text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Azərbaycan Prezidenti İlham Əliyev Norveçin ölkəmizdəki səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 12-də Norveçin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Yon Ramberqi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul ...
ANL
Heydər Əliyev Fondu ilə Litvanın Azərbaycandakı səfirliyi arasında humanitar sahədə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır. İyulun 12-də Heydər Əliyev Fondu ilə Litvanın Azərbaycandakı səfirliyi arasında humanitar sahədə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır. Sənədi Azərbaycanın birinci xanımı,...
ANL
Heydər Əliyev Fondu Yunanıstan səfirliyi ilə birgə internat məktəblərində alternativ enerji mənbələrindən istifadə ilə bağlı layihə həyata keçirəcəkdir. İyulun 12-də Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Yunanıstanın Azərbaycandakı...
ANL
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Polşanın ölkəmizdəki səfiri Kşiştof Krayevski ilə görüşmüşdür. İyulun 12-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Polşanın...
ANL
Heydər Əliyev Fondu Fransa səfirliyi ilə birgə layihə reallaşdıracaqdır. İyulun 12-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Fransanın ölkəmizdəki səfiri Qabriel Keller ilə görüşmüşdür. Mehriban xanım Əl...
ANL
Milli Məclisdə görüş. İyulun 12-də Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov ABŞ müdafiə nazirinin müavininin Rusiya, Ukrayna və Avrasiya siyasəti üzrə köməkçisi Seleste Uallenderin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Ziyafət Əsgərov söhbətin əvvəlində xatırlatdı ki, ötən ay ABŞ-ın müdafiə na...
ANL
İşıq sevdalısı Firidun bəy Köçərli. Azərbaycan nəsrinin tanınmış nümayəndələrindən biri Mir Cəlal Paşayev xatirələrində yazırdı: "Bir institutun görə bilmədiyi işi Firidun bəy Köçərli təkbaşına görmüşdür". Başqa bir xatirə-memuardan: "Lomonosov darülfünun yaratmaqla özü canlı darülfünuna çevrildi. Firidun bəy Köçərli d...
ANL
"Azərbaycan milli mətbuatının keçmişi, bu günü və gələcəyi" mövzusunda tədbir keçirilmişdir. İyulun 12-də "Türkiyə Universitetləri Məzunları" İctimai Birliyi (TUMİB) Azərbaycan milli mətbuatının 135 illiyi ilə əlaqədar "Azərbaycan milli mətbuatının keçmişi, bu günü və gələcəyi" mövzusunda "dəyirmi masa" keçirmişdir. TU...
ANL
Azərbaycanın yeni reallıqları ondan ibarətdir ki, hər bir bölgədə inkişaf var, sosial-iqtisadi proqramlar uğurla icra olunur. İyulun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası keç...
ANL
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası keçirilmişdir. Maliyyə naziri Samir Şərifovun çıxışı. - Möhtərəm cənab Prezident! Hörmətli müşavirə iştirakçıları! Ulu öndər Heydər Əliyevin siyasi irsinə əsaslanmış və A...
ANL
Azərbaycanın yeni reallıqları ondan ibarətdir ki, hər bir bölgədə inkişaf var, sosial-iqtisadi proqramlar uğurla icra olunur. Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası keçirilmişdir. Azərbaycan Prezidenti İl...
ANL
Fransa Respublikasının Prezidenti zati-aliləri cənab Nikola Sarkoziyə. Hörmətli cənab Prezident! Fransa Respublikasının milli bayramı - Bastiliyanın alınması günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza Azərbaycan xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm. Bu gün...
ANL
A.H.Rzayevin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Azər Hüseyn oğlu Rzayev "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilsin. İlham ƏLİYEV, Azər...
ANL
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Türkiyə Talassemiya Federasiyasının rəhbəri Duran Canatan ilə görüşmüşdür. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Tür...
ANL
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Fransada Azərbaycan dilində nəşrlər hazırlanacaqdır. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Fransa Dövlət Şərq Dilləri və Mədəniyyətləri İnstitutunun (İNALCO) rektoru professor Jak Löqran ilə gör...
