text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
bombalar atır, insanları manipulyasiya edir və...":"ABŞ ordusu tarixdə ilk dəfə olaraq robot əsgərlərdən və silahlı robot maşınlardan həqiqi əsgərlərlə eyni tağımda və döyüş təlimində istifadə edib. Robotlar binalara girib skan edir, bombalar atır, insanları manipulyasiya edir və düşmən qoşunlarını zərərsizləşdirir. Tə...
publikaz_normalized
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi sosial layihə hazırlayıb. Orkestrə Mustafa Mehmandarov dirijorluq edir.
publikaz_normalized
İşğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində mina partlayışı baş verib. Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) bildirilib. Məlumata görə, ANAMA-nın əməkdaşı, 1982-ci il təvəllüdlü Mahmudov Zaur Eldar oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə minaya düşüb. O, hadisə y...
publikaz_normalized
Rusiyanın Sankt-Peterburq şəhərində dekabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyevin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşü olub. Yüksək səviyyəli görüşlərin və təmasların əlaqələrimizin möhkəmləndirilməsi işinə töhfə verdiyi vurğulanıb. Dövlət başçıları əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əmi...
publikaz_normalized
Ənənəvi Yeni il menyumuz sağlam qidalanma prinsiplərinə o qədər də uyğun gəlmir. Bu, xüsusilə sevimli salatlarınız və qəlyanaltılarınız üçün keçərlidir. Oliviye ilə şuba salatı və digər yeməklər həddindən artıq yağ tərkibinə görə kifayət qədər ağır və yüksək kalorilidir. Bundan əlavə, mağazadan alınan mayonezlərin əksə...
publikaz_normalized
Azərbaycan Baş nazirinin müavini, “Təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi sahəsində dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi üzrə Koordinasiya Komissiyası”nın sədri Şahin Mustafayevin rəhbərliyi ilə növbəti iclas keçirilib. İclasda Komissiyanın “2024-cü il üzrə ...
publikaz_normalized
İş günü hesab edilməyən bayram günləri görülən işə görə əmək haqqının ödənilməsi bir neçə formada həyata keçirilə bilər. Belə ki, əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən aşağı olmamaqla, əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd qiymətlərindən aşağı olmamaqla, aylıq maaş alan ...
publikaz_normalized
Rusiyanın Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının qeyri-rəsmi görüşü başlayıb.
publikaz_normalized
Astroloqlar bəzi bürclərin eşqdə çətinlik çəkdiyini bildiriblər. Onlar bu dəfə kiməsə bağlanmaqdan qaçan bürcləri açıqlayıblar. BUĞA" "Buğalar münasibətlərində son dərəcə dürüstdürlər. Ancaq sosial və ya iş həyatlarında problemlər yarandıqda sevgiyə vaxt ayırmaq istəməyə bilərlər. Bu dövrdə buğalar dərhal onlarla maraq...
publikaz_normalized
Rusiyalı turistlərin olduğu “Astoria Grande” kruiz gəmisi güclü külək səbəbindən Soçi limanından Türkiyəyə gedə bilməyib. Gəminin bazar ertəsi, dekabrın 25-i axşam saatlarından limanda ilişib qaldığı bildirilir. Gəminin Soçi - Samsun - Trabzon - Soçi marşrutu ilə saat 15:00-da yola düşəcəyi və dekabrın 29-u cümə günü s...
publikaz_normalized
Türkiyə Statistika Təşkilatının (TÜİK) 2023-cü ildə açıqladığı məlumatlara görə, Türkiyədə orta ömür uzunluğu 78,3 ildir. Qadınların kişilərdən 5,5 il çox yaşadıqları bildirilir. Qadınların orta ömür uzunluğu 81,1, kişilərinki isə 75,6 il hesablanıb. Qadınların orta ömrü 83,5, kişilərdə isə 78,1 ildir. Paytaxt Ankarada...
publikaz_normalized
Ötən gün Milli Məclisin deputatı Tahir Kərimlinin gənclərin geyimi ilə bağlı açıqlaması gündəmi alt-üst etdi. “Təəssüf ki, qızlar universitetlərə və məktəblərə qısa geyimdə gedir, şəhvət doğuracaq, bayağı geyimlər geyinirlər” deyən millət vəkilinin bu fikirləri heç də birmənalı qarşılanmadı. O bildirib ki, ölkədə insan...
publikaz_normalized
Fransa Səfirliyinin iki əməkdaşının diplomatik statuslarına uyğun olmayan və “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” (arzuolunmaz şəxs) elan olunduğu Fransa səfirinin diqqətinə çatdırılıb, həmin şəxslərin...
publikaz_normalized
Striptiz klub, Ağ Evin 600 metrliyində yerləşən...":"Adətən casus filmlərində tez-tez rastlaşdığımız sirli məkanlarda görüşən agentlərin həyatı yenidən gündəmə gəlib. Beynəlxalq nüfuzlu kəşfiyyat nəşri sayılan "Intelligence Online" (IO) Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, Ukrayna, İngiltərə və Avstriyada olduğu kimi bu...
