text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Beynəlxalq konfrans işini davam etdirir. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 87-ci ildönümünə həsr olunmuş beynəlxalq konfrans işini davam etdirir. Konfransın ikinci günü oftalmotransplantologiyada tətbiq olunan innovas... | ANL |
Mehriban Xanım Əliyevanın çıxışı. - Hörmətli cənab Prezident! Hörmətli xanım baş direktor! Əziz qonaqlar! Azərbaycanın ən qədim şəhərlərindən biri olan Qəbələdə sizi səmimi qəlbdən salamlayıram. Qəbələ təkcə Azərbaycanın yox, dünyanın ən gözəl guşələrindən biridir. Qəbələnin zəngin tarixi və əsrarəngiz təbiəti vardır. ... | ANL |
İsveçrə Konfederasiyasının Prezidenti zati-aliləri xanım Doris Loytharda. Hörmətli xanım Prezident! Ölkənizin milli bayramı - Konfederasiyanın yaranması günü münasibətilə Sizi və xalqınızı Azərbaycan xalqı adından və öz adımdan səmimi qəlbdən təbrik edirəm. Bu gün Azərbaycan-İsveçrə münasibətləri hərtərəfli inkişaf yol... | ANL |
Makedoniya Respublikasının Prezidenti zati-aliləri cənab Gyorge İvanova. Hörmətli cənab Prezident! Milli bayramınız - Respublika günü münasibətilə Sizə və xalqınıza Azərbaycan xalqı adından və öz adımdan ən səmimi təbriklərimizi yetirirəm. Ümidvaram ki, dövlətlərarası münasibətlərimizin, dostluq əlaqələrimizin möhkəmlə... | ANL |
Qəbələ İkınci Beynəlxalq musiqi festivalının təntənəli rəsmi açılışı olmuşdur. Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir. Xəbər verdiyimiz kimi, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qəbələdə keçirilən İkinci Beynəlxalq musiqi festivalının iyulun 30-da təntənəli rəsmi açılışı olmuşdur. Prezident İlham Əliyev, Az... | ANL |
YUNESKO-nun Baş direktoru xanım İrina Bokovanın çıxışı. - Hörmətli cənab Prezident! Zati-aliləri, xanımlar və cənablar! Bu beynəlxalq festival üçün möhtəşəm səhnə olan qədim Qəbələ şəhərində bu axşam keçirilən qala-konsertdə Sizinlə bir yerdə olduğumdan xüsusi məmnunluq duyuram. Dünyanın görkəmli virtuozlarının bir qis... | ANL |
Azərbaycan-Türkiyə tərəfdaşlığı regionda sabitlik və inkişafın əsas qarantıdır. Hər bir dövlətin xarici siyasətdə xüsusi önəm verdiyi ölkələr olur və bu prizmadan Azərbaycan-Türkiyə münasibətlərinin də tarixin sərt sınaqlarından uğurla çıxdığını əminliklə demək mümkündür. İki qardaş ölkə arasında strateji tərəfdaşlıq m... | ANL |
Qəbələ Beynəlxalq festivalı çərçivəsində Paris İzai kvartetinin kamera musiqisi konserti olmuşdur. Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən Qəbələ İkinci Beynəlxalq musiqi festivalı çərçivəsində Fransanın məşhur Paris İzai Kvartetinin kamera musiqisi konserti olmuşdur. Solistləri dünya şöhrətli dirijor və violonçel... | ANL |
İqtisadi siyasətdə şəffaflıq amili. Sosial-iqtisadi inkişafın unikal Azərbaycan modelinin reallaşması sayəsində Azərbaycan iqtisadiyyatı öz inkişaf tempinə görə dünya liderlərindən birinə çevrilmişdir. Azərbaycan dünyada çox etibarlı ölkə və etibarlı tərəfdaş kimi tanınmış, onun dünya iqtisadi sisteminə inteqrasiyası g... | ANL |
Söz sərvətinin beşiyi. Ana dilinin inkişafına dövlətimizin həmişə xüsusi diqqəti, qayğısı olub. Hər bir dilin özəlliyi və özünəməxsus gözəlliyi var. Bunu kimsə inkar edə bilməz, amma bir vətəndaş olaraq bizim üçün Azərbaycan dilinin analoqu yoxdur. Ümummilli lider Heydər Əliyevin hələ sovet dövründə quruluşun müəyyən t... | ANL |
Ekran sənətinin şərəfli yolu. Keçmişin ictimai-siyasi, eləcə də mədəni-məişət hadisələrini ümumiləşdirərək özündə qoruyub saxlayan, mədəniyyət və incəsənətin sintetikasından formalaşan kino sənəti tarixin bir qolu olmaqla yanaşı, millətin və xalqın yaddaş salnaməsi funksiyasını da daşıyır. Xatırladaq ki, 1900-cü ildə P... | ANL |
Keçmişə daş atma. "Azərbaycanın böyük və zəngin tarixi vardır. Bizim milli-mənəvi dəyərlərimiz vardır. Bu dəyərlər bizim üçün əsasdır". Qədim yunan əsatirlərinə söykənən "Kor Edipin faciəsi"nin qəhrəmanı taleyin hökmü ilə bilməyərəkdən əvvəlcə atasını qətlə yetirir, hakimiyyəti ələ keçirir, sonra doğma anası ilə yatağa... | ANL |
