text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunun futbolçusu Kərim Benzema Fransanın daxili işlər naziri Cerald Darmanini futbolçunun "Müsəlman Qardaşlar" hərəkatı ilə əlaqəsi barədə dediyi sözlərə görə məhkəməyə verib. Oktyabr ayında fransalı hücumçu "X" sosial şəbəkəsində Qəzza xalqına dəstək yazısı yazmışdı. Nazir Darman...
publikaz_normalized
İsveçli Markus Vandt Floridada yerləşən Kennedi Kosmik Mərkəzindən Beynəlxalq Kosmik Stansiyasına səyahətinə başlayacaq. Beləliklə, Markus Vandt Krister Fuqlesang və İsveç əsilli amerikalı Cessika Meirdən sonra kosmosa çıxan üçüncü isveçli olacaq. Vandt rekord müddətdə kosmonavt olmuş isveçlidir. Fuqlesang və Meirdən f...
publikaz_normalized
Yanvarın 1-də Pentaqonun rəhbəri Lloyd Ostinə gizli şəkildə təcili yardım çağırılıb. Xilasetmə xidmətinə zəng edən şəxs lazımsız səs-küy olmadan hər şeyin edilməsini istəyib və sayrışan işıqlar və sirenlər olmadan təcili yardım göndərməyi xahiş edib. Təcili yardım maşınında yanıb-sönən işıqların və sirenlərin olmamasın...
publikaz_normalized
vətəndaşlara 57 min manat ziyan vurub":"Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olan məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri zamanı rayon sakini Zəkəriyyə İsmayılov saxlanılıb. Həmin şəxs bir neçə şəxsə problemlərinin həllinə dair səlahiyyəti olmadığı halda vədlər verərək onlara külli mi...
publikaz_normalized
Bakının bəzi yollarında tıxac yaranıb. Hal-hazırda yollardakı vəziyyət: Heydər Əliyev prospekti əsas və kənar yol, mərkəz istiqamətində;" "2. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;" "3. Tbilisi prospekti, mərkəz istiqamətində;" "4. Üzeyir Hacıbəyli ...
publikaz_normalized
Qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir. Onun üzərinə baxış keçirilən zaman bir ədəd atəşə yararlı “Makarov” markalı tapança, həmin silaha aid 6 ...
publikaz_normalized
Bu qədər oldu":"Çinin əhalisi 2022-ci ildə başlayan uzunmüddətli azalma tendensiyasını davam etdirərək 2023-cü ildə təxminən 2 milyon nəfər azalıb. Ölkə əhalisi 2022-ci ildə başlayan azalma tendensiyasını 2023-cü ildə də davam etdirib. 1960-cı illərdən sonra 2022-ci ildə Çin əhalisi quraqlıq və aclıq illərindən sonra i...
publikaz_normalized
Vəd və silah":"Fransa prezidenti Emmanuel Makron fevralda Kiyevə səfər edəcək. Bu barədə TASS mənbələrinə istinadən məlumat yayıb. Bildirilir ki, Makronun səfəri zamanı əsas müzakirə mövzusu Ukraynaya yeni silah tədarükü ilə bağlı razılığa gəlməyi planlaşdırmaqdır. Makron Zelenskiyə ümid və vəd verəcək: Avropa silah tə...
publikaz_normalized
Keçi adasında nə baş vermişdi?":"Avropa İnsan Haqları Məhkəməsi (AİHM) 2014-cü ildə Sahil Mühafizəsi qruplarının Keçi adası (Pserimos) sahillərində suriyalı qeyri-qanuni mühacirlərə atəş açması səbəbi ilə Yunanıstanı məhkum edib. ÇimərlikTəhlükəsizlik qrupları 22 sentyabr 2014-cü ildə Keçi adasının sahillərində qeyri-q...
publikaz_normalized
Müharibəyə hazırlıq başladı":"Cənubi Kipr Rum Administrasiyasının daxili işlər naziri Yoannu ölkədəki 2200 sığınacağın əhalinin yalnız yüzdə 30-na xidmət edə biləcəyini və məqsədlərinin bu nisbəti yüzdə 70-ə çatdırmaq olduğunu bildirib. Sığınacaqların tikintisində KKTC ilə Cənubi Kipr Rum İdarəsi arasındakı Yaşıl Xəttə...
publikaz_normalized
Təyyarə...":Yaponiyanın "All Nippon Airways" (ANA) aviaşirkətinə məxsus təyyarə sərnişinin kabin heyəti üzvünün qolunu dişləməsindən sonra Tokioya qayıdıb. Təyyarə Tokiodakı Haneda hava limanına qayıtdıqdan sonra sərnişin saxlanılıb. Sözügedən sərnişinin kabin işçisinə zərər vurmaq maddəsi ilə ittiham ediləcəyi bildiri...
publikaz_normalized
Ağrıları şiddətləndirə bilər":"Diyetoloq Yekaterina Stetsenko pendirin faydalı və zərərli xüsusiyyətlərini sadalayıb. Mütəxəssis qeyd edib ki, məhsul orqanizmin işinə faydalı təsir göstərən yüksək miqdarda zülal və mikroelementlər (fosfor, kalsium) ilə faydalı olur. Pendir zülalları amin turşularının tərkibinə görə ins...
