text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Cinayətkarlar beynəlxalq məsuliyyətə cəlb olunacaqlar. Bu günlərdə biz Xocalı soyqırımının 14 illiyini yad etdik. Bu, bəşəriyyət əleyhinə olan cinayətdir və vaxt gələcək bu cinayəti törətmiş insanlar məsuliyyətə cəlb olunacaqlar, beynəlxalq məsuliyyətə. Bu münaqişədə biz zərərçəkən tərəfik və bizim haqqımız çatır ki, m... | ANL |
Məhz o gün Azərbaycan şəhəri Xocalı Ermənistanın təcavüzünə məruz qalmışdır və azərbaycanlılara qarşı soyqırımı törədilmişdir. Biz, əlbəttə, danışıqlar zamanı öz prinsipial mövqeyimizdən dönməyəcəyik və çalışacağıq ki, məsələ öz həllini tapsın. rəsmi səfəri zamanı bəyanatından. | ANL |
Bu, bütövlükdə bəşəriyyətə və insanlığa qarşı cinayət idi. 1992-ci il fevralın 26-da qədim Azərbaycan şəhəri Xocalı erməni hərbi birləşmələri tərəfindən vəhşicəsinə dağıdıldı, onun müdafiəçilərinə və sakinlərinə amansız divan tutuldu. Yüzlərlə dinc sakin görünməmiş işgəncələrlə öldürüldü, uşaqlar, qadınlar, qocalar, bü... | ANL |
Müstəqil, güclü və demokratik Azərbaycan dövlətinin mövcudluğu və getdikcə inkişaf etməsi Xocalı şəhidlərinin ruhuna təsəllidir. Dəhşətli Xocalı faciəsini törətməklə ermənilər uzağa gedən taktiki məqsədlər güdürdülər. Bununla xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, onu tarixi torpaqlarımızın bir qisminin itirilməs... | ANL |
Azərbaycan ilə Slovakiya arasında hüquq sahəsində əməkdaşlıq inkişaf edir. Azərbaycanda Avropa dövlətləri ilə dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına böyük əhəmiyyət verilir. Bu məqsədlə Slovakiya Respublikası Baş nazirinin müavini, ədliyyə naziri Ştefan Harabin ötən ilin mayında Azərbaycana səfəri çərçivəsin... | ANL |
Azərbaycanın Baş naziri Artur Rasizadə Ukraynanın yeni seçilmiş Prezidenti Viktor Yanukoviçin andiçmə mərasimində iştirak etmişdir. Fevralın 25-də Azərbaycanın Baş naziri Artur Rasizadə Ukraynanın yeni seçilmiş Prezidenti Viktor Yanukoviçin andiçmə mərasimində iştirak etmişdir. Səhər Ukrayna Ali Radasında ölkənin yeni ... | ANL |
Heydər Əliyev Fondunun dəstəyi ilə Xocalı faciəsı dünyanın 100-dən artıq nöqtəsində qeyd olunur. Heydər Əliyev Fondunun dəstəyi ilə Xocalı faciəsinin ildönümü bu il dünyanın 100-dən artıq nöqtəsində qeyd olunur. Soyqırımına həsr olunmuş silsilə tədbirlər fondun təmin etdiyi təbliğat materialları əsasında həyata keçiril... | ANL |
Qarabağ və Xocalı soyqırımı mövzusunda müsabiqə yekunlaşmışdır. Fevralın 25-də "Azərsun Holdinq" şirkətinin maliyyə dəstəyi ilə Azərbaycan Mətbuat Şurası və "Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyinin "Qarabağ mövzusunun və Xocalı soyqırımının mediada təbliğinə dəstək" layihəsi çərçivəsində jurnalistlər arasında ke... | ANL |
Prezident Kitabxanasında Xocalı soyqırımı ilə bağlı diskin təqdimatı olmuşdur. Fevralın 25-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında "XX əsrin faciəsi - Xocalı soyqırımı" adlı tammətnli elektron nəşrin yenilənmiş variantının və "Səs" informasiya agentliyinin (SİA) hazırladığı "X... | ANL |
Xocalı soyqırımı bütün bəşəriyyətə utanc gətirən cinayətdir. Erməni faşizminin mənfur xislətini tamamilə ifşa edən bu kütləvi və amansız soyqırım aktı Azərbaycanın dövlət müstəqilliyinə və ərazi bütövlüyünə qarşı çevrilmiş terror siyasətinin təzahürü olmaqla, təkcə azərbaycanlılara qarşı deyil, bütövlükdə bəşəriyyətə v... | ANL |
"Xocalıya ədalət" beynəlxalq kampaniyasının səmərəsi ildən-ilə artır. Leyla Əliyevanın təşəbbüsü soyqırımı faktının xaricdə tanınması prosesinə böyük töhfə verib. Ölkəmizin dünya birliyinə inteqrasiyası, respublikamızın tərəqqisi, xalqımızın rifah halının daha da yaxşılaşdırılması istiqamətində ulu öndərin müəyyənləşdi... | ANL |
