text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 16-da Ədliyyə Nazirliyinin Lənkəranda yeni inşa edilmiş müasir penitensiar kompleksində yaradılan şəraitlə tanış olub. Bildirilib ki, ümumi saxlama limiti 1300 nəfərlik olan penitensiar kompleks iki zonadan ibarətdir. Burada istintaq təcridxanasında barəsində ...
publikaz_normalized
Xızı və Samux rayon prokuroru vəzifələrinin icrası həvalə olunmuş Xəyalə Aslanova və Könül Ələsgərova həmin vəzifələrə təyin olunub. Qeyd edək ki, Xəyalə Aslanova 2012-ci ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında işə qəbul olunub. Əvvəllər Binəqədi rayon prokurorluğunda müstəntiq, Bakı şəhər prokurorluğunda şöbə,...
publikaz_normalized
Son vaxtlar cazibədar görünüşü ilə diqqət çəkən məşhur aparıcı və aktrisa Kəmalə Piriyevanın illər əvvəl çəkilmiş fotoları üzə çıxıb. Aparıcının illər ərzində burun əməliyyatı etdirməsi, həmçinin digər estetik prosedurlarla daha da cazibədar olduğu görünür. Qeyd edək ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Univer...
publikaz_normalized
6,2 min ödə...":"Ermənistan parlamenti “Hərbi xidmət haqqında” qanuna dəyişiklik layihəsini ikinci və yekun oxunuşda qəbul edib. “Mülki Müqavilə”dən olan deputat Hayk Sarkisyanın tərtib etdiyi layihəyə əsasən, hərbi xidmət keçməyən və ölkəni tərk etmiş Ermənistan vətəndaşları 27 ildən sonra Ermənistana qayıda və iki il...
publikaz_normalized
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 16-da Lənkəranda “Laran” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) qənnadı məhsullarının istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olub. Bildirildi ki, ümumi dəyəri 5 milyon manat olan layihənin həyata keçirilməsinə dövlət dəstəyi olaraq Sahibkarlığın İnkişafı...
publikaz_normalized
Suverenliyimizə qəsddir":"Bağdad çərşənbə axşamı gecə 4 nəfərin ölümünə səbəb olan İranın İraq Kürdüstanını atəşə tutmasını ölkənin suverenliyinə və təhlükəsizliyinə təcavüz kimi qiymətləndirir. “İraq Respublikası Hökuməti İranın Ərbil şəhərinə qarşı yaşayış binalarının ballistik raketlərlə bombalamasını və mülki əhali...
publikaz_normalized
Hollivuddakı tətillər səbəbindən təxirə salınan 75-ci "Emmi" mükafatlandırma mərasimi nəhayət ki, dünən baş tutub. Təşkilatçıların sözlərinə görə, “Emmi” 2022-ci il iyunun 1-dən 31 may 2023-cü il tarixinə qədər yayımlanan layihələrə verilib, odur ki, eyni şouların müxtəlif mövsümlərinə mükafatlar təqdim olunub. Nominas...
publikaz_normalized
Yanvarın 17-də ölkə ərazisində havanın yağmursuz keçəcəyi, güclü külək əsəcəyi gözlənilir. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gün ərzində güclü şimal-qərb küləyi əsəcək, axşam zəifləyəcək. Havanın temperaturu ...
publikaz_normalized
Tərpənmə, danışma...":"İlk dəfə Harold Koffinin təklif etdiyi “Ümumdünya heç nə günü” 1973-cü ildən bəri hər il yanvarın 16-da qeyd olunur. Məqsəd bir gün də olsa, hərəkətsizlik, sükut və istirahət təmin edərək zehni dinc buraxmaqdır. Uzun müddət istirahət etmədən işləmək şəxsi sağlamlığı pisləşdirən əsas amillərdəndir...
publikaz_normalized
Qadınların pensiya yaşının azaldılması ilə bağlı təkliflərə aydınlıq gətirilib. O bildirib ki, əmək pensiyaları ilə bağlı tələblər qanunla tənzimlənir. Qadınların pensiya yaşı mərhələli şəkildə artırılır. Bu gün nazirliyin gündəliyində qadınların pensiya yaşının azaldılması məsələsi yoxdur".
publikaz_normalized
Roma " Joze Mourinyonu komandanın baş məşqçisi postundan uzaqlaşdırdığını açıqlayıb. Roma" Joze Mourinyo və texniki heyətinin klubu tərk etdiyini bildirir. Əsas komandanın yeni məşqçi heyəti ilə bağlı əlavə xəbərlər tezliklə açıqlanacaq”, - Roma klubunun “X” sosial şəbəkəsindəki (keçmiş Twitter) rəsmi hesabında deyilir...
publikaz_normalized
Barselona" rəhbərliyi baş məşqçi Xavini istefaya göndərmək variantını nəzərdən keçirir. Nəticədən əlavə, komandanın oyununda inkişaf olmasa, gənc mütəxəssisə güzəşt edilməyəcək. Artıq rəhbərlik Xavini əvəzləyəcək şəxsin kimliyini müəyyənləşdirib. B komandası hesab edilən “Barselona Atletik”i çalışdıran Rafael Markes əs...
publikaz_normalized
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 16-da Lənkəran şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib.
