text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Biləsuvar rayon sakini buzlu yolda yıxılaraq dünyasını dəyişib. Məlumata görə, Biləsuvar şəhər sakini, 1958-ci il təvəllüdlü Cəmil Rəhimov piyada yolunda hərəkət edərkən buzlu yolda sürüşərək yıxılıb. Baş nahiyəsindən ağır xəsarət alan C.Rəhimov xəstəxanaya çatdırılarkən yolda vəfat edib. Faktla bağlı araşdırma aparılı...
publikaz_normalized
Yanvarın 1-də xəstəxanaya yerləşdirilən ABŞ-ın müdafiə naziri Lloyd Ostin xəstəxanadan evə buraxılıb. Qeyd olunub ki, Ostin bazar ertəsi xəstəxananı tərk edib: “Nazir hələ də sağalır və həkimlərinin göstərişi ilə Pentaqona tam qayıdana qədər öz vəzifələrini bir müddət uzaqdan yerinə yetirəcək”, - bəyanatda deyilir. Pen...
publikaz_normalized
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Abdullah bin Zayed Əl Nəhyan ilə telefon danışığı baş tutub. Bildirilib ki, telefon danışı zamanı BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın ölkəmizə rəsmi səfəri çərçivəsində imzalanmış Stra...
publikaz_normalized
Qırmızı dənizdə gərginlik çox yüksək səviyyədədir və vəziyyət tezliklə nəzarətdən çıxa bilər. “Qırmızı dənizdə gərginlik yüksək səviyyədədir və tezliklə onu cilovlamaq mümkün olmayacaq”-deyə, o bildirib. Bundan əlavə, dünya təşkilatının rəhbəri İsrail və Livan sərhədində gündəlik atışmalardan ciddi narahatlığını ifadə ...
publikaz_normalized
Ukrayna prezidenti Volodimir Zelenski İsveçrədən yüksək səviyyəli sülh konfransı təşkil etməyi xahiş edib. Rəsmi Bernin bu istəyə müsbət cavab verdiyi bildirilib. Amherd Berndə səfərdə olan ukraynalı həmkarı ilə birgə mətbuat konfransında deyib: “Cənab Zelenski İsveçrədən yüksək səviyyəli sülh sammiti təşkil etməyi xah...
publikaz_normalized
Futbol üzrə Türkiyə Super Liqasında XX tura yekun vurulub. Lider "Fənərbağça"nın ən yaxın izləyicisi "Qalatasaray" doğma meydanda "Kayserispor"u qəbul edib və 2:1 hesablı qələbə qazanıb. Hesabı 26-cı dəqiqədə Viktor Nelson açıb. Qonaqlar 58-ci dəqiqədə Aylton Boa Mortenin qolu ilə tarazlığı bərpa ediblər. 86-cı dəqiqəd...
publikaz_normalized
Gəmi raketlə vuruldu":"Yəməndəki husi üsyançılar tərəfindən atılan raket bazar ertəsi Marşal adaları bayrağı altında üzən ABŞ-ın “Gibraltar Eagle” yük gəmisinə tuş gəlib. Hadisə nəticəsində ölən və yaralanan olmayıb. Komandanlıqdan həmçinin bildirilib ki, yerli vaxtla saat 14:00-da ABŞ Silahlı Qüvvələri Qırmızı dənizin...
publikaz_normalized
Bu gün Bakıda baş verən partlayışdan kədərləndiyimi bildirirəm. Zərərçəkənlərə və onların yaxınlarına, eləcə də Azərbaycan hakimiyyətinə başsağlığı verirəm", - o qeyd edib.
publikaz_normalized
Əsla tələsməyin":" "Qoç - günün ilk yarısı peşəkar fəaliyyət üçün uğurlu zamandır. Ətrafınızdakı insanlarla bağlı gözləntiləriniz böyük olmasın. Onları olduğu kimi, müsbət və mənfi cəhətləri ilə qəbul edin. Yaşamın rəvan axarına süni müdaxilə etməyin. Günün ikinci yarısında mümkün qədər praktik olun. Əldə etdiyiniz mal...
publikaz_normalized
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında və Suriyada həyata keçirdiyi hava əməliyyatında terrorçulara məxsus 23 hədəfi məhv edib. “BMT Nizamnaməsinin 51-ci maddəsindən irəli gələn özünümüdafiə hüquqlarımıza uyğun olaraq, PKK/YPG/KSK və digər terror ünsürlərini zərərsizləşdirərək xalqımıza və təhlükəsizlik qüvvələrimi...
publikaz_normalized
Ölən və yaralılar var":"İsrailin Raanana şəhərində terror aktı ola biləcəyi ehtimal edilən hücumda ən azı 17 nəfər yaralanıb, bir qadın ölüb. Qeyd edilib ki, hazırda həkimlər 18 yaralı barədə məlumat verib, onlardan 3-nün vəziyyəti ağırdır. Digər xəsarət alanlar xəstəxanalara göndərilir. İlkin məlumata görə, insidentlə...
publikaz_normalized
“Qalatasaray”ın hücumçusu Mauro İkardinin həyat yoldaşı Vanda Nara argentinalının şəxsi həyatı ilə bağlı maraqlı əhvalat danışıb: “Məndən əvvəl 200 qadın Mauronun yatağından keçib, amma məndən sonra o, tamamilə dağıldı. Ertəsi gün bədənimdəki ağrıları xatırlayıram. Yataqda hər şeyimi verməyə öyrəşməmişəm. Hər 4 saatdan...
