text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya kansleri Angela Merkel nahar etmişlər. Fevralın 4-də Berlində, Almaniya Federativ Respublikası kanslerinin iqamətgahında kansler xanım Angela Merkel və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev nahar etmişlər. AzərTAc. | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev Berlindən Münxenə yola düşmüşdür. Almaniyada işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 4-də 46-cı Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Berlindən Münxenə yola düşdü. Azərbaycanın və Almaniyanın dövlət bayraqlarının dalğalandığı Ber... | ANL |
Beynəlxalq birlik Azərbaycanın qlobal enerji layihələrində üstün mövqeyini qəbul edir. Davos Forumu bunu bir daha təsdiq etdi. Davos Forumu kimi tanınan Dünya İqtisadi Forumunun əsası alman əsilli isveçrəli iqtisadiyyat professoru Klaus Şvabın 1971-ci ildə avropalı şirkət idarəçiləri ilə birgə təşkil etdiyi kiçik bir t... | ANL |
Bişkekdəki Türkdilli Ölkələrin Siyasətinə Dəstək Fondunun çap etdirdiyi kitabların təqdimatı keçirilmişdir. Fevralın 4-də Bişkekdəki HYATT mehmanxanasında Qırğızıstanda fəaliyyət göstərən Türkdilli Ölkələrin Siyasətinə Dəstək Fondu paytaxtdakı "Azəri" Azərbaycan Mədəniyyət mərkəzi və Qırğızıstan Elmlər Akademiyası Çing... | ANL |
Azərbaycan xalqının klassik irsi. 2009-cu il fevralın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Cəlil Məmmədquluzadənin anadan olmasının 140 illiyinin qeyd edilməsi haqqında" sərəncam imzalamışdır. Bu münasibətlə Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi, tarix elmləri doktoru Ataxan Paşayevin... | ANL |
Görkəmli alim və yazıçı Erix Fayqlın bu əsəri Avropadan Azərbaycana fundamental baxışdır. Bu günlərdə görkəmli Avstriya tarixçisi, alim və yazıçı Erix Fayqlın alman dilindən tərcümə olunmuş Azərbaycan tarixinin müxtəlif dövrlərindən bəhs edən "İpək Yolu üzərində Odlar yurdu - Azərbaycan tarixi" kitabı Azərbaycan və rus... | ANL |
Norveç Krallığının ədliyyə və polis naziri Azərbaycan Respublikasının Ali Məhkəməsində olmuşdur. Norveç Krallığının ədliyyə və polis naziri Knut Storbergetin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində fevralın 8-də Azərbaycan Respublikasının Ali Məhkəməsində olmuşdur. Burada keçirilmiş görüşdə Azərba... | ANL |
Azərbaycanlı mühacirlərin xarici ölkələrdə saxlanılan arxiv materiallarının bir hissəsi ölkəyə gətirilmişdir. Azərbaycanlı mühacirlərin xarici ölkələrdə saxlanılan arxiv materiallarının bir hissəsi ölkəyə gətirilmişdir. Fevralın 4-də bu materialların sərgisi və təqdimatı keçirilmişdir. Türkiyə, Polşa və Almaniyadan həm... | ANL |
Ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət. Fevralın 4-də İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan ölkələrin səhiyyə nazirlərinin Bakıda keçirilən birinci iclasının iştirakçıları Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər ... | ANL |
Bişkekdə təqdimatı keçirilmiş kitablar Qırğızıstan Milli Kitabxanasına verilmişdir. Bişkekdəki Türkdilli Ölkələrin Siyasətinə Dəstək Fondunun təşəbbüsü ilə Qırğızıstanda çap edilən və bir neçə gün əvvəl paytaxtda təqdimatı keçirilən kitablar - Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin... | ANL |
Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin səhiyyə nazirlərinin birinci iclası işə başlamışdır. Fevralın 4-də Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan ölkələrin səhiyyə nazirlərinin birinci iclası işə başlamışdır. İclasda 10 ölkənin səhiyyə naziri iştirak edir. Tədbirdə giriş nitqi ilə ç... | ANL |
Talassemiya Mərkəzi ilə tanışlıq. İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan ölkələrin səhiyyə nazirlərinin Bakıda keçirilən birinci iclasının iştirakçıları fevralın 4-də Talassemiya Mərkəzində olmuşlar. Mərkəz barədə qonaqlara məlumat verən səhiyyə naziri Oqtay Şirəliyev bildirmişdir ki, Heydər Əliyev Fondunun "... | ANL |
