text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Moskva və Bütün Rusiyanın patriarxı Kirill Təzəpir məscid kompleksi ilə tanış olmuşdur. Aprelin 25-də Moskva və Bütün Rusiyanın patriarxı Kirill Təzəpir məscid kompleksində olmuşdur. Hörmətli qonağı Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə qarşılamışdır. Moskva və Bütün Rusiyanın patriarxı K... | ANL |
Moskva və Bütün Rusiyanın patriarxı Kirill Bakıdakı Jen-mironosis kafedral kilsəsində liturgiya keçirmişdir. Azərbaycanda rəsmi səfərdə olan Moskva və Bütün Rusiyanın patriarxı Kirill aprelin 25-də Bakıdakı Jen-mironosis kafedral kilsəsində liturgiya keçirmişdir. Liturgiyada Bakı və Xəzəryanı Yeparxiyasının yepiskopu A... | ANL |
Bakıda YUNESKO yanında Din Xadimlərinin Məşvərət Qrupunun ilk iclası olmuşdur. Aprelin 26-da Bakıda, "Gülüstan" sarayında keçirilən dünya dini liderlərinin sammiti çərçivəsində YUNESKO yanında Din Xadimlərinin Məşvərət Qrupunun ilk iclası olmuşdur. İclasda Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paş... | ANL |
Ermənilərin soyqırımı iddiaları və tarixi həqiqətlər. Neçə onillikdir ki, daşnaklar 1915-ci ildə Osmanlı Türkiyəsində ermənilərə qarşı "soyqırımı" törədilməsi iddiası ilə beynəlxalq miqyasda geniş kampaniyaya başlamışlar. Özlərinin bu uydurmalarını birinci növbədə erməni-daşnak güruhunun lövbər saldığı Qərb ölkələrinin... | ANL |
Biz Azərbaycanda yüksək inkişafın şahidi olduq. "Biz Azərbaycanda yüksək inkişafın şahidi olduq. Bu fikirləri Bakıda keçirilən dünya dini liderlərinin sammitində iştirak edən Rusiya buddistləri ənənəvi sanqhisi sədrinin müavini Andrey Dondukbayev jurnalistlərə açıqlamasında demişdir. A.Dondukbayev qeyd etmişdir ki, bug... | ANL |
Azərbaycanda yəhudilər özlərini harmoniya və sülh içərisində hiss edirlər. "Heç bir şübhəm yoxdur ki, Azərbaycan Prezidenti İlham Əliyevin sayəsində sizin ölkədə bütün insanlar kimi yəhudilər də özlərini harmoniya və sülh içərisində hiss edirlər." Bu fikri Bakıda keçirilən dünya dini liderlərinin sammitinin iştirakçısı... | ANL |
İnsan hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi Avropa Məhkəməsinin E.Fətullayevin işi ilə bağlı çıxardığı qərarla əlaqədar bəyanat yaymışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov Avropa Məhkəmə... | ANL |
Bakıda Rusiya və Qafqaz dini liderlərinin görüşü keçirilmişdir. Aprelin 26-da Bakıda, "Gülüstan" sarayında keçirilən dünya dini liderlərinin sammiti çərçivəsində Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Moskva və Bütün Rusiyanın patriarxı Kirill və bütün ermənilərin katolikosu II Qaregin ar... | ANL |
Bir daha Azərbaycan elminin islahat yolları haqqında. Azərbaycan elminin bugünkü vəziyyətinin kütləvi informasiya vasitələrində müzakirəsi, şübhəsiz, ölkə Prezidentinin 10 aprel 2008-ci il tarixli "Azərbaycan elmində islahatların keçirilməsi ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında" sərəncamı ilə bağlıdı... | ANL |
AŞ PA sədri mətbuat konfransı keçirmişdir. Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sədri Mövlud Çavuşoğlu ənənəvi olaraq sessiya başlamazdan əvvəl jurnalistlər üçün mətbuat konfransı keçirmişdir. AŞ PA sədri bir qədər əvvəl Azərbaycana etdiyi səfərə toxunmuş, ölkəmizdə parlament seçkilərinə yüksək hazırlıq işlə... | ANL |
Moskva və Bütün Rusiyanın patriarxı Kirillin Azərbaycana rəsmi səfəri başa çatmışdır. Aprelin 26-da Moskva və Bütün Rusiyanın patriarxı Kirillin Azərbaycana rəsmi səfəri başa çatmışdır. Heydər Əliyev adına Beynəlxalq Hava Limanında hörmətli qonağı Baş nazirin müavini Elçin Əfəndiyev, Dini Qurumlarla İş üzrə Dövlət Komi... | ANL |
Fransa-Azərbaycan münasibətlərinin cari vəziyyəti müzakirə olunmuşdur. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, nazir E.Məmmədyarov Fransa Respublikasının Xarici İşlər Nazirliyinin Kontinental Avropa Qafqaz İdarəsinin rəisi Roland Qalaraq ilə görüşmüşdür. Görüş zamanı tərəf... | ANL |
