text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Müğənni Zeynəb Həsəni şəxsi həyatı ilə gündəmə gəlib. Həmin görüntüləri təqdim edirik:
publikaz_normalized
Ən böyük şəhər su altında qaldı":"Rio-de-Janeyro güclü yağışlar səbəbindən su altında qalıb. Geniş yayılmış fəlakət 11 nəfərin həyatına son qoyub. Şəhərin 30 magistral yolunda nəqliyyatın hərəkəti bağlanıb. Braziliyanın ən böyük şəhərinin şimalını vuran güclü su axınları yerüstü nəqliyyatın və metronun bağlanmasına səb...
publikaz_normalized
Öldürsə, müharibə bitəcək?":"Mərkəzi Kəşfiyyat İdarəsi HƏMAS-ın yüksək rütbəli liderləri və Qəzzadakı girovların yerləri haqqında əldə etdiyi kəşfiyyat məlumatlarını İsrailə ötürür. 7 oktyabr hücumlarından dərhal sonra yeni əməliyyat qrupunun yaradıldığı iddia edilib. Qəzetin ABŞ rəsmilərinə əsaslanan hesabatına görə, ...
publikaz_normalized
İslandiyada fəhlə zəlzələ və vulkan püskürməsi nəticəsində yaranan nəhəng çata yıxıldıqdan sonra axtarışlara başlanılıb. Yüzlərlə xilasedicinin cəlb olunduğu axtarış işləri gecə saatlarında dayandırılmalı olub. Cənubi İslandiya polisinin rəisi Ulfar Ludviksson "Biz axtarışı gecə yarısı dayandırmalı olduq, çünki işləyən...
publikaz_normalized
Dövlət İmtahan Mərkəzi 2024/2025-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinin magistraturalarına qəbul elan edib. Bakalavr yanvarın 15-dən 29-dək Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra (“Şəxsi kabinet”i olmayanlar) ərizə vermək üçün tələb olunan məbləğ...
publikaz_normalized
Xəbər verdiyimiz kimi, İctimai televiziyada yayımlanan "Maska" verilişinin dünənki buraxılışında proqramı influenser Aynişan Quliyeva tərk edib. Sosial mediada bir milyondan çox izləyicisi olan Aynişan səhnə arxasında yaşananlardan söz açıb. O qədər maraqlı dönəm idi ki… Çox adam elə bilir maskalar bir birini tanıyır a...
publikaz_normalized
Rusiyanın üçüncü böyük şəhəri olan Novosibirskdə istilik sistemindəki nasazlıq səbəbindən küçələri qaynar su basıb. Novosibirsk meri Oleq Klemeşov bildirib ki, nasazlıq səbəbindən ümumilikdə 237 binada istilik təmin oluna bilməyib. Həmçinin bildirilib ki, 20 məktəb istiliklə bağlı nasazlıq səbəbindən distant təhsilə ke...
publikaz_normalized
Bundan başqa 1995-ci il təvəllüdlü Əzizxanım Ağasiyeva Əzizxanım qızı və onun 2017-ci il təvəllüdlü qızı yanvarın 13-ü saat 15 radələrində yaşadıqları Sabunçu rayonu, Nardaran qəsəbəsindəki evdən çıxaraq geri qayıtmayıblar. Hər iki faktla bağlı araşdırma aparılır. ***" "Uşaq evindən qaçan 14 yaşlı C. O bildirib ki, uşa...
publikaz_normalized
Bu evi al, döyüş təyyarəsinə sahib ol":"İngiltərədə ev almaq istəyənlər qeyri-adi elanla rastlaşıblar. O evini 3,95 milyon funt-sterlinqə satışa çıxarıb. Bu qiymətə 2015-ci ildə 100 min funt-sterlinqdən çox xərclədiyi Harrier II GR7 model təyyarəsi daxildir. Təqaüdçü ömrü boyu bu döyüş təyyarəsinə həvəslə maraq göstərd...
publikaz_normalized
Danışdıqları yalandır":"Qalmaqallı açıqlamaları ilə gündəmə gələn teleaparıcı Kamran Həsənli bu dəfə Azərbaycanda mətbuatın vəziyyətini tənqid edib, qəzetlərin reallığı əks etdirmədiyini dilə gətirib. O, çap mediasının zəifliyinin elə bu sahənin öz günahı olduğunu vurğulayıb. İddia edib ki, qəzetlər həqiqəti əks etdirm...
publikaz_normalized
Çeçenistanın Şelkovski rayonunun Voskresenovskoye kəndində 54 yaşlı din xadimi, yerli sakin olan molla qətlə yetirilib. Ən dəhşətli məqamlardan biri də hadisə zamanı bir neçə metr aralıda kiçik uşağın dayanması olub. Darvazadan içəri girən qatil əvvəlcə molla ilə sakit söhbət edib, sonra qəfildən yerə yıxaraq bıçaqlama...
publikaz_normalized
ölən və yaralananlar var - VİDEO/YENİLƏNDİ":"Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında sexdə partlayış olması barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə ilkin məlumat daxil olub. ***" "Mebel sexində baş vermiş yanğınla əlaqədar polis əməkdaşları əraziyə cəlb edilib. ***" "Bak...
