text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam nizamnaməsi”ndə, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”ndə və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında. Azərbaycan Respublikasının Qanunu. 64-cü mad...
ANL
Dövlətçiliyimizin söz adlı təəssübkeşi. "Azərbaycan" qəzetinin vestibülünə qədəm qoyanları ilk öncə ulu öndər Heydər Əliyevin şəkilləşmiş təbəssümlü çöhrəsi ilə yanaşı, bəlkə də bütün jurnalistlərin canına yağ kimi yayılan bu sözləri qarşılayır: "Jurnalistin əməyi qeyri-adi əməkdir, olduqca böyük, zəhmətli əməkdir, çox...
ANL
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Xəzər rayonunun Binə qəsəbəsində müasir tipli məktəbin təməlqoyma və kommunal xidməti texnikasının təqdimatı mərasimlərində iştirak etmişdir. Dekabrın 28-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfir...
ANL
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Binə qəsəbə Mədəniyyət Mərkəzinin açılış mərasimində iştirak etmişdir. Dekabrın 28-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Xəzər rayonunun Binə qəsəbəsində mədəni...
ANL
Tanınmış alim Cəmil Quliyev son mənzilə yola salınmışdır. Dekabrın 28-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, Dövlət mükafatı laureatı, əməkdar elm xadimi, tarix elmləri doktoru, professor Cəmil Quliyevlə vida mərasimi keçirilmişdir. Vida mərasimində Milli Məclisin deputatları, tanınmış elm adamla...
ANL
Erməni mifi və real tarix. Akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" adlı yeni kitabı qısa vaxtda Azərbaycan ictimaiyyətinin diqqətini özünə cəlb etdi. Kitabda ABŞ-ın məşhur dövlət xadimi və siyasətşünası Zbiqnev Bjezinskinin "tarix müəyyən bir siyasi məqsədə xidmət edəndə komediya halını ala bilər"...
ANL
Prezident İlham Əliyev paytaxtda yeni inşa olunan bir sıra yol-nəqliyyat kompleksi obyektlərinin açılışında iştirak etmişdir. Dekabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev paytaxtın müxtəlif yerlərində yeni inşa olunan bir sıra yol-nəqliyyat kompleksi obyektlərinin açılışında iştirak etmişdir. Dövlə...
ANL
Prezident İlham Əliyevə "Jurnalistlərin dostu" mükafatı təqdim olunmuşdur. Dekabrın 29-da "Gülüstan" sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə "Jurnalistlərin dostu" mükafatının təqdim olunması mərasimi keçirilmişdir. Mərasim Azərbaycanın Dövlət himninin səslənməsi ilə başladı. Mətbuat Şurasının səd...
ANL
Prezident İlham Əliyev Bakı Ticarət Limanının yaxınlığında yeni parkın açılışında iştirak etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ailə üzvləri ilə birlikdə dekabrın 29-da Bakı Ticarət Limanının yaxınlığında yeni parkın açılışında iştirak etmişdir. Bakı Ticarət Limanının ərazisindəki yeni parkda tik...
ANL
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında. Azərbaycan Respublikasının Qanunu. İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti.
ANL
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi haqqında. Azərbaycan Respublikasının Qanunu. 299-cu maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin: “fiziki şəxslər min beş yüz manatdan iki min manatadək miqdarda, vəzifəli şəxslər yeddi min manatdan səkkiz min manatadək miqdarda cərimə...
ANL
Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnaməyə əlavə edilməsi barədə. Azərbaycan Respublikasının Qanunu. İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti.
ANL
“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2010-cu il 21 dekabr tarixli 33-IVQD nömrəli Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilm...
ANL
2010-cu il noyabrın 17-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında enerji və nəqliyyat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. 2010-cu il noyabrın 17-də Bakı şəhərində i...
ANL
Azərbaycan Respublikası Ali Məhkəməsinin məhkəmə kollegiyaları sədrlərinin təyin edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikası Ali Məhkəməsinin aşağıdakı hakimləri həmin ...
ANL
2010-cu il noyabrın 24-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Argentina Respublikasının Xarici İşlər, Beynəlxalq Ticarət və Etiqad Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə. Azərbaycan Respublikası Prezidentinin Sərənca...
ANL
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2010-cu il 21 dekabr tarixli 34-IVQD nömrəli Qanununun tətbiq edilməsi barədə. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edil...
ANL
Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdiklər...
