text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Xəzərin vurğunu olan görkəmli alim. Hidrobioloq Əbdül Qasımov. Bu alimin adı Azərbaycanın elm tarixində Xəzər dənizinin və Qafqazın şirin su hövzələrində formalaşan faunanın növ tərkibini, biologiyasını, ekologiyasını, zoocoğrafi yayılmasını və Qafqazın şirin su heyvanlarının mənşəyini hərtərəfli tədqiq edən şəxs kimi ... | ANL |
Böyük nəslin böyük siması. Azərbaycanı qara qasırğa kimi ağzına alan 37-ci illərdə repressiya olunan görkəmli ziyalılardan bir də Qarabağın məşhur soyadlarından birinin daşıyıcısı Cabbar bəy Vəlibəyov Baharlıdır. Cabbar bəyin XV əsrdə yaşamış ulu babası Əlişəkər bəy Baharlı uzun illər Həmədan hakimi olmuşdur. O dövrdə ... | ANL |
Unudulmaz sənət aşiqi Mirzə Muxtar. «Saray musiqiçiliyi»ndən böyük səhnəyə... Azərbaycan mədəniyyəti tarixində xüsusi yeri olan, xalqın yaddaşında əbədiləşən parlaq sənətkarlardan biri də musiqişünas, görkəmli səhnə xadimi Mirzə Muxtar Məmmədov olub. Mirzə Muxtar dövrünün ən görkəmli, ən istedadlı sənətkarlarından idi.... | ANL |
Muğam xiridarı Şəkili Ələsgər. Ustad Keştazlı Həşimin tələbəsi. Azərbaycan musiqi tariximizin inkişafında mühüm xidmətləri olan görkəmli sənətkarlardan biri də xalq arasında Şəkili Ələsgər adı ilə şöhrət qazanmış Ələsgər Abdullayev olmuşdur. Yaşadığı dövrdə onun şöhrəti Azərbaycandan uzaqlara da yayılmış, İranda, Türki... | ANL |
Dünya elmində silinməz imzası olan azərbaycanlı. Şərqin böyük elm mərkəzi. Tarixən Azərbaycan elminin inkişafında mühüm rol oynamış mərkəzlərdən olan Marağa rəsədxanası dünyanın bir sıra parlaq kəşflərinə imza atmışdır. Əsasını görkəmli Azərbaycan alimi Nəsirəddim Tusinin qoyduğu rəsədxana XIII əsrdə şərqin ilk ən möht... | ANL |
Görkəmli Azərbaycan xanəndəsi Əbülhəsən xan Azər İqbal XIX əsrin sonu və XX əsrin birinci yarısında Cənubi Azərbaycanda böyük sənətkar kimi şöhrət qazanmışdır. İqbal musiqi mədəniyyəti tariximizdə böyük iz qoymuş sənətkarlardan biri olub. Atası Molla Musa dövrünün tanınmış alimlərindən sayılırdı. 7 yaşında atasını itir... | ANL |
Anadolu qazisi Siracəddin Urməvi. Azərbaycan elminin böyük simaları xatırlananda, Şərq peripatetizmi məktəbinin görkəmli nümayəndəsi Siracəddin Urməvinin adını çəkmədən keçmək mümkün deyil. Siracəddin Urməvi Mahmud Əbubəkr oğlu 1198-ci ildə Cənubi Azərbaycanın Urmiya şəhərində doğulmuşdur. Onun uşaqlıq illəri burada ke... | ANL |
Azərbaycanlı filosof Məhəmməd Naxçıvani. Hülakilər sarayında katib. Azərbaycanın elm tarixində silinməz izləri olan məşhur mütəfəkkirlərdən biri də Məhəmməd ibn Hinduşah Naxçıvanidir. XIII əsrin sonu XIV əsrin əvvəllərində yaşamış məşhur tarixçi, dilçi alim, filosof Məhəmməd Naxçıvani öz dövrünə görə gözəl təhsil almış... | ANL |
Gözəl xanəndə və ustad tarzən Malıbəyli Həmid. Musiqi xəzinəmizin zənginləşməsində böyük xidmətləri olan sənətkarlardan biri də məşhur xanəndə və tarzən Malıbəyli Həmid olub. Həmid İmamqulu oğlu Qurbanov 1869-cu ildə Şuşa yaxınlığındakı Malıbəyli kəndində anadan olmuşdur. Səfalı, gözəl mənzərəli bu kənd Qarabağın ən bö... | ANL |
O, Azərbaycan elminin fədailərindən biri idi... Şeyxülislam Pişnamazzadənin nəvəsi. Elmi nailiyyətləri ilə adını tarixə yazdıran bu görkəmli Azərbaycan aliminin apardığı tədqiqatlar 400-ə yaxın elmi məqalə, tezis və monoqrafiyada öz əksini tapmışdır. Onun rəhbərliyi altında 28 namizədlik və doktorluq dissertasiyası müd... | ANL |
Üzeyir bəyin seçdiyi ifaçı - qarmonçu Abutalıb. Böyük sənətkarlardan «alınan dərs». Musiqi tariximizdə öz sənəti ilə əbədi iz buraxan görkəmli sənətkarlardan biri də qarmonçu Abutalıb olub. O, dövrünün ən böyük klassikləri ilə çiyin-çiyinə çalışaraq, musiqi mədəniyyətimizin zənginləşməsində önəmli rol oynayıb. Hələ erk... | ANL |
Azərbaycanda milli operanın tarixi dahi bəstəkarımız Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası ilə başlanır. Təkcə Azərbaycanda deyil, bütün Şərq dünyasında önəmli olan bu hadisə müsəlman mədəniyyət tarixində yeni bir mərhələ idi. Amma Bakıya opera bu unikal əsərin yaranmasından bir xeyli əvvəl ayaq açmışdı. Hələ u... | ANL |