publikaz_normalized
Onun Azərbaycan sevgisi də bir başqa olub":"Türk ədəbiyatının dünyadakı ən məşhur adlarından biri, Türkiyədə sərbəst şerin əsasını qoyan, yazdıqları 50-dən çox dilə tərcümə edilən, ömrü sürgün və həbslərdə keçən “Mavi gözlü Div” adam, Nazim Hikmət Ran. "Təpədən dırnağa həsrət və ümiddən ibarət Nazim Hikmət. Türkün səsi...
publikaz_normalized
Neyroşəbəkə xərçəng və ya QİÇS də daxil olmaqla, öz-özünə xəstəliklərin müalicəsini tapa bilməz. Onun sözlərinə görə, süni intellektdən köməkçi kimi istifadə etmək olar: o, alimlərə optimal formullar təklif edəcək və maddələr qəbul edən xəstələrin nəticələrini simulyasiya edəcək. Futuroloq onu da xatırladıb ki, xərçəng...
publikaz_normalized
Cari ilin hazırlıq planına əsasən, Əməliyyat (Komando) bölmələrinin taktiki-xüsusi hazırlıq üzrə məşğələləri davam edir. Ərazinin vizual müşahidəsi aparılmaqla şərti düşmən obyekti qiymətləndirilib, daha sonra onun hərbi texnikası pusquya salınıb və qruplaşma üzvləri ələ keçirilib. Sərt iqlim şəraitində keçirilən takti...
publikaz_normalized
Bütün dünyaya təsir edən yeni növ koronavirus (Covid-19) epidemiyası bir çox texnologiya şirkətinə rekord artım performansı və insan həyatına təsiri ilə gündəmə gəlib. Texnologiya şirkətləri daha çox innovasiyalar üzərində işləməyə başlayıb. Bu dövrdə ən çox diqqət çəkən şirkətlərdən biri də ABŞ-da yerləşən Zoom şirkət...
publikaz_normalized
Bir oyundan çıxdı, digərinə yollandı - FOTOFAKT":"Mançester Yunayted"in qapıçısı Andre Onana İngiltərə Premyer Liqasının 21-ci turu çərçivəsində keçirilən "Tottenhem"lə oyundan (2:2) dərhal sonra Fil Dişi Sahilinə yollanıb. Buna görə "qırmızı şeytanlar" onun üçün xüsusi təyyarə ayırıb. Mançester təmsilçisi ilə Kamerun ...
publikaz_normalized
Yanvarın 16-da gözlənilən hava şəraiti açıqlanıb. Gecə və səhər bəzi yerlərdə zəif duman. Mülayim cənub-qərb küləyi əsəcək" "Havanın temperaturu gecə 2° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq....
publikaz_normalized
Bolluq və ucuzluq olacaq?":"Kənd təsərrüfatında dividend gəlirləri artıq 2028-ci ilədək vergidən azad olundu. Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) rezident hüquqi şəxslərin iştirakçıları olan fiziki şəxslərin dividend gəlirlə...
publikaz_normalized
Maliyyə Nazirliyi vətəndaşların müraciətlərini artıq 012 404 46 99 nömrəsi ilə deyil, “8778” qısa nömrəsi vasitəsilə qəbul edəcək. Məlumata görə, Çağrı Mərkəzinin xidmətindən istifadə etmək üçün vətəndaşlar “8778” qısa nömrəsinə stasionar və bütün #mobil telefonlardan birbaşa müraciət edə bilərlər. Çağrı Mərkəzi qanunv...
publikaz_normalized
Bakı Dövlət Universitetinin əməkdaşı dünyasını dəyişib. 1971-ci il mayın 22-də Bakı şəhərində anadan olub. 1988-ci ildə Bakı Dövlət Universiteti Tarix fakültəsinə daxil olub və 1993-cü ildə bitirib. 1994-1995 ci illərdə daxili qoşunlarda zabit rütbəsində xidmət edib. 2002-ci ildən Bakı Dövlət Universiteti Tarix fakültə...
publikaz_normalized
Politoloq Dmitri Solonnikov yeni “X xəstəliyinin” siyasi fonundan danışıb. “Pərdə arxasında olan dünya, dünya elitası növbəti pandemiyaya hazırlaşır” , - o, "Ren tv"yə müsahibəsində bildirib. Solonnikovun fikrincə, bu, Yer kürəsinin əhalisini azaltmaq, informasiya resurslarına və planet ətrafında hərəkətlərə nəzarət ya...
publikaz_normalized
Yanvarın 11-də Gəncədə AFFA İcraiyyə Komitəsinin iclası keçirilməli idi. Ancaq bir neçə saat sonra toplantının təxirə salındığı məlum olub. İclasın baş tutmama səbəbi ilə bağlı əvvəlcə rəsmi açıqlama verilməsə də, daha sonra AFFA prezidenti Rövnəq Abdullayevin səhhətində problem yarandığı məlum olub. Bu gün isə AFFA-nı...
publikaz_normalized
Məşhur müğənni Ariana Grandenin evinə 92 dəfə daxil olmağa çalışan "pərəstişkarı" həbs olunub. Qeyd edək ki, "pərəstişkarı" məşhur müğənninin evinə bıçaqla girərək onu ölümlə hədələmişdi. O, 5 il müddətinə həbs olunmasına baxmayaraq, yenidən Ariana Qrandenin evinə daxil olub və sonradan həbs edilib.
