text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
“İçərişəhərin tarixi mənə hər zaman maraqlı olub” - VİDEO":"İçərişəhərdə turistləri gəzdirirəm. Bu işə yeni başlamağıma baxmayaraq buranın tarixi mənə hər zaman maraqlı olub. O bildirib ki, Bakıda turistlərə bələdçilik edir. Azərbaycanlı xanımla ailə həyatı quran Henri daha sonra isə öz təsərrüfatını yaradıb. Hazırda b... | publikaz_normalized |
Düyü qiymətləri son 15 ilin ən yüksək səviyyəsinə qalxıb. Qeyd olunur ki, Tailand ağ düyüsünün qiyməti bir ton üçün 659 dollara qədər artıb. Sonuncu dəfə belə göstərici 2008-ci ilin oktyabrında qeydə alınıb. Bildirilir ki, bu il quru hava və aparıcı düyü tədarükçüsü olan Hindistanın ixracı məhdudlaşdırması səbəbindən q... | publikaz_normalized |
“Bakıda və Abşeron yarımadasında dekabrın 28-i axşamadək güclü şimal-qərb küləyinin davam edəcəyi, küləyin maksimal sürətinin 18-23 m/s, arabir 25-30 m/s, yarımadanın bəzi yerlərində arabir 33-38 m/s-dək güclənəcəyi gözlənilir”. Onun sözlərinə görə, dekabrın 28-i axşamdan 29-u səhərədək yarımadanın bəzi yerlərində fasi... | publikaz_normalized |
Bakının bir sıra yollarında tıxac yaranıb. Hal-hazırda yollardakı vəziyyət: Qara Qarayev prospekti, "Qara Qarayev" metrostansiyasından "Koroğlu" metro stansiyası istiqamətində;" "2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;" "3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;" "4. H... | publikaz_normalized |
Dollar olmayacaq":"İran və Rusiyanın ticarət əməliyyatlarında ABŞ dolları əvəzinə milli valyuta ilə alqı-satqı ilə bağlı əldə etdiyi razılaşma yekun nəticəyə çatıb. İran və Rusiya 2022-ci ilin iyul ayında qarşılıqlı ticarət əməliyyatlarında ABŞ dolları əvəzinə öz milli valyutalarından istifadə etməyi planlaşdırdıqların... | publikaz_normalized |
Qərb dövlətləri Ermənistana və bütövlükdə Cənubi Qafqaza sülh və sabitlik gətirməyə çalışmır, onların vəzifəsi Moskvanı sıxışdırıb çıxarmaqdır. Onun sözlərinə görə, Ermənistan hazırda bir sıra çağırışla üz-üzədir: “Üstəlik, Qərb oyunçularının köməyi ilə onları dayandırmaq mümkün olmayacaq. ABŞ və Aİ Rusiyadan fərqli ol... | publikaz_normalized |
“Rusiya Federasiyası gözləyir ki, Ermənistan NATO ilə dialoqun dərinləşməsi səbəbindən milli müdafiə və təhlükəsizlik sahəsində dövlət suverenliyini itirmək təhlükəsindən xəbərdardır”. XİN rəhbəri vurğulayıb ki, bu il Ermənistan alyansla onlarla tədbirdə iştirak edib. Onun sözlərinə görə, Ermənistan silahlı qüvvələrini... | publikaz_normalized |
Güclü külək səbəbindən elektrik enerjisinin verilişində yaranan fasilələr qatarların hərəkət qrafikindən çıxmasına səbəb olub. Məlumata görə, bu gün səhər saatlarından başlayan güclü külək nəticəsində elektrik təchizatının verilməsində yaranmış texniki nasazlığa görə, əsasən Sumqayıt-Pirşağı-Bakı istiqamətində hərəkət ... | publikaz_normalized |
Afinadan yeni təklif":"Yunanıstanın Mədəniyyət Naziri Lina Mendoni, qədim heykəllərin Afinaya qaytarılacağı təqdirdə Britaniya Muzeyindəki "boşluğu dolduracaq" başqa əsərlərin göndəriləcəyinə söz verib. Əgər heykəllər Afinada birləşərsə, Yunanıstan boşluğu doldurmaq üçün mühüm antik əşyaların dövri sərgilərini təşkil e... | publikaz_normalized |
Yaralı əsgərlər onunla görüşməkdən imtina etdilər":"Bəzi yaralı israilli əsgərlərin baş nazir Benyamin Netanyahu ilə görüşməkdən imtina etdiyi bildirilir. Yaralı əsgərlərdən biri olan Şneberq bununla bağlı paylaşım edib. Şneberq bildirib ki, yaralanan 18 İsrail əsgərindən 15-nin Netanyahunun otağına girməsini istəmədiy... | publikaz_normalized |
Ukrayna və Rusiya hərbçiləri birlikdə cəbhə xəttində “Katyuşa” mahnısını ifa ediblər. Rus əsgərləri Ukrayna mövqelərindən çox da uzaq olmayan meşədə olublar. Onlar Ukrayna hərbçilərini çağırıblar, bundan sonra onlar xorla oxumağa başlayıblar: “Alma və armud ağacları çiçəkləyirdi. Dumanlar çayın üzərindən üzürdü. Onları... | publikaz_normalized |
Mançester Siti"nin futbolçusu Bernardo Silva gələcəyi haqda danışıb. Benfika"ya qayıtmaq istəyirəm. Nələr olacağını gələcəkdə görəcəyik. Bu haqda çox danışmağa ehtiyac yoxdur. Hazırda "Mançester Siti" ilə müqaviləm var. Portuqaliya futbolu maliyyə məsələsində İngiltərə, İspaniya, Almaniya, Fransa ilə müqayisə oluna bil... | publikaz_normalized |
