text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
“İşsizlikdən sığorta haqqında” qanuna edilən yeni dəyişikliklərlə sığorta ödənişi alacaq işsizlərin dairəsi genişlənəcək. Belə ki, yeni dəyişikliklərə əsasən müəssisənin mülkiyyətçisi dəyişəndə, əvvəllər müvafiq işdə çalışan işçi işə bərpa ediləndə, həmin müəssisədə çalışmış işçi müddətli hərbi xidmətdən ehtiyata burax...
publikaz_normalized
Azərbaycanın Çindəki keçmiş səfiri Yaşar Əliyev dəfn olunub. Dəfn mərasimində mərhumun ailə üzvləri, Milli Məclisin deputatları və dövlət rəsmiləri iştirak ediblər.
publikaz_normalized
ABŞ, Cənubi Koreya və Yaponiya Şimali Koreyadan gələn təhdidlərə qarşı yeni tədbirlər haqqında razılığa gəliblər. “Biz həmçinin KXDR-in (Koreya Xalq Demokratik Respublikası) kibercinayətkarlığından və kriptovalyuta ilə çirkli pulların yuyulmasından tutmuş ehtiyatsız kosmik və ballistik raket sınaqlarına qədər yaratdığı...
publikaz_normalized
Xankəndidə yaşamağa davam edən erməni sakinlər – Sərkis Qalstyan və arvadı “Biz və bizim dağlar” heykəlini ziyarət ediblər. Videoda onların təhlükəsiz şəkildə yaşadıqları, istədikləri yerə gedə bildikləri əks olunub.
publikaz_normalized
Rusiya prezidenti Vladimir Putin misirli həmkarı Əbdülfəttah əs-Sisi ilə telefonla Qəzza zolağındakı vəziyyəti müzakirə edib. Onun sözlərinə görə, hər iki lider vəziyyətin nizamlanması və Fələstin anklavında atəşkəsə nail olmaq üçün səy göstərməyə razılaşıblar. O qeyd edib ki, söhbətin təşəbbüskarı Putin olub. Telefon ...
publikaz_normalized
Bu gün Ağcabədi rayonunda suyun verilməsində məhdudiyyətlər yaranacaq. Bildirilib ki, magistral su kəmərində aparılan təmir-bərpa işləri ilə əlaqədar dekabrın 9-da gün ərzində Ağcabədi şəhərinə, eləcə də Aşağı Avşar və Xocavənd kəndlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Agentlik yaranan narahatlıqla əl...
publikaz_normalized
Şərqi Avropa ölkələrinin bir qrupu Bakını BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyi edəcək şəhər kimi seçiblər.
publikaz_normalized
Sankt-Peterburqda övladlarına qaz ocağı ilə işgəncə verən və onları döyən anaya qarşı cinayət işi açılıb. 31 yaşlı Sabohat hüquq-mühafizə orqanlarının əməkdaşlarına deyib ki, o, altı və səkkiz yaşlı oğullarını pul oğurlayarkən yaxalayıb və onları cəzalandırmaq qərarına gəlib - o, onları əllərini atəşə tutmağa məcbur ed...
publikaz_normalized
Dekabrın 10-u bazar günündən dekabrın 11- nə kimi Moskvada anomal şaxtalar gözlənilir. Departament "Roşidromet"ə istinadən aydınlaşdırıb ki, bu müddət ərzində soyuq hava iqlim normasından 7-10 dərəcə aşağı qalacaq. Həftə sonu, dekabrın 9 və 10-da Rusiyanın bəzi bölgələrində havanın temperaturu nəzərəçarpacaq dərəcədə a...
publikaz_normalized
TƏBİB şəhid Rahim Tağıyevin qızı Ülkər Tağızadənin iki həftə əvvəl Hepatit A diaqnozu ilə Kliniki Tibbi Mərkəzin infeksion xəstəliklər şöbəsinə yerləşdirilməsi və xəstəxanada qızılcaya yoluxmasına dair yayılan məlumata münasibət bildirib. Xəstənin vəziyyəti qənaətbəxş olub və ambulator müalicə üçün evə buraxılıb: “05.1...
publikaz_normalized
MƏŞHUR ADLAR":"Moskvada Rusiya lideri Vladimir Putinin qarşıdan gələn prezident seçkilərində namizədliyinin irəli sürülməsi ilə bağlı Ümumrusiya Xalq Cəbhəsinin toplantısı keçirilib. “Qrupa Vahid Rusiya Baş Şurasının katibi Andrey Turçak, 52 saylı Moskva xəstəxanasının baş həkimi Mariana Lısenko, Kurçatov İnstitutunun ...
publikaz_normalized
Azərbaycan Prezidenti İlham Əliyev Keniya prezidenti Uillyam Samoei Rutoya ölkənin milli bayramı olan Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib. “Keniya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən...
publikaz_normalized
Rusiya hərbi-sənaye kompleksinin imkanları Vaşinqton və Kiyevi danışıqlara məcbur edəcək. “Ukrayna silahlı qüvvələrinin sonuncu əks-hücum əməliyyatı uğursuz oldu, növbətisi isə şübhəsiz ki, olmayacaq, çünki Rusiya ordusu əvvəlkindən daha güclü olub və onların daha çox istehsal etmək üçün (silah-red.) ABŞ danışıqlar yol...
