text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Amerika Birləşmiş Ştatlarının Prezidenti zati-aliləri cənab Barak Obamaya. Hörmətli cənab Prezident! Amerika Birləşmiş Ştatlarının milli bayramı - Müstəqillik günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza Azərbaycan xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimizi yetirirəm. Bu gün Azərbaycan ilə...
ANL
Gənc skripkaçının uğurları. Atası Rafiq Əsgərov Azərbaycan Dövlət Konservatoriyasının rəqs ansamblında çalışıb. 2001-ci ildə Rafiq Əsgərov Türkiyənin Anadolu Universitetinin (Əskişəhər) Konservatoriyasında işləmək üçün dəvət alanda 12 yaşında olan Lalə imtahanları ugurla verərək konservatoriyanın nəzdindəki musiqi təma...
ANL
Vətəni haraylayan durna qatarı. 20 il Rusiyada yaşadıqdan sonra həyat yoldaşım və uşaqlarımla birlikdə ABŞ-ın Nyu-York şəhərinə köçdük. Amma Azərbaycanı unutmaq, yaddan çıxarmaq mümkün deyilmiş. Köklü amerikalılarla bizim aramızda müəyyən fərqlər var. Onlar üçün ABŞ tarixi bir vətəndir, qürur mənbəyidir. Bu dəyərlərə q...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-ın dövlət katibi Hillari Klintonu qəbul etmişdir. İyulun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ-ın dövlət katibi Hillari Klintonu qəbul etmişdir. Dövlətimizin başçısı ABŞ-ın dövlət katibini qarşıladı. Prezident İlham ƏLİYEV hörmətli qonağı salamlayaraq dedi: -...
ANL
Birgə nahar. İyulun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva, ölkəmizdə səfərdə olan ABŞ-ın dövlət katibi Hillari Klinton birgə nahar etmişlər. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ABŞ-ın dövlət katibi Hillari Klintonu yola saldılar. AzərTAc.
ANL
ABŞ-ın dövlət katibi Hillari Klintonun Azərbaycana rəsmi səfəri. İyulun 4-də ABŞ-ın dövlət katibi xanım Hillari Klinton Azərbaycana rəsmi səfərə gəlmişdir. Heydər Əliyev adına Beynəlxalq hava limanında Hillari Klintonu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslər qarşılamışlar. AzərTAc.
ANL
Şəhidlər xiyabanını ziyarət. Azərbaycanda rəsmi səfərdə olan ABŞ-ın dövlət katibi xanım Hillari Klinton iyulun 4-də Şəhidlər xiyabanını ziyarət etmişdir. Hillari Klinton Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizədə şəhid olmuş qəhrəman Vətən övladlarının məzarları üstünə tər çiçəklər düzmüş, "Əbədi məşəl" ab...
ANL
Azərbaycan gənclər təşkilatlarının nümayəndələri ilə görüş. Ölkəmizdə səfərdə olan ABŞ-ın dövlət katibi Hillari Klinton iyulun 4-də İçərişəhərdəki Muğam klubda Azərbaycan gənclər təşkilatlarının nümayəndələri ilə görüşmüşdür.
ANL
ABŞ-ın dövlət katibi Hillari Klinton: "Azərbaycanda kifayət qədər tərəqqi əldə olunmuşdur". "Cənubi Qafqaz regionunun tərəqqisi üçün Dağlıq Qarabağ münaqişəsi tezliklə öz həllini tapmalıdır". Bu sözləri ABŞ-ın dövlət katibi Hillari Klinton ölkəmizə rəsmi səfərinin yekunları ilə bağlı iyulun 4-də Azərbaycanın xarici işl...
ANL
Səfər başa çatdı. İyulun 4-də ABŞ-ın dövlət katibi xanım Hillari Klintonun Azərbaycana rəsmi səfəri başa çatmışdır. Heydər Əliyev adına Beynəlxalq hava limanında Hillari Klintonu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslər yola salmışlar. AzərTAc.
ANL
Azərbaycan Prezidenti İlham Əliyev İranın mədəniyyət və islam maarifləndirilməsi naziri Seyid Məhəmməd Hüseyninin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də İran İslam Respublikasının mədəniyyət və islam maarifləndirilməsi naziri Seyid Məhəmməd Hüse...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Allan Harrisin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. İyulun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Allan Harrisin başçılıq etdiyi nümayəndə heyətini qəbul ...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bradkeni (ABŞ), Bernar Fasyeni (Fransa), İqor Popovu (Rusiya) və ATƏT...