publikaz_normalized
Maliyyə çətinlikləri qarşısında yeni layihələrini dayandırmaq məcburiyyətində qalan Yunanıstan ümidlərini ABŞ-dan ucuz qiymətə gələn silahlara bağlayıb. Yunan mediasında LCS-lərin Fransaya sifariş edilən "Belharra" tipli freqatlar gələnə qədər boşluğu doldura biləcəkləri qeyd edilib. Yunanıstanın ABŞ-ın ehtiyaclarından...
publikaz_normalized
Yanvarın 27-dən ümumi təhsil müəssisələrində 2023-2024-cü tədris ili üzrə qış tətili başlayacaq. Bildirilib ki, qış tətili 27-31 yanvar tarixlərini (5 gün) əhatə edir. İkinci yarımilin ilk dərs günü isə 1 fevralda olacaq.
publikaz_normalized
Bu raket sınaqdan keçirilib":"Yaponiya və Cənubi Koreya Şimali Koreyanın Yapon dənizi istiqamətində yeni raket sınaqdan keçirdiyini açıqlayıb. Pxenyanın verdiyi açıqlamada Şimali Koreya Raket Administrasiyasının hipersəs döyüş başlığı daşıyan bərk yanacaqlı orta mənzilli ballistik raketi (IRBM) uğurla sınaqdan keçirdiy...
publikaz_normalized
Hava şəraiti səbəbindən yolların sürüşkən olması çoxsaylı qəzalara səbəb olub. Xəzər rayonunun Qala və Binə qəsəbələrinin yaxınlığında aşan avtomobillər yolun hərəkət hissəsində qalıb və hərəkəti daha da çətinləşdirib.
publikaz_normalized
Xəbər verildiyi kimi, 2 gün əvvəl Bakı-Quba-Rusiya ödənişli avtomagistralının Şabrandan keçən hissəsində ölüm və xəsarətlə nəticələnən avtoqəza baş verib. Nəticədə 26 yaşlı Cəfər hadisə yerində aldığı xəsarətlərdən ölüb. Daha üç nəfər, Bakı şəhər sakinləri 2003-cü il təvəllüdlü Nərmin Elnur qızı Təhməzova, 1998-ci il t...
publikaz_normalized
Bu gün Binəqədi rayonu Abay Kunanbayev küçəsi yaxınlığında sexdə baş verən partlayışla bağlı Baş prokurorun müavini Elmar Camalov hadisə yerinə gedib. Qurumdan bildirilib ki, aidiyyəti dövlət orqanları ilə birgə zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilir. İctimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək...
publikaz_normalized
Vladivostokun mərkəzində avtobus sürücüləri yolda baş verən insident üzündən əlbəyaxa dava ediblər. Görüntülər yanvarın 15-də səhər saatlarında Mərkəzi Meydan dayanacağında avtobuslardan birində olan sərnişinlər tərəfindən çəkilib. Hadisə şahidləri dava edən iki şəxsi ayırmağa nail olublar. Telekanalın məlumatına görə,...
publikaz_normalized
Dehli-Qoa reysi ilə uçan sərnişinin pilota hücum etməsinin görüntüləri sosial mediada paylaşılıb. Sərnişin sürətlə pilota yaxınlaşaraq onun üzünə vurub. Uçuşun 13 saat gecikdiyi bildirilib. Təyyarədə stüardessalar tərəfindən zərərsizləşdirilən hücumçu polis tərəfindən nəzarətə götürülüb. Məsələ ilə bağlı araşdırmalar d...
publikaz_normalized
Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdəki yanğını məhdudlaşdırıb. Qeyd olunub ki, hazırda yanğının tam söndürülməsi və hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər davam...
publikaz_normalized
Real" hücumçusu Joselu ötən gün karyerasının ən önəmli günlərindən birini yaşayıb. Bu, 33 yaşlı futbolçunun 16 illik klub karyerasında ilk titulu olub. Xoselu 2023-cü ildə İspaniya millisi ilə birlikdə UEFA Millətlər Liqasının qalibi olub. Bu, onun karyerasının ilk titulu olub. O, 2023-cü ilin iyulunda cari mövsümünün ...
publikaz_normalized
14:12" "Xalq artisti Flora Kərimova ötən gün “Zaurla Günaydın” proqramında həmkarı Niyaməddin Musayevlə başına gələn kruyoz hadisədən danışıb. Kərimova bildirib ki, bu, təsadüfən baş verib: “Niyaməddin müəllim o qədər təmiz, sadə insandır ki... Onun addımını və hərəkətlərini yozmaq günahdır. Məni bu imtahana çəkməyin, ...
publikaz_normalized
Azərbaycanda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə qeyri-sabit hava şəraitində şəhərətrafı və regionlar üzrə fəaliyyət göstərən sərnişin və yük qatarlarının endirilmiş sürət həddi bərpa olunub. Sərnişinlərimizdən qış mövsümündə platformalarda hərəkət zamanı ehtiyatlı olmaları və dəmir yolu xətlərini keçən za...
