text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Ağdaşda Olimpiya-İdman Kompleksi istifadəyə verilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev fevralın 12-də Ağdaş Olimpiya-İdman Kompleksinin açılışında iştirak etmişdir. Ağdaş rayon ictimaiyyətinin nümayəndələri və idmançılar dövlətimizin başçısını hərarətlə qarşıladılar. Prezident İlham Əliyev açılışı bildirən lenti k... | ANL |
Ağdaş rayon ictimaiyyətinin nümayəndələri ilə görüş. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də Ağdaşda Olimpiya-İdman Kompleksinin açılışından sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür. Prezident İlham ƏLİYEV ağdaşlıları təbrik edərək dedi: - Mən sizin hamınızı ürəkdən təbrik edi... | ANL |
Prezidentin mətbuat xidmətinin məlumatı. Fevralın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ukraynada prezident seçkilərində qələbə qazanmış Viktor Yanukoviçə telefonla zəng etmişdir. Dövlətimizin başçısı Viktor Yanukoviçi prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik etmiş, ona gələcək fəa... | ANL |
Ukrayna Regionlar Partiyasının lideri cənab Viktor Yanukoviçə. Hörmətli Viktor Fyodoroviç! Ukrayna prezidenti seçkilərində qələbəniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Azərbaycan və Ukrayna tarixən sıx dostluq, qarşılıqlı dəstək və etimad telləri ilə bağlıdır. Əminəm ki, bu xeyirxah ənənələrə əsaslanan dövlətləra... | ANL |
Ağdaşda Mərkəzi Rayon Xəstəxanasının yeni binasının təməli qoyulmuşdur. Prezident İlham Əliyev fevralın 12-də Ağdaşda Mərkəzi Rayon Xəstəxanasının yeni binasının təməlqoyma mərasimində iştirak etmişdir. Səhiyyə naziri Oqtay Şirəliyev dövlətimizin başçısına məlumat vermişdir ki, ölkəmizdə səhiyyə sektorunda aparılan isl... | ANL |
Prezident İlham Əliyev Ağdaşda regional elektrik yarımstansiyasının təməlqoyma mərasimində iştirak etmişdir. Azərbaycan Prezidenti İlham Əliyev fevralın 12-də Ağdaşda regional elektrik yarımstansiyasının təməlqoyma mərasimində iştirak etmişdir. Mərasim iştirakçıları və inşaatçılar dövlətimizin başçısını hərarətlə qarşı... | ANL |
Göyçay rayonunda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də Göyçay rayonuna gəlmişdir. Son illər respublikamızda aparılan uğurlu sosial-iqtisadi islahatlar nəticəsində Göyçay rayonunun da siması tamamilə dəyişmişdir. Respublikamızın inkişafında mühüm r... | ANL |
Göyçay şəhərində Heydər Əliyev Mərkəzi açılmışdır. Fevralın 12-də Prezident İlham Əliyev Göyçay şəhərində Heydər Əliyev Mərkəzinin açılış mərasimində iştirak etmişdir. Dövlətimizin başçısı mərkəzin yerləşdiyi əraziyə baxdı. Burada yaşıllıqlar salınmış, dekorativ kollar və ağaclar əkilmiş, fəvvarələr quraşdırılmışdır. H... | ANL |
Göyçay rayon ictimaiyyətinin nümayəndələri ilə görüş. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də Göyçayda Heydər Əliyev Mərkəzinin açılışından sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür. Prezident İlham ƏLİYEV göyçaylıları təbrik edərək dedi: - Gözəl mərkəzin açılışı münasibətilə s... | ANL |
Prezident İlham Əliyev Göyçay şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsi ilə tanış olmuşdur. Prezident İlham Əliyev fevralın 12-də Göyçay şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsi ilə tanış olmuşdur. Dövlətimizin başçısını inşaatçılar hərarətlə qarşıl... | ANL |
"Göyçay-1" Su Elektrik Stansiyasının təməli qoyulmuşdur. Prezident İlham Əliyev fevralın 12-də "Göyçay-1" Su Elektrik Stansiyasının təməlqoyma mərasimində iştirak etmişdir. Son illər ölkəmizin enerjiyə olan tələbatının tam şəkildə ödənilməsi istiqamətində atılan mühüm addımlardan biri də bölgələrdə, rayon və kəndlərdə ... | ANL |
Dövlətimizin başçısı Göyçay Olimpiya-İdman kompleksinin açılışında iştirak etmişdir. Azərbaycanda idman hərəkatının geniş vüsət aldığı bir vaxtda bölgələrdə Olimpiya-İdman komplekslərinin inşası xüsusi əhəmiyyət daşıyır. Son illər Göyçayda da inşa olunan infrastruktur obyektləri sırasında Olimpiya-İdman Kompleksi vardı... | ANL |