publikaz_normalized
Biz də Azərbaycana... - Video":"13:39" "Biz həmişə bəyan etmişik və indi də bəyan edirik ki, biz Ermənistanın yurisdiksiyasında olan yolları verməyə hazırıq, bu marşrutlar bizim yurisdiksiyamızda olmalıdır. “Dünyanın kəsişməsi məhz bundan ibarətdir ki, mallar Avropadan Asiyaya - Ermənistan ərazisindən və əksinə, sərbəs...
publikaz_normalized
Flora Kərimova xalqımızın böyük, tarixi sənətkarıdır. Əgər bu şişirtmə ilə onların həyatlarına, yaşayışlarına kömək edəcəyəmsə, şişirtsinlər, hara istəyirlərsə, qoysunlar. Gərək, insanın səviyyəsi olsun. İstər jurnalist ol, istər oxuyan ol, kim olursansa, ol. İndiyə qədər ictimaiyyətdə, hər yerdə həmişə şəxsiyyətimi qo...
publikaz_normalized
36 aylıq xidmət müddəti ləğv edilir":"Ukrayna hakimiyyəti səfərbərlik qanun layihəsindən vətəndaşların 36 aylıq xidmətdən sonra tərxis olunması ilə bağlı müddəanı çıxarmaq istəyir. O, həmçinin qeyd edib ki, bu yolla siyasətçilər yeni səfərbər edilmiş Ukrayna Silahlı Qüvvələrinə ehtiyacı azaltmağa cəhd edə bilərlər. Amm...
publikaz_normalized
İlk dəfə Türkiyə vətəndaşı kosmosa göndərilir":"Türkiyənin ilk astronavtı Alper Gezeravcının kosmosa səyahəti yanvarın 18-i gecə saatlarında başlayacaq. O, kosmosa 10 hədəf arasında Türkiyə vətəndaşının da göndərilməsi ilə bağlı başlatdığı layihənin sona çatdığını bildirib. Açıqlamada sözügedən təcrübələrin mikroqravit...
publikaz_normalized
Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırovun əmri ilə qurumun iki Baş İdarəsinə yeni təyinatlar olub. Komitədən verilən məlumata görə, Güloğlan Muradlı komitənin Əməliyyat-İstintaq Baş İdarəsinə rəis təyin olunub. O, bundan əvvəl Əməliyyat-İstintaq Baş İdarəsi rəisinin birinci müavini olub. Ötən ili...
publikaz_normalized
İrəvanı gözləyən fəlakət":"09:06" "“Dəhliz məsələsi Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişinin ən vacib elementidir”. O əlavə edib ki, Ermənistan müxtəlif zamanlarda Qərbin və imperiya sferasının aləti olub: “Yox olmaq üzrə olan bir ölkə beynəlxalq hüquqa uyğun olaraq 44 günlük müharibədən sonra üçtərə...
publikaz_normalized
Azərbaycanın veteran həndbolçusu İslam Qarayev vəfat edib. Bildirilib ki, Gəncənin həndbol üzrə məşqçi-müəllimi 50 yaşında dünyasını dəyişib.
publikaz_normalized
Polis yol qəzasında həlak oldu. Beləki, onun idarə etdiyi avtomobil dəmir arakəsmələrə dəyib, nəticədə D.Məmmədov hadisə yerində ölüb. Hazırda faktla bağlı Hacıqabul rayon prokurorluğunda araşdırma aparılır. Qeyd edək ki, D.Məmmədov Sabirabad RPŞ-nin əməkdaşı olub.
publikaz_normalized
Oğurluq edib - VİDEO":"ATV-nin "Rəngarəng səhər" verilişinin qonağı müğənni Ofelya Şabanova hamını şoka salıb. Qonşu kanalların birində mənə sual verdilər ki, oğurluq etmisiz? Dedim, etmişəm, qardaşım üçün yemək oğurlamışam. Əslində, onu oğurluq saymıram. Canımı qardaşıma görə fəda etdim. Həddən artıq kasıb ailə olmuşu...
publikaz_normalized
Rusiya Ermənistana silahlar göndərib. O bildirib ki, silahlar artıq Ermənistana çatdırılıb. Deputatın sözlərinə görə, hərbi təyinatlı məhsullar Rusiya ilə əvvəllər imzalanmış müqavilə çərçivəsində Ermənistana verilib. Q.Melkonyan konkret olaraq hansı silahlardan söhbət getdiyini açıqlamayıb.
publikaz_normalized
“Son vaxtlar yaşlı sənətçiləri tez-tez efirlərdə görmək olur. Bu təkcə Flora Kərimovaya aid deyil. Yaşı ötmüş sənətçilərin içində həmişə bir qorxu olur. Onlar düşünürlər ki, artıq vaxtları keçib, qocalıblar və gündə heç olmasa, bir dəfə televiziya ekranında görünməsələr, xalqın yadından çıxarlar. Çünki bu gün cavan ifa...
publikaz_normalized
Güzgüləri zolaqlar qoymadan təmizləmək üçün kartofdan istifadə edə bilərsiniz. Mütəxəssislərin fikrincə, güzgülərdən ləkələri və digər çirkləri təmizləməyə başlamazdan əvvəl quru mikrofiber parça götürüb səthdəki tozları təmizləyin. Daha sonra yarım çiy kartofun səthini sürtgəcdən keçirib şüşələri silin. Bundan sonra t...
