text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Təhsil sahəsində yeni qanun. Bəxtiyar Əliyev: “Ümumi təhsili yalnız məktəblə bağlamaq doğru deyil”. “Ümumi təhsil haqqında” Qanun layihəsi Milli Məclisdə ikinci oxunuşda qəbul edilib. “Ümumi təhsil haqqında” Qanun layihəsinin məqsədi vətəndaşların ümumi təhsil sahəsində Azərbaycan Respublikasının Konstitusiyası i...
ANL
“Öz sahəmdə tanınan bir tədqiqatçıya. çevrilmək arzusundayam”. Hüseyn Abdulla, ABŞ-ın Texas A&M Universitetinin doktorantı: “Elmdə məni ən çox cəlb edən biliyin istehsalçısına çevrilməyin gətirdiyi intellektual həzzdir”. Dünyanın müxtəlif nüfuzlu universitetlərində təhsil alan azərbaycanlı gənclərin elmi-tədqiqat ...
ANL
Pedaqoq, alim, təşkilatçı. Tədqiqat sahəsi geniş və təhsilin sabahkı perspektivinə yönəlik. Çox yaşamaq deyil, yaxşı yaşamaq lazımdır. Mənalı ömür o ömürdür ki, onun hər anından ağılla istifadə olunsun. Xeyirxah işləri görməyi sonraya saxlamaq lazım deyildir. Amma haqqında söz açmaq istədiyimiz Hümeyir Əhmədova şəx...
ANL
Abşeron rayonunun ümumtəhsil məktəblərində təhsilin keyfiyyətini yüksəltməyə hədəflənmiş müxtəlif səpkili tədbilər keçirilir. Bu baxımdan rayon üzrə fevral ayı üçün nəzərdə tutulmuş “Azərbaycan dili və ədəbiyyatı, musiqi fənn aylığı”nı xüsusi qeyd etmək olar. Aylığın planına əsasən belə tədbirlərdən biri də rayonun Mas...
ANL
Böyük pedaqoq, xeyirxah insan. Kəlbəcər maarifində izi qalan müəllim. “Müəllimlik çox çətin peşədir. Həqiqi müəllim olmaq cəmiyyət üçün doğrudan da çox qiymətlidir. Bütün varlığımla, keçdiyim həyat yolu ilə həmişə məktəbə, müəllimə borcluyam”. Heydər ƏLİYEV, ümummilli lider. Deyirlər insanın qiyməti onun əməl...
ANL
Daha keyfiyyətli təhsil verən universitetlər. Dünyanın ixtisas hazırlığı üzrə ən yaxşı universitetlərinin reytinqi. Qlobal dünyanın trendləri universitetlər qarşısında əmək bazarının sərt tələblərinə uyğun rəqabətqabiliyətli, yüksək hazırlıqlı mütəxəssislərin hazırlanması kimi kəskin vəzifələr qoyur. Gəncləri artıq kon...
ANL
İsmət Mirzəli: “Rəsmlərimdə milli üsluba üstünlük verirəm”. Oxucularımıza təqdim etdiyim növbəti həmsöhbətim İsmət Mirzəli də başqa həmyaşıdları kimi istedad və bacarığı ilə diqqəti cəlb edən, məşğul olduğu rəsm dərnəyində, təhsil aldığı məktəbin seçilən nümunəvi bir şagirddir. Çoxlu sayda respublika və beynəlxalq...
ANL
illərin sayı ilə ölçülmür. Məndən soruşsalar ki, alimlərdə ən çox hansı keyfiyyətə üstünlük verərdin, fikirləşmədən “xeyirxahlıq” sözünü dilimə gətirərdim. Uzun illər tanıdığım və hörmət bəslədiyim, zəhmətkeş alim kimi həmişə haqqında xoş sözlər eşitdiyim Nizami müəllimdə də bu xüsusiyyətlər var, lakin, mənə gö...
ANL
Məktəb-liseydə Zahid Xəlillə görüş. Martın 12-də Bakıdakı Humanitar fənlər təmayüllü məktəb-liseydə Azərbaycan uşaq ədəbiyyatının tanınmış nümayəndəsi, şair Zahid Xəlillə görüş keçirilib. Tədbirə başlamazdan əvvəl qonaqlar şagirdlərin əl işlərindən hazırlanmış sərgi ilə tanış olublar. Dövlət himni səsləndirildi...
ANL
“Türkologiyamızın Afad Qurbanovu”. ADPU-da kitab təqdimatı. Martın 11-də Azərbaycan Dövlət Pedaqoji Universitetində Filologiya fakültəsinin “Azərbaycan dili və onun tədrisi metodikası” kafedrasının sabiq müdiri, professor Əzizxan Tanrıverdinin görkəmli dilçi-alim, türkoloq, onomastika elmi məktəbinin banisi, Azərb...
ANL
Yolumuz Bakıdan 470 kilometr məsafədə, Azərbaycanın Ermənistan və Gürcüstanla sərhədində yerləşən Qazaxadır. Yel çərşənbəsində özümüzə yel sürəti arzulayıb yola çıxdıq. Başqa heç cür eyni gündə Qazaxa gedib qayıtmaq olmazdı. Qazaxda “Novruz mühazirələri”ni dinləyəcəyik. Mühazirələrdə millət vəkilləri, tanınmış al...
ANL
Çaykovskinin əsəri opera-studiyasının səhnəsində. XIX əsrin ikinci yarısında rus musiqi mədəniyyətinin görkəmli nümayəndələri sırasında Pyotr İliç Çaykovski böyük nüfuza malik olan bəstəkar kimi rus musiqi tarixinə daxil olmuşdur. O, bəstəkar, dirijor, müəllim, musiqi ictimai xadim kimi fəaliyyət göstərmişdir və ...
