text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Danışırıq ki, həqiqətlər açılsın. İstiqlal mübarizəsi müstəbidə ölüm hökmüdür... Ona görə ölümündən can qurtarmaq istəyən müstəbid - imperiya, imperiya xisləti mübarizlərə, mücahidlərə qarşı ən kəskin tədbirlərə də əl atır. Soyqırımı belə tədbirlərdəndir. Bu illər Azərbaycanda da müstəqillik, istiqlal mübarizəsi... | ANL |
31 Mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə tədbir keçirilib. Azərbaycanlıların soyqırımı dedikdə daha çox 1918-ci ilin martında Bakıda, Şamaxıda, Qubada, Göyçayda, Kürdəmirdə, Salyanda, Lənkəranda və digər bölgələrdə erməni hərbi qüvvələrinin törətdikləri qırğınlar nəzərdə tutulur. 1918-ci ilin 30 m... | ANL |
Şərəfli döyüş yolu keçən snayper. Şəhid adı müqəddəsdir, ucadır. Bu ad qanı ilə Vətənin tarixini yazan oğullarımızın adıdır. Qarabağ müharibəsinin ilk qurbanları Bəxtiyara, Əliyə verilən addır, müqəddəs, ucadan uca dayanan şəhid adı. Əli, Bəxtiyar torpağına göz dikən yağının üzərinə qartal tək şığıyan Vətənimizi... | ANL |
Zəfər işığı gördük Novruz tonqallarında. Vətən müharibəsindən əvvəl səngərlərin yan-yörəsində - Novruz tonqallarının dövrəsində ruhumuzun "Torpaqlarımızı işğaldan azad edəcəyik! kimi sədalarının işığı Novruz tonqallarının göyə bülənd olan alovunun işığına qarışardı. Ruhumuzun sədası bildiyimiz bu sədalara üzə v... | ANL |
Tarixi Zəfər tarixlərdə yaşayacaq. 44 günlük Vətən müharibəsində qazanılan Zəfər tarixin səhifələrinə qızıl hərflərlə həkk olundu. Əsrlər, qərinələr ötsə də, bu səhifələrini vərəqləyənlər, oxuyanlar Azərbaycan əsgərinin döyüşkənliyini, Vətən sevgisini hər kəlmədə, misrada hiss edəcəklər. Haqq savaşımızda hər kəs ö... | ANL |
Bundan sonra bütün illər Şuşa ili olacaq! Yaranışdan kəlmə kimi, avaz kimi ürəklərdə bitən Şuşam, tarix unudulmur... Xalqın, dövlətçiliyin tarixi oxuna-oxuna, eşidilə-eşidilə, xatırlana-xatırlana yaddaşlara hopur, düşüncələrdən ürəyə, ömürə süzülür - ömürləşir. Ömürləşən tarixə bu günün işığından baxmaq da onu ... | ANL |
İkinci Qarabağ müharibəsinin hərbi aspektləri. 2020-ci il sentyabrın 27-dən etibarən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin başlatdığı əks-hücum əməliyyatı Cənubi Qafqaz regionunda ötən əsrin 90-cı illərindən bəri baş vermiş ən irimiqyaslı əməliyyat hesab olunur. İkinci Qarabağ müharibəsi həm istifadə olun... | ANL |
Tarixin qəhrəman qalası-Əlincə qalası. Naxçıvan şəhərindən 40-50 kilometr uzaqda Culfa rayonunun ərazisində yerləşən Əlincə qalası neçə-neçə tarixi hadisələrin şahidi olmuş, qəhrəmanlıq qalası kimi salnamələrdə böyük izlər buraxmışdır. Teymurun qoşunları Azərbaycanın cənub torpaqlarının çox hissəsini tutduqdan sonra Na... | ANL |
Azərbaycan Respublikasının bir çox görkəmli adamları kimi Məzahir Həmid oğlu Abasovun da adı qızıl hərflərlə Böyük Vətən müharibəsi tarixinə yazılmışdır. Məzahir Abasov qeyri-adi və çox maraqlı taleyi olan bir İnsan idi. Müharibə başlayanadək o, aeroklubda təhsil alaraq pilot peşəsinə yiyələnib. Burada oxuduğu illərdə ... | ANL |
“Erməni soyqırımı”nı yalanlayan növbəti faktlar”. Tələt Paşaya aid olmayan şəxsi arxiv sənədlər erməni iddialarını ifşa edir. Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlərin qurulması ilə bağlı atılan son addımlar fərqli şəkildə şərh edilir. Bir qisim ekspertlər hesab edir ki, açıq və gizli şəkildə aparılan d... | ANL |
Bu günlərdə Azərbaycan İstiqlal Muzeyində 20 Yanvar faciəsinin 19-cu ildönümü ilə əlaqədar "Tarix olduğu kimi" tədbir-sərgi keçirilmişdir. Sərgidə ilk dəfə olaraq rəssam-fotoqraf Tahir Cəfərovun 20 Yanvar faciəsini əks etdirən 40 ədəd fotosu nümayiş etdirildi. Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Fəridə xanım ... | ANL |
Şəhidlik şərəfdir. Tarixə nəzər yetirəndə başa düşürük ki, hər dəfə Azərbaycan xalqı müstəqilliyə və azadlığa can atanda imperiya qüvvələri onun bu arzusunu qan gölündə boğmağa çalışmışdır. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. XI Qızıl ordunun əli ilə məhv edildi, neçə minlərlə azərbaycanlı qətlə yetirildi..... | ANL |
