text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
İsrail dövlətinin Prezidenti zati-aliləri cənab Şimon Peresə. Hörmətli cənab Prezident! Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan-İsrail münasibətlərinin inkişafı, dostluq və əməkdaşlığımızın möhkəmlən... | ANL |
“Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-ci il 18 aprel tarixli 391 nömrəli Fərmanına əlavə edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Nazirliyin b... | ANL |
“Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Strukturu”nun təsdiq edilməsi və Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 13 fevral tarixli 363 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi”nə dəyişiklik və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Prezi... | ANL |
R.Y.Rzayevin Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri təyin edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq qərara alıram: Ramiz Yaqub oğlu Rzayev Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri təyin edilsin... | ANL |
Türkiyənin xarici işlər naziri Azərbaycanda səfərdədir. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu aprelin 19-da Azərbaycana səfərə gəlmişdir. Bakıya səfəri çərçivəsində türkiyəli nazir Vaşinqtonda aparılmış danışıqları, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri Azərbayca... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 19-da Türkiyə Respublikasının xarici işlər naziri Əhməd Davudoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Türki... | ANL |
Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə Polşa Respublikasının Prezidenti Lex Kaçinskinin dəfn mərasimində iştirak etmişdir. Xəbər verildiyi kimi, aprelin 18-də Polşa Prezidenti Lex Kaçınskinin Krakov şəhərində dəfn mərasimi keçirilmişdir. Mərasimdə Azərbaycanı Baş nazir Artur Rasizadənin rəhbərliyi ilə nüm... | ANL |
Ümummilli liderin məzarını və Şəhidlər xiyabanını ziyarət. Azərbaycanda səfərdə olan Küveyt dövlətinin Milli Məclisinin qadın deputatlarından ibarət nümayəndə heyəti aprelin 19-da Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əkli... | ANL |
Küveyt dövləti Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyini müdafiə edir. Milli Məclis sədrinin müavini Bahar Muradova aprelin 19-da Azərbaycanda səfərdə olan Küveyt parlamentinin qadın deputatları ilə görüşmüşdür. B.Muradova ölkələrimiz arasındakı əlaqələrin tarixindən danışmış, münasibətlərimizi... | ANL |
İnsan hüquqlarının müdafiəsində qadınların rolunun artması və gender bərabərliyinin təmin edilməsi hər bir ölkədə güclü inkişafa səbəb olur. İnsan hüquqları, gender bərabərliyi, beynəlxalq əməkdaşlıq və digər məsələlərə dair məlumat mübadiləsi Küveyt ilə Azərbaycan arasındakı dostluq münasibətlərinin inkişafına olduqca... | ANL |
Küveyt dost Azərbaycanla əməkdaşlığın inkişafına böyük önəm verir. Azərbaycanda səfərdə olan Küveyt dövlətinin parlamentinin qadın deputatlarından ibarət nümayəndə heyətinin rəhbəri xanım Məsumə Saleh əl-Mubarək jurnalistlərə müsahibəsində səfərin əsas məqsədinin Azərbaycan və Küveyt dövləti arasında dostluq və əməkdaş... | ANL |
Prezident İlham Əliyevin qətiyyətli və düşünülmüş siyasəti Azərbaycanın genişmiqyaslı inkişafına möhkəm zəmin yaradır. Azərbaycanın davamlı inkişafı və mövqelərinin güclənməsi bizə dost münasibət bəsləyənlərlə yanaşı, uğurlarımızı gözü götürməyən siyasi dairələrdə də etiraf edilməkdədir. Amma əgər dostlar nailiyyətləri... | ANL |
Azərbaycan Diplomatik Akademiyası "Fəlsəfə doktorlarının inkişafına Dəstək Proqramı"na başlamışdır. Azərbaycan Diplomatik Akademiyası "Fəlsəfə doktorlarının inkişafına Dəstək Proqramı"na başlamışdır. Akademiyadan bildirmişlər ki, proqramın əsas məqsədi xaricdə fəlsəfə doktoru elmi dərəcəsi almış və doktorantura təhsili... | ANL |
AŞ PA Azərbaycanda demokratikləşmə prosesini yüksək qiymətləndirir. 2001-ci ilin yanvarından nüfuzlu beynəlxalq təşkilat kimi tanınan Avropa Şurasının tamhüquqlu üzvü olan Azərbaycan Respublikası ötən 9 ildən artıq bir müddətdə inteqrasiya yolu seçdiyi Avratlantik məkanın dəyərlərini qiymətləndirdiyini sübuta yetirib. ... | ANL |