"Xocalı soyqırımı rabitəçilərin yaddaşında" kitabının təqdimatı olmuşdur. Fevralın 25-də M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında Xocalı faciəsinin 18-ci ildönümü münasibətilə "Xocalı soyqırımı - əsrin faciəsi" adlı sərginin açılışı və "Xocalı soyqırımı rabitəçilərin yaddaşında" kitabının təqdimatı olmuşdur. X... | ANL |
Xocalı faciəsi əsrlər boyu Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı siyasətinin ən qanlı səhifəsidir. Prezident İlham Əliyev faciə qurbanlarının xatirəsini anma mərasimində iştirak etmişdir. Azərbaycanın tarixinə qanlı hərflərlə yazılmış həmin gecə erməni silahlı dəstələri hələ SSRİ dövründə Xankəndi şəhərində yer... | ANL |
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV BMT-NİN REZİDENT ƏLAQƏLƏNDİRİCİSİ BRUNO PUEZANI FƏALİYYƏT MÜDDƏTİNİN BAŞA ÇATMASI MÜNASİBƏTİLƏ QƏBUL ETMİŞDİR. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 26-da BMT-nin rezident əlaqələndiricisi Bruno Puezanı fəaliyyət müddətinin başa çatması münasibətilə qəbul etmişdi... | ANL |
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyada təsis edilmiş "İlin adamı - 2009" Qran-pri mükafatına layiq görülmüşdür. Bu mükafat il ərzində öz ölkələrinin ictimai, siyasi və dövlət mənafelərinə xidmət işində ən parlaq nəticələr göstərmiş insanlara təqdim edilir. "İlin adamı" illik milli mükafatın təqdim ... | ANL |
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikasında milli mətbuatın inkişafında xüsusi xidmətlərinə görə Aslan Əhməd oğlu Aslanov 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilsin. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti. | ANL |
Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) bir qrup əməkdaşının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafında xidmətlərinə görə və Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın)... | ANL |
Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) əməkdaşlarına fəxri adların verilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) aşağıdakı əməkdaşl... | ANL |
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli fərmanına uyğun olaraq qərara al... | ANL |
Xocalı faciəsi Dövlət Gənc Tamaşaçılar Teatrında anıldı. Ötən gün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Xocalı soyqırımı hadisələrinin 18-ci ildönümünə həsr olunmuş tədbir keçirildi. Tədbiri teatrın direktoru, respublikanın əməkdar artisti Mübariz Həmidov açdı. Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla... | ANL |
Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Bəşəriyyət tarixində ən qanlı cinayət ötən əsrin sonlarında Azərbaycanda Ermənistan silahlı qüvvələri tərəfindən törədildi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıya bir neçə istiqamətdən hücum edən erməni silahlı birləşmələri öz qədda... | ANL |
Xocalı faciəsinin 18-ci ildönümü ilə əlaqədar ABŞ-da anma mərasimi keçirilmişdir. Amerikanın Azərbaycan və Türkiyə diaspor təşkilatları "Xocalıya ədalət!" kampaniyası çərçivəsində ABŞ-ın nüfuzlu Corc Vaşinqton Universitetində anma mərasimi keçirmişlər. Tədbirdə Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev, Azərbaycan-Amer... | ANL |
"Xocalıya ədalət"kampaniyasının yeni mərhələsi başlanmışdır. Moskvada "dünya liderlərinə müraciət" aksiyasına start verilmişdir. İslam Konfransı Təşkilatı Gənclər Forumundan (İKGF) bildirmişlər ki, Moskvanın "President-Hotel" mehmanxana kompleksinin "Bolşoy Petrovski" zalında "Xocalıya ədalət" kampaniyasının birillik n... | ANL |
Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən "Xocalıya ədalət" beynəlxalq kampaniyası bu faciəni dünyada XX əsrin ən qanlı soyqırımlarından biri kimi tanıtmışdır. XIX əsrin əvvəllərindən başlayaraq Qafqazda kütləvi şəkildə məskunlaşdırılan ermənilər az müddət sonra bölgəni, sözün əsl mənasında, "qan çanağı"na çevirmişlər. ... | ANL |
