text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Xankəndi şəhər stadionunda yenidənqurma işləri davam edir. Hazırda arenanın tribunalarında yeni oturacaqlar quraşdırlır. Stadionun otaqları təmir olunur və müasir tələblərə cavab verilməsi üçün çatışmazlıqlar aradan qaldırılır. İşlərin növbəti həftə ərzində başa çatacağı gözlənilir. Çünki dekabrın 21-də Azərbaycan kubo...
publikaz_normalized
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası baş nazirinin Aparatı arasında qəbul olunmuş birgə bəyanat qarşılıqlı sülh gündəliyinin irəli aparılması və ölkələrimiz arasında münasibətlərin normallaşdırılması üçün qarşılıqlı siyasi iradənin bir daha nümayişidir. Prezident vurğulayıb ...
publikaz_normalized
Ukraynalı boksçu Andrey Yarçevski müharibədə həlak olub. Andrey "Azov"un tərkibində cənub cəbhəsində Ukraynanın sərhədlərini qoruyub. 2023-cü ilin avqustunda “Qabaqcıl Mühafizə” sıralarına qoşulub və minaatan atıcı vəzifəsini yerinə yetirib. Andrey Yarçevski uşaqlıqdan boksla məşğul olub. Ukrayna millisinin üzvü həvəsk...
publikaz_normalized
Ölkənin ən sürətlisi “Bakcell” Bakının ilk dəfə ev sahibliyi etdiyi Beynəlxalq Avtomobil Federasiyası (FIA) Prize-Giving ceremony - Mükafatlandırma mərasiminin sürət tərəfdaşı oldu. FIA Mükafatlandırma mərasimi bir çox sürət yarışlarında qalib olan pilotların, avtomobil idmanı cəmiyyəti və azarkeşlərinin ən çox gözlədi...
publikaz_normalized
Prezident İlham Əliyev Gədəbəy rayonunun Kiçik Qaramurad‒Cəfərli‒Əyrivəng‒Alnabat‒Kərimli‒İnəkboğan‒Göyəmli‒Şınıx‒Göyəlli‒Çobankənd‒Şahdağ‒Çiçəkli avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğ...
publikaz_normalized
Prezident İlham Əliyev Bakı şəhərinin Pirallahı rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Maliyyə Nazirliyi Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti isə Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
publikaz_normalized
Pensiyalarla bağlı qanunvericiliyin pozulması işlərinə baxılması qaydasına dəyişiklik I oxunuşda təsdiqlənib. Belə ki, Məcəllənin 16-1-ci fəsli əmək, məşğulluq, əmək pensiyaları, sosial müavinətlər və icbari sığorta sahələrində qanunvericiliyin pozulması ilə əlaqədar olan inzibati xətalarla bağlı işlərə müvafiq informa...
publikaz_normalized
Mossad Türkiyə, Qətər və Livanda HƏMAS-a bağlı olduğunu iddia etdiyi fiqurları öldürməklə hədələsə də, İsrailin “İbrahim razılaşması” bağladığı ərəb ölkələrini hədəf almaması diqqət çəkib. Kəşfiyyat və təhlükəsizlik ekspertləri İsrailin təhdidini qiymətləndirib. Kəşfiyyat mənbələri bu cür əməliyyatlara icazə verilməyəc...
publikaz_normalized
Uşağa görə əlavəni məhdudiyyət qoyulmadan işsiz kimi qeydiyyata alınan bütün sığortaolunanlar alacaq. Qanuna əsasən, minimum sığorta ödənişi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum aylıq əməkhaqqı məbləğinə bərabər tutulur. Hazırda qüvvədə olan qanuna əsasən, himayəsində 18 yaşa çatmamış uşaq...
publikaz_normalized
Torpaq payı olan vətəndaşların işsizlikdən sığorta ödənişi almaq hüququ olacaq. "Layihədə qeyd edilib ki, qanuna işsizlikdən sığorta ödənişinin verilməsi üçün əsas olan əmək müqaviləsinə xitam verilməsinin əsasları əlavə edilir. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.
publikaz_normalized
“Səhhətimlə əlaqədar vətəndən uzaqda olanda məni axtarıb tapdınız, danladınız ki, kömək etmək, yardım etmək məsələsini niyə deməmisiniz”. “Lakin mən ailəmdən başqa heç kimə deməmişəm. Bunu sizə bildirəndə siz də dediniz ki, Milli Məclis sənin ailən deyilmi? Bu mənə bir şapalaq kimi dəydi. Haqlısınız, Milli Məclis bizim...
publikaz_normalized
Şabran rayonunda qarşısına çıxan hər kəsi öldürəcəyini deyən şəxs tutulub. O, qarşısına çıxan hər kəsi və daha sonra özünü öldürəcəyini bildirib. Müraciət daxil olandan sonra polis əməkdaşları M.Həsənovun yerini müəyyən edib. Onun saxlanması məqsədilə tədbir həyata keçirilib. Bu zaman 51 yaşlı şəxs müqavimət göstərib v...