ANL
Vətənə məhəbbət, düşmənə nifrət. Şagirdlər vətənpərvərlik ruhunda tərbiyə olunur. Hər il martın 31-i ölkəmizdə Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir. Azərbaycanlıların soyqırımı 200 il ermənilər tərəfindən azərbaycanlılara qarşı aparılan qəddar bir siyasətdir. Bu siyasətin qurbanlarının xatirəsini yad...
ANL
YUNESKO-nun “Qlobal məqsədlər” dərsləri. Sülh nə deməkdir? Fənn: Sosial araşdırmalar, Vətəndaşlıq, Həyat bilgisi. * Vətəndaş fəallarının fəaliyyətinin və simvollarının xüsusiyyətlərini araşdırmaq. * Sinifdə və həyatda dinc birgə yaşam prinsiplərinin tətbiqi üsullarını müəyyənləşdirmək. * Şagirdlərə tanış olan dinc ...
ANL
“Tələbələr arasında əsl islamşünaslar. yetişdirə biləcəyimiz gənclər kifayət qədərdir”. Ceyhun Məmmədov: “Dini-ideoloji təbliğatdan özümüzü qorumaq məcburiyyətindəyik”. Azərbaycanda ən gənc institutun - Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasının bir ili tamam oldu. Müstəqil Azərbaycanda daha bir ali məktəb ...
ANL
Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı: Bakı Dövlət Universitetinin təsis edilməsi tarixindən. Ötən il ölkəmizdə Şərqdə, türk-islam dünyasında ilk hüquqi-demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi dövlət səviyyəsində geniş qeyd olundu. Bu tarixi hadisənin milli dövlətçiliyimiz üçün mü...
ANL
Avropa Olimpiada tarixində bir ilk. Bakı məktəblisi Fidan Qarayeva ən gənc qalibdir. Son illər Azərbaycan məktəblilərinin beynəlxalq bilik yarışlarında qazandıqları uğurlar bir-birini əvəz edir. Bu günlərdə daha bir məktəbli uğura imza atıb. Bakı məktəblisi Fidan Qarayeva 8-ci Avropa Qızlar Riyaziyyat Olimpiadası...
ANL
Məktəblərdə din dərsləri keçilə bilərmi? Gəlin soyuq ağılla müzakirə edək... Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının çıxışından sonra “Məktəblərdə din dərsi keçiləcək” xəbəri ilə cəmiyyətdə ciddi müzakirələr başladı. Sosial şəbəkələrdəki reaksiyalardan çıxış ...
ANL
Zemfira Həsənova: “Həmişə birincilik iddiasında oluram”. Müxtəlif sahənin istedad sahibləri ilə tez-tez təmasda olduğum, onların haqqında məqalələr hazırladığım üçün gəldiyim qənaət əsas verir deyəm ki, əksər hallarda bu cür sayılıb-seçilən uşaq və yeniyetmələrin əxlaqi keyfiyyətləri də ürəkaçan olur. Əxlaq ruhu...
ANL
Musiqi Kollecinin tələbələrinin konserti. Mayın 6-da Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kollecinin tələbələrinin ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş konserti olub. Nəsimi Rayon İcra Hakimiyyəti və Musiqi Kollecinin birgə...
ANL
Adil Gəray Məmmədbəylinin. Mayın 13-də Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kollecində Azərbaycan musiqi mədəniyyətində xüsusi xidmətləri olan görkəmli tar müəllimi, bəstəkar, əməkdar artist Adil Gəray Məmmədbəylinin 100 illik yubileyi ilə bağlı tədbir keçirilib. Tədbirdə kollecin müəllim-tələbə ko...
ANL
Ümumi təhsil qanunu: uzun illərin həsrəti. Səriştəlilik. Səriştələrsiz? Qlobal təhsil ilə yaxından maraqlanan mütəxəssislərə yaxşı məlumdur ki, Avropa İttifaqının əlaqədar qurumları, bir çox ölkələr yaxın 15-20 ildə qlobal dünyanın informasiya, ekoloji, texnoloji, iqtisadi və s. məkanlarında, xüsusilə də, koqnitiv sahə...
ANL
Bahalı təhsil. Keyfiyyət, yoxsa sosial bərabərsizlik? Ən nüfuzlu ali məktəblərin beynəlxalq təsnifatında ABŞ universitetlərinin dominantlıq etdiyi dövrdə yaşayırıq. Maliyyə nöqteyi-nəzərdən baxsaq, Amerika iqtisadiyyatı ölkələr arasında ən irisidir, ancaq onu da bilməmiş deyilik ki, dünya ÜDM-nin cəmi dörddəbiri ...
ANL
Məhəmməd Hadi irsinin tədqiqatçısı. Ədəbiyyat, mədəniyyət, mənəviyyat alimin kredosudur. İslam Qəribli - ədəbiyyatşünas, cənubşünas tədqiqatçı, yazıçı, pedaqoq, “Azərbaycan romantizmi adlı böyük elmi nəzəri təsərrüfatın” (Elçin) banilərindən olan Məhəmməd Hadinin son araşdırıcısı. Filologiya elmləri doktoru, prof...