Klassik şeirimizin iki fərqli imzası... Satirik şairimiz Mirzə Baxış Nadim. Azərbaycan klassik poeziyasında adları keçən onlarla məşhur qələm sahibinin sırasında imzası bu günün oxucusuna çox da tanış olmayan iki şairin adını ayrıca qeyd etməyə dəyər. Onlardan biri Mirzə Baxış Nadim, o biri isə Məhəmməd Bağır Xalxalidi... | ANL |
Klassik Azərbaycan ədəbiyyatında xüsusi dəst-xətti olan bir neçə şair haqqında söz açmışdıq. Budəfəki mövzuda həmin silsiləni davam etdirmək və hamı üçün maraqlı olan bir neçə fərqli imzadan söz açmaq istəyirik. Azərbaycan poeziyasında imzası unudulmayan qələm sahibləri sırasında Şahnigar Rəncur da var. Bu qadın şairim... | ANL |
Dünyanın bizdən yaxşı tanıdığı azərbaycanlı alim. Məşhur fizik Həmdulla Mehrabov. Azərbaycan elmində bir çox nailiyyətlərə imza atmış alimlər var ki, onlardan bəziləri indi xarici ölkə universitetlərində öz fəaliyyətlərini uğurla davam etdirirlər. Bu alimlər müxtəlif ixtisas sahələrinin peşəkarları, böyük biliciləridir... | ANL |
Dənizlər aslanı Aslanbəyov. Azərbaycanlı məşhur admiral. Tarixdən məlum olduğu kimi, XIX əsrdə azərbaycanlı hərbçilərin bir çoxu çar Rusiyası ordusunda xidmət etmək məcburiyyətində qalmış və onların əsas uğurları da bu ordunun adına yazılmışdır. Belə tarixi şəxsiyyətlərdən biri də ömrünün əlli ildən çoxunu hərbi dəniz ... | ANL |
Aşıq Yəhya Dilqəm... Aşıq şeirinin görkəmli nümayəndələri sırasında Aşıq Yəhya Dilqəmin də xüsusi yeri var. Onun adı gələndə, şübhəsiz ki, hər kəsin xəyalından ilkin olaraq “Dilqəmi” saz havası keçir. Həyatı maraqlı rəvayət və hekayətlərlə zəngin olan aşığın ömür yolu haqqında günümüzə ağızdan-ağıza əfsanələşmiş məluma... | ANL |
Türkiyənin hərb tarixinə adını yazdırmış iki qardaş. General Mahmud Nuri Sarıkərimli. Türkiyə tarixinin önəmli bir hissəsi də, heç şübhəsiz, Azərbaycanla bağlıdır. Bu zəngin tarixlə maraqlananlar qardaş ölkənin ictimai-siyasi həyatında önəmli rol oynamış Azərbaycan türklərinin fəaliyyətindən də xəbərdardırlar. Belə şəx... | ANL |
Türkiyə tarixinə adını yazdırmış həmyerlimiz. Şəkili Məhəmməd Nuri Sarıkərimli... Ötən sayımızda XX əsrin birinci yarısında Türkiyənin hərbi, siyasi, diplomatik və ədəbi elmi dairələrində böyük rol oynamış iki azərbaycanlı qardaş haqqında söz açmış, onlardan biri general Mahmud Bərközün həyat yolu ilə bağlı yazı təqdim... | ANL |
Folklor musiqimizin mahir bilicisi. Unudulmaz musiqişünas alim. Azərbaycan musiqi mədəniyyətinin araşdırılmasına, öyrənilməsinə və təbliğinə töhfə verən musiqişünaslarımız sırasında professor Bayram Hüseynlinin də xüsusi yeri var. O, milli musiqi tariximizdə əsası dahi Üzeyir bəylə qoyulan elmi tədqiqat işlərinin layiq... | ANL |
Türk dünyasının görkəmli alimi. Məşhur türkoloq Əhməd Cəfəroğlu. Əhməd Cəfəroğlu türk dünyasının görkəmli şəxsiyyətlərindən biridir. O, məşhur türkoloq, ədəbiyyatşünas, şərqşünas və dilçi professor, filologiya elmləri üzrə doktor kimi tanınmışdır. 1920-ci il aprelin 27-də Azərbaycan Demokratik Cümhuriyyətinin süqutunda... | ANL |
Böyük alimin dəyərli “kitabxana”sı. Əbdülqəni Nuxəvinin günümüzə çatan irsi. Azərbaycan mədəniyyət tarixində iz buraxmış böyük şəxsiyyətlərin adlarını sadalasaq, uzun bir siyahı alınar. Belə şəxslər sırasında XIX əsrdə yaşayıb yaratmış görkəmli pedaqoq, kitabşünas və xəttat Əbdülqəni Nuxəvinin də adı var. Böyük bir ədə... | ANL |
Cavanşirlər soyundan daha bir qəhrəman. Qanlı cəbhələr boyunca... İkinci Dünya müharibəsi illərində sovetlər birliyinin tərkibində olan Azərbaycan da bu qanlı müharibədə böyük qurbanlar vermişdir. Müharibənin ən ağır illərində azərbaycanlı əsgər və zabitlər od, alov püskürən cəbhələrdə, o cümlədən Moskva, Leninqrad, Ki... | ANL |
Doktor dərəcəsi almış ilk musiqişünas alim. Azərbaycanın musiqi xəzinəsinin tədqiq olunmasında və öyrənilməsində musiqişünaslarımızın misilsiz əməyi var. Bu dəyərli xəzinəni arayıb-tapmaq, çeşidləmək, ipə-sapa düzmək peşəsinin bilicilərinin öhdəsinə düşür, şübhəsiz. Xalqın dəyərli incilərini arayıb-araşdıran belə peşək... | ANL |
Naxçıvan memarlıq məktəbinin məşhur yetirmələri. Əcəmi Naxçıvanidən başlanan sənət yolu. Azərbaycan memarlıq tarixinin önəmli bir dövrü Naxçıvan memarlıq məktəbinin inkişafı ilə bağlıdır. Bu böyük məktəbin memarlıq tarixində qalan gözəl inciləri deyilənləri bir daha sübuta yetirir. Naxçıvan memarlıq məktəbi XI əsrdən f... | ANL |