publikaz_normalized
Nədən qorxurlar?":"Türkiyə bankları Rusiya banklarına qarşı sanksiyaların tətbiq olunacağından qorxaraq onlarla işləməkdən imtina edirlər. Məlumat verənlər aydınlaşdırıblar ki, bu həm müxbir münasibətlərinin kəsilməsini, həm də müqavilələrin rəsmi bağlanmadan ödənişlərin işlənməsinin dayandırılmasını nəzərdə tutur. Onl...
publikaz_normalized
İtaliya millisinin və "Yuventus"un sabiq müdafiəçisi Corcio Kellini futbol fəaliyyətinə məşqçi kimi davam edəcək. Bu barədə ABŞ klubunun mətbuat xidməti məlumat yayıb. Qeyd olunur ki, Kellini oyunçuların inkişafı üzrə məşqçi vəzifəsinə təyin edilib. Xatırladaq ki, 39 yaşlı italyan 2022-ci ilin iyununda "Yuventus"dan ay...
publikaz_normalized
İqtisadi soyqırım" törədir":"Venesuelanın vitse-prezidenti Delc Rodriguez ABŞ-ın Venesuelaya iqtisadi soyqırım törətdiyini və bundan ən çox zərər çəkənin əmək sektorunun olduğunu deyib. “Təhdidlərə rəğmən həyatda qalmağa davam edirik. İctimaiyyət üçün sosial siyasətlər hazırlayır və heç kimi geridə qoymuruq. 2024-cü il...
publikaz_normalized
VAR qanuni tədbirlərə görə bütün dünyada dayandırıla bilər. O, özünü VAR texnologiyasının müəllifi hesab edir və futbol rəhbərliyini onun ideyasından istifadə etməkdə ittiham edir. Lopez 7 il layihənin RFEF və FİFA tərəfindən tanınması üçün çalışsa da, buna nail ola bilməyib və məhkəməyə müraciət edib. VAR "21-ci Əsrin...
publikaz_normalized
Azərbaycan Milli Məclisinin yaz sessiyasının ilk plenar iclasının vaxtı məlum olub. Toplantıda parlamentin yaz sessiyası üçün işlər planı və digər məsələlər müzakirəyə çıxarılacaq. Qeyd edək ki, Milli Məclisin yaz sessiyası mayın 31-dək davam edəcək.
publikaz_normalized
Sosial şəbəkələrdə supermarket işçisinin lazımsız məhsulları zibil qutusuna atmasını əks etdirən video yayılıb. Şəbəkə istifadəçiləri həmin işçini tənqid atəşinə tutublar. Onlar bildirib ki, həmin şəxs məhsulları zibil qutusuna atmaq əvəzinə, qutuların yanına qoyardı və ehtiyacı olan insanlar da onu götürüb istifadə ed...
publikaz_normalized
Biləsuvar rayonunun Bəydili kəndində tikilməkdə olan yeni məktəb binasının anbarından müxtəlif vaxtlarda dəyəri 2300 manat olan məişət və təmir-tikinti avadanlıqlarının oğurlanması barədə polisə məlumat daxil olub. Oğurlanan əşyalar onlardan aşkarlanaraq maddi sübut kimi götürülüb. Bundan əlavə, şöbə əməkdaşlarının keç...
publikaz_normalized
Rubl görün neçəyə oldu":"Bu günün valyuta məzənnələri açıqlanıb. Valyuta" "Məzənnə" "1 ABŞ dolları" "1,7000" "1 Avro" "1,8482" "1 Rusiya rublu" "0,0193" "1 Avstraliya dolları" "1,1171" "1 Argentina pesosu" "0,0021" "1 Belarus rublu" "0,5195" "1 Braziliya rialı" "0,3450" "1 BƏƏ dirhəmi" "0,4628" "1 Cənubi Afrika randı" ...
publikaz_normalized
Fransız fermerlər kütləvi etiraz aksiyası keçirilər. Etirazçılar subsidiyaların götürülməsi, yaşayış şəraitinin pis olmasından və haqsız rəqabətdən şikayət ediblər. Onlar kənd təsərrüfatı məhsullarını hökumət mərkəzlərinin qarşısına tökərək yandırıb, problemlərinin həlli üçün təcili addımlar atması barədə xəbərdarlıq e...
publikaz_normalized
ABŞ-ın minlərlə şəhəri bu tarixə qədər yox olacaq":"ABŞ-ın bir çox şəhərləri 2100-cü ilə qədər xəyal şəhərinə çevrilə bilər. Alimlərin sözlərinə görə ABŞ-ın 30 000-ə yaxın şəhərinin demək olar ki, yarısı əhalinin azalması ilə üzləşəcək. Şimal-şərq və Orta Qərbdəki böyük şəhərlər artıq yavaş-yavaş əhalisini itirir. Cənu...
publikaz_normalized
Siz öldürdünüz":"Ukrayna prezidenti Vladimir Zelenski Davosda Dünya İqtisadi Forumunda çıxışında kollektiv Qərbi sərt tənqid edib. O, xüsusilə Qərbi münaqişəni qızışdırmamaq bəhanəsi ilə Rusiyanın əlində “oyuncaq”a çevrilməkdə ittiham edib. “Heç bir eskalasiya olmamalı olduğunu eşidirdik və bu, bizə çox baha başa gəldi...
publikaz_normalized
Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, polis general-mayoru Şərif Əsədullayev vəfat edib. Şərif Əsədullayev 1955-ci ildə anadan olub. 1984-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 1985-ci ildən daxili işlər orqanlarında xidməti fəaliyyətə başlayıb və əm...
