text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı yaranıb. Neftçilər prospekti, Azneft dairəsi istiqamətində;" "2. Heydər Əliyev prospekti əsas və kənar yol, mərkəz istiqamətində;" "3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində;" "4. Tbilisi prospekti, mərkəz i...
publikaz_normalized
Qaçmaq şansı yoxdur":"Naci Görürün bir neçə ay fərqlə Gemliklə bağlı verdiyi açıqlamalar çaşqınlıq yaradıb. Gemlik və İstanbulu hara köçürəcəyik? Mərmərə, Tekirdağ, Dənizli bölgəsini hara köçürəcəyik? Seysmoloq iki həftə əvvəl televiziya proqramında Gemlik haqqında qətiliklə daşınmaqla, aylar öncə dediklərini təkzib ed...
publikaz_normalized
Avropa İttifaqı ( Aİ ) Ukraynaya 20 milyard avro məbləğində maliyyə yardımı planı - "B" planını nəzərdən keçirir. Bildirilir ki, Macarıstanın Baş naziri Viktor Orban növbəti dörd il ərzində Kiyevə 50 milyard avro ayırmağı əngəllədikdən sonra Ukraynaya maliyyə dəstəyinin yeni variantlarının nəzərdən keçirilməsi zəruri o...
publikaz_normalized
Bu 6 möcüzəvi qida süfrənizdə olsun ki...":"Qış ayları sonsuz qrip infeksiyaları ilə tanınır. Ancaq siyahımıza daxil etdiyimiz 6 qidanı istehlak etsəniz, immunitet sisteminizi gücləndirə və qrip infeksiyalarını bıçaq kimi kəsə bilərsiniz. Zəncəfil" "Zəncəfil qripə səbəb olan viruslarla mübarizə aparmağa kömək edən anti...
publikaz_normalized
İşğaldan azad edilən ərazilərdə yeni su anbarları tikiləcək. Bildirilib ki, artıq Zabux çay su anbarında tikinti işlərinə başlanılıb.
publikaz_normalized
Oskar" mükafatlı "Parazit" filminin aktyoru Li Sun Kyun dünyasını dəyişib. Ölkənin "Yonhap" xəbər agentliyi aktyorun intihar edə biləcəyindən şübhələnildiyini yazıb. Li Sun Kyun Cənubi Koreyaya Ən Yaxşı Film Oskarını qazandıran "Parazit" filmində baş rolda oynayıb. "Həmçinin bildirilir ki, Li Sun Kyunun yanında tüstülə...
publikaz_normalized
Sumo güləşçisidir":"İngiltərədə baş nazirin iqamətgahı olan “Number 10”da yaşayan Larri adlı pişik keçmiş baş nazir Boris Consonun itini döyüb. Məqaləsində Larrini "sumo güləşçisi", "dinozavr" və "yaramaz" kimi xarakterizə edən Conson itinin ondan qorxduğunu və onunla qarşılaşmaqdan qaçdığını qeyd edib. Bundan əvvəl ha...
publikaz_normalized
Zelenskinin ABŞ-a səfərinin sirri açıldı":"Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq analitiki Ray Makqovern Amerika Birləşmiş Ştatlarının çarəsizlikdən təxribat törətməyə qərar verə biləcəyini söylədi. O aydınlaşdırıb ki, ABŞ nümayəndələri nüvə silahının Kiyev rejiminə verilməsinə haqq qazandırmaq üçün belə hərəkətlər edə bi...
publikaz_normalized
1988-ci il dekabrın 6-da BMT-nin 43-cü sessiyasında iştirak etmək üçün Nyu Yorka gedən Mixail Qorbaçovla (SSRİ-nin ilk və son prezidenti) erməni diaspor və lobbisinin görüşü olmuşdu. Görüşün təşkilində SSRİ-nin həmin vaxt ABŞ-dakı səfiri Yuri Dubininin xanımı Liana Zavenovna Dubinina xüsusi fəallıq göstərmişdi. Liana D...
publikaz_normalized
Anasına Milad bayramı üçün xüsusi hədiyyə etmək istəyən Filip Uilett adlı gənc süni intellektin köməyi ilə mərhum atasının səsini canlandırıb. Fotolarla klip hazırlayan Uilett anasının hədiyyəni açdığı anı TikTok-da paylaşıb. Emosional anlar yaşayan ananın videosu milyonlarla izlənilib. Uilett süni intellektlə yaradıla...
publikaz_normalized
Ağdaş rayonunun Qarasuqumlaq kəndində “Mercedes” markalı mikroavtobusun yanar hissələri yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
publikaz_normalized
Yeganə həll yolu...":"Fələstin Azadlıq Təşkilatı (FAT) İsrailin İordan çayının qərb sahili və Qəzza zolağının müharibədən sonra idarə olunması üçün “məsuliyyəti xaricində” texnokratik hökumətin yaradılması təklifini rədd etdiyini açıqlayıb. O bildirib ki, Qəzza zolağı Fələstin dövlətinin bölünməz bir parçasıdır: “İstən...
publikaz_normalized
Dubaydan Yekaterinburqa uçan “Fly Dubai” aviaşirkətinin təyyarəsi qar fırtınası səbəbindən istiqamətini dəyişərək Bakıya enib. Mənbənin sözlərinə görə, pilotlar əvvəlcə Ufadakı alternativ hava limanına enmək qərarına gəliblər, lakin cəhd uğursuz alınıb və onları Bakıya yönləndiriblər. Bakıdan reysin Yekaterinburqa gönd...