Məşhur meyxanaçı Balaəli Maştağalının atası oğlu ilə bağlı maraqlı açıqlamalar verib. Balaəlinin atası Oqtay ailəsindən danışıb, aparıcının sualları cavablayıb. Mövzu ilə bağlı ətraflı videoda: | publikaz_normalized |
HƏMAS "ağzından vurdu"...":"Fələstinin HƏMAS təşkilatının oktyabrın 7-də keçirdiyi hücumdan sonra baş verənlərlə heç bir əlaqəsi olmadığını dəfələrlə iddia edən iranlı idarəçilərdən bu dəfə fərqli açıqlama gəlib. Şərif həmçinin iddia edib ki, bir müddət əvvəl İsrailin Suriyada həyata keçirdiyi hava hücumunda öldürülən ... | publikaz_normalized |
PSJ "Korintians"dan yarımmüdafiəçi Qabriel Moskardonun transferi ilə bağlı razılığa gəlib . Bu barədə ESPN məlumat yayıb. Mənbənin məlumatına görə, Moskardo bu yaxınlarda Parisə gələcək və 5 illik müqavilə imzalayacaq. Keçən yay "Korintians" "Çelsi"nin futbolçu üçün 22 milyon dollarlıq təklifini rədd etmişdi."Arsenal",... | publikaz_normalized |
Rusiya ukraynalı əsirlərdən təşkil olunan batalyonu döyüşə atdı":"Boqdan Xmelnitski adına batalyon Ukrayna Ordusuna qarşı ilk döyü əııməliyyatını keçirib. Onların Ukrayna Silahlı Qüvvələri (AFU) ilə ilk döyüşlərini bu bölmənin tərkibində olan hərbçi Kirill Spasski təsvir edib. Spasski qeyd edib ki, döyüşçülər ilk döyüş... | publikaz_normalized |
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib. Hazırda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Eyni zamanda bütün məlumat sürət tablolarında "Güclü külək" işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət hədd... | publikaz_normalized |
Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində 2 nəfər dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı Bakı şəhəri Binəqədi rayon prokurorluğunda araşdırma aparılır. | publikaz_normalized |
Azərbaycan Mərkəzi Bankı (AMB) 2024-cü ildə ölkədə illik inflyasiyanın 5-5,5% civarında olacağını gözləyir. Məlumata görə, inflyasiyanın xarici amillərinin səngiməsi və hökumətlə birlikdə həyata keçirilən antiinflyasiya tədbirləri ortamüddətli dövrdə inflyasiyanın hədəf diapazonunda formalaşmasını dəstəkləyəcək. | publikaz_normalized |
görün xəstələrin başına...":"Təsəvvür edin ki, ruhi xəstələrin yerləşdirildiyi bir məkanda yalnızsınız. Düşünmək belə çətindir, eləmi? Hələ ki, qala tərk edilmiş, amma daxilində ruhi xəstələr üzərində aparılan "müalicə metodları"nı əks etdirən fotolarla zəngin olan köhnə xəstəxanada tək başına gəzəsən. Təsəvvür etmək b... | publikaz_normalized |
Avropa Komissiyasının keçmiş rəhbəri, fransız siyasətçi Jak Delor 98 yaşında vəfat edib. O, (çərşənbə günü) səhər Parisdəki evində yuxudaolarkən öldü" Martine deyib. Fransa prezidenti Emmanuel Makron Jak Delorun vəfatı ilə bağlı başsağlığı verib. Jak Delor 1981-1984-cü illərdə, sonra 1985-1995-ci illərdə Fransanın İqti... | publikaz_normalized |
Azərbaycan Mərkəzi Bankının bu günə olan valyuta məzənnələri açıqlanıb. Rusiya rublu bir qədər bahalaşaraq 0,0187 manat, Avro isə bahalaşaraq 1,8888 manat təşkil edib. Türkiyə lirəsi 0,0578 manatadək ucuzlaşıb. Valyuta" "Məzənnə" "1 ABŞ dolları" "1,7000" "1 Avro" "1,8888" "1 Rusiya rublu" "0,0187" "1 Avstraliya dolları... | publikaz_normalized |
Təyyarə donmuş çayın üzərinə endi - FOTO":Yakutiyada sərnişin təyyarəsi donmuş çaya enib. Pilotlar sadəcə olaraq Zıryanka hava limanında uçuş-enmə zolağından çıxıblar. Göyərtəsində 30 sərnişin olan An-24 təyyarəsi Yakutsk - Zıryanka - Srednekolımsk marşrutu ilə uçurmuş. Zıryanka kəndinə enən zaman pilotlar uçuş-enmə zo... | publikaz_normalized |
İbtidai sinif müəllimi Lüsi Uayld qulağında “yuva quran” hörümçəyə görə xəstəxanaya yerləşdirilib”. 30 yaşlı üç uşaq anası əvvəlcə sağ qulağındakı çatın kiçik bir qulaq kiri olduğunu düşünsə də, mikroskopik kamera vasitəsilə əslində bunun kir deyil, hörümçək olduğunu görüb. Qadın həşəratı öz başına qulağından çıxarmağa... | publikaz_normalized |
Çətin relyefli və dağlıq ərazilərdə dislokasiya olunan bölmələrin istənilən hava şəraitində xidməti-döyüş fəaliyyətinin yüksək səviyyədə təşkili məqsədilə zəruri tədbirlər davam etdirilir. Azad edilmiş ərazilərdə Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən təminat yolları qar örtüyündən təmizlənərək dai... | publikaz_normalized |
