text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Azərbaycan Diplomatik Akademiyasının Xarici Siyasət Proqramı məzunlarının növbəti buraxılış mərasimi keçirilmişdir. Azərbaycan Diplomatik Akademiyasının (ADA) Xarici Siyasət Proqramı üzrə bu ilin ikinci semestrində 19 orta rütbəli dövlət qulluqçusu treninqdən keçmişdir. ADA-dan AzərTAc-a bildirmişlər ki, kursların başa... | ANL |
Qaçqın və məcburi köçkünlərə davamlı dövlət qayğısı prioritet vəzifələrdəndir. Milyondan artıq soydaşımız tezliklə öz əzəli yurdlarına qayıdacaqlarına əmindirlər. Gərgin iş rejiminə və dövlət idarəçiliyi sahəsində nəhəng fəaliyyət sferasına baxmayaraq, Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarına hərbi təcav... | ANL |
Gələcəyə böyük inamla. Müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi Azərbaycanın qarşısında böyük imkanlar açır. Bu gün müstəqil Azərbaycanın beynəlxalq aləmdə iqtisadi və siyasi mövqeyini daha da möhkə... | ANL |
Milli birlik və həmrəylik kursu uğurla davam edir. Xarici ölkələrdə yaşayan həmvətənlərimizlə çoxşaxəli münasibətlər qurmaq, onları ideoloji-siyasi müstəvidə silahlandırmaq və ümummilli mənafelər uğrunda səfərbər etmək Azərbaycanın xarici siyasətində daim prioritet istiqamətlərdən olmuşdur. Bu sahədəki dövlət siyasətin... | ANL |
İnformasiya texnologiyalarının modernləşdirilməsi Azərbaycanın rəsmi statistikasında. Müasir cəmiyyət informasiya cəmiyyətidir və bu cəmiyyətdə informasiya məkanını statistikasız təsəvvür etmək mümkün deyil. Dünyada baş verən mürəkkəb prosesləri təhlil etmək üçün siyasətçilər, iqtisadçılar da, elm adamları da bu gün da... | ANL |
Sazlı- sözlü bölgənin sədası. Azərbaycanın sazlı-sözlü bölgələrindən sayılan Qazax mahalının poetik mənəvi pasportu qarşımızdadır. Bu, yenicə çapdan çıxmış "Şairlər Vətəni bizim tərəflər..." antologiyasıdır. Xalq şairi Nəriman Həsənzadə və akademiyamn müxbir üzvü Nizami Cəfərovun rəyləri əsasında filologiya elmləri üzr... | ANL |
Azərbaycan teatr sənəti tarixində özünəməxsus yeri olan Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının 90 illik yubileyi təntənə ilə qeyd olundu. Teatrın baş rejissoru Aleksandr Şarovski qonaqları səmimi salamlayaraq mədəniyyət ocağına ünvanlanan diqqət və qayğıya görə dövlət başçısına minnətdarlığını bildirdi... | ANL |
Musiqi alətlərinin şahı. Koreya Respublikasında keçirilən Dünya Master Festivalında tanınmış saz ifaçısı, əməkdar mədəniyyət işçisi Nemət Qasımlı ölkəmizi layiqincə təmsil etmişdir. 65 ölkənin təmsilçilərinin qatıldığı festivalda musiqiçilər arasında həmyerlimiz Dünya Master Sertifikatına layiq görülən üç iştirakçıdan ... | ANL |
İngiltərənin paytaxtı Londonda Azərbaycanın instrumental muğam üçlüyünün konserti uğurla keçib. Rüfət (tar), İmamyar (kamança), Həsənov qardaşları və Malik Təbrizlidən (nağara) ibarətolan muğam üçlüyünün möhtəşəm konserti dinləyiciləri valeh edib. Onların ifasında Ü.Hacıbəylinin, R.Əfəndiyevin, C.Cahangirovun əsərləri ... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev İstanbulda İqtisadi Əməkdaşlıq Təşkilatının XI Sammitində iştirak etmişdir. Dekabrın 23-də İstanbulda, "Çırağan" sarayında İqtisadi Əməkdaşlıq Təşkilatının XI Sammiti keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sammitdə iştirak etmişdir. Türkiyə Prezidenti Abdull... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı. Hörmətli həmkarlar! İlk növbədə, zirvə görüşünü yüksək səviyyədə təşkil etdiyinə və bizə göstərdiyi qonaqpərvərliyə görə əziz qardaşım, Türkiyə Respublikasının Prezidenti Abdullah Gülə dərin minnətdarlığımı bildirmək istəyirəm. Qardaş Türkiyə torpağında yenidən olmağımdan ço... | ANL |
Dövlət və hökumət başçılarının şərəfinə. İqtisadi Əməkdaşlıq Təşkilatının XI Sammitində iştirak edən dövlət və hökumət başçılarının şərəfinə dekabrın 23-də İstanbulda, "Çırağan" sarayında Türkiyə Prezidenti Abdullah Gülün adından nahar verilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev naharda iştirak etmişdir. AzərTAc. | ANL |