publikaz_normalized
10-cu sinif şagirdini...":"Tovuzda 10-cu sinif şagirdi bıçaq xəsarəti alıb. 2007-ci il təvəllüdlü Ruslan Məmmədov sağ bud nahiyyəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Hazırda vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, məktəbli sinif yoldaşı tərəfindən bıçaqlanıb. Hadisə ilə bağlı araşdı...
publikaz_normalized
bu geyimlərdən istifadə edin!":"Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) piyadalara müraciət edib. Gecə vaxtı işıqlandırılmayan yol sahələrində qara geyimli piyadanı sürücü görmür. Nəticədə yol nəqliyyat hadisəsinin baş verməsi qaçılmaz olur. Piyadalardan da xahiş olunur ki, sutkanın qaranlıq vaxtında yola çıxarkən imkan ...
publikaz_normalized
Əməkdar artist Ülviyyə Əliyevayanın ailəsinə ağır itki baş verib. Qeyd edək ki, Zemfira Məmmədəliyeva uzun müddət xərçəng xəstəliyi ilə mübarizə aparıb.
publikaz_normalized
380 dərəcə şaxta olacaq?":"Qazaxıstan sakinlərinə mənfi 380 dərəcə soyuq havanın başlaması ilə bağlı səhvən xəbərdarlıq edilib. Bildirilib ki, "Tele2" mobil operatorunun abunəçiləri şaxtanın yaxınlaşması barədə xəbərdarlıq alıblar. 08.12.23-də Şimali Qazaxıstan vilayətinin ərazisində mənfi 380 dərəcəyə qədər güclü şaxt...
publikaz_normalized
Azərbaycan iqlim dəyişikliyi ilə bağlı hədəfə sadiqdir":"Azərbaycan iqlim dəyişikliyi ilə bağlı hədəfə sadiqdir". Sevindiricidir ki, Azərbaycanın COP29-a ev sahibliyi etmək üçün namizədliyi ilə bağlı qrup daxilində ümumi konsensus var. Biz bütün ölkələrə, xüsusən də Şərqi Avropa Qrupuna və ev sahibi Birləşmiş Ərəb Əmir...
publikaz_normalized
Bu, ABŞ-la mümkün deyil":"Təəssüf ki, BMT Təhlükəsizlik Şurası bir daimi üzvə - ABŞ-a görə atəşkəs qətnaməsini rədd etdi. Biz deyirik ki, ədalətli sülh mümkündür, lakin ABŞ-la bu mümkün deyil. BMT-də mütləq şəkildə islahatlar aparılmalıdır". Türkiyə lideri həmçinin Amerika Birləşmiş Ştatları BMT Təhlükəsizlik Şurasının...
publikaz_normalized
Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı vətəndaşlardan birinin kartından 312 manat pul oğurlamış paytaxt sakini 2002-ci il təvəllüdlü Aqşin Quliyev saxlanılıb. Bildirilib ki, Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı isə da...
publikaz_normalized
Gecə biz evdən çıxan kimi..." - ŞOK İTTİHAM":"Əməkdar artist Mətanət İsgəndərli artıq bir neçə ildir qalmaqal yaşadığı keçmiş gəlinini rüsvay edib. Rəhmətlik atam deyirdi ki, ay bala, siz evdən gedən kimi bu da çıxıb gedir. Hər şey pandemiyada üzə çıxdı. Biz evdə olmamışıq, o da evdə tapılmayıb. Atam deyirdi ki, gecə s...
publikaz_normalized
müəllimi döydü, sonra...":"“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) “Koroğlu” stansiyası istiqamətində hərəkət edən qatarında müəllimi döyən sərnişinə hökm oxunub. Belə ki, Adil (ad şərti) adlı müəllim saat 17:30-da metronun “Nəriman Nərimanov” stansiyasında qatara minib, həmin vaxt tanımadığı oğlan və qı...
publikaz_normalized
lider kimdir? - FOTO":"Avropa ölkələrinin futbol çempionatlarında mövsümün bombardiri siyahısı dəyişib. 23 yaşlı hücumçu “Lillestrom”un heyətində 15 qol vurub (əmsal 1,5 = 22,5 xal), “Monpelye”nin heyətində isə 7dəfə fərqlənib (2 = 14 xal). “Bavariya”dan olan Harri Keyn 36 xal verən 18 qolla ikinci yerdə qərarlaşıb. Hə...
publikaz_normalized
Ukrayna münaqişəsinin yeni mərhələsi başlayır":"Ukraynadakı münaqişə Rusiya ilə sülh danışıqlarının başlanması üçün imkanların açıldığı yeni mərhələyə keçir". Onlar hesab edirlər ki, Ukrayna Silahlı Qüvvələrinin (USQ) yeni əks-hücum əməliyyatı mümkün deyil, çünki bu, böyük maliyyə resursları və xərclər tələb edir: Bu, ...
publikaz_normalized
söhbətlər və media fayllar...":"Məşhur “WhatsApp” messencerinin tərtibatçıları yaxın aylarda yaranacaq məlumatların saxlanmasına məhdudiyyətlər barədə istifadəçilərə xəbərdarlıq etməyə başlayıblar. Android" üçün 2.23.26.7 proqramının yeni beta versiyasında məlumat banneri peyda olub, ona əsasən "WhatsApp" və "Google" b...