Prezidentin mətbuat xidmətinin məlumatı. Fevralın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ukraynada prezident seçkilərində qələbə qazanmış Viktor Yanukoviçə telefonla zəng etmişdir. Dövlətimizin başçısı Viktor Yanukoviçi prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik etmiş, ona gələcək fəa... | ANL |
Ukrayna Regionlar Partiyasının lideri cənab Viktor Yanukoviçə. Hörmətli Viktor Fyodoroviç! Ukrayna prezidenti seçkilərində qələbəniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Azərbaycan və Ukrayna tarixən sıx dostluq, qarşılıqlı dəstək və etimad telləri ilə bağlıdır. Əminəm ki, bu xeyirxah ənənələrə əsaslanan dövlətləra... | ANL |
2009-cu il 18 mart tarixli referendum nəticəsində qəbul edilmiş “Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi ba... | ANL |
"2009-cu il 18 mart tarixli referendum nəticəsində qəbul edilmiş "Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktının tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi ... | ANL |
Yanğın təhlükəsizliyi sahəsində Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişikliklər edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. "Yanğın təhlükəsizliyi haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun... | ANL |
Maliyyə Nazirliyinin kollegiya iclası olmuşdur. Fevralın 12-də Maliyyə Nazirliyinin ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilmişdir. Maliyyə naziri Samir Şərifov bildirmişdir ki, 2009-cu il bütün dünyada maliyyə böhranı ili olmasına baxmayaraq, Azərbaycanda böhrana qarşı gö... | ANL |
İCAO-nun auditləri Azərbaycanda uçuşların təhlükəsizliyinin yüksək səviyyədə olduğunu göstərir. Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının (ADMAA) direktoru Arif Məmmədov bildirmişdir ki, Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) keçirdiyi auditlərin nəticələri ölkəmizdə uçuşların təhlükəsizliyinin yüksək... | ANL |
Humanitar əməkdaşlıq genişlənir və dərinləşir. Beynəlxalq münasibətlər sistemində özünəməxsus yeri və çəkisi olan Rusiya ilə Azərbaycan arasında diplomatik münasibətlər 1992-ci ilin aprelində qurulsa da, ilkin dövrlərdə münasibətlərin normal məcrada inkişafı baş vermədi. Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan ... | ANL |
İctimai və humanitar elmlər sosial sifarişə çevik cavab verməlidir. Müasir qloballaşan dünyada Azərbaycanın sürətli iqtisadi inkişafı nəticəsində cəmiyyətimizdə baş verən dinamik keyfiyyət və kəmiyyət dəyişiklikləri yeni sosial reallıqların meydana çıxmasına səbəb olmuşdur. Bu yeni reallıqların elmi tədqiqi cəmiyyətin ... | ANL |
Vyanada Avstriya-Azərbaycan Ticarət Palatası təsis edilmişdir. Fevralın 11-də Vyanada yeni təsis edilmiş Avstriya-Azərbaycan Ticarət Palatasının (ATAZ) ilk iclası keçirilmişdir. İclası giriş sözü ilə açan Azərbaycanın Avstriyadakı səfiri Fuad İsmayılov yeni yaradılmış təşkilata uğurlu fəaliyyət arzulamışdır. Bildirilmi... | ANL |
O, həm də görkəmli dramaturq idi. Azərbaycan ədəbiyyatının, bütövlükdə XX əsr poetik fikrinin görkəmli nümayəndəsi, xalq şairi Bəxtiyar Vahabzadə ömrünün sonuna qədər böyük sənət ehtirası ilə yazıb yaratmışdı. Müdrik həyat düşüncələrini, daşlardan süzülüb gələn dağ şəlaləsi kimi içindəki hissləri, duyğuları sətirlərə ç... | ANL |
Daşları sındırıb, ürəkləri yandıran muğam. Ahəngində xalqımızın taleyini əks etdirən Azərbaycan muğamları bizim milli kimliyimiz və mənəvi pasportumuzdur. Əsrlərin, quruluş və zamanların müxtəlifliyindən, təsir və diktəsindən, müqavimət və müdaxiləsindən, sınaq və repressiyalarından büdrəmədən qalib çıxaraq aydın sabah... | ANL |
Azərbaycan-Almaniya münasibətləri bütün sahələrdə uğurla inkişaf edir. Azərbaycanın Avropada etibarlı tərəfdaş kimi münasibətlərini ildən-ilə inkişaf etdirdiyi ölkələrdən biri də Almaniyadır. Rəsmi Bakı Avratlantik məkana inteqrasiya və Avropa Birliyi ilə sıx əməkdaşlıq prosesində Almaniyanın dəstəyinə xüsusi önəm veri... | ANL |
