text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
“Biz Azərbaycanda universitetlərin tərəqqisini diqqətlə izləyirik”. Böyük Britaniyanın “Times Higher Education” (THE) jurnalının Rusiya və MDB ölkələri üzrə icraçı direktoru Yeqor Yablokov “Azərbaycan müəllimi”nin suallarını cavablandırır. Müasir dünyanın reallıqları universitetlərin qloballaşması kimi mühüm bir məsələ... | ANL |
Ən yaxşı təşəbbüslər üçün vəsait. Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi elan edilib. Təhsil Nazirliyi təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi elan edib. Təhsil müəssisələrində və təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaq məqsədi ilə artıq ikinci ildir təş... | ANL |
Tədqiq edir, adı görünmür. Təhsil İnstitutundan gözləntilər. İnsan kapitalının formalaşdırılmasında təhsilin müstəsna rolu bu sahədə müşahidə olunan problemlərə diqqəti birə-beş artırır. Bəs, həmin problemlərə təhsil sisteminin özündə münasibət necədir? Mövcud vəziyyəti dəyişmək üçün hansı addımlar atıla bilər və bunu ... | ANL |
Hər kəsin təhsil ala biləcəyi universitet. UNEC Azərbaycanın və Qafqazın inklüziv universitet nümunəsi olmağı hədəfləyib. Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) inklüziv təhsil verən dünya universitetləri siyahısına düşmək və nəinki Azərbaycanda, bütövlükdə Qafqaz bölgəsində bu təhsil növündə nümunə olmaq niyyət... | ANL |
Bizdən öyrənənlər. Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetində auditoriyalardan biri. Dərs gedir. Maraq və həyəcan dolu baxışlar Memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasının professoru Raihə Əmənzadəyə dikilib. Soyuq qış günlərindən olsa da, auditoriyada hərarət yüksəlib. Dərs rus dilində aparı... | ANL |
“Hər bir uğur hədəfi düzgün seçməklə başlayır”. Şagirdlərin müsbət keyfiyyətlərinə əsaslanırıq. Hesab edirəm ki, müasir dövr bizdən təkcə bilikli deyil, həmçinin də ümumi qayda və dəyərlərə hörmət ruhunda tərbiyə almış şagird yetişdirməyi tələb edir. Çünki təhsil və tərbiyə bir-biri ilə əlaqəlidir. Hətta A.Sent-Ekzüper... | ANL |
Rəqəmli, yoxsa verbal? Qiymətləndirmənin hansı forması daha üstündür. “Azərbaycan Respublikasının ümumtəhsil sistemində qiymətləndirmə konsepsiyası”nda şagird nailiyyətlərinin qiymətləndirilməsi sahəsində mövcud olan problemlər, konsepsiyanın yaradılmasını zəruri edən səbəblər, şagird nailiyyətlərinin qiymətləndirilməs... | ANL |
Müasir tədrisdə riyaziyyatın mənimsənilmə metodologiyası. Bu metodların tətbiqi zamanı şagirdlərin fəal tədris fəaliyyəti vacibdir. Riyaziyyat təliminin tarixi göstərir ki, onun tədrisi düzgün təşkil olunarsa şagirdlərdə düzgünlük, doğruçuluq, dözümlülük, vətənpərvərlik və digər mənəvi keyfiyyətlərin formalaşmasında mü... | ANL |
Medianın uşaq qurbanları. Həssas qrupa qeyri-həssas yanaşma. Son 20 ildə internetdən istifadənin geniş yayılması bir çox sahəyə təsir edib. Xüsusən onlayn resurslardan qidalanan media vasitələrinin inkişafı onun “qəhrəman”ına çevrilmək arzusunda olanların sayının artması ilə müşayiət olunmaqdadır. Media isə çox zaman “... | ANL |
“UNEC qadınları elm dünyasında: yeni çağırışlar və imkanlar”. Elmi-praktik konfransda qadınların karyera inkişafına mane olan amillər araşdırılıb. Qlobal dünyanın çağırışları nə qədər sərt və kəskin olsa da qadınlar dövrün reallıqları və tələblərinə öz elmi potensialları və yaradıcı erudisiyaları ilə cavab vermək iqtid... | ANL |
Birinci sinfə elektron qəbulun əhatəsi genişləndi. Məktəbəhazırlıq qruplarına cəlb edilən uşaqlar üçün proses daha da asanlaşdı. Ölkədə əhalinin artım dinamikası birinci sinfə qəbulda da özünü göstərib. Belə ki, ötən il təhsil müəssisələrinə 50 minə yaxın şagird qəbulu aparılmışdısa, bu il məktəblərə 51 mindən artıq uş... | ANL |
Təhsildə sosial şəbəkələr: reallıq, yoxsa utopiya? Pedaqoji mühit üçün müasir problemlər. Müdriklərdən biri deyib ki, “heç kim keçmişini dəyişə bilməz, ancaq hamımız gələcəyimizi dəyişməyə müvəffəq ola bilərik”. Bu kəlamı günümüzdə yeri gəldikcə bir çox sahəyə nəzərən söyləmək olar. İnternet və informasiya texnologiyal... | ANL |