Cəsur azərbaycanlı balası İsmayıl... Sovet İttifaqı Qəhrəmanı İsmayıl Bayramov. İkinci Dünya müharibəsi illərində faşizmə qarşı döyüşlərdə böyük şücaətlər göstərmiş azərbaycanlılardan biri də İsmayıl Bayramov olub. İsmayıl Xəlil oğlu Bayramov 1910-cu ildə Stavropol vilayətinin Dolinovka kəndində anadan olmuş və doğuldu... | ANL |
Şöhrəti sərhədlər aşan görkəmli kimyaçı alimimiz. Sərabdan Bakıya yolçuluq. Azərbaycanın elm tarixinə adını yazdırmış alimlərimiz sırasında kimyaçılarımızın da xüsusi yeri var. Belə görkəmli elm xadimlərimizdən biri də akademik Murtuza Nağıyevdir. O, AMEA-nın həqiqi üzvü, AMEA-nın Neft Kimya Prosesləri Institutunun dir... | ANL |
O qanlı illərin qəhrəmanları. Cəsur komandir Mərdan Musayev. İkinci Dünya müharibəsi illərində misilsiz qəhrəmanlıqlar göstərən şəxslər sırasında yüzlərlə azərbaycanlının da adı var. Onlardan bir çoxu göstərdikləri misilsiz şücaətə görə müxtəlif titul və mükafatlara layiq görülmüş, bəziləri isə ən yüksək ad - Sovet İtt... | ANL |
Arxeologiya elminin cəfakeşlərindən biri. Çöl arxeologiyasının əvəzsiz tədqiqatçısı. Azərbaycanda arxeologiya elminin inkişafında xüsusi xidmətləri olan tədqiqatçı alimlərimiz arasında onun müstəsna yeri var. Ölkəmizdə aparılan bir çox əhəmiyyətli çöl arxeologiyası işlərinin təşkili və uğuru məhz bu alimimizin adı ilə ... | ANL |
İncə sənət yolunda keçən ömür. Sənətşünas Aida Tağızadə. Azərbaycan musiqi mədəniyyətinin inkişafına böyük xidmətlər göstərmiş peşə sahiblərimiz sırasında sənətşünaslarımız da önəmli yer tutur. Belə sənət sahiblərimizdən biri də professor Aida Tağızadədir. Görkəmli sənətşünas bir çox elmi metodik əsərlərin və dərsliklə... | ANL |
Unudulmaz riyaziyyatçı alim. Onun böyük elmi töhfələri. Azərbaycan elminin görkəmli simaları zaman-zaman fəaliyyət göstərdikləri elm sahələrində böyük nailiyyətlər qazanmış, bu nailiyyətləri nəinki öz ölkəmizdə, uzaq xaricdə də uğurla nümayiş etdirmişlər. Təsadüfi deyil ki, bir çox alimlərimizin sorağı bu gün ayrı-ayrı... | ANL |
Fəlsəfi fikir tariximizdə Qasımov imzası. Ömər Xəyyamın fəlsəfi dünyasını öyrənən alim. Azərbaycan elminin inkişafında böyük xidmətlər göstərmiş görkəmli şəxsiyyətlərdən biri də fəlsəfə elmləri doktoru, professor Mehbalı Qasımov olub. Görkəmli alim-filosof olan Mehbalı Qasımov eyni zamanda ölkənin ictimai-siyasi həyatı... | ANL |
Ədəbiyyatımızda, teatrımızda, kinomuzda qalan imza. Folklorşünas alim Məmmədhüseyn Təhmasib. Azərbaycan ədəbiyyatının unudulmaz simaları arasında məşhur folklorşünas alim Məmmədhüseyn Təhmasib xüsusi yer tutur. Ədəbiyyatımızın inkişafına mühüm xidmətlər göstərən M.Təhmasib folklorşünaslığın əsasını qoymuş alimimizdir. ... | ANL |
Repressiyaya məruz qalan qadın rəssamımız. Qeysər Kaşıyevanın həyat hekayəti. Qeysər Kaşıyeva professional rəssamlıq təhsili alan ilk azərbaycanlı qadındır. O, sovet hakimiyyəti illərində Əli Bayramov adına qadınlar klubunda çalışmış, “Şərq qadını” curnalına illüstrasiyalar çəkmişdir. Rəsm albomları Azərbaycan Dövlət I... | ANL |
Ədəbiyyat və teatrda silinməyən iz qoyan maarifçi ziyalı. Dəyərli qələm sahibi Eynəli bəy Sultanov. XX əsr Azərbaycan ədəbiyyatı, mətbuatı, teatrı və ictimai fikir tarixində özünəməxsus yeri olan ziyalılardan biri də Eynəli bəy Sultanov olub. Eynəli bəy Sultanovun adı yazıçı-publisist, ictimai xadim, eyni zamanda mədən... | ANL |
Üç dəfə sürgün yollarına düşən rəssam... Boyakarlıq və qrafika ustası. Azərbaycan rəssamlıq sənətinin görkəmli nümayəndələrindən biri olan Ələkbər Rzaquliyev boyakarlıq və qrafika üslubunda işlənmiş gözəl əsərlərin müəllifidir. Görkəmli rəssamın əsərləri dünyanın müxtəlif muzeylərində saxlanır. “Uşaq yaşlarından şəkil ... | ANL |
“Məclisi-üns”un maarifpərvər üzvü. İskəndər bəy Rüstəmbəyov. Məlum olduğu kimi, XIX əsrdə Azərbaycanın müxtəlif şəhərlərində yaranmış şeir məclisləri qələm sahiblərini bir araya gətirən və ədəbi mühiti canlandıran əsas mərkəzlər idi. Demək olar ki, ölkəni bütünlükdə əhatə edən bu məclislərdə dövrün ən istedadlı şairlər... | ANL |