ANL
Azərbaycan Respublikası Prezidentinin Fərmanı. “Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnaməyə əlavə edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 21 dekabr tarixli 32-IVQD n...
ANL
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəsmi emblemi haqqında. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. «Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəsmi emblemi haqqında Əsasnamə» və «Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəsmi embleminin təsviri» təsdiq edilsin (əlavə olunur)...
ANL
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəsmi emblemi haqqında Əsasnamə. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 29 dekabr tarixli fərmanı ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəsmi emblemi miqrasiya orqanlarının rəmzidir. Rəsmi emblem Azərbaycan Respublikası D...
ANL
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəsmi embleminin təsviri. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəsmi emblemi dairə formasındadır. Dairənin yuxarı hissəsində "AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏ...
ANL
ABŞ: "Azadlığı"yoldan çıxaranlar. Son onilliyin hadisələri aşkar şəkildə göstərir ki, ABŞ mütəmadi olaraq siyasi şantaj məqsədilə informasiya "istehsal edir". Son iki administrasiyanın hakimiyyətdə olduğu, İraqa qanunsuz müdaxilə edilməsi, iqlim dəyişmələri haqqında "Kioto protokolu"nu ratifikasiya etməkdən imtina olun...
ANL
Azərbaycan Nazirlər Kabinetində Qırğızıstan nümayəndə heyəti ilə görüş. Bakıda səfərdə olan Qırğızıstan Baş nazirinin birinci müavini Omurbek Babanovun başçılıq etdiyi nümayəndə heyəti dekabrın 29-da Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ilə görüşmüşdür. AzərTAc xəbər verir ki, görüşdə Baş nazir A.Rasiza...
ANL
Nazirlər Kabineti "Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarının həyata keçirilməsi ilə bağlı bəzi məsələlər haqqında" qərar qəbul etmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabineti "Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarının həyata keçirilməsi ilə bağlı bəzi məsələlər haq...
ANL
Heydər Əliyev Fondu "Buta" sarayında uşaqlar üçün bayram şənliyi təşkil etmişdir. Heydər Əliyev Fondu "Buta" sarayında uşaq evlərində və internat məktəblərində təlim-tərbiyə alan, şəhid, qaçqın və məcburi köçkün ailələrindən olan, yetim və valideyn himayəsindən məhrum, təhsildə xüsusilə fərqlənən uşaqlar üçün Yeni il ş...
ANL
Azərbaycanda sosial siyasətin tranzitoloji aspektləri. "Bizim düşünülmüş siyasətimiz, iqtisadi potensialımız, güclü sosial siyasətimiz vardır. Bizim bütün siyasətimizin başında Azərbaycan vətəndaşı dayanır. Mən başda olmaqla bütün məmurlar xalqın xidmətçiləridir. Biz elə etməliyik ki, Azərbaycan xalqı daha da yaxşı yaş...
ANL
Müdriklik zirvəsində. Tanınmış dövlət və elm xadimi, nüfuzlu pedaqoq, texnika elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi İsmayıl Əli oğlu İbrahimovun 95 illik şərəfli ömür yolu elmə, təhsilə xidmətin ən bariz nümunəsidir. O, İkinci Dünya müharibəsi veteranı, SSRİ ...
ANL
Tarixi həqiqətlər carçısı. Gənclik illərini Tiflis və Bakıda yaşamış görkəmli Azərbaycan yazıçısı Abbas Hacı Ələkbər oğlu Pənahi Makuli 1900-cü ildə Maku şəhərində ziyalı ailəsində doğulmuşdur. İlk təhsilini Xoy şəhər mədrəsəsində, sonra müasir tipli "Xeyriyyə" məktəbində almışdır. Atası Hacı Ələkbər dövrünün mütərəqqi...
ANL
Prezident İlham Əliyevə "Jurnalistlərin dostu" mükafatı təqdim olunmuşdur. Xəbər verdiyimiz kimi, dekabrın 29-da "Gülüstan" sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə "Jurnalistlərin dostu" mükafatının təqdim olunması mərasimi keçirilmişdir. Mərasim Azərbaycanın dövlət himninin səslənməsi ilə başladı...
ANL
Hörmətli xanımlar və cənablar! İlk öncə mən sizin hamınızı ürəkdən salamlayıram, sizə və bütün Azərbaycan xalqına qarşıdan gələn 2011-ci ildə uğurlar, xoşbəxtlik, cansağlığı arzulayıram. Bu gün mənim həyatımda çox əlamətdar bir gündür. Mən bu yüksək mükafata layiq görülmüşəm. İstəyirəm ki, bu kürsüdən bu mükafatı mənə ...