publikaz_normalized
Azərbaycanla Ermənistan arasında əldə olunan razılıq əsasında hərbi qulluqçuların dəyişdirilməsi prosesinin hansı şəraitdə keçirilməsi məlum olub. Azərbaycanın Ermənistanda olan 2 hərbi qulluqçusu (Hüseyn Axundov və Aqşin Bəbirov) isə həmin təyyarə ilə Bakıya gətiriləcək. Qeyd edək ki, əsir mübadiləsi üzrə danışıqlar b...
publikaz_normalized
Türkiyə dərhal hərəkətə keçməlidir ki...":"Bu irəliləyiş Cənubi Qafqazda sülhün bərqərar olması üçün son dərəcə vacibdir. Təkcə əsirlərin mübadiləsi üçün deyil, həm də Azərbaycan və Ermənistanın bəzi beynəlxalq forumlarda bir-birini dəstəkləməsi son dərəcə vacibdir". O bildirib ki, Ermənistanın Qərblə olan münasibətlər...
publikaz_normalized
Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən məşhur “Saxara” gözəllik salonunda insident baş verib. O, gözəllik salonunun darağı ilə güzgünü sındırıb, həmçinin, sakitləşməsi üçün işçilərin verdiyi su bardağını yerə çırparaq sındrıb. Hadisədən sonra salonun sahibi polisə şikayət edib. 2006-cı il təvəllüdlü L.Əmirova (...
publikaz_normalized
Bir qrup amerikalı konqresmen və senator ənənələrinə sadiq qalaraq Azərbaycanla bağlı növbəti böhtan mahiyyətli məktubla çıxış edib. Azərbaycanı “Qarabağa təcavüz etməkdə” ittiham edən birgə məktubun ən absurd tərəfi ondan ibarətdir ki, konqresmenlər və senatorlar işğal altında qalan 8 Azərbaycan kəndini “erməni kəndi”...
publikaz_normalized
Azərbaycan Mərkəzi Bankı könüllü müraciət əsasında “Naxçıvan Sığorta”nın lisenziyasını ləğv edib. Naxçıvan Sığorta ASC-nin mövcud maliyyə göstəriciləri Cəmiyyətin öhdəliklərinin tam və vaxtında icra edilməsinə imkan verir. Cəmiyyətin ləğvetmə prosesi Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində nəzarətdə sax...
publikaz_normalized
Qərb xeyir vermək əvəzinə...":"“Bu, çox ümidverici başlanğıcdır, çünki həmişə belə bir addımların ilki böyük başlanğıclara yol açır. Əgər bu baş veribsə, deməli, buna qədər artıq razılıq əldə olunub. Birinci şəxslər prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan öz razılığını verib və təmaslar başlanılıb”. Tofiq Ab...
publikaz_normalized
Biz Azərbaycan və Ermənistanın...":"“Biz Azərbaycan və Ermənistanın birgə bəyanatını alqışlayırıq”. Biz Azərbaycan və Ermənistanın münasibətləri normallaşdırmaq və sülh müqaviləsi bağlamaq niyyətləri barədə birgə bəyanatını alqışlayırıq. Bu, bütün Cənubi Qafqazın sabitliyinə, təhlükəsizliyinə və rifahına təkan olar. Bi...
publikaz_normalized
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dekabrın 8-də Bakıda səfərdə olan Avropa Şurasının (AŞ) Baş katibi Mariya Peyçinoviç Buriç ilə görüşüb və onu Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırıb. Qeyd olunub ki, görüş zamanı Azərbaycan və AŞ arasında mövcud əməkdaşlıq gündəliyində duran məs...
publikaz_normalized
Ukraynada müharibəni Rusiyanın əleyhinə dəyişən “Starlink” peyk sisteminin Gürcüstanda fəaliyyətə başlaması “Moskvanın kabusu Cənubi Qafqazda” suallarını ön plana çıxarır. Ukrayna müharibəsi başlayanda əsas diqqətçəkən məqamlardan biri Rusiya hərbi donanmasının rahat şəkildə hərəkət etməsi idi, lakin Qərbin hərbi yardı...
publikaz_normalized
Yasamal rayonunun Abbas Mirzə Şərifzadə küçəsində qeyri-adi yol qəzası baş verib. Daha sonra sürücünün idarəetməsindən çıxan “Chevrolet” yolun kənarında park edilmiş “Renault” markalı minik avtomobilinin üstünə çıxıb. Xoşbəxtlikdən hadisə nəticəsində ciddi xəsarət alan olmayıb.
publikaz_normalized
Oynadığım rollara heç vaxt baxmıram, çünki..." - VİDEO":"“İstər tamaşa, istərsə də film olsun, oynadığım rollara heç vaxt baxmıram. Baxmağa qorxuram ki, başlayacağam səhvlər axtarmağa. Özümə qarşı o qədər tələbkaram ki, bəlkə də bundan irəli gəlir”. Sənətçi bildirib ki, istər həyatda, istərsə də sənətdə öndə olmaq kimi...
publikaz_normalized
Bu gün Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə dekabr ayının pensiyaları ödənilib. Yaxın günlərdə isə digər bölgələr üzrə bu ayın pensiyaları, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları ödəniləcək.
