text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Azərbaycanda "Trendyol" reklamlarından ən çox gəlir əldə edən azərbaycanlı blogerlər açıqlanıb. Bildirilib ki, ölkədə sözügedən reklamlardan ən çox pul qazanan bloger Arzu Məmmədovadır. O, bu reklamlardan aylıq 65 min gəlir əldə edir. Bloger Elmira Namazova, aparıcı Zaur Baxşəliyev və Günay Baxşəliyeva aylıq 50 min, İs...
publikaz_normalized
Onunla ilk tanışlığımız təxminən 18 il əvvələ təsadüf edir. O vaxtlar “Televiziya muğam müsabiqəsi-2005”in iştirakçılarından biri də məhz Qoçaq Əsgərov idi. Ona çox vaxt səsi ilə insanları ovsunlayan xanəndə də deyirlər. Çünki barmaqla sayıla biləcək qədər nadir sənətkarlardandır ki, dünyanın dörd bir yerində Azərbayca...
publikaz_normalized
Payız-qış mövsümündə ənənəvi olaraq moda arenasında görünən bütün qiymətli metal çalarları arasında gümüşü bu il xüsusilə populyardır. Gümüş çalarları sözün əsl mənasında hər yerdədir: mövsümün ən dəbli zərgərlik əşyaları gümüşdən hazırlanır, ayaqqabılar, çantalar, hətta gümüşü cins şalvar da kolleksiyalarda yer alıb. ...
publikaz_normalized
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı Ukrayna xalqına Yeni il münasibəti ilə “Kiyevdə kök salmış neonasistlərdən tezliklə qurtulmağı” arzulayıb. Zaxarova qeyd edib ki, Ukrayna prezidenti Vladimir Zelenskinin yürütdüyü siyasət və yalanlara baxmayaraq, Ukrayna xalqının qarşıdan...
publikaz_normalized
“Unibank” komandası Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş Banklar Liqası minifutbol turnirində 3-cü yerin qalibi olaraq, bürünc medalla mükafatlandırılıb. 3-cü yer uğrunda oyun “Unibank” komandasının böyük üstünlüyü ilə keçib və komanda inamlı qələbə qazanıb. Turnir boyu “Unibank” k...
publikaz_normalized
Bursada beyni ölümü keçirən şəxsin bağışlanan orqanları 6 xəstəyə köçürülüb. Müayinələr nəticəsində beyinə gedən damarlardan birinin tutulduğu və Türkanın beyin ölümü keçirdiyi müəyyən edilib. Yaxınları onun orqanlarını ehtiyacı olanlara bağşlayıblar. Nəticədə qaraciyər, böyrək, buynuzlu qişa və ürək qapaqları 6 xəstəy...
publikaz_normalized
Xalq artisti Tünzalə Ağayevanın yayılan videosu müzakirələrə səbəb olub. İfaçı həmin an onun videosunu çəkən şəxsə əsəbiləşib. Olmaz" deyə Tünzalə bildirib. Həmin görüntüləri "millishow" instaqram səhifəsi yayıb.
publikaz_normalized
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Ermənistanda səfərdədir. Lakin bu dəfə İranın baş diplomatının erməni həmkarlarına “dəstək sovqatı” apardığı o qədər də inandırıcı görünmür, xüsusilə İrəvanın Qərblə “filört” etməsinin Tehranda narahatlıq yaratması fonunda. İbrahim Rəisi də ötən həftə Nikol Paşinyanla ...
publikaz_normalized
2024-cü ildə bu rənglərin ideal ahəngi dəbdə olacaq - FOTO":"Koloristika mürəkkəb bir elmdir. Hər dəfə qaradan qaçıb daha mürəkkəb bir şey geyinməyə qərar verdiyimiz zaman müəyyən bir rəng ilə mükəmməl uyğunluq yaradan tayı tapmaq bir çox çətinliklərə səbəb olur. Xoşbəxtlikdən, uzun və sıxıcı axtarışlara ehtiyac yoxdur...
publikaz_normalized
İndi isə... - VİDEO":"Sabiq tennisçi, kortların əfsanəsi Serena Uilyams karyerasını bitirdən sonra bütün diqqətini uşaq böyütməyə yönəldib. Avqustda idmançı ikinci dəfə ana olub. O, Adira adlı qız dünyaya gətirib. Körpəni böyütməkdə böyük qızı Olimpia ona kömək edir. Milad bayramı şərəfinə Uillyams qızlarla maraqlı kad...
publikaz_normalized
Qızılca xəstəliyinə yoluxan insanların simptomları uşaq və böyüklər üçün eynidir, lakin böyüklər xəstəliyi daha ağır keçirir. O bildirib ki, 40 yaş üzəri insanların vaxtında vurdurduğu peyvəndin üzərindən təxminən 30-40 il keçib, yaxud da bəziləri ümumiyyətlə peyvənd olunmayıb. A.Əliyeva xatırladıb ki, qızılcadan qorun...
publikaz_normalized
Tərtər Rayon Polis Ṣöbəsinin əməkdaşları rayon ərazisində silah-sursat tapıb. Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlər zamanı rayon ərazisindən 1 avtomat, 2 tüfəng, 12 qumbara, avtomat daraqları və güllələr aşkar aşkar olunaraq götürülüb. Bundan əlavə polis əməkdaşları piroxtexniki vasitələrin yayılma...