ANL
Əbülfəz Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasının əsaslı təmir və yenidənqurmadan sonra açılışı olmuşdur. Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir. Dekabrın 30-da Bakıda Əbülfəz Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasının əsaslı təmirdən və yenidənqurmadan sonra açılışı olmuşdur. Prezident İlham Əl...
ANL
Prezident İlham Əliyev Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalının binasının əsaslı təmir və bərpa işlərindən sonra açılışında iştirak etmişdir. Dekabrın 30-da Müslim Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalının binasının əsaslı təmir və bərpa işlərindən so...
ANL
Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Azərbaycan Respublikası Milli Məclisinin müraciəti. Əziz soydaşlar, dəyərli həmvətənlər! Uca və qüdrətli millətimiz üçün sonsuz qürur hissi ilə qeyd etdiyimiz Dünya Azərbaycanlılarının Həmrəylik Günündə hər birinizi ürəkdən salamlayırıq. On doqquz il öncə ulu öndər ...
ANL
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva "Türk dünyasına xidmət" mükafatına layiq görülmüşdür. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva "Türk dünyasın...
ANL
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Salyanda yeni yaşayış massivi istifadəyə verilmişdir. Dekabrın 30-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə Salyan şəhərində salınmış yeni yaşayış massivinin açılışı olmuşdur. Açılış mərasimində bildirilmişdir ki, 8 hektar ərazidə salınmış yeni yaşayış massivinin tikintisinə bu ilin b...
ANL
Almaniyada ilk dəfə üzərində ümummilli lider Heydər Əliyevin adı və şəkli olan poçt markası buraxılmışdır. Cari ilin dekabr ayında Almaniyanın Maqdeburq şəhərində fəaliyyət göstərən "Azərbaycan Diasporunun Almaniyadakı Mərkəzi Şurası"nın təşəbbüsü və səyi nəticəsində bu ölkədə ilk dəfə, üzərində Azərbaycan xalqının ümu...
ANL
Bu hadisə Azərbaycanın qaz ehtiyatlarının xeyli artmasına səbəb oldu və başqa strukturlarla bağlı ümidləri artırdı. Bu hadisədən sonra Azərbaycanın qaz ehtiyatlarının 4 trilyona yaxınlaşması haqda fikirlər səslənməyə başladı. "Ümid" yatağının açılmasının mühüm məqamlarından biri Azərbaycanda həyata keçirilən neft strat...
ANL
Köhnə kompüterlərdən necə istifadə etməli. Ölkəmizdə aparılan uğurlu xarici və daxili siyasət, həyata keçirilən islahatlar və irimiqyaslı layihələr sayəsində ictimai həyatın iqtisadi və sosial-siyasi sahələrində dinamik inkişafa nail olunmuşdur. Cəmiyyətin demokratikləşməsi və əhalinin rifahının yüksəlməsi ilə müşayiət...
ANL
Heydər Əliyev Fondu "Buta" sarayında uşaqlar üçün bayram şənliyini davam etdirmişdir. Heydər Əliyev Fondunun "Buta" sarayında Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə uşaq evlərində, internat məktəblərində tərbiyə alan, valideyn himayəsindən məhrum olan, eləcə də qaçqın, məcburi köçkün v...
ANL
Heydər Əliyev Fondunun Türkiyə nümayəndəliyi Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirmişdir. Heydər Əliyev Fondunun Türkiyə nümayəndəliyi İstanbuldakı "Çırağan" sarayında Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirmişdir. Fondun Türkiyə nümayəndəliyinin rəhbər...
ANL
"Qədim şəhər gənc fotoqrafların gözü ilə" mövzusunda müsabiqə elan olunur. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Birləşmiş Rəssamlar Klubunun birgə təşkilatçılığı ilə "Qədim şəhər gənc fotoqrafların gözü ilə" mövzusunda müsabiqə elan olunur. "İçərişəhə...
ANL
Müasir biliklər iqtisadi inkişafın əsas amili olmalıdır. Müasir dünyada iqtisadiyyatın dayanıqlı inkişafı uğrunda mübarizə əksər hallarda elmin tərəqqisi sahəsində yarışa çevrilir. Azərbaycanda elmin bugünkü nailiyyətləri respublika iqtisadiyyatı və mədəniyyətinin dinamik inkişafının mühüm elementidir. Məlumdir ki, döv...