publikaz_normalized
Real"ın və "Barsa"nın futbolçuları":"İnter Mayami" daha 2 ulduz futbolçunu heyətinə qatmağa hazırlaşır. Mənbənin məlumatına görə, Mayami komandasının məqsədi "Real"dan Luka Modriç və "Barselona"dan Serxi Robertonu transfer etməkdir. İnter" hər iki futbolçunu yayda heyətlə qatmağı planlaşdırır. Çünki həmin vaxt onlar az...
publikaz_normalized
İnterpol əməkdaşları beynəlxalq axtarışda olan qanuni oğru və “Vova Puxlıy” kimi tanınan Vladimir Jurakovskini Tanzaniyada saxlayıblar. 60 yaşlı qanun oğru Vladimir Jurakovski Tanzaniyada Rusiya ədliyyəsindən gizlənirdi. İndi onun Rusiyaya ekstradisiyası məsələsinə baxılır. Dörd dəfə məhkum olunmuş qanuni oğru son 10 i...
publikaz_normalized
“Bəzi qadınlar...":"İllər keçsə də, sosiologiya, psixologiya, tibb kimi sahələr inkişaf etsə də, amma bəzi məsələlər öz həllini tapmır. Yəni, o inkişaf həmin məsələləri həll edə bilmir. Məsələn, gənc qızların, yəni özünü inkişaf etdirməmiş, məktəbli qız uşaqlarının vaxtından tez ərə verilməsi kimi proseslər davam edir....
publikaz_normalized
Həkim Bellinqemi təhlükəyə atlıb?":"Real" həkimi Niko Mihiçlə əmək münasibətlərini kəsib. Noyabr ayında ingilis yarımmüdafiəçinin çiyni çıxıb. Mihiç baş məşqçi Karlo Ançelottiyə futbolçunun bir neçə gündən sonra Çempionlar Liqasında "Braqa" ilə oyuna hazır olacağını bildirib. Lakin Bellinqem həmin görüşdə iştirak etməy...
publikaz_normalized
Barselona", PSJ, "Milan" və "Mançester Siti" avrokuboklardan kənarlaşdırıla bilər. Bildirilib ki, UEFA maliyyə feyr-pley qaydalarını pozma ehtimalı olan bir neçə Avropa klubuyla bağlı araşdırma aparır. Xüsusilə, söhbətin Kataloniya təmsilçisinin gəlirləri və digər maliyyə əməliyyatları ilə bağlı şübhəli hesablardan get...
publikaz_normalized
Prezident İlham Əliyev MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün Sankt-Peterburqa səfər edib. Bu, Rusiyaya Əliyev-Putin-Paşinyan görüşünün keçirilməsi fürsəti verir. Hətta üçtərəfli formatda görüş rəsmi şəkildə baş tutmasa belə, Putinin Əliyev və Paşinyanla sülh sazişi üzərində müəyyən müzakirələ...
publikaz_normalized
“Peşə təhsili müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması Qaydası” təsdiqlənib. Peşə təhsili müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin tərtibi zamanı aşağıdakı ümumi tələblər nəzərə alınmalıdır: - təhsil proqramına (kur...
publikaz_normalized
Həbs olunanlar var":"Almaniyada "Maynts" və "Ayntraxt"ın azarkeş qrupları arasında kütləvi dava düşüb. Bu barədə "Bild" məlumat yayıb. Bildirilir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gəldikdən sonra hər iki komandanın azarkeşləri müxtəlif istiqamətlərə səpələnməyə başlayıblar. Bununla belə, polis 4...
publikaz_normalized
Nazirlər Kabineti 24 noyabr 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə vergi orqanlarına məlumat göndərilməli olan icazələrin Siyahısı”na dəyişiklik edib. Qərara əsasən, bundan sonra Azərbaycan ilə xarici ölkələr arasında avtomobil nəqliyyatı ilə daşımaları...
publikaz_normalized
Abşeron rayonunda həyata keçirilən nəzarət tədbirləri nəticəsində bəzi fərdi yaşayış evləri və kommersiya obyektlərində içməli sudan qanunsuz istifadə halları aşkarlanıb. Qeyri-qanuni çəkilmiş su xətləri vasitəsilə fərdi yaşayış evləri su ilə təmin olunub. Hökməli-Qobu yolunda yerləşən ət kəsimi məntəqəsində sudan qeyr...
publikaz_normalized
Rəqsin kraliçası Əminə Dilbazi":"O, bütün rəqsləri duyğuları ilə idarə edirdi. Onun hiss etdikləri həmişə fərqli olurdu. Elə rəqslərində fərqliliyi, təbiiliyi də bunun hesabına özünü biruzə verirdi. Quş kimi süzməyi, incə plastikası ona ayrı bir gözəllik bəxş edirdi. Ömrünü həyatı qədər sevdiyi rəqs sənətinə, milli rəq...