Sumqayıt şəhəri, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun kənarında 1,5 ha sahədə məişət və təkər tullantıları yanıb. Qeyd olunub ki, ətraf ərazilər yanğından mühafizə olunub, yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. xxx" "Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xə... | publikaz_normalized |
İki cəbhəyə oynayır":"ABŞ prezidenti Co Bayden Fələstin-İsrail münaqişəsində iki cəbhədə oynamağa çalışır. “Bayden bu münaqişənin baş verməsinə icazə verdi. Baxın, Bayden iki cəbhədə oynamağa çalışır və düşünürəm ki, o, uğursuzluğa düçar olur”, – Tramp çərşənbə günü “Just the News”a müsahibəsində deyib. ABŞ-ın keçmiş p... | publikaz_normalized |
Çox adam xilas olacaqdı":"İlon Mask bildirib ki, onun Ukrayna ilə bağlı planı çoxlarının həyatını xilas edəcəkdi. Xatırladaq ki, amerikalı sahibkar David Saks sosial şəbəkələrdə ABŞ administrasiyasının hazırda Maskın təklif etdiyi planı nəzərdən keçirmək istədiyini bildirib. Onun sözlərinə görə, ötən il Mask öz sülh pl... | publikaz_normalized |
Əməkdar artist Lalə Məmmədova sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. L.Məmmədova bədən quruluşu ilə izləyiciləri təəccübləndirib. O, paylaşımına "Darıxacaqsan" qısa şərhini yazıb. Lalənin tərzi üzərində stilist Elnur Həsənov çalışıb. | publikaz_normalized |
Transfermarkt" portalı Azərbaycan Premyer Liqasında çıxış edən futbolçuların dəyərlərini açıqlayıb. Həmin vaxt 3 milyon avro "bazar qiyməti" olan futbolçunun hazırda dəyəri 1 milyon avrodur. Buna səbəb ABŞ-ın "Şarlott" klubundan transfer edilən forvardın gözləniləndən aşağı səviyyədə çıxış etməsi olub. O, 16 oyunda 2 q... | publikaz_normalized |
Azərbaycanda mal və qoyun ətində ucuzlaşma olacağı gözlənilir. Sorğu nəticəsində məlum olub ki, hazırda ətin qiymətində hər hansı bir dəyişiklik yoxdur və bahalaşmanın da olacağı gözlənilmir. Sorğu zamanı, həmçinin, bazarda dolaşan maraqlı məlumat əldə edilib. Belə ki, sahibkarlar arasında dolaşan məlumatlara əsasən, y... | publikaz_normalized |
ABŞ-da müəllim yeniyetmə ilə qeyri-münasib münasibətə görə həbs edilib. Publik.az xəbər verir ki, bu barədə "The York Dispatch" yazıb. Nəşr bildirib ki, 30 yaşlı Emili 2022-ci ilin sentyabrından onun komandasında çıxış edən 17 yaşlı tələbə ilə yaxın münasibət qurağa başlayıb. Müəllim və futbol məşqçisi olan qadın ona f... | publikaz_normalized |
Bakı Dövlət Universitetinin Astrofizika kafedrası dekabrın sonu və bayram günləri üçün kosmik hava proqnozunu açıqlayıb. Günəş diskində C sinfinə aid bir necə alışma baş versə də, geoeffektiv (Yerə yönələn) tac kütlə atılması müşahidə olunmayıb. Günəş küləyi parametrlərini ölçən DSCOVR peykindən əldə olunan görüntülər ... | publikaz_normalized |
31 dekabr - 6 yanvar qeyri-iş günlərində ölkədəki bankların filial və şöbələri, eləcə də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin şöbələri və valyuta mübadilə məntəqələri fəaliyyət göstərəcəklər. Məlumata görə, bayram günlərində ölkəmizdə səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyu... | publikaz_normalized |
Konqresdəki dostlar hərəkətə keçdi":"ABŞ-da Türkiyənin maraqlarını və nüfuzunu qoruyan şəxs hərəkətə keçib. ABŞ Konqresində təsirli inandırma bacarığı və uğurları ilə tanınan Robert Lyuis Türkiyənin qarşısında ən böyük maneə olan ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvləri ilə əlaqə saxlayıb. Prioritet F-16 satış... | publikaz_normalized |
Avropa Super Liqası UEFA-nın Super Liqa işi ilə bağlı yayımladığı press-relizdə dəyişiklik edilməsi ilə bağlı Avropa Məhkəməsinə müraciətinə cavab verib. Başa düşmür ki, onun monopoliyası bitib, imtiyazlarının Avropada yeri yoxdur. Ədalət bunu çox aydın və heç bir şübhə doğurmayan şəkildə söylədi. UEFA alternativ yarış... | publikaz_normalized |
Real" Erlinq Haaland və Killian Mbappenin adının klubun mağazalarında formaların üzərinə sifarişlə yazılmasını qadağan edib. “Onlar Madriddə oynamadıqları üçün adları olan formaları satmadıqlarını dedilər. İnanırıq ki, Haalland, Messi və ya Mbappe soyadlı şəxsiyyət vəsiqələrimizi göstərsək, rədd cavabı olmayacaq”, - de... | publikaz_normalized |