ANL
Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti zati-aliləri cənab Mahinda Racapaksaya. Hörmətli cənab Prezident! Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Əminəm ki, Azərbaycan ilə Şri-Lanka arasında təşəkkül tapmış dost...
ANL
Rəcəb Tayyib Ərdoğan: "Ermənistanın Azərbaycana qarşı işğalına son qoyulsa, bütün problemlər öz həllini tapar". Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan TRT kanalının "Eninə-boyuna" proqramında Cənubi Qafqazdakı vəziyyəti qiymətləndirərkən demişdir: "Ermənistanla protokolların ratifikasiyası, sərhədlərin açılması və ...
ANL
İsveçrənin Davos şəhərində sayca 40-cı Dünya İqtisadi Forumunun illik toplantısı işini başa vurmuşdur. Forumda müasir dövrün siyasi-iqtisadi problemləri, qlobal inkişafın doğurduğu əsas çətinliklərin həlli üçün işgüzar tərəfdaşlığın genişlənməsinə yardım məsələləri müzakirə olunmuşdur. Toplantıda 100-dək ölkədən 2500-d...
ANL
Heydər Əliyev Azərbaycan-Rusiya münasibətlərinin köklərinə dərindən bələd idi. Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunun iştirakçıları ilə AzərTAc-da keçirilən bölmə iclasında söhbətimizə paytaxtımızda gedən möhtəşəm quruculuq işlərinə heyran qalmış qonaqlarımız - "TERRA" informasiya-poliqrafiya kom...
ANL
İctimai və humanitar elmlər: reallıqlar, perspektivlər. Müstəqilliyinin ikinci onilliyini tamamlamaq ərəfəsində olan müasir Azərbaycan cəmiyyəti və dövləti sosial-iqtisadi, mədəni-mənəvi inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoyur. Ötən əsrin doxsanıncı illərinin ortalarından bugünədək aparılan sistemli və dav...
ANL
Xoşməramlı forumun yeni istiqamətləri. Bu, vahid mədəni məkanın formalaşmasına yönəlib. Yanvarın 22-də Bakıda, Beynəlxalq Muğam Mərkəzində keçirilən Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumu dünyanın diqqət mərkəzində dayandı. Bu forum təkcə öz iştirakçıları üçün deyil, bütün bəşəriyyət üçün əhəmiyyətl...
ANL
Cəfakeş alim. Elə ruhun rahatlığını elmdə tapan, ünsiyyəti, işgüzarlığı, səmimiyyəti, təvazökarlığı ilə həmkarları, dostları, yaxınları tərəfindən sevilən ağsaqqal alimlərdən biri də əməkdar elm xadimi professor Ələddin Əsgərovdur. O, mənalı bir ömür yaşamışdır, cəmiyyətimizə, xalqımıza ləyaqətlə xidmət etmiş və bu gün...
ANL
Azərbaycan Prezidenti İlham Əliyevin "Bloomberg" agentliyinə müsahibəsi. Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 27-də Davosda "Bloomberg" informasiya agentliyinə müsahibə vermişdir. Həmin müsahibəni oxuculara təqdim edirik. - Azərbaycan olduqca böyük neft hasilatçısıdır. Neft...
ANL
Genişmiqyaslı dialoq və peşəkar ünsiyyət çox şeyləri xalqlarımız üçün daha anlaşıqlı etməyə imkan verir. Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumu münasibətlərə sanballı töhfə oldu. Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumu artıq tarixə çevrilmişdir. Lakin onun doğurduğu əks-səda hələ ...
ANL
Oman Azərbaycan ilə iqtisadi əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Oman Azərbaycan ilə ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Bu fikri Oman Sultanlığının xarici işlər üzrə məsul naziri Yusif bin Aləvi bin Abdulla Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ilə görüşdə söyləmişdi...
ANL
Oman Sultanlığının xarici işlər üzrə məsul naziri Azərbaycanda səfərdədir. Oman Sultanlığının xarici işlər üzrə məsul naziri Yusuf bin Alavi bin Abdulla Azərbaycanda səfərdədir. Yusuf bin Alavi bin Abdulla fevralın 2-də Fəxri xiyabana gələrək müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliye...
ANL
Azərbaycan ilə Oman arasında əlaqələrin inkişafı üçün geniş imkanlar mövcuddur. Fevralın 2-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Oman Sultanlığının xarici işlər üzrə məsul naziri Yusuf bin Alavi bin Abdulla ilə görüşmüşdür. Azərbaycan ilə Oman arasında sıx əlaqələrin mövcudluğunu ...
