text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Naxçıvan Muxtar Respublikası fövqəladə hallar nazirinin müavini vəzifəsindən azad edilib. Sərəncama əsasən, Ramin Ramiz oğlu Məmmədov vəzifəsindən azad olunub.
publikaz_normalized
Bakıda sərnişin avtobusunun “drift” etməsi gündəm olub. Görüntülərdə “ISUZU” markalı sərnişin avtobusunun sürücünün dayanacaqda təhlükəli manevrlar etdiyi an əks olunub. Həmin görüntüləri təqdim edirik:
publikaz_normalized
Fransız aktyor Alen Delonun övladları atalarını qəsdən öldürməyə cəhddə ittiham olunublar. Bildirilib ki, özünü fransız kino ulduzunun keçmiş həyat yoldaşı adlandıran Hiromi Rollin bu barədə prokurorluğa açıqlama verib. Rollinin dediyinə görə, o, Delonla birlikdə yaşayanda isveçrəli həkimlərin müşahidəsi sayəsində akty...
publikaz_normalized
“Regionumuzda vəziyyəti pozmaq əvəzinə sülhə kömək edin”. “Siz hələ də Qarabağın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin bir parçası olduğunu bilmirmiş kimi davranırsınız. Uzun müddətdən sonra regionda ilk dəfə olaraq ədalətli və davamlı sülh mümkündür. Sülhün həqiqətə ehtiyacı var; yalan rəvayətlərə yox”...
publikaz_normalized
Livan İsrailin şimalına zərbə endirib, ölənlər var. Livandan İsrailə atılan mərmi sərhəddə yerləşən Kfar Yuval kəndi ərazisinə düşüb. Mərmi iki sakinin həyatına son qoyub. Bundan əlavə, daha iki nəfər xəsarət alıb.
publikaz_normalized
Yanvarın 13-dən ölkə ərazisində qarlı və şaxtalı hava şəraiti müşahidə olunur. Hava şəraiti ilə əlaqədar Lənkəran, Lerik, Yardımlı və Cəlilabadda da polis əməkdaşları da gücləndirilmiş iş rejimində fəaliyyət göstərirlər. Belə ki, yollarda hərəkət iştirakçılarının təhlükəsizliyi məqsədilə polis əməkdaşları xidmətə cəlb ...
publikaz_normalized
Türkiyənin pilotsuz uçuş aparatı (PUA) Suriyanın şimalında Fransanın “Lafarge SA” şirkətinə məxsus sement zavodunu məhv edib. "Daha əvvəl bildirilmişdi ki, "Lafarge SA" Suriyada sement istehsalı zavodunun fəaliyyətini dəstəkləmək üçün İŞİD terror qruplaşmasına və digər silahlı qruplara pul ödədiyini və 778 milyon dolla...
publikaz_normalized
52 il hökümranlıq edən Danimarka kraliçası II Marqret taxtdan imtina etdi. Taxtdan imtina hökumət üzvləri, kraliça, vəliəhd şahzadə və onun oğlu şahzadə Kristian (gələcək xristian XI) iştirak etdiyi Dövlət Şurasının iclasında baş tutub. Sənədi imzalamaqla Marqret avtomatik olaraq 55 yaşlı oğlunu vəliəhd şahzadəsi, Dani...
publikaz_normalized
Azərbaycanlı futbolçu Sertan Taşkın “Manisa”da debüt edib. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Görüş “Manisa”nın 2:1 hesablı qələbəsiylə başa çatıb. “Manisa” hazırda 22 xalla 10-cu pillədə qərarlaşıb
publikaz_normalized
Müğənni İlhamə Qasımova işığın olmamasından şikayətlənib. İlhamə işığın olmamasından şikayətlənib: Sabahımız bu mənzərə ilə açıldı. İşıq da olsaydı lap qəşəng olardı. Bu mənzərə instaqram üçün yaxşı idi. İşıqlar sönməsəydi, yollar açıq olsaydı, mən də uşaqlar kimi sevinərdim".
publikaz_normalized
Türkiyədə 4,0 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələnin ocağı 10,8 km dərinlikdə yerləşib. Yeraltı təkanlar Qara dəniz sahilindəki Zonquldak şəhərindən 63 km cənubda və Bolu şəhərindən 18 km şimalda hiss olunub. Dağıntı və tələfat barədə məlumat yoxdur.
publikaz_normalized
polis müəyyən edib ki...":"Kiyevdəki ticarət və əyləncə mərkəzlərindən birində baş verən yanğını yeddi yaşlı uşağın qəsdən törətdiyi məlum olub. Ukrayna hüquq-mühafizə orqanları yanan mərkəzin və uşağın adını açıqlamayıblar. “Polis ticarət mərkəzinin təhlükəsizlik xidməti ilə əməkdaşlıq edərək, yanğının əyləncə parkına...
publikaz_normalized
ABŞ Dövlət Departamentinin Korrupsiyaya Qarşı Mübarizə üzrə Koordinatoru Riçard Nefyu 2024-cü il yanvarın 15-dən 18-dək Ermənistan və Gürcüstana səfər edəcək. R.Nefyu İrəvan və Tiflisdə hökumət nümayəndələri, hüquq-mühafizə orqanları və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşlər keçirəcək. Müzakirələrdə əsas diqqət ...