Həlledici mərhələ. Ölkə başçısı, Ali Baş Komandan Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesində Azərbaycanın istənilən ssenariyə hazır olduğunu bir daha bildirdi. Beynəlxalq birliyin və Ermənistanın qarşısında Azərbaycanın qoyduğu tələb kifayət qədər aydın və qətidir. Əgər dünya həmişə böyük geosiyasi əhəmiyyətə m... | ANL |
Azərbaycan müsbət inkişafını gücləndirir və davam etdirir. Bu fikri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2010-cu ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında səsləndirmişdir. Azərbaycan ötən il iqtisadi sahədə keçid dövrünü başa vuraraq inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qo... | ANL |
Əbədiyaşar insan. "Dahi" sözünün mənası "Azərbaycan dilinin izahlı lüğəti"ndə aşağıdakı kimi verilib: xariqüladə ağıl və zəkaya malik şəxs. "Xariqüladə" məfhumu isə qeyri-adi, misli görünməmiş kimi ifadə edilir. Dahi o insandır ki, bütün yaradıcılığını, fəaliyyətini vətəninin tərəqqisinə, xalqının rifah halının yüksəld... | ANL |
Vatikanla Azərbaycan arasında mədəniyyət sahəsində əməkdaşlıq genişlənir. Azərbaycanın Fransadakı səfirliyindən bildirmişlər ki, Azərbaycan Respublikası mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Vatikanda bu ölkənin kitabxana və məxfi arxivinin direktorları ilə görüşmüşdür. Görüşdə nazir ölkəmizdə Qafqaz Albaniyasını... | ANL |
Məlum olduğu kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, beynəlxalq hakim Faiq Həsənov şahmatın inkişafında xidmətlərinə görə "Prezidentin fəxri diplomu" ilə təltif edilmişdir. Şahmat Federasiyasında keçirilən mərasimdə fəxri diplomu Faiq Həsənova gənclər və idman na... | ANL |
Onun yaradıcısı və ilk baş direktoru Əhməd bəy Ağaoğludur. Malta sürgünündən Türkiyəyə dönən Əhməd bəy Ağaoğlu 1920-ci ildə Atatürk ideyalarını yayan və qızğın müdafiə edən "Hakimiyyəti-milliyyə" qəzetinin baş redaktoru olur. Bu o vaxtlar idi ki, Osmanlı imperatorluğu mərkəzində "Türkiye-Havas-Röyter" adlı xəbər agentl... | ANL |
Tarixi abidələri qorumaq lazımdır. Ölkəmizin tarixi qədimdir. Bunu respublikamızın ərazisində olan qədim yaşayış məskənləri, əsrlərin sınağından çıxaraq bu günə gəlib çatmış qiymətli abidələr də aydın göstərir. Xalqımızın keçmişini özündə yaşadan bu mənəvi dəyərlər hələ açılmamış sirlərlə doludur. Bununla belə həmin ar... | ANL |
Böyük ədibin anıldığı ünvan. Böyük dövlət xadimi, yazıçı, həkim kimi tanınmış Nəriman Nərimanovun anadan olmasının 140 illiyi ilə əlaqədar ədibin Bakı şəhərindəki Xatirə Muzeyinə ziyarətə gələnlərin sayının artması səbəbsiz deyil. Nəriman Nərimanov yenidən oxunur, tədqiq olunur, dərk edilir. Xatirə Muzeyinin bu günlərd... | ANL |
Rayon icra hakimiyyətinin iqtisadiyyat şöbəsindən bildirmişlər ki, albom-kataloqun hazırlanıb yayılması, əslində bir neçə zərurətdən irəli gəlmişdir. Birincisi, İsmayıllı xalçaları barədə Bakı və respublikamızın digər ərazilərində ətraflı bilgilərin verilməsidir ki, sifarişlər artsın. İkincisi və ən əsası isə, bu xalça... | ANL |
Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişiklik və əlavə edilməsi barədə Azərbaycan Respublikasının Qanunu. Emitentin istiqraz buraxılışının maksimal həcminə dair tələblər haqqında qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”. 1078-28.4-cü maddəsinin ikinci cümləsində “Qiymətli kağızlar ... | ANL |
“Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişiklik və əlavə edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 23 fevral tarixli 960-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişiklik və əlavə edilməsi barəd... | ANL |
Astara rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" Astara rayonunda da uğurla həyata keçirilir. Dövlət proqramının icrası nə... | ANL |