Heydər Əliyev Mərkəzində düzənlənən tədbir rayonda çıxan “Xalq sözü” qəzetinin 80 illik yubileyinə həsr olunub. Mövzu ətrafında müzakirələrdə rayon ictimaiyyətinin nümayəndələri, Azərbaycan Mətbuat Şurasının, Milli Televiziya və Radio Şurasının təmsilçiləri, ölkədə müntəzəm yayımlanan, ictimai fikrə təsir göstərən kütl... | ANL |
Azərbaycan milli incəsənəti və azərbaycançılıq. Uzun tarixi inkişaf yolu keçmiş milli incəsənətimiz özündə azərbaycançılıq ideyalarını əks etdirən müxtəlif növlü əsərlərin məcmusundan ibarətdir. Humanizm, azərbaycançılıq ruhu aşılanmış milli incəsənətimiz bütün dünyada məşhurdur. İncəsənətdə humanizmə yüksək qiymət ver... | ANL |
İqtisadi yüksəlişi və azərbaycançılıq ideyaları. Azərbaycançılıq ideyaları iqtisadi yüksəlişdən ayrılmazdır. Hələ sovet dövründə Azərbaycanın gələcək müstəqilliyi üçün iqtisadi bazanın yaradılmasında Ulu Öndər Heydər Əliyevin əvəzsiz xidməti olmuşdur: “O dövrlərdə (sovet dövrü) yaranmış iqtisadi potensial da bizim böyü... | ANL |
“Göyçə mahalı- Kəsəmən: Bir kəndin tarixindən səhifələr”. Filologiya elmləri doktoru, yazıçı-publisist Almaz Ülvinin “Göyçə mahalı Kəsəmən: Bir kəndin tarixindən səhifələr” kitabı. Kitab Qərbi Azərbaycanın Göyçə mahalının Kəsəmən kəndi ilə bağlı müəllifin elmi-tarixi qeydlərini, portretlərini, publisistik düşüncələrini... | ANL |
Azərbaycançılıq və qədim milli musiqimiz. Musiqi tarixinin öyrənilməsi azərbaycançılıq ideyaları ilə vəhdət təşkil edir. Müəyyən dövrlər, ictimai-iqtisadi formasiyalar çərçivəsində, etnik və milli birliklərin mövcudluğu şəraitində meydana çıxan mədəniyyət və incəsənət, o cümlədən, musiqi müxtəlif estetik, konsepsiya və... | ANL |
Azərbaycançılıq və Azərbaycan tarı. Azərbaycançılıq ruhunun aşılanmasında qədim milli musiqi aləti olan Azərbaycan tarı xüsusi rol oynayır. Tar mizrabla çalınan simli, peşəkar alətdir. Onu X əsrdə Türküstan türklərindən olan Tərxanın oğlu Məhəmməd Cərco şəhərinin Frab kəndində icad edb. Bəzi mənbələrə görə tara qədimdə... | ANL |
Yox olan qəhrəman, bizi qırmızı planetdə gözləyənlər. Bu yarış – kommunizmlə kapitalizmin psixoloji mübarizəsinin ən üzdə olan təzahürü kimi çox ciddi qarşılanırdı: dünyanın iki qütbündən hansı biri elmi-texniki nailiyyətdə daha önə çıxırdısa, beynəlxalq rəyi öz tərəfinə çəkmək üçün bu üstünlükdən maksimum istifadə edi... | ANL |
Daşkəsəndə Ağsaqqallar Şurasının konfransı keçirilib. Daşkəsən rayon ağsaqqallar şurasının ənənəvi konfransı keçirilib. Konfransda respublika qurultayına nümayəndələr seçilib. Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, Daşkəsən rayonunda ağsaqqalların toplantısı ümummilli lider Heydər Əliyevin abidəsini ziyarətlə b... | ANL |
"Hitler əslində yəhudiləri yox, türkləri qırdı" Artur Köstlerin itirilmiş illüziyaları. Bu talelər arasında yazıçı Artur Köstlerin həyat yolu özünəməxsus yer tutur. Vaxtilə Sartrın “anqajement” (“cəlb olunma”) adlandırdığı fenomen ondan da yan keçmədi - Köstler öz əsrinin böyük və əksərən faciəvi hadisələrindən kənarda... | ANL |
O əyalətlərdə həmin illərdəki bütün uşaqlar kimi onun da uşaqlığı ağacdan asılmış yelləncəklərdə keçib. Fransız komediyasının gələcək metrinin məktəb illəri çox sönük keçib. Dəqiq elmlər ümumiyyətlə Luiyə görə deyildi. Həmin dərslərdə tam fəaliyyətsiz olurdu demək də düzgün olmazdı, çünki müəlliminin arxasınca mimikala... | ANL |
Parisdən Azərbaycan tarixinə dair xəritələr gətirilib. Paris Milli Kitabxanasında saxlanan əsərlərimizin surətləri AMEA Əlyazmalar İnstitutuna gətirilib. Bu barədə Lent.az-a Azərbaycan Milli Elmlər Akademiyasından məlumat verilib. AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu Paris Milli Kitabxanasında saxlanan Azərbaycan t... | ANL |
“Əli bəy Hüseynzadənin seçilmiş əsərləri” kitabının təqdimatı keçirilib. Yanvarın 9-da Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda Əli bəy Hüseynzadənin iki cilddə - 580 və 496 səhifəlik "Əli bəy Hüseynzadənin seçilmiş əsərləri" kitabının təqdimat mərasimi keçirilib. Tədbiri giriş sözü il... | ANL |
Zaqatalada 20 yanvar faciəsi ilə bağlı elmi-praktik konfrans keçirilib. Anım günü ilə bağlı YAP Zaqatala rayon təskilatı elmi-praktiki konfrans keçirib. Tədbirdə rayonun idarə müəssisə rəhbərləri millət vəkili Hikmət Atavev və_ YAP fəalları da istirak ediblər. Konfrans vətən yolunda şəhidlik zirvəsinə ucalanların ruhun... | ANL |
