text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Ötən gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda 2005-2011-ci illərdə tərcümə işinin vəziyyəti mövzusunda “Dünya ədəbiyyatı” dərgisinin baş redaktoru Səlim Babullaoğlunun qurultayqabağı məruzəsi dinlənilib. AYB-nin katibi Arif Əmrahoğlu giriş sözü ilə çıxış edərək deyib: “Qurultay ərəfəsində ədəbiyyatı...
ANL
Mediamızın mənzərəsi: boşluqlara problemlər dolur. İnternetdə, onlayn rejimdə işləyən jurnalist kollektivlərinin bir ciddi problemi var: elektron poçta dayanmadan keyfiyyətsiz məlumat axır. Bu məlumatların hətta bir dəfə açılıb-bağlanması az qala bir iş gününün yarısı deməkdir. Üstəlik, çoxunun bərbad gündə olması, yən...
ANL
“Jurnalistikanın saflaşdırılması və kənar təsirlərdən qorunması vacib vəzifədir”. ƏLİ HƏSƏNOV: “AZƏRBAYCAN MÜSTƏQİLLİYİNİ QAZANDIQDAN SONRA ƏLDƏ ETDİYİ ƏN BÖYÜK DƏYƏRLƏRDƏN BİRİ DƏ AZAD MƏTBUATA SAHİBLİKDİR”. Dünən Gəncədə “Media və dövlət müstəqilliyimiz” mövzusunda ümumrespublika konfransı keçirilib. 80 ildən artıq t...
ANL
Tələbə Gənclər Təşkilatları İttifaqının “İnformasiya Texnologiyaları Evi”nin açılışı olub. Dünən Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) yaratdığı “İnformasiya Texnologiyaları evi” və “Sağlam Həyat Tərzi üzrə Gənc Təlimçilərin Resurs Mərkəzi”nin açılış mərasimi keçirilib. Mərasimdə çıxış edən Prezidenti Adminis...
ANL
Əbülfəs Qarayev MDB-nin Mədəni əməkdaşlıq üzrə Şurasının növbəti iclasına qatılıb. Ukraynanın Kiyev şəhərində MDB iştirakçısı dövlətlərinin Mədəni əməkdaşlıq üzrə Şurasının XXVI iclası keçirilir. İclasda Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir. İclasda M...
ANL
“Bir addım” filmi Özbəkistandakı festivalda. Azərbaycanı təmsil edir “İmper Qrup” Prodüser Mərkəzinin istehsal etdiyi “Bir addım” qısametrajlı bədii filmi Özbəkistanın Daşkənd şəhərində keçirilən “Tashkent International Film Forum “Golden Guepard” kinofestivalına aparılıb. Filmin rejissoru Fariz Əhmədovun APA-ya verdiy...
ANL
“Çobanzadə beynində elm və mədəniyyət yükü, ürəyində türklük və yurd sevgisi daşıyan, misli-bərabərinə zəmanəmizdə az-az təsadüf olunan idealist ruhlu bir türk övladı idi”. Böyük şəxsiyyətlər, görkəmli insanlar haqqında həmişə əfsanələr yaranır və yayılır – bu, sevgidən, heyrətdən və hörmətdəndir. Bəkir Çobanzadə haqqı...
ANL
“Siyasi məhbus” anlayışının beynəlxalq hüquqi əsası yoxdur. Cari ilin 7-8 oktyabr tarixində bir sıra internet saytlarının yaydığı məlumatlara əsasən, “İnsan Haqları Uğrunda” İctimai Birliyi ilə Norveçin Xarici İşlər Nazirliyi arasında “Azərbaycanda siyasi məhbusların Avropa Şurası və BMT-nin meyarları əsasında müəyyən ...
ANL
Yazıçı Mustafa Çəmənlinin “Ölüm mələyi” tarixi romanı 50 ildən artıq hakimiyyətdə olan I Şah Təhmasib Səfəvinin keçdiyi ağır, ziddiyyətli, ictimai-siyasi hadisələrlə zəngin olan həyatından, onun Osmanlı–Səfəvi müharibələrdəki tutduğu tarixi mövqeyindən, ömrünün son günlərində hakimiyyət uğrunda gedən saraydaxili mübari...
ANL
Görkəmli Kırım-tatar ədibi Cengiz Dağcı vətən torpağına tapşırılıb. Bu il sentyabrın 22-də Londonda dünyasını dəyişən görkəmli tatar yazıçısı və azadlıqsevər ictimai xadim Cengiz Dağcının cənazəsinin doğma kəndində dəfn edilməsi üçün Türkiyənin xarici işlər naziri Ahmet Davutoğlunun Ukrayna hökumətinin nümayəndələri il...
ANL
Baba bəy Qəbulzadə haqqında tarix ədəbiyyatımızda indiyədək, demək olar ki, heç nə yazılmayıb. 4 il bundan öncə – 21 oktyabr 2007-də Qəbulzadələrin ağsaqqal və ağbirçəklərini bir yerə yığaraq Azərbaycan Cümhuriyyəti Parlamanının üzvü olmuş ata-oğul Abdulla əfəndi və Baba bəy Qəbulzadələr haqqında geniş söhbət etdik. Bi...
ANL
Kütləvi repetitorluq orta təhsil pilləsinə ciddi zərər vurur. Artıq on üç ildir ki, Azərbaycan təhsilində köklü islahatlar və yeniliklər həyata keçirilir. Bu proses öz ahəngi, dinamikası və məntiqi axarı ilə dönməz xarakter almışdır. Əminliklə deyə bilərik ki, artıq geriyə yol yoxdur, Avropa və dünya təhsil sisteminə i...
ANL
Şair doğulmuşlara inanmaq gərək... Tofiq Hüseynin ikicildliyi haqqında düşüncələr. Şair-publisist Tofiq Hüseynin dövri mətbuatdakı çıxışlarını, uzun fasilələrlə çap olunan şeir kitablarını müntəzəm izləyənlərdən biri də mənəm. Publisistikası ilə şeirləri sanki qoşa qanaddır. Mənim düşüncəmə görə şair Tofiq publisist To...