publikaz_normalized
Bu gün Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov kollektivə təqdim olunub.
publikaz_normalized
Türkiyədə mütəşəkkil cinayət qruplaşmalara qarşı “Qəfəs” kod adı altında keçirilən əməliyyatlar davam edir. Bildirilib ki, mərkəzi İstanbul olmaqla, Tekirdağ və Qaziantep vilayətlərində eyni vaxtda keçirilən “Qəfəs-17” əməliyyatı nəticəsində “Şotland qruplaşması” kimi tanınan mütəşəkkil cinayət qrup zərərsizləşdirilib....
publikaz_normalized
Quba Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin əməkdaşları ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması məqsədilə rayon ərazisində nəzarət-profilaktik tədbirlər keçiriblər. Onlarla profilaktiki söhbətlər aparılıb və barələrində qanunamüvafiq tədbir görülüb.
publikaz_normalized
1979-cu ildə Antarktidada Ross adası yaxınlığında Yeni Zelandiya Hava Yollarına məxsus təyyarə qəzaya uğrayıb. Faciə 257 nəfərin hamısının ölümü ilə nəticələnən Yeni Zelandiyanın tarixində ən pis hava fəlakəti olub. qurbanların qalıqlarını necə daşımaq olar? Antarktida ərazisində hətta bədən hissələrinin saxlanması üçü...
publikaz_normalized
Urmiya şəhərinin mədəni fəalları 12 dekabr (21 Azər) hərəkatının və Milli Hökumətin qurulmasının ildönümü ilə bağlı mədəni tədbirlər keçirirlər. Qeyd edək ki, hər il Güney Azərbaycanda Milli Hökumətin qurulmasının və 17 dekabr Azərbaycan dilində kitabların yandırılmasının ildönümündə güneyli uşaqlara Azərbaycan dilində...
publikaz_normalized
vəzifə maaşları artırıldı - FOTO":"Müəllimlərin vəzifə maaşlarına əlavələr edilib. Noyabr ayında 2023-cü ildə təşkil olunan təhsilverənlərin sertifikatlaşdırılması prosesindən keçmiş 5 246 müəllimin vəzifə maaşına 35 faiz, 17 914 müəllimə isə 10 faiz artım tətbiq olunub.
publikaz_normalized
ABŞ dövlət katibi Antoni Blinken Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə Amerika paytaxtında görüşdə Fələstin-İsrail münaqişəsinin gərginləşməsinin qarşısının alınması və Qəzza zolağına humanitar yardımın çatdırılması istiqamətində səyləri müzakirə edib. ABŞ və Türkiyənin xarici siyasət rəhbərləri Yaxın Şərq reg...
publikaz_normalized
“Napoli” A Seriyasının 15-ci turu çərçivəsində səfərdə “Yuventus”a 0:1 hesabı ilə uduzub. “Napoli” 7 ildir ki, bütün turnirlərdə belə uğursuz seriya yaşamayıb. Sonuncu dəfə belə uğursuzluq 2016-cı ilin oktyabrında, Mauritsio Sarrinun komandaya rəhbərlik etdiyi vaxtda baş tutub. Qeyd edək ki, son İtaliya çempionu “Yuve”...
publikaz_normalized
Azərbaycanda iki məktəbdə yanğın olub. İlk hadisə Neftçala rayonunun Şirvanlı kəndində qeydə alınıb. Belə ki, ümumi sahəsi 1000 m² (hər mərtəbəsi 500 m²) olan ikimərtəbəli orta məktəb binasının dam örtüyünün taxta atmaları 40 m² sahədə yanıb. Məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub. Digər hadisə Şəmkir...
publikaz_normalized
Xalq artisti Nazpəri Dostəliyeva sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. Onlar məclisdə qarşılıqlı rəqs ediblər. Sevimli Misir müəllim, uzun zamandır ki, Sizi görmürdüm. Bu aşıq mahnısını sizin üçün ifa etdim. Allah bütün övladlara toy qismət etsin. Amin" deyə, N.Dostəliyeva paylaşımında yazıb. Həmin görün...
publikaz_normalized
Dekabrın 9-da Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Bildirilib ki, telefon danışığı zamanı dövlət başçıları ölkələrimiz arasında münasibətləri və gələcək əməkdaşlıq perspektivlərini nəzərdən keçiriblər. Prezidentlər Azər...
publikaz_normalized
Zəfər paradı şanlı qələbənin təntənəsi idi":"2020-ci ilin sentyabr-noyabr aylarında qəhrəman ordumuzun apardığı və tarixi Qələbə ilə başa vurduğu Vətən müharibəsi kimin-kim olduğunu bütün dünyaya göstərdi. Müharibə dövründə Azərbaycan xalqı öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirdi. Ali Baş Komandanın əmr...
publikaz_normalized
ölən var - VİDEO":Abşeron rayonunda Saray yolu deyilən ərazidə ölümlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib. Avtomobil qəzası zamanı “Mercedes”in sürücüsü həyatını itirib.