Moskvada "Bakıçılıq" və "Canalı üzərində Ay" kitabları çapdan çıxmışdır. Moskvanın "Vozrojdeniye" nəşriyyatında tanınmış Azərbaycan yazıçı və publisisti Fərhad Ağamalıyevin iki kitabı çapdan çıxmışdır. "Bakıçılıq" ("Bakinstvo") kitabında rəssam Dmitri Korotçenkonun rəsmləri ilə illüstrasiya olunmuş 15 esse toplanmışdır... | ANL |
Azərbaycan-Türkiyə İş Adamları Birliyi İdarə Heyətinin üzvləri XİN-də olmuşlar. Azərbaycan-Türkiyə İş Adamları Birliyindən (ATİB) bildirmişlər ki, qurumun idarə heyətinin üzvləri Xarici İşlər Nazirliyində (XİN) nazir, müavini Mahmud Məmmədquliyevlə görüşmüşlər. M.Məmmədquliyev bildirmişdir ki, XİN əsasən, xarici siyasə... | ANL |
Müəllif Hüquqları Agentliyində qeydiyyatdan keçmiş 8 minə yaxın əsərin elektron məlumat bazası yaradılmışdır. Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədri, professor Kamran İmanov bildirmişdir ki, qurumda folklor nümunələrindən ibarət xüsusi qorunan, rəqəmli multimedia kitabxanası yaradılmışdır. Burada ... | ANL |
Ermənilərin azərbaycanlılara və Anadolu türklərinə qarşı törətdikləri soyqırımı faktların dili ilə. Soyqırımı - bütöv əhali qruplarının, etnosların irqi, milli, etnik, yaxud dini əlamətlərə görə tamamilə və ya qismən məhv edilməsi deməkdir. Ermənilər türklər tərəfindən onlara qarşı soyqırımı törədildiyini iddia etsələr... | ANL |
Dağlıq Qarabağ - Cənubi Qafqazın münaqişəsi. Pakistanda çıxan "Pulse" qəzeti İslamabaddakı Qayd Əzəm Universitetinin professoru, politoloq İştiaq Əhmədin "Dağlıq Qarabağ - Cənubi Qafqazın münaqişəsi" sərlövhəli məqaləsini dərc etmişdir. Məqalənin tərcüməsini oxucuların diqqətinə çatdırırıq. 1991-ci ildə Sovet İttifaqın... | ANL |
ABŞ-ın Massaçusets ştatı Xocalı qırğınını tanımışdır. Bu il fevralın 25-də ABŞ-ın Massaçusets ştatının Nümayəndələr Palatası Xocalı qırğınını tanımış və müvafiq sənəd qəbul etmişdir. Palatanın sədri Robert de Leo tərəfindən imzalanmış sənəddə deyilir: "Bu sənədlə hamıya elan edilir ki, Massaçusets ştatının Nümayəndələr... | ANL |
Cəmi 53 il ömür sürmüş ədəbiyyatşünas alim Mikayıl Rəfili görkəmli pedaqoq, tərcüməçi, tənqidçi, şair və sənətşünas idi. Adətən onun haqqında yazanlar Mikayıl Rəfilini ədəbiyyatşünas alim kimi təqdim edirlər. Çoxşaxəli yaradıcılıqla məşğul olan Mikayıl Rəfili həm də mükəmməl mətbuat xadimi, böyük jurnalist, sənətşünas ... | ANL |
Milli mətbuatımızın şanlı səhifəsi. Şərqin ilk satirik jurnalı "Molla Nəsrəddin"in nəşrinin 104-cü ildönümü münasibətilə Naxçıvan Dövlət Universitetində ənənəvi "Mirzə Cəlil günləri" keçirilmişdir. Universitetin Tələbə Teatr Studiyasında əməkdar mədəniyyət işçisi Gülxarə Əhmədovanın rejissorluğu ilə səhnələşdirilmiş "Ö... | ANL |
Hərbçilərə istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın ödənməsi qaydaları təkmilləşdirilir. Aprelin 22-də Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin növbəti iclası keçirildi. Milli Məclis Sədrinin birinci müavini, parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov gündəlikdə iki məs... | ANL |
Pakistanla yaxın əməkdaşlıq əlaqələri bir çox sahələrdə olduğu kimi, hərbi sahədə də uğurlu nəticələri ilə nəzərə çarpır. Bakıda rəsmi səfərdə olan Pakistan İslam Respublikasının müdafiə katibi Səyid Əthar Əli aprelin 22-də Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyevlə görüşmüşdür. Fəxri xiyabanda... | ANL |
Rusiya Federasiyası Federasiya Şurasının sədri Sergey Mironov Moskvada MDB ölkələri parlamentlərinin rəhbərləri ilə görüşmüşdür. Rusiya Federasiya Şurasının sədri Sergey Mironov MDB parlamentləri aparatlarının rəhbərləri ilə görüşmüşdür. Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyevin başçılığı ilə Milli Məclis... | ANL |
Rusiya Federasiya Şurasında MDB ölkələri parlament aparatlarının rəhbərləri ilə görüş keçirilmişdir. Federasiya Şurasında MDB parlamentləri aparatlarının rəhbərlərinin işçi görüşü keçirilmişdir. Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyevin rəhbərliyi ilə nümayəndə heyətinin iştirak etdiyi görüşdə MDB ölkələri parlam... | ANL |