Peşəkarlıq, milli-mənəvi dəyərlərə hörmət və vətənpərvərlik jurnalistlər üçün başlıca meyara çevrilməlidir. Yeni dünya nizamı demokratiyanı sivil və davamlı inkişafın prioritet istiqaməti kimi meydana çıxarmış, sivilizasiyalararası dialoqun əsas amili olduğunu müəyyənləşdirmişdir. Hazırda istənilən dövlətdə demokratiya... | ANL |
Pakistan İslam Respublikasının Prezidenti zati-aliləri cənab Asif Əli Zərdariyə. Hörmətli cənab Prezident! Ölkənizdə baş vermiş güclü daşqınlar nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər məni olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Pakistan xalqına ... | ANL |
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev ilə Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin arasında görüş keçirilmişdir. Avqustun 2-də Prezident Sarayında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev ilə Rusiya Federasiyası Prezidenti Administrasi... | ANL |
Sergey Narışkin: "Rusiya ilə Azərbaycan arasında iqtisadi sahədə əməkdaşlığın inkişafından çox razıyıq". "Azərbaycanın və Rusiyanın beynəlxalq arenada mövqeləri çox oxşardır, beynəlxalq həyatın mühüm məsələlərinin əksəriyyətinə dair mövqeləri isə tamamilə üst-üstə düşür". Bu fikri avqustun 2-də Azərbaycanda səfərdə ola... | ANL |
Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmişdir. Azərbaycanda səfərdə olan Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin avqustun 2-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı ... | ANL |
Şəhidlərin xatirəsinə ehtiram. Azərbaycanda səfərdə olan Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin avqustun 2-də Şəhidlər xiyabanına gələrək, Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramını bildirmiş, "Əbədi məşəl" abidəsi ... | ANL |
Avqustun 2-də Rusiyanın Azərbaycandakı səfirliyində Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkinin iştirakı ilə "1941-1945-ci illərin Böyük Vətən müharibəsində Qələbənin 65 illiyi" stolüstü medallarının və fəxri fərmanlarının təqdimat mərasimi keçirilmişdir. Mərasimdə çıxış edən Sergey Nar... | ANL |
YUNESKO-nun baş direktoru Şəkidə olmuşdur. YUNESKO-nun baş direktoru xanım İrina Bokova Azərbaycana səfəri çərçivəsində avqustun 1-də Şəki şəhərində olmuşdur. Şəhərlə tanışlıq "Yuxarıbaş" Tarix və Memarlıq Qoruğunun ərazisində yerləşən və Azərbaycan memarlığının nadir incilərindən olan Şəki xanlarının sarayından başlam... | ANL |
YUNESKO-nun baş direktoru xanım İrina Bokovanın Azərbaycana səfəri başa çatmışdır. Avqustun 2-də YUNESKO-nun baş direktoru xanım İrina Bokovanın Azərbaycana səfəri başa çatmışdır. Heydər Əliyev Beynəlxalq Aeroportunda hörmətli qonağı mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və digər rəsmi şəxslər yola saldılar. Azər... | ANL |
Azərbaycanda patoloji fiziologiya fənninin inkişaf tarixi. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanı parçalanmaq, məhv olmaq təhlükəsindən xilas etdi. Bu qayıdış bütövlükdə təhsilin, elmin, həm də tibb təhsili sisteminin inkişafı üçün böyük zəmin yaratdı. Həmin dö... | ANL |
Azərbaycan Yazıçılar Birliyində moskvalı ədiblərlə görüş olmuşdur. Avqustun 2-də Azərbaycan Yazıçılar Birliyində (AYB) Moskva Yazıçılar İttifaqının (MYİ) nümayəndələri ilə görüş keçirilmişdir. AzərTAc xəbər verir ki, hər iki tərəfdən tanınmış ədəbiyyat xadimlərinin iştirak etdikləri görüşdə çıxış edən AYB-nin sədri, xa... | ANL |
Qəbələdə London Kral Filarmonik Orkestrinin konserti olmuşdur. Heydər Əliyev Fondunun dəstəyi ilə Qəbələdəki "Fitnes" İstirahət Mərkəzində keçirilən II Beynəlxalq musiqi festivalı çərçivəsində tədbirin fəxri qonağı - Böyük Britaniyanın dünya şöhrətli London Kral Filarmonik Orkesrtinin avqustun 1-də konserti olmuşdur. O... | ANL |
