text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Qazax Müəllimlər Seminariyasının. yaranması tarixindən. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin təşkil etdiyi ilk milli seminariya. Bu il ölkəmizdə türk-islam dünyasında ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi geniş qeyd olunur. Bu tarixi hadisənin müstəsna əhəmiyyəti nəzərə al...
ANL
Avropanın ən savadlı məktəblilərinin vətəni. Yaxud Estoniyanın təhsil uğurlarının əsasında hansı amillər dayanır? Hər bir ölkənin inkişafı birbaşa olaraq onun təhsil sisteminin keyfiyyəti ilə bağlıdır. Sosial rifah halı, iqtisadi qüdrəti, hərbi gücü, əsasən də XXI əsrin başlıca trendi olan texnoloji potensialı y...
ANL
Tələbə ruhuna bürünmüş şəhər. Lundda ali təhsili almaq yox, yaşamaq lazımdır. İsveçin cənubunda yerləşən Lund şəhərinin ən böyük dəyəri onun universitetidir. Əsası orta əsrlərdə qoyulmuş ali məktəb dünyanın 100 ən yaxşı təhsil ocağı siyahısına daxildir. Bəs siz Lund Universiteti barədə indiyədək eşitmişdiniz? Bu k...
ANL
Müəllim-şagird münasibətləri. Təhsilin keyfiyyətinə təsir edən amil kimi. Son illər aparılan məqsədyönlü və planlı islahatlar nəticəsində təhsilimizdə ciddi dəyişikliklər baş verib.Təhsilin məzmunu, qiymətləndirmə sistemi yenilənib, İKT-nin təhsilə tətbiqi sürətlənib, maddi-texniki baza möhkəmlənib, müasir məktəb...
ANL
Təbiəti sevib-sevdirən alim. Deyirlər, torpaq insanın anası, hava isə laylasıdır. Əslində biz özümüz də təbiətin bir zərrəsi, onun tərkib hissəsiyik. Təbiət bizim hamımızın anasıdır. Adını Qara qoyurlar. Amma onda bəlkə də Teyfur kişinin heç ağlına belə gəlməzdi ki, Qara böyüyəcək və biologiya sahəsində həqiqətə...
ANL
Cümhuriyyət Azərbaycan. dilini dövlət dili elan etdi. Maarif sahəsində milliləşmə prosesinin əsası qoyuldu. XX əsrin əvvəllərində Şərqdə bir günəş doğdu- əsrlər boyu öz azadlığı uğrunda qurbanlar verən Azərbaycan müstəqilliyinə qovuşdu. Öz işıqlı ideyaları ilə Azərbaycan Xalq Cümhuriyyəti nəinki milli dövlətçilik...
ANL
Cümhuriyyət dövründə təhsildə qadınlar. Azərbaycan Xalq Cümhuriyyəti qadınların maariflənməsinə xüsusi həssaslıqla yanaşırdı. Azərbaycanda qadın fəallığının əsaslarını və ənənələrini araşdırdıqda tarixi palitranın kifayət qədər zəngin olduğunun şahidi oluruq: Heyran Nisə Bəyim, Tuti Bikə, Dəspinə xatun, Sara xa...
ANL
Elmdə varislik və müasirliyin vəhdəti. Doktorantların və gənc tədqiqatçıların XXII Respublika elmi konfransı. Noyabrın 22-də Azərbaycan Dövlət Pedaqoji Universitetində qələbəlik idi. 500-dən çox gənc alim və tədqiqatçı buraya apardıqları tədqiqatlar haqqında, bir növ, hesabat verməyə gəlmişdi. Universitetdə dokto...
ANL
Rəqabətqabiliyyətli məzunlar. Düzgün universitet seçimi işlə. təmin olunma şansınızı yüksəldə bilər. Böyük Britaniyanın “Times Higher Education” (THE) nəşri 2018-ci ildə universitet məzunlarının əmək bazarında rəqabətqabiliyyətliliyinə həsr olunmuş növbəti tədqiqatının nəticələrini açıqlayıb. THE-nin tədqiqatla ...
ANL
Yaddaşlarda əbədi iz qoyan alim. Xatirəyə çevrilmək üçün ölmək hələ bəs eləmir... İnsan ömrü çiçək üzərindəki şeh damlasını xatırladır, günəş çıxan kimi yuvarlanıb yox olur, əcəlin gəlməsi ilə ruhlar aləminə qovuşur. Müdriklər haqlı olaraq deyirlər ki, doğumdan və ölümdən qaçmaq olmaz, bizə bu iki labüdlük aras...
ANL
İlk tərbiyə beşiyi. Elmi-pedaqoji əfkarımızın qabaqcıl nümayəndələrindən biri kimi bu yazımda Firudin bəy Köçərli ilə Qazax Müəllimlər Seminariyasından bəhs etmək fikrindəyəm. Lakin düşünürəm ki, bu mövzudan bəhs edərkən Qori şəhərində fəaliyyət göstərən Zaqafqaziya Müəllimlər Seminariyasından və əlbəttə ki, onun...
ANL
Yaşlılar təhsilə cəlb olunurdu. Bakıda və bir neçə şəhərdə onlar üçün Azərbaycan dilini öyrədən kurslar açıldı. Bədii ədəbiyyatda gözəl fərəhli, ovqat yaradan hallar, yeniliklər “sanki bir günəş doğdu” ifadəsi ilə tərənnüm olunur. Azərbaycan bu işığı çoxdan gözləyirdi. Yüz illərdən, min illərdən bəri gözləyirdi....