ANL
Azərbaycan-ABŞ əlaqələri bütün sahələrdə uğurla inkişaf edir. İyulun 5-də Milli Məclisin Sədri Oqtay Əsədov Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Allan Harrisin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Azərbaycanla ABŞ arasında əlaqələrdən söz açan O.Əsədov bildirmişdir ki, iki ölkə arasında əlaqəl...
ANL
Malavi Respublikasının Prezidenti zati-aliləri cənab Binqu Va Mutarikaya. Hörmətli cənab Prezident! Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı ürəkdən təbrik edirəm. Əminəm ki, Azərbaycan ilə Malavi arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq və əməkdaşlı...
ANL
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. 2009/2010-cu tədris ilində keçirilmiş "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsində müvəffəqiyyət qazandıqlarına görə aşağıda adları qeyd edilən ümumtəhsil məktəbləri 10000 (on min) manat məbləğində birdəfəlik pul mükafatı ilə mükafatlandırılsın: Bakı şəhəri 5 nömrəli orta...
ANL
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. 2009/2010-cu tədris ilində keçirilmiş "Ən yaxşı müəllim" müsabiqəsində müvəffəqiyyət qazandıqlarına görə aşağıda adları qeyd edilən müəllimlər 5000 (beş min) manat məbləğində birdəfəlik pul mükafatı ilə mükafatlandırılsınlar: Abbasova Sevinc Valeh qızı. Abdullayeva İlham...
ANL
ATƏT Parlament Assambleyasının XIX illik sessiyası başlanmışdır. İyulun 5-də Norveçin Oslo şəhərində ATƏT Parlament Assambleyasının XIX illik sessiyası işə başlamışdır. Milli Məclisdən bildirmişlər ki, tədbirdə Milli Məclis Sədrinin müavini, ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Mu...
ANL
Azərbaycan Prezidentinin rəsmi internet saytı yeni tərtibatda fəaliyyətə başlamışdır. Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı (www.president.az) yeni tərtibatda fəaliyyətə başlamışdır. Saytın strukturu təkmilləşdirilərək yeni funksional bölmələr əlavə edilmiş və ən son internet texnologiyaları əsasın...
ANL
Ədliyyə Nazirliyinin kollegiya iclası keçirilmişdir. Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirliyin geniş kollegiya iclası keçirilmişdir. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, iclasda Prezident İlham Əliyevin "Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsi...
ANL
Milli Məclisdə görüş. İyulun 5-də Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov Niderland Krallığı Parlamentinin nümayəndə heyəti ilə görüşmüşdür. Səmimilik şəraitində keçən görüşdə Ziyafət Əsgərov bildirmişdir ki, Azərbaycan demokratik dəyərlərə sadiq ölkədir. İnsan hüquqları, qanunun aliliyi, demokratiya bizi...
ANL
İctimai və humanitar elmlər dövrün tələblərinə cavab verməlidir. Müstəqil Azərbaycan hazırda inkişafının elə mərhələsindədir ki, mövcud sosial-iqtisadi uğurların davamlılığının təmin edilməsi prosesində əsaslandırılmış elmi qənaətlərə geniş istinad olunmalıdır. Elmin inkişaf təmayüllərinin respublikanın müasir reallıql...
ANL
Azərbaycan ilə İran arasında mədəniyyət sahəsində qarşılıqlı əməkdaşlığa dair protokol imzalanmışdır. Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakıda səfərdə olan İranın mədəniyyət və islam maarifləndirilməsi naziri Seyid Məhəmməd Hüseyninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Görüşdə iki...
ANL
Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının mərkəzi qərargahının açılışı olmuşdur. Prezident İlham Əliyev iyulun 6-da Bakıda Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının mərkəzi qərargahının açılışında iştirak etmişdir. Dövlət başçısının Azərbaycanın ərazi bütövl...
ANL
Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının mərkəzi qərargahının açılışı olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyevin nitqi. Dağlıq Qarabağın azərbaycanlı icması üçün mənzil-qərargahın yeni binası istifadəyə verilir, eyni zamanda, Şuşa İcra Hakimiyyəti bu binada yerləşəcəkdir. Çox g...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev bp şirkətinin icraçı direktoru Toni Heyvordu qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 6-da bp şirkətinin icraçı direktoru Toni Heyvordu qəbul etmişdir. Dövlətimizin başçısı Azərbaycan ilə bp şirkəti arasında uzunmüddətli əməkdaşlığın uğurlu olduğunu vu...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev İraqin ölkəmizdə yeni təyin olunmuş səfiri Heydər Şiyə Qubeyşi Əl-Barrakın etimadnaməsini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 6-da İraq Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Heydər Şiyə Qubeyşi Əl-Barrakın e...
