text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Dövlət Bayrağı Günüdür. Mənə görə, Azərbaycanın dövlət himni dünyada ən duyğulu himn, dövlət bayrağı ən mənalı bayraqdır. Himnimiz harada və hansı şəraitdə səslənir-səslənsin, hisslərini cilovlaya bilməzsən, gözün dolar. Göz önündə Cümhuriyyətin qurulduğu ərəfədə erməni-rus təcavüzünə məruz qalan millətimizin yaşadığı ...
ANL
Tufanlı ömrün yolçusu Seyid Həsən. «İran ruhən və cismən avropalaşmalıdır!». Ötən əsrin əvvəllərindən Cənubi Azərbaycanda baş verən siyasi hadisələrin mərkəzində yer alan şəxslərdən biri də Seyid Həsən Tağızadə olub. O, Təbrizdən olan Azərbaycan türkü idi. Bəzi mənbələr onun əslən Ordubaddan olduğunu göstərir. 1878-ci ...
ANL
“Molla Nəsrəddin”də “Məşədi Sicimqulu” imzası. Satiranın güclü qələmi. Ötən əsrin görkəmli maarifçilərindən və “Molla Nəsrəddin” məktəbinin layiqli nümayəndələrindən biri də şair Əli Nəzmidir. O, dövrünün ən istedadlı yazarları sırasında yer alaraq, dövri mətbuatla daimi əməkdaşlıq etmişdir. Məmmədzadə Əli Məhəmməd oğl...
ANL
Gəncə fəallarından biri... XX əsrin əvvəllərində erməni-daşnak qüvvələri tərəfindən Azərbaycan türklərinə qarşı törədilən qırğın və iğtişaşlar cəmiyyətin vətənpərvər təbəqəsini bir araya gətirdi. Belə gərgin dövrdə baş verən dəhşətlərin qarşısını almaq üçün vahid bir təşkilatda birləşmək böyük zərurət idi. Elə 1906-cı ...
ANL
“Ədəbiyyatşünasların rəhbəri” Xətib Təbrizi. Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri XI əsrdə yaşayıb-yaratmış ensiklopedik biliyə malik böyük şəxsiyyət Xətib Təbrizidir. Xətib Təbrizinin fitri istedadı hələ məktəb yaşlarından özünü göstərməyə başlamışdı. O, şərq poetika nəzəriyyəsi ilə maraqlanır, bu mövzu...
ANL
Azərbaycan tarixinin səhifələri . Sadıq xan Şəqaqi kim olub? Azərbaycan tarixi uzaq keçmişdən bu günə keşməkeşli və unudulmaz hadisələrlə doludur. Bu tarixi hadisələr xronologiyasında XVIII-XIX yüzillərdə baş verənlər də xüsusi diqqət çəkir. Tarixin səhifələrində silinməz izlər qoyan bu dövr eyni zamanda Azərbaycanın c...
ANL
ABŞ-ın ziddiyyətli prezidenti. Ötən həftədən etibarən “Azadlıq”ın hər bazar günü buraxılışında Amerika prezidentləri barədə maraqlı məlumatları oxucularımızla bölüşürük. Daha dəqiq desək, Elşən Bayramzadənin “Amerika prezidentləri” kitabında müxtəlif dövrlərdə Birləşmiş Ştatlara rəhbərlik etmiş şəxslər barədə yazılanla...
ANL
Azərbaycanın ilk Milli Qəhrəmanı Kazımağa Kərimov. Azərbaycanın tarixinə şanlı səhifələr yazan qəhrəmanlarımız sırasında Qarabağ döyüşçülərinin də öz rolu var. Yaşadığımız tarixin şərəf dastanlarını yaradan bu qəhrəmanların adları xalqın varlığı və gələcəyi üçün bir qürur mənbəyidir. Belə qəhrəmanlarımızdan biri də Qar...
ANL
“Alimlərin başçısı” Xacə Hümam Təbrizi. Ana dilli ədəbiyyatımızın ilk imzalarından biri. Ana dilli ədəbiyyatımızın ilk təmsilçilərindən və görkəmli nümayəndələrindən biri də XIII əsrdə yaşayıb yaratmış Xacə Hümam Təbrizidir. Dövrünün maraqlı şairlərindən və xəttatlarından biri kimi tanınan Təbrizinin doğum tarixi dəqiq...
ANL
Xoyskilərin ulu babası Cəfərqulu xan . Azərbaycanda çox məşhur olan və Şəki xanlarına bağlılığı ilə bilinən Xoyski soyadının kökləri Cənubi Azərbaycanın Dünbülü tayfasından gəlir. Mənbələrdə bu familiyanı ilk dəfə Xoy xanı Cəfərqulu xanın götürdüyü yazılır. Cəfərqulu xan Dünbüli Xoy şəhərində anadan olmuşdu. Doğum tari...
ANL
Kino və teatrın sonuncu mogikanlarından biri. Yaşar Nuri alqışlarla son mənzilə yola salındı. Azərbaycan xalq artisti, Akademik Milli Dram teatrının aktyoru Yaşar Nuri dünən səhər saatlarında vəfat edib. Xalq artisti uzun müddət idi ağır xəstəlikdən əziyyət çəkirdi. 2008-ci ilin mayında Yaşar Nuri İstanbul klinikasında...
ANL
Üzeyir bəyin tələbəsi Zakir Bağırov. «Qaynana»nın müəllifi. Azərbaycan milli musiqi mədəniyyətinin zənginləşməsində bəstəkarlarımızın özünəməxsus yeri var. Keçən əsrin əvvəllərindən yetişərək yol gələn böyük bir bəstəkar nəsli musiqi tariximizə misilsiz töhfələr bəxş edib. Belə görkəmli şəxsiyyətlərdən biri də bəstəkar...