Şuşanın “Dostluq məclisi”ni yaradanlardan biri. Məlum olduğu kimi, Azərbaycan poeziyasının inkişafında müxtəlif dövrlərdə yaranmış ədəbi məclislərin rolu böyük olmuşdur. Belə məclislər zaman-zaman təkcə Bakıda deyil, müxtəlif şəhərlərdə fəaliyyət göstərmiş və bir çox şairlərin tanınmasında xüsusi rol oynamışdır. Belə ə... | ANL |
Nəğməkar şair Hafiz Baxış... Azərbaycan poeziyasında xüsusi yeri olan qələm sahiblərini xatırlayanda şair Hafiz Baxışı yad etmədən keçmək olmur. Öz dövrünün tanınmış qələm sahiblərindən biri olan, dostlarının, həmkarlarının yaddaşında silinməz izlər buraxan şair idi Hafiz Baxış. XX əsrdə azərbaycanlıların başına gələn ... | ANL |
Zümrüd Yağmur: «Bəzi şeyləri «Diriləri basdırın» əsərindəki Yolçu obrazından öyrəndim». Yazıçı Zümrüd Yağmurun “Diriləri basdırın” romanı bu yaxınlarda Türkiyədə Anadolu türkcəsində (“Dirileri gömün”) çapdan çıxıb. Bu əlamətdar hadisə yazıçı ilə söhbətimizə körpü saldı. İlk sualımız isə təbii ki, kitabının Türkiyədə ça... | ANL |
“Əncüməni-şüəra”nın ilk rəhbəri Qüdsi Vənəndi. Şeyxəli xan Kəngərlinin xeyir-duası ilə... XIX əsrdə Azərbaycan müxtəlif şəhərlərində fəaliyyət göstərən ədəbi məclislər haqqında bir neçə dəfə yazmışıq. Amma həmin məclisləri təmsil edən qələm sahiblərinin bir çoxunun həyat və yaradıcılığı ya az araşdırılıb, ya da heç ara... | ANL |
Mətbuatda tanınmış imza. Ötən əsrin görkəmli ədəbiyyatşünası Abdulla Sur. XIX əsrdə maarifçilik Azərbaycan ictimai-fikrinin bütün istiqamətlərinə nüfuz edən bir cərəyan kimi diqqəti cəlb edir. Artıq mədəni həyatın çox sahələrində Avropa mədəniyyətinin nailiyyətləri təsirini göstərməyə başlamışdı. Lakin “Qərb öz siyasət... | ANL |
Repressiya olunan Breqman ailəsindən biri. Azərbaycan opera sənətinin tanınmış nümayəndələrindən biri Şirzad Hüseynov bu teatrın səhnəsində yaratdığı gözəl obrazlarla yaddaşlara həkk olunmuşdur. Şirzad Abasəli ağa oğlu Berqman 1906-cı ildə Bakı şəhərində Abasəli ağa Berqmanın ailəsində anadan olmuşdur. Abasəli Berqman ... | ANL |
Unudulmaz qələm sahibi və maarifçi. Qutqaşin sultaninin ciliz oğlu... Azərbaycan ədəbiyyatinda və ictimai fikir tarixində unudulmaz adlardan biri olan İsmayil bəy Qutqaşinlini hamimiz taniyiriq. Onun adi tarixə həm yazdiği maraqli əsərlər, həm də böyük maarifçilik işləri iz qoyub. İ.Qutqaşinli Azərbaycan ədəbiyyatina m... | ANL |
Haqsızlığın qurbanı - iki Stalin mükafatlı filosof. Əzablı yollarla qazanılan yüksək karyera. Azərbaycan fəlsəfi fikir tarixində müstəsna xidmətləri olan, öz əqidəsi naminə həyatını belə qurban verən filosof Heydər Hüseynovun adı yəqin ki, neçə-neçə nəsillərin yaddaşından silinməyəcək. Heydər Hüseynov 1908-ci il apreli... | ANL |
Ağqoyunlu hökmdarı Sultan Yaqub. Ağqoyunlu dövlətinin tarixində önəmli rolu olan şəxslərdən biri də bu dövlətin banisi, mənşəcə Oğuz türklərindən olan sərkərdə və dövlət xadimi Uzun Həsənin oğlu Sultan Yaqubdur. Məlum olduğu kimi, Ağqoyunlu dövlətinin əsası Uzun Həsən tərəfindən 1468-ci ildə qoyulmuşdur. Bayandur tayfa... | ANL |
Dərbəndilər sülaləsindən ilk hökmdar I İbrahim. Güclü dövlət xadimi, sərkərdə və mahir diplomat. Azərbaycan Şirvanşahlar dövlətinin tarixində önəmli rolu olan şəxslərdən biri I Şeyx Ibrahimdir. Şirvanşah Şeyx İbrahim Dərbəndilər sülaləsindən olan ilk hökmdardır. O, Yaxın Şərqdə Teymurun işğalçılıq müharibələri ilə bağl... | ANL |
Aran dövlətinin hakimi. Atabəylər dövlətinin yaradıcısı Şəmsəddin Eldəniz. Böyük Səlcuq dövlətinin zəifləməsi nəticəsində Sırdərya çayından Aralıq dənizi sahillərinə qədər uzanan bir ərazidə yenə də türklərin başçılığı altında bir çox dövlətlər - Xarəzmşahlar, Anadolu səlcuq sultanlığı və başqaları meydana çıxdı. Bunla... | ANL |
Qaraqoyunluların 58 illik hakimiyyəti. Oğuz türk-əsilli tayfaların ittifaq dövləti. Azərbaycan tarixində uzun illər hökmranlığı sürmüş türk dövlətlərindən biri də Qaraqoyunlu dövlətidir. Qaraqoyunlu dövləti Şirvan istisna olmaqla, bütün Azərbaycan, indiki Ermənistan ərazisi, Gürcüstanın bir hissəsi, Qərbi İran və İraq ... | ANL |
Elxanilər tarixində Çobanilər dövrü. Sulduz qəbiləsinin davamçıları. XIV əsrdə Azərbaycan Elxanilər dövləti iyirmi ilə yaxın Çobanilərin hakimiyyəti altında idarə olunmuşdur. Onların hakimiyyəti dövründə (1338-1357) bu dövlətin quruluşunda əsaslı bir dəyişiklik baş verməmiş, əvvəllər olduğu kimi, dövlətə yenə də Hülaku... | ANL |