Pedaqoji və ictimai-siyasi fəaliyyətində nüfuz qazanan alim. Elm xadimlərinin, söz-sənət adamlarının nüfuzu, məşhurluğu yalnız yaradıcılıq səviyyələri, axtarış və kəşflərinin miqyası ilə ölçülmür. Bu məsələdə dost-tanış yanında, el arasında, ümumən cəmiyyətdə qazanılan xətir-hörmət də misilsiz rol oynayır. Yaxşı tanıdı... | ANL |
Gözəl təbiəti, zəngin tarixi və təbii imkanları olan Qəbələ tezliklə beynəlxalq turizm mərkəzinə çevriləcəkdir. Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 27-də Qəbələ rayonuna gəlmişdir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı Qəbələ rayo... | ANL |
Qəbələdə meyvə-tərəvəz saxlamaq üçün soyuducu anbar tikilmişdir. Fevralın 27-də Prezident İlham Əliyev Qəbələdə meyvə-tərəvəz saxlamaq üçün tikilmiş soyuducu anbar ilə tanış olmuşdur. Üç hektar ərazini əhatə edən anbarda 5 min ton meyvə-tərəvəz məhsulları saxlamaq mümkündür. İtaliya istehsalı olan avadanlığın quraşdırı... | ANL |
Prezident İlham Əliyev Qəbələdə "Gilan" piano fabrikinin açılışında iştirak etmişdir. Fevralın 27-də Prezident İlham Əliyev Qəbələdə "Gilan" piano fabrikinin açılışında iştirak etmişdir. Müəssisənin kollektivi dövlət başçısını hərarətlə qarşıladı. Prezident İlham Əliyev açılışı bildirən lenti kəsdi və müəssisənin işi i... | ANL |
Yeni avtovağzal binası Qəbələyə turist axınını gücləndirəcəkdir. Fevralın 27-də Prezident İlham Əliyev Qəbələdə yeni avtovağzal binasının açılışında iştirak etmişdir. Dövlətimizin başçısı açılışı bildirən lenti kəsdi və bina ilə yaxından tanış oldu. Məlumat verildi ki, son dövrlərdə Qəbələdə tikilən infrastruktur obyek... | ANL |
Prezident İlham Əliyev Qəbələdə məcburi köçkünlər üçün salınmış məhəllədə olmuşdur. Fevralın 27-də Prezident İlham Əliyev Qəbələnin Zarağan kəndində məcburi köçkünlər üçün salınmış məhəllədə olmuşdur. Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov məlumat verdi ... | ANL |
Məcburi köçkünlər və Qəbələ rayon ictimaiyyətinin nümayəndələri ilə görüş. Prezident İlham Əliyev fevralın 27-də Qəbələdə məcburi köçkünlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür. Prezident İlham ƏLİYEV yeni mənzil alan məcburi köçkünləri təbrik edərək dedi: - Mən sizi ürəkdən salamlayıram və məcburi kö... | ANL |
Qəbələdə Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunmuş uşaq bağçası açılmışdır. Fevralın 27-də Prezident İlham Əliyev Qəbələdə uşaq bağçasının açılışında iştirak etmişdir. Dövlətimizin başçısı açılışı bildirən lenti kəsdi və uşaq bağçası ilə yaxından tanış oldu. Bağçada ulu öndər Heydər Əliyevin uşaqlara diqqət və qa... | ANL |
Prezident İlham Əliyev Qəbələdə "Qafqaz-Park" Gənclik Mərkəzinin açılışında iştirak etmişdir. Fevralın 27-də Prezident İlham Əliyev Qəbələdə "Qafqaz-Park" Gənclik Mərkəzinin açılışında iştirak etmişdir. Açılışı bildirən lenti kəsən dövlətimizin başçısı əvvəlcə 900 kvadratmetr sahəsi olan süni buz meydançası ilə tanış o... | ANL |
"Qafqaz Sahil" mehmanxana kompleksinin tikintisi ilə tanışlıq. Fevralın 27-də Prezident İlham Əliyev Qəbələyə səfəri çərçivəsində "Qafqaz Sahil" mehmanxana kompleksinin tikintisi ilə tanış olmuşdur. Dövlətimizin başçısı mehmanxananın eskizlərinə baxdı. Məlumat verildi ki, böyük turizm imkanlarına malik Qəbələdə yeni ob... | ANL |
Fevralın 27-də Prezident İlham Əliyev Qəbələdəki "Laza" yarımstansiyasının açılışında iştirak etmişdir. "Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev dövlətimizin başçısına məlumat verdi ki, 110 kilovoltluq "Laza" yarımstansiyası ölkənin energetika sisteminin paylayıcı və ötürücü şəbəkəsinin yenidən qurulması, müa... | ANL |
Qəbələdə "Qafqaz Resort" mehmanxanasının yeni korpusu istifadəyə verilmişdir. Prezident İlham Əliyev fevralın 27-də Qəbələdə "Qafqaz Resort" mehmanxanasının yeni korpusunun açılışında iştirak etmişdir. Binada restoran, kafe və bar fəaliyyət göstərir. Korpusda internet xidməti təşkil edilmişdir. Yeni korpusla yaxından t... | ANL |
