text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Bakı və İrəvanın birgə bəyanatı bütün ABŞ və Avropa ölkələri tərəfindən alqışlanır: Bakını öz platformasına apara bilməyən Qərb üçün Rusiyanın iştirak etmədiyi format məqbuldur, Moskva da yalnız razılaşmadan bir gün sonra - Qərb ölkələrindən dəstəyin gəldiyini görərək, mövqeyini açıqladı; Bu razılaşmanın böyük ölçüdə B...
publikaz_normalized
Enerjiniz yalnız bir istiqamətdə olmamalıdır":"Bir qədər əvvəl xərcləriniz çox olduğundan gəlirləri artırmaq zamanıdır. İndi yeni işlərə başlamaq üçün ən yaxşı zaman olmasa da, əlavə gəlir mənbəyi arayın. Günün ikinci yarısında ideyalarınızı reallaşdırmaq üçün əlverişli imkanlar arayın. Belədə ailə üzvlərinizin yaxın g...
publikaz_normalized
“Gözüm qapıdadır” - VİDEO":"Gözüm qapıdadır, hər an Hüseynin içəri girəcəyini gözləyirəm. Şəlalə Axundova oğlu Hüseynin əsir götürüldüyü gündən bu günə kimi ümidli olduğunu, Hüseynin qayıdacağına inandığını bildirib. Şəlalə ana qeyd edib ki, gözünü qapıya dikib, həyəcanla oğlunu gözləyir. Xatırladaq ki, Aqşin Bəbirov v...
publikaz_normalized
İsrail paytaxtı Təl-Əviv də daxil olmaqla ölkənin mərkəzi bölgələrində raket xəbərdarlığı səslənib. Təl-Əviv və İsrailin digər mərkəzi şəhərləri fələstinli terrorçular tərəfindən raket hücumuna məruz qalıb.
publikaz_normalized
Türkiyə İnterpol tərəfindən axtarışda olan, kriminal dairələrdə “Vitya Pan” ləqəbi ilə tanınan Viktor Panyuşini Rusiyaya ekstradisiya edir. Rusiyada adam öldürmək də daxil olmaqla, 9 ağır cinayətdə təqsirli bilinən Vitya Pan Ukraynaya qaçaraq, başqa soyad və doğum tarixi ilə bu ölkənin pasportunu alıb. Keçən ilin mayın...
publikaz_normalized
ABŞ-yə məxsus hərbi pilotsuz uçan aparat (PUA) Yaponiyada təlim uçuşu zamanı itib. “ABŞ hərbi pilotsuz uçan aparatı poliqonda təlim zamanı yoxa çıxıb”,- deyə məlumatda qeyd olunub. Müdafiə Nazirliyindən verilən məlumata görə, üç metrlik PUA Şizuoka prefekturasında məşhur Fuci vulkanı yaxınlığındakı Hiqasi-Fuci poliqonu...
publikaz_normalized
“Dastanoğlu” fondunun Yusif Səmədoğlu adına təsis etdiyi Qarabağın Zəfər tarixinə həsr olunmuş müsabiqə başa çatıb. Qaliblərin bu gün AYB-də təltifedilmə mərasimi keçirilib.
publikaz_normalized
Heydər Əliyevin uzaqgörənliyinin nəticəsi...":"Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev müasir, müstəqil Azərbaycan dövlətinin memarıdır. Heydər Əliyev, eyni zamanda, Azərbaycan-Gürcüstan münasibətlərinin qurucusudur. Onun sözlərinə görə, Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafında və möhkəmlənməsində f...
publikaz_normalized
Öz evlərinə ödənişlə qalxırlar - VİDEO":"Bakıda bina sakinləri ilə MTK arasında qalmaqal baş verib. Belə ki, sakinlər liftdən istifadəyə görə əlavə vəsaitin toplanmasından şikayətçidirlər. Sakinlər iddia ediblər ki, liftdən istifadə etmək üçün kart alınmalıdır, amma kart üçün tələb olunan qiymət də onları qane etmir: B...
publikaz_normalized
Azərbaycanda Prezidentliyə namizədlərin irəli sürülməsinə başlanılıb. Qərar rəsmi dərc edildiyi gündən qüvvəyə minib. Qeyd edək ki, seçkilərin təyin edilməsi haqqında qərar rəsmi dərc olunduqdan sonra aktiv (passiv) seçki hüququ olan vətəndaşlar, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blo...
publikaz_normalized
İspaniya La Liqasının 16-cı turunda “Betis”lə keçiriləcək oyun öncəsi mətbuat konfransında “Real”ın baş məşqçisi Karlo Ançelotti jurnalistlərin sualalrını cavablandırıb. “Mən hətta təyyarə bileti də bron etməzdim. Xeyr, zarafat edirəm, mənə pul lazım deyil”, – Ançelotti deyib. Həmçinin mətbuat konfransında Ançelotti ko...
publikaz_normalized
ABŞ BMT Təhlükəsizlik Şurasının Qəzza zolağında dərhal atəşkəs tələb edən qətnamə layihəsinə veto qoyub. Qətnamə 13 üzv tərəfindən dəstəklənib, Böyük Britaniya səsvermədə bitərəf qalıb. ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Robert Vud qətnamə layihəsində HƏMAS-ın qınanılmadığını və Şranın bəzi üzvlərinin bu mövzuda səssiz ...
