text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Məktəbimiz “Təhsildə keyfiyyət ili”ndə. Gələcək üçün təhsilli, sağlam vətəndaş və şəxsiyyət yetişdirmək məsuliyyətimiz artır. Təhsil sahəsində aparılan bütün islahatların məqsədi onun keyfiyyətinin yüksəldilməsinə nail olmaqdan ibarətdir. Çünki keyfiyyətli təhsil dövlətin, cəmiyyətin və təhsilalanların sosial tələbidir...
ANL
Birgə fəaliyyət, müştərək layihələr. Moskvalı məktəb direktorları Bilik Fondunda olub. Yanvarın 24-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda “Qardaşlaşmış məktəblər” layihəsinin iştirakçısı - Rusiyanın Moskva şəhərinin ölkəmizdə səfərdə olan bir qrup məktəb direktoru ilə görüş keçirildi. Əvvəlcə q...
ANL
Təlim məqsədləri düzgün müəyyənləşdirilməlidir. Kurikulum əsaslı yeni dərsliklərin tam orta təhsil səviyyəsində ilk nəsli artıq müəllim və şagirdlərimizin istifadəsindədir. Məktəbi yeni-şəxsiyyətyönümlü təhsil hədəfinə çatdırmaqda ən mühüm tədris resursu olan müasir dərsliklərə münasibət cəmiyyətdə birmənalı deyil. Ənə...
ANL
Tam Fiziki Cavab metodu ibtidai siniflərin ingilis dili dərslərində. Xarici dil vahidləri öyrədilərkən fiziki hərəkətlərlə əlaqələndirilməsi mənimsəməni daha səmərəli edir. Artıq bir neçə ildir ki, ibtidai siniflərdə İngilis dilinin əyləncəli tədris metodlarından biri olan Tam fiziki cavab və ya Total Physical Response...
ANL
“Ucqar kəndlərdəki uşaqlara daha çox fayda verə biləcəyimi düşündüm”. Xəyalə Kəlbalıyeva: “Bəzi dostlarım hətta kəndə getməyim deyə, mənə iş də tapmışdı”. Son illər ümumtəhsil məktəblərinin ixtisaslı müəllim kadrlarına olan tələbatının ödənilməsi Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin işə qəbulu üzrə müsabi...
ANL
Proqramı təqaüdçüləri harada işləyirlər? Gənclərimiz ölkəmizin inkişafında mühüm töhfələr verir. Qloballaşan dünyada hər bir ölkənin gələcəyini təmin edəcək gənc nəslin dövrün tələblərinə uyğun surətdə yüksəkixtisaslı mütəxəssis kimi yetişməsi strateji əhəmiyyət daşıyır. Son illər Azərbaycan Respublikası Təhsil Nazirli...
ANL
“Xaricdə təhsil hədəflərimizi qətiləşdirməyə stimul oldu”. Aysel Tahirova: “Prezident İlham Əliyevin gənclər üçün yaratdığı imkanlar üzərimizə böyük məsuliyyət qoyur”. Azərbaycanı xarici universitetlərdə təhsil aldığı illərdə layiqincə təmsil edərək peşəkar mütəxəssis kimi vətənə dönən və hazırda ölkəmizin inkişafı nam...
ANL
Auditoriyadan çox səngərdə faydalı ola bilərəm…. Azərbaycan Dövlət İqtisad Universitetinin əbədi tələbəsi Şamil Rəcəbov. “Əsir düşərgəsi” layihəsi üzərində işləyəndə anama söz vermişdim: “Kitabı təhvil verim, daha bir müddət bu mövzuya qayıtmayacağam”. Xoşbəxt idim, sevdiyim işi görürdüm, ancaq bir qarabağlı kimi özümü...
ANL
Məktəblilər üçün kiçik kitabxana yaradılıb. Yanvarın 22-də Şəmkir rayon mərkəzindən təxminən 46 km məsafədə, dəniz səviyyəsindən 1300 m yüksəklikdə yerləşən Nərimanlı kəndində məktəblilər üçün kitabxana yaradılıb. Kitabxana rayonun gənc müəllimlərinin “Ordu torpaqları, kitab könülləri fəth edər” şüarı altında bir ay ön...
ANL
Dinşünaslar pedaqoq kimi də. fəaliyyət göstərə biləcəklər. Ceyhun Məmmədov: “Nə qədər diqqətlə seçilsə də, kənardan gələn ədəbiyyatda bəzən problemlər çıxır”. Artıq öz dəst-xətti olan bir institutdur. Tezliklə doktorantura pilləsində də təhsil verməyə hazırlaşan Azərbaycan İlahiyyat İnstitutunda, sadəcə, din xadi...
ANL
Elmi tədqiqatlar - universitetlərin. əsas nüfuz göstəricisi kimi. Yeni reytinq ali məktəblər üçün aktual vəzifələri müəyyən edib. Müasir dövrdə elmi-tədqiqatçılıq dünya reytinqlərində layiqli yer tutmağa çalışan universitetlər üçün həyati əhəmiyyət kəsb etməkdədir. Elmi tədqiqatçılıq fəaliyyəti bir çox hallarda univers...
ANL
İstedadlar ünvanı. 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin yetirmələrinin uğurları sərhəd tanımır. Paytaxtdakı 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkil olunması üçün hər cür şərait yaradılıb. Burada istedadlı uşaqlar çoxdur və onlar daim bir-birləri ilə...