Azərbaycan ilə İndoneziya arasında münasibətlərin inkişafı üçün geniş potensial vardır. Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, aprelin 22-də nazir Elmar Məmmədyarov İndoneziya Parlamenti Nümayəndələr Palatasının sədr müavini Pramono Anunq Vibovonun rəhbərlik etdiyi nümayəndə heyəti ... | ANL |
Xarici İşlər Nazirliyində Ukraynanın Azərbaycandakı səfiri ilə görüş olmuşdur. Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən bildirmişlər ki, aprelin 22-də nazir Elmar Məmmədyarov Ukraynanın ölkəmizdəki səfiri Boris Klimçuk ilə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar görüşmüşdür. Görüşdə B... | ANL |
Xarici İşlər Nazirliyində Ukraynanın Azərbaycandakı səfiri ilə görüş olmuşdur. Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən bildirmişlər ki, aprelin 22-də nazir Elmar Məmmədyarov Ukraynanın ölkəmizdəki səfiri Boris Klimçuk ilə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar görüşmüşdür. Görüşdə B... | ANL |
Heydər Əliyev Fondu ilə tanışlıq. Ulu öndər Heydər Əliyevin anım günü ərəfəsində 1982-1987-ci illərdə SSRİ Nazirlər Sovetinin katibliyində və 9-cu idarəsində çalışan əməkdaşlardan ibarət nümayəndə heyəti aprelin 22-də Heydər Əliyev Fondunda olmuşdur. Rusiyalı qonaqların arzusu ilə gerçəkləşən səfər Heydər Əliyev Fondun... | ANL |
Milli Məclisdə görüş. Aprelin 22-də Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Sankt-Peterburq hökumətinin Gənclər siyasəti və ictimai təşkilatlarla əlaqələr komitəsinin nümayəndə heyəti ilə görüşmüşdür. H.Rəcəbli Azərbaycanda həyata keçirilən gənclər siyasət... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev Stavropol vilayətinin qubernatoru Valeri Qayevskinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 27-də Stavropol vilayətinin qubernatoru Valeri Qayevskinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Dövlət başçı... | ANL |
İslam Konfransı Təşkilatının Nizamnaməsinin təsdiq edilməsi haqqında. Azərbaycan Respublikasının Qanunu. Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: İslam Konfransı Təşkilatının 2008-ci il martın 14-də Dakar şəhərində imzalanmış Nizamnaməsi təsdiq edilsin. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti. | ANL |
Adil Abdulla əl-Fəlahın "Dostluq" ordeni ilə təltif edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası ilə Küveyt Dövləti arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində xidmətlərinə görə Adil Abdulla əl-Fəlah "Dostluq" ordeni ilə təltif edilsin. İlham ƏLİYEV, Azərbaycan Res... | ANL |
Z.B.Qaralovun Azərbaycan Respublikasının Baş prokuroru təyin edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu bəndinə uyğun olaraq qərara alıram: Zakir Bəkir oğlu Qaralov Azərbaycan Respublikasının Baş prokuroru təyin edilsin. İlham ƏLİ... | ANL |
Koreya Respublikasının Prezidenti zati-aliləri cənab Li Men Baka. Hörmətli cənab Prezident! "Çeonan" hərbi gəmisinin qəzaya uğraması nəticəsində həmvətənlərinizin həlak olması xəbəri məni son dərəcə kədərləndirdi. Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olan dənizçilərin ailələrinə və yaxın adamlarına, bütün xalqınız... | ANL |
Prezident İlham Əliyev: "Biz qloballaşma dedikdə dünyəvi dostluğu və əməkdaşlığı nəzərdə tuturuq". Dünya vahid bir orqanizmdir, millətlər, xalqlar isə bu orqanizmin əzaları. Bu əzalardan ən kiçiyi belə yaralansa, ağrısını bütün orqanizm çəkəcəkdir. Yaşadığımız dünya bü gün belə bir vücud formasındadır. Görünür buna da ... | ANL |
Azərbaycan Tibb Universitetinin 80 illik yubileyinin keçirilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. 2010-cu ildə ölkəmizin zəngin ənənələrə malik ali təhsil müəssisələrindən olan Azərbaycan Tibb Universitetinin yaradılmasının 80 illiyi tamam olur. Ötən illər ərzində respublikamızda təbabətin ən ... | ANL |
YAP nümayəndə heyəti Koreya Respublikasında səfərdədir. Aprelin 27-də Koreya Respublikasının (KR) Böyük Millət Partiyası "Hannara"nın dəvəti ilə Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədovun başçılıq etdiyi nümayəndə heyəti bu ölkəyə gəlmişdir. Səfərin ilk günü KR-i... | ANL |