publikaz_normalized
İsrail Müdafiə Qüvvələri ( İDF ) Livandakı "Hizbullah" hərəkatının komanda və idarəetmə mərkəzinə qırıcı təyyarə zərbəsi endirdiyini bildirib. Son vaxtlar Livan ərazisindən ölkənin şimalındakı bir neçə bölgədə bir sıra atışlar qeydə alınıb. İDF atışmaların gəldiyi yerlərə atəş açıb", - məlumatda deyilir. Bundan əvvəl İ...
publikaz_normalized
Bu gün Almaniya Bundesliqasının XIV turunda “Bavariya” və “Ayntraxt” komandaları qarşılaşıb. “Ayntraxt”dan Ömər Marmuş, Erik Cunior Ebimbe (dubl), Hüqo Larsson və Ansqar Knauff fərqlənib. “Bavariya”dan təsəlli qolu Coşua Kimmix vurub. Tomas Tuxelin yetirmələri 10 qələbə və iki heç-heçədən sonra Bundesliqada bu mövsüm i...
publikaz_normalized
yaralılar var":"Axşam saatlarında Oğuz-Kərimli-Yevlax yolunun rayonun Yaqublu kəndi ərazisindən keçən hissəsində “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan iki nəfər - 53 yaşlı Sadiq Əhmədov və 44 yaşlı Ruslan Əhmədov müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisə yerinə çağırıl...
publikaz_normalized
yaralıların sayı artdı":"Gəncədə toyda bıçaqlanan şəxslərin sayı artıb. Yaralı özəl xəstəxanaların birinə yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir. xxx" "22:45" "Gəncədə toyda dava düşüb. Münaqişə zamanı iki nəfər - 1972-ci il təvəllüdlü Kəpəz Əliquliyev və 1983-cü il təvəllüdlü Akif Rüstəmov bıçaq ...
publikaz_normalized
Atam bu ağrıya dözə bilməyəcək":"ABŞ prezidenti Co Baydenin oğlu Hunter onu öldürməyə çalışdıqlarını bildirib. O, respublikaçı tənqidçilərinin atasının prezidentliyini məhv etməyə çalışdığını izah edib. Bu ağrının atamın dözə biləcəyindən daha güclü olacağını bilirlər", -o deyib. Qeyd edək ki, Baydenin oğlunu 1,4 milyo...
publikaz_normalized
Birləşmiş Ərəb Əmirlikləri Azərbaycan ilə Ermənistan arasında sülh quruculuğu istiqamətində atılan müsbət irəliləyişləri və son addımları alqışlayıb. Qeyd olunub ki, iki ölkə arasında razılaşdırılmış etimad quruculuğu tədbirləri yüksək qiymətləndirilib, bu təşəbbüsün Ermənistan və Azərbaycan xalqları, eləcə də Qafqaz r...
publikaz_normalized
bu rayonda heyvanlar örüş sahələrindən yoxa çıxır - VİDEO":"Cəlilabad rayonunun Günəşli kəndinin örüş sahələrinə aparılan heyvanlar yoxa çıxır. Ona görə də kənd sakinləri bu vəziyyətdən narahatdırlar. Kənd sakinləri deyirlər ki, otlaq sahələrindən itən heyvanlarını axtarsalar da, onları tapa bilməyiblər. Daxili İşlər N...
publikaz_normalized
Əliyev İrəvana şərtini elan etdi":"Prezident İlham Əliyev “Euronews”a müsahibəsində bildirdi ki, ermənilərin Azərbaycana qayıdışı azərbaycanlıların Ermənistana qayıdışı ilə eynilik təşkil edir. Azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı məsələsi indiyə qədər danışıqlar masasında müzakirə olunub: 15 iyulda Brüsseldə k...
publikaz_normalized
Bakı İrəvanla belə dil tapıb - Qriqoryan DETALLARI AÇDI":"Xəbər verdiyimiz kimi, 7 dekabr tarixində Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatının birgə açıqlamasında iki ölkə arasında bir neçə məsələ ilə bağlı razılıq əldə olunduğu bildirilmişdi. Ölkənin İcti...
publikaz_normalized
Din xadimləri də attestasiyadan keçiriləcək":"“İndiyə qədər 30-a yaxın qadın dini ayinlərinin icraçısı müvafiq məscidlərə təyinatlar alıb”. Komitə sədri bildirib ki, qadın dini ayinlərinin icraçıları hər hansı dini mərasimi idarə etmir. “Belə ki, qadın dini ayinlərinin icraçıları imam funksiyasını yerinə yetirmir. Onla...
publikaz_normalized
təlaş işlərə ciddi ziyan vura bilər":"Həmişə məsləhət aldığınız insanların açıqlamalarını bu dəfə gözləməyin. Kiçik itkilər, texnikanın sıradan çıxması mümkündür. Səfər və ya səyahət hesablamalarınızdan artıq vaxt tuta bilər. Qəfil yaranan anlaşılmazlıq və problemləri dərhal həll edin. Günün ikinci yarısı bilik və baca...
publikaz_normalized
Müğənni Nura Suri sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. Telekanallarda məşhurların, müğənnilərin, aparıcıların geyimi ilə bağlı senzura yaranıb. Bir çox telekanal açıq-saçıq gələn qonaqları geri çevirirlər. Belə eşitmişəm, mənim başıma gəlməyib. Çünki elə müğənni açıq-saçıq geyinməlidir. Bu normaldır, sə...