Bizim qədim sevgi hekayətimiz - xalçalar... Səttar Bəhlulzadənin mənəvi tələbəsi. Azərbaycanda tətbiqi sənət növünün ən qədim sahələrindən biri də xalça toxuculuğu sayılır. Ölkə ərazisində aparılan arxeoloji qazıntılar və yazılı mənbələr sübut edir ki, bu sənət növünün tarixi Tunc dövrünə, yəni 5 min il əvvələ gedib çı... | ANL |
XIX əsr Azərbaycan poeziyasının məşhurları. Dövrünün istedadlı qələm sahibləri. XIX əsr Azərbaycan poeziyası bir çox maraqlı imzalarla zəngindir. Belə qələm sahiblərindən bəzilərinin irsi ətraflı araşdırılıb, bəziləri haqqında geniş olmasa da, ümumi məlumatlar var, müəyyən müəlliflərin yaradıcılığı isə hələ də tədqiqat... | ANL |
Türk əlifbasının ən “nəhəng nəzəriyyəçisi”. Maarifpərvər ziyalı Fərhad Ağazadə. Məlum olduğu kimi, XIX əsrin sonları və XX əsrin əvvəlləri Azərbaycanda maarifçilik və savadlanma sahəsində mühüm mərhələ olmuşdur. Bu istiqamətdə bir çox ziyalılarımız misilsiz rolu oynamışlar ki, onlar haqqında dəfələrlə söz açmışıq. Belə... | ANL |
Əlişəkər bəy Baharlı. Azərbaycanda qədim türk tayfalarından biri olan Baharlılar soyundan bir çox tarixi şəxsiyyətlər çıxmışdır. Baharlılar orta əsrlərdə oğuzların tərkibində Orta Asiyadan Yaxın Şərqə və Azərbaycana gəlmiş türk tayfasıdır. “Baharlı” etnik termininə ilk dəfə XV yüzilə aid qaynaqlara təsadüf edilir. Vlad... | ANL |
Bakı buruqlarının məşhur “fontanmeysteri”. Məmmədhəsən Adıgözəlov. Məlum olduğu kimi, Azərbaycan tarixinin önəmli bir dövrü neftin çıxarılması və onun ətrafında baş verən hadisələrlə bağlıdır. Bu dövrdə neftin hasilatı sahəsində yaranan əsas çətinliklərdən biri də yüksək ixtisaslı mütəxəssislərin çatışmazlığı idi. Həmi... | ANL |
Bakı-Şollar su kəmərinə rəhbərlik etmiş şəxs. Peşəkar mühəndis. Azərbaycanın ilk yüksək təhsilli mühəndislərindən söz düşəndə, şübhəsiz, Bakı-Şollar su kəmərinin çəkilişinə rəhbərlik etmiş Əbdülrəhman Adıgözəlovun adı xüsusi xatırlanır. Onun bioqrafiyasındakı bir çox əlamətdar məqamları sadalamadan belə, paytaxt Bakı ü... | ANL |
Poeziyamızda iz qoyan klassik şairlərimiz. Keçən mövzulardan birində bəhs etdiyimiz kimi, XIX əsr zəngin və çoxəsrlik tarixi olan Azərbaycan ədəbiyyatının böyük nailiyyətlərlə zəngin mərhələlərindən biridir. Bu əsrdə yaranan ədəbiyyat klassik irsin ənənələri zəminində yaranıb inkişaf etmiş, Azərbaycan poeziyasına bir ç... | ANL |
Demokratik qüvvələr Elçibəyi yad etdi. Əli Kərimli: "Onun yolu haqqın yanında, nahaqqın qarşısında olmaqdır, şərə xidmət yox, şərlə mübarizə aparmaqdır". Dünən Azərbaycan Milli Azadlıq Hərəkatının lideri, mərhum eks-prezident Əbülfəz Elçibəyin 75 illik yubileyilə əlaqədar ölkənin demokratik qüvvələri - Milli Şura və İc... | ANL |
Cənubi Azərbaycan ədəbiyyatında bir çox tanınmış imzalar var ki, onların bəziləri haqqında əvvəlki mövzularda bəhs etmişik. Arazın o tayındakı soydaşlarımızın təmsil etdikləri ədəbiyyatın inkişafı müəyyən mərhələlərdən keçmişdir. Milli hökumət tərəfindən 1946-cı ildə təşkil edilmiş “Azərbaycan Şairlər və Yazıçılar Cəmi... | ANL |
Gözəl təsniflər ustadı. Bugünkü müasir musiqi mədəniyyətimizin inkişafında klassik xanəndələrimizin böyük xidmətləri olub. Təsadüfi deyil ki, Azərbaycan xalqının içərisindən Qafqazda və Yaxın Şərqdə məşhur olan Hacı Hüsü, Məşədi İsi, Səttar, Əbülhəsən xan İqbal, Keştazlı Həşim, Ala Palaz oğlu Molla Rza, Əbdülbaqi Zülal... | ANL |
Elm mərkəzlərində yaranan kitabxanalar. Uzaq keçmişdə şərq ölkələrində yaranan kitabxanaların formalaşmasına bir sıra amillər təsir göstərmişdir. XI-XIII əsrlərdən etibarən artan elm mərkəzləri kitabın hazırlanması və təbliği sahəsində bir dayaq nöqtəsinə çevrilmiş, böyük elm xadimlərinin yetişməsində əvəzsiz rol oynam... | ANL |
Azərbaycan tibb elminin görkəmli nümayəndələrindən biri Kamil Balakişiyev ölkəmizdə elmi anatomiyanın banisi sayılır. Universitetdə oxuduğu illərdən sistemli şəkildə elmi-tədqiqat işləri ilə məşğul olan gənc alim, 24 yaşında privat-dosent elmi adına layiq görülmüşdür. Bundan beş il sonra, 1935-ci ildə dövri mətbuatda ç... | ANL |
«Tarixi-aləm arayi-Abbasi» əsərinin müəllifi. Mənşəcə Azərbaycan türklərindən olan görkəmli tarixçi və xəttat İskəndər Münşi Türkmənin adı tarixdə bir neçə önəmli əsəri ilə qalıb. Dövrünün tanınmış şəxslərindən sayılan Münşi məşhur “Tarixi-aləm arayi-Abbasi” (“Dünyanın bəzəyi olan Abbasın tarixi”) əsərinin müəllifidir.... | ANL |