publikaz_normalized
Nazirlər Kabineti 31 may 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qərarına dəyişiklik edib. Qərara əsasən, Bakı şəhəri, Qaradağ rayonu, Pirsaat qəsəbəsi ərazisində yerləşən dövlət ehtiyat fondu torpaqları kateqoriyasına aid 300,77 ...
publikaz_normalized
Bu gün Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində Masallı və Yardımlı rayonlarından olan vətəndaşları qəbul edib. Vətəndaşların müraciətləri əsasən işə qəbul, idxal-ixrac əməliyyatları və digər gömrük məsələləri ilə bağlı olub. Qəbul zamanı hər bir vətəndaşın müraciəti di...
publikaz_normalized
Onun COVİD-19-la hansı əlaqəsi var?":"Mikoplazma pnevmoniyası son vaxtlar xüsusilə aktiv şəkildə yayılan ağciyərlərin yoluxucu xəstəliyidir. Bəs hansı simptomlar, ağırlaşmalar ola bilər və bu tip pnevmoniyanı necə müalicə etmək olar? Mikoplazma pnevmoniyasının epidemiyası Çində noyabrın ortalarında başlayıb, sonra Alma...
publikaz_normalized
Ölkəmizdə valyuta mübadiləsi əməliyyatı yalnız nağd qaydada və müştərilərin sifarişi ilə həyata keçiriləcək. Valyuta mübadiləsi məntəqəsində bir fiziki şəxslər aparılan valyuta mübadiləsi əməliyyatının gündəlik hə ddi 20 min manat və ona ekvivalent məbləğdə müəyyənləşib. Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqd...
publikaz_normalized
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə 2024-cü ilin yanvar ayı üçün biletlər 28 dekabr saat 11:00-da satışa çıxarılacaq. Təhlükəsizliyin təmin olunması, işğaldan azad edilmiş ə...
publikaz_normalized
Sankt-Peterburqda keçirilən qeyri-rəsmi görüşə gələn MDB ölkələrinin liderlərinin əksəriyyəti Şimak paytaxtını Rusiyanın “Arus” markalı avtomobillərində gəzirlər. Dekabrın 26-da günortadan sonra Müstəqil Dövlətlər Birliyi ölkələrinin rəhbərləri Pavlovsk Muzey-Qoruğuna gəliblər. Xarici avtomobillə - "Mercedes"lə gələn y...
publikaz_normalized
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (NSDC) Dezinformasiya ilə Mübarizə Mərkəzinin mütəxəssisləri Amerikanın “The New York Times” qəzetinin jurnalistlərini Rusiyaya işləməkdə ittiham ediblər. “The New York Times” Rusiyanın guya sülhə hazır olması barədə məqalə dərc edib (...). Bu mətni yazmaq üçün Moskva Ru...
publikaz_normalized
Qazdan istifadə ilə bağlı limitlərin yenilənməsi və digər məqamlarla bağlı SOCAR-ın “Azəriqaz” İB-nin şöbə rəisi Eldəniz Vəliyev açıqlama verib. O qeyd edib ki, mexaniki sayğaclardan istifadə edən abonentlərdə isə yenilənmə 5-6 yanvardan etibarən reallaşacaq: “Ümumilikdə narahatlıq üçün əsas yoxdur. Çünki abonentlər üç...
publikaz_normalized
Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində külli miqdarda narkotik vasitəni qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirməyə cəhd edən şəxslər saxlanılıb. Dekabrın 24-də saat 23:50-də Yardımlı rayonunun Ostayır kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ...
publikaz_normalized
Uşaqlarını ataraq TV studiyasına gələn qadınla ekspert Elmir Əkbər arasında qalmaqal yaşanıb. Qarnı açıq geyimdə studiyaya gələn qadın psixoloqu özündən çıxarıb: “Kəndinizdə belə geyinirdin, Gülxanım?! Yaxşı ki, özü etiraf edir, bunu Xoşqədəm xanım, yaxud "Həci" geydirməyib. Yaxud kəndinizdə belə geyinirlər? Uşağını qo...
publikaz_normalized
Mərkəzi Seçki Komissiyası (MSK) daha 8 şəxsin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib. Müzakirələrdən sonra namizədliyi özü tərəfindən irəli sürülən Sərvan Kərimov, Mətləb Mütəllimli, Abutalıb Səmədov, Fikrət Yusifov, Yusif Bağırzadə, Arzuman Abdulkərimov, Yunus Oğuz və Qulamhüseyn Əlibəylinin namizə...
publikaz_normalized
Bakıda və Abşeron yarımadasında dekabrın 27-si axşamdan 28-i gündüzədək qısamüddətə qərb, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, səhər yarımadanın bəzi yerlərində arabir 28-32 m/s-dək güclənəcəyi gözlənilir. Azərbaycanın rayonlarında dekabrın 27-si axşamdan 28-i axşamadək bəzi yerlərdə qərb küləyinin 15-20 m...