Səfər başa çatdı. İqtisadi Əməkdaşlıq Təşkilatının XI Sammitində iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri dekabrın 23-də başa çatmışdır. İstanbulun Atatürk Beynəlxalq hava limanında dövlətimizin başçısını Türkiyənin yüksək vəzifəli dövlət və hökumət nümayəndələri böyük hörmət v... | ANL |
YAP-ın təşkilatçılığı ilə "XXI əsrin 10 ili: Azərbaycanın inkişaf strategiyası" adlı konfrans keçirilmişdir. Dekabrın 23-də "Hyatt-Regensy-Naxçıvan" mehmanxanasında Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə "XXI əsrin 10 ili: Azərbaycanın inkişaf strategiyası" adlı konfrans keçirilmişdir. Konfransda dövlət ... | ANL |
Türkdilli Ölkələrin Media Forumunun iştirakçıları TÜRKSOY-un baş ofisində olmuşlar. Türkiyə Mətbuat, Yayın və İnformasiya Baş İdarəsi və Xarici İşlər Nazirliyi Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə keçirilmiş Türkdilli Ölkələrin Media Forumunun iştirakçıları TÜRKSOY-un Ankaradakı baş ofisində olmuşlar. Az... | ANL |
Ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət. Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun dəvəti ilə dekabrın 23-dən 27-dək ölkəmizdə rəsmi səfərdə olacaq İran İslam Respublikasının səhiyyə nazirinin müşaviri,... | ANL |
Azərbaycanda ailə və nikah institutu ilə bağlı sosioloji təhlil aparılmışdır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən "Müasir Azərbaycanda ailə və nikah institutu" mövzusunda sosioloji təhlil aparılmış və müasir ailə modelinə dair analitik hesabat hazırlanmışdır. Dekabrın 23-də "Park İnn Azərbay... | ANL |
Jurnalistlərin qayğıkeş dostu. İnformasiya əsrində yaşayırıq. Ötən XX əsrin sonlarında peyk rabitəsi, elektron KİV gün ərzində baş verən yenilikləri dünyanın harasında yaşamasından asılı olmayaraq insanlara çatdırılmasını xeyli sürətləndirmişdi. Kompüterin meydana çıxması, onun məişətimizə get-gedə daha sıx daxil olmas... | ANL |
İnkişafın Azərbaycan modeli: neftdən sonrakı inkişaf. "Azərbaycan" qəzetinin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində keçirdiyi "dəyirmi masa"da milli inkişafın perspektiv istiqamətləri ilə bağlı faydalı müzakirələr aparıldı. Bazar münasibətlərinə söykənən liberal iqtisadi sistemin qurulmasının, vətənda... | ANL |
Aqrar sahədə resurslardan səmərəli istifadə və fermer kooperasiyaları. Artıq ölkəmizdə aqrar sahədə əldə edilmiş nailiyyətlər miqyasına, dinamikasına və orijinallığına görə seçilir, aqrar islahatların fərqli model üzrə aparıldığını göstərir. Ulu öndər Heydər Əliyevin uzaqgörənliklə həyata keçirdiyi aqrar islahatlar haz... | ANL |
Dünya azərbaycanlılarına. Əziz həmvətənlər! Hörmətli soydaşlar! Hər birimizdə böyük sevinc və səmimi duyğular oyadan 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində sizi ürəkdən salamlayır və ən xoş arzularımı yetirirəm. Müstəqil Azərbaycan dövlətinin mövcudluğu dünya azərbaycanlıları arasında milli bir... | ANL |
Bakının Zabrat və Pirallahı qəsəbələrində, Yeni Yasamal massivində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilmiş yaşayış binaları istifadəyə verilmişdir. Prezident İlham Əliyev Zabrat qəsəbəsindəki binanın açılış mərasimində iştirak etmişdir. Dekabrın 24-də Bakının Sabunçu rayonunun Zabrat, Xəzər rayonunu... | ANL |
Prezidentin Mətbuat Xidmətinin Məlumatı. Dekabrın 24-də Gürcüstan Prezidenti Mixeil Saakaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir. Gürcüstan Prezidenti Azərbaycan Prezidenti İlham Əliyevi ad günü münasibətilə təbrik etmiş, ona Prezidentlik fəaliyyətində uğurlar, möhkəm cansağlığ... | ANL |
Prezidentin Mətbuat Xidmətinin Məlumatı. Dekabrın 24-də Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir. Rusiya Federasiyasının Prezidenti dövlətimizin başçısını ad günü münasibətilə təbrik etmiş, ona Prezidentlik fəaliyyətində yeni-yeni uğur... | ANL |