publikaz_normalized
Artıq 3 dəfə görüşüblər":"Barselona"nın baş məşqçi postuna daha bir namizədin adı müəyyənləşib. Bu barədə ispan jurnalist Fransua Qallardo özünün "X" sosial şəbəkəsində (keçmiş "Twitter") məlumat verib. Mişel mənə dedi ki, gələn mövsüm o, "Barselona"nın yeni baş məşqçisi olacaq. Klub onunla artıq 3 görüş keçirib. Onlar...
publikaz_normalized
Son 58 ilin ən soyuq qışı":"İsveçdə son 58 ilin ən aşağı temperaturunun ölçüldüyü açıqlanıb. Meteorologiya direktoru Sverker Hellström bu temperatoru yanvarın 5-də ölçdüklərini və "soyuq rekordu" təmin etmək üçün bunu ictimaiyyətə gec açıqladıqlarını deyib. Qeyd edək ki, ölkədə ən aşağı temperatur 1966-cı ildə Norrbott...
publikaz_normalized
Orban geri çəkilir?":"Macarıstanın baş naziri Viktor Orban artıq Aİ-yə Budapeştin siyasi və iqtisadi üstünlükləri naminə Ukraynaya Avropa İttifaqının hərbi və pul yardımından imtina etməyə hazır olduğunu bildirib. Bir neçə avropalı diplomat və rəsminin fikrincə, saziş onun keçən ay verdiyi tələblərə uyğun gəlməyəcək, b...
publikaz_normalized
Mağazalardan oğurluq edərkən təhlükəsizlik kamerasına düşən Yeni Zelandiya parlamentinin deputatı Golriz Qahraman günahını boynuna alıb və istefa verib. O, Oklenddəki dəbdəbəli butikdən dizayner çantasını “oğurlaması” ilə bağlı təhlükəsizlik görüntüləri ortaya çıxdıqdan sonra hərəkətlərinə görə məsuliyyəti öz üzərinə g...
publikaz_normalized
Deyir qarşıdan iki bacı gəlir, biri... " - VİDEO":"Mənim əlimdə olsa Azərbaycan folklorundan atalar sözlərini və xalq mahnılarını yığışdıraram, hamısı boş sözlərdir". MTV Azərbaycan kanalında "Qum saatı" verilişində maraqlı açıqlamalar verən şair, şifahi xalq ədəbiyyatını tənqid edib: Baxırsan mahnıya, deyir qarşıdan i...
publikaz_normalized
Almaniyada yaşayan türklərin liderliyi ilə “Müxtəliflik və Oyanış üçün Demokratik Alyans - DAVA” adlı yeni siyasi formasiya yaradılıb. Açıqlamada jurnalist Teyfik Özcanın sədrlik etdiyi təşkilatda Almaniyanın tanınmış hüquqşünaslarından Fatih Zingal və Dr. Mustafa Yoldaş kimi adların olduğu qeyd edilib. Bəyanatda qeyd ...
publikaz_normalized
Polis əməkdaşları ötən gün vətəndaşlardan 12 silah, 2 qumbara təhvil götürüb. Bu barədə Publia.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, yanvarın 16-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd avtomat silahı, 2 qumbara, 11 ədəd müxtəlif mark...
publikaz_normalized
Ölkəni fəlakətə aparacaq":"Ukraynanın müvəqqəti işğal olunmuş ərazilər və məcburi köçkünlər üzrə keçmiş nazirinin müavini Georgi Tuka bildirib ki, ölkə prezidenti Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin (AFU) baş komandanı vəzifəsində Valeri Zalujnını əvəz etmək niyyətindədir. Tuka Zelenskinin Zalujnını Ukrayna ...
publikaz_normalized
Boroda" kimi tanınan Krasnoyarsk avtoblogeri Andrey Şipilo 32 yaşında vəfat edib. Mütəxəssislər Andrey Borodanın ölümünün səbəblərini aydınlaşdırırlar. Qeyd olunur ki, Andrey Şipilo "YouTube"da avtomobillər haqqında 673 min abunəçiyə malik səhifənin müəllifi olub.
publikaz_normalized
Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVİD-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əmək haqlarına edilən əlavənin müddəti uzadılıb. Qərara əsasən, bu müddət aprelin 2-dək uzadılıb. Qeyd edək...
publikaz_normalized
AZAL Bakı-Naxçıvan reysini təxirə salıb. Bu gün saat 07:00-da Naxçıvana uçmalı olan J2-251 reysi saat 10:00-a kimi təxirə salınıb.
publikaz_normalized
İraqa hücumun detalları":"İran qüvvələrinin İraqın Ərbil və Suriyanın İdlib şəhərlərinə hücumu haqda məlumat vermişdik. Hücum nəticəsində Bərzani ailəsinə yaxın iş adamı Peşrev Dizayi həyatını itirib. Hücum nəticəsində Dizayi ilə birlikdə qızı Cina və Kerem Mikail adlı iş adamı ölüb. Dizayinin həyat yoldaşı və iki oğlu...
publikaz_normalized
Uzun sürən xəstəlikdən sonra dünyasını dəyişən jurnalist Səbuhi Məmmədlinin nəşi Ucar rayonuna aparılıb. Qeyd edək ki, 54 yaşlı jurnalist şəkərli diabet, ürək və böyrək çatışmazlığı, ağciyərin pnevmoniyasından əziyyət çəkirdi.