M.Q.Cabbarlının Şəki şəhəri İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Murad Qorxmaz oğlu Cabbarlı Şəki şəhəri İcra Hakimiyyətinin başçısı təyin edilsin. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti. | ANL |
N.A.İbrahimovun Şəki şəhəri İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Nazim Asabəli oğlu İbrahimov Şəki şəhəri İcra Hakimiyyətinin başçısı. vəzifəsindən azad edilsin. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti. | ANL |
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti zati-aliləri cənab Jak Roqqeyə. Hörmətli cənab Jak Roqqe! Dünya Olimpiya hərəkatına baş vermiş ağır itki - Beynəlxalq Olimpiya Komitəsinin fəxri prezidenti Don Xuan Antonio Samarançın vəfatı məni dərindən kədərləndirdi. Don Xuan Antonio Samarançın simasında dünya idman ictimai... | ANL |
Azərbaycan demokratiya dəyərlərini daha möhkəm özüllər üzərində qurur. Qərb təsisatları ilə əməkdaşlığı daim gücləndirən ölkəmiz Avratlantik məkana uğurlu inteqrasiyanı davam etdirir. Ölkəmizin XX əsrin son onilliyində qazandığı dövlət müstəqilliyindən ötən dövr tarix üçün elə böyük vaxt sayılmasa da, bu müddətdə əldə ... | ANL |
İndoneziya nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etmişdir. Azərbaycanda səfərdə olan İndoneziya parlamentinin Nümayəndələr Palatasının sədr müavini Pramono Anunq Vibovonun rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 21-də Fəxri xiyabana gələrək görkəmli dövlət xadimi, ul... | ANL |
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı İndoneziyanın mövqeyi dəyişməzdir. Aprelin 21-də Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan İndoneziya Parlamenti Nümayəndələr Palatasının sədr müavini Pramono Anunq Vibovonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Qonaqları salamlayan Milli Məclisin Sədri O... | ANL |
Azərbaycanla İndoneziya arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük potensial var. Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir. İndi ölkəmizin təkcə neft sektoru deyil, qeyri-neft sektoruna da əsaslı sərmayə qoyulur. Azərbaycanın iqtisadi sahədə əldə etdiyi uğurlar digər ölkələr üçün də nümunə ola bilər... | ANL |
İndoneziya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Aprelin 21-də ölkəmizdə səfərdə olan İndoneziya Parlamenti Nümayəndələr Palatasının sədr müavini Pramono Anunq Vibovonun rəhbərlik etdiyi nümayəndə heyəti Milli Məclisdə Azərbaycan-İndoneziya parlamentlərarası işçi qrupunun üzvləri ilə görüşdülər. İşçi qrupunun rəh... | ANL |
Əməkdaşlıq hər iki ölkənin milli maraqlarına xidmət edir. Aprelin 21-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ölkəmizdə səfərdə olan İndoneziya Parlamenti Nümayəndələr Palatasının sədr müavini Pramono Anunq Vibovonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdülər. Qo... | ANL |
"Elektron media: dövlət tənzimlənməsi və ictimai nəzarət" mövzusunda elmi-nəzəri konfrans keçirilmişdir. Aprelin 21-də Milli Televiziya və Radio Şurasında (MTRŞ) "Elektron media: dövlət tənzimlənməsi və ictimai nəzarət" mövzusunda elmi-nəzəri konfrans keçirilmişdir. Konfransda Prezident Administrasiyasının nümayəndələr... | ANL |
ATƏT-in Minsk qrupunun tərkibi dəyişdirilə bilər. Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov jurnalistlərə açıqlamasında bildirmişdir ki, ATƏT-in Minsk qrupunun tərkibi dəyişdirilə bilər. Ə.Həsənov demişdir: "Son zamanlar, ümumiyyətlə Avropada, dünyada bu məsələ ətrafında bir na... | ANL |
Heydər Əliyevin idarəçilik irsi dövlətin kadr hazırlığının əsas qayəsini təşkil edir. Ümummilli lider Heydər Əliyevin dövlətçilik ideyalarının elmi-nəzəri əsasları təkcə bugün üçün deyil, gələcək üçün də çox əhəmiyyətlidir. İllər keçdikcə biz bunu daha aydın görür və dərk edirik. Heydər Əliyevin idarəçilik məharəti çox... | ANL |
İkinci Dünya müharibəsində Qələbənin qazanılmasında Azərbaycan xalqı misilsiz rəşadət göstərmişdir. Aprelin 21-də Polis Akademiyasında Böyük Qələbəyə həsr olunmuş "Böyük Vətən müharibəsi illərində daxili işlər orqanlarının cinayətkarlığa qarşı apardığı mübarizə" mövzusunda elmi-praktiki konfrans keçirilmişdir. Konfrans... | ANL |