Qəbələdə "Fitnes" sağlamlıq mərkəzi istifadəyə verilmişdir. Fevralın 27-də Prezident İlham Əliyev Qəbələdə "Fitnes" sağlamlıq mərkəzinin açılışında iştirak etmişdir. Dövlətimizin başçısı açılışı bildirən lenti kəsdi və mərkəz ilə yaxından tanış oldu. Məlumat verildi ki, 5 hektar ərazidə müasir üslubda inşa edilmiş bu m... | ANL |
"XXI yüzilliyin Azərbaycan möcüzəsi" reallıqdır. "...Biz artıq iqtisadi sahədə keçid dövrünü başa vurmuşuq" - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 2-də Bakı Dövlət Universitetinin yubileyinə həsr olunmuş təntənəli mərasimdəki dərin məzmunlu çıxışında belə bir bəyanat var. Bütün ölkə,... | ANL |
AzərTAc fəaliyyətə başladığı gündən xalqımızın azadlıq arzularının carçısına çevrilmişdir. Azərbaycan Dövlət Teleqraf Agentliyinin - AzərTAc-ın 90 yaşı tamam olur. Şərqdə ilk xəbər agentliklərindən biri olan AzərTAc-ın yaranması bilavasitə Xalq Cümhuriyyəti hökumətinin adı ilə bağlıdır. Ötən 90 ildə AzərTAc mürəkkəb, e... | ANL |
ABŞ azərbaycanlıları Ermənistanın diplomatik nümayəndəliyi qarşısında etiraz aksiyaları keçirmişlər. ABŞ-ın şərq bölgəsində hökm sürən sərt hava şəraiti ölkənin Azərbaycan və türk icmalarının üzvlərini Xocalı faciəsini anmaqdan çəkindirə bilməmişdir. Soydaşlarımız fevralın 26-da Nyu-York şəhərində Ermənistanın diplomat... | ANL |
Bolqarıstan Prezidenti Georgi Pırvanovun Azərbaycana işgüzar səfəri. Prezident İlham Əliyevin və Prezident Georgi Pırvanovun görüşü. İyunun 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Bolqarıstan Respublikasının Prezidenti Georgi Pırvanov və xanımı Zorka Pırvanova ilə birgə ... | ANL |
Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü. İyunun 30-da Azərbaycan Prezidenti İlham Əliyevin və Bolqarıstan Prezidenti Georgi Pırvanovun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur. Prezident İlham Əliyev Bolqarıstan Prezidenti Georgi Pırvanovu ölkəmizdə salamladı və bildir... | ANL |
Dövlət başçılarının mətbuat üçün bəyanatları. İyunun 30-da geniş tərkibdə görüşdən sonra prezidentlər İlham Əliyev və Georgi Pırvanov mətbuat üçün bəyanatlarla çıxış etmişlər. Azərbaycan Prezidenti İlham ƏLİYEV bəyanatla çıxış edərək dedi: - Hörmətli cənab Prezident! Hörmətli qonaqlar! Mən sizi ürəkdən salamla... | ANL |
Dövlət başçılarının mətbuat üçün bəyanatları. İyunun 30-da geniş tərkibdə görüşdən sonra prezidentlər İlham Əliyev və Georgi Pırvanov mətbuat üçün bəyanatlarla çıxış etmişlər. Bolqarıstan Prezidenti Georgi PIRVANOV bəyanatla çıxış edərək dedi: - Hörmətli cənab Prezident! Hörmətli qonaqlar! Əvvəlcə, mənə göndərdiyi... | ANL |
Birgə şam yeməyi. İyunun 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva, ölkəmizdə səfərdə olan Bolqarıstan Respublikasının Prezidenti Georgi Pırvanov və xanımı Zorka Pırvanova birgə şam etmişlər. AzərTAc. | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 30-da Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebini qəbul etmişdir. Görüşdə Azərbaycan ilə Avropa İttifaqı aras... | ANL |
Beynəlxalq hava limanında qarşılanma. Bolqarıstan Respublikasının Prezidenti Georgi Pırvanov iyunun 30-da Azərbaycana işgüzar səfərə gəlmişdir. Azərbaycanın və Bolqarıstanın dövlət bayraqları ilə bəzədilmiş Heydər Əliyev adına Beynəlxalq hava limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Bolqarıstan ... | ANL |
Nazirlər Kabinetində görüş. İyunun 30-da Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ölkəmizdə səfərdə olan Suriya Ərəb Respublikasının neft və mineral ehtiyatlar naziri, Suriya-Azərbaycan hökumətlərarası komissiyasının həmsədri Sufyan Alaonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Suriyanın Azərbay... | ANL |
