlar. Həqiqət də budur ki, yaxşılar el-obanın, xalqın hörmət və məhəbbətini qazanır, müxtəlif peşə və sənət sahibi olmaqla təbiətin, kainatın sirlərini açmağın yollarını öyrənən insanlar kimi uca ...
ANL
Beynəlxalq müsabiqələr laureatı. Rauf Hacıyev adına 15 nömrəli onbirillik musiqi məktəbində əməkdar müəllim Tamilla Məmmədovanın sinfində fortepianonun sirlərinə dərindən yiyələnir. Gənc yeniyetmə 10 yaşında olarkən Polşanın ölkəmizdəki səfirliyinin təşəbbüsü ilə keçirilən Şopen müsabiqəsində uğurlu çıxışına görə diplo...
ANL
Bakı şəhəri təhsil işçilərinin ənənəvi. Sentyabrın 14-də Bakı şəhəri təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib. Konfransda Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov, millət vəkilləri, nazirliyin struktur bölmə rəhbərləri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və əməkdaşları, məktəb...
ANL
ilinin ilk dərs məşğələsi haqqında. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Ümumtəhsil məktəb şagirdlərində fəal vətəndaş mövqeyinin formalaşdırılması, onların vətənpərvər ruhda tərbiyə olunması sahəsində həyata keçirilən tədbirlərin davamlı xarakter daşımasını təmin etmək və bununla əlaqədar pedaqoji kollektivl...
ANL
müəssisəsində mühazirələr təşkil edib. Fondun icraçı direktoru Oktay Səmədov. Şuşa və Qubadlının qaçqın məktəblərində. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu 15 sentyabr - Bilik günü münasibətilə 150-dən çox təhsil ocağında mühazirələr təşkil edib. Bilik Fondundan AZƏRTAC-a bildirilib ki, qurumun "İl...
ANL
Siyəzəndə bu tədris ilində. Siyəzən şəhər Mədəniyyət Mərkəzində təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib. Qeyd edilib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş təhsil islahatları möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu islahatlar bütün respublikamızda o...
ANL
ABŞ universitetlərinin idarə edilməsi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın (23 oktyabr 2013-cü il) və bu Strategiyanın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planının təsdiqi (19 yanvar 2015-ci il)...
ANL
Təhsil işçilərinin sentyabr konfransları. Gəncənin inkişafında şəhərin təhsil işçilərinin payı çoxdur. Sentyabrın 10-da keçirilən Gəncə şəhər təhsil işçilərinin konfransında son bir ildə qazanılan uğurlar, mövcud olan problemlər geniş təhlil edilib. Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Zakir Hüseynov məruzəsində bildir...
ANL
Dünya universitetlərinin yeni. reytinq cədvəli açıqlanıb. Reytinq cədvəlində dünyanın 82 ölkəsindən olan universitetlər qərarlaşıb. 2004-cü ildən etibarən nəşr edilən reytinq dünya universitetlərinin fəaliyyətini artıq son 10 il ərzində dəyişilməz olaraq qalan 6 əsas meyar (akademik nüfuz, elmi məqalələrdən sitatgətirm...
ANL
20 yanvar faciəsinin iyirmi beşinci. ildönümünün qeyd edilməsi barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. 20 yanvar faciəsinin iyirmi beşinci ildönümünün təhsil müəssisələrində qeyd edilməsi məqsədi ilə "Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə"nin 13.5-ci bəndini rəhbər tutaraq. 20 yanvar...
ANL
Ötən ilin uğurları. Təhsil Nazirliyinin 2014-cü ildə həyata keçirdiyi yeniliklər. Məktəbəqədər təhsil. * Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Fond yeni layihəyə - məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramına start verib. Proqramda ölkə üzrə məktəbə...
ANL
Vətəndaşlar Təhsil Nazirliyində. yaradılan şəraitdən razılıq edirlər. Ötən il Təhsil Nazirliyinin İnformasiya şöbəsinin Vətəndaşlarla. Son vaxtlar Təhsil Nazirliyinin strukturunda bir sıra dəyişikliklər olmuşdur ki, bunlardan da biri İnformasiya şöbəsinin tərkibində Vətəndaşlarla iş bölməsinin yaradılmasıdır. 2013-cü i...
ANL
"Gələcək karyeramı Mərkəzi. Bankda qurmağı planlaşdırıram". magistrantı Məhəmməd Məhərrəmli ilə söhbət. 2008-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə fakültəsinə daxil olub. 2013-cü ilin sentyabrından "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsin...
ANL
Azərbaycan Dövlət İqtisad Universiteti. Biznes İnkubatoru, Virtual Şirkəti, Karyera Mərkəzi olan universitet. Respublikanın tələbə sayına (2537 tələbəsi var) görə ən böyük fakültə (iqtisadiyyat və sənaye fakültəsi) bu universitetdədir. Universitetdə mindən çox müəllim, o cümlədən sıralarında Azərbaycan Milli Elmlər Aka...
ANL
Azərbaycan məktəblisi beynəlxalq. olimpiadada bürünc medal qazanıb. Azərbaycanlı şagirdlərin dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq bilik yarışlarında iştirak etmələri və vətənə medallarla qayıtmaları sevindirici haldır. Azərbaycan təhsilinin daha bir yetirməsi, Bakıdakı "İstək" liseyinin X sinif şagirdi Mə...
ANL
Balakən məktəbinin ən yaxşı müəllimi. Balakən rayonunda məktəb də çoxdur, bu məktəblərdə "Ən yaxşı müəllim" adını qazanmış müəllim də. Amma biz onlardan biri-ötən il bu adı qazanmış və möhtərəm Prezidentimizin sərəncamı ilə "Ən yaxşı müəllim" mükafatı almış Balakən şəhər humanitar və texniki təmayüllü liseyin tarix müə...
ANL
"Bloqumun istifadəçiləri olan. müəllimlər mənə təşəkkür edirlər". "Elektron təhsil" müsabiqəsinin qalibi danışır. Yenilənən dünyanın özü ilə gətirdiyi yeniliklərə uyğunlaşmaq bəziləri üçün çətin olsa da, əksəriyyəti bunu işlərinin mərkəzinə gətirməyi bacarır. Elə götürək informasiya-kommunikasiya texnologiyalarının (İK...
ANL