ANL
Azərbaycan dilçiliyində. məktəb yaratmış alim. Onun elmi araşdırma arealı heyrət doğuracaq genişlikdədir. Azərbaycan dilçilik elmində məxsusi yer tutmuş görkəmli alim Əbdüləzəl Dəmirçizadənin anadan olmasının 110 illiyinin yüksək səviyyədə qeyd olunması, dövlətimizin, ilk növbədə, Azərbaycan Respublikasının Pre...
ANL
Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarından idmançılarımız 25 medalla qayıdıblar. Azərbaycan idmançıları atletika, pauerliftinq, cüdo, stolüstü tennis, badminton, futbol, həndbol, basketbol, voleybol və üzgüçülük yarışlarında çıxış edərək böyük qələbəyə imza atıblar. Bir həftə davam edən Ümumdünya Xüsusi Yay Oli...
ANL
Onlayn təhsil bazarı. Universitetə getmədən keyfiyyətli ali savad almaq mümkündürmü? Cənubi Nyu-Hempşir Universiteti (SNHU) ABŞ-ın onlayn-təhsil sahəsində öndə gedən müasir ali məktəblərindəndir. Düzdür, verilən təhsilin səviyyəsi hamını qane etmir, bununla belə, fakt faktlığında qalmaqdadır: ali məktəb Amerika ...
ANL
Gənc ixtiraçıların ABŞ-da. özünü göstərməsi zamanı yetişib. Leyla Tağızadə: “Layihələrin yalnız elmi konsepsiyası yox, həm də verəcəyi iqtisadi səmərə qiymətləndirilir”. Şagirdlərin istedad və bacarıqlarının üzə çıxarılması, onların elmi tədqiqatçılığa stimullaşdırılmasında ölkəmizdə artıq ənənəyə çevrilmiş “Sa...
ANL
Cocuq Mərcanlıya gedən yolun kənarında Aprel zəfərindən ötən hər gün üçün bir ağac əkilib. Müasir hərb tariximizin zəfər salnaməsi sayılan Aprel döyüşlərindən artıq üç il ötür. Bu ildönümü qeyd etmək, yeniyetmə və gənclərdə vətənpərvərlik ruhunu yüksəltmək məqsədilə Təhsil və Müdafiə nazirliklərinin birgə təşkilat...
ANL
Tədbirlər Planının təsdiq edilməsi barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri (idarələri), ali, orta ixtisas təhsili müəssisələri, Təhsil Nazirliyinin tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri Tədb...
ANL
“Hədəflərimizin əksəriyyətinə nail olmuşuq”. Ceyhun Məmmədov: “Başqa ölkələrin vətəndaşları olan azərbaycanlıların pulsuz təhsil almaq imkanları üzərində düşünürük”. Fəaliyyətə başlamasının bir ili yenicə tamam olmuş Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov “Azərbaycan müəllimi” qəzetinə müsahib...
ANL
Ustadından sonra yeni fəlsəfi məktəb yaratmış tələbə. Pedaqoji fəaliyyətlə məşğul olanlara yaxşı məlumdur ki, öyrətmənin və öyrənmənin səmərəli olması ən çox müəllim-şagird münasibətindən asılıdır. Öyrədənin elmi, savadlı olması, öyrətmə metodunu yaxşı bilməsi başlıca şərtdir. Bununla yanaşı şagird psixologiyas...
ANL
Təhsil fədaisi. Ömrünün 56 ilini məktəb direktorluğuna həsr edən pedaqoq. Ömrünün yarım əsrindən çoxunu təhsilə, yetişən gənc nəslin həyatın enişli-yoxuşlu yollarında mətin addımlar atmağa, onların hərbi vətənpərvərlik ruhunda böyüməsinə həsr etmişdi. Çalışdığı rayonların hansı kəndlərində təhsil səviyyəsi aşağı...
ANL
Zəngin səsi uşaqları sinfə yığdı. Hamı yerinə keçib kitablarını açdı. Pıçıldaşan, gülüşən uşaqlar da, nəhayət, dərsə başlamağa hazır idilər. Onlar zəngin vurulmasına baxmayaraq, nədənsə hələ də pəncərədən çölə baxan müəllimi seyr edir, sual dolu baxışlarla bir-birinə baxırdılar. Birdən həmişə şıltaqlığı ilə seç...
ANL
Valideyn səriştəsinin artırılması. Məqsəd və istiqamətlər, prinsip və formalar. XVII əsrdə çex pedaqoqu və yazıçısı Yan Amos Komenski indi də mövcud olan sinif-dərs sisteminin əsasını qoymuş, sonrakı dövrlərdə isə tədrisin alman modeli formalaşmışdır. Alman modeli Vilhelm Humboltun təşəbbüsü ilə universitet təhsi...
ANL
Məktəb direktoru: müasir. təhsildə çox vacib aparıcı qüvvə. İki bənna xərəklə addımlayır. Giriş əvəzi. Əgər XII əsrin bu fransız rəvayətini müasir dövrümüzə ekstrapolyasiya etsək əminliklə demək olar ki, 2013-cü ildə Prezident sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət...
ANL
Təlim-tərbiyə prosesində şagirdlərin. idrak fəaliyyətinin inkişaf etdirilməsi. Fəal təlim şagirdlərin idrak fəallığını artırır, onları müstəqil qərarlar çıxarmağa yönəldir. Məlumdur ki, yeni kurikulumların tətbiqi bu gün təlimin nəticələr üzərində qurulmasını və interaktiv formada təşkilini tələb edir. Bu da şag...