ANL
Nəhayət ki, Azərbaycan ədəbiyyatında dövlətin və cəmiyyətin əsas hissəsi olan ordumuz haqqında tənqidi roman yazıldı. Söhbət Aqil Abbasın “Allahı qatil edənlər” əsərindən gedir. Məni əsas təəccübləndirən bu romanı Aqil Abbasın yazmasıdır. Çünki görüşlərimizdə, mətbuata açıqlamalarında ordumuz haqqında ən çox dözümlülük...
ANL
“Türk Dünyası Ədəbiyyat Dərgiləri Konqresinin fəaliyyəti əhəmiyyətli nəticələr verir”. İNTİQAM QASIMZADƏ: “DÖRD İLLİK TƏCRÜBƏ GÖSTƏRİR Kİ, KONQRESİN YARADILMASI VƏ ARDICIL KEÇİRİLMƏSİ FAYDALI İDEYADIR”. – İntiqam müəllim, bildiyimizə görə, IV Şimali Kipr Türk Respublikasının paytaxtı Lefkoşada Türk Dünyası Ədəbiyyat Də...
ANL
“İnsanda hər şeydən əvvəl önəm verdiyim cəhət vətənpərvərlikdir”. Pərvinin həmsöhbəti AMEA-nın müxbir üzvü, professor Teymur Kərimlidir. Teymur Kərimli: Salam, Pərvin xanım. Xoş gəlmisiniz! Pərvin: Təşəkkür edirəm! Teymur müəllim, əksər alimlər məhdud elmi dairələrdə tanınırlar. Amma sizi geniş tamaşaçı kütləsi televiz...
ANL
Respublikanın əməkdar artisti Tofiq Qarayev “facebook”dakı “Ağdamdan Qarabağa” qrup üzvlərinin suallarına cavab verir. Mən onu səhnədə heç vaxt görməmişəm... Düzü, bir neçə dəfə rastlaşmışıq, amma heç vaxt onu yaddaşıma yazmağa zərurət görməmişdim. ... Publisist Vahid Qazi xahiş eləmişdi ki, “facebook” iştirakçılarının...
ANL
“Dostlarımın mənim barəmdə yazdıqları ilə qürur duyuram”. Məlum olduğu kimi görkəmli yazıçı Kamal Abdullanın “Unutmağa kimsə yox...” romanı ədəbi mühitdə geniş əks-səda doğurub. Bu müzakirələr və mübahisələr əsasən iki müstəvidə gedir: romandaxili və romanətrafı . Yəni, əgər belə demək olarsa, bəzi qələm sahibləri əsər...
ANL
“Azərbaycanda dini tolerantlıqdan istifadə etmək istəyən qüvvələr var”. SEYİD CAMAL ƏZİMBƏYLİ: “İNSAN HAKİMİYYƏTDƏN İNCİK OLA BİLƏR, ANCAQ BU DÖVLƏTİN BAŞINDA DURAN ŞƏXS DƏ AZƏRBAYCAN XALQININ ÖVLADIDIR. Artıq Həcc ziyarətinə sayılı günlər qalıb. Həcc ziyarətinin təşkilatçılığı hər zaman müzakirə predmeti olub. Bütün b...
ANL
Gəncədəki ruh. Gəncədə “Media və dövlət müstəqilliyimiz” mövzusunda keçiriləcək seminara çərşənbə axşamı günorta saat 2-də avtobusla yola düşməliydik. Amma elə həmin vaxt Bakıda başqa bir tədbirim olduğundan fikir məni almışdı. Bazar ertəsi axşam dostum, həmkarım Akif Aşırlı ilə telefonda bu səfəri müzakirə elədik. Və ...
ANL
(Əvvəli ötən şənbə nömrələrində). Sonuncu dəfə nə vaxt görmüşdüm? Sonu qoyaq bir tərəfə. İlk dəfə nə vaxt rastlaşmışdım Vurğunla? Məlum, adını eşitmişdim, qəzetlərdə oxumuşdum, televizorda görmüşdüm. Hərəkat illəri, ondan sonrakı azacıq bir dövr... Təhsil sistemindəki dəyişmələr... Heç kimin xəyal edə bilmədiyi, ağlını...
ANL
Məhəmməd Əmin Rəsulzadə. Şirməmməd Hüseynov. Nəşrin redaktorları:prof. Şamil Vəliyev və elmi işçi Samir Mirzəyevdir. Zənnimcə, 10 ildə təmənnasız hazırladığım bu əsər Azərbaycan tarixi və bütövlükdə I dünya müharibəsi dövrü tarixi ilə maraqlananlar üçün faydalı olacaqdır. (Əvvəli ötən şənbə saylarımızda). Bir münaqişə ...
ANL
Sözlə ucalan qəsrlər. XALQ YAZIÇISI ELÇİNİN ONCİLDLİYİ HAQQINDA DÜŞÜNCƏLƏR. Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Elçin istər ədəbi tənqiddə, istərsə də nəsrdə öz yeri olan istedadlı qələm sahiblərindən biridir. Bəzən onu necə təqdim etməkdə çətinlik də çəkirsən. Çünki müəllifin müxtəlif teatrlarda tamaş...
ANL
“Azərbaycan mətbuatının gələcək inkişafı üçün kadr hazırlığına xüsusi diqqət yetirilməlidir”. Müsahibimiz Naxçıvan Dövlət Universitetinin “Jurnalistika və dünya ədəbiyyatı” kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Surə Seyiddir. – İnformasiyalı cəmiyyətə keçid şəraitində mətbuatın rolunu necə qiymətləndirir...
ANL
AŞ PA-nın meyarları bütün üzv ölkələrə bərabər şamil olunmalıdır. Norveç Krallığının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri cənab Erlinq Şönsberqə açıq məktub. Hörmətli cənab səfir! Bu günlərdə bəzi kütləvi informasiya vasitələrində ölkənizin Azərbaycandakı səfirliyi vasitəsilə cari ilin 4 noyabrın...
ANL
Müstəqil Azərbaycan – 20: uğurlu gender siyasətinin nəticələri. Dövlət müstəqilliyinin əldə olunmasının, Azərbaycan xalqının azadlığına qovuşmasının 20-ci ildönümünü qeyd etdiyimiz bir vaxtda bu gün hər birimiz həm də müstəqil, inkişaf edən, daim yeniləşən, gələcəyə doğru inamla addımlayan bir dövlətin vətəndaşı olmaq ...