publikaz_normalized
Vasif mənim..." - VİDEO":"MTV Azərbaycanda yayımlanan "Tarixin bir günü" müğənni maraqlı açıqlaması ilə diqqət çəkib. Müğənninin ona olan dəstəyindən danışan Zeynəb bunları deyib: Hər zaman Vasifin olmadığı məclislərdə belə deyirəm ki, bu insan mənim mükafatımdır. Allah onu mənim qarşıma vasitəçi olaraq çıxarıb. Vasif ...
publikaz_normalized
130 milyon ödəməyə hazırdırlar":"Real"ın hücumçusu Vinisius Junior klubu tərk edə bilər. Metro"nun məlumatına görə, ingilis klubu 23 yaşlı futbolçu üçün 130 milyon funt-sterlinq təklif etməyə hazırdır. Real" Kilian Mbappenin transfer edəcəyi təqdirdə Vinius komandadan ayrılacaq. Buna görə keçidin baş tutma ehtimalı yük...
publikaz_normalized
Medianın İnkişafı Agentliyi ( MEDİA) tanınmış jurnalist Səbuhi Məmmədlinin vəfatı ilə bağlı başsağlığı verib. Medianın İnkişafı Agentliyinin rəhbərliyi və kollektivi tanınmış jurnalist Səbuhi Məmmədlinin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!", - deyə p...
publikaz_normalized
Xankəndi şəhərində silah-sursatların tapılması istiqamətində tədbirlər davam edir.
publikaz_normalized
Əvvəllər abır edib...":"Aparıcı İlkin Həsəni və bloger həyat yoldaşı Aysel Həsəni rəsmi şəkildə boşanması ilə bağlı xəbərlər yayılıb. İddialara görə, cütlük arasında uzun müddətdir soyuq münasibət var, onlar bir müddət əvvəl boşanmaq istəsələr də, Ayselin ikinci uşağa hamilə olması bu məsələni təxirə salıb. O, məlumatı...
publikaz_normalized
Bakının Nəsimi rayonunda 4 min manat dəyərində quru meyvələr oğurlanıb. Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində mağazaların birindən 185 manat pul və 4000 manat dəyərində quru meyvələr oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Zahid Nə...
publikaz_normalized
ŞOK İDDİA":"Nyukasl"ın sədri Yasser Əl-Rumayyan Səudiyyə Ərəbistanı kəşfiyyatının keçmiş rəhbəri Saad Əlcəbrinin ailəsinə "zərər vermək" ittihamı ilə 68 milyon avroluq iddia ilə üzləşib. Bildirlir ki, Əl-Rumeyyan Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın göstərişlərinə əməl edərək ona “zərər verib”...
publikaz_normalized
Yerli rəsmilərin bildirdiyinə görə, Efiopiyanın quraqlıqdan və müharibədən əziyyət çəkən Tiqray bölgəsindəki Edaqa Arbi şəhərində iyul ayından bəri 200-dən çox adam aclıqdan ölüb. Əddis-Əbəbədəki mərkəzi hökumət yaxınlaşan aclığı inkar edir və yardım göstərmək üçün çalışdığını bildirir. Lakin tibb işçiləri və humanitar...
publikaz_normalized
Ölən və yaralanan var":"Qırğızıstanda qəzaya uğrayan Mi-8 vertolyotu təlim uçuşu zamanı məcburi sərt eniş edib. Qəza hadisəsi bü gün səhər saatlarında baş verib. Hərbi helikopter Qırğızıstan paytaxtının kənarındakı Dostuk mikrorayonunda qəzaya uğrayıb. İdarənin ilkin məlumatına görə, hadisə nəticəsində 1 nəfər ölüb, 8 ...
publikaz_normalized
Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında partlayış baş verən mebel sexinin sahibinin kimliyi müəyyənləşib. Obyekt Binəqədi rayonundakı keçmiş Ağac Emalı Zavodunun ərazisində yerləşir. Sözügedən zavod illər əvvəl Nazim İbrahimovun qardaşı, "İBRA Holdinq"in prezidenti Tağı İbrahimov tərəfindən özəlləşdirilib. Se...
publikaz_normalized
Siyasətçilər, milyarderlər bu hotelə toplaşıb...":"Almaniyada ifrat sağçı siyasətçilərin nasist dövrünü xatırladan bir toplantıda milyonlarla əcnəbini deportasiya etməyi planlaşdırdığı ortaya çıxıb. Bir qrup neonasist, alman ifrat sağçı siyasətçi və iş adamı ölkədə milyonlarla əcnəbini deportasiya etmək planı hazırlama...
publikaz_normalized
Mükafat alması üçün...":"Porto"nun sabiq futbolçusu Kandido Kosta Joze Mourinyo haqqında maraqlı açıqlama verib. “Oyunun bitməsinə iki dəqiqə qalmış məni meydana çıxmağa çağırdı. Qucaqladı və dedi ki, bu, balaca körpəniz üçün süddür. Sən yaxşı insansan, buna layiqsən. Topa da toxunmadan matç bitdi. Oyuna görə bütöv pul...