publikaz_normalized
Türklər döyüşdən qaçmır, sadəcə...":"İran əvvəlki kimi yenə də Ermənistanın tərəfindədir. Qərblə İranın erməni tərəfdə görüşdüyü qəribə mənzərə yaranır. Azərbaycan Ermənistan problemini təkbaşına həll edə biləcək gücdədir. Amma ondan dərhal sonra İran da peyda olur. İranın belə gərginlikdə iştirak etmək üçün hər cür mo...
publikaz_normalized
“Ər ezamiyyətdən evə qayıdır və arvadını...” - bir çox məşhur lətifələr belə başlayır. Həyatda belə bir hadisənin baş verməsi isə olduqca kədərlidir. Müasir azarkeşlərin Rusiya Premyer Liqasının bir sıra komandalarında məşqçi kimi fəaliyyətindən tanıdığı “Torpedo”nun və SSRİ yığmasının keçmiş hücumçusu Valeri Petrakov ...
publikaz_normalized
Bu məhsul xərçəngdən qoruyur":"Çikaqodakı Kaliforniya Universitetinin alimləri insanı xərçəng xəstəliyindən qoruyan və ömrü uzadan qidaların siyahısını tərtib ediblər. Xüsusilə onlar müəyyən ediblər ki, hətta xərçəng hüceyrələrini öldürə bilən trans-vaksenik yağ turşusu orqanizmin immunitetini artırmağa kömək edir. Qey...
publikaz_normalized
Sülh müqaviləsi bu tarixə qədər imzalanmalıdır":"“Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Baş naziri aparatının birgə bəyanatı əlbəttə ki, sülhün və təhlükəsizlik sisteminin formalaşması istiqamətində çox mühüm bir addımdır. Burada əsirlərin qarşılıqlı mübadiləsi, beynəlxalq platformada Azə...
publikaz_normalized
Yunanıstan voleybol çempionatında “Olimpiakos” və “Panatinaikos” komandaları arasında keçirilən matçda 150-yə yaxın azarkeş polisə hücum edib. Hadisə nəticəsində xəsarət alan polis əməkdaşlarından birinin vəziyyəti ağırdır. Telekanalın məlumatına görə, oyun zamanı sektoru tərk edən azarkeş izdihamı məşəl, molotov kokte...
publikaz_normalized
Martın 17-də keçiriləcək seçkilərdə...":"Vladimir Putin Rusiyada keçiriləcək prezident seçkilərində yenidən namizəd olacağını açıqlayıb. Qeyd edək ki, Rusiyada prezident seçkiləri martın 17-də keçiriləcək. Vladimir Putin qalib gəlsə, beşinci dəfə dövlət başçısı olacaq.
publikaz_normalized
Onlar unudulmur - TOP-10":"FourFourTwo" nəşri klublarına ən çox xəyanət edən 10 futbolçunun adını çəkib. Onun bu hərəkətinə fanatlar “Kamp Nou”da baş tutan oyunda kəsilmiş donuz başı atmaqla cavab verib. Şimali Londondan olan Sol Kempbell ikinci yerdədir. 2001-ci ildə "Tottenhem"in kapitanı kimi o, klubla müqaviləsini ...
publikaz_normalized
Birinci “Yüksəliş” müsabiqəsinin qalibi Turxan Süleyman Elm və Təhsil Nazirliyinin Elm və ali təhsil siyasəti şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Qeyd edək ki, 35 yaşlı şöbə müdiri Bakı Slavyan Universitetinin bakalavr, Bakı Dövlət Universitetinin magistratura və doktorantura məzunudur. Azərbaycan Dövlət Mədəniyy...
publikaz_normalized
Onların hücumlarını planlaşdırır":"​ABŞ administrasiyası hesab edir ki, İran hakimiyyəti Yəmənin üsyançı hərəkatı "Ənsar Allah" (Husi) tərəfdarlarının pilotsuz uçuş aparatları və raketlərdən istifadə edərək İsrailə, eləcə də Qırmızı dənizdəki gəmilərə hücumlarının planlaşdırılmasında və həyata keçirilməsində iştirak ed...
publikaz_normalized
Xroniki stress endokrin sistemin işində ciddi pozuntularla müşayiət oluna bilər, buna görə də xəstəliyi vaxtında müəyyən etmək və müalicəyə başlamaq vacibdir. Onun sözlərinə görə, yorğunluq, pis yuxu, baş ağrısı, piylənmə, kəskin respirator virus infeksiyaları, əsəbilik və depressiya kimi bir sıra simptomlar müşahidə o...
publikaz_normalized
“Gözəllik üçün etmişdim” - VİDEO":ATV-nin “7 Tamam” verilişinin növbəti qonağı Rəqqasə Fatimə olub. “10 ildən çoxdur maşın idarə edirəm. Hələ maşınlarım məni yolda qoymayıb. Maşınımın gözəlliyi üçün işıqlar əlavə etmişdim. Bunlara görə qığılcım yarandı və maşınım yolda gedə-gedə yandı”.
publikaz_normalized
Dekabrın 12-də Beynəlxalq Muğam Mərkəzində “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin vəfatının 20-ci ildönümü və “Heydər Əliyev İli”nə həsr olunmuş “Bir əsrin xatirələri” adlı ədəbi-bədii tədbir keçiriləcək. Tədbirdə gənc musiqiçilər Sübhan Rüstəmov, Riad Cəbrayılov, Mirəli Sarızadə,...