ANL
Müəllimlərin Qlobal Nüfuz İndeksi. Müəllimlərə hörmət təkcə mənəvi borc deyil, həm də təhsil nəticələri üçün zərurətdir. Qlobal Müəllimlər Mükafatının (1 milyon dollar) təsisçisi olan “Varkey Foundation” təşkilatı və Milli İqtisadiyyat və Sosial Araşdırmalar İnstitutu (London) tərəfindən dünyanın 35 ölkəsində haki...
ANL
İsveçin paytaxtı Stokholmda Nobel Mükafatları Komitəsi ənənəyə uyğun olaraq ayrı-ayrı elm sahələrində 2018-ci il üçün Nobel mükafatı laureatlarının adlarını açıqlayıb. Oktyabrın 1-də ilk olaraq fiziologiya və tibb üzrə Nobel mükafatı laureatlarının adları məlum olub. www.nobelprize.org saytının məlumatına əsasən, ...
ANL
“Əsas hədəflərimizdən biri də. dərsliklə işi düzgün qurmaqdır”. Samirə Bektaşi: “Müəllim verdiyi qiyməti əsaslandırmağı bacarmalıdır”. Oktyabrın 5-də müəllimlərin peşə bayramı beynəlxalq miqyasda qeyd olunur. Bayram ovqatlı oktyabr sevincindən Azərbaycan müəllimlərinin də ünvanına təbrik düşür. Ancaq bu bayram ərə...
ANL
Beynəlxalq Müəllimlər Günü münasibətilə təbriki. Əziz müəllimlər! Əsrlər boyu xalqımızın şərəfli missiya daşıyıcıları olan müəllimlər tərəqqiyə, inkişafa, milli rifaha zəmin yaradıb, gələcəyin yolunu müəyyən ediblər. Müəllim sözü həmişə kamillik, ləyaqət, bütövlük simvolu kimi mənəvi keyfiyyətləri ifadə edib və b...
ANL
Uşaqların gələcəyinə sərmayə. Təhsil və karyera - müasir həyatımızın bu iki tərkib hissəsi daim kəsişir və qarşılıqlı surətdə əlaqədədir. Eyni istiqamətə yönəlmiş və eyni bir hədəfə can atan bu iki vektor həyatda və peşəkar fəaliyyətdə planların reallaşdırılması yolunda uğur qazanmağa fokuslanıb. Dünən Bakı Expo...
ANL
Peşə təhsili sahəsində Sloveniya təcrübəsi öyrənilib. “Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT) inkişafına Avropa İttifaqının dəstəyi” Texniki Yardım layihəsinin üçüncü komponenti çərçivəsində Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin əməkdaşları və dövlət peşə təhsili müəssisələrinin müə...
ANL
“Tələbələr tədris prosesi ilə bağlı təşəbbüskar olmalıdır”. Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov universitetə yeni qəbul olunan tələbələrlə görüşlər keçirib. UNEC-dən AZƏRTAC-a bildirilib ki, görüşlərin əsas məqsədi birinci kurs tələbələrinə universiteti daha yaxında...
ANL
Təhsil naziri Finlandiya Respublikasında səfərdə olub. Təhsil naziri Ceyhun Bayramovun başçılıq etdiyi nümayəndə heyəti Finlandiya Respublikasında səfərdə olub. Səfər çərçivəsində Finlandiya Respublikasının Təhsil və Mədəniyyət Nazirliyi, Dövlət Təhsil Agentliyi, Omnia Peşə Təhsil Mərkəzi və Helsinki Universite...
ANL
AzTU yeni bir əməkdaşlığa imza atdı. İmzalanmış memorandum çərçivəsində ilk seminar keçirildi. Oktyabrın 10-da Azərbaycan Texniki Universiteti (AzTU) və MDB PAA İştirakçısı Olan Dövlətlərdə Demokratiyanın, Parlamentarizmin İnkişafının və Vətəndaşların Seçki Hüquqlarına Riayət Olunmasının Monitorinqi Beynəlxalq ...
ANL
İnnovasiyalar universitetlərin. nüfuz göstəricisidir. Yeni tədqiqat ali təhsildə yeni meyilləri qiymətləndirir. İnnovasiyalar universitetlərin nüfuz göstəricisidir İnnovasiyalar müasir təhsil trendləri sistemində universitetin fəaliyyətində özünü daha qabarıq göstərən keyfiyyət göstəricilərindəndir. Və dünya ali ...
ANL
Yazıçının anasının da personajlarından biri olan əsəri necə yaranıb? 200 illik yubileyi ərəfəsində ədibin bu povestinin necə yaranması haqqında bilgilərimi həmkarlarımla paylaşmağa ehtiyac hiss etdim. İ.S.Turgenev tərəfindən yaradılmış ədəbi sistem nəinki rus poetikasına, o cümlədən XIX əsrin ikinci yarısı Qərb...
ANL
Cəmiyyətin inkişafının bütün mərhələlərində məktəb məbədgah, ziya, işıq, nur paylayan müqəddəs yer, müəllimlər isə bu missiyanın daşıyıcıları olublar. Tərbiyəçinin, müəllimin əməyi Allahın xəlq etmə dühasının davamıdır. Məşhur ərəb alimi İbn-ƏI-Müqəffə yazırdı ki, hava və qidadan sonra vücudunuzun ən çox ehtiy...