Serbiya Respublikasının Prezidenti zati-aliləri cənab Boris Tadiçə. Hörmətli cənab Prezident! Milli bayramınız - Dövlətçilik Günü münasibətilə Sizi və bütün xalqınızı ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə Serbiya arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq daim i... | ANL |
Azərbaycan ordusunun maddi-texniki təchizatı daha da güclənir. Silahlı Qüvvələrin döyüş hazırlığının yüksəlməsi Ermənistanı təşvişə salır. Bu gün əldə etdiyi uğurlar, sürətli sosial-iqtisadi inkişaf və həyata keçirdiyi islahatlara görə dünyanın əksər ölkələri üçün nümunəyə çevrilən Azərbaycan ordu quruculuğu sahəsində ... | ANL |
İctimai və humanitar elmlər sosial sifarişə çevik cavab verməlidir. Keçmiş sovet dövründən qalmış elmin maliyyələşdirilməsi metodologiyasına yenidən baxılmalı, yaradıcılıq mühitini, tətbiqi tədqiqatları stimullaşdıran yeni siyasət həyata keçirilməlidir. Şübhəsiz ki, dövlət başçısının təsdiq etdiyi elmin 2009-2015-ci il... | ANL |
Rasim Səməd oğlu Əfəndiyev. Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz vermişdir. Tanınmış sənətşünas alim, Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun direktoru, Akademiyanın həqiqi üzvü, sənətşünaslıq doktoru, professor Rasim Səməd oğlu Əfəndiyev 2010-cu il fevralın 13-də ömrünün 82-ci ili... | ANL |
Azərbaycan-Rusiya münasibətləri yüksələn xətlə inkişaf edir. Fevralın 13-də Rusiya Federasiyasının ölkəmizdəki səfiri Vladimir Doroxin Azərbaycan Dillər Universitetində (ADU) olmuşdur. Universitetdən bildirmişlər ki, ADU-nun rektoru, professor Səməd Seyidov ilə keçirilən görüşdə Azərbaycan-Rusiya ikitərəfli münasibətlə... | ANL |
AzərTAc-ın Türkiyə təmsilçiliyi TÜRKSOY-un Şərəf Mükafatına layiq görülmüşdür. Azərbaycan Dövlət Teleqraf Agentliyinin Türkiyə təmsilçiliyi TÜRKSOY təşkilatının təsis etdiyi "Mətbuatda. TÜRKSOY Şərəf Mükafatı"na layiq görülmüşdür. Təşkilatın baş katibi Düsen Kaseinovun imzası ilə AzərTAc-a göndərilmiş məktubda b... | ANL |
Böhran ilində dayanıqlı inkişafı təmin edən uğurlu iqtisadi siyasət. Uğur və nailiyyətləri şərtləndirən mühüm amillərdən biri sosial məsuliyyət prinsipidir. Hakimiyyət cəmiyyət qarşısında götürdüyü öhdəliklərə sadiqlik nümayiş etdirəndə xalqa layiqli xidmət məramını əsas tutmaqda, ölkənin bütün resurslarını strateji mə... | ANL |
Səmərəli innovasiya sistemi və yeni təhsil texnologiyaları dayanıqlı iqtisadiyyatın əsas resurslarıdır. XXI əsr bəşəriyyət qarşısında qlobal maliyyə böhranı ilə yanaşı, bir sıra mürəkkəb problemlər də qaldırmışdır. Əsas problem ənənəvi enerji ehtiyatlarının tükənməsi ehtimalı ilə sənayecə inkişaf etmiş ölkələrdə enerji... | ANL |
Davosun qırxıncı addımı. Bütünlükdə Davos Beynəlxalq İqtisadi Forumunun büdcəsinə köçürülən illik məbləğ 90 milyon dollar ətrafindadır. Üzvlük haqqı ödəyən təşkilatlar foruma 1500-ə yaxın nümayəndə göndərə bilirlər. Biznes və siyasi dünya elitasının məclisində özlərinin görünməsini vacib sayanlar da forumda iştirak etm... | ANL |
Əhməd Davudoğlu: "Qazaxıstan ATƏT-in sədri kimi Dağlıq Qarabağ məsələsinin həllində mühüm addım atmalıdır". Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirmişdir ki, Qazaxıstan ATƏT-in sədri kimi Dağlıq Qarabağ məsələsinin həllində mühüm addım atmalıdır. Əhməd Davudoğlu Anadolu agentliyinə müsahibəsində Dağlıq Qa... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədri Kanat Saudabayevin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 15-də Qazaxıstanın dövlət katibi - xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Kanat Saudabayevin başçılıq etdiyi nü... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev Slovakiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Yozef Miqaşın etimadnaməsini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 15-də Slovakiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Yozef Miqaşın etimadnamə... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Raimkul Attakurovun etimadnaməsini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 15-də Qırğızıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Raimkul Attakuro... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev İspaniyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Xuan Klos i Mateonun etimadnaməsini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 15-də İspaniyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Xuan Klos i Mateonu... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev İsrailin keçmiş Baş naziri Exud Olmerti qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 15-də Qazaxıstana gedərkən yolüstü Bakıda dayanan İsrailin keçmiş Baş naziri Exud Olmerti qəbul etmişdir. Görüşdə Azərbaycan ilə İsrail arasında münasibətlərə dair fikir... | ANL |
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Fransa Prezidentinin Sərəncamı ilə "Şərəf Legionu" ordeni ilə təltif edilmişdir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva Fransa Respublikası Prezidentinin Sərəncamı ilə "Şərəf Legionu" ord... | ANL |
Azərbaycan ATƏT-lə əməkdaşlığın inkişaf etdirilməsinə böyük önəm verir. ATƏT-in fəaliyyətdə olan sədri kimi Qazaxıstan nümayəndə heyətinin Azərbaycana səfəri mühüm əhəmiyyət kəsb edir. Avratlantik məkana inteqrasiya edən Azərbaycan beynəlxalq təşkilatlarla, o cümlədən ATƏT və onun Parlament Assambleyası ilə ikitərəfli ... | ANL |
Azərbaycan ərazi bütövlüyünün bərpası istiqamətində mövqelərini daha da gücləndirir. Prezident İlham Əliyev "Euronews" telekanalına müsahibəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqların əsas prinsiplərini bir daha açıqlayıb. Mövcud olduğu regionun lideri statusunu daşıyan, bunu hər ötən il qazandığı u... | ANL |
Kanat Saudabayev: "Qazaxıstanın ATƏT-də sədrliyi dövründə əsas prioritetlərdən biri həlli uzanan münaqişələrin, o cümlədən Dağlıq Qarabağ probleminin nizamlanmasıdır". Xəbər verdiyimiz kimi, fevralın 15-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə rəsmi səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, Qa... | ANL |
Kanat SAUDABAYEV: 2010-cu il Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında həlledici il olacaqdır. 2010-cu il Dağlıq Qarabağ münaqişənin nizamlanmasında həlledici il olacaqdır. Bunu ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayev fevralın 15-də "Azərbaycan Respublikası Dağlıq Qarabağ bö... | ANL |
Prezident İlham Əliyevin uğurlu siyasəti və xalqın iqtidara sarsılmaz etimadı Azərbaycanın əldə etdiyi nailiyyətlərin əsasıdır. Əli Əhmədov: "Son 17 ildə bütün seçkilərin şəriksiz qalibi olmuş YAP-ın indi başlıca hədəfi qarşıdakı parlament seçkilərində daha böyük siyasi zəfər qazanmaqdır". 2009-cu il Azərbaycanın müasi... | ANL |
Davamlı tərəqqiyə təminat yaradan milli iqtisadi inkişaf modeli. Dünya iqtisadiyyatını ciddi sınaqlarla üz-üzə qoyan 2009-cu il Azərbaycan üçün də müəyyən çətinliklər yaratsa da, respublikada qlobal maliyyə-iqtisadi böhrana qarşı həyata keçirilmiş məqsədyönlü qabaqlayıcı tədbirlər sistemliliyi və səmərəliliyi ilə diqqə... | ANL |
Elmin nüfuzunun yüksəldilməsi onun inkişafına təkan verən amillərdəndir. Müasir Azərbaycanın ən aktual çağırışı ölkə Prezidenti İlham Əliyev tərəfindən irəli sürülmüş "təbii sərvətlərdən əldə edilən gəlirlərin intellektual sərvətə, insan sərvətinə çevrilməsi" ideyasıdır. Bu ideyanın həyata keçməsi üçün artıq bir sıra v... | ANL |
Xarici İşlər Nazirliyində ABŞ Konqresi Aparatının nümayəndələri ilə görüş olmuşdur. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində ABŞ Konqresi Aparatının bir qrup məsul nümayəndələri ilə görüş keçirilmişdir. Görüş zamanı nazir E.Məmmədyarov Azərbaycanda və regionda cərəyan edən proseslər barəsində qonaqlara ətraflı... | ANL |
Azərbaycan ilə Slovakiya beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edir. Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, nazir Elmar Məmmədyarov Slovakiyanın ölkəmizdə yeni təyin edilmiş səfiri Yozef Miqaş ilə görüşmüşdür. Etimadnaməsinin surətini nazirə təqdim edən səfir Azərbaycan... | ANL |