İdmana bağlı ömür. Onu idman aləmində yaxşı tanıyırlar. Bu sahədə çox uğurlar qazanıb, dəfələrlə ölkə birinciliyinin, dünyanın və Avropanın müxtəlif şəhərlərində keçirilən beynəlxalq çempionatların, turnirlərin, yarışların, dünya kubokunun qalibi, spartakiadaların iştirakçısı və mükafatçısı olub. Hərbçilərin Xorvatiyad... | ANL |
Məcburi köçkünlərin həyat şəraiti daha da yaxşılaşır. Bu gün bütün istiqamətlər üzrə müstəqil siyasət yeridən Azərbaycan dövlətinin 2009-cu ildə əldə etdiyi nəticələr ötən illərdən əsası qoyulmuş fundamental iqtisadi bazisə söykənir. İqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla davam etdirilməsi, istehsal sahibka... | ANL |
Küveytin "LoYAC-Lothan" gənclər mərkəzinin nümayəndə heyəti Heydər Əliyev Fondunda olmuşdur. Bakıda səfərdə olan Küveytin ən böyük gənclər təşkilatı "LoYAC-Lothan" gənclər mərkəzinin nümayəndə heyəti fevralın 4-də Heydər Əliyev Fondunda olmuşdur. Qonaqlara ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olar... | ANL |
Azərbaycan Respublikasının Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları komissiyasının Əsasnaməsi. I. Ümumi müddəalar və mükafatlandırılmanın şərtləri. Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları komissiyası (bundan sonra - komissiya) Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 3 mart tarixli 113 ... | ANL |
Azərbaycan Respublikasının Elm, Mədəniyyət və Ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının tərkibi. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 8 fevral tarixli fərmanı ilə təsdiq edilmişdir. Komissiyanın sədri. Artur Rasi-zadə - Azərbaycan Respublikasının Baş naziri. Komissiyanın üzvləri. Elçin Əfəndiyev - Az... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya işgüzar səfəri. Mətbuat üçün birgə bəyanat. Xəbər verdiyimiz kimi, fevralın 4-də Berlində, Almaniya Federativ Respublikası Kanslerinin iqamətgahında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Kansler xanım Angela Merkel birgə mətbuat konfransı keçirmişlər. Dövl... | ANL |
Azərbaycan dilinin qərib dialektləri. İllərdən bəri Kərkük və Dərbənd adı çəkiləndə yaddaşımda kərküklü tədqiqatçı Səid İrmağın kəlamı canlanır: "Vətən torpağı kiçilib genişlənə bilər, tamamilə əldən çıxa bilər, hətta şan və şərəfi tapdalana bilər, dini dəyişdirilə bilər. Qalan bu tək varlıq ana dilidir" fikrində böyük... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya işgüzar səfəri. Mətbuat üçün birgə bəyanat. Xəbər verdiyimiz kimi, fevralın 4-də Berlində, Almaniya Federativ Respublikası Kanslerinin iqamətgahında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Kansler xanım Angela Merkel birgə mətbuat konfransı keçirmişlər. Dövl... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyevin Alman-Azərbaycan Forumunun üzvləri ilə görüşü. Almaniyada işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 5-də Münxendə Alman-Azərbaycan Forumunun üzvləri ilə görüşmüşdür. Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafı is... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşü. Almaniyada işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 5-də Münxendə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşmüşdür. Görüşdə Azərbaycan ilə Türkiyə arasında siyasi əlaqələ... | ANL |
Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransının "Təbii sərvətlərin təhlükəsizliyi və dəyişən qlobal güc" mövzusunda müzakirələrində iştirak etmişdir. Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev fevralın 5-də Münxen Təhlükəsizlik Konfransının "Təbii sərvətlərin təhlükəsizliyi və dəyişən q... | ANL |
Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransının "Təbii sərvətlərin təhlükəsizliyi və dəyişən qlobal güc" mövzusunda müzakirələrində iştirak etmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı. Mən əvvəlcə konfrans təşkilatçılarına dəvətə görə minnətdarlığımı bildirmək istərdim. Burada olmaq və bugünkü... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ dövlət katibinin birinci müavini Ceyms Steynberq ilə görüşü. Almaniyada işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 5-də Münxendə ABŞ dövlət katibinin birinci müavini Ceyms Steynberq ilə görüşmüşdür. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qara... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyevin İranın xarici işlər naziri Mənuçehr Mottəki ilə görüşü. Almaniyada işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 6-da Münxendə İran İslam Respublikasının xarici işlər naziri Mənuçehr Mottəki ilə görüşmüşdür. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qa... | ANL |
Səfər başa çatdı. Fevralın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatmışdır. Münxenin beynəlxalq hava limanından dövlətimizin başçısını Almaniyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola saldılar. Həmin gün Prezident İlham Əliyev Vətənə qayıtmışdır. Heydər... | ANL |
Sergey Narışkin: Rusiya və Azərbaycan həmişə bir yerdə olacaqdır. Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin AzərTAc-ın müxbirinə məxsusi müsahibəsində demişdir ki, Rusiya ilə Azərbaycan arasında münasibətlərin böyük gələcəyi vardır: "Münasibətlərimizin indiki səviyyəsi baxımından ikitərəfli münasibə... | ANL |
İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin səhiyyə nazirləri Heydər Əliyev Fondunda olmuşlar. İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin səhiyyə nazirlərinin Bakıda keçirilən birinci iclasının iştirakçıları fevralın 5-də Heydər Əliyev Fondunda olmuşlar. Qonaqlara məlumat verilmişdir ki, fond ulu önd... | ANL |
İƏT-in üzvü olan ölkələrin səhiyyə nazirlərinin iclasında Bakı Bəyannaməsi qəbul edilmişdir. İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan ölkələrin səhiyyə nazirlərinin iclasına fevralın 5-də Bakı Bəyannaməsinin qəbulu ilə yekun vurulmuşdur. Tədbirdə 10 ölkənin səhiyyə naziri iştirak etmişdir. Azərbaycanın səhiyyə ... | ANL |
Azərbaycan Respublikası Baş Prokurorluğunda 2009-cu ildə fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyətinə həsr olunmuş kollegiya iclası keçirilmişdir. Fevralın 6-da Azərbaycan Respublikasının Baş Prokurorluğunda mərkəzi aparatın, respublika Hərbi, Naxçıvan Muxtar Respublikasının və Bakı şəhər prokurorluqlarını... | ANL |
Heydər Əliyev Fondu tərəfindən xalq artisti Ağaxan Abdullayevin musiqi albomu nəşr olunmuşdur. Azərbaycan mədəniyyətinin inkişafına xüsusi diqqət və qayğı göstərən Heydər Əliyev Fondu xalq artisti Ağaxan Abdullayevin anadan olmasının 60 illik yubileyi münasibətilə xanəndənin musiqi albomunu nəşr etmişdir. Yüksək poliqr... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev İsrailin xarici işlər naziri Aviqdor Libermanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 9-da İsrailin xarici işlər naziri Aviqdor Libermanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Görüşdə ikitərəfli mün... | ANL |
"Xocalı soyqırımının on səkkizinci ildönümünün keçirilməsinə dair tədbirlər planı" təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin sərəncamı ilə "Xocalı soyqırımının on səkkizinci ildönümünün keçirilməsinə dair tədbirlər planı" təsdiq edilmişdir. Tədbirlər planında Xətai rayonunda, Naf... | ANL |
A.V.Əfəndiyevin Azərbaycan Respublikasının İspaniya Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram: Altay Vasif oğlu Əfəndiyev Azərbaycan Res... | ANL |
Azərbaycan Milli Elmlər Akademiyasının gənc alimlərinin Avropanın elmi mərkəzlərində doktorantura təhsilinin maliyyələşdirilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikasında elmi tədqiqatların müasir standartlar səviyyəsində aparılmasını, ölkənin elmi kadr potensialının artı... | ANL |