ANL
Elm və təhsilin böyük himayədarı. Hər bir insan ömrünü həyatı boyu özünəməxsus xatirələr müşayiət edir. Xatirələr dünənlə bu gün arasında körpü rolu oynamaqla yanaşı, onları yaşadan, konkret olaraq bir insanın həyatını mənalandıran, kimliyini müəyyən edən, mənəvi aləmini, könül dünyasını dəyərləndirən bir meyardır. Xat...
ANL
Azərbaycanın inkişaf strategiyasının müəllifi. 1969-cu ilin iyulun 14-də Heydər Əliyevin respublika rəhbəri seçilməsi ilə Azərbaycanın tarixində yeni dövr başlandı. Xalqımızın mənəvi-əxlaqi dəyərlərinə söykənən geniş miqyaslı tədbirlər həyata keçirilməsi insanlarda nəinki milli ruhun və özünüdərkin oyanışını şərtləndir...
ANL
Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasından 12 il keçir. Azərbaycanda hüquqi dövlət quruculuğu istiqamətində görülmüş işlər dövlət və cəmiyyət həyatının bütün sahələrini əhatə etmiş, ölkəmizdə siyasi, iqtisadi və hüquqi sistemi kökündən dəyişmişdir. Bu gün fərəh hissi ilə demək olar ki, irimiqyaslı qanunvericili...
ANL
Almaniyada çıxan "Ost-West Contact" jurnalında Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına həsr olunmuş məqalələr dərc edilmişdir. Cari ilin iyun ayında Almaniyada nəşr olunan aylıq "Ost-West Contact" jurnalında Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatının müqayisəli təhlilinə həsr olunmuş geniş məqalələr dərc olunmuşdur. ...
ANL
Lənkəranda "Azərbaycan milli mətbuatı-135: tarixi nailiyyətlər və perspektivlər" silsiləsindən sayca beşinci konfrans keçirilmişdir. İyulun 13-də Lənkəranda "Azərbaycan milli mətbuatı-135: tarixi nailiyyətlər və perspektivlər" silsiləsindən sayca beşinci konfrans keçirilmişdir. Əvvəlcə şəhərin Heydər Əliyev parkında üm...
ANL
Amerikanın Qarabağ Fondunun icraçı direktoru "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması" ictimai birliyinin mərkəzi qərargahında olmuşdur. İyulun 13-də ölkəmizdə səfərdə olan Amerikanın Qarabağ Fondunun icraçı direktoru xanım Diana Altman, onun müavini Tural Kərimli və inzibatçı-menecer Andr...
ANL
Xalq deyiminin bilicisi. Şifahi xalq ədəbiyyatı yaradıcılarından olan ozan-aşıq, yanşaq və ya varsaqlar dədəlik titulunu qazanana qədər ustad yolu keçib, ustadnamələr müəllifi kimi tanınıblar. Əlbəttə, onların əksəriyyəti ustadnamə yazmaya bilərdi, lakin toy-düyünlərdə, el şənliklərində ustadlarından söyləməmələri mümk...
ANL
Şamaxı Azərbaycanın əsas turizm mərkəzlərindən birinə çevrilir. Şamaxı rayonunda son illər tikinti-quruculuq işlərinin geniş vüsət alması rayonun turizm sektorunun inkişafına da müsbət təsir edir. Şəhərdaxili küçələrə və yollara asfalt döşənəndən, yeni işıqlandırma sistemi quraşdırılandan, səkilər abadlaşdırılandan və ...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Latviyanın ölkəmizdəki səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 14-də Latviyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mixails Popkovsu diplomatik fəaliyyətinin başa çatması ilə əlaqəda...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev İsveçin ölkəmizdəki səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 14-də İsveçin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hans Qunnar Adeni diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəb...
ANL
"2009-cu il 18 mart tarixli referendum nəticəsində qəbul edilmiş "Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktının tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə...
ANL
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası ilə bağlı bəzi məsələlər haqqında. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının fəaliyyətini təmin etmək məqsədilə qərara alıram: 1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi...
ANL
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 23 fevral tarixli 225 nömrəli fərmanı ilə təsdiq edilmiş "Tələbə-məzun" dövlət elektron məlumat sistemi haqqında Əsasnamə"yə əlavə edilməsi barədə. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Azərbaycan Respublikasının Prokurorluğu;". İlham ƏLİYEV, Azərbaycan Respubli...
ANL
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. "Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Strukturu"nun təsdiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına və "Azərbaycan Respublikası Dövlət ...