O, “Arşın mal alan”da Asyanın partiyasını oxumuşdu... Azərbaycanda bəstəkarlıq təhsili almış ilk qadın. Azərbaycan musiqisində bir çox tanınmış simaların kəşf olunması dahi bəstəkarımız Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. Böyük musiqiçi və gözəl insan mədəniyyət tariximizdə bir çox qadın sənətkarların yetişməsində də... | ANL |
Ərdəbilli xanəndə. Adı Azərbaycan musiqi tarixində böyük iftixar hissi ilə çəkilən görkəmli sənətkarlardan biri də məşhur xanəndə Səttardır. Öz dövrünün istedadlı xanəndələrindən biri kimi tanınan Səttar musiqi aləmində böyük şöhrət qazanmışdı. Səttar XIX əsrin 20-ci illərində Cənubi Azərbaycanın Ərdəbil şəhərində anad... | ANL |
Nizamini yetişdirən zəngin bilik xəzinəsi. Gəncənin elm və yaradıcılıq mühiti. Azərbaycanda qədim kitabxanaların inkişaf etdiyi böyük mərkəzlərdən söz düşən zaman, Gəncənin adını da xüsusi qeyd etmək lazımdır. Elmi-tədris müəssisələri və kitabxanaların artmaqda olduğu XII əsrdə bu şəhərdə Nizami Gəncəvi kimi dahi bir ş... | ANL |
Qarabağlı Keçəçioğlu Məhəmməd. Keçəçi Məşədi Xəlilin gözəl səsli oğlu. Milli musiqi mədəniyyətimizin inkişafında və zənginləşməsində misilsiz töhfələri olan görkəmli sənətkarlardan biri də Keçəçioğlu Məhəmməd olub. Xanəndəlik sənətinin sirlərini Şuşada Xarrat Qulunun məktəbində və məşhur xanəndə Məşədi İsidən öyrənən K... | ANL |
Böyük dövlət xadimi və şair Cahanşah Həqiqi. Qara Yusifin üçüncü oğlu... Azərbaycan tarixində adı görkəmli dövlət xadimi və şair kimi tanınan böyük şəxsiyyətlərdən biri də Cahanşah Həqiqidir. O, Qaraqoyunlu dövlətinin banisi Qara Yusifin üçüncü oğludur. “Həqiqi” təxəllüsü ilə Azərbaycan türkcəsində şeirlər yazan Cahanş... | ANL |
XII əsr şərq aləmində tanınmış filosoflar sırasında Eynəlqüzat Abdulla Miyanəcinin də adı keçir. Əslən Güney Azərbaycanın Miyanə şəhərindən olan filosof alim qısa ömründə bir sıra dəyərli əsərlər yazmış və varlıq təliminin yaradıcılarından olmuşdur. Tarixi qaynaqların yazdığına görə, miyanəcilər XI-XII əsrlərdə istedad... | ANL |
Ustadlar məclisinin yaraşığı. Qarabağ muğam ifaçılığı məktəbinin tanınmış nümayəndələrindən biri də xalq arasında Zabul Qasımdır. O, “Zabul-Segah” muğamının bənzərsiz ifaçısı olmuş, Şuşada və Bakıda muğam məclislərində və “Şərq konsertləri”ndə çıxış etmişdir. Zabul Qasım eyni zamanda Şuşada tamaşaya qoyulmuş Üzeyir Hac... | ANL |
El xanəndəsi Dabbax Məhəmmədqulu. XIX əsrin axırları və XX əsrin əvvəllərində Azərbaycanda və Qafqazda şöhrət qazanmış məşhur xanəndələrdən biri də el xanəndəsi Məhəmmədqulu Şuşinski idi. Vaxtilə Şuşada “Torpaq meydanında” yerləşən balaca bir dabbax dükanı vardı. Hər gün buradan 15-16 yaşında ortaboylu, çevik və iti ba... | ANL |
Qarabağ musiqi məktəbinin daha bir ustadı. Molla İbrahimin istedadlı tələbəsi Bahadır. Xalq arasında Mehralı oğlu Bahadır kimi tanınan Bahadır Mehralıoğlu görkəmli xanəndə, gözəl müəllim olub. Azərbaycan musiqisinin inkişafında Mehralıoğlunun da özünəməxsus xidmətləri var. Bahadır Mehralıoğlu 1883-cü ildə Şuşanın “Çuxu... | ANL |
Şuşanın adını yaşadan daha bir sənətkar. Xanəndə Musa Şuşinski. Azərbaycan musiqi mədəniyyətinin və xalq incəsənətinin çoxəsrlik ənənələri vardır. Görkəmli incəsənət ustaları, xalq çalğı alətlərində çalanlar, xüsusilə xalq xanəndələri bu ənənələri nəsildən-nəslə yaşadaraq böyük və zəngin bir irs yaratmışlar. Azərbaycan... | ANL |
Tusi məktəbinin yetirməsi - Qütbəddin Şirazi. Böyük riyaziyyatçı və filosof. Dahi Azərbaycan filosofu Nəsirəddin Tusinin yetirmələri içərisində görkəmli riyaziyyatçı, ensiklopedik biliyə sahib alim Qütbəddin Şirazinin xüsusi yeri var. Qütbəddin Şirazi XIII əsrdə Nəsirəddin Tusinin Marağada yaratdığı rəsədxanada çalışan... | ANL |
Şərq dünyasının böyük dühası. Şihabəddin Yəhya Sührəverdi. Şərq fəlsəfəsinin böyük simaları içərində Şihabəddin Yəhya Sührəverdinin adı parlaq hərflərlə keçir. O, XII əsrin məşhur Azərbaycan filosoflarından, islam mistisizminin ən görkəmli nümayəndələrindən biridir. “Şeyx əl-Məqtul” və “Şeyx əl-İşraq” ləqəbləriylə tanı... | ANL |