publikaz_normalized
Bakının alternativ planı Ermənistanı təcriddə saxlayacaq":"“Kommunikasiya xəttlərinin açılması və sərhədlərin müəyyənləşməsi məsələləri yəqin ki, sülh sazişinin xaricində qalacaq. Önəmli olan iki ölkənin bir-birinin ərazi bütövlüyünü tanımasıdır. Nikol Paşinyan sözdə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyir, lak...
publikaz_normalized
Ötən gün İctimai Televiziyanın efirində prezidentliyə namizədlərin təşviqatına start verilib. Namizədlərdən Zahid Oruc, Fazil Mustafa, Razi Nurullayev, Elşad Musayev, Fuad Əliyev, həmçinin Prezident İlham Əliyevin səlahiyyətli nümayəndəsi Tahir Budaqov, Qüdrət Həsənquliyevin səlahiyyətli nümayəndəsi Elçin Mirzəbəyli də...
publikaz_normalized
“Kapital Bank” ASC 2023-cü ili 242,209 milyon manat xalis mənfəətlə başa vurub. Ötən il “Kapital Bank”ın gəlirləri 1 180,368 milyon manat (əvvəlki illə müqayisədə 17,6 % çox), xərcləri 759,593 milyon manat (39,9 % çox), xüsusi ehtiyatlara ayırmaları 108,362 milyon manat (44,2 % çox), mənfəət vergisi ödəmələri isə 70,20...
publikaz_normalized
Agentlik edirmiş":"Estoniya təhlükəsizlik polisi Rusiya Federasiyasının vətəndaşı, Tartu Universitetinin professoru Vyaçeslav Morozovu həbs edib və o, Tallin həbsxanasındadır. Morozovun yanvarın 3-dən həbsdə olduğu bildirilir. Vyaçeslav Morozov Tartu Universitetinin politologiya professoru idi. Universitetin meneceri K...
publikaz_normalized
İraq İrandakı səfirini geri çağırdı":"İranın ölkədəki hədəflərə raket hücumundan sonra İraq Xarici İşlər Nazirliyi Tehrandakı səfirini məsləhətləşmələr üçün geri çağırıb. “Bu gün, çərşənbə axşamı İraq Xarici İşlər Nazirliyi İranın Ərbilə son hücumları nəticəsində bir neçə nəfərin ölümü və yaralanması ilə əlaqədar İraq ...
publikaz_normalized
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 16-da Neftçala rayonuna səfər edib.
publikaz_normalized
Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş partlayışla əlaqədar dağıntılar altından Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən daha bir nəfərin cəsədi tapılıb. Bununla da ölənlərin sayı 8 nəfərə çatıb. Hazırda axtarış-xilasetmə əməliyyatı davam etdirilir. Qeyd edək ki, h...
publikaz_normalized
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 16-da Neftçala şəhərinin içməli su təchizatı sistemlərinin istismara verilməsi tədbirində iştirak edib. Bildirildi ki, Neftçala şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi dövlət büdcəsi hesabına həyata keçirilir. Lay...
publikaz_normalized
Baş tutmayacaq":"Qəzzada ölən mülki vətəndaşların sayı 24 mini keçib. Hücumların davam etdiyi bir məqamda İsrail Müharibə Kabinetinin üzvündən təəccüblü bir HƏMAS etirafı gəlib. O, İsrail ordusu radiosunda gündəmlə bağlı dəyərləndirmələr edib: “Əgər kimsə Qəzza zolağında HƏMAS hakimiyyətinə alternativin ortaya çıxacağı...
publikaz_normalized
Məşuqəsi də getdi, onu evdən qovan qadın isə hamilədir - FOTOLAR":"Son zamanların ən mühüm müzakirə mövzularından biri "Mançester Siti"nin sağ cinah müdafiəçisi Kayl Uolkerin şəxsi həyatı olub. Bu yaxınlarda məlum olub ki, futbolçu həyat yoldaşından ayrılıb. Enni Kilner Kaylın daimi xəyanəti səbəbindən iki illik evlili...
publikaz_normalized
Qənaət ediblər":"2023-cü ildə Rusiya Dövlət Dumasının deputatları bir milyard rubldan çox qənaət etdilər. “Keçən il qənaət bir milyard 220 milyon təşkil edib”. Volodinin sözlərinə görə, buna başqa şeylərlə yanaşı, əmək haqqı fonduna qənaət etməklə nail olunub. Volodin aydınlaşdırıb ki, Duma bu vəsaitləri dövlət xəzinəs...
publikaz_normalized
Gəncə Ağır Cinatyətlər Məhkəməsi 4 ay əvvəl Ağstafa rayonunda hərbçinin öldürüldüyü hadisə ilə bağlı açılmış cinayət işinə baxılmasına xitam verib. Publika.a-z-ın əldə etdiyi məlumata görə, məhkəmə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müddətdən artıq hərbi qulluqçusu əsgər Əlizadə Orxan İlham oğlunu döyərək öl...
publikaz_normalized
Bir neçə gün əvvəl avtomobil vurması nəticəsində ağır xəsarət alan Arzu Kamaloğlu vəfat edib. Hadisə ilə əlaqədar polis tərəfindən araşdırma aparılır.