ANL
“Müəllimlər biliklər üzərində. inhisarçılığı birdəfəlik itiriblər”. Daha sonra Qroznı Dövlət Neft Texniki Universitetinin fəlsəfə kafedrasında çalışıb. Çox nadir hallarda ali məktəb müəllimi universiteti tərk edib məktəbə yollanır. Lakin o, uzun müddət məktəbə getməyə qərar verə bilməyib. Lakin universitetdə tələb...
ANL
İnklüziv təhsilin təkmilləşdirilməsinin yeni yolları. “Pedaqogika insan inkişafının dünənki deyil, sabahkı gününə istiqamətlənməlidir”, -deyə müasir pedaqogika elminin banisi L.S.Vıqotski iddia edirdi. Bu gün beynəlxalq əməkdaşlıq və elmi yanaşma nəticəsində bəşəriyyətin inkişafında zəruri mərhələ kimi inklüziv ...
ANL
Artıq bizim üçün uzaq keçmiş olan o illərdə - Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu illərdə qəlblərində min bir arzu, dilək Vətəndən kənarda təhsil almağa göndərilənlərin həyatdan gözlədikləri çox idi. Təkcə özlərinin deyil, onlara inam və etibar edib xaricə oxumağa göndərən Azərbaycan dövlətinin də. Cə...
ANL
“Ədəbiyyat insana özünü. “Ədəbiyyat biliciləri” respublika müsabiqəsinin qalibi Lamiyə Hüseynova belə düşünür. Artıq üçüncü ildir ki, təşkil olunan “Ədəbiyyat biliciləri” respublika müsabiqəsinin faydasını indi kiməsə sübut etməyə ehtiyac yoxdur. Elə təkcə builki müsabiqənin əhatə dairəsini göstərən rəqəm buna ən y...
ANL
qələbələrə ruhlandırır”. Qaflan Abbasov: "Qazandığım uğurlarıma görə müəllimlərimə borcluyam. Bakıdakı 214 nömrəli məktəbin şagirdi Qaflan Abbasov 2-8 oktyabr tarixlərində İspaniya krallığının Coste de Sol şəhərində keçirilən uşaq və gənclərin “Tu onda” (Sənin dalğan) Beynəlxalq festivalında vətənimizi layiqincə təms...
ANL
Lənkəran Dövlət Universiteti. böyük hədəfə doğru. Burada tədrislə yanaşı, sosial mühit və şərait də müasir standartlara uyğunlaşdırılır. Hələ tədris ili başlamadan, ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticəsi olaraq açıqlanan rəqəmlərdən belə görünürdü ki, ölkəmizin ayn-ayrı bölgələrindəki ali təhsil...
ANL
ADPU-da “Yüksəlişin sirri” sənədli filmi nümayiş etdirilib. Film Milli Qəhrəman Samid İmanova həsr edilib. Oktyabrın 22-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Kür-Xəzər” Xeyriyyə İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının m...
ANL
İqtisadi coğrafiyaya aid yeni dərslik. Azərbaycan elminin müasir inkişaf mərhələsində onun elmi- metodiki tədrisinin davamlı olaraq yeniləşdirilməsi dövlət siyasətinin tərkib hissəsidir. Bu baxımdan dövrün tələblərinə cavab verən dərsliklərin, müxtəlif vəsaitlərin hazırlanması və tədris prosesində istifadə edilməs...
ANL
“Yeniliklərə imza atmaq istəyirəm”. Böyük Britaniyanın Edinburq Universitetinin tələbəsi Günel Ağabəyli: “Gələcəyin zavodları üçün yeni sistem dizaynı üzərində çalışıram”. 2013-cü ildə M.V.Lomonosov adma Moskva Dövlət Universitetinin Bakı filialının tətbiqi kimya fakültəsində təhsilini başa vurub. Təhsil aldığı m...
ANL
Yeni əsrin ən uğurlu. tədqiqatlarından biri. Söhbət “Təhsilin psixodidaktik problemləri” monoqrafiyasından gedir. Bakı Dövlət Universitetinin dosenti Rəhimə Mahmudovanın bu yaxınlarda “Nurlar” nəşriyyatı tərəfindən geniş oxucu mütaliəsinə təqdim etdiyi “Təhsilin psixodidaktik problemləri” adlı monoqrafiyası həm tə...
ANL
“Yeniliklərə imza atmaq istəyirəm”. Böyük Britaniyanın Edinburq Universitetinin tələbəsi Günel Ağabəyli: “Gələcəyin zavodları üçün yeni sistem dizaynı üzərində çalışıram”. 2013-cü ildə M.V.Lomonosov adma Moskva Dövlət Universitetinin Bakı filialının tətbiqi kimya fakültəsində təhsilini başa vurub. Təhsil aldığı m...
ANL
İnformasiya texnologiyaları cənnəti. Estoniya dünyanın rəqəmsal mərkəzlərindən birinə çevrilir. Estoniyada, Baltik dənizinin sahilindəki qəsəbələrdən birində Taavi Kotka adlı qeyri-adi bir nəfər yaşayır, "e- Estoniya" layihəsinin əsas ideoloqlarından biri olan Kotka ölkəsinin bu günü və gələcəyinə ən böyük töhfə ...
ANL
“Nənəmin verdiyi suvenir. Fərəh Kərimova: “Bağça müəllimlərimə söz vermişdim ki, böyüyəndə rəssam olacağam". İnanın ki, hər dəfə güclü istedad və bacarıq sahibi olan uşaq və yeniyetmə haqqında yazı hazırlayanda, onların zəngin, rəngarəng, pakdan-pak, olduqca ülvi mənəvi dünyalarına baş vuranda hədsiz sevinc hissi...