publikaz_normalized
Cümə axşamı Azərbaycanın informasiya meydanında gələn il fevralın 7-də növbədənkənar prezident seçkilərinin keçiriləcəyi ilə bağlı xəbərlər yayılıb. “Caliber”in “Youtube” kanalında mövzu ilə bağlı material yayımlanıb. Qeyd edək ki, Konstitusiyaya əsasən növbəti seçkilər 2025-ci ildə keçirilməli idi. Təbii ki, növbədənk...
publikaz_normalized
Türkiyənin müxtəlif ölkələrdə dünya sülhü üçün göstərdiyi səylərdən bəhs edən “Açarlar” (Anahtarlar) adlı qısametrajlı film ilk dəfə “TRT World Forum 2023”də nümayiş etdirilib. Filmdə Ukrayna, Liviya, Afrika, Azərbaycan, Balkan ölkəri və Qəzzadakı münaqişələr həmin ölkələrdə yaşayan uşaqlar vasitəsilə izah edilib. “Aça...
publikaz_normalized
məhkəməyə də gətirilmir":"Bu gün Aleksey Navalnı videobağlantı vasitəsilə də məhkəmədə iştirak etməyb. “Cəzaçəkmə müəssisəsinin işçisi bildirdi ki, onlarda hələ də “fövqəladə vəziyyət” var və işıq yoxdur. Artıq üçüncü gündür ki, biz Alekseylə nə baş verdiyini və onun harada olduğunu bilmirik”, – o qeyd edib. Xatırladaq...
publikaz_normalized
Rusiya estradasının primadonnası Alla Puqaçovanın yeni istedadı üzə çıxıb. Onun sözlərinə görə, ifaçı həmişə gözəl rəsm çəkib, təsviri sənətə meyilli olsa da, nədənsə istedadını üzə çıxarmamağa üstünlük verib. Pərəstişkarları yəqin ki, onun vallarının görünüşünü xatırlayırlar. Belə ki, valların üz qabığındakı “Qulliver...
publikaz_normalized
Vatsap növbəti funksiyasını təqdim edib. Məxfiliyin qorunması üçün ismarıcı göndərdiyiniz şəxs ona yalnız bir dəfə qulaq asa biləcək. Həmçinin bu mesajı digər bir şəxsə göndərmək mümkün olmayacaq.
publikaz_normalized
Müğənni Təranə Qumral aktyor Müşviq Şahverdiyevi tənqid edib. Onların reytinqi bizdən sonra daha çox oldu. Parodiya etdiyin insanı heç olmazsa, yarısı qədər yamsılamağı bacarmalısan. Müşviqi tikanlamışam, qulağına da çatıb. Bir var insan parodiya edir, bir də var Müşviq kimi... İnsan parodiya etməlidir, amma hər şey çə...
publikaz_normalized
Səudiyyə Ərəbistanının idman naziri, şahzadə Əbdüləziz bin Turki Əl Faysal DÇ-2034-ə ev sahibliyi etmək üçün FİFA-nın sürətli prosesi haqqında danışıb. Şahzadə FİFA rəhbərliyinin ölkənin qalib gəlməsinə yol açdığına dair hər hansı iddianı rədd edir. “Bu, sadəcə bir nəzəriyyədir. Baxmaq lazımdır ki, futbolun nə faydası ...
publikaz_normalized
Qəzza zolağında baş verən münaqişələr zamanı 2 ayda 75 jurnalist ölüb. Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib. Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qıl...
publikaz_normalized
İsrail ordusu Qəzza zolağında məktəbdə sinif otağında HƏMAS-ın tunelinə girişi aşkarlayıb. Səhifədə dərc olunan bəyanatda qeyd edilir ki, “Qəzzanın mərkəzindəki Şucaya məscidinə aparan tunelin girişi şəhər məktəblərindən birinin sinif otağında yerləşib”.
publikaz_normalized
Birləşmiş Ştatlar İraqın paytaxtı Bağdaddakı səfirliyinin atəşə tutulmasını qətiyyətlə pisləyir, hadisənin araşdırılmasını və təqsirkarların məsuliyyətə cəlb olunmasını tələb edir. Cümə günü səhər tezdən Bağdadın mərkəzində yüksək mühafizə olunan "Yaşıl zona"ya raket hücumu olub, ərazidəki ABŞ səfirliyi hədəfə alınıb. ...
publikaz_normalized
Bakıda ana övladını taksidə qoyaraq qaçıb. “Gecəmiz təəssüf ki, rahat keçmədi. Körpənin anası övladını taksidə qoyaraq gedib. O, taksi sürücüsünə su alıb qayıdacağını bildirib. Hazırda körpə sığınacaqdadır”, - deyə M.Zeynalova qeyd edib.
publikaz_normalized
Saakaşvilinin partiyasında qarşıdurma":"Bir vaxtlar postsovet məkanında ən uğurlu dövlət, demokratiya modeli kimi qələmə verilən Gürcüstan bu gün mürəkkəb siyasi durumdadır. 20 il öncə baş verən "qızılgül inqilabı" ölkənin siyasi, iqtisadi həyatına və xarici siyasətinə köklü dəyişikliklər gətirdi. İnqilab və onun hakim...
