text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Milli Məclisdə görüş. İyulun 16-da Azərbaycan Respublikasında rəsmi səfərdə olan Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd Uld Əbdüləziz Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov ilə görüşmüşdür. Görüşdən əvvəl Mavritaniya İslam Respublikasının Prezidenti Milli Məclisin əsas iclas zalına baxmış,... | ANL |
Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət. Azərbaycan Respublikasında rəsmi səfərdə olan Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd Uld Əbdüləziz iyulun 16-da Fəxri xiyabana gəlmişdir. Mavritaniya dövlətinin başçısı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla andı, ulu ön... | ANL |
Şəhidlərin xatirəsinə ehtiram. Azərbaycanda rəsmi səfərdə olan Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd Uld Əbdüləziz iyulun 16-da Şəhidlər xiyabanını ziyarət etmişdir. Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident Məhəmməd Uld Əbdüləziz "Əbədi məşəl" abidəsinin önünə əklil qoydu.... | ANL |
Heydər Əliyev Fondu ilə tanışlıq. Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd Uld Əbdüləziz iyulun 16-da Heydər Əliyev Fondunda olmuşdur. Burada Mavritaniyanın Prezidentinə və nümayəndə heyətinin üzvlərinə Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə ehtiram əlaməti olaraq yaradılan fondun məqsədləri ba... | ANL |
Milli Azərbaycan Tarixi Muzeyinin zəngin eksponatları Mavritaniya Prezidentində böyük maraq doğurmuşdur. Ölkəmizdə rəsmi səfərdə olan Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd Uld Əbdüləziz və xanımı iyulun 16-da Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində olmuşlar. Ali qonağa m... | ANL |
İçərişəhərlə tanışlıq qonaqlarda xoş təəssürat oyatmışdır. Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd Uld Əbdüləziz iyulun 16-da paytaxtın görməli yerləri ilə tanış olmuşdur. Gəzinti zamanı ali qonağa dünya şəhərsalma sənətinin nadir nümunəsi, YUNESKO-nun "Dünya irsi siyahısı"na daxil edilmiş "İçərişəhər" Dö... | ANL |
Mavritaniya Prezidenti Səngəçal neft terminalı ilə tanış olmuşdur. Ölkəmizdə rəsmi səfərdə olan Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd Uld Əbdüləziz və onu müşayiət edən nümayəndə heyəti iyulun 16-da Səngəçal neft terminalı ilə tanış olmuşlar. Terminalla tanışlıq Xəzər Enerji Mərkəzindən başlanmışdır. Az... | ANL |
Azərbaycan milli mətbuatının 135 illik yubileyinə həsr olunmuş növbəti tədbir Xaçmazda keçirilmişdir. İyulun 16-da Xaçmazda "Azərbaycan milli mətbuatı-135: tarixi nailiyyətlər və perspektivlər" silsiləsindən sayca altıncı regional konfrans keçirilmişdir. Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin, Kİ... | ANL |
Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsi başlanmışdır. Final mərhələsinin ilk günündə sərbəst güləşçilərimiz 3 qızıl, 2 gümüş və 3 bürünc medal qazanmışlar. İyulun 16-da Heydər Əliyev adına İdman-Konsert Kompleksində xalqımızın ümummilli l... | ANL |
Redaksiyamızın "veteran"larının əksəriyyəti Əmir müəllimin özündən əvvəl imzasını tanıyırdı. Oxuduqlarımızdan və eşitdiklərimizdən onu da bilirdik ki, Əmir müəllim həmin əsərlərində o dövrün kəndini olduğu kimi - "ütülü" və sığallı yox, qayğı, təzad və problemləri ilə birgə qələmə alıb, xalqı, cəmiyyəti narahat edən mə... | ANL |
Tufandan xəbərsiz bənövşə. Biz nəslin əqidə və qələm dostu, bizdən sonra mətbuata gələnlər üçün mənəvi işıq timsalında olan Elmira Əmrahqızı! Tələbəlikdən tanıyırdım onu. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində oxuyurduq. Dörd nömrəli qızlar yataqxanasında qalırdıq. Axşamlar hamı öz otağına çəkiləndən son... | ANL |