BMT-nin cinayətkarlıqla mübarizəyə həsr olunmuş 12-ci konqresi keçirilmişdir. Bu il aprelin 12-19-da Braziliyanın Salvador şəhərində BMT-nin Cinayətkarlığın qarşısının alınması və cinayət ədliyyəsinə dair 12-ci konqresi keçirilmişdir. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, dünyanın, demək olar ki, bü... | ANL |
Azərbaycanla Sankt-Peterburq arasında gənclər sahəsində əməkdaşlığa dair protokol imzalanmışdır. Azərbaycan Gənclər və İdman Nazirliyinin dəvəti ilə Sankt-Peterburq hökumətinin Gənclər Siyasəti və İctimai Təşkilatlarla Qarşılıqlı Əlaqələr Komitəsinin sədri Sergey Qrişinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda səfərd... | ANL |
Böyük elmə doğru atılan ilk addımlar. "Lomonosov" Beynəlxalq elmi konfransında iştirak etmiş M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialının bir qrup tələbəsi Moskvadan qayıtmışdır. Ali təhsil müəssisəsinin həyatında belə hadisə ilk dəfə baş vermişdir. Axı, Bakı filialının cəmi iki yaşı vardır. ... | ANL |
Azərbaycanın danışıqlar prosesində iştirakını şərtləndirən mühüm amillərdən biri respublikamızın haqlı mövqeyini beynəlxalq miqyasda və əsasən də mötəbər təşkilatlar çərçivəsində sübuta yetirmək üçün vaxt imkanı əldə etməsidir. Yəni ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar prosesi son nəticədən asılı olmaya... | ANL |
Tuğ məktəbi zəngin ənənələrini bu gün də yaşadır. Bu gün doğma torpaqlarının, ata-baba yurdlarının nisgili ilə yaşasalar da, hər keçən gün bu yerlərin xiffətindən ürəklərində qalanan həsrət alovu daha gur yansa da, qaçqın və məcburi köçkünlər indi gələcəyə böyük ümidlərlə baxırlar. Bilirlər ki, zaman böyük sürətlə Azər... | ANL |
Tariximizin obyektiv salnaməçisi. Mənəvi meyarların yad təsirlərə məruz qaldığı hazırkı qloballaşma dövründə yüksək keyfiyyətləri, saf həyat idealı, şəxsiyyətinin bütövlüyü ilə fərqlənən ləyaqətli insanların cəmiyyətdəki müstəsna yeri və rolu daha qabarıq görünür. Belə nəcib insanların dərk edilmiş məsuliyyətə əsaslana... | ANL |
Tarı ürəyinin səsi dilləndirirdi. Onda bir qəvvaslıq var idi. Topladığı incilər isə musiqi mədəniyyətimizin dərin ümmanında hər kəsin əli yetməyən muğamlar olardı. Məşhur tarzən Hacı Məmmədovun çalğısını dinləyənlər, onun sənətinə, sözün həqiqi mənasında, bələd və aşiq olanlar bilirlər ki, Hacı Məmmədovun ifaçılığı ayr... | ANL |
Mədəniyyət və Turizm Nazirliyi sistemində çalışan əməkdaşların nəzəri hazırlıq səviyyəsi artırılır. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi yeni layihə həyata keçirir. Nazirlik sistemində çalışan əməkdaşların nəzəri hazırlıq səviyyəsinin artırılması məqsədi ilə tanınmış alimlərin iştirakı ilə "Milli mədəniyyət və müa... | ANL |
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyində ordu quruculuğu məsələlərinə həsr olunmuş müşavirə keçirilmişdir. Prezident İlham Əliyevin çıxışı. - Ordu quruculuğu məsələləri həmişə diqqət mərkəzindədir. Çünki uzun illərdir ki, Azərbaycan torpaqları işğal altı... | ANL |
Roma Papası XVI Benedikt həzrətlərinə. Zati-müqəddəsləri! Tacqoyma gününüz münasibətilə Sizi şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Əminəm ki, Azərbaycan-Vatikan münasibətləri, dostluq və əməkdaşlığımız humanizm ideallarının və ümumbəşəri dəyərlərin təntənəsi naminə daim inkişaf edə... | ANL |
Azərbaycan-Türkiyə birliyi zamanın sınağından yenə də uğurla çıxdı. Son proseslər Azərbaycan Prezidenti qarşısında erməni dövlət başçısının nə qədər cılız, müti və qorxaq göründüyünü beynəlxalq birliyə bir daha nümayiş etdirdi. Tarixin ən ağır sınaqlarından belə uğurla çıxmağı bacaran Azərbaycan-Türkiyə dostluğunun sar... | ANL |
Pakistan Azərbaycanla digər sahələrdə olduğu kimi, müdafiə sənayesi istiqamətində də əməkdaşlığı genişləndirməkdə maraqlıdır. Aprelin 23-də Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov ölkəmizdə səfərdə olan Pakistanın müdafiə katibi Səyid Əthar Əlinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Müdafiə Sən... | ANL |