Parlament növbəti neft sazişini təsdiqlədi. Aprelin 27-də Milli Məclisin növbəti plenar iclası keçirildi. Milli Məclisin Sədri Oqtay Əsədov iclası açıq elan etdi. Deputatlar öncə gündəliyə və digər məsələlərə dair təkliflərini verdilər. Deputat Aqil Abbasov bildirdi ki, İsrail parlamentində qondarma erməni soyqırımı mə... | ANL |
Z.Qaralovun Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında. Azərbaycan Respublikası Milli Məclisinin Qərarı. Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Zakir Bəkir oğlu Qaralovun Azərbaycan Respublikası ... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev Bakıya gətirilmiş yeni sərnişin avtobuslarına baxmışdır. Aprelin 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıya gətirilmiş yeni sərnişin avtobuslarına baxış keçirmişdir. Paytaxt yollarının beynəlxalq standartlara uyğun olaraq yenidən qurulması, yeni körpülərin və yolö... | ANL |
Prezident İlham Əliyev açılış mərasimində iştirak etmişdir. Aprelin 28-də Bakıda, Heydər Əliyev adına İdman-Konsert Kompleksində "Aitf-2010" IX Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi işə başlamışdır. Azərbaycan Prezidenti İlham Əliyev sərginin açılış mərasimində iştirak etmişdir. Dövlət başçısına məlumat ve... | ANL |
Bakıda Azərbaycan-Rusiya biznes forumu keçirilmişdir. Aprelin 27-də Rusiya Federasiyası Stavropol vilayətinin qubernatoru Valeri Qayevskinin Bakıya səfəri çərçivəsində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Stavropol vilayəti qubernatorluğunun təşki... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev Əlcəzairin dini işlər və vəqflər naziri Buabdulla Qulamullanı qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 28-də Əlcəzairin dini işlər və vəqflər naziri Buabdulla Qulamullanı qəbul etmişdir. Əlcəzairin dini işlər və vəqflər naziri Buabdulla Qulamulla Azər... | ANL |
Azərbaycan ilə İran arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunmuşdur. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, aprelin 27-də nazir Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan İran-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Seyid Kazım Musəvi və digər deputatlar ilə... | ANL |
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Koreya Respublikasının Milli Assambleyasının üzvü Sanq Dikin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 28-də Koreya Respublikasının Milli Assambleyasının üzvü Sanq Dikin başçılıq etdiyi nümayəndə heyət... | ANL |
Azərbaycan-İran parlamentlərarası əlaqələr yeni mərhələdə uğurla inkişaf edir. Aprelin 27-də Milli Məclisin Azərbaycan-İran parlamentlərarası dostluq qrupunun üzvləri ilə ölkəmizdə səfərdə olan İran İslam Respublikasının İslam Şurası Məclisinin İran-Azərbaycan parlamentlərarası dostluq qrupu arasında görüş keçirildi. A... | ANL |
Heydər Əliyevin siyasi irsi milli ideologiyanın inkişafına xidmət edir. Tarixən hər bir müstəqil dövlətin yaranmasını, inkişafını, möhkəmlənməsini və davamlı olmasını digər tarixi-siyasi səbəblərlə yanaşı, xalqı bu dövlətin ətrafında birləşdirəcək güclü ideyanın olması da şərtləndirir. Əgər hər hansı siyasi-ictimai, ya... | ANL |
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Parisdə YUNESKO-nun baş direktoru İrina Bokova ilə görüşmüşdür. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva aprelin 28-də Parisdə. YUNESKO-nun əsas iqamətgahında bu quru... | ANL |
Xalqı dövlətçilik ideallarına qovuşdurmuş rəhbər. Böyük mütəfəkkirlərdən olmuş Mark Avreli yazırdı ki, hər bir xalqın gerçək potensialı yalnız fenomenal liderlik keyfiyyətlərini öz parlaq şəxsiyyətində yaşadan insanların dövlətçilik fəaliyyətində açıla bilər. Bugünün özündə də dünyanın bir çox nüfuzlu dövlətləri məhz f... | ANL |
AMEA-nın illik ümumi yığıncağı keçirilmişdir. Aprelin 28-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) illik ümumi yığıncağı keçirilmişdir. Yığıncaqda AMEA-nın həqiqi və müxbir üzvləri, institut və digər təşkilatların rəhbərləri, Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev, humanitar siyasət məsələ... | ANL |