Ölkəmizlə Qırğızıstan arasında əlaqələr yüksək səviyyədədir. Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, fevralın 15-də nazir Elmar Məmmədyarov Qırğızıstanın Azərbaycanda yeni təyin edilmiş səfiri Raimkul Attakurov ilə görüşmüşdür. Etimadnaməsinin surətini nazirə təqdim edən səfir yeni t... | ANL |
Azərbaycan ilə İspaniya arasında əməkdaşlığın inkişafı üçün geniş potensial vardır. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, fevralın 15-də nazir Elmar Məmmədyarov İspaniyanın Azərbaycanda yeni təyin edilmiş səfiri Xuan Klos i Mateo ilə görüşmüşdür. Etimadnaməsinin surətini nazirə təqdim edən X.Kl... | ANL |
Gənc Liderlər" Uşaq və Gənclər Təşkilatı "email aksiya" təşkil etmişdir. Bu barədə məlumat verən təşkilatın sədri Fərid Şahbazlı qeyd etmişdir ki, "email aksiya" çərçivəsində təşkilatın üzvləri dünya miqyasında nüfuzlu 2 minədək şəxsin ünvanına Xocalı faciəsindən bəhs edən ingilis dilində material göndərmişlər. Göndəri... | ANL |
Türkiyədə Bəxtiyar Vahabzadəyə həsr olunmuş simpozium keçirilmişdir. Atatürk Mədəniyyət, Dil və Tarix Qurumu, Atatürk Mədəniyyət Mərkəzi, Ərdahan valiliyi, Ərdahan Universiteti və Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə fevralın 13-14-də Ərdahan şəhərində "Azadlığın səsi: Bəxtiyar Vahabzadə" mövzusunda simpo... | ANL |
Litva Respublikasının Prezidenti zati-aliləri xanım Dalya Qribauskayteyə. Hörmətli xanım Prezident! Ölkənizin milli bayramı - Litva dövlətinin bərpası günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Azərbaycan-Litva münasibətləri son illərdə dinami... | ANL |
Azərbaycanın nüfuzunu yüksəldən lider. Sosial-iqtisadi sahədə sürətli inkişaf, həyata keçirilən hüquqi, demokratik və digər islahatlar, qlobal enerji təhlükəsizliyinin təmin olunmasında artan rol, mühüm geostrateji mövqe və bu qəbildən olan digər göstəricilərlə xarakterizə olunan Azərbaycan beynəlxalq sferada da kifayə... | ANL |
Belçikanın Kralı əlahəzrət II Albertə. Əlahəzrət! Brüssel şəhəri yaxınlığında baş vermiş ağır dəmir yolu qəzası nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Belçika xalqına öz adımdan və Azərbaycan xalqı adından ... | ANL |
Bakıdakı yataqxanalarda məskunlaşmış məcburi köçkünlər yeni mənzillərlə təmin olunacaqlar. Bakıdakı yataqxanalarda məskunlaşmış məcburi köçkünlər mərhələli şəkildə yeni mənzillərlə təmin olunacaqlar. Bu, ilk növbədə, uzun illər yataqxana şəraitində yaşayan məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına xidmət... | ANL |
Milli Məclisin deputatları çexiyalı həmkarları ilə görüşmüşlər. Milli Məclis Sədrinin müavini Bahar Muradova və parlamentin insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova Çexiyanın Praqa şəhərində səfərdədirlər. Milli Məclisin mətbuat xidmətindən bildirmişlər ki, səfər çərçivəsində deputatlarımız bir sıra rəsmi şə... | ANL |
Xocalı faciəsi ilə bağlı materiallar ilbəil artır və təkmilləşir. Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Elxan Poluxov bildirmişdir ki, Xocalı soyqırımının ildönümü ilə bağlı bu il də xaricdə Azərbaycanın səfirlikləri vasitəsilə müxtəlif tədbirlər keçiriləcək, foto, video və digər materiallar nümayiş etdiriləcə... | ANL |
Qarabağ və Xocalı soyqırımı mövzusundakı müsabiqənin yekunlaşması ilə bağlı tədbir keçirilmişdir. Fevralın 16-da Azərbaycan Mətbuat Şurası və "Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyinin "Qarabağ mövzusunun və Xocalı soyqırımının mediada təbliğinə dəstək" layihəsi çərçivəsində jurnalistlər arasında aparılmış müsabiq... | ANL |
Xocalı soyqırımını törədən cinayətkarların və onların havadarlarının məsuliyyətə cəlb olunması Polis Akademiyasının hər bir əməkdaşının və müdaviminin tələbidir. Xocalı soyqırımının 18-ci ildönümü ilə əlaqədar Daxili İşlər Nazirliyinin Polis Akademiyasında silsilə anım tədbirləri keçirilmişdir. Akademiyanın zabit-müdav... | ANL |