ANL
İnsanlıq və alimlik bütövlüyü. Müasirlik, novatorluğa meyil, yeniliklərin tətbiqi onun həyat tərzidir. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat və İnformatika fakültəsinin dekanı, riyaziyyat üzrə elmlər doktoru, professor Maqsud Nəcəfovun adı gələndə gözlərimiz önündə möhtəşəm elm və idrak yolunun y...
ANL
Tədqiqat və innovasiyalar nüfuz göstəricisi kimi. Avrasiya ali məktəblərinin reytinqi təqdim olunub. Böyük Britaniyanın təhsil xidmətləri sahəsində ixtisaslaşmış “Times Higher Education” (THE) nəşri ilk dəfə olaraq Avrasiya regionu ölkələrinin ən yaxşı ali məktəblərinin reytinqini (Times Higher Education Eurasia R...
ANL
Ən mühüm məsələ məktəb şəbəkəsinin. dağılmasının qarşısını almaq idi. Hamılıqla ibtidai, sonra ümumi icbari təhsilə keçid prioritet istiqamət hesab edilirdi. Respublika üsul-idarəsini bütün müsəlman Şərqində ilk dəfə tətbiq etmiş Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın çoxəsrlik tarixində, milli dövlətçiliyin ə...
ANL
Müəllimlərin izləməli olduğu filmlər. Həyatımızı dəyişən filmlər, kitablar. Təbii ki, gördüyümüzün, oxuduğumuzun mahiyyətinə varıb, yaşam tərzimizi səliqə-sahmana salırıqsa, vərdişlərimizi, xarakterimizi nizamlaya biliriksə, deməli, faydalanmışıq. Biz də təhsil sahəsində çalışanlar üçün “mütləq izlənilməli olan”...
ANL
“Müəllimin pedaqoji taktikası olmalıdır”. Tural Topçuyev: “Ən ali məqsəd mənəvi saflığa malik şəxsiyyət yetişdirməkdir”. Həmin il Gəncə Dövlət Universitetinin tarix-coğrafiya fakültəsinə qəbul olub. Hazırda Gədəbəy rayonunun Qızılqaya kənd tam orta məktəbində coğrafiya müəllimi işləyir. Gənc müəllimin fikir və təəssür...
ANL
Təhsildə yeni hədəflərə doğru. Cəmiyyətin hərtərəfli inkişafında həlledici faktora çevrilən təhsil XXI əsrin mühüm reallıqlarını özündə təcəssüm etdirir. Əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu təhsil islahatları bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdi...
ANL
“Azərbaycan gəncləri milli ruhda tərbiyə almalıdırlar”. Prezident İlham Əliyev təhsil ocaqlarında yaradılan şəraitlə tanış olub. Zəngin təbii sərvətləri olan Azərbaycanda, bu sərvətlərdən səmərəli istifadə yolu ilə insan kapitalının daha da inkişaf etdirilməsi başlıca amilə çevrilib. Ölkəmizdə təhsilin inkişafına ...
ANL
Təhsildə keyfiyyət müəllimdən başlayır. Bakı məktəbləri növbəti tədris ilində də fərqlənməyə iddialıdır. Yeni dərs ilinin planı artıq hazırdır. Sadəcə ötən ilin deyil, son 5 ilin nəticələrinin təhlili əsasında hazırlanan yeni planda ibtidai sinifdə tədrisdən tutmuş məktəbdə qiymətləndirməyə, ali məktəblərə qəbul ...
ANL
Təhlükəsiz məktəb. Təhsil müəssisələrində təhlükəsiz mühitin təşkili üçün müsbət iqlimə nail olmaq mühüm şərtdir. İkinci Dünya müharibəsindən sonra inkişaf etmiş ölkələrlə inkişafda olan ölkələr arasında yaranan iqtisadi uçurum səbəbilə iqtisadi inkişafa daha çox əhəmiyyət verilməyə başlanıldı. Bunun nəticəsi ol...
ANL
Təhsil naziri İndoneziya Respublikasının mədəniyyət və təhsil naziri ilə görüşüb. Sentyabrın 14-də təhsil naziri Ceyhun Bayramov İndoneziya Respublikasının mədəniyyət və təhsil naziri Muhadcir Effendi ilə görüşüb. Görüş zamanı Azərbaycan və İndoneziya arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək ...
ANL
“Uşaqların internetdən istifadəsinə sərhədlər qoyulmalıdır”. Bəyaz Babayeva: “İnternet uşağın fiziki və psixoloji sağlamlığında ciddi problemlər yarada bilər”. Məlum olduğu kimi, uşaqların psixikasının inkişafına və onların dünyagörüşünün formalaşmasına təsir edən həlledici amillərdən biri də internetdır. Müasir z...
ANL
Peşə təhsilinin yeni tədris ilində qarşısında duran vəzifələr. Çevik və bazaryönümlü peşə təhsili sisteminin yaradılması əsas istiqamətdir. Sentyabrın 14-də “Peşə təhsili: yeni tədris ilində qarşıda duran vəzifələr” mövzusunda tədbir keçirilib. Konfransda peşə təhsili sahəsində yeniliklər və yeni dərs ilində qarşı...
ANL
Təhsil Nazirliyində kollegiya iclası. Ali təhsillə bağlı bir sıra məsələlər müzakirə olunub. Sentyabın 13-də Təhsil Nazirliyində kollegiya iclası keçirilib. Tədbirdə Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, kollegiya üzvləri, nazirliyin struktur bölmə rəhbərləri və al...