ANL
Polşa Respublikasının Prezidenti zati-aliləri cənab Bronislav Komorovskiyə. Hörmətli cənab Prezident! Polşa Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Biz Azərbaycan-Polşa dövlətlərarası münasibətlərinə böyük əhəmiyyət veririk. Əminəm ki, çoxşaxəli dostluq əlaqələrimiz, ...
ANL
"Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikasının sosial-iqtisadi həyatında mühüm əhəmiyyətə malik olan dəmir yolu nəqliyyat sisteminin daha da inkişaf...
ANL
Ə.F.Əlizadəyə birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsini rəhbər tutaraq qərara alıram: Əli Fikrət oğlu Əlizadəyə birinci dərəcəli fövqəladə və sə...
ANL
Ə.F.Əlizadəyə birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. "Diplomatik xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsini rəhbər tutaraq qərara alıram: Əli Fikrət oğlu Əlizadəyə birinci dərəcəli fövqəladə və sə...
ANL
Ə.F.Əlizadənin İran İslam Respublikasının Təbriz şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram: Əli Fikrət oğlu Əlizadə İran İslam Respublik...
ANL
AZƏRBAYCAN RESPUBLİKASINDA DƏMİR YOLU NƏQLİYYAT SİSTEMİNİN 2010-2014-CÜ İLLƏRDƏ İNKİŞAFINA DAİR DÖVLƏT PROQRAMI. Azərbaycan Respublikası Prezidentinin2010-cu il 6 iyul tarixli Sərəncamı ilə təsdiq edilmişdir. Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının perspektivləri Ümummilli Lider Heydər Əliyevin rəhbərliy...
ANL
İctimai və humanitar elmlər dövrün tələblərinə cavab verməlidir. Hadi RƏCƏBLİ, Milli Məclisin Sosial siyasət komitəsinin sədri, siyasi elmlər doktoru. - Akademik Ramiz Mehdiyevin "İctimai və Humanitar elmlər: zaman kontekstində baxış" əsərində elmə münasibətin yeni konseptual baxışı öz əksini tapıb. Həmin fundame...
ANL
Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Niderlandda məhkəmə-hüquq orqanları arasında qarşılıqlı əlaqələrlə bağlı fikir mübadiləsi aparmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev cari il iyunun 28-dən iyulun 2-dək Niderland Krallığı Məhkəmə Şurasının sədri və ədliyyə nazirinin də...
ANL
Niderland Krallığı Parlamentinin üzvləri Azərbaycanın Xarici İşlər Nazirliyində olmuşlar. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, ölkəmizdə səfərdə olan Niderland Krallığı Parlamentinin xanım Mariko Petersin başçılıq etdiyi nümayəndə heyəti iyulun 6-da Azərbaycanın xarici işlər nazirini...
ANL
Nazirlər Kabineti "Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları"nı təsdiq etmişdir. AzərTAc xəbər verir ki, Nazirlər Kabineti "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli fərmanının 1.15-ci bəndinin icr...
ANL
Azərbaycan və İran xalqları arasında dərin tarixi, mədəni və dini bağlılıq mövcuddur. İyulun 6-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan İran İslam Respublikasının mədəniyyət və islam maarifləndirilməsi naziri Seyid Məhəmməd Hüseyninin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür....
ANL
İran musiqiçilərinin çıxışı böyük maraqla qarşılanmışdır. İyulun 6-da Beynəlxalq Muğam Mərkəzində İran müğənnisi Mohtabadnin və "Rudaki" musiqi qrupunun konserti olmuşdur. Mərkəzin foyesində İranın tarixi keçmişini özündə əks etdirən fotosərgi açılmış və bu ölkədə son illərdə çap edilmiş kitablar nümayiş etdirilmişdir....
ANL
Bakıda Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı çərçivəsində beynəlxalq seminar keçirilir. İyulun 6-da Bakıda Asiya İnkişaf Bankının maliyyə dəstəyi ilə Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC) çərçivəsində "bir pəncərə" sisteminin tətbiqi ilə bağlı Azərbaycan nümunəsinin öyrənilməsinə həs...