ANL
İşğal nəticəsində dəymiş ziyanın həcmi beynəlxalq standartlara uyğunlaşdırılmalıdır. Qarabağın erməni silahlı qüvvələri tərəfindən işğalı bütün sahələrlə yanaşı, regionun turizm iqtisadiyyatına ciddi ziyan vurmuşdur. Maddi ziyanın həcmini müəyyən etmək məqsədilə bir sıra dövlət təşkilatları ötən müddət ərzində araşdırm...
ANL
Əbülfəs Qarayev: “Sınıq-salxaq kinoteatrların özəlləşdirilməsində faciə görmürəm”. “Mən bu gün işığı olmayan, sınıq-salsaq kinoteatrların özəlləşdirilməsində faciə görmürəm. Əksinə, bunlar özəlləşdirilməlidir, sərmayədarlar pul qoymalıdır, biz də öyrəşdiyimiz kimi normal yerdə kinoya baxmalıyıq. Bunu APA-nın Azərbaycan...
ANL
Moskvada Müslüm Maqomayev yad edilib. Dünən Rusiyanın paytaxtında Müslüm Maqomayevin anım mərasimi keçirilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, məşhur sənətkarın vəfatının ildönümü ilə əlaqədar keçirilən anım tədbiri Müslüm Maqomayevin abidəsinin önündə təşkil olunub. Tədbirdə M. Maqomayevin həyat yoldaş...
ANL
Xalq rəssamı Kamil Əliyevin 90 illiyi təntənə ilə qeyd olunub. Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində Azərbaycanın görkəmli xalçaçı rəssamı Kamil Əliyevin 90 illik yubileyi münasibətilə sənətkarın əsərlərindən ibarət yubiley sərgisinin açılışı keçirilib. APA-nın məlumatına görə, sərginin açılışında ...
ANL
YADIMA NƏ DÜŞDÜ. Köhnə dostum Nahid Hacızadəni ürəkdən təbrik edirəm: indi o, ikiqat baş redaktordur. Məsuliyyəti böyük, yükü ağırdır. Amma düşünürəm ki, Nahid müəllimin çiynindəkilər kitab və jurnal cildində Tale və Söz mələkləridir. Körpə yaşlarından yalnız Sözlə ovunan, Sözün sehrinə düşəndən sonra taleyini ona bağl...
ANL
Azərbaycanın müstəqilliyi ən böyük nailiyyətimizdir. Azərbaycan xalqı tarixən azadlığa, istiqlala, müstəqilliyə can atmış bir xalqdır. Bunun üçün qurbanlar verib, mərhumiyyətlərə dözüb və addım-addım ona nail olmağa çalışıb. Tarixə qısa nəzər salsaq görərik ki, Şimali Azərbaycan iki əsrə yaxın əvvəl çar Rusiyasının, so...
ANL
Türkün yarasını sən sara bilməzsən... Bu günlər qardaş Türkiyə böyük bir faciə yaşayır. Van bölgəsində baş verən 7,2 bal gücündə zəlzələ yüzlərlə insanın həyatına son qoydu. Yaralıların sayı isə mindən çoxdur. Hadisədən dərhal sonra Azərbaycan prezidenti cənab İlham Əliyev türkiyəli həmkarı Abdullah Gülü və baş nazir R...
ANL
Aydın ƏLİYEV: “AzTV MDB məkanındaən güclü telekanallardan biri hesab olunur”. “DÜNYA TELEMƏKANINDA LAYİQLİ YER TUTACAĞIMIZ GÜN ÇOX DA UZAQDA DEYİL”. 6 noyabr – Azərbaycan Teleradio əməkdaşlarının peşə bayramı günüdür. “İdman Azərbaycan” telekanalının baş redaktoru, əməkdar mədəniyyət işçisi Aydın Əliyev teleradio ilə b...
ANL
Telekanallar ictimai rəyi nəzərə alırmı? REKLAM BAZARININ DARLIĞI AZƏRBAYCAN TELEKANALLARINI CIDDI VERILIŞLƏRDƏN DAHA ÇOX ŞOU VERILIŞLƏRƏ, HAYLI-KÜYLÜ PROQRAMLARA YER VERMƏYƏ VADAR EDIR. Azərbaycandakı telekanallara qarşı, xüsusilə, şou-proqramlarla bağlı mövsümü, kampaniya xarakterli çıxışlar, ciddi iradlar olur. Sonr...
ANL
“İndoneziya ilə Azərbaycanın konstitusiyaməhkəmələri arasında memorandum imzalanacaq”. MƏHƏMMƏD MAHFUD: “SƏNƏDDƏ HƏR İKİ TƏRƏFİN MARAQ DAİRƏSİNƏDÜŞƏN MƏSƏLƏLƏRDƏ ƏMƏKDAŞLIQ NƏZƏRDƏ TUTULUB”. Ötən həftə sonu İndoneziya Konstitusiya Məhkəməsinin sədri Məhəmməd Mahfud Azərbaycanda səfərdə olub. Səfər zamanı bir sıra görüş...
ANL
“Avropada Suriya boyda miqrant koloniyası formalaşıb”. Müsahibimiz Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanovadır. –Sivilizasiyalararası inteqrasiya bir tərəfdən mədəni müxtəliflik amilinə yüksələn diqqətlə müşayiət olunan mədəni intibah, inteqrasiya və dialoq proseslərinin intensivləşməsi, digər...
ANL
Azərbaycan Gənclərinin VI Forumu öz işinə başlayıb. Dünən Heydər Əliyev Sarayında Azərbaycan Gənclərinin VI Forumuna start verilib. Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən forumun iştirakçıları öncə Fəxri xiyabanda Heydər Əliyev və akademik Zərifə Əliyevanın məzarlarını, sonra isə Şəhidlər xiyabanını...