ANL
Dilimizə sevgi ilə. Azərbaycan dilini tələbələrimə necə öyrədirəm. Hər bir millətin, xalqın dili onun milli təfəkkürünün, həyat tərzinin, ağıl və düşüncəsinin, ruhunun sözlərlə ifadəsidir. Ona görə də insanlar mənsub olduqları millətin, xalqın dilində bir-birləri ilə ünsiyyətdə olanda, danışanda, fikir mübadiləsi ...
ANL
Məktəbli fəlsəfəsi. İnkişaf etmiş ölkələrin orta məktəblərində “məktəbli fəlsəfəsi” tədris olunur. Bu barədə diskussiyalar indi də davam edir. Fəlsəfənin bilik və elm sahəsi kimi gündəmə gətirilməsi ali məktəb tələbələri ilə yanaşı, orta məktəblərin yuxarı sinif şagirdləri üçün də aktuallıq kəsb edir. Bir dəfə yu...
ANL
Müasir cəmiyyət və məktəb konsepsiyası. Ümumi təhsil qanunu respublikamızda bilinqval və polilinqval təlimə zəmin yaradıb. Dünyada qloballaşma və inteqrasiya meyillərinin gücləndiyi, sosial-iqtisadi əlaqələrin və əmək bazarının genişləndiyi bir şəraitdə ikidilli və çoxdilli (bilinqval və polilinqval) cəmiyyətlər...
ANL
yetirmələri də olmalıdır”. Osman Osmanov: “Onların sevgisini hiss etdikcə qürurlanıram”. Orta məktəbi bitirdikdən sonra 1995-ci ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Coğrafiya fakültəsinə daxil olub. Bakalavr təhsilinin ardınca ADPU-nun coğrafiya ixtisası üzrə magistr dərəcəsinə yiyələnib. ...
ANL
sentyabr konfranslarına aid tövsiyələr. XXI əsrin “Təhsil əsri” olması cəmiyyətin bütün sahələri ilə yanaşı, bilavasitə təhsilə daha çox diqqət yetirilməsi, müasir dünyamızın qlobal problemi kimi onu bütün fəaliyyətlərin fövqünə qaldırılması ilə nəticələndi. İnsanlığın formalaşması üçün əsas əlamətlərdən biri say...
ANL
Təhsildə şəffaflığa doğru daha bir addım Təhsil Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib. Məlumdur ki, təhsil sisteminin inkişafında mühüm aspektlərdən biri həyata keçirilən islahatların geniş ictimaiyyətə çatdırılması, hərtərəfli dəstəklənməsi, eləcə də şəffaflığın təmin olunmasıdır. Məhz şəffaflığın ...
ANL
Dərsliklər məzmun və dizayn. baxımından təkmilləşdirilib. Təhsil Nazirliyindən bildirilib ki, bunlardan ölkənin dövlət ümumtəhsil müəssisələrinin IV və VIII sinifləri üçün nəzərdə tutulan dərsliklər yeni tədris ilinə məzmun və dizayn baxımından təkmilləşdirilib, əsaslı şəkildə yenilənərək çap olunub. Nazirlər Kabi...
ANL
Universitetdə mühazirə deyən robot. Alqoritmlər insanları öyrətməyə başlayırlar. Ötən həftə dünyanın ən məşhur robot texnoloqlarından biri, Osaka Universiteti yanında “Intelligent Robotics” laboratoriyasının direktoru Xirosi İsiquronun 54 yaşı tamam oldu. İsiquro insanabənzər robotların yaradılması ilə məşhurlaş...
ANL
Peşə sahibi olmaq istəyənlərin sayı artır. Peşə təhsili müəssisələrinə sənəd qəbulunun nəticələri bu gün açıqlanacaq. Nəticələrin sentyabrın 6-da elan olunması nəzərdə tutulur. Xatırladaq ki, peşə təhsili müəssisələrinə sənəd qəbulunun 1-ci mərhələsində 11 mindən çox ərizəçi müraciət edib. Rəqib olacaq yeni ixti...
ANL
“Tarix fənnini şagirdlərimə. sevdirdiyim üçün xoşbəxtəm”. Şükufə Muradova: “Onların sevgisini qazanmaq mənim bir müəllim kimi ən böyük uğurumdur”. Müəllim cəmiyyətdə aparıcı qüvvə kimi həmişə yüksək nüfuza malik olub. Təsadüfi deyildir ki, tarixi şəxsiyyət, ulu öndər Heydər Əliyev müəllim adını uca tutaraq bu p...
ANL
şagirdlərimizin uğur yolu. Olimpiada hərəkatı regionlarımızı da əhatə edəcək. Son illər Azərbaycan təhsil sistemində aparılan islahatyönümlü layihələr ölkənin rəqabət qabiliyyətinin güclənməsinə xidmət edən yüksək intellektli, innovativ düşüncəli, tədqiqatçılıq qabiliyyətli gənclərin formalaşmasına münbit zəmin ya...
ANL
İşəgötürmə prosesində namizədin şəxsiyyəti, emosional intellekti, empatiyası daha vacib elementlərə çevrilir. “Ali məktəblərdə gənclərə öyrədilən bilik və bacarıqlarla işə qəbul zamanı onlardan gözlənilən keyfiyyətlər arasında yerlə göy qədər fərq var”. Sizcə, kimlər belə şikayət edir? Söhbət tək Azərbaycandan getmir, ...
ANL
STEAM təhsil bizi strateji hədəflərə aparır. Son illərdə dünya təhsil sistemində ən mühüm trendlərdən biri kimi aktuallıq qazanan STEAM-təhsil müasir təhsil fenomeni kimi peşəkar səriştələrə malik mütəxəssis hazırlığında mühüm istiqamət kəsb etməkdədir. Onun hədəfi şagirdlərdə yüksək mütəşəkkil düşüncəni inkişaf...