ANL
Böyük ictimai xadim və islam alimi. Türk millətinin dünyaya bəxş etdiyi simalar sırasında elə böyük şəxsiyyətlər var ki, onlar haqqında çox az şey bilirik. Bu şəxsiyyətlərdən bəziləri uzaq ölkələrdə ən yüksək mərtəbələrə qədər yüksəlmiş, tanınmış və ya elm aləmində məşhurlaşmışlar. Belə görkəmli simalardan biri də Şeyx...
ANL
Bulud Qaraçorlu Səhənd. Cənubi Azərbaycan ədəbiyyatının görkəmli simaları arasında yer alan qələm sahiblərindən biri də Bulud Qaraçorludur. Hələ sovetlər zamanından həm Arazın o tayında, həm də bu tayında Səhənd ləqəbi ilə məşhur olan şair ədəbiyyat xəzinəmizə gözəl nümunələr bəxş etmişdir. Şairin əsli Qaraçorlu tayfas...
ANL
Urmiyalı diplomat Əsgər xan Əbdülməliki. Tarixi hadisələrin iştirakçısı. Cənubi Azərbaycan tarixində önəmli xidmətləri olan şəxsiyyətlər sırasında Əsgər xan Əbdülməliki Avşarın da xüsusi yeri var. O, XVIII-XIX əsrlərdə Urmiya xanlığının sərkərdəsi, görkəmli diplomatı və ilk framasonu olmuşdur. Əsgər xan Mirzə Məhəmmədc...
ANL
Qədim Qərbi Azərbaycan – Çuxursəd. Tayfa başçısı Sədin adıyla... Hələ çox qədimlərdən Azərbaycan türklərinin yaşadığı Qərbi Azərbaycan əyalətinin böyük tarixi var. Bir çox mənbələrdə bu tarixi əyalətin adı Çuxursəd olaraq verilir. Çuxursəd sözünün türk dilində mənası “torpağın enişi” anlamına gəlir. Alimlərin izahına g...
ANL
Böyük nəslin böyük faciəsi. Yusifbəylilərin daha bir repressiya qurbanı. Məlum olduğu kimi, Gəncənin yetişdirdiyi saysız-hesabsız tarixi soyadlar sırasında Yusifbəylilərin müstəsna yeri var. Gəncə xanlığının məşhur simalarından olan Yusif bəy Yusifbəylinin övladları rus üsul-idarəçiliyi dönəmində Yusifbəyli soyadını qə...
ANL
Görkəmli maarifçi və vətənpərvər Hənifə xanım. Həsən bəy Zərdabinin həyat və mübarizə yoldaşı. Hənifə xanım Məlikovanın adı Azərbaycan tarixinə ilk maarifçi qadınlardan biri kimi düşüb. Azərbaycanda 1908-ci ildə yaradılan ilk qadın xeyriyyə cəmiyyətinin yaradılmasının təşəbbüsçüşü də məhz Hənifə xanım Məlikova olub. Hə...
ANL
“İstiqlal” muzeyinin yaradıcısı. Görkəmli ziyalı və ictimai xadim Hüseyn bəy Mirzəcamalov. Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətləri olan şəxsiyyətlərdən biri də Hüseyn bəy Mirzəcamalov (Hüseyn Camal Yanar) olub. Hüseyn bəy Mirzəcamalov həm də Azərbaycan Xalq Cümhuriyyəti dövründə açılmış və ölkəmizdə ilk ...
ANL
Böyük sufi şeyxi Hacı Mirhəmzə Əfəndi Nigari... Sovet dövründə adları xüsusi olaraq yasaqlanan və irsi hələ də dərindən araşdırılmamış qalan bir çox şairlərimiz var. XIX əsr Azərbaycan ədəbiyyatının belə görkəmli nümayəndələrindən biri də Hacı Mirhəmzə Əfəndi Nigaridir. O, şeirlərini əsasən “Seyid Nigari” təxəllüsü ilə...
ANL
Görkəmli Azərbaycan rəssamı Mirzə Qədim İrəvani. Gənc rəssamın yeni fərqli üslubu... Azərbaycanın XIX əsr təsviri incəsənət ustaları arasında Mirzə Qədim İrəvaninin də önəmli yeri var. Yaradıcılığının ilk dövründə əsasən dekorativ sənət sahəsinə maraq göstərən gənc rəssam divar rəsmləri və bədii tikmələr üçün rəsm və t...
ANL
Yeri görünən yazıçı - Altay Məmmədov. Altay Məmmədov ədəbiyyata nasir kimi gəlmiş, 1950-ci ildən başlayaraq hekayələrini müxtəlif mətbuat olqanlarında çap etdirmiş və bu yazıları ilə ədəbi ictimaiyyətin diqqətini çəkmişdir. O, həm də ədəbiyyatşünaslıq elmimizin, ədəbi tənqidin, ədəbiyyat tariximizin mükəmməl bilicisi i...
ANL
Böyük maarifçi və ictimai xadim Əsgər ağa Gorani. Milli teatrımızı yaradanlardan və milli mədəniyyətimizin inkişafında böyük xidmətlər göstərmiş görkəmli şəxsiyyətlərdən biri də Əsgər ağa Adıgözəlov-Goranidir. Əsgər ağa Gorani Azərbaycan mədəniyyətində öz yeri olan görkəmli simalardan biridir. O, yazıçı, aktyor, teatrş...
ANL
Böyük maarifçi ailəsinin fədakar xanımı . Badisəba xanım Vəkilova. XIX əsrdə Azərbaycanın maarifçilik həyatında misilsiz xidmətləri olan görkəmli şəxsiyyətlər sırasında bir çox qadınların da adı var. Onlardan biri də ədəbiyyatşünas alim, böyük ziyalı Firidun bəy Köçərlinin həyat yoldaşı Badisəba xanım Vəkilovadır. Onun...
ANL
Azərbaycan teatrının ulduzu Ulduz Rəfili. İlk qadın teatr rejissoru. Onun adı Azərbaycan teatr tarixinə ilk qadın teatr rejissoru kimi daxil olub. O, teatr sənətinin inkişafına böyük xidmətlər göstərmiş sənətkarlardan biridir. Ulduz xanım Rəfili... “Rəfili” onun ata soyadıdır, afişa və proqramlarda isə imzası Ulduz Rəf...