ANL
Azərbaycan Dövlət Aqrar Universitetində gözəl ənənə yaranıb. Ölkəmizin elm və təhsilinə xüsusi töhfələr bəxş edən korifey alimlərin zəngin irsi dərindən öyrənilir, onların xatirəsi müntəzəm yad edilir. Akademiklərdən Həsən Əliyevin, İmam Mustafayevin, Validə Tutayuqun, Məmmədtağı Cəfərovun, meşəçi-alim Mehdi Mustafayev...
ANL
Sağlam olmaq istəyiriksə... Ekologiyanın saysız-hesabsız problemləri ilə məşğul olan alimlər, tədqiqatçılar və adi müşahidəçilər çoxdan belə bir qənaətə gəliblər ki, ətraf mühitin normallaşmasına nail olmadan insan sağlamlığından, əhalinin cürbəçür xəstəliklərdən qorunmasından söhbət gedə bilməz. Əgər istehsalat tullan...
ANL
Qəbələdə ekoloji problemlərlə bağlı beynəlxalq konfrans keçirilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin Ətraf Mühit Proqramının birgə təşkilatçılığı ilə Biomüxtəliflik üzrə BMT-nin Baş Assambleyasının növbəti sessiyasına hazırlıq məqsədilə Qəbələ rayonunda beynəlxalq konfrans keçirilir. "Biomüxtəlifliyə sə...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadzeni qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 7-də Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadzeni qəbul etmişdir. Dövlətimizin başçısı qonağın ölkəmizə səfərinin məhsuldar və uğurlu olacağına ümidvar olduğu...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Misirin neft naziri Samih Fehminin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 7-də Misirin neft naziri Samih Fehminin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Dövlətimizin başçısı Azərbaycanla Misir arasında i...
ANL
Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün ölkədə istehsal olunmuş yüksək keyfiyyətli buğdanın tədarükünü elan etmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün "Dəvəçi-Dəyirman MMC", Karat-Holdinq, FATOĞLU, N.Quliyev adına B...
ANL
BMT Baş Məclisinin builki 64-cü sessiyasına Azərbaycana dair yeni qətnamə layihəsi təqdim olunmuşdur. BMT Baş Məclisinin builki 64-cü sessiyasına Azərbaycana dair yeni qətnamə layihəsi təqdim edilmişdir. "Azərbaycanın işğal edilmiş ərazilərində beynəlxalq humanitar qanuna və beynəlxalq insan hüquqlarına riayət edilməsi...
ANL
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilmişdir. F.Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun növbəti açıq məhkəmə iclası keçirilmişdir. İclasda Azərbaycan Respublikası insan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2010-cu il 31 mart tarixli sorğusu əsasında Əmə...
ANL
Əhməd Davudoğlu: "Dağlıq Qarabağ probleminin həlli Türkiyə-Ermənistan münasibətlərini də normallaşdırar". Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu TGRT televiziya kanalında ABŞ-ın dövlət katibi Hillari Klintonun Cənubi Qafqaz ölkələrinə səfərini şərh edərkən bundan sonrakı dövrün bölgə üçün mühüm olacağını söyləm...
ANL
Azərbaycan regionda ABŞ-ın etibarlı tərəfdaşıdır. Cənubi Qafqazda marağı olan hər bir dövlət ilk növbədə Azərbaycanla əməkdaşlığın qurulmasına, dərinləşməsinə prioritet istiqamət kimi yanaşır. Bunu şərtləndirən əsas cəhətlərdən biri Azərbaycanın qlobal enerji təhlükəsizliyinin təminatında getdikcə artan rolu və kifayət...
ANL
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva Türkan qəsəbəsində Mədəniyyət mərkəzinin açılışında iştirak etmişdir. İyulun 7-də Bakının Türkan qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə müasir tələblər səviyyəsində inşa olunmuş Mədəniyyət mərkəzinin açılışı olmuşdur. Tədbirdə Azə...
ANL
Azərbaycanın xarici işlər naziri gürcüstanlı həmkarı ilə görüşmüşdür. İyulun 7-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə işgüzar səfərdə olan gürcüstanlı həmkarı Qriqol Vaşadze ilə görüşmüşdür. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Ermənistan-Azərbaycan, ...
ANL
Tədbirdə Milli Məclis sədrinin müavini, ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılığı ilə parlament nümayəndə heyəti iştirak edir. Sessiyanın əsas müzakirə mövzusu "Qanunun aliliyi: Transmilli cinayətkarlıq və korrupsiya ilə mübarizə"dir. Sessiyanın açılışında çıxış edən ATƏT PA-nın sədr...