ANL
Azərbaycan ilə Oman arasında əlaqələrin inkişafı üçün geniş imkanlar mövcuddur. Azərbaycan ilə Oman arasında əlaqələr yüksələn xətt üzrə inkişaf edir və bu əlaqələr gələcəkdə daha geniş sahələri əhatə edəcəkdir. Bu sözləri Azərbaycanda səfərdə olan Oman Sultanlığının xarici işlər üzrə məsul naziri Yusuf bin Alav...
ANL
"Euronews" telekanalında "Dağlıq Qarabağ: Azərbaycandakı qaçqınlar düşərgəsində" adlı reportaj yayımlanmışdır. AzərTAc həmin reportajın mətnini təqdim edir. "Euronews" Qarabağ münaqişəsinin nəticələrini işıqlandırmaqda davam edir. Qarabağın öz ərazisində olduqdan sonra indi yolumuz Azərbaycandakı qaçqınlar və mə...
ANL
Qırğızıstanın Məşğulluq, Əmək və Miqrasiya Nazirliyinin nümayəndə heyəti Heydər Əliyev Fondunda olmuşdur. Bakıda səfərdə olan Qırğızıstan Məşğulluq, Əmək və Miqrasiya Nazirliyinin nümayəndə heyəti fevralın 2-də Heydər Əliyev Fondunda olmuşdur. Nümayəndə heyətinə ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlamət...
ANL
Vladimir Doroxin: "Mətbuat azadlığı faktlarla sərbəst davranma ilə əvəz olunmamalıdır". Azad mətbuat faktlarla sərbəst manipulyasiya deyildir. Bu sözləri Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Azərbaycan Dövlət Teleqraf Agentliyi - AzərTAc-ın baş direktoru Aslan Aslanov ilə ölkənin rəsmi informasiya agentliyi...
ANL
İctimai və humanitar elmlər: reallıqlar, perspektivlər. Bu gün yalnız Azərbaycan elmi sferası üçün deyil, respublikanın ictimai-siyasi gerçəkliyi müstəvisində böyük əhəmiyyət daşıyan müasir Azərbaycan elminin vəziyyətindən, bu sahədə konseptual strateji proqramların hazırlanmasında və həyata keçirilməsində AMEA-nın elm...
ANL
Azərbaycan iqtisadi inkişafın daha sürətli mərhələsinə qədəm qoyur. Dünyanın əksər nüfuzlu təşkilatları ölkəmizin iqtisadi artım göstəricisinə görə yenə də liderlər cərgəsində olacağını bildirir. Sosial-iqtisadi inkişaf göstəricilərinə görə son bir neçə ildə dünya dövlətləri arasında lider mövqedən çıxış edən Azərbayca...
ANL
Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti zati-aliləri cənab Mahinda Racapaksaya. Hörmətli cənab Prezident! Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə Şri-Lanka...
ANL
Ə.B.Məmmədovun "İstiqlal" ordeni ilə təltif edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan muğam sənətinin inkişafında və təbliğində böyük xidmətlərinə görə Əlibaba Balaəhməd oğlu Məmmədov "İstiqlal" ordeni ilə təltif edilsin. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti.
ANL
Azərbaycan Avropa üçün strateji məkana çevrilir. 40-cı Davos Forumunun yekunları Prezident İlham Əliyevin Avropa məkanında rəğbətlə qarşılanan siyasi lider olduğunu bir daha təsdiqlədi. Qloballaşan dünya iqtisadiyyatının inkişaf prioritetləri daha çox transmilli şirkətlərin cəmləşdiyi işgüzar çevrələrdə müəyyənləşdiyin...
ANL
Türkiyənin Baş naziri bir daha ATƏT-in Minsk qrupunu səylərini gücləndirməyə çağırmışdır. Türkiyə Cənubi Qafqazda Sabitlik və Əməkdaşlıq Platforması çərçivəsində fəaliyyəti davam etdirməklə yanaşı, mədəni və tarixi əlaqələri olan Azərbaycanla münasibətləri inkişaf etdirmək, habelə qarşılıqlı etimadı sarsıtmadan bölgəni...
ANL
Prezident İlham Əliyev xalq artisti Əlibaba Məmmədova "İstiqlal" ordenini təqdim etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 8-də xalq artisti Əlibaba Məmmədova milli muğam sənətinin inkişafında və təbliğində böyük xidmətlərinə görə və anadan olmasının 80 illiyi münasibətilə təltif olunduğu "İ...