ANL
Onunla sonuncu dəfə bu ilin soyuq yanvar günlərinin birində “Elm məbədi”, “milli düşüncə ocağı” adlandırdığımız Elmlər Akademiyasının beşinci qatdakı işıqlı və geniş dəhlizində görüşdük. Harasa tələsdiyini gizlədə bilməsə də, ayaq saxladı. Həmişə kədərli fikirlərin, qəmli düşüncələrin ağırlığından çöhrəsini tutqun görd...
ANL
Ötən gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda “Yada düşdü” ədəbi-bədii jurnalının ilk nömrəsinin təqdimat mərasimi gerçəkləşib. Giriş sözü ilə çıxış edən AYB-nin birinci katibi Fikrət Qoca dərgi haqqında fikirlərini dilə gətirib: “Dərginin təqdim olunduğu gündə yağışın yağması onun gələcək taleyinin u...
ANL
Bakıda polyak şairi Çeslav Miloşa həsr olunmuş tədbir keçirilib. Oktyabrın 25-də “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruq İdarəsi “Şirvanşahlar Saray Kompleksi”ndə görkəmli polyak şairi, Nobel mükafatı laureatı Çeslav Miloşa həsr olunmuş tədbir təşkil edilib. Tədbir Azərbaycan Yazıçılar Birliyi, Polşanın Bakıdakı səfir...
ANL
Şəfəq Əlixanlı: “Azərbaycan radiosu 85 il ərzində böyük bir akademiyaya məxsus missiyanı yerinə yetirib”. 1926-cı il noyabrın 6-da Azərbaycan radiosunun fəaliyyətə başlaması ölkəmizdə mühüm ictimai-siyasi və mədəni hadisə idi. Müstəqil Azərbaycanda həmin gün teleradio işçilərinin peşə bayramı kimi qeyd olunur. Azərbayc...
ANL
Gültəkin Hacıbəyli: “Rusiyanın tərkibində milli-azadlıq hərəkatının ikinci mərhələsi yetişir”. “İNANIRAM Kİ, SON TERROR HADİSƏLƏRİNDƏN SONRA PKK-ya QƏRBDƏN GƏLƏN DƏSTƏK,ÖNƏMLİ DƏRƏCƏDƏ AZALACAQ, ERMƏNİLƏRSƏ, GETDİKCƏ, TÜRKİYƏYƏ VƏAZƏRBAYCANA DAHA ÇOX MÖHTAC OLACAQ”. MÜSAHİBİMİZ SABİQ MİLLƏT VƏKİLİ, FİLOLOGİYA ELMLƏRİ N...
ANL
“Ölkələrimiz arasındakı qarşılıqlı əlaqələrin səviyyəsini yüksək dəyərləndirirəm”. SERBİYANIN AZƏRBAYCANDAKI SƏLAHİYYƏTLİ SƏFİRİ ZORAN VAYOVİÇ:“HÖKUMƏTLƏRARASI KOMİSSİYANIN NOYABRIN ƏVVƏLİNƏ NƏZƏRDƏ TUTULAN İLK İCLASI TİCARƏT DÖVRİYYƏSİNİN İNKİŞAFINA TƏKAN VERƏCƏK”. – Cənab Vayoviç, Azərbaycana səfir təyinatını necə qa...
ANL
Behbud ağa Şahtaxtinskinin publisistik fəaliyyəti və “Kaspi” qəzeti. Müstəqilliyin xalqların tarixi taleyində əvəzsiz nemət olmasını etiraf etməmək mümkün deyil. O mənada ki, 160 ildən artıq bir müddətdə müstəmləkə havasızlığında nəfəs ala bilməyən xalqımızın suverenliyini qanı bahasına bərpa etməsi onun öz tarixinə, ə...
ANL
Səttar dünyası – rənglərin ruhu, boyaların harmoniyası. Bugünlərdə İçərişəhərdə yerləşən “Art qalereya”da Azərbaycanın görkəmli rəssamı Səttar Bəhlulzadənin əsərləri nümayiş olunurdu. Adıçəkilən məkan Səttar Bəhlulzadənin əsərlərinin aurası ilə çox uyuşurdu. Antik bir məkan. Qədim daş-divar. Düzdür, həmin məkanda rəssa...
ANL
“Qadınların ən güclü silahı onların zərifliyidir”. Müsahibimiz BDU-nun Filologiya fakültəsinin müəllimi Nüşabə Sadıqlıdır. – Müəllim olmaq həvəsi sizdə necə yarandı? Mənim anam və xalam müəllim idi. Xalam məktəb direktoru idi, həm də ədəbiyyatçı idi. Mən həmişə onu özümə örnək saymışam. Ədəbiyyata marağı isə orta məktə...
ANL
Azay Quliyev: “Özəl sektorun nümayəndələri sosial məsuliyyəti bölüşməklə bağlı heç bir ciddi addımlar atmırlar”. Müsahibimiz millət vəkili Azay Quliyevdir. – Biz 4 qanun layihəsi hazırlamışıq ki, onların da noyabr ayının 1-də ilkin olaraq ikisinin ictimai müzakirəsinə başlayacağıq. Bunlar isə “Peşə birlikləri haqqında”...
ANL
Məhəmməd Əmin Rəsulzadə. Əsərləri. Üçüncü cild. Nəşrin redaktorları: prof. Şamil Vəliyev və elmi işçi Samir Mirzəyevdir. Zənnimcə, 10 ildə təmənnasız hazırladığım bu əsər Azərbaycan tarixi və bütövlükdə I dünya müharibəsi dövrü tarixi ilə maraqlananlar üçün faydalı olacaqdır. (Əvvəli ötən şənbə saylarımızda). Möhtəşəm ...
ANL
(Əvvəli ötən şənbə nömrələrində). Mifik, uydurma, real hər nədisə, hər kimdisə bura Yol qət edib gələnlərin kimdənsə, nədənsə, nəyəsə, kiməsə qaçış nədənləri var. Nobel ödülçüsüsünün təsviri isə Qars adına lap mistik çalarlar verib. Binası qoyulandanmı belədi? HAŞİYƏ. Yazanda isə mənbələrə baxmalı oluram. Hər halda bu ...
ANL
Köhnə Varşava.Polyakların Çeslav Miloş sevgisi. Polşa xalqı dünyaya çox sayda tanınmış şəxsiyyət verib. Elm sahəsində Polşanın dahiləri sırasında elə Koperniki və Mariya Skladovskaya-Kürini göstərmək kifayətdir. Polşanın iki məşhur dahisi var ki, Polşada hər addımda onların adlarına rast gəlmək olur: Adam Miskeviç və F...