publikaz_normalized
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qax şəhərində yanğın baş verməsi barədə məlumat daxil olub. Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlərin həyata keçirdikləri operativ tədbirlər sayəsində yanğın genişlənməsinə, habelə bitişik evlərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Y...
publikaz_normalized
İslandiyanın Grindavik liman şəhərində yeni vulkan püskürməsi baş verib və lava axını yaşayış məntəqəsinə yaxınlaşır. Lava Grindavikə tərəf axır və ən şimalda yerləşən evlərdən 450 metr məsafədədir. Buna görə də lavanın evlərin üzərinə axması riski böyükdür. Lava Grindavikdə tikilmiş bəndi yarıb”, - deyə İslandiyanın “...
publikaz_normalized
Ağ Ev Netanyahudan niyə narazıdır?":"ABŞ Prezidenti Co Bayden və onun köməkçiləri İsrailin baş naziri Benyamin Netanyahunun Qəzza zolağındakı vəziyyətlə bağlı Amerikanın tövsiyələrinə əməl etməkdən imtina etməsindən getdikcə daha çox narazıdırlar. Prezident Bayden və digər ABŞ rəsmiləri Netanyahudan və onun Qəzzadakı m...
publikaz_normalized
Qarlı havada paytaxt yollarındakı son vəziyyət açıqlanıb. Lakin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, axşam saatlarında havanın temperaturu aşağı enəcək və yollar buz bağlayacaq. Ətraflı Baku TV-nin süjetində:
publikaz_normalized
Türkiyədə təlim-məşq toplanışında olan “Sabah” bu gün ikinci yoxlama görüşünü keçirib. Matç “Sabah”ın məğlubiyyəti ilə başa çatıb – 0:3. “Sabah” Antalyadakı ilk oyununda “Rapid”ə (Rumıniya) qalib gəlib – 2:1
publikaz_normalized
Ətir uzun müddət qarderobun tam hüquqlu bir hissəsinə çevrilir, buna görə də seçimlərinə daha çox diqqət yetirməyə başlayırsan. Meyvə aromaları" "Ətirdə meyvəli notlar daha populyarlaşacaq. Blue Talisman", "Fleur de santal", "Miss Cherry" və "Cherry incense". "Ağac sintetikası" "Sintetik ağac komponentləri məşhur olaca...
publikaz_normalized
Məşhur polşalı teatr və kino aktyoru Marek Litevka 76 yaşında vəfat edib. Bildirilib ki, o, yanvarın 12-də vəfat edib. Ölümün səbəbi dəqiqləşdirilməyib. Marek Litewka karyerasına 1970-ci illərdə başlayıb. O, rus tamaşaçılarına “Həyat kralı”, “Fotoqrafiya”, “Reviziya”, “Polis”, “Cinayət dalğası” və bir çox başqa filmlər...
publikaz_normalized
Hazırda paytaxtın avtomobil yollarında sıxlıq müşahidə olunmur. Mərkəzin əməkdaşları tərəfindən müşahidə kameraları vasitəsilə yollar diqqətdə saxlanılır. Hərəkətin ləngiməsinə səbəb olan hallarla bağlı təcili tədbirlərin görülməsi üçün yol polisi ilə mütəmadi olaraq informasiya mübadiləsi aparılır.
publikaz_normalized
Ötən çərşənbə günü Prezident İlham Əliyevə yerli telekanallara verdiyi müsahibəsi zamanı ünvanlanan digər suallarla yanaşı, ən maraqlı suallardan biri də Azərbaycanın Ermənistanla dövlət sərhədinin qarşıdan gələn delimitasiyası üsulları və ən əsası bu prosesin aparılmalı olduğu xəritələrlə bağlı idi. “Prezident qeyd ed...
publikaz_normalized
Kanadalı reper mahnıda etiraf etdiyi qətlə görə ömürlük həbs cəzasına məhkum edilib. "Bu barədə illər sonra rep hazırlayan Nquenu polisdə şübhə oyadıb. Araşırmalar zamanı məlum olub ki, 24 yaşlı reper, həqiqətən, qətl törədib. O, ömrünün qalan hissəsini dəmir barmaqlıqlar arxasında keçirəcək.
publikaz_normalized
Elə dərmanlar verərlər ki..." - VİDEO":"İranda guya casusluq etmək niyyəti ittihamı ilə həbsdə olan Azərbaycan vətəndaşı Fərid Səfərlinin anası Dilarə Əsgərova oğlunun vəziyyətindən narahatdır. Dilarə Əsgərovanın bildirib ki, oğlu ilə hər gün telefonla danışır. Artıq son vaxtlar Fəridin psixoloji vəziyyətinin yaxşı olm...
publikaz_normalized
Yaponiyanın sahil sularında ötən ilin noyabrında qəzaya uğrayan ABŞ hərbi hava qüvvələrinə məxsus “Osprey” hərbi nəqliyyat təyyarəsinin itkin düşən heyət üzvünün axtarışları dayandırılıb. Komandanlıq 40 gündən çox davam edən axtarış işlərinin gedişində təyyarənin sonuncu heyət üzvünün tapılmamasından təəssüfləndiyini b...
publikaz_normalized
güləşçimiz son gündə qızıl medal qazandı":"Xorvatiyada keçirilən güləş üzrə “Zaqreb Open” turniri başa çatıb. Axırıncı gündə Ülvü Qənizadə (72 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, ardıcıl 4 rəqibinə qalib gələrək, qızıl medal qazanıb. Digər güləşçilərimiz Nihat Məmmədli (60 kq), Murad Əhmədiyev, Murat Loky...