Nazirlər Kabinetində görüş. Fevralın 9-da Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyev Küveyt Dövlətinin Bakıdakı səfiri Ğəssan Əbdülbari əl-Zəvavi ilə görüşmüşdür. Görüşdə ölkələrimiz arasında elm, mədəniyyət, səhiyyə, təhsil, idman, turzim sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağl... | ANL |
Orduya yüksək diqqət və qayğı nümunəsi. Ordu hər bir millətin güvənc yeri, özünütəsdiq imkanıdır. Tarix sübuta yetirmişdir ki, peşəkar ordusu olan xalqın müstəqilliyi də əbədidir. Döyüşün, yağı düşmənə qarşı mübarizənin az qala milli yaşam tərzinə çevrildiyi qədim dövrlərdən Azərbaycan mübariz, qorxmaz, vətən uğrunda c... | ANL |
Azərbaycan elminə investisiya qoyulur. Bu yaxınlarda Azərbaycan alimlərindən ibarət nümayəndə heyəti Səudiyyə Ərəbistanının Kral Əbdüləziz adına Elm və Texnologiya Mərkəzinin dəvəti ilə bu ölkədə səfərdə olmuşdur. Səfər çərçivəsində mərkəzlə elmi əməkdaşlıq əlaqələri yaradılmış, həmin qurum tərəfindən maliyyələşdirilən... | ANL |
Humanist ideallara yüksək sadiqlik nümunəsi. Ulu öndər Heydər Əliyevin ölüm hökmünün ləğvi ilə bağlı tarixi qərarı respublikamızın Avratlantik məkana inteqrasiyasını sürətləndirdi. Tarixin sınağından çıxmış təcrübə göstərir ki, yüksək dövlətçilik və idarəçilik təfəkkürünə malik lideri olmayan xalqlar nəinki müstəqil dö... | ANL |
Elm, ideologiya və dövlətçilik şüuru. Milli dəyərlərə önəm vermək, gənc nəsli milli dəyərlər əsasında tərbiyə etmək xüsusi əhəmiyyət daşıyır. Elmə sosial sifariş. Azərbaycanda yeni iqtisadi münasibətlərə keçid prosesinin başa çatması bütövlükdə ictimai həyatın elmi meyarlar baxımından yenidən dəyərləndirilməsini tələb ... | ANL |
Kiyevdə Ukrayna dilində "Qarabağ tarixin gərdişində" sənədli filminin təqdimatı olmuşdur. Kiyevin "Opera" mehmanxanasının konfrans salonunda Ukrayna dilində "Qarabağ tarixin gərdişində" sənədli filminin təqdimatı olmuşdur. Filmdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixindən, bəşəriyyətə qarşı ən dəhşə... | ANL |
Bakıda Beynəlxalq Mülki Aviasiya Təşkilatının üçgünlük regional müşavirəsi işə başlamışdır. Fevralın 9-da Bakıda Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) regional müşavirəsi işə başlamışdır. Fevralın 11-dək davam edəcək tədbir İCAO-nun Kanadanın Monreal şəhərindəki mənzil-qərargahında bu il martın 29-da keçirilməs... | ANL |
Müharibənin məhkum etdiyi talelər. Bizim nəsil əvvəllər mübaribəni filmlərdə görmüş, onun haqqında kitablardan oxumuşdu. Əlbəttə, bu əsərlərin heç biri yalnız müəllif təxəyyülünün məhsulu, fantaziya, uydurma deyildi, onların hamısının əsasında həqiqət, baş vermiş hadisələr dayanırdı. Çünki müharibə təkcə orduların üz-ü... | ANL |
Əbədi faşizm. Qafqaz qismətinə münaqişələrin xronoloji ardıcıllıqla düzüldüyü məkan kimi minillik müharibələrlə damğalanıb. Sülhün bəxti kiminsə qarğışına tuş gəlibmiş kimi açılmır ki, açılmır. Müharibələr Qafqaz bölgəsində səngimir. Erməni millətçiləri Qafqazda baş verən bütün münaqişələrin səbəbkarı, ilhamvericisi və... | ANL |
AzərTAc-ın fotomüxbirinin "Paralimpiya anları" mövzusunda növbəti sərgisi. Azərbaycan Milli Paralimpiya Komitəsinin yaranmasının 14 illiyi ilə bağlı fevralın 9-da Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda "Paralimpiya anları" mövzusunda fotosərgi açılmışdır. Sərgidə Azərbaycan Dövlət Teleqraf Agentliy... | ANL |
Aviqdor Liberman: "Azərbaycan ilə İsrail arasındakı dostluq münasibətlərinin kökləri dərindir". Bakıda səfərdə olan İsrailin xarici işlər naziri Aviqdor Liberman demişdir ki, Azərbaycan ilə İsrail arasındakı dostluq münasibətlərinin kökləri dərindir. Azərbaycanda yəhudi icmasının fəaliyyət göstərməsi də buna əyani sübu... | ANL |