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə. Hörmətli İlham Heydər oğlu! Sizi ad gününüz münasibətilə ürəkdən təbrik edirəm! Prezident vəzifəsində Sizin fəaliyyətinizi haqlı olaraq Azərbaycanın - müasir və dinamik inkişaf edən dövlətin yeni uğurları ilə bağlayırlar. Ölkənizin iqtisadiyyatda v... | ANL |
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə. Zati-aliləri! Sizi ad gününüz münasibətilə ürəkdən təbrik edirəm. Qazaxıstan və Azərbaycan arasındakı bərqərar edilmiş strateji tərəfdaşlığı və sıx iqtisadi əməkdaşlığı daha da dərinləşdirməyə birgə səylər göstərəcəyimizə əminəm. Bu gözəl fürsətdən... | ANL |
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə. Hörmətli cənab Prezident, əziz dostum! Ad gününüz münasibətilə ən səmimi təbriklərimi çatdırır, möhkəm cansağlığı, xoşbəxtlik və məsul işinizdə müvəffəqiyyətlər arzulayıram. Aramızdakı yaxşı şəxsi əlaqələrin və dostluğun, kollektiv işin Bolqarıstan... | ANL |
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə. Zati-aliləri! Ad gününüz münasibətilə ən xoş təbriklərimi və cansağlığı, şəxsi səadət, gələcək fəaliyyətinizdə müvəffəqiyyət kimi səmimi arzularımı qəbul etməyinizi xahiş edirəm. Fürsətdən istifadə edərək Latviya və Azərbaycan arasında mövcud olan ... | ANL |
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə. Zati-aliləri! İcazə verin, ad gününüz münasibətilə Sizə ürəkdən gələn ən səmimi təbriklərimi yetirim. Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram. Tam əmin olduğumu bildirirəm ki, Sizin təcrü... | ANL |
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə. Hörmətli İlham Heydər oğlu! Sizi ad gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Sizin şəxsinizdə Azərbaycanın geniş təfəkkürü peşəkarlıqla, müdrikliyi ali insani keyfiyyətlərlə özündə birləşdirən rəhbəri vardır. Əmin etmək istəyirəm ki, Azər... | ANL |
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə. Hörmətli İlham Heydər oğlu! Sizi ad gününüz münasibətilə ürəkdən təbrik edirəm! Uzun illərdir Siz bütün gücünüzü, təcrübənizi və biliyinizi Azərbaycan Respublikasının tərəqqisinə sərf edərək planları məharətlə real işlərə çevirirsiniz. Sizin yüksək... | ANL |
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə. Hörmətli İlham Heydər oğlu! Bu xoş gündə səmimi təbriklərimizi, möhkəm cansağlığı və əmin-amanlıq arzularımızı qəbul edin. Azərbaycan Respublikasının və Müstəqil Dövlətlər Birliyinin rifahı naminə uzun illər səmərəli fəaliyyət göstərməyinizi diləyi... | ANL |
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə. Hörmətli İlham Heydər oğlu! Sizi ad gününüz münasibətilə ürəkdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, xoşbəxtlik və Azərbaycan xalqının rifahı naminə məsuliyyətli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram. Əminəm ki, Rusiya-Azərbaycan əməkdaş... | ANL |
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə. Möhtərəm İlham Heydər oğlu! Ad gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin. Sizə xas olan istedadlı rəhbər, əsl vətənpərvər keyfiyyətlərinizi səylə Azərbaycanın tərəqqisi və vətəndaşlarının rifahının yüksəlməsi naminə xidmət işinə yönəldirs... | ANL |
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə. Möhtərəm İlham Heydər oğlu! Ad gününüz münasibətilə MDB-nin üzvü olan dövlətlərin Parlamentlərarası Assambleyasının Şurası adından ən səmimi təbrikləri qəbul edin. Cənab Prezident, Sizin rəhbərliyiniz altında Azərbaycan Respublikasının ümummilli li... | ANL |
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə. Zati-aliləri! Zati-alinizin ad günü münasibətilə BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı adından və şəxsən öz adımdan Sizə təbriklərimizi çatdırır və ən xoş arzularla xoşbəxtlik, Azərbaycan Respublikasının xalqına isə sülh və rifah diləyirəm. Təşki... | ANL |