ANL
2010-cu il mayın 13-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Serbiya Respublikasının Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Protokol"un təsdiq edilməsi barədə. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. 2010-cu il mayın 13-də Bakı şəhərində imzalanmış "Azərba...
ANL
2010-cu il aprelin 26-da Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və Almaniya Federativ Respublikasının Federal Statistika İdarəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında Birgə Niyyət Bəyannaməsi"nin təsdiq edilməsi barədə. Azərbaycan Respublikası Prezidentinin Sərəncam...
ANL
2009-cu il noyabrın 13-də Sofiya şəhərində imzalanmış "Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi və Bolqarıstan Respublikası İqtisadiyyat, Energetika və Turizm Nazirliyi arasında energetika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə. Azərbaycan Respublikası Prezidentinin S...
ANL
1999-cu il noyabrın 22-də Lüksemburq şəhərində imzalanmış "Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi ilə Avropa Birliyi Statistika Bürosu arasında xarici ticarət üzrə statistika məlumatlarının mübadiləsinə dair Saziş"in təsdiq edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. 1999-cu il noyab...
ANL
Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında 2010-cu il mayın 16-da Bakı şəhərində imzalanmış sənədlər haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası hökuməti və İordaniya Haşimilər Krallığı hökuməti arasında beynəlxalq əməkdaşlıq haqqında Anlaşma Memorandumu;. Az...
ANL
2010-cu il aprelin 28-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası hökuməti və Rusiya Federasiyasının Stavropol diyarı hökuməti arasında ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. 2010-cu il aprelin 28-də Bakı ş...
ANL
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin strukturu. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin aparatı (idarələr və şöbələr). Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsi. Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları.
ANL
Bakıda Azərbaycan və Moldova Konstitusiya məhkəmələri arasında qarşılıqlı əməkdaşlıq haqqında Memorandum imzalanmışdır. İyulun 14-də Bakıda Azərbaycan Respublikası və Moldova Respublikası Konstitusiya məhkəmələri arasında qarşılıqlı əməkdaşlıq haqqında Memorandum imzalanmışdır. Mərasimdən əvvəl Moldova Konstitusiya Məh...
ANL
Moldovalı qonaqlar Ali Məhkəmədə olmuşlar. Azərbaycanda səfərdə olan Moldova Konstitusiya Məhkəməsinin sədri Dumitru Pulberenin başçılıq etdiyi nümayəndə heyəti iyulun 14-də Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşdür. Görüşdə Ali Məhkəmənin sədri Azərbaycanda Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrlə məhkə...
ANL
Fransanın milli bayramı şərəfinə. İyulun 14-də Fransanın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Bastiliyanın alınması günü münasibətilə rəsmi qəbul təşkil etmişdir. Əvvəlcə Dövlət Akademik Opera və Balet Teatrının solisti, əməkdar artist Fidan Hacıyevanın ifasında Azərbaycanın və Fransanın dövlət himnləri s...
ANL
Mir Cəlal Paşayevin seçilmiş əsərlərinin üçcildliyi qırğız dilində nəşr edilmişdir. Azərbaycanın görkəmli yazıçısı və alimi, professor Mir Cəlal Paşayevin seçilmiş əsərlərinin üçcildliyi Qırğızıstanın paytaxtı Bişkekdəki Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun və Azərbaycanda fəaliyyət göstərən "Avromed" şirkə...
ANL
Milli Parkda bayram konserti və möhtəşəm atəşfəşanlıq. Xalqımızın dahi oğlu, müasir müstəqil dövlətimizin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlməsinin 41-ci ildönümü münasibətilə Bakı Şəhər İcra Hakimiyyəti və "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı...
ANL
"Molla Nəsrəddin" məktəbi. Azərbaycan ədəbi-ictimai fikrinin çoxəsrlik tarixində mətbuat əsasında iki möhtəşəm məktəb yaranmışdır: "Molla Nəsrəddin" və "Füyuzat" ədəbi məktəbləri. Əvvəla, "Molla Nəsrəddin" və "Füyuzat" jurnalları hərəsi öz istiqamətində Azərbaycan milli-demokratik mətbuatın zirvələri idi. Ötən bir əsrd...