publikaz_normalized
Lirə dollar qarşısında bu qədər ucuzlaşacaq":"Türk valyutasının dəyəri 2024-cü ilin son rübündə əhəmiyyətli dərəcədə azalaraq bir dollar üçün 37 lirə səviyyəsinə çata bilər. Türkiyənin milli valyutasının dollar qarşısında məzənnəsi ötən həftə tarixi minimuma çatıb və ilk dəfə olaraq 1 dollar 30 lirə səviyyəsində olub. ...
publikaz_normalized
NATO bazası tutulsun, Rusiya və İranla hərbi ittifaq yaradılsın":"Türkiyənin “Vətən” partiyasının lideri Doğu Perinçək Kürdüstan Fəhlə Partiyasının əməlləri nəticəsində yaranan terror təhlükəsini aradan qaldırmaq üçün Türkiyə ilə İraq, İran, Rusiya və Suriya arasında hərbi ittifaq yaratmaq təşəbbüsü ilə çıxış edib. Qəz...
publikaz_normalized
Məqsədləri var":"Bu il martın 26-da irqçiliklə mübarizə çərçivəsində İspaniya və Braziliya milli komandaları arasında yoldaşlıq oyunu keçiriləcək. Bu barədə İspaniya Kral Futbol Federasiyası məlumat yayıb: Tədbir futbolda zorakılıq, irqçiliklə mübarizə öhdəliyini gücləndirəcək və böyük futbol festivalını təmsil edən hə...
publikaz_normalized
məclislərə gedib camaatın ərinə...":"Müğənni Səidə Sultan qalmaqallı açıqlama verib. Səidə ad çəkmədən bir ifaçıya ismarış göndərib: Siçovullara nifrət edirəm, onlara normal qız kimi baxmıram. Ailə dağıtmaq yaxşı bir şey deyil. Kiminsə nikahlı ərinə göz dikmək olmaz. Bizim sahədə yeni oxuyanlar var. Məclislərə gedib ca...
publikaz_normalized
43 yaşlı amerikalı model və aktrisa Kim Kardaşyanın ombasına qulluq edən şəxsin maaşı bəlli olub. Bu barədə “The Goat Screamed” teleqram kanalı məlumat yayıb. Bildirilir ki, bu qədər pul alan “mütəxəssis” bədənin bu hissəsinə ideal görünüş təqdim etməlidir. Bundan əvvəl Kim Kardaşyan alt paltarında mükəmməl fiqurunu nü...
publikaz_normalized
Bu maskalar üzünüzü qurudacaq":"Bir çox gözəllik blogerləri dəriyə gündəlik qulluq rutininizə parça və ya hidrogel üz maskalarını daxil etməyi məsləhət görür. İstehsalçılar qadınlara vao effekti, nəmləndirmə və parlaqlıq vəd edir, lakin istifadənin nüanslarını bilmirsinizsə, əksinə, dərini quruda bilərsiniz. Əgər siz h...
publikaz_normalized
7 ölü, 24 yaralı var - Rəsmi/ YENİLƏNDİ":"14:40" "Bakıda sexdəki partlayış-yanğında 24 nəfər xəsarət alıb. Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsinin yaxınlığında sexdə partlayışla əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin 19 təcili yardım briqadası hadisə yerinə cəlb olunub. Xəsarə...
publikaz_normalized
Roma"nın sahibləri Joze Mourinyonun başçılıq etdiyi komandanın nəticələrindən narazıdırlar. Bu barədə "Sportmediaset" məlumat yayıb. İddia olunur ki, "canavarlar"ın rəhbərliiy Mourinyonun hakimlər haqqında davamlı şikayətlərini haqlı hesab etmir. Ondan əsaslı arqumentlər gözləyirlər. Mourinyonun azarkeşlərin dəstəyini ...
publikaz_normalized
Görün çamadanından nə çıxdı":"İspan musiqisinin əfsanəvi adı olan Xulio İqleasias hava limanında saxlanılıb. Müğənninin çamadanında 42 kilo yemək tapılıb. Xulio Dominikan hakimiyyətinə nə üçün çamadanında bu qədər çox yemək olduğunu izah etməli olub. Müğənninin çamadanında ət və tərəvəz məhsulları tapıldığı iddia edili...
publikaz_normalized
Alman ordusu gəlir":"Polşa öz ərazisində alman qoşunlarının yerləşdirilməsinə razıdır. Hazırda Polşa ərazisində 10 minə yaxın ABŞ əsgəri yerləşdirilib. “Şimali Atlantika Alyansının şərq cinahının gücləndirilməsi baxımından istənilən yardım və əməkdaşlıq xoşdur”, - nəşrin həmsöhbəti təfərrüatları bölüşüb. “Əgər almanlar...
publikaz_normalized
Görün Rusiyadan bu ölkəyə nə qədər pul köçürülür":"2023-cü ilin sonunda Rusiyadan Gürcüstana pul köçürmələrinin ümumi həcmi 2022-ci illə müqayisədə 26 faiz azalaraq 1,5 milyard dollar olub. Buna baxmayaraq, Rusiya Gürcüstana pul köçürmələrinin həcminə görə lider olaraq qalır. Bu göstərici üzrə ikinci yerdə, demək olar ...