Kanadanın General-Qubernatoru zati-aliləri xanım Mişel Jana. Hörmətli xanım General-Qubernator! Ölkənizin milli bayramı - Kanada günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimizi yetirirəm. Azərbaycan-Kanada münasibətlərinin bugünkü inkişaf səviyyəsi məmnunluq doğurur. Əminəm ki, dostlu... | ANL |
Bakıda Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən "Qloballaşma şəraitində mədəniyyətlərin dialoqu" mövzusunda forum başa çatmışdır. Bakıda Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən "Qloballaşma şəraiti... | ANL |
"Yeni media erasının dəyərləri" mövzusunda konfrans və seminar keçirilmişdir. İyunun 30-da Bakıda Avropa Yayımçılar Birliyi, Norveç İctimai Yayımçılarının dəstəyi və Azərbaycan Media Mərkəzinin əməkdaşlığı ilə "Yeni media erasının dəyərləri" mövzusunda konfrans və seminar keçirilmişdir. Tədbirdə dövlət və qeyri-hökumət... | ANL |
BMT-nin Sənayenin İnkişafı Təşkilatının baş direktoru Azərbaycan Diplomatik Akademiyasında məruzə ilə çıxış etmişdir. Ölkəmizdə səfərdə olan BMT-nin Sənayenin İnkişafı Təşkilatının baş direktoru Kandeh Yumkella iyunun 30-da Azərbaycan Diplomatik Akademiyasında dünyanın inkişaf meyillərinə dair məruzə ilə çıxış etmişdir... | ANL |
Azərbaycan ilə Almaniya arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunmuşdur. Xəbər verildiyi kimi, iyunun 29-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Almaniya Federativ Respublikasında səfərdə olmuşdur. Səfərin gedişində Azərbaycan XİN-in başçısı XDİ/XSİ fraksiyasının xarici siyasət məsələləri ü... | ANL |
Azərbaycanın Ermənistan üzərində daha bir diplomatik uğuru. Azərbaycanın uğurlu diplomatiyası sayəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul edilən bütün sənədlərdə Ermənistanın işğalçı ölkə kimi zəbt etdiyi ərazilərimizdən öz silahlı qüvvələrini çıxarması əsas tələb kimi qarşıya qoyulur. ATƏT-in Minsk qrupuna həm... | ANL |
Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 1 saylı poliklinikasının və stomatoloji mərkəzinin, həmçinin Xəzər Rayon Polis İdarəsinin yeni inzibati binalarının açılışı olmuşdur. Azərbaycan Polisinin yaradılmasının 92-ci ildönümü ərəfəsində - iyunun 30-da Daxili İşlər Nazirliyinin (DİN) Tibb İdarəsinin 1 saylı poliklinika... | ANL |
Azərbaycan xalçaları Bolqarıstanın birinci xanımı Zorka Pırvanovanı valeh etmişdir. Bolqarıstanın birinci xanımı Zorka Pırvanova iyunun 30-da "Azər-İlmə" Məhdud Məsuliyyətli Cəmiyyətinin "Sehrli ilmələr" qalereyasında olmuşdur. Qonağa gül dəstəsi təqdim edilmişdir. Müəssisə ilə tanış olan Bolqarıstanın birinci xanımına... | ANL |
Bolqarıstan Prezidentinin xanımı Bakıda Müasir İncəsənət Muzeyi ilə tanış olmuşdur. Azərbaycanda səfərdə olan Bolqarıstan Prezidentinin xanımı Zorka Pırvanova iyunun 30-da Müasir İncəsənət Muzeyində olmuşdur. Bolqarıstan Prezidentinin xanımı Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və... | ANL |
Bakı Dövlət Universitetində "Azərbaycan milli mətbuatı 135: tarixi yolu və müasir inkişaf meyilləri" mövzusunda konfrans keçirilmişdir. İyunun 30-da Bakı Dövlət Universitetində (BDU) "Azərbaycan milli mətbuatı 135: tarixi yolu və müasir inkişaf meyilləri" mövzusunda elmi-praktiki konfrans keçirilmişdir. Prezident İlham... | ANL |
Albaniya parlamentinin sədri Bakının görməli yerləri ilə tanış olmuşdur. Azərbaycanda səfərdə olan Albaniya parlamentinin sədri xanım Jozefina Topalli iyunun 30-da Bakının görməli yerləri ilə tanış olmuşdur. Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən AzərTAc-a bildirmişlər ki, gəzin... | ANL |
"Siz məndən tələb edirsiniz ki, "Əkinçi" qəzetinin proqramını təkmilləşdirim, daha doğrusu, xüsusilə yerli ehtiyaclara və tələbata həsr edilmiş baş məqalələr adı altında nə demək istədiyimi aydınlaşdırım və soruşursunuz ki, bu məqalələri qəzetin digər şöbələrindən birində, xüsusilə Elm şöbəsində vermək olmazmı?" Doğrud... | ANL |