publikaz_normalized
Azərbaycanın hələ də işğal altında qalan kəndləri var. Söhbət anklav və qeyri-anklav kəndlərdən gedir. Birinci mərhələdə dörd kəndin qaytarılması həyata keçirilməlidir. Yanvar ayının sonunda isə delimitasiya üzrə komissiyaların növbəti görüşü nəzərdə tutulur. Daha ətraflı AzTV-nin süjetində:
publikaz_normalized
Övladlarımızı saxta dindarlardan necə qoruyaq?":"Bu gün cəmiyyət üçün faydalı övlad yetişdirmək müşkil məsələyə çevrilib. Ətrafımızda bu qədər problemlərin olduğu bir vaxtda uşaqlarımızı kimdən, nədən qoruyaq deyə əlacsız qalırıq. Yetkinlik yaşına çatmış bəzi gənclər ətraf mühitin təsirinə düşərək narkotik aludəçisinə ...
publikaz_normalized
Sol böyrü üstə yatan insanlarda kabus görmə riski daha yüksəkdir. “Sleep and Hypnosis” jurnalında dərc edilən araşdırma nəticəsində məlum olub ki, sol tərəfdə yatan insanların 41%-i kabuslar görür. Sağ böyrü üstə yatmağa üstünlük verənlərin cəmi 15%-i kabus görür. Sol tərəfdə yatan insanların ürəyinə daha çox iş yükü d...
publikaz_normalized
Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində ödənişli seçkiqabağı təşviqata qoşulacaq media orqanları məlum olub. Bildirilib ki, prezident seçkilərində ödənişli seçkiqabağı təşviqata qoşulmaq üçün ümumilikdə 44 media orqanı müraciət edib. Həmin siyahı ilə tanış olmaq üçün bu linkə keçid edə bilərsiniz...
publikaz_normalized
taleyinizlə qarşılaşa bilərsiniz":"Qoç - iş yerinin dəyişdirilməsi, karyeranızda irəliləyiş və ya peşəkar məsələlərin həlli ilə bağlı yaranmış situasiyada problemlərin həllinə təkan verəcək addımlar atılacaq. Məqsədlərin dəqiqləşdirilməsi, hədəflərin müəyyənləşdirilməsi zamanıdır. Bir qədər əvvəl başladığınız işi sonuc...
publikaz_normalized
Bu gündən növbədənkənar prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına başlanılır. Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb. Seçkidə 7 namizəd mübarizə aparacaq. Prezidentliyə namizədl...
publikaz_normalized
Qarlı şaxtalı hava şəraiti paytaxt yollarında ictimai nəqliyyatın hərəkətinə təsirsiz ötüşməyib. Amma bəzi sərnişinlər ictimai nəqliyyat sarıdan bu gün çətinlik çəkmədiklərini bildiriblər. Taksi xidmətindən istifadə edənlər isə qiymətlərin artmasından gileyləniblər. Taksi sürücüləri qiymət artımının cüzi olduğunu qeyd ...
publikaz_normalized
Yeni Azərbaycan Partiyası (YAP) 2024-cü il fevralın 7-də keçiriləcək Azərbaycan Respublikasının Prezidenti seçkilərində irəli sürdüyü namizəd İlham Heydər oğlu Əliyevin təşviqat kampaniyasına start verib. Publıika.az xəbər verir ki, partiyanın bununla bağlı açıqlamasında qeyd olunub. “İnanırıq ki, qalib Azərbaycan xalq...
publikaz_normalized
İspaniya Superkubokunun final oyununda “Real Madrid” və “Barselona” komandaları üz-üzə gəlib. Matçı Xuan Martinez Munueranın rəhbərlik etdiyi hakimlər briqadası idarə edib. “Real Madrid”in matçdakı üç qolunu braziliyalı Vinisius Junior vurub. O, 32 dəqiqə ərzində het-trik edib. Beləliklə, Vinisius XXI əsrdə “El-Klassik...
publikaz_normalized
Rusiya dəhlizə hücum etmək üçün...":"Almaniyanın Müdafiə Nazirliyi Ukrayna üzərində qələbədən sonra Rusiyanın hücumu halında fəaliyyət planı hazırlayır. Nəşrin məlumatına görə, Bundesver bir neçə həftə ərzində Rusiya ilə NATO arasında gərginliyin artacağını proqnozlaşdırır. Güman edilir ki, rus qoşunları Ukraynaya yazd...
publikaz_normalized
“Qaçılmaz süqutla üz-üzə qalan Qərb dağılacaq, Rusiya isə güclənəcək”. E.Tod bu qənaətlərini üç faktorla əsaslandırır: “Birincisi, ABŞ-da sənayenin və təhsilin tənəzzülüdür. İkincisi, Qərb cəmiyyətində protestantlığın dəyər kimi yoxa çıxmasıdır. Üçüncüsü, Rusiyanın dünyanın qalan hissəsində artan cəlbediciliyidir”. Onu...