publikaz_normalized
İtaliyanın "Bottega Veneta" brendi təxminən 2500 dollar dəyərində qeyri-adi dizaynlı çantanı satışa çıxarıb. Raw Paper Leather Top-Handle Bag" adı verilən məhsulun dəyəri 1900 (3230 manat) ilə 2500 (4250 manat) dollar arasında dəyişir. Maraqlısı odur ki, sözügedən çantaların xüsusi dizayn ilə seçilmir. Onlar mağazadan ...
publikaz_normalized
“Berqa” markası “Soyuq Əllər, İsti Ürək” yarmarkasının təntənəli açılış mərasimində iştirak edib. “Nargis Fund” tərəfindən keçirilən və Fəvvarələr meydanında yerləşən yarmarka ərazisində, “Berqa”, çaysevərləri ətirli çaya qonaq edir. Belə ki, soyuq qış günlərində çay markası yarmarkanın davam etdiyi müddətcə qonaqların...
publikaz_normalized
Yanvar-noyabr aylarında Rusiya Federasiyasında araq istehsalının ümumi həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,7 faiz azalaraq 71,9 milyon dekalitrə düşüb. Bu aylarda ölkədə konyak istehsalı 3,9 faiz azalaraq 7,8 milyon dekalitrə düşüb. Ümumilikdə, bu ilin 11 ayının yekunlarına əsasən, gücü 9 faizdən yuxarı olan...
publikaz_normalized
müalicə başladı":"Türkiyənin məşhur pop ifaçısı İlyas Yalçıntaşın səhhətində ciddi problemlər yaranıb. Ramsay Hunt" sindromu olduğunu açıqlayıb. 2 aydır xəstəxanalarda qaldığını bildirən məşhur müğənni xəstəliyinin müalicəsinin olduğu öyrənəndə çox sevindiyini deyib. Romantik mahnıları ilə ürəkləri fəth edən İlyas Yalç...
publikaz_normalized
Türkiyəli müğənni Alişan sosial mediada maraqlı paylaşımı ilə diqqət çəkib. 14 yaşım var, repertuar bir həftəyə düzəldi, 3 gündə 14 mahnı səsləndi. 1 gündə 14 mahnı oxundu və Serkan Burak 10 min tirajla çıxdı. 5 minini biz aldıq, 5 mini də payladılar. Bunun hamısını atam təkbaşına edib.
publikaz_normalized
1 ayın gəlinini evdən qovdular - “Beliəyri qız istəmirik”":"ATV telekanalında yayımlanan “Bizimləsən” proqramında kövrək anlar yaşanıb. Belə ki, Sürəyya və İbrahim adlı cütlük efirə gələrək körpə qızlarının skoliozdan müalicə olunması üçün yardım istəyiblər. Daha sonra cütlüyün harada yaşadığı ilə maraqlanan teleaparıc...
publikaz_normalized
Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli Qərarı ilə təsdiq edilmiş “İş yerlərinin attestasiyasının keçirilməsi Qaydaları”nda dəyişiklik edilib. Qərarla “İş yerlərinin attestasiyasının keçirilməsi Qaydaları”na aşağıdakı məzmunda 1.7-ci bənd əlavə edilib. Həmin bəndə əsasən, işəgötürən dövlət nəzarətinin həyata keç...
publikaz_normalized
Nazirlər Kabineti Azərbaycan Dövlət Aqrar Universitetinin Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində publik hüquqi şəxsə çevrilməsi ilə yenidən təşkil edilməsi barədə qərar qəbul edib. Qərara əsasən, Universitetin Nizamnaməsi təsdiq olunub. Nazirlik qərar qüvvəyə mindiyi tarixdən 3 gün müddətində Universitetin “Hüquqi ş...
publikaz_normalized
Mərkəzi Seçki Komissiyası (MSK) 2024-cü il fevralın 7-nə növbədənkənar Prezident seçkilərini təyin edib. Qərara əsasən, gələn il fevralın 7-nə növbədənkənar Prezident seçkiləri təyin edilib. Qərar dərc edildiyi gündən qüvvəyə minir. Qeyd edək ki, dövlət başçısı İlham Əliyev dekabrın 7-də Azərbaycanda növbədənkənar Prez...
publikaz_normalized
Azərbaycanda toy korteji yolda qalıb. Görüntülərdə toy kartejində iştirak edən avtomobillərin palçıqda batıb qalması əks olunub.
publikaz_normalized
Azad edilmiş ərazilərdə seçki məntəqələri təşkil ediləcək və 20 min seçici ilk dəfə orada səsə verəcək. Onun sözlərinə görə, azad edilmiş ərazilərdə seçkilərə xüsusi diqqət yetiriləcək: “Hərbi hissələri nəzərə alsaq, azad edilmiş ərazilərdə 20 min seçici var. Bu insanların azad edilmiş ərazilərdə ilk dəfə səs verəcəklə...