Nəqliyyat-yol kompleksinin sürətli inkişafı Azərbaycan dövlətinin strateji vəzifələrindəndir. Son illər ölkəmizdə aparılan uğurlu sosial-iqtisadi islahatlar Azərbaycanı regionun lider dövlətinə çevirmişdir. Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu hərtərəfli inkişaf strategiyasını uğurla reallaşdıran Prezident İ... | ANL |
İqtisadi sahədə keçid dövrünün başa çatması Azərbaycanın elmi əsaslar üzərində inkişafını zərurətə çevirir. Tarix göstərir ki, böyük şəxsiyyətlər məhz irəli sürdükləri cəlbedici ideyalarla insanları konkret məram və məqsədlər ətrafında səfərbər etmək, milli birliyi qorumaq və möhkəmləndirmək imkanında olmuşlar. Belə fe... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev Dənizkənarı Milli Parkda inşa edilən Bakı Biznes Mərkəzində tikinti işlərinin gedişi ilə tanış olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 17-də Dənizkənarı Milli Parkda inşa edilən Bakı Biznes Mərkəzində tikinti işlərinin gedişi ilə tanış olmuşdur. Bakı Bizn... | ANL |
İqtisadi təhlükəsizliyin Azərbaycan modeli. İqtisadi sahədə qazandığımız nailiyyətlər beynəlxalq aləmdə nümunə kimi göstərilir. Zəngin karbohidrogen ehtiyatlarını dünya bazarlarına çıxarması ölkəmizin iqtisadi potensialını daha da artırmışdır. Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin işə düşməsi, Bakı-Tbilisi-Ərzu... | ANL |
Qambiya Respublikasının Prezidenti zati-aliləri cənab Yəhya Cammehə. Hörmətli cənab Prezident! Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə Qambiya arasında təşəkkül tapmış dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafeləri... | ANL |
“Azərbaycan Respublikasında yaradılmış milli parkların əsasnamələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 3 avqust tarixli 106 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Azərbaycan Respublikasının Prezidenti. | ANL |
Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikasında pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədi ilə və "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinə uyğun olaraq qərara alıram:... | ANL |
Məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı" çərçivəsində ölkənin ayrı-ayrı şəhər və... | ANL |
Heydər ƏLİYEV: "Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir". Çünki həmin vaxt hansısa kiçik cinayət hadisəsi deyil, bütöv Azərbaycan xalqına qarşı soyqırımı aktı həyata keçirilmiş, bəşəriyyətin ən böyük faciələrindən biri törədilmişd... | ANL |
İordaniya Universitetində Azərbaycana həsr olunmuş sərgi keçirilmişdir. Azərbaycanın İordaniya Haşimilər Krallığındakı səfirliyinin və Heydər Əliyev Fondunun dəstəyi ilə nüfuzlu İordaniya Universitetində Azərbaycana həsr olunmuş sərgi keçirilmişdir. Səfirlikdən bildirmişlər ki, sərgidə ümummilli lider Heydər Əliyevin h... | ANL |
"Azəri"dən neft alınması "Əsrin müqaviləsi"nin kulminasiyası idi. 2005-ci il fevralın 18-də ölkə Prezidenti İlham Əliyev Xəzərdə, Bakıdan təxminən 100 kilometr şərqdə yerləşən "Mərkəzi Azəri" platformasında neft hasilatına başlanmasına həsr olunmuş təntənəli mərasimdə iştirak etdi. Bu yatağın işlənməsi "Azəri-Çıraq-Gün... | ANL |
Londonda məşhur rusiyalı fotoqraf Georgi Pinxasovun fotolarından ibarət "Bakıya sevgi ilə" adlı sərgi açılmışdır. Fevralın 16-da Londonda məşhur rusiyalı fotoqraf Georgi Pinxasovun fotolarından ibarət "Bakıya sevgi ilə" adlı sərgi keçirilmişdir. Sərgi Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, "Baku" jurna... | ANL |
Milli Məclis Sədrinin müavini Çexiya parlamentində bir sıra görüşlər keçirmişdir. Çexiyada səfərdə olan Milli Məclis Sədrinin müavini Bahar Muradova və Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova bu ölkənin parlamentində bir sıra görüşlər keçirmişlər. Senatın sədri Prjemısl Sobotka ilə görüşdə Çe... | ANL |
Azərbaycanın xarici işlər naziri GUAM-ın baş katibi ilə görüşmüşdür. Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, nazir Elmar Məmmədyarov GUAM-ın baş katibi Valeri Çeçelaşvili ilə görüşmüşdür. Görüşdə münasibətlərin hazırkı vəziyyətinə dair fikir mübadiləsi aparılmış, GUAM-ın beynəlxalq t... | ANL |