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə. Hörmətli İlham Heydər oğlu! Ad gününüz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin. Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə səmimi qəlbdən möhkəm cansağlığı, rifah, xoşbəxtlik, habelə dost Azərbaycan x... | ANL |
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə. Hörmətli İlham Heydər oğlu! Ad gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin. Sizin uzaqgörən rəhbərliyiniz altında Azərbaycanda həyata keçirilən və ölkənin ictimai-siyasi inkişafı, iqtisadi qüdrətinin möhkəmlənməsi və beynəlxalq aləmdə nüfuz... | ANL |
N.M.Vəlixanlının "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə Nailə Məmmədəli qızı Vəlixanlı "Şöhrət" ordeni ilə təltif edilsin. İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti. | ANL |
Bakıxanovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Tofiq Əhməd Ağa oğlu Bakıxanov "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilsin. İlham Əliyev... | ANL |
Azərbaycanda idmanın inkişafında xidmətləri olan şəxslərə fəxri adların verilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycanda idman sahəsinin inkişaf etdirilməsində xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin: "Əməkdar bədən tərbiyəsi və idman xadimi... | ANL |
Bakı şəhərində xalq qəhrəmanı Koroğlunun abidəsinin ucaldılması ilə bağlı bəzi tədbirlər haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan xalqının əfsanəvi qəhrəmanı Koroğlu milli-mənəvi dəyərlərin daşıyıcısına çevrilərək əsrlərdən bəri insanlarımızın yaddaşına vətənpərvərliyin və mübarizliyin rəmz... | ANL |
Akademik Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin əsaslı təmirdən və yenidənqurmadan sonra açılışı olmuşdur. Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir. Dekabrın 24-də Səhiyyə Nazirliyinin Akademik Mustafa Bəy Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin əsaslı təmirdən və yenidənqurmadan sonra açılışı olmuşdu... | ANL |
Prezident İlham Əliyev Qobustan-Cəngiçay Dövlət Təbiət Yasaqlığının ərazisinə ilk ceyran sürüsünün buraxılması prosesini izləmişdir. Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Abşeron rayonunun Pirəkəşkül qəsəbəsinin yaxınlığında Qobustan-Cəngiçay Dövlət Təbiət Yasaqlığ... | ANL |
Pakistanın aparıcı ingilisdilli qəzetlərində Prezident İlham Əliyevin siyasi fəaliyyətindən bəhs edən məqalələr dərc olunmuşdur. Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı səfirliyindən AzərTAc-a verilən məlumata görə, ölkənin aparıcı ingilisdilli "States Times", "Daily Herald Tribune" və "Daily İtteha... | ANL |
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Abşeron rayonunun Masazır qəsəbəsində yeni məktəblə tanış olmuş, uşaq bağçasının açılışında iştirak etmişdir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputa... | ANL |
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Abşeron rayonunun Saray qəsəbəsində əsaslı təmir və yenidənqurma işlərindən sonra istifadəyə verilən 7 nömrəli uşaq internat evi ilə tanış olmuşdur. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli... | ANL |
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı bir yaşını qeyd etmişdir. AzərTAc xəbər verir ki, dekabrın 24-də "Gülüstan" sarayında Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təsis olunmasının birilliyi münasibətilə tədbir keçirilmişdir. ATGTİ-nin sədri Şahin İsmayılov təşkilatın fəaliyyəti və qarşıda... | ANL |
"AsiaTimes": "Azərbaycan Mərkəzi Asiyada energetik geoiqtisadi inkişafın növbəti mərhələsini nəzarəti altına alaraq, regionda mühüm bir məharət nümayiş etdirir". Pekində ingilisdilli nüfuzlu "AsiaTimes" nəşrində "Avrasiyada yeni enerji mərkəzləri yaranır" sərlövhəsi altında Azərbaycanın enerji siyasətindən bəhs edən mə... | ANL |