Olimpiya çempionu Zemfira Meftahətdinovaya həsr olunmuş filmin təqdimatı oldu. Milli Olimpiya Komitəsində (MOK) stend atıcılığı üzrə XXVII Sidney Yay Olimpiya Oyunlarının çempionu Zemfira Meftahətdinovaya həsr olunmuş "Qızıl Sidney" filminin təqdimat mərasimi keçirilmişdir. Təqdimat mərasimində MOK-un vitse-prezidentlə... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev AŞ PA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçilərini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 10-da AŞ PA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Andres Herkeli və Debona Qrexi qəbul etmişdir. Görüşdə Azərbaycan ilə A... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev Kanadanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirinin etimadnaməsini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 10-da Kanadanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mark Beylinin etimadnaməsini qəbul etmişd... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev Serbiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirinin etimadnaməsini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 10-da Serbiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Vladimir Curgusun etimadna... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev Mali Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirinin etimadnaməsini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 10-da Mali Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Brahima Kulibalinin... | ANL |
İran İslam Respublikasının Prezidenti zati-aliləri cənab Mahmud Əhmədinejada. Hörmətli cənab Prezident! Milli bayramınız - İslam inqilabı günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Azərbaycan ilə İran arasındakı münasibətlər dərin tarixi köklərə əsasla... | ANL |
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 may tarixli 574 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturu”na əlavə edilməsi barədə. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Azərbaycan dövlətini... | ANL |
2009-cu il 18 mart tarixli referendum nəticəsində qəbul edilmiş “Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişikliklər edi... | ANL |
Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Sürətli dəyişikliklərin baş verdiyi hazırkı vaxtda cəmiyyətin sosial-iqtisadi tərəqqisində, rəqabətədavamlı insan kapitalının formalaşmasında, davamlı inkişafa zəmin yaradan bilik iqtisad... | ANL |
“Azərbaycan Respublikasının ərazi vahidlərinin və inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”nın təsdiq edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. “Azərbaycan Respublikasının ərazi vahidlərinin və inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası” təsdiq edi... | ANL |
Azərbaycan Respublikasının ərazi vahidlərinin və inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması qaydası. Bu Qayda "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2009-cu il 30 iyun tarixli 853-IIIQD nö... | ANL |
Azərbaycan Respublikası Vergilər Nazirliyinin əməkdaşlarına xüsusi rütbələrin verilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikası Vergilər Nazirliyinin aşağıdakı əməkdaşla... | ANL |
Azərbaycan Respublikası Vergilər Nazirliyinin bir qrup əməkdaşlarının "Vergi orqanlarında xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli Azərbaycan Respublikasının medalı ilə təltif edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycanda vergi xidməti işçilərinin peşə bayramı və Azərbaycan Respub... | ANL |
V.M.Sultan-zadənin Azərbaycan Respublikasının Türkmənistanda fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram: Vəhdət Məmmədağa oğlu Sultan-zadə Azərbaycan Respublikasının Türkmənistanda fövqəladə və səlahiyy... | ANL |