Xalça Muzeyində 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş tədbir keçirilib. Respublikamızda hər il 20 Yanvar faciəsi ümumxalq matəm günü kimi qeyd olunur. Həmin gün Şəhidlər Xiyabanını ziyarət etmək üçün milyonların axını baş verir. Bu münasibətlə yanvarın 17-də Xalça Muzeyində keçirilən tədbirdə Nərimanov rayonu "A... | ANL |
Mənsum İbrahimov: «Bəlkə də məni yaşlanmağa qoymayan içimdəki Məcnundur». Xalq artisti, Dövlət Akademik Opera və Balet Teatrının solisti, 17 ildən artıqdır ki, oynadığı Məcnun obrazı ilə ürəkləri riqqətə gətirən və səhnəmizin Məcnunu kimi çox sevilən Mənsum Ibrahimovun bu gün 50 yaşı tamam olur. Gəlin, yubiley astanası... | ANL |
Düz 61 il əvvəl Sovet hökuməti 1941-ci ildə SSRI məkanında dahi Azərbaycan şairi Nizami Gəncəvinin 800 illik yubileyinin keçirilməsi haqda qərar qəbul etsə də, qəflətən Ikinci Cahan Savaşının başlanması onun keçirilməsini təxirə salmağa məcbur etmişdi. Nizamisevərlər yubileyin ertələnməsindən üzülsələr də, o vaxtlar Le... | ANL |
Mənbələrdə rəsmi adı Qurtuluş Günü kimi qeyd olunan bu tarixin Azərbaycan üçün əvəzsiz əhəmiyyəti var. Böyük öndər M.Ə.Rəsulzadə çıxışlarının birində 15 sentyabrı Azərbaycanın istiqlalı üçün real zəmin olaraq dəyərləndirmişdi. 1918-ci il sentyabrın 15-də böyük Türk qəhrəmanı Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz Islam O... | ANL |
Mistik caz ifaçısı Vaqif Mustafazadəylə başlanan yol... İçərişəhərli uzun bakenbordlu oğlan. 60-cı illər Içərişəhərin bu məhəllə- sində yaşayan sakinlər Zivər xalanın evindən eşidilən qeyri-adi musiqi səsinin nə olduğunu açıq-aydın anlamasalar da, o qulağayatımlı, oynaq ritmləri Vaqifin çaldığını bilirdilər. Vaqif isə ... | ANL |
Təsvirli qayaların tarix salnaməsi... Qobustan unikal qayaüstü rəsmləri ulu əcdadlarımızın yaşadığı gerçəkliyə və mühitə baxışın, həyat şəraitini, ibtidai inanclarını əks etdirir. Bu möcüzəli qayalar ərazini yalnız qədim insan məskəni kimi deyil, həm də Azərbaycan xalqının ən qədim dövrlərə aid tarixini öyrənmək baxımı... | ANL |
Tarixin romanını yazan Əzizə xanım. Onun gəncliyi Azərbaycanın qorxunc repressiya illərinə təsadüf etmişdi - 37-ci illərə. Hər dəfə o dövrü xatırlayanda yaşadığı zamanın kədəri üzünə hopur, dərin bir ah qopurdu qəlbindən. “...Hər səhər yuxudan oyananda bu gecə tanınmış şəxsiyyətlərdən kiminsə aparıldığını eşidirdik. Əl... | ANL |
Sözündən vətən yaradan şair…. Torpağım üstünə kölgələr salan. Mənim varlığımın cilası-bayraq. Zəfərdən doğulmuş, Göytürkdən qalan, Qurdbaşlıbayrağın balası bayraq. Böyük şairlər millətin bayrağını zamandan zamana daşıyan əbədiyyət yolçularıdır. Bu ölməz söz nəqqaşlarının damla-damla topladıqları mənəvi xəzinə mənsub ol... | ANL |
Azərbaycan muğamının gözəl səslərindən biri Sara Qədimovanın adı Azərbaycanın musiqi tarixinə qızıl hərflərlə yazılıb. O, muğam dəsgahlarının ilk ifaçısı, səhnəmizin seçilən Leylilərindən biri, ustad xanəndə olub... Sənətkar Bakıda doğulsa da, onun uşaqlıq illəri Qarabağda, Gülablı kəndində keçmişdi. Bu kənd zəngin mus... | ANL |
Keçmişdən gələn nağıl qəhrəmanlarımız. Biri vardı, biri yoxdu... Azərbaycanda xalq oyun- tamaşalarının tarixi orta əsrlərdən çox əvvəllərə gedib çıxır. İndi də geniş tədqiqata ehtiyacı olan bu sahənin günümüzdəki ən populyar nümunəsi kukla tamaşalarıdır. Hazırda ölkəmizdə bir neçə Kukla Teatrı fəaliyyət göstərir ki, on... | ANL |
Xatirələri nəğmələrdə yaşayan sənətkar... «Koroğlu» ariyası ilə böyük səhnələrə... Adı ötən illərin gözəl nəğmələri ilə xatırlanan sənətkarlar arasında Gülağa Məmmədov da var. İllər keçsə də, onun ifasında səslənən nəğmələr nə solur, nə də təravətini itirir. Bəzən insana elə gəlir ki, heç kim onun imzasını vurduğu o nə... | ANL |
Səhnəmizin parlaq ulduzu Sona Hacıyeva. Maneələrdən keçən sənət yolu... Azərbaycan mədəniyyət tarixinin görkəmli simalarından biri də səhnəmizin ən parlaq ulduzlarından olan, xalq artisti Sona Hacıyeva olmuşdur. Sona Hacıyeva səhnə fəaliyyətinə elə bir zamanda başlamışdı ki, bu çətin sənətə nəinki qadınların, hətta kiş... | ANL |