Müğənni Aysel Əlizadəni həyat yoldaşı, iş adamı Elçin Nəcəfovla (Yetim Elçin) münasibətdə olmaqda ittiham edən Turanə Nəcəfova yenidən efirə çıxıb. Turanə aparıcı ilə müğənnini məhkəmədə üz-üzə qoyduğu üçün vicdan əzabı çəkdiyini dilə gətirib: Mənə görə məhkəmələrdə əziyyət çəkdiniz. Mənim üzümdən təhdid olundunuz, siz... | publikaz_normalized |
Mançester Siti"nin yarımmüdafiəçisi Bernardo Silva Kriştiano Ronaldonun İngiltərə Premyer Liqasındakı uğurunu təkrarlayıb. O, portuqaliyalı futbolçular arasında ən çox asist edən ikinci oyunçuya - Ronaldoya çatıb. Onların həmyerliləri arasında Premyer Liqada ən çox ötürmə edən Nani olub. Hazırda "Adana Dəmirspor"da çıx... | publikaz_normalized |
Müğənni Nüşabə Musayeva ağır xəsarət almaq təhlükəsi ilə üzləşib. Ayaq üstə dayana bilməyən ifaçı arxası üstə yerə çırpılıb. O kadrları Nüşabənin yaxınları kameraya çəkib: | publikaz_normalized |
“Kişiyə gəlin paltarı geyindirib evimə gətirim?!” - VİDEO":"ARB telekanalında yayımlanan “Elgizlə izlə” verilişində ekspertlər arasında mübahisə yaranıb. Buna səbəb Ucardan Bakıya gələrək bakılı qızla ailə qurmaq istəyən oğlanın həyatı olub. O, qızın Bakıda ev istədiyini bildirib. Aydın Xan Əbilov artıq sevginin dəbdə ... | publikaz_normalized |
Siz bilirsinizmi ki, köhnə xırda pullar çox bahalıdır? Məsələn, keçmiş SSRİ-in bəzi sikkələri böyük məbləğdə pula satılır! Qeyd edək ki, dəmir sikkələri Rusiyanın paytaxtı Moskva şəhərində (Moskva şəhəri, Tverskaya küçəsi 12, bina 8) alırlar. Yəni bunlar yalnız Moskva zərbxanasının sikkələri üçün nəzərdə tutulur! Bu ki... | publikaz_normalized |
Kanadada 2022-ci ildə könüllü evtanaziya hallarının sayı 2021-ci illə müqayisədə 31,2% artıb. Keçən il həkimlərin köməyi ilə 13,2 mindən çox kanadalı ölümü könüllü qəbul edib. 2022-ci ilin sonunda Şimali Amerika ölkəsində qeydə alınan bütün ölümlərin 4,1%-ni evtanaziya təşkil edib. 2023-cü il üçün məlumatlar hələ dərc ... | publikaz_normalized |
Xalq artisti Aygün Kazımova 2023-cü ilin son günlərində pərəstişkarlarını yeni mahnı və kliplə sevindirib. Ölkənin əsas ulduzu ekran işi üçün Türkiyəyə yollanıb. Klip bir çox məşhurla işləyən Selim Akarın rejissorluğu ilə İstanbulda lentə alınıb. Kazımovaya görə İstanbulda sahil, avtomobil məzarlığı və fabrik bağlatdır... | publikaz_normalized |
Rusiya 45 hərbçini mükafatlandırdı":"Ukraynanın Marinka şəhərinin tutulması zamanı göstərdikləri şücaət və qəhrəmanlıqlara görə 45 hərbçi medallarla təltif edilib. Əsgərlər “İgidliyə görə” ordeni, “Şücaətə görə” və 6-cı dərəcəli Müqəddəs Georgi Xaç medalları ilə təltif ediliblər. Onları Cənub Qüvvələr Qrupu komandanını... | publikaz_normalized |
Sülh prosesinin bu həlledici mərhələsində İrəvanın konkret nəticələrə nail olmaq üçün səmimi yanaşması zəruridir. O qeyd edib ki, ötən həftə sülh sazişinin mətninin son variantını Ermənistan tərəfinə təhvil verən Bakı indi İrəvandan öz təkliflərinə cavab gözləyir. Onun sözlərinə görə, Ermənistan özü üçün Azərbaycanla s... | publikaz_normalized |
İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı yanında daimi məşvərətçi orqan olan Şura İsmayıllı şəhəri ilə Evian-Le Ba şəhəri arasında imzalanmış Dostluq və Əməkdaşlıq Xartiyasının qüvvədən düşməsi ilə bağlı bəyanat yayıb. “2015-ci ilin may ayında İsmayıllıda Azərbaycan Respublikasının İsmayıllı şəhəri və Fransa Respublika... | publikaz_normalized |
Son günlər iki nəfər sosial şəbəkə üzərindən orqan tranplantasiyası üçün vəsait toplamağa başlayıb. Bu barədə paylaşımları görən şəxslər isə onların yardım kampaniyasına dəstək olurlar. Məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müraciət olunub və məsələ araşdırılıb. Agentlikdən Oxu.Az-a verilən məlu... | publikaz_normalized |
Baxan gözlərin niyyəti..." - VİDEO":"Artist səhnədə öz publikasından gözəl mənada fərqlənməlidir. Sən səhnədə əfsanə, nağıl, ya əlçatmaz bir film və obraz yarada bilirsənsə, bu obrazın niyyəti obraz olmaqdır. Sənə baxan gözlərin niyyəti və deyilən sözlərin niyyəti nədirsə, onu hər kəsin özü bilir. 23 ildə səsimlə, sənə... | publikaz_normalized |
Bakı şəhərinin müxtəlif ərazilərində 27 ədəd ağac aşması müşahidə olunub. Qeyd edilib ki, birliyin əməkdaşları tərəfindən fəsadlar operativ olaraq aradan qaldırılıb. Qeyd edək ki, şimal-qərbdən hərəkət edən soyuq hava kütlələrinin ölkə ərazisinə daxil olması nəticəsində dekabrın 28-i gecə saatlarından ölkə ərazisində h... | publikaz_normalized |