publikaz_normalized
ABŞ xoşbəxt olacaq, Rusiya vəziyyəti dondura bilməz":"Nə Bakının, nə də İrəvanın Rusiyanın vasitəçiliyinə qəti ehtiyacı yoxdur. O əlavə edib ki, Azərbaycanın Türkiyə də daxil olmaqla öz müttəfiqləri var və Ermənistan Qərbə doğru gedir, ona görə də Rusiya heç kimə lazım deyil. Əliyevin erməni məhbusları azad etmək qərar...
publikaz_normalized
İsrail ordusu Qəzza zolağında keçirdiyi əməliyyat zamanı Fələstinin HƏMAS hərəkatı ilə əlaqəli minlərlə yaraqlı və yüzlərlə silahlı birləşmə komandiri məhv edilib. Onun sözlərinə görə, HƏMAS-a qarşı çox böyük uğurlar var və bunun çox açıq təzahürləri görsənir. Bildirib ki, Qəzza zolağında HƏMAS-ın bir çox obyektləri - ...
publikaz_normalized
Azərbaycan Milli Məclisinin deputatı Emin Hacıyev Rusiyanın paytaxtı Moskva şəhərində küçələrdən birinə Heydər Əliyevin adının verilməsi təşəbbüsü ilə çıxış edib. E.Hacıyev xatırladıb ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2023-cü il Azərbaycanda “Heydər Əliyev ili” elan edilib. “Heydər Əliyev dünya miqyasında tari...
publikaz_normalized
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilinin rəhbərliyi ilə nümayəndə heyəti dekabrın 10-da Azərbaycana rəsmi səfər edəcək. Görüşlərdə ölkələrimiz arasında parlamentlərarası münasibətlərin inkişaf perspektivləri diqqət mərkəzində olacaq. Gürcüstan Parlamentinin sədri, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin vəfatı...
publikaz_normalized
Bolqarıstan Avropa İttifaqının (Aİ) ən bədbəxt ölkəsi kimi tanınıb. Meyarlar üzrə qiymətləndirmə 0-10 ballıq şkala əsasında aparılıb. Məlum olub ki, bolqarlar həyatdan ümumi məmnunluqlarını on baldan altı baldan az qiymətləndiriblər. Bundan əlavə, almanlar da həyatdan o qədər də razı deyillər, onu 6,5 balla qiymətləndi...
publikaz_normalized
Bakının Suraxanı rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Qulamova hadisə baş verən zaman sərxoş olub. Faktla bağlı araşdırma aparılır.
publikaz_normalized
Suqovuşanda quruculuq işləri davam etdirilir. Qeyd edilib ki, qızğın döyüşlər getdiyi bir vaxtda Tərtərdən Suqovuşana 28,5 km yol çəkildi. Ardınca uzunluğu 22 kilometr olan yeni layihə ilə Suqovuşan Naftalanla əlaqələndirildi. Həmçinin alternativ yol da istifadəyə verildi. Düşmənin illər ərzində söküb daşıdığı, yararsı...
publikaz_normalized
“Budivelnik” Basketbol Klubu kişilər arasında Ukrayna Superliqasında iştirakını dayandırmaq qərarına gəlib. Bu qərarın səbəbi kimi sponsorun itirilməsi, maliyyə dayağının olmaması göstərilib. Basketbolçulara və klub rəhbərliyinə olan borcun daha da dərinləşməsinin qarşısını almaq üçün belə addım atıldığı bildirilib. “B...
publikaz_normalized
Malayziyalı bir iş adamının Parisin mərkəzindəki “Ritz” otelindəki otağından brilyant üzüyü itib. İş adamının sözlərinə görə, üzüyün dəyəri 750 min avrodur. Zərərçəkmiş iddia edir ki, o, alış-verişə gedən zaman üzüyü otağındakı stolun üzərinə qoyub və qayıdarkən onu tapmayıb. Daha sonra o, polisə müraciət edib. Hazırda...
publikaz_normalized
Hacıqabul rayonunda piyadaların vurulması ilə nəticələnən yol qəzası baş verib. VAZ" markalı avtomobil iki əmioğlunu, Udulu kənd sakinləri - 18 yaşlı Qocayev Pünhan Ehtiram oğlu və 19 yaşlı Qocayev Əli İlqar oğlunu vurub. Pünhan Qocayev hadisə nəticəsində ölüb. Xəsarət alan Əli Qocayev isə Şirvan Şəhər Mərkəzi Xəstəxan...
publikaz_normalized
Əfsanəyə görə, dünyada ruhların yaşadığı bir çox yer var. Onların ruhları heç vaxt rahatlıq tapmır və tez-tez maraqlı qonaqlar olur. Deyirlər ki, bəzi kabuslar kifayət qədər zərərsizdir, lakin elə ruhlar da var ki, onların əsəblərini qıcıqlandırmağı sevənlərə zərər verə bilər. Ümidsizlik evi, Meksika" "Meksikanın qədim...