ANL
Asəf Zeynallı irsini yaşadanlar. Musiqi Kollecində yubiley tədbiri. Azərbaycanın ilk ali təhsilli professional bəstəkarı, ölkəmizdə uşaqdan-böyüyə hər kəsə tanış olan və hamı tərəfindən sevilən məşhur “Ölkəm” romansının musiqi müəllifi Asəf Zeynallının anadan olmasının 110 illiyi tamam olur. Bu münasıbətlə bəstəkarın...
ANL
3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində çoxlu sayda istedadlı, yüksək yaradıcılıq potensialı olan uşaq və yeniyetmə məşğul olur. Təcrübəli müəllimlərsə bu mərkəzdə istedad sahiblərini aşkara çıxarmaq və inkişaf etdirmək üçün əllərindən gələni əsirgəmirlər. Onların hər uğuruna sevinir, hər birinə diqqət və qayğı i...
ANL
Azərbaycan multikulturalizm. və tolerantlığın mərkəzidir. Müasir dövrdə həyata keçirilən multikulturalizm siyasəti dövlətin tolerantlıq prinsiplərinə sadiq qalmasının bariz nümunəsidir. Azərbaycan müxtəlif sivilizasiyaların və mədəniyyətlərin qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitin...
ANL
Olduqca sevindirici haldır ki, Azərbaycan Milli Konservatoriyanın tərkibində İncəsənət Gimnaziyasının teatr şöbəsində Balaca Yazarlar Birliyi Studiyası da fəaliyyət göstərir. Studiyaya ancaq istedadı, yaradıcılıq potensialı işartı verməkdə, necə deyərlər, cücərməkdə olan şagirdlər cəlb olunurlar. Gimnaziyada teat...
ANL
Daimiləşmək üçün. Müəllimlər yüksək hazırlıq səviyyəsi nümayiş etdiriblər. Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda həyəcan yenə zirvədədir. Binanın giriş qapısından başlayan gərginlik içəriyə doğru daha da artır. Yaxınlarının çıxmağını gözləyənlərin həyəcanı müsahibəyə girəcəyi vaxtı gözləyən namizədl...
ANL
Azərbaycanda texniki elmlər sahəsində. çalışanların 53 faizini qadınlar təşkil edir. “Azərbaycan qadınlarının elmi-texnoloji sahələrdə təmsil olunma səviyyəsi dünya üzrə müvafiq orta göstəriciləri xeyli qabaqlayır”. Bu sözləri AMEA-nın prezidenti, akademik Akif Əlizadə aprelin 25-də Azərbaycan Milli Elmlər Akademiyası...
ANL
Layihə genişlənir və daha da etimad qazanır. Bu dəfə də gözlər onları axtardı. “Orda da məktəblinin dostları olsaydı...” , - deyib, bir məktəblinin intiharının ardından axtardığımız boşluqlar arasında məhz “Məktəblinin dostu” layihəsinə ehtiyac duyulan bir yerdə yoxluğunu gördük. Cəmi 30 məktəbdə pilot olaraq baş...
ANL
Pedaqoji ictimaiyyət üçün dəyərli töhfə. Naxçıvan Muxtar Respublikasında təhsil quruculuğu sahəsində həyata keçirilən tədbirlər, imzalanan dövlət sənədləri mütərəqqi təhsil imkanlarını artırmaqla yanaşı, milliliklə bəşəriliyin nümunəvi modelini, tarixiliklə müasirliyin vəhdətini təqdim edir. Naxçıvan Muxtar Resp...
ANL
tam orta məktəbdə şagirdlərlə görüşüb. Aprelin 23-də Qaradağ rayonu Müşviqabad qəsəbəsində yerləşən Füzuli rayon 50 nömrəli tam orta məktəbdə “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” ilə əlaqədar Azərbaycan Yazıçılar Birliyinin üzvü, nasir, publisist, hüquq elmləri doktoru, “Şöhrət” ordenli Çingiz Abdullayevlə...
ANL
İcma əsaslı məktəbəqədər təhsil. Vətən üçün layiqli övladlar yetişdirmək, tərbiyə etmək təhsil ocaqlarının ümdə vəzifələridir. Uşaq bağçalarından başlanan bu proses məktəbəqədər təhsil ocaqlarında davam etdirilir və məktəblərdə öz bəhrəsini verir. Təhsil İnstitutu UNİCEF və Avropa İttifaqının maliyyə dəstəyi ilə...
ANL
Təhsilin gələcək inqilabı. Gələcəyin STEM ixtisasları sırasında xüsusi mövqedə dayanan prioritet sahə. Sürətlə dəyişən və inkişaf edən dünya, dəyişikliklərə cəld və müsbət münasibət göstərə bilən gəncləri (şagird və tələbələri) yetişdirmək iqtidarına malik çevik təhsil sisteminin olmasını zəruri edir. Dünyanın inkişaf...
ANL
“Dövlət Proqramı universitetlərimiz qarşısında geniş imkanlar açır”. Tural Qasımov: “Gələcəkdə dünyada gedən elm savaşında gənc alimlərimizin də payı olacaqdır”. Ölkəmizdə istedadlı gənclərə göstərilən dövlət dəstəyi, təhsil sahəsində həyata keçirilən davamlı islahatlar ali təhsil sisteminin rəqabət qabiliyyətini...