Jurnalist ömrü. Deyirlər, jurnalistlər şaxtaçılardan sonra ikinci qısa ömürlü peşə sahibləridir. Ola bilsin bu, çoxlarına qəribə görünə bilər. Çünki jurnalistika kənardan cəlbedici peşə təsiri bağışlayır. "Toxunulmazlıq" statusu, çoxsaylı ezamiyyətlər, ictimai rəyə təsir göstərmək imkanı, məşhurluq və s. kimi üstünlükl... | ANL |
Lənkəranda dünya standartlarına cavab verən turist istirahət mərkəzləri çoxdur. Yurdumuzun dilbər guşələri çoxdur. Onlardan biri də meşəli dağlar və mavigözlü Xəzərlə əhatə olunan Lənkərandır. Füsunkarlığı, qonaqpərvərliyi ilə seçilən bu qədim diyar haqqında indiyədək çoxlu xoş sözlər deyilib, şəninə şeirlər qoşulub, n... | ANL |
Milli mətbuatımızın yeni vəzifələri. Atdan qabaq qoşulan araba. Yaranmışların əşrəfi sayılan insanı digər canlılardan fərqləndirən cəhətlərdən biri onun doğulan kimi yeriməyi bacarmamasıdır. İki ayağı üstə dayanmağı, yeriməyi və yüyürməyi öyrənmək üçün bu varlığa aylar gərəkdir. Uşağın sərbəst danışa və fikrini ifadə e... | ANL |
Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasinin Qanunu. 90.7-ci maddəsinin birinci cümləsində “Seçki komissiyasının vəsaitini, habelə, teleradio” sözləri “Teleradio” sözü ilə əvəz edilsin. 164.1-ci maddədə “büdcə pul vəsaitinin qeydə alınmış namizəd, siyasi parti... | ANL |
Azərbaycan Respublikasının sülhməramlı əməliyyatlarda iştirakı haqqında. Azərbaycan Respublikasının Qanunu. Bu qanun lokal və regional münaqişələrin qarşısının alınması, nizamlanması və həll edilməsi ilə bağlı aparılan sülhməramlı əməliyyatlarda Azərbaycan Respublikasının iştirakının əsaslarını, formalarını və qaydasın... | ANL |
Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında. Azərbaycan Respublikasının Qanunu. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti. | ANL |
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əlavələr edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu. Azərbaycan Respublikasının Prezidenti. | ANL |
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi barədə. Azərbaycan Respublikasının Qanunu. Hava gəmisində davranış qaydalarının pozulması. Hava gəmisində intizamın qorunması, habelə hava gəmisinin, onun bortunda olan şəxslərin və əmlakın təhlükəsizliyinin təmin olunması məqsədi ilə gəmi ... | ANL |
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavələr edilməsi haqqında. Azərbaycan Respublikasının Qanunu. Ali və orta ixtisas təhsili müəssisələrinin "Tələbə-məzun" dövlət elektron məlumat sisteminə qoşulmaması və ya məlumatların həmin sistemə vaxtında, tam və ya düzgün daxil edilməməsi. Ali və orta ixtisa... | ANL |
"Reklam haqqında" Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə, "Televiziya və radio yayımı haqqında" və "Dərman vasitələri haqqında" Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə. Azərbaycan Respublikasının Qanunu. Azərbaycan Respublika... | ANL |
Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əlavələr edilməsi haqqında. Azərbaycan Respublikasının Qanunu. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti. | ANL |
"Notariat haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə. Azərbaycan Respublikasının Qanunu. Fəaliyyəti müsbət qiymətləndirilmiş notariusun şəhadətnaməsinin müddəti daha beş ilə uzadılır. Notarius şəhadətnaməsinin müddətinin uzadılmasına görə bu maddənin birinci hissəsində müəyyən edilmiş haq... | ANL |
"Azərbaycan Respublikasının Seçki Məcəlləsindədəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2010-cu il 18 iyun tarixli 1035-IIIQD nömrəli Qanununun tətbiq edilməsi barədə. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. "Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərb... | ANL |
Azərbaycan Respublikası və Belarus Respublikası arasında 2010-cu il iyunun 3-də Bakı şəhərində imzalanmış sənədlər haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında informatizasiya və informasiya texnologiyaları sahəsində əməkdaşlıq haq... | ANL |
"Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2010-cu il 22 iyun tarixli 1055-IIIQ nömrəli qanununun tətbiq edilməsi barədə. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. "Azərbaycan Respublikasının Zaqatala rayonunun inzib... | ANL |
"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavələr edilməsi haqqında" Azərbaycan Respublikasının 2010-cu il 18 iyun tarixli 1037-IIIQD nömrəli Qanununun tətbiq edilməsi barədə. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavələr edilməsi haqq... | ANL |
"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2010-cu il 18 iyun tarixli 1038-IIIQD nömrəli Qanununun tətbiq edilməsi barədə. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər e... | ANL |
Azərbaycan Respublikasının sülhməramlı əməliyyatlarda iştirakı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı. "Azərbaycan Respublikasının sülhməramlı əməliyyatlarda iştirakı haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin ... | ANL |
"Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əlavələr edilməsi haqqında" Azərbaycan Respublikasının 2010-cu il 31 may tarixli 1016-IIIQD nömrəli Qanununun tətbiq edilməsi barədə. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. "Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əlavələr edilməsi haqqında" Azərbaycan Respublika... | ANL |
"Notariat haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2010-cu il 22 iyun tarixli 1044-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. "Notariat haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilm... | ANL |
"Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əlavələr edilməsi haqqında" Azərbaycan Respublikasının 2010-cu il 18 iyun tarixli 1036-IIIQD nömrəli Qanununun tətbiq edilməsi barədə. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. "Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əlavələr edilməsi ha... | ANL |
"Reklam haqqında" Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə, "Televiziya və radio yayımı haqqında" və "Dərman vasitələri haqqında" Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqın... | ANL |
Mavritaniya Prezidenti Məhəmməd Uld Əbdüləzizin Azərbaycana rəsmi səfəri başa çatmışdır. İyulun 17-də Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd Uld Əbdüləzizin Azərbaycana rəsmi səfəri başa çatmışdır. Azərbaycanın və Mavritaniyanın dövlət bayraqları ilə bəzədilmiş Heydər Əliyev Beynəlxalq Aeroportunda ali q... | ANL |
Ürəyimizə dolan işıq. Hərdən fikirləşirəm ki, biz nəsil jurnalistlərin necə qüdrətli, unudulmaz, mənəviyyatları ilə yaddaşımıza əbədi iz salmış müəllimləri olub. O müəllimlər ki bu gün yerləri boş görünür. O müəllimlər ki onların tövsiyələri, məsləhətləri, verdikləri biliklər bizim həyatımıza əbədi işıq salır. Bu işığı... | ANL |
Söz vaxtına çəkər. Keçən ilin bu vaxtları olardı. Mətbuat Şurasında Nəriman Nəsrulla oğlu Zeynalovun xatirəsinə həsr olunan mərasim keçirilirdi. Buna baxmayaraq, gələn çox olduğundan hamıya yer çatmadı. Tədbirin özü də gözlənildiyindən xeyli uzun çəkdi. Maraqlı cəhət o idi ki, çıxış edənlərin, xatirə söyləyənlərin biri... | ANL |
İndi artıq keçmiş adlandırdığımız XX əsrin 70-ci illərinin ikinci yarısında ADU-nun (indiki BDU) jurnalistika fakültəsində təhsil alanların sırasında mən də var idim. Fakültəmizdə vaxtaşırı maraqlı şəxsiyyətlərlə görüşlər təşkil olunardı. Biz tələbələr bu tədbirlərə böyük həvəslə toplaşar, hər qonağımızın söylədiklərin... | ANL |