publikaz_normalized
Azərbaycanda 2024-cü il üçün yaşayış minimumu təsdiqlənib. Gələn il bu meyar 270 manat olacaq. Yaşayış minimumu artıq bir neçə ildir ki, dəyişmir. Halbuki ölkədə mövcud inflyasiya və davamlı bahalaşma mövcuddur. “Ötən illərlə müqayisədə real inflyasiya həddinin artması nəticəsində müxtəlif mal və məhsulların qiymətləri...
publikaz_normalized
Mərkəzi Seçki Komissiyası (MSK) növbədənkənar Prezident seçkilərinin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planını təsdiq edib. Sonra qərar MSK-nın növbədənkənar prezident seçkiləri iə əlaqədar bu gün keçirilən iclasında verilib. Qeyd edək ki, dövlət başçısı İlham Əliyev dekabrın 7-də Azərbaycanda nö...
publikaz_normalized
Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində daimi mənzillərin verilməsi ilə bağlı püşkatma mərasimi keçirilib. Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa...
publikaz_normalized
Növbədənkənar prezident seçkiləri ilə əlaqədar vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən və hərəkətsizlikdən və qərarlardan şikayətlərin araşdırılması məqsədilə MSK nəzdində ekspert qrupu yaradılıb. Sonra qərar MSK-nın növbədənkənar prezident seçkiləri iə əlaqədar bu gün keçirilən iclasında verilib. Bundan əlavə...
publikaz_normalized
Hazırda “Astara” gömrük postunda 181, “Biləsuvar” gömrük postunda 140, “Qırmızı Körpü” gömrük postunda 1 350, “Mazımqara” gömrük postunda 171, “Samur” gömrük postunda 60 və “Xanoba” gömrük postunda 3 yük maşını (ümumilikdə 1 724 yük maşını) çıxışda gözləmədədir. Gürcüstan-Azərbaycan sərhədində sıxlığın yaranmasına səbə...
publikaz_normalized
Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Vaqif oğlu Əliyev vəzifəsindən azad edilib.
publikaz_normalized
Elm və Təhsil Nazirliyinin aparatında struktur dəyişiklikləri edilib. Belə ki, yeni struktur bölmələr Məktəbəqədər və ümumi təhsil siyasəti, Elm və ali təhsil siyasəti, Peşə təhsili siyasəti, Uşaq və gənclərin inkişafı siyasəti, İctimaiyyətlə əlaqələr və kommunikasiya, Strateji planlaşdırma və icraya nəzarət şöbələri, ...
publikaz_normalized
Şuşa rayonuna prokuror təyin edilib. Qeyd olunub ki, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Nəriman Əsədov Şuşa rayonuna prokuror təyin edilib. Bundan başqa, Baş prokuror Kamran Əliyevin digər əmrinə əsasən, Rəsul Həsənov Göygöl rayon prokuroru vəzifəsinə təyin edilib. Xatırladaq ki, N.Əsədov bu təyinatadə...
publikaz_normalized
Baş nazir Əli Əsədov “Qarabağ Universitetinin yaradılması haqqında” Azərbaycan Prezidentinin 2023-cü il 28 noyabr tarixli Sərəncamının icrasını təmin etmək məqsədilə sərəncam imzalayıb. Həmin qurumlar bir ay müddətində Universitetin nizamnaməsinin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təq...
publikaz_normalized
Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov vəzifəsindən azad olunub. Lakin C.Valehovun adı Elm və Təhsil Nazirliyində vəzifəyə yeni təyin olunan şəxslərin siyahısında yer almayıb. Dəyişikliyə əsasən, nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsi yaradılıb və ora Səbu...
publikaz_normalized
Bu bürclər karyerasında BÖYÜK UĞURLAR QAZANACAQ":"Yeni ilin əvvəlində çoxları yola saldığı ilin hesabatını aparır: hansı nəticələr əldə etdi, nəyi düzəltmək lazımdır, nə üzərində işləmək, hansı güclü tərəfləri inkişaf etdirmək lazımdır və.s. Ulduzlar isə növbəti ildə bürcləri ehtiyatlı davranmağa və bəzi aylarda kəskin...
publikaz_normalized
Şəki rayonu Öyrət kəndi ərazisində hazırda məhkum olan şəxsin basdırdığı silah aşakar edilərək götürülüb. Bildirilib ki, Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Şəki penitensiar müəssisəsində saxlanılan m...
publikaz_normalized
“Zaqatala Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də baş verən qanunsuzluqlar barədə daxil olmuş vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb. Araşdırma zamanı qeyd olunan tibb müəssisəsinin 01.06.2021-ci il tarixdən 01.06.2023-cü il tarixədək maliyyə-təsərrüfat fəaliyyəti yoxlanılarkən Publik Hüquqi Şəx...
publikaz_normalized
Özəl tibb müəssisəsində lentə alınan videogörüntülər cəmiyyətdə narazılığa səbəb olub. Belə ki, əməliyyat gedərkən həkimin assistenti olduğunu bildirən xanım Tiktok platformasında canlı yayım açıb. Canlı yayım zamanı izləyicilər şərh bölməsindən xanıma “Komutan”, XTQ, “Hidayət” kimi sözləri əlinə yazmasını istəyirlər. ...