ANL
Fransada elmi dərəcə və adların verilməsi təcrübəsi. Bu sahədə mərkəzləşdirilmiş tənzimləmə mexanizmi mövcuddur. Fransa elmi dərəcə və adların verilməsi sahəsində bir sıra cəhətləri ilə özünəməxsus xarakter daşıyan təcrübəyə malikdir. Əsas cəhət elmi dərəcə və elmi adların verilməsində mərkəzləşdirilmiş tənziml...
ANL
“Yaradıcı məktəblər” kitabı haqqında bəzi qeydlərim. “Heyrətamiz və xoş…bizi həqiqi məktəbin, tədrisin və yaradıcılığın nə məna daşıdığı barədə yenidən düşünməyə vadar edir”. Malala Yusufzay, Nobel mükafatı laureatı. Bu gün təhsil həm klassik maarifçilərin dediyi mənəvi vəzifəni yerinə yetirir, həm də sənaye döv...
ANL
İctimai Şuranın yaradılması təhsilin inkişafına töhfəsini verəcək. Məlum olduğu kimi, təhsil cəmiyyət və dövlətin inkişafının əsasında durmaqla strateji əhəmiyyətə malik olan və inkişaf etdirilən fəaliyyət sahəsidir. Son illərdə ölkədə təhsilin inkişafı istiqamətində mühüm addımlar atılmışdır. Təhsilin normativ h...
ANL
Peşə təhsili zamanın tələbinə çevrilir. Artıq peşə təhsili müəssisələrində oxumaq istəyən 4000-dən artıq şəxsin müraciəti qeydə alınıb. Qəbul prosesinin rahatlığını və şəffaflığını təmin etmək məqsədilə artıq dördüncü ildir ki, peşə təhsili müəssisələrinə qəbul Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə Azərbaycan ...
ANL
Latın qrafikalı əlifba. Azərbaycanda əlifba mərhələləri. Biz indi müstəqil dövlət kimi, azad xalq kimi öz dilimizlə, Azərbaycan dili ilə fəxr edirik! Heydər ƏLİYEV, ümummilli lider. Əlifba hər bir xalqın həyatında, onun yazı mədəniyyətinin formalaşmasında mühüm rol oynayır. Hazırda dünyada 350-dən artıq müxtəlif əli...
ANL
Dil həmən millətdir. Bu gün ölkəmizin hər bir guşəsində öz dilini öyrənənlərin, sevə-sevə danışanların, başqalarına öyrədənlərin günüdür. Bu gün, eyni zamanda bizlərə dilin milli kimliyimizin var olmasının təməl prinsipi olduğunu göstərərək milli intibahımızın günüdür. Azərbaycan dili adlandırdığımız Ana dilimiz Firudi...
ANL
Təhsilin sərhəddi olmamalıdır. Şagirdlə müəllimin bərabər olduğu məktəb. Moskvanın 45 nömrəli orta məktəbini əvvəllər ittifaq, indi isə Rusiyanın pedaqoji mühitində tanımayan yoxdur. Bu populyarlığın banisi isə təhsil ocağının unudulmaz direktoru və yaradıcısı Leonid Milqramdır. Onun direktor olduğu dövrlərdə si...
ANL
Uşaqlara öyrənməyi sevməyi öyrədənlər. “Dərs deməyi sevən müəllimlər uşaqlara öyrənməyi sevməyi öyrədirlər”. Məşhur ingilis pedaqoqu Robert John Meehanın bu fikri çox ibrətamizdir. Çünki həyatdaki bütün uğurların, xoşbəxtliklərin əsasında (nüvəsində) sevgi dayanır, özü də böyük sevgi! Şagirdlərə öyrənməyi sevməyi öy...
ANL
Dünya məktəbliləri Bakıda yarışır. Azərbaycan 31-ci Beynəlxalq İnformatika Olimpiadasına ev sahibliyi edir. Çünki bilirdim ki, olimpiadalarda güclü iştirakçılar mübarizə aparır. İnformatika üzrə olimpiadada artıq üçüncü dəfədir iştirak edirəm. Medal qazanmaq üçün əlimdən gələni etdim”. Fizika-Riyaziyyat və İnfotm...
ANL
Təhsildə keyfiyyət müəllimdən başlayır. Müəllimlərin işə qəbulu üzrə daha bir müsabiqəyə yekun vurulur. Həyəcanı büruzə verən, sualı cavablandıra bilməyib gözləri dolan, hətta göz yaşlarını saxlaya bilməyib hönkür-hönkür ağlayan belə var. Azərbaycan Texniki Universitetinin idman zalında hava yenə ağırlaşıb. Bayı...
ANL
Məktəbə hazırsanmı? Beş yaşlı uşaqların 90 faizi məktəbəhazırlıq qruplarına cəlb olunacaq. Bütün 5 yaşlıların 90 faizinin məktəbəhazırlıq qruplarına cəlb olunması üçün dövlət tərəfindən hər cür imkan yaradılıb. Odur ki, məktəbəhazırlıq təhsili ölkədəki bu yaşda olan bütün uşaqların 90 faizini əhatə edəcək. 2019-...