publikaz_normalized
“İnter”lə müqavilə bağladı":"“Napoli”nin yarımmüdafiəçisi Petr Zelinski klubla müqaviləsini yeniləməmək və yayda azad agent kimi “İnter”ə keçmək qərarına gəlib. “Corriere dello Sport”un məlumatına görə, “Napoli”nin prezidenti Aurelio De Laurentis onu oyun praktikasından məhrum etmək variantını nəzərdən keçirir. Belə ol...
publikaz_normalized
Nigeriyanın şimal-qərbində silahlılar hərbi düşərgəyə hücum edərək hökumət qüvvələrini oranı tərk etməyə məcbur ediblər. Onların sözlərinə görə, silahlı qrup Nahuta kəndi yaxınlığındakı düşərgəyə hücum edib. Nəticədə orada olan hərbçilər və polislər qaçıblar. Atışma və ya mümkün itkilər barədə məlumat yoxdur. Agentlik ...
publikaz_normalized
Bakının Nəriman Nərimanov rayonu Əhməd Rəcəbli küçəsində yerləşən dayancaqdan istifadə edən sakinlər bu ərazidən hansı avtobusların keçdiyini bilmirlər. Əgər nabələd olduğunuz bir ərazidə olsanız, ordan geri qayıtmağın yolunu öyrənmək asan olmayacaq. Sakinlər dayanacaqlarda yerləşən məlumat lövhələrinin boş olmasından ...
publikaz_normalized
Sumqayıt şəhər Yəhya Məmmədov küçəsində yerləşən yataqxanada baş verən partlayışın bəzi təfərrüatları məlum olub. Nəticədə sızan qaz kanalizasiya xətti ilə evə dolub və partlayış baş verib: Elə partlayış olan kimi qapı üstümə gəldi. Evə qaçmaq istəyəndə gördüm ki, pəncərə də oradan qırıldı”. Mətanət Qazıyeva isə hadisə...
publikaz_normalized
Qəzaya düşən motosikletçi öldü":"Dakar rallisində iştirak edən “TwinTrail Racing Team” komandası ispan motosikletçi Karles Falkonun öldüyünü açıqlayıb. Faciə yerinə tibbi helikopterlə gələn qrup ispaniyalıya təcili yardım göstərib. Karlesin ürəyi dayanıb və sonra Əl-Duvadimi xəstəxanasına aparılıb. “TwinTrail Racing Te...
publikaz_normalized
Özəl pensiya fonduna ödəniş könüllü olacaq. Belə ki, vətəndaş məcburi sosial sığorta haqqı ilə yanaşı, belə fonda da vəsait ödəyə bilər. Bəs özəl pensiya fondları əhaliyə nə qazandıracaq? İqtisadçı Xalid Kərimli isə bildirib ki, özəl pensiya fondu işləyən şəxslər üçün nəzərdə tutulub: “Burada işləyən şəxslərin əlavə pe...
publikaz_normalized
Daha bir İngiltərə nəhəngi":"“Əl-İttihad”ın 36 yaşlı ulduz hücumçusu Kərim Benzema Səudiyyə klubunu tərk edəcəyi ilə bağlı iddialar səngimək bilmir. Bu dəfə onun İngiltərə nəhənglərindən birinin transfer hədəfinə çevirildiyi iddia edilib. Bu barədə İngiltərənin nüfuzlu “The Telegraph” nəşri məlumat yayıb. Bildirilir ki...
publikaz_normalized
İran daha bir İsveç vətəndaşını həbs edib. İyirmi yaşlarında olan isveçli bu ayın əvvəlində İranda həbs edilib. “Tehrandakı səfirlik yerli hakimiyyət orqanları ilə əlaqə saxlayır. Xarici İşlər Nazirliyi İsveçdəki qohumları ilə əlaqədədir", - nazirlik “Reuters“ə bildirib.
publikaz_normalized
Oktyabrın 7-dən bu yana BMT-nin 152 əməkdaşı Qəzzada öldürülüb ki, bu da təşkilatımızın tarixində ən böyük insan itkisi olub. BMT Baş katibi oktyabrın 7-də HƏMAS tərəfindən törədilən cinsi zorakılıq hallarının ciddi şəkildə araşdırılmasını və bu cinayətləri törədənlərin mühakimə olunmasını tələb edib: “HƏMAS-ın yüzlərl...
publikaz_normalized
Lənkəranda qar bir sıra fəsadlar törədib, bir çox yaşayış əraziləri işıqsız qalıb. Sakinlər bildiriblər ki, iki gündür işıqları yanmır. Həmçinin, yağan qar yolları da keçilməz edib. Qarın ağırlığından şəhərin mərkəzində elektrik dirəkləri ilə yanaşı, rabitə dirəkləri və iri gövdəli ağaclar aşıb. Lənkəran Rayon İcra Hak...
publikaz_normalized
Yeni iş yeri bu milli olacaq":"Niderland milli komandasının baş məşqçisi Dik Advokatın yeni iş yeri müəyyənləşib. Bu barədə “Nieuwsblad” məlumat yayıb. 76 yaşlı mütəxəssisin məşqçilər korpusunda Kor Pot, Kees Jansma və Kasper van Eyk yer alacaq. Kurakao millisi FİFA reytinqində 90-cı yerdə qərarlaşıb. Bu ölkənin milli ...
publikaz_normalized
FIFA-nın ilin ən yaxşılarına təqdim etdiyi “The Best” mükafatının sahibləri müəyyənləşib. Ötən ilin ən yaxşı futbolçusu ABŞ-ın “İnter Mayami” komandasının argentinalı ulduzu Lionel Messi seçilib. Lakin futbolçu tədbirdə iştirak etmədiyi üçün mükafat ona təqdim edilməyib. Nominasiyalar üzrə namizədlər aşağıdakılardır: Ə...