Oksana Yablonskaya: Qəbələ İkinci Beynəlxalq musiqi festivalı çox yüksək səviyyədə təşkil olunmuşdur. Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən Qəbələ II Beynəlxalq musiqi festivalı çərçivəsində təşkil olunan London Kral Filarmonik Orkestrinin konsertində çıxış edən dünya şöhrətli amerikalı pianoçu, BMT yanında Beyn... | ANL |
Gəncənin mənəvi çıraqları. Hörmətli redaksiya! Deyirlər ki, gəncəli Rəfibəyovlar hələ çar Rusiyası dövründə o qədər fəal və mübariz olublar ki, orden və medallara layiq görülüblər. Səlim QURBANOV, Gədəbəy rayonu. Düz deyirlər. Ələkbər bəy IV dərəcəli müqəddəs Vladimir, oğlu Xudadat bəy III dərəcəli müqəddəs Stanislav o... | ANL |
Azərbaycanın müdafiə potensialı daha da güclənir. Silahlı Qüvvələrin maddi-texniki təchizatının yüksəldilməsi ölkəmizin hərbi qüdrətinin artmasında mühüm rol oynayır. Dünya təcrübəsi sübut edir ki, istənilən dövlətin inkişafını şərtləndirən əsas amillərdən biri burada təhlükəsizlik mühitinin formalaşdırılması, sabitliy... | ANL |
Azərbaycan qlobal enerji təhlükəsizliyinin təminatına daha böyük töhfə verir. Ölkəmiz dünya miqyasında ən etibarlı tranzit məkanlardan biri kimi qəbul olunur. Qlobal enerji təhlükəsizliyinin təminatına böyük töhfələr verən Azərbaycan dünya miqyasında həm də əsas tranizit məkanlardan biri hesab edilir. Azərbaycanın tran... | ANL |
Bakı şəhərində yerləşən Dövlət Bayrağı Meydanında tikinti işlərinin tamamlanması ilə əlaqədar tədbirlər haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Bakı şəhərində yerləşən Dövlət Bayrağı Meydanında başa çatdırılan tikinti-quraşdırma və abadlaşdırma işlərinin tamamlanması üçün Azərbaycan Respublikasının 2... | ANL |
Azərbaycanın elmi və təhsil ictimaiyyətinə ağır itki üz vermişdir. Respublikamızın tanınmış alimi, fəlsəfə elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi, Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Fuad Feyzulla oğlu Qasımzadə 2010-cu il avqustun 3-də ömrünün 81-ci il... | ANL |
Azərbaycan aliminin beynəlxalq nüfuzu. 2010-cu ilin yanvar ayında Prezident İlham Əliyevin sərəncamına əsasən ölkəmizdə görkəmli alim, neftçi-geoloq, ARDNŞ-nin birinci vitse-prezidenti, Azərbaycan Dövlət mükafatı laureatı, SSRİ-nin əməkdar neftçisi, geologiya-mineralogiya elmləri doktoru, professor, Azərbaycan Milli El... | ANL |
Həştərxan vilayətinin nümayəndə heyəti Heydər Əliyev Fondu ilə tanış olmuşdur. Azərbaycanda səfərdə olan Rusiyanın Həştərxan vilayəti hökuməti sədrinin müavini Tatyana Yusupovanın rəhbərlik etdiyi nümayəndə heyəti avqustun 3-də Heydər Əliyev Fondu ilə tanış olmuşdur. Qonaqlara Fondun fəaliyyəti haqqında ətraflı məlumat... | ANL |
Nəqliyyat Nazirliyində Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi üzrə Əlaqələndirmə Şurasının 2-ci iclası keçirilmişdir. Avqustun 3-də Nəqliyyat Nazirliyində Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi üzrə Üçtərəfli Əlaqələndirmə Şurasının 2-ci iclası keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək ümummilli ... | ANL |
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialına qəbul olunmuş tələbələrlə görüş keçirilmişdir. M.V.Lomonosov adına Moskva Dövlət Universiteti (MDU) Bakı filialının rektoru, professor Nərgiz Paşayeva avqustun 3-də bu nüfuzlu ali məktəbə qəbul olunan tələbələr və onların valideynləri ilə görüşmüşdür. Gör... | ANL |
Eksponatların yaddaşı. Hər gününü, həftəsini və ayını yaşadığımız 2010-cu il tarixin arxivinə bir sıra əlamətdar hadisələrlə yazılır. Həmin tarixi hadisələrdən biri də Azərbaycan Tarixi Muzeyinin yaradılmasının 90 illik yubileyidir. Bununla əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncam imzalama... | ANL |
Azərbaycan musiqisinin ruhu. Qəbələ II Beynəlxalq musiqi festivalı ölkəmizin həyatında əlamətdar hadisədir. Tarixən böyük ticarət yollarının kəsişdiyi, müxtəlif mədəniyyətlərin qovuşduğu Qəbələ torpağı Azərbaycanın, eləcə də Şərqin ictimai-siyasi həyatında böyük rol oynamışdır. Vaxtilə Qafqaz Albaniyasının paytaxtı kim... | ANL |