publikaz_normalized
Mənim yerimə..." - VİDEO":"Məşhur meyxanaçı Balaəli Maştağalı efirdə gözləmədiyi halla rastlaşıb. Buna səbəb isə onun oxşarının verilişiə dəvət olunması olub. Təəccübünü gizlətməyən Baləli "yerimə toylara gedə bilər...", deyə zarafat edib. Həmin maraqlı anları tədim edirik:
publikaz_normalized
Prezident İlham Əliyevin dekabrın 24-də təməlini qoyduğu Ağdam şəhər Mərkəzi parkının ümumi ərazisi 5,5 hektar olacaq. Bunun 70 faizini yaşıllıqlar, 25 faizini səki və meydançalar, 5 faizini tikililər təşkil edəcək. Parkın ərazisi 4 zonaya bölünüb. Bunlar, şəhər mərkəzi, botanika bağı, çəmənliklər və meşəliklərdir. Bur...
publikaz_normalized
Bütün dövrlərin məşhur cizgi filmi olan “Telepuzik”lərdə körpə günəşi canlandıran Jess Smith ana olub. İlk bölümü 1997-ci ildə yayımlanan və dünyada böyüklü-kiçikli hamı tərəfindən sevilən, geniş tamaşaçı kütləsinə malik olan “Telepuzik”lər cizgi filmi yayımlandığı gündən izləmə rekordları qırıb. Cizgi filmi sayəsində ...
publikaz_normalized
Yanvarın 15-də Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsinin yaxınlığında sexdə partlayışla əlaqədar TƏBİB-in tabeliyindəki tibb müəssisələrində 13 nəfərin müalicəsi davam etdirilir. Qeyd edilib ki, hazırda Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzində müalicə alan 9 nəfərdən 3-nün vəziyyəti ağır stab...
publikaz_normalized
Bu meymun klonlaşdırıldı, dərman testini sürətləndirəcək":"Çinli tədqiqatçılar fiziologiyası insanlara bənzədiyi üçün tibbi tədqiqatlarda geniş istifadə olunan rezus meymun növünü klonlaşdırıblar. Çünki genetik olaraq eyni heyvanlar oxşar nəticələr verir və sınaqlarda daha yüksək dəqiqlik təmin edir. Əvvəlki klonlama c...
publikaz_normalized
Son günlər müxtəlif kütləvi informasiya vasitələrində “Kristal Abşeron”un “Sumqayıt 10-cu mikrorayon” layihəsinin təmir keyfiyyətindən bəhs edən bir sıra video paylaşımlar edilib. “Lakin mənzil sahibi və bir sıra şəxslər səbəbin araşdırılmasına maneələr yaradaraq müxtəlif yollarla tərəfimizə zərər vurmağa çalışdılar. Ş...
publikaz_normalized
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Qırğızıstana başsağlığı verib. Qeyd olunub ki, Z.Həsənov yanvarın 17-də təlim-məşq uçuşları zamanı "Mİ-8" hərbi helikopterinin qəzaya uğraması ilə bağlı Qırğız Respublikasının müdafiə naziri general-leytenant Baktıbek Bekbolotova başsağlığı ünvanlayıb.
publikaz_normalized
Son günlərdə müxtəlif kütləvi informasiya vasitələrində “Kristal Abşeron”un “Sumqayıt 10-cu mikrorayon” layihəsinin təmir keyfiyyətindən bəhs edən bir sıra video paylaşımlar edilib. Şirkət dəymiş ziyanın ödənməsi üçün 1 milyon manat tələb edir. Bundan əvvəl isə məsələ ilə bağlı şirkətin belə açıqlaması olmuşdu: Mənzili...
publikaz_normalized
Rəvan Qarayev paytaxtın məşhur məkanlarından birində çətin anlar yaşayıb. Bu addıma müğənninin çaşqın vəziyyətə düşməsi diqqətdən qaçmayıb. Həmin kadları təqdim edirik:
publikaz_normalized
75 yaşlı ermənini Rusiyada öldürdülər":"Hüquq-mühafizə orqanları Rusiyanın Krasnoyarsk diyarının Açinsk şəhərinin iki sakinini Ermənistanın 75 yaşlı vətəndaşını qətlə yetirməkdə şübhəli biliərək saxlayıblar. Hadisə 2023-cü il dekabrın 23-də baş verib. Üzərində zorakılıq əlamətləri olan kişi meyitinin tapılması barədə m...
publikaz_normalized
Dünyanın ən çox istifadə edilən ünsiyyət proqramı “WhatsApp” hər gün yeni bir xüsusiyyətini elan etməyə davam edir. “WhatsApp”ın yayımladığı son funksiya çoxdan gözlənilən funksiyalar arasında olub. Ən son xüsusiyyətini təqdim edirik: WhatsApp-ın yayımladığı ən son xüsusiyyət kanallar bölməsi üçün açıqlandı. Elan edilə...
publikaz_normalized
Anam dedi ki...":"Serj Qnabrinin "Arsenal"dan ayrılmasından 7 il keçsə də, azarkeşlər hələ də onunla maraqlanırlar. "Topçular"ın fanatları cinah oyunçusunun qayıtmasını istəyirlər. Üstəlik, media da 28 yaşlı yarımmüdafiəçini London klubu ilə əlaqələndirməyə davam edir. Qnabrinin hekayəsi, görünür, "Sən nəyə sahib olduğ...