“Əsas məsələ valideynin qeydiyyatı düzgün aparmasıdır". İlhamə Abdullayeva: "Elektron sənəd qəbulu sistemindən istifadə üçün heç bir ödəniş tələb olunmur”. 2018-2019-cu dərs ili üçün Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalarda, Bakı, Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə ümumi təhsil mə... | ANL |
Xalq Təhsili Muzeyində anım mərasimi. “Təhsil müəssisələrində Xocalı soyqırımının iyirmi altıncı ildönümünün keçirilməsi barədə” Azərbaycan Respublikası Təhsil Nazirliyinin 12 fevral 2018-ci il tarixli əmrinə əsasən Xalq Təhsili Muzeyində Xocalı soyqırımına həsr olunmuş anım mərasimi keçirilib. Mərasimdə Bakının Pirşağ... | ANL |
Soyqırım səbəbkarlarının cəzalandırılması mütləqdir. Birmingem Universitetində Xocalı faciəsi anılıb. Dünyanın nüfuzlu universitetlərində təhsil alan azərbaycanlı tələbələr akademik təhsillə yanaşı, həm də yaşadıqları ölkələrdə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında fəallıq nümayiş etdirirlər. B... | ANL |
Təhsil nazirinin müavini Efiopiyanın ölkəmizdəki səfiri ilə görüşüb. Fevralın 21-də təhsil nazirinin müavini Firudin Qurbanov Efiopiya Federativ Demokratik Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ayalev Qobezie Vorkneh ilə görüşüb. Görüş zamanı ölkələrimiz arasında tarixi əlaqələrə... | ANL |
Bakı Slavyan Universiteti tarixi yubileylər ərəfəsində. Azərbaycançılıq ideyalarının və multikultural dəyərlərin yayılması hədəf seçilib. Möhtərəm Prezidentimiz İlham Əliyevin sərəncamı ilə bu il Şərqdə ilk parlamentli respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 və ulu öndər Heydər Əliyevin anadan ... | ANL |
Təhsilin keyfiyyətinin yüksəldilməsində qiymətləndirmənin rolu. Təhsilverənlərin formativ qiymətləndirmə ilə bağlı peşəkarlıq səviyyəsi artırılır. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda təhsilin keyfiyyətinin yüksəldilməsi, təhsilverənlərin peşəkarlıq və təhsilalanların səriştəlilik ... | ANL |
Azərbaycan dili fənninin tədrisində müasir təlim texnologiyaları. İKT-nin imkanlarından, interaktiv lövhədən istifadə tədris prosesini yaddaqalan və maraqlı edir. Müasir təlimin əsas vəzifəsi demokratik ruhlu, müstəqil düşüncəli, yüksək bilik və bacarıqlara yiyələnmiş gənc nəslin tərbiyə olunmasıdır. Bunun üçün tədris ... | ANL |
Nümunəvi məktəb formalaşdırmaq üçün idarəetməni düzgün qurmalıyıq. Təhsil müəssisələrinin məqsəd və hədəfləri aydın olmalıdır. Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “Azərbaycan müəllimi” qəzetinin birgə təqdim etdiyi “Mənim məktəbim” layihəsinin məqsədi məktəb direktorlarının rəhbərlik etdikləri təhsil müəssisələri haqqın... | ANL |
“Müəllim ehtiyac olan yerdə daha çox müəllimdir”. Rəqsanə Haqverdiyeva: “Uzun müddət kənd məktəbində işləmək planım var”. Haqverdiyeva Rəqsanə Tapdıq qızı 1987-ci ildə Qərbi Azərbaycanda dünyaya göz açıb. Bakı Məktəb-Lisey Kompleksində təhsil alıb. Sonra isə Qafqaz Universitetinin İngilis dili və ədəbiyyatı müəllimliyi... | ANL |
Model kimi Avstriya... ...Mentalitet baxımından Türkiyə təcrübəsi. Respublikamızda sağlamlıq imkanları məhdud, kimsəsiz və aztəminatlı uşaqlar həmişə dövlətimizin diqqət və qayğısı ilə əhatə olunub. Son illər bu sahəyə ölkə Prezidenti cənab İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən xüsusi ... | ANL |
Pedaqogika və psixologiya problemləri üzrə elmi şura: reallıqlar və vəzifələr. Elmi-pedaqoji, psixoloji tədqiqatların müasir yanaşmalar əsasında daha da dərinləşdirilməsi və genişləndirilməsi vacibdir. Bu gün Azərbaycanda həyata keçirilən islahatlar, xüsusilə təhsil sahəsində görülən işlər onun yenidən qurulmasına - ye... | ANL |
Cümhuriyyət qurucularının təhsil siyasəti. 1917-ci ilin fevralında Rusiyada Romanovlar mütləqiyyəti devrildi. Ölkədə demokratik respublika tipli dövlət forması yaratmaq üçün Müəssislər Məclisinə seçkilər keçirilməsi qərara alındı. Monarxiya rejimi aradan qaldırıldıqdan sonra hakimiyyətə gələn Müvəqqəti hökumət Cə... | ANL |
açılışını mən etdim”. Rüfət Əsədli: “Amerikalılar rəsmlərimə baxandan sonra ölkəmiz haqqında daha çox məlumat öyrənirdilər”. Hər dəfə fitri istedad sahibi olan uşaq, yeniyetmə, yaxud gənc haqqında məqalə hazırlayarkən mənəvi dünyama qeyri-adi bir rahatlıq bəxş olunur. Bəzən bir istedad sahibi barədə ürəyimə hakim... | ANL |