ANL
“Belçikada müsabiqədənkənar. təhsil almaq hüququ qazandım”. İstedad və əməksevərlik insanı zirvəyə aparar deyib aqillər. Uğura aparan yol insandan məqsədyönlü fəaliyyət, bilik və bacarıq, əmək və istedad tələb edir. Müsahibimiz gənc istedad, musiqi sahəsində uğurlarına görə ötən tədris ilində Nazirlər Kabinetinin ...
ANL
Təhsilin məzmunu və forması. cəmiyyətin inkişafında baş verəcək. dəyişikliklərin fövqündə dayanmalıdır. Bizim gələcəyimiz təhsillə bağlıdır, sivil ölkələrin inkişafında ən aparıcı rol oynayan bilikdir, elmi-texniki tərəqqidir və biz də təhsilimizi bu istiqamətdə qururuq. Təhsil sahəsində aparılan islahatların vah...
ANL
İstedadlı şagirdlərin istedadlı müəllimləri. Olimpiada hərəkatına pedaqoqlar da böyük maraqla qoşulur. Dekabrın 15-də Təhsil İnstitutunun təşkilatçılığı ilə “İstedadlı şagird üçün istedadlı müəllim” müsabiqəsi keçirilib. Xatırladaq ki, müsabiqənin məqsədi ümumi təhsil müəssisələrində çalışan müəllimlərin istedadl...
ANL
Şagirdlərin imtahan yükü azaldıldı. Yeni qaydalar attestasiyanın aparılmasında qeyri-müəyyən olan bəzi məqamları konkretləşdirir. Ümumtəhsil müəssisələrində təhsilalanların attestasiyasının aparılmasının yeni qaydaları təsdiq edilib. Tədris ilinin əvvəlindən təhsil ictimaiyyətinin müzakirəsinə verilən sənədin qə...
ANL
“Uşaqları zərərli informasiyalardan. qorumaq üçün provayderlərin. üzərinə çox böyük məsuliyyət düşür”. Osman Gündüz: “Gündəlik efirə baxaraq qanuna zidd olan onlarla veriliş tapa bilərəm”. Azərbaycanda “Uşaqların zərərli informasiyalardan qorunması haqqında” Qanunun qüvvəyə minməsi ilə internet və teleradio məkanınd...
ANL
həsr etmiş müəllim. Müəllim ömrünü bəzən yanar şama bənzədirlər. Şam yandıqca ətrafa işıq saçdığı kimi bu peşənin sahibləri də özlərini şam kimi əridərək ətrafı nurlandırmaqla neçə-neçə insanın həyat yolunu işıqlandırırlar. Böyüməkdə olan gənc nəclin təlim-tərbiyəsi ilə məşğul olan Fənarə Abbasova da ömrünün 40 i...
ANL
“Dəyərlərə əsaslanan təhsil öndə olmalıdır”. Sevinc İlyas Məmmədova, Corc Vaşinqton Universitetinin doktorantı: “Biz uşaqlarımızın bacarıqlı insan olmalarına daha çox çalışmalıyıq, nəinki 700 bal toplamasına”. Azərbaycanlı gənclərin dünyanın nüfuzlu universitetlərində təhsili və yüksək peşəkarlar kimi yetişmələri...
ANL
Azərbaycan Memarlıq və İnşaat Universitetində qiymət almağın bir yolu var. Yanvarın 4-dən Azərbaycan Memarlıq və İnşaat Universitetində payız semestrinin imtahan sessiyasına start verilib. Universitetin auditoriyalarında hər gün yüzlərlə tələbə ötən bir neçə ayda əldə etdikləri bilik və bacarıqları nümayiş etdir...
ANL
Dünyada özəl sferanın yatırımları dövlət dəstəyini üstələyir. XV əsrin sonlarından etibarən yeni qitələrin və dəniz yollarının kəşfi nəticəsində dünyanın siyasi və iqtisadi siması köklü dəyişikliklərə uğradı. Yeni torpaqlar uğrunda müharibələr insan fəaliyyətinin bütün sferalarına ciddi təsir göstərmiş oldu. Güc...
ANL
Şagirdlərin yaradıcı təfəkkürünün və. tədqiqatçılıq qabiliyyətinin inkişaf etdirilməsi. Layihəli tədris fəaliyyətindən dərslərimdə yararlanıram. Müasir cəmiyyətdə baş verən dəyişikliklər təhsil sahəsinin sürətlə təkmilləşdirilməsini, dövlət, sosial-iqtisadi və şəxsi maraqları nəzərə alan yeni təhsil hədəflərinin ...
ANL
“Müəllim şagirdi şəxsiyyət kimi görməlidir”. Arzu Kərimov: 'Ən böyük arzum Şuşa şəhərində müəllim işləməkdir'. 2007-ci ildə Gəncə Dövlət Universitetinin Coğrafiya ixtisası üzrə bakalavr pilləsini bitirib. 2010-cu illərdə Bakı Dövlət Universitetində “İqtisadi və sosial coğrafiya” istiqaməti üzrə magistr dərəcəsinə la...
ANL
Azərbaycanın qızıl beyinləri. Beynəlxalq olimpiadalara peşəkar və məsuliyyətli hazırlıq gedir. Əjdər Fərzullazadə hazırda X sinifdə təhsil alır. O və dostları dünyanın 48 ölkəsindən məktəblilərin iştirak etdiyi bu olimpiadada bilik və bacarıqlarını nümayiş etdirərək 5 bürünc medal qazanıblar. Dediyinə görə, hazı...