publikaz_normalized
Qərb şou-biznesinin ulduz ailələrindən olan Kardaşyan-Cenner ənənəyə uyğun olaraq bir sıra məşhurların qatıldığı Milad şənliyi təşkil edib. Tədbir Kim Kardaşyanın Kalabasasdakı dəbdəbəli malikanəsində təşkil olunub. Kaliforniyada hava həmişə isti olsa, qar yağmasa da, bu, Kardaşyanın mülkünün bütün ərazisini süni qarla...
publikaz_normalized
Sankt-Peterburqda olan MDB dövlət başçıları Pavlovsk qoruq muzeyini ziyarət edib. Yayılan videodan görünür ki, Putinlə Paşinyan qızğın müzakirə aparır. Lakin onların siyasi məsələləri, yoxsa muzeylə bağlı danışdıqları bəlli deyil. Ermənistan mediası Putinlə Paşinyanın mübahisə etdiyi versiyasını da irəli sürüb. Nikol P...
publikaz_normalized
Yanvarın 1-dən etibarən…":"Prezident İlham Əliyev “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanunu imzalayıb. Gələn il yanvarın 1-dən qüvvəyə minəcək qanuna görə, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaql...
publikaz_normalized
“Kirli Sepeti” serialının ulduzu Cansu Tosunun atası Kənan Tosun 35 illik həyat yoldaşı Serpil Tosundan rəsmən boşanıb. Cütlüyün mediada birlikdə yayılan kadrlarından sonra Serpil Tosun ərindən ayrılmağa qərar verib. Bu barədə Kənan Tosun "2-ci səhifə" verilişinə verdiyi açıqlamada bildirib. Onun sözlərinə görə, həyat ...
publikaz_normalized
Mərkəzi Seçki Komissiyası (MSK) prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənən daha 8 şəxsin səlahiyyətli nümayəndələrini qeydə alıb. Müzakirələrdən sonra prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən Sərvan Kərimov, Mətləb Mütəllimli, Abutalıb Səmədov, Fikrət Yusifov, Yusif Bağırzadə, Arzuman Abdulk...
publikaz_normalized
Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi təyinatlı hərbi hissəsi işğaldan azad olunmuş ərazilərimizin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatlarını sürətlə davam etdirir. Vətən müharibəsi bitdikdən sonra ərazilərin minalardan və partlamamış hərbi sursatlardan, o c...
publikaz_normalized
Pul verdiyi üçün hər kəsə hər şey..." - VİDEO":"Aşk-ı Memnu"nu serialında "Bülent" rolunu oynayan, daha sonra Türkiyənin ən məşhur yarışması "Survivor"da iştirak edən Batuhan Karacakaya Acun Ilıcalının ünvanına xoşagəlməz sözlər deyib. O, verilişdə "Survivor"da başına gələn hadisələrdən söz açıb: Uşaqlığımdan bəri "Sur...
publikaz_normalized
SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin növbəti "Açıq mikrofon" aksiyası Bərdə rayonunun Türkmən kəndində baş tutub. Aksiyaya B.Hacıyev küçəsindən üz tutan sakinlər yeni salınmış yaşayış massivinə küçə qaz xətlərinin çəkilməsini xahiş ediblər. Sahil Qurbanovun müraciəti qaz sızması, Səfa Qasımovun müraciəti isə fərdi...
publikaz_normalized
İndoneziya gənclər təşkilatları İƏGF Avrasiya Regional Mərkəzinin “CAGE” QHT-nin rəhbəri Məhəmməd Rəbbanini müdafiə edən bəyanatını dəstəkləyib. İnsan Haqları, Sülh və Təhlükəsizlik” konfransına buraxılmamasını pisləyən bəyanatına dəstək olan bəyanatla çıxış edib. İndoneziya gənclərinin bəyanatında uzun müddət insan ha...
publikaz_normalized
Bu ilin 23 iyul tarixində Qax rayonunda bank əməkdaşının iş yoldaşını güllələməsi hadisəsinin təfərrüatları üzə çıxıb. Məhkəmə prosesində hadisənin səbəbləri məlum olub. T.Mustafayev bildirib ki, 2020-ci ildə ailə qurub və bu ilin mart ayından etibarən arvadının başqa şəxslə münasibətdə olmasından şübhələnib. O, arvadı...
publikaz_normalized
Polisə atdığı daş qonşunun başına düşdü - Ölən var":"Bu ilin aprel ayında Sabirabadda polislərə daş atarkən ehtiyatsızlıqdan həmkəndlisini öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başa çatıb. Publik.az-ın əldə etdiyi məlumata görə, Sabirabad Rayon Məhkəməsində keçirilən prosesdə 49 yaşlı Ehtiram Tarverdiyevə hökm o...