publikaz_normalized
Böyük Britaniya Azərbaycan və Ermənistanın davamlı sülhə nail olmaq səylərini dəstəkləyir. “Azərbaycan və Ermənistanın münasibətləri normallaşdırmaq niyyətlərini təsdiqləyən bəyanatı çox ruhlandırıcıdır. Bu ölkələrə son səfərim zamanı vurğuladığım kimi, Britaniya ölkələrin tarixi və davamlı sülhə nail olmaq səylərini t...
publikaz_normalized
Azərbaycanın Çindəki keçmiş səfiri Yaşar Əliyev 75 yaşında vəfat edib. Qeyd edək ki, Yaşar Əliyev 1948-ci ildə Bakıda anadan olub. Milli Məclisin I və II çağırış üzvü, Azərbaycan Milli Məclisinin sədr müavini, Azərbaycan Ali Sovetinin sədr müavini olub. Həmçinin Azərbaycanın Çindəki (2002–2011) səfiri vəzifəsində çalış...
publikaz_normalized
Ukraynanın paytaxtı Kiyevdə metronu su basıb. İlkin məlumata görə, buna səbəb tuneldə təzyiqin azalması və suyun relslərə axması olub. Kiyev şəhər administrasiyası açıqlama yayıb ki, “Demeevskaya” və “Teremki” stansiyaları arasında qatarlar altı ay ərzində hərəkət etməyəcək - bu müddət tunelin təmiri üçün ayrılıb.
publikaz_normalized
Abbas İsmayılov Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rəisi vəzifəsindən azad edilib. Digər sərəncamla A.İsmayılov Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini təyin edilib. Həmçinin Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası A.İsm...
publikaz_normalized
“Vest Hem”in yarımmüdafiəçisi Carrod Bouen İngiltərə Premyer Liqası tarixində ardıcıl yeddi səfər matçında qol vurmağı bacaran üçüncü futbolçu olub. Bundan əvvəl “Arsenal”ın və “Mançester Yunayted”in sabiq hücumçusu Robin van Persi (9 qol) və “Mançester Siti”nin hücumçusu Serxio Aquero (7) ardıcıl ən azı yeddi oyunda f...
publikaz_normalized
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ilə telefon danışığı baş tutub. Nazirlər ikitərəfli siyasi dialoqun intensivləşməsinin və qarşılıqlı səfərlərin iki ölkə arasında münasibətlərin daha da inkişafı üçün əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıblar. C.Bayramov A...
publikaz_normalized
Avropa İttifaqı (Aİ) Fələstinin HƏMAS radikal hərəkatı hərbi komandanlığının iki nümayəndəsinə qarşı sanksiya tətbiq edib. “Şura iki şəxsi Aİ-nin terrorçu siyahısına daxil etmək qərarına gəlib. Bu qərar Avropa İttifaqının HƏMAS-ın yaratdığı təhlükəyə, həmçinin 2023-cü il oktyabrın 7-də İsraildə ayrı-seçkilik etmədən tö...
publikaz_normalized
Şamaxı və Oğuz sakinləri odlu silahları polisə təhvil veriblər. Bildirilib ki, qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirlər davam etdirilir.
publikaz_normalized
Qan durulaşdırıcı aspirin xərçəng üzrə elmi araşdırmaların diqqətini cəlb edib. Sübut olunub ki, müntəzəm olaraq hər gün aşağı dozada aspirin qəbulu xərçəng və digər səbəblərdən ölüm hallarının təxminən 20% azalmasına səbəb olur. Sadə aspirin xərçəng müalicəsi zamanı damar fəsadlarının riskini azaldır, metastazların ya...
publikaz_normalized
Milli Məclisin sədri Sahibə Qafarova dekabrın 8-də Bakıda Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriçlə görüşdə Azərbaycan və Ermənistan arasında etimad quruculuğu proseslərini müzakirə edib. Görüşdə Azərbaycanla Avropa Şurası (AŞ) arasında mövcud əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. Milli Məclisin sədri...
publikaz_normalized
Bakının Səbail rayonu Badamdar qəsəbəsində soyğunçuluq edən şəxs saxlanılıb. Zərərçəkən paytaxt sakini olan bir nəfər xanım yaşadığı evə gedən zaman naməlum şəxsin ona yaxınlaşaraq içərisində mobil telefon və sənədləri olan çantasını ələ keçirərək hadisə yerindən qaçdığını bildirib. Səbail Rayon Polis İdarəsinin əməkda...
publikaz_normalized
Göyçay rayonunun Çərəcə kənd sakini, 1968-ci il təvəllüdlü Əhmədov İntiqam Əlibala oğlu intihar edib. İ.Əhmədov evlidir, iki övladı var. Onun intihar etməsinin səbəbi hələlik məlum deyil. Faktla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırma aparılır.
publikaz_normalized
Türkiyədə lirə növbəti dəfə ucuzlaşıb. 1 avro isə 31,24 lirəyə satılır.
publikaz_normalized
Aktrisa Pərvin Abıyevanın Azərbaycandan çıxışına məhdudiyyət qoyula bilər. Buna səbəb isə yığılan vergi borcunun ödənilməməsidir. Əldə etdiyimiz məlumata görə, aktrisanın vergi borcu hazırda 95 min manatı ötüb. Məhkəmə işi hakim Zaur Pirverdiyevin sədrliyi ilə araşdırılacaq. Məhkəmə baxışı dekabrın 14-nə təyin edilib. ...