publikaz_normalized
Qətiyyətli tədbirlər görəcəyik":"Pekin administrasiyası ABŞ-da prezident Co Baydenin imzalaması ilə qüvvəyə minən 2024-cü il Milli Müdafiə Səlahiyyəti Aktına "Çinlə bağlı mənfi məzmunlu" olduğuna görə etiraz etdiyini bildirib. “Qanun Çini bir “təhdid” olaraq göstərir. Bu da Çin şirkətlərini təzyiq altında saxlayır. İki...
publikaz_normalized
“Unibank”ın ötən il Bankın səhmlərinin geri alınması ilə başlayan və mərhələli şəkildə həyata keçirilən kapitallaşma prosesi, bu ilin sonlarında uğurla başa çatıb. Bankın geri alınmış səhmlərinin dövriyyədən çıxarılması ilə bağlı Bank səhmdarlarının növbədənkənar Ümumi Yığıncağının qərarına müvafiq olaraq, qiymətli kağ...
publikaz_normalized
Xəbər verdiyimiz kimi ölkənin ilk rəqəmsal bankı Birbank-da 3 tirajdan ibarət “10 001 hədiyyə” lotereyası keçirilir. Artıq lotereyanın 2 tirajı geridə qalıb. 2 tirajda ümumilikdə 2 104 008 karta məxsus 19 819 173 şans iştirak edib. Canlı yayımda təsadüfi üsulla seçilən 6 600 kart qalib olub. İki tirajın sonunda uduş fo...
publikaz_normalized
Xəbərdarlıq etdik, məhəl qoymadılar, raketlə vurduq":"Yəməndəki husilər Qırmızı dənizdə bir ticarət gəmisini raketlərlə hədəf aldıqlarını və pilotsuz uçuş aparatları ilə İsrail hərbi məntəqələrinə hücum etdiklərini açıqlayıblar. Gəminin vəziyyəti ilə bağlı məlumat verilməyən açıqlamada, ekipajın husilərin xəbərdarlıq a...
publikaz_normalized
Avropaya tədarük 10 dəfə azalıb":"2023-cü ilin sonuna qədər Avropaya neft və neft məhsullarının tədarükü Rusiyanın ümumi ixracının 4-5 faizini təşkil edəcək. Bir il əvvəl isə bu göstərici 40-45 faiz təşkil edirdi. Nəticədə Çin və Hindistan Rusiya neft şirkətlərinin əsas tərəfdaşlarına çevrilib. Birincisi ixracın 40-45 ...
publikaz_normalized
Dekabrın 31-də saat 00.00-da Bakıda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə bayram atəşfəşanlığı keçiriləcək.
publikaz_normalized
Azərbaycan Mərkəzi Bankı 27 dekabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb. Manata nəzərən avronun məzənnəsi 1.8771 manat təşkil edir. 1 Türkiyə lirəsi 0.0581 manat, 1 Rusiya rublu 0.0185 manat, 100 İran rialı 0.0040 manat, 1 Gürcüstan larisi 0.6320 manat olub.
publikaz_normalized
Messi taxtdan salındı":"Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2023-cü ilin ən yaxşı on futbolçusunu təqdim edib. Kilian Mbappe 2-ci, Lionel Messi 3-cüdür. Erlinq Haaland (hücumçu, Mançester Siti)" "2. Kilian Mbappe (hücumçu, PSJ)" "3. Lionel Messi (hücumçu, İnter Mayami)" "4. Rodriqo Hernandes...
publikaz_normalized
Elə bir toy mərasimi keçirildi ki... - FOTO":"​Əfqanıstanda 50 cütlüyün iştirakı ilə kütləvi toy mərasimi keçirilib. Kabildə keçirilən tədbir xeyriyyə təşkilatı tərəfindən təşkil edilib. Yeni evlənənlərə məişət avadanlıqları və digər hədiyyələr təqdim edilib. Toy mərasimi Əfqanıstan adət-ənənələrinə uyğun keçirilib. Cə...
publikaz_normalized
Abşeron rayonunun Xırdalan şəhəri ərazisində qanunsuz tikinti işlərinin aparılması faktı aşkarlanıb. Bildirilib ki, nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikili sökülüb.
publikaz_normalized
202 nəfər...":"Dekabrın 26-da ölkə ərazisində qeydə alınan 51, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub. Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 202, o cümlədən, borclu şəxs qismində axtarışda olan 167 nəfər saxlanılaraq aidiyyəti üzrə t...
publikaz_normalized
Onunla şəxsən danışır":"İnter Mayami"nin hücumçusu Lionel Messi kluba transfer fəaliyyətində kömək etməyə çalışır. Bu barədə "Radio Continental" məlumat yayıb. Mənbənin məlumatına görə, Messinin 33 yaşlı həmyerlisi təkcə onunla deyil, həm də komandanın baş məşqçisi Xerardo Martino ilə əlaqə saxlayır. Braziliya təmsilçi...