publikaz_normalized
Baş Dövlət Yol Polis İdarəsi (BDYPİ) qarın yollarda yaratdığı çətinliklərlə bağlı sürücülərə müraciət edib. Xüsusilə səhər və axşam saatlarında havanın dumanlı, çiskinli olması, eləcə də dağlıq və dağətəyi rayonlarda, külək tutan açıq ərazilərdə, körpülərdə yol örtüyünün buz bağlaması nəqliyyat vasitələrinin hərəkətini...
publikaz_normalized
Azərbaycanın veteran futbolçusu Səməd Hacıyev vəfat edib. Qeyd edək ki, Səməd Hacıyev Naxçıvan təmsilçisinin heyətində çıxış edib.
publikaz_normalized
İranda Məhsa Əmininin ölümündən sonra baş verən kütləvi etirazları işıqlandırarkən həbs edilən jurnalistlər Nilufər Həmidi və Elahe Məhəmmədi azad ediliblər. “Şərq” qəzetinin jurnalisti Nilufər Həmədi 2022-ci ilin sentyabrında Əminin ölümündən bir neçə gün sonra həbs edilib. “Ham Miham” qəzetinin fotoqrafı Elahe Məhəmm...
publikaz_normalized
Müharibəyə hazırlaşın":"“Tərəfdaşlarımız sülh sazişi ilə tanış olublar, mən onun qapalı hissəsinə toxunmayacağam, Azərbaycanın üzərinə götürməli olduğu öhdəliklərdən bəhs edilmir. O xatırladıb ki, əgər Nikol Paşinyanın o zamankı hərbi-siyasi vəziyyəti normal qiymətləndirən normal strukturları olsaydı, onlar tezliklə Az...
publikaz_normalized
Niderlandın Arnhem şəhərində müsəlmanlar Qurani-Kərimi yandırmaq cəhdinin qarşısını alıblar. Qərbin İslamlaşmasına qarşı Vətənpərvər Avropalılar (PEGIDA) tərəfdarlarından bir qrup Arnhem bələdiyyəsindən aldıqları icazə ilə Qurani-Kərimi yandırmağa cəhd ediblər. Şəhərdə yaşayan müsəlmanlar çirkin aksiyanın qadağan edilm...
publikaz_normalized
Nazirlər Kabineti 6 may 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə Dövlət Gömrük Komitəsinə məlumat göndərilməli olan lisenziyaların və icazələrin Siyahısı”nda dəyişiklik edib. Qərara əsasən, bundan sonra idxal olunan qida və yem məhsullarına, habelə qida m...
publikaz_normalized
Bu qədər qol vurarlar?":"İngiltərə Premyer Liqasının 21-ci turunda "Mançester Yunayted"lə heç-heçə edən (2:2) "Tottenhem" klub rekorda imza atıb. Londonlular sonuncu dəfə ötən il martın 4-də səfərdə "Vulverhempton"a uduzaraq (0:1) meydanı qolsuz tərk etmişdilər. Əlavə edək ki, hal-hazırda Angelos Postecoglounun yetirmə...
publikaz_normalized
Rusiya bu əraziləri tutacaq, Ukraynadan qaçqın dalğasına hazırlaşın":"Varşava Ukraynadan gələn yeni qaçqın dalğasına hazırlaşmalıdır. Diplomatın fikrincə, Polşa tərəfi Rusiya Silahlı Qüvvələrinin uğurlu hücumu ilə əlaqədar zəncinin Qərbə keçməsi ehtimalını istisna edə bilməz. “Bu, milyonlarla daha çox ukraynalının, o c...
publikaz_normalized
Limonu krandan asın, nəticəsini də görün":"Mətbəx kranınızdakı kirəc və çirkli suyun yaratdığı digər problemləri asanlıqla limonla həll edə bilərsiniz. Mütəxəssislərin fikrincə, sitrus meyvələri tərkibindəki turşuya görə bəzi çirkləndiricilərdən xilas olmaqda əla işə yarayır. Kranı həddən artıq sərt suyun əmələ gətirdi...
publikaz_normalized
2023-cü ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,2 faiz artaraq 923,1 manat olub. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi...
publikaz_normalized
Pensiyalarda təxminən 11 faizə yaxın artım qeydə alınacaq. Onun sözlərinə görə, ilkin məlumat ondan ibarətdir ki, pensiyalar 10,8 faiz indeksasiya olunaraq artırılacaq. Daha dəqiq rəqəm fevral ayının əvvəlində Dövlət Statistika Komitəsi tərəfindən elan olunacaq. Nəzər alsaq ki, pensiyaların indeksasiyasında əsas meyar ...
publikaz_normalized
İraqın şimalında Pəncə-Kilit Hərəkatı bölgəsində terrorçularla qarşıdurmada şəhid olanları təhqir etməkdə ittiham edilərək Osmaniyədə saxlanılan Mehmet T. Osmaniyə Prokurorluğunun təlimatı əsasında araşdırma başladılıb. Sosial media hesab istifadəçisinin Mehmet T olduğunu müəyyən edilib. Adıçəkilən ünvanda keçirilən əm...
publikaz_normalized
Mərhum Əməkdar artist Aygün Bəylərin ölümündən əvvəl çəkilən son fotoları yayımlanıb. Fotolara "Aygün Bəylərin son fotoları. Yerin cənnət olsun, xalqın sənətkarı" sözləri yazılıb. "Şəkillərin bəziləri isə A.Bəylərin Heydər Əliyev Sarayında verdiyi sonuncu solo konsertindəndir. "Qeyd edək ki, xanəndə yanvarın 6-da Ankar...