publikaz_normalized
Qeyd olunub ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Evə daxil olan xilas...
publikaz_normalized
Azərbaycan Dəmir Yolları" QSC (ADY) bayram tətili ilə əlaqədar artan sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə daha 3 reys təyin edib. Məlumata görə, əlavə qatar reysləri dekabrın 31-də saat 16:00-da və yanvarın 3-də saat 07:50-də Bakıdan Ağstafaya, yanvarın 3-də saat 16:30-da Ağstafadan...
publikaz_normalized
Bayram günlərində uşaqları kütləvi və qapalı məkanlardan uzaq tutmaq lazımdır. O bildirib ki, qızılcaya yoluxan bir nəfər ətrafında olan 10-12 nəfəri yoluxdura bilər. “Uşaqlar arasında qızılcaya yoluxma halları artıb. Ona görə də çağırış edirəm ki, valideynlər övladlarını vaxtında qızılca əleyhinə peyvənd vurdurmağa gə...
publikaz_normalized
Ailə qurduqdan sonra müğənnilik karyerasından uzaqlaşan Safurə Əliyeva həyat yoldaşı Fərhad Əliyevin doğum gününü təbrik edib. Həyat yoldaşı ilə birlikdə romantik anlarını bölüşən eks-müğənni "Doğum günün mübarək, sevgilim, həyatım və ən yaxşı dostum. Səni sevirəm" qeyd edərək ürək sözlərini yazıb. Qeyd edək ki, Fərhad...
publikaz_normalized
Lavrov ABŞ-ın planını açıqladı":"Birləşmiş Ştatlar hətta Ukraynanın məğlubiyyətini də qələbə kimi təqdim etmək iqtidarındadır ki, onlar artıq digər silahlı münaqişələr zamanı bunu dəfələrlə ediblər. “Biz Qərbin, xüsusən də ABŞ-ın qələbələrini elan etmək qabiliyyətini bilirik. Biz onların Vyetnamda , Əfqanıstanda və İra...
publikaz_normalized
Argentina 20 və 50 minlik əskinasları çap etməklə, hazırda iki min peso olan ən böyük əskinasları 25 dəfə artıracaq. Yeni prezident Javier Mileyin sözlərinə görə, hazırda nağd pul ödəyərkən insanlar özləri ilə böyük torbalar aparmağa məcbur olurlar. Bu da öz növbəsində “işgəncədir”. Vətəndaşlar hazırkı məzənnə ilə ekvi...
publikaz_normalized
Psixoloji məsələ məncə qadının qadına səbəbsiz paxıllığı, gözü götürməməyi, kibri, kini qarşı tərəfin acizliyi, kiçiklik, əziklik kompleksi, gərçək ciddi xəstəlikdir mənə görə". O, qadınların həmcinslərinə qarşı duyduğu paxıllıq hisslərindən söhbət açıb: Qadın içini gəmirən qurdlara acizanə təslim olur, özünü onlara ye...
publikaz_normalized
Yaxın günlərdə...":"“Qazprom” və Ankara Türkiyənin qaz qovşağı üçün yol xəritəsinin hazırlanması barədə razılığa gəliblər və bu, yaxın vaxtlarda qəbul ediləcək. “Bu gün biz tərəfdaşlarımızla yaxın gələcəkdə qəbul olunacaq müvafiq yol xəritəsini hazırlamaq barədə razılığa gəldik və onun çərçivəsində bu layihənin icrasın...
publikaz_normalized
Messi...":"ABŞ-da yeni futbol mövsümünün təqvimi açıqlanıb. Buna səbəb Florida təmsilçisinin hücumçusu Lionel Messinin 2024-cü ildə komandanın çempionatda keçirəcəyi 7 oyunu buraxacağıdır. Futbolçu Argentina millisinin heyətində ABŞ-da keçiriləcək Amerika kubokunda iştirak edəcək. Həmin vaxt MLS dayandırılmayacaq. Bu s...
publikaz_normalized
2024-cü ilin yanvar ayından vergi güzəştləri yenidən tətbiq ediləcək. Azərbaycanda əhalinin banklara qoyduğu depozitin müəyyən hissəsi vergidən azad ediləcək. Yeni qaydalara əsasən, aylıq dividenti 200 manata qədər olan depozitdən gələn gəlirlər vergidən tam olacaq. Milli.Az xəbər verir ki, millət vəkili Vüqar Bayramov...
publikaz_normalized
Dövlət İmtahan Mərkəzi ümumi və tam orta təhsil səviyyəsi üzrə 2024-cü ildə keçiriləcək buraxılış imtahanlarının tarixini açıqlayıb. İmtahan iştirakçılarının nəzərinə çatdırırıq ki, ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı proqramları tədris ilinin əvvəlində – sentyabr ayında icti...
publikaz_normalized
Xroniki yorğunluq sindromu son illərdə çoxlarının qarşılaşdığı bir haldır. Lakin limfatik drenaj prosedurları bu xoşagəlməz xəstəliyin öhdəsindən gəlməyə kömək edə bilər. O, deyib ki, bu üsul həm də soyuq mövsümdə xüsusilə zəruri olan immuniteti yaxşılaşdıracaq. Həkim izah edib ki, immunitet və viruslara qarşı mübarizə...