Təhsilin keyfiyyət nişanı. Bakı Konqres Mərkəzi SABAH məzunlarının tələbəliyinin son gününə ev sahibliyi edir. Məzunların qonaqları isə Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, administrasiyanın Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Birinci vitse-... | ANL |
Memarlıq və İnşaat Universitetinin 43-cü buraxılışı. Azərbaycan Memarlıq və İnşaat Universitetinin qapısından girən kimi özünü xoşbəxtlik selinə düşmüş kimi hiss edirsən. Ancaq sanki emosiya azdır. Universitetin böyük həyətini cübbəlilərin şən-şaqraq səsləri bəzəməli olduğu halda, sakitliyi, hərəkətsizliyi ilə d... | ANL |
“Elmin ölçülməsi sahəsində yerli. ekspertlərin yetişdirilməsində maraqlıyıq”. Aygün Babazadə: “Dünyanın ən aparıcı reytinqlərinin baxdığı indikatorların ən vaciblərindən biri ali məktəblərdə elmi tədqiqatların nəticələridir”. Müasir dövrün reallıqları ölkənin elmi potensialını öz çiyinlərində daşıyan alimlərin, ... | ANL |
Keyfiyyəti hədəfləyən yeniliklər. “Təhsil haqqında” Qanuna dəyişikliklər təhsilin bütün pillə və səviyyələrini əhatə edib. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilib. Dəyişikliklər əvvəlcə Milli Məclisdə müzakirə olunub. Deputatların fəallığı ilə müşahidə edilən müzakirələr iyunu... | ANL |
Cümhuriyyət dövründə. təhsil prioritet məsələ kimi. Xalq Cümhuriyyəti hökuməti maarif, elm və mədəniyyətin inkişafını dövlət quruculuğunun təməl prinsiplərindən sayırdı. Dünya tarixində yeni - respublika tipli demokratik dövlət idarəçiliyi formasının geniş yayılmağa başladığı dövrdə yaranmış Azərbaycan Xalq Cüm... | ANL |
dünyanın yoxa çıxması. Bu yazı o ərəfəyə təsadüf edirdi ki, parlamentə çıxarılmış qanun layihəsinə görə, Fransanın bəzi universitetlərində təhsil ingiliscə aparıla bilərdi. Qəzetin köşə yazarları ictimaiyyəti özünü “mühasirədə olan sonuncu qal kəndinin sakinləri” kimi aparmaqdan qurtulmağa çağırırdılar. Xatırlay... | ANL |
Azərbaycan dilinin daha geniş istifadəsi üçün. Hazırlanacaq dərsliklər əcnəbilərdə Azərbaycan dilində ilkin bilgilər yaratmağa hədəflənib. Prezident İlham Əliyev “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncam imzalayıb. Azərbaycan dilinin ele... | ANL |
Əfsanəyə dönmüş. məhəbbət musiqi dilində. Onunla həmsöhbət olmaq mənim üçün olduqca xoş idi. Yeri gəlmişkən, hər həmsöhbət adama bu qədər xoş təsir də bağışlamır. Tez-tez saata baxır, bir azdan başlayacaq konsertin necə qarşılanacağı barədə düşünürdüm. Həyəcandan sifətim də qızarmışdı. Bu, doğrudan da olduqca məsuliy... | ANL |
məktəblərdə öyrədilməlidir”. Aygün Babazadə: “Tədqiqat universitetlərinin yaradılması ali məktəblərimizin beynəlxalq nüfuzunun möhkəmlənməsinə kömək edəcək”. Müasir dövrün reallıqları ölkənin elmi potensialını öz çiyinlərində daşıyan alimlərin, tədqiqatçıların mühüm rolunu əvvəlkindən daha çox qabardır. Məhz int... | ANL |
“Heç kimin imtahanlara müdaxilə imkanı yoxdur”. Gülçöhrə Məmmədova: “Bəzi hədəflərə nail olmaq üçün doğru bildiklərimizdə israrlı olmalıyıq”. Sağlam mühit müasir universitet üçün əsas şərtlərdəndir. Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova rəhbərlik etdiyi dövrdə buna nail ola bili... | ANL |
Dünyanın ən güclü təhsil sistemləri. 75 ölkə üzrə aparılan tədqiqatlarda 4 kriteriya əsas götürülüb. Təhsil dünyada olduqca əhəmiyyətli hesab olunan amillərdən biridir, lakin o, hələ də hər ölkədə eyni səviyyədə deyil. Qərblilər elə hesab edir ki, onların təhsil sistemi ən yaxşısıdır, lakin bu, belə olmaya da bilər. Be... | ANL |
Milli kadrların yetişdirilməsində “Şaiq adına nümunə məktəbi”nin əvəzsiz işi. Şərqdə ilk müstəqil, demokratik, parlamentli Azərbaycan Xalq Cümhuriyyətinin yaranması haqqında İstiqlal Bəyannaməsi elan edildi. Cəmi 23 ay fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyəti hökuməti milli tariximizə ilk dəfə Azərbaycan türkc... | ANL |
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə dəyərli töhfə. Azərbaycan Xalq Cümhuriyyəti dövründə təhsil quruculuğunu və pedaqoji fikrin inkişafını öyrənən tanınmış tədqiqatçılardan biri də Azərbaycan Dövlət Pedaqoji Universitetinin ibtidai təhsil fakültəsinin dekanı, Əməkdar elm xadimi, pedaqoji elmlər doktoru, ... | ANL |