publikaz_normalized
müharibədə məğlub olduq":"İsrailin keçmiş Baş Qərargah rəisi, general Dan Halutz HƏMAS-la müharibədə uduzduğunu vurğulayıb. Qeyd edək ki, Qəzzaya hücumlar bitdikdən sonra İsraildə növbədənkənar seçkilərin keçiriləcəyi hesab olunur. İctimai rəy sorğularına görə, mümkün erkən seçkilərdə Netanyahunun kreslosunu itirəcəyi ...
publikaz_normalized
Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib. Hörmətli İlham Heydər oğlu. Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin rəhbərliyi adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə təbrik edirəm. Sizə ali dövləti vəzifənizdə bundan sonra da...
publikaz_normalized
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuş torpaqlarımızın milli iqtisadiyyata sürətli inteqrasiyası, bu ərazilərdə biznesin canlanması məqsədilə tədbirlər davam etdirilir. Dövlət başçısının...
publikaz_normalized
Azərbaycan Prezidenti İlham Əliyev və MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak edən digər ölkələrin rəhbərləri dekabrın 26-da Sankt-Peterburqda “Yekaterina sarayı” ("Екатерининский дворец") ilə tanış olublar. 1918-ci ildə “Yekaterina saray-park ansamblı” muzeyə çevrilib. İkinci Dünya müharibəsi illərində f...
publikaz_normalized
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov dekabrın 26-da “Naxçıvan Muxtar Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxsin ləğv edilməsi barədə Sərəncam imzalayıb. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti iki ay müddətində Ali Məclis sədrinin aktlarının bu sərənc...
publikaz_normalized
Yeni Azərbaycan Partiyası 50 min seçici imzasının olduğu imza vərəqələrini Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edib. Yeni Azərbaycan Partiyası 2024-cü il fevralın 7-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərində Azərbaycan Respublikası Prezidentliyinə irəli sürdüyü namizəd İlham Heydər oğlu Əliye...
publikaz_normalized
Saxta aksiz markalarının dövriyyəsi ilə məşğul olan şəxslərin qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Baş Prokurorluq və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən birgə həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mü...
publikaz_normalized
TikTok"da “axundova__302_” adı ilə tanınan Aysun Mirişli həbs edilib. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə A.Mirişli barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. O, hamilə olduğunu əsas gətirərək həbsinin ev dustaqlığı ilə əvəz edilməsini xahiş edib. Hakim isə bunu sübut edəcək sənədin olmadığını əsas gətirərək ...
publikaz_normalized
Növbədənkənar Prezident seçkisində namizədliyi qeydə alınan şəxslərə seçkiqabağı təşviqat aparmaq məqsədilə bir sıra media subyektlərində ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacaq. Həmin media subyektləri aşağıdakılardır: - İctimai Televiziya və Radio Yayımları Şirkəti; - “Azərbaycan” qəzeti; - “Xalq qəzeti”; - “...
publikaz_normalized
Xəbər verdiyimiz kimi, Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi görüşü keçirilir. Görüşdən əvvəl Azərbaycan Prezidenti İlham Əliyev MDB-yə üzv ölkələrin liderləri ilə salamlaşıb. İlham Əliyevin salamlaşdığı şəxslər arasında Ermənistanın Baş naziri Nikol Paşinyan da olub. Həmin görüntüləri təqdim edirik:
publikaz_normalized
TÜRKFİLM yaradıldı - FOTO":"Özbəkistanın paytaxtı Daşkənddə Türk Dünyası Kino Rejissorları Birliyinin (TÜRKFİLM) yaradılması ilə bağlı niyyət bəyannaməsi imzalanıb. Qeyd edilib ki, birliyin yaradılmasında əsas məqsəd Türk kino sənayesinin maraqlı tərəflərinin ehtiyac duya biləcəyi mövzulara dəstək vermək, Türk dünyasın...
publikaz_normalized
Bakı və İrəvan sülh müqaviləsini yekunlaşdırmağa hazırdırlar". Onlar müharibə edən tərəflər deyil, onlar vahid sənəd əldə etməyə, sülh danışıqlarını yekunlaşdırmağa, vahid sənədə, sülh müqaviləsinə nail olmağa tam hazır olduqlarını bildirirlər. Burada heç bir risk yoxdur", - "Müharibə edən tərəfləri bir araya gətirmək ...
publikaz_normalized
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak edən digər ölkələrin rəhbərləri dekabrın 26-da Sankt-Peterburqda “Böyük Peterhof Sarayı” ("Большой петергофский дворец") ilə tanış olublar. xxx" "18:44" "Sankt-Peterburqda keçirilən qeyri-rəsmi sammitdə iştirak e...
publikaz_normalized
Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian arasında telefon danışığı baş tutub. Qeyd edilib ki, telefon danışığı zamanı Azərbaycan və İran arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran məsələlər, habelə regionda möv...