Dəyərli alim, qayğıkeş ana, sədaqətli həyat yoldaşı. Xeyirxahlıq, nəciblik və saflıq yaranışdan insanlığın ən ali zinəti sayılaraq onun bu fani dünyada əbədiyaşarlığını, daim mənəvi ucalıqda dayanmasını təmin edir. Konkret həyat amalına malik yüksək mənəviyyat sahibləri şərəfli və mənalı ömür səhifələri ilə başqalarına... | ANL |
Hərbə də hazırıq. Danışıqlar prosesini qeyri-konstruktiv mövqe nümayişi ilə uzatmaq cəhdləri indiki şəraitdə Ermənistan üçün o qədər də məqbul görünməsə belə, işğalçı dövlətin rəhbərliyi bunu ən pis variantlar sırasında "ən optimal gediş" sayır. Belə görünür ki, köhnə təkliflərin zaman-zaman yenidən gündəmə gətirilməsi... | ANL |
Şahbəyli kəndində tibb məntəqəsi üçün yeni bina istifadəyə verilmişdir. Yaponiya hökumətinin "Ot kökləri və insan təhlükəsizliyi" qrant layihəsi çərçivəsində Kürdəmir rayonunun Şahbəyli kəndində tibb məntəqəsi üçün yeni binanın açılış mərasimi keçirilmişdir. Smeta dəyəri 84 min 475 ABŞ dolları olan tibb ocağı tenderdə ... | ANL |
Ekoloji biliklərin təbliği sahəsində fəallığa görə "İki sahil" qəzeti mükafata layiq görülmüşdür. Məlumat verildiyi kimi, aprelin 7-dən 11-dək Azərbaycan Respublikası Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ), İctimai Televiziya və Radio Yayımları Şirkətinin ... | ANL |
Xalqa layiqli liderlik missiyası. Əhalinin sosial rifahının yaxşılaşdırılması ümummilli lider Heydər Əliyev siyasi kursunun prioritet istiqamətlərindəndir. Əsrlər boyu liderlik institutu siyasətşünas və filosofların əsas müzakirə mövzularından olmuş, bu fenomeni dərindən öyrənməyə çalışmış böyük mütəfəkkirlər bir-birin... | ANL |
Bu dünyada hərəmiz qismətimizə Tanrı tərəfindən yazılmış bir ömür payı yaşayırıq. Əslində, ömrün zaman məsafəsinə bölünməklə hesablanması sırf şərti kateqoriyadır. Çünki ömür dedikləri bir hikmət, bir fəlsəfədir. Bizcə, insan ömrünün uzunluğunu yaşanmış illərin kəmiyyəti ilə deyil, ona məna və məzmun bəxş etmiş əməllər... | ANL |
Dünya dini liderlərinin Bakı sammiti yekun bəyannamənin qəbul olunması ilə başa çatmışdır. Bakıda keçirilən dünya dini liderlərinin ikigünlük sammiti aprelin 27-də yekun bəyannamənin qəbul olunması ilə başa çatmışdır. Sammitin iştirakçıları - 33 ölkədən olan xristian, müsəlman, yəhudi, buddist və induist dinlərinin rəh... | ANL |
Hər gün xatırlanan xeyirxah insan. Azərbaycanın oftalmologiya elmini bütün dünyada tanıdan, yüksək intellekti, tibbi və pedaqoji fəaliyyəti, mənəvi keyfiyyətləri, yaratdığı fundamental əsərləri ilə məşhur olan akademik, tibb eləmləri doktoru, professor Zərifə Əliyevanın elmdə açdığı yol ildən-ilə inkişaf edir, geniş vü... | ANL |
Bakıda akademik Zərifə Əliyevanın anadan olmasının 87-ci ildönümünə həsr olunmuş beynəlxalq elmi konfrans işə başlamışdır. Aprelin 28-də akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində akademik Zərifə Əliyevanın anadan olmasının 87-ci ildönümünə həsr olunmuş beynəlxalq elmi konfrans işə başlamışdır. Tədbir... | ANL |
Dünyanı ölkəmizlə qovuşduracaq sərgi. Heydər Əliyev adına İdman və Konsert Kompleksində aprelin 28-dən 30-dək keçiriləcək 9-cu Azərbaycan Beynəlxalq "Turizm və Səyahətlər" və 4-cü Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və ləvazimatlar sərgisinin açılışına həsr olunmuş mətbuat konfransı ... | ANL |
"Ana - müqəddəslik zirvəsi" mövzusunda müsabiqənin qalibləri mükafatlandırılmışlar. Aprelin 28-də görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş paytaxt məktəbliləri arasında "Ana - müqəddəslik zirvəsi" mövzusunda inşa müsabiqəsinin yekunu ilə bağlı tədbir keçirilmişdir. Ailə, Qadın ... | ANL |
Bakıda TÜRKSOY-un qeyri-maddi mədəni irsin qorunmasına dair III Beynəlxalq seminarı keçirilir. Aprelin 27-də Bakıda TÜRKSOY-un qeyri-maddi mədəni irsin qorunmasına dair III Beynəlxalq seminarı işə başlamışdır. Azərbaycanın Mədəniyyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə Muzey Mərkəzində keçirilən "Türkdilli xa... | ANL |
YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının birinci katibi "Avropanın qeyri-maddi mədəni irsi" övzusunda beynəlxalq simpoziumda iştirak etmişdir. 2010-cu il aprelin 23-24-də Budapeştdə Macarıstan Elmlər Akademiyasının Etnologiya İnstitutu və Avropa Folklor İnstitutunun birgə təşkilatçılığı ilə "Avropanın qeyri-maddi m... | ANL |