AzərTAc xəbər verir ki, tədbirdə "Azərbaycan Hava Yolları" QSC-nin vitse-prezidenti Eldar Hacıyev jurnalistlərə müsahibəsində demişdir ki, bu təyyarələr Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə alınmışdır. Təyyarələr üçün ayrılmış kredit QSC-nin gəlirləri hesabına ödəniləcəkdir. 2011-ci ildən hazırda ... | ANL |
Açılmamış səhifələrin tədqiqatçısı. Xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasında, tariximizin, mədəniyyətimizin obyektiv tədqiqi və təbliğində müstəsna əhəmiyyətə malik Milli Azərbaycan Tarixi Muzeyinin təşəkkülü və inkişafı, onun mühüm mədəni-maarif ocağına, elmi-tədqiqat müəssisəsinə çevrilməsi uzun illərdən bər... | ANL |
Nəğməkar şair. Tez-tez eşitdiyimiz bir cümləyə qəlbən alışmışıq: "Sözləri Zeynal Cabbarzadənindir". Uzun illərdir ki, bu şairin şeirlərinə yazılmış mahnılar elimizin, obamızın sərhədlərini aşaraq xarici ölkələrdə də müntəzəm səslənir. Zeynal Cabbarzadənin poeziyasında sözlərlə səsin düzümü, ahəngi elə cazibədar olub ki... | ANL |
Bu nəşri tarixçilərlə neftçilər birlikdə ərsəyə gətiriblər. Milli Azərbaycan Tarixi Muzeyinin buraxdığı yeni "Hacı Zeynalabdin Tağıyev" kitab-albomu bp Azərbaycan şirkətinin sponsorluğu ilə işıq üzü görüb. Bu şirkət nəşrin çapdan çıxması münasibətilə təqdimat mərasimi də keçirdi. XIX əsrin sonu - XX əsrin əvvəllərində ... | ANL |
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə. Hörmətli İlham Heydər oğlu! Ad gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin. Biz sosial-iqtisadi vəziyyəti sabit olan dost Azərbaycanın nailiyyətlərinə səmimi qəlbdən sevinirik. Əminəm ki, son illər xüsusilə dinamik inkişaf edən Belarus-Azər... | ANL |
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə. Möhtərəm İlham Heydər oğlu! Həmkarlar İttifaqları Ümumi Konfederasiyasının adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm! Bu gün Azərbaycan Respublikası qətiyyətlə lider ölkələr sırasına çıxır, dünyaya cəmiyyət ... | ANL |
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə. Hörmətli İlham Heydər oğlu! Ad gününüz münasibətilə mənim ən səmimi təbriklərimi qəbul edin! İstedadlı rəhbər, müdrik və uzaqgörən siyasi xadim kimi Siz artıq uzun illərdir doğma ölkənizin rifahı naminə səmərəli fəaliyyət göstərirsiniz. Siz yüksək ... | ANL |
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə. Hörmətli cənab Prezident! Ad gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm! Sizə səmimi qəlbdən möhkəm cansağlığı, bütün xeyirxah təşəbbüslərinizdə müvəffəqiyyətlər, doğma Azərbaycanın tərəqqisi naminə çoxşaxəli fəaliyyətinizdə bundan sonra da uğ... | ANL |
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə. Hörmətli İlham Heydər oğlu! Ulyanovsk vilayəti hökuməti adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm! Siz əsası Azərbaycanın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş işləri və ənənələri uğurla davam e... | ANL |
Mədəniyyət tariximizin yeni naxışları. 2010-cu il Azərbaycan mədəniyyət tarixinə əlamətdar hadisələrlə naxışlandı. Ən başlıcası odur ki, Azərbaycan. YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Konvensiyasının iştirakçı dövlətlərinin Hökumətlərarası Komitəsinə üzv seçildi. YUNESKO-nun və İSESKO-nun xoşməramlı sə... | ANL |
İranın nümayəndə heyəti Heydər Əliyev Fondu ilə tanış olmuşdur. Azərbaycanda səfərdə olan İran İslam Respublikasının (İİR) səhiyyə nazirinin müşaviri, Respublika Sağlamlıq-Xeyriyyə Birliyinin baş katibi Seyyid Rza Nəyyirinin rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 25-də Heydər Əliyev Fondu ilə tanış olmuşdur. Qonaql... | ANL |
Azərbaycan Gimnastika Federasiyasının üçüncü ümumi yığıncağı keçirilmişdir. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva yenidən Gimnastika Federasiyasının prezidenti seçilmişdir. Dekabrın 25-də Gənclər və İdman Nazirliyində Azərbaycan Gimnastika Federasiyasının üçüncü ümumi yığıncağı keçirilmişdir. Azərbaycanın birinc... | ANL |