Ədalət Vəliyevin "Əqidə, ruh və teatr" monoqrafiyası çapdan çıxmışdır. "Əgər mən nəyəsə inanıramsa o, yalnız mədəniyyətdir. Dərindən fikirləşilsə, mədəniyyət heç də hər şeylə maraqlanmağa deyil, kamilliyə, məhəbbətə əsaslanır. Mədəniyyət kamilliyin dərk edilməsidır. Mədəniyyət adamları - bərabərliyin həqiqi elçiləridir... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana işgüzar səfəri. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Gürcüstana işgüzar səfərə yola düşmüşdür. Azərbaycan Prezidentini Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Bakı Şəh... | ANL |
Batumi hava limanında qarşılanma. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Gürcüstana işgüzar səfərə gəlmişdir. Azərbaycanın və Gürcüstanın dövlət bayraqları ilə bəzədilmiş Batumi hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyevi və xanımı M... | ANL |
Azərbaycan və Gürcüstan prezidentlərinin təkbətək görüşü. İyulun 18-də Batumidə Azərbaycan Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin təkbətək görüşü olmuşdur. Görüşdə ikitərəfli münasibətlərimizin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olundu. Yüksək səviyyədə qarşılıqlı səfərlərin... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü. Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olm... | ANL |
Dövlət başçılarının birgə mətbuat konfransı. İyulun 18-də Batumidə geniş tərkibdə görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin birgə mətbuat konfransı keçirilmişdir. Dövlət başçıları bəyanatlarla çıxış etdilər. - Biz Azərbaycanın dövlət başçısını, qardaşımızı ... | ANL |
Dövlət başçılarının birgə mətbuat konfransı. İyulun 18-də Batumidə geniş tərkibdə görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin birgə mətbuat konfransı keçirilmişdir. Dövlət başçıları bəyanatlarla çıxış etdilər. Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı. İlk ... | ANL |
Birgə işgüzar nahar. İyulun 18-də Batumidə Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Gürcüstan Prezidenti Mixeil Saakaşvili və xanımı Sandra Elizabet Rulofs ilə birgə işgüzar nahar etmişlər. İyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva, Gürcüstan Prezidenti Mixeil Saaka... | ANL |
Səfər başa çatdı. İyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstana işgüzar səfəri başa çatmışdır. Azərbaycanın və Gürcüstanın dövlət bayraqları ilə bəzədilmiş Batumi hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyevi və xanımı Mehriban Ə... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev Ukraynanın xarici işlər naziri Konstantin Qrişenkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 19-da Ukraynanın xarici işlər naziri Konstantin Qrişenkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Cənab Konst... | ANL |
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Batumidə Qonio Apsar Tarix-Memarlıq Muzeyində olmuşdur. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva və Gürcüstan Prezidentinin xanımı Sandra Elizabet Rulofs iyulun 18-də... | ANL |
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Batuminin görməli yerləri ilə tanış olmuşdur. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva iyulun 18-də Batuminin görməli yerləri ilə tanış olmuşdur. Şəhərin mərkəzindəki... | ANL |
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Batumidə Nobel qardaşlarının Texniki Muzeyində olmuşdur. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva və Gürcüstan Prezidentinin xanımı Sandra Elizabet Rulofs iyulun 18-d... | ANL |
Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamə"yə əlavələr və dəyişikliklər edilməsi barədə. Azərbaycan Respublikasının Qanunu. 2-ci maddəyə aşağıdakı məzmunda ikinci, üçüncü və dördüncü hissələr əlavə edilsin: "Dövlət qullu... | ANL |
Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə. Azərbaycan Respublikasının Qanunu. Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: "Azərbaycan Respublikasının beynəlxalq müqavilələrini... | ANL |
Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, üç ay müddətində: 1.1. qüvvədə olan qanunvericilik aktlarının "Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamə"yə ə... | ANL |
"Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. "Azərbaycan Respublikasının beynəl... | ANL |
Nazirlər Kabinetində görüş. İyulun 19-da Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ölkəmizdə rəsmi səfərdə olan Ukraynanın xarici işlər naziri Konstantin Qrişenkonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Baş nazir A.Rasizadə Azərbaycan ilə Ukraynanın strateji tərəfdaş olduqlarını, ölkələrimiz ara... | ANL |
Türkiyə və Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında qaz boru kəmərinin tikintisi barədə niyyət protokolu imzalanmışdır. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ) ilə Türkiyənin BOTAŞ şirkəti arasında Türkiyədən Azərbaycanın Naxçıvan Muxtar Respublikasına qaz boru kəmərinin tikintisi barədə niyyət... | ANL |
Azərbaycan parlament nümayəndə heyəti Cenevrədə səfərdədir. Xəbər verildiyi kimi, Milli Məclisin Sədri Oqtay Əsədovun başçılıq etdiyi parlament nümayəndə heyəti Parlament Spikerlərinin 3-cü Ümumdünya konfransında iştirak etmək üçün İsveçrənin Cenevrə şəhərinə yola düşmüşdür. Konfransın açılışı iyulun 19-da BMT-nin Cene... | ANL |
Amma özü demişkən, onun həyata gözünü açan, sözün həqiqi mənasında, o dövrün mətbuatı olmuşdu. Bitkin olmayan təhsili mollaxanada başlasa da, sonralar tədqiqat institutlarının araşdıra biləcəyi təcrübə məktəbi keçmişdi. Heç də təsadüfi deyil ki, onun yaradıcılığını qədərincə dəyərləndirən Məmməd Araz yazırdı: "Mənim zə... | ANL |
Qoşa qanad. Bu, "Molla Nəsrəddin" və "Füyuzat" jurnalları idi. Eyni ildə işıq üzü görən və XX əsrin əvvəllərində milli mətbuatın formalaşmasında özünəməxsus əhəmiyyəti olan bu dəyərli dərgiləri, təəssüf ki, sovet dönəmində bir-birinə qarşı qoyaraq rənglərə boyadılar. "Füyuzat" və füyuzatçılar barəsində o dövrün araşdır... | ANL |
Mübariz ruhlu qəzet. Milli mətbuat tariximiz 1875-ci ildən, Həsən bəy Zərdabinin "Əkinçi" qəzetinin nəşrindən başlamışdır. Bu qəzetin naşiri Xristian Sink olmuşdur. Milli mətbuatımız əzablı, lakin şərəfli yol keçmişdir. Azərbaycan mətbuatının təşəkkülündə və inkişafında H.Zərdabi, M.Şahtaxtinski, Ə.M.Topçubaşov, Ə.Ağao... | ANL |
Azərbaycan milli mətbuatının 135 illik yubileyi Səbail rayonunda qeyd olunmuşdur. İyulun 19-da Səbail Rayon İcra Hakimiyyətində Azərbaycan milli mətbuatının 135 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bildirmişdir ki, 135 illi... | ANL |
Milli Qeyri-Hökumət Təşkilatları Forumu jurnalistləri mükafatlandırmışdır. İyulun 19-da Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu (MQF) milli mətbuatımızın 135 illik yubileyi münasibətilə tədbir keçirmişdir. MQF-nin prezidenti Rauf Zeyni KİV-lərin təmsilçilərini əlamətdar gün münasibətilə təbrik etmiş, ölkədə ... | ANL |
Bakıda 11-ci Azərbaycan-Almaniya biznes forumu keçirilmişdir. İyulun 19-da "Park İNN-Azərbaycan" mehmanxanasında İqtisadi İnkişaf Nazirliyinin (İİN) dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Alman-Azərbaycan İqtisadi Birliyinin (DAWF) təşkilatçılığı ilə 11-ci Azərbaycan-Almaniya bi... | ANL |
Prezident İlham Əliyev Dənizkənarı Milli Parkda "Park Bulvar" ticarət və istirahət mərkəzinin açılışında iştirak etmişdir. İyulun 20-də paytaxtda, Dənizkənarı Milli Parkda "Park Bulvar" ticarət və istirahət mərkəzinin açılışı olmuşdur. Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri açılış mərasimində i... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev "Respublika" mehmanxanasının təmirdən sonrakı vəziyyəti ilə tanış olmuşdur. "Respublika" mehmanxanası əsaslı təmir və yenidənqurma işlərindən sonra istifadəyə verilmişdir. İyulun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Respublika mehmanxanas... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının Baş katibi Supaçai Paniçpakdini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 20-də BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının Baş katibi Supaçai Paniçpakdini qəbul etmişdir. Supaçai Paniçpakdi BMT-nin Ticarət ... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın ENİ şirkətinin icraçı direktoru Paulo Skaroninin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 20-də İtaliyanın ENİ şirkətinin icraçı direktoru Paulo Skaroninin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.... | ANL |