Azərbaycan Respublikasının Elm, Mədəniyyət və Ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı. Komissiya bildirir ki, elm, mədəniyyət və ədəbiyyat üzrə 2010-cu ilin dövlət mükafatlarına aşağıdakı işlər təqdim olunmuşdur: Elm sahəsi üzrə. Telman Əliyev - "Defektlərin yaranmasının gizli dövrünün küylərin analiz... | ANL |
Yeni Azərbaycan Partiyası ilə Koreyanın Böyük Millət Partiyası arasında anlaşma memorandumu imzalanmışdır. Koreya Respublikasının iqtidarda olan Böyük Millət Partiyası - "Hannara"nın dəvəti ilə bu ölkədə səfərdə olan Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov aprelin 28-də Koreya Milli Assambleya... | ANL |
"Zərifə Əliyeva" bədii-publisistik kitabının təqdimat mərasimi olmuşdur. Aprelin 28-də akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində "Görkəmli adamların həyatı" seriyasından rus dilində nəşr edilmiş "Zərifə Əliyeva" bədii-publisistik kitabının təqdimat mərasimi keçirilmişdir. Milli Məclisin deputatı, yaz... | ANL |
Naxçıvan MR Ali Məclisinin sədri Türkiyəyə rəsmi səfər etmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun dəvəti ilə qardaş ölkəyə səfər etmişdir. Ali Məclisin sədri və onu müşayiət edən şəxslər Azərbaycan xalqının ümummilli lideri, türk dünyasını... | ANL |
"Heydər Əliyev və Azərbaycanda müstəqil dövlət quruculuğu" mövzusunda konfrans keçirilmişdir. Aprelin 28-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr edilmiş "Heydər Əliyev və Azərbaycanda müstəqil dövlət q... | ANL |
Konstitusiya Məhkəməsində "Hüquq elminin müasir problemləri" mövzusunda II Beynəlxalq Bakı konfransının Türkiyədən olan nümayəndələri ilə görüş keçirilmişdir. Aprelin 28-də Konstitusiya Məhkəməsində aprelin 29-da Bakıda öz işinə başlayacaq, ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr edilmiş ... | ANL |
Ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında saziş imzalanmışdır. Aprelin 28-də Nazirlər Kabinetində Azərbaycan Respublikası hökuməti və Rusiya Federasiyası Stavropol vilayəti hökuməti arasında ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında saziş imzalanmışdır. Sənədi Azərbaycan Baş naziri... | ANL |
Saziş əməkdaşlığın daha da genişlənməsinə xidmət edəcəkdir. İmzalanmış saziş Azərbaycan və Stavropol vilayəti hökumətləri arasında mövcud əməkdaşlığın daha da genişlənməsinə xidmət edəcəkdir. Bu fikir aprelin 28-də Nazirlər Kabinetində Azərbaycan Respublikası hökuməti və Rusiya Federasiyası Stavropol vilayəti hökuməti ... | ANL |
Bakıda "Bədbəxt hadisələrdən sığortalanma: inkişaf tarixi, islahatlar, mövcud problemlər" mövzusunda beynəlxalq seminar keçirilir. Aprelin 28-də Bakıda "Bədbəxt hadisələrdən sığortalanma: inkişaf tarixi, islahatlar, mövcud problemlər" mövzusunda beynəlxalq texniki seminar işə başlamışdır. Seminar iştirakçıları əvvəlcə ... | ANL |
İkili standartlara yol vermədən bütün qadınların hüquqları müdafiə edilməlidir. AŞ PA-nın yaz sessiyası çərçivəsində Finlandiyadan olan deputat Kristina Kiurunun "Avropada həll olunmamış münaqişələrin qarşısının alınması və nizamlanmasına qadınların cəlb edilməsi" adlı məruzəsi ətrafında müzakirələrdə Azərbaycanın nüma... | ANL |
"Yolumu nəvələrim davam etdirər". Bu tarix fransız baletmeysteri Jan Jorj Noverin doğum günü ilə bağlıdır. Jan Jorj Nover müasir dünya baletinin nəzəriyyəçisi və islahatçısı hesab olunur. Elə buna görədir ki, onu hələ də rəqs aləmində "Müasir baletin atası" adlandırırlar. O, qəhrəmanlıq və faciə istiqamətləri üzrə yeni... | ANL |
Azərbaycanda boşanmalar artmayıb, heç doğum da azalmayıb. Bu günlərdə Rusiya telekanallarının birində çıxış edən sosioloq ölkəsindəki demoqrafik vəziyyətdən danışırdı. Sözarası dedi ki, Rusiyada dünyasını dəyişənlərin sayı doğulan körpələrin sayını xeyli üstələyir. Bunu məhz sözarası söylədi, özü də çox soyuqqanlıqla. ... | ANL |