publikaz_normalized
Ukrayna Prezidenti Volodimir Zelenski yanvarın 15-də İsveçrəyə işgüzar səfərə gedəcək. Qeyd edilir ki, səfər zamanı Zelenski parlamentin hər iki palatasının sədrləri, partiya liderləri və isveçrəli həmkarı ilə görüşəcək. Bundan əlavə, Zelenski Dünya İqtisadi Forumunda iştirak edəcək və Davosda bir sıra ikitərəfli görüş...
publikaz_normalized
2023-cü ildə Çinin həm ixracı, həm də idxalı eyni vaxtda azalıb. Ötən il Çin ixracı 4,6% azalaraq 3,4 trilyon dollar, idxalı 5,5% azalaraq 2,6 trilyon dollar təşkil edib. Bu məlumatı Çin Xalq Respublikasının Baş Gömrük İdarəsi təqdim edib. Bu, 2016-cı ildən bəri ixracın ilk azalması idi. Çinin ticarət profisiti də 6,2%...
publikaz_normalized
İraqın şimalındakı Metina və Qara bölgələrində həyata keçirilən qəfil hava əməliyyatları ilə daha 10 PKK terrorçusu çəhv edib. “Polad caynaqlarımız terrorçuların yuvalarını sındırmağa davam edir. İraqın şimalındakı Metina və Qara bölgələrində həyata keçirilən ani hava əməliyyatları ilə daha 10 PKK terrorçusu zərərsizlə...
publikaz_normalized
“İctimai TV”də yayımlanan “Maska” şousunda daha bir iştirakçının kimliyi bəlli olub. Münsiflər onun maskasının açılmasını istəyiblər. “Xarıbülbül” obrazını oynayan iştirakçının bloger Aynişan Quliyeva olduğu ortaya çıxıb. Qeyd edək ki, şouda münsif kürsüsündə Xalq artisti Faiq Ağayev, Əməkdar artist Coşqun Rəhimov, müğ...
publikaz_normalized
bunu ona qədər heç kim bacarmayıb":"Dünyanın bir nömrəli serb tennisçi Novak Cokoviç adını tarixə yazıb. Bu barədə “Opta” məlumat yayıb. O, “Roland Garros” və “Wimbledon”da 92, “Australia Open”də isə 90 dəfə rəqiblərini üstləyib. Bu, serbiyalının sonuncu yarışın ilk raundunda xorvat Dino Prizmiç üzərində qələbəsi (6:2,...
publikaz_normalized
İsrail hərbçiləri 2023-cü il oktyabrın 7-dən Qəzza zolağında 2 briqada komandiri və 19 Həmas batalyon komandiri də daxil olmaqla 9 mindən çox radikal qrup yaraqlısını məhv edib, həmçinin 30 minə yaxın radikal hədəfə zərbə endirib. Məlumata görə, hərbi kəşfiyyat Qəzza zolağında terror fəaliyyətində əli olmaqda şübhəli b...
publikaz_normalized
Qarın yağması nəticəsində Bakının Yasamal rayonu, Əsəd Əhmədov küçəsinda yollar iflic olub. Həmçinin, ictimai nəqliyyatın gediş-gəlişində problem yarandığı üçün vətəndaşlar yolu sürüşərək qət etməli olublar. Onların sözlərinə görə, küçəyə nə duz, nədə ki qum səpilib. Ətraflı "Baku" TV-nin süjetində:
publikaz_normalized
Aparıcı Vüsalə Əlizadə türk müğənni Rafet El Romanın klipində rol alıb. Rafet tərəf müqabili kimi Vüsaləni seçib.
publikaz_normalized
Aparıcı Xoşqədəm Hidayətqızı növbəti ad gününü qeyd edib. Partidən görüntülər sosial şəbəkələrdə paylaşılıb.
publikaz_normalized
Türkiyə hakimiyyəti seçkilərdən əvvəl bir sıra məşhur VPN xidmətlərinə girişi bloklaya bilər. Nəşrin məlumatına görə, Türkiyənin İnformasiya Texnologiyaları və Rabitə İdarəsi yerli internet provayderlərindən 16 VPN xidmətinə çıxışı dayandırmağı tələb edib. Ehtimal olunur ki, bu tələbin səbəbi martda ölkədə keçiriləcək ...
publikaz_normalized
Alimlərin yeni araşdırması qadınların dərisində yaşayan bakteriyaların üz qırışlarının miqdarına qismən təsir edə biləcəyini göstərir. Ultrabənövşəyi işığa məruz qalma dərinin elastikliyini itirməsi, ləkələr, qırışlar və digər qocalma əlamətləri üçün sübut olunmuş risk faktorudur. Yeni tədqiqatın müəllifləri müəyyənləş...
publikaz_normalized
lava axını evləri belə yandırır - VİDEO":"Xəbər verdiyimiz kimi, İslandiyanın Reykyanes yarımadasında vulkan püskürüb. Qeyd edək ki, ölkənin cənub-qərbində yerləşən vulkanın püskürməsi səbəbilə bölgədə fövqəladə vəziyyət elan edilib. Qrindavik sakinləri təxliyə edilib.
publikaz_normalized
Şimali Koreya ballistik raketi sınaqdan keçirib. Yaponiya patrul gəmiləri bölgədəki gəmiləri onlara yaxınlaşmamağa və raket qalıqları aşkar etdikdə dərhal səlahiyyətli qurumlarla əlaqə saxlamağa çağırıb. Mühafizə xidməti raketin çox güman ki, artıq düşdüyünü bildirib. Balistik raket orta mənzilli raketlər sinfinə aiddi...