ANL
Energetika sahəsində tanınmış alimlər ADNSU-da. “Gələcəyin energetikası: problemlər və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilib. Sentyabrın 11-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Gələcəyin energetikası: problemlər və perspektivlər” mövzusunda beynəlxalq konfrans işə başlayıb....
ANL
Yeni dərs ilini medallarla qarşılayanlar. Şagirdlərimiz Moskvada növbəti uğura imza atıblar. Məlumdur ki, məktəblilərin bilik və bacarıqlarının möhkəmləndirilməsində ayrı-ayrı fənlər üzrə keçirilən bilik yarışları, olimpiadalar əvəzsiz rol oynayır. Bilik olimpiadalarında əldə olunan nəticələr hər hansı ölkənin elm, t...
ANL
Orta təhsilinə qəsəbədəki Nüsrət Yaqubov adına 120 nömrəli tam orta məktəbdə başlayıb. VIII sinifdə beynəlxalq fənn olimpiadalarına hazırlıq mərkəzinə qəbul üçün keçirilən imtahanlarda kimya fənni üzrə iştirak edib və mərkəzə qəbul olunub. Daha sonra mərkəz tərəfindən Kimya-Biologiya təmayüllü respublika liseyi...
ANL
Orta təhsilinə Bakıdakı Məmməd Rahim adına 7 nömrəli tam orta məktəbdə başlayıb. Hazırda təhsilini Fizika-riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinfində davam etdirir. 2016-cı ilin martında Təhsil Nazirliyinin təşəbbüsü ilə olimpiada siniflərinin yaradılması üçün keçirilən Respublika fənn olimpiadalarında...
ANL
Hazırda Ağdaş şəhər, Texniki, humanitar və təbiət fənləri təmayüllü gimnaziyanın 10-cu sinfində təhsil alır. VIII sinifdən kimya fənni üzrə olimpiada hazırlığına başlayıb. IX sinifdə kimya fənni üzrə Respublika fənn olimpiadasında gümüş medal əldə edib. Artıq 3 ildir ki, kimya üzrə beynəlxalq və respublika olimpiadala...
ANL
“İki günlük imtahandan sonra hədəfimə çatdım”. VIII sinifdən etibarən Fizika-riyaziyyat və informatika təmayüllü liseydə təhsil alır. Riyaziyyat fənni üzrə bir sıra olimpiadalarda iştirak edib. Muradın ilk uğurları VI sinifdən başlayıb. - Bu il Meqapolislər Olimpiadasında ikinci dəfə iştirak edirdim. Keçən il bu olimpi...
ANL
Bu göstəriciləri qəbul imtahanlarında Sumqayıt şəhərindəki Təbiət elmləri təmayüllü gimnaziyanın məzunları əldə ediblər. Son 3 ilin nəticələrinə nəzər salaq. Yüksələn dinamika ilə təhsil müəssisələrini “təəccübləndirməkdə” davam edən gimnaziyanın builki uğuru daha diqqətçəkəndir: 45 məzundan biri - Lamiyə Səfərəliye...
ANL
Aybəniz İsmayılova: “Müsabiqə qalibi olduğumu, qızıl medala layiq görüldüyümü bildim, ardınca BDU tələbəsi...”. Ağstafa rayon Köçəsgər kənd 1 nömrəli tam orta məktəbin məzunu Aybəniz İsmayılova 2017-2018-ci dərs ilində keçirilmiş tam orta təhsil səviyyəsi üzrə yekun attestasiyanın nəticələri nəzərə alınaraq qızıl me...
ANL
Peşə təhsili və insan kapitalı. Tarixən texniki-peşə təhsili bir sistem kimi ölkənin sosial-iqtisadi inkişafını şərtləndirən mühüm amillərdən biri hesab olunub və bu gün də həmin missiya şərəflə yerinə yetirilir. İnkişaf tarixində mürəkkəb və keşməkeşli bir yol keçən peşə təhsili fəaliyyəti dövründə iqtisadiyya...
ANL
Jurnalının ilk nömrəsi çapdan çıxıb. Uzun illər peşə təhsili üzrə mətbu orqan kimi fəaliyyət göstərmiş “Sənətkar” jurnalının xələfi olaraq nəşrə başlayan yeni “Peşə təhsili və insan kapitalı” jurnalının ilk səhifələrində Azərbaycan Respublikasının təhsil naziri Ceyhun Bayramov, vergilər naziri Mikayıl Cabbaro...
ANL
İKT-dən istifadə sinifdə dəyişiklik etməyə imkan yaradır. Təhsil sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir. Bu gün dünyada insanların əksəriyyəti müxtəlif məqsədlər üçün informasiya və kommunikasiya eexnologiyalarından (İKT) geniş istifadə edir. Xüsusən gənc nəsil üçün kompüter...
ANL
Müəllim-şagird-valideyn üçbucağının məktəbdə rolu. İdarəetmədə demokratiklik, obyektivlik, humanistlik və ədalətlilik prinsipi. Daim dəyişən dünyanın inkişaf perspektivi zamanın tələbinə uyğun olaraq yenilənir. Təhsil dünyada gedən dəyişikliklərin əsas inkişaf modelidir. İnkişaf edən ölkələrin əsas perspektiv kim...