Düşünülmüş siyasət Azərbaycanı sürətlə irəli aparır. Dahi o şəxsiyyətdir ki, fəaliyyətini xalqının rifah halının yüksəldilməsinə, Vətəninin çiçəklənməsinə həsr etmiş, yaratdıqları ölkəsinin toxunulmaz xəzinəsinə çevrilmiş olsun, müəyyənləşdirdiyi, qəbul etdiyi proqramlar, qərarlar iqtisadiyyatın, mədəniyyət, səhiyyə, e... | ANL |
Bəxtiyar Vahabzadə Ərdəhanda anıldı. Türkiyənin Ərdəhan şəhərində görkəmli Azərbaycan şairi Bəxtiyar Vahabzadənin xatirəsinə həsr olunmuş "Azadlığın səsi Bəxtiyar Vahabzadə" beynəlxalq simpoziumu keçirilib. Atatürk Kültür Mərkəzinin, Ərdəhan Valiliyinin, Ərdəhan Universitetinin və Naxçıvan Dövlət Universitetinin birgə ... | ANL |
"Genetik modifikasiya olunmuş ərzaq məhsullarının Azərbaycanın istehlak bazarında yayılma təhlükəsi" mövzusunda konfrans keçirilmişdir. Fevralın 17-də Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunda "Genetik modifikasiya olunmuş ərzaq məhsullarının Azərbaycanın istehlak bazarında yayılma təhlükəsi" ... | ANL |
Açılan pərdələr. Yaxud Nəsimi olduğu kimi. Sovet dövründə böyük Azərbaycan şairi Nəsiminin haqqında aparılan tədqiqatlarda, yazılan məqalələrdə, eləcə də çəkilən bədii filmdə belə müəyyən təhriflərə yol verilib. Dövrün diktələri nəticəsində Nəsimi adətən dinsiz, imansız, Allahı qəbul etməyən bir asi kimi təqdim edilib.... | ANL |
2010-cu il Azərbaycan tarixinə ekoloji vəziyyətin yaxşılaşdırılması sahəsində dönüş ili kimi yazılacaqdır. Azərbaycan Prezidenti İlham Əliyevin yanında ekoloji problemlərə həsr olunmuş müşavirə keçirilmişdir. Fevralın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında ekoloji problemlərə həsr olunmuş mü... | ANL |
2010-cu il Azərbaycan tarixinə ekoloji vəziyyətin yaxşılaşdırılması sahəsində dönüş ili kimi yazılacaqdır. Ekologiya və təbii sərvətlər naziri Hüseyn BAĞIROV müşavirədə çıxış edərək dedi: - Zati-aliləri cənab Prezident! Sizin, ölkəmizin iqtisadi, sosial, mədəni və digər sahələrin inkişafına, yeni iş yerlərinin yaradılm... | ANL |
2010-cu il Azərbaycan tarixinə ekoloji vəziyyətin yaxşılaşdırılması sahəsində dönüş ili kimi yazılacaqdır. Azərbaycan Prezidenti İlham Əliyevin yanında ekoloji problemlərə həsr olunmuş müşavirə keçirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin yekun nitqi. - Mən hesab edirəm ki, müşavirədə iştirak edən bütün vəzifəli... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev Polşanın Milli Təhlükəsizlik Bürosunun rəhbəri Aleksandr Şçıqlonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 18-də Polşanın Milli Təhlükəsizlik Bürosunun rəhbəri Aleksandr Şçıqlonun başçılıq etdiyi nümayəndə heyətini... | ANL |
ATƏT-in sədri azərbaycanlı deputatın sualını cavablandırmaqdan yayınmışdır. Təşkilata üzv 56 ölkənin parlament nümayəndələrinin qatıldığı sessiyada ölkəmizi Milli Məclis Sədrinin müavini Bahar Muradovanın rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir. Həmin gün sessiyanın tərkibində fəaliyyət göstərən üç baş komitənin bi... | ANL |
Azərbaycan və Polşa daxili işlər orqanları arasında əlaqələr artır. Fevralın 18-də daxili işlər naziri, general-polkovnik Ramil Usubov ölkəmizdə səfərdə olan Polşa Respublikasının Milli Təhlükəsizlik Bürosunun rəhbəri Aleksandr Şçıqlonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Azərbaycanla Polşa arasında əla... | ANL |
Azərbaycan-Polşa əlaqələri yüksələn xətlə inkişaf edir. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, fevralın 18-də nazir Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Polşa Respublikası Milli Təhlükəsizlik Bürosunun rəhbəri Aleksandr Şçıqlo ilə görüşmüşdür. Azərbaycana ilk səfərindən məmnunluğunu bildirən... | ANL |
Azərbaycan və Polşanın xüsusi xidmət orqanları arasında əməkdaşlıq əlaqələri genişlənir. Fevralın 18-də Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri, general-leytenant Eldar Mahmudov ölkəmizdə rəsmi səfərdə olan Polşa Respublikası Milli Təhlükəsizlik Bürosunun rəhbəri Aleksandr Şçıqlo ilə görüşmüşdür. Nazir El... | ANL |