ANL
Hicran ömrünün bəyaz sahili. TEYMUR KƏRİMLİNİN “HİCRAN ÖMRÜ” KİTABI HAQQINDA DÜŞÜNDÜKLƏRİM. Türk dünyasının ölməzlərindən olan Nazim Hikmət dostu, sirdaşı olan Mikayıl Rəfiliyə həsr etdiyi şeirində yazırdı: Şair ola bilərdin, professor oldun. Nədənsə eyni fikri əlimdə olan bu kitabı, ədəbiyyatşünas alim Teymur Kərimlin...
ANL
Moskva qeydləri... İyirmi il əvvələ qədər Moskva Sovet gənclərinin böyük əksəriyyəti üçün arzular, xəyallar şəhəri idi. İttifaq dönəmində, deyək ki, Kiyevdə yaşayan yeniyetmə ilə Bakıda yaşayan yaşıdını bir istək birləşdirirdi: Moskvada olmaq, azından Kremlin ətrafında bir iki dövrə vurmaq, Leninin ölməz mumiyasına tam...
ANL
Təyyarəmiz səhər on birə qalmış uçmalıydı deyə, gərək ən azı iki saat öncədən hava limanında olaydıq. Gecəni yata bilmədim, səhərəcən yerimin içində qıvrılıb-açıldım, tez-tez saata baxdım, gedəcəyimiz böyük şəhəri – Moskvanı düşünə-düşünə səhəri dirigözlü açdım. Axşamdan sinoptiklərin verdiyi məlumatlara göz atmışdım k...
ANL
ORALARDA KİMLƏR VAR:Tomas Tranströmer. SƏHİFƏNİN QONAĞI YAZAR ASLAN QƏHRƏMANLININ TƏQDİMATINDA. Məşhur İsveç şairidir. Bu il Nobel mükafatına layiq görülmüşdür. Tranströmer ədəbiyyat sahəsində Nobel mükafatı alan yeddinci isveçlidir. Tomas Tranströmer ixtisasca həkim-psixoloqdur və Stokholm Universitetini bitirmişdir. ...
ANL
(Başlanğıcı qəzetimizin ötən şənbə sayında). AXTARIŞ VƏ HƏBS. 1937-də tuthatut başlayan kimi Baba bəy özünün də keçmiş parlament üzvü kimi mütləq həbs olunacağını gözünün altına aldı və həbsdən yayınmaq üçün tez-tez yaşayış yerlərini dəyişməyə başladı. Ancaq bunun faydası olmayacaqdı, çünki onun adı artıq Sumbatovun im...
ANL
Akademik İsmayıl Hacıyevin yeni kitabı nəşr olunub. AMEA Naxçıvan Bölməsinin sədri, Milli Məclisin deputatı, akademik İsmayıl Hacıyevin Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu, görkəmli dövlət xadimi Heydər Əlirza oğlu Əliyevin əziz xatirəsinə ithaf etdiyi “Naxçıvan ...
ANL
“Ümidim var ki, yüzillər keçəndən sonra da məni oxuyacaqlar”. XALQ YAZIÇISI MÖVLUD SÜLEYMANLI İLƏ AZƏRBAYCAN DİLLƏR UNİVERSİTETİNDƏ GÖRÜŞ KEÇİRİLİB. Dünən Azərbaycan Dillər Universitetində Filologiya fakültəsinin təşkilatçılığı ilə Xalq yazıçısı, əməkdar incəsənət xadimi Mövlud Süleymanlı ilə görüş olub. Fakültənin dek...
ANL
Azərbaycanın rəqs qrupu Meksikadakı Beynəlxalq Mədəniyyət Festivalında çıxış edib. Meksikanın Akapulko şəhərində 5-ci “La Nao” Beynəlxalq Mədəniyyət Festivalı keçirilir. Azərbaycanın Meksikadakı səfirliyindən APA-ya verilən xəbərə görə, səfirliyin təşkilatçılığı və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi i...
ANL
Bəstəkarlar İttifaqında Ramiz Mustafayevin 85 illik yubileyi qeyd edilib. Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) bəstəkar, xalq artisti Ramiz Mustafayevin 85 illik yubileyi qeyd olunub. APA-nın məlumatına görə, tədbirdə çıxış edən ABİ-nin sədri, xalq artisti Firəngiz Əlizadə Ramiz Mustafayevin çox məhsuldar bəstəkar ...
ANL
Naxçıvanlı məşhur Nəcəfovlardan biri –Nəcəfqulu Nəcəfov haqqında öyrəndiklərimiz. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan diyarının 1918-1920-ci illərdə daşnak hücumlarından müdafiə olunmasında xalqımız elliklə ayağa qalxmışdı. Əli silah tutan vuruşur və imkan vermirdilər ki, azğın düşmən ayaqları Naxçıvan t...
ANL
ADMİU-da sənətkar sayğısı. Azərbaycanın xalq yazıçısı, Dövlət mükafatları laureatı, dramaturq və ədəbiyyatşünas Mirzə İbrahimovun anadan olmasının 100 illiyi ilə əlaqədar respublika miqyasında keçirilən tədbirlər sırasına biri də əlavə olundu. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində keçirilən növbəti ...
ANL
BAŞ REDAKTOR AKİF AŞIRLI: “SABAHA ÜMİDLƏ BAXMAĞIMIZ “ŞƏRQ”İ BUGÜNƏDƏK YAŞADIB VƏ İNDİ DƏ ÜMİD EDİRİK Kİ, QƏZETİMİZ GƏLƏCƏKDƏ DAHA ÜSTÜN SƏVİYYƏYƏ YÜKSƏLƏCƏK”. Azərbaycan mətbuatı tarixində öz yeri, məxsusi dəsti-xətti olan “Şərq” qəzetinin bu gün 15 yaşı tamamlanır. “Şərq”in hər nömrəsini oxucular illərdən bəri böyük m...