publikaz_normalized
Portuqaliyalı model Sara Sampaio "Hunkemöller" brendinin yeni alt paltarının reklamı üçün çimərlik geyimində poza verib. Victoria's Secret"in 32 yaşlı modeli Karib dənizindəki Kurakao adasında videoya çəkilib. Məşhur bej rəngli bikinidə kamera qarşısına keçib. Bundan əlavə, Sampaio bilərziklər və sırğalar da daxil olma...
publikaz_normalized
İrəvan şəhər məhkəməsinin hakimi Qaqik Poqosyan Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin keçmiş müavini, general-leytenant Tiran Xaçatryanın barəsində iki aylıq həbs-qətimkan tədbirinin seçilməsi barədə vəsatəti təmin edib. Hakim Qaqik Poqosyan general-leytenant Tiran Xaçatryanı 2 ay müddətinə həbs edib", ...
publikaz_normalized
Bakının bir sıra yollarında tıxac yaranıb. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;" "2. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;" "3. Koroğlu Rəhimov küçəsi, Akademik Həsən Əliyev küçəsi istiqamətində;" "4. Neftçilər prospekti, Azneft dairəsi istiqamətin...
publikaz_normalized
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində sosial şəbəkə vasitəsilə tanış olduğu əcnəbi narkotacirdən onlayn yolla narkotik alan şəxs saxlanılıb. Onun üzərinə və əlində olan torbaya keçirilən baxış zamanı təmiz çəkisi 2 kiloqramdan artıq olan marixuana və yarım kil...
publikaz_normalized
Meksikada 45 yaşlı qadın adam oğurluğu ittihamı ilə həbs edilərək 12 il məhkəməsiz həbsxanada saxlanıldıqdan sonra sərbəst buraxılıb . Veronika Razo Kasales 2011-ci ilin yayında Mexikodakı evinin yaxınlığında küçədə saxlanılıb. Həbs mülki geyimli bəzi şəxslər tərəfindən, anasının və iki uşağının gözü qarşısında həyata ...
publikaz_normalized
Paytaxt ərazisinə külli miqdarda narkotik vasitə gətirmək istəyən şəxs Biləsuvarda saxlanılıb. Ona məxsus idman çantasından 5 kiloqram tiryək, 1 kiloqram metamfetamin və 1 kiloqramdan artıq heroin aşkarlanaraq götürülüb. Araşdırma zamanı S.Musayevin aşkarlanan narkotik vasitələri xaricdə yaşayan narkotacir vasitəsilə ə...
publikaz_normalized
Arvadının “çirkli oyunları” ifşa olundu - VİDEO":"Ruben Vardanyan üzdə xeyriyyəçi obrazı yaratsa da, 90-cı illərdə qara pullarla varlanan, xüsusən çirkab pulların yuyulmasında mahir olan fırıldaqçı imiş.
publikaz_normalized
Gənclər əsgər olmaq üçün çox kökdürlər":"Avstriyanın müdafiə naziri Klaudia Tanner avstriyalıların orduya qatılmaq üçün çox kök olduğunu deyib. Avstriya rəhbərliyi 2023-cü ildə 45 min 565 nəfəri hərbi xidmətə çağırdığı halda, onlardan yalnız 31 min 516 nəfəri hərbi xidmətə yararlı hesab edə bilib. Hərbi xidmətə yararsı...
publikaz_normalized
Rusları çıxarırlar":"Əvvəllər Latviyadan deportasiya edilmiş rusiyalı hərbi təqaüdçü Boris Katkov deportasiyasını bu ölkədə rusları aşağılamaq cəhdi adlandırıb. Latviya Daxili İşlər Nazirliyi Katkovun milli təhlükəsizliyə təhdid yaratdığını bəyan edib və onun ölkəyə qayıtmasına qeyri-müəyyən qadağa qoyulması ilə bağlı ...
publikaz_normalized
Hindistanla Ermənistanı birləşdirən dəhliz - Nə vaxt hazır olacaq?":"Hindistan və Ermənistan arasında İrandan keçən ticarət yolunun 2024-cü ilin may ayına kimi açılması planlaşdırılır.Ticarət yolunun işə salınması Ermənistan, Hindistan, İran, daha sonra Gürcüstan və Aİ-yə və əks istiqamətdə ticarət dövriyyəsini və yük ...
publikaz_normalized
Real"ın qapıçısı Tibo Kurtu şəxsi həyatı ilə bağlı açıqlama verib. Sizinlə görüşmək üçün səbirsizlənirik”, – deyə cütlük paylaşım ediblər. Eyni zamanda onlar bununla bağlı foto da dərc ediblər. Tibo və Mişel 2021-ci ildə tanış olublar. Ötən ilin yayında evləniblər. Qeyd edək ki, bu mövsümün əvvəlində Kurtuanın çarpaz b...
publikaz_normalized
Çirkli pulların yuyulması və vergidən yayındığı üçün həbs olunan Dilan Polatın "Instagram" səhifəsi yenidən aktiv edilib. O bildirib ki, Dilanın səhifəsi yenidən işləməyə başlayacaq, lakin bunu kimin edəcəyi açıqlanmayıb. Qeyd edək ki, həbs olunduğu gündən psixoloji problemləri olduğu iddia edilən Dilan Polatın 11 gün ...