publikaz_normalized
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı günlərində "Bakı Metropoliteni" QSC-nin iş rejimində dəyişikliklər ediləcək. Nazirlər Kabinetinin qərarına əsasən 30 dekabr 2023-cü il şənbə və 2024-cü ilin 7 yanvar tarixi bazar günləri olsa da, iş günləri elan edildiyindən Bakı metrosunda qatarl...
publikaz_normalized
“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı Pro Liqasının 17-ci turunda “Əl-İttihad”la matçda (5:2) dubl edib. Bunun nəticəsində əzəli rəqibi - “İnter Mayami”nin hücumçusu Lionel Messiyə çatıb. Xatırladaq ki, Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Onun klubla müqaviləsi 2025-ci ilə qəd...
publikaz_normalized
Avropa regionunda bu ilin əvvəllərindən qızılca xəstəliyinin alovlanması nəticəsində hazırda Azərbaycanın müxtəlif regionlarında infeksiyanın yerli sakinlər arasında yayılması davam edir. Səhiyyə Nazirliyi əhalinin sağlamlığının qorunması və yoluxmaların qarşısının alınması məqsədilə, vaxtında qızılcaya qarşı vaksinasi...
publikaz_normalized
Bakının Sabunçu rayonunda evdə ailə-məişət zəminində dava zamanı ata bıçaqlanıb. Hadisə Maştağa qəsəbəsində qeydə alınıb. Bıçaqlanan şəxsin yaxınları bildirib ki, E.Xəlilov qızı tərəfindən bıçaqlanıb. Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən qızı saxlayıb. Hadisə ilə bağlı qonşular...
publikaz_normalized
Mən də ona qoşulub ağladım..." - FOTO/VİDEO":"Sosial şəbəkədə tanınmış aparıcı Elvin Basqallının ölüm xəbəri yayılıb. Tik-tok"-da ölüm xəbərimi yayıblar. Səhifəm də bağlı olduğu üçün çox adam xəbərə inanıb. Səhərdən dost-tanış zəng edir. Köhnə qonşum zəng edib soruşdu ki, ölmüsən? Kövrəlmişdi, ağlamağa başladı. Sonra d...
publikaz_normalized
Rusiya donanmasının 20 faizi məhv edilib - Bu gecə baş verənlər...":"Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov Rusiya donanmasının 20%-nin “artıq məhv edildiyini” bildirib. “Əlbəttə, biz istərdik ki, ərazilərimizin azad edilməsi üçün daha yaxşı vəziyyət olsun. Amma bu prosesə paralel olaraq Qara...
publikaz_normalized
Niyə susursan?":"Yəməndəki Husilər Şurasının üzvü Cahaf deyib ki, İran onun adamlarını hədəf alan İsrailə cavab verməlidir. “Müharibənin böyük nəticələri olduğunu bilirik, lakin susmağın nəticələri daha da böyük olacaq. İran sussa və hücumu cavabsız qoysa, müharibə ilə üzləşməkdən qorxan alçaldılmış bir ölkə obrazını c...
publikaz_normalized
Azərbaycanla Ermənistanı alqışladı":"İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı zamanı Ermənistan və Azərbaycan arasında danışıqların gedişini alqışlayıb. Telefon danışığı zamanı nazirlər Cənubi Qafqazda baş verənləri, ikitərəfli əməkdaşlığın gedişatını və ikitə...
publikaz_normalized
Voleybol üzrə Azərbaycan millisininə yeni baş məşqçi təyin edilib. 64 yaşlı mütəxəssis türkiyəli Ataman Güneyligili əvəzləyib. Şöhrət" və "Əmək" ordenli məşqçi müxtəlif vaxtlarda milli komandaya rəhbərlik edib. Onun çalışdığı dönəmdə yığma titul qazanmasa da, daimi olaraq Avropa və Dünya çempionatlarının final mərhələl...
publikaz_normalized
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Ağdam rayonunda mina partlayışı nəticəsində xəsarət alan əməkdaşı Zaur Mahmudov Gəncə şəhər Mərkəzi Klinikasından Bakıya təxliyə olunub. Z.Məmmədovun vəziyyəti qənaətbəxş hesab edilir. Qeyd edək ki, dekabrın 26-da işğaldan azad edilmiş Ağdam rayonunun Sarıca...
publikaz_normalized
“Dərman vasitəsinin xarici (beynəlxalq) qeydiyyatının tanınması şamil olunan ölkələrin və xarici (beynəlxalq) təşkilatların Siyahısı” təsdiqlənib. xxx" "Nazirlər Kabineti “Dəmiryol nəqliyyatında istehsalatla əlaqəsi olmayan insanlarla baş vermiş nəqliyyat hadisələrinin və ya digər bədbəxt hadisələrin xidməti araşdırılm...
publikaz_normalized
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən ordu sıralarında xidmət edən hərbi qulluqçuların hazırlıq səviyyəsinin, bilik və bacarıqlarının daha da artırılması istiqamətində görülən işlər davam edir. Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunda Əmiliyyat-t...
publikaz_normalized
Nazirlər Kabineti 26 aprel 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Gömrük yığımlarının məbləğləri”ndə dəyişiklik edib. Qərara əsasən, bundan sonra Azərbaycan Mərkəzi Bankı qanunvericilikdə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməsi ilə bağlı mal və avadanlıqların idxalı hallarında gömrük rəsmiləşdirilməsinə g...