publikaz_normalized
Uelsdə bir ailə meyitxanadakı səhvə görə ölən qohumu üçün iki dəfn mərasimi keçirməli olub. Bildirilib ki, britaniyalılar ilk dəfə qəribi dəfn ediblər ki, bu da kremasiyadan sonra bəlli olub. Yerli səhiyyə şurası səhvi aşkar edərək ailəni xəbərdar edib və hadisəyə görə üzr istəyib. İki həftədən sonra ailə yaxınlarda və...
publikaz_normalized
Özbəkistan oktyabrda dünyada ən çox qızıl satan ölkə olub. Ən çox qızıl yenə də Çin Xalq Bankı (23 ton), Türkiyə Mərkəzi Bankı (19 ton) və Polşa Milli Bankı (3 ton) alıb. Özbəkistan ən çox qızıl satan ölkə oldu - 11 ton. Yanvar-oktyabr aylarında Özbəkistan Mərkəzi Bankı 0,7 milyon troy unsiyası və ya 21,7 ton qızıl sat...
publikaz_normalized
ABŞ-ın Tennessi ştatında tornado nəticəsində bir neçə nəfər həlak olub. Ölənlərin sayı dəqiqləşdirilməyib. Məlumata görə, tornado həm də binaların uçmasına səbəb olub. Dağıntılar altında bir neçə nəfər qalıb, onların sayı hələ müəyyən edilməyib.
publikaz_normalized
6 nəfər yaralandı, 4-nün vəziyyəti ağırdı - YENİLƏNDİ":"Bakı-Sumqayıt şosesində baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində 6 nəfər yaralanıb. Belə ki, yaralılardan dördünün vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə, digər ikisi isə travmatologiya şöbəsinə yerləşdirilib. Qeyd edək ki, qəzada bir nəfər dünya...
publikaz_normalized
Ukrayna prezidenti Volodimir Zelenski Argentina prezidenti Xavyer Maylinin andiçmə mərasimində iştirak edəcək. Zelenski Cənubi Amerikaya gedərkən Kabo Verdenin baş naziri Xose Ulisses Korreia e Silva ilə görüşüb. Söhbət zanabı Ukrayna lideri Afrika ölkəsinin Kiyevin beynəlxalq təşəbbüslərinə dəstəyinin vacibliyini qeyd...
publikaz_normalized
Sumqayıt şəhərində 42 yaşlı usta itkin düşüb. Bundan sonra onun barədə məlumat yoxdur. Faktla bağlı polisə məlumat verilib.
publikaz_normalized
arıq bədən, uzun incə ayaqlar... - FOTO/VİDEO":"ABŞ-ın keçmiş prezidenti Donald Trampın qızı İvanka Tramp incə bədən quruluşu ilə verdiyi pozalarla səssizliyi pozub. O, vakesurfinq, klassik sörfinq, at polosu, beysbol və helikopterdə uçmağı öyrənməyi sevir. Baham adalarında isə fiziki aktiv olmağa üstünlük verir. Məşhu...
publikaz_normalized
Əlavə ödəniş üçün funksionallıq təklif edən proqramlar ayrıca təhlükələr sinfi kimi təsnif edilir. Ekspertin fikrincə, ödənişli abunəliklər abunəçi məlumatlarını oğurlamadığı və danışıqlara qulaq asmadığı üçün “zərərli proqram” sayıla bilməz. Unikal imkanlar vəd edir, əslində onlar yalnız əlavə və həmişə əsaslandırılma...
publikaz_normalized
Vaşinqton İsrailə 106,5 milyon dollar məbləğində tank mərmilərinin mümkün satışını təsdiqləyib. Qeyd olunur ki, İsrail rəsmiləri ABŞ-dan 14 min tank mərmisi istəyib. Mərmilər ABŞ ordusunun ehtiyatlarından götürüləcək. ABŞ-ın Dövlət katibi Antoni Blinken ABŞ Konqresinə bu sursatların İsrailə satılması zərurəti ilə bağlı...
publikaz_normalized
Türkiyənin şimalındakı Ağlı bölgəsində ayılar qış yuxusuna gedə bilməyiblər və düzgün qidalanmadıqları üçün təzə basdırılmış məzarları qazmağa başlayıblar . Qeyd edilib ki, 2014-cü ildə də Kastamonun Ağlı və Kyure rayonlarında ayı qəbirdən cəsəd oğurlayıb. 2017-ci ildə Seydiler rayonunda ayıların qəbirlərdən meyitlər q...
publikaz_normalized
İran paytaxtının “Evin” həbsxanasında saxlanılan güneyli siyasi məhbus Nərgiz Məhəmmədi aclıq aksiyasına başlayacaq. Bildirilir ki, dekabrın 10-da Norveçin paytaxtı Osloda Nərgiz Məhəmmədiyə Nobel Sülh Mükafatının təqdim edilməsi mərasimi keçiriləcək. Mükafatlandırma mərasiminə qatılan bilməyən hüququ müdafiəçisi Beynə...
publikaz_normalized
Ermənistanla Azərbaycan arasında aparılan bu danışıqlarda heç bir vasitəçi iştirak etməyib. Armen Qriqoryan Azərbaycanın niyə 32 əsiri 2 hərbi qulluqçuya dəyişməyə razı olmasına bu cür aydınlıq gətirib: “Bu, danışıqların və razılaşmanın nəticəsidir. Bilirsiniz ki, iqlim dəyişikliyi ilə bağlı konfrans keçirilir və Azərb...