Azərbaycan teatrında Tuqanov imzası. Moskvadan Bakıya uzanan sənət yolu. Azərbaycan teatr sənətinin inkişafında böyük xidmətləri olan sənətkarlardan biri də rejissor və pedaqoq Aleksandr Tuqanov olub. Teatr fəaliyyətinə aktyor kimi Moskvada həvəskar qrupda, sonra Korşun teatrında başlayıb. K.Nikulinin truppasında çalış... | ANL |
Unudulmaz obrazlar ustası Həsənağa Salayev. Səhnədə ilk uğurlar... Azərbaycan teatr və kino sənətinin inkişafında xüsusi əməyi olan sənətkarlar sırasında unudulmaz obrazlar ustası Həsənağa Salayev də yer alır. O, Azərbaycan səhnəsində çətin, amma dəyərli ömür yolu keçən ustadlardandır. Cəmi 60 il yaşasa da, yaddaşlarda... | ANL |
Atası Səməd Mənsurun yolu ilə... Onun adı milli teatr tariximizə parlaq hərflərlə yazılıb. Onun səhnəmizdə tamaşaya qoyduğu əsərlər qızıl onluqların bəzəyi olub həmişə. Azərbaycanda yeni istiqamətli bir teatr məktəbinin yaranması da bu unudulmaz sənətkarın adıyla bağlıdır... Tofiq Kazımov 14 yanvar 1923-cü ildə Bakıda ... | ANL |
Səhnəmizin ilk peşəkar aktrisası Fatma Qədri. Ciddi xarakterlər ustası... Azərbaycan teatr səhnəsinin ilk peşəkar aktrisalarından olan Fatma Qədri yüksək səhnə mədəniyyəti ilə örnək sayılan sənətkarlar sırasında yer alır. O, ciddi xarakterlərin əvəzsiz ifaçısı olmuşdur. Milli teatrımızın inkişafında Fatma xanımın xidmə... | ANL |
Böyük səhnənin unudulmaz adı - Kazım Ziya. Həm gözəl aktyor, həm tərcüməçi... O, Azərbaycan teatr məktəbinin formalaşmasına önəmli töhfələr vermiş sənətkarlardan biridir. Səhnəmizdə yaratdığı maraqlı obrazlarla yaddaşlarda qalan bu böyük aktyor həm də gözəl şeirlərin və tərcümələrin müəllifi olub. Körpə ikən atasını it... | ANL |
Zəngin sənət xəzinəsinin bələdçisi. Azərbaycan teatrının tarixi böyük bir mərhələni əhatə edir. Bu tarixi yaşadan və nəsildən-nəslə ötürən Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi illərdir böyük bir xəzinənin bələdçisi rolunu oynayır. Muzeyin yaradılmasında Bakı Teatr Texnikumunun direktor müavini, Bakı Türk... | ANL |
Ordubadın məşhur ibadət ocaqları. Tarixi memarlıq abidələri. Naxçıvanın səfalı guşələrindən olan Ordubad bir çox özəllikləri ilə bərabər, abidələri ilə də seçilir. Belə abidələr sırasında məscidlər də xüsusi yer tutur ki, bu mövzuda onlardan bir neçəsi haqqında söhbət açacağıq. Naxçıvan memarlıq məktəbinə aid olan Nüsn... | ANL |
Ana obrazlarının mahir ifaçısı. Milli kinomuzun və teatr sənətimizin inkişafında bir çox sənətkarların müstəsna xidmətləri olmuşdur. Onlar ən ağır zamanlarda və ən ağır şərtlərdə belə bu sənətin inkişafı üçün əllərindən gələn bütün səy və imkanları əsirgəməmişlər. Belə aktrisalardan biri də xalq artisti, teatr və kino ... | ANL |
Azərbaycanın ilk kanon ifaçısı. Məhsəti xanımdan Asya xanıma... Azərbaycanın çox qədim musiqi alətlərindən olan kanon Yaxın və Orta Şərqdə, eləcə də Azərbaycan ərazisində tarixən geniş yayılmışdır. Azərbaycan klassiklərindən Nizami Gəncəvinin, Məhəmməd Füzulinin və başqalarının əsərlərində bu musiqi aləti (qanun) haqqı... | ANL |
Usta Zeynalabdin Nəqqaş. XIX əsr ədəbi mühitinin formalaşmasında mühüm rol oynayan ədəbi məclislər bir çox qələm sahiblərinin yetişməsinə də yol açmışdır. Belə məclislərdən biri 1831-ci ildə Ordubadda yaradılmış “Əncüməni-şüəra” idi ki, həmin məclis Azərbaycan ədəbiyyatına neçə-neçə unudulmaz qələm sahibi bəxş etmişdir... | ANL |
Dünyamızda gözəl səsi qalan bəstəkar. Unudulmaz mahnıların müəllifi... Onun 45 illik ömründə yaratdıqlarını sadalamaq həyatının dəyərini qiymətləndirməyə yetər. Yaradıcılığının ən zəngin, çiçəkləndiyi bir dövrdə həyata vida edən sənətkardan elə gözəl əsərlər yadigar qalıb ki... Bəli, Qəmbər Hüseynli sənət aləmində xalq... | ANL |
Tarixin izlərini qoruyan Kəngərli abidələri. Tədqiq olunan abidələr kompleksi. Son illər ölkəmizin müxtəlif bölgələrində başlanan növbəti arxeoloji tədqiqatlar nəticəsində bir çox qiymətli abidələr əsaslı şəkildə öyrənilmiş və yeni obyektlər aşkara çıxarılmışdır. Elmi şəkildə tədqiq olunan belə dəyərli nümunələrin böyü... | ANL |
Naxçıvanın Boyalı qablar mədəniyyəti abidələri. Zaman-zaman qiymətli tarixi abidələrimizi yetərincə təbliğ edə bilmədiyimizdən, qarşımıza hər yerdə onların saxtakar sahibləri çıxıb. Bu haqda çoxlu faktlar göstərmək olar. Amma bütün bu oğurluqların qarşısını almaq və qədim tariximizin möhürünü başqalarının əlinə verməmə... | ANL |