Nazirlər Kabineti "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında" qərar qəbul etmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabineti "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında" qərar qəbul etmişdir. Qərarda göstərilir ki... | ANL |
Mətbuatın böyük hamisi. Dövlət qayğısı sayəsində mətbuatın maddi-texniki bazası daha da möhkəmləndirilib. Avratlantik məkana inteqrasiya yolunda uğurla irəliləyən Azərbaycan demokratik inkişaf göstəriciləri ilə dövrün tələblərinə uyğun həyata keçirdiyi islahatlarla dünya miqyasında nümunəvi dövlətlərdən biri kimi çıxış... | ANL |
Görkəmli elm və təhsil təşkilatçısı. Dünyaya gəldikdən sonra qismətinə düşən ömür payını hər bir yaradıcı insan fərqli yaşayır, həyatda özünəməxsus iz qoyur. Bəzən bu izlər mövcud olmamış kimi insanın fiziki ölümü ilə yoxa çıxır, bəzən isə həyatın coşqun fırtınası ondan bir daş da qopara bilmir. Sağlığında böyük hörmət... | ANL |
Bəstəkar Tofiq Bakıxanov Azərbaycanda tanınan, musiqi sahəsində böyük xidmətləri olan bir nəslin nümayəndəsidir. Bəstəkarın ulu babası Abbasqulu Ağa Bakıxanovdur ki, tarixə dövlət xadimi, alim, şair kimi daxil olub. Atası Əhmədxan Bakıxanov Azərbaycanın xalq artisti, tarzən, muğam sənətinin, xalq musiqisinin mahir bili... | ANL |
"Bəşər sivilizasiyası kontekstində Çin mədəniyyəti" mövzusunda konfrans olmuşdur. Dekabrın 25-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində "Bəşər sivilizasiyası kontekstində Çin mədəniyyəti" mövzusunda konfrans keçirilmişdir. AzərTAc xəbər verir ki, tədbiri "Simurq" Azərbaycan Mədəniyyət Assosiasi... | ANL |
Qarabağın daha bir tarixi səhifəsi. Adı tarixin açılmış və açılmamış arxivlərindən boylanan qədim yaşayış məntəqələrimizdən sayılan, əslində isə əcdadlarımızın əl izləri qalan qala divarları ilə mühafizə olunan, Qafqaz Albaniyasının yadigarlarından biri kimi tanınan Bərdənin tarixi keçmişi, dünəni və bugününə həsr edil... | ANL |
Turizm İnstitutunun beynəlxalq əlaqələri genişlənir. İsrailin Azərbaycandakı səfirliyinin nümayəndəsi Ronen Krausz Azərbaycan Turizm İnstitutunda (ATİ) olmuşdur. ATİ-dən AzərTAc-a bildirmişlər ki, İsrailin Elat şəhərində təcrübə keçmiş tələbələrlə görüşdə institutun rektoru, professor Cəfər Cəfərov bildirmişdir ki, art... | ANL |
Milli Olimpiya Komitəsində 2010-cu ilə yekun vurulmuş, idmançılara və məşqçilərə mükafatlar təqdim olunmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər. D... | ANL |
Milli Olimpiya Komitəsində 2010-cu ilə yekun vurulmuş, idmançılara və məşqçilərə mükafatlar təqdim olunmuşdur. Azərbaycan Prezidenti İlham Əliyevin nitqi. Mən sizin hamınızı ürəkdən salamlayıram, bütün idmançıları, idman mütəxəssislərini 2010-cu ildə qazanılmış qələbələr münasibətilə ürəkdən təbrik edirəm. İlin sonunda... | ANL |
“Patent haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına əlavələr və dəyişikliklər edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. “Patent haqqında” Az... | ANL |
Bəhram Mənsurovun 100 illik yubileyi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. 2011-ci ilin fevral ayında Azərbaycan Respublikasının xalq artisti, görkəmli tarzən, muğamların mahir ifaçısı Bəhram Süleyman oğlu Mənsurovun anadan olmasının 100 illiyi tamam olur. Azərbaycanın milli musiqi mədəniyyətinin i... | ANL |
Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. "Bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının strukturlarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 1015 nömrəli Sərəncamının icrasın... | ANL |
Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturu. Azərbaycan Respublikası Təhsil Nazirliyinin aparatı (şöbələr və sektorlar). Bakı şəhəri üzrə təhsil idarəsi. Azərbaycan Respublikası Təhsil Nazirliyinin yerli bölmələri (rayon və şəhər şöbələri). | ANL |
2010-cu il noyabrın 15-də Ştutqart şəhərində imzalanmış "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Amerika Birləşmiş Ştatlarının Avropa Komandanlığı arasında hərbi əməkdaşlıq üzrə İş Planı"nın təsdiq edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. 2010-cu il noyabrın 15-də Ştutqart şəhərində i... | ANL |