publikaz_normalized
Ermənistandan Rusiyaya Gürcüstan vasitəsilə ötürülən yüklər Yuxarı Lars keçid məntəqəsində ilişib qalıb. Erməni hökuməti üçün ciddi başağrısına çevrilən Lars düyününün yaranma səbəbi Kremlin İrəvana xəbərdarlığı kimi də başa düşülür. Nikol Paşinyan hökuməti 3400 yük maşınının sərhəd-buraxılış məntəqəsində həftələrdir n...
publikaz_normalized
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Zambiya və ətraf regionda qarayara xəstəliyinin yayılma riskini yüksək qiymətləndirir. ÜST diqqəti ölkənin 10 əyalətindən 9-na təsir edən Zambiyada mövcud olan qarayara xəstəliyinin “görünməmiş” xarakterinə yönəldir. Əvvəlki böyük epidemiya 2011-ci ildə baş vermişdi. Həmin vaxt bu xəst...
publikaz_normalized
Difteriya yayılsa, daha dəhşətli olacaq":"Ölkədə qızılca sürətlə yayılır. Artıq məktəblərdə müəyyən siniflər bağlanır, davam edəcəyi təqdirdə distant təhsilə keçmək planlaşdırılır. İş o həddə çatıb ki, rəsmilər israrla peyvəndlə bağlı valideynlərə çağırış edir. Lakin peyvəndə hazırkı münasibət bir az fərqlidir. Təcrübə...
publikaz_normalized
ABŞ-ın Suriyanın şimal-şərqindəki Əl-Haseke vilayətinin Əş-Şəddadi şəhərindəki neft yataqlarında yerləşən bazası raket atəşinə tutulub. Bu barədə Pulika.az xarici mətbuata istinadən xəbər verir. Məlumata görə, baza dörd raketlə atəşə tutulub. Mərmilərin ABŞ hərbçilərinin baza kimi tutduğu Əl-Cəbsədə evlərin ərazisinə d...
publikaz_normalized
Yaxın günlərdə Azərbaycandan Rusiyaya quşçuluq məhsullarının, xüsusilə də ərzaqlıq yumurtanın ixrac olunmasına başlanılacaq. Səbəb bu ölkədə yumurta qıtlığıdır ki, nəticədə quş əti və yumurtanın qiyməti bahalaşıb. Ölkədə qiymət artımının qarşısının alınması üçün idxalın artırılması tapşırılıb. Azərbaycan Qida Təhlükəsi...
publikaz_normalized
Dekabrın 8-də ABŞ və Meksika 2027-ci ildə qadınlar arasında keçiriləcək dünya çempionatına birgə ev sahibliyi etmək üçün FİFA-ya təklif təqdim edib. Bu ölkələr qalib gəlsələr, kişilər arasında dünya çempionatına ev sahibliyi etdikdən bir il sonra qadınların da turnirini qəbul edəcəklər. Cümə günü ölkələrin qadınların t...
publikaz_normalized
Belçikanın “Virton” klubunun hücumçusu və Belçika millisinin sabiq üzvü İlombe Mboyo Brüsseldə atışma nəticəsində yaralanıb. Mənbənin sözlərinə görə, atışma narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan cinayətkar qruplar arasında münaqişə nəticəsində baş verib. 4 nəfər silahdan istifadənin təsadüfi qurbanı olub. O...
publikaz_normalized
11 ÖLÜ":"Meksikanın mərkəzində yerləşən Teskapilya şəhərində silahlı qrupun hücumu nəticəsində azı 11 nəfər ölüb. Məlumata görə, insident ərazidə fəaliyyət göstərən silahlı dəstənin fermerlərdən pul tələb etməsi nəticəsində baş verib. Yaralıların sayı barədə məlumat verilmir. Hücum zamanı həmçinin bir neçə avtomobil də...
publikaz_normalized
Fələstinin HƏMAS radikal hərəkatının tərəfdarları təslim olurlar. Onun sözlərinə görə, son 48 saat ərzində İsrail hərbçiləri 200-dən çox insanı saxlayıb. “Son 48 saat ərzində biz 200-dən çox şübhəlini saxladıq, onlardan onlarla adam istintaq üçün İsraildəki Kəşfiyyat Korpusunun 504-cü Bölməsinə və Baş Təhlükəsizlik Xid...
publikaz_normalized
Qətərin “Qatar Sports Investment” (QSI) şirkəti PSJ-nin azlıqdakı payını Amerika investisiya şirkəti “Arctos Partners”ə satıb. Mənbələrə görə, “Arctos”, 4,25 milyard avro dəyərində olan Fransa çempionunun 12,5% payını alıb. QSI klubdakı bütün qərarlara tam nəzarət etməyə davam edəcək. “Arctos Partners”ın sərmayəsi stad...
publikaz_normalized
Şuşa şəhər 1 nömrəli məktəbin direktoru vəzifəsinə təyinat olub. Qeyd edək ki, Səbinə Gözəlovanın atası Mikayıl Gözəlov Şuşa Rayon İcra Hakimiyyətinin başçısı olub. Mikayıl Gözəlov 1948-ci il aprel ayının 5-də Ağdam rayonunun Mərzili kəndində anadan olub. Novruzlu kənd orta məktəbini bitirdikdən sonra o zamankı Azərbay...