Azərbaycan beynəlxalq hüquqa əsaslanan mövqeyini nümayiş etdirmək əzmindədir. Qondarma "erməni soyqırımı" iddialarını tanıyan bəzi aparıcı dövlətlərin təcavüzkarı aşkar himayə etməsi Azərbaycanda haqlı narazılıq doğurur. İki əsrdən artıq müddətdə qonşu xalqlara və dövlətlərə qarşı ərazi iddiaları ilə çıxış edərək insan... | ANL |
Erməni terroru cəzasız qalmayacaq. Məsum bir insanın qətlini bütün bəşəriyyətin qətlinə bərabər tutan islam tarix boyu terrorla heç bir əlaqəsi olmayan, qanlı-qadalı müharibələrə, separatizmə, ekstremizmə, təcavüzkar millətçiliyə qarşı ən sərt mübarizə mövqeyində dayanan, dinindən, dilindən, irqi mənsubiyyətindən və ic... | ANL |
Əbədiləşən qan yaddaşımız. Bir vaxtlar başqa dövlətlərin ərazilərindən Azərbaycan torpaqlarına köçürülən ermənilər hər fürsət düşəndə xalqımıza və ərazi bütövlüyümüzə qənim kəsilmişlər. Onlar öz mənfur məqsədlərinə çatmaq üçün insanlığa yaraşmayan, bəşəriyyətə ləkə olan bütün metodlardan istifadə etmişlər. 1813-cü və 1... | ANL |
Tarixin qanla yazılmış səhifəsi. Müasir cəmiyyətdə Azərbaycan tarixinin indiyədək tam işıqlandırılmayan faciəli səhifəsinə - mürəkkəb, dramatizm və böyük itkilərlə dolu olan 1918-ci ilin mart soyqırımı hadisələrinin yenidən araşdırılmasına böyük ehtiyac var. Yeri gəlmişkən, Azərbaycan xalqı sonrakı illərdə də dəfələrlə... | ANL |
Bakıda "Ənənəvi mədəni nümunələr və biliklər əqli mülkiyyət kimi: erməni plagiatçılığı" mövzusunda konfrans keçirilmişdir. Aprelin 23-də Muğam Teatrında Azərbaycan Müəllif Hüquqları Agentliyi (MHA) və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə "Ənənəvi mədəni nümunələr və biliklər əqli mülkiyyət kimi: erməni ... | ANL |
Erməni zülmünü görmüş yüz yaşlı qadın. Varlığından xəbər tutanda ürəyim atdandı. Uzaq uşaqlıq illərinin xoş xatirələrində qalmış dili laylalı, ağzı dualı, əli quranlı nənələrin durna qatarına bənzəyən dəstəsi gözlərimin qarşısından keçdi. Görünür müdriklərimiz qız övladları üçün ad seçəndə həmişə onları gül kimi ətirli... | ANL |
Azərbaycandan mühüm beynəlxalq nəqliyyat dəhlizləri keçir. Ölkənin yol-nəqliyyat infrastrukturunun yenidən qurulması bu üstünlükdən səmərəli istifadə etməyə imkan verir. Azərbaycanın sosial-iqtisadi sahədə son illər əldə etdiyi nailiyyətlər dünyanın nüfuzlu maliyyə qurumları tərəfindən də etiraf olunur. Qlobal maliyyə ... | ANL |
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyində ordu quruculuğu məsələlərinə həsr olunmuş müşavirə keçirilmişdir. Müdafiə naziri general-polkovnik Səfər Əbiyev müşavirədə çıxış edərək dedi: - Möhtərəm Prezident, cənab Ali Baş Komandan! Sizi Müdafiə Nazirliyində... | ANL |
Əlamətdar hadisə münasibətilə Beyləqan rayonu ərazisində xocavəndli məcburi köçkünlər üçün salınmış Xocavənd qəsəbəsinin mədəniyyət evində təntənəli yubiley tədbiri keçirilmişdir. Tədbirdə Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Milli Məclisin deputatlar... | ANL |
Teatrın növbəti layihəsi. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı kollektivi "Azərbaycan" Universiteti ilə birgə layihə əsasında "Teatr, təhsil və mənəviyyatımız" mövzusunda növbəti tədbir keçirmişdir. Tədbiri teatrın direktoru, əməkdar artist Mübariz Həmidov açaraq özünəməxsus ənənəsi olan mədəniyyət ocağının tarixi... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev Moskva və Bütün Rusiyanın Patriarxı Kirilli qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 24-də Moskva və Bütün Rusiyanın Patriarxı Kirilli qəbul etmişdir. Azərbaycan dövlətinin başçısı patriarx Kirilli qarşıladı. Prezident İlham ƏLİYEV qonağı salamlayaraq... | ANL |
Moskva və Bütün Rusiyanın Patriarxı Kirillin "Şərəf" ordeni ilə təltif edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dostluq əlaqələrinin inkişafındakı xidmətlərinə görə Moskva və Bütün Rusiyanın Patriarxı Kirill "Şərəf" ordeni ilə təltif edi... | ANL |