Dövlət Yol Polisi (DYP) iki təkərli nəqliyyat vasitəsi idarə edən şəxslərə xəbərdarlıq edib. Bildirilib ki, hazırda paytaxt ərazisində müşahidə olunan güclü külək yollarda qəza riskini artırır: Belə hava şəraiti ikitəkərli, o cümlədən moped, motosiklet, elektroskuter, velosiped tipli nəqliyyat vasitələrinin idarə edilm... | publikaz_normalized |
Yamalo-Nenets Muxtar Dairəsində ( YNAO) adam öldürməyə cəhddə ittiham olunan 25 yaşlı rusiyalı qadın və 47 yaşlı evsiz kişi saxlanılıb. Bildirilir ki, Labytnangi şəhər sakini mənzilin yeganə sahibi olmaq üçün 29 yaşlı qardaşından qurtulmaq qərarına gəlib. O, kömək üçün evsiz dostuna müraciət edib və söz verib ki, ödəni... | publikaz_normalized |
10 ölü, 50 yaralı - VİDEO":"Türkiyədə zəncirvari qəzada 10 nəfər ölüb, 50-dən çox insan yaralanıb. Şimali Mərmərə şosesində zəncirvari qəza: ilkin məlumatlara görə, 10 nəfər ölüb, 54 nəfər yaralanıb", - telekanal bildirib. Telekanalın məlumatına görə, ölənlər arasında uşaqlar da var. https://l.facebook.com/l.php?u=http... | publikaz_normalized |
Razılaşmışdım ki... - FOTOLAR":"İrana Ancelo de Souza ilə 12 ildən sonra evliliyini bitirmək qərarına gələn "Atletiko Mineyro"nun futbolçusu Halk qalmaqalla gündəmə gəlmişdi. O, keçmiş xanımının qardaşı qızı ilə evlənməklə Braziliyada səs-küyə səbəb olan addım atmışdı. 2019-cu ildən birlikdə olan cütlüyün bir qızı var.... | publikaz_normalized |
Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva "Nargis” jurnalının baş redaktoru Ülviyyə Mahmudova ilə birlikdə dünən Yeni İl bayramı ilə bağlı keçirilən tədbirdə iştirak edib. Ülviyyə Mahmudovanın bayram axşamında "Kiçik dəniz qızı" cizgi filmindəki supərisi Ariel obrazını canlandırması isə marağa səbəb olub. | publikaz_normalized |
Bizim Zəngəzura ərazi iddialarımız yoxdur. O qeyd edib ki, Rusiya qoşunları Ermənistan sərhədini onsuz da hər yerdə qoruyur. “Azərbaycanın digər ərazilərini Naxçıvanla birləşdirəcək yola nəzarət etmək məsələsində sadəcə Ermənistan artıq prinsipə gedib, bu mövqe də onlara Qərbdən tövsiyə olunub”, - F.Şəfiyev deyib. Mərk... | publikaz_normalized |
Məşhur müğənni Filip Kirkorovun saytının bloklanmasının səbəbi məlum olub. Müğənninin saytına xidmət göstərən şirkət resursun bloklanmasının səbəbini açıqlayıb. az xəbər verir ki, bu barədə RBC məlumat yayıb. İnternet provayderinin sözlərinə görə, saytın bloklanması sırf texniki xarakter daşıyır. “Saytın fəaliyyətinə ... | publikaz_normalized |
MƏXFİ MÜZAKİRƏ":"Ermənistan baş naziri Nikol Paşinyan Rusiyadan qayıdar-qayıtmaz hökuməti toplayıb. Bildirilir ki, gündəlikdə, xüsusən, idman sahəsində mühüm nailiyyətlərə görə verilmiş möhlətin ləğv edilməsi və Ermənistan Respublikası Hökumətinin 20 iyul 2023-cü il tarixli 1207-A nömrəli qərarına dəyişiklik edilməsi b... | publikaz_normalized |
“Yuxarı dövlət orqanı olmayan yoxlayıcı orqanların siyahısı” təsdiqlənib. Yuxarı dövlət orqanı olmayan yoxlayıcı orqanların siyahısı aşağıdakı kimidir: Azərbaycan Audiovizual Şurası. Əqli Mülkiyyət Agentliyi publik hüquqi şəxs. Dövlət Reklam Agentliyi publik hüquqi şəxs. İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi... | publikaz_normalized |
Tapşırıqlar verdi":"Elm və Təhsil Nazirliyində ali təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib. Görüş zamanı ilin yekunları təhlil edilib, növbəti il üçün ali təhsil sahəsində planlaşdırılan tədbirlərin gündəliyinə dair fikir mübadiləsi aparılıb, həmçinin imtahan sessiyası və yaz semestrinə hazırlıq prosesi m... | publikaz_normalized |
İmicinə dəyən zərərə görə":"Lyon"un sabiq baş məşqçisi Fabio Qrosso komandadan qovulması ilə ona dəyən imic ziyanına görə klubdan kompensasiyası tələb edir. Mənbənin sözlərinə görə, italiyalı mütəxəssis Fransa təmsilçisinə güzəştə getmək, 2024-cü ilə qədər olan müqaviləni ləğv etmək niyyətində deyil. İtaliya millisinin... | publikaz_normalized |
Təbrizdə Ermənistan konsulluğunun açılması siyasi bir addımdır. “Konsulluğun məhz orada açılması bizə mesajdır, məncə. Ancaq onun orada açılmasında təhlükə görmürəm. Bununla belə, İranın Azərbaycana münasibətində bəzi problemlər görürəm, belə ki, səmimi və ardıcıl deyil. İranla münasibətlərimiz yaxşıya doğru gedir, ona... | publikaz_normalized |