ANL
Maqnit dalğalarının yaratdığı möcüzə. BU MÖCÜZƏ BƏŞƏRİYYƏTƏ YENİ ÜNSİYYƏT SİSTEMİ VƏ ZƏNGİN SƏSLƏR PALİTRASI BƏXŞ ETDİ. Noyabrın 6-da Azərbaycanda radionun müntəzəm yayıma başlamasının 85-ci ili tamam olur. Bu münasibətlə filologiya elmləri doktoru, BDU-nun Televiziya və radio jurnalistikası kafedrasının professoru Qul...
ANL
Bizim heyət, yəni Mədəniyyət və Turizm Nazirliyinin bir qrup əməkdaşı və bir neçə teatr xadimləri Gəncəyə – Milli Teatr Festivalında iştirak etmək üçün qatarın vaxtını gözləyirdi. Heyətdə bir-birilərini qiyabi və əyani tanıyanlar müxtəlif mövzulu söhbətlər edirdilər. Birdən uzaqdan Xalq Artisti Yaşar Nuri təmkinli yeri...
ANL
Bu işğala beynəlxalq şərait, Rusiyanın Azərbaycan neftinə və əlverişli strateji mövqelərə yiyələnmək niyyətləri, Antanta dövlətlərinin Rusiya və Türkiyəyə qarşı apardıqları müharibədə hər iki ölkənin düşdüyü ağır vəziyyətdə müttəfiqliyinin zərurətə çevrilməsi, ingilisləri Qafqazdan, Yaxın və Orta Şərqdən qovmaq niyyətl...
ANL
Şahmarı unutmaq olar?! On bir il keçib onun dünyasını dəyişməsindən. Göy buludsuz, çay bulaqsız çağlamaz, Yalqız arı pətəkdə şan bağlamaz. Hicran dağı hansı qəlbi dağlamaz, Kök üzülsə budaq vaxtsız solar, heyyy! Budağlara o dövranlar qayıtmaz, O qartallar, o tərlanlar qayıtmaz. O elatlar, o karvanlar qayıtmaz. Binələri...
ANL
Möhtəşəm Ahəngin sehrindəyəm iki gündür. İçdiyim nektar haqqında yazmaqda sərbəst (sərməst) olum deyə. Ürəyim istədi nəsə. 2 gün sonra ayılıb UNUTDUQLARIMI – duyub, düşündüklərimi paylaşmaq istədim, bu an gördüm ki: “Qarağacın kölgəsi hər yanı tutdu. Amma sən kölgənin altında yoxsan. Bu “açar söz”ü əldə edəcəyimdə özüm...
ANL
Gürcüstanda çıxan “Apra” jurnalının 17-ci sayında tanınmış Azərbaycan şairi, tərcüməçisi və publisisti Səlim Babullaoğlunun şeirləri haqqında məqalə dərc edilib. Yazını diqqətinizə çatdırırıq. Səlim Babullaoğlu şeiri özünüdərk, axtarışlar, ətraf aləm və insanlarla, ən əsası da insanın özünün özü ilə tanışlıq poeziyasıd...
ANL
Məqamı tutan roman. Mən onu bir təsadüf nəticəsində gördüm və oxudum. Təəccübləndim ki, niyə bu roman indiyə kimi heç kəsin diqqətini cəlb eləməyib. Sual verilən kimi, cümlənin sonundakı sual işarəsi qopub yerə düşür, bizim ədəbi aləmin rəngbərəng “moderatorlar”ı başqa nəsnələr axtarışındadırlar və özlərini elə aparırl...
ANL
Yazısız necə yaşamışıq? Bu dünyadakı həyatımızı yazısız təsəvvür etmək adamın heç ağlına da gəlmir. Amma yazıdan əzəl söz vardı. Bir vaxtlar insan sözlə yatır, sözlə də dururdu, sonra yazısını yaratdı. Söz yazıya söykəndi, ayrı yolu yoxuydu: sözü eşidənlərin meydanı getdikcə daralırdı. Yazının dövrü, yazılı adamların v...
ANL
General Maqsud Əlixanovun ömür yoluna və Naxçıvan xanları ilə bağlılığına bir nəzər. Mirzə Cəlilin həyat yoldaşı Həmidə xanım Cavanşirin bütün nəsillərə yadigar qalacaq gözəl, əvəzsiz bir hədiyyəsi var: “Mirzə Cəlil haqqında xatirələrim”. Həmidə xanım xatirələrinin birini belə qələmə alır: “Söhbət Mirzə Cəlilin katib o...
ANL
Rəsul Rza poeziyasında novatorluğun folklor qaynaqlarıfolklor qaynaqları. Azərbaycan ədəbiyyatında novator şair kimi şöhrət qazanmış, sərbəst şeirin böyük ustadı Rəsul Rza təkcə poeziyada yenilikçi kimi tanınmayıb, Azərbaycan dilinin saflığı uğrunda mübarizə aparıb, şifahi xalq ədəbiyyatı nümunələrinə qayğı ilə yanaşıb...
ANL
İnsanın yaşadığı mühitdən çox şey asılıdı. Xüsusən də söz adamı üçün mühit, ətraf aləm böyük önəm daşıyır. Bəlkə də haqqında söhbət açmaq istədiyim qələm adamının da poeziya ruhlu bir ailədə doğulması, söz sənəti xiridarlarının əhatəsində böyüməsi, ətraf mühit onun elə körpəlikdən qanına-canına yazıb-yaratmaq eşqini ho...
ANL
Daş yaddaşımız – qədim Şabran şəhəri. I. Uzaqlardan gələn karvan. Lök dəvələr lökküldəyə-lökküldəyə, adamların tozlu-torpaqlı sir-sifətlərindən, saç-saqqallarından tər-su damcılaya-damcılaya, istidən-bürküdən ayaqlarını çəkə-çəkə yol gəlirdi karvan ... Və birdən alnına dəyən sərin mehdən diskinən kimi oldu yorğun karva...
ANL
İTALYANLARI HEYRƏTƏ SALAN AZƏRBAYCANLI GƏNC – ONUN ADI EMİN EMİNZADƏDİR. Ofisimə qonaq gəlmişdi. İtaliyadakı uğurlu çıxışı, planları barədə söhbətlər etdik. Bu cür böyük istedada malik gəncləri görəndə qürur hissi keçirir insan. Emini çıxışlarından qiyabi tanıyırdım. Dünya şöhrətli italyan müğənni Robertino Lorettinin ...