publikaz_normalized
Neftçala ərazisində zəlzələ olub. Təkanların maqnitudası 3,8 olub.
publikaz_normalized
Bakı şəhər Yol Polisi İdarəsi dekabrın 27-si və 28-də müşahidə olunacaq hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına xəbərdarlıq edib. Bakı şəhər DYP İdarəsi verilən proqnozla əlaqədar bütün hərəkət iştirakçılarına müraciət edərək küləkli havada həyat və sağlamlığımızın təhlükə altında qalmaması, eləcə də nəqliyya...
publikaz_normalized
“Hüseyniyyun” dini rəhbərə tabedir: İran Azərbaycanda yeni “Hizbullah” yaradır?":"Suriya müxalifətinə məxsus resurs “Hüseyniyyun”un fəaliyyəti haqda araşdırma dərc edib. Yazıda qeyd olunur ki, İran xarici siyasəti iki səviyyədə yürüdülür; birinci səviyyə hökumətlərarası siyasətdir və əksər hallarda Tehranda seçilmiş hö...
publikaz_normalized
Fövqəladə Hallar Nazirliyi tərəfindən “Heydər Əliyev İli”nə həsr olunmuş “Ümummilli Lider Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur” mövzusunda tədbir keçirilib. Tədbirdə Nazirliyin Aparatının və qurumlarının məsul vəzifəli şəxsləri, FHN Akademiyasının rəhbər və professor-müəllim heyəti,...
publikaz_normalized
Uzun müddət qan xərçəngindən (leykoz) əziyyət çəkən İbrahim Fərhadlı vəfat edib. Qeyd edək ki, İbrahim Fərhadlı üçün xeyli müddət müxtəlif yardım kampaniyası başladılıb. İ.Fərhadlıya azarkeşi olduğu "Beşiktaş" klubundan da dəstək gəlib. Azərbaycanlı tələbənin azarkeşi olduğu klubun futbolçuları - Mario Qomeş, Olcay Şah...
publikaz_normalized
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Vazeh Əsgərova ağır itki üz verib. E.Əsgərov ötən gün Suraxanıda dəfn edilib. Qeyd edək ki, E.Əsgərov uzun illər fizika müəllimi kimi orta məktəbdə çalışıb.
publikaz_normalized
Nazirlər Kabineti “Kosmik fəaliyyət subyektlərinin Azərbaycan Respublikasının kosmik obyektlərinin dövlət reyestrində qeydiyyata alınmış kosmik obyektlərinin idarə edilməsinə nəzarət Qaydası”nı təsdiq edib. Qayda "Kosmik fəaliyyət haqqında" qanuna əsasən hazırlanıb.
publikaz_normalized
Əməkdar artist Aygün Bəylər ötən gün Heydər Əliyev Sarayında konsert verib. Xalq artisti Həmidə Ömərova Cananla foto yayımlayıb. Səni sevirik” deyə, aktrisa paylaşımda yazıb.
publikaz_normalized
Prezident İlham Əliyev İcbari tibbi sığorta fondunun 2024-cü il büdcəsini təsdiq edib. 2024-cü ildə Fondun gəlirlərinin 1 375 987 690 manatı dövlət büdcəsindən ayırmalar, 815 053 804 manatı İşəgötürən və işçi tərəfindən icbari tibbi sığorta üzrə ödənilən sığorta haqları hesabına formalaşacaq. Fondun xərclərinin isə 2 5...
publikaz_normalized
Özüm də şokdayam ki..." - VİDEO":"Dünən Heydər Əliyev adına Respublika Sarayında Aygün Bəylərin konserti baş tutub. Gecənin aparıcısı isə Leyla Quliyeva olub. Həmçinin tədbirdə Aygün Bəylərin “Mehriban” simfonik muğamı CADENZA orkestrinin müşayiəti ilə təqdim olunub. Konsertmeyster Samir Əsədov olub. Xərçəng xəstəliyin...
publikaz_normalized
2024-cü ildə spirtli içkilərin qiyməti bu qədər artacaq":"​Rusiyada sərt spirtli içkilərin, o cümlədən araq, viski və şərabın qiymətləri 2024-cü ildə orta hesabla 7-10 faiz artacaq. Analitiklər xəbərdarlıq edir ki, belə dinamikaya səbəb bir sıra amillər, o cümlədən aksiz dərəcələrinin artırılması, alkoqol, material və ...
publikaz_normalized
“Aston Villa”nın qadın futbol komandasının ulduzu Alişa Lemann yenə diqqət mərkəzinə düşüb. Dekabrın 17-dən istirahətdə olan ingilis gözəlin mərkəzlərin birində çəkilən fotoları izləyicilərinin xoşuna gəlib. Görüntülərini "İnstaqram" səhifəsində paylaşan Lemann “Zehni, bədəni rahatladır”, - deyə yazıb. Heybət" " " " " ...
publikaz_normalized
Prezident İlham Əliyev “Sığorta fəaliyyəti haqqında” qanunda dəyişiklik edilməsi qanunu təsdiqləyib. Belə ki, səkkizinci növbədə, dövlət büdcəsinə vergilər, büdcədənkənar dövlət fondlarına məcburi dövlət sosial sığorta haqları, işsizlikdən sığorta haqları, habelə icbari tibbi sığorta fonduna icbari tibbi sığorta haqlar...