publikaz_normalized
Paxmel" təsirindən tamamilə xilas olmaq mümkün deyil, ancaq fermentləşdirilmiş süd məhsullarının köməyi ilə simptomları yüngülləşdirə bilərsiniz. Bu və ya digər dərəcədə simptomları yüngülləşdirə bilərsiniz, amma yenə əziyyət çəkəcəksiniz, alkoqol istənilən halda sağlamlığınıza zərbə olacaq", - Myasnikov qeyd edib. Onu...
publikaz_normalized
Yay aylarında mediada yazıldı ki, deputatlara böyük məbləğdə ödəniş ediləcək. Bütün bunların hamısı ləğv edildi. Biz ancaq deputat əməkhaqqı alırıq. Nə 13-cü əməkhaqqı, nə 12-ni əməkhaqqı - bunların heç birini almırıq. Verilişdən həmin maraqlı hissəni təqdim edirik.
publikaz_normalized
Ermənistan baş naziri Nikol Paşinyanla İran xarici işlər naziri Hüseyn Əmir Abdulahian Bakı ilə İrəvan arasında sülh sazişinin hazırlanması məsələsini müzakirə ediblər. Bildirilib ki, onlar həmçinin regional kommunikasiyaların açılması barədə danışıblar. H.Ə.Abdullahian qeyd edib ki, İran regional kommunikasiyaların aç...
publikaz_normalized
“Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında diplomatik nümayəndəlik və ya konsulluq əməkdaşlarının ailə üzvlərinin ödənişli əmək fəaliyyətinə cəlb edilməsi haqqında Saziş” təsdiq edilib. Sənədə əsasən, 2023-cü il noyabrın 7-də Belqrad şəhərində imzalanmış Azərbaycan Respublikası Hökumət...
publikaz_normalized
Prezident İlham Əliyev Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Laçın və Şuşa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib. Malıbəyli və Quşçular kənd inzibati ərazi dairələri Şuşa rayonunun tabeliyindən Xocalı rayonunun tabeliyinə verilib. Füzuli rayonunun in...
publikaz_normalized
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında Qanunu təsdiqləyib. Ağdam rayonunun Baş Güneypəyə kənd inzibati ərazi dairəsi tərkibindəki Baş Güneypəyə kəndi, Xatınbəyli kənd inzibati ərazi dairəsi tərkibindəki Xatınbəyli kəndi, Məlikli kənd inzibati ərazi dairəsi tərkibindəki M...
publikaz_normalized
Azərbaycan Prezidenti İlham Əliyev azad edilən rayonlarda inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib. Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 3-cü bəndinə uyğun olaraq qərara alır: Şuşa rayonunun inzibati əraz...
publikaz_normalized
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında Qanunu təsdiqləyib. Ağdam rayonunun Baş Güneypəyə kənd inzibati ərazi dairəsi tərkibindəki Baş Güneypəyə kəndi, Xatınbəyli kənd inzibati ərazi dairəsi tərkibindəki Xatınbəyli kəndi, Məlikli kənd inzibati ərazi dairəsi tərkibindəki M...
publikaz_normalized
Prezident İlham Əliyevin Ağdama səfəri zamanı Qiyaslı, Salahlı Kəngərli və Qərvənd kəndlərinin təməli qoyulub. Onun sözlərinə görə, Qiyaslı kəndində 656, Salahlı Kəngərlidə 150 və Qərvənd kəndində isə 851 fərdi yaşayış evinin tikİntisi nəzərdə tutulub: “Fərdi yaşayış evləri 2, 3, 4 və 5 otaqlı olacaq. Bundan əlavə, əra...
publikaz_normalized
Prezident İlham Əliyev “Şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi və bundan irəli gələn bəzi məsələlərin tənzimlənməsi haqqında fərman imzalayıb. Nazirlər Kabineti tikintiyə icazə və istismara icazə icraatı da daxil olmaqla şəhərsalma və tikinti inzibatçılı...
publikaz_normalized
aqressiv hərəkətlərə hazır olmalıyıq":"İkinci Qarabağ savaşı zamanı Azərbaycan xüsusi xidmət orqanlarının necə peşəkar olduğu bir daha üzə çıxsa da, etiraf edək ki, onların məhz bu həcmdə əməliyyat həyata keçirmək gücündə olduğunu təxmin edə bilməzdik. Bu, Azərbaycan xüsusi xidmət orqanlarının inanılmaz peşəkarlığının ...
publikaz_normalized
Azərbaycanda həbsdə olan şəxsləri məhkəmə yolu ilə azadlığa buraxdıracağını vəd edərək, 55 min manat alan şəxs cinayət məsuliyyətinə cəlb edilib. Özünü keçmiş polis və hazırda prokurorluq əməkdaşı kimi təqdim edən Cəlal xarici işlər nazirinin müavini X.X-in qohumu olmasını yalandan bildirərək həmin şəxslərə işi müsbət ...
publikaz_normalized
Vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə “Azəriqaz” İstehsalat Birliyi yanında yaradılmış İctimai Şuranın ilk iclası keçirilib. Şuraya sədr seçilmək üçün "Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi" İctimai Birliyinin sədri Elçin Salmanovun namizədliyi irəli sürülüb. Keçirilən səsvermənin nəticəsinə ə...