Məlikovların teatr fədaisi Məhəmməd bəy. Azərbaycan teatr sənətinin inkişafında mühüm xidmətləri olan şəxslərdən biri də Məhəmməd bəy Məlikovdur. O, böyük maarifçi Həsən bəy Zərdabinin qardaşı oğludur. Məhəmməd bəy müxtəlif vaxtlarda Bakı teatrlarında aktyorluq etmiş, bir çox obrazlar yaratmışdır. O, əsl teatr fədaisi ... | ANL |
Cənubi Azərbaycan ədəbiyyatının maraqlı simalarından biri də Hacı Zeynalabdin Məşədi Səfərəli oğlu Marağayidir. O, ədəbiyyat tarixində 3 cilddə çap olunmuş “Səyahətnameyi İbrahim bəy” əsəri ilə qalıb. Hacı Zeynalabdin Marağayi 1838-ci ildə bir azərbaycanlı tacirin ailəsində dünyaya gəlib. 20 yaşınadək Marağa və Ərdəbil... | ANL |
XIX əsrdə Azərbaycan torpaqları uğrunda gedən savaşlarda xüsusi rolu olan tarixi şəxsiyyətlərdən biri də Həsən xan Qovanlı-Qacardır. Tarixi qaynaqlarda onun adına ən gərgin döyüşlərin iştirakçıları arasında rast gəlmək mümkündür. O, Rusiya-İran savaşlarının önəmli isimlərindən biri olmuş, böyük qəhrəmanlıqları ilə Sarı... | ANL |
“İstibdad qoşununa, gedirik qırğın salaq”! Mücahid şair Əlirza Nabdil Oxtay. XX əsrin ortalarında İranda Pəhləvi rejiminin at oynatdığı, azərbaycançılıq məfkurəsinin dövlət tərəfindən rəsmən qadağan edildiyi bir vaxtda azərbaycanlıların haqqı uğrunda şərəflə mübarizə aparan şəxsiyyətlərdən biri də Əlirza Nabdil Oxtay o... | ANL |
Türkiyəyə hüquq təhsili arxasınca... Böyük azərbaycanlı alim və yazar Həmid Nitqi. Cənubi Azərbaycan ədəbiyyatı və yazarları haqqında çox da məlumatlı deyilik. Arazın o tayında yaşayan soydaşlarımızdan bir neçə məşhur şair və yazıçı istisna olmaqla, çoxunu tanımırıq. Belə şəxslərdən biri, dünyanın bir çox ölkələrində m... | ANL |
Cənubi Azərbaycanda teatr tarixi. Təbrizdə ilk teatr tamaşaları. Cənubi Azərbaycanda ilk teatr nümunələrinin yaranması Bakı mühitində fəaliyyət göstərən sənətçilərlə sıx bağlı olub. Ilk belə əsərlərin tarixi 1905-1911-ci illərə, İran inqilabı dövrünə təsadüf edir... Azərbaycan teatrının fəaliyyət tarixinin ilkin mərhəl... | ANL |
Azərbaycan tənqidinin görkəmli siması. Ədəbiyyatşünas alim Əkbər Ağayev... Azərbaycan ədəbiyyatına böyük dəyərlər verən və özündən sonrakı nəsillər üçün də önəmli mənəvi irs buraxan şəxsiyyətlər sırasında ədəbiyyatşünas alim Əkbər Ağayevin də özünəməxsus yeri var. O, Azərbaycan ədəbi tənqidinin və ədəbiyyatşünaslığının... | ANL |
“Piri-təriqət” Əvhədi Marağayi. Qədim Azərbaycan filosof və şairi. Məşhur Azərbaycan filosof və şairi Əvhədi Marağayi Rüknəddin haqqında tarixi məlumatlar o qədər də çox deyil. Onun anadan olduğu dəqiq tarix, ümumiyyətlə, məlum deyil. Ensiklopedik biliyə malik filosof Şeyx Marağalı Əvhədədin Şeyx Əvhədi ibn Hüseynin 12... | ANL |
Görkəmli alim, səyyah və tədqiqatçı Baba Kuhi Bakuvi. Pir Hüseyn Şirvaninin qardaşı. Görkəmli Azərbaycan alimi, səyyah, şair və tədqiqatçı Baba Kuhi Bakuvi uzaq sərhədlərdə tanınan bir şəxs olub. O, məşhur mütəfəkkir, ilahiyyatçı və Şirvanşah Mənuçöhrün vəziri Pir Hüseyn Şirvaninin qardaşıdır. Pir Hüseynin Navahı kəndi... | ANL |
Azadlığa ithaf olunmuş “Balaca qara balıq”. İstibdada qarşı qələmli mübarizə. Cənubi Azərbaycan ədəbiyyatının ən parlaq simalarından biri olan Səməd Behrənginin əsərləri yeni-yeni oxucu nəsillərinin diqqətini daha çox çəkməkdədir. Onun böyük ustalıqla qələmə alınan, milli dəyərlərin qorunub saxlanmasına həsr olunmuş əs... | ANL |
Uşaq ədəbiyyatının unudulmaz imzası - Xanımana Əlibəyli. Hərbi hospitalın həkimi... Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndələri arasında özünəməxsus yeri olan yazıçılardan biri də şair-dramaturq Xanımana Əlibəylidir. Babası general Ağasəlim bəy və nənəsi Xanımana o dövrün yüksək təhsilli ziyalılarından olub. O... | ANL |
Klassik Şərq poeziyasının son mogikanı. Sufi şairi Əbdürrəhman Cami. Əbdürrəhman Cami ədəbiyyat tarixinə klassik Şərq poeziyasının “son nümayəndəsi” kimi daxil olmuş, öz yaradıcılığı ilə bütün Şərq ədəbiyyatını zənginləşdirən ədəbi irs qoyub getmişdir. Onun əsərləri hələ öz dövründə yüksək qiymətləndirilmişdir. Ə.Cami ... | ANL |
Azərbaycanın “Viktor Hüqo”su. Yeni şerin ustadı Həbib Sahir. Cənubi Azərbaycan ədəbiyyatının ana dilli yazarları arasında xüsusi yeri olan bir imza var. Haqlı olaraq ədəbiyyatşünaslar onu Azərbaycanın “Viktor Hüqo”su adlandırırlar. Mənsub olduğu xalqın milli mücadilə tarixinə qələmi ilə xidmət göstərmiş bir imza - Həbi... | ANL |