ANL
Yunanıstan Respublikasının Prezidenti zati-aliləri cənab Karolos Papulyasa. Hörmətli cənab Prezident! Yunanıstan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Əminəm ki, Azərbaycan-Yunanıstan dövlətlərarası münasibətlərinin inkişafı, dostluq əlaqələrimizin ge...
ANL
Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında Əməkdaşlıq üçün Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. 2009-cu il fevralın 10-da Əl-Küveyt şəhərində imzalanmış və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il ...
ANL
Azərbaycan Respublikasının təhsil işçilərinin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Təhsil sahəsində xidmətlərinə görə Laçın rayonunun aşağıdakı təhsil işçiləri "Tərəqqi" medalı ilə təltif edilsinlər: Novruzova Sənubər Kamil qızı. Şahverdiyev İlqar Aydın oğl...
ANL
V.C.Məmmədova "Əməkdar müəllim" fəxri adının verilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Təhsil sahəsində xidmətlərinə görə Laçın rayonu Minkənd kənd orta məktəbinin müəllimi Varaşil Cəlal oğlu Məmmədova "Əməkdar müəllim" fəxri adı verilsin. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezide...
ANL
N.F.Dadaşovanın Azərbaycan Respublikası Prezidentinin xüsusi aylıq təqaüdünə layiq görülməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında" 1996-cı il 22 iyun tarixli 464 saylı Fərmanına uyğun olaraq qərara a...
ANL
Azərbaycanın və Hollandiyanın xüsusi xidmət orqanları arasında əlaqələrin inkişafı məsələləri müzakirə edilmişdir. Azərbaycanın milli təhlükəsizlik naziri, general-leytenant Eldar Mahmudov ölkəmizdə səfərdə olan Hollandiyanın Ümumi Kəşfiyyat və Təhlükəsizlik Xidmətinin baş direktoru Cerard Bauman ilə görüşmüşdür. Qonaq...
ANL
“Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli 834-IIIQD nömrəli Qanununun tətbiqi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişikliklər edilməsi haqqında. Azərbaycan Respublika...
ANL
Milli Məclisdə Küveytin "Loyac-Lothan" Gənclər Mərkəzinin nümayəndələri ilə görüş keçirilmişdir. Dünən Milli Məclisdə Küveytin ən böyük gənclər təşkilatı "LoYAC-Lothan" Gənclər Mərkəzinin nümayəndələri ilə görüş olmuşdur. Milli Məclisin Azərbaycan-Küveyt parlamentlərarası dostluq qrupunun rəhbəri Əkrəm Abdullayev ölkəl...
ANL
Azərbaycan ilə Küveyt arasında gənclər siyasəti sahəsində əməkdaşlığa geniş imkanlar vardır. Azərbaycan ilə Küveyt arasında gənclər siyasəti sahəsində əməkdaşlıq üçün geniş imkanlar vardır. Belə bir fikri ölkəmizdə səfərdə olan Küveytin ən böyük gənclər təşkilatı "LoYAC-Lothan" Gənclər Mərkəzinin icraçı direktoru Fərəh...
ANL
Gənclər təşkilatlarının beynəlxalq əlaqələri genişlənir. 1997-ci il fevralın 1-də Azərbaycan Gənclərinin I Forumunun ildönümü münasibəti ilə gənclərin bir qrupunu qəbul edən ümummilli liderimiz Heydər Əliyev 2 fevral Azərbaycan gəncləri gününün elan edilməsi haqqında sərəncam imzalamışdır. Azərbaycan Respublikası Gəncl...
ANL
Azərbaycan Respublikası Prezidentinin Fərmanı. "Azərbaycan Respublikası Prezidentinin bəzi sərəncamlarında dəyişikliklər edilməsi və "Sumqayıtelektrikşəbəkə" Açıq Səhmdar Cəmiyyətinin və "Şəki Regional Enerji Təchizatı" Məhdud Məsuliyyətli Cəmiyyətinin idarəetməyə verilməsi haqqında" Azərbaycan Respublikası Prezide...
ANL
Türkiyəli jurnalistlər AzərTAc-da olmuşlar. Türkiyə Jurnalistlər Birliyi sədrinin müavini, Alanya Qəzetçilər Cəmiyyətinin sədri Məhmət Əli Dimin başçılığı ilə bir qrup türkiyəli jurnalist fevralın 3-də Azərbaycan Dövlət Teleqraf Agentliyində (AzərTAc) olmuşdur. Baş direktor Aslan Aslanov AzərTAc-ın yaranma zərurəti və ...