V.M.Sultan-zadəyə fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. "Diplomatik xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsini rəhbər tutaraq qərara alıram: Vəhdət Məmmədağa oğlu Sultan-zadəyə fövqəladə və səlahiyyətli səfir... | ANL |
Azərbaycan-İsrail əlaqələri inkişaf edir. Fevralın 10-da Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan İsrailin xarici işlər naziri Aviqdor Libermanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü. Qonaqları salamlayan Oqtay Əsədov Aviqdor Libermanın xarici işlər naziri kimi Azərbaycana ilk səfərinin iki ölkə... | ANL |
Ermənilərin XIX əsrdə Şimali Azərbaycan torpaqlarına köçürülmələri tarixi həqiqətdir. Fevralın 10-da Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə "İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi" kitabının təqdimat mərasimi keçirilmişdir. YAP sədrinin müavini-icra katibi... | ANL |
Yüksəliş və tərəqqini təmin edən regional inkişaf strategiyası. Hər bir mərhələ üzrə qarşıda duran strateji hədəflərin dəqiq müəyyənləşdirilməsi, mütərəqqi yeniliklərin tətbiqi yolu ilə dövrün tələblərinə cavab verən çevik iqtisadi siyasətin, çoxşaxəli inkişaf strategiyasının gerçəkləşdirilməsi Azərbaycan hökumətinin s... | ANL |
Elm, ideologiya və dövlətçilik şüuru. Azərbaycan iqtisadi cəhətdən artıq oturuşmuş dövlət kimi tanınır. Mən hesab edirəm ki, biz artıq iqtisadi sahədə keçid dövrünü başa vurmuşuq. İqtisadiyyat, elm və ideologiya. Qloballaşma və inteqrasiya şəraitində Azərbaycanın yeritdiyi iqtisadi siyasət keçid dövrünü yenicə başa vur... | ANL |
İranın milli bayramı şərəfinə. İranın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - İslam inqilabının 31-ci ildönümü münasibətilə "Gülüstan" sarayında rəsmi qəbul təşkil etmişdir. Azərbaycan Respublikasının və İran İslam Respublikasının dövlət himnləri səslənmişdir. İranın Azərbaycandakı səfiri Məmmədbaqir Bəhrami... | ANL |
Şəkidə xalq şairi Bəxtiyar Vahabzadənin büstü açılmışdır. Fevralın 10-da Şəki şəhərində xalq şairi Bəxtiyar Vahabzadənin vəfatının ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir. Şəhərdəki "Qrand" şadlıq sarayında Şəki Şəhər İcra Hakimiyyəti və "Qafqaz" Universitetinin birgə hazırladıqları "Şəkidən dünyaya" adlı... | ANL |
Əbədi faşizm. Siyasətin psixologiyası. Adı "Böyük Ermənistan" olsa da alman faşistləri kimi bütün dünyanın iddiasında deyildilər. Bir az Türkiyədən, bir az Gürcüstandan, bir az Azərbaycandan, sonra imkan olsa Rusiyadan, fürsət düşəndə isə İrandan da torpaq istəyəcəkdilər! Onlara bundan artıq nəsə lazım deyil, əzabkeş b... | ANL |
Bakı müşavirəsində səslənən təkliflər İCAO-nun Monreal konfransına çıxarılacaqdır. Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) Bakıda keçirilən müşavirəsindən gözlədiyimiz əsas nəticələrdən biri də son vaxtlar aviauçuşlar zamanı baş vermiş təxribatların qarşısının alınması ilə bağlı iştirakçıların təkliflərinin müzak... | ANL |
Azərbaycanın səyi nəticəsində Ermənistan mülki aviasiya üzrə regional qrupdan kənarda qalmışdır. Azərbaycan 2002-ci ildə Beynəlxalq Mülki Aviasiya Təşkilatına (İCAO) üzv qəbul olunan zaman Ermənistan tərəfindən yaradılan süni maneələrlə üzləşmişdi. Hazırda isə rəsmi Bakının səyi nəticəsində təcavüzkar Ermənistan aviasi... | ANL |
Heydər Əliyev Fondu şəkərli diabet xəstələrinin zəruri preparatla təmin olunması sahəsində növbəti aksiya həyata keçirmişdir. Heydər Əliyev Fondu şəkərli diabet xəstələrinin zəruri preparatla təmin olunması sahəsində növbəti aksiya həyata keçirmişdir. Fonddan bildirmişlər ki, Səhiyyə Nazirliyi, Azərbaycan Diabet Cəmiyy... | ANL |
Vyanada "Azərbaycanda qaçqın ailələrində uşaqlar" adlı sərgi açılmışdır. Fevralın 9-da Vyanada "Azərbaycanda qaçqın ailələrində uşaqlar" adlı fotosərgi açılmışdır. Buradakı Afro-Asiya İnstitutunun təşkilatçılığı, Azərbaycanın Avstriyadakı səfirliyi və Azərbaycan Akademik Birliyinin birgə dəstəyi ilə keçirilən fotosərgi... | ANL |