publikaz_normalized
Əmək Məcəlləsinin 108-ci maddəsinin 1-ci hissəsinə əsasən Məcəllənin 91, 92 və 93-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olunmaqla, qalan iş yerlərində səsvermə, iş günü hesab edilməyən bayram günləri və Ümumxalq Hüzn günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısal...
publikaz_normalized
Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-ın dövlət katibi Antoni Blinkenlə telefon danışığı keçirib. Fidan amerikalı həmkarına dekabrın 26-da TBMM-nin Beynəlxalq Əlaqələr Komissiyası tərəfindən İsveçin NATO-ya üzv olmaq ərizəsinin təsdiqlənməsi barədə məlumat verib. Bununla yanaşı, Vaşinqtonun Ankaraya F-16 qırıc...
publikaz_normalized
Sosial şəbəkədə özəl klinikalara icbari tibbi sığorta ilə göndərişlərin verilməsinin dayandırılmasına dair məlumat yayılıb. “Əsas dəyişiklik vətəndaşların vaxt, maliyyə vəsaiti itirmədən öz yaşadığı inzibati ərazi daxilində və ya tibbi ərazi bölməsi (TƏB) ərazisində dövlət və ya özəl tibb müəssisəsində xidmətdən yararl...
publikaz_normalized
Su Nəqliyyatında Polis İdarəsinin Mingəçevir Xətt Polis Məntəqəsinin əməkdaşları tərəfindən xidməti ərazidə hüquqazidd əməllərin qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər keçirilib. Həmçinin, polis əməkdaşları tərəfindən yol kənarında, müəyyən edilməmiş yerlərdə balıq satışını həyata keçirən şəxslərə ...
publikaz_normalized
Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın yeni tərkibi təsdiqlənib. Dəyişikliyə əsasən, Komissiyanın statusu dəyişib və Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya olub. Bununla yanaşı, Komissiyanın sədri Baş nazirinin birinci müavini deyil, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi olacaq. Ko...
publikaz_normalized
Ermənistanın eks-prezidenti Robert Köçəryana qarşı cinayət təqibi dayandırılıb. Bildirilir ki, qərarı Anna Danibekyanın sədrlik etdiyi ümumi yurisdiksiya məhkəməsi qəbul edib. Prokuror qeyd edib ki, bu iş üzrə iddia müddəti may ayında başa çatıb, lakin Köçəryan cinayət təqibinə xitam verilməsinin əleyhinə çıxıb. Dekabr...
publikaz_normalized
Azərbaycan Dövlət Pantomima Teatrında 2019-cu ildən mühasib vəzifəsində çalışmış Aytən Ceyhun qızı Kərimova 2023-cü ilin yanvar ayında işində yol verdiyi ciddi nöqsanlara görə tutduğu vəzifədən azad edilib. Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində onun barəsində Cinayə...
publikaz_normalized
Gələn ilin əvvəlində Təbrizdə Ermənistanın baş konsulluğu açılacaq. “Ümid edirik ki, yeni ilin ilk həftələrində həmkarımla Təbrizdəki baş konsulluğun rəsmi açılış mərasimində görüşəcəyik”, - deyən iranlı diplomat İranın Qafan şəhərində baş konsulluğunun açılması faktını da diqqətə çatdırıb.
publikaz_normalized
Azərbaycan ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar 28 dekabr - 7 yanvar tarixlərində gücləndirilmiş iş rejimində çalışacaq. Məlumata görə, AYNA şəhərlərarası və rayonlararası marşrutlar üzrə sərnişin daşımalarını yerinə ...
publikaz_normalized
Gün ərzində çirkləndirici qaz qarışıqlarından Bakı üzrə dəm qazının miqdarı normadan 1.1 dəfə yüksək müəyyən edilib. Dəm qazının miqdarının normadan yüksək olmasına səbəb nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması, sənaye müəssisələrinin fəaliyyəti və digər antropogen təsirlərlə əlaqədardır.
publikaz_normalized
ABŞ dövlət katibi Antoni Blinken gələn həftənin sonunda İordan çayının qərb sahilinə, eləcə də İsrail, İordaniya, Səudiyyə Ərəbistanı, BƏƏ və Qətərə səfər etməyi planlaşdırır. Blinkenin Yaxın Şərqə səfəri çərçivəsində Qəzza zolağındakı münaqişənin həllini müzakirə edəcəyi gözlənilir. Bu, Blinkenin oktyabrın 7-dən bəri ...
publikaz_normalized
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin edilib. Elşad Abdullayev 2009 – 2018-ci illərdə Radiasiya Problemləri İnstitutunda ardıcıl olaraq kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi və aparıcı elmi işçi vəzifələrində çalışıb. 2019 - 2023-cü illərdə Bakı Mühəndislik Universitetində Pedaqoji fakültənin dekanı...
publikaz_normalized
Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın sədri dəyişib. Fərmana əsasən, Komissiyanın sədri Baş nazirinin birinci müavini deyil, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi olacaq.