Azərbaycanın region dövlətləri ilə münasibətləri qarşılıqlı maraqlar çərçivəsində inkişaf edir. Müasir dövrdə hər bir dövlətin beynəlxalq münasibətlər sistemində layiqli mövqe tutaraq özünü bərabərhüquqlu tərəfdaş kimi təsdiqləməsi, milli maraq və mənafeyini yüksək səviyyədə müdafiə etməsi, qlobal təhdid və çağırışlara... | ANL |
Milli Məclisdə görüş. Avqustun 4-də Milli Məclisin Sədri Oqtay Əsədov İraq Respublikasının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Heydər Şiya əl-Barrakı ilə görüşmüşdür. Milli Məclisin Sədri səfiri Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibəti ilə təbrik etmiş, bu şərəfli işdə ona do... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyi Rusiyada meşə yanğınları ilə əlaqədar bu ölkəyə iki helikopter göndərmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyi (FHN) Rusiyada meşə yanğınları ilə əlaqədar bu ölkəyə iki helikopter göndərmişdir. FHN-... | ANL |
1969-cu ilin məşhur 5 avqust plenumundan sonra Azərbaycanda yeni iqtisadi və mənəvi tərəqqi mərhələsi başladı. Tarixən seçilmiş şəxsiyyətlər xalqlarının əsrlər boyu formalaşmış milli təfəkkürü, siyasi dünyagörüşü və dəyərləri əsasında optimal dövlət modeli və siyasi varislik ənənələri yaratmışlar. Bu baxımdan ulu öndər... | ANL |
ÖLÜMSÜZLÜYƏ QOVUŞAN QƏHRƏMAN. Vətən sizə oğul deyib. M.A.İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı" adının verilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə gizir Müb... | ANL |
Mədəniyyət və Turizm Nazirliyində Həştərxan vilayətinin nümayəndə heyəti ilə görüş keçirilmişdir. Avqustun 4-də Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyində ölkəmizdə səfərdə olan Rusiyanın Həştərxan vilayəti hökuməti sədrinin müavini Tatyana Yusupovanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir. AzərT... | ANL |
Mədəniyyət və turizm naziri BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşmüşdür. Avqustun 4-də Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi, bu qurumun İnkişaf Proqramının (UNDP) və Əhali Fondunun rezident nümayəndəsi Fikrət Akçura ilə görüşmüşdür. ... | ANL |
Tanınmış alim Fuad Qasımzadə son mənzilə yola salınmışdır. Avqustun 4-də Əməkdar Elm Xadimi, Azərbaycan təhsilinin tanınmış nümayəndəsi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Fuad Qasımzadə ilə vida mərasimi keçirilmişdir. Vida mərasimində dövlət rəsmi... | ANL |
Musiqi hər bir qəlbin açarıdır. Bu möhtəşəm musiqi bayramının bir özəlliyi də ondadır ki, zəmanəmizin çox böyük musiqi kollektivləri və sənətkarları burada iştirak edirlər. Kimlərdir onlar? Çıxışlarını hamının səbirsizliklə gözlədiyi musiqi kollektivlərindən biri London Kral Filarmonik Orkestridir. Elə həmin ilin senty... | ANL |
Azərbaycanın investisiya qüdrəti artır. Həm ölkə daxilində, həm də xaricdə yatırılan sərmayələrin miqdarı böyük sürətlə çoxalır. Dinamik iqtisadi inkişaf sahəsində artıq öz modelini yaradan Azərbaycan bu sfera üzrə qazanılan uğurların miqyasının daha da genişləndirilməsini prioritet istiqamətlərdən biri kimi qarşıya qo... | ANL |
Milli Məclisdə görüşlər. Avqustun 5-də Milli Məclisin Sədri Oqtay Əsədov BMT-nin Azərbaycan Respublikasındakı rezident əlaqələndiricisi Fikrat Akçuranla görüşmüşdür. Parlamentin sədri F.Akçuranı Azərbaycanda fəaliyyətə başlaması münasibətilə təbrik edib ölkəmizin BMT və onun bir sıra ixtisaslaşmış orqanları və qurumlar... | ANL |
Söz və mətbuat azadlığının təminatına mühüm töhfə. 1998-ci il avqustun 6-da Nazirlər Kabineti yanında Dövlət Sirlərini Mühafizə edən Baş İdarənin ləğvi mətbuatın inkişafında keyfiyyətcə yeni mərhələnin əsasını qoydu. Azərbaycan ötən əsrin sonlarında dövlət müstəqilliyini bərpa etdikdən sonra ictimai həyatın bir çox sah... | ANL |