Bu gün Azərbaycanın bölgələrinə yatırılan sərmayənin əksəriyyəti yerli mənbələr hesabına təmin edilir. Aprelin 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Salyan rayonuna gəlmişdir. Son illər Azərbaycanın bütün bölgələrində olduğu kimi, Salyan rayonunun da sosial-iqtisadi inkişafı istiqamətində mühüm tədbi... | ANL |
Aprelin 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Salyanda soyuducu anbar kompleksinin açılışında iştirak etmişdir. Məlumat verildi ki, tikintisinə 2008-ci ildə başlanılan və 5 hektar ərazini əhatə edən kompleks Prezident İlham Əliyevin tapşırığına əsasən İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək ... | ANL |
Salyan rayon ictimaiyyətinin nümayəndələri ilə görüş. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da Salyanda soyuducu anbar kompleksinin açılışından sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür. Prezident İlham ƏLİYEV mərasim iştirakçılarını salamlayaraq dedi: - Yenidən Salyanda olmağımd... | ANL |
Aprelin 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Salyanda elektrik yarımstansiyanın və yüksəkgərginlikli hava xətlərinin istifadəyə verilməsi ilə bağlı keçirilən mərasimdə iştirak etmişdir. "Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev dövlətimizin başçısına həyata keçirilən inşaat işləri və bu ene... | ANL |
Biləsuvarda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da Biləsuvar rayonuna gəlmişdir. Cari ilin birinci rübündə rayonda ötən ilin müvafiq dövrü ilə müqayisədə əsas iqtisadi göstəricilərdən tutmuş, kənd təsərrüfatı, sənaye, nəqliyyat, rabitə, tikinti, tic... | ANL |
Dövlətimizin başçısı Biləsuvarda regional ana və uşaq mərkəzinin binası ilə tanış olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev aprelin 29-da Biləsuvarda regional ana və uşaq mərkəzinin binası ilə tanış olmuşdur. Təməli 2009-cu ildə qoyulan Biləsuvar regional ana və uşaq mərkəzinin tikintisi bir il ərzində davam etdiril... | ANL |
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da Biləsuvar dairəvi avtomobil yolunun açılışında iştirak etmişdir. Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair qəbul etdiyi qərarların və verdiyi tapşırıqların icrası ilə əlaqədar regionlarda avtomobil yollarını... | ANL |
Biləsuvarda müasir konserv zavodu işə salınmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Biləsuvara səfəri çərçivəsində "Azərsun" Holdinqin "Natural Green Land" kənd təssərrüfatı müəssisəsinin və konserv zavodunun açılışında iştirak etmişdir. Müəssisənin kollektivi dövlətimizin başçısını hərarətlə qarşılad... | ANL |
Biləsuvarda yeni gömrük buraxılış məntəqəsi açılmışdır. Aprelin 29-da Prezident İlham Əliyev Biləsuvarda yeni gömrük buraxılış məntəqəsinin açılışında iştirak etmişdir. Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev dövlətimizin başçısına raport verdi. Prezident İlham Əliyev açılışı bildirən lenti kəsdi və müasir standar... | ANL |
Prezident İlham Əliyev Cəlilabadda bir sıra sosial və istehsal təyinatlı obyektlərin açılışında iştirak etmişdir. Dövlətimizin başçısı əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu, ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdi. Sonra Prezident İlham Əliyev Cəlilabad "Şərab-2" ASC-nin açılış... | ANL |
Azərbaycan ordusu işğal olunmuş torpaqları hər an azad etməyə qadirdir. ATƏT-in Minsk qrupunun Cənubi Qafqazda sülh və təhlükəsizliyə ciddi təhdid olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki səyləri uzun illərdir ki, rəsmi Yerevanın qeyri-konstruktiv, pozucu mövqeyi üzündən nəticəsiz ... | ANL |
Niderlandın Kraliçası ülyahəzrət Beatriksə. Ülyahəzrət! Niderland Krallığının milli bayramı - Kraliça günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm. Əminəm ki, Azərbaycan-Niderland dövlətlərarası münasibətləri, çoxşaxəli dostluq və əm... | ANL |
Tarixdə və yaddaşlarda əbədi yaşayacaq şəxsiyyət. Azərbaycan Prezidenti İlham Əliyev 2009-cu ilin noyabrında Bakı Dövlət Universitetinin 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə demişdir: "Azərbaycan iqtisadi cəhətdən artıq oturuşmuş dövlət kimi tanınır. Mən hesab edirəm ki, biz artıq iqtisadi sahədə keçid ... | ANL |