Kirayə qaldığı evin sahibini öldürməkdə təqsirli bilinərək 11 il azadlıqdan məhrum edilmiş Polad İsmayılova bəraət verilib. Rövşən Rəfiyevin sədrlik etdiyi hakimlər heyəti müttəhimin cinayəti törətməsinə əsas verən yetərli sübutlar olmadığı qənaətinə gəlib. Həmçinin müdafiə tərəfinin-vəkil Zabil Qəhrəmanovun ortaya qoy... | publikaz_normalized |
Real" rəhbərliyi 64 yaşlı italiyalı baş məşqçi Karlo Ançelotti ilə müqaviləni 2024-cü ilin yanvarında uzada bilər. Mənbənin sözlərinə görə, "kral klubu"nun rəhbərliyi italyan məşqçinin işinin nəticələrindən məmnundur. “Real” rəhbərliyi onunla yanvarın 10-da “Atletiko” ilə yarımfinal oyunu ilə başlayacaq İspaniya Superk... | publikaz_normalized |
3 nəfər xəsarət aldı - Birinin vəziyyəti ağırdır":"Güclü küləkli hava şəraiti ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 3 çağırış daxil olub. Qeyd olunub ki, təcili tibbi yardım briqadaları dərhal hadisə yerlərinə cəlb ediliblər: Xəsarət alan 3 nəfər müvafiq tibb müəssisələrinə təxliyə olu... | publikaz_normalized |
Beyləqan rayonunun Şərq qəsəbəsi sakinləri həmin ərazidə yerləşən məktəbin acınacaqlı vəziyyətdə olduğunu deyirlər. “Təhsil ocağında istilik yoxdur. Buna görə, burada infeksiya yayılıb. Məktəb binasının yararsız vəziyyətdə olması şagirdlər üçün təhlükəlidir. Tavan uşaqların başına-uçulub tökülür, döşəmədə deşiklər var.... | publikaz_normalized |
Nazirlər Kabineti 27 yanvar 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Ovçuluğun aparılması Qaydaları” və “Ovçuluq təsərrüfatları haqqında Əsasnamə”də dəyişiklik edib. Qərara əsasən, bundan sonra ovçular və ovçuluq təsərrüfatları vəhşi heyvanlar arasında xəstəlik müşahidə edildikdə, onların yaşayış mühiti pisləşdikd... | publikaz_normalized |
Toyuğun bu hissələrini yeməyin, çünki...":"Bəzən toyuq məhsulları sağlamlığınıza mənfi təsir göstərə bilər, ona görə də diqqətli olmalısınız. O, bildirib ki, ən çox parazit və zərərli bakteriyalar toyuqların ağciyərlərində toplanır. Toyuq ağciyərləri və başlarında çoxlu miqdarda parazit və zərərli bakteriyalar var ki, ... | publikaz_normalized |
Niderlandın baş nazirinin müavini və Yaxın Şərq üzrə ekspert Siqrad Kaaq BMT-nin Qəzzaya humanitar yardım koordinatoru təyin edilib. Fələstinli həyat yoldaşına görə ailəsi təhdid olunduğu üçün yayda siyasətdən getmək qərarını açıqlayan Kaaq bu dəfə fələstinli həyat yoldaşına görə İsrail mətbuatının trend mövzusuna çevr... | publikaz_normalized |
Faciəli vəziyyətdir, “B” planını təqdim et":"“Batkivşina” partiyasının lideri Yuliya Timoşenko Ukrayna prezidenti Vladimir Zelenskidən ölkədəki hazırkı “çətin, kifayət qədər faciəli vəziyyətdən” çıxmaq üçün B planı təklif etməyi xahiş edib. Siyasətçi qeyd edib ki, Qərbdən hərbi yardımın azalması səbəbindən Ukraynada və... | publikaz_normalized |
2024-cü ildə manatın taleyi necə olacaq?":"Mərkəzi Bank 2024-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanat verib. O qeyd edib ki, gələn ildə də manatın məzənnəsi tədiyyə balansının vəziyyətindən, daha dəqiqi neftin qiymətindən asılı olacaq: “Fiskal sektorun valyuta təklifi və tələbi, eləcə də iqtisadi su... | publikaz_normalized |
“Ermənistan Qərbin qeyri-müəyyən vədlərinə inanaraq, Rusiya ilə müttəfiqliyini dəyişməyə çalışır”. Onun sözlərinə görə, rəsmi İrəvanın xarici siyasət xəttini yenidən formalaşdırmaq istəyi qərblilərin nəsihətlərindən qaynaqlanır. “Qərb Ermənistana konkret yardım yox, qeyri-müəyyən vədlər verir, İrəvan da Moskva ilə zama... | publikaz_normalized |
Bakıda və Abşeron yarımadasında dekabrın 29-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 2-6° isti, gündüz 8-11° isti olacaq. Atmosfer təzyiqi 771 mm civə sütunundan 77... | publikaz_normalized |
Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhərinin Suraxanı rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. | publikaz_normalized |
Rusiya Ukraynanın bu nəhəng şəhərlərini tutacaq":"Dnepropetrovsk, Kiyev, Nikolyaev, Odessa və Xarkov Ukrayna tərəfindən “müvəqqəti olaraq işğal edilmiş” bir çox digər şəhərlər kimi Rusiyanın şəhərləridir. Odessa, Dnepropetrovsk, Xarkov, Nikolayev, Kiyev bir çox digər müvəqqəti işğal edilmiş şəhərlər kimi Rusiyanın şəhə... | publikaz_normalized |