publikaz_normalized
Rusiya kəşfiyyatı intiqamla qayıdıb":"Ukraynada müharibə başlayandan bəri Rusiya kəşfiyyatının effektivliyi kəskin artıb. “Rusiya xarici kəşfiyyat şəbəkəsi intiqamla qayıtmış kimi görünür. Və getdikcə daha çox səriştəli olur, getdikcə daha çox xarici vətəndaşlara arxalanır”, - materialda deyilir. Qeyd olunur ki, Rusiya...
publikaz_normalized
Müdafiə Sənayesi Nazirliyinin kadrlar şöbəsinin müdiri Elgün Bəxtiyarov vəzifəsindən azad edilib. Həmin vəzifəyə hələlik təyinat olmayıb. Məlumatı "Report"a Müdafiə Sənayesi Nazirliyindən təsdiqləyiblər. Qeyd edək ki, Prezident İlham Əliyevin bu il noyabrın 18-də imzaladığı Sərəncam ilə Vüqar Valeh oğlu Mustafayev müda...
publikaz_normalized
Prezident İlham Əliyev “Banklar haqqında” qanunda dəyişiklik edilməsi qanunu təsdiqləyib. Belə ki, 7-ci növbədə olan "Bankın müflis elan olunmasına dair qərarın qəbul edildiyi tarixdən əvvəlki bir ildən çox olmayan müddət üçün büdcəyə məcburi ödənişlər üzrə vergilər, büdcədənkənar dövlət fonduna məcburi dövlət sosial s...
publikaz_normalized
Prezident İlham Əliyev Dövlət Neft Fondunun 2024-cü il büdcəsini təsdiq edib. Gələn il ARDNF-in büdcə gəlirlərinin bu ilin proqnozu ilə müqayisədə 26,1% az - 12 073,3 milyon manat, büdcə xərclərinin isə bu ilin proqnozu ilə müqayisədə 8,9% çox - 12 900,2 milyon manat olacağı gözlənilir. 2024-cü ildə ARDNF-in gəlirlərin...
publikaz_normalized
Prezident İlham Əliyev “Gömrük tarifi haqqında” qanunda dəyişiklik edilməsi qanunu təsdiqləyib. Bundan başqa, Azərbaycan ərazisində qanunla müəyyən edilmiş qaydada qeydiyyatdan keçmiş humanitar təşkilatlar, həmçinin müvafiq qurumun razılığı ilə digər hüquqi və fiziki şəxslər tərəfindən humanitar yardım kimi gətirilən m...
publikaz_normalized
Fövqəladə Hallar Nazirliyi güclü küləklə əlaqədar əhaliyə müraciət edib. Güclü küləyin həyat və sağlamlıq üçün yarada biləcəyi mümkün təhlükələri nəzərə alaraq, nazirlik vətəndaşları müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb: Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bin...
publikaz_normalized
Prezident İlham Əliyev “Nağdsız hesablaşmalar haqqında” qanunda dəyişiklik edilməsi qanunu təsdiqləyib.
publikaz_normalized
İsveç Türkiyəyə müdafiə ixracı üçün embarqonu ləğv edib və ə lisenziyalar verməyə başlayıb. Parlament komitəsi İsveçin NATO-ya üzvlük təklifini qəbul etdikdən sonra diqqəti cəlb edən hadisə baş verdi. Məlum oldu ki, İsveç uzunmüddətli embarqodan sonra Türkiyəyə müdafiə sənayesi ixracına lisenziyalar verməyə başlayıb", ...
publikaz_normalized
1998-ci ildə...":"Heydər Əliyevin söz azadlığı və KİV-lərin inkişafı yolunda ilk və ən vacib addımlarından biri 1998-ci ildə mətbuatda senzuranın tam ləğv edilməsi idi. Belə ki, o dövrdə ölkəmiz siyasi sarsıntılardan sonra yenicə özünə gəlirdi, müharibə şəraiti idi. Onun sözlərinə görə, 2001-ci ildə Mətbuat və İnformas...
publikaz_normalized
Unutma ki... - FOTOLAR":"“Liverpul”un hücumçusu Məhəmməd Salah futbol azarkeşlərini növbəti dəfə Milad bayramı münasibətilə təbrik edib. Misilir vinger təbrik müraciətində İsrail-Fələstin münaqişəsinə də toxunub. “Milad ailələrin bir araya gələrək bayramı qeyd etdiyi gündür. Yaxın Şərqdə davam edən amansız müharibə, xü...
publikaz_normalized
4 aylıq körpə mismar uddu - Foto":"Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Uşaq Xəstəxanasının Təcili yardım şöbəsində yad cisim udan 4 aylıq körpənin həyatı xilas edilib. Bildirilib ki, xəstəxanaya çatdırılan körpəyə həzm yolunda yad cisim diaqnozu qoyulub və dərhal əməliyyata götürülüb. Körpə zəruri tibbi xidmətlərdən...
publikaz_normalized
Amerikalı televiziya ulduzu və iş qadını Kim Kardaşyan təbii görünüş nümayiş etdirib. 43 yaşlı məşhur "TikTok" hesabında qızı North West ilə video paylaşıb və videonun əvvəlində stilistlər və vizajistlərin əhatəsində görünüb. Belə ki, o, makiyajsız üzünü yaxından göstərib. Bundan əlavə, yayılan görüntülərdə sahibkarın ...