publikaz_normalized
Çinin keçmiş lideri Mao Szedunun imzaladığı rəsmi dövlət ziyafət menyusu 275 min dollara hərraca çıxarılıb. Bostonda yerləşən “RR Auction”, Pakistanın sabiq Baş naziri Hüseyn Şahid Suhravardinin Çinə ilk dövlət səfərini qeyd etmək üçün 1956-cı il oktyabrın 19-da Pekində təşkil olunmuş ziyafət üçün hazırlanmış menyunun ...
publikaz_normalized
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 26-da axşam saatlarında rayonun Bankə qəsəbəsi ərazisində yerləşən şəhid ailəsinə məxsus fərdi yaşayış evinə qanunsuz daxil olaraq ev sahibinə qarşı soyğunçuluq etməkdə şübhəli bilinən şəxs - rayonun Mirzəqurbanlı kənd sakini Aqil ...
publikaz_normalized
Siqaret çəkmək və qəhvə müxtəlif növ artritlərin inkişaf riskini birbaşa artırır. Araşdırmaya əsasən osteoartrit (oynaq qığırdaqlarının quruluşunun pozulmasına yol açan xəstəlik-red) və romatoid artrit oynaqlarda və sümüklərdə qığırdaqların pisləşməsinə səbəb olur. Bunlar dünyada 500 milyondan çox insanın ağrıdan əziyy...
publikaz_normalized
Saat 00:00 radələrində "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) məxsus lokomotiv Tovuz-Qovlar mənzilində hərəkətdə olarkən 1998-ci il təvəllüdlü Tovuz rayonu Hacıhəsənli kənd sakini Eldəniz İsmayıl oğlu Cəfərov dəmir yolu xəttini müəyyən olunmamış yerdən qəfil keçməyə cəhd edib. Maşinist təcili tormozlama aparsa da, toq...
publikaz_normalized
Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Bakıda noyabrın sonlarında keçirilən SPECA sammiti çərçivəsində “Euronews” telekanalına müsahibə veriblər. “Euronews”un müxbiri Qalina Polonskaya Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə danışıb, l...
publikaz_normalized
Şimali Koreya yaxın gələcəkdə orbitə daha çox müxtəlif kəşfiyyat peykləri çıxarmağı planlaşdırır. Reallıqlar bizdən yaxın gələcəkdə Koreya yarımadası və Sakit Okean da daxil olmaqla operativ bölgələrində məlumat toplamaq və izləmək üçün orbitə getdikcə daha çox müxtəlif kəşfiyyat peykləri qoymağı tələb edir", - deyə bi...
publikaz_normalized
8-ci kilometr bazarının bir hissəsində süd və süd məhsullarının satışı qadağan edilib. Baxış zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının pozulduğu müəyyən edilib. AQTA-nın İctimaiyyətlə əlaqələr sektorunun müdiri İlkin Kərimov bildirib ki, araşdırma zamanı həmçinin ba...
publikaz_normalized
Bakının Nərimanov rayonunda ümumi sahəsi 1880 m² (hər mərtəbəsi 470 m²) olan dördmərtəbəli mebel salonunun 3-cü mərtəbəsində 50 m² sahədə yığılan yumşaq mebel dəsti yanıb. Bildirilib ki, mebel salonu yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
publikaz_normalized
Ağsuda xeyli sayda silah-sursat aşkar edilib, 6 odlu silah isə könüllü təhvil verilib. Son 1 gün ərzində keçirilən profilaktiki tədbirlər nəticəsində isə rayon sakinləri müvafiq icazələri olmadan qanunsuz olaraq saxladıqları müxtəlif markalı 6 ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər. Şöbə əməkdaşları tərəfin...
publikaz_normalized
8 nəfər öldü - QƏTİYYƏN YEMƏYİN":"Xarab qovunun səbəb olduğu salmonella epidemiyası nəticəsində ABŞ-da 3, Kanadada 5 olmaqla 8 nəfər ölüb. ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) verdiyi açıqlamada, noyabrın ortalarından bəri 38 ştatda 230 nəfərin salmonella epidemiyasından təsirləndiyi bild...
publikaz_normalized
Zəlzələ baş verir və Xəzərin dibi öz quruluşunu dəyişir. Yarğanlar, çuxurlar, dərin çalalar əmələ gəlir ki, bu da, xüsusilə yay aylarında hər birimiz üçün təhlükə deməkdir. Ona görə də dənizə gedərkən diqqətli olmalıyıq. Bəlkə də elə bunun nəticəsidir ki, son bir neçə il ərzində yay fəslində dənizdə batanların sayı xey...
publikaz_normalized
onlar bu ada görə utanacaqlar":"Ukrayna sakinləri asanlıqla millətçiliyi unudacaq və münaqişə bitdikdən sonra səhvlərindən peşman olacaqlar. Onun sözlərinə görə, 20 ildən sonra heç kim Ukrayna Millətçiləri Təşkilatının lideri Stepan Banderanın fanatlarının ölümünə təəssüflənməyəcək. “Bəlkə onların sağ qalan qohumları d...
publikaz_normalized
10:02" "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də “Euronews” televiziyasına müsahibə verib. Müsahibə dekabrın 9-da “Euronews”da yayımlanıb. Avropa Yenidənqurma və İnkişaf Bankının 2023-cü il üzrə hesablamalarına görə Azərbaycan və Mərkəzi Asiya regionu ölkələri ciddi iqtisadi inkişafa nail olubl...