ANL
Baharlı oymağından Məhəmməd Bayram xan . Böyük sərkərdə, filosof və şair. Azərbaycan tarixində böyük izlər qoymuş, həyatı və fəaliyyəti az araşdırılmış şəxsiyyətlərdən biri də böyük sərkərdə, filosof və şair Məhəmməd Bayram xan Baharlıdır. Onun babaları XV əsrdə Azərbaycanın cənubunda böyük dövlət qurmuş Qaraqoyunlu ta...
ANL
Culfanın Nəhəcir abidələr kompleksi. Eramızdan əvvələ aid qədim qala. Nəhəcir Culfa rayonunun yaxınlığında eyni adlı kəndin ərazisində yerləşən abidələr kompleksidir. Tədqiqatçılar kəndin ərazisində qədim insan məskəni, qədim qəbiristan və bu qəbiristanda daşdan təbii qoç fiqurları aşkar etmişlər. Bu kənd eyni zamanda ...
ANL
Görkəmli muğam ustadı Hacı Hüsü. Qarabağ ifaçılıq məktəbinin böyük adlarından biri də xanəndə Hacı Hüsü olub. O, Şuşada ifaçılıq sənətinin əsasını qoyanlardan biri sayılır. Hacı Hüsü XIX əsrin ən məşhur xanəndələrindəndir. Atası Niftalı kişi Şuşanın məşhur papaqçılarından idi. Qarabağ bəyləri adətən Niftalı kişinin əl ...
ANL
XIX əsrin görkəmli musiqiçilərindən biri. Mahmud ağa Məmmədzadə... XIX əsr Azərbaycan mədəni mühitinin formalaşmasında bir çox musiqiçilərin və onların fəaliyyət göstərdiyi musiqi məclislərinin önəmli rolu olub. Belə görkəmli şəxslərdən biri də adı bütün Qafqazda məşhur olan Mahmud ağa Məmmədzadə idi. Mahmud ağa Əhməd ...
ANL
İlk ali təhsilli azərbaycanlı memar... Zivər bəy Əhmədbəyov. Bakının qədim memarlıq abidələri dünyanın çox şəhərləri ilə bəhsə girə bilər. Böyük bir tarixi dövrü yaşadan bu sənət nümunələri əsas etibarı ilə ecazkar şərq elementləri əsasında, dünyanın ən qabaqcıl məktəblərinin təcrübəsindən yararlanaraq meydana gəlib. B...
ANL
Nuh peyğəmbər türbəsi nələrdən xəbər verir?.. Nuhun məzarı Naxçıvandadırmı? Naxçıvanda ən qədim insanların yaşaması ilə bağlı sonsuz sayda dəlillər var. Belə önəmli faktlardan biri də uzun illərdən bəri bütün tədqiqatçı alimlərin diqqətini çəkən Nuh peyğəmbərin adı ilə bağlı toponim və abidələrdir. Araşdırmaçılar bu mə...
ANL
Qiyasbəylilər nəslinin məşhurları. Azərbaycan tarixində mühüm xidmətləri olmuş nəsillər arasında Qiyasbəylilərin də xüsusi yeri var. Bu nəslin bir çox ziyalı nümayəndələri önəmli vəzifələrdə millətin inkişafı və tərəqqisi üçün fədakarlıqla çalışmışlar. Qiyasbəylilər nəslinin hərbçi nümayəndəsi Mustafa ağa Həsən ağa oğl...
ANL
Nüvə fizikası sahəsində ilk azərbaycanlı qadın alim. Dilşad xanım Elbrus Talıbxan... Azərbaycan Demokratik Cümhuriyyətinin süqutundan və sovet hakimiyyəti qurulduqdan sonra dünyanın müxtəlif ölkələrinə səpələnmiş azərbaycanlılardan biri də Dilşad xanım Elbrus Talıbxan olmuşdur. Dilşad xanım Türkiyənin İzmir şəhərində E...
ANL
Azərbaycan ədəbiyyat və teatrına töhfələr vermiş 2 qardaş. Şair Nəcəfqulu bəy Şeyda... XIX əsrin sonu, XX əsrin əvvəllərində yaşayıb-yaratmış bəzi qələm sahibləri var ki, onlar haqqında yazılı mənbələrdə çox az məlumat qalıb. Belə şəxslərdən biri də Nəcəfqulu bəy Şeydadır. Mənbələrdən məlum olduğuna görə, Nəcəfqulu bəy...
ANL
AXC zabitinin repressiya olunan qardaşı. Qori Seminariyasının yetirməsi Əhməd ağa Gülməmmədov... Keçən yazılarımızın birində Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli zabiti Osman ağa Gülməmmədov haqqında yazmışdıq. Budəfəki yazını da onun qardaşı, 37-ci il repressiyasının qurbanı Əhməd ağa Gülməmmədova həsr etməyi qəra...
ANL
Praqa təəssüratları. Qərib və uzaq Praqada bizə doğma gələn nələrdir? Xaricdə Yaşayan Azərbaycanlıların Forumunda (FACE) iştirak etmək üçün dəvət alanlardan bir də mən oldum. Hər il bir ölkədə Azərbaycanla bağlı ciddi siyasi-sosial problemlərin müzakirəsini keçirən FACE bu dəfə də maraqlı mövzu seçmişdi: “Eurovision”da...
ANL
Cümhuriyyət fədailəri Ziyadxanovlar. Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli xadimləri sırasında bir sıra böyük nəsillərin nümayəndələri də təmsil olunurdu. Onların sırasında demokratik hökumətdə yüksək vəzifə tutmuş iki qardaş - Adil xan Ziyadxanov və İsmayıl xan Ziyadxanov da var. Onlar Gəncə xanı Cavad xan Ziyadoğl...