publikaz_normalized
Xəbər verdiyimiz kimi, Bakıda mebel sexində baş verən partlayış nəticəsində xəsarət alan 24 nəfər tibb müəssisələrinə yerləşdirilib. Onlara bədənin çoxsaylı yanıqları və sınıqları diaqnozları qoyulub. Yaralıların yaxınları xəbəri eşidən kimi xəstəxanaya axın ediblər. 14 nəfər isə müxtəlif yanıq xəsarətləri ilə Nərimano...
publikaz_normalized
Husilərin Qırmızı dənizdə gəmilərə hücumları nəticəsində İtaliyaya iqtisadi zərər dəyib. Xarici işlər naziri qeyd edib ki, husilərin fəaliyyəti ilə bağlı iqtisadi zərər ilk növbədə cənub limanlarına, eləcə də Genuyaya təsir edib. Onun sözlərinə görə, gəmilər indi Afrika ətrafında üzdüyü üçün idxal olunan malların qiymə...
publikaz_normalized
“Allah İlhamə Quliyevaya rəhmət etsin. Onunla xasiyyətimiz, xüsusiyyətlərimiz, hegemonluğumuz eynidir. Amma bir xasiyyətimiz var ki, heç oxşamır. O, sənəti olmayan ifaçıları tənqid edərək nəsihət də verib: “Səhnədə müğənnilər arasında hegemon özüməm. Öz yaşıdlarım üçün bunu demirəm. Bu sözlər bizdən sonra gələn nəsilə ...
publikaz_normalized
Bakının Binəqədi rayonunda 37 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb. 1987-ci il təvəllüdlü Novruzova Hənifə Telman qızı yolu keçərkən avtomobil onu vurub. Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona gicgah sümüyünün basılmış sınığı diaqnozu qoyulub.
publikaz_normalized
Banklararası və ölkələrarası xarici valyutada pul transferi hazırda iki üsulla aparılır. Günümüzdə ən çox müraciət edilən sistem banklar üzərindən hesabdan-hesaba köçürülmə sistemidir. Bəs pul köçürülməsi zamanı komissiya haqqı nə qədərdir? Daha ətraflı İTV-nin süjetində:
publikaz_normalized
Amerikalı məşhur müğənni-aktyor Bill Heys vəfat edib. Onun ölüm səbəbi isə açıqlanmayıb. Qeyd edək ki, Bill Heysin "The Ballad of Davy Crockett" mahnısı 1955-ci ilin yazında "Billboard" çartının zirvəsinə yüksəlmişdi. O, "Ulduz uşaq", "Freyzer", "Hupermen", "Metlok", "Təcrübəçilər" və "Balaca qadınlar" kimi məşhur film...
publikaz_normalized
Xüsusi Təyinatlı Qüvvələrin komandanı, 44 günlük Vətən müharibəsində əfsanəyə çevrilən general-leytenant Hikmət Mirzəyevin Prezident İlham Əliyev tərəfindən müdafiə nazirin müavini təyin edilməsi Ermənistanda qorxuya səbəb olub. Bunun fonunda XTQ komandanı general Hikmət Mirzəyevin müdafiə nazirinin müavini kimi Quru Q...
publikaz_normalized
Radikalların İsrailə qarşı təhlükəsi aradan qalxdıqdan sonra Qəzza zolağı fələstinlilər tərəfindən idarə olunacaq. “Qəzza zolağında fələstinlilər yaşayır və gələcəkdə onlar idarəetmədə iştirak edəcək. Qəzzanın gələcək hökuməti İsrail üçün təhlükə yaratmayan qüvvələr olmalıdır. Hərbi kampaniyanın sonu siyasi cəhətdən tə...
publikaz_normalized
azı 9 ölü, 30 yaralı":"Türkiyənin Aydıncık bölgəsində (Mersin vilayəti) avtobusun qəzaya uğraması nəticəsində azı 9 nəfər ölüb, 30 nəfər yaralanıb. Qeyd olunub ki, Antalyadan Mersinə gedən avtobus maneəyə çırpılıb, daha sonra aşıb. Yaralılar hadisə yerinə cəlb edilən təcili yardım avtomobilləri ilə Aydıncık, Anamur və ...
publikaz_normalized
Yuxusuzluq problemi olanlara düyü yaxşı təsir edə bilər. Yüksək indeksli düyü triptofanın miqdarını artırır, o sevinc hormonudur. İnsanı rahatladır, yuxuya getməsini asanlaşdırır. Tədqiqatda 2 min könüllü iştirak edib, axşam yeməyində bir pors düyü sağlam və dərin yuxu verə bilər. Təcrübədə iştirakçılar 3 qrupa ayrılıb...
publikaz_normalized
Əməkdar artist Kubra Əliyevanın yayımladığı video diqqət çəkib. Onlar K.Əliyevanı ad günü münasibətiylə təbrik edərək "Nəticə, nəvə, övlad" sözlərini deyiblər.
publikaz_normalized
Sumqayıt şəhərində 32 yaşlı qadın itkin düşüb. Faktla bağlı polisə məlumat verilib.
publikaz_normalized
“Əl-Nasr”ın hücumçusu Kriştianu Ronaldu Beynəlxalq Futbol Federasiyasının ilin ən yaxşı oyunçusunun seçilməsi üçün keçirdiyi səsvermədə iştirakdan imtina edib. Ronaldu sorğuda Portuqaliya millisinin kapitanı kimi iştirak etməli idi, lakin onun əvəzinə bunu Pepe edib. “Portu”nun futbolçusu birinci yeri Bernard Silva, ik...