Cenevrədə səfərdə olan Azərbaycan parlamentinin nümayəndə heyəti bir sıra görüşlər keçirmişdir. Milli Məclisin Sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti parlament spikerlərinin 3-cü dünya konfransında iştirak etmək üçün İsveçrənin Cenevrə şəhərində səfərdədir. Səfər çərçivəsində spiker Oqtay Əsədov bir sıra... | ANL |
Cenevrədə Azərbaycan və Ermənistan parlament sədrləri arasında görüş olmuşdur. İyulun 19-da Cenevrədə parlament sədrlərinin üçüncü Ümumdünya Konfransı çərçivəsində Milli Məclisin Sədri Oqtay Əsədov Ermənistan parlamentinin sədri Ovik Abramyanla görüşmüşdür. Görüşdə ATƏT-in Minsk qrupu həmsədrlərinin təklif etdiyi Madri... | ANL |
İtaliyanın ENİ şirkətinin Azərbaycanın neft-qaz layihələrində iştirakı məsələsi ətrafında fikir mübadiləsi aparılmışdır. Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin (SEN) mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, iyulun 20-də nazir Natiq Əliyev İtaliyanın ENİ şirkətinin icraçı direktoru Paulo S... | ANL |
ARDNŞ və İtaliyanın ENİ şirkəti arasında mümkün əməkdaşlıq imkanları müzakirə olunmuşdur. İyulun 20-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) baş ofisində qurumun rəhbərliyi İtaliyanın ENİ şirkətinin icraçı direktoru Paulo Skaroninin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Şirkətdən bildirmişl... | ANL |
ABŞ-ın milli bayramı şərəfinə. Amerika Birləşmiş Ştatlarının müstəqilliyinin elan olunmasının 234-cü ildönümü münasibətilə iyulun 20-də bu ölkənin Bakıdakı səfirliyi rəsmi qəbul təşkil etmişdir. Amerika Birləşmiş Ştatlarının və Azərbaycan Respublikasının dövlət himnləri səslənmişdir. ABŞ-ın Azərbaycandakı müvəqqəti işl... | ANL |
Azərbaycanın xarici işlər naziri BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının Baş katibi ilə görüşmüşdür. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iyulun 20-də BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının Baş katibi Supaçai Paniçpakdi ilə görüşmüşdür. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bi... | ANL |
Pambıqçılıq haqqında Azərbaycan Respublikasının Qanunu. Bu qanun Azərbaycan Respublikasında pambıqçılığın hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edir, xam pambıq və pambıq məhsullarının dövriyyəsi ilə əlaqədar münasibətləri tənzimləyir. Bu qanunda istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.... | ANL |
"Azərbaycan Respublikası hökuməti və Estoniya Respublikası hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında" sazişin təsdiq edilməsi barədə. Azərbaycan Respublikasının Qanunu. Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: "Azərbaycan Respublikası hökuməti və Estoniya Respublikası hökuməti... | ANL |
"Azərbaycan Respublikası hökuməti və Estoniya Respublikası hökuməti arasında diplomatik pasporta malik şəxslər üçün viza tələbinin ləğv edilməsi haqqında" sazişin təsdiq edilməsi barədə. Azərbaycan Respublikasının Qanunu. Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: "Azərbaycan Respublikası hökuməti və Estoniy... | ANL |
Azərbaycan Respublikası Prezidentinin və Estoniya Respublikası Prezidentinin Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında. Azərbaycan Respublikasının Qanunu. Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: Azərbaycan Respublikası Prezidentinin və Estoniya Respublikası Prezidentinin 2010-cu il aprelin 7-də Tallin... | ANL |