Azərbaycanlı alimin "Avrasiya: daha geniş əməkdaşlığın perspektivləri" mövzusuna həsr olunmuş konqresdəki çıxışı böyük maraq doğurmuşdur. İsveçin paytaxtı Stokholm şəhərində beynəlxalq elmi ictimaiyyətin həyatında mühüm hadisə sayılan VIII Dünya Konqresi keçirilmişdir. Əsasən humanitar elmlər üzrə alim və mütəxəssislər... | ANL |
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilmişdir. Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və "Konstitusiya Məhkəməs... | ANL |
Görkəmli dövlət xadimi, bacarıqlı səhiyyə təşkilatçısı, böyük alim. Böyük alim, görkəmli dövlət xadimi Əziz Əliyev bütün həyatı boyu əldə etdiyi çoxsaylı nailiyyətlərinə baxmayaraq, ciddiliyi, zəhmətsevərliyi, prinsipiallığı və səmimiliyi ilə fərqlənmişdir. O, bütöv bir həkimlər və alimlər nəsli yetişdirmiş və bununla ... | ANL |
Həştərxan vilayəti nümayəndə heyətinin Azərbaycanın milli icmalarının fəalları ilə görüşü olmuşdur. Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində Həştərxan vilayəti nümayəndə heyətinin üzvləri - Xaricdəki Həmvətənlərlə Əlaqələr Təşkilatının Əlaqələndirmə Şurasının təmsilçilərinin və jurnalistlərin Azərbaycanın mill... | ANL |
"Sarı gəlin"in erməniləşdirilməsinin qarşısı alınmışdır. Ölkəmizin BMT yanında Daimi Nümayəndəliyindən bildirmişlər ki, ABŞ-ın Nyu-York şəhərində rus dilində yayımlanan və geniş dinləyici kütləsinə malik olan "Radio Pozitiv"in iyulun 28-də efirə getmiş proqramında aparıcı Azərbaycanın "Sarı gəlin" xalq mahnısını "Qorna... | ANL |
Rəşadət zirvəsi. Şəhid Əhməd Mehbalıyevin xatirəsi həmin yüksəklikdən boylanır. Mükəmməl təhsil almış, tank qoşunlarında xidmət edərək baş leytenant rütbəsi qazanmışdı. Layiq olduğu rütbələri almağı, vəzifə pillələrilə qalxmağı qarşıda idi. Ailə də qurmuş, ata olmuş, qızına anası Firənginazın adını vermişdi. Amma ailə ... | ANL |
Qəbələ II Beynəlxalq Musiqi Festivalı başa çatmışdır. Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən Qəbələ II Beynalxalq Musiqi Festivali avqustun 5-də başa çatmısdır. Festivalın sonuncu günü Böyük Britaniyanın dünya-şöhrətli London Kral Filarmonik Orkestrinin növbəti konserti olmuşdur. Orkestrin solistlərini məşhur ame... | ANL |
Gədəbəydə 160 il bundan əvvəl Almaniyadan gətirilmiş güzgü qiymətli tarixi eksponat kimi qorunub saxlanılır. Gədəbəydə inventarlaşdırılaraq qorunub saxlanılan nadir eksponatlar arasında bir güzgü də vardır. Güzgünün üzərində 1850-ci ildə Almaniyanın Bavariya şəhərində istehsal olunması barədə məlumat qeyd edilmişdir. R... | ANL |
Qəbələ sürətlə inkişaf edir, rayon əhalisinin sosial həyat şəraiti yaxşılaşır. Biz Azərbaycanın son illərdəki inkişafını Qəbələ rayonunun timsalında da çox əyani şəkildə görürük. Qəbələ, sözün əsl mənasında, sürətlə inkişaf edir, böyük quruculuq, abadlıq işləri aparılır. Hər dəfə Qəbələdə olanda, yenilikləri görəndə ço... | ANL |
"Bakı Sağlamlıq Mərkəzi"nin yaradılması haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Respublika əhalisinin sağlamlığının qorunması ilə bağlı görülən tədbirlər çərçivəsində ölkəmizin şəhər və rayonlarında müasir tibbi avadanlıqlarla təchiz olunmuş yeni səhiyyə ocaqlarının yaradılmasının davam etdirilməsi m... | ANL |
Türkdilli ölkələrin xarici işlər nazirləri Bodrumda mətbuat konfransı keçirmişlər. Türkiyənin Bodrum şəhərində qeyri-rəsmi görüş keçirən türkdilli ölkələrin xarici işlər nazirlərinin mətbuat konfransı olmuşdur. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirmişdir ki, görüşdə türkiyəli həmkarı Əhməd Davudoğlu... | ANL |
Ədliyyə Nazirliyinin geniş kollegiya iclası keçirilmişdir. Ədliyyə Nazirliyinin kollegiya iclasında 2010-cu ilin birinci yarısında görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunmuşdur. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, kollegiyada çıxış edən nazir Fikrət Məmmədov əsası ümummil... | ANL |