ANL
Müəllim və alim adına layiq insan. Müəllim adı müqəddəsdir. Bu peşə sahibləri xüsusi hörmət və ehtirama layiq olmaqla insana ilk düz yol göstərən, onun mükəmməl insan olmasında stimul verən əsas qüvvədir. Böyük yunan filosofu Platon demişdir: “Müəllim hər şeydən əvvəl bir Tanrı sənətidir”. Müəllim yüksək əqidə, ...
ANL
Ənənələr müxtəlif olsa da, hər yerdə ilk məktəb günü eynidir. Gül dənizi, təbəssüm və ümid seli, səliqə ilə geyinmiş uşaqlar, təmtəraqlı düzülüş, təbrik nitqi və şeirlər. Dünyanın harasında olursunuz-olun, yeni məktəb ilinin başlandığı ilk gündə təhsil ocaqlarının qarşısında belə səhnə ilə rastlaşacaqsınız. İlk ...
ANL
Dünyanın elmi-texnoloji gələcəyini müəyyən edən “Silikon vadi”lər. XVII əsrdən etibarən Avropa dövlətləri yeni müstəmləkələrə hərbi dəniz ekspedisiyaları göndərərkən hər gəmiyə mütləq halda bir elm adamı təhkim edirdilər. Hərb öz yerində, alimlər isə gəldikləri yerlərin tarixi, coğrafiyası və təbiəti barədə məluma...
ANL
Ali məktəbdə konsaltinq. Universitetlərdəki düşünən beyinlər intellektual imkanlarını vəsaitə çevirməlidirlər. Hazırda inkişafı barədə düşünülməsə də, konsaltinq gələcək üçün ən önəmli məsələlərdəndir. “Gələcək” deyəndə, Azərbaycan reallığında gələcəkdən söhbət gedir. Müxtəlif sahələrdə konsaltinq xidmətləri düny...
ANL
Təhsilin keyfiyyət göstəriciləri. İslahatların müsbət nəticələrini beynəlxalq qiymətləndirmələr də təsdiqləyir. “Azərbaycan Respublikasında təhsilin inkişafına dair Dövlət Strategiyası”nın imzalanmasının 5 ili tamam olur. Artıq 5 ildir ki, təhsil sahəsində genişmiqyaslı islahatlar həyata keçirilir. Hərçənd təhsil e...
ANL
Mahir ifaçı, səriştəli müəllim. Tar ixtisası üzrə professor adı alan ikinci sənətkar. 80 illik ömrünün 60 ilini elmi-pedaqoji fəaliyyətdə keçirən istedadlı sənətçimiz, professor Oqtay Quliyevi xalqımız mahir tarzən, pedaqoji və musiqi ictimaiyyətimiz səriştəli müəllim və musiqişünas, dostları və yaxınları, onunla ün...
ANL
Milli musiqi gününə həsr olunmuş tədbir. Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsində Milli musiqi gününə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qeyd edib ki, 18 sentyabr Azərbaycanın dünya şöhrətli bəstəkarı, görkəmli musiqi...
ANL
“Cümhuriyyət tariximiz qürurumuzdur”. Bilik Fondu ilk dərs günündə 130 məkanda maarifləndirici mühazirələr təşkil etdi. Azərbaycan Respublikası Prezidentinin 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında 10 yanvar 2018-ci il tarixli Sərəncamına uyğun olaraq, Azərbaycan Respublikas...
ANL
Milli mənafelərə xidmət edən təhsil siyasəti. Pedaqoji kadrların hazırlanmasına birinci dərəcəli əhəmiyyət verilirdi. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması Azərbaycan xalqının milli dövlətçilik və özünüdərkinin inkişafı tarixində misilsiz bir hadisə idi. Onun mövcudluğu millətin bütün sosial qatlarında sevin...
ANL
Mədinə Hüseynova: “Bir neçə dili mükəmməl bildiyim üçün xarici dostlarımla sərbəst ünsiyyət qururam”. 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində xüsusi istedada və bacarığa, yüksək intellektə və mədəniyyətə malik uşaqlar və yeniyetmələr çoxdur. Onlar burada öz asudə vaxtlarını səmərəli keçirməklə yanaşı yaradıcılıq...
ANL
“Amerikalı tələbələr öz. universitetlərinə sahib çıxırlar”. Elçin Süleymanov: “Əgər universitet böyümək istəyirsə, alternativ qazanclar tapmalıdır”. Müasir dünyada ali təhsil müəssisələri arasında əməkdaşlıq universitetlərin inkişafında və beynəlxalq akademik birlik tərəfindən tanınmasında mühüm faktorlardan hes...
ANL
Humanist pedaqogika həyatın tələbidir. Onun qarşıya qoyulan missiyası cəmiyyət üçün ləyaqətli nəsil yetişdirməkdir. Müəllif dərin elmi araşdırmalar nəticəsində araya-ərsəyə gətirdyi məqaləsində müasir Azərbaycan pedaqogikaşünaslığının, o cümlədən humanist pedaqogikanın nəzəri-praktik aspektlərini çox zəngin elm...
ANL
Qarşımda bir kitab var. Kitab “İrəvanda maarifçilik mühiti” adlanır. Kitabın üz qabığında altı şəkil diqqəti çəkir. Azərbaycanın məşhur pedaqoqu, “ürəyi atəşli müəllim”, Qori Müəllimlər Seminariyasının ilk məzunlarından biri, İrəvan gimnaziyasının Azərbaycan dili müəllimi, ölkəmizdə təhsil sisteminin milli əsaslar...