publikaz_normalized
Dekabrın 23-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə Əməkdar mədəniyyət işçisi Akif Rüstəmov və Əməkdar incəsənət xadimi Elbrus Vahidovla gənclərin görüşü keçirilib. Tədbiri giriş sözü ilə açan “İRƏLİ” İctimai Birliyinin Layihələrlə iş üzrə katibi Riad Cə...
publikaz_normalized
Dekabrın 25-də saat 20:05-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin Ağstafa rayonunun Sadıxlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Pakistan İslam Respublikası vətəndaşları − 2001-c...
publikaz_normalized
Tanınmış ifaçı Nadir Rüstəmli influenser Aynişan Quliyeva üçün "Aşk təsadüfləri sevər" filminin "Nefes Bile Almadan" mahnısını səsləndirib. Bir çox məşhurun olduğu gecə unudulmaz anlarla yadda qalıb. Belə ki, Nadir Rüstəmli qonaqlıqda ifa etdiyi "Nefes Bile Almadan" mahnısını instaqramda paylaşaraq "Aynişan istədi, mən...
publikaz_normalized
Əməkdar artist Mətanət İsgəndərli yeni mənzilini nümayiş etdirib. Müğənni nəvələrinin də yer aldığı kadrlara bunları yazıb: Nəvələrimlə yeni mənzilimizdə. Onlar mənim canımdır, nəfəsimdir". Qeyd edək ki, M.İsgəndərlinin oğlu Kərimin həyat yoldaşı Canana ilə qalmaqallı şəkildə ayrılıb. Onların 3 övladı var və uşaqlar at...
publikaz_normalized
Prezident İlham Əliyev “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiqi və “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiq edilməsi haqqında” qanunda dəyişiklik edilməsi qanunu təsdiqləyib. Belə ki, idxalı ƏDV-dən azad edilən xammal və mate...
publikaz_normalized
Gəlininin başını kəsərək öldürən qayınananın görüntüləri son günlərdə sosial şəbəkələrdə viral oldu. Yaşlı qadının qətl barədə soyuqqanlılıqla danışması isə hər kəsi təəccübləndirdi. "Bəziləri onun psixoloji problemləri olduğunu bildirdi, bəziləri isə bunu mərhəmətsizliklə əlaqələndirdi. Bəs görəsən, törətdikləri qətl ...
publikaz_normalized
32 dənizçi itkin düşüb, 19 nəfər...":"Ukrayna Silahlı Qüvvələrinin Feodosiya limanı yaxınlığında “Novoçerkassk” desant gəmisini vurması nəticəsində azı 19 rusiyalı dənizçi yaralanıb, 33-ü itkin düşmüş sayılır. Nəşrin məlumatına görə, dekabrın 26-na keçən gecə hücum zamanı gəmidə 77 dənizçi olub. İtkin düşənlərdən başqa...
publikaz_normalized
Jurnalist Şamo Emin həbs edilib. Məhkəmənin qərarı ilə Ş.Emin haqda 3 ay 5 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, Şamo Emin əvvəl “Kanal 13” internet televiziyası ilə əməkdaşlıq edirdi. Bundan əvvəl kanalın rəhbəri Əziz Orucov da eyni ittihamla həbs edilib.
publikaz_normalized
tapşırıqlar verildi":"Daxili İşlər Nazirliyində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramlarında əhalinin təhlükəsizliyinin təminatına dair onlayn formatda əməliyyat müşavirəsi keçirilib. Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əməliyyat müşavirəsində asayişin mühafizəsi, ict...
publikaz_normalized
Bu gün hava əsasən yağmursuz keçəcək, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Lakin axşama doğru bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimalı var. Gün ərzində güclü şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək. Havanın temperaturu gecə 5-9° isti, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan...
publikaz_normalized
300 nəfərə qapını göstərəcək":"İNEOS-un sədri, "Mançester Yunayted"in səhmlərinin 25 faizini alan Cim Ratkliff klubun 300 işçini ixtisar edə bilər. Bu barədə "The Guardian" məlumat yayıb. Ratkliff hesab edir ki, 1000 nəfərlik işçi qüvvəsi 25-30 faiz azaldıla bilər. İşçilər başa düşürlər ki, mülkiyyət strukturunun dəyiş...
publikaz_normalized
İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian Ermənistan rəsmiləri ilə ikitərəfli danışıqlar aparmaq üçün çərşənbə günü səhər Tehrandan İrəvana uçub. İranlı diplomat Tehran və İrəvan arasında siyasət, iqtisadiyyat və mədəniyyət sahələrində ikitərəfli əlaqələrin genişləndirilməsi yollarını müzakirə etmək niyyətində...
publikaz_normalized
Ermənistanı müstəmləkəyə çevirir, Qafqaz və Türküstan coğrafiyasında...":"Fransanın Azərbaycana qarşı uğursuz həmlələri, regionda möhkəmlənmək cəhdlərinin iflasa uğraması bu ölkənin nüfuzuna ciddi zərbə olub. Ermənistanda revanşist meyillər hələ də güclüdür. Fransa isə münaqişələrdən öz maraqları naminə istifadə edərək...