publikaz_normalized
Status-kvonun dəyişdirilməsi...":"Almaniya özünün “vahid Çin” siyasəti kontekstində Tayvanla münasibətlərini yaxşılaşdırmaq istəyir. Həmçinin seçicilərin demokratik dəyərlərə nə qədər bağlı olduğunu bir daha göstərdiyi bildirilib. Bütün seçiciləri, seçkilərdə iştirak edən namizədləri və seçilənləri təbrik edən bəyanatd...
publikaz_normalized
Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə istiqamətində əməliyyat-istintaq tədbirlərini davam etdirir. Aparılan araşdırmalar zamanı, Ukraynanın Lvov şəhərində yaşamış Nuriyev İbadət Qəhrəman oğlu, Türkiyə Respublikasının İstanbul şəhərində yaşamış Bağırov Fərid Vaqif ...
publikaz_normalized
Futbolun acı tərəfini...":"Barselona"nın baş məşqçisi Xavi komandasının İspaniya Superkubokunun final oyununda "Real"a (1:4) darmadağınını şərh edib. “Çox böyük ümidimiz, həvəsimiz var idi. Geri düşəndə fərqi aradan qaldıra bilərdik, amma 3:1 hesabı işimizi çətinləşdirdi. Real" bizi daim əks-hücumlarda yaxaladı. Bu keç...
publikaz_normalized
Taliban"ı tanıyın":"Pakistanlı siyasətçi Rəhman Əfqanıstandakı çıxışında iki ölkə arasındakı problemlərin həlli üçün səy göstərdiklərini bildirib. Əfqanıstanın paytaxtı Kabilə səfəri zamanı Rəhman “Taliban” administrasiyasının yüksək rütbəli üzvləri, xüsusilə Əfqanıstan müvəqqəti hökumətinin baş naziri Molla Məhəmməd H...
publikaz_normalized
ÜST təcili toplanır - İnsanlığa qarşı yeni oyun başlayır?":"Gələn həftə İsveçrənin Davos şəhərində keçiriləcək Dünya İqtisadi Forumunun illik iclasının sessiyalarından birinin başlığı daha çox diqqəti cəlb edib: Nəşr qeyd edir ki, Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) görə "xəstəlik" ciddi beynəlxalq epidemiya naməlum pa...
publikaz_normalized
Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb. Rusiya rublu bir qədər bahalaşaraq 0.0193 manat, Avro isə bir qədər ucuzlaşaraq 1.8637 manat olub. Valyuta" "Kod" "Kurs" "ABŞ dolları" "USD" "1.7" "Avro" "EUR" "1.8637" "Avstraliya dolları" "AUD" "1.1377" "Argentina pesosu" "ARS" "0.0021" "Belarus rublu...
publikaz_normalized
Türkiyə bizdən çox irəlidədir":"Türkiyə müdafiə sənayesi sahəsində əldə etdiyi irəliləyişlər və diplomatiya addımları ilə dünyanın qabaqcıl ölkələrindən birinə çevrilib. O bildirib ki, Türkiyə Yunanıstanı xeyli qabaqlayır. Dendias 1980 və 2024-cü il tarixlərinə xüsusi diqqət çəkib. Nazir Yunanıstan aviasiya sənayesi və...
publikaz_normalized
Haaqa bizi dayandıra bilməz":"Dünyada artan atəşkəs çağırışlarına məhəl qoymayan İsrailin baş naziri Netanyahu deyib ki, Beynəlxalq Haaqa Məhkəməsində baxılan soyqırımı qərarını tanımaya bilərlər. “Bizi heç kim dayandırmayacaq, nə Haaqa, nə “Şər Oxu”, nə də başqası". Netanyahu çıxışı zamanı İsrailin müdafiə büdcəsində ...
publikaz_normalized
İspaniya Superkubokunun finalında "Barselona"nı 4:1 hesabı ilə məğlub olan "Real"ın prezidenti Florentino Peres adını klubun tarixinə yazıb. Bununla da, Peres Santyaqo Bernabeunu (32) keçərək Madrid təmsilçisinin ən çox mükafat qazanan prezidenti olub. Qeyd edək ki, Florentino Peres ikinci dönəmdir ki, "Real"a rəhbərli...
publikaz_normalized
1967-ci il sərhədləri...":"Çinin xarici işlər naziri Vanq Yi Qahirəyə səfəri çərçivəsində Misirin xarici işlər naziri Samih Şükri ilə keçirdiyi mətbuat konfransında müstəqil Fələstin dövlətini vurğulayıb. Yi və Şükri tərəfindən edilən birgə bəyanatda mülki şəxslərə və qeyri-hökumət təşkilatlarına qarşı bütün zorakılıq ...
publikaz_normalized
Mərkəzi Seçki Komissiyasının (MSK) “Seçki - 2024” Müstəqil Media Mərkəzi fəaliyyətə başlayıb. Mərkəzin "www.secki-2024.az" saytı Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir. Saytda seçki prosesi ilə bağlı səlahiyyətli şəxslərin və ekspertlərin rəyləri, açıqlama və bəyanatları yerləşdirilir. Eyni zamanda, s...