ANL
Rusiyada məktəb yaratmış. azərbaycanlı müəllimin həyat yolu. 45 il əvvəl İsmayıl Əliyevin əsasını qoyduğu təhsil ocağının şagirdləri olimpiadalarda lider mövqelərini saxlayırlar. Ötən əsrin 60-cı illərində SSRİ Nazirlər Sovetinin “Fizika-riyaziyyat və kimya-biologiya profilli ixtisaslaşdırılmış internat-məktəblə...
ANL
Dini radikalizm və ekstremizmə. qarşı mübarizədə təhsilin rolu. Bu amillərin cəmiyyət üçün ciddi fəsadlar törədə biləcəyi şagirdlərə məqsədəuyğun şəkildə izah edilməlidir. Tədqiqatlar, eyni zamanda təcrübə göstərir ki, cəmiyyətin davamlı inkişafının təmin olunması təhsilin inkişafı ilə, təhsilin məzmun keyfiyyət...
ANL
“Nəsimi ili” müəllimlərin. qarşısına yeni vəzifələr qoyur. Azərbaycanın dahi şairi İmadəddin Nəsiminin anadan olmasından 650 il keçir. İmzaladığı fərman və sərəncamlarla klassiklərimizin irsinin ölkəmizdə və bütün dünyada tanıdılmasına ardıcıl fikir verən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2019-cu...
ANL
Riyaziyyat sinifdənxaric və. məktəbdənkənar tədbirlərdə. Şagirdlərin təlim nailiyyətlərinin yaxşılaşdırılmasında mühüm amil. Riyaziyyat elə bir elmdir ki, hər bir insan gündəlik həyatda, əməli fəaliyyətdə onunla qarşılaşır. Müasir texniki tərəqqi dövründə ixtisas sahələrinin çoxu riyaziyyatla bağlıdır. Odur ki, həm ...
ANL
Universitetlərin transformasiyası. Ali məktəb menecmenti üçün tədris proqramları populyarlaşır. İnformasiya əsri bütün sferalarda olduğu kimi, təhsilin idarə olunması prosesinə də yeni yanaşma tərzi tələb edir. Bu gerçəklik özünü xüsusilə ali məktəblərin menecmentində büruzə verir. Hazırda Qərbdə onlayn təhsil kur...
ANL
Modulların tədrisində nəzəri. və praktik təlimlərin inteqrasiyası. Tələbələr az vaxt ərzində, həm də bir-biri ilə üzvi əlaqədə formalaşmış bilik və bacarıqlar əldə edirlər. Peşə təhsili müəssisələrində keyfiyyətli, səriştəli kadrların hazırlanmasına təsir göstərən amillərdən biri nəzəriyyə ilə praktik təlimlərin...
ANL
“Lənkəranda ən müasir universiteti quracağıq”. Natiq İbrahimov: “LDU-da həyata keçirdiyimiz dəyişikliklər müsbət reaksiya doğurur”. Lənkəran Dövlət Universitetinin fəaliyyəti müstəqillik dövrünü əhatə etsə də, inkişafı son illərdə Azərbaycanda, o cümlədən təhsil sahəsində gedən böyük prosesin nəticəsidir. Univer...
ANL
Tədris rus dilində aparılan. məktəblərdə ikidilli təhsil modeli. Bilinqval təhsil ana dilində və xarici dildə fənlərin paritet gözlənilməklə paralel tədrisini mümkün edir. Latviya hökuməti milli azlıqların məktəblərində tədrisin latış dilinə keçilməsi barədə islahata hazırlaşır. 2021-2022-ci tədris ilində tətbiq ...
ANL
YUNESKO-nun “Qlobal məqsədlər” dərsləri. “Suyun çirklənməsi içməli sudan istifadəni azaldır və suda yaşayan orqanizmləri təhlükə altında qoyur. Suda yaşayan orqanizmlərin və bütövlükdə ekosistemin qorunmasını təmin etmək üçün ciddi tədbirlər lazımdır”. Kollinz Abalu Abudca, Ladela orta məktəbinin müəllimi. Təlim ...
ANL
Riyaziyyat sinifdənxaric. və məktəbdənkənar tədbirlərdə. Şagirdlərin təlim nailiyyətlərinin yaxşılaşdırılmasında mühüm amil. Riyaziyyat elə bir elmdir ki, hər bir insan gündəlik həyatda, əməli fəaliyyətdə onunla qarşılaşır. Müasir texniki tərəqqi dövründə ixtisas sahələrinin çoxu riyaziyyatla bağlıdır. Odur ki, ...
ANL
Və onlar bacı-qardaşdırlar. Ağlı, zəkası, davranışı, nizam-intizamı, əxlaqı ilə seçilən bu yeniyetmələr təhsil aldıqları məktəbin də fəxri sayılırlar. İlk görüşdə onlar mənə çox xoş təsir bağışladılar və tezcə də doğmalaşdıq. Olduqca səmimi, həlim xarakterli qeyri-adi istedad sahibləri ilə söhbətimiz də ürəkaçan ...
ANL
Natiq İbrahimov: “Məzunlarımıza olan tələbat artıb”. Lənkəran Dövlət Universiteti son 2 ildə bir çox ilklərə imza atıb. Ancaq bunların ən önəmlisi tədrisdə keyfiyyəti artırmalarıdır. Universitetin rektor əvəzi Natiq İbrahimov “Azərbaycan müəllimi”nə müsahibəsində tədrisdə müəllimdən başlayan keyfiyyət dəyişikliyi...