Şah sarayının həkimi, şair Məsihi... Təbiblər nəslinin yetirməsi. Azərbaycanda təbabətin və tibb elminin tarixi uzaq keçmişə gedir. Hələ çox qədimlərdə xalq arasından çıxmış savadlı və bilgili insanlar tibbin inkişaf etmədiyi bir zamanda şəfalı bitkilərlə ən kəskin xəstəliklərin çarəsini tapmışlar. Bu şəxslər çox zaman... | ANL |
“Xəttatların şeyxi” və ustadı... Yeddi xəttin möcüzəsi... Məlum olduğu kimi, Azərbaycanda xəttatlıq sənəti ənənələri əsasən XIII əsrdən başlanır. Bu dövrdə bütün savadlı adamlar belə hesab edirdilər ki, yüksək elm səviyyəsinin bir göstəricisi də şeir yazmaq və xəttatlıq sənətinə yiyələnməkdir. Elə bu baxımdan da, o döv... | ANL |
Təbrizdən Gəncəyə yolçuluq... XI əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri sırasında Qətran Təbrizinin də özünəməxsus yeri var. Dövrünün məşhur şairi və dilçi alimi olan Təbrizi farsdilli Azərbaycan saray ədəbiyyatının ilk görkəmli nümayəndəsi sayılır. Qətran Təbrizinin bizə gəlib çatmış “Divan”ı əsas etibari... | ANL |
“Mənim tək alim olanlar çəkir həmişə cəfa... Tarixin elm və mədəniyyət erası... XI-XII əsrlər Azərbaycanda elm və mədəniyyətin inkişafı üçün yeni bir mərhələnin başlandığı dövr hesab olunur. Bu dövrdə elm və mədəniyyətə böyük üfüqlər açan şəhərlərdə mədrəsə və məktəblər istifadəyə verilir, şəxsi və ictimai kitabxanalar... | ANL |
Musiqimizin parlaq adlarından biri - Məşədi Cəmil. Yoxsul və əzablı uşaqlıq illəri. Azərbaycan musiqi mədəniyyəti tarixinin inkişafında müstəsna xidmətləri olan sənətkarlardan biri də Məşədi Cəmil Əmirovdur. O, gözəl tarzən, müğənni, eyni zamanda istedadlı bəstəkar və dirijor olmuşdur. Məşədi Cəmil Kərbəlayı Əmiraslan ... | ANL |
Məşhur şair moğol hökmdarı Şahcahanın sarayında... Məlum olduğu kimi, I Şah Təhmasibin zamanında Təbrizi osmanlılar ələ keçirmişdi. Bu sənət və mədəniyyət mərkəzi azad edildikdən sonra I Şah Abbas bir çox təbrizliləri İsfahana köçürür. Bu köçürülən şəxslər arasında Saib Təbrizinin atası da vardı. Ailənin köçürülməsində... | ANL |
Başım dumanlıdı, Heydər, Şuşanın dağları kimi. Tövbə eləməyə, iman gətirməyə vaxt var hələ, əfəndilər. Bu məmləkət allahlarla doludu və allahlar olan yerdə allahın olmadığını siz də bilirsiniz, mən də. Hərdən özümdən soruşuram. Burdayammı, deyilmiyəm? Mələkmiyəm, şeytanmıyam? Mən dənizəm, tanrıyam, təbiətin özüyəm. Sən... | ANL |
Görkəmli teatr xadimi Cəlil bəy Bağdadbəyov. Moskvada yüksək teatr təhsili. Azərbaycan mədəniyyətinin inkişafında mühüm xidmətləri olan şəxsiyyətlərdən biri də Cəlil bəy Bağdadbəyovdur. Onun adı mədəniyyət tariximizə dövrünün görkəmli musiqi və teatr xadimi kimi düşüb. Uşaq ikən gördüyüm əyləncələr, tamaşalar, ümumiyyə... | ANL |
Təqiblərlə uzun bir yol gələn yazıçı... Məşhur Əlibəyovlar soyadının davamçısı... Keçən əsrin ikinci yarısında Azərbaycan ədəbi mühitində məşhur olan yazıçılar sırasında Cəmil Əlibəyovun da adı var. Bu illərdə mühüm bir vəzifədə, Azərbaycan Respublikası Radio və Televiziya Verilişləri Komitəsinin sədr müavini vəzifəsin... | ANL |
Azərbaycan tarixində silinməz izlər qoyan Qəzvinilər. Görkəmli xəttat Mir İmad Qəzvini. Qədim Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətləri olan bir çox unudulmaz şəxsiyyətlər var. Dünya tarixinə böyük töhfələr vermiş Azərbaycan alim və sənətkarları arasında bir neçə qəzvinlinin də adı var. Yaşadıqları dövrün... | ANL |
Jurnalistikanın ilk dekanı... Zəmanəsinin ən populyar yazarlarından biri... Çox güman ki, orta nəslin nümayəndələri onun adını yaxşı xatırlayır. Çünki o, həqiqətən də 70-ci illərin sonlarında Azərbaycanda ən çox oxunan yazıçılardan biri idi. Gənclər arasında adı xeyli populyar olan yazarlardan idi Nurəddin Babayev... D... | ANL |
Səfəvilər dövlətinin 2-ci şahı I Təhmasib. On yaşında taxt-taca sahib çıxan şahzadə. Tarixdən məlum olduğu kimi, ilk müstəqil Azərbaycan dövlətinin qurucusu Şah İsmayıl Xətainin vəfatından sonra Səfəvi dövlətinin taxt-tacına onun oğlu I Təhmasib sahib çıxıb. Çaldıran döyüşündən sonra Xorasana göndərilən Təhmasib bir mü... | ANL |
On doqquz illik həbsdən sonra şah taxtına... Səfəvilər tarixindən məlum olduğu kimi, I Şah Təhmasibin ölümündən sonra müəmmalı şəkildə ortaya çıxan vəsiyyətnamə ilə onun yerinə keçən oğlu Heydər Mirzə bir gün sonra qətlə yetirildi. Beləliklə, onun yerinə Şah Təhmasibin ikinci oğlu Şah II İsmayıl taxta gətirildi. Səfəvi... | ANL |