Tariximizin qanla yazılan səhifələri... Çəkişmələr meydanında Azərbaycan. XIX əsrdə Azərbaycanla bağlı baş verən tarixi hadisələri əks etdirən qaynaqlar bu qədim torpaqların necə böyük savaşlara səhnə olduğunu tam açıqlığı ilə gözlər önündə canlandırır. Daxili çəkişmələrdən qaynaqlanan bu tarixi hadisələrdə yer alan, o... | ANL |
Təbriz miniatür məktəbinin banisi Sultan Məhəmməd. Dünya muzeylərini bəzəyən zərif əsərlər... Bu gün dünyanın ən böyük muzey və kitabxanalarında dəyərli sənət inciləri kimi saxlanılan əsərlərdə təsvir edilmiş miniatürlər sübut edir ki, Azərbaycan miniatür sənəti yüksəliş zirvəsinə çatana qədər uzun inkişaf yolu keçmişd... | ANL |
Dünya miniatür sənətinin məşhur imzası. Azərbaycanlı rəssam Mir Seyid Əli... Məlum olduğu kimi, XVI əsr Təbriz rəssamlıq məktəbi Azərbaycan mədəniyyət tarixinə böyük sənət inciləri bəxş etmişdir. Bu dövrdə Azərbaycanın paytaxtı Təbriz şəhəri Yaxın və Orta Şərqdə əsas mədəniyyət mərkəzinə çevrilmişdi. Təbrizdə Şah İsmay... | ANL |
Azərbaycan futbolunun sönməyən ulduzu. Ədalətli, sərrast və usta Tofiq Bəhramov. Futbol kim üçün əyləncə, kim üçün həyat tərzi, kim üçün isə alışqanlıqdır. Amma futbol bəzi insanların taleyidir - əvvəldən sona kimi ömrünün yazısına çevrilən taleyi. Bunu hər kəsdən çox ona - Azərbaycan futbolunun parlaq ulduzu Tofiq Bəh... | ANL |
Nəstəliq xəttinin yaradıcısı. Zərif xəttatlıq nümunələrinin müəllifi Cəfər Təbrizi. Azərbaycanın dünya mədəniyyətinə ən gözəl nümunələr vermiş sənət növlərindən biri də xəttatlıqdır. Qədim zamanlardan ustad sənətkarlarımızın yaratdığı zərif xəttatlıq nümunələri, miniatürlərimiz və xalçalarımız kimi, bu gün də dünya muz... | ANL |
“Çıxışlarımı verilişlərdən silirlər”. Rasim Balayev: «Məni lent yazılarından silmək olar, amma. Azərbaycan kino tarixindən silmək mümkün deyil». «Rüstəmin siyasi baxışları var, o özü bilər, azad adamdır, amma biz burda heç vaxt siyasətlə məşğul olmamışıq». Xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi R... | ANL |
Uzaq diyarlarda qərib Azərbaycan... Bolşevik istilasından sonra qürbət ellərdə... Tarixən dünyada azərbaycançılıq ideyasının yayılmasında uzaq ölkələrdə yaşayan mühacirlərin böyük rolu olmuşdur. Zaman-zaman Azərbaycanda baş verən tarixi hadisələr zamanı doğma vətənlərini tərk etmək məcburiyyətində qalan bu insanlar uza... | ANL |
Gülən və güldürən obrazlar ustası. Həyatda da, səhnədə də rolunu mükəmməl oynadı... O, bir-birindən gözəl obrazları ilə Azərbaycan teatr və kino tariximizə silinməz izini qoyub. Hələ məktəbli ikən dayısı, görkəmli aktyor Həsənağa Salayevin tövsiyəsi ilə o vaxtkı M.Əzizbəyov adına Dövlət Dram Teatrının tamaşalarında uşa... | ANL |
Qədim Göyçədəki Nərədüz abidələri. Oğuz türklərinin vətəni. Bu gün erməni işğalçıları tərəfindən zəbt edilmiş qədim Azərbaycan torpağı olan Göyçə mahalının abidələri ulu keçmişimizin bir parçasıdır. Belə abidələrə qədim mahalın hər guşəsində rast gəlmək mümkündür. Göyçənin Kəvər rayonuna daxil olan Ağzıbir, Əyrivəng, A... | ANL |
Teatra səs gətirən ilk qadın aktrisamız. Tiflisin qaynar mədəni həyatı. XIX əsrdə Azərbaycan türklərinin sıx yaşadıqları Tiflis Qafqazın mərkəzi şəhərlərindən sayılırdı. Canişinliyin burada yerləşməsi Tiflisi həm siyasi, həm iqtisadi, həm də maarif və mədəniyyət baxımından müəyyən inkişaf yoluna çıxarmışdı. Milli drama... | ANL |
Adı və tarixi saxtalaşdırılan abidələrimiz. Bu gün Azərbaycanın işğal olunmuş qədim torpaqlarında tariximiz və mədəniyyətimiz çirkin şəkildə saxtalaşdırılır. Uzaq və yaxın tarixə nəzər salsaq, təcavüzkar qonşuların sahibləndiyi yurd yerlərimizdə necə acı faciələr yaşandığına şahid olarıq. Qərbi Azərbaycan torpaqları ta... | ANL |
Azərbaycan kinosunun güldürən obrazı. Səmimi gülüşün ustadı. Milli teatr və kinomuzun inkişafında misilsiz xidmətləri olan sənətkarlarımız sırasında Ağahüseyn Cavadovun da xüsusi yeri var. Ustad komediya aktyoru kimi tamaşaçıların yaddaşında bu gün də yaşayan sənətkarı kim xatırlamır? Azərbaycan inciləri sayılan bu fil... | ANL |