publikaz_normalized
Mülkü nağıllar aləminə çeviriblər - FOTO":"Yeni ilə sayılı həftələr qalıb. Eyni zamanda, Qərbdə hər kəs Milad bayramına hazırlaşır. Təbii ki, Kriştiano Ronaldonun ailəsi də istisna deyil. Futbolçunun sevgilisi Corcina Rodriges evlərində bayrama necə hazırlaşdıqlarını nümayiş etdirib. Qeyd etmək lazımdır ki, Corcina mül...
publikaz_normalized
İsrail ordusunun Qəzzaya hücumu nəticəsində 104 məscid və 3 tarixi kilsə məhv edilib. Bildirilib ki, əməliyyatlar zamanı daha çox tarixi abidələrə zərər dəyib.
publikaz_normalized
Rüşvət almaqda ittiham olunan jurnalist Əvəz Zeynallının cinayət işi üzrə məhkəmə araşdırması davam edir. Sadıqov müdafiə tərəfinin vəsatəti ilə məhkəməyə çağırılıb. Maraqlısı isə odur ki, Əvəz Zeynallı və vəkilləri bu gün E.Sadıqovun ifadə verməsinə etiraz ediblər. Müttəhim və müdafiəçiləri etirazlarını onunla əsaslan...
publikaz_normalized
ATƏT-in Parlament Assambleyasının sədri Pia Kauma (Finlandiya) və ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kari Henriksen (Norveç) Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmaları alqışlayıblar. “Ermənistan və Azərbaycan liderlərinin iki ölkə arasında etimadın möhkəmləndirilməsi istiqamətində atdığı...
publikaz_normalized
Kişi boksçular arasında Azərbaycan çempionatının qalibləri müəyyənləşib. Boks Mərkəzində təşkil olunan final döyüşlərini gənclər və idman naziri Fərid Qayıbov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, Azərbaycan Boks Federasiyasının prezidenti Sahil Babayev, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri, Kanoe və Avarçək...
publikaz_normalized
İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Azərbaycanın 340 vətəndaşı mina qurbanı olub. İnfoqrafikada qeyd olunub ki, göstərilən müddət ərzində mina partlamalarından 65 nəfər ölüb, 275 nəfər isə yaralanıb. 2020-ci il noyabrın 10-dan 2023-cü il dekabrın 6-dək Azərbaycanda minalardan 50 mülki şəxs və 15 hərbçi həlak...
publikaz_normalized
Nikol Paşinyan Su Patrul Xidmətinin fəaliyyətə başlaması ilə bağlı mərasimdə iştirak etmək üçün sabah Göyçə gölünə yola düşəcək. Qeyd edilib ki, bu ildən Göyçə gölündə Su Patrul Xidməti fəaliyyət göstərəcək. Yeni yaradılan bölmə Ermənistan Daxili İşlər Nazirliyinin Polis Patrul Xidmətinin Göyçə bölməsinin nəzdində fəal...
publikaz_normalized
Nicat Abasov ilk günün lideri oldu":Qəbələdə “Vüqar Həşimov Memorial-2023” superturnirinə start verilib. İki qələbə və bir heç-heçəyə imza atan Nicat Abasov 5 xalla turnir cədvəlinə başçılıq edir.
publikaz_normalized
“Mercedes”in sürücüsü Lyuis Hemilton Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Azərbaycanın paytaxtı Bakıda Qala mərasimi keçirmək qərarından narazı qalıb. “Mən Bakını çox bəyənirəm, gözəl yerdir, amma görəsən, FİA ətraf mühit haqqında fikirləşibmi: bura çox adam uçub, federasiyanın özü Parisdədir, ona görə də orada q...
publikaz_normalized
Rusiyanın uzaq şərqində yerləşən Saxa Respublikasının paytaxtı Yakutskda havanın temperaturu gündüz mənfi 30, gecə isə mənfi 50 dərəcəyə enir. Şəhər əhalisi çətin qış şəraitinə öyrəşsə də, əlverişsiz hava şəraiti bəzən gündəlik həyata mənfi təsir göstərir. İnsanların gündəlik həyatlarını minimum müddət qalmaq üçün plan...
publikaz_normalized
Azərbaycan Premyer Liqasında XVI tura start verilib. Şəhərin eyniadlı komandası “Qarabağ”ı qəbul edib. Görüş son çempionun böyükhesablı qələbəsi ilə yekunlaşıb – 6:1. Qarşılaşmada hesabı 21-ci dəqiqədə Leandro Andrade açıb. 29-cu dəqiqədə çempionatın bombardiri Juninyo Olavio qol sayını artırıb. Cəmi 4 dəqiqə sonra bu ...
publikaz_normalized
Dünyada cərəyan edən iqtisadi proseslər səbəbilə bütün ölkələrdə olduğu kimi Azərbaycanda da növbəti il üçün bir sıra xidmət və məhsullarda bahalaşma gözlənilir. Ekspertlər bu barədə bir sıra fikirlər irəli sürürlər. Görəsən, ən çox artım hansı məhsullar üçün nəzərdə tutulub? “Qiymət artımı əhalinin istehlak səbətinə d...