ANL
Bütün klassiklərin həyat tarixçəsini vərəqləyərkən bir danılmaz həqiqətin şahidi olursan ki, fitri istedad insanlarda erkən yaşlarından özünü büruzə verir. Bunu yaradıcılığın bütün istiqamətlərinə şamil etmək olar. İstər şairlik, yazıçılıq, müğənnilik, istərsə də rəssamlıq kimi fitri istedad tələb edən sahələr u...
ANL
Məktəbə ilk addımlarını atanda hamı onları ərköyün bilir. Hərəkətlərini belə dəyərləndirir: Bu uşaq müəllimin sözünü dinləmir, dərsi pozur, yoldaşlarının əşyalarını dağıdır, kobud və ədəbsizdir. Çox zaman müəllimlər də, valideynlər də, məktəbli yoldaşları da onlara tərbiyələndirmək üçün müəyyən “cəza”lar verir. ...
ANL
Görkəmli pedaqoq Əhməd. Azərbaycan pedaqoji fikrinin inkişaf tarixində özünəməxsus yeri və görkəmli xidmətləri olan professor Əhməd Seyidov öz elmi pedaqoji fəaliyyəti, zəngin pedaqoji irsi, yetişdirdiyi elmi pedaqoji kadrları ilə Azərbaycan pedaqoji fikir tarixində silinməz izlər qoymuşdur. İstər onun çoxsaylı ...
ANL
İctimaiyyət nümayəndələri. Tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin təmin olunması məqsədi ilə zəruri tədbirlər görülüb. İmtahanlar ciddi nəzarət altındadır. Eyni vaxtda bir prosesə həm müəllim-koordinatorlar, həm rəhbər koordinatorlar, həm də kameralar vasitəsi ilə nəzarət olunur. Auditoriyalard...
ANL
Məktəbi bitirməyə tələsənlər... Komissiyanı 2 şagird heyrətləndirə bildi. Ötən həftə ümumi təhsilin hər hansı səviyyəsini vaxtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün eksternat qaydasında imtahanlar keçirilib. Bu imtahanlar Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsinin ...
ANL
cümhuriyyətə qədər keçdiyi tarixi yol. Hər bir xalqın mənəvi sərvətlərinin fövqündə onun ana dili durur. Cəmiyyətdə ana dilinin inkişafı ilə bağlı olan problemlər, onun təkmilləşdirilməsi, saflaşdırılması milli mədəniyyətin əsas məsələləridir. Hər bir xalq öz mənlik şüurunun müəyyən mərhələsində ana dilini özün...
ANL
Dünyanın ən ağıllı. ölkələrinin reytinqi açıqlanıb. Məlumdur ki, müasir dünya düzənində ölkələrin rəqabət qabiliyyətini müəyyən edən əsas faktorlardan biri yüksək intellektli insan kapitalıdır. Məhz cəmiyyətin əsas hərəkətverici qüvvəsi olan yüksək bilik və səriştələrə, bacarıqlara malik insanın yetişdirilməsi ...
ANL
Pedaqoji təhsil və müəllim. hazırlığı: dünya təcrübəsi. Pedaqogika xüsusi tədris fənnidir. Birincisi, bütün digər elm sahələrindən fərqli olaraq onun əbədi predmeti var - bu, tərbiyədir. İkincisi, pedaqogika bütün elm sahələri içərisində ən mürəkkəbidir. Böyük alman filosofu və maarifçisi İ.Kant haqlı olaraq iki i...
ANL
YUNESKO-nun “Qlobal məqsədlər” dərsləri. “Təhsil üstünlük deyil, başlıca hüquqdur. Mən təhsilin gücünü və onun həyatı dəyişmək qabiliyyətini anlamaqda uşaqlara kömək etmək istəyirəm”. Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu YUNESKO-nun Assosiativ məktəblər şəbəkəsinə üzv qurum kimi bu beynəlxalq təşkilatın ...
ANL
“Tərbiyə etməyə özünüzdən başlayın”. Aybəniz Haşımova: “Tələbələrimə məhəbbəti Şövkət Ələkbərovadan öyrənmişəm”. Hərdən elə insanla rastlaşırsan ki, onun peşəkarlığını, sənətini bir yana qoyub, insan olaraq sevməkdən, dəyərli, əziz tutmaqdan zövq alırsan. İndi təsəvvür edin ki, qarşınızdakı yaxşı insan olduğu q...
ANL
Milli Qəhrəman oxuduğu məktəbdə anılıb. İnsana məxsus ali keyfiyyətlərdən olan qəhrəmanlıq haqqında çox deyilib, çox yazılıb. Qəhrəmanlığı vəsf edən bədii nümunələr də kifayət qədərdir. Lakin tanınmış türk şairi Nihal Atsızın aşağıdakı misraları qəhrəmanlığı daha dəqiq və daha poetik ifadə edir: Qəhrəmanlıq nə y...
ANL
Əliyevin prinsipial mövqeyi. Tariximizdə çox kədərli bir hadisə olaraq yer alan 20 Yanvar qırğınında Sovet ordusu qadın, uşaq, qocaya fərq qoymadan müstəqillik istəyən azərbaycanlıları mərhəmətsizcəsinə qətl etmişdir. Azərbaycan xalqına qarşı tətbiq edilən bu vəhşilik əks-təsir yaratmış və müstəqil Azərbaycan Re...