Məhkəmə-hüquq sistemində mütərəqqi islahatların müəllifi. Cəmiyyətə fəal və ciddi təsir göstərməklə onu yönləndirməyə qadir liderlər həm də kütləni özünə tabe etdirmək, insanları ardınca aparmaq, ən başlıcası, xalqın mənəvi bütövlüyünə nail olmaq xüsusiyyətləri ilə seçilmişlər. Tarixə öz möhürünü vurmuş böyük liderlər ... | ANL |
Azərbaycan tarixinin parlaq səhifəsinə imza atan lider. "Qüdrətli öndərsiz bir millət heç nəyə nail ola bilməz. Heydər Əlirza oğlu Atatürk qədər qüdrətli bir türkdür". Bülənd Ecevid. Bəli, qardaş Türkiyənin sabiq baş naziri B.Ecevitin bu hikmətli sözündə böyük həqiqət var. Məndə o xoşbəxtlərdənəm ki, XX əsr Azərbaycan ... | ANL |
Neft Daşlarında Heydər Əliyev muzeyi. Azərbaycanın paytaxtında, iri şəhərlərində, uzaq-yaxın bölgələrində insanlar ulu öndərə böyük ehtiram və dərin məhəbbət nişanəsi kimi Heydər Əliyev muzeyləri yaradıblar. Bu həm də ulu öndərin keçdiyi şərəfli həyat yoluna bir daha nəzər salmaq, böyüməkdə olan nəsli bu yola daha yaxı... | ANL |
Azərbaycanda neft-maşınqayırma sənayesinin böyük potensialı var. Bu potensialdan istifadə etməyin vaxtı çatıb. Ümummilli lider Heydər Əliyevin apardığı uğurlu neft siyasəti nəticəsində 1994-cü ilin sentyabrında imzalanmış "Əsrin müqaviləsi" ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində məlum səbəblərdən... | ANL |
Bakıda müxtəlif ölkələrin elm xadimləri hüquq elminin müasir problemlərini müzakirə edirlər. Aprelin 29-da Bakı Dövlət Universitetində (BDU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş "Hüquq elminin müasir problemləri" mövzusunda ikinci Beynəlxalq konfrans işə başlamışdır. BDU-nun və... | ANL |
Azərbaycanın xarici işlər naziri italiyalı həmkarı ilə görüşmüşdür. İtaliyada səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov aprelin 29-da bu ölkənin xarici siyasət idarəsinin rəhbəri Franko Frattini ilə görüşmüşdür. Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, görüşdə na... | ANL |
AŞ PA-dakı Azərbaycan və Ermənistan nümayəndə heyətləri rəhbərlərinin görüşü olmuşdur. Aprelin 28-də AŞ PA-nın yaz sessiyası çərçivəsində Azərbaycan və Ermənistanın qurumdakı nümayəndə heyətlərinin rəhbərləri arasında Parlament Assambleyasının sədri Mövlud Çavuşoğlunun iştirakı ilə görüş keçirilmişdir. Görüş barədə jur... | ANL |
Stavropol Dövlət Universiteti ilə BDU arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır. Aprelin 29-da ölkəmizdə səfərdə olan Stavropol Dövlət Universitetinin rektoru, professor Vladimir Şapovalovun rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) olmuşdur. Qonaqları səmimi salamlayan BDU-nun rektoru, Mil... | ANL |
İçərişəhərlə tanışlıq qonaqlarda xoş təəssürat oyatmışdır. Bakıda səfərdə olan Rusiyanın Stavropol vilayətinin qubernatoru Valeri Qayevskinin başçılıq etdiyi nümayəndə heyəti paytaxtın görməli yerləri ilə tanış olmuşdur. Gəzintiyə Qoşa qala qapısından başlayan qonaqlar "Azərxalça" İstehsalat Birliyinin "Azərbaycan xalç... | ANL |
"Zaqatala çox gözəl şəhərə çevrilir. Həmişə belə idi, həmişə gözəl şəhər idi. Amma siz yəqin razılaşarsınız ki, son illər ərzində burada aparılan böyük quruculuq-abadlıq işləri nəticəsində şəhər daha da gözəlləşir". Bu yerlərin təbii gözəllikləri ilə yanaşı, abadlıq-quruculuq işləri ilk andaca diqqəti çəkir. Bu məsələd... | ANL |
Atam qəhrəmanım idi. Dünyanı dərk etməyə başlayandan atam Əbdül Zeynalovun xasiyyətində görə bildiyim birinci keyfiyyət onun insanlarla ünsiyyət qurmaq bacarığı olub. Uşaq olsaq da, atamın çörək kəsdiyi, çay süfrəsi arxasında saatlarla söhbət etdiyi, "əmi" deyə çağırdığımız bu insanları televiziya ekranında görəndə, sə... | ANL |
Akademik Zərifə Əliyevanın xatirəsi Bərdədə böyük ehtiramla anıldı. Dəyərli bir nəslin yetirməsi, görkəmli akademik, ulu öndər Heydər Əliyevin sədaqətli ömür-gün yoldaşı Zərifə xanım Əliyevanın anadan olmasının 87-ci ildönümü Bərdədə böyük ehtiramla yad edilmişdir. Görkəmli akademikin adını daşıyan məktəbdə keçirilən t... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.