İnformatikanın tədrisində yeni yanaşma. Təhsil Nazirliyi 2017-2018-ci dərs ilindən proqramlaşdırmanın tədrisi məqsədi ilə informatika fənni üzrə pilot layihənin mərhələlər üzrə tətbiqinə başlayıb. Layihə çərçivəsində alqoritmik düşüncə və məntiq, layihə işləmə bacarıqları inkişaf etdirilir və proqramlaşdırmanın əs... | ANL |
Dünyanın lider universitetləri. Məlumdur ki, qloballaşma dövründə hər hansı ölkənin dünyadakı yeri artıq ənənəvi meyarlarla - ümumdaxili məhsulun ölçüsü, hərbi üstünlüyü və ya maliyyə resursları ilə deyil, məhz insan kapitalının keyfiyyəti ilə təyin olunur. İnsan kapitalının ən əhəmiyyətli meyarlarından biri is... | ANL |
“Mənim aldığım elmi nəticə ən uğurlu hesab olunur”. Anar Əhmədov: “Simons” mükafatı mənə Harvard Universitetində tədqiqat aparmaq imkanı verir”. Azərbaycanlı gənclərin dünyanın müxtəlif ölkələrində elm və təhsil sahəsində əldə etdikləri uğurlar hər birimizin qürur mənbəyidir. Öz istedadları ilə işlədikləri nüfuzl... | ANL |
Azərbaycan olimpiada hərəkatında mövqeyini möhkəmləndirir. Şagirdlərimiz medalların sayını artırırlar. Məlumdur ki, ölkəmizdə şagirdlərin fənlərə marağının artırılması, bilik və bacarığı ilə fərqlənən istedadlı uşaqlarıın aşkar olunması, onların rəğbətləndirilməsi öz müsbət nəticələrini verməkdədir. Xüsusi olar... | ANL |
“Nailiyyətlərim artdıqca daha çox həvəslənirdim”. Kənan Xəlilzadə: “Əziyyətlərə qatlaşmasaydım bu uğurlar taleyimdən yan keçəcəkdi”. İstedadlı yeniyetmə Kənan Xəlilzadə ilə telefon əlaqəsi saxlayıb haqqında məqalə yazmaq istədiyimi bildirdim. Buna səbəb isə müxtəlif nominasiyalar üzrə musiqi yarışmalarında onun qa... | ANL |
Sələflərin yadigarları. “Yüzillik əsarət dərsi ilə ikiillik hürriyyət qovşağı bizi özümüzə tanıtdı”. Məhəmməd Əmin Rəsulzadə. Məlum olduğu kimi, bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyidir. Bu baxımdan 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi Prezident İlh... | ANL |
Ədəbiyyat biliciləri. Oxucularımıza müsabiqədə I dərəcəli diplomla təltif olunanları təqdim edirik. Müəllimlərimə minnətdaram. Orta məktəbdə oxuyanda ilk gündən məndə humanitar fənlərə marağı müəllimlərim yaradıb. Builki müsabiqədə iştirakım isə daimi yadda qalandır. Çünki çox həyəcanlı idim, məqsədim I yer tu... | ANL |
Sevda Cəbrayılova: “Mənə olan ümidləri doğruldacağıma söz verdim”. Sevda Cəbrayılova ilə Respublika İncəsənət Gimnaziyasında direktorun kabinetində görüşüb həmsöhbət olduq. Öyrəndim ki, o, Özbəkistanda keçirilən beynəlxalq “İstedad” müsabiqəsindən yenicə qayıdıb və rəngarəng çıxışları ilə bu mötəbər yarışmada I yerə ... | ANL |
İlk zəngdən son zəngə. Təhsildə keyfiyyət ilinin nailiyyətləri. Təhsil əhatə etdiyi bütün sahələrdə keyfiyyəti hədəf götürdü. Məktəbəqədər və ümumi təhsildə islahatların nəticəsi. Məktəbəqədər və ümumi təhsildə həyata keçirilən islahatlar ilin sonunda artıq öz nəticəsini verdi. Təhsilin bu istiqaməti üzrə ən böyü... | ANL |
Elm və təhsilin inteqrasiyası. AMEA və Təhsil Nazirliyi səmərəli əməkdaşlığı davam etdirir. Müasir dövrün reallıqları ölkələr qarşısında həlli vacib vəzifələr qoyur. Bu vəzifələrin böyük hissəsi istənilən ölkənin inkişafının əsas hərəkətverici qüvvəsi olan elm və təhsilin payına düşür. Məhz elm və təhsilin üzvi ... | ANL |
Nailiyyətlərin simaları. Başa vurduğumuz tədris ili ölkəmizin təhsil sistemində bir sıra uğurlarla yadda qaldı. Təhsil Nazirliyi tərəfindən istedadlı uşaqların aşkara çıxarılması, bilik və bacarıqlarının stimullaşdırılması, onlarda elmi tədqiqatçılıq səriştələri və yaradıcılığın inkişaf etdirilməsi istiqamətində ... | ANL |
Hesabat, uğur hekayələri. və təşkilatlanmaq istəyi. Əsas qəhrəmanı Bakı məktəbliləri olan ilk forum. Bakının hər yerindən şagirdlər gəlib. Bu gün onların - Bakı məktəblilərinin günüdür. Toplanma səbəblərinə gəlincə, forum keçirirlər. “Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində baş tutan tədbirlərdən biri olsa da, ... | ANL |