publikaz_normalized
Bu gün yerli vaxtla saat 21:00-da Astara stansiyasından 45 km cənub-şərqdə, Xəzər dənizində maqnitudası 3.1 olan zəlzələ qeydə alınıb. Zəlzələ ocağının dərinliyi 11 km olub. Qeyd edək ki, dekabrın 7-də də Xəzər dənizində zəlzələ olub.
publikaz_normalized
Dekabrın 11-12-də Brüsseldə Şərq Tərəfdaşlığı ölkələrinin XİN rəhbərlərinin görüşü keçirəcək. Ancaq Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Brüsseldə görüşü planlaşdırılmayıb. Məlumatı Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib. A...
publikaz_normalized
Moskvada Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev ilə Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçukun görüşü olub. Hökumətlərarası Komissiyanın həmsədrləri ikitərəfli əməkdaşlığın səmərəliliyini təsdiqləyən ticarət inkişafının müsbət dinamikasını vurğulayıblar. Görüşdə Rusiya və Az...
publikaz_normalized
Yuxarı Lars keçid məntəqəsində 1,5 minə yaxın erməni yük maşını keçid üçün gözləyir. Qeyd edək ki, Yuxarı Lars yolu hava şəraiti ilə bağlı yük maşınları üçün yenidən bağlanıb.
publikaz_normalized
Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında növbədənkənar Prezident seçkilərinin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planı təsdiq edilib. Azərbaycan Respublikası Mərkəzi" "Seçki Komissiyasının 8 dekabr 2023-cü" "il tarixli 7/16 saylı Qərarı ilə təsdiq edilmişdir. NÖVBƏDƏNKƏNAR AZƏRBAYCA...
publikaz_normalized
BMT-nin baş katibi Antonio Quterreş Ermənistan və Azərbaycanın birgə bəyanatını alqışlayır. Sözçü bildirib ki, Azərbaycan və Ermənistan qarşılıqlı bəyanat yaymaqla etimat quruculuğu prosesinə töhvə vermək üçün ikitərəfli münasibətlərin normallaşdırılmasına sadiqliklərini təsdiqləyiblər: BMT tərəflərin bölgədə davamlı s...
publikaz_normalized
2023-cü ildə dünyanın ən zəngin ailəsi 305 milyard dollarlıq sərvətlə BƏƏ-nin hakim sülaləsi Əl Nəhyanlar olub. Nəşr bildirib ki, ən varlı ailələr siyahısına “Walmart” mağazalar şəbəkəsinin təsisçiləri və “Hermes” lüks brendinin sahibləri Ermes ailəsi də daxildir. Agentlik vurğulayıb ki, “Walmart” şəbəkəsinin sahibləri...
publikaz_normalized
2024-cü il yanvarın 28-dək seçki bülletenləri hazırlanacaq. Qeyd edək ki, dövlət başçısı İlham Əliyev dekabrın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilməsi barədə Sərəncam imzalayıb. Sərəncamla 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.
publikaz_normalized
2024-cü il fevralın 17-dək növbədənkənar Prezident seçkilərinə yekun vurulacaq. Gələn il fevralın 17-dək MSK Prezident seçkilərinə yekun vurulması və nəticələrin təsdiq olunması üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim ediləcək. Qeyd edək ki, dövlət başçısı İlham Əliyev dekabrın 7-də Azərbaycanda...
publikaz_normalized
2024-cü il yanvarın 8-dək səsvermə günü xarici dövlətlərdə olan və konsul qeydiyyatına durmuş seçicilərin səs verməsi üçün seçki məntəqələrinin yaradılmasına başlanılacaq. Qeyd edək ki, dövlət başçısı İlham Əliyev dekabrın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilməsi barədə Sərəncam imzalayıb. Sərə...
publikaz_normalized
“Bir neçə yerli futbolçu ilə maraqlanırıq”":"“Futbolçularımı təbrik edirəm. Çox dinamik oyunla yaxşı qələbə əldə edildi. Bizi məcbur edən “Sumqayıt” oldu. İlk dəqiqələrdən yaxşı pressinq etdilər. İstər-istəməz oyunun tempi daha yuxarı oldu. Çox istəyərdik ki, 90 dəqiqədəki oyundan çıxmayaq. Amma məqamlar oldu ki, bəzən...
publikaz_normalized
“Təhlükə” varmış...":"Ermənistan parlamentinin müxalifətdən olan deputatları Kristin Vardanyan, Anna Qriqoryan və Geqam Manukyan Azərbaycan və Ermənistan arasında münasibətlərin nizamlanmasına dair sazişlə bağlı iki ölkənin son təklifləri ilə tanış olublar. Onlar bildirib ki, israrlı müraciətlərdən sonra bu gün Ermənis...
publikaz_normalized
Avropa Komissiyası 2024-cü ildə Fələstinə humanitar yardım üçün 125 milyon avro ayıracaq. Qeyd olunur ki, ayrılan vəsait Qəzza zolağında və İordan çayının qərb sahilində fəaliyyət göstərən humanitar təşkilatlara dəstək üçün istifadə olunacaq.
publikaz_normalized