Azərbaycan teatrının yaxın keçmişi haqqında söz düşəndə böyük sənətkar Ağadadaş Qurbanovu xatırlamamaq mümkün deyil. O, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının banilərindən biri olub, həm faciə, həm dram, həm də komediya janrlı tamaşalarda yaddaqalan obrazlar yaradıb. Bu tamaşanı başda Ağadadaş Qurbanov olmaqla, t... | ANL |
Ən qədim ibadət ocaqlarımızdan biri. Şamaxı Cümə məscidi. Azərbaycanın ən qədim şəhərlərindən biri olan Şamaxı memarlıq ənənələri və abidələri ilə məşhurdur. Şamaxı şəhəri XIX əsrin ikinci yarısından başlayaraq təkrar baş vermiş zəlzələdən sonra çətin dövrünü yaşamağa başlamışdı. Azərbaycanda mədəniyyət və incəsənətin ... | ANL |
Filmlərdə oynadığı obrazlarla simvollaşmaq və insanların gerçək qəhrəmanına çevrilmək hər aktyora nəsib olmur. Usta aktyor Nodar Şaşıqoğlunun sənət yolu belə açılmışdı gələcəyə. Oynadığı bir filmin ona gətirdiyi uğur sənət yolunu yönləndirmişdi, Azərbaycanın sevilən kino aktyorlarından biri kimi, qısa zamanda böyük şöh... | ANL |
Doqquz filmin doqquz möcüzəsi... Kinomuzun ustad imzası - Arif Babayev. Azərbaycan kinosunun parlaq simalarından biri, ən gözəl milli filmlərimizin müəllifi Arif Babayev. Kino sənətimizdə silinməz iz qoyan, xüsusi imzası olan bir sənətkar. Onun quruluş verdiyi filmlər hər birimizin dönə-dönə seyr etdiyimiz sənət incilə... | ANL |
Onun yaratdığı əbədi məhəbbət əfsanəsi... Əlli ildən çox səhnələri dolaşan ölməz əsər. Keçmiş sovetlər məkanında bütün musiqisevərlərin az qala əzbər bildiyi bir “Məhəbbət əfsanəsi” vardı. Müəllifinə böyük şöhrət qazandıran bu “əfsanə” çox illər sonra da populyarlığını itirmədi. Teatrdan-teatra, səhnədən-səhnəyə, ölkəd... | ANL |
Köksündən vurulan Laçın... Sultan bəyin cənnət yurdu. Uca dağlar qoynuna sığınmış qala kimi, səfalı yerləri, şəfalı bulaqları və heyranedici mənzərələrilə yüz illərdir tarixlə baş-başa dayanan Laçın da bir fitnəkarlığın qurbanı oldu. Onu da əsrlər boyu bu torpaqların başında min cür çirkin siyasət quran imperiya təxəyy... | ANL |
Ermənilərin amansız qənimi. Xalq arasında Sultan bəy kimi tanınan Sultan bəy Sultanov Azərbaycan xalqının qəhrəman oğullarından biri, erməni zülmünə qarşı mübarizə aparmış xalq qəhrəmanıdır. Sultan bəy Sultanov 1871-ci ildə Zəngəzur qəzasının Qasımuşağı obasında (Laçın rayonunun Kürdhacı kəndində) anadan olub. İbtidai ... | ANL |
Tarixə işıq salan qədim yaşayış məskənləri. Qazax rayonundakı Baba-Dərviş qədim yaşayış məskəni. Azərbaycanın dünya əhəmiyyətli tarixi abidələrlə zəngin bölgələri arasında Qazax rayonu da önəmli yer tutur. Burada qeydə alınmış bir sıra tarixi nümunələr və yerlər uzaq keçmişin öyrənilməsində əvəzsiz rol oynayır. Ölkənin... | ANL |
Uşaqlığımızın və uşaqlarımızın “canlı nağılları”... Hamımızı böyüdən cizgi filmləri. Azərbaycanda orta nəslə mənsub elə bir şəxs tapılmaz ki, bir zamanlar sevə-sevə seyr etdiyi cizgi filmlərini unutmuş olsun. Əsasən, sovet dövründə yaranan bu filmlər indi də dəyərini itirmədən dönə-dönə nümayiş olunmaqdadır. Əslində, i... | ANL |
Böyük Cavidin ruhunu yaşadan ev. Hüseyn Cavidin ev muzeyi... Xalqımızın mənəvi irsini öz dəyərli yaradıcılığı ilə zənginləşdirən görkəmli şəxsiyyətlərdən biri də böyük Azərbaycan şairi Hüseyn Cavid olub. Hüseyn Cavid adı Azərbaycan ədəbiyyatı tarixinə görkəmli filosof, şair və dramaturq kimi yazılıb. Həmin qərara uyğun... | ANL |
Azərbaycanda tarixi çox qədim olan sənət nümunələrindən biri də keçəçilik sənətidir. Xalqımızın mədəni tarixinə aid çoxsaylı faktlarla zəngin “Kitabi-Dədə Qorqud” dastanında keçə haqqında maraqlı məqamlar yer alıb. Dastanda keçədən alaçıqların tikilməsindən, çobanların yapıncı kimi keçədən istifadə etməsindən, babaları... | ANL |
Özü də, sənəti və tələbələri də başqalarından fərqliydi. Bəzən onu “Amerika kəşf etmək”də də məzəmmət edirdilər. Teatra cəsarətlə gətirdiyi yenilikləri hamı “həzm etmirdi”. Onun qeyri-adiliyi həm də teatrının adında öz əksini tapıb. Təbii, söhbətin ustad rejissor Vaqif İbrahimoğludan və onun “Yuğ” teatrından getdiyini ... | ANL |
İstiqlalımızın muzeyi - Azərbaycan İstiqlal Muzeyi. İlk rəsmi dövlət muzeyi... İstiqlal Muzeyi Azərbaycanda yaradılan ilk rəsmi dövlət muzeyidir. Bu muzey 1919-cu ilin dekabr ayının 7-də Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin quruluşunun birinci ildönümü münasibətilə elə parlamentin binasında açılıb. Muzey Azərbayc... | ANL |