publikaz_normalized
Rusiyanın “LUKOYL” Publik Səhmdar Cəmiyyətinin sabiq prezidenti Vahid Ələkbərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. “İcazə verin, Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edim. Sizin müdrik rəhbərliyinizlə həyata keçirilən ardıcıl dərin islahatlar və müasirləşdirm...
publikaz_normalized
Pirotexniki vasitələrin satışını təşkil edənlər aşkarlanıblar":"Bakıda və bölgələrdə pirotexniki vasitələrin satışını təşkil edən şəxslər məsuliyyətə cəlb ediliblər. Qeyd edilən pozuntusuna yol verən şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci (İstehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya ...
publikaz_normalized
Yunanıstanın Kalamata aerodromu yaxınlığında "Т-2 Buckeye" təlim təyyarəsi qəzaya uğrayıb. Məlumata görə, yerə düşməzdən öncə təyyarədə partlayış olub.
publikaz_normalized
2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycan və Almaniya arasında ticarət dövriyyəsi 1 milyard 633.8 milyon dollar təşkil edib ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 40% və ya 467 milyon dollar çoxdur. Eyni dövrdə Azərbaycandan Almaniyaya ixracın həcmi isə 35% artaraq 791 milyon dollar təşkil edib. Qeyd...
publikaz_normalized
Bakıda mənzildə meyit tapılıb. (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Həyata keçi...
publikaz_normalized
Qəbələ”nin qış fasiləsindəki hazırlıq planı müəyyənləşib. Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda təlim-məşq toplanışı müddətində iki yoxlama oyununda gücünü sınayacaq. “Qəbələ” yanvarın 10-da “Kəpəz”, 15-də isə “Qəbələ-2” ilə qarşılaşacaq. Hər iki oyun Qəbələdə baş tutacaq. Matçların başlama saatı ilə bağlı əlavə...
publikaz_normalized
Yəmənin husi üsyançılarının Qırmızı dənizdə gəmilərə hücumları Yaxın Şərqdə genişmiqyaslı müharibə riskini artırır. “Biz regionda münaqişəni gərginləşdirməyə çalışmasaq da, insanlarımızı, əmlakımızı qorumaq üçün əlavə lazımi tədbirlər görməyə qərarlıyıq və buna tam hazırıq”, - deyə ABŞ müdafiə naziri bildirib. Qeyd edə...
publikaz_normalized
Gürcüstan prezidenti Salome Zurabişvili Rusiyanı “sürünən ilhaq siyasətində” ittiham edib. "Mən rusların gürcü torpaqlarının növbəti zəbtini və sürünən ilhaq siyasətini pisləyirəm", - Gürcüstan prezidenti “X” hesabında yazıb. "Salome Zurabişvili beynəlxalq ictimaiyyəti də cavab verməyə çağırıb. “İnsanların Biçvintada d...
publikaz_normalized
Əxlaqdan danışa biləcək sonuncu şəxs...":"Türkiyə Prezident administrasiyası İsrailin Baş nazir Benyamin Netanyahunu “soyqırım haqqında hər şeyi deyə bilən və əxlaqdan danışa bilən sonuncu şəxs” adlandırıb. Öz növbəsində Netanyahu deyib ki, “kürdlərin soyqırımını həyata keçirən və onun rejiminə qarşı çıxan həbs olunan ...
publikaz_normalized
Azərbaycan musiqisinin heyranı olduğunu deyən avstraliyalı tanınmış musiqiçi və tar ifaçısı Con Varley ölkəmizə olan sevgisini hər cümləsində vurğulayır. Elə bu vaxtdan da həm dilimizə, həm də musiqimizə marağı yaranıb. Avstraliyalı musiqiçi Azərbaycan tarına olan sevgisinin necə yarandığını, ona tarı kimin öyrətdiyini...
publikaz_normalized
İki diplomatımızı ölkədən çıxartdı":"Azərbaycanın Parisdəki səfirliyinin iki əməkdaşı Bakının fransalı diplomatlara qarşı oxşar hərəkətinə cavab olaraq “persona-non-qrata” (arzuolunmaz şəxs) elan edilib. “Rəsmi Paris Azərbaycanın Fransanın Azərbaycandakı səfirliyinin diplomatik heyətinin iki əməkdaşını “persona-non-qra...
publikaz_normalized
Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin dibi də daxil olmaqla su fondu torpaqları (Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təklifi əsasında) və sahilboyu 20–50 metrlik zolağının altında olan torpaqlar Nazirlər Kabinetinin qərarı ilə icarəyə verilə biləcək.
publikaz_normalized
Mingəçevir şəhəri, Gəncə şosesində aztəminatlı ailələr üçün inşa edilmiş binaların qazlaşdırılması ilə bağlı yeni çəkilmiş orta təzyiqli qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi, həmçinin “Daş Butka” QTM-dən qidalanan orta təzyiqli istismara yararsız yeraltı qaz xəttinin bir hissəsinin əvəzlənməsi, eləcə də...
publikaz_normalized
Nigeriyanın Plato ştatının kəndlərinə silahlı şəxslərin 23-24 dekabr tarixində hücumu nəticəsində ən azı 198 nəfər həlak olub. Nigeriya ordusu bölməsinin sözçüsünə görə, insident şənbə və bazar günü gecə ölkənin mərkəzi Plato ştatının Muşu kəndində baş verib. Cari ilin may ayından bəri Platoda icmalararası toqquşmalar ...