publikaz_normalized
Bakıda sərnişindaşımanı həyata keçirən 3 və 88 nömrəli marşrut avtobuslarının hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Məlumata görə, dəyişikliyə səbəb paytaxtın Binəqədi rayonunda partlayışın baş...
publikaz_normalized
Övladlarına cinsini dəyişməyə icazə verməyən valideynlər həbs olunacaq":"Bir çox ölkələrdə, xüsusən də ABŞ-da ibtidai məktəblərdən orta məktəblərə qədər təsir edən LGBT lobbisi yeni qaydalarla təhlükə yaratmağa davam edir. Muxtar parlamentdə çoxluq təşkil edən SNP hökuməti LGBT-ni dəstəkləyən yeni qanun layihəsini parl...
publikaz_normalized
NATO-nun Strateji Əlaqələr üzrə Mükəmməllik Mərkəzinin direktoru Janis Sarts, Almaniyanın “Bild” nəşrində Şimali Atlantika Alyansının Rusiyanın mümkün hücumuna hazırlaşdığına dair dərc edilən materiala münasibət bildirib. O, bu barədə “X”sosial şəbəkəsində məlumat verib. “Təlim ssenarisi hər zaman müəyyən bir ərazidə h...
publikaz_normalized
Cəlilabad, Masallı, Lənkəran və Astara rayon mərkəzləri elektrik enerjisi ilə təminatı bərpa olunub. Bildirilir ki, hazırda qurum cənub rayonlarında baş vermiş qəzaları aradan qaldırmaq üçün fasiləsiz çalışır. “İki gün ərzində yağan güclü qar ölkə ərazisində, xüsusən cənub rayonları – Cəlilabad, Masallı, Lənkəran və As...
publikaz_normalized
Azərbaycanda ədəbiyyatşünaslıq və publisistika sahəsində səmərəli fəaliyyətinə görə Ramiz Baxşəli oğlu Əskərov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
publikaz_normalized
Prezident İlham Əliyev “Elektroenergetika haqqında” qanunda dəyişiklik edilməsi qanunu təsdiqləyib. İndiyə qədər tələb olunan gücü 150 kVt-a qədər olan (150 kVt da daxil olmaqla) tikinti obyektləri elektrik şəbəkəsinə qoşularkən ödəniş edilirdi. xxx" "Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik e...
publikaz_normalized
Məhkəmə “Abzas media” işi çərçivəsində saxlanılan Elnarə Qasımova haqqında qərar qəbul edib. Qeyd edək ki, E.Qasımovaya qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
publikaz_normalized
Ötən il dekabrın 22-də Zaqatala rayonunda avtomobilin vurduğu piyada İbrahim Daşdəmirov Bakı şəhərində müalicə aldığı xəstəxanada vəfat edib. Piyada, 25 yaşlı İbrahim Daşdəmirovu avtomobillə vuran sürücü hadisə yerindən qaçıb. Hadisə yerindən yayınan “VAZ-2106” markalı avtomobilin sürücüsü Elgüc Hacımuradov polis əməkd...
publikaz_normalized
Dünyanın ən gözəl opera evindən REPORTAJ - FOTOLAR":"Yunan əsilli amerikalı opera ifaçısı Mariya Kallasın həyatından bəhs edən "Mariya" filminin çəkilişləri payızda başa çatdı. Bu film onunla əlamətdardır ki, opera ifaçısını dünya şöhrətli Hollivud ulduzu Ancelina Coli canlandırır, onun tərəf müqabili rolunda isə türki...
publikaz_normalized
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Polşa Respublikasının xarici işlər naziri Radoslav Sikorski ilə telefon danışığı baş tutub. Telefon danışığı zamanı ikitərəfli və regional gündəlikdə duran məsələlər müzakirə olunub. Nazir Polşa Respublikasının xarici işlər naziri vəzifəsinə təyinatı müna...
publikaz_normalized
Az öldürür, çox qarət edirlər":"Ermənistanda qətllərin sayı azalıb, lakin fərqli xarakterli cinayətlərin sayı artıb. Belə ki, 2023-cü ilin yanvar-noyabr aylarında respublika üzrə 35 052 cinayət qeydə alınıb, 2022-ci ilin hesabat dövründəki 33 281 cinayətə qarşı. Beləliklə, rəqəmlər 5,3% (+1771 hal) artıb. “Qətllərin sa...
publikaz_normalized
Yaponiyanın xarici işlər naziri Kamikava Yoko yanvarın 16-da Türkiyəyə səfər edəcək. Qeyd olunub ki, səfər iki ölkə arasında diplomatik əlaqələrin 100-cü ildönümü ilə bağlıdır. K.Yoko səfər çərçivəsində həmkarı Hakan Fidanla görüşəcək. Nazirlər ikitərəfli və regional məsələləri müzakirə edəcəklər.
publikaz_normalized
Mövsümün ikinci yarısının hazırlığını Bakıda davam etdirən “Qarabağ” bu gün yoxlama görüşündə qüvvəsini sınayıb. Matç Ağdam təmsilçisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb. “Qarabağ”ın qollarını Leandro Andrade, Redon Cica, Riçard Almeyda (penalti) və Nəriman Axundzadə vurub.