publikaz_normalized
İsrailin Misirlə sərhədində atışma baş verib. Qeyd olunub ki, 20-yə yaxın silahlı şəxs İsrail sərhədini keçməyə cəhd edib. Nəticədə İsrail hərbçiləri ilə həmin şəxslər arasında atışma baş verib. Məlumata görə, narkotik alverçiləri olan silahlıların bir neçəsi atışmada yaralanıb. Bildirilib ki, Misir sərhədində narkotik...
publikaz_normalized
Bakının bəzi yollarında tıxac yaranıb. Hal-hazırda yollardakı vəziyyət: Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində;" "2. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində;" "3. Tbilisi prospekti, mərkəz istiqamətində;" "4. Qara Qarayev prospekti, “K...
publikaz_normalized
Davamlı öskürəklərə diqqət yetirilməlidir. Öskürək qoruyucu refleksdir, tənəffüs yollarına daxil olan yad cisimləri və mikrobları xaric edən bir müdafiə mexanizmidir. Öskürəyi həmişə problem etmək də doğru hal deyil. Araşdırmalara görə, normal sağlam uşaq gündə orta hesabla 11 dəfə öskürə bilər. Öskürəyin ən çox görülə...
publikaz_normalized
Argentinalı hücumçu Lionel Messi Beynəlxalq Futbol Federasiyası (FIFA) tərəfindən 2023-cü ilin ən yaxşı futbolçusu seçilib. Mükafata İngiltərənin “Mançester Siti” klubunda çıxış edən norveçli hücumçu Erlinq Haaland və fransalı PSJ-nin hücumçusu Kilian Mbappe də namizəd olub. Qeyd edək ki, 2022-ci ilin dekabrında Messi ...
publikaz_normalized
Xəsarət alan var":"Şəkidə yaşayış​ evində baş verən partlayışda bir nəfər xəsarət alıb. Partlayış nəticəsində​ Vərəzət kənd sakini, 1959-cu il təvəllüdlü Feyziyev Arif Tapdıq oğlu xəsarət alaraq Şəki rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
publikaz_normalized
Masallı rayonu Təzə Alvadı qaz paylayıcı stansiyadan qidalanan Meşəkənarı istiqamətində Yeyənkənd, Böyük Xocavar, Tatyanoba, Güllütəpə, Meşəkənarı kəndlərini təbii qazla təmin edən diametri 273 mm orta təzyiqli qaz xətti güclü şaxtanın təsirindən qırılıb. “Sakinlərin qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamağı və...
publikaz_normalized
Ağcabədi rayonunda polis əməkdaşları tərəfindən narkotik vasitə və silah-sursat aşkar edilərək götürülüb. Şöbədə onun üzərində müvafiq qaydada aparılan axtarış zamanı əlindəki polietelin torbadan 4 kiloqrama yaxın marixuana aşkar edilərək götürülüb. Bununla yanaşı keçirilən digər bir tədbirlə qanunsuz olaraq silah-surs...
publikaz_normalized
Ötən gün Binəqədi rayonunda yerləşən mebel sexində güclü partlayış baş verib. Bununla əlaqədar fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev yenidən hadisə yerinə gəlib.
publikaz_normalized
Cəhənnəmə göndərir":"Rusiya prezidenti Vladimir Putin Kuril adalarına səfər edəcəyi vədi ilə Yaponiyanı cəhənnəmə göndərir. O xatırladıb ki, bir neçə ay əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Yaponiya ilə mübahisənin bitdiyini və Kuril adaları üzərində suverenlik məsələsinin müzakirə olunmadığını vurğulamışd...
publikaz_normalized
FİFA qadın futbolunda ən yaxşı qola görə mükafat təsis edəcək. Mükafat Braziliya millisinin sabiq hücumçusu Martanın adını daşıyacaq. Qeyd edək ki, ötən gün baş tutan "The Best" FIFA mərasimində Marta karyera nailiyyətlərinə görə FİFA-dan xüsusi mükafat alıb.
publikaz_normalized
FİFA 2023 - cü ilin ən yaxşı futbolçusu nominasiyası üzrə səsvermənin nəticələrini açıqlayıb. Argentina millisinin kapitanı “Mançester Siti”nin hücumçusu Erlinq Haalandı birinci, PSJ-nin hücumçusu Kilian Mbappeni ikinci, “Mançester Siti”dən Julian Alvaresi üçüncü yerə layiq görüb. Xatırlayaq ki, Messi və Haaland eyni s...
publikaz_normalized
Amerikalı iş adamı Vivek Ramasvami Amerika Birləşmiş Ştatlarında prezidentlik yarışından geri çəkildiyini açıqlayıb. Mən elan etmək istərdim ki, biz prezidentlik kampaniyasını dayandırırıq", - Ramasvami “Fox News”da deyib. Aydın olur ki, siyasətçi qarşıdan gələn prezident seçkilərində Amerikanın keçmiş prezidenti Donal...
publikaz_normalized
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Valyuta" "Məzənnə" "1 ABŞ dolları" "1,7000" "1 Avro" "1,8561" "1 Rusiya rublu" "0,0194
publikaz_normalized
Evləri külə çevirdi":"İslandiyanın cənub-qərbindəki Qrindavik şəhəri yaxınlığındakı Faqradalsfyal vulkanı yenidən aktivləşib. Qrindavik sakinlərinin əksəriyyəti ehtiyat tədbiri olaraq təxliyə edilib. Lavanın qəsəbəyə çatmasının qarşısını almaq üçün torpaq və qayalardan sədd çəkilsə də, sonuncu partlayışdan sonra lava b...