ANL
Azərbaycanlı gənc inqilabçı tələbə... Azərbaycanın ictimai-siyasi və mədəni həyatında mühüm xidmətləri olmuş Şahtaxtinskilər haqqında bir neçə yazı təqdim etmişik. Bu yazı da həmin soyadın daşıyıcılarından biri, çar ordusunun polkovniki Əbülfət ağa Şahtaxtinskidən bəhs edir. Əbülfət ağa Nəcəfqulu ağa oğlu 1858-ci ilin ...
ANL
Dekorativ-tətbiqi sənətin ən zərif növü – batika. Qəzetimiz Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə yeni bir layihəyə başlayır. Əvvəlki fəaliyyətin davamı olaraq, bu layihə çərçivəsində milli dövlətçiliyimizin tarixi, milli adət-ənənələrimizin və mədəniyyətimizin təbliğilə...
ANL
Azərbaycan memarlıq tarixində Qarabağ abidələrinin önəmli yeri var. Uzaq tariximizin öyrənilməsində böyük rol oynayan bu abidələr tədqiqatçı alimlər üçün zəngin material mənbəyidir. Qarabağ memarlığının unikal nümunələrindən biri olan Şeyx Babı Yaqub türbəsi də belə abidələr sırasına daxildir. Xalq arasındaÿ "Şıxbaba t...
ANL
Şərqin ilk Konservatoriyası. Üzeyir bəydən yadigar. Şərqdə ilk ali musiqi təhsili ocağı olan Bakı Musiqi Akademiyası fəaliyyət göstərdiyi müddət ərzində zəngin bir yol keçmiş və milli mədəniyyətimizin çoxəsrlik tarixinə yeni parlaq səhifələr yazmışdır. Ölkəmizdə görkəmli bəstəkarlar və ifaçılar nəslinin yetişməsində Ba...
ANL
Gülüşü yaşadan böyük sənətkar. Məşədi Ibadın əvəzsiz ifaçısı. Azərbaycan komediya aktyorluğunun parlaq simalarından biri də xalq artisti Əliağa Ağayev olub. Böyük sənətkar ömrünün ən məhsuldar dövrünü Milli Teatrımıza həsr etmişdir. Klassik aktyorluq ənənələrindən bəhrələnərək orijinal üslub yaradan aktyor hansı rolda ...
ANL
Qalatəpənin “gizlinləri” üzə çıxır. Ağcəbədi rayonu eneolit, tunc, antik dövrlərə və orta əsrlərə aid yaşayış yerlərinin qalıqları ilə zəngindir. Kamiltəpə, Nərgiztəpə, Qaraköbər, Yantəpə, Qalatəpə və Gavur arxı belə yerlər sırasına daxildir. Yaxın zamanlarda arxeoloqlar rayon ərazisində antik dövrə aid şəhər tipli bir...
ANL
AzDramada üsyan. Doğrudan da bu bir üsyandır: illər uzunu sənətin məddahlıq vasitəsinə çevrilməsinə, uzuclaşmasına, mədəniyyət ocaqlarının insanlardan uzaq düşməsinə qarşı üsyan - bəlkə də inqilab, bəlkə də çevriliş? Dram Teatrının səhnəsində dövlət sifarişi əsasında səhnələşdirilən “Yaşlı xanımın gəlişi” tamaşasından ...
ANL
“Bəy həkim” Əkmələddin Naxçıvani... Anadoluda yetişmiş görkəmli alim. XIII əsrdə yaşayıb-yaratmış görkəmli təbabət alimləri arasında Əkmələddin Naxçıvaninin də adı var. Naxçıvani dövrünün tanınmış təbibi kimi böyük nüfuza malik olmuşdur. Səlcuqlar dövrünün təzkirəçilərindən biri olan Əhməd Əflaki Əkmələddin Naxçıvani v...
ANL
Səfəviyyə təriqətinin banisi Şeyx Səfiəddin Ərdəbili. Şah İsmayıl Xətainin ulu babası. Azərbaycanın dünya tarixinə bəxş etdiyi parlaq şəxsiyyətlər siyahısında Şeyx Səfiəddin Ərdəbilinin adı da var. Onun adı səkkiz əsrə yaxındır elm və təsəvvüf dünyasında görkəmli bir şəxs olaraq hörmətlə yad edilir. Ərdəbilinin yaratdı...
ANL
Tarixə silinməz imza atan azərbaycanlı rəssam və memar. Ağa Mirək Mirzə Qiyas. Azərbaycan mədəniyyət tarixində XVI əsr Təbriz rəssamlıq məktəbinin xüsusi yeri var. Bu məktəb tarixə əbədi iz qoyan misilsiz sənət inciləri bəxş etmişdir. Həmin tarixdə Azərbaycanın paytaxtı Təbriz şəhəri şərqin əsas mədəniyyət mərkəzinə çe...
ANL
Əsərləri dünya muzeylərini bəzəyən Sadiq bəy Avşar. XVI əsrdə yaşamış məşhur Azərbaycan rəssamı Sadiq bəy Avşarın əsərləri hələ onun sağlığında ölkə hüdudlarından kənarda şöhrət tapmışdı. Mənşəcə Azərbaycan türklərindən olan Sadiq bəy Avşar tək rəssamlıqla, təsviri sənətlə deyil, eyni zamanda xəttatlıqla məşğul olmuş, ...
ANL
Klassik şeirimizin incə ruhu Heyran xanım. Məşhur Dünbuli nəslinin yetirməsi. Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus yeri olan şəxsiyyətlərdən biri də Heyran xanım olub. Heyran xanım Füzuli ədəbi məktəbinin davamçılarından, klassik Azərbaycan poeziyasının tanınmış nümayəndələrindəndir. Heyran xanımın XVIII əsrin s...
ANL
Balet səhnəmizin gözəl Leylası. Yüksək musiqi təhsili ilə səhnəyə... Peşəkar Azərbaycan musiqisinin inkişafında misilsiz xidmətləri olan sənətkarlarımız sırasında Leyla Vəkilovanın xüsusi yeri var. Yüksək səhnə mədəniyyətinə və ifa texnikası olan sənətkar Leyla Vəkilova insanların yaddaşında təkcə Azərbaycan milli bale...