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi insan alveri probleminin müxtəlfi aspektlərinin öyrənilməsinə dair növbəti - üçüncü tədqiqatını yekunlaşdırıb. İnsan alverinə şərait yaradan halların müəyyən edilməsi və onların aradan qaldırılmasına dair tədqiqatın ümumi həcmi 150 səhifədən ibarətdir. Müəllifi “Təmiz Düny... | publikaz_normalized |
2024-cü ildə yaşıl rəng trenddə olacaq. Qarşıdan gələn Əjdaha ilində yaşıl rəng xüsusilə populyarlaşacaq ki, bu da artıq brendlərin yeni kolleksiyalarında öz yerini tapıb. Yaşıl geyim alarkən diqqətli olmaq lazımdır, çünki o, dəri tonunu poza bilər. Lakin qəhvəyi və yaşıl gözlü insanlar, eyni zamanda qəhvəyi və qırmızı... | publikaz_normalized |
Prezident İlham Əliyev Qusar rayonunun Qusar‒Xudat (18 km)‒Langi‒Caqarqışlaq‒Urvaoba‒Atlıxan‒Kuzunqışlaq‒Zindanmuruqqışlaq‒Avaranqışlaq avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Maliyyə Nazirliyi Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir. İqtisadiyyat Nazirliyi... | publikaz_normalized |
Heydər Əliyev Sarayının tabeliyində fəaliyyət göstərən Niyazi adına Dövlət Simfonik Orkestrinin bədii rəhbər-baş dirijoru vəzifəsinə təyinat olub. Qeyd edək ki, Y.Adıgözəlov 4 noyabr 1959-cu ildə Bakı şəhərində görkəmli bəstəkar, Xalq artisti Vasif Adıgözəlovun ailəsində anadan olub. 1982-ci ildə Azərbaycan Dövlət Kons... | publikaz_normalized |
Kişiləri intihara sürükləyən SƏBƏBLƏR":"Baş Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi Fazil Həsənəliyev Prokurorluğun “Instagram” hesabındakı canlı yayımında deyib ki, Azərbaycanda intihar edənlər arasında kişilər qadınlarla müqayisədə 3 dəfə üstünlük təşkil edirlər. O, intihara gətirib çıxaran səbəblər sırasınd... | publikaz_normalized |
Pop müğənnisi Lolita Milyavskaya aparıcı və bloger Anastasiya İvleyevanın "çılpaqlar gecəsi"ndə iştirak etdiyi üçün onun Tümendəki konsertinin ləğv olunması tələb olunub. “Xalqın çağırışı” ictimai hərəkatının fəalları Tümen vilayətinin qubernatoruna sənətçinin martın 25-nə planlaşdırılan çıxışının qadağan edilməsi tələ... | publikaz_normalized |
İnter Mayami"nin və Argentina millisinin hücumçusu Lionel Messi sosial şəbəkə hesabında həyat yoldaşı Antonela Rokkutso ilə birgə idman zalından fotosunu paylaşıb. Fanatlar Leonun fiziki məşqlərə başlmasına seviniblər. Çünki futbolçu əvvəlki illərdə buna üstünlük vermirdi. Görünür Messi fevralda başlayacaq yeni mövsümə... | publikaz_normalized |
ABŞ ordusu hücuma hazırlaşır":"ABŞ İraq və Suriyada yeni hərbi əməliyyatlara başlaya bilər. Məktubda bildirilir ki, İrana bağlı proksi qüvvələrin İraq və Suriyada ABŞ bazalarına hücumları amerikalı əsgərlərin yaralanmasına səbəb olub. “ABŞ ordusu İraq və Suriyada bazalarımıza hücum edən qruplaşmalara qarşı addımlar atı... | publikaz_normalized |
O, Yaponiyanın tarixinə necə düşüb?":"28 dekabr dünya şöhrətli müğənni, xalq artisti Zeynəb Xanlarovanın doğum günüdür. Hansı sözləri ard-arda düzüb ortaya nə isə çıxara biləsən? Adının qarşısında bütün təriflər çox sönük görünəcək... Elə bir tək adı və soyadı bundan sonra da onun haqqında yazılacaq ən gözəl fikirlərə ... | publikaz_normalized |
Beynəlxalq təşkilatlara müraciət göndərilib":"Azərbaycan Xarici İşlər Nazirliyi prezident seçkilərini müşahidə etmək üçün beynəlxalq təşkilatlara müraciətlər göndərib. A.Hacıyev qeyd edib ki, Xarici İşlər Nazirliyi bu məqsədlə İnsan Hüquqları Bürosuna, ATƏT və Azərbaycanın üzv olduğu digər beynəlxalq təşkilatlara dəvət... | publikaz_normalized |
Moskva məlumat ala bilmir":"On gün əvvəl Vladimir Zelenskinin “sülh formulu” əsasında Qərb ölkələrinin gizli görüşü baş tutub. “On gün əvvəl bir belə görüş baş tutdu, “yeddilik” üstəgəl, aparıcı, inkişaf etməkdə olan ölkələr. Burada dünyanın əksər ölkələrinin hamısı iştirak etmədi, bəziləri dəvətdən imtina etdi. Lakin ... | publikaz_normalized |
Ukrayna ordusu cəbhənin Tavriya istiqamətində Rusiya ordusuna ağır zərbələr endirib. “Tavriya əməliyyat zonasında 20-yə yaxın rus işğalçısı təslim oldu. Həmçinin, son 24 saat ərzində düşmənin xeyli sayda zirehli texnikası məhv edilib və sıradan çıxarılıb”, - ukrayalı general bildirib. Onun sözlərinə görə, Rusiya ordusu... | publikaz_normalized |