publikaz_normalized
Dünyanın bir nömrəsi Novak Cokoviç 40 yaşına qədər və bəlkə də daha uzun müddətə peşəkar şəkildə oynamaq istədiyini söylədyib. O, NFL-də 23 mövsüm keçirən və bu ilin fevralında ikinci dəfə karyerasını başa vuran 46 yaşlı amerikalı futbolçu Tom Bredlini özünə nümunə götürdüyünü bildirib: “O, özünə qulluq etmək, sağalmaq...
publikaz_normalized
Polşanın mədəniyyət naziri Bartolomew Senkeviç dövlət mediasının ləğv edilməsi barədə qərar qəbul etdiyini açıqlayıb. "Bundan əvvəl Polşa prezidenti Anjey Duda dövlət mediasının maliyyələşdirilməsinə 3 milyard zloti ayırmağı nəzərdə tutan qanun layihəsinə veto qoyub. Mədəniyyət nazirinin bəyanatına görə, prezidentin qə...
publikaz_normalized
Türkiyədə minimum əmək haqqının məbləği artırılıb. Xatırladaq ki, hazırda ölkə ərazisində minimum əmək haqqının məbləği 11 402 lirədir (659 AZN).
publikaz_normalized
Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib. Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim C.Qaracayevin məruzəsini, maraqlı subyektlər Ali Məhkəmənin və Milli Məclis Aparatının mülahizələrini, Bakı Apellyasiya Məhkəməsinin, Sumqayıt Apellyasiya Məhkəməsinin, Vəkillər K...
publikaz_normalized
İranın Zahidan şəhərində ailələrini dolandırmaq üçün pərakəndə yanacaq alış-verişi ilə məşğul olan vətəndaşların avtomobilləri yanıb. Bildirilib ki, yanacaqla dolu kanistrlər yüklənmiş dörd ədəd avtomobil alışaraq yanıb. Hadisə Zahidan şəhərində Besət Yanacaqdoldurma məntəqəsinin yaxınlığında baş verib.
publikaz_normalized
Riskdən qorxmayın":"İşdə rəhbərliklə nəyisə müzakirə etməyə çalışmayın. Hüquqi məsələlərin həllini ertələyin. Günün ikinci yarısında yeni məlumat və ya xəbər ala bilərsiniz. Maraqlandığınız işlə məşğul olmaq üçün əlverişli zamandır. Axşam saatlarına yaxın xatirələr yada düşəcək. Bir zamanlar sevdiyiniz filmə yenidən ba...
publikaz_normalized
İsveç bunun üçün ciddi addımlar atdı":"Türkiyə İsveçin NATO-ya üzvlüyü ilə bağlı irəliləyişə ümid edir. İsveç Madrid protokolu üzrə öhdəliklərini yerinə yetirmək üçün ciddi addımlar atıb. Xüsusilə, bu, hərbi məhsulların tədarükünə aiddir. Ümid edirəm ki, İsveçin yaxın gələcəkdə NATO-ya üzvlüyü ilə bağlı əhəmiyyətli irə...
publikaz_normalized
İsrail Müdafiə Qüvvələri müxtəlif fövqəladə hallar üçün planları təsdiqləyib və Livanla sərhəd bölgəsində çox yüksək hazırlıq vəziyyətindədir. “Bu gün biz müxtəlif gözlənilməz hadisələrlə bağlı planları təsdiq etdik və lazım gələrsə, zərbə endirməyə hazır olmalıyıq. Müdafiə Qüvvələri və onun şimal komandanlığı çox yüks...
publikaz_normalized
İşğaldan azad olunmuş Laçın şəhərinin gecə görüntüsü yayılıb.
publikaz_normalized
1 gün artıq cəzanın səbəbi…":"Peyman İbrahimi ümumilikdə 22 ay 17 gün həbs cəzasına məhkum edilib. Evdədir, bir həftə sonra vəkili qərara etiraz olaraq, yenidən məhkəməyə müraciət edəcək. O bildirib ki, P.İbrahimi ilə bağlı verilən qərar onları qane etmir: “Ümid edirdik ki, Peymanı həbsə atmayacaqlar. Cəza verilsə də, ...
publikaz_normalized
Məhkəmələrdə süründürəcəyəm" - VİDEO":"Müğənni Nura Suri sosial şəbəkədə onu təhqir edənlərə cavab verib. Mənim haqqımda harada təhqir çıxırsa, onunla mübarizə aparıram. Hələ təkəm, inanıram mənə qoşulacaqlar. Bu işlərlə polisi yormuşam, amma anında taıpılır, iş məhkəməyə qədər gedir. Heç kimin kimisə təhqir etməyə haq...
publikaz_normalized
Türkiyə Superliqasının 15-ci turunda "Rizəsppor"la oyundan (1:1) sonra hakim Xəlil Meleri yumruqla vuran “Ankaragücü”nün sabiq prezidenti Faruk Qoca həbsdən buraxılıb. Etirazı dəyərləndirən Ankara Ağır Cəza Məhkəməsi F.Qocanın məhkəmə nəzarəti altında azadlığa buraxılmasına qərar verib. Hakimin döyülməsinə görə F.Qoca ...