ANL
Beynəlxalq konfransda Qəbələ Bəyannaməsi qəbul olunmuşdur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin Ətraf Mühit Proqramının birgə təşkilatçılığı ilə iyulun 7-də Qəbələ şəhərində "Bioloji müxtəliflik və minilliyin inkişaf məqsədlərinə nail olunması" mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Şərqi Avropa və ...
ANL
Gəncədə milli mətbuatımızın 135 illiyi ilə əlaqədar konfrans keçirilmişdir. Milli mətbuatımızın 135 illiyi ilə əlaqədar Gəncədə elmi-nəzəri konfrans keçirilmişdir. Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə əklil qoymuşlar. Tədbirdə Qazax, Tovuz, Ağstafa, Gədəbəy, Daşk...
ANL
"Əkinçi"nin jurnalistika dərsləri. Ən qədim dövrlərdən "Əkinçi"nin nəşrinə qədər Azərbaycanda informasiya mübadiləsi müasir jurnalistika vasitə və üsulları ilə olmasa da, həyata keçirilirdi. Belə ki, tarixən müxtəlif vasitələr, yəni yazılı və şifahi nitq materialları, xüsusən də bədii ədəbiyyat cəmiyyətdə tərəflərarası...
ANL
Azərbaycan və Misir neft-qaz sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədirlər. Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyində ölkəmizdə səfərdə olan Misir Ərəb Respublikasının neft naziri Samih Fehminin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olmuşdur. Ölkələrimiz arasında əlaqələrin qədim tarixini d...
ANL
Minskdə MDB ölkələrinin ekspertlərinin iclasında humanitar əməkdaşlıq sahəsində prioritet tədbirlər planı müzakirə edilir. Bu gün MDB İcraiyyə Komitəsində ekspertlər qrupunun ikigünlük iclası işə başlamışdır. İclasda MDB üzvü olan dövlətlərin 2011-2012-ci illərdə humanitar əməkdaşlıq sahəsində prioritet tədbirlər planı...
ANL
"Azərbaycanda elm və onun təşkilati formaları". Müasir inkişaf mərhələsində ictimai həyatda elmin xüsusi çəkisi getdikcə artır. Elm sosial sistem kimi genişləndikcə onun özünün tədqiqat obyektinə çevrilməsinə böyük ehtiyac yaranır. Akademik Ramiz Mehdiyevin "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" əsəri ...
ANL
Əbədiyaşar sənət əsərinə xalqın tükənməz sevgisi. Dahi bəstəkar Üzeyir Hacıbəyli gənc bəstəkarlara tövsiyə edirdi ki, Azərbaycan bəstəkarı əsərlərini xalqın milli musiqi dilində yazmalıdır. Bəstəkar xalqla aydın və doğma dilində danışmalıdır. Bunun üçün bəstəkarlarımız xalq musiqi dilinin bütün qanunlarını dəqiq öyrənm...
ANL
Azərbaycan Prezidenti İlham Əliyevin Zaqatala və Balakən rayonlarına səfəri. Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət. İyulun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zaqatala rayonuna səfərə gəlmişdir. Ölkənin bütün regionları kimi, Zaqatala da özünün yüksəliş dövrünü yaşayır. Həyata keçirilən ...
ANL
İyulun 8-də Prezident İlham Əliyev Zaqatala süd emalı zavodunun açılışında iştirak etmişdir. Prezident İlham Əliyev müəssisə ilə yaxından tanış oldu. Bildirildi ki, "Gilan" MMC tərəfindən inşa olunan bu müəssisə öz potensialına və ixrac qabiliyyətinə görə bölgədə mühüm yer tutur. Beş hektar ərazidə yerləşən zavod ölkəd...
ANL
Zaqatalada tütün emalı zavodu açılmışdır. İyulun 8-də Prezident İlham Əliyev Zaqatalaya səfəri çərçivəsində "İntertobakko" MMC-nin tütün emalı zavodunun açılışında iştirak etmişdir. Prezident İlham Əliyev müəssisə ilə yaxından tanış oldu. Müəssisədə tütün yarpaqları yenidən nəmləndirilir, didilir, qurudulur və zoğlarda...
ANL
Zaqatala rayon Mədəniyyət evi əsaslı yenidənqurmadan sonra istifadəyə verilmişdir. Prezident İlham Əliyev iyulun 8-də Zaqatala rayon Mədəniyyət evində aparılmış əsaslı yenidənqurma işləri ilə tanış olmuşdur. Foyedə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin mədəniyyətin inkişafına qayğısını əks etdirən fotog...