publikaz_normalized
35 nəfər xəsarət alıb, bəy və gəlin...":"İtaliyanın Pistoia şəhərində toy zamanı döşəmənin çökməsi nəticəsində 35 nəfərin xəsarət aldığı bildirilib. Hadisənin qonaqların rəqs edərkən baş verdiyi və insanların təxminən 4 metr hündürlükdən yıxıldığı bildirilib. Bildirilib ki, çökmə nəticəsində dəmir-beton binanın içərisi...
publikaz_normalized
Polis əməkdaşları 13-14 yanvar tarixlərində ölkə ərazisində 31 kq-dan çox narkotik aşkarlayıb. Bildirilib ki, polis əməkdaşlarının respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində 31 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr, 28 kilo...
publikaz_normalized
Qol sevincinə görə - FOTOFAKT":"Antalyaspor"un israilli futbolçusu Saqiv Jehezkelin polis tərəfindən saxlanılıb. Jehezkel qol sevincini HƏMAS-la müharibədə əsir düşən israillilərə həsr edib. Futbolçu əlindəki sarğıda əks olunan “100 gün, 7 oktyabr” yazısını və Davud ulduzunu kameraya nümayiş etdirib. "Ədliyyə naziri Yı...
publikaz_normalized
43 şəhərdə "rezin qayıq" etirazı - FOTO":"Fransada immiqrasiya siyasətini sərtləşdirən qanunun geri götürülməsi tələbi ilə etiraz aksiyaları keçirilib. Respublika meydanına toplaşan nümayişçilər sözügedən qanunun tamamilə geri götürülməsini tələb edərək "Biz bunu istəmirik", "Bu qanunla mübarizə aparacağıq", “Fransaya ...
publikaz_normalized
Maska" şounun son buraxılışında daha bir məşhur yarışdan ayrılıb. Bloger bir neçə bölüm "Xarıbülbül" maskasının altında yarışıb. Onun adı çəkilməsə də, son bölümdə bütün münsiflər onu tapıb.
publikaz_normalized
Aparıcı İlqar Mikayıloğlu maraqlı addım atıb. O, həyətdə soyunaraq qarla çimib. Mikayıloğlu bunun faydalı olduğunu bildirib.
publikaz_normalized
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şəmkir rayonu, Əliyaqublu kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “HYUNDAI” markalı avtomobilin i...
publikaz_normalized
Ölkəni tərk etməlidirlər":"Maldiv adaları rəsmiləri martın 15-dək hindli əsgərlərin ölkədən çıxarılamsını istəyiblər. İbrahim 88 hindistanlı hərbçinin 15 mart tarixinə qədər ölkədən çıxartmaq istədiklərini ifadə edib: Hindistanlı hərbçilər Maldiv adalarında qala bilməz. Bu, prezident Muhammed Muizzunun və bu rəhbərliyi...
publikaz_normalized
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti "Azərbaycan Dəmir Yolları" QSC barədə iş qaldırıb. Məlumata görə, quruma səhmdar cəmiyyətinin infrastrukturu vasitəsilə fəaliyyət göstərən bir neçə ekspeditor (özəl nəqliyyat) şirkətlərindən müraciətlər daxil olub. Müraciətlərdə “Azə...
publikaz_normalized
Bakı şəhərində 2024-2025-ci tədris ili üçün uşaqların birinci sinfə elektron qeydiyyatı prosesində ərazi prinsipi tətbiq olunan ümumi təhsil müəssisələrinin əhatə dairəsi genişləndiriləcək. Daimi qeydiyyatı olmayan valideynlərə şagird sıxlığı olmayan məktəbləri seçmək imkanı yaradılacaq. Qeyd edək ki, I sinfə qəbulla b...
publikaz_normalized
Xankəndi şəhərində silah-sursat tapılıb. Bildirilib ki, 13-14 yanvar tarixlərində polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Xankəndi şəhəri ərazisində 4 ədəd qumbara, 1 ədəd avtomat silahı, 1 tapança, 2 tüfəng, 1240 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
publikaz_normalized
Yanvarın 15-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Bakıda Dövlət Sərhəd Xidmətinin yeni hərbi hospital kompleksinin açılışında iştirak edib. Sonra Bakının Fətəli xan Xoyski küçəsi, 99 ünvanında yerləşən hospital kompleksi barədə dövlət başçısına məlumat verilib. Bildirilib ki, hərbi...
publikaz_normalized
Səudiyyə Ərəbistanından olan turist hüquq-mühafizə orqanları ilə əlaqə saxlayıb, Moskva otellərindən birində qarət edildiyini bildirib. Bu barədə “Baza” Telegram kanalı məlumat yayıb. 19 yaşlı Alanudun dediyinə görə, o, dekabrın 29-da Moskvaya gəlib və yanvarın 9-dək “Ritz”də qalıb. Sonra 3 günlük Sankt-Peterburqa gedi...
publikaz_normalized
Qarlı hava şəraiti ilə əlaqədar son 2 gündə 60 nəfər Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzə müraciət edib. Qeyd olunub ki, mərkəz həmin günlərdə gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirib: Son 2 gün ərzində müraciətlərin sayında artım qeydə alınıb. 14-15 yanvarda hava şəraitinin kəskin dəy...
publikaz_normalized
Ukraynanın ən təcrübəli döyüş pilotlarından biri, general Stanislav Pavloviçin həlak olduğu bildirilib. az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin (AFU) “Qərb” Hərbi Hava Komandanlığı “Facebook” sosial şəbəkəsində məlumat yayıb. 65 yaşlı hərbçi snayper-pilotu olub, karyerasına sıravi pilot kimi başlayıb ...