ANL
Obyektivliyə tam zəmanət. Bakı Slavyan Universitetində imtahan prosesi izlənilib. Bakı Slavyan Universitetində soyuq qış günləri ürəklər imtahan həyəcanı ilə qızır. İmtahan prosesini izləmək üçün ötən həftə media nümayəndələri universitetə dəvət edilib. Jurnalistlərə məlumat verilib ki, universitetin əsas və iki...
ANL
“Uşaqlarla davranış həssaslıq tələb edir”. Gülayə Şamilova: “Sistemli təlim-tərbiyə işini valideynsiz qurmaq olmur”. Orta təhsilini başa vurduqdan sonra 2009-cu ildə Sumqayıt Dövlət Universitetinin kimya-biologiya fakültəsinə qəbul olaraq kimya müəllimliyi ixtisası üzrə bakalavr təhsili alıb. 2013-cü ildə Müəllimlər...
ANL
“Bu işlə xüsusi müəllimlər məşğul olmalıdır”. Stanford Universitetinin doktorantı Cəfər Cəfərov: “Orta məktəb müəllimindən olimpiadaya hazırlıq dərsi keçməsini istəmək doğru deyil”. Elmin zirvələrinə aparan yol çətin, məsuliyyətlidir. Ən böyük uğurlar gərgin əməyin, zəhmətin məhsuludur. Yalnız bu yolu öz həyatını...
ANL
Ölkəni inkişaf etdirən universitetlər. Və ya güclü iqtisadiyyat qlobal reytinqin həlledici faktoru kimi. Böyük Britaniyanın Times Higher Education (THE) nəşri dünyanın iqtisadiyyatı inkişaf edən ölkələrinin ən yaxşı universitetlərinin reytinqini (Emerging Economies University Rankings 2019) tərtib edib. Reytinq ink...
ANL
Hüseyn Nağıyev: “Müəllimlərimin, valideynlərimin ümidlərini doğrultmağıma söz vermişəm”. Uşaq və yeniyetmələr arasında musiqiyə, rəssamlığa, idmana və başqa xüsusi istedad tələb edən sahələrə maraq çox olur. İlkin vaxtlarda bu, onlar üçün əyləncə növü kimi görünsə də illər ötdükcə əsl istedad sahiblərindəki bu ...
ANL
Eynşteyn Bora qarşı. Dahilik heç də təkcə dünyəvi bir kəşf etmək və dünyəvi bir fikir söyləməklə qazanılmaz. Dahilər hər cəhətdən dünyəvi keyfiyyətlərə malik olanlardır. Onlardan ikisi barədə bu qısa yazını təqdim etməyi lazım bildim. Adətən, Nobel mükafatları A.Nobelin xatirə günlərində İsveçin paytaxtı Stokh...
ANL
Əməkdar müəllim Cəmilə Ramazanova: “Valideynlərin məktəblə əməkdaşlıq etmələrini istəyirəm”. Adama darıxdırıcı gəlir həyatını belə boz yaşayanlarla ünsiyyət. Bir də insan görürsən, xatirələrindən, həyatından kitab yazar, əgər istəsə. Bugünkü həmsöhbətimiz müəllim olmaqla yanaşı, xatirəsi və hekayətləri bol olan...
ANL
Şahrun Quluzadə: “Əməyimin qiymətləndirilməsi məni daha da ruhlandırır”. Həyatda elə insanlar var ki, fəaliyyətləri ilə tanınır, öz vəzifə funksiyalarını layiqincə yerinə yetirmələri ilə ətrafdakılar üçün bir nümunəyə çevrilir. İllərlə işlədiyin kollektivin, eyni zamanda səni tanıyan çoxsaylı şəxslərin içdən gəl...
ANL
“SABAH sabahımız üçün. əla fürsətlər verdi”. Macarıstanın Korvinus Universitetinin tələbəsi Rəsul Musayev: “Avropanın istənilən universitetində keyfiyyətli təhsil almaq mümkündür”. Dünyanın nüfuzlu universitetlərində təhsil alan və öz uğur hekayələrini yazan gənclərimiz kifayət qədərdir. Onların hər biri ilə söhbə...
ANL
Şagirdlərin tədqiqatçılıq qabiliyyətinin inkişaf. etdirilməsində ədəbiyyat fənninin imkanları. Yaradıcı təfəkkürü inkişaf etdirə bilən metodlara üstünlük verilməlidir. Müasir dövrdə ölkəmizdə yaradıcı təfəkkürlü şagirdlərin tədqiqatçılıq qabiliyyətinin dəyərləndirilməsi və inkişaf etdirilməsinə zamanın tələbi kimi...
ANL
Uşaqlar yalnız məktəbdə öyrənməməlidirlər. Nədən uşaqlar məktəbdə deyil, ondan kənarda daha çox öyrənməyə meyillidirlər? Nə səbəbdən indinin uşaqları dərslərdə imtahanlar və qaydaları deyil, azadlığı çox qiymətləndirirlər? Bu sualların cavabı birdir: sənaye inqilabının nəticəsi olan hazırkı təhsil sistemi informa...
ANL
İlahiyyat İnstitutunda. qiymətləndirmə aparılır. Müəllimlərin nə öyrətdiyi sorğu ilə, tələbələrin necə öyrəndiyi imtahanla dəyərləndirilir. Bir il əvvələ qədər Bakı Dövlət Universitetinin bir fakültəsiykən, artıq müstəqil institut kimi kadr hazırlığı prosesinə qatılıb. Ölkənin ali məktəbləri siyahısına fəal qoşul...