ANL
Görkəmli sufi alimi Mahmud Şəbüstəri. Öz qiymətli əsərləri ilə Şərq fəlsəfi fikir tarixində əbədi yer qazanan görkəmli Azərbaycan filosofu və şairi Mahmud Şəbüstəri çox qısa ömür sürməsinə baxmayaraq, elm sahəsində böyük şöhrət qazanmışdır. Qədim yunan fəlsəfəsi, zərdüştilik, bütpərəstlik, xristianlıq, islam dini və on...
ANL
Azərbaycanda ilk uşaq baletinin müəllifi. Üzeyir bəyin davamçısı Əşrəf Abbasov. Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlər göstərmiş məşhur sənətkarlardan biri də görkəmli bəstəkarımız Əşrəf Abbasovdur. O, yaradıcılığa ötən əsrin 30-cu illərində tarzən kimi başlamış, Azərbaycan musiqisinin bir çox jan...
ANL
Gözəl şair və yenilməz sərkərdə. Azərbaycan klassik ədəbiyyatında unudulmaz imzası olan gözəl şairlərdən biri də şeirlərini doğma türkcəmizdə yazmış Qazi Bürhanəddindir. Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Kişvəri, Həbibi, Şah İsmayıl Xətai, Molla Pənah Vaqif və bu kimi bi...
ANL
Dəmir xasiyyətli ledi. O həmçinin XIX əsrin əvvəllərindən bəri Britaniya tarixində hökumətə ən uzun müddət rəhbərlik edən şəxs olub. Hakimiyyətə doğru addımları İngiltərənin kasıb mühitindən başlayıb. Belə başlanğıc bu qədər yüksək məqsədə nail olmaq üçün təsəvvüredilməz görünürdü. Lakin o mümkün olmayanı həyata keçirə...
ANL
Böyük nəslin dəyərli simaları. Qafqazın ilk Şeyxülislamı. Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli simalarından biri olan Əli bəy Hüseynzadə türk ictimai fikir tarixində önəmli rol oynamış şəxsiyyətlərdən sayılır. Onun yetişməsində mənsub olduğu nəslin, xüsusi ilə babası Şeyx Əhməd Salyaninin böyük zəhməti olmuşdur. Zə...
ANL
Görkəmli sufi şairi Yusif Məxdum. Xəlvətilik təriqətinin tarixi... Tarixdən məlum olduğu kimi, Azərbaycan ərazisində İslam dininin yayılmasından sonra bir sıra təriqətlər yaranmağa başlamışdı. X əsrdə Azərbaycanda yaranmış belə təriqətlərdən biri də xəlvətilik olmuşdu. Əsası Əbdülqahir Sührəverdi tərəfindən qoyulan xəl...
ANL
Əcəmi Naxçıvaninin memarlıq inciləri. Azərbaycan memarlığının böyük bir tarixi var. Hələ uzaq yüzilliklərdən bəri bu bölgədə yaşayan mahir sənətkarların ucaltdıqları sənət inciləri indiyə kimi öz gözəlliyini qoruyub saxlamaqdadır. Azərbaycan memarlığında öz dəst-xətti olan, məktəb yaratmış sənətkarlardan biri də Əcəmi ...
ANL
Azərbaycan ədəbiyyatının ərəbdilli şairi. Dövrünün məşhur qələm sahibi Musa Şəhavat. Azərbaycan klassik ədəbiyyatının böyük bir hissəsini ərəbdilli şairlərin yaradıcılığı tutur. Belə görkəmli şairlərdən biri də VII əsrin sonu VIII əsrin əvvəllərində yazıb-yaratmış Musa Şəhavat olmuşdur. Tarixdən məlum olduğu kimi, VII-...
ANL
Azərbaycan torpaqlarını ilk dəfə birləşdirən hökmdar. Azərbaycan ərazisində ərəb işğalına qarşı aparılan mübarizə illərində yaranmış dövlətlərdən biri də Sacilər dövləti olub. Asiyanın Əşrusan vilayətinin qədim nəslindən olan bu sülalənin başçıları bir qayda olaraq Afşin ləqəbi götürürdülər. Afşin Heydər ibn Kavus da d...
ANL
Tariximizin ən möhtəşəm adlarından biri. Azərbaycan tarixində ən görkəmli və parlaq şəxsiyyət kimi qalan Şah İsmayıl Xətai Səfəvilər dövlətinin banisi və ilk şahı, klassik Azərbaycan şairidir. Tarixdə ilk dəfə Azərbaycan türkcəsi dövlət dili kimi Şah İsmayıl Xətai zamanı istifadə olunmuşdur. Şah İsmayıl öz şeirlərini “...
ANL
Unudulmaz tarzən Hacı Məmmədov. Azərbaycan mədəniyyətinin inkişafına böyük xidmətlər göstərmiş sənətkarlardan biri də görkəmli tarzən Hacı Məmmədovdur. Milli musiqimizdə çox peşəkar ustad sənətkarlar olub. Hacı Məmmədovun ifaçılığı ayrıca bir məktəbdir. Qurban Pirimov, Bəhram Mansurov kimi böyük sənətkarların yaratdığı...
ANL
Səhnəmizin əfsanəvi Məcnunu. Ölməz obrazlar ifaçısı Sarabski. XX əsr Azərbaycan milli musiqi mədəniyyətinin parlaq şəxsiyyətləri sırasında öz yeri və mövqeyi olan unudulmaz sənətkarlardan biri də teatr xadimi Hüseynqulu Sarabski olub. Bütün ömrünü səhnəyə həsr edən Sarabski əsl sənət fədaisi, səhnəmizin əfsanəvi Məcnun...