ANL
Qarabağ nisgilli şair. Poeziyasının vurğunu olduğum, sözün dəyərindən mənəvi qida aldığım şair-jurnalist Əliş Əvəz çağdaş Azərbaycan diaspor ədəbiyyatının tanınmış nümayəndəsidir. Şairin canında bir hikmət yaşayır, bu hikmət onun poeziyasına əriyib qarışır, sözünün təsirini artırır. O, uzun illər Moskvada yaşamasına ba...
ANL
Zəlimxan Yaqubla bağlı biblioqrafik kitab çapdan çıxıb. Bu günlərdə “Gənclik” nəşriyyatında Xalq şairi Zəlimxan Yaqubla bağlı yeni kitab işıq üzü görüb. “Azərbaycanın görkəmli elm və mədəniyyət xadimləri” seriyasından buraxılan “Zəlimxan Yaqub: Biblioqrafiya” adlı bu kitab xalq şairinin həyat və fəaliyyəti haqqında tər...
ANL
....Gürcüstan yaşıldı, yaşıl.Hara getsən, harda gəzsən elədi...Hələ dağların arasıyla yol gedəndə çay vadisinin gözəlliyini də bunun üstünə gəlsən... Hələ adamların üzünə yansıyan ruh rahatlığın da bunun üstünə gəlsən. Bu şəhər Qara dəniz sahilində liman şəhəridi və böyük turistik ərazidi. Orta əsrlərdə Lazikanın, sonr...
ANL
Azərbaycan günləri: unudulmaz təəssüratların izi ilə. Şimali Amerika qitəsinin yuxarı hissəsində böyük bir ərazini əhatə edən Kanadanın insanların firavan, rahat yaşayışı üçün çox əlverişli bir ölkə olması barədə kifayət qədər məlumatımız var idi. Təsadüfi deyil ki, hazırda Kanadada azərbaycanlıların da sayı artıq minl...
ANL
“Azərbaycanın təhsil tarixi”- təhsilimizin dəyərli salnaməsi. PROFESSOR MİSİR MƏRDANOVUN MÜƏLLİFİ OLDUĞU, YENİ İŞIQ ÜZÜ GÖRƏN ÇOXCİLDLİK NƏŞR AZƏRBAYCAN TƏHSİLİNİN TARİXİNİ VƏ İNKİŞAF YOLUNU HƏRTƏRƏFLİ ƏKS ETDİRİR. Təhsil naziri,professor Misir Mərdanovun “Azərbaycanın təhsil tarixi” çoxcildliyi bir neçə cəhətdən diqqə...
ANL
“Oktyabr yeni tamaşaların təqdimatları ilə əlamətdar olacaq”. “HƏR YENİ TAMAŞA AUDİTORİYA QARŞISINDA BİR İMTAHANDIR”. Sentyabr ayı müxtəlif günlərlə bərabər ölkədə teatr mövsümünün açılışı ilə də əlamətdardır. Bu məqsədlə müxbirimiz Azərbaycan Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilovla görüşərək ondan ...
ANL
Qəm naxışları. Publisist Vahid Qazinin “Yaddaş ləpirləri. Demokratiya yazıları” kitabı çapdan çıxıb. Kitaba müəllifin müxtəlif vaxtlarda qələmə aldığı məqalə və esseləri daxil edilib. Annotasiyasında yazıldığı kimi kitab oxucunu müxtəlif coğrafi məkanlarla yanaşı müəllifin rastlaşdığı fərqli ictimai, siyasi, tarixi, ps...
ANL
TÜRKİYƏDƏN GƏLƏN EKİB. Yetənəkli, uğurlu, zövqlü, gülməli bir dizinin ekibi Bakıya gəldi. Dizinin süjetinə görə baş qəhrəman azərbaycanlı qızı Cazibə türkiyəli eşi Kamaldan ayrılıb vətəninə geri dönür. Neçə vaxtdı izləyirik. Bu cür koloritli iş ortaya qoyan bir komandanı yaxından tanımağı gəlir adamın. Və düşünürsən ki...
ANL
ELÇİN FENOMENİNİN AZƏRBAYCAN MİLLİ TEATR PROSESİNƏ TƏSİRİ. “Elçin öz dramaturji yaradıcılığıyla dövrün çağırışına adekvat cavab vermiş oldu.”. Birinci məqalə. Əgər XX əsrin 60-cı illərindən etibarən Azərbaycanın mənəvi-ruhsal həyatını və burada cərəyan edən ideya istiqamətlərini anlamaq, dərk etmək istəyiriksə, biz önc...
ANL
İshaq ibn İbrahim Əbu Tahir Günətay Xanzad. Oxuculara təqdim olunan bu parça Seyran Səxavətin “Qaçhaqaç” romanının ikinci kitabının birinci hissəsindəndir. Əsərlə bütövlükdə “Azərbaycan” jurnalının yaxın nömrələrində tanış ola bilərsiniz. On ilə yaxın “Ədəbiyyat və incəsənət” qəzetində işlədim. Bir gün eşitdim ki, “Uld...
ANL
Azərbaycanda internet radioları: “bum”un ilk siqnalları eşidilir. Azərbaycanda medianın yeni sahəsi – internet televiziya və internet radiolar yaranmaqdadır. Qeyri-rəsmi məlumatlara görə, hazırda Azərbaycanda 10 internet televiziya və radio fəaliyyət göstərir. İnternet televiziya və radioların fəaliyyətə başlaması üçün...
ANL
Mətbuatımızın aktual problemləri: janr qarışıqlığı,yersiz təqdimat və yaradıcılığa qeyri-peşəkar münasibət. İQTİSADİ-SOSİAL ƏNGƏLLƏRİN HƏDSİZ QABARDILDIĞI İNDİKİ DÖVRDƏ YAZILI MEDİANIN YARADICILIQ VƏ PEŞƏKARLIQ PROBLEMLƏRİ ÇOX ZAMAN ARXA PLANDA QALIR. Azərbaycan mətbuatının keçdiyi dövrə baxanda məmnunluqla demək mümkü...