publikaz_normalized
Tovuzda yol nəqliyyat hadisəsi baş verib. Hərəkətdə olan iki "VAZ" markalı minik maşınları toqquşub. Qəza zamanı bir neçə nəfərin xəsarət aldığı bildirilir.Yaralılar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
publikaz_normalized
Azərbaycanın iqtisadi inkişafının təməlində əsasən tərəfimizdən aparılmış islahatlar dayanır. Biz iqtisadiyyatımızı şaxələndirməyə, neft və qaz sektorundan asılılığı azaltmağa nail olmuşuq. Ancaq neft və qaz sektoru iqtisadiyyatımızın əsas hissəsi olmaqda davam edir. Bu il neft hasilatının cüzi aşağı düşməsi səbəbindən...
publikaz_normalized
Dünyaca məşhur fransız aktyor Jerar Depardyeyə qarşı təcavüz iddialarına yenisi əlavə edilib. Həmin vaxt 26 yaşı olan Darras aktyorun ona "sanki bir ət parçası kimi baxdığını", ona əli ilə təcavüz etdiyini soyunub-geyinmə otağına dəvət etdiyini deyib. 74 yaşlı Depardyeyə qarşı indiyədək 13 qadının oxşar ittihamlar irəl...
publikaz_normalized
Xarici borcumuz ümumi daxili məhsulun 10 faizindən aşağıdır...":"Biz, həmçinin xarici borcumuzun səviyyəsinin azaldılması istiqamətində fəal işlədik və bu gün bu rəqəm ümumi daxili məhsulun (ÜDM) 10 faizindən aşağıdır. Növbəti il üçün hədəf ÜDM-in 7 faizidir. Bu isə Azərbaycanın iqtisadiyyatının dayanıqlılığını nümayiş...
publikaz_normalized
Xarici sərmayələrə gəldikdə, əlbəttə, yanacaq enerjisi sahəsinə investisiyaların qoyuluşu davam edəcək. Çünki təbii ehtiyatlar baxımından Azərbaycanda böyük potensial var, Avropada Azərbaycan qazına böyük ehtiyac var və bu ehtiyac artmaqdadır. Əhəmiyyətli inkişafın bərpaolunan enerji mənbələri ilə bağlı olduğunu vurğul...
publikaz_normalized
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində regionda rəqabət, yoxsa əməkdaşlıq müşahidə etməsi ilə bağlı müxbirin sualını cavablandırıb. “Azərbaycana gəldikdə mən əməkdaşlıq görürəm. Bu da ölkəmizin siyasəti ilə bağlıdır. Biz hər zaman Azərbaycanı istənilən rəqabətdən, geosiyasi mübarizədən və ya böy...
publikaz_normalized
Bizim enerji sahəsinin inkişafı neft hasilatından təbii qaz istehsalına keçid edib. Bununla yanaşı, bizim neft hasilatımız və ixracımız hələ də bir çox ölkənin enerji təhlükəsizliyinin bir hissəsidir. Üç il öncə 3500 kilometr uzunluğunda inteqrasiya edilmiş qaz boru kəmərlərindən ibarət olan Cənub Qaz Dəhlizinin başa ç...
publikaz_normalized
Bizim əsas dövlət xərclərimiz azad edilmiş Qarabağa və Şərqi Zəngəzura yönləndiriləcək. Birincisi, ona görə ki, biz keçmiş məcburi köçkünləri mümkün qədər tez yerləşdirməliyik. 2026-cı ilin sonunadək biz 140 min insanı yerləşdirməyi planlaşdırırıq. Bunun üçün infrastruktura, yaşayış yerlərinin inşasına və sosial infras...
publikaz_normalized
Bizim çox sabit siyasi sistemimiz var, xalqımızın çox güclü birliyi var, xüsusilə işğal olunmuş ərazilərimizin azad edildiyi tarixi Qələbədən sonra. Bizim iqtisadi fəaliyyətimiz uğurludur. Bizim iqtisadiyyatımız özümüzü təmin edir, biz xarici kreditlərdən asılı deyilik. Qeyd etdiyim kimi, növbəti il xarici borc ÜDM-in,...
publikaz_normalized
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində Ermənistan ilə Azərbaycan arasında sülhə nail olunması ilə bağlı sualı da cavablandırıb. “Vaxt qrafiki ilə bağlı mən nikbin fikirdə idim, çünki biz Azərbaycanın özünün hazırladığı sülh sazişinin ilkin layihəsi ilə bağlı şərhləri bir neçə dəfə Ermənistanla m...
publikaz_normalized
Danışıqlar prosesinin təxminən üç ili ərzində, Ermənistan hər zaman sülh sazişinə Qarabağın erməni azlığına dair müddəanı salmaq istəyirdi. Bizim mövqeyimiz ondan ibarət idi ki, bu, bizim daxili işimizdir. Dövlətimizin başçısı bildirib: “Əgər onlar Azərbaycanda erməni azlığı məsələsini əks etdirmək istəyirlərsə, onda b...
publikaz_normalized
Qarabağ erməniləri ilə bağlı atdığımız addımlar göstərdi ki...":"Öz evlərini tərk etmiş insanlara (Qarabağ erməniləri – Red.) gəldikdə, əvvəlcə, bu, onların öz qərarı idi. Qarabağ erməniləri ilə bağlı ictimaiyyətə verdiyimiz bəyanat və sonradan atdığımız addımlar göstərdi ki, biz istəyirdik onlar qalsınlar. Biz açıq şə...