publikaz_normalized
Dekabrın 26-da Sankt-Peterburqda MDB Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirilib. Rusiya Prezidenti Vladimir Putin görüşdə çıxış edib. xxx" "20:00" "Dekabrın 26-da Sankt-Peterburqda MDB Dövlət Başçılarının qeyri-rəsmi görüşü başlayıb. Rusiya Prezidenti Vladimir Putin görüşdə çıxış edib.
publikaz_normalized
Fransanın Azərbaycandakı səfirliyinin iki əməkdaşı diplomatik statuslarına uyğun olmayan və “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə “persona-non-grata” (arzuolunmaz şəxs) elan olunub. Xarici İşlər Nazirliyinə dəvət olunan Fransa səfiri Ann Buayona bununla...
publikaz_normalized
Kürdəmirdə evdə yanğın baş verib. Bildirilib ki, rayonun Xırdapay kəndində ümumi sahəsi 120 kvadratmetr olan birmərtəbəli dördotaqlı evin bir otağının tavanı 12 kvadratmetr sahədə və ev əşyaları qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
publikaz_normalized
hər biri 11 min dollar qazandı - FOTOFAKT":"“Ayaks” Niderland kubokunda 4-cü liqada çıxış edən həvəskar komanda “Herkules”ə uduzaraq mübarizəni dayandırdı. Belə ki, “Herkules”in futbolçusu Tim Pitersin yataqxanadakı 12 yoldaşı onun qol vuracağı və “Herkules”in 1/8 finalda “Ayaks”ı məğlub edəcəyi üçün hərəyə 15 avro mər...
publikaz_normalized
son sözü kim deyəcək?":"Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komissiyası İsveçin NATO-ya qəbulu ilə bağlı protokolu təsdiqləyib. Təsdiqləndi, baxılmaq üçün Baş Assambleyanın müzakirəsinə təqdim olundu", - agentliyin mənbəsi qeyd edib. Bundan əvvəl İsveç Müdafiə Nazirliyinin rəhbəri Pol Conson Rusiyadan gələn...
publikaz_normalized
Ağdam rayonunda minaya düşən Azərbayca Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşı Zaur Mahmudov Gəncə şəhərində yerləşən özəl xəstəxanalardan birinə gətirilib. İlkin məlumata görə, ANAMA əməkdaşı sol ayağının daban nahiyəsindən xəsarət alıb. Ümumilikdə isə huşu yerindədir və yaxınları i...
publikaz_normalized
1908-ci ildə qurulan Yunanıstanın "Panatinaikos" komandası türkiyəli futbol mütəxəssisi Fatih Terimi baş məşqçi təyin etdiklərini rəsmən açıqlayıb. Bildirilib ki, "İmperator" sabah Afinaya yollanacaq və günortadan sonra məşqə çıxacaq. Beləliklə, 70 yaşlı çalışdırıcı "Panatinaikos"la birlikdə karyerasında "Milan" və "Fi...
publikaz_normalized
Mina qurbanlarının sayı artmaqda davam edir":"Azərbaycanda mina qurbanlarının sayı artmaqda davam edir. Prezidentin köməkçisi bu gün işğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində baş verən mina partlayışına diqqət çəkib. Paylaşımda mina qurbanlarının statistikasını əks etdirən infoqrafika da verilib. ...
publikaz_normalized
Gələn il Rusiya Müstəqil Dövlətlər Birliyinə (MDB) sədrliyi dövründə tərəfdaşlarla milli valyutalarda hesablaşmaları genişləndirməyə çalışacaq". Əminik ki, bu, dövlətlərimizin iqtisadi və maliyyə suverenliyini daha etibarlı təmin etməyə imkan verəcək", - o vurğulayıb. Rusiya lideri həmçinin ölkələr arasında iqtisadi əm...
publikaz_normalized
Abşeronda mənzildən meyit tapılıb. Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.
publikaz_normalized
Bəzi suallar qalır, amma heç vaxt bu qədər...":"Azərbaycan Cənubi Qafqazda sülhün bərqərar olmasına töhfə verən addımlar atır. Sülh heç vaxt bu qədər yaxın olmamışdı. Biz sülh prosesini irəli aparırıq. Azərbaycan tərəfinin də oxşar yanaşması var. Onlar bu istiqamətdə addımlar atırlar", - Simonyan bildirib. Spikerin söz...
publikaz_normalized
Dekabrın 26-da Rusiyanın Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının birgə naharı olub.
publikaz_normalized
Gəncədə evakuator piyadanı vurub. Hərəkətdə olan avtomobil 1981-ci il təvəllüdlü Rauf Sarıyevi vurub. O, dərhal xəstəxanaya yerləşdirilib, həkimlərin səyinə baxmayaraq dünyasını dəyişib. Qeyd edək ki, S.Sarıyev Gəncə şəhər MKTİB-nin işçisidir.
publikaz_normalized
Türkiyəli aktrisa Hazar Ergüçlü şəxsi həyatı ilə gündəmə gəlib. O, sosial şəbəkədə birgə fotolarını paylaşaraq eşqlərini elan edib. Qeyd edək ki Çelik daha öncə aktrisa Farah Zeynep Abdullahla sevgili olub.