ANL
"Bank olmayan kredit təşkilatları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində: 1.1. qüvvədə olan qanunvericilik aktlarının "Bank olmayan kredit təşkilatları haq...
ANL
Azərbaycan Respublikasının Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları komissiyasının tərkibi və Əsasnaməsinin təsdiq edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Azərbaycan Respublikasının Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları komissiyasının tərkibi və Əsasnaməsi təsdi...
ANL
Bank olmayan kredit təşkilatları haqqında. Azərbaycan Respublikasının Qanunu. Bu Qanun Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin maliyyə resurslarına olan ehtiyaclarının daha dolğun ödənilməsi, maliyyə xidmətlərindən istifadəsi üçün əlverişli şəraitin yaradılması məqsədilə bank olmayan kredit təşkilatl...
ANL
Azərbaycan ilə Norveç arasında hüquq sahəsində əməkdaşlıq genişlənir. Azərbaycan Avropa dövlətləri ilə hüquq sahəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir. Əməkdaşlıq çərçivəsində ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovun dəvəti ilə Norveç Krallığının ədliyyə və polis naziri Knut Storbergeti...
ANL
Hüquq-mühafizə orqanlarının səmərəli əməkdaşlığı dövlətlərimiz arasında qarşılıqlı əlaqələrin inkişafında mühüm rol oynayır. Azərbaycanın və Norveçin hüquq-mühafizə orqanları arasında səmərəli əməkdaşlıq dövlətlərimizin əlaqələrinin inkişafında mühüm rol oynayır. Bu sözləri fevralın 8-də Milli Məclisin Sədri Oqtay Əsəd...
ANL
Moskvada böyük Müslüm Maqomayevin abidəsinin təməl daşının qoyulması mərasimi olmuşdur. Moskvanın mərkəzində, Yeliseyev və Voznesenski döngələrinin kəsişməsindəki bağda, Nizami Gəncəvinin abidəsi yaxınlığında böyük Azərbaycan müğənnisi Müslüm Maqomayevin abidəsinin təməl daşının qoyulması münasibətilə təntənəli mərasim...
ANL
Zəhmətsevərliyi ona hörmət gətirir. İnsan həyatının ən gözəl, unudulmaz illərindən sayılan tələbəlik illərimiz onunla birlikdə keçib. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində birgə təhsil almışıq. Qrupumuzda hamıdan yaşlı olduğu üçün ona hörmətlə yanaşırdıq. Səmimiyyəti, sadəliyi, mehribanlığı ilə qazanmış...
ANL
İndoneziyada Xocalı faciəsi qurbanlarının xatirəsi anılmışdır. Azərbaycanın İndoneziyada və eyni zamanda Filippindəki səfirliyindən bildirmişlər ki, fevralın 4-də İndoneziyanın Bina Nusantara Universitetində Xocalı faciəsinin 18-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirilmişdir. Tədbirdə Azərbaycan xalqının müstəqil...
ANL
Həqiqət və yalan. Düzdür, gor qonşularımız olan ermənilərin guya türklər tərəfindən "soyqırımı"na məruz qalması faktı tarixi müstəvidə təsdiqini tapmayıb. Heç tapmayacaq da. Çünki olmayan hadisəni necə həqiqət kimi qəbul etmək olar?! Amma erməni təbliğatı bu saxta faktı bir çox dövlətlərə qəbul etdirə biliblər. Həqiqi ...
ANL
Moskvada Polad Bülbüloğlunun "Eşq və ölüm" baletinin premyerası anşlaqla keçmişdir. Azərbaycan bəstəkarı, respublikanın xalq artisti, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun "Eşq və ölüm" baletinin Yekaterinburq Opera və Balet Teatrının quruluşunda premyerası Moskvada, Böyük Teatrın səhnəsində anşlaqla keçmi...
ANL
Rusiya Prezidenti Dmitri Medvedev Azərbaycanın Rusiyadakı səfiri, bəstəkar Polad Bülbüloğlunu 65 illik yubileyi münasibətilə təbrik etmişdir. Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikasının bu ölkədəki səfiri Polad Bülbüloğlunu 65 illik yubileyi münasibətilə təbrik etmişdir. Kremlin mətbuat...