“Valideynlər müəllimin yanında. olmalıdırlar, qarşısında yox”. Bəhram Bağırzadə: “Müəllimimiz bizim ikinci anamız olub”. Qəribə bir üstünlüyü var hamıdan. Qocalıb təqaüdə çıxanda belə, hamı onu adından çox istedadının, gəncliyinin qazandırdığı, sevimli, səmimi, yəqin həm də doğma təxəllüslə çağıracaq: “Bakılı oğl... | ANL |
Əhəmiyyətli dəyişikliklər ili. Təhsil Nazirliyi hesabat verərək hədəflərini açıqladı. Artıq 3-cü ildir ki, təşkil edilən hesabat tədbirində sadəcə görülən işlərdən deyil, nəzərdə tutulan planlardan da danışılıb. 2017-ci ildə görülən işlərlə bağlı Təhsil İnstitutunun direktor əvəzi, Təhsil Nazirliyinin şöbə müdir... | ANL |
Olimpiadada fərqlənənlərin fərqləndirilməsi. Onların ali məktəblərə müsabiqədənkənar qəbulu təhsildə keyfiyyətin yüksəldilməsinə yönəlib. Respublika Fənn Olimpiadaları qalibləri növbəti dərs ilindən ali məktəblərə müsabiqədənkənar qəbul ediləcək. Bu, “Təhsil haqqında” Qanuna edilən dəyişiklikdən sonra mümkün olac... | ANL |
Dünyanın ən nüfuzlu universitetləri. Onların arasında Bakı Dövlət Universiteti də yer alıb. Məlum olduğu kimi, qəzetimizin 8 iyun tarixli sayında Böyük Britaniyanın “Times Higher Education” (THE) jurnalının tərtib etdiyi dünyanın ən yaxşı universitetlərinin reytinq sıralaması dərc olunub. THE-nin ardınca Böyük Britani... | ANL |
Sevimli fənnə çevrilən informatika. Yeni formatda tədris müəllim və şagirdlərlə yanaşı, valideynlər üçün də böyük dəyişikliklər gətirib. Bakı Avropa Liseyi. Təlim otağında V sinif şagirdlərinə informatika dərsi keçilir. Amma bu dərs bildiyimiz ənənəvi dərslərdən deyil. Hər kəsin diqqəti tapşırığındadır. Rahilə Əlyarzad... | ANL |
Lüksemburq Universitetinin doktorantı Nicat Hacıxanov: “Mənim üçün uğur hər addımı müvəffəqiyyətlə tamamlamaqdır”. Orta təhsilinə Qazma 1 nömrəli tam orta məktəbdə başlayıb. Balakən rayon Humanitar və Texniki təmayüllü Liseydə orta təhsilini tamamlayıb. Azərbaycan Dövlət Aqrar Universitetində bakalavr təhsili alıb. Son... | ANL |
Daha keyfiyyətli təhsil verən universitetlər. Dünyanın ixtisas hazırlığı üzrə ən yaxşı universitetlərinin reytinqi. Qloballaşan dünyanın tələb və çağırışları həyatın astanasında olan gənclər qarşısında akademik təhsil həyatlarında düzgün seçim etmək kimi aktual vəzifə qoyur. Hansı universitet daha keyfiyyətli təhsil ve... | ANL |
Faiq Nəcəfli: “İlk vaxtlar misal həll edəndə bunu fərqli yollarla etdiyimi düşünmürdüm...”. Elmi orta məktəblərə gətirmək, şagirdlərimizin elmi mühitlə tanışlığı son illərin ölkəmizin təhsil trendlərindən biri sayıla bilər. Artıq şagirdlərimizin elmi bilikləri, orta məktəbdə aldıqları təhsilləri, onların müxtəlif beynə... | ANL |
Məktəblinin tərbiyəsinin dörd amili... Qarat Qaratov: “Uşaqlarınıza diqqət və sevgi ilə yanaşın ki, sonradan əziyyətimiz də az olsun”. Daha doğrusu, məktəbin direktoru Qarat Qaratovun. Bu təhsil ocağı iki dəfə “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi seçilib. Məktəb hərbi-idman oyunları üzrə respublika çempio... | ANL |
“Məktəbdə hər kəs məsuliyyətini dərk edəndə…”. Ümumi təhsil müəssisəsində işin tələbkarlıq üzərində qurulması və qiymətləndirmənin düzgün aparılması vacib məsələdir. Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “Azərbaycan müəllimi” qəzetinin birgə“Mənim məktəbim” layihəsini təqdim edir. Layihədə idarəedənin pedaqoji və ictimai-... | ANL |
Gələcəyin tələblərinə cavab verməyin yeganə yolu təkmilləşmək və yeniləşməkdir. Ancaq tarix heç vaxt yerində addımlamayıb. Sürətli dəyişikliklər əsrində işsizlikdən qorxub şikayətlənmək çıxış yolu deyil. İşsiz qalmamaq istəyirsənsə, dəyişməlisən! “Cognizat”ın araşdırmalarının nəticələrindən irəli gələn “Bussines İnside... | ANL |
Tarix və musiqi fənləri. arasında əlaqə təcrübəsindən. Şagirdlərdə bu yolla qazanılmış biliklər uzun zaman unudulmur. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev öz çıxışlarında dəfələrlə demişdir ki, təhsil bizim gələcəyimiz, inkişaf perspektivimizi müəyyən edən başlıca sahədir. Bəli, ölkəmizin sabahı bu gün parta arxas... | ANL |
Müəllim-tələbə formatında sərgi. ADMİU-da “Şöhrət” ordenli rəssamın yubileyi qeyd olunub. ...Bu böyük düha sahibinin əsərlərinə həyəcansız baxmaq mümkün deyil. Sanki başqa bir dünyada hiss edirsən özünü. Bu, sadəcə bütün rəssamların əlində olan bir fırça möcüzəsi deyil, bu, hər biri bir simvolun tərənnümçüsü olan qara,... | ANL |