ANL
Zaqatala rayonu ictimaiyyətinin nümayəndələri ilə görüş. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 8-də Zaqatalaya səfəri çərçivəsində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür. Prezident İlham ƏLİYEV rayon sakinlərini salamlayaraq dedi: - Mən sizi ürəkdən salamlayıram, Zaqatalada olmağımdan ç...
ANL
Balakən ən inkişaf etmiş müasir şəhərdir. İyulun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Balakən rayonuna səfərə gəlmişdir. Son illər Azərbaycanda əldə edilən sosial-iqtisadi inkişaf regionların simasında da özünü aydın büruzə verir. Bu baxımdan Balakən rayonunun uğurları da diqqət çəkir. Balakəndə sosi...
ANL
Prezident İlham Əliyev "Balakən-1" su elektrik stansiyasının təməlqoyma mərasimində iştirak etmişdir. İyulun 8-də Prezident İlham Əliyev "Balakən-1" kiçik su elektrik stansiyasının təməlqoyma mərasimində iştirak etmişdir. "Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev inşa ediləcək bu energetika qurğusu barədə ətra...
ANL
Balakəndə "Qubek" mehmanxanası istifadəyə verilmişdir. Prezident İlham Əliyev iyulun 8-də Balakən rayonuna səfəri çərçivəsində "Qubek" mehmanxanasının açılışında iştirak etmişdir. Dövlət başçısı açılışı bildirən lenti kəsdi və dördulduzlu mehmanxana ilə yaxından tanış oldu. Məlumat verildi ki, Heydər Əliyev adına mədən...
ANL
Prezident İlham Əliyev Balakən Olimpiya-İdman Kompleksinin açılışında iştirak etmişdir. İyulun 8-də Prezident İlham Əliyev Balakən Olimpiya-İdman Kompleksinin açılışında iştirak etmişdir. Balakənin idman ictimaiyyətinin nümayəndələri dövlət başçısını hərarətlə qarşıladılar. Azərbaycan Prezidenti idmançılarla görüşdü. P...
ANL
Prezident İlham Əliyev Balakən rayon mərkəzi xəstəxanasının yeni binasının açılışında iştirak etmişdir. İyulun 8-də Prezident İlham Əliyev Balakənə səfəri çərçivəsində rayon mərkəzi xəstəxanasının yeni binasının açılışında iştirak etmişdir. Səhiyyə ocağının kollektivi dövlət başçısını hərarətlə qarşıladı. Prezident İlh...
ANL
Balakən rayonu ictimaiyyətinin nümayəndələri ilə görüş. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 8-də Balakən rayon mərkəzi xəstəxanasının yeni binasının açılışından sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür. Prezident İlham ƏLİYEV rayon sakinlərini təbrik edərək dedi: - Sizi ürəkdən tə...
ANL
Balakəndə yeni gömrük-sərhəd buraxılış məntəqəsi açılmışdır. İyulun 8-də Prezident İlham Əliyev Balakəndəki Mazımçay gömrük-sərhəd buraxılış məntəqəsinin açılışında iştirak etmişdir. Dövlət Sərhəd Xidmətinin rəisi general-leytenant Elçin Quliyev dövlət başçısına raport verdi. Prezident İlham Əliyev açılışı bildirən len...
ANL
Azərbaycan Silahlı Qüvvələri sürətli inkişaf yolundadır. Ordu və digər silahlı birləşmələr qarşıya qoyulan istənilən tapşırığı uğurla yerinə yetirməyə hazırdır. Son altı ildə sosial-iqtisadi inkişaf dinamikasına və ordu quruculuğu prosesində əldə etdiyi nailiyyətlərə görə Azərbaycan dünyada seçilənlər sırasındadır. Bu ...
ANL
Azərbaycanın müdafiə naziri Macarıstanın ölkəmizdəki səfiri ilə görüşmüşdür. İyulun 8-də Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Macarıstanın ölkəmizdəki səfiri Jeno Boros ilə görüşmüşdür. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, müdafiə naziri səfirlik müddətini bitirən diplomata ö...
ANL
Məqsədimiz Azərbaycan səhiyyəsi üçün yüksək ixtisaslı kadr hazırlamaqdır. Respublikamız üçün tibbi kadrların hazırlanmasında zəngin ənənələri olan, milli səhiyyə sisteminin inkişafına sanballı töhfələr verən Azərbaycan Tibb Universiteti 80 illik yubileyi ərəfəsindədir. Bu ali təhsil ocağının cəmiyyət həyatındakı yerini...