ANL
Yalnız Azərbaycanın yox, bütün Yaxın Şərq ədəbi-ictimai fikrinin XII əsrdə yetirdiyi böyük şəxsiyyətlərdən biri də görkəmli şair-filosof, nasir Əfzələddin Xaqani Şirvani olmuşdur. Şairin adı İbrahim, atasının adı Əlidir. Orta əsr mənbələrində o, belə təqdim edilir: Əbu Bədil Əfzələddin İbrahim ibn Əli Nəccar ibn Osman ...
ANL
Əlimərdan bəy Topçubaşovun doğum tarixi ilə bağlı dəqiqləşdirmə. Hörmətli redaksiya, aprel ayının 15-də “525-ci qəzet”də Əlimərdan bəy Topçubaşovun doğum tarixi ilə bağlı tanınmış alim və diplomat Vilayət Quliyevin məqaləsi getmişdir. Həmin məqalədə Əlimərdan bəyin 1865-ci ildə doğulduğu fikrinə üstünlük verilir. Lakin...
ANL
Səfəvilər dövlətinin tarixində mühüm şəxslərdən biri. Tarixdə öz ağlı, döyüş hünəri, bacarığı və cəsurluğu ilə əfsanələşmiş çoxlu şəxsiyyətlər var. Belə şəxsiyyətlər sırasında mənşəcə Azərbaycan türklərindən olan yenilməz sərkərdə və dövlət xadimi Qarapiri bəy Qacarın adı da yer alır. I Şah İsmayılın ən cəsur sərkərdəl...
ANL
Tarixin şahidi - Şeyx Cüneyd türbəsi. Şeyx Cüneydin dövlət mübarizəsi. Azərbaycanın unikal tarixi abidələri sırasında XVI əsrdə inşa olunmuş bir türbənin də xüsusi özəlliyi var. Bu, Səfəvilərin tarixi ilə bağlı olan məşhur Şeyx Cüneyd türbəsidir. Səfəvilər dövründən yadigar qalan bu abidə Qusar rayonunun Həzrə kəndində...
ANL
Azərbaycan klassik poeziyasının görkəmli nümayəndələri sırasında xüsusi yeri olan şairlərdən biri də Kazım ağa Salikdir. O, ibtidai təhsilini molla yanında almış, sonra mədrəsədə şərq dillərini, ilahiyyatı, fəlsəfəni öyrənmişdir. Kazım ağa dövrünün məşhur şairlərindən sayılırdı. O, Salik təxəllüsü ilə şeirlər yazırdı. ...
ANL
Dünya muzeylərinin ən gözəl inciləri. Qədim Azərbaycan miniatürləri. Qədim ənənələri olan Azərbaycan miniatür məktəbi uzun bir yol keçmişdir. Bu gün dünyanın bir çox muzey və kitabxanalarında saxlanan gözəl miniatürlərimiz azərbaycanlı rəssamların necə dəyərli bir irs buraxıb getdiklərindən xəbər verir. Belə unikal əsə...
ANL
Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətləri olan sənətkarlardan biri də görkəmli opera rejissoru kimi tanınan, Özbəkistanın və Azərbaycanın xalq artisti Firudin Səfərovdur. Professor F.Səfərov Özbəkistan Dövlət mükafatı laureatı, Əlişir Nəvai adına Özbəkistan Opera və Balet Teatrının baş rejissoru olub. G...
ANL
Klassik şərq üslubunda yazdığı əsərləri, şeirləri ilə yadda qalan Ağaəli bəy Naseh M.Ə.Sabirin, A.Səhhətin, M.Hadinin yaxın dostu və məsləhətçisi olmuşdur. Firidun bəy Köçərli “Azərbaycan ədəbiyyatı” əsərində “Şirvan şairləri” fəslində şamaxılı Ağaəli bəy Nasehi hörmətlə yad edərək yazırdı: “Ağaəli bəy Naseh təvəllüd e...
ANL
Ədəbiyyatda əbədi sözü və izi qalan alim. Görkəmli ədəbiyyatşünas Mikayıl Rəfili. Mikayıl Rəfili Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən və ictimai, ədəbi-mədəni fikir tariximizin tanınmış simalarından biridir. Əlli üç illik həyatını Azərbaycan ədəbiyyatşünaslığının inkişafına, ədəbiyyat tarixinin araşdırıl...
ANL
Qədim salnaməmizi yazan Budaq Qəzvini. «Cəvahir əl-əxbar» əsərinin müəllifi. Uzaq Azərbaycan tarixinin öyrənilməsində istifadə olunan mənbələr arasında “Cəvahir əl-əxbar” adlı maraqlı bir əsər var. Azərbaycan tarixçisi Budaq Qəzvininin qələmə aldığı həmin əsərin dünyada yeganə, avtoqraf sayılan nüsxəsi M.Y.Saltıkov-Şed...
ANL
Axundovların üç parlaq nümayəndəsi. Tibbi tədqiqatların əsasını qoyan alim. Azərbaycan tarixində böyük xidmətləri olan bir neçə məşhur Axundovlar soyu var ki, onlardan birinin şəcərəsi də Şirvanla bağlıdır. Ötən yazılarımızda Qarabağda tanınmış Axundovlar soyu haqqında söz açmışdıq. Bu dəfəki yazımız isə Şamaxıdan çıxm...
ANL
Çayçılığın inkişafına mühüm töhfələr verən alim. Üsyankar professorun azərbaycanlı tələbəsi. Azərbaycan elminin inkişafında mühüm xidmətləri olan alimlərimiz sırasında bioloqlarımız da önəmli yer tutur. Ölkəmizdə biologiya elminə gözəl töhfələr verən görkəmli bioloqlarımızdan biri də professor Mirzəağa Əlizadə olub. Al...
ANL
Cümhuriyyətin Maarif və Dini etiqad naziri. Azərbaycan tarixinə görkəmli şəxsiyyətlər bəxş etmiş soylardan biri də Şahsuvarovlardır. Bu soyun tarixi çox uzaq keçmişə gedib çıxır. 1825-ci ildə Abbas Mirzə Qovanlı-Qacar Mehdiqulu xan Cavanşiri Dərələyəz mahalına başçı təyin edərək, orda yaşayan obalardan bir neçəsini də ...