Məktəb ənənə və. uğurları ilə tanınmalıdır. Ümumi təhsil müəssisələrinin rəhbərləri və müəllimlər başqalarına nümunə olmağı bacarmalıdırlar. Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “Azərbaycan müəllimi” qəzetinin birgə təqdim etdiyi “Mənim məktəbim” layihəsinin məqsədi məktəb direktorlarının rəhbərlik etdikləri təhsil müəss... | ANL |
özəl universitetdə oxuyur. Özəl ali məktəb sisteminin təhlilinə dair hesabat açıqlanıb. Dünyada hər 3 tələbədən biri özəl ali məktəbdə oxuyur. Bu barədə özəl ali məktəb sisteminin təhlilinə həsr olunmuş hesabatda qeyd olunur. Sənədin annotasiya hissəsində qeyd olunur ki, dövlət və özəl sahədə xidmətlərdən istifadə cəmi... | ANL |
Daha səriştəli kadrlar naminə. ADPU yalnız pedaqoji təcrübənin müddətini uzatmayıb. Ölkəmizdə müəllim hazırlayan ən böyük ali təhsil müəssisəsi olan Azərbaycan Dövlət Pedaqoji Universiteti bu il pedaqoji təcrübənin müddətini 8 həftədən 14 həftəyə qədər uzadıb. Universitetdə pedaqoji təcrübələrlə bağlı digər yenilikləri... | ANL |
Əruzun öyrənilməsi strukturu haqqında. Əruz vəzninin tədrisi metodikasının hazırlanması zəruridir. Çoxəsrli milli dəyərlərimizdən biri olan Azərbaycan əruzunun öyrənilməsi hər bir orta və ali məktəbdə ədəbiyyatı tədris edən müəllimə, öyrənən şagird və tələbəyə, ədəbiyyatdan proqram tərtibçisinə, aktyora, xanəndəyə, bəs... | ANL |
Qərb regionunun nüfuzlu təhsil ocağı. GDU-da aparılan məqsədyönlü işlər böyük uğurlara hesablanıb. Respublikamızda sayılıb-seçilən, təhsilimizdə xüsusi yeri və çəkisi olan elm ocaqlarından biri də Gəncə Dövlət Universitetidir. Gözəl ənənələrə və şərəfli tarixə malik olan bu universitet ölkəmizə minlərlə ixtisaslı kadrl... | ANL |
Müəllimlik şərəfli bir peşədir. Səxavət Tağıyev: “Bu peşənin həyat yoluma gətirdiyi ucalıq ən böyük mükafatdır”. İmişli rayonunda iş sferasını yaxşı bilən, dövlətin təhsil siyasətini öz fəaliyyətində reallaşdırmağı bacaran məktəb rəhbərləri çoxdur. Onlardan biri də Əliqulular kənd R.Məmmədov adına tam orta məktəbin dir... | ANL |
“Gələcəkdə peşəkar rəssam olacağam”. Güldanə Pənahova: “Bütün rəsmlərimə öz fantaziyamı əlavə edirəm”. Onun adı Güldanə, soyadı isə Pənahovadır. Yaşı az olmasına baxmayaraq o, yaradıcılıq potensialı ilə məşğul olduğu rəsm dərnəyində həmyaşıdlarından çox fərqlənir. Bu yaşda rəssamlıq sənəti sahəsində qazandığı kifayət q... | ANL |
Təhsil tarixi və fəlsəfəsinə panoram baxış. Təhsili yeni düşüncə psixodidaktik müstəvisində təqdim edən monoqrafiya. Təhsil istisnasız olaraq bütün dövrlər üçün ictimai tərəqqinin barometri kimi cəmiyyətin və onun struktur elementi olan şəxsiyyətin inkişafının determinantı missiyasını şərəflə yerinə yetirməkdədir. Təsa... | ANL |
Dünya şöhrətli azərbaycanlı. İlk dəfə Şərq dünyasında gözəllik mücəssəməsinin ilahi qüdrətini musiqi ecazı ilə yüksəklərə qaldıran dahi bəstəkar. Azərbaycan xalqının dünya mədəniyyətinə bəxş etdiyi görkəmli sənətkarlar arasında dahi bəstəkar, böyük mütəfəkkir, yenilməz istedad sahibləri çox olmuşdur. Xalqımız bu cahanş... | ANL |
Dəyişən təhsilə indidən uyğunlaşmayan gecikəcək. 2017-ci ilin sonlarında Rusiyanın aparıcı bankları 3 min nəfərədək hüquqşünası ixtisar etmək barədə qərar qəbul etdi. Qərara dünyada tüğyan edən maliyyə böhranı təsir etməmiş deyildi, ancaq əsas səbəb başqa idi: banklarda və iri maliyyə institutlarında hüquqşünasların gö... | ANL |
Müəllim haqqında ehtiyatla danışaq. Müasir dünyanın təhsil məkanında hər şey dəyişir. Qlobal dünyanın sərt tələbləri ümumiləşmələrin, daha çox bütövləşmələrə gətirib çıxaran yanaşmaların baş verməsini nizamlayır. Məktəbin, təhsilin yeni görsənişlərindən söhbət açılır. Onun bu günün ölçüləri ilə müqayisədə daha sürətlə ... | ANL |
Tərbiyə məktəbinin əsası. XVII Beynəlxalq Pedaqoji Oxular “Ailə insan mədəniyyətinin beşiyidir” mövzusuna həsr olunub. Təhsildə mənəviyyat məsələlərinə böyük önəm verən humanist pedaqogika insanın formalaşmasında ailənin rolunu yüksək dəyərləndirir. Bu pedaqogikaya görə, ailə göylərin və Yerin, kişilərin və qadınların,... | ANL |