ANL
Həyatının uğur salnaməsini yazan gənclər. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "2019-cu il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında” 2019-cu il 31 yanvar tarixli sərəncamı ilə mədəniyyət, elm, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən şəxslərə Gən...
ANL
Ticarət etmək üçün oxumaq. Yaxud dünyanın ən yaxşı biznes məktəblərindən birində gələcək sahibkarlar necə hazırlanır. Gələcəyini biznesdə görən və biznesmen peşəsinə yiyələnmək istəyən gənclərin ticarət işi üzrə ali savad almalarına ehtiyac var, yoxsa bu, anadangəlmə intuisiya və fərasətdən asılı bacarıqdır? ...
ANL
“Müəllimlik böyük səbirdən başlayır”. Hərəsi bir kitabdır. Həmsöhbətimiz 286 nömrəli orta məktəbin qabaqcıl müəllimi, ibtidai siniflər üzrə metodist Sərvinaz Abbasova kimi. İllər öncə Pedaqoji İnstituta qəbul üçün imtahan versə də, nəticəyə nail ola bilməyib. Ona görə ki, anasının ağır xəstələndiyi və əməliyyat ...
ANL
Şöhrəti zamana sığmayan qəhrəman. Canını Vətən yolunda fəda edən şəhidlər... Qeyrət timsallı babalarımızın bizə əmanət qoyub getdiyi torpaq uğrunda canını tapşıran igidlər... Ana və Vətən müqəddəsliyi önündə diz çökən oğullar... Mehdi Hüseynzadə. Misilsiz qəhrəmanlığını vəsf etmək üçün söz belə gücsüzdür. Buna baxmay...
ANL
Onomastika məktəbinin yaradıcısı. Dilçilik elminin fədaisi və təhsil təşkilatçısı. Onu, birmənalı olaraq, XX əsr Azərbaycan dilçilik elminin ən görkəmli nümayəndələrindən biri hesab etmək olar. Bu təkcə onunla bağlı deyil ki, o, Azərbaycan dilçiliyinin ən həssas problemlərini tədqiqata cəlb edərək hər bir suala əs...
ANL
Məhdudiyyətləri aşan. gələcəyin peşəkarları. Peşə təhsili müəssisəsində inklüziv təhsil uğurla tətbiq olunur. Aralarında öyrənməyə həvəslisi də var, həvəssizi də. Gecə işləyib, gündüz dərsdə iştirak edəni, dərsə gəlməsi müəllimlərin valideynlərlə işbirliyinin nəticəsi olanlar, 16 yaşında məktəb partasından duru...
ANL
Məsafəni maneə bilməyən. Qubanın gənc müəllimləri. Təhsilin keyfiyyətinin yüksəlməsində onların rolu əvəzsizdir. Təhsilin keyfiyyət artımı son 5 ildə dəyişən rəqəmlərdə özünü göstərir. Hər rəqəmin arxasında isə fasiləsiz keyfiyyətli təhsili təmin etmək üçün həyata keçirilən davamlı islahatlar dayanır. Bu islahatl...
ANL
İcma əsaslı Uşaq Təhsil mərkəzləri məktəbəqədər təhsilin əhatəliliyini artırır. Tədqiqatlar göstərir ki, insanın daha aşağı yaş qrupunda, yəni 5-6, hətta 3-4 yaşından öyrənməyə başlaması, təhsilin keyfiyyətinin artırılmasında, insanın dünyagörüşünün və intellektinin inkişafında mühüm əhəmiyyətə malikdir. Ölkəmiz...
ANL
Ana dilimiz milli-mənəvi sərvətimizdir. “İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir”. Heydər ƏLİYE...
ANL
müsabiqəyə qatılmaq çox məsuliyyətli idi”. Xədicə Mehdiyeva: “Hamı ayağa qalxıb Azərbaycan! Azərbaycan! Uşaq, yeniyetmə və gənclər arasında istedad və bacarıqları ilə fərqlənənlər çoxdur. Müxtəlif yaradıcılıq mərkəzlərində, dərnəklərdə, studiyalarda ilkin fitri istedadlarını inkişaf etdirən, hələ erkən yaşlarında ...
ANL
YUNESKO-nun “Qlobal məqsədlər” dərsləri. Yolu yarıya qədər getmək mənasızdır: Minilliyin İnkişaf Məqsədlərindən. “Şagirdləri qazandıqları bilikləri xeyirli məqsədlər naminə istifadəyə yönəltmək lazımdır. Çətin çağırışlardan qorxmayan yaradıcı insan başqaları ilə əməkdaşlıqda qlobal problemləri dərindən anlayaraq ...
ANL
Təhsilalanlar üçün böyük motivasiya. Təqaüdlərin artırılması keyfiyyətli təhsilə tələbatı da yüksəldəcək. Ötən həftənin ən yaddaqalan hadisələrindən biri Prezident İlham Əliyevin doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura ...
ANL
Ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri. arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının. müsabiqə-festivalının keçirilməsi barədə. Azərbaycan Respublikası. Təhsil Nazirliyi. Azərbaycan Təhsil İşçiləri. Azad Həmkarlar İttifaqı. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş gənclə...
ANL
Uğurlu karyera qurmaq üçün dəstək. İnşaat, memarlıq, dizayn şirkətlərinin Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələrindən gözləntiləri böyükdür. Azərbaycan Memarlıq və İnşaat Universitetində canlanma var. Xüsusən, idman zalının qarşısı qələbəlikdir. Bu da səbəbsiz deyil. Universitet rəhbərliyinin təşəb...