publikaz_normalized
Çilidə təyyarə magistral yola çırpılıb. Təyyarənin qanadları elektrik xəttinə ilişib və yoldan keçən yük maşınına çırpılıb. Pilotun həlak olduğu bildirilir.
publikaz_normalized
ABŞ-ın ən gözəl qadını Hərbi Hava Qüvvələrində qırıcı pilot olan 22 yaşlı Medison Marş olub. Harvard Universitetində dövlət siyasətini də oxuyan və 16 yaşında pilot lisenziyasını alan Marş bu adı qazanan ilk hərbi hava qüvvələri zabiti olub. Marş hərbi hava qüvvələrində xidmətə başladıqdan sonra şansını yarışmada sınam...
publikaz_normalized
Auditorlar Palatasının külli miqdarda mənimsəmədə ittiham olunan sabiq əməkdaşlarının məhkəməsi başlayıb. İş üzrə müttəhim kürsüsündə Maliyyə və texniki təminat idarəsinin sabiq rəisi, baş mühasib Vəli Rəhimov, Maliyyə təminatı və xarici əlaqələr idarəsinin maliyyəçi-mühasibi Gövhər Əhmədova və Palatanın digər mühasibi...
publikaz_normalized
Qırğızıstan hakimiyyəti dövlət çevrilişinin qarşısını aldığı haqda məlumat yayıb. Təşkilatçılar narazılığı artırmaq və etiraz mitinqlərində kütləvi iğtişaşlar hazırlamaq üçün qətllər və partlayışlar planlaşdırıb. Amma xalq onların arxasınca getməyəcək. Onlar ancaq kimlərinsə arxalarında gizlənirlər, satqınlıq və intriq...
publikaz_normalized
İsveç çıxış yolu göstərdi":"İsveç parlamentinin üzvü Erik Hellsborn Rusiya ilə münaqişədə Kiyevi dəstəkləməkdən Qərbin yorğunluğu qarşısında Ukraynaya kömək etmək yolunu tapıb . “Qərbdə müharibə yorğunluğundan və bir çox ölkələrdə Rusiyanın hücumlarına qarşı müdafiə mübarizəsində Ukraynanı dəstəkləməyə davam etmək istə...
publikaz_normalized
Mbappe hansı kluba keçəcək?":"Məşhur braziliyalı futbolçu, "Kruzeyro" və "Valyadolid" klublarının prezidenti Ronaldo Nazario Kilian Mbappe haqqında danışıb: “İstənilən klubda həmişə ulduzlar üçün yer var. Pis oyunçulardansa, yaxşı oyunçularla yanaşı oynamaq daha yaxşıdır, elə deyilmi? Onun "Real"a keçidi ilə bağlı nə m...
publikaz_normalized
Asqırarkən burun və ağzınızı tutmaq bu fəsadları yaradır":"Həkimlər asqırmağın təhlükəli nəticələri barədə xəbərdarlıq ediblər. Onların fikrincə, bu ümumi vərdiş insult və infarkta səbəb olan ciddi təhlükədir. verilişində bu haqda ətraflı məlumat verib. Mütəxəssisin fikrincə, insan asqırarkən burnunu bağladıqda mikrobl...
publikaz_normalized
Namizədlər arasında gürcü də var":"Mançester Siti"nin skautları komandaya qoşula biləcək cinah oyunçuları bazarını araşdırır. Mənbənin iddiasına görə, "Vulverhempton"dan Pedro Neto, "Jirona"dan Savio və "Napoli"dən Xviça Kvaratsxeliya əsas namizəd arasında yer alıb. Lakin son aylarda sonuncuya maraq azalıb. Bununla bel...
publikaz_normalized
“Keçmiş ərimin acığına...” - VİDEO":"O sevgini almayana qədər bu həyatdan getməyəcəyəm. Mənimlə ailə qurmaq istəyənlərin sayı "n" qədərdir. Əgər mənim xoşuma gələn bir bəy olsa məmnuniyyətlə onunla ailə quraram. Keçmiş həyat yoldaşım deyir ki, mən Mənzurəni tanımıram. Elə onun o acığına yenidən gəlin paltarı geyinib, ə...
publikaz_normalized
Meksikada anbarda saxlanılan yüzlərlə immiqrant insan alverçilərinin əlindən xilas edilib. 75-i uşaq olmaqla 726 immiqrant təhlükəsizlik qüvvələri tərəfindən xilas edilib. Hadisə ilə bağlı insan alveri ilə məşğul olan 4 şəxs saxlanılıb. Vətəndaş Təhlükəsizliyi Katibliyindən verilən açıqlamada immiqrantların Qvatemala, ...
publikaz_normalized
Bakının Sabunçu rayonunda silahlı şəxslər saxlanılıb. Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir zamanı əvvəllər məhkum olunmuş 1973-cü il təvəllüdlü Rauf Yusifov üzərində qanunsuz olaraq odlu silah gəzdirdi...
publikaz_normalized
Ukrayna prezidenti Vladimir Zelenski ölkədə münaqişəni davam etdirməklə hakimiyyəti saxlamağa çalışdığına görə gələcəkdə peşman olacaq. Jurnalistin fikrincə, Qərb Kiyevi aldatmaqda davam edir və kiçik hərbi və maliyyə yardımı ilə yalnız Ukraynanı “xəyanət etməyəcəklərinə” inandırmağa çalışır. “Vladimir Zelenski bu oyun...
publikaz_normalized
Almaniyada supermarketdə kassir işləyən qadın müştərilərin gözü qarşısında güllələnib. adlı türkiyəli qadın yerindəcə ölüb. Hadisənin şahidi olanlar şoka düşüb. Hadisə Almaniyanın Frankfurt şəhəri yaxınlığındakı Mörfelden-Valldorf qəsəbəsindəki nəhəng supermarketlər şəbəkəsində baş verib. "Qətlə yetirilən qadın və onu ...