ANL
Tədrisdə İKT bacarıqlarından. istifadə etmək zərurəti. Müəllim hazırlığında rəqəmsal vərdişlərin aşılanması önə çıxır. 24 iyun Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının qərarı ilə Beynəlxalq Təhsil Günü elan olunub. Ötən ilin dekabrında təsis edilən Beynəlxalq Təhsil Günü dünən dünyada və ölkəmizdə il...
ANL
Bahadır Hüseyn oğlu Tağıyev. Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz vermişdir. Fizika sahəsində tanınmış alim, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Bahadır Hüseyn oğlu Tağıyev ...
ANL
Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına. təhsil tələbə kreditlərinin verilməsi. Azərbaycan Respublikası Nazirlər. təsdiq edilmişdir. Bu Qayda Təhsil Tələbə Krediti Fondunun (bundan. sonra - Fond) vəsaiti hesabına tələbələrə təhsil tələbə kreditinin. verilməsinə dair tələbləri, təhsil tələbə kreditinin veri...
ANL
Hədəfə doğru... Müəllimlərin işə qəbulu müsabiqəsi davam edir. Azərbaycan Texniki Universitetinin ən böyük zalındayıq. Azərbaycan dili və Ədəbiyyatı fənni üzrə imtahanlar davam edir. Namizədlər sıra ilə yerini alıb. Arzu Kərimova da onların arasındadır. Nəticəmi ilbəil artırmışam. Ötən il işləyən müəllimlərə icazə...
ANL
Birincilərin birincisi. Uğur qazanan gənclərimizi tanıyaq. Başa vurduğumuz tədris ili müəyyən çətinliklərinə baxmayaraq ölkəmizin təhsil sistemində bir sıra uğurlarla yadda qaldı. Təhsil Nazirliyi tərəfindən istedadlı uşaqların aşkara çıxarılması, bilik və bacarıqlarının stimullaşdırılması, onlarda elmi tədqiqatç...
ANL
Quba STEAM Mərkəzində ŞƏHİD övladları üçün təşkil edilən “ZƏFƏR” düşərgəsində bir gün. İyulun 25-dən ölkəmizdə fərqli və maraqlı layihəyə start verilib. Vətən müharibəsində qazanılan zəfərdə payı olan şəhidlərin yadigar qoyduğu övladları üçün Qubada maraqlı, rəngarəng, əyləncəli yay tətili təşkil edilib. Birinc...
ANL
İsveçin paytaxtı Stokholmda Nobel Mükafatları Komitəsi ənənəyə uyğun olaraq, ayrı-ayrı elm sahələrində 2021-ci il üçün Nobel mükafatı laureatlarının adlarını açıqlayıb. Oktyabrın 4-də ilk olaraq fiziologiya və tibb üzrə Nobel mükafatı laureatının adı məlum olub. www.nobelprize.org saytının məlumatına əsasən, İsve...
ANL
Qaraqoyunlu dərəsinin ilk tələbəsi, ilk alimi... Əməkdar müəllim, professor Niftalı Mehralı oğlu Qocayev 1936-cı il oktyabrın 18-də Gəncə quberniyasının Qazax qəzası, Dilican nahiyyəsinin Qaraqoyunlu dərəsinin (indiki Ermənistanın İcevan rayonunun) Göyərçin kəndində sadə kəndli ailəsində- Mehralı kişi ilə Gözəl ...
ANL
Həyatımda mühüm iz. buraxmış dəyərli insan. Həmin insan professor Əjdər Əbdülhüseyn oğlu Ağayev idi. Mən 1973-cü ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunu bitirib təyinatla Sabirabad rayonunun Şıxsalahlı və Qaragüney kənd məktəblərində ingilis dili müəllimi işləyib, müsabiqə yolu ilə Azərbaycan Elmi-Tədqiqa...
ANL
“Vətənpərvər gənc nəsil yetişdirmək. naminə daim əzmlə çalışacağam”. Əməkdar müəllim Nazlı İsmayılova: “Müəllimin əsl uğuru şagirdlərinin müvəffəqiyyətidir”. Dünyada gözəl, nəcib peşələr çoxdur. Həkim insanların sağlamlığının keşiyində dayanır, xəstələrə şəfa verir. Mühəndis fabrik və zavodları işlədir, hündür b...
ANL
Rəqabətlilik naminə. Azərbaycan Memarlıq və İnşaat Universiteti və İstanbul Texnik Universiteti arasında ikili diplom proqramı uğurla icra olunur. Məlumdur ki, son illərdə inkişaf etmiş ölkələr davamlı və uğurlu iqtisadi tərəqqiyə məhz ali təhsil sisteminin beynəlxalq standartlar səviyyəsinə yüksəldilməsi sayəsind...
ANL
Sağlam rəqabət və innovativ fəaliyyət. V Qrant müsabiqəsi qaliblərinin uğur hekayələri. Məlum olduğu kimi, artıq bir neçə ildir ki, Təhsil Nazirliyinin təşəbbüsü ilə ölkəmizdə Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqələri keçirilir. Təhsil sahəsində baş verən mütərəqqi dəyişikliklərin, islahatların d...
ANL
Yurda sevgi, düşmənə nifrət nümunəsi. Şanlı ZƏFƏRin ruhunu şad etdiyi alim-şair Həsən Mirzənin “Dərdimi” şeirinin linqvo-poetik özəllikləri. Filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi, görkəmli ictimai-siyasi xadim Həsən Mirzəyev fundamental dilçilik əsərləri ilə yanaşı, həm də “Həsən Mirzə” təxəll...