"Ceyranı oğurladılar və ya ayı balasının qoçaqlığı". Gəncə Dövlət Dram Teatrının yaradıcı kollektivi yeni hazırladığı tamaşa ilə balacaları sevindirmişlər. Bu, Ələsgər Qurbanovun qələminin məhsulu olan "Ceyranı oğurladılar və ya ayı balasının qoçaqlığı" adlı musiqili, nəğməli nağıl-pyesdir. Tamaşanın quruluşçu rejissor... | ANL |
Tarixi simasını saxlayan qədim Gəncə sürətlə inkişaf edir. Ulu öndərin abidəsini ziyarət. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 11-də qədim Gəncə şəhərinə səfərə gəlmişdir. Azərbaycanda aparılan geniş abadlıq-quruculuq işləri çərçivəsində Gəncə şəhərində də kompleks tədbirlər görülür. Ölkəmizin bö... | ANL |
Gəncədə "Ramada Plaza" mehmanxanası istifadəyə verilmişdir. Prezident İlham Əliyev fevralın 11-də Gəncədə "Ramada Plaza" mehmanxanasının açılış mərasimində iştirak etmişdir. Gəncə şəhər ictimaiyyətinin nümayəndələri dövlət başçısını hərarətlə qarşıladılar. Prezident İlham Əliyev rəmzi açılışı bildirən lenti kəsdi, mill... | ANL |
Gəncə şəhər ictimaiyyətinin nümayəndələri ilə görüş. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 11-də Gəncədə "Ramada Plaza" mehmanxanasının açılışından sonra şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür. Prezident İlham ƏLİYEV gəncəliləri təbrik edərək dedi: - Sizi bu gözəl, yeni mehmanxananın ... | ANL |
"Bələdiyyələrin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında" Əsasnamənin təsdiq edilməsi barədə. Azərbaycan Respublikasının Qanunu. Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: "Bələdiyyələrin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında" Əsasnamə t... | ANL |
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavə edilməsi haqqında. Azərbaycan Respublikasının Qanunu. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti. | ANL |
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası... | ANL |
2009-cu il iyunun 11-də Berlin şəhərində imzalanmış "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Almaniya Federativ Respublikasının Federal Ədliyyə Nazirliyi arasında hüquqi əməkdaşlığa dair Birgə Bəyanat"ın təsdiq edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. 2009-cu il iyunun 11-də Be... | ANL |
2009-cu il dekabrın 9-da Paris şəhərində imzalanmış "Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Fransa Respublikasının Dövlət Büdcəsi, Mühasibatı, Qulluğu və İslahatı Nazirliyinin Dövlət Maliyyəsi Baş İdarəsi arasında texniki məkdaşlıq Sazişi"nin təsdiq edilməsi haqqında. Azərbaycan Respublikası Preziden... | ANL |
Azərbaycan Respublikası və Sloveniya Respublikası arasında 2009-cu il noyabrın 9-da Bakı şəhərində imzalanmış sənədlər haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Sloveniya Respublikasının İqtisadiyyat Nazirliyi arasında əməkdaşlıq haqqında M... | ANL |
"Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (YUNİSEF) arasında "Uşaqların ailələrə verilməsi və alternativ qayğı ... | ANL |
"Azərbaycan Respublikası hökuməti və Birləşmiş Ərəb Əmirlikləri hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 21 may tarixli 2830 nömrəli sərəncamına əlavə ed... | ANL |
2009-cu il noyabrın 27-də Havana şəhərində imzalanmış "Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Kuba Respublikasının İdman, Fiziki Tərbiyə və İstirahət Milli İnstitutu (Təşkilatı) arasında bədən tərbiyəsi və idman sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə. Azərbaycan Respubl... | ANL |
2009-cu il mayın 22-də Astana şəhərində Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurasının iclasında imzalanmış "1979-1989-cu illərdə Əfqanıstanda müharibə dövründə xəbərsiz itkin düşmüş hərbi qulluqçuların axtarışının, basdırılma yerlərinin axtarışının, eksqumasiyasının, qalıqlarının eyniləşdirilməsini... | ANL |