Azərbaycana necə təsir edəcək?":"Qırmızı dənizdə husilərin gəmilərə hücumları enerji bazarını təhdid edir. Ərəb dünyası və Aralıq dənizi qlobal ticarətin 12 faizinin keçdiyi Süveyş kanalı ilə birlikdə böyük böhranla üz-üzədir. ABŞ orada əməliyyat keçirməyi planlaşdırır. Buradakı böhranın qlobal səviyyəyə qalxması enerj... | publikaz_normalized |
Liverpul" "Sportinq"in və Portuqaliya millisinin mərkəz müdafiəçisi Qonsalo İnasionun transferi ilə bağlı danışıqlarda irəliləyişə nail olub. Buna görə Portuqaliya təmsilçisinə və Qonsaloya sərfəli təklif göndərməyi planlaşdırırlar. “Real”, PSJ, “Mançester Yunayted” və “Tottenhem” müdafiəçini izləməyə davam edir. Bu mö... | publikaz_normalized |
Türkiyənin Malatya bölgəsinin Yeşilyurt şəhərində 4,6 maqnitudalı zəlzələ baş verib. Zəlzələ ocağı 17,3 kilometr dərinlikdə yerləşib. AFAD-a itki və dağıntılar barədə məlumat daxil olmayıb. | publikaz_normalized |
Əməkdar artist Teymur Əmraha Azərbaycan Dövlət Akademik Milli Dram teatrında vəzifə verilib. O, teatrda aktyorların vokal müəllimi kimi fəaliyyət göstərəcək. | publikaz_normalized |
Xəbər verildiyi kimi, dekabr ayının 24-dən 25-nə keçən gecə Rusiya Federasiyası Dağıstan Respublikasının Xasavyurt şəhərində Azərbaycan vətəndaşı olan biznesmen qətlə yetirilib. Artıq Cabirin cənazəsi Rusiyadan Azərbaycana gətirilib və ötən gün dəfn edilib. "Qeyd edək ki, “SHOT” teleqram kanalının yaydığı məlumata görə... | publikaz_normalized |
Şevçenko prezident olacaq":"Ukrayna Futbol Assosiasiyasının növbədənkənar XXVI Konqresinin nümayəndələrinin səlahiyyətlərinin müəyyən edilməsi üçün qeydiyyat komissiyasının iclası keçirilib. Bütün protokollarda UAF prezidenti vəzifəsinə Andrey Şevçenkonun namizədliyi irəli sürülüb. İşçi qrupu belə qənaətə gəlib ki, Şev... | publikaz_normalized |
Səhərə qədər "vurma", "eləmə", kimi qışqırıq səsləri gəlir" - VİDEO":"Aparıcı Elgiz Əkbər çəkiliş zamanı qəbiristanlıqda yaşadığı qorxunc hadisədən danışıb. Dəvət edilən evə getmək üçün aparıcı opertorla birgə böyük və qədim məzarlığın içindən keçməli olub. Bu zaman Elgiz qəbirlərin üsütünün açıq olduğu və skeletlərin ... | publikaz_normalized |
Smartfonlarda istifadəçilərin pin kodlarını oğurlayan virus yayılıb. Mütəxəssislər bildirib ki, virus telefonda uzun müddət qeyri aktiv qalır. Unudulduqdan sonra isə öz işinə başlayır. İKT üzrə ekspert Fərhad Mirəliyev bildirib ki, virusun əsas hədəfi istifadəçinin elektron pul hesablarıdır. Fərhad Mirəliyev bildirib k... | publikaz_normalized |
Bakı şəhər Nərimanov rayonunda gecə qadının evinə gedərək onu təhqir edən gənc həbs edilib. Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsində aparılan araşdırma zamanı məlum olub ki, Qazax rayonunda anadan olmuş, Bakı şəhərində yaşayan 1995-ci il təvəllüdlü Yusif Quliyev (şərti) gecə saat 02:30 radələrində əvvəld... | publikaz_normalized |
Məhkəmə Dövlət Sərhəd Xidmətinin (DSX) 342 min manatlıq tenderinin qalibi olmuş Zövq MMC-nin direktoru Rza Əhmədov barədə qərar qəbul edib. Cinayət işi üzrə verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrlik etdiyi məhkəmə iclasında baxılıb. Onun işi üzrə verilmiş şikayət təmin... | publikaz_normalized |
29 yaşlı amerikalı boksçu Qervonta Devis gözlənilməz addım atıb. Baltimorlu döyüşçü bu addımı İslamı qəbul etməsi nəticəsində atıb. Beləliklə, Devis əfsanəvi amerikalı boksçu Məhəmməd Əlinin addımını təkrarlayıb. Bir zamanlar Kassius Kley də İslamı qəbul edib və adını dəyişib. Qeyd edək ki, Əbdül Vahid peşəkar karyeras... | publikaz_normalized |
Qax rayonunda güclü külək məktəbin dam örtüyünü uçurub. Güclü külək nəticəsində 120 şagird yerlik Ağçay kənd ümumi orta məktəbinin dam örtüyü qoparaq məktəbin həyətinə düşüb. Hadisə dərs zamanı baş verib. Şagirdlər arasında təşviş yaşansa da, xəsarət alan olmayıb. | publikaz_normalized |
Əminəm ki, səmaya hakim olmayan millətlər...":"Türkiyədə ilk yerli təyyarəni istehsal edən Nuri Dəmirağın mərhum İsmət İnönüyə yazdığı məktub ilk dəfə ortaya çıxıb. Sənədlər göstərir ki , Beşiktaş Barbaros Meydanında ilk təyyarə fabrikini, eləcə də Yeşilköy Atatürk Hava Limanının yerləşdiyi ərazidə “Səma Məktəbi”ni qur... | publikaz_normalized |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.