publikaz_normalized
Xırdalan şəhərində kütləvi dava qeydə alınıb. Məlumata görə, kütləvi dava bir neçə gün öncə Abşeron Gənclər Şəhərciyinin qarşısında yaşanıb. Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən cavab olaraq bildirilib ki, görüntülərdən xəbərdardırlar. Bununla bağlı Abşeron Rayon Polis İdarəsində təhqiqa...
publikaz_normalized
“Bəzi Xalq artistlərinin fəxri adları üzərilərindən götürülsəydi, çox gözəl olardı. Bir neçə ad sadalanıb, amma bir nəfəri unudublar. “Qazotaran” deməyim kifayətdir, kimdən söhbət getdiyini özü biləcək. Ümumilikdə, çoxları fəxri ada layiq deyil. Ermənistan parlamenti də Xalq artisti və digər fəxri adları ləğv edir. “Er...
publikaz_normalized
İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, İsrail və Fələstinin HƏMAS hərəkatı arasında münaqişə 2025-ci ilə qədər davam edə bilər. Məlumata görə, Netanyahu bu bəyanatı İDF Cənub Komandanlığının qərargahında Qəzza sərhəd bölgələrinin nümayəndələri ilə görüşü zamanı verib. İclasda digər hüquq-mühafizə orqanları...
publikaz_normalized
məktəblər bağlanıb, elektrik kəsilib, 7 nəfər ölüb":"ABŞ-da qütb soyuqları səbəbiylə 7 nəfərin həyatını itirdiyi bildirilib. “Associated Press”-in məlumatına görə, ekstremal qış şəraiti səbəbindən Portlenddə 4, Viskonsin ştatında isə 3 evsiz şəxs ölüb. Ölkə üzrə 1 milyondan çox şagirdin təhsil aldığı məktəblər qış şəra...
publikaz_normalized
Son zamanlar başı aparıcı Xoşqədəm Hidayətqızı ilə məhkəmələrə qarışan müğənni Aysel Əlizadə tətilə yollanıb. Adalarda istirahətdən görüntülərini Aysel sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. Aysel Əlizadənin Maldiv tətili zamanı lentə aldığı kadrları təqdim edirik:
publikaz_normalized
Azərbaycan əhalisinin sayı açıqlanıb. Əhalinin 54,6 faizini şəhər, 45,4 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir
publikaz_normalized
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) jurnalist Səbuhi Məmmədlinin vəfatı ilə bağlı başsağlığı verib. Azərbaycan jurnalistikasının dəyərli simalarından olan Səbuhi Məmmədlinin vəfatı bizi dərindən kədərləndirdi. Mərhumun ailəsinə və doğmalarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!", - paylaşımda qeyd...
publikaz_normalized
Döyürlər, videoya çəkirlər - Lider 17 yaşlı azərbaycanlıdır?":"Rusiyanın Belqorod küçələrində bir qrup gənc yoldan keçənlərə hücum edərək baş verənləri lentə alıb. Onun sözlərinə görə, hücum edənlərin şəxsiyyəti artıq müəyyən edilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətkar qrupun 6 üzvündən 5-ni saxlayıb və ...
publikaz_normalized
Azərbaycanlı model Günay Musayeva ideal bədən quruluşunu nümayiş etdirib. O, çimərlikdə çəkdirdiyi fotoları instaqramda izləyiciləri ilə bölüşüb. 37 yaşlı məşhurun qara bikinidə lentə aldığı kadrları qısa müddətdə diqqət çəkib. Your browser doesn't support video.
publikaz_normalized
Ötən ilin 11 ayında ölkədə 54794 ölüm halı qeydə alınıb. Bildirilib ki, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 6,0-dan 5,9-a düşüb.
publikaz_normalized
Müəllimlərin reputasiyasının qorunması üçün plan hazırlanacaq":"Rusiya prezidenti Vladimir Putin hökumətə və İnsan Hüquqları Şurasına (İHŞ) müəllimlərin reputasiyasının qorunması məsələsi üzərində işləməyi tapşırıb. Putinin tapşırığına əsasən, İHK və Nazirlər Kabineti müəllimlərin reputasiyasının qorunması yollarını, o...
publikaz_normalized
Yanvarın 17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bildirilib ki, mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 3-5° isti, gündüz 6-9° isti olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin gecə bəzi qə...
publikaz_normalized
Ötən il Azərbaycanda 49 549 nikah, 19 761 boşanma halları qeydə alınıb. Bildirilib ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2023-cü ilin yanvar-noyabr ayları ərzində 49 549 nikah, 19 761 boşanma halları qeydə alınıb. 2022-ci ilin eyni dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahları...
publikaz_normalized
Bakıda insan hər gün tıxacla qarşılaşır. 10-15 dəqiqə səhər, elə bu qədər də işdən sonra tıxacda qalsaq, bu, təxminən il ərzində 7,6 gün edir. Dünyanın ən tıxaclı şəhərləri İstanbul və Moskva sayılır. Bu rəqəm orada 5-dən bir az artıqdır. Bizdə kişilər üçün orta yaş həddi 73 ildir. Deməli, Bakıda 73 il yaşayan şəxs ömr...
publikaz_normalized
Başqırdıstanın Baymak şəhərindəki məhkəmə binası qarşısında bir neçə min nəfər etiraz aksiyası keçirib. Alsınov təqsirini boynuna almayıb və məhkəmə qərarından apellyasiya şikayəti vermək niyyətindədir. “Rusnews” xəbər verir ki, məhkəmə binasına bir neçə min insan gəlib. “Layout” üç minə yaxın insanın toplaşdığını yazı...