Moskva və Bütün Rusiyanın Patriarxı Kirill Azərbaycana rəsmi səfərə gəlmişdir. Moskva və Bütün Rusiyanın Patriarxı Kirill aprelin 24-də Azərbaycana rəsmi səfərə gəlmişdir. Heydər Əliyev adına Beynəlxalq Hava Limanında hörmətli qonağı Baş nazirin müavini Elçin Əfəndiyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri ... | ANL |
Silahlı Qüvvələrimiz Ermənistanın bütün ərazisində yerləşən hədəfləri məhv etməyə qadirdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyində keçirilən müşavirədə deyilənlər bunu bir daha təsdiqləyir. Azərbaycanın zəngin dövlətçilik tarixində güclü ordunun yaradılması hər zaman prioritet məsələ olmuşdur. Bu ... | ANL |
Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə qondarma "erməni soyqırımı" müzakirə edilmişdir. Aprelin 24-də Azərbaycanda Atatürk Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə qondarma "erməni soyqırımı" ilə bağlı "Əsrin saxtakarlığı" mövzusunda "dəyirmi masa" keçirilmişdir. Tədbirdə YAP İdarə Heyə... | ANL |
Azərbaycan tarixi portalının təqdimat mərasimi keçirilmişdir. Aprelin 24-də "İrəli" İctimai Birliyinin təşkilatçılığı ilə www.history.az - Azərbaycan tarixi portalının təqdimat mərasimi keçirilmişdir. İctimai birliyin sədri Ceyhun Osmanlı məlumat vermişdir ki, Gənclər və İdman Nazirliyi, Azerfon MMC, "HP" şirkəti və "İ... | ANL |
Rusiya Federasiyası Dövlət Dumasında MDB ölkələri parlament aparatları rəhbərlərinin görüşü olmuşdur. Rusiya Federasiyası Dövlət Duması Aparatının rəhbəri Aleksey Siqutkin Dövlət Dumasında MDB üzvü olan dövlətlərin parlament aparatlarının rəhbərləri ilə görüşmüşdür. Görüş iştirakçıları arasında Milli Məclis Aparatının ... | ANL |
Aqrar inkişafda Heydər Əliyev irsi. Heydər Əliyev son 40 il ərzində Azərbaycan Respublikasında, keçmiş SSRİ məkanında və beynəlxalq aləmdə dərin, xoşniyyətli və unudulmaz iz qoymuş ən nüfuzlu dövlət və ictimai xadimdir. Hazırda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev fenomeni bütün dünyada etiraf edilir. Ulu... | ANL |
Bəşəriyyətə qarşı qanlı cinayət. Əsrlər boyu qonşu dövlətlərin ərazilərinə göz dikən ermənilər millətçiliyi və şovinizmi, qonşu xalqlara nifrət ideologiyasını rəhbər tutaraq son iki əsrdə "ictimai-mədəni", siyasi, hətta terrorçu təşkilatlar yaratmış, erməni diasporunun və lobbisinin imkanlarını bu məqsədlərə səfərbər e... | ANL |
Azərbaycanlı alim Fransadakı erməni lobbisinin tanınmış nümayəndəsinə layiqli cavab vermişdir. Azərbaycanın Fransadakı səfirliyindən bildirmişlər ki, Milli Məclisin deputatı, Bakı Dövlət Universitetinin professoru Cəmil Həsənli erməni lobbisinin tanınmış nümayəndəsi Kler Muradyanın dəvəti ilə Parisdəki Rusiya, Qafqaz v... | ANL |
Əbədilik qazanmış yazıçı. Ötən əsrin 30-cu illərində Azərbaycan ədəbiyyatı sürətli inkişaf dövrü keçirirdi. Demokratik cəbhəyə mənsub olub, həyatın keşməkeşlərindən adlayan təcrübəli, yaşlı yazıçılarla yanaşı, gənc ədəbi qüvvələr də ciddi fəaliyyət göstərirdilər. Bədii nəsrin müxtəlif janrlarında bir çox dəyərli əsərlə... | ANL |
"Erməni vandalizmi" kitabının təqdimatı olmuşdur. Aprelin 24-də R.Behbudov adına Mahnı Teatrında şair-publisist Mirkazım Seyidovun "Erməni vandalizmi" kitabının təqdimat mərasimi keçirilmişdir. Rusiyanın Novosibirsk şəhərində fəaliyyət göstərən Heydər Əliyev adına Beynəlxalq Forumun təsisçisi və Azərbaycandakı daimi nü... | ANL |
Azərbaycan alimi Rumıniyada keçirilmiş beynəlxalq tədbirdə ölkəmizi təmsil etmişdir. Buxarest şəhərində Rumıniya Riyaziyyat Cəmiyyətinin mətbu orqanı olan "Gazeta Matematica" jurnalının 100 illiyinə həsr edilmiş yubiley tədbiri və Avropa ölkələrinin Riyaziyyat cəmiyyətləri prezidentlərinin görüşü başa çatmışdır. Beynəl... | ANL |
Bakıda inşa edilən gəmiqayırma zavodu ölkəmizin iqtisadi və müdafiə potensialının daha da güclənməsinə mühüm töhfələr verəcək. Dünya üzrə dinamik inkişaf edən ölkələr sırasında öncül yerlərdən birini tutan Azərbaycanda iqtisadi sahədə sürətli tərəqqiyə yol açan əsas amillərdən biri diversifikasiya siyasəti, iqtisadiyya... | ANL |