ANL
Təzadlar dövrünün ziyalısı, yaxud iki vətənin bir oğlu. Əhməd bəy Ağayevin yaşadığı cəmi yeddi onillikdə Azərbaycanda, Qafqazda, Şərqdə və ümumiyyətlə, dünyada hansı siyasi hadisələrin baş verdiyini, heç olmasa, onların ən əsaslarını xatırlasaq, Şuşada başlanan bu ömrün nə üçün İstanbulda bitməsinin səbəblərini başa dü...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev əsaslı təmirdən sonra Səhiyyə Nazirliyinin yeni inzibati binası ilə tanış olmuşdur. İyulun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əsaslı təmirdən sonra Səhiyyə Nazirliyinin yeni inzibati binası ilə tanış olmuşdur. İndi Səhiyyə Nazirliyi yeni ünvanda yerləşir. Təxminən...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Polşanın ölkəmizdəki səfiri Kşiştof Krayevskini diplomatik fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 9-da Polşa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kşiştof Krayevskini diplomatik fə...
ANL
Qırğızıstan Respublikasının keçid dövrü Prezidenti zati-aliləri xanım Roza Otunbayevaya. Hörmətli xanım Prezident! Qırğızıstan Respublikasının keçid dövrü Prezidenti vəzifəsinin icrasına başlamağınız münasibətilə Sizi təbrik edirəm. Əminəm ki, Azərbaycan ilə Qırğızıstan arasındakı dostluq və əməkdaşlıq münasibətləri xa...
ANL
K.Krayevskinin "Dostluq" ordeni ilə təltif edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında əməkdaşlıq və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə Kşiştof Krayevski "Dostluq" ordeni ilə təltif edilsin.
ANL
Azərbaycan Respublikası Dövlət Neft Fondunun iclası keçirilmişdir. Baş nazir Artur Rasizadə növbəti dəfə Fondun Müşahidə Şurasının sədri seçilmişdir. İyulun 9-da Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının növbəti iclası keçirilmişdir. Fonddan AzərTAc-a bildirmişlər ki, Azərbaycanın Baş nazi...
ANL
Azərbaycan Prezidenti Ermənistana son şans verdi. Təcavüzkar dövlət işğal etdiyi torpaqlardan yalnız öz xoşu ilə çıxmaqla gələcəyini, təhlükəsizliyini təmin edə, qorxu içində yaşamaqdan qurtula bilər. Sosial-iqtisadi inkişaf tempinə görə dünya miqyasında lider mövqenin sahibi kimi qəbul edilən Azərbaycan siyasi, hüquqi...
ANL
İyulun 9-da Nazirlər Kabinetində Azərbaycan Respublikası hökuməti ilə Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında 2011-2015-ci illər üçün BMT-nin Azərbaycanda İnkişafa Yardım üzrə Çərçivə Sənədi imzalanmışdır. Mərasimdə Baş nazirin müavini Abid Şərifov Azərbaycan ilə BMT arasında 1992-ci ildən başlamış əlaqələrin hazı...
ANL
Akademik Arif Paşayev Kosmik Məsələlər üzrə Şuranın sədri təyin edilmişdir. Prezident İlham Əliyevin qayğı və dəstəyi sayəsində Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə müvafiq tədbirlərin həyata keçirilməsinə başlanmışdır. Dövlətimizin başçısının "Azərbaycan Respublikasında kosmik sənay...
ANL
Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının Əməliyyat işçilərinin hazırlanması və Sərhəd Qoşunları fakültələrinin buraxılışı olmuşdur. İyulun 9-da Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının Əməliyyat işçilərinin hazırlanması və Sərhəd Qoşunları fakültələrinin növbəti bur...
ANL
Nikah və nikah müqaviləsinin bağlanması ər-arvad arasındakı mübahisələrin həlli üçün təminatdır. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbulundan sonra ölkəmizdə hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu yönündə qətiyyətli və inamlı add...
ANL
Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynaya işgüzar səfəri. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB-nin üzvü olan ölkələrin dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün iyulun 10-da Ukraynaya işgüzar səfərə yola düşmüşdür. Dövlətimizin başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda Ba...
ANL
Sevastopolun "Belbek" hava limanında qarşılanma. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB-nin üzvü olan ölkələrin dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün iyulun 10-da Ukraynaya işgüzar səfərə gəlmişdir. Azərbaycan dövlətinin başçısını Sevastopolun "Belbek" hava limanında Ukraynanın yü...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev MDB-nin üzvü olan ölkələrin dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak etmişdir. Xüsusi müxbirimiz xəbər verir ki, iyulun 10-da Yaltada, məşhur Livadiyski sarayında MDB-nin üzvü olan ölkələrin dövlət başçılarının qeyri-rəsmi görüşü keçirilmişdir. Azərbaycan Prezidenti İlham Əli...