publikaz_normalized
Ötən il təbiəti mühafizə qanunvericiliyinin pozulmasına görə 1 800 nəfər vəzifəli şəxs inzibati məsuliyyətə cəlb olunub. Bildirilib ki, həmçinin vətəndaşlardan 24 73 min manat məbləğində cərimə tutulub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin monitorinq xidmətləri tərəfindən 2023-cü ildə 1 797 müəssisədə müvafiq müay...
publikaz_normalized
Məşhur müğənni və aktrisa Hülya Avşar zənginliyin insan üçün zərərli olduğunu düşünür. 3 qəpiyin olsun, amma huzurun və ailən yanında olsun. Çox zənginliyin insana zərər verdiyini düşünürəm. Ailən və yaşaya bildiyin qədər pulun olması yetərlidir. Xoşbəxtlik budur", - Hülya açıqlamasında bildirib. Xatırladaq ki, bundan ...
publikaz_normalized
Yanvar ayının 16-da saat 16:50-də Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Cənub regional şöbəsinin Kələdəhnə sahil nəzarəti bölməsinə 2 nəfər heyət üzvü olan plastmas tipli qayığın mühərrikində yaranmış nasazlıq səbəbindən sahildən 6 mil məsafədə batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Daxil olmuş mə...
publikaz_normalized
Binəqədi rayonunda yerləşən mebel sexində baş verən partlayışda həlak olan daha 3 nəfərin kimliyi bilinib. A.Atakişiyev Quba, E.Məmmədov Saatlı, F.Qubadov isə Cəlilabad rayonundan olub. Onların cəsədləri dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Qeyd edək ki, hadisə nəticəsində bu günə olan məlumat...
publikaz_normalized
Yəqin bu ömrü yaşamalıydı":"Mənim taleyimə acıma, gülüm" "Yəqin bu ömrü mən yaşamalıydım. Gəmiydim, görünməz oldu sahilim," "Yəqin bu ömrü mən yaşamalıydım" "Azərbaycan ədəbiyyatının ən görkəmli qadın şairələrindən biri, Cənub mövzusunda unudulmaz poeziya nümunələrinə həyat verən, dillər əzəbri edən, Əməkdar İncəsənət ...
publikaz_normalized
Sistemlərin müalicəvi təsiri yoxdur":"Türkiyəli həkim Afşin Emre Kayıpmaz infeksiyaya yoluxmuş xəstələrin sistemlərdən istifadə etməsinin allergiyaya səbəb ola biləcəyini deyib. Afşin Emre Kayıpmaz havalar soyuduqca tənəffüs yolu infeksiyalarının artdığını açıqlayıb: “Ancaq bunun böyük əksəriyyəti ambulator xəstələrdən...
publikaz_normalized
Müğənni və aparıcı Mehin Hümbətovaya sosial media hesabından evlilik təklifi gəlib. Mənimlə evlənərsən" sualına ifaçı "Həyatıma yeni məsuliyyətlər cəlb etmək istəmirəm", - deyə, təklifi qəbul etməyib.
publikaz_normalized
Psixi pozğunluqlar bu zaman üzə çıxır":"Şizofreniya və bipolyar pozğunluq kimi ən ağır psixi xəstəliklər adətən gənc yaşda, 30 yaşından əvvəl başlayır. Mütəxəssislər müəyyən ediblər ki, psixi sağlamlıqla bağlı ən çox problemlər 15-24 və 25-34 yaşlarda müşahidə olunur. Eyni zamanda elm adamları qeyd edib ki, 65 yaşlı in...
publikaz_normalized
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda işgüzar səfərdə olan Türkiyənin milli müdafiə nazirinin müavini Celal Sami Tüfekçinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdən əvvəl qonaqlar Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərif...
publikaz_normalized
Binəqədi rayonunda yerləşən mebel salonunda baş verən partlayışla bağlı zəruri istintaq tədbirləri davam edir. Birinci müavin axtarış işləri ilə tanış olub, istintaq hərəkətləri ilə bağlı tapşırıqlar verib. Qeyd edək ki, rəsmi məlumata görə, partlayış nəticəsində həlak olan 9 nəfərin cəsədi dağıntılar atından çıxarılıb...
publikaz_normalized
Soyuq aylarda qadınlarda və ümumiyyətlə miqrendən əziyyət çəkənlərdə daha çox rast gəlinən baş ağrıları ilə mübarizə aparmaq olar. O, baş ağrılarının müalicəsindən söz açıb. Onun sözlərinə görə, güman ki, belə ağrılar damarların daralması və genişlənməsi, həmçinin üçlü sinirin budaqlarının qıcıqlanması nəticəsində yara...
publikaz_normalized
Hazırda Dövlət Statistika Komitəsinin (DSK) sədri Tahir Budaqovun səlahiyyətlərini onun birinci müavini Vahab Məmmədov icra edir. Bildirilib ki, hazırda Dövlət Statistika Komitəsinin sədrinin səlahiyyətlərini müvəqqəti icra edən, sədrin birinci müavini Vahab Məmmədovdur. DSK-dan saytımıza bildirilib ki, hazırda Tahir B...