Əmrinə müntəzirik, ALİ BAŞ KOMANDANIM! İlham Əliyev: Azərbaycan Ordusu işğal olunmuş torpaqları hər an azad etməyə tam hazırdır. Azərbaycan başqa sahələri inkişaf etdirdiyi kimi, hərbi sahəyə də böyük diqqət göstərir. Bu, bizim təbii yanaşmamızdır. Çünki Azərbaycan müharibə şəraitindədir. Müharibə bitməyib, müharibənin... | ANL |
Azərbaycanın dinlərarası dialoqun mərkəzinə çevrilməsi böyük ümidlər doğurur. Bakıda dünya dini liderlərinin sammiti keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev sammitin açılış mərasimində iştirak etmişdir. Aprelin 26-da "Gülüstan" sarayında dünya dini liderlərinin ikigünlük Bakı sammiti işə başlamışdır. Azərbaycan P... | ANL |
Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) fəaliyyətinin təkmilləşdirilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Son illər Azərbaycan Respublikasının sürətli sosial-iqtisadi və demokratik inkişafı, ölkəmizin beynəlxalq nüfuzunun artması kütləvi informasiya vasitələrinin qarşısında yeni v... | ANL |
Azərbaycanın dinlərarası dialoqun mərkəzinə çevrilməsi böyük ümidlər doğurur. Bakıda dünya dini liderlərinin sammiti keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev sammitin açılış mərasimində iştirak etmişdir. Aprelin 26-da "Gülüstan" sarayında dünya dini liderlərinin ikigünlük Bakı sammiti işə başlamışdır. Azərbaycan P... | ANL |
Azərbaycanın dinlərarası dialoqun mərkəzinə çevrilməsi böyük ümidlər doğurur. Bakıda dünya dini liderlərinin sammiti keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev sammitin açılış mərasimində iştirak etmişdir. Aprelin 26-da "Gülüstan" sarayında dünya dini liderlərinin ikigünlük Bakı sammiti işə başlamışdır. Azərbaycan P... | ANL |
1941-1945-ci illər müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım edilməsi barədə. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Böyük Vətən müharibəsi iştirakçıları... | ANL |
Dünya dini liderlərinin Bakı sammitinin iştirakçılarının şərəfinə rəsmi qəbul təşkil olunmuşdur. Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən dünya dini liderlərinin Bakı sammitinin iştirakçılarının şərəfinə rəsmi qəbul təşkil olunmuşdur. AzərTAc. Azərbaycan. | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın müdafiə katibi Səyid Əthar Əlinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 22-də Pakistanın müdafiə katibi Səyid Əthar Əlinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Dövlət başçısı Pakistanın mü... | ANL |
Baş nazir Artur Rasizadə Pakistanın müdafiə katibi Səyid Əthar Əli ilə görüşmüşdür. Aprelin 22-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının müdafiə katibi Səyid Əthar Əlinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Baş nazir A.Rasizadə Azərbaycan... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev Küveytin islam işləri və vəqf nazirinin müavini Adel Abdulla Əl-Fələhi qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Küveytin islam işləri və vəqf nazirinin müavini Adel Abdulla Əl-Fələhi qəbul etmişdir. Dövlətimizin başçısı ölkələrimiz arasında ikit... | ANL |
Ermənistanın qondarma "soyqırım"ı iddiaları iflasa məhkumdur. Tarixi həqiqətləri saxtalaşdırmaq və təhrif etmək yolu tutan erməni ideoloqları yarım əsrdən çox müddətdə dünya ictimaiyyətini mif üzərində qurulmuş qondarma "erməni soyqırımı" iddiaları ilə çaşdırmağa, təkcə qardaş Türkiyənin deyil, ümumən türk dünyasının, ... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev bütün ermənilərin katolikosu II Qaregini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da bütün ermənilərin katolikosu II Qaregini qəbul etmişdir. Görüşdə dünya dini liderlərinin və müxtəlif dini konfessiya rəhbərlərinin iştirak etdiyi Bakı sammitinin ə... | ANL |
Azərbaycanın ərazi bütövlüyü İran üçün əhəmiyyətlidir. Aprelin 26-da Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan İran İslam Respublikasının İslam Şurası Məclisinin İran-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşdü. Qonaqları salamlayan Oqtay Əsədov Azərbaycanla İran arasında əlaqələrin... | ANL |