publikaz_normalized
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yanvarın 18-19-da İtaliya və Vatikanda rəsmi səfərdə olacaq. Qazaxıstan liderinin İtaliya Prezidenti Sercio Mattarella və Baş nazir Corcia Meloni ilə danışıqlar aparması planlaşdırılır. O, həmçinin potensial investorlarla - iri İtaliya şirkətlərinin rəhbərləri ilə görüşəcək. K...
publikaz_normalized
Biləsuvar rayon sakinlərindən qanunsuz saxlanılan 10 ədəd odlu silah təhvil götürülüb. Keçirilən növbəti tədbirlər nəticəsində rayon sakinləri müvafiq sənədləri olmadan qanunsuz saxladıqları 10 ədəd müxtəlif markalı ov tüfəngini polis əməkdaşlarına könüllü olaraq təhvil veriblər.
publikaz_normalized
Kiberdələduzlar tərəfindən “Teleqram” tətbiqində “Kapital Bank” ASC-nin adından saxta dələduzluq səhifəsi yaradılıb. Qeyd olunub ki, dələduzlar səhifədə saxta kampaniyalar paylaşırlar: Kampaniyada iştirak etmək üçün vətəndaşlardan paylaşımlarda qeyd olunan saxta keçidə daxil olmaq tələb edilir. İlk baxışda qeyd olunan ...
publikaz_normalized
Rusiyanın Azərbaycandakı səfirliyi Bakıda mebel sexində baş verən yanğın nəticəsində insanların həlak olması ilə bağlı başsağlığı verib. Bakıda mebel sexində insan tələfatı ilə nəticələnən partlayış xəbəri bizi kədərləndirdi. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tez...
publikaz_normalized
Azərbaycan Baş prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyevin rəhbərliyi Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhər və digər tabe rayon prokurorluqlarının əməkdaşlarının iştirakı ilə videoformat rejimində 2023-cü ilin yekunlarına dair əməliyyat müşavirəsi keçirilib. Müşavirə iştirakçıları tərəfindən ön...
publikaz_normalized
Polis əməkdaşları tərəfindən vətəndaşlarda qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində tədbirlər davam etdirilir. Bu istiqamətdə əməliyyat-profilaktik tədbirlər davam etdirilir.
publikaz_normalized
Rusiyada güclü zəlzələ baş verib. Zəlzələ Kurumkanski, Barquzinski, Şimali-Baykal vilayətlərində, həmçinin Ulan-Udedə hiss olunub. Hadisə nəticəsində tələfat və dağıntıların olması barədə məlumat verilməyib.
publikaz_normalized
Cəlilabad rayonunda son iki gündə qarlı hava şəraiti səbəbi ilə beş nəfər küçədə yıxılaraq travma alıb. Onlara lazımi tibbi yardım göstərilib. Qeyd edək ki, hazırda bölgədə mülayim hava şəraiti hökm sürür.
publikaz_normalized
“Səhvlər həddindən artıq çox idi”":"“Qarabağ” bu gün hazırlıq matçında “Zirə”ni 4:0 hesabı ilə məğlub edib. Bütün futbolçuları yoxlaya bildiz? Əvvəlcədən Rəşad Sadıqovla razılaşmışdı ki, dəqiqələrin sayı çox olsun və bütün futbolçulara şans verək. Səhvlər həddindən artıq çox idi. – Ölkə xaricində toplanış keçdiz. Fərql...
publikaz_normalized
İrəvanda mehmanxana kompleksində Rusiya vətəndaşının meyiti tapılıb. "Yanvarın 15-də saat 16:30-da “Kartez” restoran kompleksində kişi meyitinin tapılması barədə polisə məlumat daxil olub. Hadisə yerinə gələn polis otaqlardan birində çarpayıda təxminən 40 yaşlı kişi meyitini aşkar edib. Məhkəmə-tibbi ekspertizasının il...
publikaz_normalized
Şirin yalan, yoxsa acı həqiqət?":"Çox vaxt verdiyimiz qərarlar aldığımız məlumatların təhlili ilə müəyyənləşir. Şəkər istehlakını azaldıb-azaltmamağımızla bağlı verəcəyimiz qərar da şəkərli qidaların sağlamlığımıza göstərdiyi təsirlər barədə düzgün, etibarlı və elmi məlumatlara əsaslanmalıdır. Şəkərin bütün növləri zər...
publikaz_normalized
Oktyabrın 7-də Fələstin-İsrail münaqişəsində gərginliyin yeni mərhələsi başlayandan bəri Qəzza zolağında ən azı 24 100 nəfər ölüb. Onun məlumatına görə, 60 834 nəfər xəsarət alıb.
publikaz_normalized
Yaxın zamanda Laçın-Kəlbəcər magistral internet xəttinin tikintisinə start verilməsi gözlənilir. Onun sözlərinə görə, artıq Xocalı-Xankəndi magistral internet xəttinin tikintisinə başlanılıb: “Xocalı şəhərinə artıq prefiks təyin olunub. Böyük Qayıdış planına uyğun olaraq oraya köçürüləcək sakinlər yüksək sürətli optik ...