ANL
Ucqar kəndlərin maarifçiləri. Qubanın ucqar dağ kəndi Xınalığın gənc müəllimləri Rüfanə və Natiq, İsmayıllı rayonunun İstisu kəndinin ibtidai sinif müəllimi Şahid, Şamaxının dağ kəndi, mərkəzdən 30 km. aralı Ərçiman məktəbində dərs deyən Şahsuvar və Tehran, Zaqatala rayonu Üçüncü Tala kənd tam orta məktəbinin müəllimi ...
ANL
Qarabağ xanlığının baş vəziri. Molla Pənah Vaqif dövlət xadimi kimi. Azərbaycan xalqının dövlətçilik tarixində ayrı-ayrı şəxsiyyətlərin böyük rolu olmuşdur. Tarixi şəxsiyyətlərimiz xalqımızın siyasi, sosial-iqtisadi, mədəni həyatında böyük rol oynamaqla Azərbaycanı daim irəli aparmağa çalışmış, ərazi bütövlüyümüzü, dil...
ANL
Kamran MUSAYEV: “İnsanlara faydalı ola bilmək adama zövq verməlidir”. Haqqında ən müxtəlif fikirlər eşitdiyim insanlardan biridir o. Bir az eqoludur, bir az soyuq adamdır, gülüb-danışmaqla arası yoxdur, ya da var, büruzə vermir, qaşqabaqlıdır və sair... Hərdən belə adamlarla həmsöhbət olmağa çəkinir adam. Düşünürsən ox...
ANL
Yüksəlişdən enişə doğru. Finlandiya modeli də daimi təkmilləşmə tələb edir. Dünya ölkələrində rifah halı və yaşayış səviyyəsinə dair reytinqlərin əksəriyyətində Finlandiyanı ilk “beşlik”də görürük. İstəyirsiniz “Dünyanın ən xoşbəxt insanları harada yaşayır” məzmunlu sorğu keçirin, görəcəksiniz ki, beş sıradan birində F...
ANL
Pillələri qırıq nərdivan kimiyik... Qriqoriy Petrov və “İdeal müəllim” əsəri. Onu təqdim edəndə “Ağ Zanbaqlar ölkəsində” əsərinin müəllifi olduğunu xüsusi vurğulayırlar. Əsər Finlandiyanın iqtisadi, siyasi, mədəni tənəzzülü uğurlu təhsil mexanizmi və standartları sayəsində aradan qaldırmasından bəhs edir. Hətta kitab y...
ANL
Bu ölməz misralar ürəklərdə əbədi məskən salan, unudulmaz söz sərrafı Mikayıl Müşfiqə məxsusdur. Vəfatından 80 il keçməsinə baxmayaraq xalq sevimli şairinin xatirəsini bu gün də yaşadır. AZƏRTAC xəbər verir ki, Müşfiqin xatirəsinə həsr olunan silsilə tədbirlərdən biri də Bakıda şairin büstü önündə “Cabir Novruz” Mədəni...
ANL
ADPU-da kitab təqdimatı keçirilib. Azərbaycan Dövlət Pedaqoji Universitetində İsmayıl Məmmədli, Ənvər Abbasov və Hüseyn Mirzəyevin müəllifi olduğu “Türkmənşəli sözlər lüğəti” kitabının təqdimatı keçirilib. Kitabın hazırlanmasında əsas məqsəd Azərbaycan dilinin türkmənşəli sözlərlə nə dərəcədə zəngin olduğunu oxucu kütl...
ANL
Almaniyada peşə təhsili. diplomlarına tələbat daha çoxdur. Pərviz Əmiraslanov: “Şagirdlərin texniki peşələrə motivasiyası aşağı siniflərdən başlanır”. 1994-cü ildə Azərbaycan Texniki Universitetinin maşınqayırma fakültəsini bitirib. 1998-ci ildə Alman Akademik Mübadilə Xidmətinin (DAAD) elmi təqaüdünə layiq görülən Pər...
ANL
tarixli 9 nömrəli qərarının icra olunması haqqında. Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmri. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 2013-...
ANL
Məktəbi düşünən oldumu? Müəllimlər yeni orfoqrafiya qaydaları haqqında. Azərbaycan dilinin yeni orfoqrafiya qaydaları və lüğətinin hazırlanacağı barədə cəmiyyətdə çoxdan söz-söhbət gəzirdi. Çünki orfoqrafiya lüğətinin əvvəlki nəşrində bir sıra nöqsanlara yol verilmişdi ki, bunların da aradan qaldırılması zəruri idi. Üs...
ANL
Murad Mustafazadə: “Elə əsrarəngiz gözəlliklərlə rastlaşırsan ki, onu kətana köçürərkən xoş rənglərdən istifadə etməli olursan”. Hələ kiçik yaşlarından onda rəsm çəkməyə böyük həvəs yaranıb və çox keçməyib ki, yaşıdları arasında istedad və yaradıcılıq qabiliyyəti ilə seçilib. Elə bu həvəs və əzmkarlıq da yaradıcılıq po...
ANL
Molla Nəsrəddinçilərin maarifçilik. Azərbaycan Respublikasının əməkdar müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Kamal Camalovun “Mollanəsrəddinçilərin maarifçilik ideyaları” adlı monoqrafiyası bu gün də aktuallıq kəsb edən mollanəsrəddinçilər hərəkatının maarifçilik ideyaları probleminə həsr olunub. Çünki mədə...