publikaz_normalized
Valideyninin onun barədə fikirləri Türkanı kövrəldib. Türkan Vəlizadənin atası Saləddin Vəlizadə qızı haqda bunları deyib: Türkan 5 ildir məni işləməyə qoymur. Əməliyyatımdan sonra dedi evdə otur. (milli.az)" "Həmin anları tədim edirik:
publikaz_normalized
Borussiya Dortmund" rəhbərliyi 34 yaşlı yarımmüdafiəçi Marko Roys ilə gələn ilin yayında başa çatacaq müqavilənin müddətinin uzadılmasında maraqlı deyil. Mənbənin sözlərinə görə, "arılar"ın cari mövsümün sonunda Roysla müqaviləni uzadacağı ehtimalı çox azdır. Klub onun bundan sonra uğurlu çıxış edəcəyinə şübhə edir. Bu...
publikaz_normalized
Konstitusiya Məhkəməsinin keçmiş hakimi Viktor Şişkin Kiyevin niyə hələ də Rusiyaya rəsmən müharibə elan etmədiyini izah edib. Hüquqşünas qeyd edib ki, beynəlxalq hüquq baxımından müharibə elan edən dövlət təcavüzkardır. Hakim hesab edir ki, bu səbəbdən Ukrayna Rusiya Federasiyasına müharibə elan etmir, çünki bunu etsə...
publikaz_normalized
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin dəniz komandoları Türkiyədə keçirilən “Dəniz qurdu-1” hərbi təlimlərində iştirak ediblər. Təlimlər yanvarın 7-də başlayıb və yanvarın 16-da başa çatıb. Beynəlxalq təlimdə dəniz komandoları müxtəlif manevrlər icra ediblər. Hərbi təlimlərdə Azərbaycan və Türkiyə ilə yanaşı, daha 23 ölk...
publikaz_normalized
Nazirlər Kabineti İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun yaradılması barədə qərar qəbul edib. Hökumət başçısının digər qərarı ilə Koordinasiya Qrupunun tərkibi, səlahiyyətləri və fəaliyyəti ilə bağlı məsələlər haqqında Əsas...
publikaz_normalized
Nazirlər Kabineti 4 dekabr 2006-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət baytarlıq nəzarəti obyektlərinin baytarlıq (baytarlıq-sanitariya) ekspertizasının aparılması Qaydaları”nda dəyişiklik edib. Qərara əsasən, bundan sonra Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) verdiyi sağlamlıq sertifikatı qida mə...
publikaz_normalized
Bu, bir gecədə dəyişməyəcək":"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola "Barselona"nın baş məşqçisi Xavi haqqında danışıb. “Mənim məsləhətim nə ola bilər? Finaldır, bu dəfə uduzdunuz, amma gələn həftə başqa oyun, başqa yarış var. Komandanızı dəstəkləyin və mövsümün sonunda nə etmək lazım olduğuna qərar verin. Mən ö...
publikaz_normalized
Bu görüş təxirə salındı":"Bu ilin iyununda yeni Avropa Parlamentinə namizədliyini irəli sürmək niyyətini açıqlayan və hazırkı vəzifəsini vaxtından əvvəl tərk etməyi planlaşdıran Avropa Şurasının rəhbəri Şarl Mişel Avropa Parlamentinin üzvləri ilə görüşünün “tibbi səbəblərə görə” təxirə salıb. Bu barədə Belçikanın “Soir...
publikaz_normalized
Norveç qanunsuz övladlığa götürmə iddialarının araşdırıldığını bildirərək, bu prosesdə Filippin, Tayland, Tayvan və Cənubi Koreyadan övladlığa götürmənin dayandırıldığını açıqlayıb. Açıqlamada Cənubi Koreyadan övladlığa götürmə prosedurlarının dayandırıldığı, hazırda övladlığa götürmə prosesinə başlayan ailələrin əməli...
publikaz_normalized
Dünyada yalnız...":"Hamımızın bildiyi A, B, AB və O qan qruplarından əlavə yeni və çox nadir bir qan qrupu aşkar edilib. Qızıl qan olaraq da bilinən bu qan qrupu donor qanı kimi də tanınır. Rhnull" qan qrupu olan insanlar istənilən qan qrupuna qan verə bilər, lakin digər qan qruplarından qan ala bilmirlər. Rhnull" qan ...
publikaz_normalized
Nəfis dadı və yüksək keyfiyyəti ilə klassikaya çevrilmiş “Final” çay markası Gəncədə Yeni il yarmarkasında iştirak edib. Şəhərin baş meydanında qurulan yarmarkada adıçəkilən marka çaysevərləri ətirli Şri-Lanka çayına qonaq edib. Yeni il şəhərciyində müxtəlif dadlı təamlar eləcə də maraqlı əyləncələrlə şəhər sakinlərini...
publikaz_normalized
Teatr dopdolu, lojalar əlvan," "Qaynaşır camaat sıx cərgələrdə. İntizar içində gözləyir hər yan," "Birdən qırçın-qırçın çəkilir pərdə. Uçur İstomina xəfif hüsndə" "Hurilər, mələklər əhatəsində. "Bu misralar əsərlərinin səhnələşdirilməsini, onların teatrda böyük şövq və coşğu ilə qarşılanmasını istəyən şair Aleksandr Pu...
publikaz_normalized
Bəzi media səhifələrində paytaxtın Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında yerləşən mebel sexində baş vermiş partlayış nəticəsində guya 16 nəfər şəxsin ölməsi barədə əsassız və həqiqətə uyğun olmayan məlumatlar dərc edilib. Bildirilib ki, Baş Prokurorluq bir daha hər kəsi ictimaiyyətdə çaşqınlıq yarada biləcə...