İyunun 30-da "Park İNN Azərbaycan" mehmanxanasında Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun elmi-tədqiqat proqramlarının, layihələrinin və digər elmi tədbirlərin maliyyələşdirilməsi məqsədilə qrantların verilməsi üzrə 2010-cu il üçün 1-ci müsabiqənin (EİF-2010-1) elan edilməsinə həsr olunmu... | ANL |
Bakıda Azərbaycan Respublikası və Suriya Ərəb Respublikası hökumətləri arasında Birgə Komissiyanın birinci iclası başa çatmışdır. Bakıda Azərbaycan Respublikası hökuməti və Suriya Ərəb Respublikası hökuməti arasında iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın ilk iclası keçirilir. Komissiyanın ... | ANL |
İçərişəhərdə bərpa üzrə növbəti seminar keçirilmişdir. İyunun 30-da Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə Almaniyanın "Remmers" və Avstriyanın "Atelier Erich Pummer GmbH" şirkətlərinin təmsilçiləri tərəfindən "İnşaat qurğularının təh... | ANL |
Qoşa qanad. Yusif Kərimov Azərbaycanın ədəbi mühitində və jurnalistikasında peşəkar yazıçı-publisist kimi tanınır. Bu qoşa qanadın istedad gücü sahibini ədəbi-bədii və publisist yaradıcılıq yollarında irəliyə aparmış, ona uğur qazandırmışdır... "Yusif Kərimovun bədii yaradıcılığı üstündür, ya publisistikası" sualına bi... | ANL |
Azərbaycan dünyada müstəqil siyasət aparan ölkədir. Dünya siyasətinə əsaslı təsir imkanı olan müsəlman dövlətləri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlıq münasibətlərinin yaradılması rəsmi Bakının xarici siyasətində prioritet istiqamətlərdən birinə çevrilmişdir. Dini, tarixi, siyasi və mənəvi dəyərləri ilə bir-birinə b... | ANL |
Azərbaycan Avropa İttifaqı ilə əlaqələrin inkişafına xüsusi önəm verir. İyulun 1-də Milli Məclisin Sədri Oqtay Əsədov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi ilə görüşmüşdür. Səmimilik şəraitində keçən söhbət zamanı Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin daim inkişafda olduğunu ... | ANL |
Macarıstan Respublikasının yeni seçilmiş Prezidenti zati-aliləri cənab Pal Şmittə. Hörmətli cənab Şmitt! Macarıstan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Biz Azərbaycan-Macarıstan əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk. Əminəm ki, ölkələrimiz arasınd... | ANL |
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. İctimai asayişin, əhalinin dinc və təhlükəsiz yaşayışının qorunmasında, qanunun aliliyinin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə xidməti vəzifələrin və xüsusi ta... | ANL |
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aşağıdakı zab... | ANL |
S.S.Salmanovanın Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədr müavini təyin edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq qərara alıram: Sona Sadıx qızı Salmanova Azərbaycan Respublikası Konstitusiya M... | ANL |
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında Azərbaycan Respublikası Qanunu. Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: I. 45) mütəşəkkil nəqliyyat dəstəsi - qarşıda qırmızı və ya göy sayrışa... | ANL |
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Q... | ANL |
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli fərmanına dəyişiklik və əlavə edilmə... | ANL |
Xalqa, vətənə, vəzifə borcuna sədaqətin rəmzi. Müsahibimiz daxili işlər naziri, general-polkovnik Ramil USUBOVdur. - 92 il öncə təsis edilən daxili işlər orqanlarının keçdiyi şərəfli, eyni zamanda, çətin və fədakar yol tariximizin əlamətdar səhifələrini təşkil edir. Fərqli siyasi quruluşlarda müxtəlif rəsmi adlar daşıs... | ANL |
Polis Akademiyasında 2009-2010-cu tədris ilinin buraxılışına və Azərbaycan Polisinin yaranmasının 92-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilmişdir. İyulun 1-də Daxili İşlər Nazirliyinin Polis Akademiyasında 2009-2010-cu tədris ilinin buraxılışına və Azərbaycan Polisinin yaranmasının 92-ci ildönümünə həsr o... | ANL |