və onun tədrisi məsələləri. Azərbaycan tarixinin hər bir mövzusu milli şüurun formalaşmasına ciddi təsir göstərir. XX yüzilliyin son onilliyində Azərbaycanın dövlət müstəqilliyinin yenidən bərpa və inkişafı tarixin, o cümlədən Vətən tarixinin müasir metodoloji yanaşmalar əsasında öyrənilməsi üçün əlverişli zəmin yaratd... | ANL |
Düzgün idarəetmənin. keyfiyyətə təsiri. Dünya təhsilindəki yeniliklərdən milli-mənəvi dəyərlərimizə uyğun şəkildə bəhrələnməliyik. Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “Azərbaycan müəllimi” qəzetinin birgə təqdim etdiyi “Mənim məktəbim” layihəsinin məqsədi məktəb direktorlarının rəhbərlik etdikləri təhsil müəssisələrinin... | ANL |
Azərbaycan Texniki Universitetinin alimlərindən yeni ixtira. Azərbaycan Texniki Universitetinin (AzTU) alimləri - elmi-tədqiqat işlərinin planlaşdırılması və ETİ şöbəsinin müdiri İslam İslamov, AzTU-nun nəzdində fəaliyyət göstərən “Maşınşünaslıq” Elmi-Tədqiqat İnstitutunun direktoru Ayaz Abdullayev, Maşınların k... | ANL |
“Azərbaycanlıların soyqırımı yüz ilin yaddaşında”. Əcnəbi tələbələrin iştirakı ilə Şamaxıda “Novruz mühazirələri”. Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən və artıq bir ənənəyə çevrilən “Novruz mühazirələri” bu il ilk dəfə fevralın 27-də Şamaxı şəhərində başlanğıc götürüb. “Azərbaycanlıların soyqırımı yü... | ANL |
Əli Təhməzov: “Tələbələrə şans vermək lazımdır, onlar düşünmədən səhvlər edirlər”. Oğru həkim, oğru hakim, oğru alim, oğru mühəndis, oğru iqtisadçı... Universitetlərin ixtisaslı kadr deyil, ixtisaslı oğru hazırlaması qorxusu artıq bütün dünyanı hərəkətə gətirib. Bunun bir göstəricisi də plagiatla mübarizəsi ilə ... | ANL |
İdeyaların yeni ünvanı: ADA İnnovasiya Mərkəzi. Rəşad Əliyev: “Məqsədimiz Azərbaycanda startap və kiçik biznesin inkişafına töhfə verməkdir”. Dünyanın elm və tədqiqatyönümlü ideyalara və onların tətbiq sahələrinə diqqəti günü-gündən artmaqdadır. Bu mənada innovativ ekosistemlərin və yeni düşüncəli startapların yara... | ANL |
Həmkarlar İttifaqı ötən ilin yekunlarını müzakirə etdi. Qəzetimizin əməkdaşı da qurumun mükafatlandırdığı təşkilat rəhbərləri arasında olub. Fevralın 28-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİ) Rəyasət Heyətinin 2017-ci ilin yekunlarına həsr edilən genişləndirilmiş iclası... | ANL |
Elmi milli sərvət sayan cümhuriyyət. Həm ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu müddətdə, həm də ölkə Prezidenti İlham Əliyev hər zaman Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yubileylərinin yüksək səviyyədə qeyd olunmasına xüsusi diqqət göstərmiş, müvafiq sənədlər imzalamışlar. 2008-ci ildə dövlət başçısının sərə... | ANL |
“Azərbaycan universitetləri reytinq. cədvəllərində yerini yüksəltməyi bacaracaq”. Gülçöhrə Məmmədova: “Artıq mühəndislik ixtisasına olan marağın qayıtdığı müşahidə edilir”. Azərbaycana yaxşı mühəndislər lazımdır. Müasir memarlıqla qədim mədəniyyəti öz yaradıcılığında birləşdirən, fərqli düşüncə sahibi memarlar da... | ANL |
“Ən önəmli məsələ məzunun. keyfiyyətinin yüksəldilməsidir”. Gülçöhrə Məmmədova: “Memarlıq fakültəsinin beynəlxalq akkreditasiyadan keçməsi üçün bütün imkanlarımızı səfərbər etmişik”. Müasir təhsil standartları ali təhsil pilləsində sürətlə tətbiq edilir. Bu istiqamətdə Azərbaycan Memarlıq və İnşaat Universitetində... | ANL |
Nakam sevgi, sirli gündəlik, qəbiristanlıq postunda son... Lent.az-ın “Əbədi tələbələr” layihəsində Azərbaycan Memarlıq və İnşaat Universitetinin əbədi tələbəsi Fuad Əsədovu onun doğmalarının, dostlarının dilindən dinlədim. Ailənin ilk övladı olan Fuad musiqiyə və rəssamlığa marağı ilə digər uşaqlardan fərqlənib.... | ANL |
“Qalib qayıdacağıma söz vermişdim”. Musiqiyə həvəs insanın qanında olmalıdır, deyirlər. Kimsə musiqini dinləməkdən xüsusi zövq alır, kimi isə musiqiçi olmaqdan. Musiqiçi olmaq üçünsə gərək fitri istedad sahibi olasan, bir də zövqün olsun. Onda çəkilən zəhmət də hədər getməz və uğurların da bir-birini əvəz edər. Bug... | ANL |
Xalq Təhsili Muzeyində “Azərbaycan. Tədbirdə Azərbaycan Respublikası Təhsil Nazirliyi və tabeliyində olan müəssisələrin nümayəndələri, respublikanın tanınmış pedaqoq-alimləri, Bakı şəhər məktəblilərinin şagird və müəllimləri, ictimaiyyət təmsilçiləri iştirak etmişlər. Tədbir Azərbaycan Respublikasının Dövlət himn... | ANL |