publikaz_normalized
Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin "Sədərək” gömrük postunda Türkiyədən İrana gedən yük maşınında patron aşkar edilib. Müşahidə monitorunda şübhəli təsvirlərin görülməsi səbəbindən yük nəqliyyat vasitəsində aparılan əsaslı yoxlama zamanı kabinin müxtəlif yerlərindən ov silahı üçün 250 ədəd patron ...
publikaz_normalized
2023-cü ildə 17 362 şəxs özünüməşğulluq proqramına cəlb edilib. Qeyd edilib ki, onlardan 5610 nəfəri qadınlar, 2973 nəfəri gənclər, 1246 nəfəri məcburi köçkünlər, 339 nəfəri şəhid ailəsi üzvləri, 312 nəfəri cəzaçəkmə müəssisəsindən azad olanlar, 74 nəfəri isə ünvanlı sosial yardım alan şəxslərdir. Ötən il də özünüməşğu...
publikaz_normalized
Ağstafada yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, Orxan Salmanov idarəetdiyi "DAF" markalı (TIR) yük maşını ilə hərəkətdə olan zaman avtomobili aşırdıb. Qəza zamanı xəsarət alan olmasa da, yük avtomobilinə ziyan dəyib. Faktla bağlı araşdırma başlanılıb.
publikaz_normalized
1 ailənin 5 üzvü... - YENİLƏNDİ":"Sumqayıtda dəm qazından ölən və zəhərlənən şəxslərin kimliyi məlum olub. Dəm qazından zəhərlənənlər isə 1958-ci ildə Müxlisə Hacı qızı Kazımova,1999-cu il təvəllüdlü İlahə Əmrah qızı Kazımova, 2020-ci il təvəllüdlü Aleyna Rahib qızı Kazımova və 2022-ci il təvəllüdlü Anuro Rahib qızı Ka...
publikaz_normalized
İranda həbs edilmiş Fərid Səfərli barəsində hökm iki il yarım müddətinə tətbiq edilib. Xarici İşlər Nazirliyinin 9 mart, 2 iyun və 2 avqust tarixli mətbuat açıqlamalarında qeyd olunduğu kimi, Fərid Səfərli barədə məlumat Xarici İşlər Nazirliyinə daxil olan gündən etibarən vətəndaşın aqibətinin və sağlamlıq vəziyyətinin...
publikaz_normalized
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Sumqayıt" ikinci yoxlama oyununda qalib gəlib. Qeyd edək ki, "gənclik şəhəri" təmsilçisi ilk matçda Rumıniyanın “Hermanştadt” klubuna uduzub - 0:3.
publikaz_normalized
Azərbaycanın ilk qadın arxeoloqlarından biri - tarix üzrə fəlsəfə doktoru Firuzə Məmmədrza qızı Muradova vəfat edib. Qeyd edək ki, F.Muradova 1934-cü il noyabr ayının 19-da Bakı şəhərində anadan olub. 1953-cü ildə Bakı şəhəri 190 saylı orta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə daxil olu...
publikaz_normalized
Başlarından böyük qələt edirlər…":"Əməkdar artist Vasif Məhərrəmli ictimai qınağa tuş gəlib. Müğənni baş verən hadisəyə seyrçi kimi qalıb, yıxılan ofisiantın ayağa qalxmasına kömək etməyib. Yıxılana biganə qalan müğənni sosial şəbəkə izləyiciləri tərəfindən ağır ittiham olunub. Vasif Məhərrəmli “Qaynarinfo”ya açıqlamas...
publikaz_normalized
Jurnalist Şahin Rzayev azadlığa buraxılıb. İndi dincəlim, sonra daha ətraflı yazaram”,- jurnalist yazıb. Qeyd edək ki, Şahin Rzayev inzibati xəta törətməkdə təqsirli bilinərək ötən gün həbs edilib. Məhkəmə onun barəsində 15 sutkalıq inzibati qaydada həbs qərarı çıxarıb.
publikaz_normalized
Zəfərdən sonra Qarabağda ilk seçki məntəqələri quruldu - FOTO/VİDEO":"Fevralın 7-nə təyin olunan növbədənkənar prezident seçkisi ilk dəfə olaraq bütün ölkə ərazisində keçiriləcək. Bunun üçün işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda 26 seçki məntəqəsi yaradılıb. Baxış zamanı məntəqə sədrləri və üzvləri ilə seçk...
publikaz_normalized
Sumqayıt şəhərinin “BTZ” bağları adlanan yaşayış massivində bir ailənin 5 üzvünün dəm qazından zəhərlənməsi barədə daxil olmuş məlumat əsasında Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır. Hadisə nəticəsində 1 nəfər ölüb, 2-si azyaşlı olmaqla 4 nəfər isə zəhərlənib. Zəhərlənən şəxslər ilkin tibbi yardım göstərilm...
publikaz_normalized
Ağdam, Laçın və Cəbrayıl rayonlarında “ASAN xidmət” mərkəzləri qurulacaq. Təhlillər nəticəsində proqnozlaşdırılan müraciət sayı və əlverişli coğrafi mövqeyə uyğun olaraq yuxarıda qeyd edilən rayonlarda “ASAN xidmət” mərkəzlərinin qurulmasının məqsədəuyğunluğu müəyyənləşdirilib. Qeyd edək ki, eyni zamanda, hazırda Şuşa ...