ANL
Müdafiə Nazirliyində görüş. İyulun 14-də Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev Polşanın ölkəmizdəki səfiri Kşiştof Krayevski ilə görüşmüşdür. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, nazir Azərbaycanda diplomatik fəaliyyətini başa vuran səfirə ikitərəfli hərbi əməkdaşlıq münasibətl...
ANL
Xarici İşlər Nazirliyində. İsveç Krallığının Azərbaycandakı səfiri Hans Qunnar Aden ölkəmizdəki fəaliyyət müddətinin başa çatması ilə əlaqədar iyulun 14-də xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşmüşdür. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, görüşdə H.Q.Aden Azərbaycanda İsveç Krallığını...
ANL
Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrinin istifadə imkanları və perspektivləri müzakirə olunmuşdur. İyulun 14-də "İrşad" mehmanxanasında ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD), Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), Sənaye və Energetika Nazirliyinin birgə təşkilatçılığı ilə "Azərbaycanda ...
ANL
Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd Uld Əbdüləzizin Azərbaycan Respublikasına rəsmi səfəri. Rəsmi qarşılanma mərasimi. İyulun 15-də Azərbaycan Respublikasında rəsmi səfərdə olan Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd Uld Əbdüləzizin rəsmi qarşılanma mərasimi olmuşdur. Hər iki ölkənin dö...
ANL
Azərbaycan Prezidenti İlham Əliyevin və Mavritaniya Prezidenti Məhəmməd Uld Əbdüləzizin təkbətək görüşü. İyulun 15-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd Uld Əbdüləzizin təkbətək görüşü olmuşdur. Görüşdə ikitər...
ANL
Azərbaycan Prezidenti İlham Əliyevin və Mavritaniya Prezidenti Məhəmməd Uld Əbdüləzizin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü. İyulun 15-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Mavritaniya Prezidenti Məhəmməd Uld Əbdüləzizin nümayəndə heyətlərinin iştirakı ilə ...
ANL
Sənədlərin imzalanması mərasimi. İyulun 15-də geniş tərkibdə danışıqlar başa çatdıqdan sonra Azərbaycan-Mavritaniya sənədlərinin imzalanması mərasimi olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev və Mavritaniya Prezidenti Məhəmməd Uld Əbdüləziz Birgə Bəyannaməni imzaladılar. "Azərbaycan Respublikası Mədəniyyət və Turizm...
ANL
Ali qonağın şərəfinə. İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd Uld Əbdüləzizin və xanımı Tekber Mint Melanin Uld Əhmədin şərəfinə rəsmi ziyafət təşkil edilmişdir. AzərTAc.
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Portuqaliyanın xarici işlər naziri Luis Amadonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 15-də Portuqaliyanın xarici işlər naziri Luis Amadonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Portuqaliyanın xarici...
ANL
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında. Azərbaycan Respublikasının Qanunu. 198-ci maddənin adında "zədələnməsi və ya özbaşına qırılması" sözləri "başqa yerlərə keçirilməsi və yaxud mühafizəsi üçün tədbirlər görülməməsi" sözləri ilə əvəz edilsin, dispozisiyasından "yaşıl...
ANL
"Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə. Azərbaycan Respublikasının Qanunu. Müharibə şəraitində Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddətinin uzadılması haqqında məsələyə baxılmasının xüsusiyyətləri. Azərbaycan Respublikası Konstitusiya...
ANL
"Milli arxiv fondu haqqında" və "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının qanunlarına əlavələr və dəyişikliklər edilməsi barədə. Azərbaycan Respublikasının Qanunu. Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: I. Miqrasiya orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25 il qulluq st...
ANL
"Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik və əlavə edilməsi barədə. Azərbaycan Respublikasının Qanunu. Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: I. İlham ƏLİYEV, Azərbaycan Respublika...
ANL
"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2010-cu il 18 iyun tarixli 1038-IIIQD nömrəli Qanununun tətbiq edilməsi barədə. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər e...
ANL
"Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə" Azərbaycan Respubli...
ANL
"Milli arxiv fondu haqqında" və "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının qanunlarına əlavələr və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. "Milli arxiv fondu haqqında" və "Əmək pensiyaları haqqında" Azərbayca...
ANL
"Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik və əlavə edilməsi barədə" Azərbaycan Respublikasının 2010-cu il 22 iyun tarixli 1056-IIIQ nömrəli Qanununun tətbiq edilməsi haqqında. Azərbaycan Respubli...