Zərdabda "Azərbaycan milli mətbuatı 135: tarixi nailiyyətlər və perspektivlər" mövzusunda konfrans keçirilmişdir. İyulun 1-də Zərdabda "Azərbaycan milli mətbuatı 135: tarixi nailiyyətlər və perspektivlər" mövzusunda konfrans keçirilmişdir. Azərbaycan milli mətbuatının 135 illik yubileyinə həsr olunmuş mərasimin iştirak... | ANL |
Bakıda Avropa Yayımları Birliyi Baş Assambleyasının 64-cü sessiyası keçirilir. İyulun 1-də Bakıda Avropa Yayımları Birliyi Baş Assambleyasının 64-cü sessiyası işə başlamışdır. MDB məkanında ilk dəfə olaraq Azərbaycanda təşkil edilən bu tədbirə qurumun ölkəmizdən yeganə üzvü olan İctimai Televiziya və Radio Yayımları Şi... | ANL |
Mərkəzi Seçki Komissiyasında görüş. Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi iyulun 1-də Mərkəzi Seçki Komissiyasında (MSK) sədr Məzahir Pənahovla görüşmüşdür. MSK-nın mətbuat xidmətindən bildirmişlər ki, Məzahir Pənahov Avropa İttifaqının nümayəndə heyəti ilə görüşdən məmnunluğunu ifadə e... | ANL |
Belarusun milli bayramı şərəfinə. İyulun 1-də Belarusun Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Respublika Günü münasibətilə "Avropa" mehmanxanasında rəsmi qəbul təşkil etmişdir. Səfir Nikolay Patskeviç qonaqları salamlayaraq demişdir ki, cari il Azərbaycan və Belarus arasında ikitərəfli münasibətlərin tarix... | ANL |
Milli mətbuatşünaslığa yeni töhfə. XIX əsrin sonu, XX əsrin əvvəllərində yaranaraq çoxşaxəli inkişaf yolu keçən Azərbaycan milli mətbuatı sadəcə informasiya vasitəsi rolunu yerinə yetirməyib. Bu mətbuatı yaradanlar xalqın maariflənməsi, öz hüquq və azadlıqları uğrunda mübarizə aparması üçün jurnalistikanın inkişafına, ... | ANL |
Strasburqda Azərbaycanla bağlı tədbir keçirilmişdir. Fransanın Strasburq şəhərində Avropa Şurası Parlament Assambleyasının növbəti sessiyası ərəfəsində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təşəbbüsü, eləcə də Mədəniyyət Nazirliyinin və AŞ PA rəhbərliyinin dəstəyi ilə "Azərbaycan gömrüyü mədəni və dini irsi... | ANL |
Prezident İlham Əliyev Bakının Fəvvarələr meydanında aparılmış əsaslı təmir və yenidənqurma işləri ilə tanış olmuşdur. İyulun 2-də Bakının ən gözəl istirahət məkanlarından biri - Fəvvarələr meydanı əsaslı bərpa və yenidənqurma işlərindən sonra istifadəyə verilmişdir. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva bu... | ANL |
Bakıda Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişməsində müxtəlif səviyyəli yol qovşağının ikinci kompleksi istifadəyə verilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 2-də Bakının Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişməsindəki müxtəlif səviyyəli Böyükşor yol qovşağının ik... | ANL |
Almaniya Federativ Respublikasının Prezidenti zati-aliləri cənab Kristian Vulfa. Hörmətli cənab Prezident! Almaniya Federativ Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Məmnunluq hissi ilə qeyd etmək istərdim ki, Azərbaycan-Almaniya münasibətləri bu gün dinamik in... | ANL |
Belarus Respublikasının Prezidenti zati-aliləri cənab Aleksandr Lukaşenkoya. Hörmətli Aleksandr Qriqoryeviç! Belarus Respublikasının milli bayramı - Respublika Günü münasibətilə ən səmimi təbriklərimi və xoş arzularımı qəbul edin. Əminəm ki, Azərbaycan ilə Belarus arasında ənənəvi dostluq münasibətləri və çoxtərəfli əm... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev Avropa Yayımları Birliyinin prezidenti Jan Pol Filippo başda olmaqla Avropa Yayımları Birliyi idarə heyətinin rəhbərliyini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 2-də Avropa Yayımları Birliyinin prezidenti Jan Pol Filippo başda olmaqla Avropa Yayımla... | ANL |
Gəlirlər. Xərclər. Yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləş-dirilmiş xərclərdən ayrılan vəsait. o cümlədən. şəhər və rayonların yerli gəlirlərinə aid olan məbləğ. “Avtomobil Yolları” Məqsədli Büdcə Fonduna aid olan məbləğ. Gəncə. Lənkəran. Mingəçevir. Sumqayıt. Xankəndi. Ağcabədi. Balakən. Bərdə. Daşkəsən... | ANL |