Şuşanın talan olan muzeyləri. Mədəniyyət şəhərindən yadigar qalan eksponatlar. Azərbaycan torpaqlarının işğalı nəticəsində zərbəyə məruz qalan maddi-mədəniyyət abidələri haqqında çox yazılıb. Belə yurd yerlərimizdən biri də 8 mayda işğal günü qeyd olunan Şuşa şəhəridir. Məlum olduğu kimi, Qarabağın qəlbi Şuşada Azərbay... | ANL |
Uzaq tarixin mənzərəsini canlandıran təsvirlər. Əcdadlarımızın ilk əl işləri - qaya rəsmləri... Tarixi min illər əvvəllərə gedib çıxan Azərbaycan təsviri sənət mədəniyyətinin ilk örnəkləri sırasında hər zaman Qobustanın adı çəkilir. Abşeronda qayalar üzərində cızılmış bu rəsmlərin yarandığı vaxtdan əsrlər keçir. Qobust... | ANL |
Teatr səhnəmizin oxumamış mahir aktyoru. Peşəkarlardan daha peşəkar. Azərbaycan teatrının inkişafında Tiflis teatrının önəmli rolu olub. 1873-cü ildə fəaliyyətə başlayan bu teatrda səhnəmizin böyük sənətkarları yetişib. Mədəniyyət tariximizdə önəmli yer tutan bu sənət ocağı sonralar Azərbaycan teatrının inkişafına böyü... | ANL |
Alban tarixinin həqiqətlərə yol açan abidələri. Bu yaradıcılıqda türk tayfalarının önəmli rolu. Azərbaycan ərazisində qədim alban tarixinin öyrənilməsi üçün mühüm material verən elementlərdən biri də alban xaç daşlarıdır. Bu torpaqlarda yaşayan əcdadlarımız tərəfindən yaradılmış unikal xaç daşı abidələri Qafqaz Albaniy... | ANL |
Şərqin məşhur musiqi bilicisi Urməvi. Azərbaycan çox qədim zamanlardan bəri dünya mədəniyyətinə qiymətli töhfələr bəxş edən musiqiçilər yetişdirib. Belə görkəmli musiqi xadimlərindən biri də Səfiəddin Əbdül Mömin ibn Yusif ibn Fakir əl-Urməvidir. Onun adı və soyadı qaynaqlarda Səfi-əd-Din Əbdülmömin ibn Yusif ibn Faxir... | ANL |
Cümhuriyyət uğrunda savaşan vətən aşiqi-Molla Cümə. Azərbaycan aşıq sənəti böyük və zəngin bir tarixə malikdir. Bu tarixin kökləri qədim türklərin ortaq dastanı olan “Kitabi-Dədə Qorqud”dan da uzaqlara gedib çıxır. Əsrlər boyu xalqın ən gözəl duyğu və hisslərini yaşadan aşıq sənətinin görkəmli nümayəndələrindən biri də... | ANL |
XX əsrin əvvəllərində Azərbaycan maarifçilik hərəkatının önəmli simaları arasında öz yeri olan şəxslərdən biri də Xosrov Axundzadədir. O, öz dövründə “Şaiq” təxəllüsü ilə tanınıb, xalqın maariflənməsi və mədəniyyətinin inkişafında əlindən gələni edib. Onun atası Mirzəli Aşiq Zeynalabdın oğlu müəllim olmaqla bərabər, şa... | ANL |
Qumun unikal abidəsi Qum bazilikası . Bölgənin gözəl memarlıq incisi. Azərbaycanın tarixi abidələrlə zəngin bölgələrindən biri də Qax rayonudur. Rayon ərazisində tarixi uzaq minilliklərə gedib çıxan onlarla qiymətli abidə var. Belə abidələrə Cinli qala, Mamrux məbədi, Torpaqqala, Ulu körpü, Yeddi kilsə monastır komplek... | ANL |
Pənahəli xanın nəticəsi. Qarabağda məşhur olan Cavanşirlər nəslinin görkəmli simaları Azərbaycanın ictimai-siyasi və mədəni həyatında xüsusi rol oynamışlar. Belə şəxsiyyətlərdən biri də tarixçi, şair Əhməd bəy Cavanşirdir. O, Qarabağ xanlığının qurucusu Pənahəli xan Cavanşirin nəticəsidir. Əhməd bəy Cəfərqulu bəy oğlu ... | ANL |
Üzeyir bəy irsinin layiqli davamçısı. Görkəmli bəstəkar Aqşin Əlizadə... Azərbaycan bəstəkarlıq məktəbi musiqi tariximizə bir çox görkəmli nümayəndələr bəxş etmişdir. Bu gün onların əsərləri nəinki ölkəmizdə, uzaq sərhədlərdə də sevilə-sevilə səslənir. Belə bəstəkarlamızdan biri də Aqşin Əlizadədir. Aqşin Əlizadə Azərb... | ANL |
ABŞ-ın ilk prezidenti. Elşən Bayramzadənin «Amerika prezidentləri» kitabından ixtisarla... Corc Vaşinqton adı Amerika tarixinə böyük hərflərlə yazılmış şəxsiyyətlərdəndir. O, Virciniyada keçirilən ilk kontinental konqresdə qətiyyətlə İngiltərənin müstəmləkə siyasətinə qarşı çıxanlardan biri olub. Amerika Hərbi Qüvvələr... | ANL |
Gəncə üsyanının görkəmli simalarından biri . Cəsur savaşçı Sarı Ələkbər. Bolşevik cəlladlarının bu xəyanəti ilə barışmayan cümhuriyyət mücahidləri Gəncə şəhərinə toplaşaraq üsyana qalxdılar. Gəncə üsyanının əsas təşkilatçıları yenicə formalaşmış AXC milli ordusunun zabitləri idi. Mayın ayının 23-də üsyan başçılarının g... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.