publikaz_normalized
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XVI tura yekun vurulacaq. Günün ilk matçında "Sabah" "Səbail"i qəbul edəcək. Meydan sahibləri 19 xalla 7-ci, qonaqlar 23 xalla 4-cü pillədə qərarlaşıb. Tura "Neftçi" - "Turan Tovuz" görüşü ilə yekun vurulacaq. Paytaxt klubu 19 xalla 6-cı, bölgə təmsilçisi 15 xalla 8-ci sı...
publikaz_normalized
Argentinalı hakim Remihio Armoa Misiones əyalətində gənclər arasında keçirilən matç zamanı futbolçunu bıçaqlayıb. Armoa bıçaqla futbolçulardan birinin sinəsinə vurub. İdmançı huşunu itirib və komanda yoldaşları tərəfindən meydandan çıxarılıb. Hazırda yaralının həyati təhlükəsi yoxdur. Referi qaçmağa cəhd etsə də, yerli...
publikaz_normalized
Keçmiş Amerika lideri Donald Trampın gələn il keçiriləcək prezident seçkilərində mümkün qələbəsi ABŞ üçün bir çox təhlükələr yaradır”. O, administrasiyasının nailiyyətləri haqqında danışıb və çıxışının ortasında Respublikaçını (Donald Tramp – Qeyd) tənqid etməyə başlayıb: “Biz bilirik ki, bütün bu irəliləyişlər növbəti...
publikaz_normalized
Qazaxın 7, Sədərəyin isə 1 - Kərki kəndi 30 ildən çoxdur ki, işğal altındadır. Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının əsas müddəlarından biri bu kəndlərin geri qaytarılmasıdır. Bir vaxtlar 8 minə yaxın əhalinin yaşadığı kəndlər indi xaraba qalıb. Qazaxın işğal altında olan Sofulu, Barxudarlı, Bağanis Ayrı...
publikaz_normalized
Türkiyədə terror təşkilatının qış üçün yenidən qurulması ilə bağlı 12 vilayətdə silahlı qüvvələr “Kahramanlar-33” əməliyyatı həyata keçirilib. Məlumata görə, əməliyyatda 78 sığınacaq sahəsi məhv edilib.
publikaz_normalized
Qaraciyərin piylənməsi xəstəliyinin erkən mərhələlərində bu orqanı müdafiə edən NOX4 zülalının miqdarı artır, daha sonra bu göstərici aşağı düşür və nəticədə həyat üçün təhlükəli olan ağır fəsadlara gətirib çıxarır. Bu vəziyyətin qarşısını NOX4 zülalına hədəflənən dərmanlar ala bilər. Piylənmənin və diabetin artımı qar...
publikaz_normalized
Azərbaycanın Müdafiə Nazirliyi həftəlik icmalını yayıb.
publikaz_normalized
həbslər artır":"İran hakimiyyəti indi elə bir vəziyyətə çatıb ki, ancaq öz iqtidarını qorumaq üçün çalışır. Onun sözlərinə görə, hökumət öz iqtidarına kimi təhlükə hesab edirsə, onu neytrallaşdırmağa çalışır. İranda say etibarı ilə üstün olan Azərbaycan türklərinin hüquqlarının hər zaman pozulduğunu deyən fəal bildirib...
publikaz_normalized
ABŞ-nin MLS çempionatında qalib bəlli olub. Kolumbusda baş tutan qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə bitib. Beləliklə, "Kolambus Kryu" tarixində üçüncü dəfə titula sahib çıxıb.
publikaz_normalized
Çili Prezidenti Qabriel Boriç ABŞ-ın Qəzza zolağında atəşkəs qətnaməsinə veto qoymasından sonra BMT-də təcili struktur islahatlarına çağırıb. Pulika.az xəbər verir ki, bu barədə Çili lideri X sosial şəbəkəsində yazıb. “BMT-də struktur islahatına təcili ehtiyac var. Dünya artıq 1945-ci ildəki kimi deyil”, - deyə dövlət ...
publikaz_normalized
Abşeron rayonunun Ceyranbatan qəsəbəsində mənzildə baş verən partlayış nəticəsində xəsarət alan qadının vəziyyəti stabildir. Qeyd edək ki, Abşeron rayonunun Ceyranbatan qəsəbəsində mənzildə partlayış olub. Hadisə zamanı eyvanın pəncərə çərçivələri yerindən çıxıb, 2 otağın pəncərələri qırılıb. Hadisə nəticəsində mənzili...
publikaz_normalized
İzah et, onu niyə həbs edibsən?":"Amerikalı sahibkar və milyarder İlon Mask Ukrayna prezidenti Zelenskiyə müraciət edib. O, bu barədə “X” sosial şəbəkəsində yazıb. "İş adamı Liranın Ukrayna liderini tənqid etdiyinə görə iyul ayından Kiyevdə həbsdə olması ilə bağlı məlumatlara münasibət bildirib. “Bir amerikalı Ukrayna ...
publikaz_normalized
Qadın futbolçu Madlen Rayt fanatlarını növbəti dəfə heyrətə gətirib. O, stulda poza verərkən ağ-qara rəngli alt paltarı dəsti geyinib. Rayt həmçinin paylaşımların altına “OnlyFans”da hesabına keçid linkini də yerləşdirib. Pərəstişkarları ayda 33 funt sterlinq ödəməklə dünyanın ən seksual futbolçusu hesab edilən Madleni...