publikaz_normalized
Başladısa, dayandırmaq olmayacaq":"Yeni bir araşdırma ilə qabaqcıl süni intellekt modellərinin istifadəçiləri və digər süni intellekti (AI) aldatmaq üçün öyrədilə biləcəyini üzə çıxarıb. Fərziyyəni yoxlamaq üçün "Amazon" tərəfindən maliyyələşdirilən startap, müəyyən əmrlər verildikdə zərərli kompüter kodunu yazmaq və y...
publikaz_normalized
Keçmiş prezident qalib gəldi":"ABŞ-da 2024-cü il noyabrın 5-də keçiriləcək prezident seçkiləri üçün yarışa start verilib. Ənənəvi olaraq Ayovada başlayan ilkin seçki prosesində respublikaçı namizədlər üz-üzə gəlib. Bu görüşün qalibi ABŞ-ın keçmiş prezidenti Tramp olub. Qeyri-rəsmi nəticələrə görə, Tramp Ayova ştatında ...
publikaz_normalized
Ölkəmizdə səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının Milli Müdafiə Universiteti və Komanda-Qərargah Akademiyasının rəhbərliyi, professor-müəllim heyəti və dinləyiciləri Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunu ziyarət ediblər. Qonaqlara Milli Müdafiə Universitetinin yaranma tarixi və təhsil sistemi, ...
publikaz_normalized
Bruney Sultanının 32 yaşlı oğlu şahzadə Abdul Mətinin 10 gün davam edən təntənəli toy silsiləsi başa çatıb. Gənc cütlüyün toyu 10 gün 10 gecə davam edib. İctimaiyyətin böyük marağına səbəb olan toy 1788 otaq, 257 vanna otağı və 200 polo atı üçün kondisionerli tövləsi olan və dünyanın ən böyük saraylarından biri sayılan...
publikaz_normalized
Türkiyəyə çatmaq üçün 10 il vaxt lazımdır":"Afinadakı Pantio Universitetinin professoru Siriqos ölkəsinin aviasiya sahəsindəki mövqeyini müqayisə edib. Sirigos qatıldığı bir televiziya proqramında 2019-cu ildə Yunan Hava Qüvvələrinə aid "Mirage" tipli döyüş təyyarələrinin əksəriyyətinin hissələri olmadığı üçün uça bilm...
publikaz_normalized
bu dəfə maral və it arasında - VİDEO":"Bu dəfə insanlardan fərqli olaraq heyvanlar əlbəyaxa olublar. Küçənin ortasında maralla it arasında dava düşüb. “Maralla itin davasını qonşular Xolmoqorskaya küçəsi, 6, 2-də lentə alıblar”, deyə məlumatda bildirilir. Hündürmərtəbəli binalardan birinin pəncərəsindən çəkilən videoda...
publikaz_normalized
Diplomatik əlaqələri kəsdi":"Çinlə suverenlik mübahisəsi olan Tayvanı tanıyan azsaylı ölkələrdən biri olan Cənubi Sakit Okeandakı ada dövləti Nauru Tayvanla diplomatik əlaqələrini kəsdiyini açıqlayıb. “Nauru hökuməti Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 2758 saylı qətnaməsinə uyğun olaraq “vahid Çin” pr...
publikaz_normalized
İnter Mayami"nin hücumçusu Lionel Messi FİFA tərəfində ilin ən yaxşı oyunçusuna verilən "The Best" mükafatına layiq görülüb. O, mükafatı qaza bilməyəcəyini düşünüb. Nəticədə, argentinalı zalda birbaşa iştirakı olmadan ötən ilin ən yaxşısı kimi tanınıb. Mətbuatda da bu barədə məlumat yayılmışdı. Messinin “Mançester Siti...
publikaz_normalized
FİFA tərəfindən ötən gecə keçirilən "The Best"in səsverməsində Azərbaycan milli komandasının kapitanı Emin Mamudov və keçmiş baş məşqçisi Canni de Byazi də iştirak edib. De Byazi Erlinq Haalanda 5, Kilian Mbappeyə 3, Bernardo Silvaya isə 1 səs verib. İlin ən yaxşı qapıçısı nominasiyası üzrə kapitanımız 5 xalı Tibo Kurt...
publikaz_normalized
Ötən gün Bakıda sexdə baş verən partlayış-yanğınla əlaqədar TƏBİB-in tabeliyindəki tibb müəssisələrində 16 nəfərin müalicəsi davam etdirilir. Qeyd olunub ki, Kliniki Tibbi Mərkəzin müvafiq şöbələrində isə 4 nəfərin müalicəsi davam etdirilir: Onlardan birinin vəziyyəti ağır stabil, digərlərinin vəziyyəti orta ağır qiymə...
publikaz_normalized
Tayvan Çini ittiham edir - Pul verib":"Sakit okeanda Çin və Tayvan arasında gərginlik artmağa davam edir. Tayvan, Sakit Okean ada dövləti Naurunun Tayvanla diplomatik əlaqələrini kəsməsində Çini günahlandırıb. Tien bəyan edib ki, qərardan sonra Tayvan Nauru ilə diplomatik əlaqələri kəsəcək, texniki heyətini geri çəkəcə...
publikaz_normalized
artımlar bu tarixdə ödəniləcək":"“Mövcud qanunvericiliyə əsasən, pensiyalar hər il yanvar ayında əvvəlki ildə orta aylıq əmək haqqında artım faizinə uyğun olaraq indeksasiya olunaraq artırılır. Hələlik dəqiq artım faizi bəlli olmasa da artımlar məhz bu aydan hesablanır. Belə ki, Dövlət Sosial Müdafiə Fondu 10.8 faiz ar...