Hürriyyət, Millət və İstiqlal təşnəsi Məhəmməd Hadi. Artıq yetişib hürriyyətin anları, qalxın! Qalxın yeni əsrin yeni insanları, qalxın! Türk torpağı öz övladının cəngini bəklər, İşğalçıların üstünə qalxsın dəyənəklər! Onlara sevgi əhval- ruhiyyəsini poeziyada yaradan və əks etdirən aşiqlərdən biri böyük Azərbaycan şai... | ANL |
Vətəndən kənarda da vətən üçün çalışdı. XIX əsrin birinci və XX yüzilliyin ikinci yarısının tarixinə nəzər salanda bu dövrdə öz əbədi izini qoymuş şəxsiyyətlər sırasında Əlimərdan bəy Topçubaşovu da görürük. O, görkəmli siyasi və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən və Rusiyanın müsəlman-türk xal... | ANL |
Əbədiyaşar rəssam. Ümummilli lider Heydər Əliyevə məxsus fikirdir: "Səttar Bəhlulzadə öz yaradıcılığı ilə XX əsri şöhrətləndirdi". Xalq rəssamı Səttar Bəhlulzadə Azərbaycan təbiətinin poeziyasını kətana köçürmüş qüdrətli bir fırça ustası idi. Ötən il YUNESKO-nun qərarı ilə bu dünya şöhrətli sənətkarın anadan olmasının ... | ANL |
Kino-Foto Sənədləri Arxivi dövlətimizin başçısına aid kino sənədlərini qəbul etmişdir. Dövlət Kino-Foto Sənədləri Arxivi "Salnamə" sənədli filmlər studiyasından 35 millimetrlik kinolentdə çəkilmiş, 682 saxlama vahidindən ibarət kino sənədini qəbul etmişdir. Milli Arxiv İdarəsi (MAİ) direktorunun müavini Kamal Ağayev Az... | ANL |
İyulun 21-də Prezident İlham Əliyev Azərbaycan Duz İstehsalat Birliyinin Masazır gölü ətrafındakı duz zavodunun açılışında iştirak etmişdir. Mərasimə toplaşanlar dövlət başçısını hərarətlə qarşıladılar. Prezident İlham Əliyev açılışı bildirən lenti kəsdi və müəssisə ilə yaxından tanış oldu. Foyedə ulu öndər Heydər Əliy... | ANL |
Prezident İlham Əliyevin çıxışı. Bu gün Azərbaycanın iqtisadi həyatında, doğrudan da çox əlamətdar bir hadisədir. Demək olar ki, bu gün Azərbaycanda yeni sənaye sahəsinin təməli qoyulur. Artıq Azərbaycanda yüksək keyfiyyətə malik olan duz istehsal olunacaqdır. Bu zavodun yaradılması Azərbaycanda aparılan iqtisadi ... | ANL |
"Azərbaycan Respublikası hökuməti və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı arasında yardım xidmətlərinin göstərilməsinə dair" Anlaşma Məktubunun təsdiq edilməsi barədə. Azərbaycan Respublikasının Qanunu. Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: "Azərbaycan Respublikası hökuməti və Birləşmiş Mil... | ANL |
"Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədə. Azərbaycan Respublikasının Qanunu. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti. | ANL |
"Azərbaycan Respublikası hökuməti və Vyetnam Sosialist Respublikası hökuməti arasında diplomatik, xidməti və ya rəsmi pasportlara malik vətəndaşların vizasız gediş-gəlişi haqqında" sazişin təsdiq edilməsi barədə. Azərbaycan Respublikasının Qanunu. Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: "Azərbaycan Respub... | ANL |
Beynəlxalq Əmək Təşkilatının "Analığın mühafizəsi haqqında" 1952-ci il Konvensiyasına (yenidən baxılmış) yenidən baxılması haqqında" 183 nömrəli Konvensiyasına qoşulmaq barəsində. Azərbaycan Respublikasının Qanunu. Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: Azərbaycan Respublikası Beynəlxalq Əmək Təşkilatını... | ANL |
"Azərbaycan Respublikası hökuməti və Böyük Liviya Ərəb Xalq Sosialist Cəmahiriyyəsi arasında diplomatik, xidməti və xüsusi pasportlara malik şəxslərin viza tələbindən azad olunması haqqında" Anlaşma Memorandumunun təsdiq edilməsi barədə. Azərbaycan Respublikasının Qanunu. Azərbaycan Respublikasının Milli Məclisi qərara... | ANL |