2009-cu il dekabrın 29-da Tallin şəhərində imzalanmış "Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Estoniya Respublikasının Sərhəd Mühafizəsi İdarəsi arasında əməkdaşlığa dair Saziş"in təsdiq edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. 2009-cu il dekabrın 29-da Tallin şəhərində i... | ANL |
Azərbaycan Respublikası və Belarus Respublikası arasında 2009-cu il noyabrın 12-də Minsk şəhərində imzalanmış sənədlər haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası hökuməti və Belarus Respublikası hökuməti arasında gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında Saziş;. Azərba... | ANL |
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavə edilməsi haqqında” Azərbaycan Respublikasının 2009-cu il 15 dekabr tarixli 931-IIIQD nömrəli Qanununun tətbiq edilməsi barədə. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavə edilməsi haq... | ANL |
"Bələdiyyələrin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. "Bələdiyyələrin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi ... | ANL |
“Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar” Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına əlavələr və dəyişikliklər edilməsi və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 28 dekabr tarixli 47 ... | ANL |
Bələdiyyələrin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında Əsasnamə. Bu Əsasnamə "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Azərbaycan Respublikasında bələdiyyələrin Dövlət reyestrinin (bundan sonra - Dövlət reyestri) aparılması və onlara şəha... | ANL |
AMEA-da brifinq keçirilmişdir. Fevralın 11-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2010-cu il fevralın 9-da imzaladığı "Azərbaycan Milli Elmlər Akademiyasının gənc alimlərinin Avropanın elmi mərkəzlərində doktorantura təhsilinin maliyyələşdirilməsi haqqında"... | ANL |
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK), Heydər Əliyev Fondu və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə ölkəmizdə "Azərbaycan ailəsi-2010" kinofestivalı başlanmışdır. Bu münasibətlə fevralın 11-də Azərbaycan Kinematoqrafçılar İttifaqında tədbir keçirilmişdir. Ailə dəyərlərindən danışan AQU... | ANL |
Tarixi mənbələr göstərir ki, ölkəmizdə arıçılıq hələ eramızın II-III minilliyində mövcud olub. Orta əsrlərdə bal və mum yerli əhalinin ehtiyaclarını ödəməklə yanaşı, ipək, duz və s. məhsullarla birlikdə ixrac edilib. XIX əsrin əvvəllərində isə Cənubi Qafqazda ən böyük arıçılıq təsərrüfatları Quba, Gəncə, Ordubad və Şir... | ANL |
Zərdab Uşaq İncəsənət Məktəbinin uğurları artır. Bu qədim yurdun ictimai-mədəni həyatında Zərdab Uşaq İncəsənət Məktəbinin xüsusi yeri var. Rayonda keçirilən mədəni-kütləvi tədbirlərdə məktəbin nümayəndələri müntəzəm, fəal iştirak edirlər. Artıq məktəb şagirdlərinin və məzunlarının sorağı respublika miqyaslı müsabiqələ... | ANL |
Dünya miqyasında ən sürətlə inkişaf edən Azərbaycanın regionları da böyük tərəqqi yolundadır. Ağdaş şəhərində ulu öndərin abidəsini ziyarət. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də Ağdaş rayonuna gəlmişdir. Ölkəmizin ümumi inkişaf dinamikasına uyğun olaraq son illər Ağdaş rayonunun sosial-iqti... | ANL |
Prezident İlham Əliyev Ağdaşda Habil Əliyev adına Musiqi Məktəbi ilə tanış olmuşdur. Fevralın 12-də Azərbaycan Prezidenti İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş Habil Əliyev adına Ağdaş Şəhər Musiqi Məktəbində yaradılmış şəraitlə tanış olmuşdur. Tikintisinə 2008-ci ilin martında başlanmış 540 şa... | ANL |
Prezident İlham Əliyev Ağdaş şəhərində yeni su xəttinin açılışında iştirak etmişdir. Azərbaycan Prezidenti İlham Əliyev fevralın 12-də Ağdaş şəhərinə yeni su xəttinin açılışında iştirak etmişdir. Dövlətimizin başçısına məlumat verildi ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Ağdaş şəhərin... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.