publikaz_normalized
“Neftçi” qış fasiləsi dönəmində ilk transferini həyata keçirib. 23 yaşlı sol vinger komandanın heyətində 20 nömrəli formanı geyinəcək. Konte son olaraq Bolqarıstanda “Lokomotiv”in formasını geyinib.
publikaz_normalized
Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsinin sakini olan qadın öz pişiyini milyard rubla (19 261 000,00 manat) satmaq qərarına gəlib. Snejnı kənd sakini reklamda ev heyvanını romantik adlandırıb. Şotlandiya", - "Avito" saytındakı elanda deyilir. Pişik zolaqlı naxışlı, dumanlı boz rəngə malikdir. Elan aktual olaraq qalır,...
publikaz_normalized
xəyanət edən arvadını maşında diri-diri YANDIRDI":"Rusiyanın Krasnoyarsk diyarında müstəntiqlər arvadını aldatmaqda və casusluq etməkdə şübhəli bilərək avtomobildə yandıran 27 yaşlı Xabarovsk sakini ilə bağlı cinayət işini başa çatdırıblar. Kişi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi ilə ittiham olunur...
publikaz_normalized
Türkiyə bu təhlükəni mənbəyində qurudacaq":"Türkiyə öz təhlükəsizliyini tam təmin edənə qədər Şimali Suriya və İraqda əməliyyatları davam etdirəcək. Dövlət başçısının sözlərinə görə, yalnız transsərhəd əməliyyatların əhatə dairəsinin genişləndirilməsi müzakirə olunur. Terrorçuların yuvalarını tamamilə dağıtmayana qədər...
publikaz_normalized
Aktrisa Ülfət Bəşir sosial şəbəkə hesabından paylaşımı ilə diqqət çəkib. Belə ki, aktrisa dərin yarıqlı, kürək dekolteli qırmızı rəngli libası ilə kişi izləyicilərini heyran qoyub. Sözügedən paylaşımı təqdim edirik:
publikaz_normalized
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Ermənistanın işğal dövründə Azərbaycan ərazilərində sırf mülki əhaliyə yönəlmiş mina sahələri yaratdığını bildirib. “Ermənilər mülki əhalini hədəf alan mina sahələri yaradıblar. Mina döşənən ərazilər tək keçmiş təmas xə...
publikaz_normalized
Hadisə nəticəsində 4 nəfər...":"Yanvarın 16-da saat 18:13 radələrində Xətai rayonu, Gəncə prospekti 2980/81 ünvanında liftdə baş verən qəza səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. Dərhal hadisə yerinə 3 təcili yardım briqadası cəlb olunub. Hadisə nəticəsində 4 nəfər xəsar...
publikaz_normalized
porno model qonşu ölkəni BELƏ "SATDI":"Belarusdan olan porno model Polşada casusluqda şübhəli bilinərək saxlanılıb. Belarusdan olan 36 yaşlı Daria Ostapenko sərxoş halda dostlarına Belarus DTK-nın məlumatçısı olduğunu bildirdikdən sonra Lodz şəhərində həbs edilib. Bundan sonra gənclər Polşa xüsusi xidmət orqanları ilə ...
publikaz_normalized
Xalq artisti Aygün Kazımovanın "Instagram" hesabı oğurlanıb. Hesabın profil fotosuna öz şəklini qoyan kiberçinayətkar, informasiya bölümünə bu sözləri qeyd edib: Aktiv insanlar, bu bizim 2024-də bütün bayraqlara salamlarımızdır. Biz sizə dəstək olmaq üçün buradayıq". Qeyd edək ki, Xalq artistinin oğurlanan hesabını 1.4...
publikaz_normalized
İran Pakistandakı hədəfləri vurdu":"İran Pakistanda “Cəyş əl-Zülm” (Ceyş-ul-Adl) terror qruplaşmasının iki mühüm qərargahını raketlər və pilotsuz uçuş aparatları ilə məhv edib. Bildirilib ki, hücumu İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) həyata keçirib. Hədəfə alınan ərazi Pakistanın Bəlucistan əyalətindəki Kü...
publikaz_normalized
Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş partlayışla əlaqədar axtarış-xilasetmə əməliyyatı davam etdirilir. Qeyd edək ki, hadisə nəticəsində bu saatadək xilasedicilər tərəfindən dağıntılar altından 3-ü sağ çıxarılmaqla, ümumil...
publikaz_normalized
İsrail hərbçiləri Livanda Hizbullah təşkilatının silahlı birləşmələrinin istifadə etdiyi onlarla obyektə irimiqyaslı zərbələr endirib. “İsrail Müdafiə Qüvvələri Livanın Vadi Saluki bölgəsində Hizbullah terror təşkilatının bir sıra hədəflərinə qarşı birgə hava və artilleriya zərbələrini tamamlayıb. Qısa müddət ərzində H...
publikaz_normalized
Cəlilabad rayonu üzrə ötən ilin noyabr ayından bugünədək 339 nəfər qızılca virusuna yoluxub. Hazırda aktiv xəstə sayı 73 nəfərdir. Onlardan 69 nəfəri ambulator, 4 nəfəri isə stasionar şəraitdə müalicə alır. Ötən ilin dekabrın 1-dən peyvənd vurulan uşaqların sayı 2 104 nəfərdir. Ötən gün 17 nəfər bu virusa yoluxub. Hələ...