ANL
Azərbaycan tarixində iz qoyan Musabəyovlar. İrəvan Müəllimlər Seminariyasının məzunu Vahid bəy. Azərbaycan tarixində bir neçə görkəmli simanın adını yaşadan soyadlar arasında Musabəyovlar da var. Həmin şəxslərdən bizim üçün ən məşhur olanı, heç şübhəsiz, “Neft və milyonlar səltənətində” əsərinin müəllifi İbrahim Musabə...
ANL
Cavanşirlər soyundan iki sərkərdə qardaş. Mehdiqulu xanın yenilməz sərkərdələri. Azərbaycanın məşhur soylarından biri olan Cavanşirlər adları tariximizə əbədi yazılan çox sayda şəxsiyyətlər yetişdirmişdir. Bu soyadın daşıyıcılarından olan Hacı Ağalar bəy və onun qardaşı Rüstəm bəy də də zəmanəsinin tanınmış şəxslərində...
ANL
Azıx mağarasını kəşf edən “patriarx”. Sovet tarixçilərini susduran alim. Azərbaycan arxeologiya elminin tədqiqatçılarından söz düşəndə, ağla gələn ilk ad görkəmli alimimiz Məmmədəli Hüseynov olur. Onun arxeologiya sahəsində gördüyü işlərin dəyəri misilsiz və əvəzolunmazdır. M.Hüseynov Azərbaycan arxeologiya elmində pal...
ANL
Azərbaycan aşıq şeirinin görkəmli nümayəndələri arasında Aşıq Abbas Tufarqanlı xüsusi yer tutur. Şeirlərində “Qul”, “Şikəstə”, “Bikəs” təxəllüslərini işlədən Abbas Tufarqanlı XVI əsrin sonları-XVII əsrin əvvəllərində Güney Azərbaycanda yaşayıb yaratmış görkəmli şair-aşıqlardandır. Abbas Tufarqanlının adıyla bağlı olan ...
ANL
Təbrizli Aşıq Qərib. Aşıq şeirimizin ustad söz sahiblərindən biri də Aşıq Qəribdir. Onun haqqında xalq arasında çox az məlumat var. Aşığın həyat və yaradıcılığı barədə ən mötəbər mənbə “Aşıq Qərib” dastanıdır. Təbriz şəhərində doğulub boya-başa çatan Aşıq Qəribin əsl adı Rəsuldur. Aşıq Qəribin XVI əsrin sonu, XVII əsri...
ANL
Gəncə və Qarabağ bəylərbəyi II Uğurlu xan. Doğma Gəncə torpağı uğrunda savaş. Azərbaycanın tarixində mühüm hadisələrlə dolu keşməkeşli dövrlərdən biri də XVIII əsr hesab oluna bilər. Bu dövrdə baş verən hadisələrin mərkəzində dayanan şəxslər sırasında II Uğurlu xan Ziyadoğlu Qacarın adı da var. Səfəvilər dövlətinin siy...
ANL
İrəvan xanlarının varisləri. Nəslin ən məşhurları. Azərbaycanın məşhur soylarından olan İrəvanskilərin kökləri İrəvan xanlığını təmsil edən görkəmli şəxslərin nəslinə gedib çıxır. Tarixdən məlum olduğu kimi, İrəvan xanları hələ lap qədimlərdən Naxçıvan xanları ilə qohum olublar. İrəvan xanı Hüseynəli xan Qacarın qızı T...
ANL
Görkəmli yazıçımızı yetişdirən nəsil. Nəslin ulu babası Mirzə Haqverdi bəy. Azərbaycana bir çox görkəmli xadimlər bəxş etmiş soylar arasında Haqverdiyevlər nəsli də var. Şübhəsiz ki, bu soyad ilk olaraq hamıya böyük maarifçi və dəyərli yazıçımız Əbdürrəhim bəy Haqverdiyevi xatırladır. Bəli, Əbdürrəhim bəy bu nəslin par...
ANL
Tibbin sirrini bilən qədim təbiblərimiz. Azərbaycanda tibb elminin tarixi çox qədimlərə gedib çıxır. Hələ çox qədimlərdən bu ərazidə tibbin sirlərinə bələd olan məşhur təbiblər vardı ki, onlar təbii yollarla insanları müalicə edir, şəfalı bitkilərin və başqa maddələrin “dilini” gözəl bilirdilər. Qədim tibb tarixini ara...
ANL
Azərbaycan teatrının inkişafında mühüm xidmətləri olan ziyalılar sırasında Qarabağ torpağının yetişdirmələri xüsusi yer tutur. Bu şəxslər hələ peşəkar teatr formalaşmamışdan əvvəl yaranan həvəskar truppalarının oynadığı tamaşalarda yer almış, bir çox hallarda böyük fədakarlıq nümunələri göstərmişlər. Peşəkar teatrımızı...
ANL
Şuşalı Tutayuqlar ailəsi. Nəslin repressiyaya uğrayan maarifçi nümayəndələri. Keçən əsrdə Qarabağda məşhur olan Tutayuqlar ailəsinin adı gələndə ilk olaraq görkəmli alim, biologiya elmləri doktoru Validə xanım Tutayuq xatırlanır. Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü olan Validə xanım təkcə Azərbaycanda deyil, ö...
ANL
Məşhur karikaturaçı rəssam Nəcəfqulu. Azərbaycan rəssamlıq məktəbinin, təsviri sənətimizin görkəmli nümayəndələrindən biri də Nəcəfqulu İsmayılovdur. Onun müxtəlif janrlarda yaratdığı əsərlər, karikaturalar hər zaman böyük maraqla qarşılanıb və bu gün də belədir. 1936-1940-cı illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət ...