publikaz_normalized
Ötən yazılarımızın birində Qərbi Səhra ixtilafı haqda məlumat vermişdik. Yazıda Azərbaycanın Afrikada, xüsusən Şimali Afrikada fəallığının artması səbəbindən bu ixtilafla da maraqlanmalı, Məğrib ölkələri ilə əlaqələrində nəzərə almalı olduğumuzu qeyd etmişdik. Yazının dərcindən sonra müəyyən reaksiyalar səbəbindən “Afr...
publikaz_normalized
Bakı Şəhər İcra Hakimiyyətində Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planının təqdimatı keçirilib. Tədbir iştirakçılarını salamlayan Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, Prezident İlham Əliyevin tapşırığı ilə hazırlanmış və dekabrın 30-da təsdiq olunmuş Baş plan bütün müasir tələ...
publikaz_normalized
Heç bir dərman sağaltmır, sağlam yaşamaq üçün bunu edin":"Ortoped cərrah Paul Lee, GP Sarah Jarvis və əczaçı Terrun Govind insanın rifahına zərər verən təhlükəli sağlamlıq təcrübələrini bölüşüblər. Ortoped cərrah Pol Li hesab edir ki, xüsusi hazırlığı olmayan insanlar idman marafonlarında iştirak etməməlidir. Onun sözl...
publikaz_normalized
41 analitikdən 3-ü...":"Microsoft" 2021-ci ildən bəri ilk dəfə “Apple”ı geridə qoyub, dünyanın ən dəyərli şirkəti olub. Gün ərzində 2 faizə qədər dəyər qazanan "Microsoft" bağlanışda yenidən ABŞ texnologiya nəhəngindən geri düşsə də, ən dəyərli şirkət uğrunda mübarizə nəfəskəsicidir. Texnologiya nəhəngləri pandemiya dö...
publikaz_normalized
Nüfuzlu analitik Ming-Chi Ko "iPhone 15 Pro Max"ı "Apple"ın ən çox satılan smartfonu adlandırıb. Mütəxəssisin fikrincə, Amerika brendinin ən bahalı flaqman telefonu bazarda ən populyar "iPhone" olaraq qalır. Ming-Chi Ko bu qənaətə "Apple" üçün telefoto linzalar təqdim edən Largan şirkətinin performansını təhlil etdikdə...
publikaz_normalized
Yanvarın 15-də Xankəndi şəhəri ərazisində 2 ədəd pulemyot, 19 ədəd avtomat silahı, 4 ədəd tapança tapılıb. Bundan başqa 4 ədəd tüfəng, 1 qumbaraatan, 13 ədəd qumbara, 2792 ədəd müxtəlif çaplı patron, 64 patron darağı və digər sursatlar aşkar olunaraq götürülüb.
publikaz_normalized
Göndərilir?":"Əl-İttihad"ın hücumçusu Kərim Benzema qış transfer pəncərəsində Səudiyyə Ərəbistanı klubunu tərk etməyəcək. Səudiyyə Ərəbistanının Suveren Fondunun (PIF) və ölkənin İdman Nazirliyinin rəhbərləri yerli çempionatın inkişafı layihəsi çərçivəsində fransalı forvardı saxlamaq niyyətindədirlər. “Əl-İttihad”ın ba...
publikaz_normalized
Aşıq Zülfiyyə İbadovanın səhhətində problem yaranıb. O, aparıcının "Niyə tənginəfəs olmusunuz" sualına belə cavab verib: Həkimin dediyinə görə, insulin dirənci pozulub və D vitamini ümumiyyətlə sıfıra düşüb. Bu səbəbdən bədənimə şişkinlik də verir".
publikaz_normalized
Yeni hədəf yanvarın 20-də...":"Almaniyada fermerlər hökumətin kənd təsərrüfatı vasitələrinə və dizelə verilən subsidiyaları qaldırmasına həftələrdir etiraz edir. 10 min fermer 6 min maşınla Berlində hökumətə "bəsdir" deyib. Mitinqdə fermerlər “Bəsdir”, “Bezmişik” və “Koalisiya hökuməti getməlidir” kimi şüarlar səsləndi...
publikaz_normalized
Dünya İqtisadi Forumu (WEF) tərəfindən hazırlanan “Qlobal Riskləri Qavrama Sorğusu-2024” hesabatı açıqlanıb. Dezinformasiya növbəti 2 il ərzində ən böyük və bir nömrəli qlobal risk olaraq görülür. Qlobal mühit üzrə 1500 ekspertin təhlili əsasında hazırlanan hesabatda qısa və uzunmüddətli perspektivdə 10 ən böyük qlobal...
publikaz_normalized
Ötən gecə FİFA 2023-cü ilin yekunları ilə bağlı "The Best" tədbirini keçirib. Mərasimdə ilin ən gözəl qoluna verilən Puşkas Mükafatının da sahibi müəyyənləşib. O, Braziliya B Seriyasının (birinci divizion) 14-cü turu çərçivəsində keçirilən "Novorizontino" ilə matçda (1:0) cərimə meydançasının kənarından akrobatik zərbə...
publikaz_normalized
Tesla" və "SpaceX" CEO-su Elon Mask "Tesla"da nəzarətin təxminən 25% -ni istədiyini deyib. Mask indi "Tesla" üzərində daha çox nəzarət istəyir: 25% səs nəzarəti olmadan süni intellekt və robot texnika sahəsində "Tesla"nı böyüdə bilməkdən narahatam. Effektiv olmaq üçün səhmlərə kifayət qədər nəzarət etməliyəm. Əgər belə...