publikaz_normalized
Avropa Gimnastikasının təşkilatçılığı ilə bu il ölkəmizdə bədii gimnastika üzrə ilk dəfə keçiriləcək Avropa Kubokunun tarixi dəyişdirilib. Avropa Kuboku Beynəlxalq Gimnastika Federasiyasına üzv olan bütün ölkələr üçün açıq olacaq. Yarışda çoxnövçülük, komanda hesabı və fərdi proqramda final yarışları keçiriləcək. Kubok...
publikaz_normalized
Rusiyalı milyarder və NBCOM Qrupunun (Rusiya Federasiyasında Apple avadanlıqlarının ən böyük resellerlərindən biri olan iPort da daxildir) təsisçisi Andrey Qodunov Murmansk vilayətində gəzinti zamanı dünyasını dəyişib. Sankt-Peterburqdan olan iş adamının qar uçqunu altında qaldığı qeyd edilir. Qodunovun cəsədi Xibinidə...
publikaz_normalized
Ukraynada müharibə dünən başa çatmalı idi":"Macarıstanın xarici işlər naziri Peter Szijyarto Ukraynadakı münaqişəyə son qoymağın yolunu açıqlayıb. Onun sözlərinə görə, bu, Kiyevə silah verməkdən imtina etmək olardı. Nazir vurğulayıb ki, qarşıdurma uzandıqca, daha çox silah ötürülür və qurbanların sayı artır. Sijarto qe...
publikaz_normalized
Marketdən alınan şokoladdan qurd çıxıb. Bəzi marketlərdə çəkisinə görə qiyməti hesablanan şokoladların üzərində məhsulun son istifadə tarixi yazılmır. Bəs bu məqamda vətəndaşların təhlükəsizliyi necə təmin olnur? Satıcılar deyiblər ki, sözügedən məhsullar marketlərə topdan gəlir və paketlərdə qablaşdırılır. Paketlərin ...
publikaz_normalized
Binəqədidə baş verən partlayışda həlak olanlardan birinin kimliyi müəyyənləşib. Bundan başqa, onun qardaşı Cəfərov Şahin və Nicat adlı bacısı oğlu da sözügedən partlayış nəticəsində ağır yanıq xəsarətləri alıb. Mərhum sabah Binə qəbiristanlığında torpağa tapşırılacaq. Qeyd edək ki, mebel sexində baş vermiş partlayış nə...
publikaz_normalized
Ukraynaya dəstək NATO-nun təhlükəsizliyinə sərmayədir". Onun sözlərinə görə, Rusiyanın cəbhədə hücum cəhdlərinə baxmayaraq, Ukrayna hələ də həm döyüş meydanında, həm də iqtisadi cəhətdən müəyyən uğurlara malikdir. O, Ukraynanın ərazilərinin azad edilməsində, Qara dənizə taxıl ixracı üçün dəhliz açılmasında və suveren, ...
publikaz_normalized
Bu il yanvarın 3-də Ukrayna və Rusiya arasında keçirilən genişmiqyaslı məhbus mübadiləsi zamanı Xarkov “Politexnik”inin keçmiş basketbolçusu və 3×3 basketbol üzrə Ukrayna çempionu Boris Zavatski vətəninə qayıdıb. Qırmızı Xaç vasitəsi ilə onun sağ və əsirlikdə olduğunu bildim. Onunla birlikdə başqa bir idmançı var idi –...
publikaz_normalized
sevdiyiniz insan sizə xoş sürpriz edəcək":"Situasiyadakı dəyişiklikləri nəzərə alın. Yeni sxemlərdən, problemlərin həllində alternativ yanaşmadan yararlanın. Planlaşdırılmamış xərclər ola bilər. Narahat olmayın, maliyyə durumunuza ağır zərbə dəyməyəcək. Günün ikinci yarısında ailə problemlərinin həlli xeyli vaxt alacaq...
publikaz_normalized
İran Silahlı Qüvvələrinin Pakistan ərazisinə zərbələri nəticəsində iki uşaq həlak olub. “Nəticədə iki məsum uşaq ölüb və üç qız yaralanıb”, – sənəddə qeyd olunub. Xatırladaq ki, yanvarın 16-da İranın İslam İnqilabı Keşikçiləri Korpusu (“Sepah”, İran Silahlı Qüvvələrinə daxildir) Pakistanın Bəlucistan əyalətinin Kühi-Sə...
publikaz_normalized
Pakistan İranın respublika ərazisinə raket hücumunu kəskin şəkildə pisləyib. Nazirlik İranın Pakistan ərazisinə hücumunu əsassız olaraq hava məkanının pozulması adlandırıb. Pakistanın suverenliyinin bu şəkildə pozulması tamamilə qəbuledilməzdir və ciddi nəticələrə səbəb ola bilər", - bəyanatda deyilir. Pakistan Xarici ...
publikaz_normalized
Yaponiyanın xarici işlər naziri Yoko Kamikava Türkiyədə səfərdədir. Görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan da iştirak edib. İki ölkənin XİN rəhbərlərinin mediaya açıqlama verməsi gözlənilir.
publikaz_normalized
Tanınmış bloqer 35 yaşında ürəktutmadan vəfat edib. Qeyd edək ki, braziliya əsilli influenser Mila De Jesus bir müddətdir ki, ağır xəstəlikdən əziyyət çəkirdi.