2009-cu il oktyabrın 9-da Kişinyov şəhərində imzalanmış "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin veteranlar təşkilatları haqqında Qərar"ın təsdiq edilməsi barədə. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. 2009-cu il oktyabrın 9-da Kişinyov şəhərində imzalanmış "Müstəqil Dövlətlər Birliyinin iş... | ANL |
Azərbaycan Respublikası və Ukrayna arasında 2010-cu il oktyabrın 28-də Kiyev şəhərində imzalanmış sənədlər haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Ukraynanın Xarici İşlər Nazirliyi arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında Saziş;. "Azərbayca... | ANL |
2010-cu il oktyabrın 12-də Mexiko şəhərində imzalanmış "Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Meksika Birləşmiş Ştatlarının Rabitə və Nəqliyyat Katibliyi arasında telekommunikasiya və informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi... | ANL |
2010-cu il noyabrın 17-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında enerji və nəqliyyat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. 2010-cu il noyabrın 17-də Bakı şəhərində i... | ANL |
20 Yanvar faciəsinin iyirmi birinci ildönümünə dair tədbirlər planı təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin Sərəncamı ilə "20 Yanvar faciəsinin iyirmi birinci ildönümünün keçirilməsinə dair tədbirlər planı" təsdiq edilmişdir. Sənəddə respublikanın şəhər və rayonlarında, o cümlə... | ANL |
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi Moskvada və ölkənin 13 regionunda xeyriyyə aksiyaları keçirmişdir. Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Rusiya Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) və Ümumrusiya Azərbaycan Konqresi ilə birlikdə Moskvada və Rusiyanın bir sıra ... | ANL |
Türkiyənin Qartəpə şəhərində Heydər Əliyev parkı istifadəyə verilmişdir. Türkiyənin Kocaeli vilayətindəki Qartəpə şəhərində Azərbaycan xalqının ümummilli lideri, türk dünyasının dahi şəxsiyyəti Heydər Əliyevin adını daşıyan park istifadəyə verilmişdir. Bu park Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi v... | ANL |
Prezident İlham Əliyev mətbuata qayğısı ilə jurnalistlərin dostu olduğunu təsdiq edib. Dövlət quruculuğunun dünyəvi, hüquqi və demokratik prinsiplərlə həyata keçirildiyi respublikamızda azad vətəndaş cəmiyyətinin formalaşması, insanların sərbəst yaşaması, qanunların aliliyinin təmin edilməsi istiqamətində bütün zəruri ... | ANL |
İnkişafın Azərbaycan modeli: qeyri-neft sektorunun inkişafı. Hər bir mərhələ üçün qarşıda duran hədəflərin düzgün müəyyənləşdirilərək müasir dövrün tələblərinə cavab verən çevik iqtisadi siyasətin həyata keçirilməsi, mütərəqqi yeniliklərin tətbiqi yolu ilə çoxşaxəli inkişaf strategiyasının reallaşdırılması, infrastrukt... | ANL |
Cəmil Bahadur oğlu Quliyev. Azərbaycanın elmi ictimaiyyətinə ağır itki üz vermişdir. O, 1944-cü ildə orta məktəbi qurtardıqdan sonra Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuşdur. Əmək fəaliyyətinə 1952-ci ildə indiki Bakı Dövlət Universitetində başlayan Cəmil Quliyev burada müəllim və dosent vəzif... | ANL |
BDU-da "Riyaziyyat və mexanikanın aktual problemləri" mövzusunda beynəlxalq konfrans işə başlamışdır. Dekabrın 27-də Bakı Dövlət Universitetində (BDU) görkəmli alim və ictimai xadim, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, professor Yəhya Məmmədovun 80 illik yubileyinə həsr olunmuş ... | ANL |
Kiyevdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bayram konserti olmuşdur. Ukrayna Milli Musiqi Akademiyasının Böyük zalında Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş bayram konserti olmuşdur. Tədbir Ukrayna Azərbaycanlıları Konqresi, Ukrayna-Azərbaycan Dostluğu Beynəlxalq Xeyriyyə Fondu və A... | ANL |