publikaz_normalized
Bakıda fəaliyyət göstərən bəzi universitetlərin kənara köçürüləcəyi istisna deyil. Onun sözlərinə görə, bu, Təhsil Nazirliyinin həyata keçirməli olduğu çox ciddi bir islahatdır: İstisna etmirəm ki, bir sıra universitetlər köçürülərək vahid bir kampus çərçivəsində fəaliyyətini davam etdirəcək. Bu həm təhsilin təşkili ba...
publikaz_normalized
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 16-da Lənkəran rayonuna səfər edib. “Lenk Fruit” MMC-nin direktoru Namiq Cəbiyev Prezident İlham Əliyevə yeni sitrus bağı haqqında məlumat verildi. Bildirildi ki, bağın ümumi ərazisi 150 hektardır. Burada əsasən Türkiyədən gətirilmiş 141 min ədəd sitrus meyvəl...
publikaz_normalized
Bu dəfə məşhur balerina qalmaqal yaratdı - FOTO":"Məşhur rusiyalı balerina Anastasiya Voloçkovanın evində təşkil olunan şənlik qalmaqala səbəb olub. Görüntülərdə cütlük qeyri-etik hərəkətlər sərgiləyərək rəqs edir, daha sonra Nikita Ciqurda balerinanı soyundurur və sadəcə alt geyimində qalan qadına qarşı etik olmayan h...
publikaz_normalized
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 16-da Lənkəran regional “ASAN xidmət” mərkəzinin açılışını edib. Bildirildi ki, Lənkəran regional “ASAN xidmət” mərkəzi rayonun Qurumba kəndində inşa edilib. Mərkəz üçün ayrılmış iki hektar ərazidə üçmərtəbəli inzibati bina, fəvvarə, yerüstü avtomobil dayanaca...
publikaz_normalized
Üzündəki dəyişikliklərlə diqqət çəkən Rafet El Roman plastik əməliyyat etdirdiyini etiraf edib. O, bu baradə instaqramda rəy yazıb. Lənət olsun, doğuşdan sahib olduğum xarizmam getdi. Dostlar, botoks etdirdim, etməz olaydım, bəziləri qətiyyən botoks etdirməməlidir. Xarizmam, ya yaraşığımmı desəm, sözün əsl mənasında mə...
publikaz_normalized
Müharibə veteranları və qazilər üçün verilən müavinətin məbləğinin artırılması müzakirə oluna bilər. O qeyd edib ki, hazırda qazilərin işlə təmin olunması istiqamətində addımlar atılır: Müharibə veteranları və qazilər üçün aylıq 80 manat müavinət təyin edilib. Bu təbəqə üçün müəyyən edilmiş proqram çərcivəsində növbəti...
publikaz_normalized
İnternetdə ABŞ-dan olan naməlum şəxsin Rusiya prezidenti Vladimir Putin haqqında mahnı oxumasının videosu yayılmağa başlayıb. Amerikalı "Putin kimi" kompozisiyasını rus dilində ifa etdi. Bundan sonra o, ali təhsil müəssisəsindən xaric edilməsi barədə bildiriş alıb. Məktubda bildirilib ki, universitetin Tələbə İstintaq ...
publikaz_normalized
Hökumət işə qarışdı":"Qazaxıstanda yumurta qiymətləri ilə bağlı vəziyyət nəzarət altındadır. Qazaxıstan rəsmisinin sözlərinə görə, son vaxtlar yumurtanın qiyməti təxminən 2,5 faiz bahalaşıb. Bahalaşma istehlakın mövsümi artımı ilə əlaqədardır. Şakəliyev respublikanın özünü məhsulla tam təmin etdiyini və Rusiyaya yumurt...
publikaz_normalized
Bazar günü "Real"ın futbolçusu Vinisius Junior İspaniya Superkubokunun "Barselona" ilə matçının ilk hissəsində het-trik edib. Belə görünür ki, braziliyalı vinger Madrid klubunun əsas ulduzuna çevrilir. Onun klub əfsanələri siyahısına düşüb-düşməyəcəyini zaman göstərəcək. Bu günlərdə Vini karyerası ilə yanaşı, şəxsi həy...
publikaz_normalized
Bakının bəzi ərazilərində...":"Bakıda xüsusi mühafizə olunan 1 000 hektardan çox ərazi var ki, orada hündürlüyü beş mərtəbədən artıq binaların tikilməsinə icazə verilməyəcək. Onun sözlərinə görə, həmin ərazilərdə tarixi abidələrin sıxlığı nəzərə alınıb və tikintiyə məhdudiyyət qoyulub. Xüsusilə şəhərin mərkəzində də ta...
publikaz_normalized
Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra Qarabağ iqtisadi rayonunda tərk edilmiş tikililərə baxış zamanı növbəti silah-sursat anbarı aşkar edilib. Ermənistan silahlı qüvvələri birləşmələrinin və qeyri-qanuni erməni silahlı dəstələrinin hərbi məqsədlər üçü...
publikaz_normalized
2020-ci ilin avqustunda öldürülən Lotu Qulinin (Nadir Səlifov) tərəfdarlarından sayılan, vaxtaşırı Tiktok sosial şəbəkəsində mərhum Rövşən Lənkəranskinin yaxınlarının ünvanına ağır ifadələr işlədən kriminal avtoritet Yetim Sabir saxlanılıb. Qeyd edək ki, Yetim Sabirin 5 il öncə Şəmkirdə bıçaqlanması ilə bağlı məlumatla...
publikaz_normalized