publikaz_normalized
Misirdə prezident seçkiləri başlayıb. Milli Seçki Komissiyasının verilənlərinə görə, Misirdə səsvermə üçün 10 085 seçki məntəqəsi təşkil olunub. Seçkilərdə səsvermə hüququ olan 67 milyona yaxın vətəndaş iştirak edə biləcək. Səsvermə prosesinə bütün səviyyələrdə 15 min hakim nəzarət edir. Onların əsas vəzifəsi ümumi səs...
publikaz_normalized
Qəzza zolağında HƏMAS radikallarına qarşı intensiv döyüşlər ən azı daha iki ay davam edəcək. O qeyd edib ki, iki aylıq gərgin döyüşlərdən sonra Qəzzada atəşkəs gözlənilmir və zolaqda yerli əməliyyatlar Qəzzanın daxilində qalacaq ordu birləşmələri tərəfindən həyata keçiriləcək. “Kan”ın həmsöhbətinin sözlərinə görə, İsra...
publikaz_normalized
Şuşa şəhərində Türk Dünyası Mədəniyyət Paytaxtları Birliyinin təsis konfransı keçirilir.
publikaz_normalized
İnfluenser Aysel Şükürün keçmiş həyat yoldaşı Elşən Əsgərli həbs olunub. Əsgərlinin saxlanılmasına səbəb narkotik istifadə etməsi olub: Bunu demək mənim üçün utancvericidir. Gecə bu xəbəri eşidəndə video çəkdim, paylaşa bilmədim. Mənə dedilər ki, o məlumatı verməli idin. Həm utandım, həm də pis oldum. Uğurun atası avqu...
publikaz_normalized
Güneyli milli fəallar Təbrizin Eynalı dağının qayalarına Azərbaycan bayrağını həkk ediblər. Bildirilib ki, təbrizlilərin həftəlik yürüş etdikləri yerlərdə Azərbaycan bayrağının həkk edilməsi, güneylilərin Azərbaycan həqiqətlərinə diqqətini cəlb etmək, İran hökumətinin Azərbaycana qarşı təbliğatlarına cavab məqsədilə hə...
publikaz_normalized
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin dekabrın 10-u saat 10:00-a olan məlumatına əsasən bəzi yerlərdə arabir yağış, Şahdağda qar yağıb. Biləsuvarda 6 mm, Neftçalada 5 mm, Astara, Lənkəranda 4 mm, Sədərək, Biçənəkdə 2 mm, Naxçıvan, Şərur, Şahbuz, Culfa, Ordubad, Göygöl, Gəncə, Şəm...
publikaz_normalized
Azərbaycanla əməkdaşlıq əlaqələrinin inkişafında maraqlı olan ölkələrdən biri də Serbiyadır. Azərbaycan ilə Serbiya arasında ikitərəfli münasibətlər isə 21 avqust 1997-ci ildə qurulub. 8 iyun 2011-ci ildə Azərbaycan Respublikasının Serbiya Respublikasında, 2011-ci ilin fevral ayında isə Serbiya Respublikasının Azərbayc...
publikaz_normalized
Masallıda piyada ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Hər iki piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.
publikaz_normalized
Biləsuvar rayonunda intihar hadisəsi baş verib. Hələlik intiharın təfərrüatları məlum deyil. Faktla bağlı araşdırma aparılır.
publikaz_normalized
1920 -ci ildə yenicə əldə etdiyimiz azadlığımızı və müstəqilliyimizi əlimizdən aldılar. Düz bir əsr azadlıq uğrunda mübarizə apardıq. Amma azadlığa qovuşmaq əvəzinə, yenidən torpaqlarımızın bir hissəsini itirdik. Xalq toparlandı, xilaskarı hesab etdiyi Heydər Əliyevin ətrafında birləşdi və bütün səylərini torpaqların g...
publikaz_normalized
Bolqarıstan sakinləri həyatdan razılıqlarını 10 baldan altı ilə qiymətləndiriblər. Almaniya sakinləri özlərini bir az da xoşbəxt hesab edirlər. Onların həyatdan məmnunluq balı 6,5-dir. Almanlar narahatlıq və apatiyaya meylli olduqlarını etiraf ediblər. Onlar bu vəziyyəti iqtisadiyyatdakı problemlər və Ukraynadakı münaq...
publikaz_normalized
Qırğızıstanda bir nəfər 4 qadınla eyni anda evlənib. Qeyri-adi toy mərasimindən görüntülər də yayılıb.
publikaz_normalized
Dekabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçin dəvəti ilə Serbiyaya işgüzar səfərə gedib. Prezident İlham Əliyevi Serbiya Baş nazirinin müavini, maliyyə naziri Sinişa Mali və digər rəsmi şəxslər qarşılayıblar.
publikaz_normalized
Dağlıq və dağətəyi rayonların magistral yollarında görmə məsafəsi məhdudlaşacaq. Dekabrın 11-də əsasən gecə və səhər saatlarında dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq görünüş məsafəsinin 200-700 m-dək məhdudlaşacağı ehtimal olunur.
publikaz_normalized