publikaz_normalized
Xəbər verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Boztəpə kanalının İmişli rayonunun Qaragüvəndikli kəndi ərazisindən keçən hissəsində 1 nəfər azyaşlının batması barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-a...
publikaz_normalized
Bakı şəhərinin Səbail rayonu ərazisində avtomobil yolları əsaslı təmir olunacaq. Sərəncamla Bakı şəhərinin Səbail rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-c...
publikaz_normalized
Prezident İlham Əliyev Quba rayonunun Amsar‒Əski İqrığ‒Gültəpə‒Möhüc‒Aşağı Tüləkəran‒Yenikənd‒Tülər‒Yuxarı Tüləkəran avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Maliyyə Nazirliyi maliyyələşməni təmin etməli, İqtisadiyyat Nazirliyi zəruri maliyyə vəsaitini 2024-cü il dövlət büdcəsi l...
publikaz_normalized
Avropada 2023-cü ilin ən yaxşı idmançısının adı açıqlanıb. Serbiyalı raketka ustası Avropa xəbər agentlikləri arasında sorğu keçirən Polşa Mətbuat Agentliyinin (PAP) təqdim etdiyi ənənəvi idman mükafatını qazanıb. Səsvermədə Cokoviç 178 xal toplayıb. O, Formula 1 üzrə üçqat çempion Maks Ferstappeni (150) və dayaqla tul...
publikaz_normalized
qazandığım pullar... - Afət Fərmanqızı":"Müğənni Afət Fərmanqızı ilə Xalq artisti Flora Kərimova arasındakı qalmaqal səngimək bilmir. Afət Fərmanqızı Xalq artistinin ona həsəd apardığını, məhz buna görə sözügedən qalmaqalı davamlı olaraq gündəmə gətirdiyini deyib: Afət ailə qurub, ərə gedib və gəlib Rusiyaya. Flora Kər...
publikaz_normalized
Prezident İlham Əliyevin dekabrın 24-də Ağdama səfəri zamanı təməlini qoyduğu 4-cü və 5-ci yaşayış məhəllələrinə 8 min nəfərdən çox adamın köçürülməsi nəzərdə tutulur. 4-cü yaşayış məhəlləsinin ərazisi 13,96 hektar, bura köçürülməsi nəzərdə tutulmuş əhalinin sayı 4 450 nəfər təşkil edir. Ümumilikdə 1, 2, 3 və 4 otaqdan...
publikaz_normalized
Əməkdar artist, "Floristika" İncəsənətə Dəstək İctimai Birliyinin yaradıcısı Suğra Bağırzadə mərhum aktrisa Firəngiz Rəhimbəyova ilə illərlə yaxın dost olduqlarını, lakin münasibətlərinin sonradan korlandığını etiraf edib. O, əməkdar artistlə foto paylaşaraq bildirib ki, "Yüz ilin Sirləri" verilişinin növbəti buraxılış...
publikaz_normalized
2023-cü ildə Çində iki vacib nazirin müəmmalı şəkildə itkin düşməsi bütün dünyada təəccüblə qarşılandı. Bu seçkilərdən sonra iyunda xarici işlər naziri Çin Qanq, avqustda isə müdafiə naziri Li Şanfunun itkin düşməsi siyasətdə kəskin dəyişikliyə səbəb olub. Çində siyasət və dövlət idarəçiliyinin avtoritar və qeyri-şəffa...
publikaz_normalized
COVID-19-un yeni ştamı...":"COVID-19-un ABŞ-də yayılan yeni ştamının Azərbaycanda yayılması haqqında heç bir məlumat yoxdur. İnfeksionist yeni ştamla bağlı bildirib ki, yeni “JN1” ştamı “Omikron”un altnövüdür: “Sələfi olan “Pirola” ştamından yalnız yoluxuculuq sürətinə görə fərqlənir. Ümumdünya Səhiyyə Təşkilatı hələ k...
publikaz_normalized
“Vətəndaşlar yaşayış yeri üzrə qeydiyyat məsələləri ilə bağlı "ASAN xidmət" mərkəzlərinə müraciət edə bilərlər”. Daxili İşlər Nazirliyi tərəfindən vətəndaşların bütün müraciətləri diqqətdə saxlanılmaqla qanunamüvafiq tədbirlərin görülüməsi təmin edilir. Qeyd edək ki, daxili işlər naziri Vilayət Eyvazov bu gün keçirilən...
publikaz_normalized
Ötən gün "El canlı" verilişinin qonağı olan Xalq artisti Brilliant Dadaşova ifası və geyimi ilə bütün diqqətləri öz üzərinə çəkib. O, uzun əlbisəsini qırmızı pomada və əlcəklərlə tamamlayıb. İncə bədən quruluşu ilə gənc qızlara meydan oxuyan 58 yaşlı sənətçi cəsarətli seçimi ilə hər kəsi təəccübləndirib. Belə ki, palta...
publikaz_normalized
Sosial şəbəkələrdə "Nikosayağı" adı ilə tanınan bloqer Nicat Şakirlinin törətdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı aparılan istintaq işi artıq yekunlaşıb. Qeyd edək ki, avqustun 15-də sosial şəbəkələrdə "Nikosayağı" adı ilə tanınan bloqer Nicat Şakirli qəzaya düşüb. Hadisə Heydər Əliyev prospektində qeydə alınıb. N.Şak...