publikaz_normalized
Tanınmış jurnalist Səbuhi Məmmədli vəfat edib. Qeyd edək ki, mərhumda şəkərli diabet, ürək çatışmazlığı, ağciyərin aşağı payında pnevmoniya, aşağı ətrafların qan damarı mənşəli ağırlaşmış xroniki xəstəliyi qeydə alınıb.
publikaz_normalized
xəsarət alan var - VİDEO":"Bakıda “Şamaxinka” körpüsü qəzalı vəziyyətdədir. Belə ki, daş parçası körpüdən qoparaq hərəkətdə olan “Toyota Prius” markalı avtomobilin üzərinə düşüb. Zərərçəkən Asiman Nuriyev bildirib ki, hadisə nəticəsində maşının arxa şüşəsi tamamilə sınıb. Həmçinin, daşın onun çiyninə düşdüyünü də qeyd ...
publikaz_normalized
xəsarət alanlar var":"Yanvarın 16-da axşam saatlarında Xarkov şəhərinə növbəti dəfə hava hücumu edilib. Xarkov raket hücumuna məruz qalıb. Şəhərdə partlayış səsləri eşidilib", - deyə Terexov yazıb. Terexovun sözlərinə görə, Xarkovun mərkəzi hədəfə alınıb. Artıq hadisə yerinə lazımi xidmətlər göndərilir. “Məhz hərbi inf...
publikaz_normalized
Fələstin-Holland əsilli amerikalı supermodel Bella Hadid "Perfect Magazine" üçün alt paltarı olmadan poza verib. 27 yaşlı model ağ şəffaf köynəkdə kamera qarşısına keçi. Köynək o qədər nazik olub ki, altdan geyindiyi qara tuman görünüb. Sözügedən fotolarda məşhurun ​​çəkiliş müddətində büstqalterdən imtina etdiyini gör...
publikaz_normalized
İtaliya A Seriyasında 20-ci tura yekun vurulub. “Yuventus” evdə “Sassuolo” ilə qarşılaşıb və rəqibini darmadağınla yola salıb. Hazırda 51 xala malik “İnter” vahid liderdir. “Yuventus” 49 xalla ikinci, “Milan” 42 xalla üçüncü, “Fiorentina” 34 xalla dördüncü pillədə qərarlaşıb. “Atalanta” və “Latsio”nun 33, “Bolonya”nın ...
publikaz_normalized
ABŞ büdcə vəsaiti olmadığına görə Ukraynaya yeni silah tədarükü hazırlamır. Onun sözlərinə görə, sonuncu yardım paket dekabrın 27-də Kiyevə ayrılıb. Hazırda biz başqa bir yardım paketi hazırlamaq üzərində işləmirik, nə də [onun hazırlanması] və ya [yeni yardım paketinin] göndərilməsi ilə bağlı heç bir elan verilməyib",...
publikaz_normalized
Bir neçə gün öncə yağan qarın əriməsi nəticəsində “Sədərək” Ticarət Mərkəzini su basıb. Hadisə nəticəsində nəqliyyatın hərəkəti çətinləşib. Ərazidə olan ticarət və iaşə obyektlərinə ziyan dəyib. Həmin görüntüləri təqdim edirik:
publikaz_normalized
Bakının Xətai rayonunda 33 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb. Publik.az xəbər verir ki, 1991-ci il təvəllüdlü Fətullayeva Cəmilə Mübariz qızı yolu keçərkən avtomobil onu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu...
publikaz_normalized
Hazırda yeni dünya nizamı formalaşır və Vaşinqton və onun müttəfiqlərinin bu prosesə təsir etmək imkanı var". Həqiqətən də, hazırda bəzi yeni dünya nizamı formalaşır. İstənilən halda, dünya nizamı həmişə inkişaf edir və İkinci Dünya Müharibəsinin bitməsindən sonra da inkişaf edib”, - deyə ABŞ rəsmi bildirib. Sallivan q...
publikaz_normalized
1990-cı ildən 2019-cu ilə qədər 50 yaşa qədər insanlarda xərçəng xəstəliyinin aşkar edilməsi hallarının sayı 79% artıb. Alimlər əldə edilən statistikadan narahat olduqlarını bildirir və artımı insanların həyat tərzinin dəyişməsi və yeni toksinlərin yaranması ilə əlaqələndiriblər. “Qlobal miqyasda 50 yaşdan aşağı insanl...
publikaz_normalized
Türkiyədə səfərdə olan Yaponiyanın xarici işlər naziri Yoko Kamikava ilə Türkiyənin XİN rəhbəri Hakan Fidan arasında görüş olub. Nazirlər bu il Türkiyə ilə Yaponiya arasındakı diplomatik münasibətlərin yüzüncü ildönümünün qeyd olunduğunu, bu münasibətlərin möhkəm təməl üzərində inkişaf etdirildiyini və 2013-cü ildə str...
publikaz_normalized
hər kəsi zəhərləyə bilər":"Dünyanın ən zərərli qidası insanın orqanlarını çürüdə bilər. Minlərlə resept, dünyanın bir çox yerində istehlak edilən məşhur yeməklər, - bütün bunlar arasında bəziləri elə zərərli olması ilə seçilir ki, onları yeyən hər kəsi zəhərləyə bilər. Üstəlik mətbəximizə daxil olan bu qidalar dünyanın...
publikaz_normalized