ANL
Bu gün türkün adına sığınıb əsl sifətini gizlədən qeyri-türklərin və antitürklərin baş alıb getdiyi, hətta təntənə etdiyi zamanda R.Behrudi poeziyası və sözü bizə mənəvi dərmandır. “İnsan hardan gəlib, niyə yaşayır, öləndən sonra hara gedəcək” sualı bütün zamanların sualı olaraq bəşəriyyəti düşündürmüş və cavabsız qalm...
ANL
“İran türkləri deyildiyi zaman xatirə Azərbaycan gəlir”. Məhəmməd Əmin Rəsulzadənin «İran türkləri» əsəri kitab şəklində nəşr edilib. Xəbər verdiyimiz kimi, 31 yanvar - milli öndər Məhəmməd Əmin Rəsulzadənin doğum günü ərəfəsində onun “İran türkləri” adlı çox dəyərli bir əsəri ayrıca kitab şəklində çap olunub. Kitab fə...
ANL
Rəsulzadə Novxanıda möhtəşəm mitinqlə anıldı. Böyük öndərin abidəsi önündə onun ideyalarının tezliklə bərqərar olacağı elan edildi. Əli Kərimli: "Məhəmməd Əmin o qədər böyük şəxsiyyətdir ki, onun kölgəsini qılınclayanlar da yeri gələndə, onun kölgəsinə sığınırlar». Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin R...
ANL
Gözlərin sirrini bilən böyük alim. Böyük elmi məktəbin yaradıcısı. Azərbaycanda tibb elminin inkişafına mühüm töhfələr vermiş məşhur alimimiz, oftalmoloq Nazim Əfəndiyevin adı bu gün respublikamızın sərhədlərindən kənarda da hörmətlə xatırlanır. Onun adı tibb tarixinə Azərbaycanda oftalmologiya üzrə elmi məktəbin yarad...
ANL
Xoreoqraf Şəhriyar Cəfərov həyəcan təbili çalır. «Milli folklor rəqslərimiz uçurum astanasındadır». Beynəlxalq müsabiqələr laureatı, rəqqas, xoreoqraf Şəhriyar Cəfərov “Azadlıq”a müraciət edib. Qəzetimizə açıqlamasında Ş.Cəfərov bu sənətlə bağlı son dərəcə maraqlı faktlar açıqlayıb. Onun sözlərinə görə, bu gün Azərbayc...
ANL
«Xanəndələr məclisi»ndən el məclislərinə... “Mən İslama kamil oxuyan kimi baxıram. İslamın yaxşı cəhəti odur ki, onun “Segah”larında Azərbaycan ruhu daha çoxdur". Bu sözləri vaxtilə xalq şairi Səməd Vurğun İslam Abdullayev haqqında demişdi. İslam Abdullayev həqiqətən də Azərbaycan musiqi mədəniyyətinə misilsiz töhfələr...
ANL
Riyaziyyatda “Məmmədov üsulu”nun müəllifi. Böyük insan, nüfuzlu alim. Azərbaycanda xalq hərəkatının başlandığı 80-ci illərdə Bakı Dövlət Universitetində təhsil alan tələbələr bu görkəmli alimi və böyük insanı gözəl xatırlayırlar. Qeyd edək ki, o, universitetdə seçki vasitəsilə seçilən yeganə rektor olub. Ölkədə yeni bi...
ANL
Universitetdə 1 nömrəli diplomun sahibi. Universitet auditoriyasından müharibə meydanlarına. İkinci Dünya müharibəsinin başlanması ilə elmi işləri yarımçıq qalan alimlər sırasında onun da adı vardı. Elmi fəaliyyətə 1934-cü ildə Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsinə daxil olduqdan sonra, tələbəlik illə...
ANL
O, musiqinin rənglərini belə görürdü... Məşhur qarmon ifaçısı Kor Əhəd. Azərbaycan musiqisinin inkişafında böyük xidmətlər göstərmiş görkəmli sənətkarlardan biri də qarmonçalan Kor Əhəd olub. Kor Əhəd öz dövrünün istedadlı sənətkarlarından biri idi və onlarca bacarıqlı qarmonçu yetirmişdir. Onlardan Teyyub Dəmirov, Fat...
ANL
Milli mətbuat haqqında ilk qanunun müəllifi. Böyük vətənpərvər, görkəmli ziyalı. 1990-cı ildə İstanbulda məşhur türk yazarı Murat Çulcunun “Erməni intriqalarının pərdə arxası: Torlokyan davası” adlı kitabı nəşr olunub. Böyük dəyəri olan bu kitab tarixə XX əsrin məhkəməsi kimi düşmüş, Azərbaycan Xalq Cümhuriyyətinin(AXC...
ANL
Şərq fəlsəfəsinin gözəl bilicisi Zakir Məmmədov. 37-ci illərdə «repressiya olunan» soyad... Azərbaycan və Şərq fəlsəfəsi tarixinin əvəzolunmaz tədqiqatçısı olan Zakir Məmmədov Azərbaycan elminin inkişafında böyük xidmətlər göstərmiş görkəmli alimlərimizdən biri olub. Onun elmi yaradıcılığı əsasən Şərq fəlsəfəsinin tari...
ANL
Falaqqadan qaçdı, musiqiyə bağlandı... Mirzə Mənsur Azərbaycanın görkəmli tarzənlərindən biri olmuşdur. O, musiqi tariximizdə həm gözəl tar müəllimi, həm də muğamların mahir bilicisi kimi tanınır. Tarzən Mirzə Mansur Mirzə Sadıq Əsəd oğlunun ifaçılıq ənənələrindən bəhrələnmişdir. 11 yaşında ikən valideynləri onu mədrəs...
ANL
Peşəkar Azərbaycan teatrının inkişafında XIX-XX əsr Tiflis mühitinin önəmli rolu olmuşdur. Bu dövrdə Tiflisdə fəaliyyət göstərən Azərbaycan aktyorlarının Bakı və başqa şəhərlərdəki yaradıcı həmkarlarıyla yaxın əlaqələri vardı ki, bu da teatr sənətinin inkişafına böyük stimul verirdi. Bu dövrdə Tiflis teatrının formalaş...
ANL