Cənubi Afrika Respublikasının Prezidenti zati-aliləri cənab Ceykob Zumaya. Hörmətli cənab Prezident! Cənubi Afrika Respublikasının milli bayramı - Azadlıq Günü münasibətilə Sizi və bütün xalqınızı ürəkdən təbrik edirəm. Ümidvaram ki, ölkələrimiz arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq daim dostl... | ANL |
Avstriya Respublikasının Federal Prezidenti zati-aliləri cənab Haynts Fişerə. Hörmətli cənab Federal Prezident! Avstriya Respublikasının Federal Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Bu gün Azərbaycan-Avstriya əlaqələri müvəffəqiyyətlə inkişaf etməkdədir. Əminəm ki, ... | ANL |
Heydər Əliyevin dövlətçilik təlimində ədəbiyyat siyasəti və müasir dövr. Tarix boyu böyük ədəbiyyat həmişə dünyanın qüdrətli dövlət xadimlərinin həyatında və siyasi fəaliyyətində mühüm yer tutmuşdur. Dövlət xadimlərindən bir çoxu dünya ədəbiyyatının ən fəal mütaliəçisi kimi fərqlənmişlər. Belə siyasi rəhbərlər hətta bə... | ANL |
Bakıda Azərbaycan-İtaliya biznes forumu keçirilmişdir. Aprelin 26-da Bakıda, "Hyatt Regency-Naxçıvan" mehmanxanasında İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və İtaliyanın Xarici Ticarət Əlaqələri üzrə Milli Təşkilatının (İCE ) birgə təşkilatçılığı ilə ... | ANL |
Moskva və bütün Rusiyanın patriarxı Kirill ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmişdir. Azərbaycanda rəsmi səfərdə olan Moskva və Bütün Rusiyanın patriarxı Kirill aprelin 25-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xati... | ANL |
Göylərin cazibəsi çəkirdi onu. ...Kursk yaxınlığında ağır döyüşlər gedirdi. Düşmənə havadan zərbələr endirib yenicə qayıtmışdı ki, birdən "Şturman Seyidməmmədova, sizə Bakıdan məktub var" sözlərini eşitdi. Bir göz qırpımında üçkünc zərfi açdı: "Atamdandı, görəsən qardaşımdan nə xəbər var?" Salamatlıq idi. Atası yazırdı... | ANL |
Kitabla ünsiyyətdə olanlar və ülfət bağlayanlar mənəviyyatı zəngin insanlardır. Planlı sosialist iqtisadiyyatından bazar münasibətlərinə keçid dövründə bir sıra mənəvi sərvətlərimiz kimi, kitaba, nəşriyyat işinə laqeydlik də özünü çox tez büruzə verdi: kitabxanalarda kitablar nəinki oxucu nəfəsinə, hətta, kitab... | ANL |
İzmirdə "Azərbaycanda erməni zülmü fotolarda" sərgisi açılmışdır. İzmir Jurnalistlər Cəmiyyəti, Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc) və Azərbaycan Parlament Jurnalistləri Birliyinin birgə təşkil etdikləri "Azərbaycanda erməni zülmü fotolarda" mövzusunda sərginin açılışı olmuşdur. Açılışda İzmirdə səfərdə olan... | ANL |
1918-ci ildə Quba qəzasında törədilmiş cinayətlər erməni millətçilərinin əsrlər boyu xalqımıza qarşı yeritdiyi soyqırımı, etnik təmizləmə və təcavüz siyasətinin qanlı səhifələrini təşkil edir. Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidmətinin məlumatında deyilir ki, xalqımıza qarşı erməni millətçiləri tərə... | ANL |
Seulda OANA-nın sammiti işə başlamışdır. Aprelin 22-də Koreya Respublikasının paytaxtı Seul şəhərində Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının - OANA-nın "Xəbər agentlikləri üçün çağırışlar və yeni imkanlar" mövzusunda sammiti işə başlamışdır. Əvvəlcə tədbir iştirakçıları Koreya gəmisinin qəz... | ANL |
Bakıda MDB Dinlərarası Şurasının iclası keçirilmişdir. Aprelin 25-də Bakıda MDB Dinlərarası Şurasının iclası keçirilmişdir. İlk dəfə Azərbaycan paytaxtında, Təzəpir məscidinin böyük konfrans zalında keçirilən iclas mühüm beynəlxalq forum - dünya dini liderlərinin Bakı sammiti ərəfəsində təşkil olunmuşdur. İclas həm də ... | ANL |
MDB Dinlərarası Şurası iclasının və dünya dini liderləri sammitinin iştirakçılarının şərəfinə. Aprelin 25-də MDB Dinlərarası Şurası iclasının və dünya dini liderləri Bakı sammitinin iştirakçılarına Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin iqamətgahında şam yeməyi verilmişdir. Jurnalistlər... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.