publikaz_normalized
Bu cadugər işidir":"ABŞ-ın keçmiş prezidenti Donald Tramp Nyu-York məhkəməsində fırıldaqçılıq ittihamı ilə mühakimə olunduğu işlə bağlı deyib ki, bu, cadugər ovu və yalançılıq davasıdır. Bu ölkədə daha əvvəl heç kim belə bir şeylə üzləşməyib”, - deyə qeyd edib. Sözügedən vəziyyətin çox ciddi olduğunu bildirən Tramp hak...
publikaz_normalized
Azərbaycan çoxmillətli, çoxkonfessiyalı bir ölkədir. Azərbaycanda bir çox etnik qruplar var. Bu etnik qrupların bəziləri, bir neçəsi, onlara mənsub olan insanlar Qarabağda erməni əhalisindən qat-qat çoxdur. Onların hamısı sülh içində yaşayır, onlar bütün hüquq və təminatlardan faydalanırlar. Bizim Qarabağ ermənilərinə ...
publikaz_normalized
Dünya Qəzzanın şimalında İsrail ordusu tərəfindən saxlanılan onlarla yarıçılpaq fələstinlinin görüntülərindən danışır. İsrail “bu şəxslərin HƏMAS-la əlaqəsi olub-olmadığını araşdıracağını” bildirdiyi halda, məhbuslar arasında qeyri-insani rəftara məruz qalan mülki şəxslərin də olduğu deyilir. Qəzza zolağının şimalındak...
publikaz_normalized
İş və istirahət günlərinin yerləri dəyişdirilib. Qərarla iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü ilin 4 və 5 yanvar iş günləri ilə müvafiq olaraq 2023-cü ilin 30 dekabr və 2024-cü ilin 7 yanvar istirahət günlərinin yerləri dəyişdirilib.
publikaz_normalized
Gələn il üçün Novruz, Ramazan və Qurban bayramlarının vaxtı açıqlanıb. Qərarla 2024-cü il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, aprelin 10, 11-i Ramazan bayramı, iyunun 16, 17-si Qurban bayramı günləri müəyyən edilib.
publikaz_normalized
İngiltərənin paytaxtı Londonda dəmir yolu xəttinin elektrik kabellərində yaranan nasazlıq səbəbindən qaranlıq və soyuq havada sərnişinlər qatarlardan düşərək relslərin üzərində hərəkət ediblər. Paddington və Reading arasında bütün qatarların hərəkəti dayandırılıb. Londonun mərkəzini şəhərətrafı ərazilərlə birləşdirən E...
publikaz_normalized
Bakıda anası tərəfindən atılmış uşaq sığınacağa yerləşdirilib. O, sürücüyə su alıb qayıdacağam deyərək geri dönməyib. Taksi sürücüsü hadisə ilə bağlı polisə müraciət edib. Polisin müşayiəti ilə azyaşlı “Qadın və Uşaq Sığınacağı”na yerləşdirilib. Sığınacaqdan bildirilib ki, uşaq qidalanıb və orada ona yer ayrılıb, səhhə...
publikaz_normalized
Rusiya Federasiyasının prezidenti Vladimir Putin 2024-cü il seçkilərində qalib gəlsə, ölkəyə rəhbərlik etdiyi müddətə görə SSRİ lideri İosif Stalini keçəcək. Bundan əvvəl Putinin 2024-cü ildə Rusiya Federasiyasında keçiriləcək prezident seçkilərində iştirak edəcəyi məlum olub. “Der Spiegel” xatırladıb ki, Rusiyanın haz...
publikaz_normalized
Almaniya hökumətinin Qəyyumlar Şurasının sədri Əzza Süleymanın "Qəzzada müharibənin dayandırılması" çağırışını imzalaması səbəbi ilə Misirdəki Qadın Problemləri Fonduna maliyyə yardımını kəsdiyi açıqlanıb. Misirdə Qadın Problemləri Vəqfinin Qəyyumlar Şurasının sədri və mükafatlı qadın hüquqları müdafiəçisi Əzza Süleyma...
publikaz_normalized
General-polkovnik Məhərrəm Abış oğlu Əliyev hərbi geyim formasını daşımaq hüququ verilməklə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən istefaya buraxılıb.
publikaz_normalized
Azərbaycan Prezidenti İlham Əliyev ölkənin Belarusdakı səfiri Ülvi Vaqif oğlu Baxşəliyevin geri çağırılması barədə sərəncam imzalayıb. Dövlət başçısının digər bir sərəncamı ilə Məhərrəm Abış oğlu Əliyev Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
publikaz_normalized
Hüseyn Nizami oğlu Nəcəfov Azərbaycan Respublikasının Rumıniyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Dövlət başçısının digər Sərəncamı ilə Qüdsi Dursun oğlu Osmanov Azərbaycan Respublikasının Rumıniyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
publikaz_normalized
Qüdsi Dursun oğlu Osmanov Azərbaycan Respublikasının Moldova Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın. Dövlət başçısının digər Sərəncamı ilə Ülvi Vaqif oğlu Baxşəliyev Azərbaycan Respublikasının Moldova Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin
publikaz_normalized
fəlakətli nəticələr ola bilər":"Vaşinqton və Kiyev Ukrayna Prezidenti Vladimir Zelenski ilə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı arasındakı fikir ayrılıqlarına dair fikir mübadiləsi aparıblar. “Görüşlər zamanı Zelenski ilə bir neçə ukraynalı general, o cümlədən Zalujnı arasında münasibətlərin p...