Baş Prokurorluqda cari ilin birinci yarısında fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyətinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilmişdir. Azərbaycan Respublikasının Baş Prokurorluğundan AzərTAc-a bildirmişlər ki, cari il avqustun 6-da prokurorluq orqanları tərəfindən 2010-cu ilin birinci yarımilind... | ANL |
Təbiət və musiqi vurğunu. Qəribə və qeyri-adi, həm də cazibəli, diqqət çəkən, yaradıcılıq qabiliyyətinə malik olan xalq rəssamı Toğrul Nərimanbəyov təkcə doğma vətənində deyil, dünyanın əksər ölkələrində yaxşı tanınır. Pərəstişkarları onun müxtəlif yaradıcılıq sahələrinin, həm də fərqli janrların qabil ifaçısı kimi tan... | ANL |
Zaqatalanın potensial imkanları artır. Bu gün Zaqatalada gördüklərim məni ürəkdən sevindirir. Mən çox şadam ki, rayon çox dinamik inkişaf edir və hər şey burada yüksək səviyyədədir. Bu gün Azərbaycan dünya miqyasında etibarlı tərəfdaşa çevrilib. Ölkənin iqtisadi uğurları və bunun zaman-zaman daha da artması beynəlxalq ... | ANL |
Sinqapur Respublikasının Prezidenti zati-aliləri cənab Sellapan Ramanatana. Hörmətli cənab Prezident! Ölkənizin milli bayramı münasibətilə Sizi və bütün xalqınızı Azərbaycan xalqı adından və öz adımdan təbrik edirəm. Ümidvaram ki, Azərbaycan-Sinqapur münasibətlərinin inkişafı dostluq və əməkdaşlıq əlaqələrimizin genişl... | ANL |
Azərbaycan daha bir möhtəşəm regional layihəyə imza atır. Ölkəmizin təşəbbüskarı olduğu TASİM transmilli layihəsi reallaşmağa başlayır. İnkişaf dinamikasına görə dünya dövlətləri arasında liderlər sırasında yer alan və bu sahədə mövqeyini daim gücləndirməkdə olan Azərbaycan regionda həyata keçirilən transmilli layihələ... | ANL |
Yeni Azərbaycan Partiyası ümumrespublika müşavirəsi keçirmişdir. Avqustun 7-də Yeni Azərbaycan Partiyası (YAP) rayon-şəhər təşkilatları sədrlərinin iştirakı ilə ümumrespublika müşavirəsi keçirmişdir. AzərTAc xəbər verir ki, Azərbaycanda növbəti parlament seçkilərinin yaxınlaşması ilə əlaqədar YAP tərəfindən seçkiyə haz... | ANL |
Hər şey bəşəriyyətin xeyrinə olacaqdır. Moskvada çıxan "Vestnik aktualnıx proqnozov" jurnalının 23-cü nömrəsində Azərbaycan Respublikası Baş nazirinin müavini, xalq yazıçısı Elçin Əfəndiyevlə geniş müsahibə dərc edilmişdir. Müsahibədə mədəniyyət və incəsənətlə bağlı məsələlərə geniş yer ayrılmışdır. "Demokratik dövlətd... | ANL |
Məhkəmə sisteminin müasirləşdirilməsinə yüksək diqqət nümunəsi. 2006-cı il avqustun 8-də Ali Məhkəmənin yeni binasının təməlinin qoyulması bu istiqamətdə mühüm addımlardan biri oldu. İnsan hüquqlarının etibarlı təminatı baxımından böyük zaman məsafəsi qət edərək yüksək inkişaf mərhələsinə çatmış bir sıra qabaqcıl dövlə... | ANL |
Gəncə üsyanı. Gürcü nümayəndələri yığıncaqdan çıxan kimi Gürcüstanın müstəqilliyini elan etdilər. Mayın 27-də Seymin müsəlman fraksiyası Azərbaycanın idarə olunması vəzifəsini öz üzərinə götürərək müvəqqəti Milli Şura yaratdı. Mayın 28-də axşamüstü Tiflis şəhərində canişin sarayının göy salonunda Həsən bəy Ağayevin səd... | ANL |
Narahat dünyamız o qədər gərginləşmişdir ki, insanın daşıdığı psixi yük gündən-günə, saatdan-saata artır. Qəzetdən, radiodan, televiziyadan, eləcə də ayrı-ayrı adamlardan alınan informasiyalar insana güclü təsir göstərir. Gözünün qabağında baş verən hadisələr isə onu hövsələdən çıxarır, güclü həyəcan keçirməyə, çıxış y... | ANL |
Bu yerlərdə yüz yaşlılar yüzə çatır... Deyirlər ki, Daşkəsəndə yüz yaşlıların sayı az qala yüzə çatır. Heç bir statistikaya, hesablamaya istinad etmədən buna zərrə qədər də təəccüblənmədik. Dağların ətəyinə səpələnən kənd evləri bir-birinə oxşayır. Və bu balaca kəndlərin birinə çatanda dedilər ki, Astafdı - Dədə Hüseyn... | ANL |
Prezident İlham Əliyev "Akkord" qranit-mərmər zavodunun açılış mərasimində iştirak etmişdir. Avqustun 9-da Prezident İlham Əliyev "Akkord" qranit-mərmər zavodunun açılış mərasimində iştirak etmişdir. Prezident İlham Əliyev "Akkord" qranit-mərmər zavoduna gəldi. Dövlət başçısına məlumat verildi ki, ölkəmizdə qranit və m... | ANL |