publikaz_normalized
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahyan dekabrın 27-də Ermənistana səfər edəcək. Səfər çərçivəsində onun Ermənistanın xarici işlər naziri Mirzoyanla görüşü planlaşdırılır. Bundan əvvəl İranın xarici işlər naziri azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefonla danışıb. İkitərəfli əməkdaşlığın gündəliyinə dai...
publikaz_normalized
Məşhur meyxanaçı Baləli növbəti dəfə gündəmə gəlib. Belə ki, meyxanaçı bu dəfə mühafizəçiləri ilə diqqət çəkib. Həmin görüntüləri təqdim edirik:
publikaz_normalized
Məhəllədə priotexniki vasitənin partlaması nəticəsində azyaşlı uşaq bərk qorxub və dili tutulub. Uşağın anasının sözlərinə görə, dostları ilə məhəllədə oynayan oğlu anidən ağlayaraq evə gəlib və həmin andan etibarən üç gün danışmayıb. Məsələ ilə bağlı defektoloq-loqoped Esmira Qafarova bildirib ki, qorxudan istənilən y...
publikaz_normalized
Qadınlardan ibarət Almaniya millisinin və “Bayern”in müdafiəçisi Culia Qvinn diqqət mərkəzinə düşüb. Bundan sonra 24 yaşlı futbolçu paltardəyişmə otağına yollanıb. Problemi aradan qaldıran Qvinn bir neçə dəqiqə sonra meydana çıxıb. Qvinn iyul-avqust aylarında Avstraliya və Yeni Zelandiyada keçirilən dünya çempionatında...
publikaz_normalized
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə işgüzar səfəri dekabrın 26-da başa çatıb.
publikaz_normalized
Son bir neçə il ərzində bəşəriyyət o qədər çox şey yaşadı ki, hətta ən çılğın proqnozlar belə artıq mümkünsüz görünür. Xatırladaq ki, komediya cizgi filmindən bir çox proqnozlar artıq özünü doğruldur. Məsələn, Donald Trampın prezidentliyi və koronavirus pandemiyası reallığa çevrilməmişdən xeyli əvvəl filmdə təsvir edil...
publikaz_normalized
Qurban Qurbanov 3 nominasiyada...":"2023-cü ilin idman yekunlarına həsr edilən tədbir baş tutub. Gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək ötən ilin nəticələrindən və önəmli hadisələrindən danışıb. Qayıbov 2024-cü il - Olimpiada ilində idmançılara uğurlar arzulayıb. Daha sonra 19 nominasiya üzrə ilin ən yaxşıl...
publikaz_normalized
Rusiyanın Sankt-Peterburq şəhərində MDB Dövlət Başçılarının qeyri-rəsmi görüşündə Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla ayaqüstü söhbəti olub.
publikaz_normalized
sevdiyiniz insanın dəyərini bilin":" "Qoç - Yaradıcı yanaşma tələb edən işlər üçün əlverişli zamandır. Enerjili olun, maraqlı ideyalarınızı dilə gətirməkdən çəkinməyin. Bacarıqlarınızı trivial olmayan yolla nümayiş etdirin. Olaylarla maraqlanan insanları tərəfinizə cəlb edin. Günün ikinci yarısında sevdiyiniz insanla m...
publikaz_normalized
Sülh sazişinin imzalaması bizim üçün çox vacibdir":"Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın MDB ölkələrinin Sankt-Peterburqda keçirilən qeyri-formal sammitindəki görüşü sülh sazişinə hazırlıq görən iki liderin dialoqunun dəstəklənməsi fürsətidir". Onun sözlərinə görə, Rusiya, həmçin...
publikaz_normalized
Baku" TV-də yayımlanan “Arzunun vaxtı” verilişinin yeni buraxılışı efirə gedib. Onun sözlərinə görə, evi satıldığından yaşamağa yeri yoxdur: “Bir oğlum var idi, o da avtomobil qəzasında dünyasını dəyişib. Sonra da qəzaya düşdü, ev ala bilmədik. Əlimdəki pulla kirayədə qalırdım. Üç-dörd aydır bu vəziyyətdə yaşayıram”. K...
publikaz_normalized
İşğaldan azad edilmiş Şuşa şəhərindən yeni görüntülər yayılıb. Belə ki, kadrlarda Şuşanın məşhur “Şirinsu hamamı”nı görmək mümkündür. Hazırda isə ermənilərin dağıtdığı abidədə təmir-bərpa işləri aparılır.
publikaz_normalized
Şöhrətin klipi gerçəyə döndü - VİDEO":"Müğənni Şöhrət Məmmədov yeni klipi haqqında tükürpədən nüansları bölüşüb. Müğənninin yaxını bu təklifi qəbul edib. Klipin ssenarisinə görə, Səhra xanım xərçəng xəstəliyindən əziyyət çəkən qadını canlandırmalı idi. "Klip çəkilişləri başlandığı gündən Səhra xanım səhhətində qəfil pi...