ANL
Şərəflə yaşanan ömür. Ta qədim zamanlardan müəllim əməyinin qüdsiyyəti, əzmkarlığı barədə xeyli dəyərli fikirlər söylənilmişdir. Müəllim adının şərəf və ləyaqətini hər şeydən uca tutan pedaqoji fikir mücahidlərimiz, tanınmış mütəfəkkirlərimiz də bu sahədə maarifləndirmə istiqamətində sanballı tövsiyələr vermiş, ...
ANL
Sağlam rəqabət və innovativ fəaliyyət. Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin qalibləri məlum oldu. Son illər ölkəmizin təhsil sistemində aparılan keyfiyyət dəyişikliklərinin əyani nümunəsi kimi inkişaf və innovasiya xarakterli layihələrin, müsabiqələrin həyata keçirilməsi müsbət ənənəyə çevrili...
ANL
Təhsil naziri Böyük Britaniyanın ölkəmizdəki səfiri ilə görüşüb. İyulun 22-də Təhsil naziri Ceyhun Bayramov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Karol Kroftsla onun ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması münasibət...
ANL
STEM-təhsil evdən başlayır. Və ya bacarıqları erkən yaşlardan uşaqlarda necə inkişaf etdirmək olar? Müasir dünya çox sürətlə dəyişir və təhsil sistemi həmişə bu dəyişikliklərlə ayaqlaşa bilmir. Gələcək üçün müəyyən biliklər deyil, uşaqların yeni şəraitə asanlıqla uyğunlaşmasına imkan verəcək xüsusi bacarıqlar getdikcə ...
ANL
Təhsildə əsas göstərici müəllim amilindən asılı olacaq. Təhsil naziri yüksək bal toplayan müəllimliyə namizədlərlə görüşüb. Müəllimlərin işə qəbulu imtahanlarının keçirildiyi Azərbaycan Texniki Universitetinin idman zalında yenə qələbəlikdir. 14 gündən bəri keçirilən imtahanların sonuncu seansı da başa çatmaq üzrə...
ANL
İyulun 8-24 tarixlərində keçirilən müəllimlərin işə qəbulu müsabiqəsinin imtahan mərhələsi yekunlaşıb. Nəticələri ilə öyünənlər. Bu mərhələnin ilkin nəticələrinə əsasən, imtahanda iştirak etmiş namizədlərdən 18881 nəfəri (46 faiz) uğur qazanaraq müsabiqənin növbəti mərhələsinə vəsiqə qazanıb. Onlardan 3 nəfər imtahanl...
ANL
Məktəbəhazırlıq ibtidai təhsilə keçidi asanlaşdırır. Avqustun 15-dən məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayacaq. Gələn aydan başlayaraq dövlət orta ümumi təhsil müəssisələrində təşkil olunan məktəbəhazırlıq qruplarına sənəd qəbuluna start veriləcək. Qeyd edək ki, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirv...
ANL
Ömürboyu təhsil və liderlik. UNEC təhsilimizə yeni innovasiyalar gətirir. Məlumdur ki, XXI əsrin doğurduğu ən mühüm trendlərdən biri ali təhsil sistemində yeni innovasiyaların tətbiqi ilə bağlıdır. Müasir universitet modeli öz fəaliyyətində ölkənin dünya arenasında rəqabət qabiliyyətliliyinin gücləndirilməsinə x...
ANL
Metodik təcrübənin ünvanı. Tarix müəlliminin yeni yanaşmalarından bəhs edən kitab. Hər bir ölkənin milli təhsil sistemində onun sosial-iqtisadi və mədəni-mənəvi inkişafı səviyyəsinə uyğun, yerli mentalitetə və dəyərlər sisteminə əsaslanan kurikulumun hazırlanması, müvafiq ümumi və xüsusi metodikalardan istifadə olunm...
ANL
“Azərbaycan məktəbi” jurnalının 95 illik yubiley qeyd olunub. Tədbir iştirakçıları əvvəlcə jurnalın 95 illik fəaliyyətini əks etdirən sərgi ilə tanış olublar. Yubiley tədbirdə çıxış edən Təhsil naziri Ceyhun Bayramov “Azərbaycan məktəbi” jurnalının ilk elmi-pedaqoji nəşr kimi ölkəmizdə xalq maarifinin inkişafında...
ANL
Ümummilli lider Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsinin 50 illiyi ilə bağlı tədbir. İyulun 15-də Təhsil Nazirliyində ümummilli lider Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsinin 50 illiyi münasibətilə tədbir keçirilib. Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının Təhsil Nazirliyi ərazi...
ANL
Koreya səfiri Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində. Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kim Tong Opla görüş keçirilib. “Peşə Tədris Mərkəzinin yaradılması” layihəsinin rəhbəri Heo Yo Sydoni...
ANL
Ali təhsil sahəsində əlaqələrin gələcək inkişaf perspektivləri müzakirə edilib. İyulun 15-də Təhsil naziri Ceyhun Bayramov Əfqanıstan İslam Respublikasının Ali Təhsil naziri vəzifəsini icra edən Abdul Tavab Balakarzai ilə görüşüb. Görüşdə Azərbaycan Respublikası və Əfqanıstan İslam Respublikası arasında ali təhsil sah...