Cümhuriyyət dövründə kitabxana işi. Müsəlman Şərqində ilk demokratik dövlət nümunəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin cəmi 23 ay yaşamasına baxmayaraq dövlət və cəmiyyət həyatının elə bir sahəsi olmayıb ki, orada milli quruculuq işləri yönündə ciddi addımlar atılmasın. Milli hökumətin müstəqilliyin elə ilk g... | ANL |
Hamının yaxşı ADAMı... Gözlədiyin, baş verəcəyi anda ayaqüstə mərd-mərdana duracağına özünü hazır bildiyin hadisələr olur. Düşünürsən, yaxın dediyin, doğma bildiyin biri gözləmədiyin halda ağır xəstəlikdən əziyyət çəkir və bir gün gedəcəyi mütləqdir. Başa düşürsən ki, sənin gözlədiyin olmasını istəmədiyindir. ... | ANL |
Universitetlərin təhsil fəaliyyətləri. “Times Highers Education”un yeni reytinqi açıqlanıb. Dünyanın təhsil xidmətləri sahəsində ixtisaslaşmış ən nüfuzlu media qurumlarından olan Böyük Britaniyanın “Times Highers Education” nəşrinin budəfəki araşdırması ali məktəblərin “Təhsil fəaliyyətləri”, “Hüquq”, “Biznes və iqt... | ANL |
Cümhuriyyət və təhsil. Dil siyasəti milli kimliyin formalaşdırılmasını hədəf götürdü. Xalqların milli-azadlıq mübarizəsində təhsilli, dünyagörüşlü insanlar həmişə ön sıralarda durmuş, xalqı öz ardınca aparacaq ideyaların yaranması və yayılması məhz onlara məxsus olmuşdur. Şərqin ilk demokratik cümhuriyyəti olan Az... | ANL |
Səriştələrin tanınması peşə. təhsilinə yanaşmanı dəyişəcək. Əmək bazarındakı orta ixtisas və peşə təhsilinə malik şəxslərə yeni imkanlar yaradılacaq. Azərbaycanda informal və qeyri-formal təhsil formaları vasitəsilə əldə edilən bilik, bacarq, səriştə və təcrübənin qiymətləndirilmə si və tanınması məqsədi ilə imta... | ANL |
Beynəlxalq olimpiadalara gedən yol. Respublika fənn müsabiqəsinin qalibləri mükafatlandırılıb. Müsabiqənin nəticələrinə əsasən, ümumilikdə 169 nəfər qalib elan olunub. Dünən Bakı şəhəri Arif Hüseynzadə adma 20 nömrəli məktəb-liseydə onların mükafatlandırılması mərasimi keçirilib. Təhsil İnstitutunun istedadlı uşa... | ANL |
Müəllimin peşəkarlığının. Metodiki iş müəllimi inkişaf etdirən peşə mühitinin formalaşmasına yönəldilməlidir. Müasir şəraitdə məktəbin əsas vəzifəsi şagird şəxsiyyətinin inkişafına kömək edən təhsil mühiti yaratmaqdır. Bu məsələnin həllində isə pedaqoji kadrların peşə səriştəliliyi də əhəmiyyətli rol oynayır. Pe... | ANL |
Keyfiyyət və nüfuz. İsveçrənin təhsil sistemi bu iki fundamental prinsipin üzərində bərqərar olub. Dünyanın ən qabaqcıl təhsil sistemlərindən danışarkən İsveçrənin adını çəkməmək mümkün deyil. İllik reytinqlərdə bu ölkənin ali məktəblərinin ön sıralarda qərarlaşmaları ənənə halına çevrilib. İsveçrənin məktəb, ko... | ANL |
Alimin fəaliyyətinə biblioqrafik yanaşma. Elmi-biblioqrafik fəaliyyət informasiya ilə işləyən müəssisələrin prioritet istiqamətlərindən biridir. Milli, elmi-köməkçi və tövsiyə biblioqrafiyasının inkişafına istiqamətlənmiş bu fəaliyyətin tərəflərindən biri tədqiqatçıların biblioqrafik araşdırma işini yaxşılaşdırma... | ANL |
“Hollivudda məşhur filmlərdə çəkiləcəyəm”. Hazırda Texniki Humanitar liseyin 8-ci sinfində təhsil alır. İncəsənətə marağı isə lap erkən yaşlarından özünü göstərib. Televiziya kanallarında nümayiş olunan cizgi filmlərinə baxa-baxa rus və ingilis dillərini də öyrənib. Sonradan öyrənəcəyik ki, bu yeniyetmə oğlan büt... | ANL |
Universitet seçimi. Türkiyə universitetlərinin rektorlarından tələbələrə tövsiyələr. Hər il dünyanın Times Higher Education (THE) və QS kimi təhsil sahəsində ixtisaslaşmış nüfuzlu şirkətləri tərəfindən dünya universitetlərinin illik reytinqləri dərc olunur. Bu universitetlərin qlobal reytinqdə mövqeyi, onların t... | ANL |
"Canlı əfsanə" Musiqi Kollecində. Çünki görkəmli sənətkarımız, istedadlı aktyor, Azərbaycanın Xalq artisti Rasim Balayev həqiqətən də filmlərdə oynadığı bir-birindən fərqli və maraqlı rollarına, böyük ustalıqla yaratdığı obrazlar qalereyasına görə xalqımız arasında artıq çoxdan əfsanələşib, milyonların sevimlisinə çevr... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.