Azərbaycan Respublikası ilə Niderland Krallığı arasında əməkdaşlıq dinamik inkişafdadır. Azərbaycanın baş prokuroru Zakir Qaralov ölkəmizdə səfərdə olan Niderland Krallığının ədliyyə naziri Ernst Xirş Ballinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. AzərTAc xəbər verir ki, görüşdə baş prokuror ölkəmizin Avro... | ANL |
T.F.Nərimanbəyovun "Şərəf" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. T.F.Nərimanbəyovun "Şərəf" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan rəssamlıq sənətinin inkişafında xidmətlərinə görə Toğrul Fərman oğlu Nərimanbəyov "Şə... | ANL |
Məhkəmə quruluşunda bəzi dəyişikliklər, hakimlərin ümumi sayı və məhkəmələrin ərazi yurisdiksiyası haqqında. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Azərbaycan Respublikasında məhkəmə quruluşunu təkmilləşdirmək məqsədilə qərara alıram: 1. Azərbaycan Respublikasının məhkəmə sisteminə daxil olan məhkəmələrin hakim... | ANL |
Əlavə Azərbaycan Respublikası apelyasiya instansiyası məhkəmələrinin, ağır cinayətlər məhkəmələrinin, inzibati - iqtisadi məhkəmələrinin və hərbi məhkəmələrinin ərazi yurisdiksiyası. Azərbaycan Respublikası Prezidentinin 2010-cı il 9 avqust tarixli fərmanı ilə təsdiq edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəmə... | ANL |
Prezident İlham Əliyev Bakının Xətai rayonunda əsaslı surətdə yenidən qurulan parkda yaradılmış şəraitlə tanış olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev avqustun 10-da Bakının Xətai rayonu ərazisində Zığ yolunun kənarındakı 38, 40 və 42 nömrəli binaların yaxınlığında yerləşən, əsaslı təmir və yenidənqurmadan sonra i... | ANL |
Yetirmələri ilə öyünən məktəb. Ümummilli lider Heydər Əliyev tərəfindən "Azərbaycanın incisi" adlandırılan Ordubad torpağı tarixən öz ziyalıları ilə tanınıb. Hatəmbəy Ordubadi Səfəvilər dövlətinin ictimai-iqtisadi həyatında mühüm rol oynayıb, nüfuzlu dövlət xadimi kimi tanınıb. Görkəmli yazıçı, dramaturq, publisist, ic... | ANL |
Mətbuatın vətənpərvərliyi və mətbuatda vətənpərvərlik. Vətəndaş həmrəyliyi jurnalist həmrəyliyindən yüksəkdə durmalıdır. "Bizim ümumi məqsədimiz ondan ibarət olmalıdır ki, Azərbaycanı hərtərəfli şəkildə inkişaf etdirək, müasir dövlətə çevirək, dünyada mövcud olan bütün mütərəqqi təcrübəni tətbiq edək, insanların bütün ... | ANL |
Qusar şəhərində ulu öndərin abidəsini ziyarət. Avqustun 12-də Azərbaycan Prezidenti İlham Əliyev Qusar rayonuna gəlmişdir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı Qusar rayonunda da hərtərəfli inkişafa təkan vermişdir. İstər rayon mərkəzi, istər kənd və qəsəbələr müasir görkəm alır. Ölkəmizin iqtisadi gücü... | ANL |
Prezident İlham Əliyev "Qusar-1" su elektrik stansiyasının təməlqoyma mərasimində iştirak etmişdir. Prezident İlham Əliyev avqustun 12-də "Qusar-1" kiçik su elektrik stansiyasının təməlqoyma mərasimində iştirak etmişdir. İnşaatçılar dövlət başçısını hərarətlə qarşıladılar. "Azərenerji" ASC-nin sədri Etibar Pirverdiyev ... | ANL |
Mətbuatın vətənpərvərliyi və mətbuatda vətənpərvərlik. Yaradıcılıq mövzusunda səmimi söhbət. Bizim üçün son dərəcə maraqlı və müəyyən məqamları ilə yaddaqalan sayılan bu görüşün yaradıcılıq məsələlərinə istiqamət alacağı gözlənilən idi. Belə də oldu! Bir sıra məsələlər yüksək peşəkarlıq və səriştəlilik səviyyəsində şər... | ANL |
Dəyərli sənət beşiyi. Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyi ədəbi tariximizin üç min il əvvəlki ədəbiyyatını gələcəklə qovuşduran dünyadır. Azərbaycan ədəbiyyatından söz düşəndə göz önündə, istər-istəməz, kökü tarixin minillik qatlarına uzanan, əzəmətli bir sənət nümunəsi canlanır. Bu həmin nümunədir ki, onu müxtəl... | ANL |
"Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin terrorçuluqla mübarizədə əməkdaşlığı haqqında" Müqavilənin təsdiq edilməsi barədə. Azərbaycan Respublikasının Qanunu. Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin terrorçuluqla mübarizədə əmə... | ANL |
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 1 fevral tarixli 947-IIIQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı. “Tarix və m... | ANL |
Aleksandr Düma Azərbaycanda. "İstənilən hər hansı bir cəhd insan dühasının ilahiliyinin ilkin təsdiqidir. Aleksandr Düma "Qafqaz səfəri". Sabahı daha yaxşı görmək üçün yəqin ki, hərdən bu yolla geriyə də səyahət etmək lazımdır. Yol bələdçimiz isə bu dəfə Aleksandr Dümanın "Qafqaz səfəri" əsəridir. Söhbət Ata Dümadan ge... | ANL |
Azərbaycan informasiya texnologiyaları sahəsində regional mərkəzə çevrilir. Müasir dövrdə informasiya-kommunikasiya texnologiyaları cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən birinə çevrilmiş, onun əhatə dairəsı dövlət strukturlarını və vətəndaş cəmiyyəti institutlarını, sosial-iqtisadi sahələri, elm və təhsi... | ANL |
Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında. Azərbaycan Respublikasının Qanunu. Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: Qax şəhər inzibati ərazi dairəsi tərkibindəki Qax şəhəri ilə həmsərhəd olan Əmircan kənd inzibati ərazi dairəsi tərkibindəki... | ANL |
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Nazim Veys oğlu Veysov 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilsin. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti. | ANL |
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Xidməti vəzifələrini yerinə yetirərkən əldə etdikləri yüksək nailiyyətlərə görə və Dövlət Sərhəd Xidməti əməkdaşlarının peşə bayramı günü münasibətilə Dövlət Sərhəd Xidmətini... | ANL |
"Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2010-cu il 22 iyun tarixli 1054-IIIQ nömrəli qanununun tətbiq edilməsi barədə. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. "Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi ... | ANL |
“Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 22 iyun tarixli 1053-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. “Gömrük ta... | ANL |
Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında Azərbaycan Respublikasının Qanunu. Bu Qanun fövqəladə hallar orqanlarında xidmətkeçmənin qaydaları və şərtlərini, həmin orqanlarda xidmət keçən şəxslərin hüquqi vəziyyətinin əsaslarını müəyyən edir. Fövqəladə hallar orqanlarında xidmətkeçmə. Fövqəladə hallar orqanların... | ANL |
“Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanunu. Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: I. 1-ci maddənin onuncu abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ... | ANL |
“Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 297 nömrəli Fərmanına dəyişiklik və əlavə edilməsi haqqında Azə... | ANL |
“Bakı şəhərinin Əzizbəyov rayonunun Xəzər rayonu adlandırılması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı. “Bakı şəhərinin Əzizbəyov rayonunun Xə... | ANL |
“Azərbaycan Respublikasının Dəvəçi rayonunun Şabran rayonu adlandırılması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı. “Azərbaycan Respublikasının ... | ANL |
“Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının 2010-cu il 22 iyun tarixli 1057-IIIQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqəd... | ANL |
“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə ... | ANL |
Azərbaycanın ABŞ-dakı səfiri Ağ evdə təşkil edilmiş iftar ziyafətində iştirak etmişdir. Azərbaycanın ABŞ-dakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, avqustun 13-də ABŞ Prezidenti Barak Obama müsəlmanların müqəddəs Ramazan ayının başlanması münasibətilə Ağ evdə keçirilmiş iftar ziyafətində iştirak edən ölkəmizin Vaşin... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.