publikaz_normalized
Gün ərzində 5 stəkan için":"Dietoloq Antonina Starodubova hər kəsə yaşıl çay içməyi tövsiyə edib. Mütəxəssisin sözlərinə görə, bu içki orqanizmə faydalı təsir göstərir, bir çox xəstəliklərin yaranma riskini azaldır. İlk növbədə, yaşıl çay içmək diabet, xərçəng və ürək-damar xəstəlikləri riskini azaltmağa kömək edir. O,...
publikaz_normalized
Anamı məhkəməyə verəcəyəm" - VİDEO":"ATV-də yayımlanan "Bizimləsən" verilişində növbəti qalmaqal yaşanıb. Gənc oğlan ailəsinin dağılmasına görə anasını və keçmiş arvadını günahlandırıb. O, anasını ikiüzlü adlandıraraq məhkəmə verəcəyi ilə hədələyib. Həmin gərgin anları təqdim edirik:
publikaz_normalized
Çini, Rusiyanı kənara qoyun, Türkiyəyə diqqət":"ABŞ-ın iki aparıcı xarici siyasət jurnalı Türkiyə ilə bağlı təəccüblü təhlillər dərc edib. Məqalədə hələ də güclü ABŞ-ın beynəlxalq arenada ciddi rəqiblərinin olduğu vurğulanaraq Türkiyəyə diqqət çəkilir. Fareed Zakaria tərəfindən yazılan məqalədə Türkiyənin 30 il əvvəlki...
publikaz_normalized
Fövqəladə Hallar Nazirliyi yanında İctimai şuranın növbəti iclası keçirilib. İclasda şura tərəfindən görülən işlər və qarşıda duran məsələlər müzakirə olunub. Həmçinin, Fövqəladə Hallar Nazirliyinin ölkə əhalisinin təbii və texnogen hadisələrdən qorunması sahəsində gördüyü işlərdən bəhs edilib, Nazirliyin fəaliyyət ist...
publikaz_normalized
Özümü ələ salmayacağam":"Bayern"in yarımmüdafiəçisi Tomas Müller maraqlı açıqlama verib. “Əlbəttə, qollar və qazanılan titullar kimi statistika mühüm amillərdir, amma bu gün futbol bundan daha çox şeydir. Sehrlilik oyunun zərifliyində və estetikasındadır. Bir dəfə oxumuşdum ki, Zidandan daha çox qol vurmuşam. Amma mən ...
publikaz_normalized
Ramik Əşrəfov Meşələrin İnkişafı Xidmətinin rəisi vəzifəsinə təyin edilib. R.Əşrəfov bu təyinatadək “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin sədri vəzifəsində çalışıb. 1988-ci ildən bugünədək meşə təsərrüfatı və ekologiya sahəsində müxtəlif vəzifələrdə çalışıb. Nazirlik sözçüsü “Azərbaycan Yaşıllaşdırma ...
publikaz_normalized
3 il öncə ilə kriptovalyuta ilə tanış olur, 2 il öncə avtomobilini satıb bu sahəyə yatırım edir. Çox qazandığı da olub, çox itirdiyi də. Deyir ki, bu istiqamətdə itkilər insan öz nəfsinə qalib gəlməyəndə olur. Nəfsinə qalib gəlməyi də öyrənib. Və hazırda aylıq gəliri məhz bu yatırımlarındandır. Söhbət Valyuta.az-ın müs...
publikaz_normalized
Whatsapp" tətbiqi vasitəsilə vətəndaşlara iş tapmağı və 10 azn bonus qazanmağı vəd edən mesajlar göndərilir. Qeyd edək ki, 180-dən çox ölkədə 2 milyarddan çox insan istənilən vaxt və hər yerdə dostları və ailəsi ilə əlaqə saxlamaq üçün "WhatsApp"dan istifadə edir. WhatsApp" ödənişsizdir və bütün dünyada telefonlarda mö...
publikaz_normalized
Ötən gecə vəfat edən tanınmış jurnalist Səbuhi Məmmədli Ucar rayonunun Müsüslü kəndində dəfn olunub.
publikaz_normalized
Tər, qan, göz yaşı...":"Portuqaliyalı məşqçi Joze Mourinyo “Roma”dan qovulmasını şərh edib. Tər, qan, göz yaşı, sevinc, kədər, sevgi, qardaşlar, tarix, ürək, əbədiyyət", - deyə Mourinyo yazıb. Xatırladaq ki, "Roma" portuqaliyalı məşqçi ilə yollarını ötən gün ayırıb.
publikaz_normalized
Mingəçevirdə məktəbdəki qanun pozuntuları ilə bağlı cinayət işi başlanıb. Qeyd olunub ki, Mingəçevir şəhər N.Gəncəvi adına 8 saylı tam orta məktəbində baş verən qanunsuzluqlarla bağlı vətəndaş müraciəti əsasında şəhər prokurorluğunda araşdırma aparılıb. Araşdırma zamanı Mayisə Əliyevanın qeyd edilən təhsil müəssisəsind...
publikaz_normalized
Ötən il Nazirlər Kabinetinin qərarına əsasən, zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik Azərbaycan ərazisinə gətirilməsi məhdudlaşdırılıb. "Bu qərar 2023-cü ildə avtomobil bazarında buraxılış ili istər köhnə, istərsə də yeni maşınların qiymətində bahalaşmaya səbəb oldu. "Bəs görəsən bu qərar 2024-cü il...
publikaz_normalized