publikaz_normalized
Azərbaycan malyariya xəstəliyindən azad ölkədir. O, qeyd edib ki, Tacikistan və Beliz də Azərbaycan kimi malyariya xəstəliyindən azad ölkələrdir. Qebreyesusun sözlərinə görə, bir çox ölkələrdə diqqətdən kənarda qalan bir sıra tropik xəstəliklər, o cümlədən Qanada somnologiya (yuxu xəstəliyi), Benin, Mali və İraqda trax...
publikaz_normalized
Tesla"nın robotu nasazlıq səbəbindən Ostin yaxınlığındakı "Giga Texas" zavodunda işçiyə hücum edib. Bildirilib ki, robot işçiyə hücum etmək üçün metal caynaqlarından istifadə edib. Hücum nəticəsində kişi kürəyindən və qolundan yaralanıb. Həmçinin bildirilir ki, iki şahid robotun həmkarına necə hücum etdiyini görəndə ba...
publikaz_normalized
İsrailin Qəzza zolağında HƏMAS ilə müharibəsinin aylarla davam edəcəyi ehtimal edilir". Müharibə uzun müddət davam edəcək və əldə etdiyimizi uzun müddət saxlamaq üçün bütün vasitələrdən istifadə edəcəyik", - rəis deyib. O, HƏMAS-ı məhv etməyin asan yolunun olmadığını qeyd edərək, İsrailin əzmlə və qətiyyətlə mübarizə a...
publikaz_normalized
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva “Püstə ağacı” tamaşasının nümayişinə dair paylaşım edib. Müvafiq görüntüləri təqdim edirik: " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " "Official page of Leyla Al...
publikaz_normalized
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasının portuqaliyalı hücumçusu Kriştiano Ronaldo Krallığın futbol çempionatı matçında "Əl-İttihad"ın qapısına iki qol vuraraq 2023-cü ildə qol sayına görə lider olub. Ronaldu 19 və 68-ci dəqiqələrdə penaltiləri dəqiq yerinə yetirib. “Əl-Nəsr”in heyətində daha bir qolu Anderson Tal...
publikaz_normalized
Keniyanın Mombasa limanında yanacaq tankerində partlayış baş verən. Şəhərin sahilyanı ərazilərində hiss edilən partlayış nəticəsində bir nəfər yaralanıb. Gəmidəki yanğını söndürmək üçün əraziyə çoxlu sayda yanğınsöndürmə briqadası göndərilib. Partlayışın çənlərdə qaz toplanması səbəbindən baş verdiyi təxmin edilir.
publikaz_normalized
Yaxın gələcəkdə Ağdama daha sonra isə Xankəndiyə dəmir yolunun fəaliyyətə başlaması Qarabağ bölgəsinin iqtisadi və turizm potensialından tam istifadə ediməsinə imkan yaradacaq. 2024-cü ildə isə Xankəndiyə dəmir yolu xətti çəkiləcək. Prezidentin xüsusi nümayəndəsi olan Emin Hüseynov bildirib ki, Ağdam şəhərində daxili y...
publikaz_normalized
İşlənmiş avtomobil ehtiyat hissələrinin qiyməti artıb. Satıcılar bildiriblər ki, məhsulun qiymətinin artması təbii olaraq satış qiymətinə də təsir edir. Satıcıların sözlərinə görə, bazardakı 20-30 faiz qiymət artımı məhsulun yol və gömrük xərcləri ilə də birbaşa əlaqəlidir. Satıcılar onu da qeyd ediblər ki, yeni ehtiya...
publikaz_normalized
Bakının Pirallahı rayonunda intihara cəhdin qarşısı alınıb. Y.Mehtiyev hadisə yerinə gələn FHN-nin xilasetmə qrupu tərəfindən yaşadığı evdən çıxarılaraq təcili tibbi yardımın əməkdaşlarına təhvil verilib və xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona komatik vəziyyət diaqnozu qoyulub. Hadisənin təfərrüatı araşdırılır.
publikaz_normalized
Dekabrın 27-də saat 3 radələrində Bakının Nərimanov rayonu ərazisində 1990-cı il təvəllüdlü Etibar Yusif oğlu Əliyevin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş ver verib. Faktla bağlı araşdırma aparılır. Daxili İşlər Nazirliyin...
publikaz_normalized
“Bakı Metropoliteni” QSC ənənəsinə sadiq qalaraq, Yeni ilin gəlişi münasibətilə silsilə tədbirlərinə başlayıb. Bayram ovqatlı tədbirlərə “İçərişəhər”, “28 May”, “Sahil”, “Elmlər Akademiyası”, “Avtovağzal” və “Memar Əcəmi” stansiyalarının vestibüllərində müxtəlif oyuncaqlarla bəzədilmiş şam ağaclarının quraşdırılması il...
publikaz_normalized