publikaz_normalized
11:00" "Ermənistanda “proksi qüvvələrin” – ASALA və digər terror təşkilatların Azərbaycana qarşı müharibəyə cəlb edilməsi təklifləri irəli sürülüb. Onun sözlərinə görə, bunlardan biri Paşinyan hakimiyyətinin yolu ilə getməkdir: “Bu yol Ermənistanın strateji ərazilərinin itirilməsi ilə nəticələnəcək. İnsanların çoxu ölk...
publikaz_normalized
Bunlara nail oldu":"Real" və "Barselona" arasında keçirilən İspaniya Superkubokunun final matçı madridlilərin vingeri Vinisius Junior üçün bir sıra məqamlarla əlamədar olub. Bununla Madrid klubu tarixində "Barsa" ilə matçlarda het-trik edən ilk braziliyalı olub. Vinisius eyni zamanda, 21-ci əsrdə baş tutan "El Klasiko"...
publikaz_normalized
Yapon sosial media istifadəçiləri bazar ertəsi səhər səmada parlaq "odlu şar”ın keçməsini müzakirə edirlər. Yaponiyanın Kanaqava prefekturasındakı Hiratsuka şəhərinin tarix-diyarşünaslıq muzeyinin kuratorlarından biri Daiçi Fujii “atəş topu” haqda ilk məlumat verənlərdən biri olub. Muzeydə astronomiyaya cavabdeh olan F...
publikaz_normalized
Prius" qəbiristanlığa girdi - VİDEO":"Abşeron rayonunda qeyri-adi yol qəzası olub. Belə ki, qarlı-şaxtalı hava şəraitində yolun buz bağlaması səbəbindən 77 DK 286 dövlət qeydiyyat nişanlı “Toyota Prius” sürüşərək qəbiristanlığa girib. Nəticədə avtomobil qəbiristanlıqdakı başdaşını zədələyib. Hadisədən görüntüləri təqdi...
publikaz_normalized
İzmirin Karşıyaka rayonunda 16 yaşlı H.U. sevdiyi qızın ailəsi tərəfindən rədd edildiyi üçün ov tüfəngi ilə ailə üzvlərinə atəş açıb. O, qızın ailə üzvləri ilə görüşüb və ailədən mənfi cavab aldıqdan sonra evi tərk edib. H.U daha sonra ov tüfəngi ilə gələrək ailənin evinə dəfələrlə atəş açıb. Qızın ailə üzvləri də ona ...
publikaz_normalized
Çin ticarət riskinə baxmayaraq, Qırmızı dənizdə husilərlə mübarizə aparmaqdan imtina edib. Bildirilir ki, Çin rəsmiləri o qənaətdədirlər ki, xərclər hələ müdaxilə risklərini üstələyəcək qədər yüksək deyil. Bundan əlavə, Çin ABŞ və İngiltərənin başladığı kampaniyanın bir hissəsi olmaq niyyətində deyil. Qeyd edək ki, ABŞ...
publikaz_normalized
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin sahibkarlarla növbəti görüşü Şabran rayonunda keçiriləcək. Aksiya Heydər Əliyev Mərkəzində baş tutacaq. “Səyyar qəbul otağı” yanvarın 17-də saat 11:00-dan 12:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə ay...
publikaz_normalized
Real"ın baş məşqçisi Karlo Ançelotti Madrid klubunda qazandığı kubokların sayına görə Zinəddin Zidana çatıb. Ançelotti "Real"ın baş məşqçisi kimi 11-ci titulunu qazanıb. İtalyan bu göstəricidə fransalı Zinəddin Zidanla bərabərləşib. Madrid təmsilçisi tarixinin ən titullu məşqçisi Migel Munozdur. Qeyd edək ki, İspaniya ...
publikaz_normalized
Elza Seyidcahan televiziya verilişlərinin birində keçmiş həyat yoldaşından danışıb. Hətta bu yaxınlarda ondan 1000 manat borc aldığını belə etiraf edib.
publikaz_normalized
Türkiyəli Yüksel Akyol topladığı antik əşyalarla qarajını muzeyə çevirib. Ən son qarajını bərpa etməyə başlayan Akyol hər zaman antik əşyalarla maraqlandığını qeyd edib: “Bəyəndiyim əşyaları antikvar bazarlarından toplamağa başladım. Türkiyədən də çoxlu əşyalar gətirmişəm. 15 ildən sonra bir mini muzeyi xatırladan yer ...
publikaz_normalized
Qazaxda maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb. Yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb. Belə ki, maye qazdoldurma məntəqəsində istismar olunan 1 ədəd tutumun istismar müddətinin bitdiyi, tam texniki müayinələrin aparılmadığı, nəzarət-ölçü cih...
publikaz_normalized
Futbol dünyasında daha bir faciə yaşanıb. Birinci Liqa çərçivəsində şənbə keçirilən "Bolton" - "Çeltenhem Taun" matçının 29-cu dəqiqəsində azarkeş Yan Purslounun səhhətində problem yaranıb. Bundan xəbər tutan baş hakim Sunni Suhvir Gill oyunu dayandıraraq futbolçuları meydandan kənarlaşdırıb. Komandaların həkimləri yar...
publikaz_normalized