ANL
Tənhalıq qıfılbəndi. Sona Vəliyevanın imzasına qəzet və jurnalların şeir səhifələrində o qədər də çox rast gəlmirik, çünki S.Vəliyeva az yazır və şeirlərini az-az hallarda çapa verir. Az yazmaq və az çap olunmaq nöqsandırmı? Nöqsan ardı-arası kəsilməyən sicilləmələrlə mətbuat səhifələrini tutmaq, oxucunun gözünü və bey...
ANL
Vətənə şərəf gətirən pedaqoq. Şərəflə yaşanan ömür insana həmişə qürur verir. Ahıl çağında dönüb arxaya baxarkən istək, səy, çalışqanlıq sayəsində qazandığın uğurlar sənə bütün çətinlikləri unutdurur. Pillə-pillə arzularına çatdığın günləri yada salıb özlüyündə deyirsən – nə yaxşı ki, belə yaşadım, ünsiyyətdə olduğum i...
ANL
Azərbaycana məxsus olanları dünyaya göstərək. BƏDİİ-SƏNƏDLİ TELEVİZİYA FİLMLƏRİNİN İSTEHSALINA DÖVLƏT QAYĞISININ ARTIRILMASI BU SAHƏNİN İNKİŞAFI ÜÇÜN BÖYÜK TƏKAN ROLU OYNAYACAQ. İncəsənət hissdir. Bu sevgini daha yaxından hiss etməyimi hələ məktəbliykən coğrafiya dərsində sənədli tədris filminə baxdığımız zaman əlim 16...
ANL
Açın pərdələri: Yeni mövsüm başlanır. Sentyabr ayının 18-də ölkəmizdə Milli Musiqi bayramı günü kimi qeyd edilir və illər boyu bir çox musiqi kollektivləri, teatrlar, konsert müəssisələri məhz həmin gün yeni mövsümə başlayır, tamaşaçılarla görüşə yeni əsərlər, yeni adlar, yeni yaradıcılıq həvəsi ilə gəlirlər. Respublik...
ANL
Əbülfəs Qarayev Çexiyanın kitabxana və muzey direktorları ilə görüşüb. Ötən gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanda səfərdə olan Çexiya Milli Kitabxanasının direktoru Tomas Bohm və Çexiya Milli Muzeyinin direktoru Maykl Lukerlə görüşüb. M.F.Axundov adına Milli Kitabxananın Direktoru Kərim Tahirov v...
ANL
Bu işin müxtəlif tərəfləri var.Bir ailədə eyni sənət və eyni iş adamlarının öz aralarında dil tapması və sakit günlər yaşaması məncə bir o qədər də asan iş deyil.Çünki ayrı-ayrı sənət sahibləri olanda yanlışlar o saat aradan götürülə bilir.Vay o gündən ki, bizim bu günlərin yazar ailələri kimi olasan və işlərin də yağ ...
ANL
Qarmaqarışıq dünyanın sirləri. “TOĞRUL” TELEVİZİYA FİLMİ ÜZƏRİNDƏ DÜŞÜNCƏLƏR. Bu yaxınlarda Azərbaycan Televiziyasında efirə vəsiqə alan “Toğrul” sənədli televiziya filmi həm Azərbaycanın xalq rəssamı Toğrul Nərimanbəyovun sənət həyatını bütün çalarları, cizgiləri ilə ifadə elədiyinə, həm də sənədli film üstünlüklərinə...
ANL
Şəki-açıq səmada muzey şəhər. YAQUB MAHMUDOV: “PREZİDENTİN ŞƏKİ ŞƏHƏRİNİN SOSİAL-İQTİSADİ İNKİŞAFININ SÜRƏTLƏNDİRİLMƏSİNƏ DAİR SƏRƏNCAMI AZƏRBAYCANIN TARİXİNƏ, MİLLİ MƏFKURƏMİZİN QORUNUB-SAXLANILMASINA QAYĞININ TƏZAHÜRÜDÜR”. Sentyabrın 12-də dövlət başçısı İlham Əliyev Şəki şəhərinin sosial-iqtisadi inkişafının sürətlə...
ANL
Xoşbəxtlikdən, ya hansısa ayrı səbəbdən, heç vaxt özümü bu dünyada tənha hiss eləməmişəm. Ən əziz yaxınlarımı itirdikdə belə... Dəqiq bildiyim budu ki, buna səbəb – məni daim qayğılar və sevgilərlə əhatə edən ailəm, övladlarım deyil. Səbəb – hər an iliyimdə duyduğum Hamıdan Ucanın əzəli və əbədi Sevgisi və bu Sevginin ...
ANL
ELÇİN FENOMENİNİN AZƏRBAYCAN MİLLİ TEATR PROSESİNƏ TƏSİRİ. “Elçin daim və hər yanda hər an Azərbaycan teatrını teatr kimi, cazibəli, sehrli bir möcüzə kimi şöhrətləndirməkdədir.”. İkinci məqalə. Elçinin “Ağ dəvə”, “Mahmud və Məryəm” və “Ölüm hökmü” romanları yaxın və uzaq tarixi keçmişə həsr olunmuş əsərlər kimi dövrün...
ANL
Oralarda kimlər var: Yazar ailələr. Yazıçı-publisist Qulu Məhərrəmli- Yazıçı-publisist Zemfira Məhərrəmli –1. Bu işin müxtəlif tərəfləri var.Bir ailədə eyni sənət və eyni iş adamlarının öz aralarında dil tapması və sakit günlər yaşaması məncə bir o qədər də asan iş deyil.Çünki ayrı-ayrı sənət sahibləri olanda yanlışlar...
ANL
Pərvinin həmsöhbəti Rəşad Məciddir. Pərvin: Çox zaman qış aylarında gərgin işləyən adamlar mütaliəni yaya saxlayırlar. Sizdə necə, istirahətlə mütaliəni birləşdirmək alınırmı? Rəşad Məcid: Mənim üçün mütaliənin hansı havada, hansı fəsildə daha çox xoş olmasını konkret deyə bilmərəm. Bu yay xeyli mütaliə elədim. Amma ox...
ANL