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında. Azərbaycan Respublikasının Qanunu. Bu qanun Azərbaycan Respublikasında istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından ... | ANL |
"İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qa... | ANL |
Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərman. “Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublik... | ANL |
Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi işçilərinin "Tərəqqı" medalı ilə təltif edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Xəzər Dəniz Gəmiçiliyi işçilərinin peşə bayramı günü ilə əlaqədar səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər "Tərəqqi" medalı ilə təltif edilsinlər: Ağayev Süleyman L... | ANL |
Xalqlarımız arasındakı dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi üçün parlament diplomatiyasından səmərəli istifadə olunmalıdır. Azərbaycanda səfərdə olan Avropa Parlamentinin nümayəndə heyəti iyulun 2-də Milli Məclisin Sədri Oqtay Əsədovla görüşmüşdür. Oqtay Əsədov bildirmişdir ki, Avropaya inteqrasiya Azər... | ANL |
Gəmiçilik daim etimadı doğruldacaq. Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı 2 iyul tarixli sərəncamla iyul ayının ilk bazar günü Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi işçilərinin peşə bayramıdır. Bu, ulu öndərin Gəmiçiliyimizə göstərdiyi daimi diqqət və qayğının məntiqi davamı idi. Gəmiçilik işçiləri... | ANL |
Daxili işlər orqanlarının əməkdaşları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət etmişlər. Azərbaycan polisinin peşə bayramı ilə əlaqədar daxili işlər orqanlarının əməkdaşları iyulun 2-də Fəxri xiyabana gələrək müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad ... | ANL |
Ağdamda polis işçilərinin peşə bayramı qeyd olunmuşdur. Ağdam rayonunda Azərbaycan polisinin 92 illiyi və polis işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Quzanlı qəsəbəsinin mərkəzində yerləşən abidəsinin önünə gül-çiçək dəstələri qoymuş, xa... | ANL |
Sosial ekologiya: reallıqlar və yeni istiqamətlər. Ekologiya insanla təbiətin münasibətlərinin elmi və praktiki problemlərinin məcmusudur. Bəşəriyyətin müasir yaşayışını ekologiyasız təsəvvür etmək mümkün deyil. Təəssüflə qeyd etməliyik ki, xüsusən, XX əsrdən etibarən insanların antropogen və texnogen fəaliyyətinin təs... | ANL |
Zamanın ümmanında itən damlalar. Şair, tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru, Dövlət mükafatı laureatı Qasım Qasımzadə Azərbaycan ədəbiyyatının tanınmış və fədakar simalarından biridir. Həm poeziyada, həm də ədəbi tənqiddə özünəməxsus yeri olan Qasım Qasımzadənin vəfatından illər keçir. Sözlərinə yazılmı... | ANL |
"Hissiz yazmaq söz mülkünə zərbədir". Ötən əsrin 60-cı illərindən başlayaraq dövri mətbuatda bir-birindən maraqlı məqalələri, publisistik yazıları, təmsil və hekayələri, "Qayanın tənha daşı", "Ağ yağış" şeir kitabları, Milli Akademik Dram Teatrında 100 dəfədən çox oynanılmış "Gəl Novruzum" pyesi əsasında hazırlanan tam... | ANL |
"İpək yolu" I Beynəlxalq Musiqi Festivalı başa çatmışdır. Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə iyunun 27-dən iyulun 1-dək Şəki şəhərində keçirilən "İpək yolu" I Beynəlxalq Musiqi Festivalı başa çatmışdır. İyulun 1-də "Yuxarı Karvansaray" tarix-memarlıq abidəsinin hə... | ANL |
Azərbaycanın iqtisadi inkişafı daha dinamik xarakter alır. Sosial-iqtisadi inkişaf tempinə görə son altı ildə dünya dövlətlərinin reytinq cədvəlinə rəhbərlik edən Azərbaycan üçün əsas cəhətlərdən biri qeyd edilən sahə üzrə tərəqqinin davamlı xarakter alması, yeni nailiyyətlər hesabına qazanılan uğurların miqyasının dah... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.