ANL
2009-cu il oktyabrın 12-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasında biznesin idarə olunması sahəsində kadrların ixtisasının artırılması üzrə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi ilə Almaniya Federativ Respublikasının Federal İqtisadiyyat və Texnologiyalar Nazirliyi arasında əməkdaşlıq haqq...
ANL
2010-cu il fevralın 2-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi və Rumıniya İqtisadiyyat, Ticarət və Biznes Mühiti Nazirliyi arasında energetika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. 2010-...
ANL
Azərbaycan Respublikası və Misir Ərəb Respublikası arasında 2010-cu il mayın 24-də Bakı şəhərində imzalanmış sənədlər haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Misir Ərəb Respublikasının Milli Gənclər Şurası arasında Anlaşma Memorandumu;. Azərbay...
ANL
E.Y.Mədətlinin Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram: Eynulla Yadulla oğlu Mədətli Azərbaycan Respublikasının U...
ANL
E.Y.Mədətlinin Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında və Əfqanıstan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifələrindən geri çağırılması haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutara...
ANL
T.M.Əliyevin Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri və Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat - GUAM yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 1...
ANL
Bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının strukturlarının təsdiq edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. "Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Strukturu"nun təsdiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına və "Azərbaycan Respublikası Dövlət ...
ANL
Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi qaydaları haqqında Əsasnamə. Bu Əsasnamə Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"yə uyğun olaraq hazırlanmışdır və miqras...
ANL
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturu. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aparatı (şöbələr və sektorlar). Ətraf mühitin mühafizəsi departamenti. Meşələrin inkişafı departamenti. Ətraf mühit üzrə milli monitorinq departamenti. Su hövzələrində bioloji r...
ANL
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli Sərəncamı ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturu. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin aparatı (şöbələr və sektorlar). Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Ba...
ANL
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli Sərəncamı ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin strukturu. Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin aparatı (şöbələr və sektorlar). Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti.
ANL
F.G.Qocayevin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə görə Fikrət Göyüş oğlu Qocayev (Fikrət Qoca) "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilsin. İl...
ANL
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli Sərəncamı ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin strukturu. Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin aparatı (şöbələr və sektorlar).
ANL
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin strukturu. Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin aparatı (şöbələr və sektorlar). Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin regional orqanları (bölgələr üzrə şöbələri).
ANL
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli Sərəncamı ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin strukturu. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin aparatı (şöbələr və sektorlar). Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçə...
ANL
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli Sərəncamı ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin strukturu. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin aparatı (şöbələr və sektorlar)....
ANL
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli Sərəncamı ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun strukturu. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun aparatı (şöbələr və sektorlar). İri sığortaedənlərlə iş üzrə departament. Bakı şəhəri üzrə hüquqi şəx...
ANL
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli Sərəncamı ilə təsdiq edilmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın strukturu. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın aparatı (şöbələr və sektorlar).
ANL
Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin strukturu. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin aparatı (şöbələr və sektorlar).
ANL
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli Sərəncamı ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin strukturu. Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin aparatı (şöbələr və sektorlar).
ANL
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli Sərəncamı ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının strukturu. Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının aparatı (şöbələr və sektorlar).
ANL
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli Sərəncamı ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının strukturu. Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının aparatı (şöbələr və sektorlar).
ANL
"Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 560 nömrəli Fərmanına və "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan R...
ANL
Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Miqrasiya orqanlarında qulluq keç...
ANL
Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd Uld Əbdüləziz Azərbaycana rəsmi səfərə gəlmişdir. İyulun 15-də Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd Uld Əbdüləziz Azərbaycana rəsmi səfərə gəlmişdir. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın...
ANL
Milli Məclisdə görüş. İyulun 15-də Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Moldova Respublikası Konstitusiya Məhkəməsinin sədri Dumitru Pulberenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Görüşdə Ziyafət Əsgərov demişdir ki, Azərbaycanla Moldovanın tarixi dostluq əlaqələri ...
ANL
Luis Amado: "Avropa İttifaqının üzvü kimi Portuqaliya Azərbaycan ilə əməkdaşlığa böyük önəm verir". İyulun 15-də xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə rəsmi səfərdə olan Portuqaliyanın xarici işlər naziri Luis Amado ilə görüşmüşdür. Görüşdən sonra birgə mətbuat konfransı keçirən nazirlər müzakirə olunmuş məsə...