ANL
Transfer - köçürülməni asanlaşdıran elektron system. Transfer - köçürülməni asanlaşdıran elektron sistem Günay İsgəndərova: “Minlərlə tələbə öz arzularına çatıb”. Məlum olduğu kimi, iyulun 5-dən tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə d...
ANL
Bilik əsas meyar olanda... Müəllimlərin işə qəbulu imtahanlarının ictimai əks-sədası: “Bu prosesin müsbət nəticələrini mütləq görəcəyik”. Zemfira Əmirova Bakı Slavyan Universitetində ikinci dəfə təhsil alaraq ixtisasını müəllimliyə dəyişib. Bu il məzun olan Zemfira ilk dəfə müəllimlərin işə qəbulu üzrə müsabiqə...
ANL
ADNSU-da Milli Mətbuat Günü qeyd olunub. İyulun 18-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı 22 iyul - Milli Mətbuat Günü münasibətilə kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələri ilə görüşüb. Jurnalistləri rəhbərlik etdiyi ali məktəbdə görməkdən məmnunluğ...
ANL
Şagird psixologiyasına müsbət təsir edən faktor. Yeni təlimdə tədqiqatçılığın inkişaf yolları. Milli kurikulumun tətbiqindən on ildən çox zaman keçir. Bu müddət ərzində bu təhsil konsepsiyasını hər kəs eyni cür qarşılamayıb, müxtəlif yanaşmalarla dərk edilməyə çalışıldı. Ənənəvi metodika ilə yanaşı özünüdərketmə...
ANL
Həm əylənir, həm də öyrənirlər. “Yay məktəbi”ndə məşğələləri hər bir məktəb üçün təyin edilmiş məktəblinin dostları həyata keçirir. Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə həyata keçirilən “Məkt...
ANL
Məktəblilər Bakı Kitab Mərkəzində. Məktəblilər yay tətilini səmərəli və maraqlı keçirir. Belə ki, "Yay məktəbi" çərçivəsində Bakı şəhəri 5 nömrəli tam orta məktəbin şagirdləri Bakı Kitab Mərkəzinə ekskursiya ediblər. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, məktəblilər Bakı Kitab Mərkəzinin ...
ANL
Bayrağımızı Avropada ucaldanlar. İdman məktəblərinin yetirmələri II Avropa Oyunlarında böyük uğura imza atıblar. Tarixin bütün dönəmlərində Azərbaycan idmançıları dünya idman tarixinə öz imzalarını atıblar. Keçmiş sovetlər məkanında güləşçilərimiz, boksçularımız, samboçularımız, yüngül atletika təmsilçilərimiz da...
ANL
Görkəmli maarifçi. Mirzə Vəli Qəmərli. Böyük Öndərimiz Heydər Əliyev milli-mənəvi dəyərlərimizi mütəmadi olaraq toplamağı və gələcək nəsillərə çatdırmağı daim tövsiyə edirdi. Milli-mənəvi dəyərlərimizi toplayaraq dərc etdirməklə pedaqoji fikir tariximizi zənginləşdirən, lakin pedaqoji tədqiqatlardan kənarda qal...
ANL
“Təhsilin keyfiyyəti müəllimin. bilik və bacarığından asılıdır”. Sona Əliyeva: “Əhalinin keyfiyyətli təhsilə əlçatanlığı artırılır”. Sona Əliyeva əmək fəaliyyətinə 2000-ci ildə Şəmkir rayonundakı Füzuli adına humanitar-təbiət təmayüllü məktəb-liseydə biologiya müəllimi kimi başlayıb. Kurikulum islahatlarının öl...
ANL
Hər qələbəmdən sonra Azərbaycan. bayrağı dalğalananda qürur duyuram”. Emil Hüseynov: “Münsiflər repertuarımın çox çətin olduğunu bildirsələr də öhdəsindən gəldim”. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Orta ixtisas musiqi məktəb-studiyasının X sinif şagirdi, istedadlı violin ifaçısı Emil Hüseynov beyn...
ANL
Azərbaycan Texniki Universitetinin əbədi tələbəsi Elşad Əliyev. Lent.az-ın “Əbədi tələbələr” layihəsində Azərbaycan Texniki Universitetinin əbədi tələbəsi Elşad Əliyevi anası Flora Hüseynova ilə birgə yad edirik. Buna görə də ana bu müqəddəs hədiyyəni də, onunla bağlı xatirələri də göz bəbəyi kimi qoruyur. Üzünə ...
ANL
“Azərbaycan məktəbi”. jurnalının keçmiş nüfuzu qaytarılır. 95 il elmi-pedaqoji mühitin tərbiyəsində. Azərbaycan Respublikası Təhsil Nazirliyinin elmi-nəzəri, pedaqoji jurnalı olan “Azərbaycan məktəbi”nin bu il 95 yaşı tamam olur. Jurnal 95 il müddətində təhsil sisteminin yeniləşməsində, təlim-tərbiyə işinin keyfiyyə...
ANL
Dərslərini Amerika kurikulumu ilə keçən müəllim. Günel Baxşəliyeva: “Müasir təlimdə düzgün ünsiyyət bacarıqları ön planda olmalıdır”. Elə həmin ildə ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak edərək Lənkəran Dövlət Universitetinin (LDU) biologiya fakültəsinə daxil olub. LDU-nu 2004-cü ildə fərqlənmə d...
ANL