publikaz_normalized
Miçiqan Ali Məhkəməsi 14-cü düzəliş əsasında ABŞ-nin keçmiş prezidenti Donald Trampı 2024-cü il seçki bülletenindən kənarlaşdırmaq cəhdini rədd edib. Qeyd olunur ki, Miçiqan ştatında məhkəmə prosesi sentyabrda bir qrup seçici adından “Free Speech For People” hüquq müdafiə təşkilatı tərəfindən qaldırılıb. Qurumun Minnes...
publikaz_normalized
Rusiya ilə Hindistan arasında münasibətlər dünyada olan bütün çətinliklərə baxmayaraq, mütərəqqi şəkildə inkişaf edir. “Biz çox məmnuniyyətlə qeyd edirik ki, dünyada baş verən bütün təlatümlərə baxmayaraq, Asiyadakı ənənəvi dostlarımız, Hindistan, hind xalqı ilə əlaqələr getdikcə inkişaf edir", - Putin vurğulayıb. Qeyd...
publikaz_normalized
Məşhur müğənni Filip Kirkorovun saytı bloklanıb. Zəhmət olmasa, sonra yenidən yoxlayın”, – saytındakı mesajda deyilir. SprintHost hostinq provayderindən gələn mesajda bildirilir ki, bloklamanın səbəbi hesab sahibinə məktubla bildirilir. Bir gün əvvəl məlum oldu ki, Kirkorov İvleevanın qalmaqallı məclisinə görə “İvan Va...
publikaz_normalized
Avstriyalı mühəndis və iş adamı, “Glock 17” (Qlok) odlu silahının yaradıcısı Qaston Qlok 95 yaşında vəfat edib. “Sona qədər o, şirkətin və işçilərinin strateji istiqamətinə cavabdeh idi”, - deyə bildirilib. Qeyd edək ki, “Glock 17” Avstriya ordusu üçün hazırlanmış tapançadır.
publikaz_normalized
Son zamanlar kiberdələduzlar tərəfindən “Facebook” sosial şəbəkəsində müxtəlif adlarda saxta dələduzluq səhifələri yaradılır. Dələduzlar, səhifələrində bir çox şirkətlərin “Facebook” səhifələrini qeyd edərək, onların silinəcəyinə dair həqiqəti əks etdirməyən məlumatlar paylaşırlar. Belə ki, paylaşımlarda “Facebook”a da...
publikaz_normalized
ABŞ administrasiyası Ukraynaya 250 milyon dollar dəyərində hərbi yardım ayırır. Bu, 2023-cü ildə son yardım olacaq. “Həmin paketdə 250 milyon dollar dəyərində silah və texnikanın göndərilməsi nəzərdə tutulur”, - deyə Blinken bildirib.
publikaz_normalized
Yeni il bayramına az qalsa da, bazarlarda qələbəlik müşahidə olunmur. Alıcılar bunu bayramqabağı bahalaşma ilə izah edirlər. Bəs builki Yeni il süfrəsi neçəyə başa gələcək? Yeni il süfrəsi üçün lazım olan əsas məhsullarla bağlı vəziyyət belədir: Dana əti 15 manat, quzu əti 18 manat, qoç əti isə 14 manatdır. Kənd toyuql...
publikaz_normalized
“Serbiya zorakılığa qarşı” müxalifət koalisiyasının tərəfdarları Belqradın mərkəzində Respublika Seçki Komissiyasının qarşısında növbəti etiraz aksiyası keçirib, sonra isə şəhər boyu yürüş edib. Qeyd olunub ki, 400-ə yaxın etirazçı yolun kənarına çıxaraq Serbiya Radio və Televiziyasının binasına tərəf gedib. Nümayişçil...
publikaz_normalized
Meyxanaçı Rüfət Nasosnu “7 tamam” proqramında qonaq olub. Nanə Rüfətdən niyə övladının olmadığını soruşub. “İstəyərsiniz övladınız olsun? Həkimlərə getdiniz, nə dedilər” deyə, aparıcı meyxanaçıya suallar ünvanlayıb. Rüfət isə onun sözlərinə belə reaksiya verib: “Təbii ki, istəyərəm övladım olsun.
publikaz_normalized
İsrail ordusu Qəzza zolağında Əl-Rantisi” xəstəxanası ərazisində “HƏMAS” a məxsus üç tunel şaxtasının aşkar edilərək məhv edib. Məlumata görə, on metrlərlə dərinlikdə olan tunel şaxtaları xəstəxananın altından keçən və Qəzza şəhərinin mərkəzinə aparan yeraltı tunel şəbəkəsi ilə birləşdirilib. “Tunellər həmçinin Qəzza z...
publikaz_normalized
Ağrı bədəndəki problemi xəbər verən siqnalizasiya sistemidir və orqanizmə faydalıdır. Əgər biz ağrıkəsici ilə onu keyitsək, narahatlığa səbəb olan əsas xəstəlik getdikcə inkişaf edir. Nəticədə xroniki fazaya keçən xəstəliyin müayinəsi çətinləşir. O bildirib ki, ağrıkəsicilərin nəzarətsiz istifadəsi ölümə qədər gətirib ...