ANL
Azərbaycan Respublikası və Portuqaliya Respublikası arasında iki sənəd imzalanmışdır. İyulun 15-də Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində Azərbaycan Respublikası və Portuqaliya Respublikası arasında iki sənədin imzalanması və paraflanması mərasimi keçirilmişdir. "Azərbaycan Respublikası Xarici İşlər Nazir...
ANL
Azərbaycanın milli inkişaf modelinin tədqiqi zərurəti iqtisadçılar qarşısında yeni vəzifələr müəyyənləşdirir. İctimai həyatın bütün sahələrində yüksək tərəqqi və intibaha imza atan, sürətlə modernləşərək qarşıya qoyduğu strateji hədəflərə yetişən Azərbaycan son illərdə həm də özünəməxsus milli inkişaf modeli ilə müasir...
ANL
Türkiyə Prezidenti Abdullah Gül Nazirlər Kabinetinin "Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında" Sazişə dair qərarını imzalamışdır. Azərbaycan və Qazaxıstandan sonra Türkiyə də "Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında" Naxçıvan Sazişinin təsdiq olunması prosedurunu tamamlam...
ANL
Böyük maarifçi Həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə xanımın xatirələrindən: "1879-cu ildə Krım türklərinin dilində ilk qəzet buraxan İsmayıl bəy Qasprinski Həsən bəyə məktub yazıb "Tərcüman" adlı qəzet nəşr etmək üçün ona xeyir-dua verməsini və qəzetin idarə olunmasına rəhbərlik etməsini xahiş etmişdi. Bu məktub H...
ANL
Prezident İlham Əliyev Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Bakının ərazi inkişaf planı ilə tanış olmuşdur. İyulun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Bakının ərazi inkişaf planı ilə tanış olmuşdur. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sə...
ANL
"Azərbaycan Respublikası hökuməti və İslam Konfransı Təşkilatına bağlı beynəlxalq qurum - Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu (DƏİKGF) arasında DƏİKGF-nin Avrasiya üzrə Regional Mərkəzinin Bakı şəhərində yerləşməsi haqqında" Sazişin təsdiq edilməsi barədə. Azərbaycan Respublikasının Qanunu. Azər...
ANL
Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu. Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: I. Qanunun mətnində ismin müvafiq hallarında verilmiş “Ağır cinayətlərə dair işlə...
ANL
«Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları haqqında», «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və Cəzaların İcrası Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikası Qanunu. Az...
ANL
Azərbaycan Respublikasının məhkəmə sisteminin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər və "Məhkəmələr və hakimlər haqqında" və "Məhkəmə-Hüquq Şurası haqqında" Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2010-cu il 22 iyun tarixli 1043-IIIQD nömrəli qan...
ANL
Məhkəmə qərarlarinin icrası işinin təkmilləşdirilməsi və «Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları haqqında», «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və Cəzaların İcrası Məcəlləsinə dəyişikliklər və əl...
ANL
Azərbaycan Respublikası ilə Beynəlxalq Atom Enerjisi Agentliyi arasında əməkdaşlıq üzrə Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası ilə Beynəlxalq Atom Enerjisi Agentliyi arasında əməkdaşlıq üzrə Dövlət Komissiyasının aşağıdakı y...
ANL
Olimpiya və ikiqat dünya çempionu Fərid Mansurova. Hörmətli Fərid Mansurov! Sizi - Azərbaycan güləş məktəbinin görkəmli nümayəndəsini böyük idmandan yola salarkən yarış meydanlarında göstərdiyiniz yüksək nailiyyətlər gözlərimiz önündə canlanır. Siz beynəlxalq miqyasda tanınan və ölkəmizin idman tarixinə adı parlaq hərf...
ANL
İran İslam Respublikasının Prezidenti zati-aliləri cənab Mahmud Əhmədinejada. Hörmətli cənab Prezident! Zahedan şəhərində baş vermiş partlayışlar nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına dərin hüz...
ANL
Mavritaniya Prezidenti Məhəmməd Uld Əbdüləziz Baş nazir Artur Rasizadə ilə görüşmüşdür. İyulun 16-da Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd Uld Əbdüləziz Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ilə görüşmüşdür. Görüşdə ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə olun...
ANL