ANL
Gənc istedadlar yetişdirən 10 yaşlı lisey. 17 aprel 2006-cı il tarixdə ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təsdiq olunan “Xüsusi istedada malik olan şagirdlərin (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı”na əsasən Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmovun tə...
ANL
Magistratura təhsilinin hədəfləri. Beynəlxalq tədris xidmətləri bazarında rəqabət keyfiyyəti yüksəltməyi tələb edir. Azərbaycan ali məktəblərinin Avropa məkanının ali təhsilinə inteqrasiyası və ölkəmizdə təhsil standartlarının yenilənməsi şəraitində magistr hazırlığına müasir tələblər prizmasından baxılmasına və bu təh...
ANL
Nizami Gəncəvinin. əsərlərində ailə tərbiyəsi. Məktəbdə tərbiyə işinə müvəffəq olmaq üçün müəllim şagirdin psixi xüsusiyyətlərini öyrənməlidir. Məlum olduğu kimi, orta əsrlərdə Azərbaycanda zəhmətkeş balalarının tərbiyə və təhsil alması üçün geniş məktəb şəbəkəsi olmamışdır. Nizami dövründə təhsil müəssisələrinin, əsas...
ANL
İndoneziyada Azərbaycan mədəniyyəti mərkəzi yaradılıb. Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, əməkdar elm xadimi, akademik Kamal Abdullanın təşəbbüsü ilə ilk dəfə olaraq İndoneziya Respublikasının İndoneziya Universitetində Azərbaycan mədəniyyəti mərkəzi yaradılıb. Mərkəzi maddi-texniki baza və tədris materia...
ANL
“Azərbaycan xalçası” ensiklopediyasının Metropoliten İncəsənət Muzeyində təqdimatı. Əməkdar mədəniyyət işçisi, “Şöhrət” ordenli, “Azərbaycan xalçaçıları” İctimai Birliyinin təsisçisi və sədri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, sənətşünaslıq üzrə elmlər doktoru Röya Tağıyevanın ingili...
ANL
Xalq şairi Səməd Vurğunun yaradıcılıq gecəsi. Şabran rayonu Padar kənd tam orta məktəbində xalq şairi Səməd Vurğunun yaradıcılıq gecəsi keçirilib. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Ruhəngiz Mahmudova tərəfindən təşkil olunan tədbirdə ədibin əsərlərindən danışılıb. Şagirdlər onun yaradıcılığından şeirlər sə...
ANL
Heydər Əliyev Mərkəzi və Bayraq Muzeyinə ekskursiya. Sabirabad rayonu Yastıqobu kənd ümumi orta məktəbinin müəllim və şagird kollektivi Heydər Əliyev Mərkəzi və Bayraq Muzeyinə ekskursiya ediblər. Belə tədbirlər şagirdlərin milli-mənəvi dəyərlər və ənənələr, tarixi keçmişinə bağlı ruhda böyüməsinə, ölkəmiz haqqında bil...
ANL
“Mənim üçün janr məhdudiyyəti yoxdur”. Mehriban Mehdizadə: “Anam kimi rəssam olmaq üçün çox çalışmalıyam, lap çox”. Deyirlər insan övladları dünyaya gələndə su kimi şəffaf, ağ vərəq kimi təmiz olurlar, sonrakı talelərisə onların həyatlarında ömür boyu yazılmaqda olan bir tarixçəni xatırladır. Yəni, insanlar böyüyüb boy...
ANL
Azərbaycan Tələbə-Könüllülərinin 3-cü Forumu keçirildi. Yanvarın 25-də Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü Proqramının təşkilatçılığı ilə Azərbaycan Tələbə-Könüllülərinin 3-cü Forumu keçirilib. Bakı, Gəncə, Sumqayıt, Şəki, Mingəçevir, Lənkəran və Masallı şəhərində yerləşən 21 ali və 16 orta ixtisas təhsili müəssis...
ANL
Dərslik yazmaq ənənəmiz. Tələblər sürətlə yenilənsə də, müqayisədə keçmişə qayıtmaq istəyirik. Məsələn, uzun müddət məktəblərdə Sədinin “Gülüstan”ından dərslik kimi istifadə edilib. Əxlaqi söhbətlər, poetik nümunələr, süjetli hadisələrlə zəngin, tərbiyəvi əhəmiyyəti olan bu kitabdan məktəbdə istifadə etmək faydalı hesa...
ANL
Daha çox məktəbdə xüsusi siniflər yaradılacaq. Anar Xələfov: “Sağlamlıq imkanları məhdud uşaqlar ölkənin hər yerində məktəbə gedəcək”. Əsasən intellektual məhdudiyyəti olan 50-yə yaxın uşağın cəlb olunduğu həmin siniflər onların evinə ən yaxın məktəblərdədir. Təhsil Nazirliyi De-institutlaşma və Uşaqların Müdafiəsi İda...
ANL
UFAZ-da imtahan prosesi müşahidə edilib. Tələbələr üçün yaradılan şərait yüksək qiymətləndirilib. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İctimai Etimad Şurası universitetin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) imtahanın gedişinin monitorinqini keçirib. Millət vəkili Ay...
ANL
Məktəb idarəetməsinin yeni modelini yaratmalıyıq. Təhsil müəssisələrinin direktorları liderlik bacarığına malik olmalıdırlar. Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “Azərbaycan müəllimi” qəzetinin birgə təqdim etdiyi “Mənim məktəbim” layihəsinin məqsədi məktəb direktorlarının rəhbərlik etdikləri təhsil müəssisələri haqqınd...
ANL