publikaz_normalized
İyirmi ildən çox işimizdə biz bunların hamısını eşitmişik. Təəssüf ki, dezinformasiyadan və məlumatsızlıqdan irəli gələn bu kimi iddialar QNET haqqında xoşagəlməz rəvayətləri təşviq edir. Bununla belə, dünyada minlərlə insan QNET-ə inanmaqda davam edir, məhsul və xidmətlərimizi sevir, onları dostlarına və ailələrinə ta...
publikaz_normalized
Ağstafa-Bakı sərnişin qatarında nasazlıq yaranıb. Qatarın artıq 50 dəqiqədən çoxdur yubandığı bildirilir.
publikaz_normalized
Jurnalist Şahin Rzayev həbs olunub. Jurnalist inzibati xəta törətməkdə təqsirli bilinib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı faktı təsdiq edib.
publikaz_normalized
“Canımızı götürüb qaçdıq” - VİDEO":"Bir anda partlayış oldu, yanğın baş verdi. O qeyd edib ki, işlədikləri yerdə 10 nəfər olublar: Bir də gördük ki, hər şey dağıldı. Ancaq canımızı götürüb qaçdıq, heç kimdən xəbərimiz yoxdur”, - o qeyd edib. Ətraflı Baku TV-nin süjetində:
publikaz_normalized
Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş partlayışla əlaqədar axtarış-xilasetmə işləri davam etdirilir. Qeyd olunub ki, hazırda dağıntı altında qalan şəxs və ya şəxslərin olması ehtimalı nəzərə alınaraq, axtarış-xilasetmə əməliyyatı fasiləsiz olaraq həyata keçirilir.
publikaz_normalized
Binəqədi və Xəzər rayonlarının bəzi ərazilərində qaz olmayacaq. Qaz ölçü qovşağında quraşdırılmış mövcud daraldıcı qurğunun sərfiyyata uyğun yenisi ilə əvəzlənməsi səbəbindən "Sərdarov BMZ" ölçü qovşağından 16.01.2024-cü il saat 11:00-dan 13:00-dək, həmçinin saat 11:00-dan etibarən Xəzər rayonunda yeni çəkilmiş qaz xət...
publikaz_normalized
Yaralılar var - YENİLƏNDİ/FOTO":"21:30" "Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsində yerləşən yataqxana binasında partlayış baş verməsi barədə məlumat daxil olub. Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ikimərtəbəli yataqxana binasının...
publikaz_normalized
Bu gün Bakı şəhəri, Binəqədi rayonunda mebel/boya sexində partlayış baş verməsi bizi kədərləndirdi. “Partlayış nəticəsində həyatını itirən qardaşlarımıza Allahdan rəhmət, yaxınlarına səbr və başsağlığı, yaralananlara isə tezliklə şəfa diləyirik”, - diplomat qeyd edib. Bu gün Bakı şəhəri, Binəqədi rayonunda mebel/boya s...
publikaz_normalized
Günahkar qasırğadır":"Yanvarın 20-nə qədər Türkiyədən 900 min yumurta partiyası Rusiyaya çatdırılacaq, gecikmənin səbəbi Novorossiysk limanındakı hava şəraitidir. "Kənd Təsərrüfatı Nazirliyi yükün yanvarın 15-də çatmalı olduğunu bildirsə də, Qara dənizdə güclü tufan limanın fəaliyyətini qeyri-mümkün edib. Türkiyədə yük...
publikaz_normalized
“İnter Mayami” oynamadıqda belə diqqət mərkəzində qalır. Klub sahibi iki foto paylaşıb: Lionel Messi, Luis Suares, Serxio Buskets və Jordi Alba “Barselona”da və onlar daha sonra haradasa Mayamidə məşq edirlər. Əfsanəvi dördlüyün debütü beş həftədən sonra mümkündür. MLS-də yeni mövsümü fevralın 21-də başlayacaq.
publikaz_normalized
Bu gün səhər saatlarında Binəqədi rayonunda mebel sexində baş verən partlayış anının görüntüləri yayılıb. Həmin görüntüləri təqdim edirik:
publikaz_normalized
Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsində yerləşən yataqxana binasında baş vermiş partlayışla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır. Hadisə nəticəsində 2-si azyaşlı olmaqla 4 nəfər xəsarət alıb. Xəsarət alan şəxslərə zəruri tibbi yardım göstərilib. Hazırda vəziyyətləri qənaətbəxşdir. İlkin ehtimala əs...
publikaz_normalized
Paytaxtın Seyid Cəfər Pişəvəri küçəsi, 3-cü mikrorayon dairəsi istiqamətində yolda təmir işləri aparılır. Təmir səbəbindən yolun bir hissəsində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub. Sürücülərdən nəzərə almaları xahiş olunur", - məlumatda bildirilib.
publikaz_normalized
Ermənistan Yanvar faciəsi ilə bağlı faktları təhrif edir. “Azərbaycanı deportasiya və etnik təmizləmədə ittiham etmək absurd olmaqla yanaşı, həm də Ermənistanın azərbaycanlılara qarşı sistemli etnik təmizləmə siyasətini ört-basdır etmək cəhdidir”, - A.Hacızadə qeyd edib.
publikaz_normalized