Siyasətşünaslıqda yeni tendensiyalar. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmizin qarşısında çox mühüm və ciddi vəzifələr dayanırdı. Başlıca vəzifələrdən biri sovet sistemindən miras qalmış dövlət idarəçiliyini müstəqil dövlətin tələblərinə uyğun formada yeniləşdirmək, siyasi, iqtisadi və ideoloji s... | ANL |
("Memorial" Hüquq Müdafiə Mərkəzinin hesabatından). Xocalı 1991-ci ilin payızından erməni silahlı dəstələri tərəfindən əsasən mühasirəyə alınmışdı, Dağlıq Qarabağdan daxili qoşunlar çıxarılandan sonra isə tam mühasirədə idi. 1992-ci ilin yanvarından Xocalıya elektrik enerjisi verilmirdi. Hücumda zirehli texnikanın - zi... | ANL |
O il Qarabağa qırmızı qar yağırdı. Hər il fevral ayı gələndə, qarlı-çovğunlu günlər başlayanda köhnə yaramız qövr edir, yaddaş arxivimizin 1992-ci ilin şaxtalı Daşaltı, Xocalı faciələri vərəqlənir. Kətik meşəsində səs salmasın deyə altı aylıq körpəsini əlləri ilə boğan, elə həmin gecə ölmüş balası qucağında özü də dona... | ANL |
Haqsız tökülən qan yerdə qalmaz. O vaxt respublikada çoxları, xüsusilə ölkə rəhbərliyi yaxşı bilirdi ki, 1991-ci ilin sonlarından başlayaraq Xocalı şəhəri erməni qəsbkarlarının mühasirəsindədir, düşmən halqası getdikcə daralır. Dözülməz çətinliklərə, əhalinin ölkə rəhbərliyindən kömək istəməsinə və Xocalının bu gün-sab... | ANL |
Küveytdə "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsındə tədbir keçirilmişdir. İslam Konfransı Təşkilatının Gənclər Forumundan bildirmişlər ki, Küveytin ən böyük gənclər təşkilatlarından biri olan LoYAC-ın ofisində "Xocalıya ədalət" beynəlxalq kampaniyasının təqdimatı keçirilmişdir. Tədbirdə iştirak edən gənclər ... | ANL |
Soyqırımını törədənlər layiqli cəzalarını almalıdırlar. Fevralın 17-də Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı (AQMKGT) "Xocalı ayı" çərçivəsində Xocalı faciəsinin 18-ci ildönümü ilə bağlı tədbir keçirmişdir. AQMKGT-nın sədri Vüqar Qədirov və digər natiqlər Xocalı soyqırımından 18 il ötməsinə baxmayaraq, ... | ANL |
Aşıqlar diyarı Gədəbəy. Heydər Əliyev Fondunun Prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə aşıq yaradıcılığı da YUNESKO-nun mənəvi irs siyahısına daxil ediləndən bəri bu ulu sənətin qarşısında yeni üfüqlər açıldı. Prezident İlham Əliyevin keçən ilin may ayında Gədəbəyə tarixi səfəri zama... | ANL |
AzərTAc-ın fotomüxbirləri AFB-nin diplom və fəxri fərmanlarına layiq görülmüşlər. Azərbaycan Fotoqraflar Birliyi (AFB) Azərbaycan Dövlət Teleqraf Agentliyinin fotomüxbirlərinə diplom və fəxri fərmanlar təqdim etmişdir. Bu münasibətlə agentlikdə keçirilmiş görüşdə Azərbaycan fotojurnalistikasında öz dəst-xətti ilə seçil... | ANL |
Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr sürətlə inkişaf edir. Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində hazırlanmış xüsusi layihəyə əsasən, ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri ilə görüşlər davam etdirilir. Fevralın 18-də Avropa Komissiyasının Az... | ANL |
Kəngərlidə Şahtaxtinskilər muzeyi yaradılır. Ölkəmizin ictimai-siyasi və elmi-mədəni həyatında mühüm və əhəmiyyətli rol oynayan nəsillər, sülalələr az olmayıb. Buna Bakıxanovları, Naxçıvanskiləri misal göstərmək olar. Şahtaxtinskilər də ölkəmizdə məşhur və tanınmış sülalələrdən olub. Son iki əsr ərzində bu nəsil ölkəmi... | ANL |
Xırdalanda Nəbi Xəzrinin xatirəsi anılmışdır. Xırdalan Mədəniyyət sarayında xalq şairi Nəbi Xəzrinin xatirəsi anılmışdır. Abşeron Rayon İcra Hakimiyyətinin təşkil etdiyi tədbir şairin 85 illik yubileyinə həsr olunmuşdur. Gecədə çıxış edən şairin yaxın dostları Zöhrab Tahir, Nahid Hacızadə və başqaları onu müasir Şərqin... | ANL |
Hollandiyada Azərbaycan dili məktəbinin yaradıcısı olan həmvətənimizin yubileyi qeyd edilmişdir. Niderland Krallığında fəaliyyət göstərən Benilüks Azərbaycanlıları Konqresinin (BAK) mətbuat xidmətindən AzərTAc-ın xüsusi müxbirinə bildirmişlər ki, Qərbi Avropa ölkələrində ilk dəfə olaraq Hollandiyanın paytaxtı Amsterdam... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.