publikaz_normalized
Azərbaycan rusiyalı ilə ukraynalını bir araya gətirdi":"Ağırlıqqaldırma üzrə yığma komandaların məşqçilər heyətinin yeni tərkibi məlum olub. O, uzun müddət Rusiya yığmasında çalışıb, ölkəsində ilin ən yaxşı məşqçisi seçilib. Makkayevin tələbələri dünya, Avropa çempionatları, Olimpiya Oyunları, digər beynəlxalq yarışlar...
publikaz_normalized
Türk dünyası 2023-cü ili necə keçirib?":"Türk Dövlətləri Təşkilatı (TDT) 2023-cü ildə fəaliyyətini əvvəlki ilə nisbətən təxminən 2 dəfə artıraraq ən aktiv illərindən birini yaşayıb. Əsasının qoyulduğu gündən 30 ildən çox vaxt keçən TDT türk dünyasında qarşılıqlı etimad mühitini möhkəmləndirmək, siyasi həmrəyliyi güclən...
publikaz_normalized
Livan əsilli kolumbiyalı müğənni, bəstəkar, rəqqasə və aktrisa Şakiranın şərəfinə Kolumbiyanın Barranquilla şəhərində bürünc heykəli ucaldılıb. O, Şakiranın 2005-ci ildə Hips Don't Lie klipindəki rəqs hərəkətini canlandırıb. Barranquilla meri Xayme Pumarexo "Espectador" nəşrinə bildirib ki, məşhur həmyerlisinin yaradan...
publikaz_normalized
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi hazırlıq planına əsasən, Hava Hücumundan Müdafiə (HHM) bölmələrində döyüş atışları icra edilib. Plana uyğun olaraq döyüş heyətləri tərəfindən S-125 zenit-raket komplekslərinin (ZRK) start mövqeyinə çıxarılması və döyüş tətbiqinə hazırlanması üzrə normativlə...
publikaz_normalized
MDB dövlət başçılarının Sankt-Peterburqda keçirilən qeyri-rəsmi görüşündə ən mühüm məqamlardan biri Azərbaycan və Ermənistan liderlərinin görüşü oldu. Sülh gündəliyinin müzakirə edildiyi görüş qeyri-rəsmi formada baş tutsa da, burada iki məqam diqqət çəkir. Birincisi, Əliyevlə Paşinyan Qarabağdan erməni separatizminin ...
publikaz_normalized
Mərkəzi Seçki Komissiyası 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası prezident seçkiləri ilə əlaqədar imza vərəqələrinin yoxlanılmasına başlayıb. Xatırladaq ki, Seçki Məcəlləsinə əsasən, Mərkəzi Seçki Komissiyasının prezidentliyə namizədliyin irəli sürülməsini təsdiq edən qərarından so...
publikaz_normalized
Əzab verməsin deyə DİQQƏTLƏ OXUYUN":"Yeni il tətilləri ərəfəsində xanımlar bayram süfrəsinin təmtəraqlı görünməsi üçün əlindən gələni edir. Nəticədə bir gündə yeyilə bilməyən çoxlu çeşiddə salatlar hazırlanır. Onları soyuducuya qoyarkən istifadə müddəti haqqında çoxumuz düşünmürük. Soyuducuda +2...+6° temperaturda çiy ...
publikaz_normalized
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) idarə rəisi olmuş Akif Çovdarov müsadirə edilmiş əmlaklarını geri qaytarmaq uğrunda mübarizəni davam etdirir. "Eks MTN-çi qərarla razılaşmır, əmlaklarının yaxınlarına geri qaytarılmasını tələb edir. Şikayətə gələn il Ali Məhkəmədə baxılacaq. Xatırladaq ki, 2022-ci ili...
publikaz_normalized
3500 nəfəri gəmiyə yığaraq...":"Əl-Hilal"ın zədə səbəbilə mövsümü erkən başa vuran hücumçusu Neymar yenə diqqət mərkəzindədir. Bu dəfə öz gəmisi ilə şou xarakterli səyahət təşkil edib. Bu barədə "Marca" nəşri məlumat yayıb. Gəmi dekabrın 27-də Santosdan yola düşüb. Səfər 3 gün davam edəcək, bundan sonra gəmi geri qayıd...
publikaz_normalized
Xarici qüvvələrin İrəvanı daha təhlükəli geosiyasi oyunlara cəlb etmək cəhdlərini görürük. Biz görürük ki, Qərb erməni əhalisinin, Ermənistan xalqının taleyinə tamamilə biganədir. Onlar erməni xalqının hisslərindən, tarixi yaddaşından, ağrılarından, iztirablarından sırf öz maraqları üçün istifadə edirlər. Rusiya Erməni...
publikaz_normalized
İran vətəndaşları saxlanıldı":"Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsi İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısını alıb. Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin Astara rayonunun Hamoşam kəndi yaxınlığında yerləşən sərhəd zas...
publikaz_normalized
Aparıcı Lalə Azərtaş çəkiliş üçün yollandığı Kürdəmirdə hücuma məruz qalıb. Çəkiliş zamanı qızın babası xəbəri yalanlamağa çalışıb. O, çəkilişə mane olmaq üçün çəkiclə operatora hücum edib. Həmin görüntüləri təqdim edirik:
publikaz_normalized