Azərbaycanın Moskvadakı səfirliyində Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə qəbul təşkil edilmişdir. Dekabrın 25-də Azərbaycanın Moskvadakı səfirliyində hər il dekabrın 31-də qeyd edilən Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş təntənəli qəbul olmuşdur. Tədbirin əvvəlində Azərbaycan Respub... | ANL |
Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsində 2010-cu ilin yekunlarına dair kollegiya iclası keçirilmişdir. Dekabrın 27-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində (AQUPDK) ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilmişdir. İclası giriş sözü ilə açan komitə sədri Hicran Hüseynova qurum... | ANL |
AzərTAc xəbər verir ki, bu münasibətlə dekabrın 27-də Yevlax şəhərindəki Heydər Əliyev Sarayında Mətbuat Şurası, ölkənin aparıcı kütləvi informasiya vasitələri (KİV) rəhbərlərinin, rayon ictimaiyyətinin iştirakı ilə təntənəli yubiley mərasimi keçirilmişdir. Əvvəlcə mərasim iştirakçıları xalqımızın ümummilli lideri Heyd... | ANL |
Elmə və təhsilə həsr edilmiş ömür. Hər bir alimin fəaliyyətində güclü məntiq və səlistlik mühüm yer tutur. Bu baxımdan qeyri-adi duyumuna, dəqiq proqnozlarına, iti, aydın təvəkkürünə və heyrətamiz fəhminə görə minlərlə insanın dərin hörmət və məhəbbətini qazanmış biologiya elmləri doktoru, professor, Bakı Dövlət Univer... | ANL |
Dənizçilik terminlərinin izahlı lüğəti. "Rusca-ingiliscə-azərbaycanca dənizçilik terminlərinin izahlı lüğəti" bu sahədə terminləri vahid formada işlətmək, ümumi anlaşıqlı dil vahidlərinin tətbiqi məqsədilə hazırlanmış ilk kitabdır. Lüğətə beynəlxalq ticarət gəmiçiliyi, dəniz nəqliyyatı ilə bağlı 600-dək termin daxil ed... | ANL |
Oğuz-Qəbələ-Bakı su kəməri şəhər əhalisinin 75 faizini fasiləsiz təmiz, keyfiyyətli su ilə təmin edəcəkdir. Azərbaycanda ən böyük layihələrdən biri - Oğuz-Qəbələ-Bakı su kəməri istifadəyə verilmişdir. Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir. Dekabrın 28-də Azərbaycanda ən böyük infrastruktur layihələrindən bi... | ANL |
Prezident İlham Əliyevin çıxışı. Oğuz-Qəbələ-Bakı su kəməri istismara verilir. Bu gözəl hadisə münasibətilə sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bildiyiniz kimi, Oğuz-Qəbələ zonasında təmiz su mənbələrinin mövcudluğu haqqında hələ bir neçə onillik bundan əvvəl məsələ qaldırılmış və o bölgədən Bakıya ... | ANL |
Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2011-ci il büdcəsinin təsdiq edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 434 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamə”yə və Azər... | ANL |
"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam nizamnaməsi"ndə, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi"ndə və "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi"ndə dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edi... | ANL |
2011-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitinin istifadə edilməsinin əsas istiqamətləri (proqramı). Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 28 dekabr tarixli sərəncamı ilə təsdiq edilmişdir. I. Azərbaycan Respublikası. Dövlət Neft Fondunun vəsaitinin xərc istiqamətləri. Qaçqınların və məcb... | ANL |
Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2011-ci il büdcəsinin icrası ilə bağlı bəzi tədbirlər barədə. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsait... | ANL |
Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında 2010-cu il sentyabrın 27-də Daşkənd şəhərində imzalanmış sənədlər haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında 2010-cu il sentyabrın 27-də Daşkənd şəhərində imzalanmış aşağıdakı sənədlər... | ANL |
Kapitan Əhməd Hüseynağa oğlu Abdullayevin "İgidliyə görə" medalı ilə təltif edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında igidlik göstərdiyinə görə kapitan Əhməd Hüseynağa oğlu Abdullayev "İgidliyə görə" medalı ilə təltif edilsi... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.