ANL
İllər öncə radio və televiziya dalğalarında "Gəl, ey səhər" adlı coşqun mahnısı ilə eşidənin ruhunu oxşayan, hər kəsi işıqlı sabahlara çağıran, qəlblərdə gələcəyə böyük ümid yaradan bir səsin ahəngindən doymazdıq. Dünyada bir-birinə bənzəməyən gözəl, məlahətli, yanıqlı, həzin səslər çoxdur. Hər ifaçının da öz oxu tərzi...
ANL
Məhkəmə-Hüquq Şurasının geniş iclası keçirilmişdir. Fevralın 4-də Məhkəmə-Hüquq Şurasının ali və apellyasiya məhkəmələrinin, Baş Prokurorluğun və Vəkillər Kollegiyasının rəhbərliyi, Bakı, habelə digər rayon, şəhər məhkəmələri hakimlərinin, qeyri-hökumət təşkilatlarının, ictimaiyyət və mətbuat nümayəndələrinin iştirakı ...
ANL
Maarifçi Həmzət bəy Əfəndiyev. Ümummilli lider Heydər Əliyevin İlusu kənd məktəbinin 110 illik yubileyi münasibətilə göndərdiyi təbrik məktubunda deyilirdi: "Azərbaycanın ən gözəl guşələrindən biri olan İlusu kəndində yaradılmış bu məktəb öz sələflərinin layiqli davamçıları olan neçə-neçə maarifpərvər nəslin zəhməti sa...
ANL
Həzi Aslanovun 100 illiyinə həsr olunmuş tədbir keçirilmişdir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, Azərbaycanın Hərbi Tarixi Muzeyində iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun anadan olmasının 100 illiyinə həsr edilmiş konfrans keçirilmişdir. Muzeyin rəisi, istefada olan pol...
ANL
A.M.Abdullayevin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan milli musiqisinin inkişafındakı xidmətlərinə görə Ağaxan Minaxan oğlu Abdullayev "Şöhrət" ordeni ilə təltif edilsin. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti.
ANL
Ardıcıl və səmərəli elmi axtarışların uğurlu nəticələri. Məlum olduğu kimi, 2008-ci il dekabr ayının sonu və 2009-cu ilin yanvar ayında ilk Azərbaycan Antarktida tədqiqat qrupu Yer kürəsinin ən cənub materikində elmi ekspedisiyada olmuş, beləliklə, cənub qütbünə ilk azərbaycanlıların ayağı dəymişdir. Hər bir azərbaycan...
ANL
Erməni caniləri və dağılmaqda olan Ermənistan. Qəddarlıq, qan tökmək, başqalarının varına, dövlətinə, torpağına göz dikmək, paxıllıq, yaltaqlıq, məqsədə yetmək üçün ayaqlara düşüb rəzilə çevrilmək insana Allah tərəfindən bəxş edilən keyfiyyətlər deyil. Allah həmişə haqq-ədalətin tərəfdarı olduğu üçün bəndələrinə bunu r...
ANL
Azərbaycan ərzaq təhlükəsizliyi problemini uğurla həll edib. İqtisadi sahədə keçid dövrü başa çatıb. "Bu gün biz artıq ərzaq təhlükəsizliyinin böyük hissəsini həll etmişik. Azərbaycan özünü əsas ərzaq məhsulları ilə demək olar ki, maksimum dərəcədə təmin edir. Həmişə Azərbaycan ərzaq məhsullarının idxalından asılı idi....
ANL
Müasir biliklər iqtisadi inkişafın əsas amili olmalıdır. Müasir dünyada iqtisadiyyatın dayanıqlı inkişafı uğrunda mübarizə əksər hallarda elmin tərəqqisi sahəsində yarışa çevrilir. Azərbaycanda elmin bugünkü nailiyyətləri respublika iqtisadiyyatı və mədəniyyətinin dinamik inkişafının mühüm elementidir. Məlumdir ki, döv...
ANL
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniyaya işgüzar səfəri. Berlin hava limanında qarşılanma. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının kansleri Angela Merkelin dəvəti ilə fevralın 4-də Almaniyaya işgüzar səfərə gəlmişdir. Azərbaycanın və Almaniyanın dövlə...
ANL
Mətbuata birgə bəyanat. Fevralın 4-də Berlində, Almaniya Federativ Respublikası kanslerinin iqamətgahında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və kansler xanım Angela Merkel mətbuat üçün bəyanatlarla çıxış etmişlər. Angela Merkel Azərbaycan Prezidentini Almaniyada yenidən salamlamaqdan məmnun olduğunu bil...
ANL