"Azərbaycan Respublikası hökuməti və Yunanıstan Respublikası hökuməti arasında təbii fəlakətlərin və texnogen qəzaların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında" sazişin təsdiq edilməsi barədə. Azərbaycan Respublikasının Qanunu. Azərbaycan Respublikasın... | ANL |
"Asiyada Qarşılıqlı Əlaqəyə və Etimadyaratma Tədbirlərinə dair Konfransın Katibliyinin Nizamnaməsində dəyişiklik edilməsi haqqında" Protokolun təsdiq edilməsi barədə. Azərbaycan Respublikasının Qanunu. Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: "Asiyada Qarşılıqlı Əlaqəyə və Etimadyaratma Tədbirlərinə dair K... | ANL |
"Olimpiya simvolunun qorunması haqqında" Nayrobi Müqaviləsinə qoşulmaq barəsındə. Azərbaycan Respublikasının Qanunu. Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: Azərbaycan Respublikası "Olimpiya simvolunun qorunması haqqında" 1981-ci il sentyabrın 26-da qəbul edilmiş Nayrobi Müqaviləsinə qoşulsun. İlham ƏLİYE... | ANL |
Beynəlxalq Əmək Təşkilatının "Kişi və qadın işçilər - ailə vəzifələri olan işçilər üçün bərabər imkanlar və bərabər rəftar haqqında" 156 nömrəli Konvensiyasına qoşulmaq barəsində. Azərbaycan Respublikasının Qanunu. Azərbaycan Respublikasının Milli Məclisi qərara alır : Azərbaycan Respublikası Beynəlxalq Əmək Təşkilatın... | ANL |
Belçikanın Kralı əlahəzrət II Albertə. Əlahəzrət! Milli bayramınız - Kralın andiçmə günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı Azərbaycan xalqı adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan-Belçika münasibətləri, ölkələrimizi birləşdirən dostluq və əməkdaşlıq əlaqələri xalq... | ANL |
"Pambıqçılıq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, üç ay müddətində: 1.1. qüvvədə olan qanunvericilik aktlarının "Pambıqçılıq haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaş... | ANL |
Milli Məclisin Sədri Oqtay Əsədov Parlament Spikerlərinin 3-cü Ümumdünya Konfransında çıxış etmişdir. İyulun 21-də Parlament Spikerlərinin 3-cü Ümumdünya Konfransı öz işini davam etdirmişdir. Konfransda Milli Məclisin Sədri Oqtay Əsədov çıxış etmişdi. Azərbaycan parlamenti adından konfrans iştirakçılarını salamlayan O.... | ANL |
Milli Məclisdə görüş. İyulun 21-də Milli Məclis Sədrinin müavini Bahar Muradova ABŞ Milli Demokratiya İnstitutunun Avrasiya üzrə direktoru Laura Cuitin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Bahar Muradova Azərbaycanla ABŞ arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirmiş, eyni zamanda qeyd etmişdir k... | ANL |
Qüdrətli publisist. Azərbaycan mədəniyyətinin nadir simalarından sayılan, Şərqdə ilk operanın yaradıcısı Üzeyir Hacıbəyli musiqi sahəsindəki nəhəng fəaliyyətlə yanaşı, qüdrətli qələm, parlaq istedad sahibi olub. O, Azərbaycan musiqisinin inkişafı üçün bir tərəfdən gözəl əsərlər - operalar, operettalar yaradırdı, romans... | ANL |
Naxçıvanın sosial-iqtisadi həyatının güzgüsü. Naxçıvanda ilk dəfə qəzet çıxarmaq ideyası hələ XIX əsrin 90-cı illərində dövrün mütərəqqi ziyalıları tərəfindən irəli sürülüb. Bu zaman artıq böyük maarifpərvər Məhəmmədtağı Sidqinin yenicə açmış olduğu "Məktəbi-tərbiyə" təhsil ocağı xalqın savadlanması yolunda fəaliyyətə ... | ANL |
Vətəndən uzaqlarda vətən eşqi ilə yaşadı. Əli bəy Hüseynzadə görkəmli ictimai xadim, pedaqoq, həkim, jurnalist, yazıçı-publisist, rəssam, musiqişünas, tibb professoru olub. Qəribədir ki, bir çox müasirləri və silahdaşları kimi Əli bəyin də həyatı qürbətdə sona çatıb. Bu da onların yaşadıqları dövrün təzadları, XIX əsri... | ANL |
Ağdamda milli mətbuat günü qeyd olunmuşdur. Ağdam Rayon İcra Hakimiyyətində (RİH) Azərbaycan milli mətbuatının 135 illik yubileyi münasibətilə tədbir keçirilmişdir. Rayon icra hakimiyyəti başçısının siyasi partiyalar və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Qədulla Səfərov Azərbaycanda söz və mətbuat azadlığının, d... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.