Səfəvi taxt-tacının acı taleli vəliəhdi. Şah I Təhmasibin fərasətli oğlu. Səfəvi dövlətinin tarixində adı xüsusi xatırlanan şəxslər sırasında I Təhmasibin oğlu Heydər Mirzə də var. Şah I Təhmasib oğulları arasında məhz Heydər Mirzəni çox erkən inzibati işlərin idarə olunmasına cəlb etmişdi. İsgəndər bəy Münşinin yazdığ... | ANL |
Dahiləri əbədiləşdirən sənətkar. Sənətkar ananın yolu ilə... Azərbaycan heykəltəraşlıq sənətində xüsusi imzası olan şəxslər sırasında görkəmli sənətkarımız Tokay Məmmədovun da adı var. Onun yaratdığı gözəl sənət əsərlərinə paytaxtın görkəmli yerlərində ucaldılmış dahi şairimiz Nəsiminin və böyük bəstəkarımız Üzeyir Hac... | ANL |
Seyid Əzim Şirvaninin yaxın dostu... XIX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri də Mirzə İsmayıl Qasirdir. Qasir həm klassik, həm də şifahi xalq şeiri üslubunda şeirlər yazmışdır. Mirzə İsmayıl Səlim oğlu Axundov 1805-ci ildə Şamaxı qəzasının (indiki Ağdaş rayonunun) Ləki kəndində ruhani ailəsində ... | ANL |
Şuşanın ilk “gözəl Leylisi”... Bədəlbəylilərin böyük missiyalı yetirməsi. Azərbaycan mədəniyyət tarixində bir çox nəsillərlə bərabər Bədəlbəylilər nəslinin də xüsusi xidmətləri olub. Bu nəsil şəcərəsinin tanınmış nümayəndələri sırasında ilk olaraq dövrünün maarifpərvər ziyalılarından sayılan Bədəl bəy Bədəlbəylini misa... | ANL |
Repressiya qurbanları sırasında 33-cü. Azərbaycanın maarif komissarı. Ağır repressiya illərində qaranlıq zindanlara atılmış, uzaq Sibir tayqalarına sürgün edilmiş və vəhşicəsinə güllələnmiş yüz minlərlə günahsız insanımızın, ziyalılarımızın, elm xadimlərimizin, sənət adamlarımızın, dövlət xadimlərimizin faciəli taleyi ... | ANL |
Milli Qvardiyanın ilk alay komandiri. Milli qəhrəman Əfqan Hüseynov. Qarabağ döyüşlərində qəhrəmanlıqla vuruşan və canını vətən torpaqları uğrunda tərəddüdsüz qurban verən vətən övladlarının adları tarixə silinməz izlərlə yazılacaq. Belə qəhrəmanlardan biri də Azərbaycanın ilk müstəqillik illərində Milli Qvardiyanın za... | ANL |
Unudulmaz uşaq hekayələrinin müəllifi. Qori Müəllimlər seminariyasının dəliqanlı tələbəsi. Keçən əsrin əvvəllərində Azərbaycan xalqının mədəni inkişafında müstəsna rolu olan şəxslərdən biri də görkəmli yazıçı, nasir, maarif xadimi Süleyman Sani Axundovdur. O, C.Məmmədquluzadə, N.Nərimanov, Ü.Hacıbəyov, M.Maqomayev, F.B... | ANL |
Sabir ruhlu yazıçı Qantəmir. Bakıya İstanbul havası gətirən gənc. “Bizim əsas məqsədimiz Azərbaycanın müstəqilliyinin qorunmasıdır. Bu müstəqillik asan alınmayıb, tökülən şəhid qanları hesabına başa gəlib. Biz onların axıtdıqları qanların hədər getməsinə yol verməməli, müstəqilliyimizin qorunub saxlanılması üçün hər bi... | ANL |
Jurnalistikadan yazıçılıq yoluna doğru... Mətbuatın mərkəz nöqtəsində. Azərbaycan ədəbiyyatının inkişafında mühüm xidmətlər göstərmiş görkəmli şəxslərdən biri də yazıçı-jurnalist Əfqan Əsgərovdur. O, ömrünün yarım əsrdən çoxunu mətbuata, ədəbiyyata həsr etmiş, həm nəsr, həm də dramaturgiya sahəsində maraqlı əsərlər yar... | ANL |
Unutmadığımız qəhrəman obrazlarının müəllifi. 80-ci illərin nostaljisini yaşadanlardan biri. Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri sırasında 80-ci illərin məşhur imzalarından biri yazıçı, publisist Əlfi Qasımov da yer alır. Yeddiillik təhsilini kənddə alan, Ağdam pedaqoji texnikumunda təhsilini davam etdirən ... | ANL |
Arayan, araşdıran, toplayan və qələmə alan yazıçı... Azərbaycan ədəbiyyatının maraqlı simalarından söz düşəndə, şübhəsiz, adı tədqiqatçı - yazıçı kimi xatırlanan bir imza da var. Hər kəs üçün maraqlı olan tarixi hadisələri arayıb-axtaran, ipə-sapa düzən, bəzən də bədiiləşdirən məşhur qələm sahibi - Manaf Süleymanov. On... | ANL |
Qara qüvvələrə qarşı dinc yolla müqavimət fəlsəfəsinin yaradıcısı. Ötən həftə diktatorların ölkələrində özləri üçün yaratdıqları şərait və onların şəxsiyyətinə pərəstişdən bəhs edən yazı təqdim etdik. Bu dəfə isə həyatını xalqlarının müstəqilliyi uğrunda mübarizəsinə həsr edən, bu mübarizənin önündə gedən görkəmli şəxs... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.