ANL
Monqolustanın Prezidenti zati-aliləri cənab Saxiaqiyn Elbeqdorja. Hörmətli cənab Prezident! Ölkənizin milli bayramı - Xalq inqilabı günü münasibətilə Sizi və bütün xalqınızı Azərbaycan xalqı adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə Monqolustan arasındakı dostluq və əməkdaşlıq mün...
ANL
C.C.Əsgərovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycanda mülki aviasiyanın inkişafındakı xidmətlərinə görə Cahangir Calal oğlu Əsgərov "Şöhrət" ordeni ilə təltif edilsin. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti.
ANL
Qibtə etdiyim insan. Onu həmişə ulu öndər Heydər Əliyevin yanında görməyə adət etmişdik: evdə, işdə, səfərlərdə. Bəstəboy, cüssəli, sirayətedici qırğı baxışları ilə ətrafdakıları rentgen kimi "müayinədən keçirən" bu adam peşəkarlığı bir yana, səmimiyyəti, etibarı və sədaqəti ilə Əliyevlər ailəsinin sıradan üzvünə çevri...
ANL
Milli Məclisdə Böyük Britaniya-Azərbaycan parlamentlərarası qrupun üzvləri ilə görüş olmuşdur. İyulun 10-da Milli Məclisdə Böyük Britaniya-Azərbaycan parlamentlərarası qrupun üzvləri ilə görüş olmuşdur. Milli Məclisin Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Çingiz Əsədullayev qo...
ANL
Azərbaycanı dünyaya qovuşduran yol. "Heydər Əliyev Beynəlxalq Aeroportuna xoş gəlmisiniz!" - Bu məkanda adamı beləcə nəzakətlə qarşılayıb xoş sözlə uğurlayırlar. Hər sərnişini gedəcəyi ünvana bir məqsəd, arzu aparır. Və göyün yeddinci qatı ilə səfərə çıxan, canını, yaxınını, doğmasını hava gəmisinə etibar edən adamlar ...
ANL
"Əkinçi" qəzeti ekoloji maarifləndirmənin əsasını qoymuşdu. Xalqın milli atributlarından biri ana dilində dövri mətbuatıdır. Bu atributu yaratmağa Qərbi Avropa XVI əsrdə, Rusiya XVIII əsrdə, Azərbaycan isə XIX yüzillikdə başlayıblar. Bu qəzetin qiyməti çoxdan verilib (tədqiqatçılar zaman-zaman "Əkinçi" haqqında müxtəli...
ANL
Cavid aforizmlərinin miniatür nəşri. Bu günlərdə Azərbaycan "Kitab" Cəmiyyəti və Hüseyn Cavidin ev-muzeyi ilə birgə hazırlanaraq "İndiqo" mətbəəsində nəfis tərtibatda çapdan çıxmış "Cavid Hikməti" (seçmə aforizmlər) miniatür nəşri kitabsevərlərə növbəti hədiyyə sayıla bilər. Belə bir miniatür kitabın yaradılması 2009-c...
ANL
Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynaya işgüzar səfəri başa çatmışdır. İyulun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukraynaya işgüzar səfəri başa çatmışdır. Azərbaycan dövlətinin başçısını Sevastopolun "Belbek" hava limanında Ukraynanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola sa...
ANL
Prezident İlham Əliyev Mərkəzi Seçki Komissiyasının yeni inzibati binasının açılışında iştirak etmişdir. İyulun 12-də Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının yeni inzibati binasının açılışı olmuşdur. Komissiyanın üzvləri və əməkdaşları dövlətimizin başçısını hərarətlə qarşıladılar. Prezident İlham ƏLİYEV y...
ANL
Monteneqro Respublikasının Prezidenti zati-aliləri cənab Filip Vuyanoviçə. Hörmətli cənab Prezident! Monteneqro Respublikasının milli bayramı - Dövlətçilik günü münasibətilə Sizə və bütün xalqınıza ən səmimi təbriklərimizi yetirirəm. Əminəm ki, Azərbaycan ilə Monteneqro arasında təşəkkül tapmış münasibətlər dostluq və ...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Macarıstanın ölkəmizdəki səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 12-də Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Jeno Boroşu diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar...
ANL