ANL
Erkən yaşda təhsil. Uşağın ilk illəri onun təhsil və inkişafında vacib rol oynayır. XX əsrin əvvəllərindən bir çox alimlər uşaq inkişafına aid müxtəlif nəzəriyyələr irəli sürmüşdülər. Erkən yaş, təhsil mərhələləri, uşaq inkişafı. Lakin çoxsaylı nəzəriyyələrin mövcud olmasına baxmayaraq neyroelm insan beyninin üç ...
ANL
Prezident təqaüdçüləri. Ölkə Prezidenti İlham Əliyev “2021-2022-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, bu tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələ...
ANL
Fəridin musiqi boxçası. 7 yaşından bədii və sənədli filmlərə çəkilən yeniyetmə istedad. Yaradıcılıq keyfiyyətlərinin, istedad və bacarığın ənənəvi şəkildə nəsildən-nəslə ötürülməsi heç kimə sirr deyil və bu, daha çox maraq doğurur. Bülbülün, Rəşid Behbudovun, onlarla başqa korifey sənətkarın davamçıları hamıdan...
ANL
Görkəmli alimin xatirəsinə. VIII-IX sinif şagirdləri arasında fizika olimpiadası təşkil edilib. Görkəmli alim, uzun illər fizika fənni üzrə beynəlxalq olimpiadalarda iştirak edən milli komandanın rəhbəri mərhum müəllim Naqif Nəbiyevin əziz xatirəsinin yad edilməsi, eyni zamanda şagirdlərdə fizika fənninə olan mara...
ANL
Azad Rəhimovun xatirəsinə həsr edilmiş. şahmat turnirinin açılış mərasimi. Oktyabrın 8-də mərhum gənclər və idman naziri Azad Rəhimovun xatirəsinə həsr edilmiş şahmat turnirinin açılış mərasimi olub. Məktəblilər arasında təşkil edilən turnirin açılışından əvvəl nazirliyin rəhbərliyi və kollektivi, eləcə də tədbir ...
ANL
Təhsil naziri Azərbaycan. Texniki Universitetində olub. Oktyabrın 11-də təhsil naziri Emin Əmrullayev Azərbaycan Texniki Universitetini (AzTU) ziyarət edib. AzTU-nun rektoru Vilayət Vəliyev təhsil naziri Emin Əmrullayevə universitetdə həyata keçirilən yeni layihələr barədə məlumat verib. Daha sonra nazir AzTU-da yaradı...
ANL
Oktyabrın 14-də İsmayıllı rayonuna mediatur təşkil edilib. Mediaturun məqsədi İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində israilli mütəxəssislər tərəfindən keçirilən “Dron idarəedilməsi və dəqiq aqronomluq” üzrə təlim prosesi ilə tanışlıq, İsmayıllı rayonu üzrə 44 günlük Vətən müharibəsində iştirak edən təhsil işçil...
ANL
 “Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində. təhsil imkanlarının genişləndirilməsi haqqında” Azərbaycan. Azərbaycan Respublikası Baş nazirinin Sərəncamı. “Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında” Azərbaycan Respublikas...
ANL
Dostluğun, qardaşlığın ünvanı. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti. * Bu gün Füzuli Beynəlxalq Hava Limanının açılışında birlikdə iştirakımız bir daha bizim birliyimizi göstərir, gücümüzü göstərir. Onu göstərir ki, Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi hər zaman bir-birinin yanındadır. * Həm Şuşada...
ANL
Ustadımız biz tələbələrə sonsuz həssaslıqla diqqət ayırırdı. Biz müstəqil vətənimizdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyini qeyd edirik. Lakin yarım əsr bundan öncə azad deyildik, çünki vətənimiz Sovet Sosialist Respublikaları birliyinin tərkibində 15 ölkədən biri idi. 70 il ərzi...
ANL
“Azərbaycanımızı layiqli təmsil etmək. Çində təhsil alan Tural Əliyev: “Şanlı Zəfərdən sonra Azərbaycanın beynəlxalq münasibətlərdə rolu ardıcıl olaraq artmaqdadır”. Dünyanın müxtəlif ölkələrində təhsil alan gənclərimizin xoş sorağını eşitmək hər birimiz üçün iftixar mənbəyidir. Gənclərimizin təhsil aldıqları xar...
ANL
İstedadlı şagirdlərin aşkarlanması. Müəllimlər onları necə müəyyən edə bilərlər? İstedad haqqında qəbul edilmiş bir tərif olmasa da, karyerasının çox hissəsini istedadlılığın öyrənilməsinə həsr etmiş kanadalı psixologiya professoru R.Gagneyə görə istedadlı şagirdlər potensialı dörd sahədən (intellektual, yaradıcı...
ANL
Əldə olunan nəticələr hədəflərin uğurla reallaşacağını şərtləndirir. Tarixin zaman axışı baxımından 30 il kiçik bir müddət olsa da, Azərbaycan müstəqillik qazanandan bəri ötən otuz il ərzində çox böyük inkişaf yolu keçmişdir. Bu inkişaf iqtisadiyyatın və cəmiyyətin bütün sahələrini ehtiva etməklə, düzgün siyasi st...
ANL
Suisid - müasir dünyanın qlobal problemi. Bu ictimai bəlanın profilaktikasına yönələn maarifləndirmə tədbirləri qlobal çağırışdır. Ümumdünya Səhiyyə Təşkilatı 10 sentyabr - İntiharla Beynəlxalq Mübarizə Günü ərəfəsində özünə qəsd edənlərin əməllərinin profilaktikası ilə bağlı Milli strategiyası olan ölkələri bey...
ANL