publikaz_normalized
Bu, hər il 40 milyon qadına təsir edir":"Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hər il ən azı 40 milyon qadının doğuşdan sonrakı sağlamlıq problemləri ilə üzləşdiyini və bu kimi xəstəliklərin böyük ölçüdə tanınmadığını diqqətə çatdırıb. ÜST həmçinin bildirib ki, səhiyyə sistemlərinin doğuşdan sonrakı problemləri tanıması an...
publikaz_normalized
Üz gərmə əməliyyatı etdirən aparıcının son paylaşımında bir gözündəki problem diqqətdən yayınmayıb. Aparıcının pərəstişkarları onun bu halını tanıya bilməyib.(milli.az)" "Həmin görüntüləri təqdim edirik:
publikaz_normalized
Dünəndən internetdə 2 Rusiya vətəndaşının İrəvanda açıq-aşkar xuliqanlıq etdiyini, çiçəkçinin əmlakına ziyan vurduğunu, meyvə satıcısına meyvə atdığını, yaşlı qadını ələ saldığını əks etdirən videolar yayılır. Xatırladaq ki, bundan əvvəl İrəvan Ağsaqqallar Şurasının keçmiş üzvü Aşot Sarkisyan öz "Facebook" səhifəsində ...
publikaz_normalized
Beynəlxalq arenada biz müstəqil siyasət yürütməyə davam edəcəyik. Azərbaycanın BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına dördüncü ildir sədrlik etdiyini xatırladan dövlət başçısı vurğulayıb: “Bir çox üzv ölkənin - 120 üzv ölkənin ümumi rəyinə əsasən Azərbaycan Qoşulmama Hərəkatına yeni ...
publikaz_normalized
Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib. Belə ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi tərəfindən Bakı şəhərinin Nizami ra...
publikaz_normalized
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Euronews” televiziya kanalında 2023-cü il dekabrın 9-da yayımlanmış müsahibəsində və 2023-cü il dekabrın 7-də “Qarabağ: Nailiyyətlər və çətinliklər” Forumunda çıxışında Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququna ifadə etdiyi dəstəyi alqışlayır v...
publikaz_normalized
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) həftəsonu müşahidə olunan hava şəraiti ilə əlaqədar sürücülərə xəbərdarlıq edib. Bildirilib ki, hazırda​ müşahidə olunan yağışlı,​ dumanlı hava şəraiti​ yollarda qəza riskini əhəmiyyətli dərəcədə artırır. Xüsusilə gecə və səhər saatlarında dumanlı, yaxud çiskinli hava görünüş məsaf...
publikaz_normalized
Dünyanın ən uzun ömür sürən insanları dedikdə ağıla ilk gələn yaponlardır. Onların bu qədər uzun yaşamasının ən böyük səbəblərindən biri birbaşa istehlak etdikləri qida ilə bağlıdır - bənövşəyi kartofla. Bu yeməyi yedikcə beyinləri təzələnir və ömürləri uzanır. bənövşəyi kartof bölgədə yaşayan insanların ən çox istifad...
publikaz_normalized
X" sosial media platformasının baş icraçı direktoru (CEO) Linda Yaccarino dekabr ayında 10 milyondan çox insanın qeydiyyatdan keçdiyini açıqladı. “Nev York Times”a görə, “X” reklamların ləğvi səbəbindən ilin sonuna qədər 75 milyon dollara qədər reklam gəliri itirmək riski daşıyır. Mövzu ilə bağlı Ağ Evdən edilən açıqla...
publikaz_normalized
Alimlər yaraların və zədələnmiş toxumaların sağalmasına kömək etdiyi güman edilən "antrobotlar" adlı canlı kiçik robotlar istehsal ediblər. Tədqiqatçılar yaraları və zədələnmiş toxumaları sağaltmağa kömək edə biləcəyi düşünülən bu hüceyrələrlə canlı kiçik robotlar yaratdılar. Alimlərin bu işi əvvəllər istehsal etməyə m...
publikaz_normalized
Məni öldürməyə çalışırlar":"ABŞ prezidenti Co Baydenin oğlu Hanter Bayden federal prokurorun müxtəlif ittihamlar səsləndirməsindən sonra qatıldığı proqramda “Məni öldürməyə çalışırlar” deyib. Atamın bu ağrıya dözə bilməyəcəyini bildikləri üçün məni öldürməyə çalışırlar. Bu yolla onu vəzifəsindən uzaqlaşdırmağa çalışırl...
publikaz_normalized
Dövlət Neft Fondunun 2024-cü il üçün büdcə layihəsinin Azərbaycan Prezidentinə təqdim olunacaq. Azərbaycanın Baş naziri, RDNF-in Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində Dövlət Neft Fondunun 2024-cü il üçün büdcə layihəsi, Fondun investisiya siyasəti, investisiya portfelinin val...
publikaz_normalized
Bakıda və bölgələrdə dekabrın 10-na olan hava proqnozu açıqlanıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. Səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi ax...