publikaz_normalized
Kadrlardan bəyaza bürünən Laçın şəhərinin heyranedici mənzərəsini görmək mümkündür. Həmin görüntüləri təqdim edirik:
publikaz_normalized
“Bernli” İngiltərə Premyer Liqa tarixində heç də xoş olmayan ilkə imza atıb. Bu, sözügedən çempionatda ilk dəfə yaşanıb. Bu barədə “Opta Sports” məlumat yayıb. “Bernli” 19-cu turda “Liverpul”a məğlub olmaqla (0:2) anti-rekorda imza atıb. Qeyd edək ki, “bənövşəyilər” yeganə ev qələbəsini İngiltərə çempionatının 14-cü tu...
publikaz_normalized
Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin administrasiyasında sülh iradəsi yoxdur. “Biz Zelenski rejiminin sülh iradəsinin olmadığını qeyd etməyə məcburuq. Onun nümayəndələri müharibə baxımından düşünür və çox aqressiv ritorikaya əl atırlar”, - diplomat bildirib. Xar...
publikaz_normalized
Həyatda ən acığım gələn insanlar hamıdan özünü ağıllı bilənlərdir. Elnarə ilə münasibətimiz "W-trio" qrupuna görə olub. Amma həmişə hörmət saxlamışam. O, həmkarı Elnarə Xəlilova ilə küsülü olmasının əsl səbəbini açıqlayıb: Soyuq münasibət illərdir aramızda davam edir. Əslində birinci mədəni olaraq mən ona sataşmışam. 1...
publikaz_normalized
ABŞ-ın Nyu York şəhərində çağdaş Azərbaycanın qurucusu, Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “İz” adlı sənədli film nümayiş etdiriləcək. Qeyd edək ki, Heydər Əliyev Fondu tərəfindən təqdim edilən ekran əsərində Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs olunur.
publikaz_normalized
Ermənistan xüsusi xidmət orqanları qondarma “artsax” ideyasını dəstəkləyənlərin “ovuna” başlayıb. “Hraparak” nəşri iddia edir ki, dindirilməyə dəvət olunanlara təzyiqlər edilir, onlara qondarma “artsax”ın artıq mövcud olmadığı izah olunur. “Milli Təhlükəsizlik Xidmətinə dəvət olunanlar arasında Artak Beqlaryan, Şahrama...
publikaz_normalized
Balıq yumurtalarına aid olan balıq kürüsü, müxtəlif sağlamlıq faydaları təklif edən vitaminli bir qidadır. Xüsusi qida tərkibi balıq növündən asılı olaraq dəyişə bilər, lakin ümumiyyətlə, balıq kürüsü əsas qida maddələrinin yaxşı mənbəyidir. Omeqa-3 yağ turşuları ilə zəngindir: Xüsusilə qızılbalıq kimi yağlı balıqlarda...
publikaz_normalized
80 nəfər də Laçına getdi - FOTO":"Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Laçın şəhərinə növbəti köç karvanı yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 25 ailə - 80 nəfər köçürülüb. Bunlardan 13 ailə (38 nəfər) Bakı şəhərində, beş ailə (17 nəfər) Bərdə rayonunda, beş ailə (15 nəfər) Sumqayıt şəhərində, i...
publikaz_normalized
Astroloji proqnozlara görə, 2024-cü il bir çox mənada maraqlı il olacaq. İl ərzində fərdi təşəbbüslər ön plana çıxmaqla bərabər münasibətlərdə tarazlıq və harmoniya arzusu artacaq. Qoç" "Hər 18 ildən bir gələn müsbət dəyişiklik bu il sizinlə olacaq. Qoçlar üçün xoş münasibətlər və ümumiyyətlə evlilik gündəmdə olacaq. B...
publikaz_normalized
Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In ordu və hərbi sənaye müəssisələrinin, o cümlədən nüvə silahı istehsalı ilə bağlı müəssisələrin qarşısına müharibə hazırlığını sürətləndirmək vəzifəsi qoyub. Kim Çen In vurğulayıb ki, Koreya yarımadasında ABŞ və onun peyklərinin misli görünməmiş “hiylə”ləri...
publikaz_normalized
86 yaşlı qadın qətlə yetirildi - oğlu saxlanıldı":"Dekabrın 27-si saat 22 radələrində Quba rayonunun Bağbanlı kənd sakini 1937-ci il təvəllüdlü Zöhrə İsmixanovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə...
publikaz_normalized
Roza Zərgərli yenidən aparıcı kimi fəaliyyət göstərəcək. O qeyd edib ki, bu dəfə "Kanal S"də axşam saatlarında yayımlanacaq proqramın aparıcısı olacaq. Proqram həftədə beş gün efirə gedəcək. Xatırladaq ki, müğənni bundan öncə İTV və ATV kanallarında aparıcı kimi efirə çıxıb.
publikaz_normalized
Xəbər verdiyimiz kimi ölkədə küləkli hava şəraiti dava edir. Şimal-qərbdən ölkə ərazisinə daxil olan soyuq hava kütlələri nəticəsində dekabrın 28-də gecə saatlarından başlayaraq hava şəraiti dəyişib, güclü şimal-qərb küləyi əsir. Onun sözlərinə görə, küləyin maksimal sürəti bəzi bölgələrdə 23, Bakıda və Abşeron yarımad...
publikaz_normalized