publikaz_normalized
Fransalı ifrat sağçı deputat Marin Le Penin Avropa İttifaqına aid vəsaitləri mənimsədiyinə görə mühakimə olunacağı bildirilir. 2024-cü il martın 27-də Paris Cinayət Məhkəməsində Aİ vəsaitlərinin sui-istifadəsi ilə bağlı işin ilk iclasına baxılacaq. Açıqlamada Le Penin heç bir cinayət törətmədiyi iddia edilib. İddiaya g...
publikaz_normalized
Xəbər verildiyi kimi, 3 gün əvvəl Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə sərnişin Əliyev Raul Əziz oğlu hadisə yerində almış olduğu xəsarətlərdən ölüb, sürücü isə müxtəlif dərəcəli xəsarətlərlə Zərdab Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Hadisədə vəfat edən Raulun fotosunu təqdim edirik....
publikaz_normalized
Bakıda daha bir taksi sürücüsü ilə müştəri arasında insident baş verib. O bildirib ki, taksi sifariş verib və 6-7 dəqiqə sonra görüb ki, taksi yanlarından keçib gedib. Müştəri taksi sürücüsünə zəng edəndə sürücü bildirib ki, ödəniləcək məbləğ ona sərf eləmir və bu səbəbdən getmir. Müştəri iradını bildirəndə sürücü söyü...
publikaz_normalized
Sərəncama əsasən, Tapdıq Vaqif oğlu Əliyev Naxçıvan Muxtar Respublikası İqtisadiyyat nazirinin müavini təyin edilib.
publikaz_normalized
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə dekabrın 9-da 2023-cü ilin yekunlarına dair nazirliyin Kollegiya iclası keçirilib. İclasda Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti, qoşun xidmətinin təşkili və aparılması geniş təhlil edilib. Çıxış edənlər Azərbaycan Respublikasının...
publikaz_normalized
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun bundan sonra da qarşıya qoyulan istənilən tapşırıqların dəqiq icrasına hazır olduğunu qeyd edib. Nazir Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun regionda sülhün bərqərar olmasına zəmin yaratdığını vurğulayıb. Z.Həsənov Azərbaycan Prezident...
publikaz_normalized
Bakıda stomatoloji klinikada rentgen-müayinə fəaliyyəti dayandırılıb. Bu çərçivədə, Agentlik tərəfindən Bakı şəhəri, Nəriman Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində fəaliyyət göstərən fiziki şəxs Məmmədov Rövşən Afiq oğluna məxsus stomatoloji klinikada sahibkarın müraciəti əsasında keçirilmiş yoxlama tədbirləri za...
publikaz_normalized
ABŞ-də yerləşən və beynəlxalq hərbi güc məlumatlarını paylaşan "Global Firepower" adlı internet saytı 2023-cü ilin ən güclü ordularının siyahısını paylaşıb. NATO-nun 2-ci böyük ordusuna sahib olan Türkiyə siyahıda bir çox mühüm ölkəni geridə qoyaraq 11-ci sırada yer alıb. İlk 5-likdə isə ABŞ, Rusiya, Çin, Hindistan və ...
publikaz_normalized
məni xəstə oğlunla evləndirdin ki...":"Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canana Həmidova haqqındakı iddialara cavab verib. İnsan yalana görə atasının goruna lənət oxutdura bilərmiş. Atana mən nəzarət edirdim, evdə tək qoyub getmişdin. Biz 14-cü onlar isə aşağı mərtəbədə qalırdı. Xəstə kişinin aşağı düş...
publikaz_normalized
ABŞ-ın Stenford Universitetinin tədqiqatçıları qan analizi ilə 11 orqan və toxumada olan zülalları tədqiq edərək, onların sürətlə qocalıb-yaşlanmadığını müəyyən etmək mümkün olduğunu təyin ediblər. Orqanların tez və yavaş yaşlanmasını araşdıran tədqiqatçılar qan testləri ilə sürətlə qocalan orqanların aşkar edilməsinin...
publikaz_normalized
Yeni Zelandiya Hava Yolları, 2026-cı ildən etibarən yük daşımaları üçün elektrik təyyarələrindən istifadə edən ilk hava yolu şirkəti olmağı hədəf aldığını açıqlayıb. Yeni Zelandiya Hava Yollarının Davamlı İnkişaf üzrə rəhbəri Kiri Hannifin bildirib ki, məqsəd kommersiya uçuşlarında yeni nəsil təyyarələrdən istifadə edə...
publikaz_normalized
Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Rusiyanın hazırkı lideri Vladimir Putinin prezident seçkilərində namizədliyini dəyərləndirib. Bu barədə deyəcəklərim budur. Dekabrın 8-də Rusiya Qəhrəmanlarına ulduzların təqdim edilməsi mərasimindən sonra DXR parlamentinin spikeri Artem Coqa Putindən prezid...
publikaz_normalized
İsrailin 7 oktyabrdan bəri hücumlarını davam etdirdiyi Qəzza zolağında can itkisi son 24 saatda 310 nəfər artaraq 17 min 487 nəfərə çatıb. Hücumlarda həyatını itirənlərin cənazələri Deyr Əl-Bələh şəhərindəki Əqsa Şəhidləri Xəstəxanasına gətirilib.
publikaz_normalized